Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1288/2022 17.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 2 ünvanında yaxın qohumu olan əri Zərərçəkmiş şəxs2 narkotik vasitə istifadə etməsinə dair video görüntüləri tanışlarına və qohumlarına göndərəcəyini, həmçinin internet şəbəkəsinə yerləşdirərək zərərçəkmişin barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyərək həmin tarixdə Aysel Mürsəlovadan yaşadığı qeyd edilən ünvanda 400 (dörd yüz) manat, 10 fevral 2022-ci il tarixdə həmin ünvanda eyni üsulla Zərərçəkmiş şəxs1 470 (dörd yüz yetmiş) manat, 11 mart 2022-ci il tarixdə həmin ünvanda eyni üsulla Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat, 25 mart 2022-ci il tarixdə həmin ünvanda eyni üsulla Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat, 13 aprel 2022-ci il tarixdə həmin ünvanda eyni üsulla Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat pulu, sonuncu dəfə isə 07 may 2022-ci İl tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda yerləşən “Araz Ekspress” marketində «Million» ödəmə terminalı vasitəsilə göndərmiş olduğu 150 (yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb edib almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1820 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 sonuncunun yaşadığı ünvan 2 ünvanında yaxın qohumu olan oğlu Zərərçəkmiş şəxs2 narkotik vasitə istifadə etməsinə dair video görüntüləri tanışlarına və qohumlarına göndərəcəyini, həmçinin internet şəbəkəsinə yerləşdirərək zərərçəkmişin barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs3 həmin tarixdə qeyd edilən ünvanda 30 (otuz) manat pulu alaraq ələ keçirmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 may 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 sonuncunun yaşadığı ünvan 2 ünvanın qarşısında barəsində narkotik vasitə istifadə etməsinə dair video görüntüləri tanışlarına və qohumlarına göndərəcəyini, həmçinin internet şəbəkəsinə yerləşdirərək zərərçəkmişin barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyərək axşam saat 20 radələrində 400 manat pul verməsini tələb etmiş, sonuncu pulunun olmadığını bildirdikdə o, Zərərçəkmiş şəxs2 üz nahiyəsinə bir yumruq vuraraq ona sol göz orbitası ətrafının qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq etməklə hədə-qorxu ilə pul tələb edib, Zərərçəkmiş şəxs2 həmin gün axşam saat 20 radələrində qeyd edilən ünvanda 150 (yüz əlli) manat pulunu alaraq ələ keçirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinə barəsində etdikləri şikayət ərizələri əsasında polis əməkdaşları tərəfindən 09 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 2 ünvanının qarşısında saxlanılaraq həmin bölməyə dəvət edilmiş və həmin tarixdə saat 22:30-dan etibarən PB-də olan xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibindən, «Rothman» markalı siqaret qutusunun içərisində istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq üzərində saxlayaraq, daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 0,645 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni AR CM-in 182.2.2, 182.2.3-cü maddələri ilə təqsirli bilməyərək, AR CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 6-7 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs3 Tərlanın anası, Zərərçəkmiş şəxs1 isə Tərlanın həyat yoldaşıdır. Tərlan ilə onun münasibətləri həmişə yaxşı olmuş, Tərlan narkotik vasitə istifadəçisi olmuşdur. Həmin ərəfədə o da «şüşə» adlanan narkotik vasitəni çəkmək yolu ilə istifadə etmiş, həmçinin o, Tərlan ilə birlikdə də narkotik vasitə istifadə etmişdir. Belə ki, hadisədən təxminən 1 il 6 ay əvvəl Tərlanın anası və həyat yoldaşı ondan xahiş etmişdir ki, o, Tərlanın narkotik vasitə istifadə etməsinə imkan verməsin. O da öz növbəsində dəfələrlə Tərlanı bu yoldan çəkindirmiş, Tərlan ev şəraitdə müalicə alıb sağaldıqdan sonra, hadisədən təxminən 6 ay əvvəl o, yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Həmin vaxtdan əvvəl o, narkotik vasitə istifadə etməyi dayandırmış, buna görə də o, Tərlandan ona köməklik etməsini istəmişdir. Belə ki, hadisədən bir il iki ay əvvəl Tərlan ondan hissə-hissə olmaqla ümumilikdə 2.000 manatdan çox borc pul almışdır. Belə ki, o, həmin pulları Tərlanın anası Sevilin xahişi ilə Tərlana vermiş, Tərlanın anası onun Tərlana verdiyi borc pulları özündə qeyd etdiyini, həmin pulların ona qaytarılacağını bildirmişdir. O, valideynləri dünyasını dəyişdikdən və narkotik vasitə istifadə etməyə başladıqdan sonra Tərlandan həmin pulları istəməyə başlamışdır. Tərlan sonradan hissə-hissə olmaqla ona pulun çox hissəsini qaytarmış və ona 400 manat borcu qalmışdır. 06 may 2022- ci il tarixdə Tərlan borcundan ona 150 manat pul qaytarmış və 250 manat borcu qalmışdır. 06 may 2022-ci il tarixdə Tərlanın yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nürəddin Paşayev küçəsi 8 saylı binanın 2-ci blokuna gedən zaman Tərlanın narkotik vasitə istifadə edib, blokda oturduğunu görüb Tərlandan narkotik vasitə istifadə edib-etməməsini soruşmuşdur. Tərlan onun atasının goruna and içərək narkotik vasitə istifadə etmədiyini yalandan ona bildirdiyi üçün o, yumruqla bir dəfə Tərlanın üz nahiyəsinə vurmuş, səhəri gün, yəni 07 may 2022-ci il tarixdə Tərlan onun hazırda adını xatırlamadığı şəxsin bank kartına ödəmə terminalı vasitəsilə 150 manat pul göndərmiş və o, həmin pulu çıxarmışdır. Bundan sonra Tərlanın ona 100 (yüz) manat verəcəyi qalmış, Tərlan həmin pulu hazırki vaxta kimi ona qaytarmamışdır. 09 may 2022-ci il tarixdə səhər saatlarında o, özü istifadə etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində tanımadığı şəxsdən «şüşə» adlandırılan psixotrop maddə metamfetamin almışdır. O, həmin psixotrop maddə metamfetamini cibində olan, özünə məxsus «Rothman» markalı siqaret qutusunun içərisinə qoymuş, həmin gün, yəni 09 may 2022-ci il tarixdə, axşam saatlarında ona tanımadığı nömrədən zəng edib, özünü Tərlanın əmisi oğlu kimi təqdim edən şəxs onu söhbət etmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «İnsaf» marketin yanına çağırmışdır. O da həmin ünvana özü tək getmiş, o, qeyd olunan ünvana gedərkən, həmin gün səhər saatlarında özü istifadə etmək üçün aldığı və «Rothman» markalı siqaret qutusunun içərisinə qoyduğu «şüşə» adlandırılan psixotrop maddə metamfetamin də cibində olmuşdur. Həmin ünvanda polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edərək onu Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmiş, 41-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün ona vəkil təqdim olunmuşdur. O, vəkilə hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmiş, bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkiliş aparılmaqla onu «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin vaxtı əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibindən, içərisində 13 ədəd siqaret və içərisində «şüşə» adlandırılan psixotrop maddə metamfetamin olan bir ədəd büküm «Rothman» markalı siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümün içərisində «şüşə» adlandırılan psixotrop maddə metamfetamin olduğunu, 09 may 2022-ci il tarixdə, səhər saatlarında özü istifadə etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində tanımadığı şəxsdən 10 (on) manat pulun müqabilində alıb, istifadə edəcəyi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi, içərisində psixotrop maddə olan metamfetamin 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan götürülərək içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar və onun tərəfindən imzalanaraq Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 239 saylı möhürü ilə möhürlənmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, şəxsi axtarış və götürmə zamanı çəkiliş aparılmışdır. O, saxlanılarkən və polis idarəsinə gətirilərkən və polis idarəsində olan polis əməkdaşları ona heç bir təzyiq etməmiş, narkotik vasitə aldığı həmin şəxsin anket məlumatları və əlaqə nömrələrini xatırlamır. O, Tərlanı yalnız yumruqla bir dəfə üz nahiyəsinə vurmuş, Tərlanı təpiklə vurmamış, Zərərçəkmiş şəxs1 onun barəsində göstərdikləri yalandır. O, Tərlana, Ayselə və Sevilə hədə-qorxu gəlməmiş, Əksinə o, Tərlana hissə-hissə olmaqla ümumilikdə 2.000 manat borc pul vermişdir. Tərlan və ailə üzvləri Tərlanın ondan aldığı borc pulu ona qaytarmış, hazırda isə Tərlanın ona 100 (yüz) manat borcu qalmışdır. Onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun anası, Zərərçəkmiş şəxs1 isə onun arvadıdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs təxminən 4 ilə yaxın tanımş, o, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələrdən əl çəkməyində Cəfər ona çox köməklik etmişdir. O, müalicə alıb sağaldıqdan sonra Cəfər özü narkotik vasitələrdən istifadə etməyə başlamış, bundan sonra Cəfər mütəmadi olaraq onu və onun ailə üzvlərini şantaj edəcəyini bildirərək, ona hədə- qorxu gələrək ondan pul tapıb verməyini tələb etmişdir. O, anası və həyat yoldaşı ilə birlikdə Cəfərdən qorxub 2022-ci ilin yanvar ayından 08 may 2022-ci il tarixə kimi Cəfərə ümumilikdə 2.000 (iki min) manat pul vermişlər. 06 may 2022ci il tarixdə Cəfər özü tək onun yaşadığı evə gələrək onu bloka çağırmış, o da özü tək evdən çıxıb Cəfər ilə birlikdə bloka getmişdir. Həmin vaxtı Cəfər ondan 400 manat pul tələb etmiş, o, pulunun olmadığını Cəfərə dedikdə aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxtı Cəfər bir dəfə yumruqla onun üz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Cəfər axşama qədər 400 (dörd yüz) manat pul gətirməyini tapşırmış, o, həmin vaxtı evə gedərək bu barədə anasına məlumat vermişdir. Anası da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, həmin gün o, yeznəsi İmrandan 150 manat borc pul alıb Cəfərə vermiş, səhəri gün, yəni 07 may 2022-ci il tarixdə o, həyat yoldaşı Ayselin işlədiyi poliklinikaya gedərək bu barədə Ayselə demiş, Aysel də Cəfərin göndərdiyi, hazırda xatırlamadığı bank hesabına «Million» ödəmə terminalı vasitəsilə 150 (yüz əlli) manat pul göndərmişdir. Lakin buna baxmayaraq Cəfər yenə də ondan əlavə 100 manat pul tələb etmiş, lakin onların Cəfərə verməyə pulları olmamışdır. Belə olan halda onlar məcbur olub Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, lakin Cəfər ona narkotik vasitələrdən əl çəkməyinə kömək etdiyinə görə pul verməsini bildirmişdir. Cəfər onu və ailə üzvlərini şantaj edib həmin pulları tələb etmiş, bununla da Cəfər bu yolla ona və ailə üzvlərindən ümumilikdə 2.000 manat pul almışdır. 06 may 2022- ci il tarixdə Cəfər yumruqla bir dəfə onun üz nahiyəsinə vurub xəsarət yetirmişdir. 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun arasında olan mübahisə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nürəddin Paşayev küçəsi 8 saylı binanın 2-ci blokunun içərisində baş vermişdir. Mübahisənin səbəbi Cəfərin ondan hədəqorxu ilə 400 manat pul tələb etməsi, onun isə pulunun olmadığını deməsi olmuşdur. Mübahisə təxminən 5-7 dəqiqə davam etmiş, mübahisə vaxtı Cəfərlə onun yanında heç kim olmamış və heç kim də mübahisəyə müdaxilə etməmişdir. Cəfər ona və onun ailə üzvlərinə hər-hansı bir məbləğdə pul verməmiş, Cəfər 2.000 manat pulu ondan və ailə üzvlərindən, hədə-qorxu gəlməklə almışdır. O, hazırda narkotik vasitə istifadəçisi deyil, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Cəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumatı olmamışdır. Bəzən Cəfərlə birlikdə narkotik vasitə istifadə etmiş, Cəfər narkotik vasitəni gətirirmiş sonradan həmin narkotik vasitələrin pulunu ondan tələb etməyə başlamışdır. Şantaj vasitəsilə 2000 manata yaxın pul almış, lakin gətirdiyi narkotik vasitələrin ümumi məbləği 300-400 manat olarmış. Cəfər mütəmadi olaraq onu və ailə üzvlərini onun videosunu çəkdiyini və həmin görüntünü yaymaqla şantaj edəcəyini bildirərək, ona, anasına və həyat yoldaşına hədə-qorxu gələrək ondan pul tapıb verməyini tələb etmişdir. O, anası və həyat yoldaşı ilə birlikdə Cəfərdən qorxub 2022-ci ilin yanvar ayından 08 may 2022-ci il tarixə kimi Cəfərə ümumilikdə 2.000 (iki min) manat pul vermişlər. Belə ki, 15 yanvar 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək həyat yoldaşı Ayseldən 400 manat, 10 fevral 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 470 manat, 08 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək anası Sevildən 30 (otuz) manat, 11 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 200 manat, 25 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 300 manat, 13 aprel 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 300 manat, 06 may 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 150 manat pul almış, bundan başqa, sonuncu dəfə 07 may 2022-ci il tarixdə həyat yoldaşı Aysel də Cəfərin göndərdiyi, hazırda xatırlamadığı bank hesabına xatırlamadığı ərazidə yerləşən «Million» ödəmə terminalı vasitəsilə 150 (yüz əlli) manat pul göndərmişdir. Bununla da Cəfər ona, anasına və həyat yoldaşına onun videosunu yayaraq onları şantaj edəcəyini bildirib, onlara hədə-qorxu gələrək onlardan ümumilikdə 2.000 (iki min) manat pul almışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2011-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuş, birgə nigahdan bir övladları vardır. Hazırda o, əri Tərlan, övladı və qayınanası Sevil ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. O, 2012-ci il tarixdən Tərlanın narkotik vasitələrin istifadəçisi olmasını bilmiş, ailəvi olaraq Tərlanı bu yoldan çəkindirmək istəsələr də buna nail ola bilməmişlər. Təqsirləndirilən şəxs, Tərlanın tanışı olduğu üçün təxminən 2017-ci il tarixdən tanımış, Cəfər onların evinə gəlib-getməmişdən qabaq yoldaşı “peredoz” olmuşdur. Cəfər bu hadisədən xəbər tutmuş və hər gün Tərlana narkotik vasitə gətirib ziyarətinə gəlmiş, onlar bunu Cəfərdən istəmədiklərini bildirmiş, Tərlanı narkotik vasitə ilə təmin edərkən onlara ona köməklik etdiyini demiş, sonradan pulunu tələb edəcəyini bildirməmişdir. Təxminən 7-8 ay əvvəl Cəfərdən xahiş etmişdir ki, Tərlanı narkotik vasitələrin istifadəçiləri ilə görüşməsinə imkan verməsin. Bundan sonra Cəfər tez-tez onun yaşadığı evə gəlib-getməyə başlamış, təxminən bir ilə yaxındır ki, Tərlan narkotik vasitə istifadə etməmiş, lakin spirtli içkilər içir. Yoldaşının səhətinin yaxşılaşdığını gördükdən sonra, Cəfər ondan ona da pul verib onu da müalicə etdirməyini istəmiş, buna görə də 2022-ci ilin yanvar ayından etibarən Cəfər ondan, Tərlandan və qayınanası Sevildən pullar tələb etməyə başlamışdır. Cəfər Cəfərov buna görə də 2022-ci ilin yanvar ayından 08 may 2022-ci il tarixə kimi o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Cəfər Cəfərova hissə-hissə olmaqla ümumilikdə 2.000 manat pul vermişdir. Belə ki, qayınanası Sevil, Cəfər Cəfərova 30 manat, Tərlan Cəfərə 150 manat, qalan 1.820 manat pulu o, Cəfərə müxtəlif vaxtlarda vermişdir. Belə ki, Cəfər hər dəfə ayrı-ayrı vaxtlarda Tərlanı yaşadığı evdə döyərək qorxutmuş, hədə qorxu gəlib, şantaj edərək pul tələb etmiş, həmçinin Cəfər Tərlana dərman verib videosunu çəkərək Tərlanı şantaj etmişdir. Həmin videolarda yoldaşını təhqir etmiş, döymüş, nalayiq ifadələr işlətmiş, hətta yoldaşının üzərindəki paltarları çıxarmış və onu çəkmişdir. Yoldaşı başı aşağı dayanmış, Cəfər də onu döyüb, təhqir edərək videoya çəkmişdir. Yoldaşını həmin videogörüntüləri yaymaqla hədələmiş və bütün Badamdarda onu biabır edəcəyini bildirirmişdir. Buna görə o, dəfələrlə polisə şikayət etmək qərarına gəlmiş, lakin Cəfər Tərlanı çəkdiyi video ilə şantaj edəcəyini bildirmişdir. O, qeyd olunan pulları lombard və banklardan kredit yolu ilə əldə etmək məcburiyyətində qalmış, sonuncu dəfə 06 may 2022-ci il tarixdə o, işdə olan zaman Tərlan onun iş yerinə gələrək Cəfərə pul vermək üçün ondan 400 manat pul istəmişdir. Həmin vaxtı Tərlanın üz nahiyəsində xəsarətlər olduğunu görmüş, o, Tərlandan həmin xəsarətlərin kimin tərəfindən yetirildiyini soruşduqda Tərlan ona bildirmişdir ki, həmin gün, yəni 06 may 2022-ci il tarixdə, təxminən saat 12-13 radələrində Cəfər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nürəddin Paşayev küçəsi 8 saylı binanın 2-ci giriş blokunda onu döyərək, ondan 400 manat pul verməsini hədə-qorxu gəlməklə tələb etmişdir. O, həmin vaxtı Tərlana 400 manat pulunun olmadığını bildirmiş, lakin Tərlan Cəfərin 400 manat pulu axşam saat 20 radələrinə kimi tələb etməsini ona bildirmişdir. O da Tərlana pulunun olmadığını bildirmiş, belə olan halda Tərlan yeznəsi İmranın yanına gedərək İmrandan 150 manat pul almış və həmin pulu Cəfərə vermişdir. 07 may 2022-ci il tarixdə Cəfər Tərlandan əl çəkməyib pul tələb etmiş, bu məqsədlə o, Cəfərin göndərdiyi, hazırda xatırlamadığı bank hesabına xatırlamadığı ərazidə «Million» ödəmə terminalı vasitəsilə 150 (yüz əlli) manat pul göndərmişdir. Cəfər yenə əlavə də 100 manat pul tələb etmiş, lakin onun Cəfərə verməyə artıq pulu qalmamışdır. Qaynanası qışda insult olduğu üçün onu xəstəxanaya yerləşdirmiş, o, evdə övladı ilə tək olmuş, həmin zaman Cəfər onların evinin qapısını təpiklə vurmağa başlamış, uşağı qorxmuş və o artıq övladının psixoloji vəziyyətindən ehtiyat edib Cəfəri polisə şikayət etmək qərarına gəlmişdir. Belə olan halda onlar məcbur olub Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. X13 kömək etdiyinə görə pul verməyi bildirmiş, Cəfər əri Tərlanın videosunu çəkdiyini və həmin videonu yayacağını bildirərək şantaj edib pulları tələb etmişdir. Bununla da Cəfər bu yolla onlardan ümumilikdə 2.000 manat pul almışdır. Həqiqətən də Cəfərin, əri Tərlanı döyməməsi üçün o, Tərlan və qayınanası Cəfərə ümumilikdə 2.000 manat pul vermişdir. O, öz mobil telefonunu bəzi vaxtlarda istifadə etməsi üçün əri Tərlana vermişdir. Ola bilsin ki, Cəfər Tərlan ilə görüşərkən onun mobil telefonunu Tərlandan gizlin götürüb baxaraq oradan onun şəkillərini özünə köçürmüşdür. Lakin onun mobil telefonunda çılpaq şəkillər və intim videolar olmamışdır. Həmçinin Cəfər ilə onun arasında heç bir yaxınlıq münasibətləri olmamış, istintaq zamanı həmin mobil telefonun platası xarab olduğundan və həmin telefon hazırda mövcud olmadığından istintaqa təqdim etməyi mümkün olmamışdır. Onu, Tərlanı və Sevili qorxudaraq şantaj edib onlardan ümumilikdə 2.000 manat pul almış, həmçinin 06 may 2022-ci il tarixdə, təxminən saat 12-13 radələrində Cəfər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nürəddin Paşayev küçəsi 8 saylı binanın 2-ci giriş blokunda Tərlanı döymüş və 400 manat pul verməsini hədə-qorxu gəlməklə tələb etmişdir. Buna görə də Cəfərin etdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bundan əlavə Cəfər mütəmadi olaraq onu və ailə üzvlərini həyat yoldaşı Tərlanın videosınu çəkdiyini və həmin görüntünü yaymaqla şantaj edəcəyini bildirərək, ona, qayınanasına və həyat yoldaşı Tərlana hədə-qorxu gələrək ondan pul tapıb verməyi tələb etmişdir. O, qayınanası və həyat yoldaşı ilə birlikdə Cəfərdən qorxub 2022-ci ilin yanvar ayından 08 may 2022- ci il tarixə kimi Cəfərə ümumilikdə 2.000 (iki min) manat pul vermişlər. Belə ki, 15 yanvar 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 400 manat, 10 fevral 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 470 manat, 08 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək qayınanası Sevildən 30 (otuz) manat, 11 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 200 manat, 25 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 300 manat, 13 aprel 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 300 manat, 06 may 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək həyat yoldaşı Tərlandan 150 manat pul almış, bundan başqa, sonuncu dəfə o, 07 may 2022-ci il tarixdə Cəfərin göndərdiyi, ünvan 3 ünvanda yerləşən “Araz Ekspress” adlı marketdə xatırlamadığı bank hesabına «Million» ödəmə terminalı vasitəsilə 150 (yüz əlli) manat pul göndərmişdir. Bununla da Cəfər ona, qayınansına və Tərlana qeyd etdiyi, yəni Tərlanın videosunu yayaraq onları şantaj edəcəyini bildirib, onlara hədə-qorxu gələrək onlardan ümumilikdə 2.000 (iki min) manat pul almışdır. Həmin pulun 1.820 manatı ona, 30 manatı Sevilə və 150 manatı Tərlana məxsus olmuşdur. Həmçinin 06 may 2022-ci il tarixdə Cəfər özü tək onun yaşadığı evə gələrək Tərlanı bloka çağırıb blokda yumruqla bir dəfə Tərlanın üz nahiyəsinə vurub xəsarət yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun oğlu, Zərərçəkmiş şəxs1 isə Tərlanın həyat yoldaşıdır. Oğlu Tərlan 4 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Oğlu Tərlan əvvəllər narkotik vasitə istifadəçisi olmuş, həmin vaxtı o, Cəfərdən xahiş etmişdir ki, Tərlanın dostu kimi Tərlanı bu yoldan çəkindirsin. Cəfər də onun yaşadığı evə gəlib-gedərək Tərlanın bu yoldan çəkinməsinə kömək etmişdir. Artıq bir ildir ki, oğlu Tərlan müalicə almış və narkotik vasitələrdən istifadə etmir. Tərlan sağaldıqdan sonra Cəfər narkotik vasitələrdən istifadə etməyə başlamışdır. X4 narkotik vasitə istifadə etməsindən uzaqlaşdırmaqda kömək etdiyinə görə onlara hədə-qorxu gələrək şantaj edəcəyi hədəsi ilə onlardan pul istəməyə başlamış, bundan sonra Cəfər dəfələrlə onlardan pul tələb etmişdir. Beləliklə o, oğlu Tərlan və həyat yoldaşı Aysel ilə birlikdə Cəfərdən qorxub 2022-ci ilin yanvar ayından 08 may 2022-ci il tarixə kimi Cəfərə ümumilikdə 2.000 (iki min) manat pul vermişlər. 06 may 2022-ci il tarixdə gündüz vaxtı Cəfər onun yaşadığı evə gələrək Tərlanı yaşadığı binanın blokuna çağırmış, Tərlandan 400 manat pul tələb etmişdir. Tərlan pulunun olmadığını dedikdə Cəfər oğlunu həmin blokda döyərək xəsarət yetirmişdir. Həmçinin bundan sonra Cəfər oğlu Tərlana axşama qədər 400 manat pul tapıb verməsini tələb etmişdir. Oğlu bu barədə ona dedikdən sonra, həmin gün, yəni 06 may 2022-ci il tarixdə saat 14 radələrində o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin gün Tərlan ondan xəbərsiz Cəfərə 150 manat pul vermişdir. Səhəri gün, yəni 07 may 2022-ci il tarixdə Tərlan həyat yoldaşı Ayselin işlədiyi poliklnikaya gedərək bu barədə Ayselə demiş və Aysel də Cəfərin göndərdiyi, bank hesabına «Million» ödəmə terminalı vasitəsilə 150 (yüz əlli) manat pul göndərmişdir. Lakin buna baxmayaraq Cəfər yenə də oğlundan əlavə 100 manat pul tələb etmişdir. Lakin onların Cəfərə verməyə artıq pulu qalmamış, belə olan halda məcbur olub Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. X7 narkotik vasitələrdən əl çəkməsində kömək etməsinə görə pul verməyini bildirmişdir. Cəfər onu və ailə üzvlərini şantaj edib həmin pulları onlardan tələb etmişdir. Bununla də Cəfər bu yolla ondan və ailə üzvlərindən ümumilikdə 2.000 manat pul almışdır. Cəfər mütəmadi olaraq onu və oğlu Tərlanın və Tərlanın həyat yoldaşı Ayseli, oğlu Tərlanın videosunu çəkdiyini və həmin görüntünü yaymaqla şantaj edəcəyini bildirərək, ona, Ayselə və Tərlana hədə-qorxu gələrək onlardan pul tapıb verməyim tələb etmişdir. O, Tərlan və Aysel birlikdə Cəfərdən qorxub 2022-ci ilin yanvar ayından 08 may 2022-ci il tarixə kimi Cəfərə ümumilikdə 2.000 (iki min) manat pul vermişlər. Belə ki, 15 yanvar 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 400 manat, 10 fevral 2022-ci il tarixdə Cəfər onun yaşadığı və gələrək Ayseldən 470 manat, 08 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək ondan 30 (otuz) manat, 11 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 200 manat, 25 mart 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 300 manat, 13 aprel 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək Ayseldən 300 manat, 06 may 2022-ci il tarixdə Cəfər onun yaşadığı evə gələrək oğlu Tərlandan 150 manat pul almış, bundan başqa, sonuncu dəfə Aysel 07 may 2022-ci il tarixdə Cəfərin göndərdiyi, hazırda xatırlamadığı bank hesabına xatırlamadığı ərazidə yerləşən «Million» ödəmə terminalı vasitəsilə 150 (yüz əlli) manat pul göndərmişdir. Bununla da Cəfər ona, Aysel və Tərlana qeyd etdiyi, yəni Tərlanın videosunu yayaraq onları şantaj edəcəyini bildirib, onlara hədə-qorxu gələrək onlardan ümumilikdə 2.000 (iki min) manat pul almışdır. Həmin pulun 1820 manatı Ayselə, 30 manatı ona və 150 manatı Tərlana məxsus olmuşdur. Həmçinin 06 may 2022-ci il tarixdə Cəfər özü tək onun yaşadığı evə gələrək Tərlanı bloka çağırıb blokda yumruqla bir dəfə Tərlanın üz nahiyəsinə vurub xəsarət yetirmişdir. O, Cəfərin xətrini çox istəmiş, o, onun Evinə gəlib gedən biri olmuş, bundan istifadə edib onlardan hədə-qorxu ilə pul tələb etmiş, hazırda Cəfər barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X3 onun əmisinin həyat yoldaş, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 oğlu, Zərərçəkmiş şəxs1 isə Tərlanın həyat yoldaşıdır. 09 may 2022-ci il tarixdə axşam saatlarında o, Zərərçəkmiş şəxs3 yaşadığı ünvana qonaq gedən zaman sonuncunun ağladığını görüb nə olduğunu soruşmuş, Sevil də oğlu Tərlanın tanışı Təqsirləndirilən şəxs həmişəki qayda olaraq Tərlandan pullar tələb etdiyi demişdir. O da Tərlan ilə Cəfərin arasında nə baş verməsini öyrənmək məqsədilə Sevildən Cəfərin hazırda xatırlamadığı mobil nömrəsini öyrənib Cəfərə zəng edib Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «İnsaf» marketin yaxınlığında görüşmüşlər. Cəfər ilə o, görüşüb, yenicə söhbət etməyə başlayan zaman tanımadığı polis əməkdaşları Cəfərə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra nə baş verdiyindən onun məlumatı olmamışdır. O, istintaqda ifadə verdikdən sonra Cəfər özü ona zəng etmiş və köməklik istəmişdir ki, şikayəti geri götürsünlər. O da aldığı pulları geri qaytardığı təqdirdə Cəfərə şikayəti geri çəkməkdə köməklik edəcəyini, Zərərçəkmiş şəxs3 razı salacağını bildirmişdir. Cəfər də ona bildirmişdir ki, ona məxsus evi 500 manata kirayəyə verir, borcunu hər ay 500 manat ödəməklə qaytara bilərmiş. O, Cəfərə inamı yaranması üçün Cəfərin ilk 500 manatı verməsini bildirmiş, Cəfər də razılaşmış, ayın 1-i ödənişi qaytaracağını bildirsə də, o, sonradan Cəfərdən məlumat ala bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 09 may 2022-ci il tarixdə saat 22:00 radələrində Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ezam edilmiş, baş təhqiqatçı, polis mayoru X9 RPİ-nə göndərmiş olduğu narkotik vasitələrin istifadəçisi olan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 evdən çıxararaq döyməsi barədə tapşırıq əsasında o, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov 2 ünvanında xidmətdə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq, özlərini təqdim edib, barəsində olan şikayət ərizələri ilə əlaqədar izahatının alınması məqsədilə Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirib, onlarla birlikdə Səbail RPİ-nin 41-ci Polis Bölməsinə yollanmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini nəzərə alaraq, rəhbərliyə bu barədə raportla müraciət etmişlər. Həmin Bölmənin inzibati binasında Təqsirləndirilən şəxs 12 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Səbail RPİ-nin 41-ci Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkilə hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, saat 22:45-də video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan qara rəngli parça gödəkcəsinin sağ yan cibindən 1 ədəd üzərində «Rothman» sözü yazılmış siqaret qutusunun içərisindən 13 ədəd siqaret dənəsi və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ağ rəngli, spesifik İyə malik olan kristal formada narkotik maddəyə oxşar kütləni masanın üstünə qoymaqla təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində başqa nə kimi əşyalar olduğunu soruşduqda daha üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün və siqaretin kimə məxsus olduğunu soruşduqda, sonuncu özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində «kakos» kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 09 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində adını bilmədiyi şəxsdən 10 (on) manata pulun müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd mənzil açarı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri- qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə və psixotrop maddə metamfetaminə bənzər 01 (bir) ədəd kütlə, eləcə də 13 (on üç) ədəd siqaret dənəsi sübut əhəmiyyətinə malik olduğundan götürülərək bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, həmin zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 239 saylı möhürü ilə möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mənzil açarı özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2677 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №239” dairəvi möhür əksi və “Saxlanılan şəxs Xudiyev-imza; Müdafiəçi: Əliyeva-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,645 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 13 ədəd siqaret dənəsinin tərkibində narkotik vasitə hissəcikləri yoxdur və yalnız tütün hissəciklərindən ibarətdir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ siyahısına daxildir. (cild 1, iş vərəqə 46-50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 2574 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiolidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 135-136) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 11 may 2022-ci il tarixli 299 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol göz orbitası ətrafının qançırı bərk küt əşyanın təsirindən törənmiş və xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 95-97) İş materiallarında olan xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürülmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə, saat 22 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılaraq, 41-ci Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 22:45-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman həmin vaxtı əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibindən, «Rothman» markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,645 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və içərisində baxış keçirilməsinə dair görüntülər olan 01 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. (cild 1, iş vərəqə 39-41) İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səbail RPİ-nin 41-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibindən, «Rothman» markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə «kakos» kimi tanıdığı təmiz çəkisi 0,645 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim edərək xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Parlament prospektində tanımadığı şəxsdən 10 manat pulunu müqabilində aldığını bildirməsi müəyyən olunmuşdur. (cild 1, iş vərəqə 141) İş materiallarında olan 03 iyun 2022-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi ünvan 7 ünvanını göstərmişdir. Hadisə yerinin foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 201-204) İş materiallarında olan Təqsirləndirilən şəxs - təmiz çəkisi 0,645 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,545 qram psixotrop maddə metamfetamin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 145-158,173) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.3 maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxslərin ona borcu olduğundan həmin borcu onlardan istəməsi və onların da həmin borcun bir qismini ona qaytarması, zərərçəkmiş şəxslərdən hədə-qorxu gəlməklə pul əldə etməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokollarından görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadələri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. (cild 1, iş vərəqə 106-111,112-117) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Həmin Plenum qərarında qeyd edilir ki, rüsvayedici məlumatlar yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarın 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,645 qram psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə metamfetamini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 82) Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Səbail RPİ-nin Müvəqqəti saxlanma yerindən azad edilmişdir. (cild 1, iş vərəqə 29, 93-94) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün, onun barəsində axtarış elan edilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 08 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12in xx.xx.2022-ci il tarixli, 2574 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar– Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,645 qram olan və ekspertiza təqdiqatından sonra qalıq çəkisi 0,545 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 06 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 0,545 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1288/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1288/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver