Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1284/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X11 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, 30 avqust 2001-ci ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməmiş, Masallı rayonu, Kalinovka kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84 ünvanında yaşamış, 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-658/2023 saylı, 02 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Renat” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Yasamal rayonu ərazisində yerləşdirdiyi bir ədəd bükümdə təmiz çəkisi 0,850 qram olan ağ rəngli tozşəkilli, maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən kokaini, üzərində «Methadone 40» göstəricisi olan 4 ədəd bütöv, 2 ədəd kəsilmiş blisterdə 50 ədəd üzərlərində «F/M 40» göstəriciləri açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən metadonu, təmiz çəkisi 567,52 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 28 ədəd açıq-çəhrayı rəngli dördkünc formalı, 42 ədəd açıq-qəhvəyi rəngli dördkünc formalı, 2 ədəd qırmızı rəngli dairəvi formalı (ümumilikdə 72 ədəd) dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 14,5 qram (müvafiq olaraq 5,6 qr, 8,4 qr və 0,5 qr) təşkil edən külli miqdarda psixotrop maddə hesab olunan MDMA-nı (metilendioksimetamfetamin), təmiz çəkisi 3,19 qram təşkil edən bitki mənşəli kütlənin tərkibində sintetik kannabinoidlərə aid təmiz çəkisi 0,039 qram olan ADB-CHMİNACA (MAB-CHMİNACA) adlı psixotrop maddəni, 5 ədəd blister və 2 ədəd blister kəsiyində olmaqla üzərlərində «Preqabalin 300 mq» göstəricisi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 22,5 qram təşkil edən 75 ədəd ağ-tünd-qəhvəyi rəngli dərman kapsullarını və 17 ədəd blisterdə (hər birində 14 ədəd olmaqla), üzərlərində «ALYSE 150 Pregabaline» göstəricisi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 35,7 qram təşkil edən 238 ədəd ağ rəngli dərman kapsullarını qanunsuz olaraq həmin yerdən götürüb əldə edərək sonradan «Renat» adlı şəxsin tapşırığına əsasən əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün satış məqsədilə daşıyaraq narkotik vasitələri, psixotrop maddələri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin dövriyyəsi ilə məşğul olmaq üçün kirayələdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 41, mənzil 83 ünvanında, eləcə də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84 ünvanında saxlamış, 31 avqust 2023-cü il tarixdə həmin narkotik vasitə hesab edilən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuanadan təmiz çəkisi 7,52 qram təşkil edən hissəsini, eləcə də üzərində «Methadone 40» göstəricisi olan 1 ədəd bütöv blisterdə 10 ədəd üzərlərində «F/M 40» göstəriciləri açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edən narkotik vasitə hesab edilən metadonu ayırıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin tarixdə saat 14:40 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin Bakı şəhəri Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 7,52 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində «Methadone 40» göstəricisi olan 1 ədəd bütöv blisterdə 10 ədəd üzərlərində «F/M 40» göstəriciləri açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edən narkotik vasitə hesab edilən metadon aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 17:30 dəqiqədən saat 17:41 dəqiqəyədək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağında olan divanın üzərindən 1 ədəd blister və 1 ədəd blister kəsiyində olmaqla üzərlərində «Preqabalin 300 mq» göstəricisi olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,8 qram təşkil edən 16 ədəd ağ-tünd-qəhvəyi rəngli dərman kapsulları aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18:00 dəqiqədən saat 18:21 dəqiqəyədək kirayə götürdüyü Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 41, mənzil 83 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən təmiz çəkisi 0,850 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən kokain, üzərində «Methadone 40» göstəricisi olan 3 ədəd bütöv, 2 ədəd kəsilmiş blisterdə 40 ədəd üzərlərində «F/M 40» göstəriciləri açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən narkotik vasitə hesab edilən metadon, təmiz çəkisi 560,0 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 28 ədəd açıq-çəhrayı rəngli dördkünc formalı, 42 ədəd açıq-qəhvəyi rəngli dördkünc formalı, 2 ədəd qırmızı rəngli dairəvi formalı (ümumilikdə 72 ədəd) dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 14,5 qram (müvafiq olaraq 5,6 qr, 8,4 qr və 0,5 qr) təşkil edən külli miqdarda psixotrop maddə hesab olunan MDMA (metilendioksimetamfetamin), təmiz çəkisi 3,19 qram təşkil edən bitki mənşəli kütlənin tərkibində sintetik kannabinoidlərə aid təmiz çəkisi 0,039 qram olan ADB-CHMİNACA (MAB-CHMİNACA) adlı psixotrop maddə, 4 ədəd blister və 1 ədəd blister kəsiyində olmaqla üzərlərində «Preqabalin 300 mq» göstəricisi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 17,7 qram təşkil edən 59 ədəd ağ-tünd-qəhvəyi rəngli dərman kapsulları və 17 ədəd blisterdə (hər birində 14 ədəd olmaqla), üzərlərində «ALYSE 150 Pregabaline» göstəricisi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 35,7 qram təşkil edən 238 ədəd ağ rəngli dərman kapsulları və 01 ədəd üzərində narkotik vasitə kakainə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 31 avqust 2023-cü il tarixdə, saat 14:40 dəqiqədə Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. İnzibati binada o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim edilməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 10 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və 2 ədəd açar aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 8 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlə ilə möhürlənmiş, üzəri onun, iştirakçılar, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “İphone” markalı mobil telefon götürülmüş, 2 ədəd açar isə ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri “Renat” adlı şəxsdən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, bundan başqa Bakı şəhəri, Yasamal rayonunda yaşadığı, həmçinin, Bakı şəhəri, Yasamal rayonunda kirayə tutduğu mənzillərdə ona məxsus narkotik maddə olduğunu, həmin mənzillərə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə baxış keçirildikdən sonra yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84 ünvanında yerləşən mənzilinə baxış keçirilməyə getmiş, mənzildə polis əməkdaşları, bacısı Şahid1, müdafiəçisi və onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, mənzilin qonaq otağında divanın üzərində saxladığı 1 ədəd sellefonda güclü təsir edici maddə olan 16 ədəd “preqabalin” həblərini təqdim etmişdir. Daha sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və üzəri onun, müdafiəçi, bacısı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri “Renat” adlı şəxsdən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini, ona qarşı zorakılıq tətbiq olunmadığını, bundan başqa narkotik vasitələrin dövriyyəsini həyata keçirmək üçün kirayələdiyi ünvan 3 ünvanında narkotik vasitələrin olduğunu bildirmişdir. Bacısı Şahid1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu, onun bacısı olduğunu bildirmişdir. Yaşadığı mənzilə baxış keçirildikdən sonra narkotik vasitələrin dövriyyəsini həyata keçirmək üçün kirayələdiyi ünvan 3 ünvanına polis əməkdaşları və müdafiəçisi ilə birlikdə getmişlər. Həmin mənzilə baxış keçirilən zaman o, qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd torbanın içərisindən 1 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, 1 ədəd sellofanda sintetik kanabioid kütləsini, 1 ədəd elektron tərəzini və 1 ədəd qara rəngli sellofanın içərisindən 40 ədəd narkotik vasitə olan metadon kütləsini, 59 ədəd güclü təsir edici maddə olan “preqebalin” həblərini, 238 ədəd güclü təsir edici maddə olan “Alyse” həblərini, 72 ədəd güclü təsir edici maddə olan “Ekstazy” həblərini, 1 ədəd ağ rəngli, toz şəkilli narkotik vasitə olan kokain kütləsini təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmiş və üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri “Renat” adlı şəxsdən tutulmazdan 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Bundan başqa mənzilindən aşkar edilmiş qurudulmuş marixunanın, sintetik kanabioidin və kokainin çəkisi ittiham aktında göstəriləndən daha az olmuşdur. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 31 avqust 2023-cü il tarixdə saat 14 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə yaradılmış əməliyyat qrupunun tərkibində Masallı rayonu, Kalinovka kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 onun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və on ədəd metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şahid qismində dəvət edilmiş Şahid2 tərəfindən şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və 2 ədəd açar aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 8 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmiş üzəri şübhəli şəxs, iştirakçı, müdafiəçi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “İphone” markalı mobil telefon götürülmüş, 2 ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri "Renat" adlı şəxsdən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, bundan başqa Bakı şəhəri, Yasamal rayonunda yaşadığı, həmçinin, Bakı şəhəri, Yasamal rayonunda kirayə tutduğu mənzillərdə ona məxsus narkotik maddə olduğunu, həmin mənzillərə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şübhəli şəxslə birlikdə onun yaşadığı ünvan 5 ünvana getmişdir. Mənzilin qapısını Təqsirləndirilən şəxs bacısı Şahid1 açmış, həmin vaxt biz onlar bildirmişdilər ki, həmin evdə baxış keçiriləcək. Bundan sonra Təqsirləndirilən şəxs və onun bacısı Şahid1 ərizələri əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84 ünvanına baxış və götürmə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs mənzildə qonaq otağında divanın üzərində saxladığı 1 ədəd sellefonda güclü təsir edici maddə olan 16 ədəd "preqabalin" həbləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kütlələr onun özünə məxsusdur, həmin kütlələri “Renat” adlı şəxsdən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin dövriyyəsini həyata keçirmək üçün kirayələdiyi ünvan 3 ünvanında da narkotik vasitələri saxlayır. Bundan sonra onlar qeyd edilən ünvana gedərək, həmin ünvana baxış keçirmiş və baxış zamanı qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd torbanın içərisindən bir ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd sellofanda sintetik kanabioidə bənzər kütlə, bir ədəd elektron tərəzi və bir ədəd qara rəngli sellofanın içərisindən qırx ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə, əlli doqquz ədəd güclü təsir edici maddə olan “preqebalin” həblərinə bənzər kütlə, iki yüz otuz səkkiz ədəd güclü təsiredici maddə olan “Alyse” həblərinə bənzər kütlə, yetmiş iki ədəd güclü təsir edici maddə olan “ekstazy” həblərinə bənzər kütlə, bir ədəd ağ rəngli, toz şəkilli narkotik vasitə olan kokainə bənzər kütlə aşkar edilərək onlar tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixunaya bənzər kütlənin çəkisi 576 qram, sintetik kanabioidə ("Banzay") bənzər kütlənin çəkisi 3 qram, kokainə bənzər kütlənin çəkisi isə 0,96 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi onlar tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kütlələr ona məxsusdur, həmin kütlələri "Renat" adlı şəxsdən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etmiş və bunun müqabilində sonuncudan 2000 manat pul almışdır. Həmçinin baxış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə videoçəkiliş aparılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik bacısıdır və onlar birlikdə 2023-cü ilin may ayının əvvəllərindən 2023-cü ilin avqust ayının sonlarınadək, yəni Röyalə tutulanadək ünvan 5 ünvanında kirayədə yaşamışlar. Lakin o, bacısı Röyalənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, o, elə bilirmiş ki, Röyalə hansısa kafedə ofisiant işləyir. 31 avqust 2023-cü il tarixdə saat 17 radələrində o, kirayədə yaşadığı evdə olan zaman evin çöl qapısı döyülmüş, qapını açanda görmüşdür ki, Röyalə və onun yanında 2-3 nəfər mülki geyimdə olan şəxslər var. Həmin vaxt ona məlum olmuşdur ki, Röyalənin yanında olan şəxslər polis əməkdaşlarıdır və onlar Röyalə ilə birlikdə gəlib kirayədə yaşadıqları mənzilə baxış keçiricəklər. Bundan sonra Röyalənin və onun razılıq ərizələri əsasında mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin dəhlizində yerləşən paltar dolabının içərisində Röyaləyə məxsus olan əl çantası aşkar edilmiş, sonra həmin əl çantasını polis əməkdaşları gətirib qonaq otağında olan divanın üzərinə qoymuş və əl çantasının içərisinə baxış keçirilərkən orada olan sellofanın içərisindən 16 ədəd dərman preparatı aşkar edilmişdir. Sorğu zamanı Röyalə bildirmişdir ki, aşkar edilmiş dərman preparatı psixotrop maddədir və həmin maddəni satış məqsədi ilə orada saxlamışdır. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Tərtib edilmiş protokolda o, Röyalə və iştirakçılar imza etmişlər. Daha sonra isə polis əməkdaşları Röyaləni aparıb getmişlər. Həmçinin axtarış keçirilərkən bütün proseslər mobil telefon vasitəsi ilə videoçəkiliş edilmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Röyalə onlardan xəbərsiz əlavə ev kirayələyib və orada narkotik vasitələri gətizdirərək həmin mənzildə bölürmüş. Polis əməkdaşları da həmin mənzilə baxış keçirilərkən oradan külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və müxtəlif çeşidli dərman preparatları aşikar edərək götürmüşlər. Şahid1 bildirmişdir ki, onun ümumiyyətlə Röyalənin narkotik vasitənin satışı ilə məşqul olması barədə heç bir məlumatı olmamış, bacısı Təqsirləndirilən şəxs tanışı olan Renat adlı şəxsi nə tanımır, nə də ki, onun anket məlumatını bilmir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 31 avqust 2023-cü il tarixdə saat 16 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Abbas Səhəd küçəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısından keçib gedən zaman bir nəfər tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu deyərək ondan xahiş edib bildirmişdir ki, bir nəfər qadının üzərinə baxış keçiriləcək və həmin baxışda iştirak etməyini ondan xahiş etmişdir. O da etiraz etməyib həmin şəxslə birlikdə İdarəyə daxil olmuşdur. İdarənin xidməti otaqlarının birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə bir nəfər əvvəllər tanımadığı və adını sonradan bildiyi Təqsirləndirilən şəxs Baramağa qızını dəvət edərək üzərinə baxış keçirilməsi barədə məlumat verilmiş və onun hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü və 10 ədəd həbləri çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları bükümü açdıqda oradan yaşıl rəngli spesifik iyisi olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanadır, 10 ədəd həblər isə psixoptrop maddə olan metadondur. Həmin maddələri o, 4 gün əvvəl Renat adlı şəxsdən satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları ondan xahiş etmişdilər ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirtsin. O, da polis əməkdaşlarına etiraz etməyib Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin onun üzərindən hər hansı bir qanunsuz əşya və premet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda iştirakçılar və o, imza etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümü və 10 ədəd metadon həblərinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “İphone” markalı mobil telefonu və iki ədəd açar aşkar edilmişdir. Lakin əlavə başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Röyalə Əliyevnin üzərindən aşkar edilmiş iki ədəd açarlar özünə qaytarılsa da sonuncuya məxsus 1 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra sonuncunun təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuannaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin qabşdırılma ilə birlikdə 8 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və 10 ədəd həblər içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 10 ədəd psixotrop maddə hesab edilən metadondur və həmin kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri “Renat” adlı şəxsdən 4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bunun müqabilində sonuncudan 2000 manat pul aldığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, bundan başqa yaşadığı evində və kirayə tutduğu mənzildə də narkotik maddə saxladığını, həmin mənzillərə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, bu əməlindən heç kimin məlumatının olmamasım, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X8 tərəfindən 31 avqust 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü və 10 ədəd həbləri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş Şahid2 tərəfindən baxış keçirilmiş, lakin baxış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotrik vasitə qurudulmuş marixuana və 10 ədəd metadon həbləri onun özünə məxsusdur. Həmin narkotik vasitəni və həbləri 4 gün əvvəl Renat adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilmiş yerdən başqa şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əl etmiş və bunun müqabilində Renat adlı şəxsdən 2000 manat pul almışdır. Bundan sonra həmin büküm və on ədəd həblər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı video kameranın vidoeçəkmə funksiyasından istifadə etməklə video çəkilişi aparılmışdır. Aparılan videoçəkiliş 01 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 3/8, mənzil 84 ünvanında yaşayan Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində saxladığı maddənin narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metadon həblərini olduğunu həmin maddələrin qalan hissəsini yaşadığı, ünvan 6 ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirddiyindən həmin ünvana baxış keçirilməmişdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs qızma yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qalan hissəsini mənzilin qonaq otağında saxladığını bildirərək həmin otağa daxil olmuş və orada olan divanın üzərində saxladığı 1 ədəd sellofanı təqdim etmişdir. Həmin sellofana baxış keçirilmiş və baxış zamanı həmin sellofanın içərisindən 16 ədəd “preqabalin” həbləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin həbləri 4 gün əvvəl Renat adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilmiş yerdən başqa şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əl etmiş və bunun müqabilində Renat adlı şəxsdən 2000 manat pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin hissələrə bölərək başqa şəxslərə çatdırmaq məqsədi ilə kirayələdiyi başqa bir mənzildə də həmin maddələrdən saxlamışdır. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predınet aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş həblər qabalşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişlər. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 41, mənzil 83 ünvanında Təqsirləndirilən şəxs yaşadığı evdə aparılmış axtarış zamanı saxladığı maddələrin qalan hissəsini kirayələdiyi ünvan 7 ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığım bildirdiyindən həmin ünvana baxış keçirilməmişdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs qızma kirayələdiyi ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qalan hissəsini mənzilin qonaq otağında taxta konstruksiyalı dolabın içərisində saxladığım bildirərək həmin otağa daxil olmuş və orada olan dolabın İçərisindən 1 ədəd bağlamada olan açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd bağlamada sintetik kanabioidə bənzər kütləni 1 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli sellofanın içərisində saxladığı 40 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni, 59 ədəd güclü təsir edici maddə olan “preqabalin” həblərinə bənzər kütləni, 283 ədəd güclü təsir edici maddə olan “Alyse” həblərinə bənzər kütləni, 72 ədəd güclü təsir edici maddə olan “ekstazy” həblərinə bənzər kütləni, 01 ədəd ağ rəngli toz şəkilli narkotik vasitə kokainə bənzər kütləni təqdim edərək bildirmişdir ki, həmin həbləri 4 gün əvvəl Renat adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş gizlədilmiş yerdən başqa şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əl etmiş və bunun müqabilində Renat adlı şəxsdən 2000 manat pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin hissələrə bölərək başqa şəxslərə çatdırmaq məqsədi ilə kirayələdiyi başqa bir mənzildə də həmin maddələrdən saxlamışdır. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş həblər qabalşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişlər. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il protokoldan müəyyən edilmişdir ki, «İphone 14 Pro» markalı mobil telefonun gövdəsi qara rənglidir, arxa tərəfinə «İphone 14 Pro» amrkalı mobil telefonun emblemi vardır. Həmin telefonda ***-***-**-** saylı sim-kart mobil nömrədən istifadə olunur. Mobil telefon açıldıqda telefona məxsus proqramlar yerləşir, iş üçün əhəmiyyət kəsb edən foto yazılmış proqrama, SMS və WatsApp yazılarma daxil olduqdarada WatsApp proqramında Təqsirləndirilən şəxs ilə şəxsiyyəti istintaqa məlum olmayan Renat adlı şəxslə yazışmalar aparılarkən fotoşəkillər və səs yazıları aşkar edilmiş və iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması öz əksini tapmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1234 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən aşkar edilmiş....” yazı və imzalar olan yaşıl rəngli polietilen bağlamada 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada təmiz 560,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 1 ədəd gümüşü elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 567,52 qram olub, tərkiblərinə görə etnidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsnm kirayə yaşadığı evdən aşkar edilmiş ....” yazı və imzalar olan yaşıl rəngli polietilen bağlamada 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 3,19 qram bitki mənşəli kütlənin tərkibində sintetik kannabinoidlərə aid ADB-CHMİNACA (MAB- CHMİNACA) adlı psixotrop maddə vardır. Onun çəkisi 0,039 qram təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4646 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd üzərilərində F/M 40 göstəriciləri açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edir; üzərində “...Təqsirləndirilən şəxsnm yaşadığı mənzildən...” sözləri olan zərfdəki üzərilərində “Preqabalin 300 mq” göstəriciləri olan blisterdə və blister kəsiyində 16 ədəd ağ-tünd-qəhvəyi rəngli dərman kapsullarının əsas təsiredici maddə preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,8 qramdır; üzərində “...Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən...” sözləri olan kağız yapışdırılmış polietilen bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 0,850 qram olan ağ rəngli to şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kakaindir, üzərlərində “Methadone 40” göstəricisi olan 3 ədəd bütöv, 2 ədəd kəsilmiş blisterdə 40 ədəd üzərilərində F/M 40 göstəriciləri açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir, üzərilərində “Preqabalin 300 mq” göstəriciləri olan 4 ədəd bütöv, 1 ədəd kəsilmiş blisterdə 59 ədəd ağ-tünd-qəhvəyi rəngli dərman kapsullarının əsas təsiredici maddə preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 17,7 qramdır, 17 ədəd üzərilərində "ALYSE 150 Pregabaline" qöstəricisi olan blisterdə 238 ədəd (hər blisterdə 14 ədəd olmaqla) ağ rəngli dərman kapsullarının əsas təsiredici maddə preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 35,7 qramdır, 28 ədəd açıq-çəhrayı rəngli dördkünc formalı, 42 ədəd açıq-qəhvəyi rəngli dördkünc formalı, 2 ədəd qırmızı rəngli dairəvi formalı (ümumilikdə 72 ədəd) dərman həblərinin əsas təsiredici maddəsi psixotrop maddə - MDMA-dır (metilendioksimetamfetamindir) və həmin həblərin tərkibində MDMA-nm (metilendioksimetamfetaminin) təsir maddəsinin ümumi miqdarının 14,5 qramdır (5,6 qr + 8,4 qr + 0,5 qr), bir ədəd elektron tərəzinin səthində narkotik vasitə kokainə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. İş materiallarında olan məhkəmə kompüter texniki ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 3-16-16/2-5/1320/2023 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS 16.4.1” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 14 Pro” markalı “A2802” modelli “**********44699, **********84966” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan ''İphone 14 Pro" markalı “A2892” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, foto, audio, video fayllar, “WhatsApp”, “WhatsApp Business” proqram təminatları, “İnstoqram”, “TikTok” sosial şəbəkələr vasitəsi ilə aparılmış mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Təqdim edilmiş “İphone 14 Pro” markalı “A2892” modelli mobil smartfonun yaddaşından “TikTok” sosial şəbəkə vasitəsi ilə aparılmış dörd ədəd pozulmuş məlumat mübadilələri müəyyən olundu (bax rəyə əlavə olunmuş “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə əldə olunmuş hesabata). İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizanın 23 sentyabr 2023-cü il tarixli, 6081 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kokain və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası ekspertizanın 04 dekabr 2023cü il tarixli, 3359 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qızaında hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, mənzilindən aşkar edilmiş qurudulmuş marixunanın, sintetik kanabioidin və kokainin çəkisi ittiham aktında göstəriləndən daha az olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarından videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 41, mənzil 83 ünvanında kirayələdiyi mənzilə baxış keçirilməsi zamanı güclü təsir edən maddələrlə birlikdə kütlələrin aşkar olunaraq götürülməsi, mənzilə keçirilmiş baxış zamanı aşkar edilmiş, qablaşdırılıb üzəri imzalanaraq möhürlənmiş həmin kütlələrin narkotik vasitə tərkibli olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi və müvafiq ekspert rəyinə əsasən ekspertiza təhqiqatına göndərilmiş kütlələrin 576 qram çəkidə qurudulmuş marixuna, 3 qram çəkidə sintetik kanabioid (“Banzay”) və 0,96 qram çəkidə kokainin olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, təmiz halda 1 qramdan artıq çəkidə narkotik vasitə kokain, təmiz halda 1,6 qramdan artıq çəkidə psixotrop maddə metadon, təmiz halda 5 qramdan artıq çəkidə psixotrop maddə MDMA, təmiz halda 0,25 qramdan artıq çəkidə psixotrop maddə ADB- CHMİNACA (MAB-CHMİNACA) külli miqdar təşkil edir. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən olunmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-658/2023 saylı, 02 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 567,42 qram bitki mənşəli kütlə narkotik vasitə qurudulmuş marixuana, 0,750 qram narkotik vasitə kokain, 48 ədəd metadon həbi, 67 ədəd psixotrop maddə MDMA həbi, tərkibində ADB-CHMİNACA (MAB- CFTMİNACA) adlı psixotrop maddə olan 2,99 qram bitki tərkibli kütlə, üzərlərində «ALYSE 150 Pregabaline» göstəricisi qeyd olunmuş blisterlərdə olan 310 ədəd kapsul məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 05 ədəd “DVD” disk və 01 ədəd flaş daşıyıcı Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 231 (iki yüz otuz bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 567,42 qram bitki mənşəli kütlə narkotik vasitə qurudulmuş marixuana, 0,750 qram narkotik vasitə kokain, 48 ədəd metadon həbi, 67 ədəd psixotrop maddə MDMA həbi, tərkibində ADB-CHMİNACA (MAB-CFTMİNACA) adlı psixotrop maddə olan 2,99 qram bitki tərkibli kütlə, üzərilərində «ALYSE 150 Pregabaline» göstəricisi qeyd olunmuş blisterlərdə olan 310 ədəd kapsul məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 05 ədəd “DVD” disk və 01 ədəd flaş daşıyıcı Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ümumilikdə 231 (iki yüz otuz bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1284/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1284/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver