Məhkəmə qərarları › İş №1(101)-1282/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1282/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1282/2022 14.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Qubadlı rayonu, Qubadlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 nömrəli İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan X2 vətəndaşı “Cabbar” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 2018,372 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 995 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 580 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 10 yanvar 2022-ci il tarixdə saat 02:30 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 18,372 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı isə həmin evin saxlanc yerindən 01 ədəd bağlamada 2000 qr (2 kq) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 995 qram psixotrop maddə metamfetamin və 01 ədəd sellofan torbada təmiz çəkisi 580 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X6 yaxınlığında həyət evləri tərəfdə göy rəngli 99, orta hərflərini xatırlamadığı, 650 dövlət nişanlı, Niva markalı avtomobilinə əyləşərkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxladılar, onda Ağcabədi rayonundan öz şəxsi istifadəsi üçün aldığı 600 qram miqdarda nəşə var idi və onu bir ev var idi, ora qoymuşdu. Bundan sonra nəşəni qoyduğu evə gəldilər. Həmin vaxt evdə demək olar ki, heç kəs yox idi. Həmin evdə adətən kirayənişinlər qalırdı, o 600 qram nəşəni çıxarıb polis əməkdaşlarına təqdim etdi. Bundan başqa onda narkotik vasitə olmayıb. Onlar onu bölməyə apardılar, orada polis əməkdaşları ona büküm verdilər ki, saxlasın. Bundan sonra onlar videoçəkiliş etdilər. Bundan sonra yaşadığı evə gəldilər. Orada bir qara rəngli çanta hazırladılar, həmin çantanı evin zirzəmisində stolun arxasına yerləşdirdilər. Polis əməkdaşları həmin çantanı gətirib onlara təqdim etməyini istədilər. Videoçəkiliş oldu və o onların dediyi kimi çantanı gətirib onlara təqdim etdi. Cabbar adlı şəxsi tanımır, heç bir iranlı şəxslə əlaqə saxlamamışdır, mobil telefonu və nömrəsi olmayıb, O 600 qram nəşəni polis əməkdaşlarına təqdim edəndə videoçəkiliş olmadı, üzərinə və evinə yerləşdirdikləri narkotik vasitələrlə bağlı videoçəkiliş etdilər. Polis əməkdaşları ona təzyiq etdikləri üçün, məcbur qalıb onların dediklərini etdi, polis əməkdaşları onu döymədi. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zakir oğlu ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində, yaşadığı evin yaxınlığında saxladılar. Ona özlərini təqdim etdilər və onu 32-ci Polis bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdilər. Orada onun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin aşkar edildi. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdi. Bundan sonra onun yaşadığı evə baxış keçirildi və evinin həyətində narkotik vasitə və psixotrop maddə aşkar edildi. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni iranlı şəxs vasitəsilə əldə etdiyini, həmin şəxsin dediyi yerə yerləşdirəcəyini və əvəzində öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə edəcəyini bildirdi. Təqsirləndirilən şəxs saxlanılarkən, ona zor tətbiq edilməyib və təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf etdi. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı evdə başqa şəxslər yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 Zakir oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 10 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinini xx.xx.2022-ci il tarixli 1(010)-13/2022 saylı qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan 10 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd büküm, əynindəki gödəkçənin sol yan cibindən 02 ədəd açar, əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon və əynində olan şalvarın sağ yan cibindən isə 100 ABŞ dolları pul aşkar edilərək götürülmüşdür Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan dörünür ki, əvvəlcə Xəqandan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd büküm, əynindəki gödəkçənin sol yan cibindən 02 ədəd açar, əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon və əynində olan şalvarın sağ yan cibindən isə 100 ABŞ dolları pulu çıxarıb təqdim edir, təqdim etdiyi bükümlərdə olan narkotik vasitə kimi tanıdığı heroin olması, heroini bir gün əvvəl sosial şəbəkədə tanış olduğu və X3 vətəndaşı olduğunu bildiyi “Cabbar” alı şəxsin vasitəsilə sonuncunun əvvəlcdən təyin etdiyi yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmin narkotik maddəni sonradan “Cabbar” adlı şəxsin deyəcəyi yerə qoyacağını və bunun qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirir, həmin bükümün götürülüb qablaşdırılaraq üzəri imzalarla təsdiq olunur. Cinayət işində olan 22 aprel 2022-ci il tarixli evə baxış protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, mənzilə baxış zamanı həmin evin həyətində saxlanc yeri kimi istifadə olunan yerdən 3 ədəd bağlama, bir ədəd elektron tərəzi və bir ədəd dəftərçə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması barədə soruşulması və müsbət halda isə həmin narkotik maddəni könüllü olaraq təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində saxlanc yeri kimi istifadə olunan yerdən 3 ədəd bağlamanı, bir ədəd elektron tərəzini və bir ədəd dəftərçəni götürüb təqdim edir, həmin bükümlər açılaraq içərisinə baxıldıqdan sonra elektron tərəzi ilə çəkilir, daha sonra Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması və haradan, necə, nə vaxt, hansı məqsədlə əldə etməyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs da həmin bükümlərin içərisində heroin olduğunu, onu bir gün əvvəl öz şəxsi istifadəsi üçün İlR-nn vətəndaşı olan “Cabbar” adlı şəxsdən əldə etdiyini bildirir, həmin bükümlərin götürülüb qablaşdırılaraq üzəri imzalarla təsdiq olunur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə - kimyəvi ekspertizasının 6/114 nömrəli 10 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağır paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,372 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş” yazısı və imzalar olan qara rəngli torbadakı 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2000 qram (2 kq) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bağlamada təmiz çəkisi 995 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd ağ-qara rəngli elektron tərəzini üzərində heroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2018,372 qramdır (2 kq 18,372 q4r) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun tarixli 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər. Heroinin təmiz çəkisi 2000 qram və 18,372 qram, tədqiqata sərf edildi 0,2 qram və 0,1 qalıqlar 1999,8 qram və 18,272 qram, metamfetaminin təmiz çəkisi 995 qram, tədqiqata sərf edildi 0,15 qram qalıq 994,85 qram. Ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/24 saylı 10 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan torbada təmiz çəkisi 580,0 qram bitki mənşəli kütlə, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş elektron tərəzidə bitki mənşəli maddələrin qalıqları yoxdur. Marixuananın təmiz çəkisi 580 qram, tədqiqata sərf edildi 0,02 qram qalıq 579,98 qram. Ekpertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin 984 nömrəli 26 fevral 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsin verdiyi 493 nömrəli 26 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik,inadkarlıq, hiss və yaşantılarını qabarıq tərzd ifadə etməyə çalışmaq, özünü müdafiə etməyə çalışmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılma və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Lakin o, özünü müdafiə etmək məqsədi ilə hadisə ilə bağlı bəzi məqamları fərqli tərzdə yönəldərək danışa bilər. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinini xx.xx.2021-ci il tarixli 1(010)-211/2021 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Bakı Probasiya İdarəsinin 21-3314627 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinini xx.xx.2021-ci il tarixli 1(010)-211/2021 saylı hökmü üzrə məhkum Təqsirləndirilən şəxs cəzasının 08 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunu əvvəllər məhkum olunmuş şəxs kimi qəbul etsədə, onu residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, üç yetkinlik yaşına çatmayan uşağının olması, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ekspertiza tədqiqatından sonrakı qalıq 2018,172 qram narkotik vasitə heroin, 579,98 qram narkotik vasitə qurudulmuş marixuana, 994,85 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 186 (yüz səksən altı) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 1(010)-211\2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay 26 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün bərabər tutulmaqla, həmin müddət 4 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs oğluna qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 186 (yüz səksən altı) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ekspertiza tədqiqatından sonrakı qalıq 2018,172 qram narkotik vasitə heroin, 579,98 qram narkotik vasitə qurudulmuş marixuana, 994,85 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Zeynal Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar