Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1286/2025 29.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Nugədi kəndində qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra qanunsuz olaraq külli miqdarda olmaqla - təmiz çəkisi 2,546 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda - təmiz çəkisi 5,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda - ümumi təmiz çəkisi 75,65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində “Methadone 40” yazıları olan 2 ədəd blisterdə, xeyli miqdarda olmaqla tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 20 ədəd narkotik vasitə hesab edilən metadon dərman tabletlərini, külli miqdarda olmaqla tərkibində psixotrop maddə MDMAnın (metilendioksimetamfetaminin) təsir maddəsinin ümumi miqdarının 8,250 qram təşkil edən 55 ədəd (35 ədəd sarı rəngli dairəvi formalı, üzərilərində “Tesla” işarəsi olan üçkünc formalı 14 ədəd çəhrayı rəngli və 6 ədəd açıq-sarı rəngli) psixotrop maddə hesab edilən MDMA dərman həblərini, üzərində “Preqabalin 300mg” markalanma göstəricisi olan 21 ədəd blisterdə, təsiredici maddəsinin ümumi təmiz çəkisi 88,2 qram olmaqla 294 ədəd və üzərində “ALYSE 150 Preqabaline” markalanma göstəricisi olan 4 ədəd blisterdə, təsiredici maddəsinin ümumi təmiz çəkisi 8,4 qram olmaqla 56 ədəd olan ümumilikdə 350 ədəd, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 96,6 qram olan külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını əldə edib 18 yanvar 2025-ci il tarixdə üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış və yaşadığı ünvan 2 ünvanında saxlamış, 18 yanvar 2025-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli çantanın içərisindən 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,939 qram, 0,897 qram, 0,864 qram, 0,850 qram, 0,797 qram, 0,853 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,200 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qram, 0,830 qram, 0,862 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 2,546 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ayrı-ayrılıqda 4,63 qram, 4,73 qram, 4,74 qram olmaqla xeyli miqdarda ümumilikdə 14,1 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Methadone 40” yazıları olan 2 ədəd blisterdə, xeyli miqdarda olmaqla tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 20 ədəd narkotik vasitə hesab edilən metadon dərman tabletləri, külli miqdarda olmaqla tərkibində psixotrop maddə MDMA-nin (metilendioksimetamfetaminin) təsir maddəsinin ümumi miqdarı 8,250 qram təşkil edən 55 ədəd (35 ədəd sarı rəngli dairəvi formalı, üzərilərində “Tesla” işarəsi olan üçkünc formalı 14 ədəd çəhrayı rəngli və 6 ədəd açıq-sarı rəngli) psixotrop maddə hesab edilən MDMA dərman həblərini, üzərində “Preqabalin 300mg” markalanma göstəricisi olan 21 ədəd blisterdə, təsiredici maddəsinin ümumi təmiz çəkisi 88,2 qram olmaqla 294 ədəd və üzərində “ALYSE 150 Preqabaline” markalanma göstəricisi olan 4 ədəd blisterdə, təsiredici maddəsinin ümumi təmiz çəkisi 8,4 qram olmaqla 56 ədəd olmaqla ümumilikdə 350 ədəd, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 96,6 qram olan külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları, 1 ədəd elektron tərəzi və həmin gün saat 08:40 radələrində yaşadığı ünvan 2 ünvanına videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı mənzildə olan masanın üzərində plastik qabın içərisindən 1 ədəd bükümdə xeyli miqdarda olmaqla 61,55 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü gecə saat 12-dən sonra o, evə qayıdarkən “Bazarstore» marketinin yaxınlığında sahə inspektoru yanında başqa bir nəfərlə ona yaxınlaşaraq saxlamışlar. Sahə inspektoru yanında olan şəxsdən onların axtardıqları adam olub-olmadığını soruşmuş, həmin şəxs isə «yox» deyə cavab vermişdir. Bundan sonra ona şöbəyə getməyi təklif etmişlər. Orada onun əlində olan sumkanı götürüb baxış keçirmişlər və həmin sumkadan narkotik vasitə aşkar olunmuşdur. Orxan adlı təhqiqatçı ona barəsində şikayət olduğunu demiş, onun üçün CM-nin 234.1-ci maddəsi ilə iş açılacağını bildirmişdir. Ona həmin sumkaya tutulduğu yerdə baxış keçiriləcəyini, orada sumkanı çıxarıb təqdim etmək lazım olacağını demişlər. Sonra isə yaşadığı evə baxış keçirilmiş, orada polis işçiləri ona bir büküm vermişlər, həmin bükümü də, onun evindən çıxan narkotik kimi sənədləşdirmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər arabir metamfetamindən istifadə etmişdir. Lakin polis işçiləri onu saxlayanda üstündə qanunsuz saxladığı heç nə olmamışdır. O, özünü saxlayan polis əməkdaşlarını əvvəllər tanımamış, onlarla heç bir problemi olmamışdır. Saxlanılarkən ona polislər tərəfindən az təzyiq edilmiş, evdə onu başqa otağa salaraq narkotik vermişlər və həmin narkotiki boynuna götürməli olduğunu demişlər. Həmin vaxt onun vəkili Göyüşov soyadlı bir şəxs olmuşdur. Həmin vəkili o, çəkiliş olarkən görmüşdür. Onun yanında tanış bir xanım olmuş, o da, həmin xanımın tutulmaması üçün hər şeyi boynuma almışdır. O, saxlanıldıqdan sonra sumkanı əlindən almışlar, polis bölməsinə gələndə yenidən sumkanı ona vermişlər. Tutularkən mobil telefonu üzərində olmuşdur. Saxlanıldıqdan sonra o, ən azı bir saat yarım polis şöbəsində olmuş, sonra yenidən onu tutulduğu yerə aparmışlar. Maştağaya aparılarkən ondan analiz götürməmişlər. Sorğuya cavab olaraq metamfetamindən istifadə etdiyini bildirmişdir. Nərimanov rayon məhkəməsində ona sanksiya verilərkən narkotiklərlə bağlı nə danışdığını indi dəqiq xatırlamır. Saxlanılarkən onun sumkasında dəftər olmamış, həmin dəftəri ona polis şöbəsində vermişlər, dediklərini dəftərə köçürməyi tələb etmişlər, o da, ona deyilənləri dəftərə köçürmüşdür. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında tanışı X4 ilə kirayədə yaşamışdır. 2023-cü ildən narkotik vasitələr marixuana, heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi İran vətəndaşı ilə tanış olmuş və həmin şəxsin istifadəsində olan xatırlamadığı nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə mesajlaşıb danışmışlar. İranlı ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, o, istifadə etdiyini demişdir. Bundan sonra həmin şəxsin xaqtırlamadığı bank hesabına “M10” vasitəsilə pul göndərmiş, sonuncu da, ona narkotik vasitənin qoyulduğu yerin konumunu və şəklini atmışdır. O da, həmin yerə gedib götürüb istifadə etmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olmuş, işi bağlandıqdan sonra boş qalmış, həmin İran vətəndaşı ilə əlaqə saxlamışdır. İranlı onunla hal-əhval tutub maraqlanan zaman o, sonuncuya işsiz olduğunu bildirmişdir. Həmin şəxs ona demişdir ki, işləmək istəsə, ona pul verər. O, həmin şəxsə nə iş olması barədə sual vermiş, iranlı bildirmişdir ki, o, konum və şəkil atacağı yerdən narkotik vasitə və psixotrop maddəni götürüb tərəzi ilə çəkib bölüb xırda-xırda bükümlərdə müxtəlif yerlərə qoyacaq, qoyduğu yerlərin konumunu və şəkillərini ona atacaqdır, o da, hər bir yer üçün ona 5 manat pul verəcəkdir. Bu söhbətdən sonra o, İran vətəndaşı ilə razılaşmış, maddi cəhətdən çətinlik çəkdiyinə görə dərhal razılaşmış və onlar işə başlamışlar. İran vətəndaşı ona konum və şəkilləri atmış, o da, gedib həmin yerlərdən narkotik vasitələri və psixotrop maddələri götürüb xırda-xırda bükümlərə bölüb müxtəlif yerlərə qoyub həmin yerin konum və şəkillərini çəkib iranlıya göndərmişdir. İranlı da ona hər bir qoyduğu bükümün müqabilində 5 manat pul ödəmişdir. Bir neçə gün öncə İran vətəndaşı ilə danışarkən, sonuncu ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, qurudulmuş marixuana və güclü təsiredici dərmanlar qoyduğu yerin konumunu və şəkilini çəkib atmışdır. O da, həmin yerə gedərək narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, qurudulmuş marixuana və güclü təsiredici dərmanları götürüb üzərində gəzdirmişdir ki, lazım olan zaman müxtəlif ünvanlara qoyub şəklini çəkərək iranlıya göndərsin. 18 yanvar 2025-ci il tarixdə saat 00:10 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmiş, o da, özünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü təqdim etməyi bildirmişlər. O, artıq çıxılmaz vəziyyətdə olduğunu görüb çiynindən asdığı göy rəngli çantanın içərisindən 6 ədəd selofan içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümü, 3 ədəd selofan bükümdə, içərisində ağ kristal formalı maddəni, 3 ədəd selofan bükümdə içərisində qurudulmuş bitki mənşəli kütləni, bir ədəd rəngsiz torbada içərisində 20 ədəd çəhrayi və sarı rəngli qalxan formalı həbləri, 1 ədəd rəngsiz torbada içərisində 35 ədəd şilindr formada sarı rəngli həbləri, 2 ədəd list hər birində 10 ədəd olmaqla 20 ədəd üzərində “Metadon 40” yazısı olan dərman həblərini, 21 ədəd hər birində 14 həbdən ibarət, üzərində “Pereqabalin 300” yazısı ola 294 ədəd dərman kapsullarını, 4 ədəd hər birində 14 həbdən ibarət üzərində “Alyce 150” yazısı olan 56 ədəd həbləri, 1 ədəd elektron tərəzini, 1 ədəd GSM simkartı, 1 ədəd qeydiyyat apardığı dəftəri, əynində olan gödəkcənin iç cibindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, 1 ədəd “Xiaomi” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddələri İran vətəndaşının vasitəsi ilə pul qarşılığında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, dəftərdə narkotik vasitələrin qeydiyyatını apardığını, elektron tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini, təqdim etdiyi maddələrdən əlavə yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. Sonra aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və dərman həbləri qablaşdırılaraq möhürlənmiş və onlar imzalan ilə zərfin üzərini təsdiq etmişlər. Polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində narkotik vasitələri təqdim etməyi barədə protokol tərtib edilmiş, doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə saxlanılan zaman təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, MDMA, metadon və preqabalin dərman preparatlarına, elektron tərəzi və dəftərə baxış keçirilmiş və həmin maddələr yenidən qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı o, yaşadığı mənzildə də narkotik vasitə olan qurudulmuş marixuana saxladığını, həmin maddənin də təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, daha sonra o, müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 4 ünvanına getmişlər. Orada polis əməkdaşları yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ondan və X2 ərizə almışlar. Sonra polis əməkdaşlarının, müdafiəçinin və birlikdə yaşadığı X3 iştirakı ilə videoçəkilişlə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə qanunla qadağan olunmuş əşya, predmet və ya maddə varsa, təqdim etməyi təklif olunmuş, o, mənzilə daxil olaraq oturacağın üzərindəki plastik qabın içərisində olan selofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, həmin maddəni də İran vətəndaşından aldığını bildirmişdir. Sonra aşkar edilmiş 1 ədəd selofan büküm qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Həmin maddələri İran vətəndaşının göstərişi ilə qoyulduğu yerdən götürüb pul qarşılığında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Pul qarşılığında İran vətəndaşının bildirdiyi yerdən narkotik vasitələri, psixotrop maddələri və dərman preparatlarını götürüb üzərindən aşkar edilmiş elektron tərəzi vasitəsi ilə xırda bükümlərə bölüb müxtəlif ünvanlara qoyaraq həmin ünvanların şəkil və konumunu İran vətəndaşına göndərmişdir. Bunun qarşılında iranlı ona hər büküm üçün 5 manat pul vermişdir. O, İran vətəndaşı ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, əvvəllər özü istifadə etmək üçün İran vətəndaşı kimi adını bilmədiyi şəxsə bir neçə dəfə narkotik vasitə yaxud da psixotrop maddə metamfetaminə görə pul ödənişi etmişdir (cild 1, iş vərəqi 239-243). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin protokolu oxumadan imzaladığını, müstəntiqin ona narahat olmamağı, nə demişsə, onun dediklərini yazdığını bildirdiyini, o da, inanıb protokolu imzaladığını, tutularkən mobil telefonunda narkotiklərlə bağlı heç bir yazışması olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 yanvar 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs mütəmadi olaraq Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid3 və 18-ci Polis şöbəsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar məlumat əsasında 18 yanvar 2025-ci il tarixdə saat 00:10 radələrində ünvan 5 ünvanının qarşısına getmiş, orada zahiri əlamətlərinə görə Şəmistana oxşar şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq saxlamışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şəmistana üzərində qeyri-qanuni maddələr varsa, təqdim etməsi təklif olunmuş, sonuncu özündə çantanın içərisindən 6 ədəd selofanda qəhvəyi rəngli toz halında maddə olan bükümü, 3 ədəd selofan bükümdə içərisində ağ kristal formalı maddələri, 3 ədəd selofan bükümdə içərisində qurudulmuş bitki kütləsini, 20 ədəd çəhrayi və sarı rəngli həbləri, 1 ədəd rəngsiz torbada içərisində 35 ədəd həbləri, 2 ədəd list şəklində hər birində 10 ədəd olmaqla 20 ədəd metadon həblərini, 21 ədəd “Preqabalin 300" yazısı ola 294 ədəd dərman kapsullarını, 4 ədəd “Alyce 150" yazısı olan 56 ədəd həbləri, 1 ədəd elektron tərəzini, 1 ədəd GSM simkartı, 1 ədəd qeydiyyat dəftərini, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, 1 ədəd mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin heroin və metadon həbləri, metamfetamin, qurudulmuş marixuana, psixotrop maddələr və güclü təsir edən maddələr olmasını, həmin maddələri İran vətəndaşının vasitəsi ilə pul qarşılığında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, 1 ədəd dəftərdə narkotik vasitələrin qeydiyyatını apardığını, elektron tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini, təqdim etdiyi maddələrdən əlavə yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və dərman həbləri qablaşdırılaraq möhürlənərək yenidən göy rəngli çantanın içərisinə qoyularaq götürülmüş, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və dərman preparatlarını təqdim etməsi barədə protokol tərtib edilmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş, heç bir əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitə qurudulmuş marixuana saxladığını, həmin maddənin də təqdim edə biləcəyini bildirmişdir. Daha sonra onlar şəxsin yaşadığı Nərimanov rayonu, Ruhulla Axundov küçəsi, ev 37, mənzil 3 ünvanına getmişlər. Orada Şəmistandan və birlikdə yaşadığı X2 ərizə alınmış, müdafiəçinin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olaraq oturacağın üzərindəki plastik qabın içərisində olan 1 ədəd selofanda olan bükümü təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni də İran vətəndaşından pul qarşılığında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra mənzildən aşkar edilmiş bitki mənşəli kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşı Şahid3 və sahə inspektoru Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üstü yoxlanılarkən, həmçinin yaşadığı ünvana baxış zamanı külli miqdarda narkotik vasitə heroin, metadon həbləri və qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, həmçinin güclü təsir edən maddələr aşkar olunaraq götürülməsi prosesində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında 18 yanvar 2025-ci il tarixli protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncunun əlində olan çantasının içərisindən 6 ədəd bükümdə narkotik vasitə heroin, 3 ədəd bükümdə psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 55 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin) dərman həbləri, 20 ədəd tərkibində narkotik vasitə olan “Methadon 40” dərman həbləri, 294 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin 300 mq” dərman kapsulları aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 9-11). Cinayət işində olan xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümdə narkotik vasitə heroin, 3 ədəd bükümdə psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 20 və 35 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin) dərman həbləri, 20 ədəd tərkibində narkotik vasitə olan “Methadon 40” dərman həbləri, 294 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin 300 mq” dərman kapsullarına baxış keçirilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 41-44, 45-48). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı videogörüntülərin Təqsirləndirilən şəxs üstünün yoxlanılması, həmçinin aşkar olunmuş əşyalara baxış keçirilməsi protokollarında əks olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 123-126). İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli yaşayış sahəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən mənzildən 1 ədəd bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 53-54). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7/118 saylı rəyindən görünür ki, üzərində “Şübhəli şəxs imza....” imzalar olan zərfdə bir ədəd selofanda təmiz çəkisi 61,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs imzalar” olan zərfdə üç ədəd selofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,63 qr, 4,73 qr və 4,74 qram olmaqla, ümumi çəkisi 14,1 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 61-65). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/252 saylı rəyindən görünür ki: - üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfi açdıqda içərisində altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,939 qr., 0,897 qr., 0,864 qr., 0,850 qr., 0,797 qr., 0,853 qr., ümumi təmiz çəkisi 5,200 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qr., 0,830 qr., 0,862 qr., ümumi təmiz çəkisi 2,546 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd kiçik ölçülü paketdə ümumi sayı 55 ədəd (35 ədəd sarı rəngli dairəvi formalı, üzərilərində “Tesla” işarəsi olan üçkünc formalı 14 ədəd çəhrayı rəngli və 6 ədəd açıq-sarı rəngli) dərman həbləri əsas təsiredici maddəsi psixotrop maddə MDMA-dır (metilendioksimetamfetamindir) və həmin həblərin tərkibində MDMA-nın (metilendioksimetamfetaminin) təsir maddəsinin ümumi miqdarı 8,250 qramdır; - üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan kağız yapışdırılmış polietilen bağlamanı açdıqda içərisində 2 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 20 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 08 qram təşkil edir, üzərində “Preqabalin 300 mg” göstəricisi olan 21 ədəd blisterdə ümumi 94 ədəd dərman kapsulu (hər blisterdə 14 ədəd kapsul olmaqla), 4 ədəd üzərində “ALYSE 150 Pregabaline” göstəricisi olan blisterdə 56 ədəd (hər blisterdə 14 ədəd olmaqla) dərman kapsulunun əsas təsiredici maddə preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 96,6 qramdır (88,2 qr + 8,4 qr). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-ci il tarixli Azərbaycan qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 66-75). İbtidai istintaq orqanının 22 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə ilkin təmiz çəkisi 5,200 qram olmuş narkotik vasitə heroin, 3 ədəd bükümdə ilkin təmiz çəkisi 2,546 qram olmuş psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ilkin təmiz çəkisi 75,65 qram olmuş narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 350 ədəd olmuş narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları, ümumi sayı 55 ədəd olmuş tərkibində psixotrop maddə metamfetamin olan MDMA həbləri, ümumi saylı 20 ədəd olmuş tərkibində narkotik vasitə olan metadon həbləri, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,9 qram çəkidə narkotik vasitə heroin, 2,396 qram çəkidə psixotrop maddə metamfetamin, 75,45 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 345 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları, 52 ədəd tərkibində psixotrop maddə metamfetamin olan MDMA həbləri, 19 ədəd tərkibində narkotik vasitə olan metadon həbləri, 1 ədəd elektron tərəzi saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 195-217, 247). İbtidai istintaq orqanının 22 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, həmçinin yaşadığı mənzilə baxış keçirilməsinin görüntüləri olan 3 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 195-217). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 677 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 186-187). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 474 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 188-190). İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd üzərində “SPEED” sözləri olan 60 vərəqli dəftərə baxış keçirilmiş və baxış zamanı dəftərin içərisində 10 yanvar, 12 yanvar və 16 yanvar 2025-ci il tarixlərdə “gül”, “List Preqabalin”, “eki tesla”, “list Alesy”, “Metadon”, “Daş”, “Kola” adı ilə qeyd edilmiş yazıların qarşısında müxtəlif rəqəmlərlə narkotik vasitələrin qeydiyyatının aparılması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 1 ədəd yaşıl rəngli olmaqla üzərində “SPEED” sözləri yazılmış dəftərin ona məxsus olduğunu, həmin dəftərdə narkotik vasitələrin qeydiyyatını apardığını, “Gül” adı ilə qeyd edilmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana, “Preqabalin” adı ilə qeyd edilmiş maddələrin preabalin dərman həbləri, “eki tesla” və “list Alesy” adı ilə qeyd edilmiş maddələrin psixotrop maddələr, “Metadon” adı ilə qeyd edilmiş maddələrin narkotik vasitə metadon kapsulları, “Daş” adı ilə qeyd edilmiş maddəlrin psixotrop maddə metamfetamin, “Kola» adı ilə qeyd edilmiş maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri İran vətəndaşı vasitəsi ilə əldə edərək müxtəlif ünvanlara qoyaraq qeydiyyatını aparıb pul əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 131-135). İbtidai istintaq orqanının 22 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd üzərində “SPEED” sözləri olan 60 vərəqli dəftər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 195- 217). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 161). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir qanunsuz əşya, narkotik vasitə və psixotrop maddələr olmadığını, yaşadığı ünvandan götürülmüş narkotik vasitəni də ona polis işçilərinin verdiyini, ittihamda göstərilmiş bütün narkotik vasitələri və digər qanunsuz əşyaları polis işçilərinin sözünə əsasən boynuna götürdüyünü, saxlanılarkən onun çantasında dəftər olmadığını, həmin dəftərin ona polis şöbəsində verildiyini, polis əməkdaşlarının onların dediklərini dəftərə köçürməyi tələb etdiklərini, onun da, deyilənləri dəftərə köçürdüyünü bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncunun əlində olan çantasının içərisindən 6 ədəd bükümdə narkotik vasitə heroin, 3 ədəd bükümdə psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 55 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin) dərman həbləri, 20 ədəd tərkibində narkotik vasitə olan “Methadon 40” dərman həbləri, 294 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin 300 mq” dərman kapsulları aşkar edilmiş, sonra polis şöbəsinə dəvət edilərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla həmin əşyalara, daha sonra isə kirayə yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin bükümlərdə olan maddələrin heroin və metadon həbləri, metamfetamin, qurudulmuş marixuana, psixotrop maddələr və güclü təsir edən maddələr olmasını, həmin maddələri İran vətəndaşının vasitəsi ilə pul qarşılığında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, 1 ədəd dəftərdə narkotik vasitələrin qeydiyyatını apardığını, elektron tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini, təqdim etdiyi maddələrdən əlavə yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra onun razılığı ilə kirayədə yaşadığı mənzilə baxış keçirilərkən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana da aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqa verdiyi həmin etirafedici ifadələri onun saxlanılması və üstünün yoxlanılması, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi sualları cavablandırarkən polis işçiləri tərəfindən ona qarşı az təzyiq göstərildiyini bildirsə də, ibtidai zamanı verdiyi izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji zor, təzyiqlər göstərmədiyini qeyd etmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə və təqdimata baxılarkən verdiyi izahatında Təqsirləndirilən şəxs narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını, narkotiki apardığı hər bir ünvana görə ona 5 manat ödəniş edildiyini və əməlindən peşman olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Yuxarıda qeyd olunan sübutları təhlil edib təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini müqayisəli şəkildə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrdən fərqli və ziddiyətli ifadə verməsi məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı aşkar olunmuş qanunsuz əşyaların özünə məxsus olması, həmin narkotik və psixotrop maddələri qazanc müqabilində satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı şəxsin dediyi ünvanlara yerləşdirmək məqsədilə əldə edib saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik, psixotrop və güclü təsir edən maddələrin müxtəlif növlərdə olmaqla ayrıayrı bükümlərə ayrılmasını, onların çəkilib bükümlərə ayrılması üçün elektron tərəzinin, həmçinin satışın həyata keçirilməsinin qeydiyyatının aparılması üçün təqsirləndirilən şəxs tərəfindən xüsusi dəftər ayıraraq qeydlər aparmasını, eləcə də aşkar edilmiş narkotik, psixotrop və güclü təsir edən maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 18 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 677 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,9 qram çəkidə narkotik vasitə heroin, 2,396 qram çəkidə psixotrop maddə metamfetamin, 75,45 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 345 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları, 52 ədəd tərkibində psixotrop maddə metamfetamin olan MDMA həbləri, 19 ədəd tərkibində narkotik vasitə olan metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 3 ədəd DVD formatlı disk, həmçinin narkotik və psixotrop maddələrin alqı-satqısı qeydiyyatının aparıldığı 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 151 (yüz əlli bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 151 (yüz əlli bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,9 qram çəkidə narkotik vasitə heroin, 2,396 qram çəkidə psixotrop maddə metamfetamin, 75,45 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 345 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları, 52 ədəd tərkibində psixotrop maddə metamfetamin olan MDMA həbləri, 19 ədəd tərkibində narkotik vasitə olan metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 3 ədəd DVD formatlı disk, həmçinin narkotik və psixotrop maddələrin alqı-satqısı qeydiyyatının aparıldığı 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 151 (yüz əlli bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1286/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1286/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver