Məhkəmə qərarları › İş №1(101)-1285/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1285/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1285/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X4, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ödənilməmiş məhkumluğu olan, Füzuli rayonu, Məmmədxanov küçəsi, ev 8-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, ev 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə, saat 21:20 radələrində şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda, ümumi çəkisi 29,710 qram narkotik vasitə heroini və külli miqdarda, ümumi çəkisi 5,742 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66 ünvanında yerləşən “İrşad Telekom” mağazasının yaxınlığından götürüb əldə edərək daşıyıb üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 14 fevral 2022-ci il tarixdə, saat 21:50 radələrində Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ van cibində olan 1 (bir) ədəd «West silver» markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 29,710 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 5,742 qram, külli miqdarda ağ rəngli kristallşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, narkotik vasitələrdən istifadə etmişdir. Çünki o, uzun müddətdir ki, narkomandır. O, əsasən qurudulmuş marixuanadan istifadə etmişdir. O, ittiham aktında qeyd edilən narkotik vasitələri əldə edərkən həmin narkotik vasitənin marixuana olduğunu zənn edərək əldə etmişdir. Belə ki, o, tutulduğu gün, yəni 14 fevral 2022-ci il tarixdə axşam radələridə 50 manatlıq marixuana əldə etmək üçün onlayn qaydada iranlı şəxs kimi sosial şəbəkədən tanıdığı şəxsin bank kartına pul ödəmişdir. İranlı şəxs də 50 manatlıq marixuananın yerləşdirildiyi yerin şəklini çəkərək ona “Votsap” vasitəsilə atmışdır. Həmin gün o, qızla görüşüb istirahət etmək istəmişdir. Bu məqsədlə də o, marixuana alıb qızla istirahətinin daha da yaxşı olmasını istəmişdir. Sonra o, “Neftçilər” metro stansiyasının yaxınlığındakı keçmiş “Çudo Peçkanın” arxasından iranlının ona göndərdiyi marixuananı götürməyə getmişdir. O, həmin gün narkotik vasitənin yerləşdirildiyi yerə Nilgün adlı qızla birlikdə getmişdir. Onlar ora taksi ilə getmişlər. Belə ki, onlar narkotik vasitənin yerləşdirildiyi əraziyə çatdıqları zaman o, Nilgünə həmin ərazidən bir qədər aralıda dayanmasını bildirmiş, özü isə marixuananın yerləşdirildiyi yerə gedərək narkotik vasitənin olduğu qutunu götürmüşdür. O, qutunu götürdükdən sonra qutunun içinə baxmamışdır. Bundan sonra o, Nilgünün yanına gedib sonuncunu götürərək taksilərin olduğu tərəfə getmiş və taksiyə minmişlər. Onlar taksidə arxada oturmuşlar. O, taksidə qutunun içərisinə baxmışdır. Bu vaxt o, görmüşdür ki, qutunun içərisində onun sifariş verdiyi narkotik vasitə marixuana deyil, əksinə böyük çəkidə olan başqa narkotik vasitə olmuşdur. O, bunu gördükdə şok olmuş və ona görə də həmin qutunu cibinə qoymuşdur. O, iranlıdan marixuana aldığı halda, iranlının ona başqa narkotik vasitələr göndərməsini başa düşməmişdir. Bu vaxt birdən polis əməkdaşları taksini saxladaraq onları tutmuşlar. Polislər ondan narkotik vasitəni harada saxladığını soruşmuşlar. O da narkotik vasitənin özündə olduğunu demişdir. Bu vaxt polislər həm Nilgünü, həm də onu tutmuşlar. O, polislər tərəfindən təzyiqə məruz qalmamaq, eləcə də Nilgünü polislərin təzyiqindən qorumaq üçün qutunun içərisində olan narkotik vasitəni polislərə təqdim etmişdir. Bundan sonra onları Polis şöbəsinə aparmışlar. Polis şöbəsində onların üzərlərinə baxış keçirilmişdir. Nilgünün üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. O isə videoçəkiliş zamanı narkotik vasitəni cibindən çıxararaq təqdim etmiş və həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. Əslində isə onun üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. İranlı şəxs onu aldatmışdır. O, iranlı şəxsdən marixuana almaq istədiyi halda, bilmədiyi səbəbə görə iranlı şəxs ona başqa narkotik vasitə, yəni heroin satmışdır. O, özü narkoman olsa da, heç kəsə heç vaxt narkotik vasitə satmamışdır. O, marixuana almaq üçün 50 manat pul ödəmişdir. O, polislər tərəfindən ona qarşı əməliyyat tədbiri qurulduğunu və marixuananın polislər tərəfindən bilərəkdən heroinlə əvəz edildiyini düşünür. Çünki o, həmin heroini yerləşdirildiyi yerdən götürdükdən dərhal sonra saxlanılmışdır. Bu sözləri o, ibtidai istintaq zamanı təhqiqatçıya da bildirmişdir. Lakin polis əməkdaşları olan əməliyyatçılar və sonuncuların rəisi ona demişdir ki, “əgər heroinin sənə məxsus olduğunu qəbul etməsən, onda sənin yanında olan qızı narkotik vasitələrin satışı ilə bağlı həbs edəcəyik”. O, kişi olduğuna görə bir qızın həyatı ilə oynaya bilməzdi. Ona görə o, Polis şöbəsində bütün məsuliyyəti üzərinə götürmüş və bütün sənədləri imzalamışdır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nizami RPİ-nin 25-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində o, işdə, yəni xidmətdə olduğu zaman “Sərdar” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində üzərində narkotik vasitələr saxlaması, daşıması və başqa şəxslərə həmin vasitələri yayması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa onunla yanaşı, həmçinin digər əməliyyat müvəkkili Şahid3 da daxil olmuşdur. Qrupa rəhbərlik Şahid3 həvalə olunmuşdur. Bundan sonra onlar birlikdə “Sərdar” adlı şəxsin axtarışına başlamışlar. Həmin gün saat 21:50 radələrində onlar Q.Qarayev prospekti 5 ünvanında olduqları vaxt “Sərdar” adlı şəxsin əlamətlərinə oxşar bir nəfərin bir qadınla taksidən düşüb getməsini görmüşlər. Onlar dərhal həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxslərə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadədə şübhəli olduğunu bildirmişlər və buna görə də həmin şəxsləri 25-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onlarla razılaşaraq Polis şöbəsinə getmişlər. Polis şöbəsində Şahid3 raportla rəhbərliyə məruzə etmişdir. Məruzə edildikdən sonra onların və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş maddə və ya əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin cibindən 1 (bir) ədəd üzərində “West silver” yazılmış siqaret qutusunu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qutunun içərisində 2 (iki) ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın yan cibindən 1 (bir) ədəd “Samsung” markalı telefonu və “İdrak” aparatını çıxarıb masanın üstünə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “kakosu” və “şüşəni” öz istifadəsi üçün tanımadığı iranlı şəxsdən onlayn qaydada aldığını və biraz əvvəl “Neftçilər” metro stansiyasına yaxın yerdən gedib götürdüyünü bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etsə də, Sərdarın üzərində qanunla qadağan olunmuş başqa maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra digər otaqda Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin Nilgünün üzərindən qanunla qadağan olunan maddə və ya əşya aşkar olunmamışdır. Şahid1 üzərinə şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 azad olunmuş, Təqsirləndirilən şəxs barəsində isə cinayət işi başlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd üzərində «West silver» yazılmış siqaret qutusunu açaraq içərisindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş bükümləri, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd ağ rəngli “Samsung Duos” markalı mobil telefonu və 1 (bir) ədəd qara rəngli, arxasında “İdrak” yazılmış elektron nəzarət vasitəsinə aid cihazı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmaqla götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 39) görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 50-51) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 56) görünür ki, Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, həmin gün Şahid1 üzərində axtarış keçirilmiş və həmin vaxt Şahid1 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli şəxsin MSY-dən azad edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 63) görünür ki, həmin gün Şahid1 MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/928 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 67-70) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçü №165” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,742 qram ağ rəngli, kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 29,710 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-77/2022 saylı qərarından (cild 1, iş vərəqə 111-114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi mahiyyəti üzrə baxılması üçün 14 sentyabr 2021ci il tarixdə müvafiq məhkəməyə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 132) görünür ki, həmin gün Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru tərəfindən Təqsirləndirilən şəxs tətbiq edilmiş “İdrak” markalı mobil qurğu çıxarılaraq təhvil alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 871 nömrəli rəyindən (cild 1, iş vərəqə 146-148) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Duos” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hans yazışma və ya sair telefon danışıqları müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2022-ci il tarixli telefon danışıqları siyahısına haqqında protokoldan (cild 1, iş vərəqə 142) görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən telefon danışıqarı müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2313 nömrəli rəyindən (cild 1, iş vərəqə 149-150) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 151-155) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,692 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 29,610 qram təşkil edən narkotik vasitə heroinin Nizami RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 206-cı maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2022-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-262/2022 saylı qərarından (cild 1, iş vərəqə 162) görünür ki, Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-307/2022 saylı qərarından (cild 1, iş vərəqə 176-179) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 04 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Probasiya İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 229) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1939/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərarı il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 11 (on bir) gün çəkmiş, hazırda onun üzərində 5 (beş) ay 17 (on yeddi) gün müddətində çəkilməmiş cəzası mövcuddur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-297/2021 saylı hökmündən (cild 1, iş vərəqə 126-130) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə üzrə 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X2 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisi vasitəsi ilə həmin şahidlərə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs kimdən, hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə, nə vaxt külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatlarla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq külli narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı bu hissədə üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə, saat 21:50 radələrində Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq 25-ci Polis şöbəsinə aparılması, orada onun üzərinə şəxsi axtarış keçirilməsi, həmin vaxt onun əynində olmuş gödəkçənin cibindən 1 (bir) ədəd «West silver» markalı siqaret qutusunun aşkarlanması, həmin siqaret qutusunun içərisinə baxış keçirilərkən qutunun içərisindən 1 (bir) ədəd bükümdə küllli miqdarda, yəni təmiz çəkisi 29,710 qram olan narkotik vasitə heroinin və 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni 5,742 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürüləsi tam şəkildə öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri, habelə prosessual hərəkətlərin nəticəsini əks etdirən protokollar ilə tam şəkildə təsdiq olunmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərkən habelə həmin vasitə/maddələri üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri və cinayət işinin materiallarında olan sənədlərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Məhkəmə istintaqında dindirilmiş və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində bilavasitə iştirak etmiş polis əməkdaşları ifadələrində bildirmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Sərdar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində saxlaması, daşıması və istifadə etməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqında üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, habelə heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verərək göstərdi ki, o, 14 fevral 2022-ci il tarixdə Nilgün adlı qızla görüşüb istirahət etmək istəmiş, istirahətin daha maraqlı və şən olması üçün o, narkotik vasitə marixuana almaq istəmiş, bu məqsədlə internet vasitəsi ilə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan iranlı şəxsə bank hesabı yolu ilə pul göndərərək narkotik vasitə qurudulmuş marixuana sifariş etmiş, həmin iranlı şəxs də satılması barədə razılaşdıqları narkotik vasitənin yerləşdirildiyi yerin şəklini çəkərək “Votsap” sosial şəbəkəsi vasitəsi ilə ona göndərmiş, o da Nilgünlə birlikdə həmin əraziyə yaxın yerə getmiş, sonra Nilgünə aralıda dayanmasını bildirərək iranlı şəxsin yerləşdirdiyi yerdən gedib siqaret qutusunu götürmüş, həmin vaxt orada adam çox olduğundan siqaret qutusuna baxmamış, daha sonra Nilgünün yanına gedərək sonuncu ilə birlikdə taksiyə minmiş, taksidə siqaret qutusunun içinə baxdıqda orada marixuana deyil, iranlı şəxsin siqaret qutusuna başqa narkotik vasitə qoyduğunu görmüş, bir qədər getdikdən sonra onların olduğu taksi maşını polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt polis əməkdaşları onları tutub Polis şöbəsinə aparmışlar, Polis şöbəsində o, kişi olduğundan Nilgünə ziyan gəlməməsini arzulamış və nəticədə siqaret qutusunun içində olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs aşkarlanmış külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmadığını iddia etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini təhlil edərək belə nəticəyə gəlir ki, o, 14 fevral 2022-ci il tarixdə həqiqətən narkotik vasitə almaq niyyətində olmuş, bu məqsədlə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxsə müraciət edərək narkotik vasitə sifariş etmiş, habelə bunun müqabilində həmin şəxsə pul göndərmiş, nəticədə həmin şəxsin dediyi yerə gedərək əvvəlcədən razılaşdırılmış yerdən siqaret qutusunu götürmüş, həmin siqaret qutusunun içində külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmuş, polis əməkdaşları tərəfindən tutularkən külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin olduğu siqaret qutusu onun üzərində olmuş və Polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilərkən qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Göstərilən ifadənin təhlilindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qanunsuz şəkildə narkotik vasitə almaq niyyətində olmuş, bu istiqamətdə kifayət qədər fəal hərəkətlər etmiş, yəni narkotik vasitə satan şəxs axtarmış, tapdıqdan sonra həmin şəxslə danışıq apararaq müəyyən razılığa gəlmiş, razılıq əldə edildikdən sonra həmin şəxsə pul göndərmiş, nəticədə ona istiqamət verilmiş yerə gedərək oradan siqaret qutusunu götürmüşdür. Təqsirləndirilən şəxs konkret olaraq kimdən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə alması məhkəmə istintaqında müəyyən edilməsə də, onun ifadəsində göstərdiyi hərəkətləri qanunsuz şəkildə narkotik vasitə və psixotrop maddə almaq (əldə etmək) niyyətində olması nəticəsinə gəlmək üçün kifayətdir. O, üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə almaq niyyətində olmamasını məhkəmə istintaqında iddia etsə də, onun fəal hərəkətləri onu göstərir ki, o, qanunsuz şəkildə külli miqdarda qeyd edilən vasitə/maddələri əldə edərək saxlamış və daşımış, polis əməkdaşları tərəfindən tutulduqdan sonra isə qeyd edilən vasitə/maddələr məhz onun üzərindən aşkar edilərək götürülmüşdür. Həmçinin məhkəmə istintaqında təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da, məhkəmə hesab edir ki, onun tərəfindən uzun müddət ərzində istifadə üçün nəzərdə tutulmuş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edilməsi inandırıcı deyil. Bu səbəbdən də onun həmin narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi daha inandırıcıdır. Başqa sözlə, təqsirləndirilən şəxsin fəal hərəkətləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə tam şəkildə əhatə olunur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissədə, yəni külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmaması barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə həqiqəti gizlətmək, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, eləcə də üzərində daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, ona həmin əməl üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən bu hal Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi yaratmır. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi müddət ərzində yenidən qəsdən cinayət törətsə də, əvvəlki cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırıldığından, başqa sözlə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıra biləcək hal, yəni cinayətlərin residivi mövcud deyil. Ona görə də Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, habelə bu cəza həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Məhz bu qaydada təyin edilmiş cəza vasitəsilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş 5 (beş) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 2 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 07 may 2022-ci il tarixli 2313 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəyi nəzərə alaraq, məhkəmə hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,692 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 29,610 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş 5 (beş) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 2 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,692 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 29,610 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar