Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-129/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X6, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxstamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə külli miqdardaümumi təmiz çəkisi 23,631 qram narkotik vasitə heroini, zavod üsulu ilə qablaşdırılmış, üzərində «Methadone 40» yazısı ilə bir ədəd konvalyutda üç ədəd dairəvi həb formalı olmaqla hər birinin çəkisi 0,04 qram təşkil edən ümumi çəkisi 0,12 qram olan «Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin» İİ siyahısına daxil edilmiş narkotik vasitə metadonu, külli miqdarda- ümumi təmiz çəkisi 12,104 qram olan «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bundan sonra narkotik vasitələr heroinin bir qramını 45 (qırx beş) manata olmaqla 1.035 (bir min otuz beş) manata, metadon həblərinin hər birini 10 (on) manata olmaqla 30 (otuz) manata, psixotrop maddə metafetaminin bir qramını 100 (bir yüz) manat olmaqla 1.200 (bir min iki yüz) manat müqabilində naməlum vaxtda, yerdə və şəraitdə tanışı Şahid1 satmış, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 saat 13:40-da Bakı şəhəri, Binəqədi rayonu, Pirşağa qəsəbəsi, Qızılqum yaşayış sahəsində yerləşən «Həyat» istirahət mərkəzinin qarşısında saxlanılaraq üstünə keçirilmiş baxış zamanı onun tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs əlavə əldə edib üzərində saxlamaqla daşıdığı yeddi ədəd bükümdə külli miqdarda- təmiz çəkisi 23,631 qram narkotik vasitə heroin, zavod üsulu ilə qablaşdırılmış, üzərində «Methadone 40» yazısı ilə bir ədəd konvalyutda üç ədəd dairəvi həb formalı olmaqla hər birinin çəkisi 0,04 qram təşkil edən ümumi çəkisi 0,12 qram narkotik vasitə metadon, səkkiz ədəd bükümdə ümumi çəkisi külli miqdarda 12,104 qram olan «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən qara rəngli əl çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəlidir, altı övladı var, əvvəllər maşınyuma sexi işlətməklə, meyvə-tərəvəz satışı ilə məşğul olmaqla dolanışığını təmin etmişdir. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir və aldığı narkotikin hamısını şəxsi istifadə məqsədilə əldə etmişdir. Tanışı Şahid1 ilə ortaq pul verərək şəxsi istifadələri üçün narkotik vasitə əldə edərək istifadə etmişlər. Bir dəfə Emin onun cibində təxminən 500 (beş yüz) manat pul görüb, ondan həmin pulu evini tikdirmək üçün borc istəmiş, o da oğlunun Türkiyədə təhsil almasıüçün oraya getməyə hazırlaşdığından fikirləşmişdir ki, pulu Eminə versin, Türkiyəyə gedənə yaxın geri alar. Eminə pulu verdikdən on beş gün sonra sonuncunun pulunu qaytarmayacağı qənaətinə gəlmiş, həmin puldan 400 (dörd yüz) manatı geri ala bilsə də, qalanını ala bilməmişdir. Emindən pulu istədikdə aralarında mübahisə yaranmış və Emini sillə ilə vurmuşdur. Bir müddət sonra eşitmişdir ki, Emin polis tərəfindən saxlanmış və saxlanılan zaman onun adını verərək, narkotiki ondan aldığını bildirmişdir. Emin tutulan zaman düşünmüşdür ki, Emini vurduğu üçün sonuncu polisə qəsdən yalan məlumat verərək narkotik vasitələri ondan aldığını demişdir. Polis tərəfindən ondan aşkarlanaraq götürülən narkotik vasitələr ona aid deyil, hamısı Eminindir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadələri məhkəmədə elan edilmişdir. O, həmin ifadələrində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən on ildir kokos adlandırdıqları narkotik vasitə olan heroindən iynə vurmaq üsulu ilə istifadə edir, heroindən başqa digər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, cəzadan azad edildikdən sonra yenidən narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, həmin müddət ərzində avtoyuma məntəqəsində yuyucu kimi işləmişdir. 2018-ci ilin may ayında tanışı vasitəsilə Emin adlı şəxslə tanış olmuşdur. Əslində Emini tanıdığı uzun müddətdir, belə ki, 2009-cu ilə qədər Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşadığı vaxtlar Emin də orada yaşamışdır. Emin də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Söhbətlərin birində Emin ona narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq istədiyini bildirmiş, o da külli miqdarda narkotik vasitə və psxiotrop maddə təşkil edə biləcək tanışı olduğunu demişdir. Eminlə razılaşmışdır ki, Rəsuldan külli miqdarda narkotik vasitə və psixotrop maddə alıb ona verə bilər, çünki Rəsul adlı şəxs də ona bildirmişdir ki, əgər külli miqdarda narkotik vasitə və psixotrop maddə istəyən müştəri olsa onunla tanış etsin. Rəsuldan narkotik vasitə heroin və psixotrop maddə metafetamini alıb Şahid1 vermiş, qarşılığında isə narkotik vasitə heroin alıb özü üçün istifadə etmişdir. Emindən narkotik vasitənin pulunu alıb aparıb Rəsula vermişdir. 2018-ci ilin may ayında bu formada Eminə narkotik vasitə verdikdən sonra Rəsulla Emini tanış etmiş, daha sonra Emin özü Rəsuldan narkotik vasitə almağa başlamışdır. Bundan sonra Rəsul hissə-hissə narkotik vasitə satmadığı üçün artıq mütəmadi olaraq Emindən narkotik vasitə alıb istifadə etmişdir (cild 02, iş vərəqi 14-16; 30-32). Təqsirləndirilən şəxs elan olunan ifadələri ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadələrini təzyiq altında verdiyi ilə əsaslandırmış, buna görə də həmin ifadələrini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, işüzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cümaddəsi ilənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 X12 üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə BNMİ-nə Şahid1 mütəmadi olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitə heroinin, metadonun və psixotrop maddə olan metafetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi üçün dərhal rəhbərliyə raportla müraciət edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün icazə istəmişdir. Rəhbərlik tərəfindən tədbirin keçirilməsinə icazə verildikdən sonra xx xxxxxx 2018-ci il tarixdə qəbul edilmiş qərarla onun rəhbərliyi ilə BNMİ-nin XMİÜ əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 tərkibində olduğu əməliyyat qrupu yaradılmaqla əməliyyat-axtarış təbdirlərinin həyata keçirilməsinə başlanılmışdır. Əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün Bakı şəhəri, Səbail rayonu ərazisindən iki nəfər hal şahidi qismində idarəyə dəvət edilmiş, onların və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi, Qızılqum yaşayış sahəsində yerləşən «Həyat» istirahət mərkəzinin yaxınlığına gedərək ətrafı müşahidə etməyə başlamışlar. Bir müddət sonra Şahid1 saxlamışlar. Emin saxlanılan zaman, ondan götürülən narkotik vasitələri İlham adlışəxsdən aldığını demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 X12 üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis polkovnik-leytenantı Şahid3 ifadələrində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyi təklif etmişlər, könüllüşəkildə razılaşaraq onlarla birlikdə Baş X3 inzibati binasına getmişdir. Orada ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə Bakışəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi, Qızılqum yaşayış sahəsində yerləşən «Həyat» istirahət mərkəzinin yaxınlığına getmişlər. Orada bir qədər gözlədikdən sonra polis əməkdaşları tərəfindən istirahət mərkəzinin qarşısında özünüşübhəli aparan bir nəfər saxlanılmış və həmin şəxsdən narkotik vasitələr aşkarlanaraq götürülərək onların iştirakı ilə zərfə qoyulmuşdur. Sonradan Başİdarəyə gəlmişlər vəsaxlanılan şəxsin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində Şahid6 ifadəsində göstərdiklərini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır, iki azyaşlı uşağı var. Təqsirləndirilən şəxs borca pul almışdır. Ara-sıra İlhamla borca görə mübahisələri olurdu. Narkotik istifadəçisidir, lakin istifadə etdiyi narkotiki İlhamdan almamışdır. Polis əməkdaşları onun telefonundan İlhamın nömrəsini götürərək ona narkotik maddələri İlhamdan aldığını deyərək təzyiq etmişlər. «Narkotik vasitələri İlhamdan almışam» deyə bildirdiyi ifadələri təzyiq altında vermişdir.İlhamla birlikdə narkotik vasitə istifadə etsə də, ondan narkotik almamışdır. Narkotik vasitəni adını bilmədiyi şəxsdən almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Gözəlov Gözəl Fuad oğlu ifadəsində göstərmişdir ki, cinayət işinin ayrılması haqqında qərar xx xxxxx 2019-cu il tarixlidir. Həmin rəqəmlər texniki səhvlə bağlı düzgün qeyd edilməmişdir.Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs kimi tutulma qərarında onun barəsindəAzərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə saxlanılması texniki səhv səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs ölkədən çıxışına qadağa qoyulması zamanı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsinəəsaslanmışlar. Bu barədə verilmiş əməliyyat tapşırığıəsasında «stop»uəməliyyat müvəkkilləri tətbiq etmişlər. Ola bilsin ki, əməliyyat müvəkkilləri Təqsirləndirilən şəxs müəyyən edib «stop» qoymuşlar. Təqsirləndirilən şəxs işini uzadıb ayırmaqda məqsədi əlavə istintaq hərəkətlərinin keçirilməsi olmuşdur. Təqsirləndirilən şəxs narkotiki kimdən əldə etməsini müəyyən edə bilməmişdir. Şahidlər narkotikin təxminən Şahid1 tutulmamışdan on beş gün əvvəl alındığını deyirlər, bu fikir dəqiq deyil, yəni onlar bunu təxmini olaraq deyirlər. Rəsul adlışəxsin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verməmiş, ümumiyyətlə bu adda şəxsin mövcudluğu barədə maraqlanmamış, mənbənin müəyyən edilməsi üçün verdiyi əməliyyat tapşırığıəsasında əməliyyat müvəkkilləri maraqlanmışlar. Təqsirləndirilən şəxs dindirilərkən ifadəsində bildirmişdir ki, Rəsul adlı adam onların yanında olmayıb. İstintaq müddətinin uzadılması ilə əlayədar Bakı şəhəri Nərimanov Rayon Məkəməsi tərəfindən barəsində xüsusi qərar çıxarılmışdır. Şahid1lə Təqsirləndirilən şəxs arasında apardığı üzləşdirmə zamanı Emin narkotik vasitəni İlhamdan aldığını bildirmiş, sonuncu bunu etiraf etməmişdir. Şahid Gözəl Gözəlov ona ünvanlanmış «Şahid1 barəsindəki cinayət işində olan disklərdə digər cinayət əlaqələrinin araşdırılmamasının səbəbi» sualını Təqsirləndirilən şəxs işinə aid olmadığı üçün cavablandırmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddənin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Şahid1 satılması faktına görə, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (cild 01, iş vərəqi 01-02). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən Şahid1 götürülmüş külli miqdarda, yəni 23,631 qram çəkidə narkotik vasitə heroin, 12,104 qram çəkidə psixotrop maddə metafetamin vəüzərində «Methadone 40» yazısı ilə bir ədəd konvalyutda üç ədəd dairəvi həb formalı olmaqla hər birinin çəkisi 0,04 qram təşkil edən ümumi çəkisi 0,12 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil olan narkotik vasitə metadon cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və onların məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalıqları, yəni müvafiq olaraq 23,491 qram çəkidə narkotik vasitə heroin, 12,024 qram çəkidə psixotrop maddə metafetamin, daxilindəümumilikdə 0,08 qram metadon olan iki ədəd həb və bir ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrüDİN BMCMİ-nin maddi sübutları saxlama yerinətəhvil verilmişdir (cild 01, iş vərəqi 99-101). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cuil tarixli istintaq tapşırığında Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda «İlham» adlı şəxslə əlbir olmasının müəyyən edilib-edilməməsi, bu məqsədlə şəxsiyyəti istintaqa məlum olmayan «İlham» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə istintaqa məlumat verilməsi göstərilmişdir (cild 01, iş vərəqi 191-192). İş materiallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cuil tarixli protokolundan görünür ki,«xxxx» MMC-dən xx.xx.2019-cu il tarixli 7209 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskə keçirilmiş baxışzamanı müəyyən olunmuşdur ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında çoxsaylı danışıqlar baş vermişdir (cild 01, iş vərəqi 195-200). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cu il tarixli protokolundan görünür ki,«xxxx» MMC-dən xx.xx.2019-cu il tarixli 8872/19 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskə keçirilmiş baxışzamanı müəyyən olunmuşdur ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında çoxsaylı danışıqlar olmuşdur (cild 01, iş vərəqi 206-231). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1İdarəsinin xx.xx.2019-cu il tarixli 007-328-1219 nömrəli məktubunda göstərilmişdir ki, Şahid1 aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və metadonun, həmçinin psixotrop maddə metafetaminin mənbəyinin xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan başqa Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vərəqi 232). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 728 nömrəli məktubundan, eyni tarixli 627 nömrəli aktından və şəxsi axtarış haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qazax Rayon «Sınıq Körpü» SNM-də İAMAS-da DİN tərəfindən «Saxla» statusu ilə nəzarət qoyulduğu üçün sərhəd naryadı tərəfindən saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Şəxsi axtarış zamanı onun üzərində bir ədəd pasport aşkarlanmışdır (cild 02, iş vərəqi 01-03). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:25-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 02, iş vərəqi 09). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cu il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Şahid1 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə onun dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir (cild 02, iş vərəqi 19-21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2019-cu il tarixli qərarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi göstərilmişdir (cild 02, iş vərəqi 22-23). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (cild 02, iş vərəqi 50-52). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 verilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına görə CM-nin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 02, iş vərəqi 77-79; 81-89). Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə görə, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 2472 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 90-91). İş materiallarındakı Bakı Ağır Cinayətlər Məhkəməsinin Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə xx xxxx 2019-cu il tarixli hökmünün kserosurətindən görünür ki, Şahid1 məhkəmə baxışı zamanı narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, həmçinin ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri tanınadığı şəxslərdən xatırmadığı məbləğlərə aldığını bildirmişdir. Lakin məhkəmə Şahid1 verdiyi ifadələri işin faktiki halılarına uyğun olmadığı üçün, həmçinin mötəbər sübutlarla təkzib olunduğu üçün yalan ifadələr kimi qiymətləndirmişdir. Bu halın nəzərə alınması göstərilmişdir (cild 02, iş vərəqi 124-136; 151-162). Məhkəmə həm Şahid1, həm də Təqsirləndirilən şəxs barəsində olan cinayət işlərini araşdıraraq hesab edir ki, hər iki işdə «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokolda Eminin özü, hal şahidləri, əlavə iki əməliyyatçı və müdafiəçinin iştirakı ilə protokolda qeyd olunmuşdur ki, «Verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, təqdim etdiyi narkotik vasitə olan heroinin hər bir qramını 45 (qırx beş) manata olmaqla 23 (iyirmi üç) qramını 1.035 (bir min otuz beş) manata, narkotik vasitə olan metadonun hər bir həbini 10 (on) manata olmaqla 30 (otuz) manata, psixotrop maddə olan metafetaminin hər bir qramını 100 (yüz) manata olmaqla 12 (on iki ) qramını 1.200 (bir min iki yüz) manata təxminən on beş gün öncə Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının yaxınlığında yaşayan, istifadəsində 055 579 66 50, 050 353 18 39 və 050 433 11 70 mobil telefonları, əvvəllər məhkum olunmuş, təxminən 45-50 yaşlarında olan «İlham» adlı şəxsdən həm özü istifadə etmək üçün, həm də satmaq üçün almışdır. Bundan əlavə Şahid1 öz xətti ilə yazdığı izahatında İlhamdan narkotiki hansı qiymətə aldığını və İlhamın telefon nömrələrini də göstərmişdir (iş vərəqi 29). Şahid1 həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirməsində həmin narkotik vasitələri Təqsirləndirilən şəxs aldığını təsdiq etmişdir (cild 01, iş vərəqi 29, 48-50, 65-67, 235-237). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalıqları, yəni müvafiq olaraq 23,491 qram çəkidə narkotik vasitə heroinin, 12,024 qram çəkidə psixotrop maddə metafetaminin, daxilində ümumilikdə 0,08 qram metadon olan iki ədəd həbin və bir ədəd elektron tərəzinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə məhv edilməsi; təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş 050 *** ** ** telefon nömrəsi ilə aparılmış danışıqlara dair «xxxx» MMC-dən, 055 *** ** ** telefon nömrəsi ilə aparılmış danışıqlara dair«xxxx» MMCdən, götürülmüş məlumatların təqdim edildiyi cəmi iki ədəd «CD» diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 02, iş vərəqi 151-162). Məhkəməyə təqdim olunmuş Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 101 nömrəli xx.xx.2020-ci il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. Məhkəməyə təqdim olunmuş Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin 2037 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla arvadı X8, 1994-cü il təvəllüdlü qızı Səidə və 2004-cü il təvəllüdlü oğlu Sərdardan ibarət ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ərazi Bölmələrini X7 Mərkəzi Rayon Xəstəxanasının «Publik hüquqi şəxsi» Konsultativ Poliklinika Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə poliklinikada tibbi müayinədən keçrəkən ona «Şəkərli diabet. İİ (iki) tip orta ağır forma. Xroniki virus hepatit «C»» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində DSMF publik hüquqi şəxsinin Şəmkir rayon filialının **********2 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 3-cü qrup əlildir və ömürlük təyin olunmuş 110 (bir yüz on) manat məbləğdə sosial müavinat alır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cümaddəsindənəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cümaddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitənin istifadəçisi olsa da, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə-heroinin, İİ siyahısında psixotrop maddə- metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, şahid ifadələri, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərci yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalıqları, yəni müvafiq olaraq 23,491 qram çəkidə narkotik vasitə heroinin, 12,024 qram çəkidə psixotrop maddə metafetaminin, daxilində ümumilikdə 0,08 qram metadon olan iki ədəd həbin və bir ədəd elektron tərəzinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə məhv edilməsi; təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş 050 *** ** ** telefon nömrəsi ilə aparılmış danışıqlara dair «xxxx» MMC-dən, 055 *** ** ** telefon nömrəsi ilə aparılmış danışıqlara dair«xxxx» MMC-dən götürülmüş məlumatların təqdim edildiyi cəmi iki ədəd «CD» diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cıil tarixli 4 saylı Qərarının 18-ci bəndindəgöstərilir ki, müttəhimə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cıil tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cıil tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni xx xxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 181900273 nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların məhkəməkimyəvi ekspertiza tədqiqatından sonrakı qalıqları, yəni müvafiq olaraq 23,491 qram çəkidə narkotik vasitə heroinin, 12,024 qram çəkidə psixotrop maddə metafetaminin, daxilində ümumilikdə 0,08 qram metadon olan iki ədəd həbin və bir ədəd elektron tərəzinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə məhv edilməsi; təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş 050 *** ** ** telefon nömrəsi ilə aparılmış danışıqlara dair «xxxx» MMC-dən, 055 *** ** ** telefon nömrəsi ilə aparılmış danışıqlara dair «xxxx» MMC-dən götürülmüş məlumatların təqdim edildiyi cəmi iki ədəd «CD» diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-129/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-129/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver