Məhkəmə qərarları › İş №1(101)-1288/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1288/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1288/2021 15.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X6 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 25 fevral 2021-ci il tarixdə saat 19:10 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs ona bir neçə gün əvvəl borca verdiyi 20 manat pulu geri istəyərək mobil telefonla kobud danışması səbəbindən sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yerə yıxarkən ona qarşı zor tətbiq edəcəyini zənn edib üzərində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən 2 dəfə Zərərçəkmiş şəxs sağ böyür hissəsindən vuraraq zərərçəkmiş şəxsə döş qəfəsinin sağ yarısının döş boşluğuna və qarın boşluğuna nüfuz edərək plevranın, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid və sağ qalça tininin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, habelə əli ilə qəsdən 1 dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan bacısıgilin qonşusudur, lakin Röyalla heç bir münasibəti olmamışdır. 20 fevral 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 2nvanının yaxınlığında Röyal ilə rastlaşan zaman 20 manat pula ehtiyacı olduğunu deyib borc verməsini xahiş etmişdir. Röyal isə etiraz etməyib 20 manat pulu ona vermişdir. O həmin pulu 1 gündən sonra qaytaracağını bildirib zəng etmək üçün Röyalın mobil nömrəsini kağıza yazmışdır. Bundan 1 gün sonra Röyalın nömrəsi olan kağızı itirdiyi üçün sonuncu ilə əlaqə saxlaya bilməmiş və qəsəbədə rast gələndə borcunu qaytaracağını fikirləşmişdir. 25 fevral 2021-ci il tarixdə səhər saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən zəng gəlmiş və telefonu açdıqda zəng edən Röyal olduğunu deyib kobud şəkildə ondan pulu niyə qaytarmadığını soruşmuşdur. O isə Röyala nömrəsini yazdığı kağızı itirdiyi üçün əlaqə saxlaya bilmədiyini demişdir. Röyal da axşam yaşadığı məhəlləyə gəlib pulu götürəcəyini bildirmişdir. Bir qədər vaxt keçdikdən sonra Röyal yenə də ona zəng edib dəqiq saat neçədə gələcəyini demişdir. Röyal telefonda kobud danışdığı üçün aralarında mübahisə yaranmış və o da Röyala iradını bildirdikdə Röyal söyüş söyüb telefonu qapatmışdır. Bundan sonra özü bir neçə dəfə Röyala zəng etmiş və telefonda onlar bir-birini təhqir etməyə başlamışlar. Son danışıqda Röyal “hardasan, denən, gəlirəm ora, sənin başına oyun açacam” sözlərini dedikdə o, cavab olaraq “məhəllədəyəm, səndən qorxan yoxdur, sözüm var gəl bura” demişdir. Bundan sonra o həmin gün axşam yaşadığı evdən hər ehtimala qarşı mətbəx bıçağını götürüb şalvarının bel kəmərində gizlətmişdir. Evin qarşısına çıxanda qonşuları Elmar və Mehmanla rastlaşmış, lakin heç bir söz demədən onların yanından uzaqlaşmışdır. Saat 19:00 radələrində yaşadığı evin yaxınlığına Röyalın gəldiyini gördükdə ona yaxınlaşıb telefondakı söyüşlərə görə sözlü mübahisə etmişdir. Mübahisə zamanı Röyal onu itələyib qulpu əlinə bərkidilmiş barsetka ilə vurmaq istəmişdir. Birinci dəfə barsetkanı baş nahiyəsinə vurmaq istədikdə o əyildiyi üçün barsetka orada olan daş hasara dəymişdir. Royal ikinci dəfə cəhd etdikdə isə əli ilə həmin barsetkanı tutmuş, ancaq Röyal barsetkanı özünə tərəf dartdıqda içərisində olan şüşəli banka sol əlinin ikinci barmağını kəsmişdir. Bu vaxt yerdə olan bel sapını götürüb Röyala doğru yelləmişdir ki, ona yaxın dura bilməsin. Həmin vaxt yaxınlıqda olan qonşuları Elmar və Mehman onları ayırmağa çalışmışlar. Bel sapını yerə atdıqdan sonra Röyal ilə tutaşaraq yerdə süpürləşmişlər. Röyal ondan canlı və ağır çəkili olduğu üçün onu yerə yıxmışdır. Röyalın onu döyəcəyini zənn edib yerdə olan zaman sonuncunun altından sol yana doğru çıxıb yaxa qurtarmaq üçün məcbur olub bel kəmərinə gizlətdiyi bıçağı çıxarıb həmin bıçaqla bir nəçə dəfə Röyalın sağ böyür nahiyəsindən vurmuşdur. Bunu etməkdə məqsədi sadəcə Röyalın altından çıxmaq olmuşdur, çünki Elmar və Mehman nə qədər onları ayırmağa çalışsalar da, gücləri yetməmişdir. Mehmanın hər iki ayağı protez olduğu üçün əlində əsa ilə özü güclə hərəkət etmişdir. Bıçaq xəsarətindən sonra Röyal birtəhər ayağa qalxıb oradan uzaqlaşmış, o da yaşadığı evə getmişdir. Həmin gün anası evdə olmuş, ancaq ürək xəstəsi olduğu üçün hadisə barədə ona heç nə deməmişdir. Bir neçə gün keçdikdən sonra Röyalın aldığı bıçaq xəsarətlərinə görə xəstəxanaya yerləşdirildiyini eşitmiş, onun ciddi xəsarət aldığını düşünməmişdir. Əgər bilsəydi hadisə günü özü ona kömək edərdi. Hadisədən sonra Röyala xəsarət yetirdiyi bıçağı evdə yuyub yenidən mətbəx şkafında yerinə qoymuşdur. Hadisə zamanı Röyalı sol əli ilə üstündən atmaq üçün qucaqlayaraq döş qəfəsinin sağ hissəsinə vurmuş və dartmaq üçün ola bilsin ki, cırmaq da atmışdır. Röyalın əynindəki gödəkcənin qabağı açıq olduğundan zədələrin bir neçəsi dartışma zamanı yaranmışdır. Röyalın tək gəlməyəcəyini düşündüyü üçün evdən bıçaq götürmüşdür. Hadisə zamanı Röyal ilə yalnız o dalaşmış, bıçaq xəsarətini də Röyala o yetirmişdir. Elmar və Mehman Röyala nə bıçaqla, nə əsa ilə, nə də ki yumruq-təpiklə heç bir xəsarət yetirməmişlər. Röyala doğru yellədiyi bel sapı ilə ona heç bir xəsarət yetirməmişdir. Röyala bıçaq xəsarətini yetirməkdə tək məqsədi ondan yaxa qurtarmaq olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Dava-dalaş zamanı Röyala bıçaq xəsarətini yerdə olduğu zaman yetirdiyi üçün Elmar və Mehman bunu görməmişlər. Röyala qarşı özünü müdafiə etmiş, törətdiyi cinayət əlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsində 233 saylı tam orta məktəbdə təhsil aldığı zamanlardan tanıyır. 20 fevral 2021-ci il tarixdə işlədiyi hərbi hissədən çıxıb evə gələrkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2 ünvanında yerləşən 233 saylı orta məktəbin yanında Rəşadla rastlaşmışdır. Rəşad 1 gün müddətinə qaytarmaq şərti ilə borca 20 manat pul istədikdə o etiraz etməyib 20 manat pulu Rəşada vermişdir. Bu vaxt Rəşad əlaqə saxlamaq üçün istifadəsində olan mobil nömrəni kağıza yazıb götürmüşdür. Bundan 1 gün keçməsinə baxmayaraq Rəşaddan xəbər çıxmamışdır. O, yenə də bir neçə gün Rəşaddan xəbər gözləmiş, onu tapa bilmədiyi üçün 24 fevral 2021-ci il tarixdə 233 saylı orta məktəbin binasının yanında Rəşadla bir massivdə qonşuluqda yaşayan tanımadığı şəxsdən sonuncunun mobil nömrəsini götürmüşdür. Həmin gün axşam istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Rəşadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin Rəşad zənginə cavab verməmişdir. 25 fevral 2021-ci il tarixdə səhər saatlarında yenidən Rəşada zəng edib pulunu tələb etmişdir. Rəşad isə axşam onunla görüşüb pulu verəcəyini bildirmişdir. Bir az keçdikdən sonra axşam görüşəcəkləri vaxtı və yeri dəqiqləşdirmək üçün Rəşadla yenidən telefon əlaqəsi saxladıqda Rəşad kobud danışdığı üçün telefonda mübahisə etmişlər. Bu şəkildə həmin gün bir neçə dəfə bir-birinə zəng edib telefonda mübahisə etmişlər. O, Rəşaddan harada olduğunu soruşduqda sonuncu həmin gün axşam yaşadığı məhəllədə olacağını demişdir. Bundan sonra o həmin gün axşam işdən çıxıb Lökbatan qəsəbəsinə getmiş və ora çatanda Rəşada zəng edib harada olduğunu soruşmuş, Rəşad isə massiv 2 ünvanında yaşadığı evin yaxınlığında onu gözlədiyini bildirmişdir. Saat 19:00 radələrində Rəşadla görüşmüş və onlar əvvəlcə sözlü mübahisə etmiş, sonra isə o, Rəşadla dava-dalaş etməyə başlamış, çiynindən kiçik əl çantasını çıxarıb Rəşadı vurmaq istəmiş, lakin çanta yerə dəymişdir. Daha sonra Rəşad yerdə olan bel sapını götürərək üstünə yelləməyə başlamış, bu zaman o, bel sapını Rəşadın əlindən alıb kənara atmış və onlar yerdə süpürləşməyə başlamışlar. Bu vaxt Elmar və Mehman oraya yaxınlaşıb onları ayırmağa çalışmış, lakin gücləri yetməmişdir. Elə həmin vaxt yerdə olduqları zaman Rəşad sağ böyründən bir neçə dəfə bıçaqla vurmuşdur. Bundan sonra halının pisləşdiyini hiss edib ayağa qalxmış və oradan uzaqlaşmışdır. Hadisə zamanı ağır xəsarət aldığından və hava da qaranlıq olduğundan ilk bıçaq xəsarətini arxa tərəfdən Şahid1 yetirdiyini, Mehmanın da əlindəki əsa ilə onu vurduğunu, hər iksinin də Rəşada kömək edərək onu döydüklərini güman etmişdir. Ona xəsarət yetirən yalnız Təqsirləndirilən şəxs olmuşdur. Dava-dalaş zamanı Rəşad barsetkanı əli ilə tutaraq özünə tərəf dartanda o, barsetkanı Rəşadın əlindən almaq istəmişdir. Rəşadın barmağının həmin vaxt kəsildiyini güman etmişdir. Rəşad ona olan 20 manat borcunu ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Röyalı əvvəllər təhsil aldığı 233 saylı orta məktəbdən tanıyır, lakin onunla heç bir münasibəti olmamışdır. 25 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdən çıxıb mərhum əmisinin evinə gedən zaman yolda qonşusu Mehmanla rastlaşıb onunla bir qədər söhbət etmişdir. Həmin vaxt qonşusu Rəşadın evinin yaxınlığında Röyal ilə mübahisə etdiklərini, sonra da dava etməyə başladıqlarını görmüşdür. Rəşad və Röyal yerdə süpürləşdikləri zaman o və Mehman yaxınlaşıb onları ayırmağa çalışsalar da, bu mümkün olmamışdır. Bir qədər sonra Röyal ayağa qalxaraq oradan uzaqlaşmışdır. Rəşad da ona Röyal ilə əvvəldən mübahisələri olduğu üçün dava etdiklərini və yerdə olan zaman bıçaqla Röyala xəsarət yetirdiyini demişdir. X5 hansı səbəbə görə mübahisə etdikləri barədə ona heç nə deməmişdir. 3 mart 2021-ci il tarixdə 10-cu Polis Bölməsinin əməkdaşı ona zəng edərək Röyalın onun barəsində şikayət etdiyini bildirib onu polis bölməsinə dəvət etmişdir. Zərərçəkmiş şəxs əlində olan çanta ilə Təqsirləndirilən şəxs vurmaq istədiyini, həmçinin Təqsirləndirilən şəxs dava-dalaş zamanı əlində olan bel ilə Zərərçəkmiş şəxs vurmaq istədiyini, Röyalın isə beli onun əlindən alaraq yerə atdığını kənardan görmüş və o yaxınlaşdıqda isə dava edənlər artıq yerdə süpürləşməyə başlamışdır. Rəşad və Röyalın konkret bir-birinə hansı xəsarətləri yetirdiklərini görə bilməmişdir. O, Röyalı nə bıçaqla, nə də ki başqa bir əşya ilə vurmamış, sadəcə Röyal və Rəşadı ayırmağa çalışmışdır. Davadalaş zamanı hava qaranlıq olduğundan və Rəşadla Röyal yerdə süpürləşdiklərindən qarışıqlıq olduğu üçün Rəşadın bıçaqla Röyala xəsarət yetirdiyini görməmişdir. Hadisə zamanı orada onlardan başqa heç kim olmamışdır. Rəşadın Röyalı bıçaqladığını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman o, ünvan 2nvanında yaşadığı mənzilin girişində yerləşən otaqdakı mətbəx şkafının rəfindən 1 ədəd bıçaq çıxardıb təqdim edərək bildirmişdir ki, 25 fevral 2021-ci il tarixdə baş vermiş hadisə zamanı həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısındakı boş sahəni göstərərək Zərərçəkmiş şəxs ilə mübahisənin məhz həmin yerdə baş verdiyini təsdiq etmişdir (cild 1, iş vərəqə 174-179). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 25 fevral 2021-ci il tarixdə baş vermiş hadisə yeri ünvan 3 ünvanının qarşısıdır (cild 1, iş vərəqə 224-226). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 18 mart 2021-ci il tarixli 113 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sağ yarısının döş boşluğuna və qarın boşluğuna nüfuz edərək plevranın, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ qalça tininin daxilə nüfuz etməyən 1 (bir) ədəd dəşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd əzilmiş-cırılmış yarası olmuşdur. Göstərilən xəsarətlərdən döş qəfəsinin sağ yarısının döş boşluğuna və qarın boşluğuna nüfuz edərək plevranın, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ qalça tininin daxilə nüfuz etməyən 1 (bir) ədəd kəsilmiş-dəşilmiş yarası deşici-kəsici alətin (əşya) təsirindən, döş qəfəsinin əzilmişcırılmış yarası bərk küt əşya təsirindən törənmiş, 25 fevral 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcələrinə görə döş qəfəsinin döş boşluğuna və qarın boşluğuna nüfuz edərək plevranın, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ qalça tininin daxilə nüfuz etməyən 1 (bir) ədəd dəşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd əzilmiş-cırılmış yarası isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmuşdur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqə 156-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 6 may 2021-ci il tarixli 224- 2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sağ yarısının aşağı hissəsində 1 (bir), arxa səthinin sağ yarısının aşağı hissəsində 4 (dörd) ədəd (cəmi 5 ədəd); sviterin ön səthinin sağ yarısının aşağı hissəsində 1 (bir), arxa səthinin sağ yarısının orta hissəsində 2 (iki) ədəd (cəmi 3 ədəd) və maykanın ön səthinin sağ yarısının aşağı hissəsində 1 (bir), arxa səthinin sağ yarısının yuxarı hissəsində 2 (iki) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar kostruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmamışdır. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmişkəsilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmamışdır (cild 2, iş vərəqə 19-28). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 8 may 2021-ci il tarixli 293/2021- MTBŞ nömrəli rəyindən görünür ki: 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi B(lll) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviter, mayka və gödəkcə üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri B(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün qrup barəsində fikir demək mümkün olmamışdır (cild 2, iş vərəqə 30-34). Cinayət işinin materiallarında olan “xxxx” MMC-nin 30 mart 2021-ci il tarixli 6011 nömrəli məktubu ilə daxil olmuş 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, 25 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında telefon danışıqları aparılmışdır (cild 1, iş vərəqə 151). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı istifadə olunmuş yaşadığı evdə təqdim etdiyi məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olan sviter, mayka və gödəkcə iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 37-45). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 133). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 29). Cinayət işinin materiallarında olan Qaradağ rayon məhkəməsinin 5 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 3 mart 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 111-112). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd sviter, 1 ədəd mayka və 1 ədəd gödəkcə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 3 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd sviter, 1 ədəd mayka və 1 ədəd gödəkcə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar