Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1282/2021 28.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X7 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Balaxam yolu, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 20 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3--cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış, saxlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və öz növbəsində Təqsirləndirilən şəxs2 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər. Bu məqsədlə “Həbib” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Həbib” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda,- 38867,793 (otuz səkkiz min səkkiz yüz altımış yeddi tam, mində yeddi yüz doxsan üç) qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3500 (üç min beş yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1200 (bir min iki yüz) qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 19960 (on doqquz min doqquz yüz altmış) qram çəkidə psixotrop maddə metamfetamini və həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 18,8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 47 ədəd konvalyutda 470 (dörd yüz yetmiş) həb metadon dəman preparatını naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edərək, külli miqdarda 38860 (otuz səkkiz min səkkiz yüz altımış) qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3500 (üç min beş yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1200 (bir min iki yüz) qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 19960 (on doqquz min doqquz yüz altmış) qram çəkidə psixotrop maddə metamfetamini və həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 18,8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 47 ədəd konvalyutda 470 (dörd yüz yetmiş) həb metadon dərman preparatını Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsi, 503 nömrəli bağ evinə daşıyıb evdə gizlətməklə saxlamışlar. Qalan külli miqdarda 7,793 (yeddi tam, mində yeddi yüz doxsan üç) qram çəkidə narkotik vasitə heroini isə öz aralarında bölməklə Təqsirləndirilən şəxs1 - 0,247 (sıfır tam, mində iki yüz qırx yeddi) qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 isə külli miqdarda -7,546 (yeddi tam, mində beş yüz qırx altı) qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla ünvan 5 ünvanın qarşısına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 17-20 radələrində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu ərəzisində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərlərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs1 o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə -0,247 (sıfır tam, mində iki yüz qırx yeddi) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə eyni tərkibli külli miqdarda 7,546 (yeddi tam, mində beş yüz qırx altı) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 07 aprel 2021-ci il tarixdə saat 22-31 radədələrində bağ evinəə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsi, 503 nömrəli bağ evinin yataq otağında olan paltar dolabından dörd ədəd torbada olan otuz doqquz ədəd sellofan bağlamada və altı ədəd plastik qabda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan külli miqdarda 38860 (otuz səkkiz min səkkiz yüz altımış) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd sellofan bağlamada külli miqdarda 1200 (bir min iki yüz) qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, beş ədəd sellofan bağlamada külli miqdarda 3500 (üç min beş yüz) qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iyirmi dörd ədəd sellofan bağlamada və üç ədəd plastik qabda külli miqdarda 19960 (on doqquz min doqquz yüz altmış) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 18,8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 47 ədəd konvalyutda 470 (dörd yüz yetmiş) həb metadon dərman preparatı və bir ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək müvafiq qayda götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, iki azyaşlı övladları var və öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Balaxam yolu, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Onun rəsmi iş yeri olmasa da, “Toyota Camry” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. İş üzrə digər Təqsirləndirilən şəxs2 uşaqlıq yaşlarından tanıyır və onlar dostdurlar. Onu özü narkotik vasitələrinin istifadəçisidir. Narkotik vasitələrini təsadüfi şəxslərdən əldə edərək qəbul etmişdir. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirmək istəyir ki, həmin iş üzrə tutulmazdan təxminən dörd ay əvvəl İnstaqram sosial şəbəkəsində özünün “Bakinec 666” adı ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, İnstaqram sosial şəbəkəsində “Həbib” adı ilə çıxış edən şəxs onunla tanış olmuşdur. Söhbətlərin birində Həbib” ona təklif etmişdir ki, onun İrandan keçirib Azərbaycana göndərdiyi dərman və yaxud narkotik vasitələri dediyi yerdən götürüb digər yerə aparıb gizlətdiyi halda, ona yaxşı pul göndərə bilər. O da maddi vəziyyəti çətin olduğundan həmin şəxsin təklifi ilə razılaşmışdır. Birinci dəfə 2021-ci ilin fevral ayının axırlarında “Həbibin” tapşırığı ilə Bakı- Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisində gizlədilən adını xatırlamadığı dərman preparatları və qurudulmuş marixuananı gizlədilən yerdən götürüb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Balaxanı yolunun kənarında lövhələrin birinin altında gizlətmiş və sonra “Vatsap” ani mesajlaşma sistemi vasitəsi ilə Həbibə məlumat vermiş və bunun əvəzində 1000 manat pul almışdır. Puldan əlavə Həbib onun istifadəsi üçün həm də narkotik vasitə göndərmişdir. Gördüyü iş rahat və əlverişli olduğundan yenə Həbibin tapşırığlarını yerinə yetirməyi qərara almışdır. Dostu Təqsirləndirilən şəxs2 də onun kimi narkotik vasitə olan heroini çəkmək yolu ilə qəbul etmiş, ara-bir onlar birlikdə narkotik vasitə qəbul etmişlər. Onu da bildirmək istəyir ki, Nadirə həmin iranlının göndərdiyi narkotik vasitə və ya psixotrop maddələrdən istifadəsi üçün versə də, ona həmin narkotik və psixtrop maddəni haradan əldə etdiyi barədə məlumat verməmişdir. Ümumiyyətlə Nadirin onun “Həbib” adlı iranlı bir tanışı olması barədə məlumatı olmamışdır. Hadisədən bir neçə gün əvvəl, yəni 2021-ci ilin aprel ayının 4-də “Həbib” “Vatsap”la ona zəng edərək Masallı rayonu ərazisində mal, yəni narkotik vasitələr gizlədiləcəyini və ona deyəcəyi onları götürməsini əvəzində isə ona 4000 manat pul veriləcəyini bildirmişdir. Ona veriləcək məbləğdən o, başa düşmüşdür ki, bu dəfə narkotik daha çox olacaqdır. Lakin, maddi imkanı çətin olduğuna görə qərara gəlmişdir ki, bu dəfə də bu işi görsün. Buna görə də «Həbib»in tapşırığı ilə 05 aprel 2021-ci il tarixdə saat 16 radələrində o, idarə etdiyi “Toyota Camry” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobildə özü tək olmaqla Masallı rayonuna getmişdir. Həmin gün hava şəraiti pis olduğundan “Həbib” narkotiki ona deyəcəyi yerdə gizlətdirə bilməmişdir. Bu səbəbdən o, məcbur olaraq Masallı rayonunda yerləşən “İstisu” istirahət mərkəzində otaq götürərək orada qalmışdır. Növbəti gün, 06 aprel 2021-ci il tarixdə saat 20 radələrində “Həbib” Vatsap vasitəsi ilə ona zəng edərək Astara-Bakı yolunun Masallı rayonu ərazisində 75-ci kilometr işarəsi olan yerdə «malın» qoyulduğunu demiş və ora gedib götürməsini ona tapşırmışdır. Bundan sonra o, özü idarə etdiyi “Toyota Camry” markalı avtomobildə Astara-Bakı yolunun Masallı rayonu ərazisindəki “75-ci kilometr” işarəsi olan yerə getmişdir. Sonra isə “Həbib”in ona izah etiyi yerdən, yəni orada yoldan bir qədər aralıda dərəlik yerdə gizlədilmiş dörd ədəd kisə olduğunu görmüş və həmin kisələri avtomobilinə qoyraq Bakı şəhəri istiqamətində yola düşmüş və həmin gün saat 22-23 radələrində Bakı şəhərinə çatmışdır. Onu da bildirmək istəyir ki, o zaman Masallı rayonuna getməmişdən əvvəl dostu Nadirə onun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinin açarını bir neçə günlük ona verməsini xahiş etmiş və həmin bağ evinin açarını ondan götürmüşdür. Bakı şəhərinə gəldikdən sonra o, elə həmin gün o, həmin bağ evinə gedib “Həbib”in ona göndərdiyi içərisində narkotik vasitələr və psixotrop maddələr olan dörd ədəd kisəni Təqsirləndirilən şəxs2 məxsus olan bağ evinin ikinci mərtəbəsində yerləşən otaqda olan paltar dolabının içərisinə gizlətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 məxsus bağ evində heç kəs olmamış və o, həmin kisələri orada gizlətdikdən sonra yaşadığı evə çıxıb getmişdir. Onu da bildirmək istəyir ki, həmin bağ evindən çıxıb getməmişdən əvvəl o, həmin kisələrin birinin içrəsində külli miqdarda narkotik vasitə olan heroin olmasını görmüşdür. Buna görə də o, həmin heroindən kiçik bir bükümdə öz istifadəsi üçün və həmçinin kiçik bir bükümdə dostu Nadir üçün götürmüşdür. Növbəti gün, yəni hadisə günü, 07 aprel 2021-ci il tarixdə o, Nadirlə zəngləşib görüşmüş və o, içərisində heroin olan kiçik bükümlərin birini istifadəsi üçün Nadirə vermiş, lakin həmin narkotik vasitəni nə yolla əldə etdiyi barədə ona bir söz deməmişdir. Həmin gün təxminən saat 18 radələrində Nadirlə birlikdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində gəzişdikləri vaxt, əvvəllər tanımadığı bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını onalar bildirmiş və onların narkotiklərin qanunsuz döriyyəsində şübhəli olduqlarını bildirib onları həmin idarəyə aparmışlar. Orada polis işçiləri müdafiəçi dəvət edərək onalara təqdim etmişlər. Onun özü və həmçinin Nadir üzərlərində az miqdrda öz istifadələri üçün narkotik vasitə heroin olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmişlər. Baxış zamanı o vaxt əynində olan gödəkçəsinin yan cibində saxladığı kiçik bir bükümdə olan heroin könülü olaraq polis işçilərinə təqdim etmişdir. Həmçinin o zaman üzərində olan bir ədəd “Nokia” markalı mobil telefonu da könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Baxış zamanı onun əzərindən başqa bir qanunsuz əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş bir ədəd kağız bükümündə saxladığı narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılıb möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla Nadirin də üzərinə baxış keçirilmişdir. Həçmin vaxt Nadir də o zaman əynində olan gödəkçəsinin cibindən içərisində narkotik vasitə olan heroini və həmçinin özünə aid olan mobil telefonu, bank kartını, və yaşadığı evin açarlarını çıxarıb polis işçilərinə təqdim etmişdir. Nadirin təqdim etdiyi bir bükümdə olan heroin onların yanında bir ədəd zərfə qablaşdırılaq möhürlənib götürülmüşdür. Üzərinə baxış və axtarış keçirilən zaman Nadirin üzərindən digər qanunsuz əşya və ya narotik aşkar edilməmişdir. Bundan sonra sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroini şəxsiyyəti barədə dəqiq məlumatı olmadığı özünü İran İslam Respublikasının vətəndaşı olan “Həbib” adı ilə ona təqdim etmiş şəxsin vasitəsi ilə əldə etdiyini etiraf etmişdir. Həmçinin dostu Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kiçik bir bükümdə olan narkotik vasitə heroini onun özü özü istifadəsi üçün təmənnasız olaraq ona verdiyini bildirmişdir. Həmçinin o, İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin ona göndərdiyi narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlədib saxladığını da etiraf etmişdir. Bundan sonra onların üzərinə baxış və şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, onalar və həmçinin onların müdafiəçiləri qismində iştirak edən vəkillər öz imzaları ilə həmin protokolun düzgün tərtib edildiyini təsdiq etmişlər. Bundan sonra elə həmin gün polis əməkdaşları tərəfindən onun özü və Təqsirləndirilən şəxs2, həmçinin müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs2 məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı o, Təqsirləndirilən şəxs2 məxsus bağ evinin ikinci mərtəbəsində yerləşən yataq otağında paltar dolabının içində gizlətdiyi içində narkotik vasitə və psixotrop maddələr olan bir ədəd qara rəngli sellofan torbanı və dörd ədəd kisəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torbaya və kisələr açılıb yoxlanılan zaman, ittiham aktında göstərildiyi kimi orada otuz doqquz ədəd sellofan bağlamada və altı ədəd plastik qablrda narkotik vasitə heroin, beş ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bağlamada narkotik vasitə tiryək, iyirmi ədəd sellofan bağlamada və üç ədəd plastik qabda psixotrop maddə metamfetamin, həmçinin metadon dərman həbləri və bir ədəd elektron tərəzi onların yanında aşkar olunaraq qablaşdırılıb möhürlənib götürülmüşdür. Bundan sonra onlar hamısı birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə qayıtmışlar. Orada həmin bağ evinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onlar və həmçinin onların müdafiəçiləri qismində iştirak edən vəkillər də həmin protokolu imzalamışlar. Onu da bildirmək istəyir ki, o zaman Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində olduqları vaxt o, özünün və dostu Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini öz tanışı olan iranlı “Həbib” adlı şəxsin ona göndərdiyini tam etiraf etsə də, o zaman tanımadığı polis əməkdaşları şəxsən ona qarşı təsir və təzyiq göstərdiklərinə görə o, ona külli miqdarda narkotik vasitə və psixotrop maddələrin göndərildiyindən dostu Təqsirləndirilən şəxs2 də məlumatı olmasını və Nadirin razılığ ilə sonuncunun bağından aşkar olunmuş həmiin külli miqdlarda narkotik vasitə və psixotrop maddələri orada birltikdə gizlətdiklərini deməsini ondan tələb etmişlər. Buna görə də o zaman o, həmin məzmunda etirafedici izahat vermişdir. Əslində isə dostu Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri onun nə yolla və kimdən əldə etdiyi barədə heç bir məlumatı olmamışdır. O zaman Təqsirləndirilən şəxs2 məxsus olmaqla Binəqədi rayonu, X23ndə olan bağ evinin açarları onun özündə olduğuna görə o, iranlı «Həbib» adlı şəxsin ona göndərdiyi həmin narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs2 məxsus bağ evində özü tək gizlədib saxlamışdır. Belə hesab edir ki, onun törərtdiyi həmin cinayət əməlində Təqsirləndirilən şəxs2 heç bir iştirakı olmamışdır. “Həbib” adlı şəxslə “Vatsap”la telefonda danışan zaman sonuncu ona «mal» göndərəcəyini və deyəcəyi yerdən götürməsini demişdir. O, «mal» deyiləndə həmin şəxsin ona muxtəlif narkotik vasitə və psixotrop maddə göndərəcəyini başa düşmüşdür. Həbib” adlı şəxs bunun müqabilində ona 4000 manat pul veriləcəyini bildirdikdə isə həmin dəfə “Həbib”in ona klli miqdarda narkotik və psixotrop maddələr göndrəcəyini başa düşmüşdür. O, yalnız həmin narkotik və psixotrop maddələri Astara-Bakı yolunun Masallı rayonu ərazisində 75-ci kilometr işarəsi olan yerdə götürən zaman həmin maddələrin dörd ədəd kisədə olduğunu görərək onların külli miqdarda olmasını başa düşmüşdür. Həmin kisələrdə olan narkotik vasitə və psixotrop maddəlrin çəkisi barədə onun o zaman dəqiq məlumatı olmamışdır. “Həbib” adlı şəxsin ona göndərdiyi narkotik vasitə heroininin otuz səkkiz kiloqaramdan artıq çəkidə olmasını, psixotrop maddə metamfetaminin on doqquz kiloqramdan artıq çəkidə olmasını, narkotik vasitə qurudulmuş marixuananının üç kiloqamdan artıq çəkidə olmasını istintaq zamanı bilmişdir və bununla bağlı ekspertiza rəyi ilə istintaq zamanı tanış edilmişdir. Həmirn rəylə bağlı heç bir etirazı yoxdur. Onunla Təqsirləndirilən şəxs2 arasında hər-hansı bir narkotik vasitə və yaxud psixotrop maddələrin birlikdə əldə edilməsi, həmçinin maddələrin İran İslam Respublikasından və yaxud başqa ölkədən Azərbaycan Respublikasına gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə heç bir söhbət və ya razılaşma olmamışdır. Ümumiyyətlə onun özünün bu barədə İran İslam Respublikasının vətəndaşı olan “Həbib” adlı şəxsin arasında qabaqcadan heç bir razılaşma olmamışdır. “Həbib” adlı şəxsin həmin narkotik vasitə və yaxud psixotrop maddələri Azərbaycan Respublikasının ərazisinə kimin vasitəsi ilə və necə keçirtdirdiyi barədə onun özünün heç bir məlumatı yoxdur. “Həbib” adlı şəxs ona həmin narkotik vasitə və yaxud psixotrop maddələrin yalnız gizlədildiyi yeri ona telefonda demiş və o həmin yerə gedərək onları götürmüşdür. Onun özü heç vaxt hərhansı bir narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, əvvəl yalnız bir dəfə, yəni 2021-ci ilin fevral ayının axırlarında “Həbib» adlı şəxsin tapşırığı ilə Cəlilabad rayonu ərazisində gizlədilmiş muxtəlif dərman preparatları və qurudulmuş marixuananı olan bağlamanı götürüb Binəqədi rayonu, Binəqədi-Balaxanı yolunun kənarında gizlətmiş və bundan sonra «Həbib» ona bir min manat pul göndərmişdir. İkinci dəfə isə, yuxarıda qeyd etdiyi kimi, «Həbib»in tapşırığı ilə o, 06 aprel 2021-ci il tarixdə axşam saatlarında Astara-Bakı yolunun Masallı rayonu ərazisindəki 75-ci kilometr yol nişanı olan yerin yaxınlığında gizlədilməklə içərisində qeyd etdiyi narkotik vasitə və psixotrop maddələr olan dörd ədəd kisəni oradan götrüb Bakı şəhərinə gətirərək dostu Nadirə məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlətmişdir. Bunun müqaibilində ona hər-hansı bir məbləğdə pul verilməmişdir. Həmin maddələri o, «Həbib» adlı şəxsin sonra ona deyəcəyi yerə aparıb qoymalı olmuşdur. Bir daha bildirir ki, “Həbib” adlı şəxsin ona göndərdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasına şəxsən onun özü gətirməmiş və bununla əlaqədar nə gömrük məntəqəsində, nədə ki sərhəddə olmamışdır. Həmin narkotik vasitə və psixotrop maddələrin «Həbib» adlı şəxsin sərhəddən nə yolla keçirtdiyi və onları aparıb Masallı rayonu ərazisində kim tərəfindən gizlədildiyi ona məlum deyil. «Həbib» adlı şəxsin ona muxtəlif narkotik vasitə və psixotrop maddələr göndərəcəyi barədə Təqsirləndirilən şəxs2 heç bir məlumatı olmamışdır. Hadisə günü, yəni 06 aprel 2021-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi yerdən, yəni Astara-Bakı yolunun Masallı rayonu ərazisindəki 75-ci kilometr yol nişanının yaxınlığından götrülərək Bakı şhərinə gətirilməsində Təqsirləndirilən şəxs2 heç bir iştirakı olmamışdır. Yuxarıda göstərdiyi kimi, həmin dövrdə o, Təqsirləndirilən şəxs2 məxsus həmin bağ evini bir neçə günlük istifadə etmək bağın açarlarını ondan götürmüşdür. Bakı şəhərinə gətirdiyi həmin narkotik vasitə və psixotrop maddələri onun özü Təqsirləndirilən şəxs2 iştirakı olmadan sonuncuya məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə aparıb orada gizlətmişdir və bu barədə özü Təqsirləndirilən şəxs2 bir söz deməmişdir. 2021-ci ilin yanvar-aprel aylarında onun özünün istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, Təqsirləndirilən şəxs2lə, həmçinin İran İslam Respublikasının vətəndaşı olan «Həbib» adlı şəxslə həmin telefon nömrəsindənq istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Elan edilməklə olna təqdim edilmiş müvafiq olaraq cinayət işinin birinci cildinin 100-105-ci vərəqlərində olmaqla onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında 08 aprel 2021-ci il tarixli, həmçinin cinayət işinin birinci cildinin 127-132-ci vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 09 aprel 2021-ci il tarixli protokollar ona tanışdır və həmin sənədlərdə «Təqsirləndirilən şəxs1» qeydləri qarşısındakı imzalar onun özünə məxsusdur. Həmin tarixlərdə iş üzrə şübhəli şəxs, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilən zaman müstəntiq tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Həmin tarixlərdə dindirilən zaman müdafiəçisi də iştirak etmiş və sonuncu onunla birlikdə həmin protokollarla tanış olaraq onları imzalamışdır. Həmin tarixlərdə dindirilən zaman hadisə ilə bağlı öz ifadələrində göstərdiklərini, yəni “Vatsapp” sosial şəbəkəsi üzrə tanış olduğu, özünü ona İİR-nın vətəndaşı «Həbib» adə təqdim etmiş şəxsin 04 aprel 2021-ci il tarixdə “Vatsapp” vasitəsi ona zəng edərək Masallı rayonu ərazisində «mal» gizlədiləcəyini, deyilən vaxt onu götürməsini, əvəzində isə ona 4000 manat pul veriləcəyini dediyi, 05 aprel 2021-ci il tarixdə saat 16 radələrində Masallı rayonuna getdiyi və oradakı “İstisu” istirahət mərkəzində qaldığını təsdiq edir. Lakin, orada olan zaman dostu Təqsirləndirilən şəxs2 zəng edib onu həmin istirahət mərkəzinə dəvət etdiyi, gecə vaxtlarında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Khazar Azsamand” markalı avtomobildə həmin istirahət mərkəzinə gəldiyi, sonuncuya iranlı «Həbib» barədə heç nə deməsə də, Masallıda bir nəfər şəxsdən marixuana götürəcəyini dediyi, Nadirin Novxanı qəsəbəsindəki bağ evinin olduğunu bildiyinə görə ondan həmin evi ona kirayə verməsini xahiş etdiyi, həmin evi kirayəyə götürməkdə məqsədi «Həbib»dən götürüləcək narkotiki orada saxlamaq olduğu, bununla bağlı Nadirin ona razılıq verdiyi, 06 aprel 2021-ci il tarixdə saat 20 radələrində “Həbib” adlı şəxsin «Vatsapp» vasitəsi ilə ona zəng edərək Astara-Bakı yolunun Masallı rayonu ərazisində “75-ci kilometr” işarəsi olan yerdə “mal”ın qoyulduğunu dediyi, bundan sonra o, Təqsirləndirilən şəxs2 çıxmasını və Masallıda narkotiki götürüb Novxanıya gedəcəyini dediyi, Nadir çıxdıqdan on beş dəqiqə sonra idarə etdiyi avtomobildə Astara-Bakı yolunun Masallı rayonu ərazisindəki “75-ci kilometr” işarəsi olan yerdə dərədə gizlədilmiş dörd ədəd kisədə olan narkotik maddələri özü idarə etdiyi avtomobilə qoyaraq Bakı şəhəri istiqamətində yola düşdüyü, həmin vaxtlar karantin postlarının qurulacağı barədə söhbətlər gəzdiyindən Təqsirləndirilən şəxs2 zəng edib karantin postlarının olub-olmaması soruşub müsbət halda ona məlumat verməsini ondan xahiş etdiyi, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə ondan qabaqda gedərək, heç bir postun olmadığı barədə ona məlumat verdiyi, beləliklə həmin gün saat 22-23 radələrində Bakı şəhərinə çatdıqları, Təqsirləndirilən şəxs2 əvvəlcədən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə getdiyi, sonradan onun özü də həmin bağ evinə gedib “Həbib” adlı şəxsin göndərdiyi içərisində narkotik vasitələr və psixotrop maddələr olan dörd ədəd kisəni Təqsirləndirilən şəxs2 məxsus olan bağ evinin ikinci mərtəbəsində yerləşən uşaq otağında olan paltar dolabının içərisinə yerləşdirdiyi, həmin vaxt Təqsirləndirilən şəxs2 də həmin bağ evində olduğu, daha sonra həmin narkotik vasitədən özünə və Nadir üçün götürüb həmin bağdan çıxıb getdikləri, növbəti gün, yəni 07 aprel 2021-ci il tarixdə saat 17-20 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində olduqları zaman beş-altı nəfər mülki geyimdə olan polis əməkdaşlarının onlara yaxınlaşıb özlərini təqdim edərək onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, onları DİN-nin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə aparıldıqları və sonra isə yuxarıda qeyd etdiyi qaydada müdafiəçilərinin iştirakları ilə onların üzərinə şəxsi axtarış keçirilib hər ikisinin üzərindən bir bükümlə narkotik vasitə olan heroin aşkar olunub qablaşdırılıb götrüldükdən sonra birlikdə Nadir Mirzəyevə məxsus həmin bağ evinə getdikləri və orada videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı yuxarıda qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar olunaraq qablaşdırılıb möhürlənib götürüldüyü barədə iş üzrə ibtidai itstintaq zamanı verdiyi ifadələrini hal-hazırda qismən təsdiq edir. Həqiqətən o zaman İİR-nın vətəndaşı «Həbib» adlı şəxs onunla telefon ələqəsi saxlayaraq ona «mal», yəni narkotik maddələr göndərəcəyini bildirdikdən sonra onun özü, 05 aprel 2021-ci il tarixdə idarə etdiyi avtomobildə Masallı rayonuna gedərək orada “İstisu” istirahət mərkəzində qalmış, lakin orada olan zaman dostu Təqsirləndirilən şəxs2 zəng edib onu ora dəvət etməmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 ümumiyyətlə Masallı rayonuna gəlməmiş və sonuncuya Masallı rayonunda hər-hansı bir narkotik vasitə götürəcəyini deməmişdir. Yuxarıda göstərdiyi kimi, 06 aprel 2021-ci il tarixdə axşam saatlarında “Həbib” adlı şəxs ona ona zəng edərək ona göndərdiyi narkotik maddələrin Astara-Bakı yolunun Masallı rayonu ərazisində “75-ci kilometr” işarəsi olan yerdə gizlədildiyini bildirdikdən sonra onun özü tək həmin yerə gedərək dörd ədəd kisədə olan narkotik maddələri özü idarə etdiyi avtomobilə qoyub Bakı şəhərinə gətirib Təqsirləndirilən şəxs2 məxsus olmaqla Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə aparıb özü orada gizlətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 həmin bağda olmamış və ümumiyyətlə onun Masallı rayonuna gedərək oradan hər-hansı bir narkotik vasitə və ya psixotrop maddələri Bakı şəhərinə gətirərək onun bağ evində gizlətdiyi barədə hadisə gününə qədər, yəni həmin bağa onların iştirakı ilə baxış keçirilən vaxta qədər Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Qalan hissədə iş üzrə verdiyi ifadələri təsdiq edir. Bir daha bildirir ki, onunla Təqsirləndirilən şəxs2 arasında hər-hansı bir narkotik vasitə və yaxud psixotrop maddələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə heç bir razılaşma olmamışdır. “Həbib” adlı şəxsin ona göndərdiyi külli miqdarda narkotik vasitə olan heroini, həmçinin psixotrop maddə olan metafetamini və digər narkotik vasitələri Azərbaycan Respublikasının ərazisinə nə yolla gətirdiyi və yaxud kiminsə vasitəsi ilə gətizdirdiyi, həmin narkotik maddələrin Masallı rayonu ərazisində kim tərəfindən gizlədildiyi barədə onun özünün heç bir məlumatı yoxdur. O, sadəcə olaraq həmin “Həbib” adlı şəxsin göstərişi əsasında sonuncunun ona göndərdiyi həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələri Masallı rayonu ərazisində gizlədilmiş yerdən götürərək Bakı şəhərinə gətirmiş, sonra isə həmin maddələri dostu Təqsirləndirilən şəxs2 məxsus olmaqla Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində gizlətmişdir. Həmin cinayəti törətməsində Təqsirləndirilən şəxs2 heç bir iştirakı olmamışdır. Törətdiyi həmin əməllərə görə peşmançılıq çəkir. İşə düzgün baxılıb onun barəsində Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir və üç azyaşlı uşaqları vardır və öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, bina 92 ünvanda yerləşən mənzildə yaşamışdır. Onun daimi iş yeri olmasa da, icarəyə götürdüyü “Khazar Azsamand” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Həmin iş üzrə həbs olunmazdan bir neçə ay əvvəl o, arada narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmişdir. Həmin narkotik vasitəni təsadüfi şəxslərdən alıb istifadə etmiş, lakin onun özü heç vaxt hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Digər Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs1lə dostluq etmişlər və hal-hazırda da münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs1 də onun kimi narkotik vasitə olan heroindən istifadə etmişdir. Arada onlar birlikdə narkotik vasitə qəbul etmiş, həmçinin düşəndə bir-birini narkotik vasitələrlə qonaq etmişlər. Ona qarşı irəli sürülmüş ittihamla əlaqədar bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evi ona məxsus olsa da, orada aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrə onun özünün heç bir aidiyyəti yoxdur. Onlar həmin iş üzrə həbs olunduqları gündən bir neçə gün əvvəl həmin bağ evinin açarını dostu Təqsirləndirilən şəxs1 ondan istəmiş və onunla dost münasibətlərdə olduğundan açarı ona vermişdir. Hadisə günü, yəni 07 aprel 2021-ci il tarixdə axşam üstü o, dostu Təqsirləndirilən şəxs1lə birlikdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində olduqları zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq özlərinin polis əməkdaşları olmalarını onlara demişlər. Bundan sonra həmin əməkdaşlar onların ad, familyasını soruşduqdan sonra onların narkotik maddələrlə bağlı şübhəli olduqlarını bildirib onları Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada iki nəfər vəkili onların müdafiəçiləri kimi onlara təqdim etdikdən sonra videoçəkiliş aparılmaqla onların hər ikisinin üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Müşfiq üzərində öz istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmiş və o zaman əynində olan gödəkçəsinin cibində saxladığı bir ədəd kiçik bükümdə olan narkotik vasitə heroini könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Onu da bildirmək istəyir ki, o zaman onları saxlayıb Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə apardıqdan sonra tanmadığı bir polis əməkdaşı ona hədə-qorxu gələrək üzərində bir bükümdə narkotik vasitə olan heroin olmasını etiraf etməsini tələb etmiş və onun cibinə bir büküm qoymuşdur. Polis işçilərinin ona qarşı zoraklıq edəcəklərindən çəkindiyinə görə, onların üzərinə baxış keçirilən zaman o da zaman əynində olmuş gödəkçəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümdə olan heroini polis işçilərinə təqdim etmiş və məcburiyyət qarşısında qalaraq həmin heroinin özünə məxsus olmasını bildirmişdir. Həmin idarədə olduqları vaxt Müşfiq «Həbib” adlı iranlı vətəndaşın ona xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddələr göndərdiyini, buna görə də bir gün əvvəl Masallı rayonuna gedərək orada yolun kənarında gizlədilmiş, içərisində muxtəlif narkotik maddələr olan dörd ədəd iri torbanı oradan Bakı şəhərinə gətirərək ona məxsus olmaqla Binəqədi rayonu Novxanı qəsəbəsindəki bağ evində gizlətdiyini bildirmişdir. Onu da bildirmək istəyir ki, polis əməkdaşları onları həbs etməzdən əvvəl o, Müşfiqin xahişi ilə özünə məxsus həmin bağ evinin açarlarını bir neçə günlük Müşfiqə vermişdir. Lakin, Müşfiqin ona məxsus həmin bağ evinə aparıb külli miqdarda müxtəlif narkotik maddələr qoymasından onun özünün xəbəri olmamışdır. Bundan sonra həmin günü polis əməkdaşları onun özü və Təqsirləndirilən şəxs1, həmçinin onların müdafiəçiləri kimi iştirak edən vəkillərlə birlikdə, onun özünə məxsus olmaqla Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evinə getmişlər və orada polis əməkdaşları videoçəkiliş aparmaqla bağ evinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 onun bağ evinin ikinci mərtəbəsində yerləşən yataq otağındakı paltar şkafının içində gizlətdiyi, içində müxtəlif narkotik vasitələr və psixotrop maddə metafetamin olan cəmi beş ədəd torbanı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişlər. Həmin torbalar açılıb yoxlanılan zaman onların içərisində külli narkotik vasitə heroin, qurudulmuş marixuana, tiryək və həmçinin külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılıb möhürlənib polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onlar hamısı birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə geğtmişlər. Orada polis əməkdaşları bu barədə protokol tərtib edərək həmin protokolla onları tanış etmiş və onun özü, həmçinin Müşfiq də həmin protokolu imzalamışlar. Bir daha bildirir ki, dostu Müşfiqin ona məxsus bağ evində həmin narkotik maddələri gizlətdiyi barədə həmin vaxta qədər onun özünün məlumatı olmamışdır. Bir daha bildirir ki, Sumiqayıt şəhərində polis əməkdaşları tərəfindən saxlanılan zaman onun özünün üstündə heç bir narkotik maddə olmamışdır. Lakin, Müşfiqin üstündə az miqdarda narkotik vasitə heroin olmasından xəbəri olmuşdur. Ümumiyyətlə Müşfiqin həmin narkotik vasitələri harada və nə yolla əldə etdiyi barədə onun özünün xəbəri olmamışdır. O, “Həbib” adlı hər-hansı bir İran vətəndaşını tanımır və adda olan şəxslə onun heç bir ünsiyyəti və ya telefon danışığı olmamışdır. Dostu Təqsirləndirilən şəxs1 həmin “Həbib” adlı şəxslə nə kimi mnasibəti olması və həmin şəxsin Müşfiqə hər-hansı bir narkotik maddə göndərdiyi barədə onun özünün məlumatı olmamışdır. Onun özü o zaman Masallı rayonuna getməmiş və Təqsirləndirilən şəxs1 orada haradan külli miqdarda narkotik vasitə və psixotrop maddəlri götürərək Bakı şəhərinə gətirdiyi və sonra isə ona məxsus bağ evində gizləğdiyi barədə onun özünün məlumatı olmamışdır. Onunla Təqsirləndirilən şəxs1 arasında hər-hansı bir narkotik maddənin İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə heç bir söhbət və ya razılaşma olmamışdır. Onun arada narkotik vasitə olan heroindən istifadə etmişdir. Lakin, heç vaxt hər-hansı bir narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hadisədən bir gün əvvəl, yəni 06 aprel 2021-ci il tarixdə onun özü Masallı rayonuna getməmiş, orada Təqsirləndirilən şəxs1lə görüşməmiş və orada Müşviqin narkotik vasitələri haradan və necə götürüb Bakı şəhərinə gətirdiyini görməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin narkotik və psixotrop maddələri ona məxsus bağ evinə nə vaxt gətirib gizlətməsinin onun özü şahidi olmamış və bu barədə Müşfiq ona bir söz deməmişdir. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə və o cümlədən 2021-ci ilin aprel ayında onun özünün istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuş, Müşviq Mirzəye və həmçinin digər tanışları ilə həmin telefon nömrələrindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Elan edilməklə ona təqdim edilmiş müvafiq olaraq cinayət işinin birinci cildinin 112-117-ci vərəqlərində olmaqla onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında 08 aprel 2021-ci il tarixli, həmçinin cinayət işinin birinci cildinin 141- 146-cı vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 09 aprel 2021-ci il tarixli protokollar ona tanışdır və həmin sənədlərdə «Təqsirləndirilən şəxs2» qeydləri qarşısındakı imzalar onun özünə məxsusdur. Həmin tarixlərdə iş üzrə şübhəli şəxs, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilən zaman müstəntiq tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş və dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir. Həmin ifadələrində hadisə ilə bağlı göstərdiklərini, yəni 05 aprel 2021- ci il tarixdə axşam vaxtlarında Müşfiq onunla telefon əlaqə saxlayaraq Masallı rayonunda yerləşən “İstisu” istirahət mərkəzində otaq götürdüyünü bildirərək onu həmin yerə dəvət etdiyi, gecə saatlarında yola düşərək idarə etdiyi “Khazar Azsamand” markalı avtomobildə həmin istirahət mərkəzinə getdiyi, orada olarkən Müşfiq Mirzəvevin ona Masallıdan narkotik vasitə marixuana götürməli olmasını dediyi və ondan Novxanı qəsəbəsindəki bağ evini ona kirayə verməsini xahiş edərək həmin yerdə narkotik vasitələri gizlətməsini, əvəzində isə ona narkotik və pul verəcəyini vəd etdiyi, buna razılıq verdikdən sonra, 06 aprel 2021-ci il tarixdə axşam vaxtlarında “İstisu”dan çıxaraq Bakı şəhəri istiqamətində birinci yola düşdüyü, Təqsirləndirilən şəxs1 isə narkotiki götürüb onun dalınca gələcəyini deyib, əgər yol boyu polis və ya digər şübhəli vəziyyət olduqda bu barədə ona məlumat verməyini ondan xahiş etdiyi, həmin gün saat 22-23 radələrində Bakı şəhərinə çatdığı, Təqsirləndirilən şəxs1 gətirdiyi dörd kisədə olan narkotik vasitələri Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən ona məxsus olan bağ evinin ikinci mərtəbəsində yerləşən uşaq otağında olan paltar dolabının içərisinə yerləşdirdiyi, həmin vaxt Müşfiqin ona ona bir büküm narkotik vasitə heroin verdiyi, həmin heroinin bir hissəsini qəbul etdiyi, qalanını isə öz istifadəsi üçün üzərində saxladığı, növbəti gün, yəni 07 aprel 2021-ci il tarixdə saat 17-20 radələrində Müşfiqlə birlikdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində olduqları zaman beş-altı nəfər mülki geyimdə olan şəxslərin onlara yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra onlar qaçmaq istədikləri, lakin polis əməkdaşlarının xüsusi fənn göstərib yerə yıxmaqla onları saxladıqları, bundan sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib onları Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə apardıqları və orada müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi, əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi və Təqsirləndirilən şəxs1 o zaman əynində olan gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirib gödəkçəsinin sağ yan cibində olan bir ədəd sarı rəngli plastik qabı və üzərində olan “Nokia” markalı mobil telefonu və otuz manat pulu çıxardıb polis əməkdaşlarına təqdim etdiyi və təqdim etdiyi həmin plastik qabın içində narkotik vasitə heroin olduğunu bildirdiyi, həmin plastik qabı açıldıqda qabın içərisindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroin aşkar olunduğu və həmin narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb götürüldüyü, bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirildiyi, həmin vaxt onun özü o zaman əynində olan gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirərək gödəkçəsinin sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü, bir ədəd “Samsung” markalı mobil telefonu və açarları, gödəkçəmin sol yan cibində olan bir ədəd plastik kartı, bir ədəd alışqanı və tibbi maskanı, əynində olan şalvarının sol yan cibində olan 15 manat 40 qəpik pulu çıxardıb polis əməkdaşlarına təqdim etdiyi, onun təqdim etdiyi bir ədəd sellofan büküm açılıb yoxlanıldıqda onun içində narkotik vasitə heroin aşkar olduğu və həmin narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb götürüldüyü, daha sonra isə yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsdən aldığını bildirdiyi, daha sonra isə Masallı rayonuna gedərək muxtəlif narkotik vasitə və psixotrop maddələri gizlədilmiş yerdən götürüb Bakı şəhərinə gətirib ona məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlətdiyi və yuxarıda qeyd etdiyi qaydada onların iştirakı ilə həmin bağ evinə baxış keçirilən zaman yuxarıda qeyd etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin onların iştirakı ilə aşkar olunaraq götürüldüyü barədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda tam təsdiq etmir. Bir daha bildirir ki, yəni 07 aprel 2021-ci il tarixdə saat Müşfiqlə birlikdə Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən saxlpanıldıqları vaxt onun öznün üzərində heç bir narkotik vasitə olmamışdır. Yuxarıda göstərdiyi kimi, onları saxlayıb Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə apardıqdan sonra tanımadığı bir polis əməkdaşı ona təzyiq göstərərək və hədə-qorxu gələrək bir bükümdə olan heroini onun cibinə qoymuş və buna görə də o, polis işçiləri ona qarşı zorakılıq edəcəklərindən çəkindiyinə görə üzərinə baxış keçirilən zaman həmin narkotikin özünə məxsus olmasını bildirmişdir. Həmçinin 05 aprel 2021-ci il tarixdə Müşfiq ona Masallı rayonunda yerləşən “İstisu” istirahət mərkəzinə gəlməsini deməmiş, ümumiyyətlə ora gedərək orada Müşfiqlə görüşməmiş və Müşfiqin Masallı rayonundan hər-hansı bir narkotik maddə götürüb Bakı şəhərinə gətirdiyi və ona məxsus bağ evində gizlətməsi barədə onun məlumatı olmamış və ümumiyyətlə həmin gün Novxanıda olan bağ evində olmamışdır. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman polis əməkdaşları ona qarşı təsir və təzyiq göstərdiklərinə görə etirafedici ifadələr verdiyi barədə müstəntiqə və yaxud onun dindirilməsində iştirak etmiş müdafiəçiyə o, bir söz deməmişdir. Məhkəmədə verdiyi ifadələri daha doğrudur. Bir daha bildirir ki, onun özü arada narkotik vasitə olan heroindən istifadə etmişdir. Lakin, hər-hansı bir narkotik vasitə və yaxud psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. razılaşma olmamışdır. Təqsirləndirilən şəxs1 ona məxsus bağ evində gizlətdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri Masallı rayonundan gizlədilmiş yerdən götürüb Bakı şəhərinə necə gətirdiyi və ona məxsus olmaqla Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində nə vaxt gizlətdiyi barədə onun özünün heç bir məlumatı olmamışdır. Həmin cinayəti törətməsində onun özünün heç bir iştirakı olmamışdır. buna görə də işə düzgün baxılıb onun barəsində Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsmini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsinə, həmçinin Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı qarşılıqlı fərqli məzmunda ifadə vermələrinə baxmayaraq, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı işin halları və hadisələrin baş vermə ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan dolğun və ətraflı etirafedici ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik yoxdur. Həmin şəxsləri ilk dəfə onların barələrində keçirilmiş əməliyyat tədbiri keçirilib onları yaxadıqları zaman görmüşdür. Belə ki, 07 aprel 2021-ci il tarixdə Baş İdarəyə Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qrup halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar Baş idarə rəhbərliyinə rəsmi qaydada məlumat verilməklə, daxil olmuş həmin məlumatın yoxlanılması üçün Baş idarə rəisinin təsdiqi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuş, onun özü, həmçinin idarənin əməkdaşları Şahid2 və Şahid4 əməliyyat qrupunun tərkibinə daxil edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2021-ci il tarixdə saat 17-20 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri ərazisində onlar tərəfindən saxlanılaraq Baş İdarəyə aparılmışdır. Bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra həmin faktla bağlı ilkin araşdırmanın aparılması Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş təhqiqatçısı Mirata Seyidova həvalə olunmuşdur. Sonra isə təhqiqatçısı Mirata Seyidov tərəfindən həmin şəxslərin hüquqlarının müdafiə etmələri üçün iki nəfər vəkil dəvət edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Sonra isə onların iştirakı ilə saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş aparılmaqla baxış və şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl həmin şəxslərə üzərlərində hər-hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddələr vardırsa könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirərək o zaman əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd sarı rəngli plastik qabı, əynində olan cins şalvarının sol yan cibində olan “İphone” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin sarı rəngli plastik qab açılıb yoxlanıldıqda onun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Həmin maddə bir ədəd zərfə qoyularaq möhürlənərək iştirakçılar tərəfindən üzərində imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış və şəxsi axtarış keçrilmişdir. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək o zaman əynində olan gödəkçəsinin yan cibində olan bir ədəd bükümü, bir ədəd “Samsung” markalı mobil telefonu və açarları, gödəkçəsinin sol yan cibindən bir ədəd plastik kartı, bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bir ədəd sellofan büküm açılıb yoxlanıldıqda onun içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edildi və həmin maddə bir ədəd zərfə qablaşdırılıb möhürlənib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 onun üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni “Həbib” adlı İran İslam Respublikasının vətəndaşından aldığını, onunla narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduqlarını, “Həbib”in narkotik vasitə və psixotrop maddələri adamları vasitəsi ilə iran islam Respublikasından keçirirək Masallı və Cəlilabad rayonlarında yerləşdirməklə ona göndərdiyini sonradan özünün müəyyənləşdirdiyi ünvanlara yerləşdirdiyini və bunun müqabilində “Həbib” adlı şəxdən müxtəlif məbləğlərdə pullar aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 sonuncu dəfə 05 aprel 2021-ci il tarixdə “Həbib” adlı şəxsin təklifı ilə narkotik vasitələr götürmək üçün idarə etdiyi “Toyota Camry” markalı avtomobildə Bakı şəhərindən Masallı rayonuna getdiyini, orada olarkən tanışı Təqsirləndirilən şəxs2 zəng edərək onu ora dəvət etdiyini, Masallı rayonunda Təqsirləndirilən şəxs2lə görüşdükdən sonra ona narkotik vasitələr barədə məlumat verdiyini və Bakı şəhərinə qayıdan zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi “AzSamand” markalı avtomobildə onun idarə etdiyi avtomobildən bir qədər qabaqda getməsini və əgər yol boyu polis və ya digər şübhəli vəziyyət olsa bu barədə ona məlumat verməsini xahiş etdiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə orada söhbət edən zaman əldə edəcəyi narkotik maddələri Təqsirləndirilən şəxs2 məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində saxlamaq istədiyini də dediyini və sonuncunun buna razılıq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra növbəti gün, yəni 06 aprel 2021-ci il tarixdə axşam vaxtlarında “Həbib” adlı şəxsin ona bildirdiyi Astara-Bakı magistral yolunda yerləşən üzərində “75 km” sözləri qeyd edilmiş lövhənin yanına idarə etdiyi avtomobildə gedərək orada gizlədilməklə dörd ədəd kisədə olan narkotik vasitə və psixotrop maddələri götürdüyünü, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi avtomobillə qarşıda, özünün isə idarə etdiyi avtomobillə onun arxasınca Bakı şəhərinə gəldiklərini, həmin gün Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə getdiyini, sonra isə özünün də həmin bağ evinə gedib içərisində narkotik vasitələr və psixotrop maddələrin qablaşdırıldığı dörd ədəd kisəni Təqsirləndirilən şəxs2 məxsus olan bağ evinin ikinci mərtəbəsində yerləşən uşaq otağında olan paltar dolabının içərisinə gizlətdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələ və psixotrop maddələri orada gizlətdiyi vaxt Təqsirləndirilən şəxs2 də bağ evində olduğunu və onlar tərəfindən saxlanıldıqdan sonra baxış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni də “Həbib” adlı şəxsin göndərdiyi kisədən götürüb üzərində saxlamaqla daşıdığını və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini də ona özü tərəfindən ona verildiyini bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dedilərini təsdiq edərək, baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona Təqsirləndirilən şəxs1 verildiyini və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlədib saxladığı həmin narkotik vasitə və psixotrop maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə baxış və şəxsi keçirilməsinin nəticəsinə dair protokol tərtib edilərək onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin onların müdafiəçiləri heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evinə baxış keçirilməsi məqsədilə 07 aprel 2021-ci il tarixdə tədbir iştirakçıları qeyd olunan ünvanın qarşısına getmişlər və orada videoçəkiliş aparılmaqla həmin bağ evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bağ evinin ikinci mərtəbəsində yataq otağında yerləşən paltar dolabın içində narkotik vasitə və psixotrop maddələr gizlədib saxladıqlarını bildirmiş və iştirakçıları evin ikinci mərtəbəsində yerləşən yataq otağına dəvət edib, yataq otağında giriş qapısından sağ tərəfdə yerlən paltar dolabının qapılarını açaraq bir ədəd qara rəngli sellofan torbanı və dörd ədəd sarı rəngli sintetik kisəni götürüb birlikdə təqdim etmiş və həmin torbanın və kisənin içində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş həmin torba və kilərələ baxış keçirilən zaman orada müxtəlif ölçülərdə olan üzərilərində qeydiyyatlar aparılmış bağlamalarda külli miqdarda narkotik vasitə heroin, tiryək, qürudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetaminə oxşar maddələrin və bir ədəd elektron tərəzinin olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus olan bağ evindən aşkar olunmuş narkotik vasitə heroinə, tiryəkə, qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə oxşar maddələr və bir ədəd elektron tərəzi üç ədəd sintetik kisədə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra tədbir iştirakçıları, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və olnların müdafiəçiləri ilə birlikdə onlar Baş İdarəyə getmişlər. Orada təhqiqatçı Mirata Seyidov tərəfindən həmin bağ evinə baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və olnların müdafiəçiləri heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlar tərəfindən yaxalanıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, orada onların üzərinə baxış və şəxsi axtarış keçirilən zaman şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən həmin şəxslərə qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlar tərəfindən Sumqayıt şəhərində saxlanılıb Baş idarəyə apardıqları vaxt onlar üzərlərində narkotik vasitə olan heroin oldğunu etiraf etmiş və orada müdafiəçilərinin iştirakı ilə onların üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı hər birinin üzərində bir bükümdə narkotik vasitə heroin aşkar olunaraqş qablaşdırılıb möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələri qarşılıqlı qaydada telefon əlaqəsi saxladığı İran İslam Respublikasının vətəndaşı «Həbib» adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin maddələri tanışı Təqsirləndirilən şəxs2 iştirakı ilə Masallı rayonunda gizlədilmiş yerdən götürərək Bakı şəhərinə gətirib Təqsirləndirilən şəxs2 məxsus olmaqla Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlədib saxladığını bildirmiş və yuxarıda qeyd etdiyi kimi, həmin bağ evinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman orada külli miqdarda narkotik vasitələr və həmçinin psixotrop maddə olan metamfetamin aşkar olunaraq qablaşdırılıb möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz yolla əldə etdikləri həmin narkotik vasitələr və həmçinin psixotrop olan metamfetaminin mənbəyinin və həmin «Həbib» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin hal-hazırki vaxta qədər müsbət nəticə əldə olunmamışdır. Onlara Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin, onlarda Təqsirləndirilən şəxs1 və yaxud Təqsirləndirilən şəxs2 konkret olaraq hər-hansı bir şəxsə narkotik vasitə satdığı və ya bu barədə sövdələşdikləri barəçdə məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr verərək, 07 aprel 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qrup halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olduğu, həmin gün əməliyyat tədbirinin keçirilməsində iştirak etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri ərazisində onlar tərəfindən saxlanılaraq həmin idarəyə onlar tərəfindən aparıldığı, dəvət edilmiş müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış aparılması zamanı Təqsirləndirilən şəxs1 o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd sarı rəngli plastik qabı, əynində olmuş cins şalvarının sol yan cibində olan “İphone” markalı mobil telefonu çıxardıb təqdim etdiyi, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sarı rəngli plastik qabın içində narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edildiyini, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması zamanı sonuncunun o zaman əynində olmuş gödəkçəsinin sağ yan cibində olan bir ədəd büküm aşkar edilməklə, həmin büküm iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edildiyini, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən həmçinin bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik kart aşkar olunduğu, həmin şəxslərin üzərindən aşkar olunmaqla içərisində narkotik vasitə olan heroinə oxşar maddə olan bükümlərin qablaşdırılıb möhürlənib götürüldüyü, Təqsirləndirilən şəxs1 onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni “Həbib” adlı iran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduqlarını, sonuncu dəfə 05 aprel 2021-ci il tarixdə “Həbib” adlı şəxsin təklifı ilə idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Bakı şəhərindən Masallı rayonuna getdiyini, Masallı rayonunda olarkən tanışı Təqsirləndirilən şəxs2 zəng edərək onu ora dəvət etdiyini, Təqsirləndirilən şəxs2lə həmin rayonda görüşdükdən sonra sonuncuya narkotik vasitələr barədə məlumat verdiyini, sonuncuya Bakı şəhərinə qayıdan zaman idarə etdiyi “AzSamand” markalı avtomobildə onun idarə etdiyi avtomobilin qarşısında getməsini, əgər yol boyu polis və ya digər şübhəli vəziyyət olduqda bu barədə ona məlumat verməsini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində saxlamaq barədə öz arlarında razılaşdıqlarını, bundan sonra 06 aprel 2021-ci il tarixdə axşam vaxtlarında “Həbib” adlı şəxsin ona bildirdiyi Astara-Bakı magistral yolunda yerləşən üzərində “75 km” sözləri qeyd edilmiş lövhənin yanına gedərək dörd ədəd kisədə narkotik vasitə və psixotrop maddələri götürdüyünü, sonradan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə qarşıda özünün isə idarə etdiyi avtomobillə onun arxasınca Bakı şəhərinə gəldiklərini, həmin gün Bakı şəhərinə çatdıqlarını, Təqsirləndirilən şəxs2 əvvəlcədən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə getdiyini, sonradan özünün də həmin bağ evinə gedib içərisində narkotik vasitələr və psixotrop maddələrin qablaşdırıldığı dörd ədəd kisəni Təqsirləndirilən şəxs2 məxsus olan bağ evinin ikinci mərtəbəsində yerləşən uşaq otağında olan paltar dolabının içərisinə yerləşdirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 də bağ evində olduğunu, onun üzərindən aşkar edilmiş narkotik vasitəni “Həbib” adlı şəxsin göndərdiyi kisədən götürüb üzərində saxlamaqla daşıdığını və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini də ona özü tərəfindən verildiyini, öz növbəində Təqsirləndirilən şəxs2 onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evinə videoçəkiliş aparılmaqla baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bağ evinin ikinci mərtəbəsində yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən paltar dolabının qapılarını açaraq bir ədəd qara rəngli sellofan torbanı və dörd ədəd sarı rəngli sintetik kisəni onlara təqdim etdiklərini, həmin torba və kisərələ baxış keçirilən onların içərisindən muxtəlif bağlamalarda narkotik vasitə heroinə, tiryəkə, qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə oxşar maddələrin, həblərin və həmçinin bir ədəd elektron tərəzinin aşkar olunaraq üç ədəd sintetik kisədə qablaşdırılıb möhürlənərək həmin bağlamalırnı üzərində iştirakçılar tərəfindən imzalar edildikdən sonra götürüldüyünü bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun öz ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 2, iş vər. 7-12). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı tərəflərə təqdim edilməklə elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* №-li cinayət işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi X14 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un üzərlərindən, həmçinin Təqsirləndirilən şəxs2 məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsi, 503 nömrəli bağ evinin yataq otağından külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götrülməsi ilə bağlı toplanmış materil üzrə kifayət qədər dəlillər olduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanıb icraata qəbul edilrərək iş üzrə ibtidai istintaqı aparılmışdır. (cild 1, iş vər. 1-2). İş materiallaırnda olan 07 aprel 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 həmin Baş idarənin rəisinə raportla məruzə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edəərk saxlamalrı və daşımaları bildirilmişdir. Göstərilənlərə əsasaən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, X12 və Təqsirləndirilən şəxs2 Eyva oğlunun cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərərk götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməlyyat-axtraış tədbirlərinin həyata keçriilməsinə icazə verməyinizi xahiş etmişdir. (cild 1, iş vər. 6). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçiirlməsi haqqında” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təzirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs1 və X22 tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxslərin cinayət əməllərinin ifşa olunması və digər müvafiq tədbirlərin həyata keçirilməsi, şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmış və həmin qərar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmişdır. (cild 1, iş vər. 7-8). İş materiallaırnda olan 07 aprel 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 həmin Baş idarənin rəisinə raportla məruzə edərək bidlirmişdir ki, 07 aprel 2021-ci il tarixdə AR DİN BMCMİ-nin əməkdaşlrı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şxəs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış mqəsədi ilə əldə edilməsi, saxlanılması, daşımnması və atılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək yaxalanması istiqamətində tədbir keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək həmin günü saat 17-20-də ünvan 5 ünvanının qarşısında saxlanılmış, yaxalandıqları zaman Mşüfiq Mirzəyev və Təqsirləndirilən şəxs2 qaçmağa cəhd göstərərkən yıxılmış, nəticədə üz və göz ətrafı nahiyyələrindən xəsarətlər almışlar. (cild 1, iş vər. 15). “Şübhəli şəxsin tutulması haqqında” 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin təhqiqatçısı X5 tərəfindən 07 aprel 2021-ci il tarixdə saat 19-05-radələrində Təqsirləndirilən şəxs1 həmin idarənin inzibati binasında müdafiəçi,- Bakı şəhər 16 saylı Vəkil bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində tutulmuşdur. (cild 1, iş vər. 25). Şübhəli şəxsin tutulması haqqında” 07 aprel 021-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin təhqiqatçısı X5 tərəfindən 07 aprel 2021-ci il tarixdə saat 19-40-radələrində Təqsirləndirilən şəxs2 həmin idarənin inzibati binasında müdafiəçi,- Bakı şəhər Mərkəz Vəkil bürosunun vəkili X6 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində tutulmuşdur. (cild 1, iş vər. 41). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin təhqiqatçısı X5 tərəfindən həmin idarənin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə və bu barədə tərəflərə məlumat verilməklə, müdafiəçilərinin iştirakı ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 07 aprel 2021-ci il tarixdə saat 20-13-də şəxsi axtarış və götürmə aparılmışdır. Baxış keçirilməsindən əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 20 və 90-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 o zaman əynində olan gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd sarı rəngli plastik qabı, əynində olan cins şalvarının sol yan cibində olan «Nokia» markalı mobil telefonu və şalvarının sağ arxa cibində olan 30 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sarı rəngli plastik qabın içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sarı rəngli plastik qab iştirakçıların şahidliyi ilə açıldıqda qabın içərisindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuş və həmin kağız büküm açıladıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroine oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş otuz manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs2 gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirərək, o zaman əynində olan tünd boz rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü, bir ədəd “Samsung” markalı mobil telefonu və açarları, gödəkçəsinin sol yan cibində olan bir ədəd plaştık kartı, bir ədəd alışqanı və tibbi maskanı, əynində olan şalvarının sol yan cibində olan 15 manat 40 qəpik pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda qabın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Baxış zamanı Nadir Babayevin təqdim etdiyi plastik kartın üzərində ‘’Təqsirləndirilən şəxs2” sözləri və “**********272884” rəqəmləri qeyd edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 15 manat 40 qəpik pul, 01 ədəd alışqan və mənzil açarları iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsdən aldığını, həmin şəxslə təxminən dörd ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan onun təklifi əsasında “Həbib” adlı şəxslə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını, belə ki, “Həbib” adlı şəxsin narkotik vasitə və psixotrop maddələri adamları vasitəsi ilə İran İslam Respublikasından keçirirək Masallı və Cəlilabad rayonlarında yerləşdirib həmin ünvanın fotoşəkilini ona «Whatşapp” proqramı vasitəsi ilə göndərdiyini, onun narkotik vasitə və psixotrop maddələri “Həbib” adlı şəxsin dediyi ünvanlardan götürüb sonradan özünün müəyyənləşdirdiyi ünvanlara yerləşdirirək “Həbib” adlı şəxsə məlumat verdiyini və bunun müqabilində “Həbib” adlı şəxdən müxtəlif məbləğlərdə pullar aldığını, sonuncu dəfə üç gün əvvəl, yəni 04 aprel 2021-ci il tarixdə “Həbib” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb İran İslam Respublikasından onun götürməsi üçün Masallı rayonuna narkotik vasitə və psixotrop maddə göndərərək narkotik vasitələri və psixotrop maddələri yerləşdirdiyi ünvanı ona bildirəcəyini, həmin narkotik vasitə və psixotrop maddələri sonradan Bakı şəhəri ərazisində özünün müəyyənləşdirdiyi ünvanlara yerləşdirirək fotoşəkilini çəkib ona göndərməsini istədiyini və bunun müqabilində ona 4000 manat pul verəcəyini bildirdiyini, “Həbib.” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 05 aprel 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, **-MM-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Masallı rayonuna getdiyini, Masallı rayonunda olarkən tanışı Təqsirləndirilən şəxs2 zəng edərək rayona dəvət etdiyini, Təqsirləndirilən şəxs2lə rayonda görüşdükdən sonra ona narkotik vasitələr barədə məlumat verdiyini, Bakı şəhərinə qayıdan zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi “Az-Samand” markalı, **-PF- *** qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi avtomobilin qarşısında getməsini və əgər yol boyu polis və ya digər şübhəli vəziyyət olduqda bu barədə ona məlumat verməsini istədiyini, narkotik vasitələri Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində saxlamaq istədiyini və bunun müqabilində Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün narkotik vasitə və müəyyən məbləğdə pul verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs2 onu təklifi ilə razılaşdıqdan sonra 06 aprel 2021-ci il tarixdə axşam vaxtlarında “Həbib” adlı şəxsin ona bildirdiyi Astara-Bakı magistral yolunda yerləşən üzərində “75 km” sözləri qeyd edilmiş lövhənin yanına gedərək dörd ədəd kisədə narkotik vasitə və psixotrop maddələri götürdüyünü, sonradan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə qarşıda özünün isə idarə etdiyi avtomobillə onun arxasınca Bakı şəhərinə gəldiklərini, həmin gün saat 22-23 radələrində Bakı şəhərinə çatdıqlarını, Təqsirləndirilən şəxs2 əvvəlcədən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə getdiyini, sonradan özünün də həmin bağ evinə gedib “Həbib” adlı şəxsin göndərdiyi içərisində narkotik vasitələr və psixotrop maddələrin qablaşdırıldı^ 04 ədəd kisəni Təqsirləndirilən şəxs2 məxsus olan bağ evinin ikinci mərtəbəsində yerləşən uşaq otağında olan paltar dolabının içərisinə yerləşdirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 də bağ evində olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni də “Həbib” adlı şəxsin göndərdiyi kisədən götürüb üzərində saxlamaqla daşıdığını və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini də ona özü tərəfindən verildiyini bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq edərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini və həmin narkotik vas/əni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin göndərdiyi narkotik vasitə və psixotrop maddələri hazırda Təqsirləndirilən şəxs2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlədib saxladığını və həmin ünvana gedildiyi halda həmin narkotik vasitə və psixotrop maddələridə təqdim edə biləcəyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 də ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evində gizlədib saxladıqları narkotik vasitə və psixotrop maddələri təqdim edə biləcəyini qeyd etmişdir. Şəxsi axtarış 07 aprel 2021-ci il tarixdə saat 21.02-də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı "SONY” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. (cild 1, iş vər. 49-52). İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş 07.04.2021-ci il tarixli ərizədən görünür ki, sonuncu ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 saylı bağ evində polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, buna icazə vermişdir. (cild 1, iş vər. 53). “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin təhqiqatçısı X5 tərəfindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və həmçinin onların müdafiəçiləri ilə Təqsirləndirilən şəxs2 məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evinə 07 aprel 2021-ci il tarixdə saat 22-31 radələrində «Sony» markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə nəzərdə tutulmuş, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz, hüquqları izah olunmuşdur. Baxış keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı əsasında aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən 503 nömrəli bağ evi həyətyanı sahəsinə giriş qapısı dəmirdən hazırlanmışdır, ev həyətyanı sahədən və iki mərtəbəli yaşayış sahəsindən ibarət olmaqla həyətyanı sahə mişar daşı ilə əhatə olunmuşdur. Baxış zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, həmin bağ evində narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar gizlədib saxlayırlarsa könüllül surətdə təqdim etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bağ evinin ikinci mərtəbəsində yataq otağında yerləşən paltar dolabın içində narkotik vasitə və psixotrop maddələr gizlədib saxladıqlarını bildirərək iştirakçıları evin ikinci mərtəbəsində yerləşən yataq otağına dəvət etmişlər. Sonra isə həmin yataq otağında giriş qapısından sağ tərəfdə yerlən paltar dolabının qaplarını açaraq bir ədəd qara rəngli sellofan torbanı və dörd ədəd sarı rəngli sintetik kisəni götürüb birlikdə təqdim etmiş və həmin sellofan torbanın və sintetik kisələrin içində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişlər. Bundan sonıra təqdim olunmuş qara rəngli sellofan torba açıldıqda torbanın içindən beş ədəd üzəri yapışqan lentlə bağlanmış bağlama aşkar edilmişdir. Aşkar olunmuş həmin bağlamalar açıldıqda birinci bağlamanın içindən iki ədəd sellofan bağlama aşkar olunmuş və həmin sellofan bağlamalar açıldıqda hər iki bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Üzərində “S:1” yazı qeyd olunmuş ikinci bağlama açıldıqda bağlamanın içindən iki ədəd plastik qab aşkar olunmuş və həmin plastik qablar açıldıqda hər iki qabın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir, Üzərində “S:11” yazı qeyd olunmuş üçüncü bağlama açıldıqda bağlamanın içindən iki ədəd plastik qab aşkar olunmuş və həmin plastik qablar açıldıqda hər iki qabın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroine oxşar maddələr olması müəyyən edilmişdir. Üzərində “S:11" yazı qeyd olunmuş dördüncü bağlama açıldıqda bağlamanın içindən iki ədəd plastik qab və 35 ədəd kanvalyutda dərman həbləri aşkar olunmuş, həmin plastik qablar açıldıqda bir ədəd qabın içərisində kristal şəkilli, ağ rəngli; psixotrop maddə metamfetaminə oxşar maddə və digər bir ədəd plastik qabın içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Bundan əlavə dördüncü bağlamanın içindən üzərində “Metadon 40” sözləri qeyd edilmiş 35 ədəd konvalyutda dərman həbləri aşkar olunmuşdur. Üzərində “S:11” yazı qeyd olunmuş beşinci bağlama açıldıqda bağlamanın içindən iki ədəd plastik qab aşkar olunmuş və həmin plastik qablar açıldıqda hər iki qabın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra təqdim olunmuş sintetik kisələrər baxış keçriilmişdir. Baxış zmanı birinci sintetik kisə açıldıqda kisənin içində iki ədəd qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Həmin selllofan bağlmanın birində üzərində “M1” yazı qeyd olunduğu və həmin sellofan bağlama açıldıqda içindən iki ədəd qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda isə birinci sellofan bağlamanın içindən dörd ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamaların üçünün üzərində «MV» yazı qeyd olmaqla, həmin şəffaf sellofan bağlamalar açıldıqda hər üç bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə və dördüncü bağlamanın içərisində isə bir ədəd elektron tərəzi olması müəyyən edilmişdir. "MV yazı qeydi olan həmin sellofan bağlamanın içində olan İkinci qara rəngli sellofan bağlama açıldıqda bağlamanın içindən altı ədəd, üzərində «MQ» yazı qeyd olan şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda beş ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroine oxşar maddələr, bir ədəd sellofan bağlamanın içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddə olması müəyyən edilmişdir. Baxış keçirilən birinci sintetik kisənin içindən aşkar olunmuş ikinci qara rəngli sellofan bağlama açıldıqda bağlamanın içindən üç ədəd sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalar açıldıqda birinci sellofan bağlamanın içindən iki ədəd sellofan bağlama aşkar olunmuş və baxış zamanı aşkar olunmuş sellofan bağlamanın birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və digər sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Aşkar olunmuş ikinci sellofan bağlama açıldıqda içindən iki ədəd sellofan bağlama aşkar olunmuş və baxış zamanı aşkar olunmuş sellofan bağlamanın birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və digər sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Aşkar olunmuş üçüncü sellofan bağlama açıldıqda içindən iki ədəd sellofan bağlama aşkar olunmuş və baxış zamanı aşkar olunmuş sellofan bağlamanın birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və digər sellofan bağlamanın içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra təqdim olunan ikinci sintetik kisə açıldıqda kisənin içində 12 (on iki) ədəd sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bağlamalardan üzərində “R4” yazı qeydi olan birinci bağlama açıldıqda, həmin bağlamanın içindən yeddi ədəd şəffaf sellofan bağlama və içərisində dərman həbləri olan bir ədəd sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş səkkiz ədəd sellofan bağlamalar açıldıqda, həmin bağlamlardan yeddi ədədinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması, digər bir ədəd sellofan bağlamanın içərisində isə üzərində bir kanvalyutda “Gelopaın 400” sözləri yazılmış həblərin, bir kanvalyutda üzərində “Cafelexin 500” sözləri yazılmış həblərin və iki kanvalyutda üzərində “Acetacodin” sözləri yazılmış həblərin olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “6” rəqəmi qeyd olunan ikinci sellofan bağlama açıldıqda bağlamanın içindən üç ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və iki ədəd sellofan bağlamanın içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “Ax10” yazı qeydi olan üçüncü sellofan bağlama açıldıqda bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində "9” rəqəmi qeyd olunan dördüncü sellofan bağlama açıldıqda bağlamanın içindən iki ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bağlamanın içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində "1" rəqəmi qeydi olan beşinci sellofan bağlama açıldıqda bağlamanın içindən beş ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda iki ədəd sellofan bağlamanın içərisndə kristal çəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr, iki ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “5” rəqəmi qeyd olunan altıncı sellofan bağlama açıldıqda bağlamanın içindən iki ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “2” rəqəmi qeyd olunan yeddinci sellofan bağlama açıldıqda bağlamanın içindən beş ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda üç ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, bir ədəd sellofan bağlamanın içərisində ot şəkilli, yaşıl rəngli, spesifik q,oxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması və bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “3” rəqəmi qeyd olunan səkkizinci sellofan bağlama açıldıqda bağlamanın içindən üç ədəd şəffaf sellofan bağlama və üç ədəd plastik qab aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda iki ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya maliki narkotik vasitə heroinə oxşar maddələr, bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə, bir ədəd plastik qab açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, digər İki plastik qabın hər birinin içindən bir ədəd şəffaf sellofan bağlama aşkar olunmuş və həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Kisədən aşkar olunmuş üzərində “8” rəqəmi qeyd olunan doqquzuncu sellofan bağlama açıldıqda bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “4" rəqəmi qeyd olunan onundu sellofan bağlama açıldıqda bağlamanın içindən iki ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofan bağlamanın İçərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “10” rəqəmi qeyd olunan onbirinçi sellofan bağlama açıldıqda bağlamanın içərisində öt şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “7” rəqəmi qeyd olunan onikinci sellofan bağlama açıldıqda bağlamanın içiridən iki ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofan bağlaman,iri içərisində isə kristal şəkilli; ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra təqdim olunan üçüncü sintetik kisə açıldıqda kisənin içində altı ədəd sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bağlamalardan birinci bağlama açıldıqda; həmin bağlamanın içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş ikinci sellofan bağlama açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Kisədən aşkar olunmuş üçüncü sellofan bağlama açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş dördüncü sellofan bağlama açıldıqda bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olmadı müşahidə edilmişdir. Kisədən aşkar olunmuş üzərində “R4" sözü qeyd olunan beşinci sellofan bağlama açıldıqda bağlamanın içindən dörd ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda dörd ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroine oxşar maddələr olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş altıncı sellofan bağlama açıldıqda bağlamanın içindən iki ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroine oxşar maddə və bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra təqdim olunmuş dördüncü sintetik kisə açıldıqda kisənin içində beş ədəd sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bağlamalardan birinci bağlama açıldıqda, həmin bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş ikinci sellofan bağlama açıldıqda, həmin bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olmadı müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üçüncü sellofan bağlama açıldıqda içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində “A” hərfi qeyd olunmuş dördüncü sellofan bağlama açıldıqda bağlamanın içindən iki ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və bir ədəd sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Kisədən aşkar olunmuş üzərində beşinci sellofan bağlama açıldıqda bağlamanın içindən bir ədəd şəffaf sellofan bağlama, bir ədəd qara rəngli sellofan bağlama və dərman həbləri aşkar olunmuşdur. Aşkar olunmuş həmin sellofan bağlamalar açıldıqda bir ədəd şəffaf sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması və bir ədəd şəffaf sellofan bağlamanın içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Həmin bağlamanın içiridən üzərində “Metadon 40” sözləri qeyd edilmiş on iki ədəd konvalyutda dərman həbləri aşkar olunmuşdur. Buridän sonra Təqsirləndirilən şəxs2 məxsus olan bağ evindən aşkar olunmuş narkotik vasitə heroinə, tiryəkə, qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə oxşar maddələr, həblər və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan üç ədəd sintetik kisədə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bağ evindən aşkar edilmiş narkotik vasitə heroinə, tiryəkə, qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə oxşar maddələri, həbləri və elektron tərəzini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin ona göndərdiyini, 06 aprel 2021-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddələri tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Masallı rayonu ərazisindən götürərək Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yerləşən həmin 503 nömrəli bağ evinə gətirərək orada gizlədib saxladıqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus olan həmin bağ evindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış keçirilməsi 08 aprel 2021-ci il tarixdə saat 00-59 radələrində başa çatmışdır. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər Səyyad Nurəliyev və Ramiz Mirzəyev və digər iştirakçılar tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X23, Aytən küçəsində yefləşən 503 nömrəli bağ evinə baxış keçirilməsinin nəticəsinə dair həmin protokol tərtib olunmuşdur. (cild 1, iş vər. 54-60). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2021-ci il tarixli 7/328-6/1388 №li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd sellofan büküm” yazı və imzalar olan zərfdə təmiz çəkisi 7,546 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...heroinə oxşar maddə,.” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,247 qram qəhvəyi rəngli tozşəkilli maddə, kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan üç ədəd sintetik torbada ümumi çəkisi 38860,0 qram qəhvəyi rəngli maddələr kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi...” yazılan üç ədəd sintetik torbada ümumi çəkisi 19960.0 qram ağ rəngli kristalşəkilli maddələr kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan üç ədəd sintetik torbada ümumi çəkisi 1200.0 qram spesifik tiryək iyli qətranabənzər maddəllər, öz aralarında eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi.” yazılan sintetik torbada 47 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla, ümumi 470 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər, öz aralarında eyni olub sintetik narkotik vasitə - metadondur. 470 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 18,8 qram təşkil edir (bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir). Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi.." yazılan sintetik torbada üzərində “Cefalexin 500”, “Acetocodin 300/20” və “Gelopain 400 buprofen” yazılan dörd ədəd konvalyutda kapsulalar narkotik vasitə və psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan sintetik torbada beş ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1085,0 qr, 1090,0 qr, 800.0 qr, 430,0 qr və 95,0 qr bitki mənşəli kütlələr eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Ümumi çəkisi 3500,0 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar masivi..” yazılan sintetik torbada bir ədəd elektron təzərinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: qalıq : heroin - 38867,323 qram, metamfetamin - 19959,73 qram, metadon - 448 həb, qurudulmuş marixuana - 3499,75 qram,, tiryək - 1199,9 qram. (cild 1, iş vər. 79-86). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qimsində cəlb olunmuş və müdafiəçisinin iştirakı ilə ona həmin ittiham elan edilmişdir. (cild 1, iş vər. 133-135). Bakıl şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-351/2021 saylı 09.04.2021ci il tarixli qərarınan görünür ki, həmin tarixdə X12 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər.160-163). Bakıl şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-352/2021 saylı 09.04.2021ci il tarixli qərarınan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər.164-167). “Maddi sübut hesab edilməsi haqqında” 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin 21190012 nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan iki ədəd kağız paketdə və üç ədəd sintetilk torbad qablaşdırılan 38867,323 qram çəkidə narkoitk vasitə heroin, 19959,73 qram çəkidə psixotrop maddə metamfetamin, 448 ədəd narkotik vasitə metadon həblər, 3499,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1199,9 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi iş üzrə mdddi sübut hesba edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsləsi həll edilənədək saxlanılmasından ötrü AR DİN-nin BMCMİ-nin maddi sübutları saxlma yerinə təhvil verilməsi qərara alınmışıdr. (cild 1, iş vər. 204-206). Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyəti Nəsimi rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, 7-ci mkr, Moskva küçəsi, 92 saylı evin 15 saylı mənzilində qeydiyyatdadır. Onun barasəidnə 23 saylı MKİS-nə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. (cidl 1, iş vər. 210-211). İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2008-ci il təvəllüdlü X15, 2015-ci il təvəllüdlü X16, 2006-cı il təvəllüdlü X17 adlı övladları vardır. (cild 1, iş vər. 212-215). İş materiallarında olan 2015-ci il təvəllüdlü X3, 2019-cu il təvəllüdlü X8 məxsus Doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı vardır. (cidl 1, iş vər. 216). Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin “İstintaq hərəkətinin aparılmasına dair” 5(005)-428/2021 saylı, 13 aprel 2021-ci il tarixl qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı telefon nömrə sahiblərinin anket məlumatları, 05 dekabr 2020-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək həmin nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, anten məlumatları, qəbul olunan və göndərilən sms-rin siyahısı, sms mətnləri, daxil oaln və çıxan zənglərin anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatların "xxxx" MMC-dən və "xxxx" MC-dən götürməsi qərara alınmışdır. (cild 1, iş vər. 217-218). AR DİN BƏSİİ tərəfindən verilmiş 14.04.2021-ci il traixli təlləbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışlar. (cidl 1, iş vər. 222-223). “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə "xxxx" MMC-dən daxil olmuş 22 aprel 2021-ci il tarixli 8380 saylı məktubla istintaqa təqdim edilmiş məlumatlara baxış keçirilmişdir. Baxış zmanaı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olduğu, lakin X10 mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ay sms mətn yazışması aşkar edilməmişdir. Bundan başqa həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömərsi arasında 23.01.2021-ci il tarixdən 06.04.021-ci il tarixdədək olan müddət ərzində 21 telefon danışığı qeydə alındığı müəyyən edilmişdir. Həmin məlumatlara baxış keçrilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. "xxxx" MMC-dən istintaqa təqdim edilməklə qeyd edilən məlumatlar əks etdirilmiş bir ədəd SD disk iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vər. 238, 239, 240). Bakı şəhər Nərimanov Rayon Məhkəmsəinin “Əməliyyat-axtarış tədbirinin apaırlması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarxli qərardan görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə AR DİN BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantıŞahid1 təərfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdqie dilmiş 07.04.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cidl 1, iş vər. 252). “Telefon danışıq məlumatlarına və mobil telefon cihazların baxış keçriilməsi haqqında” 30 aprel 2021-ci il tarixli protokodlan görünür ki, "xxxx" MMC-dən istintaqa 30 aprel 2021-ci il tarixli 11283 saylı məktubla təqdim edilmiş məlumatlara, eləcə də Təqsirləndirilən şəxs2 məxsus “Samsung” və Təqsirləndirilən şəxs1 məxsus “İphone 12” markalı mobil telefon cihazlarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-**, Təqsirləndirilən şəxs2 isə ***-***-**-** saylı mobil telefon nömrələri istifadə etmişlər. Qeyd olunan nömrələr üzrə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olduğu, lakin İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon cihazına baxış zamanı iş üçün əhəmiyyət kəsb edənlər aşkar edilməsə də, Təqsirləndirilən şəxs1 məxsus “İphone 12” markalı mobil telefon cihazının “Kontaktı” bölməsində “Mm” adı altında İran İslam Respublikasının mobil telefon operatoruna məxsus +**********28 və “Tofiq elektrik” adı altında İran İslam Respublikasının mobil telefon operatoruna məxsus +**********12 saylı telefon nömrələri qeydə alındığı müəyyən edilmişdir. Həmçinin mobil telefonda olan “WhatsApp” anı mesajlaşma proqramında həmin “Tofiq elektrik” adlı şəxslə 22.03.2021 tarixdən 02.03.2021-ci il tarixədək olan müddət ərzində 34 telefon danışığı və 23 cavabsız zəng qeydə alındığı, 03.03.2021-ci il tarixdə saat 15.17-də həmin nömrədən “305 torpax. 105w və 100 torpax 40 w” məzmunlu mətn və həmin gün saat 15:18-də “305lə 105i bir nəfər götürəcək, 100nən də 40ı bir nəfər götürəcək, yazmışamda qabağına” səs yazıların olması aşkar edilmişdir. "xxxx" MMC-dən istintaqa təqdim edilməklə qeyd edilən məlumatlar əks olunmuş bir ədəd SD disk iş materiallarına əlavə edilmişdir. (cild 2, iş vər. 13, 14,15). DİN BMCMİ-nin rəis müavini polis polkovniki Fariz Vəliyev həmin İdarənin rəisinə olan məktubundan görünür ki, 12.04.2021-ci il tarixli 007-4889-1221 nömrəli əməliyyat tapşırığınıza cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduqları, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsdən əldə etməsi, «Həbib» adlı şəxsin narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi aşkar edilmişdir. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərin davam etdirildiyi, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəyi bildirilmişdir. (cild 2, iş vər. 23). Azərbaycan Respublaiskı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Mirzəyev X9 qəəsbəsi 2-ci mədən korpus 170, mənzil 33-də qeydiyyatdadır. Barəsində Binəqədi qəsəbə nümayədnəliyinə heç bir əks məlumat daxil olamamışdır. (cidl 2, iş vər. 24-26). AR SN “Məhkəmə-Tibbi Ekspertiza və X11” X33 təərfindən verilmiş 235 saylı ekspertiza rəyindən görünür ki, N.E.Babyevin bədən səthində aşkar edilmiş xəsarətlər-sol qabaqlarının və gözaltı nahiyyənin qançırları, sol almacıq nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsiirndən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 07.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən drəcələri təyin olunmur. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitdə o cümlədən qərarın təsviri hissəində gösətrilən şəraitdə, yəni Təqsirləndirilən şəxs2 öz boyu hündrlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. (cidl 1, iş vər. 40 -41). AR SN “Məhkəmə-Tibbi Ekspertiza və X11” X33 təərfindən verilmiş 236 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsaərtlər-sol göz qabaqlarının qançırları bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəində göstərilən 07.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcləri təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokakizasiyasını nəzərər alaraq dmeək oalr ki, həmin xəsarətlər müxtəlif şəraitdə o cümlədən qərarın təsviri hissəində göstərilən şəraitdə, yən Təqsirləndirilən şəxs1 öz boyu hündürlüyündən yıxlraq erin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri ümükündür. (cild 2, iş vər. 43-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 may 2021-ci il tarixli 1350 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təxminən 2006-cı ildən narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin 7 aya yaxındır ki, narkotik vasitə heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir və sonuncu dəfə heroindən tutulmamışdan 1 gün əvvəl istifadə etmişdir. (cild 2, iş vər. 45-46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 may 2021-ci il tarixli 1349 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən (ASİLİLİQ SİNDROMU) NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təxminən 5 aydır ki, mütəmadi olaraq, hər gün, gün ərzində 5-6 dəfə narkotik vasitə heroindən iynəməklə istifadə edir. Sonuncu dəfə narkotik vasitə heroindən tutulan gün istifadə etmiş, Həmçinin 3 aydır ki, psixotrop maddə metafetamindən daxilə qəbul etməklə istifadə edir və sonuncu dəfə metamfetamindən tutulmamışdan 1 gün əvvəl istifadə etmişdir. Əvvəllər narkotik vasitələr qurudulmuş marixuana və tiryək, güclü təsiredidici dərman preparatı tramadol həblərindən qəbul etmişdir.( cild 2, iş vər. 47-48). “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməli tövsif edilməsi haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan həmin cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə onlara həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə ibtidai istintaqı tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbə xüsusatına görə cinayət işi ayrılması, Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqatdan sonra qalıq qalan iki ədəd kağız paketdə və üç ədəd sintetik torbada qablaşdırılan 38867,323 qram çəkidə narkotik vasitə heroin, 19959,73 qram çəkidə psixotrop maddə metamfetamin, 448 ədəd narkotik vasitə metadon həblər, 3499,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1199,9 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd eləktron tərəzinin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə 09 aprel 2021-ci il tarixli qərar nəzərə alınması, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də sonuncuya məxsus bağ evinə baxış və götürmə keçirilməsini özündə əks etdirən 07 ədəd CD disk maddi sübut hesab edilməsi və cinayət işi materiallarında saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş özünə məxsus bir ədəd **********272884 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd “İphone” və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon cihazları cinayət işi üzrə maddi sübut hesab edilərək məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş dörd ədəd konvalyutda narkotik vasitə və psixotrop maddələrə aid olmayan “Cefalexin 500”, “Acetocodin 300/20” və “Gelopain 400 İbuprofen” dərman preparatları cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işinin istintaqı zamanı onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmaq istədikdə onlara qarşı xüsusi fən işlədilən zaman xəsarət almaları faktında cinayət hadisəsi müəyyən edilmədiyindən bununla bağlı cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. (cild 2, iş vər. 49-63). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, qurudulmuş marixuana 500 qramdan yuxarı, və tiryəkin 50 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metamfetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamla bağlı özlərini narkotik vasitələrin satışı ilə məşğul olmadıqları və qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmədikləri, aralarında hər-hansı bir narkotik vasitə və yaxud psixotrop maddələrin birlikdə əldə edilməsi, həmçinin maddələrin İran İslam Respublikasından və yaxud başqa ölkədən Azərbaycan Respublikasına gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə heç bir söhbət və ya razılaşma olmadığı, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə və psixotrop məddələrin Masallı rayonu ərazisindən Bakı şəhərinə gətirilərək sonuncuya məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində gizlədilməsində heç bir iştirakı olmadığı, Təqsirləndirilən şəxs2 məhz tanımadığı polis məkdaşları tərəfindən ona qarşı göstərilmiş təsir və təzyiq nəticəsində iş üzrə ibtidai istintaq zamanı tam etirafedici ifadələr verdiyi barədə olan hissədə məhkəmə baxışı zamanı verdiləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri özünü müdafiə xarakteri daşımaqla, təqsirləndirilən şəxslərin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində onlara azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf edib peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədikləri və ilk dəfə ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuş və onların ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görümüşdür. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan iki ədəd kağız paketdə və üç ədəd sintetik torbada qablaşdırılan 38867,323 qram çəkidə narkotik vasitə heroin, 19959,73 qram çəkidə psixotrop maddə metamfetamin, 448 ədəd narkotik vasitə metadon həblər, 3499,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1199,9 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd eləktron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefon cihazları hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərin yaxın qohumlarının birinə təhvil verilməli, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də sonuncuya məxsus bağ evinə baxış və götürmə keçirilməsini özündə əks etdirən 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci cəmi 88,70 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakının olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan iki ədəd kağız paketdə və üç ədəd sintetik torbada qablaşdırılmış 38867,323 (otuz səkkiz min səkkiz yüz altımış yeddi tam, mində üç yüz iyirmi üç) qram çəkidə narkotik vasitə heroin, 19959,73 (on doqquz min doqquz yüz əlli doqquz tam, yüzdə yetmiş üç) qram çəkidə psixotrop maddə metamfetamin, 448 (dörd yüz qırx səkkiz) ədəd narkotik vasitə metadon həblər, 3499,75 (üç min dörd yüz doxsan doqquz tam, yüzdə yetmiş beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1199,9 (min bir yüz doxsan doqquz tam, onda doqquz) qram çəkidə narkotik vasitə tiryək və bir ədəd eləktron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefon cihazları hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərin yaxın qohumlarının birinə təhvil verilsin, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də sonuncuya məxsus bağ evinə baxış və götürmə keçirilməsini özündə əks etdirən 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 88,70 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakının olmadığını nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1282/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1282/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver