Məhkəmə qərarları › İş №1(101)-1285/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1285/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1285/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və nun, Zərərçəkmiş şəxs: X2 Təqsirləndirilən şəxs müdafiəçisi: “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Qax rayonu, Ləkit kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmayan, Qax rayonu, Ləkit kəndində qeydiyyatda olmalqa, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi ev 1 mənzil 50-də yaşamaqla barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə saat 05 radələrində istirahət etmək üçün getdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 saylı ünvanda yerləşən Huqqav restoranından çıxarkən həmin restoranda digər masada əyləşmiş şəxsiyyəti istintaqa məlum olmayan və alkaqol sərxoşluğu vəziyyətində olan "Samir" adlı şəxs restoranın qarşısında yolun kənarında ona yaxınlaşıb restoranda olarkən onunla bir masada əyləşmiş qıza baxmasını irad kimi bildirərək bu zəmində mübahisə etmiş, ona heç kimə baxmadığını desə də "Samir" adlı şəxs üzərində olan zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxarıb onu vuracağı ilə hədələməklə nümayiş etdirdikdə sərxoş vəziyyətdə olduğu üçün bıçaq əlindən yerə düşmüş, baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə həmin bıçağı yerdən götürüb əynində olan gödəkcənin cibinə qoyaraq oradan uzaqlaşıb getrmək istədikdə "Samir" adlı şəxslə bir masada əyləşmiş Zərərçəkmiş şəxs da onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək əlində tutduğu istintaqa məlum olmayan dəmir boru parçası ilə ona tərəf gəldiyini görmüş. Zərərçəkmiş şəxsıı nalayiq ifadələr işlətməsinə görə ondan qisas almaq məqsədi ilə az öncə hadisə yerindən götürdüyü cibində olan "Samir“ adlı həmin şəxsə məxsus bıçağı çıxarıb qəsdən iki dəfə Zərərçəkmiş şəxs boğaz və qarın nahiyəsindən vurub ona sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən sol yuxu arteriyasının şaxəsini, udlağı və əzələləri zədələyən və qarının ön divarının qarın boşluğuna nüfuz edən və nazik bağırsağı zədələyən yara kimi insan həyalı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxıldıqdan sonra hadisə yerini tərk edərək Yasamal RPİ-nin 29- cu PŞ-nə gəlib baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, “Huqqa”restoranda əyləşmiş və bir bakal pivə içmişdir. Aşağı düşəndə ona 1 nəfər yaxınlaşaraq onunla bir masada oturan qadına baxdığını demişdir. O, demişdir ki, elə şey ola bilməz. Həmin şəxs də baxdığını deyərək israr etmişdir. Onlar aşağı düşmüşlər, ona bıçaq çıxarmışdır. Onu tanımırmış. Mübahisə elədikdən sonra bıçaq yerə düşmüşdür. O da həmin şəxs getdikdən sonra bıçağı götürmüşdür və 20 Yanvar tərəfə qayıtmışdır. Arxadan Coşqun gəlmiş və nalayiq sözlər demişdir. Söyüş söydüyü gördükdə söyməməsini bildirmişdir. O bayaqkı oğlandan düşən və cibinə qoyduğu bıçağını çıxarıb onu vurmuşdur. Sonra da 29-cu polis bölməsinə gedib hadisəni danışmışdır. Hadisə səhərə yaxın saat 4-5 də olmuşdur. Harasına xəsarət vurduğunu xatırlamır. Boğazına vurduğunu belə xatırlamır. Bilmədən vurmuş ola bilər. Coşqunun əlində turba olmuşdur. Coşqun ona vurmaq istəyəndə dəyməmişdir. Restoranda tək oturub 1 bakal içmişdir. Hadisə küçədə baş vermiş və maksimum 7-8 dəyqə çəkmişdir. İlk dəfə imiş ki, Samirlə Coşqunu görürmüş. Onların birbirlərini tanıdığını bilmirmiş. Coşqunun Samirlə olan söhbətdən xəbəri olduğunu bilmirmiş. Özünü müdafiə üçün bıçağı çıxarmışdır. Coşqunun əlində turba olmuşdur, həm də o, içkili imiş. Videogörüntü olub-olmadığını bilmir. Restoranda çox adam olmuşdur. Həmin gün bayram keçirtmək üçün işdən çıxmışdır. 3 yaşında 1 uşağı vardır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Zərərçəkmiş şəxs məhkəmə prosesləri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsədə o məhkəmə proseslərinə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə proses iştirakçılarının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini və eyni zamanda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, şikayət və tələbinin olmadığını nəzərə alıb, məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valideyinləri ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşqul olur. 30 dekabr 2022-ci il tarixdə saat 01 radələrində o, tanışı Samirlə görüşüb 20 yanvar metrostansiyasımn yaxınlığında yerləşən “Huqqa” kafesinə gəlmişdir. Həmin vaxt Samirin yanında onun tanışı Leyla adlı qız olmuşdur. Onlar kafedə əyləşib spritli içki qəbul etmiş, bir neçə saat keçəndən sonra Samir masadan qalxıb əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs yanına getmiş və onlar kafenin qapısının qarşısında dayanıb söhbət elmişlər. Lakin onların nə barədə söhbət etdiklərini o, bilməmişdir. Onlar bir neçə dəqiqə keçəndən sonra kafedən çölə çıxmış, o, isə fikirləşmişdir ki, yəqin Samirlə Daşlı biri-birilərini tanıyırlar, buna görə də onların arxası ilə çölə çıxmamışdır. Bir neçə dəqiqə keçəndən sonra o, Samirin geri qayıtmadığını görüb kafedən çölə çıxmış və görmüşdür ki, kafenin qarşısında çoxlu sayda tanımadığı şəxslər toplaşıb Samirlə söhbət edirlər. Bu zaman Samir oradanqaçıb getmiş, həmin şəxslər də oradan uzaqlaşıb getmək istədikdə, o, onların çox olduğunu görüb onlara gücünün çatmadığını düşünüb yerdən dəmir borunu götürüb həmin şəxslərin arxası ilə getmiş və sərxoş vəziyyətdə olduğu üçün həmin şəxslərin ünvanına söyüş söymüşdür. Bu zaman Daşlı geri qayıtmış və onun üstünə gələn zaman o, əlində olan boru ilə Daşlını vurmaq istəmiş, lakin Daşlı kənara çəkildiyinə görə dəmir boru ona dəyməmişdir. Bu zaman Daşlı əlində olan bıçaqla ilk öncə onun qarın nahiyyəsindən, sonra isə boğaz nahiyyəsindən vurmuşdur. Zərbədən o, yerə yıxılmış və hüşunu itirmişdir. O, özünə gələndə artıq KTM-də olmuş və əməliyyat olunmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, nədə ki, onunla hər hansı bir düşmənçəliyi olmayıb, Təqsirləndirilən şəxs hadisə vaxtı ilk dəfə görmüş, hadisə zamanı onu Təqsirləndirilən şəxs başqa heç kəs vurmamış, həmin vaxt o Samirin geri qayıtmadığını görüb onun arxası ilə çölə çıxanda görmüşdür ki, Samir həmin şəxslərin yanından qaçıb getmiş, lakin həmin vaxt Samirin əlində o, bıçaq görməmişdir. Samirlə bir neçə gün qabaq həmin kafedə tanış olmuş, lakin onun təkcə adının Samir olduğunu bilir, onun heç bir anket məlumatını və ya telefon nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Özü həmin restoranda ofisiant işləmişdir, Daşlını da həmin vaxt müştəri kimi tanımışdır. 20 yanvardan keçəndə görmüşlər ki, dava-dalaş baş verir. Həmin davada Daşlı da olmuşdur. Aralamaq istəyəndə tanımadıqları şəxs Daşlıya bıçaq çıxarmışdır. Bıçaq yerə düşmüş, Daşlı da onu götürmüşdür. Həmin adam qaçıb məhəlləyə getmişdir. Onlar getmək istədikdə, görmüşlər ki, Daşqınla dava edən Coşqun əlində turba ilə Daşlıya doğru gəlir. Daşlını vurmaq istəyəndə, Daşlı ona bıçaqla vurmuş, adam yerə yıxılmışdır. Daşlı da çıxıb getmişdir. Onlar da yaralını taksiyə qoyub xəstəxanaya aparmışlar. Sonradan bilmişlər ki, tanımadıqları şəxslə zərərçəkmiş dost olmuşlarlar. Həmin şəxs Daşlıya söyüş söyürmüş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində ifadə verən Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvan ünvan 1a yerləşir, 20 yanvar metrostansiyasının təxminən 100 metrliyində yerləşir, yol kənarıdır, hadisə yerinin sağ tərəfində avtobus dayanacağı və köşk var. Hadisənin baş verdiyi avtobus dayanacağı və köşkün qarşısında cinayət işi üçün əhəmiyyəti ola biləcək hər hansı bir iz, qan ləkəsi və ya maddi sübut aşkar olunmamışdır. Yolun sol tərəfində isə yaşayış binaları mövcuddur. Baxış zamanı istər sağ istiqamətdə, istərsə də sol istiqamətdə TŞ kamerasının olması müəyyən edilməmişdir. Baxış keçirilərkən "İPHONE 11 Pro" markalı mobil telefondan fotoşəkillər çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi bıçaq həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Anar Allahyarov tərəfindən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gəlmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 31 dekabr 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 dekabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 03 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, hadisə yerində verdiyi ifadəsini əyani olaraq təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 10 yanvar 2023-cü il tarixli götürmə haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol kofta, 01 ədəd qolsuz kofta, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar və 01 cüt ayaqqabı maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X10 tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli, 91 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən sol yuxu arteriyasının şaxəsinin, udlağm və əzələnin zədədlənməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, qarının ön divarının qarın boşluğuna nüfuz edən və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyti Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/28 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi götürülmüş soyuq silah hesab edilən bıçaq Təqsirləndirilən şəxs məxsus olmadığı üçün barəsində soyuq silah gəzdirməsinə görə cinayət təqibi rədd edilmiş və material ayrılaraq, prokurorluğa göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 maddi sübutların ekspertizası üzrə 31 yanvar 2023-cü il tarixli, 24/2023-MTBŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus cins şalvar, qısaqol mayka, idman maykası, bir cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olundu. Təqdim olunan maddi sübutlar üzərində aşkar olunan insan qanı ləkələrində qrup mənsubiyyətinin təyini Zərərçəkmiş şəxs nümunə obyekti təqdim olunduqdan sonra məqsədə uyğun hesab edilir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 məhkəmə tibbi-kriminalistik ekspertizasının 20 fevral 2023-cü il tarixli, 25/MTKŞ-2023 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın, qolsuz koftanın və qolsuz maykanın hər birinin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmişkəsilmiş zədə var. Bu zədəd iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus paltarlar (iki ədəd koftanın və maykanın) üzərində olan deşilmiş-kəsilmiş zədə onun bədəni üzərindəki qarının ön divarının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarət yerləşməsinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan digər xəsarət bədənin paltarlarla örtülü olmayan nahiyyəsində yerləşdiyindən, təqdim edilmiş paltarlar üzərində əks olunmamışdır. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədənin hansı şəraitdə (əlbayaxa savaşma və sair) yetirilməsinin qiymətləndirilməsi ekspertin səlahiyyətlərinə aid deyil. Zərərçəkmiş şəxs məxsus cins şalvarın və bir cüt ayaqqabının üzərində zədəd aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində məhkəmə-tibbi bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: Qısaqol koftanın üzərində olan ləkələrin əksəriyyəti qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş ləkələr, ön səthdə yerləşən bəzi ləkələr qan mənbəyindən cüzi axıııtı nəticəsində əmələ gəlmiş ləkələrdir.Qolsuz koftanın üzərində olan ləkələrdən ön səthdə olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələr, arxa səthdə yerləşən ləkələr zəif statiki və az kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir.Qolsuz maykanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir.Cins şalvarın üzəırində olan ləkələr qarışıq ləkələrdir, onlardan bəzisi qan mənbəyi ilə (qanlı səthlə) zəif atatiki və az dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələr isə öz ağırlığı ilə düşən damcı xarakterli ləkələrdir.Bir cüt ayaqqabının üzərində əlan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statiki kontakt nəticəsində və sonradan ayaqqabıların kənarlarına doğru axıntı şəkilli əmələ gəlmiş ləkələrdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə- psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli, 844 saylı rəyində göstərilmişdir ki, cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmə! barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətlıori Azərbaycan Respublikası CM-niıı 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 31 dekabr 2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını və istintaq orqanına könüllü olaraq gəlməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı Şəhəri Yasamal rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol kofta, 01 ədəd qolsuz kofta, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan Bakı Şəhəri Yasamal rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol kofta, 01 ədəd qolsuz kofta, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar