Məhkəmə qərarları › İş №1(101)-1281/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1281/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1281/2022 31.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X9 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1987-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 50,120 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 12 fevral 2022-ci il tarixdə saat 09:15 dəqiqədə ünvan 2 ünvanının arxasında yerləşən «Zeytun» kafesinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı rayon Polis İdar’sinin 32-ci Polis Bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qəhvəyi rəngli 01 (bir) ədəd «Kent» markalı siqaret qutusunun içərisində şəffaf sellofan bükümdə, təmiz çəkisi 50,120 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, himayəsində 2013-cü il təvəllülü bir azyaşlı övladı var. Əvvəllər ailəsi ilə birlikdə Lənkəran şəhəri, Nəsirli küçəsi ev 63 ünvanında daimi yaşasa da, hazırki iş üzrə tutulmamışdan 2 ay əvvəlki müddətdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında ünvanını bilmədiyi evdə gündəlik olaraq 3 manata kirayəşin yaşamaqla «Wolt» daşıma şirkətində gündəlik gördüyü işə dair əmək haqqı müqabilində kuryer işləmişdir. Narkotik vasitə olan heroindən təxminən 3 aya yaxın müddətdir ki, falqaya bükərək yandırıb, çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitəni adını Rahim kimi bildiyi və şəxsiyyəti barədə məlumatları olmadığı İran İslam Respublikası vətəndaşı olan şəxsdən kartına pul köçürmək yolu ilə bir neçə dəfə almışdır. xx.xx.2022-ci il tarixində səhər 05:00 radələrində öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədilə Rahim adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq heroin lazım olduğunu demiş, Rahim də ona «Kapital Banka» məxsus kart nömrəsinə 150 manat ödəməli olduğunu bildirmişdir. O 28 may metrostansiyasının yaxınlığında olan bakomat vasitəsilə 150 manat pulu Rahimin kartına köçürdükdən sonra yenidən telefon əlaqəsi saxlamış və Rahim ona narkotik vasitə olan heroini Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən «Zeytun» kafesinin qarşısında qoyacağı yerdən götürməyini bildirmişdir. Bundan sonra o, saat 09:00 radələrində idarə etdiyi və özünə məxsus olan «Yamaha» markalı motosikiletlə Rahimin ona göndərmiş olduğu geolokasiya əsasında qeyd olunan ünvana, yəni ünvan 6a yerləşən “Zeytun” kafesinin qarşısına gəlmiş və orada həmin şəxsin üzünü görmədən daşın kənarına qoyduğu narkotik vasitəni götürmək istədiyi zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu yaxınlıqda olan 32-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt o etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmədə olduğu zaman o, polis əməkdaşları tərəfindən döyülmüş və təziqə məruz qalmışdır. Həmin vaxt polis əməkdaşları ona 01 (bir) ədəd «Kent» markalı siqaret qutusunun içərisində şəffaf sellofan büküm verərək aparılacaq videoçəkiliş zaman bükümdə olan narkotik vasitənin ona məxsus olmasını bildirməsini demişlər, o da təziq altında olduğuna görə onlarla razılaşmışdır. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində ağ selofana bükülmüş narkotik vasitəyə bənzər maddəni masanın üzərinə qoymş vəə sorğu zamanı təqdim etdiyi maddənin heroin olduğunu bildirərək, həmin maddəni xx.xx.2022-ci il tarixdə Rahim adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını, bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Saxlanıldığı tarixdə Rahim adlı şəxsdən aldığı və sonuncunun dediyi ünvandan şəxsi istifadəsi üçün götürməli olduğu narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlanıldığına görə götürə bilməmişdir. Polis əməkdaşları tərəfindən bölməyə gətirildiyi zaman üzərində narkotik vasitə olmamışdır. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri, Nəsirli küçəsi ev 63 ünvanında daimi qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə həmin ünvanda yaşamış, 2 aya yaxın müddətdir ki, tək Bakı şəhəri Nəsimi rayonu 28 may metrostansiyasının yaxınlığında ünvanını bilmədiyi evdə gündəlik olaraq 3 manata kirayəşin yaşamaqla «Volt» daşıma şirkətində gündəlik gördüyü işə dair əmək haqqı müqabilində kuryer işləmişdir. Təqribən 3 aya yaxın müddətdir ki, narkotik maddə olan heroini falqada yandırıb, çəkmək yolu ilə istifadə etmişdir. xx.xx.2022-ci il tarixində öz şəxsi istifadəm üçün səhər 05 radələrində kirayəşin yaşadığı evdən İran İslam Respublikası vətəndaşı kimi bildiyi Rahim adlı şəxslə özünə məxsus (055) ***-**-** saylı mobil nömrədən vatsap vasitəsilə əlaqə saxlayaraq heroin lazım olduğunu demişdir. Rahim də narkotikin şəkilini çəkib ona atmış və «Kapital Banka» məxsus kart nömrəsini ona göndərmiş, həmin karta 150 (yüz əlli ) manat nəğd pulu ödədikdən sonra narkotiki ala biləcəyini demişdir. O da 28 may metrostansiyasının yaxınlığında olan bakomat vasitəsilə 150 manat pulu onun kartına köçürdükdən sonra yenidən telefon əlaqəsi saxladıqda narkotik vasitə olan heroini Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən «Zeytun» kafesinin qarşısında qoyacağı yerdən götürməyini bildirmişdir. O da saat 09 radələrində idarə etdiyi və özünə məxsus olan «Yamaxa» markalı motosikiletlə ona göndərmiş olduğu yerləşmə xəritəsi vasitəsilə qeyd etdiyi ünvana gəlmiş və orada həmin şəxsin üzünü görmədən daşın kənarına qoyduğu və yerini ona dediyi 01 ədəd “Kent” markalı siqaret qutusunda heroin kimi tanıdığı nakotik maddəni götürüb, əynində olan gödəkçəsinin sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü saat 09 radələrində ünvan 6a yerləşən “Zeytun” kafesinin qarşısında dayanmışdır, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərkən polis işçiləri olduğunu bilmişdir. Bundan sonra onu yaxınlıqda olan 32-ci PB-nə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin bölmənin təhqiqatçısı kimi özünü ona təqdim edən, polis mayoru Məmməd Əliyev tərəfindən üzərində şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmişdir. O dabuna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşlarınin iştirakı ilə təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərinə şəxs axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da üzərində yəni əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində ağ selofana bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik olan tozşəkilli narkotik vasitəyə bənzər maddəni polisə təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanununsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı aşkar edilmiş maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, onu xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını, həmin tarixdə də saat 09 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb 32-ci PB-nə gətirildiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulub, qablaşdırılmış, qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Daha sonra isə toplanmış materialların istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir (cild 01, iş vər. 55-56, 70-71). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirindən əvvəl tanımamışdır. 12 fevral 2022-ci il tarixdə əməkdaşı olduğu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və tərəfindən bu barədə bölmənin rəisinə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Zeytun” kafenin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etdikdə həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu 32-ci Polis Bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs də könüllü olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Keçirilmiş şəxsi axtarı zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin büküm onun özünə məxsus olduğunu, həmin narkotik maddəni 12 fevral 2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşından 150 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin büküm götürülərək qablaşdırılmış, təhqiqatçı tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 28). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında" 12 fevral 2022-ci il tarixli protokol və və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının arxasında yerləşən “Zeytun” kafesinin qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Suraxanı rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparılmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Daxili işlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs o zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş bir ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxıl olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD disk əlavə olunmuşdur (cild 01. ış vər 33-34, 92). Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/891 saylı 12 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 50,120 qram olan qəhvəyi rəngli maddə kustarü sulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildirlər (cild 01, iş vər. 41-46). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 63-64). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-80/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 80-83). Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhər ərazisində yaşadığı müddət ərzində barəsində Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vərəqə 112). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmaqla, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon İcra Şöbəsinin “amnistiya aktının tətbiq edilməsi barədə” 24 may 2013-cü il tarixli qərarı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə məhkum X1 Rayon Məhkəməsinin 1(049)-148/2012 saylı 02 iyul 2012-ci il tarixli hökmü ilə təyin olunmuş 2000 manat cərimə cəzasından azad edilmişdir (cild 02, iş vər. 115-123). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsin verdiyi 705 nömrəli 19 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövürndə də, hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində analqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, özünü müdafiə etməyə meyillilik, inadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılma və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir (cild 01, iş vər. 136-138). Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2414 nömrəli 12 may 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 139-140). İşdə olan “üzləşdirmə haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxsun üzünə qarşı bir daha bildirərək təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 145-148). İşdə olan “üzləşdirmə haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 149-152). İşdə olan “cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş cəmi 50,120 qram narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması barədə qərar qəbul olunmuşdur (cild 01, iş vər. 168-169). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Sıyahılar»-ından "Narkotik vasitələri" əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab edilir. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 12 fevral 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin 50,120 qram çəkidə olmaqla külli miqdarda olması əlamətini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 fevral 2022-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik maddəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, təqdim etdiyi 01 ədəd 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddənin heroin olmasını, həmin narkotik vasitəni 12 fevral 2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşından 150 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olnumuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X2 sanitar hissəsinində tərtib olunmuş həmin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına gətirildiyi zaman üzərinə keçirilmiş ilk tibbi baxış zamanı həbs olunmamışdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumat verdiyi zaman heç bir xəsarətinin olmadığını bildirmiş, habelə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən saxlanıldığı zaman qanunsuz hərəkətlərə məruz qalması barədə məsələni məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışdır. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla cəmi 50,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını və ailəli olmaqla, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 12 fevral 2022ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan (hazırki vaxtda əlilliyinin olmaması nəzərə alınmaqla), məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 50,070 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü olan 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 17 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 81 manat (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 50,070 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü olan 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar