Məhkəmə qərarları › İş №1(101)-1282/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1282/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1282/2024 08.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, tərcüməçilər X6 və X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmənin açıq iclasında xx.xx.1986-cı ildə X1 rayonunda doğulmuş, Gürcüstan vətəndaşı, subay, orta təhsilli, yük avtomobili sürücüsü işləyən, Gürcüstanın Qardabani rayonunun Axalsopeli kəndində qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyənetdi: Tamazi Margishvilli 18 noyabr 2023-cü il tarixədək olan müddət ərzində satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi 1 kağız bükümdə, 3,348 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi gödəkçənin sol qolundakı cibin içərisində yerləşdirib idarə etdiyi “Daf’ markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstandan Rusiya Federasiyasına gedərkən 18 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına daxil olarkən Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan sonra o, təkrar olaraq qeyd olunan, satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi 1 kağız bükümdə, 3,348 qram qurudulmuş marixuana narkotik vasitəsini idarə etdiyi “Daf’ markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedərkən 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Şirvanlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə, saat 12 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində qeyd edilən narkotik vasitə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən təkrarlıq epizodu üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin başa çatdığı yer Qusar rayonu ərazisində yerləşən “Şirvanlı” gömrük postu olmuşdur. Qusar rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir. Məhkəmə kollegiyası cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 75.2-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası CPM-nin 69-cu maddəsinə əsasən Ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 68, 75, 155 və 321cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. 2.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar