Məhkəmə qərarları › İş №1(101)-1280/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1280/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1280/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs işlədiyi ünvan 1 ünvanında yerləşən “Nİ Studio” adlı bərbərxanada onunla birlikdə bərbər işləmiş Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə aralarında sonuncunun ətir satanların ünvanına nalayiq ifadələr işlətməsi və onun da ətir satmasına görə həmin nalayiq ifadələri öz ünvanına qəbul etməsi ilə əlaqədar baş vermiş mübahisədən sonra, Zərərçəkmiş şəxsnm onun barəsində ortaq tanışlarının yanında nalayiq və qərəzli sözlər deməsini fikirləşib bunu bəhanə edərək xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində “Nİ Studio” adlı bərbərxananın qarşısına gəlib bərbərxananın bağlı olması səbəbindən, sonradan oraya gəlmiş həmin bərbərxanada bərbər işləyən Şahid2 və Zərərçəkmiş şəxs tanışı Şahid1 ilə birlikdə bir neçə dəqiqə gözlədikdən və Zərərçəkmiş şəxs gəlib onların hər biri ilə görüşərək bərbərxananı açıb içəri daxil olduqdan sonra heç bir əsaslı səbəb olmadan Öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub qəsdən sonuncunu öldürmək məqsədilə üzərində özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun qarşısında ayaq üstə dayanıb telefonuna baxan Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vuraraq ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən döş boşluğuna nüfuz edərək ürək kisəsini və ürəyin sağ mədəciyini, mədəciklərarası arakəsməni dəlib keçərək sol mədəciyin boşluğuna sirayət edən, döş qəfəsinin sol yarısının ön səthində, döşyanı xətt üzrə, İV-V qabırğalararası sahədə, ayaqaltından 123 sm yuxarıda olan (2,0x0,7 sm ölçüdə) 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərərvurmanm əlamətinə malik, döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİİ-Vİİİ qabırğalararası sahədə, ayaqaltmdan 116 sm yuxarıda yerləşən (1,0x0,5 sm ölçüdə) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara, döş qəfəsinin ön səthində, orta xətt üxrə, X-Xİ qabırğalararası sahədə, ayaqaltmdan 110 sm yuxarıda yerləşən (1,0x0,3 sm ölçüdə) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, qarın nahiyəsinin sol yarısının ön səthində, orta körpücük xətti üzrə, ayaqaltmdan 103 sm yuxarıda yerləşən (2,0x0,9 sm ölçüdə) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sağ saidin yuxarı 1/3-nin iç-ön səthlərinin 2 (iki) ədəd və sol budun aşağı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara kimi ümumilikdə sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, bərbər işləmişdir, həm də iş yerində ətir satmışdır, hadisə yeri onun əvvəl işlədiyi bərbər salonu olmuşdur. Hadisə olan günü İlkin dostuna yaxınlaşdı və ətir satanları söydü, sonra da ona baxdı və pərdənin arxasına keçdi. O da pərdənin arxasına keçmiş və onların aralarında xırda mübahisə baş verdi, o, İlkindən kimi söydüyünü soruşmuşdur, İlkin də ona, hə sənə söymüşəm, dedi. O da şkafdakı mətbəx bıçağını alaraq İlkinə bıçaqla zərbə vurmuşdur. O İlkinə söyüş söyməmişdir. İlkin ondan fiziki olaraq zəif idi. Əvvəllər orada çalışdığından bıçağın yerini bilirdi. Yetirdiyi xəsarətin ölümcül olduğunu bilməmişdir. Xəsarəti yetirdiyi zaman İlkin telefona baxırdı. Polis əməkdaşları hadisə yerinə tez bir zamanda gəldilər və onu bölməyə apardılar. Buna görə də o, zərərçəkmiş şəxsə yardım edə bilməmişdir. İlkinlə əvvəlki mübahisəsi 1-2 ay əvvəl olmuşdur. İlkin onunla əlaqəli pis sözlər dediyi üçün müştəriləri ilə əlaqə saxlamışdır. İlkin ətir satana qarşı söyüş işlətmişdi, o həmin söyüşü öz üzərinə götürmüşdür. Bu məsələ 01 oktyabr 2022-ci il tarixində baş verib. O, İlkinə bir bıçaq zərbəsi vurmuşdur. O, İlkinin həmin an öldüyünü görməmişdir. Sonradan onun ölümü ilə bağlı məlumatı olmuşdur. Zərərçəkmiş şəxsin ailəsi ilə barışmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 4 ildir ki, bərbərlik fəaliyyəti İlə məşğuldur. Zərərçəkmiş şəxs 2022-ci ilin may ayından tanımışdır. Belə ki, o Nəsimi rayonu, A.Məhərrəmov 174 ünvanında yerləşən “Nİ Studio” adlı bərbərxanada bərbər işləmiş, İlkin 2022-ci ilin may ayından onunla birlikdə həmin bərbərxanada işləmişdir. Onlarla birlikdə orada Vüsal adlı bərbər də işləmişdir. Həmin bərbərxana iki hissəli 1 otaqdan ibarətdir, pərdə ilə ayrılmışdır, digər hissə mətbəx kimi istifadə olunur, orada ayaqyolu, əl-üzyuyan kran olmuşdur. 2022- ci ilin may ayından oktyabr ayının ortalarına kimi onlar İlkinlə bilrikdə həmin bərbərxanada işləmişlər. 2022-ci ilin avqust ayından ona bərbərxanaya adını xatırlamadığı şəxs müxtəlif ətirlər vermiş, o, həmin ətirləri satdıqdan sonra özünə qalan 3-5 manat pulu götürüb qalan pulu həmin şəxsə vermişdir. 2022-ci ilin sentyabr ayının təxminən 20-də İlkinin Elməddin adlı tanışı ondan 1 ədəd ətir götürüb pulunu, yəni 15 manatı İlkinə verəcəyini demiş, İlkin pulu ona verəcəyini demiş, o, razılaşmış, lakin İlkin pulu ona verməmişdir. 01 oktyabr 2022-ci il tarixdə bərbərxananın elektrik verilişi borca görə bağlanmışdır. Həmin gün səhər iş yerinə birinci o, gəlmiş, ondan saat 12 radələrində İlkin gəlmiş, sonra Vüsal gəlmişdir. Vüsal onların ikisindən də əvvəl həmin yerdə işləmişdir. Onlar günorta radələrində bərbərxananın qapısının yanında dayanmışlar, Vüsal işığa təxminən 90 manat borcları olduğunu, yığışıb pulun bir hissəsini vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt onun üzərində 23 manat pul olmuş, İlkinə demişdir ki, onun tanışı Elməddinin götürdüyü ətirin pulundan heç olmasa 10 manat versin, İlkinin isə üzərində cəmi beş manat olduğunu bildirmişdir. Bundan sonra Vüsal ona pul verməsini demiş, o, üzərində olan 23 manatın 20 manatını ətir satan şirkətin nümayəndəsinin birazdan gələcəyini və ona verəcəyini bildirmiş, bu zaman İlkin “ətir satanın da varyoxunu beləbelə” yəni, nalayiq söyüş söymüşdür. O da ətir satdığı üçün İlkindən bu söyüşü kimə aid etməsini soruşmuş, İlkin də ona aid etmədiyini bildirmiş, ona ətir gətirənləri nəzərdə tutduğunu demişdir. Təxminən oktyabr aylarının ortalarında müştəri az gəldiyinə, iş zəif olduğuna görə o, həmin bərbərxanadan çıxıb Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yer götürüb noyabr ayının əvvəllərinə kimi orada bərbərlikdə məşğul olmuş, iş zəif getdiyi üçün oradan çıxıb bir müddət işsiz qalmışdır. Həmin müddətdə müştərilərlə əlaqə saxlamış, lakin müştərilərin onunla soyuq danışırmalarım hiss etmişdir. Bundan sonra o, fikirləşmişdir ki, həmin müştərilər İlkini də tanıdıqları üçün yəqin ki, İlkin müştərilərin yanında onun haqqında elə bir qərəzli nalayiq söz demişdir ki, həmin müştərilər ondan qaçır və onunla soyuq danışmağa başlamışlar. Onun ağlına İlkinlə aralarında ətirlə bağlı söhbət gəlmiş, çünki, o ətir də satmış, həmin vaxt İlkin ətir satanlara söyüş söymüşdür. Təxminən noyabr ayının ortalarında bu məsələni aydınlaşdırmaq üçün, o, İlkinin işlədiyi bərbərxanaya getmiş, həmin vaxt Vüsal, həmçinin İlkinin tanışı Elməddin də orada olmuşlar. O, İlkindən müştərilərin yanında yaxud kiminsə yanında onun haqqında nalayiq, qərəzli nəsə deyib-deməməsini soruşmuş, İlkin də onun haqqında pis heç nə demədiyini bildirmiş, o, onun haqqında pis nəsə danışana nalayiq söyüş söymüş, İlkin də bunu təstiqləyib onun haqqında pis danışana söymüşdür. O, xx.xx.2022-ci il tarixdə, Nəsimi rayonu, 20 Yanvar küçəsində “Qızıl Tac” Şadlıq sarayı ilə üzbəüz yer götürüb yenidən bərbərlik fəaliyyətinə başlamış, yavaş-yavaş öz müştərilərinə xəbər etmiş, onlar da saç düzəltdirmək üçün gəlmişlər. Lakin müştərilərdən bəziləri, ona yaxın olanlardan gəlmədikləri üçün ürəyində yenə şübhə yaranmışdır ki, yəqin İlkin müştərilərin yanında onun arxasınca danışmış, lakin onun üzünə bunu deyə bilməmişdir. 15 dekabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində onun telefonuna Rəhman adlı müştərisi zəng etmiş, İlkinin onun yanında olub-olmadığını soruşmuş, o da İlkinlə artıq birlikdə işləmədiyini bildirmişdir. Rəhman ona sonuncu dəfə saçını İlkinə qırxdığını demiş, onunla işi olduğunu bildirmiş və nömrəsini istəmiş, o, Rəhmandan İlkinlə nə işi olduğunu soruşmuş, Rəhman işi olduğunu bir daha bildirmiş, sonra o, Rəhmandan saçını nə vaxt kəsdirməyə gələcəyini soruşmuş, artıq bərbərxanasının yerinin dəyişilməyi haqqında demiş və başları söhbətə qarışdığından Rəhmana İlkinin nömrəsini vermək yadından çıxmışdır. Bu danışıqdan sonra İlkinin onun haqqında konkret olaraq o vaxt söydüyü söyüşü qəbul etməyi kimi, onun haqqında nalayiq sözlər yaydığı üçün müştərilərin ondan uzaqlaşdığı nəticəsinə gəlmiş və həmin gecə İlkini öldürmək məqsədi yaranmışdır. O, xx.xx.2022-ci il tarixdə, səhər saat 10 radələrində yuxudan oyanıb səhər yeməyi yemiş və iş yerinə getmişdir. Bir qədər işdə oturduqdan sonra İlkini öldürmək məqsədilə Şamaxinka tərəfdə xırdavat dükanına girmiş, qulpu qara rəngdə olan təxminən qulpu 7-8 sm uzunluğunda umumi 15-20 sm uzunluğu olan mətbəxi bıçağı almış, bıçağı alanda evə lazım olduğu üçün aldığını bildirmiş, bıçağı gödəkcəsinin sol iç cibinə qoymuşdur. Saat təxminən 12 radələrində İlkinin işlədiyi Nəsimi rayonu, A.Məhərrəmov 174A ünvanında yerləşən “Nİ Studio” adlı bərbərxananın qarşısına getmiş, həmin vaxt bərbərxananın qapısı bağlı olmuş, orada işləyən Əfqan adlı bərbər İlkinin gəlib bərbərxananı açmasını gözləmiş, o da Əfqana uşaqlarla görüşməyə gəldiyini demişdir. Əfqan İlkinə zəng edib nə vaxt gələcəyini soruşmuş, İlkin ona 20 dəqiqəyə gələcəyini bildirmiş, bir qədər sonra Sahil adlı İlkinin tanışı gəlmiş, bir neçə dəqiqə sonra isə İlkin gəlmişdir. İlkin hamı ilə öpüşüb görüşdükdən sonra bərbərxananın qapısını açıb içəri keçmişdir. İlkinin arxası ilə Sahil, Əfqan, tanımadığı cavan oğlan, sonra isə o içəri girmiş, İlkin uşaqlardan tam aralanması üçün o, çölə çıxıb yarım dəqiqə sonra yenidən içəri girmişdir. Saat təxminən birin yarısı olmuş, Sahil sol tərəfdəki divanda oturmuş, digərləri isə otaqda olan pərdənin digər tərəfində olmuşlar. O, yaxınlaşıb pərdəni çəkib içəri girmiş, Əfqanın saçını yuduğunu, ayaqyolunun qapısı bağlı olduğunu, İlkinin isə paltar şkafının qarşısında telefonda nəyəsə baxdığını görmüşdür. İlkinlə qarşı-qarşıya dayanmışlar, aralarında 1 metr məsafə olmuş, o, ani olaraq gödəkcəsinin sol iç cibindən dükandan aldığı mətbəx bıçağını sağ əli ilə çıxarmış, sonra solaxay olduğu üçün sol əlinə bıçağı keçirib İlkin tərəfə cəld bir addım atıb İlkinin ürək tərəfinə bıçaqla güclü zərbə vurmuşdur. O, bıçağın dərinə girdiyini hiss etmiş, o, zərbə vuran anda İlkin başını qaldırıb ona baxmış, müqavimət göstərməyə imkanı olmamış, arxaya gedib divara söykənərək aşağıya yarımoturaq vəziyyətə düşmüş, qışqırmağa başlamışdır. O, əyilib İlkinin bədəninə, ayağına harasına gəldi bıçaqla çoxsaylı zərbələr vurmağa davam etmiş, məqsədi İlkini öldürmək omuşdur. İlkin tam yerə yıxıldıqdan sonra Sahil və Əfqan yaxınlaşıb onu tutub bıçağı əlindən almağa çalışmış, İlkin isə yerdə uzanıqlı vəziyyətə olmuşdur. O, İlkini yenə də vurmaq istəmişdir ki, ölsün, lakin Sahil və Əfqan onu oradan aralamış, bıçağı əlindən almaq istəyərkən hətta ikisinin də əli kəsilmişdir. O, Sahilə və Əfqana qəsdən xəsarət yetirməmiş, onun məqsədi İlkini öldürmək olmuşdur. Bu tutaşma təxminən 3-5 dəqiqə çəkmiş, sonra Çevik Polis alayının 2 nəfər əməkdaşı gəlib onu sakitləşdirmiş, bıçağı kimsə onun əlindən almış və içəri qoymuşdur. Bundan sonra polis əməkdaşları onu 19-cu PŞ-ə aparmışlar.Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadələrində göstərdi ki, iəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır,onunla hər hansı münasibəti olmamışdır, qətlə yetirilən X1 onun qardaşıdır.25 avqust 2022-ci il tarixdə yaşadığı evdə olarkən qardaşı Hüseynağa paltarları toza bulaşmış və döyülmüş halda evə gəlmişdi. O, Hüseynağadan nə olduğunu soruşduqda Hüseynağa dedi ki, danışdığı və sevdiyi Günayın atası Babək onu yaşdıqları evə çağıraraq qızı ilə danışdığı üçün onu döymüşdür. O, bunu eşidəndən sonra polisə şikayət etmək istəsə də qardaşı şikayət etmək istəmədi. O da qardaşına Günayla danışmamasını tapşırmışdır. Hadisə günü o, Hüseynağaya zəng etsə də ona zəng çatmamışdır. O sonra polis bölməsinə şikayət etmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, Günayın atası Babək Quliyev qardaşı Hüseynağanı öldürmüşdür. Hüseynağanın instaqram səhifəsindən Günayla danışdığı həmin mesajların şəkilini çəkib özündə saxlamışdır. O, qardaşının heç bir səhvi olmamışdır. Günay özü qardaşı ilə könüllü cinsi əlaqədə olub və onların evinə dəfələrlə gəlib. Onun qardaşının heç bir səhvi olmayıb. Onun anası qardaşını və Günayı onların evinə gəlməməsi üçün tənbeh edib. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Onun ömürlük azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı hüquqi varisi qismində dindirilmiş X9 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. İlkin 2016-cı ildə ailə həyatı qurmuş, 6 yaşlı qız övladı vardır. İlkin 2014-cü ildən bərbərlik fəlaiyyəti ilə məşğul olmuşdur. 2022-ci ilin iyun ayından İlkin ünvan 3 ünvanında yerləşən “Nİ Studio” adlı bərbərxanada işləmişdir. İlkin həmin vaxtdan bərbər stoluna görə Təranə adlı qadına aylıq 200 manat pul vermiş, Təqsirləndirilən şəxs da 2022-ci ilin oktyabr ayına kimi İlkinin işlədiyi bərbərxanada bərbər işləmişdir. İsməti İlkinlə eyni bərbərxanada işlədiyi vaxtdan tanımış, İsmətlə yaxm münasibəti olmamış, hərdən bərbərxanaya İlkinin yanma gedəndə İsməti də orada görüb salamlaşmış, İlkinlə İsmətin arasında heç vaxt narazılıq dava dalaş olmasını eşitməmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona zəng edərək qardaşı İlkinin tanışı İsmət tərəfindən ünvan 3 ünvanında yerləşən “Nİ Studio” adlı bərbərxanada bıçaqla vurularaq öldürüldüyünü bildirmişlər. Zərərçəkmiş şəxs heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. İlkin onun yanında İsmət barədə pis heç nə danışmamışdır. İlkin ümumiyyətlə evdə dostları və tanışları haqqında danışmamışdır. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. ünvan 3 ünvanındakı “Nİ Studio" adlı bərbərxanadan qışqırıq səsləri gəldiyi üçün polis serjantı Şahid4la birlikdə bərbərxanaya tərəf qaçıb içəri daxil olmuşlar. O, qapıdan içəri girəndə bir nəfər cavan oğlanın digər bir cavan oğlanın əlindəki mətbəx bıçağını almağa çalışdığını, digər tərəfdə isə saqqallı cavan oğlanın yerdə uzanıqlı vəziyyətdə xırıldadığını gördülər. Bıçağı sonradan İsmətdən alıb bərbərxanadakı stollardan birinin üzərinə qoydular və İsməti sakitləşdirib 19-cu PŞ-nin növbətçi hissəsinə məlumat verdilər, həmçinin TTYS-a zəng etdilər. Bir qədər sonra polis əməkdaşları və TTYS-nm əməkdaşları gəldi və İlkini müayinə edib artıq öldüyünü bildirdilər. İsmət onlara heç bir müqavimət göstərməmişdir. İlkin yerdə uzanıqlı vəziyyətdə xırıldayırdı. Hadisə olan günün tarixini dəqiqliyi ilə xatırlamır. Təxminən hadisə 16 dekabr 2022-ci il tarixində səhər saatlarında baş verib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ və 20-ci PB-nin xidməti ərazisində xidmət aparır. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanının qarşısında olan “Abad Məhlə” parkının açılışında olarkən A.Məhərrəmov küçəsi ev 174 ünvanındakı “Nİ Studio" adlı bərbərxanadan qışqırıq səsləri gəldiyi üçün polis serjantı Şahid4la birlikdə bərbərxanaya tərəf qaçıb içəri daxil olmuşlar. O, qapıdan içəri girəndə bir nəfər cavan oğlanın digər bir cavan oğlanın əlindənki mətbəx bıçağını almağa çalışdığını, digər tərəfdə isə saqqallı cavan oğlanın yerdə oturaqh vəziyyətdə xırıldadığını görmüş, iş yoldaşı Hilalla birlikdə bıçağı sonradan adının İsmət olduğunu öyrəndiyi şəxsdən alıb bərbərxanadakı stollardan birinin üzərinə qoymuş və İsməti sakitləşdirib 19-cu PŞ-nin növbətçi hissəsinə məlumat vermiş, həmçinin TTYS-a zəng etmişdir. O, yaşıl rəngli dəsmalla İlkinin sağ ayağını bağlamışdır ki, qanı çox getməsin. Bir qədər sonra polis əməkdaşları və TTYS-nm əməkdaşları gəlmiş, İlkini müayinə edib artıq öldüyünü bildirmişlər. Hadisə yerində onlara məlum olmuşdur ki, İlkini İsmət bıçaqla vurub öldürmüşdür. Onlar Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları ilə birlikdə İsməti polis şöbəsinə aparmışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlkini və İsməti əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. İsmət onlara heç bir xəsarət yetirməmiş, müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs əlindəki bıçağın dəstəyi qara rəngli plasmasdan, tiyəsi gümüşü rəngli olmuşdur. Bıçağın ümumi uzunluğu təxminən 20 sm, tiyəsinin uzunluğu təxminən 11-12 sm olmuşdur. Həmin vaxt İlkinin əynində qara rəngli şalvar, qara rəngli kofta, İsmətin əynində isə göy cins şalvar, göy kurtka və göy kofta olmuşdur. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. ünvan 3 ünvanındakı “Nİ Studio" adlı bərbərxanadan qışqırıq səsləri gəldiyi üçün polis serjantı Şahid4la birlikdə bərbərxanaya tərəf qaçıb içəri daxil olmuşlar. O, qapıdan içəri girəndə bir nəfər cavan oğlanın digər bir cavan oğlanın əlindəki mətbəx bıçağını almağa çalışdığını, digər tərəfdə isə saqqallı cavan oğlanın yerdə uzanıqlı vəziyyətdə xırıldadığını gördülər. Bıçağı sonradan İsmətdən alıb bərbərxanadakı stollardan birinin üzərinə qoydular və İsməti sakitləşdirib 19-cu PŞ-nin növbətçi hissəsinə məlumat verdilər, həmçinin TTYS-a zəng etdilər. Bir qədər sonra polis əməkdaşları və TTYS-nm əməkdaşları gəldi və İlkini müayinə edib artıq öldüyünü bildirdilər. İsmət onlara heç bir müqavimət göstərməmişdir. İlkin yerdə uzanıqlı vəziyyətdə xırıldayırdı. Hadisə olan günün tarixini dəqiqliyi ilə xatırlamır. Təxminən hadisə 16 dekabr 2022-ci il tarixində səhər saatlarında baş verib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Şahid7 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. İsməti o, qonşuluqda yerləşən bərbərxanada saç ustası kimi tanımışdır. Hadisə vaxtı o həmin ərazidə olmamışdır. İsmətin İlkini öldürdüyünü sonradan tanışlardan eşitmişdir. Hadisə təxminən 16 dekabr 2022-ci il tarixində baş verib. İsməti 2021-ci ildən tanıyır. İş yoldaşları İsmətin İlkini bıçaqladığını dedilər. İlkinin yaralı olduğunu dedilər. O, İlkinin meyidi çıxarılarkən görmüşdür. Onun işlədiyi yer ilə hadisə olan yer arasında az məsafə var idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ünvan 3 ünvanındakı boş obyekti, 2020-ci ilin təxminən aprel ayında Elxan adlı şəxsdən aylıq 400 manata icarəyə götürmüş, aralarında icarə müqaviləsi bağlanmamış, 2022-ci ilin may ayına kimi həmin obyekti bərbərxana kimi düzəltdirmiş, öz hesabına həmin bərbərxanaya 4 ədəd saç kəsdirmək üçün stol və mətbəx mebeli və sair düzəltdirmiş, “Nİ Studio” adlı bərbərxanada stolun birini ilk iki ay 150 manata qalan aylarda isə 200 manata icarəyə vermişdir. Pulu ona bərbərlər əlbəəl vermişlər. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayından tanımış, belə ki, İsmət həmin bərbərxanada ilk bir ay 150 manat ödəməklə, qalan aylarda 200 manat ödəmiş, təxmini 2022-ci ilin oktyabr ayının ortalarında işdən çıxmışdır. Zərərçəkmiş şəxs isə 2022-ci ilin təxminən may ayından tanımış, o, həmin vaxdan bərbərxanada işləmişdir. İlkin də ilk ay 150 manat qalan aylarda 200 manat ödəmişdir. Onlardan başqa Şahid6 2022-ci ilin may ayından indiyədək həmin bərbərxanada işləyir, o da ilk ay 150 manat qalan aylarda isə 200 manat ödəmişdir. Əfqan adlı oğlan isə xx.xx.2022-ci İl tarixdən həmin obyektdə bərbər kimi işləmiş, Əfqan birinci aya görə 150 manat pul vermiş, ikinci aya görə yenə dekabr ayının əvvəllərində 150 manat ödəmiş, lakin həmin pulu o, Əfqana qaytarmışdır. Ramin adlı şəxs də dekabr ayının əvvəllərindən işə başlamış, lakin ödənişi tam etməmiş, cəmi 60 manat pul vermişdir. 16 dekabr 2022-ci il tarixdə, saat 13-14 radələrində Vüsalla telefonla danışanda Vüsal ona “NİStudio” adlı bərbərxanada İsmətin İlkini bıçaqla vurduğunu demiş, o, dərhal bərbərxanaya getmiş, bərbərxananın yanında çoxlu sayda adamlar olduğunu görmüş, ətrafda olan şəxslərdən İsmətin İlkini bıçaqla vurub öldürdüyünü eşitmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında narazılıq ədavət olmasını o, eşitməmişdir. Onun yanında İlkin yaxud başqa şəxs İsmət barədə pis heç nə danışmamışdır. Şahid8 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. İsmət onun saç ustası olub. İsmətlə münasibətləri normal olub. Zərərçəkmiş şəxs tanımayıb. Hadisə barədə heç nə bilmir, görməmişdir. Hadisədən bir neçə gün əvvəl bərbərxana bağlı olduğuna görə o, İsmətə zəng vurmuşdu ki, onun saçını kəssin. İsmət başqa yerdə olduğunu dedi, ondan saçını kəssin deyə İlkinin nömrəsini istədi. İsmətlə İlkinin münasibətləri normal idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayından tanımış, ona həmin ərəfədə saçını kəsdirmiş, Təqsirləndirilən şəxs isə 2-3 il olar ki, tanıyır, belə ki, 2-3 il əvvəldən atası və o, saçını İsmətin yanında kəsdirmiş, hər İkisi ilə münasibəti yaxşı olmuş, heç biri ilə ədavəti olmamışdır. 13 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində İsmət və İlkinin işlədiyi ünvan 3 ünvanında yerləşən “Nİ Studio” adh bərbərxanaya gəlmiş, həmin vaxt İsmət orada olmamış, İlkin İsmətin günorta gələcəyini demiş, ona görə saçını İlkinə kəsdirmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 20-21 radələrində o, istifadəsində olan ***-***-**-** nömrəsindən İsmətin 055-793- 16-99 nömrəsinə zəng edib İlkinin onun yanında olub-olmadığını soruşmuş, belə ki, sonuncu dəfə İlkinin onun saçını kəsməsi xoşuna gəldiyindən yenidən saçını ona kəsdirmək istəmişdir. İsmət demişdir ki, İlkinlə birlikdə işləmirlər, o, İlkinin nömrəsini soruşmuş, İlkinlə işi olduğunu demiş, saçını İlkinə kəsdirmək istədiyini deməmişdir. İsmət ona “Qızıl Tac şadlıq sarayının yanında bərbərliklə məşğul olduğunu, ona saçını kəsdirmək üçün onun yanına gələcəyini soruşmuş, o da gələcəyini demiş, sonra sağollaşmışlar. İsmət İlkinin nömrəsini ona deməmişdir. Bir neçə gün sonra polis əməkdaşlarından eşitmişdir ki, İsmət İlkini işlədiyi bərbərxanada bıçaqlayıb öldürmüşdür. Onun yanında İlkin yaxud başqa şəxs İsmət barədə pis heç nə danışmamışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti yoxdur. “Nİ Studio” adlı bərbərxanada bərbər kimi işləyirdi. O, hadisədən bir gün əvvəl bərbərxananı qapısının açarı dəyişdiyinə görə gələndə bərbərxana bağlı olmuş, ona görə də İlkinə zəng edərək, ondan harada olmasını soruşduqda İlkin telefonda metroda olduğunu bildirmişdir. İlkindən əvvəl Qasım gələrək bərbərxananın qapısını açdı. O, müştərisi gəlməzdən əvvəl saçı kirli olduğundan içəriyə keçərək saçını yuduqda qışqırıq səsləri eşitdi. Qasım ondan əvvəl səs-küyə qaçdı. O görəndə artıq İsmət İlkini bıçaqla vurmuşdu. İlkin yerdə uzanıqlı vəziyyətdə idi. O bacardığı qədər İlkinə yardım göstərmişdir. Hadisə oluqdan 5-7 dəqiqə sonra polis əməkdaşları gəldilər. O, İsmətlə İlkin arasında hadisə olana qədər heç bir münaqişəyə şahid olmamışdır. Hadisənin tarixini dəqiqliyi ilə xatırlamır, amma 2023-cü il, soyuq aylardan birində baş verib. İsməti əlindəki bıçağın rəngi yadında deyil. İsmət əlindəki bıçağı yerə qoymaq istəmirdi. Hadisə günü tam dəqiqliyi ilə yadında deyil. İlkin ona qarşı söyüş söyməyib. O, İlkinin işlədiyi yerdə 1 aydır ki, işləyirdi. Hadisə dekabr ayında baş vermişdi. Hadisə olan yer “Nİ Studio” adlı bərbərxana idi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 Şahid1 oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Şahid6 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, münasiətlərimi yaxşıdır. Onunla heç bir ədavəti yoxdur. Hadisə olan gündən 2 ay əvvəl İlkin “ətir satanın da varyoxunu belə-belə” deyərək nalayiq söyüş söymüş, İsmət İlkindən bu söyüşü kimə aid etməsini soruşmuş, İlkin də söyüşü İsmətə aid etmədiyini, şirkətdən ətir gətirənləri nəzərdə tutduğunu bildirmiş, həmin vaxt İsmətlə İlkinin arasında mübahisə dava dalaş olmamışdı. İsmət bir dəfə ondan soruşub ki, “Mənim haqqımda İlkin nə deyib?”. İlkin İsməti hadisə olan gündən 2 ay əvvəl söyüb. İlkin onun üzünə söyməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanımış, belə ki, 2020-ci ilin may ayından o, ünvan 3 ünvanında “Nİ Studio” adlı bərbərxanada bərbər İşləmiş, Təqsirləndirilən şəxs ondan təxmini 1 həftə sonra yəni 2020-ci ilin may ayından həmin bərbərxanada işləmişdir. Zərərçəkmiş şəxs isə 2022-ci ilin təxminən may ayından tanımışam, İlkin həmin vaxt İsmətlə onun işlədiyi bərbərxanada işə başlamışdır. Həmin bərbərxanada 4 bərbər stolu vardır. Hər bir bərbər stoluna görə Təranə adlı qadın 200 manat pul almış, Təranə onlarla icarə müqaviləsi bağlamamışdır. 2022-ci ilin avqust ayından tanımadığı şirkətin nümayəndələri İsmətə müxtəlif ətirlər vermiş, İsmət həmin ətirləri satdıqdan sonra özünə qalan pulu götürüb qalan hissəsini şirkətə vermişdir. 2022-ci ilin sentyabr aymm təxmini 20-də İlkinin Elməddin adlı tanışı İsmətdən 1 ədəd 15 manatlıq ətir götürüb pulunu İlkinin verəcəyini demiş, İlkin də bunu təsdiqləmiş, lakin pulu verməmişdir. İsmət 2022-ci ilin təxminən oktyabr ayının 10-a kimi onlarla bilrikdə işlədikdən sonra işi zəif olduğunu deyərək Elmlər Akademiyası yaxmlığınan obyekt götürüb bərbərliklə məşğul olmuş sonra bir müddət işləməmişdir. Sonuncu dəfə İsmət təxminən 11 dekabr 2022-ci il tarixdə “Qızıl-Tac” şadlıq sarayının yaxınlığında obyekt götürüb bərbərlik etmişdir. İlkinlə İsmət arasında birlikdə işlədikləri müddətdə yaxud ondan sonra hər-hansı ədavət və düşmənçilik olmamış, onların münasibəti hər-zaman normal olmuşdur. 01 oktyabr 2022-ci il tarixdə bərbərxananın işığı borca görə kəsilmiş, günorta radələrində bərbərxananın qapısının yanında İlkinlə İsmətə demişdir ki, işığa olan təxmini 90 manat borclarını yığışıb versinlər. İsmət həmin vaxt İlkinə tanışı Elməddinin götürdüyü ətirin pulundan heç olmasa 10 manat verməsini demiş, İlkin də üzərində cəmi beş manat olduğunu bildirmiş, o, İsmətə pul verməsini demiş, İsmət də üzərində 23 manatın olmasını, 20 manatını birazdan gələcək ətir satan şirkətin nümayəndəsinə verəcəyini deyəndə İlkin “ətir satanın da varyoxunu belə-belə” deyərək nalayiq söyüş söymüş, İsmət İlkindən bu söyüşü kimə aid etməsini soruşmuş, İlkin də söyüşü İsmətə aid etmədiyini, şirkətdən ətir gətirənləri nəzərdə tutduğunu bildirmiş, həmin vaxt İsmətlə İlkinin arasında mübahisə dava dalaş olmamış, həmin gün onlar işığın pulundan təxminən 60 manat yığışıb ödəmiş və elektrik verilişi bərpa olunmuşdur. Təxminən 3-4 gün sonar İsmət ondan İlkinin onun arxası ilə söyüş məsələsi ilə əlaqədar nəsə danışıb-danışmamasım soruşmuş, o da belə şey olmadığı üçün and içib onun arxası ilə heç kimin danışmamasını bildirmişdir. Bundan sonra təxminən noyabr ayının ortalarında yenə bu söyüş məsələni aydınlaşdırmaq üçün İsmət onların işlədiyi bərbərxanaya gəlmiş, həmin vaxt Elməddin, o, İlkin bərbərxanada olmuş, İsmət İlkindən onun haqqında kiminsə yanında nalayiq, qərəzli nəsə deyib-deməməsini soruşmuş, İlkin də and içərək İsmətin haqqında heç kimin yanında pis heç nə demədiyini bildirmiş, bundan sonra İsmət çıxıb getmişdir. Təxminən 12 dekabr 2022-ci il tarixdə İsmət ona zəng edib “Qızıl-Tac” şadlıq sarayının qarşısında icarəyə obyekt götürdüyünü, orada bərbərliklə məşğul olduğunu demiş, o, həmin gün oraya getmiş, orada İsmətlə bir az söhbət etmiş, İsmətin kreslosunun ayaqaltısı olmadığından ona kreslo ayaqaltısı göndərmişdir. xx.xx.2022-ci il tarixdə İsməti “WP” proqramı ilə görüntülü yığıb hal-əhval etmiş, həmin vaxt bərbərxanada olmuş, Əfqan və İlkin də onun yanında olmuş, İsmət yalnız onunla danışmışdır. İlkin ona bəlkə gedib İsmətin yanma xeyirli olsun demələrini təklif etmiş, onun işi olduğu üçün gedə bilməmişlər. Onların işlədiyi bərbərxana ilə İsmətin işlədiyi bərbərxana arasında təxminən 250-300 metr məsafə olmuşdur. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı diş həkiminə getdiyi üçün o, uşaqlarla evdə qalmış, həmin gün təxmini günorta saatlarında tanışlardan kimsə ona zəng edərək İsmətin İlkini işlədikləri bərbərxanada bıçaqla vurub qətlə yetirdiyini bildirmiş, o, əvvəlcə inanmamış, dərhal oraya getmiş, bərbərxananın qabağında çoxlu sayda adam toplaşdığını görmüş, İlkinin meyiti bərbərxanada olmuş, sonra müayinə olunması üçün morqa aparılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuracağını ona deməmiş, onun yanında İlkin yaxud başqa şəxs İsmət barədə pis heç nə danışmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs İmişli rayonunda məktəb vaxtlarından tanımış, İlkin, İmişli rayonu 1 Na-li Tam orta məktəbdə o, isə 2 N:-li Tam orta məktəbdə təhsil almışdır. İlkinlə uşaqlıqdan münasibətləri yaxşı olmuş, heç vaxt ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs isə 2022-c ilin yay aylarından tanımış, onu görəndə salamlaşmış, başqa münasibətləri olmamışdır. İlkin 2022-ci ilin təxminən may ayından İsmətin işlədiyi Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 174 ünvamndakı “Nİ Studio” adlı bərbərxanada işləməyə başlamışdır. Lakin sonradan İsmət oradan çıxıb başqa yerdə işləmiş, İlkinlə İsmətin münasibəti əvvəllər normal olmuş, aralarında ədavət düşmənçilik olmamışdır. O, İlkinin işlədiyi bərbərxanaya yaxm qaldığı üçün tez-tez İlkinin yanına gəlib getmiş, həm də İlkinə saçım kəsdirmişdir. xx.xx.2022-ci il tarixdə təzə paltar aldıqdan sonra saat 13 radələrində İlkinin işlədiyi bərbərxananın qarşısına gəlmiş, həm orada paltarını dəyişmək, həm də saçını yumaq istəmiş, o, gələndə bərbərxana bağlı olmuş, həmin vaxt İsmət və İlkinlə birlikdə işləyən Əfqan orada olmuşlar. O, Əfqandan obyekti niyə açmadığım soruşmuş, Əfqan da qapının qıfılının açarının İlkində və Vüsalda olduğunu bildirmiş, sonra o, İlkinə zəng etmiş, İlkin telefonda bərbərxanaya tərəf gəldiyini demişdir. Bir neçə dəqiqə sonra İlkinin arxası ilə tanımadığı bir nəfər gəlmiş, İlkin hamıyla öpüşüb görüşdükdən sonra bərbərxananı açıb içəri daxil olmuş, İlkinin arxası ilə Əfqan içəri girmiş, onun arxası ilə İlkinin yanı ilə gələn tanımadığı oğlan, sonra İsmət sonra isə o, içəri girmişlər. Əfqan bərbərxananın digər tərəfinə keçib saçım yumağa başlamış, tanımadığı oğlan bərbərxananın otağının digər hissəsinə keçib ayaqyoluna girib qapını bağlamışdır. İlkin də ayaqyolu tərəfə getmiş, əlində telefon olmuş, İsmət isə bərbər stolları olan tərəfdə güzgünün qabağında olmuş, o da divanda oturmuşdur. O, İlkinə təzə şalvar aldığını demiş, İlkinlə gedib yaxınlıqdakı dərzidə şalvarın balağım kəsdirmək istəmiş, İlkin də əvvəlcə ayqyoluna girmək istəyini bildirmişdir. İlkin həmin vaxt şkafın yanında dayanıb telefona baxmış, bu zaman İsmət İlkin tərəfə keçib pərdəni bağlamışdır. Təxminən 10-15 saniyə sonra İlkinin qışqırıq səsini eşitmiş, o, dərhal pərdəyə yaxınlaşmış, bu vaxt tualetə gedən tanımadığı şəxs tualetin qapısını açıb çıxıb çölə qaçmış, Əfqan da əlüzyuyanın yanından pərdənin bu tərəfmə keçmiş, o, İsmətin divara söykənib oturaqh vəziyətdə olan İlkinə böyük bıçaqla zərbələr vurduğunu görmüş, tez İsməti tutub arxaya çəkmiş, İlkinin paltarı qan olmuş, o, Əfqana kömək etməsi üçün qışqırmış, İsmətdən bıçağı almaq istəyərkən sol və sağ əlinin barmaqları kəsilmiş, İsmətlə dartışan vaxt polis əməkdaşları gəlib köməklik etmiş, İlkindən bıçağı alıb şkafın üstünə qoymuşlar. Bundan sonra polislər İsməti aparmış, İlkin oturaqh vəziyyətdə olmuş, huşu özündə olmamış, ilkin yardım üçün o İlkinin şalvarının sol ayağını əli ilə cırmış, Əfqan qan çox axmasın deyə elektrik kabeli ilə İlkinin bud hissəsini bağlamış, bundan bir neçə dəqiqə sonra TTYS əməkdaşları gəlib İlkinin öldüyünü bildirmişlər. İsmət onu yaxud Əfqanı vurmaq istəməmiş, sadəcə olaraq bıçağı almaq istədikdə təsadüfən əlləri kəsilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinin baxışının aparılması” haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 4 ünvanında yerləşən bərbərxanadır.. Bərbərxananın döşəməsi kafeldəndir, döşəmədə qanabənzər ləkələr vardır. Otağın mavi pərdədən sonra olan ikinci hissəsində şkafın üzərində bir ədəd dəstəyi qara rəngli üzərində qanabənzər ləkələr olan bıçaq vardır. Zərərçəkmiş şəxs meyiti oturaq halda mətbəx şkafına söykənikli vəziyyətdədir. Meyitin ətrafında yerdə qanabənzər ləkələr vardır. Baxış zamanı fotoşəkillər çəkilmiş, bıçaq, qanabənzər nümunələr və s. götürülərək müvafiq qaydada qablaşdırılıb protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 133 saylı rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs meyitində: döş qəfəsinin sol yarısının ön səthində, döşyanı xətt üzrə, İV-V qabırğalararası sahədə , ayaqaltından 123 sm yuxarıda olan (2,0x0,7 sm ölçüdə) 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara döş boşluğuna nüfuz edərək ürək kisəsini dəlib-keçir və ürəyin sağ mədəciyini, mədəciklərarası arakəsməni dəlib-keçərək sol mədəciyin boşluğuna sirayət edir. Yara saat siferblatının 4 və 10 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş xəsarətələr aşkar olunmuşdur. Yara kanalının ümumi uzunluğu təxminən 9-11 sm-dir, istiqaməti öndən-arxaya, aşağıdan- yuxarıya və sağdan-sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tündqırmızı rəngli qansızmalıdır. Qeyd edilən deşilmiş-kəsilmiş yara həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəlidir. Döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİİ-Vİİİ qabırğalararası sahədə, ayaqaltından 116 sm yuxarıda yerləşən (1,0x0,5 sm ölçüdə) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası. Yara saat siferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Döş qəfəsinin ön səthində, orta xətt üzrə, X-Xİ qabırğalararası sahədə, ayaqaltından 110 sm yuxarıda yerləşən (1,0x0,3 sm ölçüdə) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatının 4 və 10 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Qarın nahiyəsinin sol yarısının ön səthində, orta körpücük xətti üzrə, ayaqaltından 103 sm yuxarıda yerləşən (2,0x0,9 sm ölçüdə) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatının 5 və 10 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Sağ saidin yuxarı 1/3-nin iç-ön səthlərinin 2 (iki) ədəd və sol budun aşağı 1/3-nin ön səthininn 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları. Qeyd edilən deşilmiş- kəsilmİş yaralar həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstəriləni6.12.2022-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL vurmanın əlamətlərinə malikdirlər, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş- kəsilmiş yaralar ülgücə və küpə malik yastı tipli deşici-kəsici alət (alətlər) ilə yetiirlmiş ən azı 7 (yeddi) zərbə nəticəsində əmələ gəlmişdirlər. X8 ölmünə səbəb döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətləri inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 16:00-da) təxminən 3-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təsqiqatı nəticəsində etil spirtli, narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (hərəkət etmək, danışmaq, köməyə çağırmaq və s.) edə bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşicikəsici təsirindən törənmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmişkəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və s. vəziyyətlərdə, eləcə də müxtəlif qarışıqlı vəziyyətlərdə ola bilərdi, “dava-dalaş “, “mübarizə” və “özünü müdafıyə” hüququ məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmadı. İ.Ə.Qurbanlmın qanın qrup mənsubiyyətinin təyini üçün meyitindən götürülmüş qan nümunəsi “MTE və PA Birliyi” PHŞ-nin məhkəmə-bioloji şöbəsinə göndərildi. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi ətrafında və dəliyində xəsarət və xəsarət izləri aşkar olunmamışdır. İ.Ə.Qurbanlmın arxa keçəcək möhtəviyyatı olan bir ədəd tamponun və bir ədəd yaxmanın məhkəmə tibbi tədqiqi zamanı spermotozoidlər aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 1679 saylı rəyində göstərilmişdir ki. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlər sağ əlin 4-cü və sol əlin 1-ci barmaqlarının kəsilmiş yaraları iti kənara malik olan alətin (alətlərin) təsirindən müayinədən bir günə qədər müddətə əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-tibbi ekspertizasının 19 mart 2022-ci il tarixli, 1680 saylı rəyində göstərilmişdir ki, Şahid2 bədən səthində aşkar olunmuş xəsarətlər sağ əlin 4-cü və sağ əlin 1-ci barmaqlarının kəsilmiş yaraları iti kənara malik olan alətin (alətlərin) təsirindən müayinədən bir günə qədər müddətə əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 16. dekabr 2022-ci il tarixdə bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 1681 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 810/2022-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/HZ/İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/İİİ/Rh+. Şahid2 ABO sistemi üzrə qan qrupu: O/İ/Rh+. Şahid1 ABO sistemi üzrə qan qrupu:O/İ/Rh+. Sonuncularda qərarın təsviri hissəsində qeyd olunan məlumata əsasən ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, mayka, cins şalvar, trusik, sol tay ayaqqabı, Təqsirləndirilən şəxs məxsus gödəkcə, vodolazka, cins şalvar, hadisə yerindən götürülmüş 03 ədəd dəsmal, 02 ədəd əski parçası, bir ədəd mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yrindən 08 ədəd maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təqdim olunduqda B,H antigenleri və bəzi ləkələrdə həmçinin alfa aqqlyutini də alındı. Beləliklə, bu qan ləkələri B-ZH//İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının ola bilməsi də mümkündür, əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa. Ləkələrdə O/İ/ qruplu Şahid2 və Şahid1 qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür, əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus sağ tay ayqqabı üzərində qan, ona məxsus kəmər, bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 639/MTKŞ-2022 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin sağ qolunun ön səthində iki ədəd kəsilmiş zədə, sağ qolunun arxa səthində üç ədəd deşilmişkəsilmiş zədə. Mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və qolsuz maykanın hər birinin Ön səthində orta hissəsində üç ədəd və Ön səthinin sol yarısının aşağı hissəsində üç ədəd, uzunqol koftanın sağ qolunun arxa səthində üç ədəd deşilmiş-kəsilmiş zədə. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın ön səthinin sol yarısında bir ədəd kəsilmiş zədə, şalvarın sol ayağının arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, kəsilmiş zədələr kəsici kənara malik iti alətin təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, uzunqol kofta, qolsuz mayka və cins şalvar) üzərində olan zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşiliş-kəsilmiş zədələrdən, gödəkcənin və uzunqol koftanın sağ qolunun üzərində olan iki 14 ədəd zədə, uzunqol koftanın və maykanın ön səthində olan dörd ədəd zədə mərhumun bədəninin müvafiq nahiyyələrində olan xəsarətlərlə yerləşməsinə görə üst-üstə düşürlər. Təqdim edilmiş cins şalvarın sol ayağının arxa səthində olan deşilmişkəsilmiş zədə ilə mərhumun sol budunun aşağı 1/3-nin səthində olan xəsarət lokalizasiyasına görə uyğunluq təşkil etmir. Lakin sol bud nahiyyəsində olan xəsərətə uyğun şalvar üzərində digər zədənin olmamasını, paltarın hərəkətli, yerdəyişən olmasını nəzərə alaraq, bu uyğunsuzluğu hadisənin baş vermə şəraiti və zədələrin yetirilmə mexanizmi ilə izah etmək olar. Təqdim edilmiş gödəkcənin və cins şalvarın üzərində olan kəsilmiş zədələrə, gödəkcənin və uzunqol koftanın sağ qolunun üzərində olan bir ədəd deşilmiş-kəsilmiş zədəyə, uzunqol koftanın və maykanın ön səthində olan iki deşilmiş-kəsilmiş zədəyə uyğun mərhumun bədəni üzərində xəsarətlər aşkar edilməmişdir ki, bu da həmin zədələrin xarakteri, dəlib- keçməyən olması, yerləşmə nahiyyəsi və zədə yetirilərkən yalnız paltarın zədələnməsi İlə izah oluna bilər. Mərhum Zərərçəkmiş şəxs məxsus tumanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin, cins şalvarın və sviterin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 550 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs araşdırma üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, şübhəlilik, xırdaçılıq, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisədən bilavasitə əvvəl hadisəni törətməyə meyl oyadan, qətiyyət yaradan emosional vəziyyətdə olmuşdur. Həmin halın yaranması fərdi-psixoloji xüsusiyyətləri İlə 15 şərtləşmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətləri (kinlilik, şüphəlilik, xırdaçılıq, İnadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik) baş vermiş hadisə zamanı hərəkətlərinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, üzərində qara rəngli kəməri olan 01 ədəd qara rəngli cins şalvar, göy rəngli kişi alt tumanı, 01 cüt qara corab və ayaqqabı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli gödəkcə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy rəngli cins şalvar, 1 ədəd bıçaq, 02 ədəd əski parçası,03 ədəd dəsmal, 08 ədəd qan nümunəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini onun qanunvericiliklə müəyyən edilmiş hüququ kimi qiymətləndirib bu hallarla bağlı qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələrinə zidd olaraq bıçağı hadisə yerindən götürdüyünü, zərərçəkmiş şəxsin hadisə baş verən zaman da onu söydüyünü və bu səbəbdən onu öldürdüyünü göstərməsi həqiqəti əks etdirməyən və öz müdafiəsinə yönələn ifadələrdir. O ifadələrində göstərdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədi və onun bu iddiasını təsdiq edən sübut müəyyən olunmadı. Bundan əlavə məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X10rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni xuliqanlıq niyyətiylə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Çünki o, bu cinayətin qurbanı olmuş Zərərçəkmiş şəxs ətir satanın ünvanına söyüş söyb, ona baxdığını həmin söyüşü özünə aid etməsində, habelə sonradan bu hadisəyə yenidən qaydıb araşdırma aparıb zərərçəkmiş şəxsi onu söydüyünü etiraf etdirməkdə haqlı olmamışdır. Çünki məhkəmədə araşdırılan cinayət işinin materillarından görünür ki, zərərçəkmiş şəxs ətir satanı söyüdükdə ona ətir satıb pulnu istəyən başqa şəxsi soymüş, lakin ətir satanı söydükdən sonra iş yoldaşı X7 da ətir satdığını xatırlayıb ona baxmasını ifadə edən bədən danışığını təqsirləndirilən şəxsin özünün də söyülməsi kimi qəbul edilməsi üçün ağlabatan əsas olmamışdır. Çünki o, həmin vaxtda söyüşün ona aid olub-olmamasını nə özü Zərərçəkmiş şəxs soruşmamış, nə də Zərərçəkmiş şəxs onu soydüyünü deməmişdir. Zərərçəkmiş şəxs ətir satan şəxsi söydükdə mən ondan pulu istənilən ətiri ona satan şəxsi söymüşdür. Bu da X12 tərəfindən dərk olunmuşdur. Çünki, Zərərçəkmiş şəxs satılıb pulu istənilən ətir Təqsirləndirilən şəxs tərəfindən ona satılmamışdı. Əks halda o, həmin anda Təqsirləndirilən şəxs buna irad tutub pulnu ondan istəyərdi, lakin belə hal olmamışdır. Bununla da söhbət tamamlanmış, yəni tərəflər arasında mübahisə baş verməmişdir. Zərərçəkmiş şəxs bu davranışından uzun müddət keçdikdən sonra heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs yaxınlaşıb həmin söyüşün ona ünvanladığı kimi qiymətləndirib heç bir səbəb olmadan onu həyatdən məhrum etmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs özünün ifadələrində bu halları inkar edən iddialarını özünün cəzasını yüngülləşədirməyə yönələn cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri qəsdən törətməsinin sübüta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbədən də onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr verib törətədiyi əməldən peşmman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxsun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sankasiyasında müddətli azadlıqdan məhrum etmə cəzası ilə bərabər, həmin əmələ görə ömurlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs müddətsiz, yəni ömürlük azadlıqdan məhrumetmə cəsası təyin etmək üçün əsas müəyyən olunmadı. Çünki məhkəmədə Təqsirləndirilən şəxs hadisəni törətməmişdən qaabaq və sonrakı davranışları və onun şəxsiyyəti, onun məsuliyyətini yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması bunu istisna edir. Bu səbəbdən də məhkəmə onun şəxsiyyətini xarakterizə edən halları və məsuliuyyətini ağırlaşdıran halın olmamasını, yüngülləşdirən halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs ömürlük cəza təyin edilməməsini, ona müddətli azadlıqdan məhrum etmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə, göstərilənlərlə bərabər Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin törədilməsi şəraitini və nəticələrini onun cəzasını yüngulləşdirən hallarla müqayisə edib ona cəza təyin edərkən cinayət qanunda maddənin sanksiyasında ömürlük cəza nəzərdə tutulduğu halda yüngülləşdirici halların nəzərə alınmasını müəyyən edən qaydanı nəzər alır və cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, cinayət qanunun qeyd edilən tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza çəkmə müddətinə aid edildiyindən nəzərə alıb Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsini və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 dekabr 2022-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını təyin etmək qərarına gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalısını əsaslı sayır. Məhkəmə, işi üzrə maddi sübut kimi tanıb Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, üzərində qara rəngli kəməri olan 01 ədəd qara rəngli cins şalvar, göy rəngli kişi alt tumanı, 01 cüt qara corab və ayaqqabı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli gödəkcə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy rəngli cins şalvar, 1 ədəd bıçaq istehlak dəyərlərini itirdikləri üçün, 02 ədəd əski parçası,03 ədəd dəsmal, 08 ədəd qan nümunəsi istehlak dəyərləri olmayan əşyalar məhv edilməlisini əəaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə tərəfindən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş xüsusi müsadirə edilməli olan əmlakı müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 300 (üç yüz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Babək Quliyevin həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 80 (səksən) manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon prokurorluğuna təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, üzərində qara rəngli kəməri olan 01 ədəd qara rəngli cins şalvar, göy rəngli kişi alt tumanı, 01 cüt qara corab və ayaqqabı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli gödəkcə, 01 ədəd göy rəngli sviter, 01 ədəd göy rəngli cins şalvar, 1 ədəd bıçaq istehlak dəyərlərini itirdikləri üçün, 02 ədəd əski parçası,03 ədəd dəsmal, 08 ədəd qan nümunəsi istehlak dəyərləri olmayan əşyalar kimi məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər X2 və Tədris mərkəzinin hesabına, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 80 (səksən) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. O, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertizaların keçirilməsinə sərf olunmuş 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar