Məhkəmə qərarları › İş №1(101)-1287/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1287/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1287/2023 25.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 21 dekabr 2022-ci il tarixdə qeyrisinin mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda - ümumi çəkisi 70,627 qram təşkil edən narkotik vasitə heroin və külli miqdarda - ümumi təmiz çəkisi 24,331 qram təşkil edən psixotrop maddə metamfetamini Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan yerdən götürüb qanunsuz olaraq əldə etmiş, yaşadığı ünvan 2 ünvanına daşıyaraq metamfetaminin bir hissəsini üzərində, qalan hissəsini isə heroinlə birlikdə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 11 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 5,167 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 22:45 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı mənzildəki dolabın içərisindən 01 ədəd sellofan bağlamanın içərisində külli miqdarda təmiz çəkisi 70,627 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən külli miqdarda - təmiz çəkisi 18,304 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, qeyd edilən cinayət əməlinə görə şübhəli şəxs qismində tutularaq Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılarkən 24 dekabr 2022-ci il tarixdə saat 02:45 radələrində X7 əməkdaşları tərəfindən baxış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Nizami rayon Polis İdarəsinin X8 daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə üzərindən və yaşadığı evdən aşkar edilmiş metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən təmiz çəkisi 0,860 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 23 dekabr 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 11 ünvanının yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər və onu 24-cü Polis Şöbəsinə aparmışlar. Şöbədə hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış, hüquq və vəzifələri izah edilmişdir. Adını xatırlamadığı polis ona psixotrop maddə və bir ədəd açar verib demişdir ki, bunu saxla. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməyi bildirilmiş, amma həmin vaxt üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, əynindəki şalvarının cibindən ona verilən açarı, gödəkçəsinin sağ cibindən «Samsung» markalı telefonunu, sol cibindən isə Baş Narkotiklə Mübarizə İdarəsinin adını bilmədiyi əməkdaşının ona verdiyi 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Sonra ondan soruşmuşlar ki, “sənin evində narkotik vasitə varmı?” O isə bildirmişdir ki, “mənim evimdə narkotik vasitə var”. Ona yaşadığı ünvanda saxladığı narkotik vasitə və psixotrop maddələri göstərməyi təklif olunmuşdur. Etiraz etməmiş və polislərlə birlikdə yaşadığı mənzilə yollanmışlar. Orada özünün və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra qaldığı otaqda yerləşən yataq mebelinin yanındakı dolabın ən alt siyirməsini açaraq 01 ədəd şəffaf sellofan bağlamanı təqdim etmişdir. Bağlamada 02 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərdən biri heroin, digəri isə metamfetamin olmuşdur. Heroini və metamfetamini ona Fəyyaz adlı şəxs satmışdır. O da Fəyyaza pulu sonuncunun kartına “E manatla” göndərmişdir. Fəyyaz ona narkotik vasitənin yerini telefon vasitəsi ilə atmış və o da gedib narkotik vasitəni götürmüşdür. O, həmin heroin və metamfetamini özünün şəxsi istifadəsi üçün almışdır. 24 dekabr 2022-ci il tarixdə, saat 03 radələrində polis əməkdaşları onu Nizami rayon Polis İdarəsinin X8 təhvil vermişlər. Orada əməkdaşlar tərəfindən onun üzərinə baxış keçirilərkən gödəkçəsinin sol cibindən bir ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra akt tərtib edilmiş və o, həmin aktın doğruluğunu imzasıyla təsdiq etmişdir. Həmin psixotrop maddə 24-cü Polis Şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş pisixotrop maddənin içərisindən cibinə düşmüşdür. O, həmin narkotik vasitənin cibində qaldığını bilməmişdir. O, psixotrop maddə və narkotik vasitə istifadəçisidir. Onun evindən aşkar edilən həmin narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır. O, indiyə kimi heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Ona külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişdirlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. O, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən evinin açarını, qara rəngli gödəkçəsinin sağ yan cibindən “Samsung” markalı telefonunu, sol yan cibindən isə 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim etdiyi evin açarı qaytarılsa da, mobil telefonu ona izah edilərək götürülmüşdür. Təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində metamfetamin aşkar edilmişdir. Bundan başqa onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilən zaman 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. O, üzərində olan və evindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfefamin olduğunu, həmin maddəni həm istifadə etməyi, həm də ona deyilən yerlərə qoymaq üçün üzərində və evində saxladığını, həmin maddələri 2 gün qabaq Sumqayıt şəhəri ərazisindən Fəyyaz adlı şəxsin vasitəsilə əldə etdiyini, uzun müddətdir ki, narkotik maddə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılan zaman, eləcə də Polis Şöbəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 250-253). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 23 dekabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə idarənin rəhbərliyinə məruzə olunduqdan sonra İdarənin baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. 23 dekabr 2022-ci il tarixdə saat 21:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 11 ünvanının yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu bildirib onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şöbəyə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonuncuya paltarlarında, əşyalarında və ya bədənində hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən 01 ədəd yaşadığı mənzilin açarını, gödəkçəsinin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi açar özünə qaytarılsa da, «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamaya baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, təxminən 4-5 ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “əmi” ləqəbli şəxsin vasitəsilə 100 manat pulun müqabilində 2 gün əvvəl Sumqayıt şəhəri ərazisində əldə etdiyini, həmin şəxsin mobil nömrəsinin telefonunda qeyd olunduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, bundan başqa yaşadığı ünvanda da narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Orada Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncuya mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda yataq mebelinin yanındakı dolabın alt siyirməsini açaraq 01 ədəd şəffaf sellofan bağlamanı təqdim etmişdir. Baxış zamanı bağlamanın içərisində 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlər əvvəlcə karton qutuya, sonra isə elektron tərəzi ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri həm satış, həm də öz istifadəsi üçün saxladığını, İran İslam Respublikasının vətəndaşı olan Fəyyaz adlı şəxsin vasitəsilə Sumqayıt şəhəri ərazisindən əldə etdiyini, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrdən istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə dair protokol tərtib edilərək ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X7 növbətçisi Şahid3 göstərdi ki, 24 dekabr 2022-ci il tarixdə saat 02:45-də Səlim Səforov və onun tərəfindən Əzizov X4 Saxlama Yerinə qəbul edilərkən X7 yoxlama otağında yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol cibindən 01 ədəd büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış zamanı kristala bənzər ağ hissələrə bölünmüş maddələrin olması müəyyən edilmişdir. Həmin büküm tərəflərindən götürülmüş və akt tərtib olunmuşdur. Bundan sonra raportla rəhbərliyə məruzə olunmuşdur. Daha sonra Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən həmin büküm içərisindəki maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X7 növbətçisi Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X6 göstərdi ki, hadisə baş verən günü axşam yemək yedikdən sonra Ramil çölə çıxmış, ondan hara getdiyini soruşduqda, “ata, maşını qaraja salacam” demişdir. Üstündən 15 dəqiqə keçməmiş qapı möhkəm döyülmüş, kim olduqlarını soruşduqa “Bizə Ramil lazımdı, Ramil evdədi?” soruşmuşlar. Onlar Ramilin evdə olmadığını, həyətə düşdüyünü demişlər. Bir neçə dəqiqə sonra qapı yenidən möhkəm döyülmüş, həyat yoldaşına qapını açmasını bildirmişdir. 4 nəfər içəri girmiş, yoldaşını da onu da kənara itələmişlər. Həmin şəxslər evin bütün otaqlarını axtarmağa başlamışlar. Bir nəfər eynəkli hündür oğlan onları qapının ağzında saxlamış, digər 3 nəfər isə evi axtarmışdır. Hər yeri axtarıb dağıdıb tökmüşlər, amma evdən heçnə tapmamışlar. Onların yanında duran eynəkli oğlan “gözləyin girim, mən axtarım” demiş, siyirməni açan kimi əlində nəsə göstərib tapdığını demişdir. Yoldaşı isə “Bayaqdan hamı axtarır tapa bilmir, sən hardan tapdın?” soruşduqda həmin oğlan “Sakit dur bu dəqiqə səni də apararam” demişdir. Onlar bir də mətbəxi axtardıqda qızının şirniyyat bişirmək üçün istifadə elədiyi tərəzini tapmışlar, ancaq onu götürməmişlər. Bir neçə dəqiqə sonra Ramili də gətirmişlər. Ramili 2 saat maşında saxlamışlar. Ondan sonra Ramili otağa salmışlar, onları içəri qoymamışlar, Ramillə danışmışlar. Sonra isə Ramili də götürüb çıxmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X5 şahid X3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2 və Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 204-209,210- 215). Şəxsi axtarış və götürmə aparılması haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, təxminən 4-5 ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı «əmi» ləqəbli şəxsin vasitəsilə 100 manat pulun müqabilində 2 gün əvvəl Sumqayıt şəhəri ərazisində əldə etdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, bundan başqa yaşadığı ünvanda da narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-31,69-70). Baxış keçirilməsi və götürmə haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına sonuncunun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik tərkibli maddələrin qalan hissəsini könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs otaqda yataq mebelinin yanındakı dolabın alt siyirməsini açaraq 01 ədəd şəffaf sellofan bağlamanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Fəyyaz adlı şəxsin vasitəsilə Sumqayıt şəhəri ərazisindən əldə etdiyini, həmin maddələri ona deyilən yerə qoymaqla öz istifadəsi üçün narkotik vasitə və ya pul əldə etməli olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 39-41,69-70). Məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2022-ci il tarixli 6/7146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs- imza; imza; V.Həsənquliyev - imza... » yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 5,167 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr; Təqsirləndirilən şəxs-imza; imza; V.Həsənquliyev imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 18,304 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi 70,627 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi 23,471 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ Siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 23,371 qram, heroinin qalıq çəkisi 70,527 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-50). Mobil telefona baxış keçirilməsi haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «Galaxy Z Flip» modelli telefonda olan «WhatsApp» tətbiqinə baxış keçirilən zaman çoxlu sayda nömrələrlə, o cümlədən TTTTTT adı ilə qeyd edilmiş +7-***-***-**-** saylı mobil nömrə ilə yazışmalar aşkar edilmişdir. TTTTTT adı ilə qeyd edilmiş +7-***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin mütəmadi olaraq alqı-satqısına dair danışıqlar aparılması müəyyən olunmuşdur. Belə ki, həmin şəxs ona narkotik bağlamaların hazırlanmasını və müvafiq olaraq onun qeyd etdiyi ünvanlara qoymasını, qarşı tərəfdə olan şəxs isə həmin sifarişləri icra edəcəyini bildirmişdir. Həmçinin bu barədə səs yazıları da olmuşdur. Təqsirləndirilən şəxs səs yazısında olan şəxsin birinin özünün olduğunu, digər şəxsin isə İran İslam Respublikası vətəndaşı Fəyyaz adlı şəxsin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən bu məzmunda çoxlu sayda şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparılması müəyyən olunmuşdur. Həmçinin telefonun “Galeriya” bölməsində elektron tərəzinin üzərində sellofan bükümdə narkotik vasitəyə bənzər maddənin çəkilməsinin fotoşəkli aşkar edilmişdir (cild 1, iş vərəqə 75-92). Məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2022-ci il tarixli 6/7179 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,860 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və həmin bükümdəki metamfetamin üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,117 qram olan psixotrop maddə metamfetamin və üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 18,254 qram olan psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra paketdəki metamfetaminin qalıq çəkisi 23,271 qram, zərfdəki metamfetaminin qalıq çəkisi 0,810 qram təşkil etmişdir (cild 1, iş vərəqə 171-175). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2023-cü il tarixli 733 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 176-177). Diskə baxış keçirilməsi haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:22:26-da 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Ramin 7 ya 8 dene lazimdi mene cavab dede qaqa”, xx.xx.2022 -ci il tarixdə saat 21:26:49-da 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Ramin ot var gelim cavab de gozdeyram", xx.xx.2022-ci il tarixdə saat 11:07:43da 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Ay ramin kola lazimdi daw yox kola var gelim ac emelli daniwad”, xx.xx.2022-ci il tarixdə saat 20:29:32də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Roma gelende xəbər ele 20ot 30 derman 20 dass” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 188-189). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 22 fevral 2023-cü il tarixli 2384 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 149). İbtidai istintaq orqanının 13 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 235- 237). Cinayət işinin materiallarına əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli tibbi arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda hazırda “Sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, infiltrasiya mərhələsində, VM(+) pozitiv, xroniki “C” viruslu hepatit, subklinik mərhələ, İİV infeksiyası, İİİ klinik mərhələ Anemiya” kliniki diaqnozu təsdiqlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqə 150-151). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin valideynləri anası X5 və atası X3 ifadələrini isə məhkəmə onların doğma övladlarının müdafiəsinə yönəlmiş, məhkəmədə tədqiq olunmuş digər sübutlarla təkzib olunan mülahizələri kimi qiymətləndirir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, hazırda “sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, infiltrasiya mərhələsində, VM(+) pozitiv, xroniki “C” viruslu hepatit, subklinik mərhələ, İİV infeksiyası, İİİ klinik mərhələ anemiya” kliniki diaqnozu xəstə olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24,101-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 24,081 qram təşkil edən metamfetamin və qalıq çəkisi 70,527 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı mənzildə baxış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46,172). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 24,081 qram təşkil edən metamfetamin və qalıq çəkisi 70,527 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı mənzildə baxış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar