Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1284/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X7 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X17 və X10, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – Şahid3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 noyabr 2023-cü il tarixdə, saat 12:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 8 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” yolu, dalan 3-də kirayə yaşadığı Şahid4 məxsus evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyələrinə zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik boynun sağ yan səthinin orta üçdə birində sağ xarici vidaci venanın, sağ qoltuqaltı nahiyənin döş boşluğuna nüfuz edən sağ ağciyərin orta payının zədələnmələri, kəskin qanitirmə və sağ tərəfli pnevmahemotoraks ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaraları, canlı şəxslərdə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə, ayrı-ayrılıqda isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərəvurmanın əlamətlərinə malik döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 1 ədəd), sağ bazunun orta üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin iç səthinin (1 ədəd), sol əlin İİİ barmağın orta falanqasının (1 ədəd), sağ əlin İ (baş) barmağın (1 ədəd) kəsilmiş yaraları (cəmi 4 ədəd) xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla, sonuncunun müalicə aldığı “X25” X26 tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəstəxanasında 10 sentyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.
İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisədən əvvəl təxminən 7-8 ilə yaxındır taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxtdan Elnazla görüşməyə başlamışdır. Elnaz ondan əvvəl başqa şəxslə evli olmuş, sonradan ərindən boşanmışdır. Bir müddətdən sonra Elnaz ona fikrinin ciddi olduğunu və onunla ailə qurmaq istədiyini bildirmişdir. O isə Elnaza başqa ailəsinin olduğunu və bu səbəbdən yenidən onunla ailə həyatı qura bilməyəcəyini demişdir. Bundan sonra Elnazın anası Şahid3 ilə birincinin kirayə yaşadığı evdə görüşmüşdür. Söhbət zamanı Elmira ona qızı Elnazla ailə qurduqdan sonra sonuncu ilə görüşə biləcəyini bildirmişdir. O isə Elmiraya arvadı Pərvindən ayrıla bilməyəcəyini izah edərək birincinin razılıq verdiyi halda Elnazla “molla kəbini” ilə yaşaya biləcəyini demişdir. Elmira və qızı Elnaz isə onunla razılaşmışlar. Bundan sonra o, Elnazla “molla kəbini kəsdirərək” sonuncunun kirayə yaşadığı evdə yaşamağa başlamışdır. O, Elnazın bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəmişdir. O, Elnaza işləməyə icazə verməmiş, münasibətlərindən təxminən bir il sonra Elnaz “namaz qılmağa” başlamışdır. Elnazın bütün qohumları onların ər-arvad kimi birlikdə yaşadıqlarını, habelə onun rəsmi nikahda olan ailəsi və iki azyaşlı övladlarının olmasını bilmişlər. O, həm Elnazla, həm də rəsmi nikahda olan arvadı Pərvinlə bir yerdə yaşamağa davam etmişdir. Təxminən iki ilə yaxın müddətdə Elnazla birlikdə yaşadıqdan sonra sonuncu hər kəsin, o cümlədən arvadı Pərvinin də Elnazın onun “kəbinli arvadı” olmasını bilməsini istədiyini bildirmişdir. Eyni zamanda Elnazın anası Elmira da təkidlə qızını “Qıraqda arvad kimi saxladığını hamıya deməyə qorxur” deyərək qızı ilə münasibətlərini rəsmiləşdirməsini istəmişdir. O isə həm Elnaz, həm də anası Elmiraya problemi həll edəcəyini demişdir. Elnaz onun mobil telefonundan rəsmi nikahda olduğu arvadı Pərvinin mobil telefon nömrəsini əldə edərək sonuncuya zəng vurub aralarında olan münasibət barədə danışmışdır. Bundan sonra arvadı Pərvinlə aralarında narazılıqlar yaranmış və arvadı Pərvin azyaşlı uşağını götürərək küsüb evdən getmişdir. O isə Pərvinə Elnazla münasibətlərini kəsəcəyini demiş, Pərvin ona inanaraq evə qayıtmışdır. Həmin hadisədən təxminən iki ay sonra Elnaz yenidən arvadı Pərvinə zəng edərək onunla bir yerdə olmasını demişdir. Bundan sonra o, Pərvinə həqiqəti danışmış, Pərvin isə onu bağışlamışdır. Həmin müddətdən sonra o, həm rəsmi nikahda olduğu arvadı Pərvinlə, həm də “molla kəbini” ilə nikahda olduğu Elnazla yaşamışdır. O, Elnaza da arvadı kimi münasibət bəsləmiş, Elnaz ona mütəmadi olaraq öz evi və uşaqları olmasını istədiyini bildirmişdir. O isə Elnaza “Səbrli ol, hər şey yaxşı olacaqdır.” demişdir. Hadisədən əvvəl son bir ay ərzində o, Elnazın yanında yaşamağa başladıqdan sonra onların aralarında problemlər yaranmış, tez-tez söz-söhbət olmuşdur. Hadisədən təxminən on gün əvvəl Elnaz hamamda çimərkən ayağı sürüşərək yıxılmış və həmin vaxt Elnazın burnu sınmış, o özü Elnazı Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmış, orada Elnaza ilkin tibbi yardım göstərildikdən sonra evə qayıtmışlar. Elnazın yıxılması ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılmış, Elnaz polisə də özünün yıxıldığını demişdir. Lakin həmin hadisədən sonra Elmira qızı Elnazı kirayə qaldıqları evdən çıxararaq haradasa gizlətmiş, o, Elnazla əlaqə yaratmaq istəsə də, Elmira buna imkan verməmişdir.
3. İfadəsinə davam edərək Təqsirləndirilən şəxs göstərdi ki, 7 sentyabr 2022-ci il tarixdə Elnaz istifadəsində olan mobil telefona zəng vuraraq evi yığışdırıb rayona getmək istədiyini və onunla bir yerdə yaşamaq istəmədiyini bildirmişdir. O isə Elnaza “Belə bir şey baş verməyəcək. Mən sənə imkan verməyəcəm ki, sən harasa gedəsən. Ən azından mənimlə halallaş sonra get, küsülü qalma məndən.” demişdir. Səhəri gün Elnaz anası ilə birlikdə kirayə yaşadıqları evə gəlmişdir. O, Elmiraya “Mən onun əriyəm, belə getmək olmaz.” demiş, Elnaza da getməməsini demişdir. Elnaz isə ona anası Elmiranın “Əgər Sultanla qalsan, mənim meyitimin üstündən keçmiş olacaqsan” dediyini bildirərək onunla qalmağa razılaşmamışdır. Elnaz əşyalarını yığmış, həmin əşyaların bir hissəsini avtomobili ilə Elnazın Binə qəsəbəsində yaşayan bacısıgilin evinə tək aparmışdır. Əşyaları oraya yerləşdirdikdən sonra digər əşyaları da götürmək üçün geri qayıtmışdır. Əşyaları avtomobilə yığarkən Elmira onun avtomobilinin yanında dayandığı üçün təklikdə Elnaza getməməsini demək üçün mənzilə keçmişdir. Mənzildəki girişdən sağdakı otaqda Elnaza bir daha “Getmə, gəl bir-birimizə vaxt verək sakitləşək. Gedəcəksənsə, küsmədən, qırılmadan get. Məndən narazı qalma, molla kəbini ilə yaşamışıq, yenə də dini yolla ayrılaq.” demişdir. Elnaz bu vaxt onun, ailəsinin, xüsusən də övladının anası Pərvinin ünvanına dilə gətirilə bilinməyəcək ifadələrlə təhqirlər işlətmişdir. Elnaz “Sən pozğun Pərvini saxlayarsan, mən də özüm qəşəng ailə quraram.” deyərək ona təhqiredici sözlə “Rədd ol” demişdir. Bu sözlərdən sonra onun nə etməsi yadında qalmamışdır. Sadəcə xatırlayır ki, üzərində meyvə soymaq üçün gəzdirdiyi cib bıçağını çıxarıb Elnaza yüngül xəsarət yetirmək istəmiş, həmin vaxt Elnaz ona müqavimət göstərdiyi üçün Elnaza ehtiyatsızlıqdan istəmədiyi və arzu etmədiyi xəsarətlər yetirmişdir. Həmin vaxt ehtiyatsızlıqdan öz əlini də kəsmişdir. Özünə gəldiyi vaxt Elnaza xəsarət yetirdiyini görüb dərhal dayanmışdır. Etdiyi hərəkətə görə “Şok” vəziyyətində olmuşdur. Elmira içəri keçəndə artıq o, çölə çıxmışdır. O, çöldə qışqıraraq qonşuları köməyə çağırmış, bu barədə qonşuluqda yaşayan Elçinə xəbər vermişdir. Eyni zamanda 3-cü polis şöbəsində işləyən polis əməkdaşı olan qonşusu Kamrana da dərhal zəng edib məlumat verib Elnaz üçün kömək istəmişdir. Polis əməkdaşı olan Kamrana evə getdiyini bildirmişdir. Polis olduğu evə gələndə cinayəti törətdiyi alət olan bir ədəd bıçağı polisə könüllü təqdim etmiş və könüllü təslim olaraq törətdiyi hadisəni etiraf etmişdir.
4. İfadəsinə əlavə edərək Təqsirləndirilən şəxs göstərdi ki, əvvəllər Röya adlı qadınla ailə qurmuş, həmin qadından bir uşağı vardır. Sonradan Röyadan ayrılmışdır. X22 dayısı qızıdır. Onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər yetirmək fikri olmamış, hadisədən az öncə Elnazın onun və ailəsinin, xüsusilə də övladının anasının ünvanına söylədiyi təhqiramiz ifadələrə görə Elnazı yüngül cəzalandırmaq üçün bıçaqla sonuncuya xəsarət yetirmişdir. Elmira küçədə olduğu üçün qızı Elnazla münaqişələrini eşitməməsi mümkündür. Hadisə bir anda baş vermiş, Elnaz bıçaqdan tutduğu üçün sonuncuya yetirmək istəmədiyi xəsarətlər də həmin vaxt ehtiyatsızlıqdan yetirilmiş və həmçinin onun da əlində kəsiklər yaranmışdır. Onun fikri, niyyəti və məqsədi Zərərçəkmiş şəxs qəsdən ağır xəsarət yetirmək, o cümlədən ona xəsarət yetirərək öldürmək olmamışdır. Şahid3 hadisələri düzgün göstərməmiş, o, Elnazın burnunu sındırmamış, Elnaz özü də polisə özünün yıxıldığını qeyd etmişdir. Elnaza bıçaqla xəsarət yetirdikdən sonra çölə çıxıb kömək üçün qışqırmış, sonra bir daha geri, yəni mənzilə qayıtmamışdır. Şahid3 onun guya Elnaza Elmiranın yanında bıçaqla vurması, sonradan geri qayıdaraq Elnazın bədən nahiyələrinə təpiklə vurması kimi göstərdikləri həqiqətə uyğun deyildir. Elmira həmin ifadələrlə onun törətdiyi hərəkəti şişirtmək istəmişdir. O, Elnaza xəsarət yetirdiyi bıçağı cibində meyvə doğramaq və digər bu kimi məqsədlər üçün gəzdirmişdir. O, Elnaza bıçaqla xəsarət yetirmək fikrində olmamış, Elnaza bıçaqla xəsarət yetirərkən mənzilin içərisində onunla Elnazdan başqa kənar şəxs olmamışdır. O, Elnaza bıçaqla xəsarət yetirərkən Elmira küçədə avtomobilinin yanında dayanmışdır. Hadisəni törətdikdən sonra küçədə yadında qalmayan adamlara Elnaza köməklik etmələri üçün yalvarmış, qonşu Elçini kömək etməsi üçün çağırmışdır. Daha sonra polisi evə çağırıb törətdiyi hadisəni etiraf edib könüllü təslim olmuşdur. Elnaza bıçaqla xəsarət yetirərkən hər ikisi ayaqüstə üzbəüz dayanmışdır. Onun Elnazı qəsdən öldürmək və ya qəsdən sağlamlığına ağır xəsarət yetirmək fikri və məqsədi olmamış, Elnazın onun və ailəsinin ünvanına dediyi təhqiredici sözlərə görə ona yüngül xəsarət yetirmək istəmişdir. O, Elnaza ağır xəsarət yetirmək və ya sonuncunu öldürmək istəsəydi, onda belə bir imkanı olmuş, yəni Elnaza bıçaqla daha çox zərbələr endirmək və ya öldüyünə əmin olana qədər zərbə vurmaq imkanı olmuşdur. O, Elnazın yanından ayrıldığı zaman da Elnaz danışa bilmiş, həmin vaxt “Niyə belə oldu hər şey” deyə bildirmişdir. Mənzildən çıxarkən də Elnaza “İstəməzdim belə olsun, darıxma kömək çağıracam sənə” deyə cavab vermişdir. Hadisə günorta saat 13 radələrində baş vermiş, o isə gecə saat 23 radələrində müstəntiq tərəfindən dindirilmişdir. Elnaz onunla münasibət saxlamağa başlamazdan əvvəl onun başqa ailəsinin olduğunu bilmişdir. Elnaz ondan ayrılacağı təqdirdə özünə xəsarət yetirəcəyi ilə onu hədələmiş, ona görə də o, Elnazdan ayrılmağa qorxmuşdur. Elnaz onun başqa rəsmi nikahlı ailəsinin və iki uşağının olmasını bilməsinə baxmayaraq, onu qəbul eləmişdi. Lakin sonradan Elnaz onun rəsmi nikahlı arvadı Pərvinə zəng edərək onu təhqir eləmiş, buna görə də ailəsində narazılıq yaranmışdır. O, Elnazla normal qaydada ayrılmağa çalışmış, lakin Elnaz həmin halda özünə xəsarət yetirəcəyini dediyindən qorxub ayrılmamışdır. Əşyaları avtomobilə qoyub qayıdanda Elnaza gedib yenə ayrılmaq barədə fikirləşməyini demiş, Elnaz da onu və arvadı Pərvini ağır söyüşlərlə təhqir elədiyi üçün o əsəbləşib Elnaza xəsarət yetirmişdir. Polis əməkdaşları onu əvvəlcə Binə qəsəbəsində olan 3-cü Polis Şöbəsinə aparmış, axşam saatlarında isə Xəzər Rayon Polis İdarəsinə gətirib təhvil vermişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı və heç yerdə işləməyən arvadının olmasını, ailədə yeganə qazanc gətirən şəxsin özünün olmasını, törətdiyi əməldən çox peşman olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmədə dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs isə təxminən 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində tanımışdır. Belə ki, o, həmin vaxtlarda “Covid-19” xəstəliyinə yoluxmuş, Binə qəsəbəsi, “Bakavtomat yolu” yaşayış massivində yerləşən Şahid4 məxsus nömrəsiz evi kirayəyə tutaraq orada qalmışdır. Həmin ərəfələrdə çölə çıxmaq icazə ilə olduğuna görə taksi sifariş verib lazım olan yerlərə getmişlər. Həmin müddətdə təsadüfən taksi kimi iki dəfə Sultan ünvana gəlmişdir. O, cümlədən Sultanın idarə etdiyi taksi avtomobili ilə bir neçə dəfə təsadüfən “sistem vurdurmağa” getmişdir. X32 bir-birilərini görüb bəyənmiş və ciddi münasibət yaratmağa qərar vermişlər. İlk əvvəl Sultanın evli olmasını bilməmişdir. Sonradan Sultan qızına Röya adlı xanımla evli olub boşandığını, həmin nikahdan Fatimə adlı qız övladı olduğunu, ikinci dəfə Röyanın qohumu Pərvinlə ailə həyatı qurduğunu, həmin evliliyindən Həzrət adlı oğlan övladının olduğunu bildirərək “İslam dinində çox arvad almağın heç bir problemi yoxdur, əgər ikinci arvadım Pərvin bizim nikahdan xəbər tutarsa və səni qəbul etməzsə, o zaman Pərvindən də ayrılacağam.” demişdir. X36 çox sevdiyinə görə etirazlarına baxmayaraq, Sultanın fikirləri ilə razılaşaraq onların qeyri-rəsmi ər-arvad münasibətlərində olmalarına razılıq vermişdir. Sultan qızının yaşadığı həmin kirayə evdə Elnazla birlikdə yaşamış, bir müddət sonra Pərvin əri Sultanın Elnazla münasibətlərini bilərək Sultanla əlaqəsini kəsməyə qərar vermişdir. Qızı Elnazın ölümündən təxminən 20 gün əvvələdək Sultan artıq Pərvinin yaşadığı evə də getməyərək Elnazla birlikdə qalmışdır. Sultan Elnazla münasibətlərinin ilk vaxtlarında mehriban olsa da, qızının deməsinə görə sonradan “əsas üzünü göstərərək” qızı Elnazı mütəmadi olaraq döymüşdür. Sultandan qızını döyməsinin səbəbini soruşduqda isə Sultan hər hansı əsaslı cavab verə bilməmişdir. Qızı Elnaza dəfələrlə səhv yolda olduğunu bildirərək Sultandan ayrılmasını tələb etmiş, lakin Elnaz onu dinləməmişdir. Sonuncu dəfə 2022-ci ilin avqust ayının 25-də evdə olarkən Sultan Elnazın burnunu yumruqla vuraraq sındırmış, həmin vaxt Elnazın burnundan qan gəldiyini görüb qızını 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada Elnazın burnuna tikiş vurularaq gips qoyulmuşdur. Təxminən bir həftə sonra gips və tikiş həkimlər tərəfindən sökülmüşdür. Həmin hadisədən təxminən iki gün sonra onun məlumatı olmuşdur. Belə ki, qızı Elnazın evinə gedərək onun üzünün şişdiyini və burnunun bintlə sarılmış olduğunu görmüşdür. Bundan sonra Sultanın qızı Elnazın burnunu sındırması barədə polisə müraciət etmək istəsə də, qızı onun qarşısını almış və Sultandan heç bir şikayət etməyəcəyini bildirmişdir. Qızı həmin vaxt polislərə burnunun sınması ilə bağlı guya hamamda yıxılaraq burnunun vannaya dəyməsi kimi izah etmişdir. O isə 3-cü Polis Şöbəsinin əməkdaşı Ülvi Quliyevlə telefon danışığı zamanı Sultanın qızı Elnazı yumruqla vurub burnunu sındırdığını qeyd etmiş və qızının şikayətçi olmadığına görə onun da şikayətçi olmadığını bildirmiş, lakin qızını Sultandan qorumalarını xahiş etmişdir. Qızının burnunun sınması ilə bağlı ilkin araşdırma aparılması mayor Həsənova tapşırılmış, qızının burnu sındıqdan təxminən 2-3 gün sonra Sultandan uzaqlaşdırmaq üçün özü ilə birlikdə apararaq hadisə gününə qədər bacısı Elnurənin yaşadığı Binə qəsəbəsindəki evdə qalmışdır. Qızı Sultandan qorxduğu üçün o, Elnazı apardığı ərəfədə sonuncu Sultana “Mən getmək istəmirdim, burnumu qırdığına görə məni anam aparıb.” yazmışdır. X33 ilə telefonda danışanda guya həmin sözləri Elnazın Sultana yazmasını demişdir. 7 sentyabr 2022-ci il tarixdə Elnaz sonuncu dəfə Sultanla danışığında “Bizim evlilik alınmır. Get ikinci ailənin yanına, xoşbəxt ol, həmin evlilikdən də bir övladın var, səndən ötrü ağlamasın. Kirayə qaldığımız evi də sabah yığışdıraq, əşyaları götürüb evi təhvil verək.” demişdir. Sultan barışması üçün Elnaza nə qədər yalvarsa da, Elnaz yalvarışlara əhəmiyyət verməmiş və fikrinin qəti olduğunu bildirmişdir. 8 sentyabr 2022-ci il tarixdə, təxminən səhər saat 11 radələrində evi yığışdırmaq üçün Elnazın kirayə yaşadığı evə getmişlər. Həmin vaxt orada Sultan, Elnaz və özü olmuşdur. Ev yığışdırılan zaman ona evin sahibi Nizami zəng vurmuş və evi artıq yığışdırdıqlarını ev sahibinə bildirmişdir. Bir az sonra Nizami gəlmiş və evlə bağlı tapşırıqlarını verib getmişdir. Həmin zaman Nizami ilə Sultan aralarında nə isə danışmış, lakin həmin danışığın məzmununu bilməmişdir. Sultan bir dəfə yığılmış əşyaları digər qızı Elnurəgilə tək aparıb gəlmişdir. Sultan hətta onun qarşısında diz çöküb Elnazla onu ayırmaması üçün ağlamışdır. Onlar yenidən digər əşyaları Sultanın avtomobilinə yığmışlar. Evdən çıxmağa hazırlaşarkən o, çölə çıxaraq avtomobilin yanında qızı Elnazın gəlməsini gözləmişdir. Sultan isə siqaret çəkə-çəkə ona baxmışdır. Daha sonra Sultan evin içərisinə keçmiş, evin içərisində Sultanla Elnaz tək qalmışdır. Sultanla Elnaz təxminən beş dəqiqə ərzində evdə tək qalmış, həmin vaxt qızının səsini eşitdiyi üçün tez içəri daxil olmuş və qızını yerdə qanlar içərisində görmüşdür. Həmin vaxt Sultanı oturaqlı vəziyyətdə əlində bıçaq görmüşdür. Sultanı görəndə sanki o, sonuncu dəfə bıçaq zərbəsini vurub çıxarmışdır. Lakin Sultan onun yanında Elnaza zərbə endirməmişdir. Sultan əlində bıçaq küçəyə çıxaraq nə isə deyərək qışqırmışdır. O da çölə çıxaraq Sultana “Sən nə etdin mənim balama?” deyərək qışqırmışdır. Həmin vaxt ayaqları yerdən üzülmüş və dizi üstə yerə düşmüşdür. Bu vaxt Sultan ona baxaraq hərəkətsiz dayanmış, o isə Elnazın yanına qayıtmışdır. Qızı Elnaz ona üzünü tutub və əli ilə boğaz nahiyəsini tutaraq “Qorxma, mama” demiş, elə bu vaxt Sultan evə daxil olaraq onu da itələyib Elnaz tərəfə getmiş və Elnazın bədəninin yadında qalmayan nahiyələrinə üç dəfə təpiklə zərbələr vurmuşdur. Daha sonra Sultan əlində bıçaq çölə çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Sultanın avtomobili isə hadisə yerində qalmışdır. Qışqırığa gələn qonşular təcili tibbi yardım çağırmış, təcili tibbi yardımdan əvvəl isə hadisə yerinə polislər gəlmişlər. Polislərə təcili tibbi yardım avtomobilinin gec gələcəyini bildirərək qızını xəstəxanaya aparmaları üçün yalvarsa da, polis əməkdaşları təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmişlər. Polislərdən sonra təcili tibbi yardım briqadası gəlib qızı Elnazı Sabunçuda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparmışlar. Qızı Elnaz iki gün ərzində xəstəxanada stasionar müalicə almış, lakin 10 sentyabr 2022-ci il tarixdə xəstəxanada aldığı xəsarətlər nəticəsində ölmüşdür. O, ***-***-**-**, evin sahibi Nizami ***-***-**-**, Sultan isə ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişdir. İfadəsinin sonunda Şahid3 qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs layiqli cəza almasına köməklik göstərilməsini xahiş etdi.
8. Məhkəmədə dindirilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. O, öz soyadını və adını dəyişdirdiyi üçün qızının soyadı və ata adı fərqlidir. O, xırda ticarətlə məşğul olub ailəsini maddi cəhətdən dolandırmağa çalışır. Belə ki, adətən hər il may ayında ticarət etmək məqsədilə Rusiya və Ukraynaya gedir, təxminən oktyabr ayında isə geri qayıdır. Təqsirləndirilən şəxs isə təxminən 2021-ci ilin ortalarında tanımışdır. Belə ki, 2021-ci ilin təxminən yay aylarında Sultan Elnazı da götürüb kəndə tanışlığa gəlmişdir. Həmin vaxt Sultanı sorğu-sual etdiyi zaman müəyyən etmişdir ki, Sultan səmimi adam deyil və Elnazın sevgisindən istifadə edir. Çünki həmin vaxt Sultan ona atası ilə danışmadığını və arvadından ayrıldığını demişdi. Halbuki o, elə həmin an Sultana sonuncu ilə maraqlandığını, Sultanın evli olduğunu bildirmişdir. Lakin Sultan ona bir müddətdən sonra atası ilə onu tanış edəcəyini demişdir. Bundan sonra Sultan vədinə əməl etməmişdir. O da qızına Sultandan ər olmayacağını demiş və Sultanla əlaqəsini kəsməsini bildirmişdir. Qısa müddət sonra Elnaz ona düz dediyini xatırlatmış və Sultandan ayrılmaq istədiyini bildirmişdir. O da gəlib Elnazı evə qaytarmaq istəmiş, lakin Sultan ona Elnazdan ayrılmacayağını, Elnazın onun arvadı olduğunu və ondan ayrılmaq istəmədiyini bildirmişdir. O, Elnazı götürməyə gəlincəyə qədər Elnaza Sultan nə demişdirsə, Elnaz fikrindən daşınmış və Sultanla qalmaq istədiyini bildirmişdir. Həmin vaxt Elnazın ağladığını müşahidə etmiş və qızı olduğu üçün Elnaza demişdir ki, “Mən sənin atanam, əlbəttə ki sənin yaxşılığını istəyərəm, mənim məsləhətim Sultandan uzaq durmağındır, lakin sənin qəlbin varsa və özün məsləhət bilirsənsə, bu həyat sənindir, get yaşa, amma mən bir ata kimi Sultanı məsləhət bilmirəm.” Elnazın birinci dəfə ailə həyatı uğurlu alınmadığından onun xətrinə dəymək istəməmişdir. Belə ki, Elnaz ilk dəfə Elmar adlı qonşu ilə onun təkidi ilə ailə qurmuşdur. Hadisə baş verərkən o, Rusiya Federasiyasında olmuş, arvadı Elmiradan hadisənin necə baş verməsini öyrənmişdir. Belə ki, arvadı Elmiranın deməsinə görə 7 sentyabr 2022-ci il tarixdə Elnaz sonuncu dəfə Sultanla danışığında qeyd etmişdir ki, “bizim evlilik alınmır, get ikinci ailənin yanına, xoşbəxt ol, həmin evlilikdən də bir övladın var, səndən ötrü ağlamasın, kirayə qaldığımız evi də sabah yığışdıraq əşyaları götürüb evi təhvil verək.” Sultan barışması üçün Elnaza nə qədər yalvarsa da, Elnaz yalvarışlara əhəmiyyət verməmiş və fikrinin qəti olduğunu Sultana bildirmişdir. Bundan sonra Elnazla arvadı Elmira 8 sentyabr 2022-ci il tarixdə təxminən səhər saat 11 radələrində evi yığışdırmaq üçün Elnazın kirayə yaşadığı evə getmişlər. Həmin vaxt orada Sultan, Elnaz və Elmira olmuşdur. Ev yığışdırılan zaman Elmiraya evin sahibi Nizami zəng vurmuş və Elmira evi artıq yığışdırdıqlarını ev sahibinə bildirmişdir. Bir az sonra Nizami gəlmiş və evlə bağlı tapşırıqlarını verib getmişdir. Həmin zaman Nizami ilə Sultan aralarında nə isə danışmışlar, lakin həmin danışığın məzmununu Elmira bilməmişdir. Sultan bir dəfə yığılmış əşyaları tək o biri qızı Elnurəgilə aparıb gəlmişdir. Elmira ilə Elnaz yenidən əşyaları Sultanın avtomobilinə yığmışlar. Evdən çıxmağa hazırlaşarkən Elmira çölə çıxmış, evin içərisində Sultanla Elnaz tək qalmışdır. Sultanla Elnaz təxminən 5 dəqiqə ərzində evdə tək qalmışlar. Həmin vaxt qızının qeyri-adi səsini eşitdiyi üçün Elmira tez içəri daxil olmuş və qızını yerdə qanlar içərisində görmüşdür. Həmin vaxt Sultanı oturaqlı vəziyyətdə əlində bıçaq görmüşdür. Elmiranın dediyinə görə Sultanı gördüyü vaxt Sultan Elnaza zərbə endirməmişdir. Bu zaman Sultan əlində bıçaq küçəyə çıxmışdır. Bu vaxt Elmira çölə çıxaraq Sultana qışqırmışdır ki, “sən neylədin mənim balama?” Həmin vaxt Sultan Elmiraya baxaraq heç bir cavab verməmişdir. Elmira qızının yanına qayıtmışdır. Qızı Elnaz əli ilə boğaz nahiyəsinə tutaraq Elmiraya “qorxma, mama” demişdir. Elə bu vaxt Sultan evə daxil olaraq Elnazın bədən nahiyəsinə təpiklər vurmuşdur. Daha sonra Sultan əlində bıçaq çölə çıxıb piyada qaçaraq oradan uzaqlaşmışdır. Sultanın avtomobili də hadisə yerində qalmışdır. Qışqırığa gələn qonşular tez təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardımdan əvvəl hadisə yerinə polislər gəlmişlər. Polislərdən sonra təcili tibbi yardım briqadası gəlib qızı Elnazı 3 saylı Sabunçu xəstəxanasına çatdırmışlar. Qızı iki gün ərzində xəstəxanada stasionar müalicə almışdır. 10 sentyabr 2022-ci il tarxidə qızı müalicə aldığı xəstəxanada aldığı xəsarətlər nəticəsində ölmüşdür. Əhməd Bayramov ifadəsində qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs layiqli cəza almasına köməklik göstərilməsini xahiş etmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kirayə yaşadığı evə bitişik evdə kirayə yaşayan şəxslər kimi tanımışdır. Onların ər-arvad olmasını bilmişdir. Sultanla münasibətləri yaxşı olmuşdur. Təxminən üç ildir Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat yolu” yaşayış massivində yerləşən nömrəsiz evdə kirayə yaşayır. Sultangil isə təxminən 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində onun qonşuluğuna köçmüşlər. Sultangilin arasında onları tanıdığı müddət ərzində hər hansı bir mübahisə və dava-dalaşın şahidi olmamış və bu barədə başqalarından da bir söz eşitməmişdir. Elnaz və Sultanla, həmçinin həmin şəxslərin yaxınları ilə aralarında hər hansı bir düşmənçilik və ədavətləri olmamış, Sultanı mehriban və deyib-gülən biri kimi tanımışdır. 2022-ci il sentyabr ayının 8-də günorta vaxtlarında Sultan həyəcanlı şəkildə qapını döyərək onu çağırmış, o, çölə çıxdıqda Sultan Elnaza kömək etməsini, Elnazı özündə olmadan bıçaqladığını, yardım çağırmasını bildirmişdir. Həmin vaxt səs-küyə qonşular oraya yığışmışdır. Sultan həyəcanlı şəkildə daha sonra oradan uzaqlaşmışdır. Sonradan Sultanın polisə təslim olduğunu bilmişdir. Sultan ona xəbər verdikdən sonra o da qonşular kimi kömək üçün Elnazın yaşadığı evə getmiş, polislər təcili tibbi yardım avtomobilindən tez gəlmişdir. Daha sonra təcili tibbi yardım briqadasının həkimləri gəlib Elnazı xəstəxanaya aparmışlar. 10 sentyabr 2022-ci il tarixdə Elnazın xəstəxanada öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayaraq xəsarət yetirdiyi vaxt o, evdə olmuş, orada şahid kimi kimlərin olması barədə hər hansı bir məlumatı olmamış, Sultan ona məlumat verdikdən sonra o, küçəyə çıxıb Elnazın yaşadığı mənzilə tərəf getmiş və orada digər şəxslərin toplaşdığını görmüşdür. Təcili tibbi yardım gələnədək deyilənlərə görə Elnazın anası ilə danışdığını, yəni Elnazın özündə olduğunu eşitmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs heç vaxt görməmiş, Təqsirləndirilən şəxs isə Binə qəsəbəsi sakini və qonşu kimi tanımışdır. Sultan və Elnaz arasında hər hansı bir düşmənçilik və ədavət olması barədə məlumatı olmamışdır. O, 15 ildir polis şöbəsində işlədiyi müddət ərzində, Sultanın polisdə hər hansı işinin olması və hər hansı şəxsin ondan şikayət etməsi barədə məlumatı olmamışdır. Binə qəsəbə sakini kimi Sultanın özünə görə hörməti olmuşdur. O, özü hazırda Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis nəfəri-sürücü vəzifəsində işləyir. 8 sentyabr 2022-ci il tarixdə təxminən günorta saatlarında Sultanın mobil telefon nömrəsindən onun mobil telefon nömrəsinə zəng gəlmiş, o telefona cavab verdikdə Sultan həyəcanlı şəkildə, qeyri-rəsmi yaşadığı Elnaz adlı şəxsi bıçaqladığını, uşağı ilə görüşmək üçün öz yaşadığı evə gedəcəyini, polisə təslim olmaq istədiyini və evdə polislərin onu gəlib götürməsi üçün gözləyəcəyini bildirmişdir. Sultan həmçinin hadisə yerinin harada olduğunu ona bildirərək, Elnaza kömək üçün polislərin də oraya tez getməsini xahiş etmişdir. O, dərhal rəhbərliyə və növbətçi hissəyə bu barədə məlumat vermişdir. Özü həmin vaxt başqa yerdə olduğundan əməliyyat qrupu ilə əlaqə saxlamış, əməliyyat qrupunun bir hissəsi hadisə yerinə, bir hissəsi isə Sultanın yaşadığı evə getmişdir. O, hadisə yerinə getdikdə, təcili tibbi yardım avtomobilinin orada olduğunu və Elnazın qan içərisində döşəmədə uzanıqlı olduğunu görmüşdür. Sultan evdə Elnazı bıçaqla vurduğunu, Elnazı bıçaqlamaq niyyətinin olmadığını, hər şeyin bir anda baş verdiyini bildirmiş və cinayəti törətdiyi alət olan bir ədəd bıçağı polisə təhvil vermişdir. Polis həmin bıçağı istintaqı aparan polis müstəntiqinə təqdim etmişdir. Daha sonra 10 sentyabr 2022-ci il tarixdə Elnazın xəstəxanada vəfat etməsini eşitmişdir. Hadisə barədə Sultanın polisə dediklərinə görə Elnaza anası ilə birlikdə yaşadığı yerdən köçməsi üçün köməklik etmiş, həmin vaxt bir dəfə əşyaları Elnazın bacısıgilə aparıb geri qayıtmışdır. İkinci dəfə getdiyi vaxt mənzildə Elnazla tək olduğu zamanda sonuncunun ona qarşı qeyri-etik ifadələri və qıcıqlandırıcı sözləri bir anda onu hövsələdən çıxarmış və bıçaqla Elnaza xəsarət yetirmişdir. Sultan Elnaza bıçaqla xəsarət yetirdikdən sonra, küçəyə çıxaraq qonşuları çağırıb kömək etmələrini istəmişdir. Sultan təslim olduğu vaxt Elnaza bıçaqla xəsarət yetirdiyi zaman mənzilin içərisində olduğunu, yanlarında heç kimin olmadığını demişdir. Küçədə isə avtomobilində Elnazın anası Elmira adlı qadının olduğunu bildirmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs isə əri ilə intim münasibəti olan biri kimi tanımışdır. Sultanla təxminən 5 ildir ailə həyatı qurmuşlar. Birgə nikahdan 2018-ci ildə Həzrət adlı övladları dünyaya gəlmişdir. Sultan mehriban və xoş xasiyyət biri olmuşdur. Sultanın düşmənçilik və ədavət etdiyi insanlar olmamışdır. Təxminən iki il olar Elnazı tanıyır. Elnazın mesajlarını əri Sultanın mobil telefonunda görmüşdür. Elnaza görə dəfələrlə əri Sultanla küsülü olmuşdur. Həmin ərəfələrdə də Elnaz Sultanla şəkillərini paylaşıb Sultandan birdəfəlik ayrılması üçün ona acıq vermişdir. Bir dəfə Elnazla görüşüb sonuncuya ailəsini dağıtmaması üçün xahiş də etmişdir. Lakin Elnaz ona Sultanın onu sevdiyini və Sultandan ayrılmayacağını bildirmişdir. Sultan isə hər dəfəsində ondan üzr istəyərək barışmalarını xahiş etmişdir. Sultan Elnazın ailəsini biabır etməsindən qorxduğunu, tədricən Elnazdan ayrılacağını bildirmişdir. Elnaz isə ona qıcıqlandırıcı mesajlar yazmaqda davam etmişdir. Həmin mesajlardan bir-ikisini mobil telefonunun yaddaşında saxlamışdır. Həmin mesajları çap edərək istintaq orqanına təqdim etmişdir. Sultan 8 sentyabr 2022-ci il tarixdə evə gəlib Elnazı bıçaqladığını deyərkən ona inanmamışdır. Sultan “Elnazı bıçaqladım, amma bir anda oldu, bilmədim neyləyirəm, əslində Elnazı bıçaqlamaq fikrim yox idi.” demişdir. Daha sonra Sultan polisə xəbər verdiyi üçün polis gəldiyi vaxt bıçağı polisə təhvil vermiş və özü də könüllü polisə təslim olmuşdur. Hadisədən iki gün sonra Elnazın xəstəxanada ölməsinə görə o və onun ailəsi də pis olmuşdur. Sultan heç vaxt ona və ya ailə üzvlərinə Elnazı bıçaqlayacağı barədə hər hansı bir söz deməmişdir. Sultan Elnazın həmin vaxt ona qarşı işlətdiyi qeyri-etik sözlərinin bir anda onu hövsələdən çıxardığını, yalnız Elnazı bıçaqladıqdan sonra belə bir üsula əl atdığının fərqinə vardığını bildirmişdir. Sultan Elnazı bıçaqladığı zaman Elnazla ikisi mənzilin içərisində olduğunu, Elnazın anası Elmiranın isə küçədə Sultanın avtomobilində olduğunu demişdir. Sultanın deməsinə görə Elnazı bıçaqladığını bildikdən sonra çölə qaçaraq tanımadığı adamlardan kömək istəmiş və özü bu barədə zəng edib polisə məlumat vermişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Yağanəli oğlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla Şahid5 ilə evlidir və Pərvinlə birgə nikahdan bir azyaşlı uşağı vardır. Sultanın Zərərçəkmiş şəxs ilə münasibəti olduğunu öyrənəndə Sultanla ata kimi söhbət etmiş, Elnazdan uzaq durmasını və ailəsini dağıtmamasını bildirmişdir. Sultan isə ona nə Elnazın, nə də başqa şəxsin xətrinə dəyməməsi üçün bir ay müddətində Elnazdan tədricən ayrılacağını söz vermişdir. Lakin sonradan Sultanın Elnazla münasibətinin davam etdiyini, ailədə söz-söhbətlərin yarandığını və Elnazın gəlini Pərvinə nalayiq mesajlar yazaraq onu təhqir etdiyini eşitmişdir. 2022-ci il sentyabrın 8-də Sultan evə gələrək Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. Sultan Elnazın onu nalayiq ifadələrlə təhqir etdiyini, istəmədən onu bıçaqladığını, həmin zaman Elnazla evdə tək olduğunu, sonradan qışqıraraq qonşuları köməyə çağırdığını bildirmişdir. Sultan Elnazı öldürmək istəməsi və ya ona xəsarət yetirməsi barədə heç vaxt heç nə deməmişdir. X27 öldürmək və ya ona xəsarət yetirmək fikri olsaydı, həmin gün görüşdüyü zaman dərhal edə bilərdi. X28 əşyalarını bir dəfə bacısıgilə aparıb geri qayıtmışdır. Sultan evə gəldikdən təxminən beş dəqiqə sonra polis əməkdaşları evlərinə gələrək Sultanı polis şöbəsinə aparmışlar. Sultan polis əməkdaşlarına könüllü təslim olmuş və hadisəni törətdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Hadisədən iki gün sonra Elnazın vəfat etdiyi öyrəndikdə təəssüflənmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs evində kirayə yaşayan şəxslər kimi tanımışdır. Belə ki, Elnazın anası Şahid3 təxminən 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat yolu” yaşayış massivində yerləşən nömrəsiz evini 270 manata kirayə tutaraq yaşamışlar. Elnazı da sonrakı ərəfələrdə tanımışdır. Hadisədən əvvəl son 3- 5 ay ərzində Sultan özü onunla əlaqə saxlayaraq bundan sonra kirayə pulunun özü tərəfindən ödəniləcəyini bildirərək Elnazı kirayə pulu ilə bağlı narahat etməməsini demişdir. Elnaz və Sultanla, həmçinin həmin şəxslərin yaxınları ilə aralarında hər hansı bir düşmənçilik və ədavətləri olması barədə məlumatı olmamışdır. Hadisəyə qədər evində kirayə qalan qızın adının Elnaz olmasını bilməmişdir. Yalnız prokurorluğa ifadə vermək üçün çağrıldığı zaman zərərçəkmiş şəxsin adının Elnaz olduğunu öyrənmişdir. O, heç vaxt Sultanla Elnazın arasında mübahisə və dava-dalaş olmasının şahidi olmamış və bu barədə başqalarından da bir söz eşitməmişdir. Kirayə pulundan 40 manat Sultangilin borcu qalmış və o, buna görə Sultana zəng etdiyi bəzi vaxtlarda sonuncu telefonuna cavab verməmişdir. 2022-ci il sentyabr ayının 8-də Elnazın anası evdən çıxacaqlarını dediyi üçün o, ümumi borcu hesablamış və onlara 120 manat borclarının olduğunu bildirmişdir. Evi faktiki olaraq havayı onlara kirayə vermişdir. Belə ki, işıq, qaz, su pulu və internetin pulunu da öz cibindən ödəmişdir. 8 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evin açarını götürmək üçün evinin qarşısına getdiyi vaxt Sultanı, Elnazı və Elnazın anası Elmiranın orada olduğunu görmüşdür. Onlar özlərinə aid ev əşyalarını götürüb Sultanın avtomobilinə yığırdılar. Həmin vaxt Sultan ona yaxınlaşaraq 40 manat pul vermiş və borcunun qalanını sonra verəcəyini demişdir. O da Sultana güzəşt edərək həmin yeri tərk edib getmişdir. Evin açarını isə Elmiradan qonşulara verməsini xahiş etmişdir. Təxminən yarım saatdan sonra qonşular Sultanın onun evində Elnazı bıçaqlayaraq xəsarət yetirməsi barədə məlumat vermişlər. Sultan onu sonuncu dəfə görən zaman Elnazla aralarındakı münasibət, onu bıçaqlayacağı və sair məsələlər barədə hər hansı söz deməmişdir. Sultanın Elnazı hansı səbəbə görə bıçaqlaması barədə məlumatı yoxdur. Onun kirayə verdiyi ev 2 mərtəbəli olmaqla, ikinci mərtəbədəki mənzili isə Elçin adlı şəxsə Sultangildən təxminən 6-7 ay əvvəl kirayə vermişdir. Həmin ikinci mərtəbənin girişi isə evin yan tərəfindəndir. Hadisədən çox sonra Elnazın anası Elmira “bütün əşyaları artıq maşına yığmışdıq. Hər hansı bir problem yox idi. Mən maşında oturduğum vaxt səsə evə daxil olduğumda gördüm ki, Sultan artıq Elnazı bıçaqlamışdır. Daha sonra Sultan heç nə olmamış kimi hadisə yerindən çıxıb getmişdir.” demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayaraq xəsarət yetirdiyi vaxt orada şahid kimi kimlərin olması barədə hər hansı bir məlumatı yoxdur. O, orada olduğu zaman Elmira, Elnaz və Sultanı görmüşdür. Onun Sultanın başqa qadınla evli olmasını və həmin qadınla nikahdan övladının olmasından da məlumatı olmamışdır. Bu barədə hadisədən sonra Elnazın anası Elmira ilə danışdığı zaman məlum olmuşdur. Elnazın qardaşı bir dəfə ona kirayə pulunu verdiyi vaxt Sultanın bacısı Elnazın əri olduğunu demişdir. O, Elnazla Sultandan evli olmaları barədə hər hansı bir sənəd tələb etməmişdir. İlk əvvəllər evi Şahid3 verdiyi üçün Sultanla Elnaz da sonradan orada yaşadıqlarına görə Şahid3 utandığından Sultanla Elnazın evli olub-olmadıqlarını soruşmamışdır. Sonradan hadisənin baş verdiyi yerə baxdıqda orada yalnız qanabənzər ləkələr qalmasını görmüşdür. Hadisə yerində başqa geyim əşyaları və hər hansı bir əşya olmamışdır. Hadisədən sonra polislər hadisə yeri ilə bağlı müayinəni bitirdiklərini bildirdikləri üçün hadisə yerində qalmış qanabənzər ləkələri təmizlətdirmişdir. Qanabənzər ləkələr mənzilə girişdən sağ tərəfdəki otaqda olduğundan hadisənin də orada baş verdiyini güman edir.
14. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinin məsul növbətçisi, polis nəfəri, polis baş serjantı X13 ifadəsində göstərdi ki, 8 sentyabr 2022-ci ildə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Xəzər Rayon Polis İdarəsinə gətirilərkən o, idarədə məsul növbətçi olmuşdur. O, saat 22:00 radələrində Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində qəbul edərək bu barədə sənədləşdirmişdir. Lakin müstəntiq onu təhvil verərkən bu barədə ona bildirmədiyinə görə Təqsirləndirilən şəxs könüllü olaraq polisə təslim olması barədə məlumatı olmamışdır.
15. Məhkəmədə X4 izahat verərək göstərdi ki, cinayət işi üzrə ilkin ibtidai araşdırma onun tərəfindən aparılmışdır. Onun tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Şahid2 adlı polis əməkdaşını tanımır. Ona bıçaqlanma hadisəsinin olması ilə bağlı məlumat daxil olmuş, məlumatdan dərhal sonra hadisə yerinə baxış keçirmiş, baxış zamanı Şahid3 orada görməmişdir. Baxış keçirdikdən dərhal sonra xəstəxanaya getmiş, baxış zamanı hadisənin kim tərəfindən törədilməsi barədə ona məlumat verilməmiş, zərərçəkmiş şəxs həmin vaxt sağ olmaqla reanimasiya şöbəsində olmuşdur. Təxminən saat 21 radələrinə qədər xəstəxanada olmuş, polis idarəsinə gəldikdən sonra şübhəli şəxs ona təqdim edilmiş, o isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair protokol tərtib etmişdir. Şahid3 xəstəxanada olanda görməmişdir. Cinayət işi onun icraatında olduğu iki günlük müddət ərzində o, Təqsirləndirilən şəxs könüllü gəlib təslim olmasını dəqiqləşdirməmişdir. Lakin cinayət aləti olan bıçaq təqsirləndirilən şəxs tərəfindən ona təqdim edilmişdir. Təqsirləndirilən şəxsin könüllü gələrək təslim olması barədə bir qayda olaraq növbətçi hissə protokol tərtib edərək şəxsin üzərində olan əşyaları qəbul etməlidir. Lakin bıçağın götürülməsi protokolunu özü tərtib etmişdir. Bıçaq zərfdə polis əməkdaşları tərəfindən ona təqdim edilmişdir.
16. Elçin Süleymanov izahatına əlavə edərək göstərdi ki, xəstəxanaya gedəndə iş üzrə materialın araşdırılması ona həvalə edilmiş, təxminən üç saat ərzində xəstəxanada olmuş, ona təqsirləndirilən şəxsin könüllü təslim olması barədə məlumat verilməmiş, o, polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs ona təqdim edilmişdir. O da iş üzrə ilkin istintaq hərəkətlərini yerinə yetirərək iş materiallarını aidiyyəti üzrə rayon prokurorluğuna göndərmişdir. Ona verilmiş ilkin məlumata görə Təqsirləndirilən şəxs Binə qəsəbəsində yerləşən 3-cü Polis Şöbəsinə özü getmişdir. Lakin bu barədə Təqsirləndirilən şəxs dindirilməsi zamanı protokollarda qeyd etməmişdir. İş onun icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs könüllü gəlib təslim olmasına dair protokolu ona təqdim etməmişlər.
17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
18. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 8 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən həmin tarixdə Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə 3 nömrəli Şəhər Klinik Xəstəxanasından daxil olmuş 4 iyun 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə boynun sağ yarısının kəsilmişdeşilmiş yarası, döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən kəsilmişdeşilmiş yarası, sağ bazunun, sol saidin, sol əlin İİİ barmağının kəsilmiş yaraları, sağ tərəfli pnevmahematoraks diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat və ilkin tibbi arayış əsasında Zərərçəkmiş şəxs ağır bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, iş vərəqi (bundan sonra i.v.) 1).
19. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 8 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Şahid4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, dalan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermişdir. Hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ər-arvad kimi yaşadığı həmin evin birinci mərtəbəsində yerləşən girişdən sağ tərəfdəki otaqda baş vermişdir. Qeyd edilən otaqda döşəmədə qanabənzər ləkələr aşkar edilmişdir. Evin ikinci mərtəbəsinin girişi ayrı olmaqla həmin hissə Elçin adlı şəxsə kirayəyə verilmişdir. Baxışda iştirak edən Şahid4 göstərmişdir ki, 8 sentyabr 2022-ci il tarixdə Elnazın anası ona evdən çıxacaqlarını dediyi üçün o, ümumi borcu hesablayaraq ona 120 manat borclarının olduğunu bildirmiş, həmin gün səhər saatlarında evinin qarşısında Sultanı, Elnazı və sonuncunun anası Elmiranı görmüş, onlar özlərinə aid əşyaları götürüb Sultanın avtomobilinə yığmışlar. Həmin vaxt Sultan ona 40 manat pul vermiş, qalan pulu da verəcəyini bildirmişdir. O isə oranı tərk etmişdir. Sonradan qonşulardan Sultanın onun evində Elnazı bıçaqlayaraq xəsarət yetirdiyini eşitmişdir. Hadisədən sonra Elnazın anası Elmira ona demişdir ki, “bütün əşyaları artıq maşına yığmışdıq. Hər hansı bir problem yox idi. Mən maşında oturduğum vaxt səsə evə daxil olanda gördüm ki, Sultan artıq Elnazı bıçaqlamışdır. Daha sonra Sultan heç nə olmamış kimi hadisə yerindən çıxıb getmişdir.” Şahid4 hadisə yerinə yığışanların deməsinə görə Elnaz evə girişdən sağ tərəfdəki otaqda yerdə uzanıqlı və yaralı vəziyyətdə olmuş, həkimlər gələnədək anasına qorxmamasını dediyini bildirmişdir. Elnaz təcili tibbi yardım avtomaşını ilə aparılanədək özündə olmuşdur. Baxış saat 16:40-dan 17:30-dək keçirilmiş və bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Protokola fotoşəkillər əlavə edilmişdir (cild 1, i.v. 2-6).
20. “Bıçağın götürülməsi haqqında” və “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 8 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, müstəntiq Elçin Süleymanov tərəfindən başlanılaraq istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs könüllü təslim olduqdan sonra tutularkən cinayət əməlini törətdiyi bir ədəd bıçağı təqdim etmiş, həmin bıçaq götürülərək qablaşdırılmışdır. Protokol saat 22:30-dan 22:50dək keçirilmiş və bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, i.v. 24-25).
21. Cərrah Zeynalov tərəfindən 8 sentyabr 2022-ci il tarixli, saat 16:40-da tərtib edilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs müxtəlif kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmuş, əməliyyatdan sonrakı narkoz vəziyyətində olduğundan dindirilməsi mümkün deyildir (cild 1, i.v.29).
22. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin məsul növbətçisi, polis polkovnikleytenantı Çıraq Məmmədovun 8 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, 8 sentyabr 2022-ci il tarixdə, saat 15:00-da 3 saylı şəhər X2 Elnaz Yusif qızının kəsilmişdeşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə həmin polis şöbəsinə məlumat daxil olmuşdur (cild 1, i.v.31).
23. “Meyitə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs 8 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş bıçaq xəsarətlərindən 10 sentyabr 2022-ci il tarixdə ölməsi ilə əlaqədar Zərərçəkmiş şəxs meyitinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin məhkəmə-tibb eksperti və iki nəfər hal şahidinin iştirakı ilə müstəntiq Elçin Süleymanov tərəfindən həmin tarixdə, saat 13:00dan 13:40-dək baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Protokola fotoşəkillər əlavə edilmişdir (cild 1, i.v. 34-39).
24. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə müstəntiq Elçin Süleymanov tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə istintaqı davam etdirilmişdir (cild 1, i.v. 40-41).
25. “Cinayət işini icraata qəbul etmə haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri, Xəzər rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas X11 tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (cild 1, i.v. 75).
26. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 15 sentyabr 2022-ci il tarixli, 1217 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ əlin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvəl olmaqla, qərarda göstərilən 8 sentyabr 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin müayinə olunanın göstərdiyi şəraitdə törənməsi istisna olunmur. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdilər (cild 1, i.v.84-87).
27. “Meyitin məhkəmə-tibbi ekspertizasının” 10 oktyabr 2022-ci il tarixli, 133 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ xarici vidaci venanın zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan boynun sağ yan səthinin orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə və sağ tərəfli pnevmahemotoraks ilə müşayiət olunan sağ qoltuqaltı nahiyəsinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası; döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ bazunun orta üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin iç səthinin (1 ədəd), sol əlin İİİ barmağın orta falanqasının (1 ədəd), sağ əlin İ (baş) barmağın (1 ədəd) kəsilmiş yaraları (cəmi 4 ədəd); sol baldırın orta üçdə birinin iç səthinin qançırı (1 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 3 ədəd) və kəsilmiş yaralar (cəmi 4 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər; sol baldırın orta üçdə birinin iç səthinin qançırı (1 ədəd) isə küt əşya təsirindən ölümdən az əvvəl törənmiş, həyatidirlər, törənmə müddətləri onun “X25” X24 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 8 sentyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən – sağ xarici vidaci venanın zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan boynun sağ yan səthinin orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya, sağdan sola doğru çəp istiqamətlidir, sağ qoltuqaltı nahiyyəsinin daxilə - döş boşluğuna nüfuz edən sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə və sağ tərəfli pnevmahemotoraks ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, yara kanalının istiqaməti arxadan önə sağdan sola, yuxarıdan az aşağıya doğrudur, boynun sağ yan səthinin orta üçdə birində sağ xarici vidaci venanın, sağ qoltuqaltı nahiyənin döş boşluğuna nüfuz edən sağ ağciyərin orta payının zədələnmələri, kəskin qanitirmə və sağ tərəfli pnevmahemotoraks ilə müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 1 ədəd); sağ bazunun orta üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin iç səthinin (1 ədəd), sol əlin İİİ barmağın orta falanqasının (1 ədəd), sağ əlin İ (baş) barmağın (1 ədəd) kəsilmiş yaraları (cəmi 4 ədəd) həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə; ayrı-ayrılıqda isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərəvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Sol baldırın orta üçdə birinin iç səthinin qançırı canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malikdir, ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ xarici vidaci venanın və sağ ağciyərin zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü 10 sentyabr 2022-ci ildə, saat 09:45-də “X25” X20 baş vermişdir (X25 X20 tərtib olunmuş C3427 saylı xəstəlik tarixinə əsasən). Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədəninin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir (məhkəmə-boloji müayinə aktı № 9/159, xx.xx.2022). Mərhum Zərərçəkmiş şəxs hamiləlik əlamətləri aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəməkimyəvi müayinə aktı № 3395/K, xx.xx.2022). Həmin rəyin təsviri hissəsindən görünür ki, “X25” X20 tərtib olunmuş C3427 saylı xəstəlik tarixinə əsasən Zərərçəkmiş şəxs 8 sentyabr 2022-ci il tarixdə, saat 14:25-də xəstəxanaya boynun sağ yarısının kəsilmişdeşilmiş yarası diaqnozu ilə daxil olmuşdur (cild 1, i.v.115-124).
28. Məhkəmə iclasında "xxxx" MMC-dən ibtidai istintaq orqanı tərəfindən məhkəmə qərarı ilə əldə edilmiş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış zamanı əsasən ailəməişət mövzusunda olan danışıqlardan əlavə Təqsirləndirilən şəxs rəsmi nikah münasibətində olduğu Şahid5 ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs arasında birinci ilə bağlı qısqanclıqla bağlı yazışmalar, habelə Şahid5 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun Zərərçəkmiş şəxs ilə bağlı münasibətləri ilə bağlı aralarında yaranmış kəskin narazılıq və sair xarakterli sms yazışmaların olması müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş **********54 saylı mobil telefon nömrəsindən Şahid5 istifadəsində olmuş **********67 saylı mobil telefon nömrəsinə 2 avqust 2022-ci il tarixdə, saat 18:17:51-də göndərilmiş sms-mesajdan görünür ki, Zərərçəkmiş şəxs Şahid5 “Sen pervin ol mende elnaz gorum kim el cekecek” məzmununda sms göndərmiş, həmin tarixdə, saat 18:22:49-də isə Şahid5 Zərərçəkmiş şəxs “Havada bulud sen Sultani unud ay yaziq:)))” məzmunda sms göndərmiş, həmin tarixdə, saat 20:18:01-də isə Zərərçəkmiş şəxs Şahid5 yenidən “Esil yazg sensen ki erin her gece menim qucagmda olur sense onu ygrsan oda yalandan sene deyr ki yatb qalmwam ev dagdan qadn olmusanda sen sultanin gozunde cili murdar gor kimdi yazq indi” məzmunda sms göndərmişdir (cild 1, i.v.145-146; 161).
29. Şahid5 ibtidai istintaq orqanına təqdim etdiyi və çap edilməklə surəti çıxarılaraq sonuncunun ifadəsinə əlavə edilmiş Şahid3 adına olan, Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid5 göndərilmiş votsap yazışmasından görünür ki, “Adimi 2 uzlu qeh..(bu söz etik olmadığından məhkəmə tərəfindən redaktə edilmişdir) qoyub sulimin ustune atib meni ondan ayrmaga calwdin amma bacarmayacagsan qaldiki senin ahin mende qalmgna bess royanin ahi kimin ustundedir pervin xanimmmm mene qeh.. (bu söz etik olmadığından məhkəmə tərəfindən redaktə edilmişdir) de bu sozne senin qarwiliq vermirem cunki men sen deylem senin sevyene enem men kisi qiziyam sultan menim olub mende onun bunu o yox kafana sok gule gule. Sen bilmirdin ki royanin heytanon dagdib senin de heyatun olmyacag sen meni tanidin yene de adimi qeh.. yazdin ay yazig” məzmunda mesaj göndərilmişdir (Cild 1, i.v 160;).
30. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v 162;)
31. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 26 noyabr 2022-ci il tarixli, 3131 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs barəsində məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur, onda hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət əməlinin törətdikdən sonra onda psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamış, cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Qeyd edilən rəyin tədqiqi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşduqda hadisə haqqında ətraflı məlumat vermir. Əməlini ümumi sözlərlə təsvir etməyə çalışır. Deyir: “Elnaz adlı qadınla üç il idi ki birlikdə yaşayırdıq. Aramızda tez-tez söz-söhbət olurdu. Belə ki, Elnaz bu barədə onun həyat yoldaşına bildirmiş, lakin həyat yoldaşı onu bağışlamış, hər iki qadınla münasibətini davam etdirmişdir. Elnaz tez-tez qalmaqal yaratmış, hadisə baş verən günü Elnaz mənimlə birlikdə yaşamaq istəmədiyini bildirib, ev əşyalarını yığışdırıb başqa yerə köçmək istəyirdi. Mən onun ev əşyalarını aparmaqda kömək etdim. Sonra Elnazla söhbət edərkən aramızda mübahisə yarandı. O, mənə aqressiv cavablar verdi. Buna görə əsəbləşib onu bıçaqla vurdum. Sonra qonşunu çağırdım ki, onu həkimə aparsınlar. Özüm gedib polisə təslim oldum.” (Cild 1, i.v. 163- 166).
32. “İfadənin yerində yoxlanılması haqqında” 3 fevral 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid3 hadisə ilə bağlı ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi hadisə yerində yoxlanılmış, Şahid3 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi şəraiti əyani olaraq yerində göstərmişdir (Cild 1, i.v. 196-200).
33. İfadənin yerində yoxlanılması haqqında” 24 fevral 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi və Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi şəraiti əyani olaraq göstərmiş, ifadəsinin yerində yoxlanılması zamanı onun əyani olaraq göstərdikləri ilə daha əvvəl verdiyi sərbəst ifadələr arasında hər hansı ziddiyyət aşkar edilməmişdir (Cild 1, i.v. 216- 223).
34. “Maddi sübutların məhkəmə-tibbi bioloji” ekspertizasının 17 mart 2023-cü il tarixli, 167/2023-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B/İİİ/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız A antigeni alındı. Göstərilən qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (Cild 1, i.v. 224-228).
35. “Maddi sübutların məhkəmə-kriminalistik” ekspertizasının 17 mart 2023-cü il tarixli, 119-2023/MTKŞ saylı rəydən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir (Cild 1, i.v. 230- 232).
36. “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turist bıçağı maddi sübut kimi tanınmaqla Bakı şəhəri, Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması üçün təhvil verilmişdir. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, Şahid3 deməsinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsindən sonra yenidən geri qayıdıb onu itələyərək Zərərçəkmiş şəxs təpiklə zərbələr vurması sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarın 7-ci bəndində isə göstərilmişdir ki, Şahid3 deməsinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi və yumruqla vurub Zərərçəkmiş şəxs burnunu sındırması sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 1, i.v.234-248).
37. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.N.Qəribov tərəfindən 3 aprel 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 7 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Fəxri Ələsgərov tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.272-288).
38. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə qəbul olunan zaman tərtib edilmiş sənədlər və barəsində tərtib olunmuş aktdan görünür ki, o, 8 sentyabr 2022-ci il tarixdə, saat 22:00-da müstəntiq Elçin Süleymanov tərəfindən ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş protokol əsasında MSY-nin növbətçisi Ramin Məmmədov tərəfindən akt tərtib edilməklə MSY-ə qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir (cild 2,).
39. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Ülvi Quliyev tərəfindən tərtib edilmiş 31 avqsut 2022-ci il tarixli arayışda göstərilmişdir ki, 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolu fərdi evdə yaşayan 4 iyun 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xəsarət alması barədə məlumat icraatına daxil olmuşdur. Daxil olmuş məlumata əsasən müvafiq araşdırma aparılması məqsədilə qeyd ounan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlanılmış, telefon danışığı zamanı özünün Zərərçəkmiş şəxs həyat yoldaşı kimi təqdim edən şəxs Elnazın ehtiyatsızlıq nəticəsində yaşadığı evin hamam otağında yıxılaraq xəsarət aldığını, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş və yaxın günlərdə izahat verməyə gələcəyini bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs anası Elmira adlı şəxslə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmışdır. Elmira adlı qadın da həmçinin qızının ehtiyatsızlıq nəticəsində yaşadığı evin hamam otağında yıxılaraq xəsarət aldığını və bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş və izahat verməkdən imtina etmişdir (cild 2,).
40. “Könüllü təslim olma haqqında” 8 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin məsul növbətçisi, polis polkovnik-leytenantı X14 tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, 8 sentyabr 2022-ci il tarixdə polis şöbəsində xidmətdə olan zaman saat 14:20 radələrində polis şöbəsinin inzibati binasına xx xxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs daxil olaraq könüllü təslim olaraq təqribən 1(bir) saat əvvəl qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşadığı evdə bıçaqla xəsarət yetirdiyini bildirmiş və cinayətin aləti olan bıçağı təqdim etmişdir. Həmin protokol X18, Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (cild 2,).
41. Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci, 2-ci və 3-cü Polis Şöbələrindən daxil olmuş məktublardan görünür ki, həmin polis şöbələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində hər hansı təqsirləndirici və ya sair araşdırma materialı aşkar olunmamış, onların müraciətləri daxil olmamışdır (cild 2,).
42. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 7 iyun 2015-ci ildə doğulmuş Fatimə Feyzullayeva və 17 iyun 2018-ci ildə doğulmuş Həzrət Feyzullayev Təqsirləndirilən şəxs övladlarıdır (Cild 2,).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
47. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
48. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 126.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.
49. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
50. Belə ki, CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir.
51. CM-in 126.3-cü maddəsində qəsdən sağlamlığa ağır zərərvurmanın xüsusilə tövsifedici əlaməti – CM-in 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması göstərilmişdir.
52. Qəsdən adam öldürmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərərvurmadan ilk növbədə obyektiv meyar üzrə fərqlənir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa ağır zərər vurmanın nəticəsidir. Ona görə də təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi ilə tövsif edərkən sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Həmin cinayətlər daha çox subyektiv meyarlar üzrə fərqlənir. Belə ki, bu əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur.
53. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
54. Hökmün 36-cı bəndində qeyd edilən qərara əsasən ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, “Təqsirləndirilən şəxs 8 sentyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” yolu yaşayış massivində yerləşən kirayə yaşadıqları evdə Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi təhqiredici sözlərə görə, yəni onu nalayiq formada söyüb təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək artıq aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində qisas niyyəti ilə özünün cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmuş, etdiyi hərəkətin fərqinə vararaq Zərərçəkmiş şəxs vurmağı dayandırmış, Zərərçəkmiş şəxs kömək göstərilməsi üçün qonşuları çağırmış və polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsində 10 sentyabr 2022-ci il tarixdə X19 ölmüşdür. Bütün bunlar isə Təqsirləndirilən şəxs cinayəti şəxsi münasibətlərin pozulması zəminində qisas almaq məqsədi ilə törətdiyini təsdiq edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarətləri yetirsə də, xəsarətlərin xarakterinə, lokalizasiyasına, həmçinin hadisədən əvvəlki dövrlərdə olan münasibətlərinə və hadisəni törətdikdən sonrakı hərəkətlərinə əsasən demək olar ki, onun ölümünə münasibəti ehtiyatsızlıqla ifadə olunmuş, ölümü dərhal deyil, iki gündən sonra baş vermişdir. Bu da özlüyündə onu qəsdən öldürmək niyyətində olmadığını sübuta yetirir.”
55. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində kirayə yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyələrinə zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik boynun sağ yan səthinin orta üçdə birində sağ xarici vidaci venanın, sağ qoltuqaltı nahiyənin döş boşluğuna nüfuz edən sağ ağciyərin orta payının zədələnmələri, kəskin qanitirmə və sağ tərəfli pnevmahemotoraks ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaraları və sair xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla, sonuncunun müalicə aldığı “X25” X21 tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəstəxanasında 10 sentyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.
56. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
57. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
58. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edilir.
59. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
60. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
61. Azərbaycan Respublikasının CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
62. Azərbaycan Respublikasının CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
63. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
64. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ağır xəsarət yetirmək fikrinin və məqsədinin olmaması, Zərərçəkmiş şəxs işlətdiyi təhqiramiz ifadələrə görə sonuncunu yüngül cəzalandırmaq istəməsi və istəmədən Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan həmin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.
65. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
66. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
67. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
68. CM-in 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olubolmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma CM-in 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun CM-in 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olubolmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır.
70. Məhkəmə istintaqı zamanı hökmün 10, 15-16, 27 və 40-cı bəndlərində göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli törətdikdən sonra azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) təhqiqat fəaliyyətini həyata keçirən dövlət orqanlarına törətdiyi əməl barədə şifahi məlumat vermiş, həmin cinayətin törədilməsində istifadə etdiyi cinayət aləti olan bıçağı istintaq və təhqiqat orqanına təqdim etmişdir.
71. Belə ki, hökmün 27-ci bəndində qeyd edilmiş “Meyitin məhkəmə-tibbi ekspertizası” 10 oktyabr 2022-ci il tarixli, 133 saylı rəyin təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs 8 sentyabr 2022-ci il tarixdə saat 14:25-də “X25” X24 xəsarətlərlə daxil olmuş, hökmün 22-ci bəndində göstərilənlərə əsasən qeyd edilən tibb mərkəzinin tabeliyindəki xəstəxananın əməkdaşı tərəfindən həmin tarixdə, saat 15:00-da bu barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə telefonla məlumat verilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hökmün 40-cı bəndində qeyd edildiyi kimi 8 sentyabr 2022-ci il tarixdə, saat 14:20-də artıq Xəzər RPİ-nin 3-cü PŞ-də olmuş, bu barədə onun könüllü gəlib təslim olmasına dair protokol tərtib olunmuşdur. Həmçinin hökmün 10, 15 və 16-cı bəndlərində göstərilmiş məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Elçin Süleymanovun ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən dərhal sonra polis əməkdaşı olan Şahid2 istifadəsində olan mobil telefona zəng edərək hadisə barədə məlumat vermiş, Zərərçəkmiş şəxs köməklik göstərilməsi üçün təcili tibbi yardıma məlumat verilməsi, yaşadığı evə doğru getdiyini və polislərin gəlib onu evdən götürməsini bildirmiş, Şahid2 isə dərhal baş vermiş hadisə barədə subordinasiya qaydasında Xəzər RPİ-nin 3-cü PŞ-nin rəhbərliyinə məlumat vermiş, sonradan müvafiq polis əməkdaşları həm hadisə yerinə, həm də Təqsirləndirilən şəxs olduğu evinə gedərək onu polis orqanına gətirmiş, Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı da polis əməkdaşlarına könüllü təqdim etmişdir. Hökmün 19, 20 və 38-ci bəndlərində göstərilənlərə əsasən iş üzrə ilkin araşdırmanı aparmış müstəntiq Elçin Süleymanov hadisə barədə ona məlumat verildikdən sonra hadisə yerinə gedərək baxış keçirmiş (8 sentyabr 2022-ci il tarixdə, saat 16:40-17:30), daha sonra Zərərçəkmiş şəxs olduğu xəstəxanaya gedərək sonuncunun sağlamlıq vəziyyəti barədə məlumat almış, zərərçəkmiş şəxsin reanimasiyada olmaqla dindirilməsinin mümkün olmayacağını müəyyən etdikdən sonra Xəzər RPİ-nə qayıdaraq ona təqdim edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasını həyata keçirmiş (8 sentyabr 2022-ci il tarixdə, saat 22:00-da), daha sonra cinayət aləti olan bıçağın götürülməsi və baxış keçirilməsinə dair istintaq hərəkətini yerinə yetirmişdir(8 sentyabr 2022-ci il tarixdə, saat 22:30-dan 22:50-dək).
72. Hökmün 70-71-ci bəndlərində qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı mötəbər və mümkün sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli törətdikdən sonra könüllü olaraq istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanlarına törətdiyi əməl barədə şifahi məlumat vermiş, həmin cinayətin törədilməsində istifadə etdiyi cinayət aləti olan bıçağı istintaq və təhqiqat orqanına könüllü olaraq təqdim etmişdir.
73. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
74. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
75. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
76. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
77. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə CM-in 60-cı maddəsinin tələbinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası onun təqsirli bilindiyi CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
78. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
79. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
80. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
81. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
82. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2022-ci il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən barəsində 10 sentyabr 2022-ci ildə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 8 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 6 yanvar 2023 və 6 aprel 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 28 aprel 2023-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, i.v. 19-20; 69-72; 180-184; 295- 298; cild 2).
83. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 8 sentyabr 2022-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
84. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
85. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.
86. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turist bıçağı məhv edilməlidir.
87. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
88. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
89. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
90. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 sentyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı turist bıçağı məhv edilsin. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.