Məhkəmə qərarları › İş №1(101)-1280/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1280/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1280/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Füzuli Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda 15010,1 qram narkotik vasitələr olan heroin, külli miqdarda 1164,62 qram qurudulmuş marixuana və külli miqdarda 30,8 qram psixotrop maddə olan metamfetamini 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinə gedən yolun kənarında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə qurudulmuş marixuanadan 5,62 qram çəkidə ayırıb götürməklə bir ədəd bükümdə üzərində saxlamış, qurudulmuş marixuananın yerdə qalan hissəsini isə heroin və metamfetaminlə birlikdə qara rəngli idman çantasının içərisində olmaqla idarə etdiyi “VAZ-21214” markalı **-ZV-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşımış, 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 15:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı gödəkçəsinin sağ iç cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,62 qram təşkil edən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, idarə etdiyi “VAZ- 21214” markalı **-ZV-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən içərisində bir ədəd şəffaf sellofan bükümdə üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli olan 1159,0 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış qurudulmuş marixuana, on altı ədəd bükümlərdə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub ayrı-ayrılıqda təmiz çəkiləri 798,5 qr, 1500,9 qr, 995,6 qr, 965,6 qr, 1500,4 qr, 1500,4 qr, 753,0 qr, 1500,4 qr, 777,8 qr, 1292,1 qr, 1500,6 qr, 975,2 qr, 297,4 qr, 470,5 qr, 90,9 qr və 90,8 qr olmaqla, ümumi təmiz çəkisi 15010,1 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış heroin və iki ədəd bükümlərdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub ayrıayrılıqda təmiz çəkiləri 10,4 qram və 20,4 qram olmaqla, ümumi təmiz çəkisi 30,8 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış metamfetamin olan qara rəngli idman çantası aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, onun qaçaqmalçılıq cinayətinə heç bir aidiyyəti yoxdur, belə bir əməl törətməyib. Amma ittihamın digər hissəsində özünü təqsirli bilir. O, İran İslam Respublikasının vətəndaşı olan “Əsgər” adlı şəxslə təxminən iki il əvvəl tanış olmuşdur. Belə ki, həmin ərəfədə səhhətində yaranmış problemlə bağlı cərrahi əməliyyat etdirmək üçün İrana getmiş, Mərət şəhərində olarkən taksi sürücüsü Əsgərlə tanış olmuş və həmin vaxtdan etibarən onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O vaxtdan da aralarında ünsiyyət yaranmış, arabir zəngləşmişlər. Tutulmamışdan iki gün əvvəl Əsgər ona zəng edərək Bakı şəhərinə qabaqcadan müəyyən miqdarda narkotik vasitə göndərib yerləşdirdiyini, pul müqabilində həmin yükü deyilən yerdən götürüb Qazax rayonu, Qırmızı Körpüyə aparıb deyiləcək yerə qoymaq lazım olduğunu bildirmiş və bu iş üçün ona 5000 manat pul təklif etmişdir. Pula ehtiyacı olduğu üçün Əsgərin təklifi ilə razılaşmışdır. Əsgər narkotik vasitələrin Binəqədi rayonu, Novxanı yolunun kənarında zibilliklərin yanında gizlədildiyini demişdir. Buna görə o, idarə etdiyi özünə məxsus “Niva” markalı avtomobillə Bərdə rayonundan Bakı şəhərinə yola düşmüşdür. Novxanıya çatanda Əsgərlə əlaqə saxladıqdan sonra Əsgər narkotik vasitələrin gizlədildiyi yerin fotoşəkilini sosial şəbəkə vasitəsilə ona yollamışdır. O, həmin yerə gedərək orada gizlədilmiş bir ədəd qara rəngli çantanı götürmüşdür. Əsgər ona çantada 14-15 kiloqrama yaxın heroin və bir kiloqram qurudulmuş marixuana olduğunu bildirmişdir. O, özü də narkotik vasitələrdən istifadə etdiyinə görə elə oradaca çantada olan bağlamadakı marixuanadan özü üçün bir ədəd büküm ayırıb sellofana yığmış və istifadə etməsi üçün üzərində saxlamışdır. Əsgər ona bu işin müqabilində 5000 manat pul veriləcəyini desə də, sonradan 5000 manatın əvəzində həmin bir ədəd bükümdə olan bir kiloqrama yaxın çəkidə marixuananı götürməsini təklif etmiş, o isə Əsgərə heç bir cavab verməmişdir. Əsgər ona «Qırmızı Körpü»yə çatanda kənar bir yerdə həmin çantanı adamların gediş-gəlişi az olan bir yol nişanının altına atmasını və həmin yerin şəklini çəkərək ona göndərməsini tapşırmışdır. O, onsuz da Qazaxa qədər yolunun uzaq olduğunu nəzərə alaraq bir qədər düşünüb Əsgərə cavab vermək istəmişdir. Həmin çantanı götürüb avtomaşının yük yerinə qoymuş və yola düşmüşdür. 11 mart tarixində o, Bakı şəhərinin 9-cu mikrorayon deyilən yerində maşının yanında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını deyərək onu İdarəyə aparmışlar. O, vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, o da etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. O da gödəkçəsinin sağ iç cibində olan 01 ədəd şəffaf sellofan bükümdəki marixuananı, daha sonra üzərində olan “Samsung” və “Nokia” markalı mobil telefonları, avtomobil açarını, şəxsiyyət vəsiqəsini və nağd pulu çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi sellofan büküm açılaraq içərisinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin bükümün içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi vardır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç nə aşkarlanmamışdır. Telefonları ilə şəxsiyyət vəsiqəsi götürülmüş, nağd pul özünə qaytarılmış, içərisində ot kütləsi olan büküm qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib olunmuş protokol imzalanmışdır. Daha sonra “VAZ-21214” markalı, **-ZV-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, ona təklif edilmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr, qanunsuz əşya və ya sənədlər olduğu təqdirdə könüllü surətdə təqdim etsin. Bundan sonra o, avtomobilin arxa yük yerində olan bir ədəd qara rəngli idman çantasını götürüb təqdim edərək, “Əsgər” adlı şəxsin göndərdiyi heroinin və qurudulmuş marixuananın həmin çantanın içərisində olduğunu bildirmişdir. Çantanın içərisindən heroinə oxşar maddələrin olduğu 06 ədəd sellofan bağlama aşkar edilmişdir. Daha sonra çantanın üst hissəsində yerləşən cibindən 02 ədəd sellofan bağlama və çantanın iç hissəsində yerləşən cibindən isə 01 ədəd sellofan büküm aşkar edilmişdir. Çantanın üst hissəsində yerləşən cibindən aşkar olunmuş 02 ədəd sellofan bağlamada heroinə oxşar maddələr, əl çantasının iç hissəsində yerləşən cibindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə metamfetaminə oxşar maddələr aşkar edilmiş və həmin maddələr qablaşdırılıb möhürlənərək imzalanmışdır. Avtomobilə baxış zamanı onun özünə məxsus sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və adına verilmiş baş etibarnamə aşkar olunub götürülmüşdür, başqa heç nə aşkar edilməmişdir. Əməlindən peşmançılıq çəkir, ona görə də məhkəmədən bütün bu halların eləcə də qaçaqmalçılıq cinayətinə heç bir aidiyyətinin olmamasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayəti istisna olunmaqla ittiham olunduğu digər cinayət əməlləri ilə bağlı faktiki olaraq tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 11 mart 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, üzərində, həmçinin idarə etdiyi avtomobildə daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 11 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 15:10-da ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs ağ rəngli “VAZ Niva” markalı avtomaşının yanında tərəflərindən saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs İdarəyə dəvət olunmuş, vəkil ilə təmin edilmiş, barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmış, ona hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin cibində qurudulmuş marixuana olduğunu bildirib gödəkçəsinin sağ iç cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı və bir ədəd “Nokia” markalı mobil telefonları və bir ədəd avtomobilə aid olan açarı, şalvarının sol yan cibindən isə özünə məxsus olan şəxsiyyət vəsiqəsini və kağız əskinazlarda olan nağd pulu çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümün içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, büküm açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni İran İslam Respublikasının vətəndaşı olan “Əsgər” adlı şəxsdən aldığını, saxlanılmamışdan iki gün əvvəl “Əsgər” adlı şəxsin əlaqə saxlayıb ümumilikdə 14-15 kiloqrama yaxın heroin və bir kiloqrama yaxın marixuana göndərəcəyini, həmin maddələri sonradan “Əsgərin” dediyi ünvana çatdırması müqabilində “Əsgər”in Sənana 5000 manat pul verəcəyini bildirmişdir. Sənan da həmin təkliflə razılaşdıqdan sonra Bərdə rayonundan Bakı şəhərinə gəlmiş və “Əsgər” adlı şəxslə “WatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb dediyi koordinatlarla Novxanı kəndinə gedən yolun kənarında qoyulmuş maddələri götürdükdən sonra avtomobilin yük yerinə yerləşdirmiş və “Əsgər” adlı şəxsin dediyi kimi həmin maddələri Qazax rayonu “Qırmızı körpü” deyilən yerə aparıb orada gizlətməli imiş. Həmin maddələrin içərisində olan marixuanadan bir büküm ayırıb öz istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Yerdə qalan maddələri isə avtomobilin yük yerində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm götürülərək zərfdə qablaşdırılmış, cibindən aşkar edilmiş nağd pul özünə geri qaytarılmış, mobil telefonlar isə iş üçün sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və ona təklif edilmişdir ki, avtomobildə olan dövriyyəsi qadağan olunmuş maddələr və ya sənədləri təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən bir ədəd qara rəngli idman çantasını götürüb təqdim etmişdir. Həmin çantanı “Əsgər” adlı şəxsin tapşırığı ilə deyilən yerdən götürdüyünü və içərisində marixuana ilə heroin olduğunu bildirmişdir. Baxış zamanı çantanın içərisindən altı ədəd sellofan bağlama aşkar edilmiş, birinci sellofanın içərisində qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddənin, ikinci sellofan bağlamanın içərisində dörd ədəd sellofan bağlamalarda qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddənin, üçüncü sellofan bağlamanın içərisində beş ədəd sellofan bağlamalarda qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddənin, dördüncü sellofan bağlamanın içərisində iki ədəd sellofan bağlamalarda qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddənin, beşinci sellofan bağlamanın içərisində iki ədəd sellofan bağlamalarda qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddənin, altıncı sellofan bağlamanın içərisində ot şəkilli yaşıl rəngli kəskin iyli kütlənin olduğu müşahidə edilmişdir. Bundan sonra həmin idman çantasına baxış davam etdirilmiş və çantanın üst hissəsində yerləşən yan cibindən iki ədəd sellofan bağlamalarda və çantanın iç hissəsində yerləşən cibindən isə bir ədəd sellofan büküm aşkar edilmişdir. Çantanın üst hissəsində yerləşən cibdən aşkar edilmiş iki ədəd sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar maddənin olması, çantanın iç hissəsində yerləşən cibdən aşkar edilmiş bir ədəd sellofan büküm açıldıqda içərisində iki ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Daha sonra avtomaşının salonundan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, həmin avtomaşına aid olan texniki şəhadətnamə və Təqsirləndirilən şəxs adına verilmiş etibarnamədən başqa iş üçün əhəmiyyət kəsb edən başqa heç bir maddə və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bütün maddələr qablaşdırılmış və bu barədə qeydiyyat aparılmışdır. Daha sonra protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 12 mart 2021-ci il tarixli 6/1006 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21214” markalı **-ZV-*** qeydiyyat nişnalı avtomobildən aşkar olunmuş ....” yazısı olan çantadakı - 16 (on altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 798,5 qr, 1500,9 qr, 995,6 qr, 965,6 qr, 1500,4 qr, 1500,4 qr, 753,0 qr, 1500,4 qr, 777,8 qr, 1292,1 qr, 1500,6 qr, 975,2 qr, 297,4 qr, 470,5 qr, 90,9 qr, 90,8 qr, ümumi təmzi çləkisi 15010,1 qram (15 kq 10,1 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,4 qr və 20,4 qr, ümumi təmiz çəkisi 30,8 qr ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 15009,78 qram, metamfetaminin qalıq çəkisi 30,6 qram təşkil etmişdir (cild 1, iş vərəqə 50-56). Kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 12 mart 2021-ci il tarixli 7/262 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi....” sözləri yazılmış qara rəngli çantada təmiz çəkisi 1159,0 qram və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri yazılmış zərfdə olan təmiz çəkisi 5,62 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 1164,62 qramdır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 1164,58 qram təşkil etmişdir (cild 1, iş vərəqə 58-62). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2021-ci il tarixli 1456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 175- 176). Şəxsi axtarış və götürmə aparılması haqqında 11 mart 2021-ci il tarixli protokoldan və şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxışdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 4 ünvanın qarşısında idarə etdiyi “VAZ-21214” markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni İran İslam Respublikasının vətəndaşı olan “Əsgər” adlı şəxsdən aldığını bildirmişdir (cild 1, iş vərəqə 30-32). Baxış və götürmə aparılması haqqında 11 mart 2021-ci il tarixli protokoldan və avtomobilə baxış keçirilməsinin görüntüsü olan diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21214” markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerində olan bir ədəd qara rəngli idman çantasının içərisindən altı ədəd sellofan bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 34-38). Mobil telefonlara baxış keçirilməsi barədə 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, “Samsung” markalı mobil telefon aparatının daxili yaddaşına keçirilmiş baxış zamanı çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********56 saylı GSM nömrədə adı “Qq” kimi qeyd olunmuş kontakt, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı “Qq” kimi qeyd olunan İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçi tərəfindən 11 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “QAQAŞ NƏ VAR NƏ YOX? NEYNİYİRSƏN? VƏZİYYƏTİN NECƏDİR? CANİN BAŞİN? SALAMATCİLİQDİR?” mətni ilə səsli mesaj göndərməsi və bir neçə buraxılmış zəngin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 147-148). Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə aid ötürücü antenaları 09 mart 2021-ci il tarixdə həqiqətən də Bərdə rayonu ərazisində qeydiyyatdan keçsə də, həmin tarixdə axşam saatlarından etibarən Bakı şəhərinə doğru hərəkət etməsi, 10 mart 2021-ci il tarixdə isə artıq Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi və M.Rəsulzadə qəsəbəsində qeydə alınması məlum olmuşdur (cild 1, iş vərəqə 149-153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İAMAS-dan götürülmüş MAPSuçot xəritəsinə baxış keçirilməsi haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 28.02.2018-ci il tarixdə saat 12:40-da Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X3 keçməklə ölkə ərazisini tərk etmiş və 02.03.2018-ci il tarixdə saat 14:25-də Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur (cild 1, iş vərəqə 155-156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Füzuli Rayon Məhkəməsinin 03 iyun 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 31 yanvar 2020-ci il tarixdə 03 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqə 130-132, 133-139, 172- 174, 182-196). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bərdə rayon Güloğlular kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlunun yaşadığı ərazidə müsbət xarakterizə olunduğu göstərilmişdir (cild 1, iş vərəqə 170). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 19 oktyabr 2017-ci il, 20 aprel 2008-ci il və 27 iyun 2009-cu il təvəllüdlü üç azyaşlı uşaqları var (cild 1, iş vərəqə 179-181) İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda narkotik vasitələr və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Əsgər” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddəni keçirdikdən sonra külli miqdarda 15010,1 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 1164,62 qram çəkidə qurudulmuş marixuana və külli miqdarda 30,8 qram çəkidə psixotrop maddə olan metamfetamini 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinə gedən yolun kənarında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə qurudulmuş marixuanadan 5,62 qram çəkidə ayırıb götürməklə bir ədəd bükümdə üzərində saxlamış, qurudulmuş marixuananın yerdə qalan hissəsini isə heroin və metamfetaminlə birlikdə qara rəngli idman çantasının içərisində olmaqla idarə etdiyi “VAZ- 21214” markalı **-ZV-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşımışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddəni keçirdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinə gedən yolun kənarında gizlədilmiş yerdən qurudulmuş marixuanadan 5,62 qram çəkidə ayırıb götürməklə bir ədəd bükümdə üzərində saxlamış, qurudulmuş marixuananın yerdə qalan hissəsini isə heroin və metamfetaminlə birlikdə qara rəngli idman çantasının içərisində olmaqla idarə etdiyi “VAZ- 21214” markalı **-ZV-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşımışdır”. Göründüyü kimi, narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxs X2 ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də təqsirləndirilən şəxs X2 ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, 500 qramdan artıq çəkidə narkotik vasitə marixuana, 2-ci Siyahının 67-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək peşman olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 11 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 11 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 101-103). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 15009,78 qram heroin, 1164,58 qram qurudulmuş marixuana və 30,6 qram metamfetamin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs oğlunun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd DVD və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlundan 186 (bir yüz səksən altı ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 51, 59, 261). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 15009,78 qram heroin, 1164,58 qram qurudulmuş marixuana və 30,6 qram metamfetamin məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs oğlunun ailə üzvlərinə qaytarılsın. - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd DVD və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 186 (bir yüz səksən altı ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar