Məhkəmə qərarları › İş №1(101)-1280/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1280/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1280/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Rusiya Federasiyası, Novosibirsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, Regional Mərkəzdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3eron yaşayış massivi, bina 88, mənzil 17 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 14.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etdikdən sonra həmin narkotik vasitə olan heroini, marixuananı və psixotrop maddə olan metamfetamini bükümlərə və bağlamalara ayıraraq üzərilərində və Təqsirləndirilən şəxs2 idarə etdiyi ««Toyota Prius» markalı 77- PT-621 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində satış məqsədi ilə saxlayaraq daşımış, onların qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat saat 20:30-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən DİN-in BDYPİ-nin stasionar postunun yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 5,838 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 4,882 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3.Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 16 iyun 2023-cü il tarixdə saat 00:10-dan etibarən Təqsirləndirilən şəxs2 icazəsi və razılığı əsasında onun idarə etdiyi «Toyota Prius» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd polietilen torbada 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 510 qram, 520 qram, 3 kq 400 qram və 2 kq 650 qram cəmi 7 kiloqram 80 qram külli miqdar çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 1 kq 993,1 qram külli miqdar çəkidə narkotik vasitə heroin və bir ədəd bağlamada təmiz çəkisi 1 kq 30,1 qram külli miqdar çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 4.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. 5.Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etdikdən sonra həmin narkotik vasitə olan heroini, marixuananı və psixotrop maddə olan metamfetamini bükümlərə və bağlamalara ayıraraq üzərilərində və Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində satış məqsədi ilə saxlayaraq daşımış, onların qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat saat 20:30-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən DİN-in BDYPİ-nin stasionar postunun yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 5,838 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 4,882 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 6.Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 16 iyun 2023-cü il tarixdə saat 00:10-dan etibarən Təqsirləndirilən şəxs2 icazəsi və razılığı əsasında onun idarə etdiyi «Toyota Prius» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd polietilen torbada 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 510 qram, 520 qram, 3 kq 400 qram və 2 kq 650 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 1 kq 993,1 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və bir ədəd bağlamada təmiz çəkisi 1 kq 30,1 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 7.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, əvvəllər Dövlət Neft Şirkətində təhlükəsizlikdə işləmişdir. Onunla Vüsal adlı şəxs işləmişdir. Həmin şəxs 2006-2007-ci illərdə bir müddət sürücü kimi işləmiş, sonra yoxa çıxmışdır.Tanıdığı Vüsal adlı şəxs “içəri”də yəni həbsdə olmuş, təzə çıxdığından onu uzun müddətdir ki görməmişdir. Həmin şəxs 2006-2007-ci illərdə bir müddət sürücü kimi işləmiş, sonra yoxa çıxmışdır. Ani bir anda “Neftçilər”də qarşısına çıxmış, demişdir ki, “içəri”dən çıxmış, maddi cəhətdən kömək lazımdır, ona kömək etmişdir. Onunla ara-sıra görüşmüşdür. Arada özü də narkotik istifadə etmişdir. İyun ayının 15-i səhər evdə Vüsala zəng etmiş, ondan nəyinsə olmasını soruşmuş, o da olduğunu, gəlməsini bildirmişdir. Vüsalgilə getmiş, oturmuşdur. Vüsal onunla birgə Salyana gedə biləcəyini soruşmuş, o da demişdir ki, problem yoxdur. Bildirmişdir ki, Ülvü adlı taksi şoferi tanışı var, onunla birlikdə gedəcəklər. Ülvüyə zəng etmiş, Ülvü gedib gəlməyə taksi kimi ondan 90 manat pul alacağını bildirmişdir. Ülvüni də tanımamış, görməmişdir. Vüsal demişdir ki, “20 Yanvarda” Ülvü ilə görüş o da gələcək. Vüsalla birlikdə evdən çıxmış, “Neftçilər”ə kimi gəlmiş, Vüsal demişdir ki, maşını kiməsə verməlidir, işi var. Buradan 20 Yanvara getsin, o da gəlir. Yolda olanda Vüsal demişdir ki, “whatsapp business” yüklə, onun nömrəsi ilə açmış nə üçün lazım olduğunu soruşduqda, deməmişdir. O da gəlib Ülvü ilə görüşmüşdür. Ülvünin nömrəsini ona Vüsal vermişdir. “20 Yanvar”da Ülvü ilə görüşmüş, Ülvü soruşmuşdur ki, Vüsal hanı, demişdir ki, Vüsal dedi birazdan gələcək. Ülvü təzədən Vüsala zəng etmişdir ki, haradadır, Vüsal demişdir ki, gedin, Ülvü soruşanda ki, onun 90 manatını kim verəcək, Vüsal demişdir ki, gedin o da gələcək. Vüsalın Salyana hansı maşınla gələcəyini bilməmişdir. Vüsalla əlaqəni “whatsapp” vasitəsilə saxlamışdır. Vüsalın nömrəsi 215-lə başlayır, “whatsapp business” yükləmiş, “konum”u da ora yollamışdır. Həmin nömrənin kimin nömrəsi olmasını bilmir. Vüsal indi də həmin nömrəni işlədir, amma zəng çatmır. Çünki, həmin nömrəyə zəng edilməsini demiş, lakin həmin nömrəyə zəng çatmır. Onlar da üzü Salyan istiqamətində getmiş, Salyana çatmış, zəng etmiş, Ülvüyə demişdir ki, çatır. Salyana çatanda saat təxminən altının yarısı olmuşdur. Salyandan çıxanda, Vüsal ona zəng etmiş, dedi ki, getmə, ona “konum” atacaq orada yük var, onu götürüb maşına atsın gəlib götürəcək. Yükün yerini o bilməmiş, ona “konum”u Vüsal yollamışdır. Yükü çayxananın yanında bir yer olmuş oradan götürmüşdür. Vüsala hansısa şübhəsi olmamışdır. Torba yerə qoyulmuş şəkildə olmuş, çəkisi ağır olmuşdur. Vüsaldan nə olmasını soruşduqda qətiyyən ağzını açmamasını bildirmiş, ondan bu qaydada götürəcəyini bildirmişdir. Sellofan torbada nə olması onda şübhə yaratmamış, maşında oturanda Ülvü ilə aralarında söz-söhbət də yaranmışdır ki, bu nədir gətirib. Sellofan torbanı götürəndə içində nə olmasını fikirləşməmiş, Vüsaldan içində nə olmasını soruşmamışdır. Sumkanı maşına qoymuş, üzü şəhər istiqamətində gedəndə onları postda saxlamışlar. Saxlayıb, maşının şüşələrini qırmış, onları aparmış postun yaxınlığına bir saat onların maşınında oturmuş, oradan onları “narkobiznes”ə aparmış, 4 saat sonra, saat birə işləmiş maşına baxış keçirilmişdir. Sonra da deyilmişdir ki, bu şeyləri deyəcəksən ki, İran vətəndaşı, iki min manat pul. Nə iranlı tanıyır, nə də ki, kiminləsə iki min manat müqabilində nəsə danışmışdır. Əgər elə faktlar olsa telefonunda olar. Əgər telefonunda elə bir şey varsa ona ən yüksək cəza verilməsinə razıdır. Axtarış aparılan zaman videoçəkiliş olmuş, çəkilişdə müdafiəçi iştirak etmişdir. Ona fiziki, mənəvi təsir etmiş, qəbul etməsə evindən çıxarılacağını bildirmişdir. Sanksiyaya aparılan zaman ona olan hədə qorxu, şantajdan özündə olmamışdır. Saxlayarkən əməliyyatçılar onları vurmuş, dəqiq hansı əməliyyatçının vurmasını xatırlamır. Polis Böməsində isə fiziki yox, mənəvi təzyiqlər olmuşdur. Deyilmişdir ki, boyunlarına almasalar ailələrindən çıxaracaqlar. Saxlanılarkən üzərində heroin olmamışdır. Cibində narkotik olmayıb, çəkilişdə cibindən çıxmışdır. Təhqiqatçının otağında hərəsinə bir büküm verilmiş, Ülvünün maşınında 69 manat olmuş, iyirmi manatı ona, 49 manatı isə Ülvüyə vermişlər. İfadəsində iranlı, pul ifadələrini demiş, sonradan fikirləşmişdir ki, bunları niyə demişdir. Onları “narkobiznes”də vəkillə təmin etmiş, ancaq, oradan “banditizm”ə aparanda orada müstəntiq onları qəbul edəndə vəkil iştirak etməmişdir. Olanlar barəsində ombudsmana şikayət etmişdir. Tutulan günü Vüsalla görüşməkdə məqsədi ondan narkotik almaq olmuşdur. 8.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 21 yanvar 2023-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmyerlisidir, bir müddətdir ki, narkotik vasitə heroini çəkmək yolu ilə istifadə edir, Ülvü də onun kimi narkotk vasitə heroin istifadəçisidir. Babək adlı İran İslam Respublikası vətəndaşını sosial şəbəkə üzündən tanımışdır. Babək, İrandan narkotik vasitə göndərsə, onu deyilən yerdən götürüb başqa yerə qoya biləcəyini deyib ondan soruşanda o bu barədə Ülvüyə demişdir, Ülvünün və onun özünün həm pula, həm də narkotikə ehtiyacları olduğu üçün onlar Babəkə müsbət cavab vermişlər, bundan sonra Babək onlara bir torbada narkotik vasitə və psixotrop maddə göndərmişdir. Onlar Ülvünün maşını ilə gedib Qaradağ rayonu ərazisində yol kənarında bir torba narkotik vasitəni götürmüşlər, onlar narkotik vasitəni şəxsi istifadələri üçün götürmüşlər. 15 iyun 2023-cü il tarixdə, saat 20:30 dəqiqədə Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən stasionar postun yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs2la birlikdə olarkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların külli miqdar çəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək barələrində əməliyyat-axtarış tədbirləri keçirilməsi haqda qərarla tanış edib onları Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər, avtomobili isə idarənin həyətinə yerləşdirmişlər, dəvət edilmiş müdafiəçilərin iştirakları ilə onları şübhəli şəxs qismində tutmuşlar, sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır və şəxsi axtarışa başlamazdan əvvəl ona təklif etmişlər ki, üzərlərində narkotik vasitə, psixotrop maddə və saxlanılması qadağan edilən əşya, predmet və ya sənəd vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən ***- ***-**-** mobil nömrəsi ilə işlətdiyi «Redmi» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 5490 2641 0937 8453 nömrəsi ilə plastik bank kartı və 20 manat pul aşkar edilib götürülmüşdür, başqa əşya, predmet, sənəd aşkar edilməmişdir, sonra üzərindən götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 7 qram olub, sonra həmin kütlə içi boş ağ kağız zərfə qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənərək zərfin üzəri imzalanmaqla polislər tərəfindən götürülmüş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə «Redmi» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi, bank kartı polislər tərəfindən ona izah edlməklə götürülmüş, 20 manat pul isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş və ona da təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya, sənəd vardırsa, könüllü təqdim etsin, Ülvü əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümdə heroini çıxarıb masanın üzərinə qoymuşdur, sonra onun da üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 070 ***-**-** mobil nömrə ilə işlətdiyi «Samsung» markalı mobil telefonu, 49 manat pul, avtomobil açarı, 4169 7388 6490 2634 nömrəsi ilə plastik kartı aşkar edilib götürülmüşdür. Ülvünün də təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 6 qram olmuşdur. Ülvünün də təqdim etdiyi narkotik vasitə bükümü ağ kağız zərfə qablaşdırılmış və imzalarla götürülmüşdür, Təqsirləndirilən şəxs2 götürülmüş bank kartı və mobil telefon polislər tərəfindən götürülmüş, avtomobil açarı və 49 manat pul isə Ülvüyə qaytarılmışdır. O suallara cavab olaraq üzərindən götürülmüş kütlənin ona məxsus olmasını, həmin bükümü tanışı İran İslam Respublikası vətəndaşı Babək adlı şəxsin vasitəçiliyi ilə Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən Babəkin göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, Babəkin göstərişi ilə götürdüyü narkotik vasitələri müəyyən ünvana qoymasının müqabilində Babəkin ona 2000 manat pul verəcəyini, Ülvünin idarə etdiyi avtomobildə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni könüllü təqdim edə biləcəyini və avtomobildən narkotik vasitəni götürmək üçün baxış keçirilməsinə razı olduğunu, ona verilən sualları başa düşdüyünü, ona hər hansı formada zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də ona qarşı zor tətbiq edilmədiyini, üzərindən aşkar edilmiş narkotk vasitənin ona məxsus olmasını, həmin kütləni ona Salyan rayonuna getməsi barədə təklifi ilə getməsinə görə onun verdiyini, idarə etdiyi avtomobilində də narkotik vasitə saxladığını və onu götürmək üçün polis əməkdaşlarının maşına baxış keçirmələrinə razı olduğunu bildirib, o da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Sonra inzibati binadan çıxaraq həyətdə saxlanılan avtomaşınlarının yanına getmişlər və avtomobilin yanında onlara, maşında saxladıqları narkotik vasitəni təqdim etmələrini təklif etmişlər, sonra avtomobilin yük yerindən 01 ədəd polietilen torbada 4 ədəd bağlamada qurudulmuş marixuana, 01 ədəd bağlamada metamfetamini və 01 bağlamada heroini götürüb təqdim etmişlər, sonra təqdim etdikləri kütlələr elektron tərəzidə çəkilmiş, marixuanalar ümumilikdə 7 kq 390 qram, heroinin çəkisi 2 kq 39 qram, metamfetaminin çəkisi 1 kq 60 qram olub, sonra həmin kütlələr qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənib və imzalarla götürülmüşdür, sonra baxış zamanı avtomobilin digər sahələrində qanunla qadağan edilmiş hər hansı əşya, sənəd aşkar edilməmişdir. Üzərindən aşkar edilib götürülmüş külli miqdar çəkidə narkotik vasitə heroini özü istifadə etməsi, avtomobildən götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddəni satmaq və istifadə etmək məqsədilə İran İslam Respublikası vətəndaşı Babək adlı şəxsin əldə edərək saxladığını bildirmişdir. Babəkin heç bir anket məlumatlarını bilmir, telefon nömrəsi də yadında deyil. Ülvü ilə birlikdə maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə İranlı Babəkin təklifi ilə razılaşıb narkotiki İranlının dediyi yerdən götürüb onlara deyiləcək yerlərə qoymaqla pul əldə etməli imişlər, əvəzində isə 2000 manat pul almalı imişlər, bu da polis əməkdaşlarının onları saxladıqlarına görə mümkün olmamışdır (İ cild, səh. 132-135). 9.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, nakotikdən nə istifadə edir, nə də satışı ilə məşğul deyildir. Rasimi iki dəfə Vüsalın yanında görmüşdür. Vüsal Rasimi ona yerlisi kimi təqdim etmişdir. Adamın nömrəsini bilmir, haqqında məlumatı da yoxdur. Vüsal adlı şəxsi Naxçıvandan tanımış, 90 manat pulu Vüsal ona əlbəəl verəcəkdi. Vüsal onunla Salyana getməli idi, getməmiş, demişdir ki, Rasimi aparsın. İttiham aktında yazılır ki, qabaqcadan əlbir olan şəxsdirlər, yəni məlumatı var, məlumatı varsa əgər, nəyə görə maşını postun yanında saxlayır. Yükün maşına yüklənməsini görmüşdür. Soruşmuşdur ki, bu nədir demişdir ki, bilmir. Orada polis də var idi, düşünə bilməzdi ki gətirdiyi “mal”dır. Videoçəkilişdə polislərin verdiyi beş qram çıxmışdır. Bildirmişdir ki, guya gedib-gəlməsinə görə Rasim ona verib. “Banditizm”də imza çəkəndə tək Yusif müəllimlə o olmuş, yanlarında başqa kimsə olmamışdır. Vəkili ancaq videoçəkilişdə görmüşlər. Sanskiyaya aparıldıqda bu halları bildirmiş, ombudsmana şikayət etmişdir. Döyülməsi faktı var ki, həm banditizmə girəndə, həm də Kürdəxanıya girəndə döyülmə faktı qeyd edilmişdir. Qol çəkdiyi zaman ifadəsini oxumamışdır. BNMİ-də ona qarşı fiziki təzyiq olmuş, polkovnik Elşad adlı şəxs, kimki şahidlərdəndir ona təzyiq etmişdir. Qulaq nayihəsindən zədə almışdır. Postda saxladıldıqdan sonra ona görə gözlətmişlər ki, maşının içindən şüşələri “moyka”da təmizləmişlər. Videoçəkilişdə deyilir ki, guya maşına ilk dəfədir baxırlar. Maşından götürəndə ciblərindən telefonu götürmüşdülər. Badamdardakı binaya aparmış, təhqiqatçı Yavər içəri girmiş, demişdir ki, desin ki, guya beş qramı Salyana gedib gəlməyə görə ona Rasim verib. 10.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 21 yanvar 2023-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir, icarə əsasında «Toyota Prius» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Qəsdən sağlamlığa xəsarət yetirməsi, vətəndaşlara qarşı dələduzluq etməsi ilə əlaqədar axtarışda olduğunu bilirmiş, ona görə də daimi yaşayış yeri yoxdur. Narkotikdən çox az hallırda istifadə edir. Təqsirləndirilən şəxs1 onun həmyerlisi və tanışıdır. 15 iyun 2023-cü il tarixdə Rasim ona demiş ki, İran vətəndaşı Babək adlı şəxs var, həmin şəxs İrandan Azərbaycana narkotik vasitələr göndərəcək, biz həmin narkotik vasitələri bir yerdən götürüb başqa yerə aparsaq, bizə bunun üçün 2000 manat pul veriləcəkdir. Onun həm narkotikə, həm də pula ehtiyacı olduğu üçün Rasimlə razılaşmış və ikisi birlikdə Qaradağ rayonuna gedib orada yolun kənarında gizlədilmiş yerdən bir ədəd torbada narkotik vasitələri götürüb maşının arxa yük yerinə qoymuşlar. Narkotik vasitə olan heroindən o və Rasim şəxsi istifadələri üçün bir qədər götürüb üzərlərində saxlamışlar. 15 iyun 2023-cü il tarixdə, saat 20:30dəqiqədə Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində idarə etdiyi Toyota Prius markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşının yanında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini onlara polis əməkdaşları kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına dəvət etmişlər, avtomobili isə idarənin həyətində yerləşdirmişlər. Orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs kimi tutulmuşlar, ona hüquq və vəzifələri oxunmuş və ona bu barədə bildiriş təqdim etmişlər, sonra onların üzərlərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan edilmiş əşya var isə onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Rasim əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə heroin çıxarıb masanın üzərinə qoyub, sonra polis əməkdaşları tərəfindən Rasimin üzərində şəxsi axtarış aparılmış və əynində olan şalvarının sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan «Redmi» markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 dəd üzərində 5490 2641 0937 8453 nömrəsi olan plastik bank kartı və 20 manat pul aşkar edilmiş və götürülmüşdür, daha sonra şəxsi axtarış zamanı Rasimin üzərindən əlavə olaraq qanunla qadağan edlmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir, sonra Rasimin təqdim etdiyi heroinlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 07 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri Rasim, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün «Redmi» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı, bu barədə Rasimə izah edilməklə götürülmüş, 20 manat pul isə özünə qaytarılmışdır. Sonra onu qərarla tanış etdikdən sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunub. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoyub,sonra üzərinə şəxsi axtarış keçirilib və əynində olan həmin şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan «Samsung» markalı mobil telefon, 49 manat pul, 01 ədəd avtomobil açarı və 01 ədəd üzərində 4169 7388 6490 2634 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülüb. Daha sonra şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi heroin elektron tərəzdə çəkilmiş və çəkisi 06 qram olub. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün «Samsung» markalı mobil telefonu, bank kartı, ona izah edilməklə götürülmüş, avtomobil açarı və 49 manat pul isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı Babək adlı şəxsin vasitəsilə bu gün Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən Babəkin göstərəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Babək adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən edilmiş ünvanlara qoymalarının qarşısında Babəkin ona 2000 manat pul verəcəyini, onun idarə etdiyi avtomaşında da narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edəcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirib. Özü də üzərindən aşkar edilib götürülmüş kütlənin özünə məxsus olmasını, həmin kütləni ona tanışı Rasimin, onunla birlikdə Salyan rayonunundan narkotik vasitə götürməsində köməklik etdiyindən istifadəsi üçün verdiyini, idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu, həmin narkotik vasitəni də təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə razı olduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirib. Rasim də onun dediklərini təsdiq etdikdən sonra avtomaşına baxış keçirilməsi üçün idarənin həyətinə düşmüşlər. İdarə etdiyi Toyota Prius markalı avtomaşının yanında olarkən onlara təklif etmişlər ki, avtomobildə saxladığı narkotik vasitə və psixotrop maddələri könüllü təqdim etsinər. Bu təklifdən sonra avtomobilin yük yerindən 01 ədəd polietilen torbadan 04 ədəd bağlamada qurudulmuş marixuananı, 01 ədəd bağlamada heroini, və 01 ədəd bağlamada metamfetamini təqdim etmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumilikdə çəkisi 7 kiloqram 390 qram, heroinin çəkisi 2 kq 39 qram, metanfetaminin çəkisi 1 kq 60 qram olub, sonra həmin kütlələr qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənib, üzəri şübhəli şəxslər, müdafiəçiləri və təhqiqatçı tərəfindən imzalanmışdır, daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran vətəndaşı Babək adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən Babəkin göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Babək adlı şəxsin göstərişi ilə narkotiki müəyyən ünvana qoymasının qarşılığında ona 2000 manat pul vercəyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirdi. Özü də verilən suallara cavab olaraq Rasimin ifadəsini təsdiq etdiyini, aşkar edilmiş kütlələrin Salyan rayonundan götürülməkdə Rasimə köməklik etdiyini, Rasimin, əvəzində ona istifadəsi üçün narkotik vasitə verdiyini bildirib. Üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitələri istifadə etmək, avtomobilindən aşkar edilmiş külli miqdarla narkotik vasitələri və psixotrop maddələri satmaq və istifadə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsdən əldə edərək saxlamaqla daşımışdır. O Rasimlə birlikdə maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə İranlının təklifi ilə razılaşıb narkotiki İranlının dediyi yerdən götürərək onlara deyiləcək yerlərə qoymaqla pul əldə etmək imiş ki, əvəzində 2000 manat pul almalı imişlər, bu da, polis əməkdaşları tərəfindən saxlanıldıqlarından mümkün olmamışdır (İ cild, səh. 144-147). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, keçən ilin iyun ayında ona təqsirləndirilən şəxslərin narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, Qaradağ rayonu ərazisinə getmiş, orada Qaradağ DYP postunun yaxınlığında 2023-cü ilin 15 tarixində təqsirləndirilən şəxsləri axşam saatlarında, hava qaralan vaxt saxlamışlar. Saxlanılan zaman təqsirləndirilən şəxslər “Prius” markalı maşının yanında olmuşlar. Daha sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, vəkil dəvət olunmuş, idarədə videoçəkilişlə üzərlərinə baxış keçirilmiş, hər ikisində təxminən 6-7 qram narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra maşının yük yerində də narkotik olduğunu bildirmiş, ora da baxış keçirilmişdir. Maşından təxminən on kiloqrama yaxın narkotik vasitələrmarixuana, heroin, metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilən maddələri İran İslam Respublikası vətəndaşından götürüb, müəyyən olunan yerlərə qoymalı idilər. Təqsirləndirilən şəxslərdən hansının İİR vətəndaşı ilə danışmasını xatırlamır. Onunla birlikdə əməliyyatda Şahid3 və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxslərə saxlanılan zaman, idarəyə gətirildikdən sonra hər-hansısa formada zor-təzyiq göstərilməyib. Saxlanılan zaman avtomobilə heç bir zərər yetirilməmişdir. Təqsirləndirilən şəxslərin üzərlərindən heroin, mobil telefon və kart aşkar edilmişdir. 12.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğuldurlar. Həmin məlumatı reallaşdırmaq məqsədi ilə yarıdılmış əməliyyat qrupu 15 iyun 2023-cü il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən stasionar postun yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşının yanında saxlayaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilmişlər, avtomaşın isə idarənin həyətinə yerləşdirilib. Onların üzərlərində şəxsi axtarış və götürmə aparılması üçün rəhbəriyə məruzə etdikdən sonra təhqiqat müdafiəçilər dəvət etməklə onların iştirakları ilə şəxsi axtarış və götürmə aparmışdır. 15 iyun 2023-cü il tarixdə, saat 22:57-də o, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, vəkillər X3 və X4 iştirakları ilə idarənin xidməti iş otaqlarından birində şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış aparılmasına başlanılıb. Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardım almaq, cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, Azərbaycan Respublkası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan şübhəli şəxsin hüquq və vəzifələri izah edilib, həmçinin izah edilib ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsində nəzərdə tutulan heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bundan sonra təhqiqatçı, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs1 oğunu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsini təklif edib. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoydu, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldı və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi «Redmi» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, bir ədəd üzərində 5490 2641 0937 8453 nömrəli plastik bank kartı və 20 manat pul aşkar edildi və götürüldü, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 7 qram oldu. Sonra aşkar edlmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənib, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmaqla götürüldü, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 1 ədəd «Redmi» markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd bank kartı bu barədə şübhəli şəxsə izah edilməklə götürüldü, 20 manat pul isə şübhəli şəxsə geri qaytarılıb. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 da təhqiqatçı bu barədə qərarla tanış edib və paltarında, əşyalarında və ya bədənində olması ehtima edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edlmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi ilə olan «Samsung» markalı mobil telefon, 49 manat pul, 01 ədəd avtomobil açarı, 01 ədəd üzərində 4169 7388 6490 2634 nömrəsi olan plastik bank kartı aşkar edilrək götürüldü. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan edilən əşya, maddə və ya predmet aşkar edilmədi, sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 06 qram oldu, sonra aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs2 müdafiəçi və onun tərəfindən imzalandı, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd bank kartı şübhəli şəxsə izah edilməklə götürülmüş, 01 ədəd avtomobil açarı və 49 manat pul şübhəli şəxsə qaytarılıb. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar edilib götürülmüş kütlə ona məxsusdur, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Babək» adlı şəxsin vasitəsilə bu gün Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir. «Babək» adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında Babək ona 2 000 manat pul verəcəkmiş. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə də narkotik vasitə saxladığını, həmin narkotk vasitəni təqdim edəcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da verilən suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur, həmin kütləni ona tanışı Təqsirləndirilən şəxs1 onunla brlikdə Salyan rayonunda narkotik vasitə götürməkdə köməklik etdiyindən istifadəsi üçün verdiyini, idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu, həmin narkotik vasitəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirib. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək ondan aşkar edilmiş kütləni istifadəsi üçün verdiyini bildirdi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 tərəfindən videoçəkiliş aparıldı. Bu barədə təhqiqatçının tərtib etdiyi protokol ucadan oxundu və doğruluğu imzalarla təsdiq edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Toyota Prius» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazları olmadığı barədə ərizələri alındıqdan sonra təhqiqatçının qərarı əsasında 16 iyun 2023-cü il tarixdə, saat 00:27-də onun, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, vəkillərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə «Toyota Prius» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirildi. Baxışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək avtomobildə olması ehtimal edilən narkotk vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edildi. Bundan sonra hər iki şübhəli şəxs avtomobilin yük hissəsindən 01 ədəd polietilen torbadan 04 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, 01 ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişlər, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 7 kq 390 qram, heroinə bənzər kütlənin çəkisi 2 kq 39 qram, metamfetaminə bənzər kütlənin çəkisi 01 kq 60 qram oldu. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürləqndi, üzəri şübhəli şəxslər, müdafiəçilər və iştirakçılar tərəfindən imzalandı və götürüldü, daha sonra avtomobilin digər hissələrinə baxış keçirildi və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar edilməyib. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 suallara cavab verərək təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı «Babək» adlı şəxsin vasitəçiliyi ilə saxlanılmamışdan əvvəl Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, «Babək» adlı şəxsin göstərşi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında ona 2000 manat pul verəcəyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirib. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, avtomobildən aşkar edilmiş kütlələrin Salyan rayonunda götürməklə Rasimə köməklik etdiyini, əvəzində Rasimin ona istifadəsi üçün narkotk vasitə verdiyini bildirib. Avtomobilə baxış və götürmə «Sony» markalı videokamera vasitəsilə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır (İ cild, səh. 255-259). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 15 iyun 2023-cü il tarixində Qaradağda stasionar postun yaxınlığında təqsirləndirilən şəxslərin hər ikisi saxlanılaraq baş idarənin inzibati binasına aparılmışdır. İdarədə hər ikisinin üzərinə baxış keçirən zaman üzərində müəyyən miqdarda heroin aşkar edilmişdir. Maşına baxış keçirilən zaman baqaj hissəsində qarışıq olaraq on kiloqrama yaxın narkotik vasitə aşkar olunmuşdur. Yanacaq doldurma mərkəzindən götürdükləri narkotik vasitələri İran vətəndaşından təxminən Salyan ərazisindən götürüb, iki min manat qarşılığında gətirib verməli imişlər. Təqsirləndirilən şəxslər Şahid1 əməliyyat məlumatı əsasında saxlanılmışdır. Keçirilmiş tədbirdə özü, Şahid1 və Şahid3 iştirak etmişdir. Təqsirləndirilən şəxslərə saxlanılan zaman, idarəyə gətirildikdən sonra hər-hansısa formada zor-təzyiq göstərilməyib. Üzərlərinə baxış inzibati binada olmuş, baxış videoçəkilişlə, təhqiqatçı tərəfindən təmin edilmiş müdafiəçilərin iştirakı ilə olmuşdur. “Prius” markalı maşına ayrıca baxış keçirilmiş, 7 kiloqrama yaxın “nəşə”, metamfetmin və heroin aşkar edilmişdir. Təqsirəndirilən şəxslər hərəkətdə olarkən yox, maşının yanında olarkən saxlanılmış, saxlanılan zaman özlərini təqdim etmişlər. Onlar tərəfindən avtomobilə heç bir xəsarət yetirilməmiş, avtomobilə baxış keçirilən zaman tam sağlam vəziyyətdə olmuşdur. Onların yanında təqsirləndirilən şəxsləri vuran olmamış, tutulan andan onların yanında olmuş, vəkilləri də yanında olmuşdur. Təqsirləndirilən şəxs Ülvü bildirmişdir ki, narkotiki ona Rasim “mal”ı götürmək üçün vermişdir. 14.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 260-264). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında iyun ayının 15-i saat təxminən saat 10-a işləmiş axşam saatlarında Qaradağ postu yaxınlığında, posta çatmamış, şəhər istiqamətində Rasim, Ülvü adlı şəxslər “Prius” markalı maşında saxlanılmışdır. Səhv etmirsə məlumat Şahid1 məlumatı olmuş, məlumat narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, əməliyyatda üç nəfər iştirak etmişdir. Saxlanılan zaman maşının yanında saxlanılmışlar. Saxlanılan zaman avtomobilə hansısa təsir olmamışdır. BNMİ-nin inzibati binasına dəvət edilmiş, otaqların birində üzərlərinə baxış keçirilmiş, hər ikisinin üzərindən narkotik vasitəheroin aşkar edilmişdir. Əlavə olaraq Ülvünin idarə etdiyi “Prius” markalı maşında bir bağlama, bağlamanın içində bükümlər aşkar edilmişdir. Səhv etmirsə dörd ədəd marixuana, bir heroin, bir ədəd də metamfetamin olmuşdur. Haradan aldıqlarını soruşduqda İran vətəndaşı olan tanışları “Babək” adlı şəxsdən təyin olunmuş yerdən götürdüklərini bildirmişlər. Dediyi ünvanlara qoyduqdan sonra iki min manat pul müqabilində bu işlər görməli imişlər. Səhv etmirsə məlumat Şahid1 məlumatı olmuş, əməliyyatda üç nəfər iştirak etmişdir. Saxlanılan zaman maşının yanında olmuşlar, saxlanılan zaman, idarəyə gətirildikdən sonra hər-hansısa zor, təzyiq olmayıb. Üzərlərinə baxış keçirilən zaman, müdafiəçi iştirak etmiş, videoçəkiliş aparılmışdır. Şəxsi axtarış və götürmədə müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs Rasimin üzərindən 7 qram heroin, 20 manat pul, telefon, bank kartı, şəxsiyyət vəsiqəsi aşkar edilmiş, digərindən 6 qram, qırx neçəsə manat pul və maşının açarı aşkar edilmişdir. Maşına baxış keçirilən zaman torba aşkar edilmiş, torbanın içində altı ayrıca büküm olmuş, dörd marixuana, bir heroin, bir metamfetamin olmuşdur. 16.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 265-269). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 7/875 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs2 idarə etdiyi ...» yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 04 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 510,0 qram; 520,0 qram; 3400 qram; 2650 qram olan bitki mənşəli kütllər tərkibində narkotik maddələr olan çətənə (konnabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7080 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 79-82). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 6/3368 nömrəli ekspert rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs2 təqdim etdiyi sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,882 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində X8 təqdim etdiyi sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,838 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə sözləri olan torbanı açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 1993,1 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1030,1 qram olan ağ rəngli krisstallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 və 2 nömrəli zərflərdəki və torbadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi kompanent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 2003,82 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir (İ cild, səh. 83-89). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 31 iyul 2023-cü il tarixli 4856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 289-290). 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 09 sentyabr 2023-cü il tarixli 5793 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 291-292). 21.«Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 15 iyun 2023-cü il tarixli protokoldan və «Diskdə olan görüntülərə baxış keçirilməsi və danışıqların dinlənilməsi haqqında» 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, vəkillər X9 və X4, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X10 narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli şəxs kimi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi şosse yolunun 47-ci kilometrliyində yerləşən stasionar postun yaxınlığında saxlanılıb idarəyə gətirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağam elan edir və onları bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsini təklif edir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 oğu əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyur, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılır və əynində olan şalvarın sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, br ədəd üzərində 5490 2641 0937 8453 nömrəli plastik bank kartı və 20 manat pul aşkar edilir və götürülür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisinin 07 qram olması görünür. Sonra aşkar edlmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb DİN-nin 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmaqla götürülür, 01 ədəd «Redmi» markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd bank kartı bu barədə şübhəli şəxsə izah edilməklə götürülür, 20 manat pul isə şübhəli şəxs Təqsirləndirilən şəxs1 qaytarılır. Daha sonra yuxarıda adları və vəzifələri göstərilən iştirakçıların yanında üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar şübhəli şəxs Təqsirləndirilən şəxs2 Cəll oğluna təhqiqatçı tərəfindən elan edilərək tanış edilir və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edlmiş, yaxud iş üzrə sübut əhmiyytinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyur. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilir və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, 49 manat pul, 01 ədəd avtomobil açarı, 01 ədəd üzərində 4169 7388 6490 2634 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülür, sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisi 06 qram olur, sonra aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və DİN-nin 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi və iştirakçılar tərəfindən imzalanır, 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd avtomobil açarı və 49 manat pul şübhəli şəxsə qaytarılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1, ona verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar edilib götürülmüş kütlə ona məxsusdur, həmin kütləni tanışı İran İslam Respublikası vətəndaşı oan «Babək» adlı şəxsin vasitəsilə bu gün Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir. «Babək» adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında Babək ona 2 000 manat pul verəcəkmiş. Ülvü Qafaovun idarə etdiyi avtomobildə də narkotik vasitə saxladığını, həmin narkotk vasitəni təqdim edəcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 da verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur, həmin kütləni ona tanışı Təqsirləndirilən şəxs1 onunla brlikdə Salyan rayonunda narkotik vasitə götürməkdə köməklik etdiyindən istifadəsi üçün verdiyini, idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu, həmin narkotik vasitəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüuyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. X5 Qafarovun dediklərin təsdiq edərək ondan aşkar edilmiş kütləni istifadəsi üçün verdiyini bildirir (İ cild, səh. 59-61, 272-273). 22.«Avtomobilə baxış və götürmə aparılması haqqında» 16 iyun 2023-cü il tarixli protokoldan və «Diskdə olan görüntülərə baxış keçirilməsi və danışıqların dinlənilməsi haqqında» 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin həyətində həmin idarənin əməkdaşları Şahid1, Şahid2, Şahid3, vəkillər X9 və X4, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X10 arxa tərəfində dayandıqları qara rəngli, «Toyota Prius» markalı, ** PT *** dövlət nömrə nişanlı avtomaşın görüntülənir. Təhqiqatçı şübhəli şəxslərin saxlanılarkən olduqları həmin avtomaşına baxış keçirilməsi və götürmə aparılmasını izah edir və hər iki şübhəli şəxslər avtomaşına baxış keçirilməsi və götürmə aparılmasına razı olduqlarını, həmin avtomaşında narkotik vasitə və psixotrop maddə olmasını bildirirlər. Sonra təhqiqatçının təklifi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomaşının arxa yük yerini açır, avtomaşının yük yerində ağ-qırmızı zolaqlarla yarıya qədər doldurulmuş və ağız hissəsi iplə bağlanmış kisə olması görünür, həmin kisə götürülüb yerə qoyularaq kisənin ağzı açılır və təhqiqatçı həmin kisədən 01 ədəd iri, sarı rəngli yapışqanlı lentlə sarınmış, 01 ədəd əvvəlki bükümdən nisbətən kiçik qara sellofan bükümdə, 01 ədəd əvvəlkindən nisbətən kiçik qara selofan bükümdə, 01 ədəd nisbətən kiçik həcmdə ağ selofan bükümdə, 01 ədəd nisbətən kiçik ağ selofan bükümdə, ümumilikdə 05 ədəd bükümlər çıxarılıb sıra ilə yerə düzülür, təhqiqatçı tərəfindən ücu şiş kəsici alətlə həmin bükümər deşilir və içərisində olan narkotik vasitə və psixotrop maddələr olması yoxlanılır, sonra həmin küilərdən ağ rəngdə olanlar elektron tərəzidə çəkilir, biri 2039 qram, ikincisi 1060 qram, qalan 3 bükümlər bir yerdə kisədə asma tərəzidə çəkilir və ümumi çəki 7,385 kq gəlir, sonra bükümlər həmin kisəyə qablaşdırılır və DİN-nin 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxslər, müdafiəçilər və iştirakçılar tərəfindən imzalanır və götürülür, daha sonra avtomobilin digər hissələrinə baxış keçirilr və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar edilməyir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 suallara cavab verərək təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı «Babək» adlı şəxsin vasitəçiliyi ilə saxlanılmamışdan əvvəl Salyan rayonunda əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, «Babək» adlı şəxsin göstərşi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında ona 2000 manat pul verəcəyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, avtomobildən aşkar edilmiş kütlələrin Salyan rayonunda götürməklə Rasimə köməklik etdiyini, əvəzində Rasimin ona istifadəsi üçün narkotk vasitə verdiyini bildirir (İ cild, səh. 270-271). 23.«Maddi sübut hesab edilməsi haqqında» 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar olunub götürülmüş, tədqiqatdan sonra qalıq qalan bir ədəd sintetik torbada və bir ədəd kağız torbada qablaşdırılan 7079,4 qram narkotik vasitə qurudulmuş marixuana, 4,782 qram, 5,738 qram və 1993 qram çəkilərdə narkotik vasitə olan heroin və 1030 qram çəkidə psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll ediənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir (İ cild, səh. 170-171). 24.«Sübutların qiymətləndirilməsi haqqında» 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntüləri olan bir ədəd, avtomobilə baxış və götürmənin videogörüntüləri olan bir ədəd DVD formatlı disklər cinayət işi üzrə maddi sübut hesab edilmişdir (İ cild, səh. 316-331). 25.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 30 aprel 2024-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, hər iki aşağı ətrafda və hər iki bazu nahiyəsində postinyeksion trofiki yaralar müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. 26.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 27.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 49). 28.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(005)- 911/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 15 iyun 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 164-169). 29.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(005)- 912/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 15 iyun 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 160-164). 30.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 31-32).

31. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli, 1(106)-7/2024 nömrəli qərarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 19 aprel 2022ci il tarixli, 1(064)-04/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmiş, hökmdən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiq olunmasına dair müddəalar xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd olunmuşdur. 32.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2012-ci il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 33.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 34.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 35.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 36.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri vardır və onların törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 37.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 38.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 39.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 40.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 41.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 42.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 43.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 44.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 45.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 46.Təqsirləndirilən şəxslərin şəxsi axtarışları və avtomobilə keçirilmiş baxışa dair videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin onlara məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 47.Beləliklə məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə şəxsi axtarışlarının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 48.Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadələrində göstərdikləri xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 50.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 51.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 52.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 53.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 54.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 55.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 61.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 62.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 63.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 64.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 66.Füzuli Rayon Məhkəməsinin 1(064)-04/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 67.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 68.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 69.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 70.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 71.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları-15 iyun 2023-cü il tarixdən hesablanmalıdır. 72.Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

73. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 74.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 76.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd sintetik torbada və bir ədəd kağız torbada qablaşdırılan 7079,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 4,782 qram, 5,738 qram və 1993 qram çəkilərdə narkotik vasitə heroinin, 1030 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir.. 77.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 78.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 79.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 80.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 81.Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 82.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 83.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Füzuli Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(064)- 04/2022 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış, bir ədəd sintetik torbada və bir ədəd kağız torbada qablaşdırılan 7079,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4,782 qram, 5,738 qram və 1993 qram çəkilərdə narkotik vasitə heroin, 1030 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar