Məhkəmə qərarları › İş №1(101)-1286/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1286/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1286/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S.Axundov küçəsi, ev 2A ET, mənzil 1-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan “Müştaba” adlı İran İslam Respublikasının vətəndaşının Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində hasarın kənarında istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi 1 (bir) ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış qəhvəyi rəngli təmiz çəkisi 0,841 qram olan narkotik vasitə heroini, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada təmiz çəkisi 0,069 qram və 1 (bir) ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada təmiz çəkisi 2,191 qram, ümumi təmiz çəkisi 2,260 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini sonuncuya 138 manat ödəməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımışdır. 01 aprel 2021-ci il tarixdə, saat 04:30-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında olarkən Bakı şəhəri Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq həmin İdarənin 27-ci Polis bölməsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış qəhvəyi rəngli təmiz çəkisi 0,841 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada təmiz çəkisi 0,069 qram və 1 (bir) ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada təmiz çəkisi 2,191 qram, ümumi təmiz çəkisi 2,260 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 10 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. O, tutulmamışdan bir müddət əvvəl təxminən 1,5 qram çəkidə psixotrop maddə metamfetamin almışdır. O, aldığı psixotrop maddənin bir hissəsini çəkdikdən sonra qalan hissəsini növbəti dəfə istifadə etmək üçün üzərində saxlamışdır. O, tutulan vaxt üzərində təxminən 1 (bir) qram metamfetamin olmuşdur. 01 aprel 2021-ci il tarixdə səhərə yaxın o, ünvan 1 ünvanın qarşısında olduğu vaxt 2 (iki) nəfər post patrul xidmətinin əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşları ona narkotik vasitə istifadəçisinə oxşadığını bildirərək özləri ilə birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində o, üzərində olan metamfetamini polislərə təhvil vermişdir. Lakin polislər ona bəzi oğurluq hadisələrini “boynuna almağını” bildirmişlər. O, polislərə ən xırda oğurluq hadisəsinin boynuna almayacağını bildirmişdir. Belə olduqda polislər ona əlavə olaraq 1 (bir) büküm də narkotik vasitəni boynuna almalı olduğunu bildirmişlər. O, boynuna oğurluqla bağlı cinayət “yüklənməsin” deyə polislərlə razılaşmış və üzərində psixotrop maddədən əlavə narkotik vasitənin də olması barədə etirafedici ifadə verəcəyini bildirmişdir. Sonra onun üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış başlanmazdan əvvəl həmin əlavə bükümü ona vermişlər. O da baxış zamanı üzərindən içərisində heroin və metamfetamin olan 2 (iki) bükümün ona məxsus olduğunu bildirmişdir. Psixotrop maddə ona məxsus olsa da, narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Onun xidmət etdiyi inzibati əraziyə ünvan 2 ünvan da daxil olmuşdur. 01 aprel 2021-ci il tarixdə, saat 04:30-da Bakı şəhəri Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin, eləcə də psixotrop maddələrin istifadəsində şübhəli bilindiyi üçün həmin Polis bölməsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış və bu vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri 31 mart 2021-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının Müştaba adlı vətəndaşından Rusiyada yaşayan Tatyana adlı tanışı vasitəsi ilə aldığını bildirmişdir. Bundan sonra, yəni 02 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və sonuncunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitələri hansı mənbədən əldə etdiyini müəyyən etmək məqsədi ilə sosail şəbəkədə, yəni «GOOGLE», «FACEBOOK» və «İNSTAGRAM» sosail şəbəkələrində Təqsirləndirilən şəxs bildirdiyi «Mushtaba», «Tatyana Berminqova» və özünün istifadə etdiyi «RElektron ünvan 1» adlı hesabların mövcudluğu axtarış sistemi vasitəsi ilə yoxlanılsa da, göstərilən adlar altında sosial şəbəkələrdə istifadəçilər aşkar edilməmişdir. Eyni zamanda keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni hansı mənbədən və ya kimdən əldə etməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı barədə bir-sıra əməliyyat məlumatları daxil olsa da, Təqsirləndirilən şəxs məhz kimə və nə vaxt narkotik vasitə və psixotrop maddə satması faktını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yasamal RPİ-nin PPX Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. O, 01 aprel 2021-ci il tarixdə xidmətdə olmuşdurş Həmin gün təxminən gecə saat 04:30 radələrində o, iş yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanın qarşısında təxminən 30-32 yaşlı bir kişinin tək dayandığını görmüşdür. O, həmin şəxsin hərəkətlərindən sonuncunun narkomaniya xəstəsi olduğu qənaətinə gəlmişdir. Belə ki, həmin şəxs özünü qəribə və şübhəli apardığından onların diqqətini çəkmişdir. Buna görə də onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə narkotik vasitələrin istifadəsində şübhəli olmasını ehtimal etdiklərini bildirərək ərazi üzrə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinə onlarla getməsini təklif etmişlər. Həmin şəxs də etiraz etməyərək onlarla birlikdə Polis bölməsinə getmişdir. Həmin bölmədə onların tutuduqları şəxsin 1989-cu ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S. Axundov küçəsi, ev 2A ET, mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Onlar Polis bölməsində Təqsirləndirilən şəxs tutulması barədə raport tərtib edərək bölmənin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxsla bağlı araşdırmanın aparılması Polis bölməsinin təhqiqatçısı Fərid Şirinova həvalə edilmişdir. Sonra təhqiqatçı Fərid Şirinov Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş, həmçinin sonuncuya üzərində şəxsi axtarış və götürmə aparılacağı barədə məlumat vermişdir. Eyni zamanda Polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri Mərkəz Vəkil Bürosundan vəkil X3 dəvət edilmişdir. Sonra təhqiqatçı X8 Səfərovun şübhəli şəxs qismində tutulmasını rəsmiləşdirməyə başlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və Təqsirləndirilən şəxs bununla bağlı öz etirazını bildirməmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, həmin əşya və predmeti təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli toz şəklində narkotik vasitəyə bənzər maddəni, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində ağ kristal formada psixotrop maddə metamfetaminə bənzər maddəni və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ kristal formada psixotrop maddəyə bənzər maddəni təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddələri 31 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində İran İslam Respublikasının vətəndaşı olan “Müştaba” adlı şəxsdən Rusiyada yaşayan Tatyana adlı tanışının vasitəsi ilə 138 manat pulun müqabilində aldığını və qeyd edilən maddələri Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Çermet” körpüsünün yaxınlığındaki hasarın yanından gedib götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bükümlər götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə video çəkilişlə qeydə alınmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları həmin gün saat 04:30 radələrində ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayaraq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinə aparmışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki göy rəngli cins materialından hazırlanmış şalvarın sağ yan cibində saxladığı 3 (üç) ədəd bükümü cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərin içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli toz şəklində olan narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində ağ kristal formada olan psixotrop maddə metamfetaminə bənzər maddə və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ kristal formada olan psixotrop maddə metamfetaminə bənzər maddə olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs ümumilikdə 3 (üç) ədəd bükümün ona məxsus olduğunu, 31 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində tanımadığı “Müştaba” adlı İran İslam Respublikasının vətəndaşının hal-hazırda nömrəsini xatırlamadığı bank hesabına Rusiya Federasiyasında yaşayan Tatyana adlı tanışının vasitəsi ilə 138 manat pul göndərdiyini, bundan bir qədər sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, “Çermet” körpüsünün yaxınlığında adını bilmədiyi zavodun hasarın dibindən həmin bükümləri götürdüyünü bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1280 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 35-36) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində zərfdə “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,841 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,069 qram və 2,191 qram, ümumi təmiz çəkisi 2,260 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Psixotrop maddə Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madələr”-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-163/2021 saylı qərarından (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 124) görünür ki, əvvəllər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və onun barəsində olan cinayət işinə 24 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X7 1001 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 101-102) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “şizofreniya” paranoid forma remissiya vəziyyəti aşkar edilir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə onda qeyd olunan «Şizofreniya paranoid forma» xroniki psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunun əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci madəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda “şizofreniya” paranoid forma xroniki psixi xəstəliyin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs oğiu anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda “şizofreniya” xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırkı psixi xəstəliyinə görə onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2021-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsi tərəfindən verilmiş əməliyyat tapşırığına dair cavab məktubundan (cild 1, iş vərəqə 92) görünür ki, “Google”, “Facebook” və “İnstagram” sosial şəbəklərində Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu “Mushtaba”, “Tatyana Berminqova” və özünün istifadə etdiyi “RElektron ünvan 1” adlı hesabların sosial şəbəkələrdə istifadəsi aşkar edilməmiş, bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatları əldə olunsa da, onun məhz kimə, nə vaxt hansı vasitə və maddə satması müəyyən olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2019-cu il tarixli stasionar müalicə ilə bağlı tibbi sənəddən (cild 1, iş vərəqə 68) görünür ki, Təqsirləndirilən şəxs “Şizofreniya paranoid” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 96-99) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin mobil telefon nömrəsi 01 yanvar 2021-ci il tarixdə, saat 00:05:37-də aktivləşdirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən 01.01.2021-ci il tarixdən 31.03.2021-ci il tarixədək olan müddətdə müxtəlif şəxslərin istifadəsində olan müxtəlif mobil telefon nömrələrinə: “Qaqa Quran hagı cox pisen de mene bır wey elede gelinde pulls yoxdu ozum vezyetden cixarim halim yoxdu qurban olum okey ele de brat”, “Lirika isteyirsen qedir qotuemeve he vox denen tez”, “Wevin var yetim pul la va bartere hee”, “Bagir hec bir karta pul vurma menkr menle elaqe saxla” məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa, 01.01.2021-ci il tarixdən 31.03.2021-ci il tarixədək olan müddətdə müxtəlif şəxslərin istifadəsində olan müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə: “Brad yoxdu pati mende”, “**********749569 budu karti qaqa pul atanda de deyim ona cixartsin”, “Pul var ev axsam kec buna bir iki tustu verek pullu cixartsin”, “05 lazimdi ac bidene”, “Qaqa pul bizdedi ha gel”, “Simpanze pati qöturmey olar sennen”, “rehim menem efi mencun elave ele 10 da verecem naadi aelen”, “Bu ne hereketdi edirsen colde oldum men lomkadan”, “Yalanci aelmedin dunen mende lomkadan olmuwem. Olurem helemde”, “Orda polis cox olur bu vaxti”, “Dermanida qetir balamin tek cani qapidan verek aprsin pulun rehim papamin qebri narahat qalmsin denen isdivir ele ozu qetirsin verim pulun”, “Q....e qede patun var”, “Yigramda acmirsan dunenden menim omrume gunme balta caldiz besdı gelde da men onu alan yerde boynum sınardi rehim yaxshimi”, “Men qelet eliyerem birde sennen divijeniya eliyerem getir pulu qaytar aparim camahatin pulun verim”, “Qaqa bir Pati istiyen var zenqe cavab ver”, “Qaqa 1 qram pati istiven var eqer alinirsa qiymetini de uşaqdan pulu alim gelim yaniva”, “Menem sirxan yeraz tecili qiz var ona 1 qram pati lazimdi cavab ver tez”, “Mene pati lazimdive 1,2 dene das.. 10 manatliq”, “qaqaw qel pul verim.heme alinirsa vari pati qoturum”, “mkr.vam sene liri pati verim emi verde”, “İki denesine 70 verecem de.hemiweki kimi.birdeki bunu aoturennen yarim saat bir saat sora qelsem 2 denede duzelecey? Adam var iwden cixib gelir arxayin eliyim?” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 1648 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 101-102) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 130-138) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, ona həmin maddə üzrə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,791 qram təşkil edən narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 2,160 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-yə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 142-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2017-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında qərardan (cild 1, iş vərəqə 125-129) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, o cümlədən ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmişdir. Belə ki, 31 mart 2021-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs tanımadığı və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Müştaba” adlı şəxsin bank hesabına Rusiya Federasiyasında yaşayan Tatyana adlı tanışının vasitəsi ilə 138 manat pul göndərmişdir. “Müştaba” adlı şəxs də bunun müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərmişdir. Bundan sonra, yəni həmin gün təxminən saat 22:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, “Çermet” körpüsünün yaxınlığında yerləşən zavodun hasarının kənarında qoyulmuş 1 (bir) ədəd bükümdə, çəkisi 0,841 qram olan narkotik vasitə heroini, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, çəkisi 0,069 qram və 1 (bir) ədəd bükümdə, çəkisi 2,191 qram olan, ümumi təmiz çəkisi 2,260 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini götürərərək qanunsuz şəkildə əldə edib üzərində saxlamış və daşımışdır. 01 aprel 2021-ci il tarixdə, saat 04:30 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yol gedərkən Bakı şəhəri Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və 27-ci Polis bölməsinə aparılmışdır. Polis bölməsində Səfər Rəhimovun üzərinə şəxsi axtarış keçirilən və götürmə aparılan zaman onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə, çəkisi 0,841 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, çəkisi 0,069 qram və 1 (bir) ədəd bükümdə, çəkisi 2,191 qram olan, ümumi təmiz çəkisi 2,260 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin 17 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs konkret kimə və nə vaxt narkotik vasitə və psixotrop maddə satması müəyyən olunmasa da, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatları əldə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında obyektiv araşdırılmış "xxxx" MMC-dən daxil olmuş diskdən və həmin diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, müxtəlif şəxslərin istifadəsində olan mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə əlaqədar sms-lər (mesajlar) daxil olmuşdur. Həmin sms-lərin (mesajların) mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslər ondan narkotik vasitə və psixotrop maddələr əldə etmək niyyətində olmuşlar, həmin şəxslərin bəziləri Təqsirləndirilən şəxs müəyyən məbləğ dəyərində narkotik vasitə istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” Təqsirləndirilən şəxs onlara satdığı narkotik vasitə və psixotrop maddələrin keyfiyyətindən narazı qalaraq bir daha ondan narkotik vasitə və psixotrop maddə almayacaqlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs yazılmış sms-lərin (mesajların) əksəriyyəti jarqon dildə “patı” kimi tanınan, əslində isə psixotrop maddə metamfetamin olan maddə ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmadığını iddia etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə məsuliyyətdən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bundan başqa, məhkəmə istintaqında dindirilmiş şahidlər əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, kiməsə narkotik vasitə və psixotrop maddələr satmasının müəyyən edilmədiyini bildirmişlər. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri konkret şəxslərə satması müəyyən edilməmişdir. Lakin məhkəmə istintaqında araşdırılmış və obyektiv şəkildə qiymət verilmiş 27 may 2021-ci il tarixli telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə mesajlar yazaraq, eləcə də müxtəlif şəxslərdən mesajlar alaraq faktiki olaraq narkotik vasitələrin, ələlxüsus da onun üzərindən aşkarlanmış külli miqdarda psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmuşdur. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Təqsirləndirilən şəxs yazmış olduğu, həmçinin başqa şəxslərin Təqsirləndirilən şəxs yazmış olduqları mesajların mahiyyətini və məzmununu əsas tutmuşdur. Belə ki, sözügedən mesajların məzmunu tam və ətraflı şəkildə təhlil edildikdə açıq aşkar görünür ki, gələn və göndərilən mesajlar bilavasitə narkotik vasitə və psixotrop maddənin növləri, çəkiləri, keyfiyyəti, həmin vasitə və maddələrin çatdırılması yerləri və qeyd edilən vasitə və maddələrin qiyməti ilə bağlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış narkotik vasitə və külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib saxlamış və daşımışdır. Çox təəssüf ki, ibtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində heç bir tədbir görülməmiş və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmış və faktiki olaraq Təqsirləndirilən şəxs “müştərilərinin” əməllərinə hüquqi qiymət verməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanı qeyd edilən məsələlər üzrə ətraflı və obyektiv araşdırma aparmalı olduğu halda, məhkəməyə məlum olmayan səbəblərdən bunu etməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində hər hansı bir tədbir görülməsə və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsə də, eləcə də Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin sms-lərlə bağlı mövqeyi aydınlaşdırılmasa da, məhkəmə belə nəticəyə gəlir ki, həmin smslərin (mesajların) həqiqiliyinə şübhə yoxdur və həmin sms-lərin Təqsirləndirilən şəxs bilavasitə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısına dair yazılması şübhəsizdir. Bu səbəbdən də maddi sübut kimi tanınmış diskdə olan mətnlər (yazışmalar) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün müstəsna rol oynayırlar. Məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskdən Təqsirləndirilən şəxs narkotik vasitə və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir əsas müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlamaqla və daşımaqla həmin maddəni satmaq istəmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, əvvəllər məhkum olunmamasını, uzun müddətdir ki, “şifozreniya” paronoid xəstəliyindən əziyyət çəkməsini və bu səbəbdən də bir neçə dəfə stasionar qaydada müalicə almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Lakin məhkəmə onun şifozreniya” paronoid xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı aşağı həddə ona təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 0,791 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,160 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı və götürmənin aparılmasını əks etdirən 1 (bir) ədəd disk, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 0,791 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,160 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı və götürməni əks etdirən 1 (bir) ədəd disk, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar