Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1283/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, evli, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu təxminən 2021-ci ilin fevral ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Siyah” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 4 ünvanda yolun sağ tərəfindəki yaşıllıq sahədə ağaclardan birinin altına yerləşdirdiyi bir ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi 511,023 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən külli miqdarda heroini və beş ədəd konvalyutda üzərilərində “Methadone 40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, cəmi 50 (əlli) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 2 (iki) qram olan (bir ədəd həbdə təsiredici maddəsinin miqdarı 0,04 qram) narkotik vasitə hesab edilən külli miqdarda metadon preparatlarım 15 mart 2021-ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla yaşadığı ünvan 5 ünvanda yerləşən evin mətbəxində olan taxta konstruksiyalı dolabda saxlamış, 16 mart 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin mətbəxində olan taxta konstruksiyalı dolabda saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 24,438 qram çəkidə olan hissəsini və narkotik vasitə hesab edilən həmin metadon preparatlarından isə 20 (iyirmi) ədəd həbdən ibarət olmaqla iki ədəd konvalyutda olan hissəsini bir bükümdə ayırıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq istintaqa məlum olayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00 dəqiqədə ünvan 6 ünvanın qarşısında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 24,438 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən külli miqdarda heroin və iki ədəd konvalyutda üzərilərində Methadone 40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, 20 (iyirmi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan narkotik vasitə hesab edilən metadon preparatları aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 22:00 dəqiqədə yaşadığı ünvanda baxış və götürmə aparılarkən mətbəxdə olan taxta konstruksiyalı dolabda saxladığı bağlamadan iki ədəd bükümdə olmaqla təmiz çəkisi 486,585 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən külli miqdarda heroin, üç ədəd konvalyutda üzərilərində “Methadone 40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, 30 (otuz) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan narkotik vasitə hesab edilən metadon preparatları və bir ədəd “600g x 0,01 g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mən özüm narkotik vasitə istifadəçisidir, narkotik vasitəni də hər dəfə müxtəlif şəxslərdən əldə etmişdir. Tutulmazdan bir qədər əvvəl maddi çətinliklərim, bir qədər borcları var idi. Həmin vaxt da Salyan rayonundan olan bir tanışı onu qazanc əldə etməyi üçün İran İslam Respublikası vətəndaşı “Siyah” adlı şəxslə tanış edə biləcəyini dedi. Tanışı həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat vermişdi və o bu işdə kömək etməyi müqabilində müəyyən qazanc əldə edəcəkdi. O həmin şəxsin əsl adının, soyadının nə olduğunu bilmir, həyatda da heç vaxt onu görməmiş, həmin şəxslə ancaq whatsapp proqramı vasitəsilə əlaqə saxlamış, bir müddət bu qaydada “Siyah” adlı şəxslə onlayn formada əlaqə saxladı, iş barədə danışdı.Təxminən 25-30 gün danışdıqdan sonra həmin iranlı onunla iş görməyə razılıq verdi, o həmin iranlının təşkil edəcəyi narkotik vasitə heroini və metadon həblərini satıb əldə olunan qazancı onun dediyi kart hesabına göndərməli idi, bu işdə onun da qazancı var idi, iranlı ona heroinin bir qramı üçün ona 15 manat, metadon həblərinin bir ədədi üçün isə 7 manat verəcəyimi bildirmişdi, həmin iranlının təşkil edəcəyi heroinin bir qramını 17 manata, metadon həblərini isə bir ədədini 9 manatdan satmağı planlaşdırmışdı. 15 mart 2021-ci il tarixdə saat təxminən 5-6 radələrində iranlı whatsapp vasitəsilə onunla əlaqə saxladı və bildirdi ki, axşamüstü saat 7-8 arası Nizami rayonu ərazisinə getməli və narkotik vasitələr yerləşdiriləcəyi barədə məlumat verdi və həmin narkotik vasitələri götürməyi tapşırdı. Daha sonra ona həmin yerin “Neftçilər” metrostansiyasından Qaraçuxura gedən istiqamətdə ağaclıq sahə olduğunu dedi. O həmin yerə çatdıqdan sonra iranlıya məlumat verdi, o da mənə narkotik vasitələrin qoyulduğu ağacın şəklini işarələnmiş formada whatsapp vasitəsi ilə ona göndərdi, həmin ağaca yaxınlaşdıqda bir ədəd bağlama gördü və cəld həmin bağlamanı götürüb oradan uzaqlaşdı. İranlıya da bu barədə məlumat verdikdən sonra evinə yola düşdü. İçərisində narkotik vasitə olan bağlamanı evə apardı və dolabda gizlətdi. Bir gün qabaq aldığı elektron tərəzini də həmin dolb qoymuşdu. Ailə üzvlərinin bundan xəbəri yox idi. Növbəti gün, yəni 16 mart 2021-ci il tarixdə evdə heç kim olmayan vaxt həmin bağlamanı açdı, bağlamada heroin və metadon həbləri var idi. Bağlamanın içərisindən metadon həbi və heroin götürüb satmaq üçün Yasamal rayonu ərazisində narkotik vasitə istifadəçilərinin daha çox olduğu Şərifzadə küçəsi istiqmətə yola düşdü. Metadon həblərinin sayı xatırladığı qədərilə 20 ədəd idi, heroini isə evdə elektron tərəzidə ölçmüşdü və 25 qram idi, narkotik vasitələri satmaq üçün həmin ərazidə gözləyirdi. Təxminən axşamüstü saat 7-8 arası mülki geyimdə olan şəxslər ona yaxınlaşdılar. Özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona narkotik vasitə satışı ilə bağlı şübhəli olduğunu bildirdilər. Daha sonra isə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdilər, heç bir etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getdi. Orada təhqiqatçı tərəfindən hüquqları izah olundu, müdafiəçi təyin edildi. Daha sonra müdafiəçinin də iştirakı ilə təhqiqatçı üzərində olan qanunsuz əşya və vasitələri təqdim etməyini təklif etdi və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi. O könüllü olaraq əynində olan şalvarın cibindən içərisində heroin və metadon olan bükümü çıxarıb təqdim etdi. Həmin narkotik vasitən haradan əldə etdiyi barədə də məlumat verdi. Özü könüllü olaraq evində də narkotik vasitə olduğunu bildirdi. Təqdim etdiyi büküm elektron tərəzidə ölçüldü, protokol tərtib olundu, o da həmin protokola imza etdi. Daha sonra polis əməkdaşları və vəkillə birlikdə yaşadığı ünvana yollandılar, evdə dolabın içərisində gizlətdiyi göy rəngli torbada olan iki bükümdə heroin və metadonu və elektron tərəzini təhqiqatçıya təqdim etdi. Onları hansı formada əldə etdiyini də etiraf etdi. Təqdim etdiyi büküm elektron tərəzidə ölçüldü və xatırladığı qədərilə çəkisi təxminən 500 qrama yaxın idi. Evindən başqa heç nə aşkar olunmadı. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş İdarəyə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatı barədə məruzə olunduqdan sonra Baş İdarə rəisinin əmri əsasında əməliyyat qrupu yaradıldı. Qrup rəhbərliyi mənə həvalə olunmaqla, o və digər əməliyyat müvəkkili Şahid2 16 mart 2021-ci il tarixdə, axşamüstü təxminən saat 7-8 radələrində əməliyyat tədbirlərinə başladılar. İkisi birlikdə Yasamal rayonu Şərifzadə küçəsi ərazisinə yollandılar. Həmin ərazidə olan zaman Təqsirləndirilən şəxs piyada şəkildə hərəkət edərkən müşahidə etdi. Keçirilmiş əməliyyat tədbirləri ilə əlaqədar artıq onun şəxsiyyəti məlum olduğu üçün ona yaxınlaşıb özlərini təqdim etdilər. Ona hüquq və vəzifələrini izah etdikdən sonra nədə şübhəli olduğunu izah etdilər. Daha sonra isə Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etdilər. O heç bir etiraz etməyərək, onlarla birlikdə idarəyə gəldi. İdarədə təhqiqatçı tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu və üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edildi. Bundan sonra o, şalvarının cibindən xatırladığım qədərilə bir ədəd bükümü çıxarıb içərisində narkotik vasitə olduğunu bildirərək təqdim etdi. Təhqiqatçı həmin büküm açdı və bükümün içərisində narkotikə bənzər kütlə və həblər aşkar olundu. Təqsirləndirilən şəxs sifahi sorğu zaman üzərindən aşkar edilmiş maddənin heroin, həblərin isə metadon olduğunu etiraf etdi. Həmin vasitələri hansı mənbədən əldə etməsi barədə soruşulduqda isə onları iranlı bir şəxsdən əldə etdiyini və satıb qazanc əldə etmək məqsədi olduğunu bildirdi. Xatırladığı qədərilə həmin şəxsi “Siyah” adı ilə tanıyırmış. Daha sonra isə o, yaşadığı ünvanda da həmin maddələrin bir hissəsini gizlətdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddə və həblər zərfə qoyularaq möhürləndi və ekspertizaya göndərildi. Protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalandı. Daha sonra təqsirləndirilən şəxsin yaşadığı Yasamal rayonu ərazisində dəqiq xatırlamadığı ünvana getdilər. Mənzilə baxış zamanı videoçəkiliş həyata keçirilirdi və müdafiəçinin də iştirakı təmin olunmuşdu. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona evdə gizlətdiyi narkotik vasitəni təqdim etməsini təklif etdi. Təhqiqatçının təklifindən sonra o, mətbəxə keçib dolabda gizlətdiyi torbanı təqdim etdi. Torbadan iki ədəd büküm və bir ədəd elektron tərəzi aşkar olundu. Həmin bükümlər açıldıqda içərilərindən narkotikə bənzər kütlə və 30 (otuz) ədəd həb aşkar olundu. Şəxs özü həmin maddənin heroin, həblərin isə metadon olduğunu bildirdi. Mənzilin digər otaqlarına baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Daha sonra evdən aşkar olunan maddə, həblər və elektron tərəzi zərfə qoyulub möhürləndikdən sonra ekspertizaya göndərildi. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin və 20 ədəd metadon tərkibli dərman preparatlarını təqdim etmiş və təqdim etdiyi narkotik vasitələri satış məqsədi ilə əldə etməsini bildirmişdir. Həmçinin onun üzərindən özünə məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd plastik pul kartı götürülmüşdür. Cinayət işində olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 evə baxış keçirilməsi və götürmə aparılması zamanı o, mətbəxdə olan taxta konstruksiyalı dolabdan iki bükümdə narkotik vasitə heroin və 30 ədəd metadon tərkibli dərman preparatlarını, həmçinin bir ədəd elektron tərəzini təqdim etmiş və təqdim etdiyi narkotik vasitələri satış məqsədi ilə əldə etməsini bildirmişdir. Evdən başqa heç bir qanunsuz predmet aşkar edilməmişdir. Cinayət işində olan DVD-R diskinə baxış keçirilməsi haqqında 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 16 mart 2021-ci il saat 22:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən evdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının və “Mərkəz” vəkil bürosunun müdafiəçisi Kərim Bağırovu iştirakı ilə keçirilən evə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs evin mətbəxində olan taxta konstruksiyalı dolabdan içərisində narkotik vasitə heroin və metadon tərkibli dərman pretparatları olan iki ədəd bükümü, həmçinin bir ədəd elektron tərəzini polietilen torbanın içərisində olmaqla çıxararaq təqdim etmiş və narkotik vasitə olan heroini və metadon tərkibli dərman preparatlarını satış məqsədi ilə “Siyah” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etməsini etiraf etmişdir. Cinayət işində olan 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində “4.7 GB 16 X 120 MİN” söz və rəqəmləri yazılmış bir ədəd “ZYKLEN” markalı DVD-R modelli disk, evə baxış keçirilməsi və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görünrülərinin əks olunduğu üzərində “4.7 GB 16 X 120 MİN” söz və rəqəmləri yazılmış bir ədəd “ZYKLEN” markalı DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, tədqiqat keçirildikdən sonra qalan 510,773 qram çəkidə narkotik vasitə heroin, 46 ədəd metadon tərkibli dərman preparatları və “600g x 0,0 lg” markalı elektron tərəzi isə 08 aprel 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işində olan 16 aprel 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi "xxxx" MMC-də öz adma qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə 050 *** ** ** nömrəli abunəçi arasında “bu dərmanlardan türməyə də çatacaq xəstə adamlara da çatacaq yəni xeyirli iş üçün götürülür satış məqsədli deyil. Kişidən xahiş et bir dəfə sonra yenə də öz qiymətinə götürərik”vs 050 38 4 50 50 nömrəli abunəçi arasında “Qardaş məndə cəmi 40 manat pul var istəyirdim sənə deyim ki, oğlandan 40 manat verib nə qədər mümkün olsa o qədər götürək yarım olsa lap əla olar məndə” məzmunlu narkotik vasitələrin qanunsuz dövriyyəsinin əlamətlərini özündə əks etdirən ismarıcların olması müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2021-ci tarixli 6/1070 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə olan, təmiz çəkisi 24,428 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, üzərində “Methadone 40” yazısı olan iki ədəd konvalyutdakı ümumi 20 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər isə metadon tərkibli dərman preparatlarıdır və ümumi miqdarı 0,8 qramdır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan, təmiz çəkisi 486,585 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, üzərində “Methadone 40” yazısı olan üç ədəd konvalyutdakı ümumi 30 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatlarıdır və ümumi miqdarı 2 qram təşkil etmişdir. Tədqiqata təqdim olunmuş bir ədəd “600g x 0,01g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olanheroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tətqiqata sərf edildi 0,25 qram qalıq 510,773 qram, tətqiqata sərf edild 4 həb metadon 46 həb. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin məhkəmə-narkoloji 04 iyun 2021-ci il tarixli 1747 nömrəli ekspert rəyindən aydm olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-ambulator psixiatrik ekspertizasının 16 may 2021-ci il tarixli 1049 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. X2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan nikah şəhadətnaməsi və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X3 ilə nikahda olmaqa həmin nikahdan 05.03.2019-cu il təvəllüdlü Mikayıl Quliyev adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 mart 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzanın ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 167 (yüz altmış yeddi) manat, 65 (altmış beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə keçirilən baxış zamanı götürülmüş tədqiqat keçirildikdən sonra qalan 510,773 qram çəkidə olan narkotik vasitə olan heroinin, narkotik vasitə olan metadon tərkibli dərman preparatının tədqiqat keçirildikdən sonra qalan 46 (qırx altı) ədədi və “600g x 00lg” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD-R modelli disk və 1 ədəd CD-R modelli disk, video görüntülərinin əks olunduğu "xxxx" disk, Bakcell MMC dən daxil omuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən disk, cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 167 (yüz altmış yeddi) manat, 65 (altmış beş) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 167 (yüz altmış yeddi) manat, 65 (altmış beş) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə keçirilən baxış zamanı götürülmüş tədqiqat keçirildikdən sonra qalan 510,773 qram çəkidə olan narkotik vasitə olan heroinin, narkotik vasitə olan metadon tərkibli dərman preparatının tədqiqat keçirildikdən sonra qalan 46 (qırx altı) ədədi və “600g x 00lg” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD-R modelli disk və 1 ədəd CD-R modelli disk, video görüntülərinin əks olunduğu "xxxx" disk, Bakcell MMC dən daxil omuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən disk, cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1283/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1283/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver