Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1286/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi, ev 37 qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan 3,180 qram kustar üsulla hazırlanmış metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli paltonun sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində külli miqdarda ümumi təmiz çəkisi 3,180 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib götürülmüşdü. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadığı məhəllədə olarkən, polis işçilərinin məhəllədə gəzdiklərini, onların Mahir adlı qonşunun evinə girdiklərini görmüşdür. Təxminiən 10-15 dəqiqə sonra o, evə getmiş, pəncərədən baxarkən bir nəfərin onun evinin hasarından həyətə düşdüyünü müşahidə etmişdir. O, bayıra çıxıb həmin adamın nə üçün hasardan həyətə düşdüyünü soruşarkən, həmin şəxs həyət qapısını açmış və daha üç nəfər həyətə daxil olmuşlar. Onlar ondan adının Səxavət olduğunu soruşub qoluna qandal vurmuşlar. Onda Mahirdən aldığı narkotik vasitə olduğunu bildirmişlər. Sonra onu aparıb maşına mindirmişlər və polis bölməsinə aparmışlar. Orada ondan Mahirdən aldığı narkotik vasitənin harada olduğunu soruşmuşlar. O isə heç kimdən narkotik vasitə almadığını bildirmiş, onlar isə ona“Səxi” sən deyilsən? sən Mahirdən narkotik vasitə almısan” demişlər. O, maşına oturarkən orada polis işçilərindən birinin əlində Mahirin evindən götürülən bloknotu görmüşdür. Mahirdən narkotik vasitə almasını deyəcəyi təqdirdə onu sərbəst buraxacaqlarını bildirmişlər, o isə Mahirdən narkotik vasitə almadığını demişdir. O onlara təxminən 10 ay olar ki, narkotik vasitədən istifadə etdiyini demişdir. Ondan 10 ay müddətində təxminən 10 qr. narkotik vasitə istifadə etməyini soruşanda o da təxminən 10 qr. istifadə etdiyini demişdir. O, 3 qr. narkotik vasitənin külli miqdar hesab olunduğunu bilmirmiş. Ona bu qədər narkotik vasitəni boynuna götürməsini demişlər, o da 3 qr. narkotik vasitənin külli miqdar hesab edilmədiyini və az miqdarda olduğunu düşünüb məcbur qaldığı üçün onların yazdığı ifadələrə imza etmişdir. Daha sonra videoçəkiliş olmuş və ona qabaqcadan çəkilişdə nə deməli olduğunu izah etmişlər, o da polislərin dedikləri kimi etmiş və narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, təcridxanaya aparıldıqdan sonra 3 qr. narkotik vasitənin külli miqdar hesab olunmasını bilmişdir. O ancaq metamfetamindən, folqada çəkmək yolu ilə istifadə edirmiş. Mahir adlı şəxsi qonşu kimi tanımışdır. O sonradan bilmişdir ki, poilislər Mahirin evinə girib bloknot tapmışlar və həmin bloknotda “Səxavət 0.5 qr. patı” qeydi olmuşdur . Əmisi nəvəsi ilə bir yerdə narkotik vasitə almaq və istifadə etməklə bağlı sms yazışmaları olmuş, amma heç kimə narkotik vasitə satmamış və narkotik vasitə satmaqla bağlı smsləri olmamışdır. Axırıncı dəfə 15 azn-lik narkotik vasitəni “Totu” ləqəbli şəxsdən almışdır. Həyətdə onun üstünə baxış keçirmişlər, ancaq üstündən heç bir narkotik vasitə çıxmamışdır. O, Şahid1 heç vaxt narkotik vasitə satmamışam, nə də ki çəkməsi üçün narkotik vasitə verməmişdir, ancaq bir yerdə narkotik vasitədən istifadə etmiş, almağa da bir yerdə getmişlər. Onun Şahid1 yazdığı mesajda məqsədi narkotik vasitə istifadə etməklərini tərgitmək olub. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, fərdi qaydada metal toplayıb satmaqla dolanır, təxminən 10 aydır ki, "şüşə" kimi tanıdığı psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə edir. O, istifadə etdiyi "şüşə"-ni mütamadi olaraq üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Tutulmamışdan təximinən 5 gün əvvəl axşam saatlarında o, yaşadığı qəsəbədə bir nəfər adını bilmədiyi şəxs ilə görüşüb 70 manat ödəyib bir ədəd sellofan bükümdə narkotik vasitə olan metamfetamini özü istifadə etmək üçün almışdır. Həmin maddəni əynində olan gödəkçənin cibində saxlayıb ara-sıra istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqları bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet həmçinin maddələrin olması barədə onlarda məlumat olduğunu bildirib onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və tutulması ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabın müdafiəçi dəvət edilmiş və müdafıəçisi gəldikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra barəsində şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilməzdən əvvəl videoçəkilişlə şəxsi axtarış aparılmasına dair etirazı olub-olmaması soruşulmuşdur. O, da videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Həmçinin o, müdafıəçinin iştirakı ilə də üzərində şəxsi axtarış keçirilməsinə razı olmadığını bildirib bu barədə ərizə yazmış və bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olması soruşulduqda o, əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş içərisində ağ rəngdə metamfetamin, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli "SAMSUNG" markalı mobil telefon çıxardıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin digər əşya və ya predmet aşkar olunmamışdır. O, həmin metamfetamini həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış, qablaşdırmanı digər iştirakçılarla birlikdə imzalamış, müvafıq qaydada möhürlənib ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, iştirakçılarla həmin protokolu imzalamışlar. O, psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını, psixotrop maddəni aldığı şəxsin barəsində hər hansı məlumatı olmadığını bildirmişdir. Bundan başqa o, ifadəsində verilmiş suallara cavab olaraq, istifadəsində olan 50-505-42-12 mobil telefonundan xx.xx.2022-ci il saat 23:17:44-də Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə " .... senin peyser neslivi ay .... balasi seni atrava üzünə hesret qoymasam menim var yoxumu .. sen indi baxarsan" məzmunlu mesajda "atrava" deyərkən” patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamini nəzərdə tutduğunu, Şahid1 isə onun qohumu olması və onunla qonşuluqda yaşadığı, sonuncunun narkotik vasitə aludəçisi olmasını və həmçinin də ətrafda eşitdiyinə görə "patı"-nın qanunsuz dövriyyəsi ilə məşğul olmasını bilib sonuncuya irad bildirmək üçün zəng etdiyini, lakin Raminin onun zənginə cavab vermədiyindən ona həmin mesajı yazdığını bildirmişdir. Həmçinin o, ifadəsində Şahid1 tutulmamışdan bir neç gün əvvəl 30 manat ödəmək şərti ilə nisyə "kola" kimi tanıdığı narkotik vasitə olan heroin satmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etməsini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yaz aylarında Sabunçu RPİ-nin 12-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu məqsədlə Habillə o, Əlisalamlı Əli adlı şəxsin maşını ilə Təqsirləndirilən şəxs saxlamaq üçün getmişlər. Səxavəti saxlayıb üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərində narkotik vasitələr kokos və metamfetamin aşkar olunmuşdur. Səxavətdən narkotik vasitə aşkar edildikdə həmin narkotik vasitəni Habil götürüb özündə saxlamış, şöbəyə gətirəndə çəkilişlə yenidən Səxavətin üzərinə baxış keçirilməzdən əvvəl Habil narkotik vasitəni Səxavətə qaytarmış, o da videoçəkilişdə çıxarıb narkotik vasitəni təqdim etmişdir. Sonra da bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Habil narkotik vasitəni Səxavətdən ona görə götürmüşdür ki, o, bölməyə aparana qədər imkan tapıb narkotik vasitəni tullaya bilməsin. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məlum hadisəyə qədər tanımamış, onunla arasında hər hansı ədavət, düşmənçilik və digər münasibət olmamışdır. 17 fevral 2022-ci il tarixdə Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi, ev 37 qeydiyyatda olan və yaşayan “Səxavət” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrinin və psixotrop maddələrinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıması və satması bildirilmişdir. Məlumatla bağlı keçirilmiş tədbirlər nəticəsində “Səxavət” adlı şəxsin xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi, ev 37 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin məlumatın yoxlanılması ilə əlaqədar olaraq Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin yerə gedilmiş və sonuncu həmin tarixdə saat 20.00 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman ona yaxınlaşıb özlərini təqdim edib, sonuncuya qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olması bildirərək 12-ci PŞ-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları izah edilərək müdafiəçi dəvət edilmiş və onun üzərinə videoçəkilişlə öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin (palto) sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “SAMSUNG” markalı mobil telefon çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “Metamfetamin” olduğunu, tutulmamışdan təxminən 5 gün əvvəl Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış və içərisində psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli maddə olması məlum olmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 1 ədəd zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Eləcə də mobil telefon da 1 ədəd zərfdə qablaşdırılmışdır. Həmin protokol Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. O, qeyd etmişdir ki, ona Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıması və satması barədə məlumat daxil olsa da onun konkret olaraq kimə satdığını müəyyən etmək mümkün olmamışdır. Şahid3 istintaq zamanı veriyi ifadəsini təsdiq etmiş, Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin ən ağır bölmə olmasını, həftə ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5-6 nəfərin saxlanıldığını, Təqsirləndirilən şəxslə Babayev Ramil adlı şəxsi səhv salmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məlum hadisəyə qədər tanımamış, onunla arasında hər hansı ədavət, düşmənçilik və digər münasibət olmamışdır. 17 fevral 2022-ci il tarixdə ona etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi, ev 37 qeydiyyatda olan və yaşayan “Səxavət” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrinin və psixotrop maddələrinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıması və satması bildirilmişdir. Məlumatla bağlı keçirilmiş tədbirlər nəticəsində “Səxavət” adlı şəxsin xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi, ev 37 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin məlumatın yoxlanılması ilə əlaqədar olaraq ondan və Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin yerə gedilmiş və sonuncu həmin tarixdə saat, 20.00 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X3 küçəsi nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman ona yaxınlaşıb özlərini təqdim edib, sonuncuya qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olması bildirərək 12-ci PŞ-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları izah edilərək müdafiəçi dəvət edilmiş və onun üzərinə videoçəkilişlə öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin (palto) sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “SAMSUNG” markalı mobil telefon çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “Metamfetamin” olduğunu, tutulmamışdan təxminən 5 gün əvvəl Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış və içərisində psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli maddə olması görünmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 1 ədəd zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Eləcə də mobil telefon da 1 ədəd zərfdə qablaşdırılmışdır. Həmin protokol Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanır. Şahid2 qeyd etmiş ki, ona Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda ədə etmə, saxlama, hazırlama, emal etmə, daşıması və satması barədə məlumat daxil olsa da onun konkret olaraq kimə satdığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ağ ciyər xəstəsi olmuş, hərdən bir ağrılarına görə narkotik vasitədən istifadə etmişdir. Ancaq heç vaxt Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə almamışdır. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadə və üzləşmə zamanı verdiyi ifadə arasında zidiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi və Təqsirləndirilən şəxslə üzləşmə protokolu məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, fərdi qaydada metal plastik tullantıları yığıb satmaqla məşğul olur. Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. O, təxminən 5-6 ildir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs də narkotik vasitə qəbul edir. O, müxtəlif şəxslərdən özü istifadə etmək üçün narkotik vasitə olan “heroin” və “patı” kimi tanıdığı psixotrop maddə alıb qəbul edir. O, əvvəllər Səxavətdən narkotik vasitə alaraq özü üçün istifadə etmiş, Səxavət onun xəstə olduğu bildiyinə görə ona istifadə etmək üçün narkotik vasitəni pulsuz vermişdir. 2022-ci ilin fevral ayının əvvəllərində “kola” kimi tanıdığı heroin axtaran zaman Səxavət ona həmin narkotik vasitəni tapıb gətirəcəyini demişdir. Səxavət bunun üçün ondan 30 manat pul istəmiş o da pulu olmadığını, alıb gətirəndən sonra ona pul verəcəyini demişdir. Buna görə də Səxavət ona inanmış və kimdənsə 1 qram narkotik vasitə alıb gətirib ona vermişdir. O, da Səxavətə söz vermiş ki, 1 gün ərzində onun pulunu verəcəkdir. Lakin o, pul tapa bilmədiyinə görə Səxavətə ondan aldığı narkotik vasitənin pulunu verə bilməmiş, buna görə də Səxavət özünə məxsus ********** nömrəli mobil nömrəsindən onun istifadəsində olan ********** mobil telefon nömrəsinə xx.xx.2022-ci tarixdə müxtəllif vaxtlarda təhqiredici mesajlar yazaraq borcunu istəmişdir. O, isə pulu olmadığına görə onun zənglərinə, eləcə də mesajlarına cavab verməmiş, təxminən 1-2 gün sonra isə eşitmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitənin alqısatqısına görə tutulubdur. Bundan başqa o, verilmiş suallara cavab olaraq ifadəsində, xx.xx.2022-ci il tarixdə 23:17:44-də **********12 mobil nömrədən onun istifadəsində olan **********42 mobil nömrəyə “.... senin peyser neslivi ay ..... balasi seni atrava üzünə hesret qoymasam menim var yoxmi ..... sen indi baxarsan” məzmunlu yazılmış sms mətnindəki “artava” sözünü deyərkən Təqsirləndirilən şəxs ona sonuncu dəfə nisyə 30 manata “kola” satdığını, lakin sonuncuya verməli olduğu 30 manatı vermədiyindən görə təhqiredici mesaj yazdığını, “atrava” yəni “kola” satmayacağını nəzərdə tutmasını bildirmişdir. Çünki Səxavət “kola” deyərkən “atrava”-ı nəzərdə tutmuş, sonuncu ona əvvəllər pulsuz narkotik vasitə versə də, sonuncu dəfə 30 manata razılaşıb satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşmə protokolundan məlum olur ki, 05 may 2022-ci il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında ifadələri arasında mühüm ziddiyyətlər olduğundan üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzələşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs əvvəllər ona narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetamin” satmasını sonuncunun üzünə deməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini onu müstəntiqin təzyiqi altında verdiyini bildirmşdir. Onun Raminə 30 manat borcu olmasını, Səxavətin həmin məsələ bağlı ona sms yazmasını, Səvaxət onun xəstə olmasına görə onun narkotik vasitə qəbul etməsini istəmədiyi üçün ona o məzmunda sms yazmasını göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 17 fevral 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur Cinayət işinin materiallarında olan təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli, 6/1009 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 159 nömrəli dairəvi möhür əksi olan üzərində, vət. “Təqsirləndirilən şəxs aşkar....» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,180 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1473 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 768 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəsatəlik qeyd edilmir.Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Onun barəsində tibbi xarakterli məcburi müəlicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabirlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxslunun sensor-perseptiv proseslərinin düzgün qavraya bilir. Təqsirləndirilən şəxs başqalarınıntəsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs sözügedən əməli törədən anda affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan protokoldan məlui olur ki, 17 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və videoçəkilişin görüntüləri köçürüldüyü 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Aparılmış şəxsi axtarış və götürmə hərəkətlərin görüntülərini əks etdirən DVD diskə ibtidai araşdırma və məhkəmə zamanı baxış keçirilmişdir. DVD diskə şəxsi axtarış və baxış zamanı göstərilən xüsusatlar yəni şəxsin üzərindən qanunsuz maddənin aşkar edilərək götürülməsi və sənədləşdirilməsi bir daha müəyyən edilmişdir. 02 aprel 2022-ci il tarixdə tərəfimdən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 3,180 qram psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqinə sərf edilmiş hissə çıxıldıqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin saxlanca təhvil verilmişdir. Cinayət işinin materiallarında olan «Azercell MMC»-nin 08 aprel 2022-ci il tarixli 5344 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD diskə baxış zamanı ***-***-**-** saylı nömrənin ünvan 1 ünvanında qeydiyyatda olan X1 məxsus olması göstərilmişdir. ***-***-**-** saylı nömrə ilə müxtəlif nömrələrin sahibləri arasında müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı, «SMS» mesajların məzmunundan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 23:17:44-də **********12 mobil nömrədən **********42 mobil nömrəyə “.... senin peyser neslivi ay qehbe balasi seni atrava ozne hesret qoymasam menim var yoxmi..... sen indi baxarsan” məzmunlu sms yazılmışdır. xx.xx.2022-ci il tarixdə , saat 21:30-da "ramuw geldim ora var yoxvi .......peyser meni ora niyə gotuzdirursen" məzmunlu mesaj yazılmışdır. Eyni zamanda digər yazışmalar vardır. Bundan başqa həmin nömrələr arasında müxtəlif vaxtlarda danışıqlar vardır. Həmin mesajlar və digər yazışmalaraq olan cədvəllər çıxarılaraq protokola əlavə edilmişdir. Sabunçu rayon Məhkəməsinin hakimi Anar Rzayev tərəfindən qəbul edilmiş 5(008) - 125/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qərarı ilə, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 09 fevral 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, ekspertizadan sonra 3,130 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, onun üzərində şəxsi axtarış həyata keçirilməsini əks etdirən 1 ədəd DVD disk və “Azərcell MMC”-nin məlumatlarını özündə əks etdirən 1 CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, ekspertizadan sonra 3,130 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, onun üzərində şəxsi axtarış həyata keçirilməsini əks etdirən 1 ədəd DVD disk və “Azərcell MMC”-nin məlumatlarını özündə əks etdirən 1 CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1286/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1286/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver