Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1284/2022 11.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tofiq oğlu, müdafiəçilər–Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili X7 və «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Ermənistan Respublikası Vaordenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 44, «Xətai Park» Yaşayış kompleksi, giriş 56A, Mənzil 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda ümumi təmiz çəkisi 16,025 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 7,579 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, narkotik vasitə heroini 13 ədəd, psixotrop maddə metamfetamini isə 07 ədəd xırda bağlamalara büküb, üstündə daşımaqla qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 20:00 dəqiqədə, Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsi 75 saylı ünvanının yaxınlığında saxlanılıb ünvan 1erləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarışı aparılan zaman, əynində olan şalvarının sağ yan cibindən külli miqdarda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qr., 0,843 qr., 0,853 qr., 0,922 qr., 0,476 qr., 0,462 qr., 0,423 qr., 0,473 qr., 0,366 qr., 0,415 qr., 0,081 qr., 2,675 qr., 7,573 qr., ümumi təmiz çəkisi 16,025 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,824 qr., 0,365 qr., 0,373 qr., 0,452 qr., 0,383 qr., 1.112 qr., 4,070 qr.. ümumi təmiz çəkisi 7,579 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdə idarə etdiyi avtomobillə ağır yol nəqliyyat hadisəsi keçirmiş, hadisə nəticəsində sağ ayaq nahiyəsindən ağır xəsarət almış, həmin hadisədən sonra, ayağında möhkəm ağrılar başlamış, müalicəsi demək olar ki, heç bir nəticə verməmiş, bədənində olan ağrılar səbəbindən 2015-ci ildən başlayaraq ağrıkəsici qismində narkotik vasitələrin istifadəsinə başlamış, belə ki, ilkin vaxtlarda narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etsə də, sonrakı vaxtlarda narkotik vasitənin daha ağır təsir qüvvəsinə malik heroin və psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul etməyə başlamış, Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuşdur. Belə ki, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrılar olur, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkir. Narkotik vasitələri əvvəllər müxtəlif yerlərdə tanımadığı şəxslərdən almış, təxminən 6-7 ay əvvəl narkotik vasitələri təşkil edəcək şəxs axtardığı zaman təsadüfən tanımadığı şəxs ona İran İslam Respublikası vətəndaşı olan "Baba” adlı şəxsin istifadəsində olan mobil nömrəni verib, həmin şəxslə əlaqə saxlamasını, belə ki, məhz həmin şəxsin narkotik vasitələrin təşkilində yardımçı olacağını bildirmişdir. Həmin ərəfədə “WhatsApp”la “Baba” adlı şəxslə əlaqə saxladığında, Baba istənilən növ narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini, onun mütəmadi olaraq istifadə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin 1 qramını 15 manatdan olmaqla satışını həyata keçirdiyini deyib, narkotik vasitə və ya psixotrop maddə istədiyi tədqirdə onun kart hesabına pul göndərməli olduğunu, pul hesabına oturduqdan sonra bunun müqabilində narkotik vasitə və ya psixotrop maddə təşkil etməklə müxtəlif ünvanlara qoyulmasını təşkil edəcəyini və onun da deyilən həmin ünvanlara gedib, narkotik vasitə və ya psixotrop maddəni götürməklə istifadə edə biləcəyini bildirmişdir. Bundan sonra o, “Baba” adlı şəxsin dediyi kimi edib, onun “WhatsApp”ına göndərdiyi kart hesabına “Pay Pal” və ya "Million” aparatları vasitəsi ilə müəyyən məbləğdə pul gödərmiş, bundan sonra həmin şəxs ona göndərilmiş pul müqabilində narkotik vasitələr təşkil etməklə müxtəlif ünvanlara qoyulmasını həll etmiş, bu barədə ona ətraflı məlumat verdikdən sonra deyilən ünvana gedib, orada qoyulmuş narkotik vasitə və ya psixotrop maddələri götürməklə istifadə etmişdir. İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxslə qeyd edilən qaydada alver edib, həftədə bir-iki dəfə olmaqla ondan az çəkidə narkotik vasitə və psixotrop maddə almaqla istifadə etmişdir. Bir müddət “Baba” bu qaydada alver etdikdən sonra onun etibarlı şəxs olduğunu görüb, ondan artıq həftədə bir-iki dəfə deyil, ona bir ay müddətinə kifayət edəcək qədər narkotik vasitə heroin və ya psixotrop maddə almaqla hissə-hissə istifadə etmək qərarına gəlmiş, belə ki, narkotik vasitələri tez-tez alacağı tədqirdə ifşa olunacağından və tutulacağından ehtiyat etmişdir. Bundan sonrakı vaxtlarda “ Baba”nın verdiyi kart hesabına 200-300 manat pul göndərməklə, 15-20 qram narkotik vasitə heroin, 5-10 qram isə psixotrop maddə metamfetamin alıb, onları doza daxilində istifadə etməkdən ötrü gözəyarı şəkildə xırda bükümlərə ayırmaqla qablaşdırıb, hissəhissə olmaqla gündəlik olaraq həmin narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. 2022-ci ilin aprel ayının ortalarında “Baba”dan aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini istifadə edib bitirdiyi üçün ondan yenidən həmin növ maddələr almaq qərarına gəlmiş və bu məqsədlə 19 aprel 2022-ci il tarixdə səhər saatlarında istifadəsində olan “WhatsApp” ilə “Baba” ilə əlaqə saxlayıb, "Million” aparatı vasitəsi ilə onun göndərdiyi kart hesabına 240 manat pul göndərməklə ona şəxsi istifadəsi üçün 19 qram narkotik vasitə heroin və 9 qram psixotrop maddə metamfetamin sifariş etmişdir. Həmin gün saat təxminən 17 radələrində “Baba” onunla təkrar əlaqə saxlayıb sifariş etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin “8-ci km” bazarı adlanan yerlə metronun “Xalqlar Dostluğu” stansiyası aralığında yerləşən ağaclıq sahədə, ağaclardan birinin dib hissəsinə qoyulduğunu deyib, həmin yerin fotoşəkilini ona nümayiş etdirmiş, həmin gün o, tək halda deyilən əraziyə gedib, baxış keçirdikdə “Baba” nın dediyi ərazini tapıb, oradakı ağaclardan birinin dibinə qoyulmuş sellofan bağlamalarda olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürmüşdür. Bundan sonra həmin ərazidən kənarlaşıb gizlin bir yerə gedərək, aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gözəyarı şəkildə xırda sellofan bükümlərə ayırmış, bu minvalla narkotik vasitə heroin 13 büküm, psixotrop maddə metafetamin isə 07 büküm təşkil etmiş, daha sonra həmin bükümləri yaşadığı evdə gizlədərək hissə-hissə istifadə etməkdən ötrü özü ilə götürüb, piyada olaraq Məhəmməd Hadi küçəsi ilə “Əhmədli” metrostansiyası istiqamətdə hərəkətə başlamışdır. Bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onunda özünün təqdim etməsini xahiş etmişlər. Bundan sonra barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, onu Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifədində xidmət edir. 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat yoxlanması üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat- axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 19 radələrində Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvan ətrafında əməliyyat mövqeyi tutub, müşahidə apardıqdan sonra, həmin gün saat 20:00-da xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvanda piyada hərəkət etdiyini görüb, dərhal həmin şəxsə yaxınlaşaraq onu saxlayıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmilər. Onun da özünün təqdim etməsini tələb etdikdən sonra külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib, dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu bildirərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, həmin zaman o, şalvarının cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan 13 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 07 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin maddələri İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsdən 240 manata Bakı şəhəri, Nizami rayonu ərazisindən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddələr qablaşdırılarq, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2022-ci il tarixli protokolun məzmunundan aydın olur ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 aprel 2022-ci il tarixdə, saat 20:00 dəqiqədə, Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsi 75 saylı ünvanının yaxınlığında piyada hərəkət edən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarının sağ yan cibindən 13 (on üç) ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 18,7 qram olan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 07 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 8,9 qram olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli 6/2256 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərfdəki 13 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,463 qr., 0,843 qr., 0,853 qr., 0,922 qr., 0,476 qr., 0,462 qr., 0,423 qr., 0,473 qr., 0,366 qr.. 0,415 qr., 0,081 qr., 2,675 qr., 7,573 qr., ümumi təmiz çəkisi 16,025 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,824 qr., 0,365 qr., 0,373 qr., 0,452 qr, 0,383 qr., 1,112 qr., 4,070 qr., ümumi təmiz çəkisi 7,579 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. İşdə olan “videogörüntülərə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 13 (on üç) ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 18,7 qram olan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 07 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 8,9 qram olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki şalvarın sağ cibindən 13 ədəd bükümdə narkotik vasitə heroini, 07 ədəd bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu və həmin kütlələrin özünə məxsus olduğunu bildirib, videogörüntülərdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, onun üzərində aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə etmədiyini və həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirsədə o, həmin narkotik vasitələrin ayrı-ayrı çəkib bükümlərə yerləşdirməsi onun həmin narkotik maddələri satış məqsədi ilə əldə eməsini göstərir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını , Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, anasının təqaüdçü olmasını və 3 qrup əlil olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 2331 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 15,960 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 7,509 qram psixatrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd «DVD-R» farmatlı disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 81 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 15,960 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 7,509 qram psixatrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd «DVD-R» formatlı disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1284/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1284/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver