Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-129/2020 23.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, «23 » yanvar 2020-ci il Bakı şəhərində xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ARDNŞ nəzdində Nəzarət Ölçmə Cihazları və Avtomatika MMC-də defektoskopçu işləmiş, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.5 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs atası Şahid1 xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış 25980 manat məbləğində borc müqaviləsinə əsasən borclu olduğu Zərərçəkmiş şəxs1 onlardan mütəmadi pulunu tələb etdiyi üçün həmin borcdan yaxa qurtarmaq, yəni tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evin mətbəxindən götürdüyü məişət təyinatlı bıçaqla silahlanaraq həmin gün, saat 21:40-da Zərərçəkmiş şəxs1la əvvəlcədən görüşmək üçün razılaşdıqları ünvan 2 ünvanın yaxınlığında yerləşən meyvə-tərəvəz dükanının yaxınlığında gözləmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 oğlu Şahinlə birlikdə oraya gəlmiş, söhbət zamanı Zərərçəkmiş şəxs1 pul borcunu tələb etdikdən sonra onu tamah niyyəti ilə öldürmək məqsədilə Zərərçəkmiş şəxs2 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, həmin bıçaqla zərbələr vuraraq Zərərçəkmiş şəxs1 dərəcələri təyin edilməyən döş qəfəsinin sol yan səthinin səthi deşilmiş-kəsilmiş yaraları, sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin ön səthinin deşilmiş kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, həmin vaxt onun qanuna zidd hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə atası Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid sol bazunun deşilmişkəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin yuxarı şöbəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası, sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli pnevmohemotoraksla müşayiət olunan, döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi və sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərdiklərindən və eləcə də Zərərçəkmiş şəxs2 müqaviməti nəticəsində bıçaq sındığından Təqsirləndirilən şəxs öz əməlini başa çatdıra bilməmiş, zərərçəkmiş şəxslərə vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas olunduğundan iradəsindən asılı olmayan səbəblərə görə onlara qarşı yönəlmiş əməllərini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə və Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası Şahid1la Zərərçəkmiş şəxs1 arasında 2013-cü ildə borcu ödəyə bilməməsi səbəbindən mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs1 müraciəti əsasında atasının barəsində cinayət işi başlanmış, 2018-ci ildə tutulmuşdur. İstintaqın gedişində Zərərçəkmiş şəxs1la atası Şahid1 barışmış və aralarında 2018-ci ilin noyabr ayında notarial qaydada atasının 26.000 manat məbləğində vəsaiti hər ay təxminən 2.000 manat olmaqla 1 il ərzində ödəməyi barədə borc müqaviləsi bağlanmış, o, atasının Zərərçəkmiş şəxs1 olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng etmiş və atasını tutdurmaqla hədələmiş, o, Zərərçəkmiş şəxs1la Bülbülə qəsəbəsində, dəmir yolunun qarşısında görüşmüş və üzərində olan 200 manatı Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs1 ondan fevral ayının 15-nə kimi ən azı borcun 1.500 manatını qaytarmağı tələb etmiş, o da kredit götürməklə borcun geri qalan hissəsini ödəyəcəyi barədə vəd versə də, banka olan borcu səbəbindən kredit götürə bilməmişdir. Həmin müddət ərzində Zərərçəkmiş şəxs1 dəfələrlə ona zəng etmiş, sonuncu dəfə aqressiv formada və kobud, nalayiq sözlərdən istifadə edərək səsli mesaj göndərərək onunla görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onu əvvəlcə Hövsan qəsəbəsinə, təxminən 1 saat sonra isə “whatsapp” proqramı vasitəsilə zəng edərək Bülbülə qəsəbəsinə çağırmışdır. O, Bülbülə qəsəbəsinə getmiş, Zərərçəkmiş şəxs1 yanında tanımadığı 30 yaşlarında bir oğlanla gəlmiş və həmin şəxsi oğlu kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 söhbət zamanı kobud ifadələr işlətmiş, onun gödəkçəsinin yaxasından yapışaraq ondan pulunu tələb etmişdir. O, pulu olmadığını bildirmiş və sonradan adının Şahin olduğu şəxsə müraciət edərək, haqlı olduqlarını və pulu geri qaytaracağını, lakin teztez nalayiq ifadələr işlətməməsini söyləmişdir. Zərərçəkmiş şəxs1 bu sözlərə məhəl qoymadan onu və ailəsini təhqir etdiyi üçün həmin təhqirlərə dözməyərək əvvəlcə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə əl atmış, Zərərçəkmiş şəxs1 da onun üzünə əl atmaq istəyəndə, o, görüşə gəlməmişdən qabaq özünü müdafiə etmək məqsədi ilə gətirdiyi bıçaq ilə Zərərçəkmiş şəxs1 bir neçə bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs2 onun arxasına keçərək onun ağzından tutub dartmağa çalışanda yenidən çevrilərək Zərərçəkmiş şəxs2 bir neçə bıçaq zərbəsi yetirmişdir.Onu yenidən vurmağa çalışan Zərərçəkmiş şəxs1 yenidən bıçaq zərbəsini yetirərkən bıçağın sapı qırılmış və bıçağı yerə atmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu əvvəlcə ayaq üstə, zərbələrin təsirindən yıxıldıqdan sonra isə yerdə döyməyə, təpikləməyə başlamış,çənəsini əzmişlər. Yoldan keçən bir qadının kömək çağırmasından sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu hadisə yerində qoyaraq uzaqlaşmışlar. Bundan sonra o da hadisə yerindən uzaqlaşmış, bir taksi ilə əvvəlcə Babək prospektinə, sonra öz yaşadığı evə piyada getmişdir. Öz otağından paltar götürərək taksi ilə aftovağzala getmiş, tanımadığı şəhərlərarası avtomobillə Masallıya getmiş, atası Elmana zəng edərək hadisəni danışmışdır. Masallıda kafedə yemək yedikdən sonra internet klubda gecəni keçirərək səhər saat 8 radələrində ordan çıxaraq kafedə yemək yemişdir. Saat 11 radələrində dostu Elxana zəng edərək hadisə barədə məlumat verərək məsuliyyəti barədə öyrənmişdir. Elxanın atasının təslim olmadığı halda məsuliyyətinin ağırlaşacağı barədə xəbərdarlığından sonra o, avtovağzaldan avtobusa minib Bakıya qayıtmış, Elxanla görüşüb sonra 31-ci PB-nin əməkdaşlarına təslim olmaq məqsədilə Əhmədliyə getmiş, Nobel prospektində yerləşən “Nargilə” kafesinin yanında polis əməkdaşları ilə görüşmüş, birlikdə rayon prokurorluğuna sonra xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertizaların rəyləri və cinayət işi üzrə toplanmış digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid1 2013-cü ildə Şahid1 15 baş inəyi 32.000 manata satmış, sonuncu həmin pulu 1 həftə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Sonradan pulu ödəməyən Şahid1 Ukraynaya qaçdığını öyrənərək Xəzər rayon prokurorluğuna müraciət etmiş, Şahid1 barəsində cinayət işi başlanmış və sonuncu axtarışa verilmişdir. 2018-ci ildə Şahid1 Ukraynada tutulmuşdur. Şahid1 ona etdiyi çoxsaylı xahişlərdən sonra o, istintaqa barışıq ərizəsi yazmışdır. 2018-ci ilin noyabr ayında Şahid1la “Asan xidmət”də sonuncunun 26.000 manat vəsaiti hər ay 2.100 manat olmaqla 1 il ərzində ödəməyi öhdəsinə götürməsinə dair borc müqaviləsi bağlamış, 6.000 manat isə Şahid1 ona istintaqın gedişində ödəmişdir. Şahid1 pulu hər ayın 15-i ödəməyi öhdəsinə götürdüyü üçün o, həmin tarixlərdə ona zəng etmiş, Şahid1 isə hər dəfə ondan 5-10 gün vaxt istəmiş. 2018-ci ilin noyabr ayından cəmi 200 manat olmaqla ödənişi Şahid1 oğlu Təqsirləndirilən şəxs etmişdir. O, Şahid1la sonuncu dəfə 2019-cu ilin fevral ayında “whastapp” proqramı vasitəsilə danışmış və bundan sonrakı günlərdə onun telefonuna zəng çatmamışdır. Həmin ilin fevral ayının 19-u Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşmuş, o, Hövsanda olduğu bildirdikdə Müdafiəçi2 oraya gəlib onunla söhbət etmək istədiyini bildirmiş, həmin gün bir neçə dəfə zəng edərək orda olub-olmamasını dəqiqləşdirmişdir. O, həmin gün 19:40-da Hövsandan çıxıb taksi ilə Bülbülə istiqamətinə gedərkən Təqsirləndirilən şəxs zəng edərək Bülbüləyə gəlməsini demişdir. Bülbülədə taksidən düşdükdən sonra bir daha zəng edərək harada olduğunu dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs ona dəmir yolunun yaxınlığında gözlədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən çayxanaya dəvət etmişdir. Dəmir yoluna çatanda Təqsirləndirilən şəxs yaxına çağırmış, onu niyə çağırdığını, pulu verib-verməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə “Nə pul, sizə pul düşmür” demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs atasının harada olmasını maraqlandıqda sonuncu ona atasının Ukraynada olduğunu bildirmişdir. Həmin zaman evə gedən oğlu Zərərçəkmiş şəxs2 onu və Təqsirləndirilən şəxs görmüş, avtomobili yolun kənarında saxlamış, onlara yaxınlaşaraq “ata, burada nə edirsən? “ soruşmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs belindən bıçaq çıxararaq əvvəlcə ona, sonra isə Şahinə bir neçə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs zibil qutularının yerləşdiyi istiqamətdə qaçaraq uzaqlaşmış, o da, oğlu Zərərçəkmiş şəxs2 avtomobillə xəstəxanaya çatdırmış, onlara təcili tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs ilə barımış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü tanımışdır. Belə ki, xx xxxxxx 2019-cu ildə, saat 9 radələrində Bülbülə qəsəbəsində, atasının dəmiryolu istiqamətinə yolu keçdiyini görüb sonuncuya yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxsla atası Zərərçəkmiş şəxs1 arasında olan söhbətə müdaxilə etməmiş, onların söhbətinə qulaq asmış, atası Qabildən pulunu tələb etmiş, Qabil isə ona pul verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs atası ilə yüksək səslə danışdığından ona irad bildirərək sakit olmasını, Bülbülə qəsəbəsinin sakini olduqlarından onu və atasını insanların tanıdığını bildirmişdir.Bu vaxt Təqsirləndirilən şəxs qəfil bıçaq çıxardaraq əvvəlcə atası Zərərçəkmiş şəxs1 döş nayihəsinə bir bıçaq zərbəsi vurmuş, o, Qabilə müqavimət göstərib onun əlindəki bıçağı almağa çalışdıqda sonuncu əlindəki bıçağı verməyib bıçaqla gah onun, gah da atasının bədəninin müxtəlif nayihələrinə bıçaq zərbələri vurmuşdur. O, ürək nayihəsində kəskin ağrı hiss etmiş, bir qədər əlbəyaxa olduqdan sonra o, Təqsirləndirilən şəxs hadisə yerinin yaxınlığında saxlanmış bir avtomobilə söykəmiş və onun əlindəki bıçağı sındırmış, bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O, atası Zərərçəkmiş şəxs1la birlikdə özünə məxsus avtomobilə əyləşərək xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs ilə barımış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İsfahan oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Zərərçəkmiş şəxs1 2013-cü ildən tanıyır. Dayısı Şahid1la Zərərçəkmiş şəxs1 arasında mal-qara alveri ilə ələqadar olaraq borc məsələsi olmuş, Zərərçəkmiş şəxs1 Xəzər RPİ-nə müraciət etmiş, dayısı həmin vaxt Ukraynada olduğu üçün onun barəsində beynəlxalq axtarış elan edilmişdir. O, Laçınla Elman arasında olan mübahisəni həll etmək üçün Laçına 6000 manat pul vermişdir. Şahid1la Laçın arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Şahid1 hər ay Zərərçəkmiş şəxs1 2100 manat pul verməli olmuşdur. Lakin Şahid1 maddi imkanı zəif olduğu üçün o, həmin pulu ödəyə bilməmişdir. 2018-ci ilin dekabr ayında Laçın tez-tez ona zəng vurub dayısı Elmanın telefonuna zəng çatmadığını demiş, Laçın hər dəfə kobud formada danışaraq hədə-qorxu etmişdir. O, Qabilə Laçının tez-tez ona zəng edib narahat etdiyini demiş, Qabil də ona özünün nömrəsini Laçına verməyini, Laçının ona zəng etməyini tapşırmışdır. O, Qabilin mobil nömrəsini Laçına vermiş və Laçınla danışığı olmamışdır. Sonradan o, Qabildən Laçınla məsələnin nə yerdə olduğunu soruşduqda Qabil Laçınla razılaşdığını, ona 200 manat pul verdiyini, hər ay pul verəcəyini demişdir. 2019-cu ilin fevral ayının 19-da axşam saat təxminən 10-11 arası Qabil ona zəng edib Laçının onu Bülbüləyə çağırdığını, həmin vaxt Laçının oğlu Şahinin də orada olduğunu, Laçının onu söydüyünü, cavab qaytardıqda Şahin və Laçının onu əllə vurduqlarını, bu zaman onların hər ikisini bıçaqla vurduğunu, özünün də vəziyyətinin pis olduğunu, çənəsinin ağrıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs harada olduğunu soruşduqda sonuncu ona Bakıdan getdiyini bildirmişdir. O, Qabilə Bakıya qayıtmasını, polisə gedib hadisəni danışmağını, onun da Laçın və Şahindən onu döydüklərinə görə şikayət etməyini bidlirmişdir Qabil ona indi uzaqda olduğunu, sonra onunla əlaqə saxlayacağını bildirmiş, lakin sonradan Qabilin istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2006-cı ildən tanımış, dostluq münasibəti olmuşdur. 2019-cu ilin fevral ayının 21-də səhər saat 7-8 radələrində Qabil onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, onunla görüşmək istədiyini demişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs Keşlədəki evlərinin qarşısında polis əməkdaşlarının olduğunu dedikdə sonuncu xəbəri olduğunu, üzbəüz danışacağını demişdir. Təxminən 1 saat sonra Qabil yenidən ona başqa bir nömrə ilə zəng edərək harada görüşəcəklərini soruşmuş, o, sonuncuya “Nargilə” kafesinə gəlməsini demişdir. O, saat 8-9 radələrində “Nargilə” kafesinin yanına çatmış və Qabilin kafenin yanında gözlədiyini görmüşdür. O, Qabildən nə baş verdiyini soruşduqda, sonuncu ona adam bıçaqladığını bildirmiş, səbəbini soruşduqda Təqsirləndirilən şəxs ona həmin adamın onu söydüyü üçün bıçaqladığını bildirmiş, lakin ona hadisəni ətraflı danışmamışdır. Qabil ondan xahiş etmişdir ki, əvvəllər polis əməkdaşı olmuş atası ilə danışıb vəziyyəti ona danışmasını və təsim olmaq üçün hansı polisə getməli olduğunu məsləhət alsın. O, Qabilin yanında atasına zəng edərək sonuncuya vəziyyəti izah etmiş, atası ona Qabilin təslim olmaq istəməsinin düzgün addım olduğunu bildirmişdir. O, atasına hadisənin Bülbülə ərazisində baş verdiyini demiş, atası da ona Qabilin təslim olması üçün həmin ərazi üzrə polis bölməsi ilə danışaraq polis əməkdaşları ilə birlikdə olduğumuz yerə gələcəyini bildirmişdir. O, da atasının dediklərini Qabilə çatdırmışdır. Təxminən bir saat sonra atası 31-ci PB-nin əməkdaşları və Qabilin valideynləri ilə birlikdə “Nargilə” kafesinə gəldikdən sonra Qabil onlarla birlikdə polis bölməsinə, oradan da xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Suraxanı rayon 31-ci PŞnin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə günü əməliyyat qrupunda olan bölmənin polis əməkdaşları hadisə yerinə yollanmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir. Onun ünvanını dəqiqləşdirib polis əməkdaşları ilə birlikdə evinə getmiş, Təqsirləndirilən şəxs evdə olmamışdır. Təqribən 2 gün keçdikdən sonra bölməyə Təqsirləndirilən şəxs dostunun atası Faiq adlı şəxs gəlmiş və o, 31-ci polis bölməsinin rəis müavini X3 Qabilin törətdiyi cinayət əməlinə görə könüllü təslim olmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs valideynləri də bölmədə olmuşlar. Məlumatdan sonra o, rəis müavini Ramil İbrahimov və Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Xətai rayonunda yerləşən “Nargilə” kafesinin yanına yollanmışlar. Təqsirləndirilən şəxs onları orada gözləmişdir. X5 rayon prokurorluğuna aparmışlar. Qabilin sifət nahiyyəsində xəsarətlər, o cümlədən çənə nahiyəsində həddən artıq olan şişklinlik sınıq olması şübhəsi yaratdığına görə onu 3 saylı şəhər poliklinikasına aparıb rentgen aparatından keçirmişlər. Cinayət işinə əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 31-ci PBnin rəis müavini, polis mayoru Ramil İbrahimov tərəfindən danışıq əsasında Xətai rayonu “Nargilə” kafesinin yaxınlığından qəbul edilib və dindirilməsi üçün Suraxanı rayon prokurorluğuna təhvil verilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 120 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli pnevmohemotoraksla müşayiət olunan, döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafqramın zədələnməsi və sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin yuxarı şöbəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər. Məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 121 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində döş qəfəsinin ön səthinin sol aşağı iç şöbəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthininin 2 ədəd səthi deşilmiş-kəsilmiş yarası xəsarəti müəyyən edilmişdir. Həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin, bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə döş qəfəsinin ön səthinin deşilmiş kəsilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, döş qəfəsinin sol yan səthinin səthi deşilmiş-kəsilmiş yaraları hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində alt dodağın qançırı və selikli qışasının qansızması, sağ çənə bucağı nayihəsinin şişkinlik və qançırı (hematoması), alının sıyrıqları, sol qaşın bayır bucağı nayihəsinin, sağ qaşın iç bucağı nayihəsinin sıyrıqları, təpə nayihəsinin şişkinliyi, sol qoltuqaltı nayihənin qançırı, sağ saidin cızığı xəsarətləri müəyyən edilmişdir. Qeyd edilən cızıq şiş uca malik əşyanın (ola bilsin bıçaq), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərlər. Sağ çənə bucağı nayihəsinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər hər bir ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxx 2019-cu il tarixli 116-MTKŞ/2019 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin ön səthində iki ədəd, arxa səthində bir ədəd və sol qolu üzərində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır.Gödəkçənin üzərində olan deşilmiş-kəsilmiş zədələrlə onun bədəni üzərində olan deşilmiş- kəsilmiş yaralar bir-biri ilə yerləşməsinə görə nisbi olaraq uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində iki ədəd, arxa səthində bir ədəd dəlibkeçən zədələr, gödəkçənin ön səthində solda səkkiz ədəd, arxa səthində iki ədəd və sol qolu üzərində beş ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələrin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sağ qolu üzərində, öndə bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələrin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədə bir kənarı kəsilmiş-deşilmiş zədə olmaqla, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş, digər iki kənar cırılma zədəsi olmaqla, küt yaranma mexanizminə malik kombinə olunmuş zədədir. Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sol qolu üzərində dörd ədəd, sağ qolu üzərində dörd ədəd dəlib-keçməyən zədələr aşkar olundu. Bu zədələrin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr kəsilmiş zədələr olub iti kənarı olan hər hansı bir alətin (alətlərin) təsirindən yarana bilərdi. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus paltarlardan köynəyin və gödəkçənin ön səthində olan 03 ədəd deşilmiş-kəsilmiş zədələrlə, onun bədəni üzərində olan deşilmiş-kəsilmiş yaralar bir-biri ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Lakin gödəkçənin digər səthlərində olan çoxsaylı zədələr bədəndə öz əksini tapmamışdır, bu da ancaq gödəkçənin qalın olması, zədələrin daxilə nüfuz etməməsi, yalnız gödəkçənin zədələnməsi və zədələrin xarakteri ilə izah olunur. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi əsasından başlamaqla dəstəkdən tam ayrılmış vəziyyətdə olduğundan, yəni deformasiyaya uğradığından, həmin bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərində eksperimental zədələrin yetirilməsi mümkün olmadı. Bu səbəbdən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərində olan zədələrin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın tiyəsi və dəstəyi küt təsirdən sınmışdır. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli 172/2019-MTBŞ nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi : A –beta (İİ), Zərərçəkmiş şəxs1 ABO isistemi üzrə qan qrupu : : A –beta (İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O- alfa, beta (İ) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus idman şalvarı və idman gödəkçəsi, Zərərçəkmiş şəxs1 məxsus gödəkçə və sviter üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası üzərinə hopdurulmuş maddə ləkələrindən insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri Abeta/H/İİ/qruplu şəxsə və ya şəxslərə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 Laşın oğluna və Zərərçəkmiş şəxs1, əgər onların qanında müşayiətedici H antigenti varsa məxsus ola bilər. Bu ləkələrdə Oalfa, beta/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yanlız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) Məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03.05. 2019-cu il tarixli 738 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xəstəliyin əlaməti aşkar olunmur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situsasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatri müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə kompyuter-texniki ekspertizasının xx xxx 2019-cu il tarixli, 10852 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonda “whatsapp” proqramı məlumatlarının əks edildiyi bir ədəd diskə baxış zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsilə hədə-qorxu məzmunlu səsli mesaj göndərməsi müəyyən edilməmişdir. Baxış zamanı xx xxxxxx 2019-cu il tarixdə saat 23:04-də Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə telefonda “Zakir Bülbülə” adı ilə qeydə alınmış +**********00 nömrəli mobil nömrədən “telefonu götür” yazılı, xx xxxxxx 2019-cu il tarixdə saat 21:14 dəqiqədə isə“sən məni ələ salırsan, mən gəlirəm sabah sizə evdə ol” yazılı mesaj daxil olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsindən telefonda “Namiq” adı ilə qeydə alınmış +**********42 nömrəli mobil nömrəyə “Zakir yığsa, atam Rusiyadadır, gelecek de 10 gune” yazılı sms göndərilmişdir; -“xxxxxxx” MMC-dən daxil olmuş məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə, saat 21:14-də iki dəfə Müdafiəçi2 istifadəsində olmuş mobil nömrəyə zəng etmiş, lakin onlar arasında danışıq olmamışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə, saat 18:38-də yenidən Müdafiəçi2 zəng etmiş, telefon danışığı 173 saniyə davam etmişdir. Həmin gün, saat 21:44-də Zərərçəkmiş şəxs1 yenidən Müdafiəçi2 zəng etmiş, telefon danışığı 58 saniyə davam etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə, saat 20:48-də Müdafiəçi2 zəng etmiş, telefon danışığı 48 saniyə davam etmişdir; -Həmçinin baxış zamanı müəyyən edimişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 19:26-da oğlu Zərərçəkmiş şəxs2 055 *** ** ** nömrəli mobil nömrədən zəng etmiş, həmin danışıq 41 saniyə davam etmişdir. Həmin gün 19:40-da Zərərçəkmiş şəxs2 yenidən Zərərçəkmiş şəxs1 zəng etmiş, telefon danışığı 36 saniyə davam etmişdir. Həmin gün 20:43-də Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 zəng etmiş, telefon danışığı 20 saniyə davam etmişdir. 20:46-da Zərərçəkmiş şəxs2 yenidən Zərərçəkmiş şəxs1 zəng etmiş, telefon danışığı 18 saniyə davam etmişdir. Cinayət işinə əlavə edilmiş 08.10. 2018-ci il tarixdə 5 saylı “Asan Xidmət” Mərkəzində bağlanmış borcun etirafı barədə müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 borclu olduğu 25980 manat pulu aylıq 2165 manat olmaqla xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.5 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 63-cü maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində qeyd edilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 il 3 aydan artıq müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 paltarları özlərinə, Təqsirləndirilən şəxs paltarları nümayəndəsinə qaytarılmalı, hadisə yerindən götürülmüş qan nümunələri və 1 ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 55 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.5 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 63-cü maddələri tətbiq edilməklə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 paltarları özlərinə, Təqsirləndirilən şəxs paltarları nümayəndəsinə qaytarılsın, hadisə yerindən götürülmüş qan nümunələri və 1 ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 55 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-129/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-129/2020
23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver