Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1286/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 03 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 40,012 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 28 sentyabr 2023-cü il tarixdə saat 02:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən "Koroğlu” metrostansiyasının yanında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilərək orada keçirilmiş şəxsi axtarış zamanı çiynindən asdığı qara rəngli çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 40,012 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və daxilində metamfetamin izləri olan bir ədəd qəlyana bənzər formada şüşə predmet aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, ofisiant işləyir. Uzun müddətdir psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitə və psixotrop maddənin satışından heç bir gəlir əldə etməmişdir. İstədiyi vaxt iş yerini tərk edə bilmədiyi üçün birdəfəlik külli miqdarda, yəni 20-40 qram metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitədən asılılığı olan şəxslərə bu narkotik vasitələri aldığı qiymətə vermiş, narkotik vasitələrin satışından mənfəət əldə etməmişdir. Sonuncu dəfə 27 sentyabr 2023-cü il tarixdə də Suraxanı rayonunda tanımadığı şəxsdən 50 manata metamfetamin almışdır. Sonrakı gün Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında metamfetamini qəbul etmək istəyərkən polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan psixotrop maddə metamfetamini könüllü təqdim etmişdir. Narkotik vasitələrin alışını və satışını həyata keçirdiyi mobil telefonunu başqa tanışında olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra tanışı mobil telefonu anasına vermişdir. Sonuncu isə həmin mobil telefonu ibtidai istintaq orqanına könüllü təhvil vermişdir. O isə mobil telefonun şifrəsini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. Xidməti vəzifələrini yerinə yetirən zaman 28 sentyabr 2023-cü il tarixdə Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxsı Nizami RPİ-nin 25-ci PB-ə aparmışlar. Polis Bölməsində videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini könüllü olaraq təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. Xidməti vəzifələrini yerinə yetirən zaman 28 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün sonuncuya yaxınlaşmışlar. Gecə vaxtı oğurluq cinayəti törədildiyindən onlar xidməti vəzifələrini icra etmək üçün həmin ünvanda olmuşlar. Bu zaman narkotik vasitələrin istifadəçisinə bənzədiyi özünü şübhəli apardığı üçün Səmədova Orxana yaxınlaşmış, sonuncunu Nizami RPİ-nin 25-ci PB-ə aparmışlar. Polis Bölməsində videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarş zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini könüllü olaraq təhvil vermişdir. O, həmçinin Təqsirləndirilən şəxs qaçmağa cəhd etdiyini, qaça bilmədikdən sonra polis əməkdaşlarına müqavimət göstərmədiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 sentyabr 2023-cü il tarixdə Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan, şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs araşdırma zərurəti ilə əlaqədar Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkil dəvət edilərək onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı videoçəkiliş onun tərəfindən aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da çiynində olan qara rəngli çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümü və bir ədəd şüşə flakonu çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər maddə olduğu məlum olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamindir, şüşə flakondan isə psixotrop maddəni qəbul edərkən istifadə edir, həmin bükümdəki metamfetamini də tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və şüşə flakon zərfə qoyulub möhürlənmiş, həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarından yayınmağa cəhd etdiyi üçün o, şübhəli şəxs qismində saxlanılarq Nizami RPİ-nin 25-ci PB-ə aparılmışdır. (i.v. 4) İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 02:25-də (faktiki saxlanılma saat 02:10-da) Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Zal Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24) İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli şəxsin X8 azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs material üzrə tutma müddəti bitdiyindən və hazırki vəziyyətdə cinayət işinin başlanması mümkün olmadığından Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 36) İş materiallarında olan 30 sentyabr 2023-ci il tarixli Nizami rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ.v. 64-67) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2023-cü il tarixli tarixli, 3-16-16/2-6/5116 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN " Zərflər üçün №165“ möhür əksi, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. sözlər, soyadlar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 40,012 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd qəlyana bənzər formada şüşə predmetin daxilində metamfetaminin izləri müəyyən edildi. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. (İ.v 40-41) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 7543 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 114-115) İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-ə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qara rəngli çiyin çantasının içərisindən 01 ədəd şəffaf sellofan bükümü, 01 ədəd flakon şüşəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümə baxış zamanı bükümün içərisində ağ rəngli maddə aşkar edilmişdir. Həmin maddələrlə bağlı sonuncuya sual verdikdə, o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tanımadığı şəxslərdən aldığını bildirmişdir. (İ.v 27-28) İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli könüllü təqdim etmə və götürmə aparılması haqqında protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs anası X1 təqdim edən şəxs Nizami RPİ-ə gələrək üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markallı mobil telefonu təqdim edərək həmin telefon və üzərində olan nömrənin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. (İ.v 68) İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirən zaman telefonun üzərində ***-***-**-** saylı mobil nömrə vardrır. Həmin nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqramına daxil olduqda Təqsirləndirilən şəxs yaddaşda “Hürrem2” adı ilə qeyd edilmiş ***-***-**-** saylı və “Elvira” adı ilə qeyd edilmiş ***-***-**-** saylı nömrələrin istifadəçilərinə pərdələnmiş ifadələrdən istifadə etməklə pul müqabilində narkotik vasitə və psixotrop maddə satmasını təsdiq edən mesajlar aşkar edilmişdir. (İ.v 69) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun həmin nömrəsindən aşağıdakı məzmunda mesajlar göndərilmişdir: «ikimizin canihaqi eyni cekidi», «ne deyim hurrem sene az gelibse eyer yarim kl pay vererem bu sefer 1 kl alanda», «balam inanirsan cipam yoxdu nece gundu qalmisam bele», «ne qeder istirsen», «ne qeder pulun var toplamda», «mati 1 dene yoxdu anca 05 var», yaxsi cipa di deye baha almisam cemi 3 dene almisam 32 den atiblar bunu mene hokmelinin icine 10 getmey 10 qayitmaq gor mene neciye otrub bu indi size gelib geri donmek», «Balam açığı 25 man verə biləcəm qalanı səhər versəm olar balam?». Həmçinin Təqsirləndirilən şəxs həmin nömrəsinə aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: «Yaman az qoyursan ha bugünkiləri», «Ümmiyətcə 05 alan deyiləm az olduğuna bilirsən», «Cipada gətir», «Balam bəlkə azca daşın olar çox pisəm», «Yaman az qoyursan ha bugünkiləri», «Anamin cani atiram. 30 atım. Qalanı gel verim». (i.v 126-132) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə çiynindən asdığı qara rəngli çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və daxilində metamfetamin izləri olan bir ədəd qəlyana bənzər formada şüşə predmet təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür. O, şəxsi axtarış zamanı göstərmişdir ki, polis bölməsinə gətiriləndə heç bir fiziki təsir olmamış, metamfetamini tanımadığı şəxsdən 50 manata almışdır. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 40,012 qram psixotrop maddə metamfetamin və 01 ədəd qəlyana bənzər formada şüşə predmet cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 39,912 qram psixotrop maddə metamfetamin və 01 ədəd qəlyana bənzər formada şüşə predmet saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v.122-129) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi rayon Məhkəməsinin 19 aprel 2013-cü il tarixli hökmü ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 23 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o, Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2014-cü il tarixli hökmü ilə 01 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 23 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.83-84) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş metamfetaminin miqdarının ittiham aktında qeyd edilmiş miqdarda, yəni 40,012 qram çəkidə olmasını, pul müqabilində digər şəxslərə verdiyini etiraf etsə də, narkotik vasitələri satış məqsədi ilə əldə etmədiyini, ondan narkotik vasitə istəyən şəxslərə narkotik vasitəni aldığı qiymətə verdiyini, bundan heç bir mənfəət əldə etmədiyini, həmçinin polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin sübuta sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncu şəxsi axtarış zamanı “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tanımadığı şəxsdən aldığını göstərmişdir. O, məhkəmə baxışı zamanı öz işləri ilə əlaqədar istədiyi vaxt narkotik vasitə ala bilmədiyi üçün külli miqdarda, yəni 40, 012 qram çəkidə metamfetamini öz şəxsi istifadəsi üçün aldığını bildirib bəzən pul müqabilində yaxın tanışlarına öz qiymətinə satmasını, lakin qazanc əldə etməməsini bildirsə də, məhkəmə qazanc əldə etmək məqsədinin olmaması fikrini əsaslı hesab etmir. Belə ki metamfetaminin miqdarının külli miqdar təşkil etməsi, eləcə onun ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan SMS-lərlə də aydın olur ki, ayrı-ayrı şəxslərə qazanc müqabilində narkotik vasitə vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət törətməsini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 30 sentyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nizami RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 39,912 qram metamfetamin və 01 ədəd qəlyana bənzər formada şüşə predmet məhv edilməli, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 28 sentyabr 2023-cü ildən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun həbsə alındığı vaxtdan, yəni 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Nizami RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 39,912 qram qram metamfetamin və 01 ədəd qəlyana bənzər formada şüşə predmet məhv edilsin, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1286/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1286/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver