Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1285/2025 16.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 14 avqust 1991-ci il tarixdə Ağdərə rayonunun Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-95/2020 saylı, 30 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1355/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, heç bir yerdə işləməmiş, Tərtər rayonunun Umudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 21 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 69/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi və tamah niyyəti İlə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şahzad» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şahzad» adlı şəxsin və qeyrilərinin satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq xüsusilə külli miqdarda 1740,519 qram çəkidə narkotik vasitə heroini, xüsusilə külli miqdarda 1457,932 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 4255 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, birinin üzərində psixotrop maddə metamfetaminin və digərinin üzərində narkotik vasitə heroinin izləri olan ümumilikdə 02 ədəd elektron tərəzini əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanının mətbəxində olan dolabda saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə saat 00:23-də ünvan 3 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq qeyd edilən ünvanın yaxınlığında 21 yanvar 2025-ci il tarixdə saat 00:27-dən etibarən Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqdan sonra həmin gün saat 00:31dən etibarən yaşadığı mənzilinə özünün icazəsi və iştirakı ilə baxış keçirilən zaman onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 40 ünvanında yerləşən 20 saylı mənzilin mətbəxindəki ağ rəngli taxta dolabda olan dörd ədəd sellofan torbanın və bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın içərisindən külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qr, 1030 qr, 990 qr, 215 qr və 1015 qram olmaqla ümumi təmiz çəkisi 4255 qram olan öz aralarında tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd bağlamanın içərisindən xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 490 qr, 145,083 qr, 145,436 qr və 960 qram olmaqla ümumi təmiz çəkisi 1740,519 qram olan öz aralarında tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bağlamanın içərisindən xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 415 qr, 995 qr və 47,932 qram olmaqla ümumi təmiz çəkisi 1457,932 qram olan öz aralarında tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, birinin üzərində psixotrop maddə metamfetaminin və digərinin üzərində narkotik vasitə heroinin izləri olan ümumilikdə 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtarmışdır. Bir müddət əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə iranlı “Şahzad” adlı şəxslə tanış olmuşdur. Şahzad ona İran İslam Respublikasının vətəndaşı olduğunu, istədiyi təqdirdə narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri onun dediyi ünvanlara qoyub qazanc əldə edə biləcəyini bildirmişdir. Maddi imkanı zəif olduğu üçün “Şahzad” adlı şəxslə danışmış, danışıq əsnasında “Şahzad” adlı şəxs ona birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Buna görə də ona narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni onun dediyi ünvanlara qoya biləcəyini bildirmişdir. İranlı “Şahzad” adlı şəxs isə narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitənin deyilən ünvanlara qoymaq müqabilində ona 3000 manat pul verəcəyini bildirmişdir. 20 yanvar 2025-ci il tarixdə “Şahzad” adlı şəxs axşam saatlarında onunla əlaqə saxlayaraq Abşeron rayonunda Qobu yolu deyilən əraziyə narkotik vasitə və psixotrop maddə qoyduracağım və həmin narkotik vaitə və psixotrop maddələri götürüb onun dediyi ünvanlara qoymağını bildirmişdir. “Şahzad” adlı şəxslə razılaşıb onun dediyi Abşeron rayonu Qobu yolu deyilən ərazidə atdığı məkandan narkotik vasitə və psixotrop maddələri götürmüşdür. Onun göndərdiyi torbada narkotik vasitə və psixotrop maddələrdən başqa iki ədəd elektron tərəzidə olmuşdur. Həmin torbam götürüb yaşadığı ünvan 1 ünvanına gətirmişdir. Həmin narkotik vasitə, psixotrop maddələri və iki ədəd elektron tərəzini həmin ünvanda mətbəxdə olan ağ rəngli taxta dolabın içərisində gizlətmişdir. Evdə narkotik vasitələri gizlətməyi barədə heç kimə deməmişdir. Bundan sonra isə evdən çıxmışdır. 21 yanvar 2025-ci il tarixdə saat 00:23 radələrində ünvan 5 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd üzərində ***- ***-**-** nömrəsi olan “İphone” markalı mobil telefonu, bir ədəd üzərində ***-***-**-** nömrəsi olan Redmi markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən bir ədəd açarı təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon götürülmüş, bir ədəd açar isə ona qaytarılmışdır. Daha sonra narkotik vasitələrin saxladığı ünvan 6 ünvanına qalxmışdır. Qapını döyəndə qapını onunla birlikdə yaşayan Şahid2 açmışdır. Polis əməkdaşları Günaya özlərini təqdim etmişdir. Daha sonra polis əməkdaşları mənzildə saxladığı qanunla qadağan edilmiş kütlələri təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra yaşadığı mənzilin mətbəxindəki taxta dolabdan dörd ədəd bağlamada və bir ədəd torbanın içərisində qurudulmuş marixuana kütlələrini, dörd ədəd bağlamada heroin kütlələrini, üç ədəd bağlamada psixotrop maddə metamfetamin kütlələrini və iki ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər hissələrindən əlavə olaraq heçə götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİQ baş əməliyyat müvəkkili, polis mayoru X8 ifadəsində göstərmişdir ki, 20 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün 21 yanvar 2025-ci il tarixdə həmin ünvana gəlmişlər. Həmin gün saat 00:23-də əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvanda olduğu zaman Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib ondan özünü təqdim etməyini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinin videoçəkilişlə yoxlanılacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxladığı yerdən 5 metr kənara aparmış və üzərində videoçəkilişdən istifadə etməklə yoxlama aparmağa başlamışdır. Üstünü yoxlamadan əvvəl ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd İphone markalı mobil telefonu, bir ədəd Redmi markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd açarı çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Sahildən heç bir əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon Sahildən götürülmüş, bir ədəd açar isə Sahilə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirmək üçün yollanmışdır. ünvan 6 ünvanına çatıb orada videoçəkilişlə baxış davam etdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana çatanda qapını döydükdə qapını bir nəfər qadın açmışdır. Həmin qadına özünü təqdim edib polis əməkdaşları olduğunu bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Şahid2 olduğunu və Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikah münasibətində olduğunu bildirmişdir. Bundan sonra mənzilə baxış davam edirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx otağındakı taxta dolabdan dörd ədəd bağlamada və bir ədəd torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələri, dörd ədəd bağlamada heroinə bənzər kütlələri, üç ədəd bağlamada metamfetaminə bənzər kütlələri və iki ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, eletron tərəzilər ilə birlikdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni “Şahzad” İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 1 gün qabaq Abşeron rayonu (Qobu yolu) ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona pul verəcəyini, başqa heç yerdə qanunla qadağan edilmiş kütlə saxlamadığını, Şahid2 aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra üstü yoxlama və mənzilinə baxış keçirilməsi qurtarmış, videoçəkiliş dayandırılmışdır. Protokol tərtib etmək üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. Orada protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəyə bənzər maddələri təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin predmetlərə yenidən videoçəkilişlə baxış keçirilmiş, yenidən həmin predmetlər qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim olunmuş, dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçi gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİQ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 20 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrlə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində onun ünvan 3 ünvanının yaxınlığında olduğu müəyyən edilmiş, bu səbəbdən 21 yanvar 2025-ci il əməliyyat qrupu ilə birlikdə həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs oxşar bir şəxsi görərək ona yaxınlaşmış, özünü təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişdir. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona üzərinin videoçəkilişlə yoxlanılacağını bildirilmiş, təxminən 5 metr kənara apararaq yoxlamaya başlamışdır. Yoxlamadan əvvəl üzərində qanunsuz əşya varsa, könüllü təqdim etməsini təklif etmiş və bundan sonra o, şalvarının sağ cibindən “İphone” və “Redmi” markalı iki mobil telefonu, sol cibindən isə bir ədəd açarı təqdim etmişdir. Yoxlama zamanı əlavə əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən iki mobil telefon götürülmüş, açar isə qaytarılmışdır. Daha sonra onun yaşadığı ünvan 8 ünvanına baxış keçirmək üçün yollanmışlar. Qapını bir qadın açmış, özünü Şahid2 kimi təqdim edərək Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikah münasibətində olduğunu bildirmişdir. Mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdə qanunsuz əşya varsa, təqdim etməsi təklif edilmiş və o, mətbəxdəki taxta dolabdan marixuanaya, heroinə və metamfetaminə bənzər kütlələri müxtəlif bağlamalarda, həmçinin iki ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr tərəzidə çəkilərək qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Mənzilin digər hissələrindən əlavə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri “Şahzad” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə, bir gün əvvəl Abşeron rayonu, Qobu yolu ərazisində gizlədilmiş yerdən götürdüyünü, bunun müqabilində pul alacağını, Şahid2 isə bu maddələrdən xəbərsiz olduğunu bildirmişdir. Şahid2 da maddələrdən xəbərsiz olduğunu təsdiq etmişdir. Daha sonra baxış tədbirləri başa çatdırılmış, videoçəkiliş dayandırılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsində protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. Aşkar edilmiş maddələr təhqiqatçıya təqdim olunmuş, onlara yenidən baxış keçirilərək qablaşdırılıb möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üçün dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçi gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Sahil saxlanılmamışdan 30-40 dəqiqə öncədən getdiklərini, Sahilin saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, anten məlumatlarında yaranmış ziddiyətin texniki problemlərdən qaynaqlana biləcəyini, Sahil saxlanılan zaman orada olduğunu, lakin həmin vaxt başqa əməliyyatla ilə bağlı hər hansı digər bir əraziyə getmiş və yenidən qayıtmış ola biləcəyini, bunu dəqiq xatırlamadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qara Qarayev ərazisində yaşadıqları mənzildə anası, o və Sahil olan zaman, Sahilə dostu tərəfindən zəng gəldi. Dostu zəngdə bildirdiki, maşınını cərimə meydançasına aparıblar, o isə dostuna ora gedə bilmədiyini, əgər mümkün olarsa, özünün həll etməsini xahiş etdi. Dostu, Sahilin getməyinin vacib olduğunu bildirdi. Sahil getdikdən 10-15 dəqiqə sonra isə 7-8 polis əməkdaşı, Sahil ilə birlikdə içəri daxil oldular. Anası ilə ona digər otağa keçməli olduqlarını bildirdilər. Onlar otaqda olduqları zaman, polislərlə birlikdə Sahil də mətbəxdə idi. Bir qədər söhbət etdikdən sonra onlar çəkiliş məqsədli yenidən evə daxil oldular. Bu zaman artıq ondan qapını açmağı, anasının isə şkafın içində gözləməli olduğunu bildirdilər. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, A.Sahil ilə 7-8 ay idi ki, qeyri rəsmi nikah münasibətlərində, kirayə mənzil tutaraq yaşayırdılar, o, Sahilin narkotik vasitədən istifadə etməsinin şahidi olmayıb, hadisədən bir gün öncə o, Gəncə şəhərində, Sahil isə Tərtər rayonunda olmuş, hadisə baş verən günü Sahil evdə olub, Sahil maşını cərimə meydançasından götürmək üçün dayısı oğlu ilə gedib, hadisə vaxtı Sahilin maşını dostu Ceyhunda olub, Sahilin o və anası ilə təhdid edildiyini eşitmiş, evdə çəkiliş aparılan zaman 3 nəfər polis əməkdaşı var idi, digərləri isə evin aşağısında idilər, hadisə günü o, mətbəxdə yemək bişirdiyini və orada heç bir bağlama görmədiyini, narkotik vasitələr aşkar olunan gözdə qazanların olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid2 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 21 yanvar 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə saat 00:23-də ünvan 3 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq qeyd edilən ünvanın yaxınlığında 21 yanvar 2025-ci il tarixdə saat 00:27-dən etibarən Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqdan sonra yaşadığı mənzilinə baxış keçirilən zaman onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 40 ünvanında yerləşən 20 saylı mənzilin mətbəxindəki ağ rəngli taxta dolabda olan dörd ədəd sellofan torbanın və bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, dörd ədəd bağlamanın içərisindən narkotik vasitə heroinə bənzər maddə, üç ədəd bağlamanın içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 21 yanvar 2025-ci il tarixli «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilinə baxış keçirilən zaman onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 40 ünvanında yerləşən 20 saylı mənzilin mətbəxindəki ağ rəngli taxta dolabdan aşkar edilərək götürülmüş dörd ədəd sellofan torbanın və bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın içərisindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr təhqiqatçı tərəfindən baxış keçirilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli, 7/131 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs sözləri olan bir ədəd çantadakı üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 415 qr, 995 qr, 47,932 qram, ümumi təmiz çəkisi 1457,932 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 490 qr, 145,083 qr, 145,436 qr, 960 qr ümumi təmiz çəkisi 1740,519 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır, bir ədəd elektron tərəzinin üzərində heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli, 7/131 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs : Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan çantada 4 ədəd sellofan torbada, 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri - 1005,0 qram, 1030,0 qram, 990,0 qram, 215,0 qram, 1015,0 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 4255,0 qramdır. Tədqiqata təqdim olunmuş 4 ədəd sellofan torbada və 1 ədəd qara rəngli sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan 07 fevral 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Tərtər Rayon İcra Hakimiyyətindən verilmiş 11 fevral 2025-ci il tarixli, 5-78/2-100/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmuş, narkotik vasitələrin aludəçisi kimi vətəndaşlar arasında tanınmışdır. Cinayət işinin materiallarında olan 12 fevral 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 fevral 2025-ci il tarixli 916 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 27 fevral 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri satış məqsədilə qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan Şahzad adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsində “Şahzad” adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiklərinə, sonuncunun xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin onların qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikası ərazisinə gətirmələri, Şahid2 ilə əlbir olubolmamasını, “Şahzad” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan “Azercell Telecom LLC”-dən daxil olmuş 31 oktyabr 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, təqsirləndirilən şəxs S.Məmmədov saxlanıldığı gün Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ərazisində olmuş, X6 20 yanvar 2025-ci il tarixdə, saat 23:05 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ərazisində olmuş, X5 21 yanvar 2025-ci il, saat 01:24 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 25 noyabr 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs saxlanılan saatlardan 8 dəqiqə öncə, yəni saat 00:15 radələrində ünvan 12ndə olmuş, saat 00:23 radələrində Bakı şəhəri, Ü.Hacıbəyli küç, 62/Khatai ünvanında, saat 00:30 radələrindən 12:00-a qədər isə Badamdar servis, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, Səbail ünvanında olmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 yanvar tarixində Günay Xəlafova və anası İradə Məmmədovanı götürüb Bakı şəhərinə gəlmişdir. 20 yanvarda onu YPX inspektoru saxlamış və sərxoş olduğu üçün maşını cərimə meydançasına aparmışdır. 20 yanvar günü saxlanılmışdır. Maşını çıxartdıqdan sonra maşın dostunda olmuşdur. Daha sonra dostu ona zəng etmiş və onu YPX əməkdaşlarının saxladığını bildirmiş, ondan gəlməsini xahiş etmişdir. O, dayısıoğluna zəng etmiş və onu gəlib gəlib aparmasını xahiş etmişdir. Evdən çıxıb gedən zaman polis əməkdaşları onu saxlamışlar. Həmin an üzərində telefon və 200 manat pul olmuşdur. Polis əməkdaşları onu Günay və anası ilə təhdid etmişlər və ona görə də ittihamı qəbul etmişdir. Narkotik vasitəni evə polis əməkdaşları yerləşdirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, CÇM-dən çıxdıqdan sonra marixuanadan istifadə etdiyini və fərqli adamlardan aldığını, ittihamdakı narkotik vasitələrin ona aidiyyatı olmadığını, Şahzad adlı İİR vətəndaşını tanımadığını, İranlıdan narkotik vasitə almadığını, saxlanıldığı mənzili kirayə tutduğunu və orada Günay və onun anası ilə yaşadığını, onu YPX inspektorunun 20 yanvar ərazisində saxladığını, səhər saat 10 radələrində Sənan ilə gedib maşını cərimə meydançasından götürdüyünü, evə günorta saatlarında qayıtdığını, bundan sonra maşının dostu Ceyhunda olduğunu, saat 7 radələrində Ceyhunun ona zəng edib maşınının YPX tərəfindən saxlanıldığını və ondan gəlməsini istədiyini, həmin vaxt evdə Günay və anasın da olduğunu, dayısıoğluna onu aparması üçün zəng etdiyini, saxlanılan zaman 7-8 nəfər polis əməkdaşının və binanın nəzarətçisi İftixarın da orada olduğunu, saxlanıldıqdan sonra polis əməkdaşları yaşadıqları evə qalxdıqlarını, 3-4 saat evdə olduqlarını, axtarış aparılsa da heç nə tapa bilmədiklərini, çəkiliş vaxtı polis əməkdaşlarının Günayın anası İradəni şkafa keçirtdiyini bldirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə günü qızı Şahid2 yaşadığı evdə yemək yeməyə hazırlaşan zaman Sahilə dostu tərəfindən zəng gəlmiş, maşının cərimə meydançasında olduğunu və Sahildən gəlməsini istəmişdir. Sahil zəngdən sonra getmiş və geri qayıdanda yanında 7-8 nəfər polis əməkdaşı var idi. Sahil polis əməkdaşları ilə birlikdə evə daxil olmuş və polis əməkdaşları o və qızını yataq otağına keçirtmişlər. Sahil polis əməkdaşları ilə birlikdə mətbəxdə qalmışdır. Çəkiliş aparılan zaman o, şkafda olmuşdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq onun da qızı ilə birlikdə Gəncə şəhərinə getdiyini, axşam 9-10 radələrində Gəncədən birlikdə Bakı şəhərinə qayıtdığını, polis əməkdaşları evə daxil olan zaman yataq otağında olduğunu, “haradan almısan?, haradan gətirmisən?” tipli cümlələr eşitdiyini bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Sahilin axşam saat 9 radələrində ona zəng etdiyini və maşınını cərimə meydançasından çıxartmq üçün onun ilə birgə getməyi xahiş etdiyini, binanın girişində Sahili 7-8 nəfər polis əməkdaşı ilə gördüyü üçün ona yaxınlaşmadığını lakin Sahilin valideynlərinə bu barədə məlumat verdiyini, Sahilin onun istifadəsində olan ********** saylı nömrəsinə zəng etdiyini bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. Hadisə günü saat 5-6 radələrində Sahili evə yola salmış və bundan sonra onu polis əməkdaşları saxlamış və maşını cərimə meydançasına aparmışlar. Daha sonra o Sahilə zəng etmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Sahilin polis əməkdaşları tərəfindən saxlanıldığını bir gün sonra Sahilin qohumlarından eşitdiyini, narkotik vasitələrdən istifadə etədiyini və Sahilin də hər hansı narkotik vasitədən istifadə etməsinin şahidi olmadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.3.3- Qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin xüsusilə təhlükəli residivini yaradır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 56.1.4 - Azadlıqdan məhrum etmə növündə cəzanın cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 65.2 – Xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün dörddə üçündən az ola bilməz. Maddə 67.1 – Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 76.6.3 - Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Maddə 83.3.4 - Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar 400 qramdan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə heroinin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar, 800 qramdan artıq olduqda xüsusilə külli miqdar, və narkotik vasitə qurudulmuş marixuananın çəkisi 5 qramdan artıq xeyli miqdar, 500 qramdan artıq külli miqdar, 50000 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı Qərarın 9-cu bəndi - Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin növü qadağan olunmuş əşya olduğundan və narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xüsusi ilə külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Şahid2 və X5 iş üzrə maraqlı şəxslərdirlər, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz, sonuncuların məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınması üçün verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Bundan başqa Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşlarının ona psixi təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi psixotrop maddənin özünə məxsus olmasını etiraf etməsi, 20 yanvar tarixində saxlanılması ilə bağlı etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “Azercell Telecom LLC”-dən daxil olmuş 31 oktyabr 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, təqsirləndirilən şəxs S.Məmmədov saxlanıldığı gün Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ərazisində olmuş, X6 20 yanvar 2025-ci il tarixdə, saat 23:05 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ərazisində olmuş, X5 21 yanvar 2025-ci il, saat 01:24 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ərazisində olmuşdur. Həmçinin cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 25 noyabr 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs saxlanılan saatdan 8 dəqiqə öncə, yəni saat 00:15 radələrində ünvan 12ndə olmuş, saat 00:23 radələrində Bakı şəhəri, Ü.Hacıbəyli küç, 62/Khatai ünvanında, saat 00:30 radələrindən 12:00-a qədər isə Badamdar servis, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, Səbail ünvanında olmuşdur. Məhkəmə Şahid1 Təqsirləndirilən şəxs saxlanılan zaman anten məlumatının başqa bir ərazidə göstərilməsi ilə bağlı yaranmış ziddiyyət ilə əlaqəli hesab edir ki, Müdafiəçi2 21 yanvar 2025-ci il tarixdə saat 00:15 radələrində ünvan 12 ünvanında olmuşdur. Həmçinin Müdafiəçi2 məhkəmə iclasında ona anten məlumatlarında yaranmış ziddiyyət ilə bağlı sual verilən zaman bildirmişdir ki, “o, həmin gün başqa bir əməliyyat tədbiri ilə əlaqəli digər bir əraziyə də gedib və qayıtmış ola bilər, bunu tam olaraq xatırlamır”. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında beş ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətməsini cinayətlərin xüsusilə təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1355/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Bundan başqa işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə ona istinad edilən cinayət əməllərini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən az olmamaqla cəza təyin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1355/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və cəzanın çəkilməsi xüsusi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1740,319 qram olan narkotik vasitə - heroin, 4254,75 qram narkotik vasitə - qurudulmuş marixuana, 1457,782 qram psixotrop maddə - metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan 02 (iki) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 33 (otuz üç) manat məbləğində vəsait «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1355/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-95/2020 saylı, 30 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1740,319 qram olan narkotik vasitə - heroin, 4254,75 qram narkotik vasitə - qurudulmuş marixuana, 1457,782 qram psixotrop maddə - metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 33 (otuz üç) manat məbləğində vəsait «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1285/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1285/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver