Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-129/2022 05.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı2, Dövlət ittihamçısı5, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı7, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı4, kiçik ədliyyə müşaviri, böyük prokuror-metodist Dövlət ittihamçısı6, müdafiəçilər - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, tərcüməçi X4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 170.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 dekabr 2020-ci il tarixdə tutulmuş, 18 dekabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində tanışı Qanuni nümayəndə1 bir neçə saatlığına istifadə etmək məqsədi ilə aldığı mobil telefonu geri qaytarmaq üçün ünvan 3 ünvanına gələrək qapını möhkəm döyüb, uca səslə qışqırmış, bu zaman qapını Qanuni nümayəndə1 qızı Şahid8 açaraq ona qapını möhkəm döyməməsini və qışqırmamasını deyib, haqlı iradını bildirdikdə, o, Lidiya ilə uca səslə danışdığına görə sonuncunun qonaq gəlmiş nişanlısı, 04 dekabr 1986-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5, mənzil 72-də yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gələrək ona nişanlısı ilə yüksək səslə danışmamasını deyərək, Lidiyanı evin içinə ötürən zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, cəmiyyətdə birgə yaşayış normalarına zidd olaraq, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, faktiki olaraq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla iki zərbə vuraraq, ona hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətli itirilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara və döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən 01 ədəd yara sağlamlığa ağır dərəcəli zərər vurmağa aid edilən xəsarətləri yetirməklə Ülvü Hüseynova xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti olmadan törətmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25 aprel 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində tanışı Qanuni nümayəndə1 bir neçə saat müddətində istifadə etmək məqsədi ilə aldığı mobil telefonu geri qaytarmaq üçün sonuncunun yaşadığı ünvan 3 ünvanına gələrək içəridən bağlı vəziyyətdə olan dəmir həyət qapısını möhkəm döyüb uca səslə ev sahibini çağırdıqda, həmin vaxt ev sahibi Qanuni nümayəndə1 qızı Şahid8 çölə çıxaraq həyət qapısını açmaq üçün gələrkən Təqsirləndirilən şəxs qapını möhkəm döyməməsinə və ev sahibini hündür səslə çağırmasına kobud formada irad bildirərək sonuncunu nalayiq sözlərlə təhqir etmiş, qapını açdıqda isə buna görə Təqsirləndirilən şəxsla Şahid8 arasında sözlü mübahisə başlamışdır. Həmin vaxt Şahid8gilə qonaq gəlmiş sonuncunun nişanlısı, baxılan iş üzrə zərə çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla Şahid8 arasında mövcud olan mübahisəni görüb onların yanına gələrək sonuncunu müdafiə edib Təqsirləndirilən şəxs itələyərək ona nişanlısı ilə yüksək səslə danışmamağı bildirmiş, onu döyə biləcəyi ilə hədələyib onu təhqir etmiş və buna görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi üzərində gəzdirdiyi bıçaq olması inkar olunmayan, məhkəməyədək icraat mərhələsində müəyyənləşdirilməsi mümkün olmamış kəsici-deşici alətlə iki dəfə vuraraq, ona hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətli itirilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş bir ədəd və döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən bir ədəd - sağlamlığa ağır dərəcəli zərər vurmağa aid edilən iki ədəd xəsarətlər yetirməklə zərər çəkmiş Ülvü Hüseynova insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 24 aprel 2020-ci il tarixdə axşam tərəfi o, tanışı Şamil adlı oğlanla birlikdə yaşadığı evdən çıxıb digər tanışları Ramingilə gedərkən yolda o, Şamilə Ramingilə getməsini demiş, özünün isə Eterigilə gedib sonuncudan telefonu götürüb Ramingilə gələcəyini bildirmişdir. Belə ki, atası ilə əlaqə saxlamaq istəmiş, özündə mobil nömrə olsa da, istifadə edə bilməsi üçün telefon aparatı olmamış, həmin vaxt özünə məxsus mobil telefon nasaz vəziyyətdə olmuşdur. O, hadisəsindən 5-10 gün əvvəl tanışı Samirin vasitəsi ilə Eterini tanımışdır. Odur ki, o, özü tək olaraq Eterinin yaşadığı evə gedib ondan istifadəsində olan «Nokia» markalı sadə mobil telefonu müvəqqəti istifadə üçün ona verməyi xahiş etmişdir. O, hazırda xatırlamadığı mobil nömrəni telefona daxil edib atası ilə əlaqə saxlayacağını Eteriyə izah etdikdə Eteri etiraz etməmiş, bacısının və bacısı qızının yanında telefonu ona vermişdir. Təxmini bildiyinə görə Eteri narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Belə ki, baxılan iş üzrə baş vermiş hadisədən sonra Eteri narkotikə görə tutulmuşdur. O, Eterinin evində olanda evdə sonradan Eterinin qızı Lidiya və işdə adı zərərçəkmiş şəxs kimi gedən Ülvi İsmayılov evdə olmamışlar. O, telefonu götürdükdən sonra özü təkcə Ramingilə getmişdir. Ramingildə olduğu müddətdə o, telefonla hazırda xatırlamadığı şəxslərlə müxtəlif məzmunda danışıqlar aparmışdır. Artıq 25 aprel 2020-ci il tarixə keçən gecə, saat 00:22də atası ona zəng edib evə gəlməsini tələb etdikdə o, Ramingildən tək çıxıb evlərinə getməzdən əvvəl müvəqqəti istifadə üçün aldığı telefonu ilk olaraq sahibi Eteriyə qaytarmağı fikirləşmiş və bu düşüncə ilə Eterigilin yaşadığı evin qarşısına getmişdir. O, içəridən bağlı olan dəmir həyət qapısını əvvəllər olduğu kimi astadan döymüş, lakin o, qapını döyən kimi Eterinin qızı Lidiya qapını açmadan, ev qapısını açmaqla onun qapını döyməsinə görə qışqıraraq ünvanına «nə var, niyə qırırsan qapını, ay eşşək» kimi nalayiq sözlər işlətmişdir. O, Lidiyanın onun üstünə qışqırmasının, nalayiq ifadələr işlətməsinin səbəbini bilməmişdir. O, Lidiyaya «əvvəlcə qapını aç, gör kimdir, niyə söyüş söyürsən?» sözlərini demişdir. O, Lidiyaya bu sözləri deməkdə məqsədi o olmuşdur ki, yəni o, onların evinə tez-tez gələn adam olduğunu bilsin və Lidiya bunu nəzərə alsın. Bundan sonra Lidiya həyət qapısını açmış və onu görüb “neyniyim ki, sənsən” cavabını verərək, yenidən qapını döyməyinə görə ona söyüşlər söymüşdür. O, Lidiyaya səsini ucaltmamasını, ucadan danışmamasını bildirmiş, əlavə olaraq qız olduğunu, yerini bilməsini, hörtmətsizlik etməməsini və ayıb olduğunu demişdir. O, ümumiyyətlə söyüş söyməyi xoşlamamış və həmin vaxt Lidiyanı da söyməmişdir. Elə həmin vaxt Lidiyanın sevgilisi kimi tanıdığı Ülvi, yəni baxılan iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Ülvi İsmayılov içəridən, yəni ev tərəfdən həyətin qapısına doğru qaçaraq onların yanına gəlmiş, onların yanına çatan kimi Ülvi əlinin içi ilə onun sağ çiyninə bir dəfə zərbə vuraraq onu geriyə itələmiş, o, xəsarət almasa da, bir qədər arxaya çəkilmişdir. O, Ülvinin bu hərəkətinə görə sağ əli ilə onun sinəsindən tutaraq həyətin içərisində, həyətə girdikdə sol divara doğru onu itələyib özündən kənarlaşdırmış və ona «ağıllı ol» demişdir, yəni mübahisəyə və ya dalaşmağa gərək olmadığını demək istəmişdir. Həmin vaxt onlar artıq Lidiyagilin həyətində darvazadan təxminən 5-10 metr içəri tərəfdə olmuşlar. Lidiyagilin həyətinin eni təxminən 3- 4 metr olmuşdur. O, Ülvini itələdikdən sonra sonuncu yerdə olan taxtaların içərisindən təxminən 2 metr uzunluğunda, adi, qalın və uzun, bərk bir taxtanı götürüb onu vurmaq istəmiş, o, bu hücumdan sonra özünü müdafiə etmək istəsə də, Ülvi onun qolundan, başından və kürəyindən bir neçə dəfə taxta ilə zərbələr vurmuşdur. Artıq özünü qoruya bilmədiyini görüb sağ cibində, olan dırnaq tutanı çıxartmış və həmin dırnaq tutanın içərisində olan dırnaq təmizləyən pilasını açaraq özünü qorumaq və Ülvini qorxutmaq üçün Ülviyə doğru nizamsız olaraq atmışdır. Həmin vaxt taxta paltar ipinə ilişdiyindən o, pilka ilə Ülvinin belindən vurmuşdur. Həmin vaxt Lidiya Ülvinin onu vurmaması üçün sonuncunu tutub saxlamış, lakin Ülvi əlindəki taxtanı yerə atıb Lidiyanı bir kənara itələyərək təkrarən onun üzərinə doğru qaçmış, hətta bir dəfə yerə də yıxılmışdır. Həmin vaxt o, dırnaq tutanın pilkasını açıq vəziyyətdə əlində tutmuş və elə həmin vaxt Ülvi ona doğru qaçıb kəllə atmaq istədikdə, o, pilkanı qabağa tutmuş, Ülvinin ona tərəf gəlmiş və onun əlində tutduğu dırnaq tutuanın pilkası onun ürək nahiyəsinə batmışdır. Ülvi ikinci dəfə onun üstünə gələrkən taxta artıq onun əlində olmamışdır. Lakin o, pilkanın Ülviyə xəsarət yetirdiyini bilməmişdir. Bundan sonra Lidiya Ülvini tutub arxaya doğru çəkmiş, o isə oradan çıxıb getmişdir. O, Ülviyə həyati təhlükə törədən xəsarətlər yetirməmiş, onun aldığı xəsarətlər ağır olmamışdır. Belə ki, onlar dava edib ayrıldıqdan sonra o, Ülvinin bədənindən qan axdığını görməmişdir. Ülvinin guya iki xəsarət aldığını sonralar eşitmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra həyətdən təxminən 5-10 metr aralaşmış yolda tanışı, işdə adı şahid qismində keçən Şahid2 görmüş, sonuncu onun üst-başının batdığını görüb ona «bu nə vid-fasondur?» sualını vermiş, o isə Raufa Ülvi ilə dalaşdığını demiş, lakin geniş izah vermədən təkrarən Ramingilə getmişdir. Belə ki, evlərinə getməmiş, səbəbi isə baş vermiş hadisəni Şamilə danışmaq istəməsi olmuşdur. Ramin əsasən evində tək yaşamışdır. O, Ramingilə daxil olduqda evdə Lidiyanın anası Eterini, Raminlə birgə qalan Əfsanə adlı qız və Ceyhunə adlı qızları və Şamili orada görmüşdür. O, Eteriyə onun telefonunu qaytarmaq üçün onlara getdiyini, bir tərəfdən qızının onu söydüyünü, digər tərəfdən isə Ülvinin taxtanı götürüb onun üstünə cumduğunu demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Ülvi, Rauf, Lidiya da Ramingilə gəlmiş, Ülvi içəri girdikdə onu görmüş və qaçaraq onun üstünə gəlib sağ böyrünə bir təpik zərbəsi vurmuşdur. X30 Ülvini tutub saxlamış, onu vurmasına mane olmuşlar. Həmin vaxt Ülvi fürsət tapıb yerdən bir ayaqqabı tayı götürüb onun üzərinə atmış, ancaq ayaqqabı ona dəyməmişdir. Bundan sonra Eteri Ülvinin əsəbi olduğunu bildirib, oradan çıxıb getməsini olndan xahiş etmiş və buna görə o, Ramingildən çıxıb getmişdir. Hadisə zamanı onda olan özünə məxsus dırnaq tutan pilkası ilə birlikdə hadisədən sonra Ramingildə qalmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, istəmədən Ülviyə dırnaq tutanla xəsarət yetirmişdir. O, Ülviyə qəsdən xəsarət yetirməmişdir. Bıçaq barəsində bildirilənlərlə isə ümumiyyətlə razı deyildir. Hadisə vaxtı onun üzərində ümumiyyətlə bıçaq olmamışdır. Onun Zərərçəkmiş şəxs öldürmək imkanı olsa da, onun belə bir niyyəti olmamışdır. Belə ki, onun Ülvi ilə arasında adam öldürmək qədər böyüdüləcək bir məsələsi olmamışdır. Hadisə yerində onun özündən, Ülvi və Lidiyadan başqa yanlarında kimsə olmamış, hava edərkən onları kimsə ayırmamışdır. Hadisə parel ayının 25-də olmuş, lakin o, dekabr ayının 28-də tutulmuşdur. Belə ki Suraxanı RPİ-nin 31-ci polis bölməsinin rəis müavini kimi bildiyi Əli müəllim hadisədən sonra onların evinə axtarış keçirməyə gəlmiş, eşitdiyinə görə orada onların blokunda guya onun qız zorlamasını bildirmişdir. O da bir dəfə məhkum olduğuna görə boynuna zorlama qoyacaqlarını düşünüb qaçıb gizlənmişdir. Gizləndiyi müddətdə isə Bakı və Nabran şəhərlərində olmuş, arada evlərinə də gedib gəlmişdir. Ona qarşı irəli sürülən ittiham yalandan şişirdilmişdir. Buna səbəb müstəntiq Atəş müəllim və yalan rəy vermiş ekspertlər olmuşdur. Onun 3 başqa rəyləri vardır ki, ekspert rəylərinin yalan olduğu həmin rəylərlə təsdiq olunur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şahid8 bir ilə yaxın müddətdə tanımış və ailə qurmaq üçün nişanlanmışlar. Hadisə günü Lidiyagildə evdə olmuş və gecə vaxtı, saat təqribən 01-02 radələrində həyətin dəmir qapısını kiminsə əlləri ilə bərk döydüyünü eşitmişdir. Qapı döyüləndə Lidiya bərk əsəbləşmiş, “qapını kimdi belə döyür?” demiş, maraqlanmaq üçün qapıya çıxmış, o, isə evdə iş görmüşdür. Çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış və baxılan iş üzrə təqsirləndirilən şəxs Faris Babayevin də, nişanlısı Lidiyanın da bir-birinə qarşı hündür səslə danışdığını görmüşdür. Yaxına gedib Faris əli ilə yüngül itələyib «ə, bura bax, asta danışa bilmirsən, qonşulardan ayıbdır axı” deməklə ona iradını bildirmişdir. Qarşılığında Faris də onu itələmiş, o da Farisi itələdikdə aralarında mübahisə yaranmışdır. Bundan sonra aralarında dava başlamış, bir-birinə yumruq atmışlar. Çəkişmə zamanı bel nahiyyəsindən nəyləsə vurduğunu hiss etmiş və həmin vaxt o, Farisin əlində nəsə başqa bir kiçik ucluqlu əşya görmüşdür. Hava qaranlıq olduğundan Farisin əlindəkinin nə olduğunu dəqiq görə bilməmişdir. Odur ki, qorunmaq üçün həyətdən bir ədəd taxta götürmüş, həmin taxta ilə Farisi vurmaq istəmiş, lakin taxta ipə ilişdiyindən vura bilməmişdir. Sonra taxtanı buraxıb onunla süpürləşmiş, Lidiya onları aralamış və Faris çıxıb getmişdir. Lakin Farisin hara getməsini o, bilməmişdir. Farislə olan insident ümumilikdə təqribən 5 dəqiqə çəkmişdir. Faris getdikdən sonra onlar mənzilə qayıtmış, mənzildə olarkən o, köynəyində ürəyinə yaxın hissədə deşik görmüş, açıb baxdıqda həmin hissəyə nəyinsə batıb deşik açdığını görmüşdür. Sinəsindən xəsarət aldığını yalnız köynəyini soyunduqdan sonra bilmişdir. Evdə eyni bir yaranın kürəyində də olduğunu görmüşlər. Lakin yaralardan qan gəlməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında izah verib göstərdi ki, hələ hadisədən əvvəl Lidiyanın xalası Şahid6 və sonuncunun azyaşlı qızı Liliya evdə olmuş, Regina yatmış, Liliya isə oyaq olmuşdur. Təqsirləndirilən şəxs mənzilin qapısını bərk döyən zaman Regina oyanmamışdır. Lakin hadisədən sonra evdə yaranmış səs-küyə Regina oyanmış, onun maykasını qaldıraraq xəsarətlərinə baxmış, qanaxmanın içəri verdiyini və buna görə də çölə az qan çıxdığını bildirmiş, həkimə getmək lazım olduğunu demiş və təkrarən gedib yatmışdır. Xəstəxanaya getmək istəmədiyindən Lidiya onun yaralarına yod vurmuşdur. Lakin az sonra tənəffüsü ağırlaşmış, boğulmağa başlamışdır. Odur ki, xəstəxanaya getmək qərarına gəlmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı hadisə yerində o, Faris və Lidiya olmuş, sonra isə Lidiyanın evdə yatmış xalası qızı oyanıb çölə çıxmış, lakin hadisəni təfsilatı ilə görüb görməməsini o, bilməmişdir. Hadisə vaxtı Lidiyanın anası Eteri evdə olmamış, bildiyinə görə təqribən 200 metr aralı məsafədə yaşayan Ramingildə olmuşdur. Xəstəxana məsələsini həll etmək mənsədilə Lidiya ilə birlikdə saat təqribən 02-03 radələrində Ramingilə getmişlər. Gedərkən yolda Raufu görmüş, lakin bu barədə ona heç nə deməmişlər. Ramingilin həyətinə girəndə orada Eterini, Əfsanə və Ceyhunə adlı qızları və Farisi görmüşdür. O, Farisi görəndə onu vurmaq üçün onun üstünə getmiş, lakin onu tutub imkan verməmişlər. Bundan sonra Faris çıxıb getmişdir. Ramingildə hadisə barədə Lidiya və o, danışmış, Ceyhunə yenə də onun yaralarına yod vurmuşdur. Yaralarından yenə də qan gəlməmişdir. X10 telefonunu qaytarmaq üçün sonuncunun evinə gəldiyini öyrənib bilmişdir. Ramingildə artıq vəziyyəti get-gedə pisləşdiyindən Təcili Tibbi-Yardıma (bundan sonra: TTY) getmək qərarına gəlmiş, “desyatının kruqu” deyilən yerədək piyada, oradan isə taksi ilə TTY-yə getmişlər. Oradan isə onu Sabunçuda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına göndərmişlər. Xəstəxanada müayinə edildikdən sonra nəfəs ala bilmədiyini görüb onu rentgenə aparmışlar. Səhərisi gün isə ayılanda reanimasiyada olduğunu bilmişdir. Həkimlərin deməsinə görə, onun kürəyindən batan əşya ciyərə yaxınlaşmış, sinəsindən batan əşya isə ürəyinin mədəciyini cızmışdır. Beləliklə o, 5 gün reanimasiyada, 7 gün isə palatada qalıb müalicə almışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, o, Faris Babayevlə hadisədən təxminən 1 həftə əvvəl tanış olmuş, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, Lidiyanın anası Eteri evinə internet çəkdirmək istəmiş, internetin çəkilməsini isə Farisin dostu Şamilgil çəkməli olmuş və bu minvalla həm Eteri və həm də o, Farisi tanımışdır. Hadisədən sonra, o, xəstəxanada müalicə alarkən Farisin valideyinlərinin ona aid xəstəxana xərclərini ödəməyə cəhd etmələrini eşitmiş, lakin sonradan ödəyib-ödəmədiklərini bilməmişdir. Amma onun yanıma tez-tez müxtəlif ərzaq məhsulları alıb gətirmişlər. Lakin o, xəstəxanadan çıxdıqdan bir müddət sonra təqsirləndirilən şəxs Faris Babayevin valideynləri oğlanlarına kömək məqsədilə dəfələrlə ona müraciət etmiş, onunla görüşmüş və öz xərcləri hesabına onu 3 müxtəlif xəstəxanaya kardeoloq həkimlərin yanına aparmış, müxtəlif müayinələrdən keçirmiş və onda ürəklə bağlı hər hansı zədələrin olmaması, aldığı yaraların ürəyə zərəri olub-olmaması ilə bağlı cavablar almışlar. Odur ki, Faris Babayevin valideynlərinin xahişlərini nəzərə alıb, onların diqtəsi ilə o, ərizə ilə Azərbaycan Respublikasının Baş prokurorluğuna, Bakı şəhər Prokurorluğuna və Bakı şəhər Suraxanı rayon prokurorluğuna müraciət etmiş, ərizəsində ilk dəfə olunduğu cərrahi əməliyyatın nəticələrinin həkimlər tərəfindən ağır xəsarət kimi qeyd edildiyini, buna görə cinayət əməlinin ağır cinayət kimi qiymətləndirildiyini və bunun düzgün olmadığını bildirmiş və buna görə də barəsində yenidən məhkəmə-tibbi ekspertizası keçirilməsini qeyd etmiş və hətta elan edilmiş sonuncu ifadəsində bunun açıqlamasını vermişdir. Onun aldığı xəsarətlər onu əməliyyat edən həkimlər və ekspertlər tərəfindən olduğu kimi düzgün qiymətləndirilmişdir. O, aldığı xəsarətlərin ağır dərəcəli xəsarətlər kimi yazılmasını heç kimdən xahiş etməmiş və yazdırmamışdır. Onun aldığı xəsarətlərə uyğun olaraq da rəy verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu 29 aprel 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, o, hadisədən təxminən 15 gün əvvəl nişanlısı Lidiyanın onunla əlaqə saxlaya bilməsi üçün o, bir ədəd “Honor 9X” markalı mobil telefon alıb Lidiyaya vermişdir. Hadisədən 3-4 gün əvvəl isə Lidiya ilə telefonla danışarkən sonuncu onun aldığı telefonu lombarda qoyub pul götürdüyünü ona demişdir. O, telefonun hansı sənədlə, kimin adına lombarda qoyulub pul götürdüyünü öyrənmək üçün 22 aprel 2020-ci il tarixdə Lidiyagilə, yəni onun anasıgilə getmiş və iki gün olarda qalmışdır. O, əvvəllər də bir neçə dəfə Lidiyanın anasının evinə gedərək orada qalmışdır. Farisi hadisədən bir neçə gün əvvəl Lidiyanın anasının yanında görmüş, Farisin Lidiyanın anası ilə münasibəti olmuş, lakin nə kimi münasibətlərinin olmasını bilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində Lidiya ilə birlikdə evdə olmuş, lakin Lidiyanın anası Eteri evdə olmamış, onun harada olmasını bilməmişdir. Həmin vaxt qəfil bərkdən qapı döyülmüş, Lidiya qapını açdıqdan sonra sonuncunun bir nəfər oğlanla qarşılıqlı qışqırdığını eşidib çıxdıqda Lidiyanın Farislə yüksək səslə mübahisə etdiyini görmüşdür. Mübahisənin səbəbi Farisin gecə vaxtı qapını möhkəm döyməsi və Lidiyanın buna etiraz etməsi olmuşdur. O, da Farisə demişdir ki, “sənə deyirlər sakit dur, nə qışqırırsan”. Faris onu itələmiş, o, bir az arxaya çəkilmiş, o, da Farisi itələmiş, sonuncu bir qədər arxaya getmişdir. O, Lidiyanın qolundan tutub içəri salarkən Faris kürəyindən nə iləsə zərbə vurmuş, sonradan bıçaqla vurduğunu bilmişdir. O, çevrilib Farisi qucaqlayıb yerə yıxmaq istəyərkən sol tərəfinə nə isə batdığını hiss etmişdir. Həmin vaxt Faris geri çəkilmiş, sonuncunun əlində ucu balaca bıçaq görmüşdür. O, Farisin əlində bıçaq gördükdən sonra özünü müdafiə etmək üçün yerdə olan taxta parçasını götürmüşdür. Lidiya onları ayırmağa çalışmış, qışqırıq saldığından səsinə əvvəllər qonşu kimi gördüyü Rauf gəlib Farisi itələyib ayırmış, onu da həyətə salmışdır. Sonra qanı axdığını görüb Raufla Lidiya onu qonşu Ramingilə aparmışlar. O, Lidiya və Raufla birlikdə Ramingilin evinə getdikdə Faris də orada olmuş, o, Farisi görüb onu söyüb təhqir etmiş, lakin həmin vaxt Lidiya və digərləri Farisi evdən çölə çıxarmışlar. Həmin vaxt Ramin özü evdə olmamış, evdə qalan bir qadın və təmizliyə gələn başqa bir qadın orada olmuş, sonradan Lidiyanın anası da ora gəlmişdir. O, əvvəlcə xəsarətin yüngül olduğunu fikirləşib özü özünə yardım etmək istəmiş, qapıya çatdıqda halsız olmuş, evdə kimin olmasını bilməmiş, kimsə yaraya yod töküb sarımışdır. Sonra yara ağır olduğuna görə Lidiya ilə Rauf onu həkimə aparmaq lazım olduğunu demiş və üçü birlikdə dəmir yolu xəttinə doğru getmiş, Rauf yoldan keçən maşını saxladıb maşınla birlikdə təcili tibbi yardım stansiyasına getmiş, oradan isə onu xəstəxanaya aparmışlar(iş vərəqə: cild İ, səh.56-60). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi 11 may 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, 2019-cu ilin qış aylarında Lidiya ilə “həri” (burada: nişanlanmışlar) eləmişlər. 2020-ci ilin təxminən aprel ayının əvvəllərində Lidiyanın anası Eterinin evinə getdikdə orada Farisi görmüş, Eteri Farisin qonşu olduğunu demiş, o, Farisi qonşu kimi tanımışdır. Farisin Eterinin yanına gəlib-getdiyini görmüş, lakin nə danışdıqlarını bilməmişdir. Lidiyanın telefonu olmadığından onunla istədiyi vaxt əlaqə saxlaya bilməsi üçün 2020-ci lin aprel ayının əvvəllərində Lidiyaya “Honor 9X” markalı mobil telefon almışdır. Bir müddət sonra Lidiya on zəng edərək telefonu lombarda qoyduğunu demiş, lakin Lidiyadan telefonu nə səbəbə lombarda qoyduğunu soruşmamışdır. Hadisədən 3-4 gün əvvəl lombard sənədlərini Lidiyadan alıb telefonu geri qaytarmaq üçün Lidiyanın yaşadığı evə getmiş, orada sənədləri axtarmış, lakin tapa bilməmiş, başı söhbətə qarışdığından orada qalmışdır. 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində evdə olarkən evin qapısı bərk döyülmüş, qapını açan Lidiya ilə Faris arasında mübahisə yaranmışdır. O, qapıya yaxınlaşdıqda Farisin Lidiyanı vurmaq istədiyini fikirləşmiş və onlara yaxınlaşaraq Farisə “sənə demədilər ki, qışqırma, niyə qışqırırsan” sözlərini demişdir. Faris onu itələmiş, sonra o da Farisi itələdiyindən sonuncu geri çəkilmişdir. Bundan sonra o, Lidiyanı çəkərək evə qayıtmaq istəmiş və həmin vaxt arxasını Farisə çevirmişdir. Faris onun belindən zərbə vurmuş, çevriləndə əlində iti alətin olduğunu görmüşdür. Farisin əlində bıçaq olduğunu görüb yerdə olan taxta parçasını götürərək özünü müdafiə etməyə cəhd etmişdir. Farisi yerə yıxmaq istəyən zaman bıçağın sinə nahiyyəsinə daxil olduğunu hiss etmişdir. Bundan sonra Rauf gələrək onları aralamışdır. Bundan sonra evə daxil olaraq ev şəraitində özünə ilkin tibbi yardım göstərməyə çalışmış, lakin yaralarından qan daxilə nüfuz edərək onu boğduğundan bunu edə bilməmişdir. O, Lidiya və Raufla birlikdə qonşu Raminin evinə getmiş, Farisi orada görmüşdür. O, və Lidiya Farisi təhqir etmiş, o, yerdə olan ayaqqabını götürüb Farisə atmışdır. Orada olarkən Farisin əlində nə olmasına fikir verməmişdir. Farisi Raminin evindən çıxardıqdan sonra Lidiya və Raufla birlikdə təcili tibbi yardıma getmiş, oradan isə onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi 07 sentyabr 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq açılıb-qatlanan və bir hissəsi sınıq bıçaq olmuş, bıçaq alüminium rəngdə olmaqla uzunluğu təxminən bağlı vəziyyətdə 15-17 sm, açıq vəziyyətdə isə 22-23 sm olmuşdur. Lakin Farisin valideyinlərinin xahişinin nəzərə alıb əvvəlki ifadəsində bıçağı təsvir etməmişdir. Təqsirləndirilən şəxs anası Şahid9 əvvəllər bir neçə dəfə ona yalan ifadə verməyə görə pul təklif etmişdir. Xəstəxanadan çıxdıqdan sonra dəfələrlə ona yaxınlaşaraq “Polisə, prokurorluğa 15-20 min verəcəyimə, hazır sənə verim, oğlumun xeyrinə ifadəni ver” sözlərini desə də, o, bu təkliflə razılaşmamışdır. Yalnız bir ana kimi Laləyə yazığı gəldiyindən bu günə qədər istintaqa verdiyi ifadələrində Farisin əlində olan bıçağı təsvir etməmişdir. Şahid9 onun zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə şahidləri pulla ələ almağa cəhd göstərməsindən şikayətçidir və bu barədə tədbir görülməsini xahiş etmişdir(iş vərəqə: cild İ, səh.90-93). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi 12 mart 2021-ci il tarixli ifadəsində əvvəlki ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 25 aprel 2020-ci il tarixə keçən gecə Lidiyagildə olarkən onların qapısı qəflətən möhkəm döyülmüş, Lidiya çölə çıxaraq qapını döyən Farisə iradını bildirərək gecə vaxtı qapını bərk döyməsinin səbəbini soruşmuş, Faris də Lidiyaya nə isə cavab qaytarmışdır. Bu zaman o, çölə çıxaraq nə üçün qapını bərk döydüyünü, uca səslə danışdığını Farisə deyəndə, Faris əli ilə onu kənara itələmişdir. O, Faris və Lidiya artıq həyətdə olmuş, o, Lidiyanı evə ötürmək istəyərkən kürək nahiyyəsi Farisə tərəf olanda qəfldən kürəyinə nəsə batdığını hiss etmişdir. O, arxaya çönərək yerdə olan ağac budağını götürüb özünü müdafiə etməyə başlamış, əlidə olan budaq Farisə dəyməmişdir. O, Farislə üzbəüz qaldığı üçün onun əlində bıçaq olduğunu ani olaraq görmüş, Farisi budaqla vurmaq istədikdə isə bıçaq ani olaraq onun sinəsinə batmışdır. Hadisə yerinə gələn qonşular Farisin qolundan tutub aralamışlar. Bundan sonra o, Lidiya və Raufla birlikdə yaxınlıqda yaşayan qonşu Ramingilə getmiş, Farisi orada görüb əsəbiləşmiş və yerdən götürdüyü ayaqqabını Farisə atsa da, ayaqqabı Farisə dəyməmişdir. Faris Raminin evindən getmişdi. Orada yaraya yod vurub şərflə sarımışlar. Raufla birlikdə Ramingilə getdiyi vaxtdan sona qədər Rauf onun yanında olmuş, sonra o, Rauf və Lidiya kruqa kimi gələrək oradan tanımadığı taksi maşınına oturub xəstəxanaya getmişlər. Amma Raufun da taksi ilə onlarla xəstəxanaya gedib-getməməsini unutmuşdur. Tədqiq olunan 12 mart 2021-ci il tarixli həmin ifadəsində Zərərçəkmiş şəxs daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs axtarışda olan vaxtlarda onun anası Şahid9 dəfələrlə onun, Lidiyanın, Liliyanın, Reginanın, Eterinin yanına xahişə gələrək, hətta pul təklif edərək istintaqa verdikləri ifadələri dəyişdirməyi demişdir. Farisin ona bıçaqla xəsarətlər yetirməsinə baxmayaraq, onu bağışladığına görə Farislə üz-üzə gələndə onu bağışladığını bildirmək əlaməti olaraq onun dediklərini təsdiq etdiyini demişdir. Əslində isə Faris ona bıçaqla xəsarətlər yetirmişdir. Hadisədən təxminən bir həftə əvvəl, yəni Farisi tanıdığı ilk günlərdə onun əlində «kəpənək» adlanan bıçaq görmüş, amma Farisin onu məhz həmin bıçaqla vurub-vurmamasına fikir verməmişdir. Amma Faris onu vuranda əlində bıçaq olduğunu görmüşdür. Hadisədən sonra Raufla Ramingilə gələrkən o, əlini sinəsinə tutduğundan yolda Rauf ondan nə olduğunu soruşmuş, o, da Raufa Farisin onu vurduğunu demiş, hətta onun yarasına yod tökən zaman Rauf da orada olmuş və onun sinəsində olan yaranı görmüşdür. Lakin Rauf da tutulmuş və hazırda Farislə birlikdə 3 saylı istintaq təcridxanasında saxlanılırlar. Ola bilsin ki, Rauf Farisin cəzasına kömək etmək məqsədi ilə əvvəlki ifadəsini dəyişmişdir (iş vərəqə: cild İİ, səh.167-169). Məhkəmə baxışı zamanı verdiyi ifadələrlə məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadələr arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisənin növbəti günü reanimasiya şöbəsində olarkən müstəntiq Atəş müəllim izahat almaq üçün onun yanına gəlmiş, ona hadisə vaxtı Farisin əlində olmuş əşya barədə sual vermişdir. O isə müstəntiqə hadisənin gecə baş verdiyini, görmək mümkün olmadığını, bıçaq, dırnaqtutan, mıx və ya s. əşya olduğunu dəqiq görə bilmədiyini demişdir. Lakin Atəş müəllim ona dırnaqtutan yox, bıçaq dəydiyini bildirmişdir. Atəş müəllimin deməsinə görə o, həkimlə söhbət edərkən həkim ona dırnaqtutanın belə deşməsinin mümkünsüz olduğunu demiş, bıçaq xəsarəti olduğunu bildirmişdir. Atəş müəllim deməsinə əsasən də o, ifadəsində Faisin onu bıçaqla vurmasını göstərmişdir. O, əvvəl Farisdə bıçaq görmüş, lakin hadisə günü onun əlində bıçaq görməmişdir. Ola bilsin ki, o, ibtidai istintaq zamanı müstəntiqə ifadə verərkən Farisidə əvvəllər gördüyü bıçağı təsvri etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs onu vurub xəsarət yetirən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh.115-117). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, onun atası Ruslan onun 10 yaşı olan zaman ölmüş və o, anası Eteri ilə birlikdə Bakı şəhəri, S.Bəhlulzadə döngə 17, mənzil 11-də yaşamışdır. Anası narkotik vasitə istifadəçisi olmaqla Maştağa qəsəbəsində narkoloji dispanserdə qeydiyyatda olmaqla müalicə almışdır. Anası Eteri narkotik vasitə istifadəçisi olması ilə əlaqədar onunla əlaqəsi olan şəxslərin böyük əksəriyyəti elə tüfeyli həyat tərzi sürən adamlar olduğundan qonşular dəfələrlə onlardan polisə şikayət etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla bir-birini hadisədən təqribən bir il əvvəl tanımış, onlar bir-birini sevib nişanlanmışlar. O, Ülvinin Yasamalda yaşadığı evində də olmuş, onlarda qalmış, sonuncunun valideynləri də onu tanımışdır. Zərərçəkmiş şəxs da də onun yaşadığı evdə olmuş, sərbəst yaşamışdır. O, Təqsirləndirilən şəxs hadisədən bir neçə ay əvvəl tanımış, sonuncu onların yaşadığı məhəlləyə tez-tez gəlib-getmiş, lakin gəlməsinin səbəbini bilməmişdir. Hadisədən təxminən 2-3 gün əvvəl Ülvi bazarlıq edib onlara gəlmiş, 2-3 gün onlarda qalmışdır. 25 aprel 2020-ci il tarixdə, saat 01 radələrində anası Eteri evdən özünə siqaret almaq üçün çıxmış, lakin evə qayıtmamışdır. Xalası Şahid6 onlarda olmuş, o, yatmışdır. Reginanın qızı azyaşlı Liliya isə evdə olmuşdur. Həmin gün gecə saat 02-də Ülvi ilə birlikdə evdə olan zaman evlərinin dəmirdən olan darvaza qapı möhkəm döyülmüşdür. Qapının bərk döyülməsinə hirslənmiş, anasına görə qonşuların onlardan şikayə etmələrini nəzərə alıb, qapını döyənin kimliyi ilə maraqlanmaq üçün bayıra çıxmışdır. Həmin vaxt onların 3 ilə yaxın işığa borcları olduğundan işıq kəsilmiş, evlərində, həyətlərində işıq yanmamış, hər yer qaranlıq olmuşdur. Həyət qapısı dəmir qapı olduğundan qapı yavaş döyülsə də, səs dərhal eşidilmişdir. Qapı bərk döyüldüyündən, gec olduğundan və qonşular yatdığından o, qəzəblənərək qapını açmadan qapı döyən şəxsin ünvanına kobud sözlər demiş, qapını açdıqda isə qapı döyənin Təqsirləndirilən şəxs olduğunu görüb üstünə qışqırmış, “gecə vaxtı qapını niyə möhkəm döyürsən? Onsuz da qonşular bizdən şikayətçidir, bu vaxt belə qapı döyməzlər” sözlərini deməklə ona iradını bildirmiş, onun ünvanına kobud sözlər demişdir. Farizlə onun arasında mübahisə başlamış, onların arasında səs-küyü eşidən nişanlısı Ülvi də qapıya çıxmış, Farisin onu döymək istədiyini fikirləşib yaxına gəlib Farisi itələmiş, onun isə qolundan tutub bir kənarna çəkmişdir. Ülvi Farizə tərəf qayıtdıqda onunla Fariz arasında mübahisə başlamışdır. Lakin Faris onu döymək istəməmiş, ona qarşı söyüş etməmişdir. İşıq olmadığından heç nə görünməmiş, hadisənin necə başladığını görməmiş o, kiminsə yıxıldığını başa düşüb yaxına gəldikdə Ülvi ilə Farizin dava etdiklərini görmüş, lakin kimin kimi vurduğunu görməmişdir. O, onları ayırmaq istəmiş, lakin tək bacarmayacağını fikirləşib xalası Reginanı çağırması üçün sonuncunun qızı Liliyanı çağırmışdır. Liliya ora gəlmiş və qaranlıqda çətinliklə olmuş olsa da, savaşanları ayırmağa kömək etmiş və sonra Fariz çıxıb getmişdir. Ülvi ilə Fariz arasında davaları təqribən 5-6 dəqiqə çəkmişdir. Hadisə yerinə Liliyadan başqa heç kəs gəlməmişdir. Şahid8 ifadəsinin davamında göstərdi ki, Fariz getdikdən sonra Ülvinin çətin nəfəs aldığını görmüş, onu işıqlı tərəfə apardıqda onun sinəsindən və kürəyindən balaca yaralandığını görmüş, hətta Ülvinin yıxıldığı üçün xəsarət aldığını fikirləşmişdir. Ülvinin nəfəsi az qala kəsilmiş, fanarla işıq salıb bir az qan gəldiyini görmüş və qorxmuşdur. Ülviyə yardım göstərmək istəmiş, lakin onlarda spirt, bint və başqa ləvazimat olmadığı üçün o, Ülvini qonşu Əfsanəgilə aparmışdır. Əfsanə qonşu Raminlə bir evdə yaşayan qız olmuşdur. Ülvini Ramingilə apararkən onun halı çox pis olmuş, çətin nəfəs almışdır. Əfsanəgildə, həmçinin ev təmizliyi ilə məşğul olan Ceyhunə adlı qız və anası Eteri də olmuşdur. Fariz Ramingildə olsa da, orada təkrarən dava düşdüyünü görməmişdir. Əfsanəgildə Ülvinin yaralarını spirtlə təmizləyib bintlə bağlamış, lakin sonra onun tənəffüsü ağırlaşdığından o, özü qorxuya düşmüşdür. Ülvini həkimə aparmaq üçün evdən çıxarkən tanışları Raufla rastlaşmış, Rauf nə baş verdiyini soruşduqda Ülvinin yıxıldığını və ondan qan gəldiyini demişdir. Dava olan zaman o, Raufu hadisə yerində görməmişdir. Bundaq sonra yol maşını ilə Ülvini həkimə aparmış və orada Ülvinin ürəyinin biraz zədələndiyini öyrənib bilmişdir. Şahid8 ifadəsinin davamında göstərdi ki, hadisədən 2-3 gün qabaq Fariz əlində bıçaq oynatdığını görsə də, sonralar onda heç vaxt bıçaq görməmişdir. Hadisə zamanı da qaranlıq olduğundan o, Farisin əlində bıçaq olduğunu, onun Ülvini bıçaqla vurduğunu görməmişdir. Hadisədən sonra Fariz Ramingilə gəlsə də, onun orada bıçaq oynatdığını görməmişdir. Şahid qismində dindirilən Şahid8 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid8 ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Şahid8na məhkəməyədək icraat mərhəlsində verdiyi 25 aprel 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, o, uşaqikən atası ölmüş, anası Eteri ilə birlikdə yaşamışdır. Anası narkotik vasitə istifadəçisi olmuş, Maştağa qəsəbəsində dispanserdə müalicə də almışdır. Farisi bir neçə ay ərzində tanımış, sonuncu onların yaşadığı məhəlləyə tez-tez gəlib-getmiş, lakin gəlməsinin səbəbini bilməmişdir. Raufla anasının yaxın dost münasibəti olmuş, onlar yaxınlıqda yaşamışlar. Ülvini isə bir ildir tanıyır, onlar bir-birini sevib nişanlanmışlar. O, Ülvigilin yaşadığı Yasamaldakı evlərinə gedib onlarda qalmış, sonuncunun ata-anası da onu tanımışdır. Ülvi də onun yaşadığı evə gəlmişdir. Ramini və onun evində yaşayan kimsəsizlər evində böyümüş Əfsanəni də tanımış, onlarla yaxşı münasibətləri olmuşdur. Ceyhunə də onun xalası Reginanın rəfiqəsi olmuşdur. Reginanı qısa olaraq hamı Rəna kimi çağırmışdır. Ceyhunə son bir neçə gün ərzində onlarda qalmış, 24 aprel 2020-ci il tarixdə isə Raminin evini təmizləmək üçün onlara getmişdir. Şahid8na tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Ülvi təxminən hadisədən 2-3 gün əvvəl bazarlıq edib onlara gəlmiş, 2-3 gün onlarda qalmışdır. Ülvinin onlarda qaldığı vaxtlar çox olmuşdur. Anası narkotik vasitə istifadəçisi olduğundan onunla əlaqəsi olan şəxslərin böyük əksəriyyəti də tüfeyli həyat tərzi sürən adamlar olmuş, buna görə də qonşuluqda yaşayanlar dəfələrlə onlardan polisə şikayətlər etmişlər. 25 aprel 2020-ci il tarixdə, saat 01 radələrində anası Eteri özünə siqaret almaq üçün evdən çıxmış, geri qayıtmamışdır. Həmin gün gecə saat 02-də evdə olan zaman qapı möhkəm döyülmüş, qapını açdıqda Faris olduğunu görüb ona qışqıraraq “gecə vaxtı qapını niyə möhkəm döyürsən? Onsuz da qonşular bizdən şikayətçidir, bu vaxtı belə qapı döyməzlər” sözlərini demişdir. Bunun üstündə Faris də onun üzərinə qışqırmış və onunla mübahisə etmişdir. Faris əlini qaldırmış, onu vurmaq istəmişdir. Səsə çölə çıxan nişanlısı bunu Ülvi görmüş və onu vurmaq istədiyinə görə Farislə mübahisə etməyə başlamışdır. Ülvi Farisə “Lidanı vurmaq istəyirsən?” sualını verdikdə Faris Ülvinin ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, onları ayırmağa çalışmış, Ülvi isə onu aradan çəkib evə doğru yola salmaq istəmişdir. Həmin vaxtı Ülvinin bel hissəsi Farisə tərəf olmuş, Faris əlində bıçaqla Ülvinin belinə bir zərbə vurmuş, bu vaxtı Ülvi özünü müdafiə etmək üçün əyilib yerdən nə isə taxta parçası götürmüş və onlar bir-biri ilə dalaşmağa başlamışlar. Faris sağ əlində tutuduğu bıçaqla Ülvinin sinə hissəsinə zərbələr atmışdır. O, qışqıraraq onları ayırmağa çalışmış, lakin gücü çatmamışdır. Səsinə təsadüfən yoldan keçən Rauf gəlib Farisi oradan aralaşdırmışdır. Bundan sonra Rauf Ülvinin sinə hissəsindən qan gəldiyini görüb ona tibbi yardım göstərmək üçün yaxınlıqdakı qonşuları Ramingilə aparmışdır. Evə çatdıqda Ceyhunə, Əfsanə, Əfsanənin tanışı olan Şamil, anası Eteri orada olmuş, onlar içəri girərkən Farisi əlində yenə də bıçaq otaqda olduğunu görmüşdür. Amma Faris otaqdan çıxmış, ardınca evə daxil olub-olmamasına fikir verməmişdir. Ülvi Farisi görən kimi onu söyməyə başladığından orada olan hamı Farisi aralaşdırıb evdən çıxıb getməsini bildirmişlər. Bundan sonra Farisə tibbi yardım göstərmək üçün onun yarası sarınmış, lakin Ülvinin yarasından qan az gəldiyindən Rauf və Şamil qanının daxilə axmasından ehtiyyat etdikləri üçün həkimə getmək lazım olduğunu bildirmişlər. Raufla o, Ülvini köməkli yaxınlıqdakı dəmiryolu xəttinin yanındakı yola çıxardaraq yoldan keçən tanımadığı maşını saxladaraq yaxınlıqdakı təcili tibbi-yardım stansiyasına aparmışlar. Bundan sonra Rauf elə həmin maşınla da geri qayıtmış, o, isə Ülvi ilə təcili-tibbi yardım stansiyasına getmiş, orada həkimlər Ülvini xəstəxanaya aparmışlar. Tədqiq olunan həmin ifadəsində Şahid8na daha sonra göstərmişdir ki, hadisə zamanı qaranlıq olduğu üçün Farisin əlindəki bıçaq onun yadında qalmamış, Ülvi və Farisi Rauf aralaşdırmış, əgər Rauf aralaşdırmasa, Faris bıçaqla zərbələr vurmaqda davam edəcəkmiş. Hadisə vaxtı Faris bıçaq zərbələri vurduqdan sonra Ülvi yerdən taxta parçası götürmüş, lakin Farisi həmin taxta ilə vura bilməmişdir. Farisi uzaqlaşdırmasaydılar, o, Ülvini öldürəcəkdi. Belə ki, Ülvi nəfəs ala bilməmişdir. Farisin əlindəki bıçaq açılıbbağlanan olmuş, bıçağın bir hissəsi sınıq olmuş, bıçaq alüminium rəngdə olmaqla uzunluğu təxminən 15-17 sm olmuş, qatlananda isə uzunluğu iki dəfə azalmışdır(iş vərəqə: cild İ, səh.49-51, 124-126). Bundan başqa, Şahid8 məhkəmə baxışı zamanı tədqiq olunan 02 sentyabr 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, hadisə zamanı xalası Regina evdə yatdığına görə hadisəni görməmişdir. Farisin anası Lalənin xalasına yalan ifadə verməsinə görə pul verdiyini güman edir. Lalə və əri Mahir Babaşov dəfələrlə ona və anasına yalan ifadə verməyə görə pul təklif etmişlər. 2020-ci ilin iyul ayının təxminən axırlarında anası ona Lalənin onların yaşadıqları evə gələrək oğluna qarşı verdiyi ifadələri dəyişməsi üçün pul təklif etdiyini demiş, lakin anası razılaşmamışdır. Təxminən iki həftə əvvəl yaşadıqları evdə olarkən Farisin anası Lalə qapını döymədən evə daxil olmuş, həmin vaxt əri Mahir Babaşov evin yaxınlığında yerləşən «Sağlamlıq və Bərpa Mərkəzi»nin qarşısında dayanmışdır. Həmin vaxt xalası Regina və onun qızı Liliya da evdə olmuşlar. Xalası Regina ona “Farisin anası gəlib, səni istəyir” demişdir. O, Lalənin yanına getdikdə Lalə onunla danışmaq istədiyini bildirmiş, telefonları kənara qoymasını istəmiş və ona anası Eterinin onunla razılaşdığını, onun da razılaşmalı olduğunu söyləmişdir. Lalə ona “pul, nə istəyirsən, hər şey sənə verəcəm” demiş və pul qabını açaraq pullarını göstərmişdir. Lalə ona anasının qəsdən polis tərəfindən tutulduğunu, anasının həbsdən çıxardacağına köməklik edəcəyini demiş, lakin o, Laləyə güvənmədiyindən onunla söhbəti yekunlaşdıraraq evə getmiş, sonra onunla əlaqə saxlamamışdır(iş vərəqə: cild İ, səh.256- 258). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid8 ifadəsinin davamında göstərdi ki, o, azərbaycan dilində az-çox başa düşsə də, bu dili mükəmməl bilməmiş, azərbaycan dilində yazıb oxuya bilməmişdir. İstintaq zamanı 2 və ya 3 dəfə ifadə vermiş, ifadə verərkən müstəntiq 8 və tanımadığı bir kişi otaqda olmuşlar. Yekunlaşdıqdan sonra ifadəsini müstəntiq özü ona oxumuş, o da imzalamışdır. Lakin o, dindirilərkən anası onun yanında olmamışdır. Məhkəmə baxışı zamanı verdiyi ifadə doğrudur. Belə ki, hadisə zamanı qaranlıq olduğu üçün onun Farisin əlində bıçaq görə bilməsi mümkün olmamışdır. Farisin anası tərəfdən ifadəsinin dəyişdirilməsinə görə ona pul və ya hədiyyə təklif olunmamışdır. Farisin anası Lalə bir dəfə onlara gəlmiş, ondan hadisənin necə baş verdiyini soruşmuş, o isə hadisəni olduğu kimi ona da danışdım. O, Farisin anası Laləni hər gördüyündə həmişə üz-üzə gəlməməyə çalışmış və rastlaşmamaq üçün yolunu dəyişmişdir. Çünki həmin qadından onun xoşu gəlməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, o, anası Regina, xalası Eteri, onun qızı Lidiya ilə birlikdə eyni ünvanda yaşamış, özü üçüncü sinif şagirdidir. Ülvini Lidiyanın nişanlısı kimi son iki il ərzində tanımışdır. Təqsirləndirilən şəxs isə hadisədən iki həftə əvvəl tanımışdır. Yetkinlik yaşına çatmayan Şahid1 ifadəsinin davamında göstərdi ki, 25 aprel 2020ci il tarixdə, gecə saat təxminən 2 radələrində xalası qızı Lidiya kosmetika çəkərkən Faris qapını bərk döydüyündən Lidiya çıxıb ona qapını bərk döyməməsini demiş və buna görə onların arasında sözlə mübahisə baş vermişdir. Sonra Ülvi ora gəlmiş və Ülvi ilə Faris arasında dava düşmüşdür. Hadisə vaxtı Faris pis söyüşlər söymüşdür. Həmin vaxt Faris cibindən nəsə çıxarıb Ülvini belindən bir dəfə, bir dəfə isə ürəyindən vurmuşdur. Bundan sonra Rauf gəlmiş, onlaprı aralamış və Ülvini xəstəxanaya aparmışdır. Yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində daha sonra göstərdi ki, hadisə vaxtı Farisin əlində dəmir rəngində nəsə olmuşdur (şahid əli ilə təxminən 10-15 santimetr ölçüdə olduğunu göstərdi). Əsil həqiqətdə isə Farisin əlindəki əşya dırnaqtutana oxşamış, bıçağa oxşamamışdır. Hadisə vaxtı Faris cibindən çıxardığı dırnaqtutana oxşayan əşyanı əli ilə açmış və Ülvini vurmuşdur. Ülvinin yarasından qan axmamışdır. İbtidai istintaq zamanı ona heç kim təsir göstərməmiş, o, yalnız gördüklərini demişdir. bilmişdir. Şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid1 ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdə, gecə saat təxminən 2 radələrində Faris onların yaşadıqları evin qapısını döymüş, Faris qapını aqressiv döydüyünə görə Lidiya Farislə mübahisə etməyə başlamışdır. Xalasının yanına gecələr narkomanlar gəldiyindən qonşular onlardan şikayət etdiyinə görə Lidiya Farisin gecə vaxtı qapını bərk döyməsindən əsəbləşmişdir. Lidiya cavab verdikdən sonra Faris söyüş söyməyə başlamış və onlar bir-birini təhqir etmişlər. Buna görə də Ülvi evdən çıxaraq Farisi itələyib getməsini ona demiş, lakin Faris getməyib mübahisə etməyə davam etmişdir. Həmin vaxt Faris Ülviyə “Kişisən gəl çıx danışaq, kişi kimi” demiş, Ülvi əsəbi olaraq çölə çıxmış, o, da Lidiya ilə birlikdə Ülvinin arxasınca getmişdir. Faris bir tərəfi sınıq olan açılıb bağlanan bıçağı çıxarıb Ülvinin üzərinə hücum etmiş, Ülvinin əvvəl kürəyindən, daha sonra sinəsindən bıçaq zərbəsi vurmuşdur. O, nə qədər çalışsa da Farislə Ülvini ayırmağa gücü çatmamış, Lidiyanın qışqırıq səsinə qonşuları Rauf gələrək onların arasına girmiş, o da anasını çağıraraq Farisin Ülvini bıçaqladığını demişdir. Rauf onları aralaşdırmayacağı təqdirdə, Faris bıçaq zərbələri vurmaqda davam edəcəkmiş. Bundan sonra anası çölə çıxmış, Ülvi isə həyətdə olan ağacın budağını götürərək Farisin üstünə hücum etmək istəyərkən yerə yıxılmışdır. Bundan sonra onlar evə getmiş, Faris isə çıxıb getmişdir. Ülvi evdə maykasını çıxarıb yarasını onlara göstərmiş, lakin yaralardan qan gəlməmişdir. Anası Ülviyə təcili yardıma zəng etməyi məsləhət görsə də Ülvi ilə Lidiya razılaşmayıb evdən çıxıb getmişlər. Şahid1 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Farisin əlində olan bıçaq açılıb-qatlanan olmaqla, bir hissəsi sınıq olmuş, bıçaq alüminium rəngdə olmaqla uzunluğu təxminən 12-13 sm olmuşdur. Hadisədən üç gün əvvəl o, evdə olan zaman həmin bıçağı Farisin əlində görmüşdür. Bıçağın həmin bıçaq olmasını onun sağ tərəfinin yarısının sınıq olmasından bilmişdir. Faris onlarda evdə olan zaman mütəmadi olaraq həmin bıçaqla oynamışdır. Farisin anası Lalə onunla və anası ilə danışarkən ona “Ülvinin Farisi taxta ilə vurduğunu pokurorluqda müstəntiqə ifadəndə deyərsən” demiş, lakin o, həqiqəti söyləyəcəyini bildirmişdir. Daha sonra Şahid1 məhkəmə baxışı zamanı tədqiq olunan 21 aprel 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 24 aprel 2020-ci il tarixdə günorta saatlarında Faris onların yaşadığı evə gələrək xalası Eterinin mobil telefonunu özündə olan sim kartı telefona qoyub danışması üçün bir neçə saatlağına almışdır. Belə ki, Farisin özünün mobil telefonu olmamışdır. 25 aprel 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində Faris onların yaşadığı evə gələrək, həyət qapısını möhkəm döyməyə başlamış və Lidiyanı çağıraraq, «Lida aç qapını» deyib, uca səslə küçədə qışqırmışdır. Həmin vaxtı evdə Lidiya, onun nişanlısı Ülvi, anası Regina və o özü olmuşdur. Xalası Eteri qonşuya qonaq getdiyi üçün evdə olmamışdır. Gecə vaxtı olduğu üçün Ülvi Lidiyanı qapını açmağa qoymamış, Ldiya bir dəfə pəncərədən Farisə qapını açmayacağını, çıxıb getməsini demişdir. Amma Faris daha da əsəbiləşərək, səsini daha da ucaldaraq «Lida aç qapını» deyib, küçədə qışqırıb, qapını möhkəm döyürmüş. Bundan sonra Lidiya çölə çıxaraq Farisə «niyə qapını qırırsan, niyə qışqırırsan, sənə dedim axı qapını açmayacam». Faris cavabında Lidiyaya «sənə dedim aç qapını, gəlmişəm telefonu qaytarım anova» demişdir. Həmin vaxtı anası Regina mətbəxdə olan kresloda yatmış, o isə evin girəcək qapısının kandarında dayanıb, Faris və Lidiyaya tamaşa etmişdir. Farislə Lidiya arasında olan mübahisə daha da qızışmış və bu zaman Ülvi həyətə çıxaraq Farisə iradını bildirib, nə üçün gecə vaxtı qapını bərk döydüyünü, qışqırdığını dedikdə, Faris «yaxşı edirəm» deyib, Lidiyanın ünvanına nalayiq ifadə işlətmişdir. X14 nişanlısı olduğunu, nə üçün nalayiq söz dediyini irad tutanda, Faris Ülviyə «voobşe sən kişisən? Çıx çölə danışaq» deyib, Ülvini əli ilə itələmiş və Ülvi də Farisi itələmişdir. Ümummilikdə hadisə evin həyətində baş vermişdir. Ülvi Lidiyaya «gedək evə» demiş, artıq Faris Lidiya ilə evə doğru gələndə, Faris Ülviyə «hara gedirsən ə? Çıx kişi kimi danışaq» demiş, Ülvinin kürəyi Farisə tərəf olduğundan, Faris bel tərəfindən çıxartdığı açılıb-qatlanan bıçaqla Ülviyə ilk olaraq arxadan, sonra isə öndən cəmi iki bıçaq zərbəsi vurmuşdur. O, Farisin əlində bıçağı görmüş, Faris bıçağı iki əli ilə açmamış, bıçağı belindən çıxarıb, bir əli ilə təkan verən kimi bıçaq açılmış və həmin bıçaq «kəpənək» deyilən bıçaq olmuşdur. Faris bıçaq zərbələrini vurandan sonra, Ülvi çevrilib əli ilə Farisi itələmiş və özünü müdafiə etmək üçün yerdən taxta götürmüşdür. Ülvi taxtanı yerdən götürən kimi taqəti olmadığı üçün arxası üstə yerə yıxılmışdır. Həmin vaxt onun anası Regina həyətə çıxaraq, Ülvini evin içinə salmış və Farisə «nə istəyirsən bu uşaqlardan, çıx get» demişdir. Elə həmin vaxt «nakolka Rauf» kimi tanıdığıqları şəxs gələrək Farisi həyətdən çölə çıxartmışdır. Həmin vaxt Rauf Farisin əlində olan bıçağı görmüş, Rauf gələndən bir neçə dəqiqə sonra Faris bıçağı qatlayıb belinə qoymuşdur. Onun anası və Rauf gəlmədiyi təqdirdə, Faris Ülviyə yenə əlavə zərbələr vurmaq istəmiş, Ülvinin yaxınlığına getməyə cəhd etmişdir. Bundan sonra Faris çıxıb getmişdir. O, Lidiya, Ülvi və anası Regina evə girmiş, Rauf isə həyətdə dayanmışdır. Evdə Ülvinin sinəsinə baxdıqda yara olduğunu görmüşlər. Bundan sonra Lidiya və Ülvi evdən çıxaraq Raufla birlikdə getmişlər. Şahid1 məhkəmə baxışı zamanı tədqiq olunan 21 aprel 2021-ci il tarixli həmin ifadəsinin yekununda göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində dırnaq tutan və ya «pilka» olmamış, sonuncu bu barədhə yalan ifadə vermişdir. Farisin əlində «kəpənək» adlanan bıçaq olmuş və o, həmin bıçaqla Ülvmyə xəsarət yetirmişdir (iş vərəqə: cild İ, səh.276-282, 207-210). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, hadisə günü o, DYP idarəsinin yanında Ülvini görüb salamlaşmış, kefini soruşmuş, sonuncu özünü pis hiss etdiyini bildirmişdir. Ona görə Ülvini həkimə aparmışdır. Səhəri günü o, polis bölməsinə çağrılmış, bölmədə oğurluqda ittiham olunmuş, polisin ona dediyi ittihamla razılaşmış, həbs olunmuş və Şüvəlana göndərilmişdir. Mən oradan bəraət alıb çıxmışdır. Onu prokurorun çağırması bəhanəsi ilə prokurorluğa deyil, bölməyə aparmış, beysbol taxtası ilə onu döymüş və ona “sən deməlisən ki, bu işi Fais edib” tələbi qoyulmuşdur. O, isə onlara hadisəni görmədiyini bildirmişdir. O, Faislə Ülvinin mübahisə etməsini, onların üzərində qan və ya kiminsə yaralanmasını görməmiş, o, Ülvinin yarasını sarımamışdır. 25 aprel 2020-ci il tarxidə Ülvi ilə Fəridin savaşmasını, Lidiyanın isə orada olmasını o, görməmişdir. O, Ülvini görən zaman o, tək olmuşdur. O, Ülvini kruqa qədər piyada, oradan isə taksi ilə təcili yardıma aparmış, həmin vaxt Lidiya da onunla birlikdə olmuşdur. Ülvi ona heç nə deməmiş, o, Ülvinin üstündə qan görməmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Farisin işi ilə bağlı ona işgəncə verildiyindən o, bəzi sənədlərə imzalar etmişdir. Lakin istintaq zamanı o, Farisin üzünə durmamışdır. Farisin işi ilə bağlı o, heç nə yazmamış, ifadəsi müstəntiq tərəfindən komputerdə yazılmışdır. İstintaq zamanı ifadəsində yazılan sözlər ona məxsus deyildir. Onun ifadəsində savadlı cümlələr işlədilmişdir ki, hansı ki, o, belə ifadə verməmişdir. O, hadisə barədə bölmədə eşitmiş, hadisədən sonra isə Ülvini görməmişdir. Şahid qismində dindirilən Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid2 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, fərdi qaydada fəhləliklə məşğul olur. O, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə iki dəfə məhkumluq həyatı yaşamışdır. Eterini 5 ildən artıq bir müddətdə tanımış, onun evi ilə Eterinin yaşadığı evin arasında piyada bir neçə dəqiqəlik məsafə olmuş, Eteri ilə dostluq edib evinə gedibgəlmişdir. Eterinin qızı Lidiyanı da tanımış, sonuncu ilə heç bir münasibəti olmamış, Lidiyanın Ülvi adlı oğlanla nişanlı olduğunu eşitmişdir. Ülvini Eterigilə gedib-gələndə tanımış, bir neçə dəfə orada görmüşdür. Farisi oxuduğu 114 saylı orta məktəbdən tanımış, o, onun oxuduğu sinifdən iki sinif aşağı oxumuşdur. Farisin narkotik istifadə edibetmədiyini bilməmişdir. O, əsasən gündüzlər yatmış, gecələr isə çöldə bayırda olmuş, Eterigilə gedib-gəlmiş, sonuncu da onun kimi gec saatlarında yatmışdır. 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində məhəllədən çıxıb Eterigilə gedərkən onların evinə çatmağa bir neçə metr qalmış Eterinin qızının «kömək edin» deyə qışqırıq səsini eşitmiş, tez onların yaşadığı evin qarşısına getdikdə Farislə Ülvinin qarşılıqlı dalaşdıqlarını, Lidiyanın qışqırıb onları aralaşdırmağa çalışdığını görmüşdür. O, Ülvi ilə Farisi aralaşdırarkən Lidiya Ülvini bıçaqladığını demişdir. O, Ülvinin sinəsində qanı görüb Farisin sinəsindən tutub kənara itləyərək oradan uzaqlaşdırmışdır. Bundan sonra Lidiya ilə birlikdə köməkli Ülvini qonşuluqda yaşayan Raminin evinə ilkin tibbi-yardım göstərmək üçün aparmışlar. Onlar Raminin evinə gəldikdə Eteri də onların ardınca evə daxil olmuşdur. Həmin vaxt Ramin evdə olmamış, orada Raminin evində yaşayan Əfsanə və birdə həmin evdə bir neçə dəfə gördüyü Ceyhunə olmuşdur. O, Ülvinin yarasının dərin olub-olmamasına, qanaxmanın içəri verib-verməməsinə baxmaq və yarasını sarımaq istəmişdir. Paltarında qan az olmuşdur. O, divanın üzərində Ülvinin yarasını sarımaq istəyərkən Faris əlində bıçaq otağa daxil olmuş, bunu görən Ülvi Farisi söyməyə başlamış və bir-birini qarşılıqlı söymüşlər. Eteri Farisi itələyib qapıdan çölə çıxarıb qapını bağlamışdır. O, evdə olan yodu yaraya töküb yaranı sarıdıqdan sonra Ülvini həkimə aparmaq üçün Lidiya ilə birlikdə Ülvini yola çıxarmışlar. Lidiyanın telefonu olmamış, onun da telefonunda kontur olmadığına görə həkimə məlumat verə bilməmişlər. Suraxanı rayonu «10-cu dairə» adlanan yerdə dəmir yol xəttinin üzərindən keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı maşını uzaqdan qışqıraraq əl edib saxlatmış və tanımadığı sürücüyə Ülvinin yıxıldığını və həkimə çatdırmaq lazım olduğunu bildirib kömək istəmişdir. Ülvinin bıçaqlandığını deməməkdə məqsədi sürücünün bunu bilib həkimə aparmaqdan çəkinə bilmə ehtimalı olması olmuşdur. O, Lidiya ilə birlikdə Ülvini maşına mindirmiş və yaxınlıqdakı təcili tibbi yardım stansiyasına aparmış, Lidiya ilə Ülvini maşından düşürdükdən sonra özü evə qayıtmışdır. Şahid2 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, O, hadisə yerində gələndə Ülvi ilə Farisin qarşılıqlı davalarını görmüş, Ülvinin Farisdən onu vurmaması barədə heç bir söz eşitməmiş, Farisin əlində bıçaq görməmiş, qaranlıq olmuş, fikir verməmişdir. O, hadisə yerinə gələndə Ülvi ilə Faris bir-birlərini söymüşlər. Hadisə yerində və Ülviyə Raminin evində yardım göstərən zaman Lidiya qışqırıq salmış, Ülvinin bıçaqlanmasına görə narahatçılıq keçirdiyinə görə həmin vaxt hadisənin nə səbəbdən baş verdiyini soruşmamış, Ülvi də hadisənin baş vermə səbəbini deməmişdir. O, hadisənin nə səbəbə baş verdiyini bilməmiş, Raminin evində olan zaman başı Ülviyə tibbi yardım göstərməyə qarışdığından Ülvinin və Farisin bir-birinə ayaqqabı atmasını görməmiş, buna fikir verməmişdir. Raminin evində olanda Farisi Eteri itələyib çölə çıxarmış, Farisin Ülvini vurmaq üçün konkret nə isə hərəkət etdiyini görməmişdir. Farisin Raminin evini tanıması, sonuncu ilə münasibəti olub-olmaması barədə məlumatı olmadığını, Farisi sonuncu dəfə nə zaman gördüyünü xatırlamadığını, hadisə zamanı gördüyünü, sonuncu ilə telefon danışığı olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 41-44). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, Əmircan qəsəbəsində hadisənin baş verdiyi ünvanda o, qızı Lidiya, el arasında Rəna adı ilə tanınan özün bacısı Şahid6 və sonuncunun azyaşlı qızı Liliya yaşamışlar. Əvvəllər “kakos” adlanan narkotik vasitədən istifadə etsə də, sonralar tərgitmiş, istifadə etməmişdir. Hazırda narkotik satışı ilə əlaqədar məhkum olunmuşdur və cəza çəkməkdədir. Lakin ona qarşı çıxarılmış hökmü qanunsuz və ədalətsiz hesab edir. 22 aprel 2020-ci il tarixdə isə bacısı Rənanın rəfiqəsi Ceyhunə adlı qız yaşadığı Hövsan qəsəbəsindəki evində bacısı ilə aralarında mübahisə yarandığına görə 2-3 günlük onlara qonaq gəlmiş, elə həmin gün Ceyhunədən təqribən 2-3 saat sonra qızı Lidiyanın nişanlısı Ülvi də bazarlıq edib onlara gəlmiş və hadisə baş verən günə kimi onlarla birlikdə yaşamışdır. Hadisə günü, yəni 25 aprel 2020-ci il tarixdə, saat təxminən 13 radələrində qonşuluqda Raminlə birlikdə kirayə yaşayan Əfsanə adlı qız onlara gəlib 15 manat müqabilində ev işlərində ona köməklik etməsini bacısı Rənadan xahiş etdikdə, Ceyhunə bu işdə Əfsanəyə özünün kömək edəcəyini Rənaya bildirmiş və sonuncunun razılığı ilə Əfsanəgilə gedərək ona kömək etmiş, gecəni isə orada qalmışdır. Həmin gün axşam o, evdə olarkən qəsəbə sakini kimi tanıdığı, baxılan iş üzrə Təqsirləndirilən şəxs gəlib ona harasa zəng etməli olduğunu, lakin özünün telefonunun olmadığını bildirmiş və ondan müvəqqəti telefon istəmişdir. O, telefonunu Farisə verdikdən sonra yatmış və gecə saat 1-dən sonra durub qonşu Ramigilə getmişdir. Onların evindən Ramingilə piyada olaraq təqribən 2 dəqiqəlik yol olmuşdur. O, qonşuda olduğu vaxt Faris günün gec saatlarında onlara (E,Xəlilovagilə) gəlib ondan aldığı telefonu qaytarmaq istəmiş, lakin həmin vaxt Faris həyətin dəmir qapısını bərk döydüyündən qızı Lidiya da ona sərt cavablar vermişdir. O, qızına həmişə özündən böyüklərə cavab qaytarmamağı tapşırmış, lakin görünür ki, həmin gün Lidiya Farisə çox sərt cavablar vermişdir. Buna görə də Faris də əsəbi cavablar qaytardığından qızının nişanlısı Ülvi hadisə yerinə gəlmiş və bundan sonra onların arasında mübahisə başlamış və nəticədə də məlum hadisə baş vermişdir. Bunu o, gecə saat təqribən 02 radələrində Ramingilə onların yanına gələn qızı Lidiyadan eşitmişdir. Belə ki, hadisədən ümumiyyətlə onun xəbəri olmamış, hadisə vaxtı onu heç kim ora çağırmamışdır. Gecə Faris də Ramingilə gəlib onun telefonunu qaytarmaq istəmiş, lakin hadisə barədə ona heç nə deməmişdir. Faris Ramingilə gələndə o, Farisin əlində bıçaq və ya sair alət görməmişdir. O, Ramingildə başqa otaqda olduğundan Farislə Ülvinin dava etmələrini görməmişdir. Farisdən 5-10 dəqiqə sonra qızı Lidiya və Ülvi də ora gəlmiş, Lidiya Farisin Ülvini bıçaqla vurduğunu ona danışmışdır. Qarışıqlıq düşdüyünə görə hadisənin səbəbini nə o, soruşmamış və nə də kimsə ona danışmamışdır. Ramingildə o, Ülvinin bədənindəki yaralara baxmamış, yaralarına yod vurmamış, bədənində, yaxud paltarında qan görməmişdir. Həmin vaxt Ramingildə olan, qonşuluqda yaşayan Rauf adlı oğlan onun bədəninə baxmış, daxili qanaxması ola biləcəyini demiş və xəstəxanaya getməsini məsləhət görmüşdür. Bundan sonra Rauf, qızı Lidiya və Ülvi xəstəxanaya getmişlər. Şahid Qanuni nümayəndə1 ifadəsinin davamında göstərdi ki, o, ibtidai istintaq zamanı da məhkəmədə dediklərini demiş, lakin ifadəsini oxumamışdır. D/i.s.c. Mən Odur ki, ibtidai istintaqdakı ifadəsində nə yazılmasından xəbərsizdir. O, birinci dəfə prokurorluqda dindirilmiş, olanları danışmış, imza etmək təklif olunduqda, o, inanıb oxumadan imza etmişdir. Lakin polis bölməsində heç bir sənədə imza etməmişdir. Onun Azərbaycan dilində danışmaqda az probleimi olmuş, lakin ibtidai stintaq zamanı ona tərcüməçi təyin olunmamışdır. Şahid qismində dindirilən Qanuni nümayəndə1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahid Qanuni nümayəndə1 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid Qanuni nümayəndə1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdə, gecə saat 02 radələrində qəsəbə sakini kimi tanıdığı Faris onlara gəlib evin qapısını bərkdən döyərək özündə olan telefon nömrəsi kartını telefon aparatına yerləşdirib telefonla danışmaq üçün Lidiyadan telefon aparatı istəmiş və bu zaman yüksək səs tonu ilə danışdığından evdə olan Lidiyanın nişanlısı Ülvi söhbətə müdaxilə etmiş və mübahisə zamanı Faris özündə olan bıçaqla Ülvinin sinə nahiyyəsindən iki dəfə bıçaq zərbəsi vurmuşdur. O, həmin vaxt siqaret almaq üçün çıxdığından evdə olmamış, qayıtdıqda qızı Lidiya və həmin vaxt Ülvi ilə Farisi aralaşdırmış qəsəbə sakini Raufla birlikdə Ülvini qonşuları Raminin yaşadığı evə aparmışlar. Evdə Əfsanə və Ceyhunə olmuş, Ramin evdə olmamışdır. Bu vaxt onların arxasınca gələn Faris əlində bıçaq mənzilə daxil olmuş və Ülvidən onun ünvanına nalayiq sözlər işlədib-işlətmədiyini söruşaraq yerdən götürdüyü kişi ayaqqabısını otaqdakı stolun üzərinə atmışdır. Bundan sonra həmin ayaqqabını deyəsən Ülvi götürüb Farisə tərəf tullamışdır. O, Farisi əli ilə itələyərək mənzildən çölə çıxarıb qapını bağlamış və hamılıqla Ülviyə yardım göstərmək üçün sonuncunu divanın üzərinə uzadıb sol döş və arxa kürək nahiyyəsində olan iki ədəd bıçaq yarasına yod məhlulu töküb parça ilə yaranı sarımışlar. Bundan sonra qızı Lidiya ilə birlikdə Ülvini mənzildən çölə çıxarmış və Lidiya Ülvini taksi ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Şahid Qanuni nümayəndə1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 24 aprel 2020-ci il tarixdə, gecə saatlarında qızı Lidiya Farisin onların evin qapısını səbəbsiz yerə bərkdən döyməsinə etirazını bildirmiş, Lidiyanın deməsinə görə həmin vaxt Faris Lidiyanı vurmaq üçün əlini havaya qaldırmış, yaranmış səs-küyə Ülvi çıxmış və bununla da aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Faris əlində olan bıçaqla Ülvinin ürək və kürək nahiyyəsindən iki dəfə bıçaqla vurmuşdur. Farisi qəsəbə sakini kimi çoxdan tanımış, qızı Lidiya ilə Farisin arasında qonşu kimi dostluq münasibətləri olmuşdur. Lidiyanın deməsinə görə Faris özündən razı, dikbaş, tərs və əvvəllər məhkum olunmuş biri olmuşdur. Farislə istər Lidiya, istərsə də Ülvi arasında əvvəllər mübahisə və dava-dalaşın olması barədə eşitməmiş, görməmişdir. Hadisə vaxtı Ülvidən başqa heç kim xəsarət almamış, hadisə yerində qızı Lidiya və qonşuluqda yaşayan Raufdan başqa heç kimin olmamışdır. Elan edilmiş ifadəsinə münasibət bildirən şahid Qanuni nümayəndə1 yalnız “mən ibtidai istintaq zamanı belə bir ifadə verməmişəm” deməklə şahid kimi vəzifəsini bitmiş hesab etdi. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Şahid3 məhkəmə baxışında iştirakının təmin edilməsi məqsədilə bütün prosessual tədbirlərin həyata keçirilməsinə baxmayaraq onun məhkəmə baxışı zamanı iştirakı təmin edilmədiyindən Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edildi. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, həyat yoldaşından rəsmi qaydada boşanmış, 6 yaşlı oğlu ilə birlikdə yaşamışdır. 22 aprel 2020-ci il tarixdə evdə bacısı Samirə ilə aralarında mübahisə yaranmış və o, həmin günün ikinci yarısında evdən çıxaraq Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yaşayan və artıq 7 ildir ki, rəfiqəlik etdiyi Rənanın yaşadığı evə qonaq getmiş və orada qalmışdır. Həmin vaxt Rənanın yaşadığı evdə onun 10 yaşlı, «Lili» deyə çağırılan qızı, bacısı Eteri, onun 15 yaşlı qızı Lidiya olmuşlar. Onun gəlişindən təxminən 1-2 saat sonra Ülvi adlı şəxs də bazarlıq edib həmin mənzilə gəlmiş və həmin gündən hadisə baş verən günə kimi həmin mənzildə yaşamağa başlamışdır. O, Eteridən Ülvinin kim olduğunu soruşanda, sonuncu ona Ülvi ilə qızı Lidiyanın nişanlı olduqlarını bildirmiş, keçən il nişanlandıqlarını demişdir. Lidiyanın barmağında nişan üzüyünü görməyib səbəbini soruşanda, Lidiya ona nişanlısı Ülvi ilə birlikdə nişan üzüklərini lombarda girov qoyduqlarını bildirmişdir. Şahid3 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdə, saat 13 radələrində Rənagilin qonşuluğunda kirayədə yaşayan Əfsanə adlı qızın xahişi ilə ev işlərində ona köməklik etmək üçün sonuncunun yaşadığı evə getmiş və ev işlərində ona köməklik etməyə başlamışdır. Lakin bir neçə saat sonra mənzilə verilən su təchizatı dayandırıldığından işləri yarımçıq saxlamaq məcburiyyətində qalmışlar. Növbəti gün işə davam etmək məqsədilə o, Əfsanənin evində gecələməli olmuşdur. Artıq 25 aprel 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində qəflətən qapının möhkəm döyülməsi səsinə oyanmış, Əfsanə gedib qapını açmış və həmin vaxt Rənanın bacısı Eteri, onun qızı Lidiya, Lidiyanın nişanlısı Ülvi və bir nəfər də tanımadığı qonşuluqda yaşayan cavan oğlan mənzilə daxil olmuşlar. Həmin vaxt Lidiya ona Faris adlı şəxsin bıçaqla Ülvini vurduğunu bildirmiş və Ülvini mənzilin girişindəki divana uzatmışlar. Elə həmin vaxt onların ardınca gələn Fariz adlı şəxs əlində bıçaq mənzilə daxil olmuş və Ülviyə onun ünvanına nalayiq sözlər işlədib-işlətməməsini təkrar ondan soruş və yerdən götürdüyü kişi ayaqqabısını otaqdakı stolun üzərinə atmışdır. Həmin ayaqqabını isə kimsə götürüb Farisə tərəf tullamışdır, bunu kim etdiyini dəqiq görməmişdir. Bundan sonra Eteri əlləri ilə Farisi itələyib mənzildən bayıra çıxarmış və qapını bağlamışdır. Həmin vaxt onlar hamısı Ülviyə tibbi yardım göstərmək üçün onun sol döş, yəni ürək nahiyəsində olan 2 bıçaq yarasına yod məhlulu töküb parça ilə onun yarasını sarımışlar. Bundan sonra Eteri qızı Lidiya ilə birlikdə Ülvini mənzildən bayıra çıxarmış və Lidiya özü Ülvini taksi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Bundan sonra Əfsanə qapını bağlamış və onlar yatmışlar. Daha sonra Şahid3 tədqiq olunan ifadəsində göstərmişdir ki, hadisədən sonra Lidiyanın deməsinə görə 25 aprel 2020-ci il tarixdə, gecə saatlarında Faris Liliyanın yaşadığı evə gəlib evin qapısını bərkdən döyməsinə o, öz etirazını bildirmiş, həmin vaxt Faris Lidiyanı vurmaq üçün əlini havaya qaldıranda səs-küyə evdə olan Lidiyanın nişanlısı Zərərçəkmiş şəxs çıxmış və bununla da onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı isə Faris özündə olan bıçaqla Ülvinin ürək nahiyəsindən iki dəfə bıçaqla zərbə vurmuşdur. Faris barəsində ilk dəfə Lidiyadan eşitmiş və onu ikinci dəfə isə hadisədən sonra görmüşdür. O, Farisi hadisədən 1 gün əvvəl mağazadan siqaret və semiçka almağa gedəndə Eterigilin məhəlləsində hasarın dibində bir nəfər tanımadığı cavan oğlanla görmüş, həmin vaxt Lidiya evdən çıxıb Farislə salamlaşmış və yenidən evə qayıtmışdır. Eyni zamanda Lidiya 31-ci PB-də olarkən ona Farisin əvvəllər onlarla eyni ünvanda qonşuluqda yaşadığını, Farisin özündən çox razı, dikbaş, tərs, əvvəllər məhkum olunmuş biri olduğunu danışmışdır. Farisin Lidiya ilə münasibətləri barəsində onun heç bir məlumatı olmamışdır. Lidiyanın anası Eterinin 31-ci PB-də deməsinə görə əvvəllər Lidiya özü Farisə onunla münasibət qurmağa şərait yaratmış və Eteri bütün günahları qızı Lidiyada görmüşdür. Təqsirləndirilən şəxsla istər Lidiya İllarionovnanın, istərsə də Zərərçəkmiş şəxs aralarında əvvələr mübahisə və dava-dalaşın olması barədə heç nə eşitməmiş və görməmişdir (iş vərəqə: cild İ, səh. 24-28). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində hadisə baş verən ünvanda bacısı Eteri, onun qızı Lidiya və özünün azyaşlı qızı Liliya ilə birgə yaşamış, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs bacısı qızı Lidiyanın nişanlısı, Təqsirləndirilən şəxs isə bir qonşu kimi tanıdığını qeyd edib göstərdi ki, Faris onun bacısı Eteri ilə mütəmadi olaraq əlaqə saxlamış, onun bacısından narkotik vasitə almasını almasını güman etmişdir. Belə ki, Eteri narkoman olmuş, onun tanışları narkomanlardan ibarət olmuş, hətta o özü də narkotik vasitələrdən istifadə etmişdir. Buna görə Eteri artıq həbs edilmiş, onun barəsində isə cinayət işi başlanılmışdır. Şahid qismində dindirilən Şahid6 ifadəsinin davamında göstərdi ki, tənqribən 23 aprel 2020-ci il tarixdə, Faris onların evinə gələrək bacısı Eteridən müvəqqəti istifadə üçün onun mobil telefonunu istəmiş, Eteri də sadə “Samsung” markalı mobil telefonu Farisə vermişdir. Həmin ərəfələrdə Ülvi də, rəfiqəsi Seyhunə də onlarda qalmışdır. Seyhunə qonşu Əfsanəyə ev işlərində kömək etmək üçün gedib onlarda qalmışdır. Hadisə günü axşam o, evdə yatmış, ailə üzvlərindən kimin harada olmasından məlumatsız olmuşdur. Səsə oyanmış və həmin vaxt qızı ona Farisin Ülvini vurduğunu demişdir. Odur ki, o, yerindən qalxmış və Ülvinin həyətdə yıxıldığını görmüşdür. Farislə Ülvi uşaq kimi dalaşmış və sonra da özlər aralaşmışlar. X31 yerdən qaldırmaq üçün onu çağırmışdır. O, hadisə yerinə gələndə artıq dava qurtarmış, Ülvinin qapıda, Farisin isə ondan aralıda dayandığını, onlar arasında məsafə olduğunu görmüşdür. Farislə Ülvinin savaşmalarını və ya söyüş söymələrini, kiminsə əlində bıçaq olmasını o, görməmişdir. Bundan sonra Ülvinin otağa keçdiyini və paltarını dəyişdirməyə başladığını görmüşdür. Qızının deməsinə görə Faris Lidiya ilə kobud danışdığına görə dava başlamış, davada Ülvi ağacı götürüb Farisi vurmaq istəyəndə özü yıxılmışdır. Farisin Ülviyə bıçaqla xəsarət yetirməsini o, qızından eşitmişdir. Qızının deməsinə görə Faris Ülvini vurarkən bıçaq az qala ona dəyəcəkmiş. Qızı hadisəyə görə, o isə qızına görə bərk qorxmuşdur. O, Ülvinin yaralarını görməmiş, ona yardım etməmişdir. Hadisədən sonra Lidiya Ülvini də götürüb harasa getmişdir. Bundan başqa olanlardan onun məlumatı olmamışdır. Şahid qismində dindirilən Şahid6 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid6 ibtidai istintaq mərhələsində verdiyi 25 aprel 2020-ci il tarixli ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 24 aprel 2020-ci il tarixdə o, qızı Liliya, Ülvi, Eteri və Lidiya evdə olmuş, saat 23 radələrində Eteri evdən çıxaraq qonşuya getmişdir. Gecə saat təxminən 02 radələrində Faris onların yaşadığı evin qapısını döymüş, sonuncu bacısıgilin tanışı olduğundan o, qapını açmamışdır. Lidiya gedib qapını açdıqdan sonra söyüş söyməyə başlamış, sonra Faris telefonu verməyə gəldiyini demişdir. Ülvi də Lidiya ilə birlikdə Farislə mübahisə etməyə başlamış və Ülvi Farisin getməsi üçün sonuncunu itələmiş, lakin Faris orada qalmışdır. Bundan sonra Lidiya ilə Ülvi Farisi söymüş, Faris və Ülvi bir-birini itələmişlər. Daha sonra Ülvi həyətə gələrək böyük taxta parçasını yerdən götürüb Farisin üstünə hücum etməyə cəhd etmiş, lakin gücü çatmadığından yıxılmışdır. Sonra o, Farisi hadisə yerindən uzaqlaşdırmış, Faris ona hörmət etdiyi üçün oradan uzaqlaşdığını demişdir. Onlar evə qayıtdıqda Ülvi Farisin onu vurduğunu demişdir. Qaranlıq olduğundan nə baş verdiyini görməmiş, lakin Ülvi maykasını qaldırdıqdan sonra sinəsində və kürəyində cızıqlar olduğunu görmüşdür. O, təcili yardıma zəng etməyi məsləhət etmiş, lakin Ülvi özünü yaxşı hiss etdiyini deyərək təcili yardımdan imtina etmişdir. Bundan sonra Ülvi və Lidiya onun bilmədiyi istiqamətə çıxıb getmişlər. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, hadisə yerində olduğunu, onun Farislə Ülvini ayırdığını o, görməmişdir. Farisin həmin gün onlara iki dəfə onlara gəlməsini o, dəqiq bilməmiş, hadisə vaxtı Farisin əlində heç nə görməmişdir. Farisin anası Lalə dəfələrlə onların yaşadıqları evə Ülvi ilə barışmağa gəlmişdir. Şahid6 tədqiq olunan 14 sentyabr 2020-ci il tarixli ifadəsində isə əvvəlki ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, hadisə 25 aprel tarixdə baş versə də, o, ilkin ifadəsində günləri səhv saldığından 24 aprel kimi göstərmişdir. Həmin gün mübahisə Farisin əsəbi halda qapını döyməsindən sonra başlamışdır. Hadisə vaxtı o, mətbəxdə kresloda uzanmış vəziyyətdə olmuşdur. Lidiya qapını açmadan Farislə mübahisə etməyə başlamış, Farisə “Niyə gec gəlmisən, qapını niyə bərk döyürsən, onsuzda qonşular bizdən şikayət edir” sözlərini demişdir. O, yatmaq istədiyindən Lidiyaya sakit olmasını demişdir. İlkin olaraq o, kimin söyüş söydüyünü bilməmişdir. Həmin vaxt Ülvi Lidiyanın arxasınca evdən çıxmış, Faris Ülviyə “Kişisən çıx çölə” demişdir. Qızı Liliya da çölə çıxmış, bir müddət sonra qızı ona Farisin Ülvini bıçaqladığını demişdir. O, çölə çıxaraq qızı Liliyanı evə gətirmişdir. Hadisə baş verdikdən sonra çölə çıxarkən dəqiq olaraq nə baş verdiyini görməmişdir. Lakin o, çölə çıxanda Ülvi həyətə girərək böyük taxta parçasını yerdən götürüb Farisin üstünə hücum eməyə cəhd etmiş, lakin gücü çatmadığından yerə yıxılmışdır. Ülvi yerə yıxılanda Lidiya ilə birlikdə onu evə gətirmişlər. O, məhəlləyə çıxanda Rauf orada olmamış, Faris bu vaxt yenidən hücum etməyə cəhd etmişdir. Həmin vaxt o, və qızı qapının qarşısında olmuşlar. Faris Ülviyə yenidən bıçaq zərbəsi vurduqda, az qala bıçaq qızına dəymişdir. Həmin vaxt o, Farisə sakit olmasını demiş, sonuncu da oradan uzaqlaşmışdır. Həmin vaxt onlar Ülvini içəri salmayacaqları təqdirdə, Faris Ülvini öldürəcəkmiş. Belə ki, Faris dəfələrlə Ülvini bıçaqlamağa cəhd etmişdir. Şahid6 tədqiq olunan 14 sentyabr 2020-ci il tarixli ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra Farisin anası Lalə dəfələrlə onlara gəlib bacısı Eteri və onun qızı Lidiyaya pul təklif edərək oğluna tərəf ifadə verməyi xahiş etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Lalə onların yaşadığı evə gələrək Ülvini axtardığını, Ülvinin yenidən cinayət işi başlatdığını və hadisə vaxtı oğlunun əlində bıçaq olduğunu dediyini bildirmişdir. O, Laləyə bıçağı görmədiyini, lakin qızı Liliyanın gördüyünü demişdir. Həmin vaxt Lalə pul müqabilində yalandan ifadə verib, hadisə vaxtı Farisdə bıçaq olmadığını deməyi istəmiş, lakin o, razılaşmamışdır. O, ifadəsində Laləyə kömək etmək və qızının ifadə verməsini istəmədiyindən qızını ifadə verməkdən azad etmək istədiyinə görə bəzi məqamları fərqli formada demişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Şahid6 Qayfatulla qızının ibtidai istintaqa verdiyi 21 aprel 2021-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 24 aprel 2020-ci il tarixdə günorta saatlarında Faris mobil telefonu olmadığı üçün onların yaşadığı evə gələrək özündə olan sim kartı telefona salıb danışması üçün bacısı Eterinin mobil telefonunu bir neçə saatlağına almışdır. Bundan sonra Eteri evdən çıxıb qonşuya qonaq getmiş və gedəndə onlara Farisin ondan telefonu aldığını, telefonu gətirib qaytaracağını demişdir. 25 aprel 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Faris onların yaşadığı evə gələrək, həyət qapısını möhkəm döymüş və qışqırıb Lidiyanı çağıraraq, «Lida aç qapını» deyib, uca səslə küçədə qışqırmağa başlamışdır. Həmin vaxt evdə Lidiya, nişanlısı Ülvi, özü və onun 11 yaşlı qızı Liliya olmuşdur. Faris gələndə o, mətbəxdə yatmış, Farisin gəlib qapını döyməsini, Ülvi ilə aralarında mübahisə baş verməsini və ya Ülvini necə bıçaqladığını görməsə də, sonradan qızı Liliya və bacısı qızı Lidiya ona hadisə barədə danışmışlar. Belə ki, gecə vaxtı olduğu üçün Ülvi Lidiyanı qapını açmağa qoymamış, Ldiya pəncərədən Farisə qapını açmayacağını, çıxıb getməsini, sabah gəlməsini dedikdə, Faris daha da əsəbləşmiş, uca səslə «Lida aç qapını» deyib, küçədə qışqırmış, qapını möhkəm döymüşdür. Bundan sonra Lidiya çölə çıxaraq Farisə «niyə qapını qırırsan, niyə qışqırırsan, sənə dedim axı qapını açmayacam» demişdir. Faris cavabında Lidiyaya «sənə dedim aç qapını, gəlmişəm telefonu qaytarım anova» demişdir. Həmin vaxt qızı Liliya da orada olmuş, yəni qapının kandarında dayanıb, həyətdə Lidiya ilə Farisin mübahisəsinə tamaşa etmişdir. Farislə Lidiya arasında olan mübahisə daha da qızışmağa başlamış və bu zaman Ülvi həyətə düşərək Farisə iradını bildirib, nə üçün gecə vaxtı qapını bərk döydüyünü, nə üçün qışqırdığını deyəndə, Faris «yaxşı edirəm» deyib, Lidiyanın ünvanına nalayiq ifadə demişdir. X24 nişanlısı olduğunu, nə üçün nalayiq söz dediyini irad tutanda, Faris Ülviyə «voobşe sən kişisən? Çıx çölə danışaq» deyib, Ülvini əli ilə itələmiş və Ülvi də Farisi itələmişdir. Bundan sonra Ülvi Lidiyaya «gedək evə» demiş və artıq Lidiya ilə evə doğru gedəndə, Faris Ülviyə «hara gedirsən ə? Çıx kişi kimi danışaq» demiş, Ülvinin kürəyi Farisə tərəf olduğundan, Faris bel tərəfindən çıxartdığı açılıb-qatlanan bıçaqla Ülviyə arxadan və öndən ard-arda cəmi iki bıçaq zərbəsi vurmuşdur. Bütün bu olanları ona qızı Liliya və bacısı qızı Lidiya danışmışdır. X32 əlində bıçaq olduğunu, bıçağı belindən çıxartdığını görmüşdür. Faris bıçaq zərbələrini vurandan sonra, Ülvi çevrilib əli ilə Farisi itələmiş və özünü müdafiə etmək üçün yerdən taxta götürmüş, lakin Ülvinin taqəti qalmadığı üçün arxası üstə yerə yıxılmışdır. Bu zaman o, həyətə çıxaraq Farisə acıqlanıb, «nə istəyirsən bu uşaqlardan, çıx get» demişdir. Farisin əlində nə isə olduğunu hiss etmiş və Faris Ülviyə hücum etmişdir. Lakin o, Farislə Ülvinin arasında dayanıb, Farisin Ülviyə yaxın gəlməsinin qarşısını almaq üçün Farisi əli ilə saxlamış, Farisin əlində olduğu əşyaya diqqətlə fikir verməmişdir. Elə bu zaman Rauf adlı şəxs gələrək Farisi həyətdən çölə çıxartmışdır. Bundan sonra Faris getmişdir. O, qızı Liliya, bacısı qızı Lidiya və Ülvi evə girmişlər, Rauf isə həyətdə dayanmışdır. Evdə Ülvinin sinəsinə baxanda yara olduğunu görmüş, Lidiya və Ülvi evdən çıxaraq Raufla birlikdə həyətdən çıxıb getmiş, lakin hara getdiklərini bilməmişdir. O, Rauf və Lidiyaya Ülvini təcili xəstəxanaya aparmalarını demişdir (iş vərəqə: cild İİ, səh. 202-206). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid6 Qayfatulla qızı ifadəsinin davamında göstərdi ki, o, ibtidai istintaq zamanı bir dəfə ifadə vermiş, ikinci dəfə isə təsdiq üçün bəzi əlavələr etmək istəmiş və müstəntiq ikinci dəfə verdiyi ifadəsində dəyişiliklər etmişdir. Farisin anası Lalə ilə prokurorluqda görüşmüş, Lalə ondan nə ifadə verdiklərini soruşmuş, o, Laləyə özü və qızı nə görüblərsə, onu da dediklərini bildirmişdir. Lalə tərəfindən ona pul təklif olunmamış, Farisin valideynləri ona təsir və ya təzyiq göstərməmişlər. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, 7-8 yaşlarında atası tərəfindən yerləşdirildiyi 1 saylı Uşaq evindən çıxıb bacısı ilə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, təxminən son 5-6 ayda isə Suraxanı rayonu, Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi, döngə 17-də Ramin adlı şəxsə məxsus evdə kirayədə yaşamağa başlamışdır. Maddi imkanı olmamış, ancaq kirayə haqqını çatdıra bilmişdir. Ramin özü narkotik maddə istifadəçisi olmuş, onunla qonşuluqda Eteri adlı qadın, onun qızı Lidiya, bacısı Rəna və sonuncunun Liliya adlı azyaşlı qızı birlikdə yaşamış və onların və Raminlə normal qonşuluq münasibətləri olmuşdur. Eterinin qızı Lidiyanın Ülvi adlı nişanlısı da tez-tez onlara gəlmiş, Lidiya ilə birlikdə evdən çıxıb getmiş, hətta onlar bir neçə dəfə onun yaşadığı evə də gəlmişlər. Şahid5 ifadəsinin davamında göstərdi ki, 25 aprel 2020-ci il tarixdə o, yaşadığı evdə 15 manat müqabilində təmizlik işləri görülməsi üçün Eterinin bacısı Rənadan xahiş etdikdə, onlarda yaşayan, adının sonradan Ceyhunə olduğunu bildiyi qadın təmizlik işlərinə onu götürməsini xahiş etdiyindən o, Ceyhunə ilə razılaşmış və o, Ceyhunəni Raminin evində təmizlik işləri görməyə aparmışdır. Saat təxminən 13 radələrində evdə su kəsildiyindən işləri yarımçıq qalmış və razılığa əsasən səhəri işi davam etdirmələri üçün Ceyhunə onlarda qalmışdır. 25 aprel 2020-ci il tarixdə gecə saat 03 radələrində qəflətən qapının möhkəm döyülməsi səsinə oyanmış, qapını açanda Rənanın bacısı Eteri, onun qızı Lidiya, Lidiyanın nişanlısı Ülvi və bir nəfər də tanımadığı qonşuluqda yaşayan cavan oğlan mənzilə daxil olmuş, Lidiya həmin ünvanda qonşuluqda əvvəllər yaşamış Faris adlı şəxsin bıçaqla Ülvini vurduğunu bildirərək Ülvini mənzilin girişindəki divana uzatmışlar. Elə həmin vaxt onların ardınca gələn Faris əlində bıçaq mənzilə daxil olmuş, Ülviyə onun ünvanına nalayiq sözlər işlədib-işlətməməsini təkrar ondan soruşmuş və yerdən götürdüyü kişi ayaqqabısını otaqdakı stolun üzərinə atmışdır. Həmin ayaqqabını isə Ülvi götürüb Farisə tərəf tullamışdır. Bu vaxt Eteri əlləri ilə Farisi itələyib mənzildən bayıra çıxararaq qapını bağlamışdır. Həmin vaxt onlar Ülviyə tibbi yardım göstərmək üçün onun sol döş, yəni ürək nahiyəsində olan 2 bıçaq yarasına yod məhlulu töküb parça ilə onun yarasını sarımışlar. Bundan sonra Eteri qızı Lidiya ilə birlikdə Ülvini mənzildən bayıra çıxarmış və Lidiya özü Ülvini taksi ilə sonradan eşitdiyinə görə 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Bundan sonra o, da qapını bağlayıb, Ceyhunəyə su vermiş və onlar yatmışlar. Şahid5 ifadəsinin davamında daha sonra göstərdi ki, hadisədən sonra Lidiyagildən eşitdiyinə görə 25 aprel 2020-ci il tarixdə, gecə saatlarında Faris özündə olan telefon nömrəsi kartını mobil telefona yerləşdirib telefonla danışmaq üçün Liliyanın yaşadığı evə gəlib ondan mobil telefon aparatı istəyəndə, Lidiya Farisə evin qapısını nə səbəbə görə bərkdən döyməsinə öz etirazını bildirmiş, həmin vaxt Faris Lidiyanı vurmaq üçün əlini havaya qaldıranda səs-küyə evdə olan Lidiyanın nişanlısı Zərərçəkmiş şəxs çıxmış və bununla da onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Faris özündə olan bıçaqla Ülvinin ürək nahiyəsindən iki dəfə zərbə vurmuşdur. Farisi təxminən 3-4 aydır ki, tanımış, sonuncu hərdən onun qaldığı evə Raminin yanına gəlib-getmişdir. X20 aralarında olan mübasibətlərdən heç bir məlumatı olmamış, həmin şəxslərin arasında əvvələr mübahisə və dava-dalaşın olması barədə heç bir söz eşitməmiş və görməmişdir. Həmin şəxslərlə Raminin arasında çox yaxşı münasibətlər olduğundan olan bilsin ki, buna görə hadisədən sonra onlar Ülvini Raminin evinə gətirmiş, Ramin isə həmin vaxt evdə olmamışdır. Onun Eteri, Rəna və Eterinin qızı Lidiyanın arasında ancaq bir qonşu kimi münasibətlər olmuş, Eteri evdar qadın olmaqla heç bir yerdə işləməmiş, onların Təqsirləndirilən şəxsla münasibətləri barəsində isə heç bir məlumatı olmamışdır. Ən nəhayət, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, işdə şahid kimi dindirilmiş Əfsanə ilə tanış olmuş, aralarında qeyri-rəsmi ər-arvad münasibəti olmuş, sonuncunun qalmağa yeri olmadığı üçün o, Ramindən xahiş etmişdir. O, tez-tez Ramingilə gedib gəlmişdir. 25 aprel 2020-ci il tarixdə o, Farisgildə, Lidiyagildə və ya da Ramingildə olmamışdır. Ülvi ilə Faris arasında baş vermiş davamnı görməmiş, Ramilgilə Ülviyə yardım edilməsində iştirak etməmişdir. Hadisəyə onun heç bir aidiyyatı olmamışdır. Şahid qismində dindirilən Şahid7 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid7 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində Ramingilə getmiş, Əfsanə, Ceyhunə və Lidiyanın anası Ramingildə olmuşlar, lakin Ramin özü evdə olmamışdır. Lidiyanın anası da bir qonşu kimi ora tez-tez gəlib getmişdir. O, evdə olan zaman Faris oraya gəlmiş, Lidiyanın anasına “Ülvini bıçaqla vurmuşam, get gör ölməyibdir, nə isə olmayıbdır” sözlərini demişdir. Bu vaxt Lidiya, Ülvi və Rauf içəri girmiş, Ülvi içəri girən kimi Farislə bir-birlərini söymüş və dalaşmaq istəyərkən o, və evdə olan digərləri onların dalaşmasına imkan verməyib ayırmış və Farisi evdən çıxarmışlar. O, Lidiya ilə birlikdə Ülvinin yarasını sarımış, qan çölə axmadığından, qanın içəri axmasından qorxub həkimə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Lidiya, Raufla birlikdə Ülvini xəstəxanaya aparmışdır. Farisin Ülvini hansı səbəbdən bıçaqla vurması barədə məlumatı olmamışdır. Faris Raminin evinə əvvəllər gəlib getmiş, Raminlə münasibəti olmuş, lakin necə münasibətinin olmasını bilməmişdir. Farisin Ülvi ilə aralarında əvvəllər dava-dalaş, mübahisə olmamış, hadisə günü Faris Raminin evinə gələndə onun əlində bıçaq görməmiş, baş qarışıq olmuş, ola bilsin əlində bıçaq olsun, lakin Farisin əlində bıçaq olmasına fikir verməmişdir (iş vərəqə: cild İ, səh. 70- 72). Cinayət işi üzrə məhkəməyə dəvət olunan şəxslərdən başqa məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X3, Babaşov Mahir Abdulla oğlunun, X5, X6, X7, X1, və X15 ifadələri məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuşdur. Şahid qismində dindirilmiş X9 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, S.Bəhlulzadə keçəsi döngə 17-də yaşamış, təxminən 2016-cı ildən narkotik maddə olan “heroin” qəbul etmiş, bundan müalicə almasına baxmayaraq tam əl çəkə bilməmişdir. Zərərçəkmiş şəxs məhəllədə yaşayan Lidiyanın yanına gəlib-getdiyinə görə tanımış, Fərid kimi tanıdığı Təqsirləndirilən şəxs da Lidiyanın yanına gəlib-getdiyinə görə tanımışdır. 24 aprel 2020-ci il tarixdə S.Bəhlulzadə küçəsi döngə 17-də yerləşən evindən çıxaraq digər evinə, ailə üzvlərinin yanına getmiş, evdə yalnız Əfsanə qalmışdır. O, evdən gedəndə evin pis vəziyyətdə olduğunu və evi təmizləmək lazım olduğunu demiş, Əfsanə də qonşu Rənagili çağırıb evi təmizləyəcəyini demişdir. 25 aprel 2020-ci il tarixdə evə gəldikdə X27 bıçaqladığını demişdir. Farisin bir az dikbaş və özündən razı olduğunu bildiyindən onun Lidiyaya görə qısqanclıq zəminində Ülvini bıçaqladığını güman edir. Ülvi ilə Lidiya bir ildir ki, nişanlı hesab olunasına baxmayaraq, bu müddət ərzində Farislə də danışmağa davam etmişdir. Onun bildiyinə görə Farislə Ülvi bir-birini əvvəllər tanımamış, lakin bu barədə dəqiq məlumatı olmamışdır. 25 aprel 2020-ci il tarixdə Əfsanə ona gecə saatlarında Farisin Lidiyagilin qapısına gələrək Ülvini bıçaqladığını bildirmiş, mübahisəyə Farisin qapını bərk döyməsi səbəb olmuşdur (iş vərəqə: cild İ, səh. 111-115). Şahid qismində dindirilmiş Babaşov Mahir Abdulla oğlu məhkəmə istintaqı zamanı tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur, sonuncu 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə 4 il azaldıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Faris Respublika ərazisində koronovirus pandemiyası yayılana kimi demək olar ki, günün əksər vaxtlarında evdə olmuşdur. Anası ağır xəstə olduğundan onu bacısının yanına göndərmişdir. Bundan sonra Faris gecə saat 03-04 radələrində evə gəlmiş, evə gec gəlməsinin səbəblərini soruşanda ona hansısa adı və soydanı bildirmədiyi qızla birlikdə onun evində qaldığını bildirmişdir. Sonuncu dəfə Farisi təxminən 3-4 gün əvvəl evə gəlib paltarlarını dəyişib gedəndə görmüş, hətta həmin vaxt Farisə ciddi acıqlanaraq bu kimi hallara yol verməməsini ondan tələb etsə də, sonuncu onun sözlərinə heç bir əhəmiyyət verməyərək, həmin qızla yaşamaqda davam etmişdir. 25 aprel 2020-ci il tarixdə səhər saat 05 radələrində digər oğlu Cəlal Babaşovla birlikdə yaşadığı evdə olarkən özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər yaşadığı evə gəlmiş, o, qapını açdıqda qapının qarşısında 4-5 nəfər tanımadığı şəxs və bir də azyaşlı bir nəfər qız görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs onun oğlu olduğunu dəqiqləşdirdikdən sonra 31-ci PB-nə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə bölməyə getmiş, orada oğlu Təqsirləndirilən şəxs 25 aprel 2020-ci il tarixdə 15 yaşlı Lidiya adlı qızın nişanlısı Zərərçəkmiş şəxs Lidiyanın yaşadığı evin qapısının qarşısında bıçaqla iki dəfə vurub qaçdığını öyrənmişdir. Şahid Mahir Babaşov tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, Farisin yaşadığı qızı tanımamış, ev ünvanını bilməmiş, Farisin hazırda harada olması barədə məlumatı olmamışdır. Farisin əvvəllər və hazırda narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Nə Zərərçəkmiş şəxs və nə də Lidiya İllarionovnanı tanımamış, Farisin bıçaqla Ülvini vurmasının səbəbləri barədə məlumatı olmamışdır. 25 aprel 2020-ci il tarixdə, gecə saat 03-04 radələrində Farisin özündə olan bıçaqla Ülvinin ürək nahiyəsindən iki dəfə zərbə vurduğunu polis bölməsində eşitmişdir. X11 ilə olan münasibətləri barədə heç bir məlumatı olmamışdır. Faris əvvəllər güləşlə məşğul olmuş, özü tez özündən çıxan, təhqirlərə dözə bilməyən, əsəbi bir insan olmuşdur. Hadisə vaxtı Farisin istifadə etdiyi bıçağı haradan əldə etdiyini bilməmiş, o, Farisdə heç vaxt bıçaq görməmişdir (iş vərəqə: cild İ, səh. 33-36). Bundan başqa, şahid qismində dindirilmiş Bakı şəhəri 3 saylı klinik xəstəxanasının həkimi X12 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Tibb Universitetini bitirərək həkim-rezident kimi işləməyə başlamışdır. 24 aprel 2020-ci il tarixdə saat 15:00-da onun növbəsi başlamışdır. 25 aprel 2020-ci il tarixdə, gecə saat 03 radələrində Səbuhi həkimlə gecə növbəsində olarkən Zərərçəkmiş şəxs adlı şəxs döş qəfəssinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Onlar xəstəni rentgen edərək daxili qanaxma olduğunu müəyyən etmişlər. Ülvinin yanında bir nəfər qız olmuş, Ülvi yarım saat əvvəl Suraxanı rayonu ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlandığını demişdir. Bundan sonra, saat təxminən 03:23-də Səbuhi və Hüseyn həkimlə birlikdə əməliyyata başlamış, əməliyyat zamanı döş qəfəsinin sol yarısının ön divarında orta körpücük xətti üzrə beşinci qabırğa arası sahə səviyyəsində ölçüsü təxminən 2x0,5 sm kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Daha sonra döş qəfəsinin sağ yarısının arxa divarında sağ paravertebral xətt üzrə altıncı qabırğa arası sahə səviyyəsində ölçüsü təxminən 2.5x0.5 sm kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Ümumilikdə iki ədəd kəsilmiş-deşilmiş yara olmuşdur. Birinci xəsarət iti alətin perikarda girərək ürəyin sol mədəciyin ön divarına keçərək 0,5 x 0,3 sm kəsilmiş-deşilmiş yara ilə nəticələnmişdir. Həmin xəsarət ürək səviyyəsində olduğundan ölümcül hesab olunmuş və ilkin olaraq həkim həmin yerə tikiş vurmuşdur. Əməliyyat zamanı sol plevra boşluğunda 300 ml qan aşkar olunmuşdur ki, bu da daxili qanaxmanın olduğunu təsdiqləmişdir. Daha sonra ikinci xəsarətin sağ plevra boşluğuna nüfuz etdiyini müəyyən etmişlər. Sağ plevra boşluğuna byulaur üsulu ilə drenə edilmişdir. Drenaj üsulu ilə təxminən 500 kub sm hava və az miqdarda qan aspirasiya olunmuşdur. Sonra həmin yara da tikilmiş, əməliyyat ümumilikdə yarım saat davam etmişdir. Əməliyyatdan sonra xəstə süni nəfəs aparatına qoşulmuş və reanimasion tədbirlər davam etmişdir. Xəstə 28 aprel 2020-ci il tarixədək reanimasiya şöbəsində nəzarət altında qalmış, sonra vəziyyəti nisbi düzəldiyindən cərrahiyyə şöbəsinə köçürülmüşdür (iş vərəqə: cild İ, səh. 96-100). Bundan başqa, iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş 3 saylı klinik xəstəxanada həkim-anestezioloqu X6 və eyni xəstəxananın həkim cərrahı X7 məhkəmə baxışı zamanı tədqiq olunan ifadələri ilə müəyyən edildi ki, sonuncular şahid qismində dindirilən X12 ilə oxşar məzmunlu ifadələr verib onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 101-105; 106-110). Daha sonra, şahid qismində dindirilmiş X8 tədqiq olunan ifadəsində göstərmişdir ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Hüseynov onun övladlarından biridir. Ülvi təxminən bir il əvvəl Lidiya ilə ailə daxili nişanlanmışlar. O, Lidiyanın nənəsini tanımış, anası və xalası haqqında sonradan eşitmişdir. 25 aprel 2020-ci il tarixdə, saat 09 radələrində polis əməkdaşları onlara zəng edərək oğlunun bıçaqlandığını bildirmişlər. O, da dərhal 3 saylı şəhər klinik xəstəxanasına getmiş və orada oğlunun vəziyyətinin pis olduğunu öyrənmişdir. O, dəhlizdə ağlayarkən Lalə adlı bir qadın ona yaxınlaşaraq “mənim oğlum bıçaqlayıb, vur məni, öldür məni” sözlərini demişdir. O, da cavabında Laləyə “oğlumu sağalt ver mənə, heç nə istəmirəm” fikrini bildirmişdir. Bundan sonra Lalə onu mütəmadi narahat etmiş, oğlu sağaldığına görə notariusda barışıq imzalamış, lakin yenə də Lalə onlardan əl çəkməyib oğlu Ülvini yalan ifadə verməyə məcbur etmişdir. 07 avqust 2020-ci il tarixdə oğlu Lidiya ilə birlikdə Reginagilin yaşadığı evə getmişdir. Lakin o, Ülvidən xəbər ala bilmədiyindən o, da həmin evə getmiş və həmin vaxt Regina ilə onun qızı Liliya evdə olmuşlar. Regina ona iki gündür Lalənin Lidiyanı və Ülvini axtardığını, Lalənin onlara gəlib ifadələrini dəyişmək üçün onlara pul təklif etdiyini demişdir. O, Reginaya Lalənin onun və Ülvinin telefonunun nömrələrini bildiyini, onlara zəng etməməsinin səbəbini soruşmuşdur. Regina Lalənin ona 500 manat pul təklif etdiyini demiş, lakin Reginanın buna razılaşıb-razılaşmadığını o, bilməmişdir. Regina ondan pul istəmiş, o, da iki manat pulu olduğunu demişdir. Regina pulu olmadığını deyərək, iki manatı ondan almışdır. Regina Lalənin bacısı Eteriyə və Lidiyaya da pul təklif etdiyini demişdir. Lalənin ona yalan ifadə verməyə görə pul təklif etməmişdir. Lakin Ülvi ona Lalənin bir dəfə ona pul təklif etdiyini, lakin oğlunun buna razı olmadığını ona dediyini qeyd etmişdir (iş vərəqə: cild İ, səh. 262-266). Bundan başqa, iş üzrə ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis bölməsinin rəis müavini X22 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs döş qəfəsinin və kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olması barədə 31-ci PB-nə məlumat daxil olmuşdur. Məlumat əsasında istintaq-əməliyyat qrupu xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs valideynlərinin və özünün yaşadığı ünvan müəyyən edilsə də, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra qaçdığından, onun tutulması mümkün olmamışdır. Təqsirləndirilən şəxs 7-8 ay axtarışda olmuş, 2020-ci ilin dekabr ayının sonlarında Xaçmaz rayonunun, Nabran kəndi ərazisində tutularaq istintaqa təqdim olunmuşdur. Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı təqdim etməmiş, bıçağı gizlətdiyi və ya tulladığı yeri deməmişdir. Şahid X22 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Əliyev X16 rayonu ərazisində, o cümlədən kriminal aləmdə «nakolka Rauf» ləqəbi ilə tanınmış və əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs da əvvəllər quldurluq maddəsi ilə məhkum olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs və Şahid2 hər ikisi 3 saylı istintaq təcridxanasında saxlanılır və Rauf Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə istintaqa verdiyi ilk ifadəsini təkzib etmiş və istintaqa yalan ifadə vermişdir. Halbuki Təqsirləndirilən şəxs işi üzrə Şahid2 polis bölməsinə gətirilməmiş və onu heç kim vurmamışdır. Şahid2 üzləşdirmə zamanı istintaqa yalan ifadə verərək, bu yolla məsuliyyətdən yaxa qurtaracaqlarını düşünmüşdür (iş vərəqə: cild İ, səh. 174-176). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 25 aprel 2020-ci il tarixli protokoldan görünür ki, baxış nəticəsində hadisə yerinin ünvan 8 ünvanının giriş qapısının qarşısı olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 07-11). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 07 may 2020-ci il tarixli, 386 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: perikardın və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası. Tədqiq olunan həmin rəyin məzmunundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs bədən səthində müəyyən olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin, ola bilsin bıçaq) təsirindən törənmişlər, qeyd olunan xəsarətlər qərarda göstərilən 25 aprel 2020-ci il tarixdə, yəni cinayət hadisəsinin baş verdiyi tarixdə alınmaları məmkündür, hər biri ayrıayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs bədən səthində müəyyən olunan xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (iş vərəqə: cild İ, səh. 116-119). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təkrar məhkəmə-tibb ekspertizasının 28 avqust 2020-ci il tarixli, T 221/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - perikardın və ürəyin sol mədəcəyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, baçağın təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən 25 aprel 2020-ci il tarixə, yəni hadisənin baş verdiyi tarixə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Tədqiq olunan həmin rəydən görünür ki, 3 saylı şəhər kilinik xəstəxanasında zərər çəkmiş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xəstəlik tarixində qeyd edilənlərlə Birliyin Suraxanı rayon şöbəsindən verilmiş 07 may 2020-ci il tarixli, 386 saylı rəydə göstərilənlər tam uyğunluq təşkil edir. Zərər çəkmiş Zərərçəkmiş şəxs tibb müəssisələrində müayinəsi zamanı çəkilmiş rəngli doppler exokardioqrafiyası ilə ekspertiza rəyi arasında hər hansı ziddiyət mövcud deyildir. Zərər çəkmiş Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi ekspertizası zamanı hər hansı təlimat pozğunluğuna yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 225-230). Məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsü ilə Məhkəmə Tibb Ekspertizası və X13 X28 məhkəmə-tibb eksperti Şahid10 məhkəmə-tibb ekspertizasının 07 may 2020-ci il tarixli, 386 saylı və təkrar məhkəmə-tibb ekspertizasının 28 avqust 2020-ci il tarixli, T 221/2020 saylı rəylərinin tədqiqi ilə əlaqədar ekspert qismində dindiridmişdir. Məhkəmə tibb eksperti Şahid10 ifadəsində göstərdi ki, o, 1984-cü ildən məhkəmətibb eksperti işləyir. 07 may 2020-ci il tarixdə onun tərəfindən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası keçirilmişdir. Müayinə olunan Zərərçəkmiş şəxs deməsinə görə 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində evdə Faris adlı şəxs iti əşya ilə onun bədəninə zərbələr vurmuşdur. Sənədlərlə isə müəyyən edilmişdir ki, görünür ki, o, saat 3:10 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş, onun adına xəstəlik tarixi açılmışdır. O, həmin ekspertizanı keçirmiş, xəstəni şəxsən özü müayinə etmiş, tibbi sənədlərdə qeyd olunan xəstəlik tarixini nəzərə alaraq və qərarda eksperiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs perekardın və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd, və sağ tərəfli hematoraksla müşaiyət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən bir ədəd – cəmi iki ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət bədən xəsarətləri almışdır. Həmçinin müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsatəldər deşici kəsici alətin təsirindən əmələ gəlmişdir və xəsarətlərin bıçaqla yetirilməsi inkar olunmamışdır. Qeyd olunan xəsarətlər ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş məhkəmə-tibb ekspertizası keçirmək barədə qərarda göstərilən hadisənin baş verdiyi 25 aprel 2020-ci il tarixə uyğun gəlmişdir. Yetirilmiş xəsarətlərin hər biri həm ayrı-ayrılıqda və həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər olmuşdur. O, xəstə Zərərçəkmiş şəxs xarici müayinəsinə və xəstəlik tarixində olan tibbi sənədlərə əsasən həmin rəyə gəlmişdir. Xəstəlik tarixinə nəzər saldıqda müəyyən olunurdu ki, narkoz altında Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön divarında olan deşilmiş kəsilmiş yaraları cərrahi işlənilib, yara genişləndirilib və aydın olunub ki, yara kanalının istiqaməti öndən arxaya, bayırdan içəriyə və yuxarıdan aşağıya doğrudur. Tibbi ekspert Şahid10 ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs üzərində keçirilən cərrahi əməliyyatda iştirak etməmiş, hər hansı videoçəkiliş aparmamışdır. Cərrahi əməliyyat xəstəxanada aparılmış, ekspert isə xəstəlik tarixinə əsasən rəy vermişdir. Lakin Zərərçəkmiş şəxs üzərində cərrahi əməliyyat aparılmış və əməliyyatın bütün gedişatı xəstəlik tarixində də qeyd edilmişdir. Xəstəlik tarixindən görünür ki, döş qəfəsi hissəvi açılmış və həmin hissədən ürək əməliyyatı aparılmışdı. Sol mədəciyin özündə də xəsarət müəyyən edilmiş, sol mədəcik tikilmişdir. Perikard zədələnmiş, perikard boşluğunda az miqdarda qan olmuşdur ki, həmin qan döş bohluğuna dolmuşdur. Perikardın zədələnməsi isə ürəyin sol mədəciyinin zədələnməsi ilə nəticələnmişdir. Cərrahi əməliyyatla döş boşluğunda olan təxminən 300 ml qan və qan laxtaları təmizlənmişdir. O, rəydə də bunu aydın qeyd etmişdir. Ekspertiza tədqiqatı zamanı onlara hər hansı bıçaq və ya başqa kəsici-deşici alət təqdim edilməmişdir. Ona görə də bıçağın daxilə nüfuz etmə istiqaməti ilə ürəyin sol mədəciyinə çatıb-çatmamsını müəyyən etmək mümkün olmamışdır. Bıçağın tiyəsinin uzunluğunun 5 sm olması insanın dərisinin ön səthindən sol mədəciyə qədər məsafədə ürəyi zədələyə bilməsi üçün kifayətdir. Hətta kəsici-deşici alət dırnaqtutan olmuş olsa belə, pilkasının ölçüsündən asılı olaraq eyni xəsarətin yetirilməsi mümkün ola bilərdi. Lakin bu halda xəsarətin ölçüləri, lokalizasiyası həmin xəsarətlərin dırnaqtutanla yetirilmədiyini deməyə əsas verir. Zərərçəkmiş şəxs ürəyinin sol mədəciyində zədə çox kiçik olduğundan kiçik olmuş, ürək boşluğuna keçməmişdir. Ona görə qan döş boşluğuna dolmuşdur və bu vəziyyətdə xəstə 1 saatdan çox müddət ərzində yaşaya bilərdi. Əks təqdirdə spontan ölüm baş verməli idi. Amma 07 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs kafi vəziyyətdə həmin xəstəxanadan evə buraxılmışdır. Müdafiə tərəfinin Zərərçəkmiş şəxs məxsus geyim əşyasının - gödəkçənin üzərində olan zədənin ölçüsünün mübahisələndirməsi ilə bağlı suallara cavab olaraq göstərdi ki, deşici alətin qalınlığının ölçüsü parça materialın növündən asılı olaraq olduğu kimi qala bilər. Lakin insan dərisində və əzələlərdə elastiklik olduğundan eyni ölçülü əşya daxil olduqda insan dərisində və əzələlərində genişlənmə baş verməsi və ölçünün böyüməsi mümkündür. Exokardioqrafiya müayinəsi zamanı ürək istiqamətində olan zədələrin və ya əmliyyat aparılmasının nəticələri görünməyə bilər. Tibbi ekspert Şahid10 ifadəsinin yekununda göstərdi ki, Zərərçəkmiş şəxs adına onun tərəfindən verilmiş 07 may 2021-ci il tarixli, 386 saylı rəyi təsdiq edir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə (xəsarətlərin kənarlarının hamar, uclarının iti olması, eləcə də yara kanalının dərin olmasına daxili orqanlarının zədələnməsinə) əsasən həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənməsinə xarakterikdir və xəsarətlərin dırnaq tutanın pilkası təsirindən alınmaları inkar olunur (iş vərəqə: cild İ, səh. 211-213). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 iyun 2020-ci il tarixli, 235-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus idman jaketinin sol döş nahiyəsində bir ədəd və arxa hissəsinin yuxarı-orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edilmişdir. Həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin bir alətlə və ya qeyri konstruktiv xüsusiyyətlərə malik digər alətlərlə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus idman jaketinin üzərində aşkar edilmiş zədələrin xətti ölçülərinə əsaslanaraq demək olar ki, bu zədələri yetirən alətin daxil olma səviyyəsində eni 0,9 sm-ə qədər olmuşdur (iş vərəqə: cild İ, səh. 174-176). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 19 iyun 2020-ci il tarixli, 377/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-/İİ/-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus jaket üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə A antigeni, həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri ABO sistemi üzrə A-beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 177-180). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbibioloji ekspertizasının 22 iyul 2020-ci il tarixli, 494/2020-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh. 192-194). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 05 avqust 2020-ci il tarixli, 315-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol döş nahiyəsində bir ədəd arxa hissəsinin yuxarı-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kesici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin bir alətlə və ya eyni konstruktiv xüsusiyyətlərə malik alətlərlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin üzərində aşkar edilmiş zədələrin xətti ölçülərinə əsaslanaraq demək olar ki, bu zədələri yetirən alətin daxil olma səviyyəsində eni 1 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman jaketinin sol döş nahiyyəsində bir ədəd və arxa hissəsinin yuxarı orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədələr gödəkcənin həmin nahiyələrində olan deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər və eyni zədə kimi qiymətləndirilirlər və bu zədələrin eyni alətlə törədilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin və idman jaketinin sol döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön divarında olan; gödəkcənin və idman jaketinin arxa hissəsinin yuxarı-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının arxa divarında olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər (iş vərəqə: cild İ, səh. 199-202). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 13 may 2020-ci il tarixli, 229 saylı rəyindən görünür ki, iş üzrə şahid, 2005-ci il təvəllüdlü Şahid8 Ruslan qızının bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 120-123). Həmçinin, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 19 dekabr 2020-ci il tarixli, 1132 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 123-125). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 08 yanvar 2021-ci il tarixli, 24 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli törədən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir, onun əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin isterik tipli cizgiləri aşkar olunur. Nümayişkəranəlik, emosionallıq, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (iş vərəqə: cild İ, səh. 118-122). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 26 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası sabitdir, əhval-ruhiyyəsi normaldır. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 126-127). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən ibtidai istintaq orqanının 27 aprel 2020-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və eyni tarixli qərara əsasən barəsində tutulması üçün barəsində axtarış elan edilmiş və yalnız 19 dekabr 2020-ci il tarixdə, axtarışa veriləndən təxminən 8 ay sonra o, yaxalanmış və istintaq orqanına təqdim edilmişdir (iş vərəqə: cild İİ, səh. 02). Cinayətin aləti olmuş kəsici-deşici alət təqsirləndirilən şəxs tərəfindən gizlədildiyindən və istintaq orqanına təqdim edilmədiyindən həmin alətin konkret olaraq hansı predmet olması müəyyənləşdirilməmiş və iş üzrə maddi sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid9 ifadəsində göstərdi ki, hadisə günü o, rayonda olmuş, səhər tezdən böyük oğlu saat 07:00-da ona zəng edib gecə saat 4 radələrində 31-ci Polis Bölməsinin rəis müavini Əli Həsənovun onlara gəldiyini, oğlu Farisin bir qıza təcavüz etdiyini və adam vurduğunu deyib getdiyini bildirmişdir. O, səhər saat 9-da Bakıya gəlmiş, böyük oğlu onu hadisənin olduğu yerə aparmışdır. Orada olan insanlar balacadan tutmuş böyüklərə kimi belə bir hadisə olmadığını, şişirdilimiş məsələ olduğunu, orada bıçaqlanma və ya təcavüz hadisəsi olmadığını bildirmişlər. Oradan çıxıb zərərçəkmiş xəstəyə baş çəkmək üçün Sabunçu rayonunda yerləşən 3 saylı X29 getmişdir. Xəstəxanada olanda bir nəfər qadının yerə uzandığını, “ay Ülvi, ay Ülvi” dediyini görmüş və həmin qadınının Ülvinin anası olduğunu başa düşmüşdür. Qadına yaxınlaşmış, ona camahat kimi kömək etməyə çalışmışdır. Sonra o, Ülvinin xalası ilə həkimin qəbuluna getmiş, qəbula girdikdə həkim barmaqlarını, elə bil nağara çalırmış kimi stola çırparaq Ülvinin vəziyyətinin çox ağır olduğunu, 15 dəqiqə gözləmək lazım olduğunu, ölə biləcəyinin ehtimal olunduğunu bildirmişdir. O, uzun müddət həkimlərlə işlədiyindən həkimin bu cür söz deməsinin mümkün olmadığını başa düşmüş, həkim onlardan əvvəl eyni sözləri Ülvinin anasına da dediyini fikirləşmiş və məhz buna görə Ülvinin anasının hay-haray saldığını düşünmüşdür. Bundan sonra həkimin kabinetindən çölə çıxmış, kabinetdən təxminən 10 addımlıqda dayanmış qadından onu Ülvinin yanına aparmağı xahiş etmişdir. Getmiş, Ülvinin yarı uzanıqlı vəziyyətdə oturduğunu görmüş, ona yaxınlaşıb Farisin anası olduğunu demişdir. O, gözünü yumub açmış və qəfil olaraq “mənim yanıma polislərdən gəlmişdilər, onlara Əmircan parkında iki nəfər uşaqla dalaşdığımı demişəm” sözlərini demişdir. Bundan sonra isə Ülvi dünən əlini-qolunu sallaya-sallaya xəstəxanaya girdiyini, ona evdən bir həkim çağırdıqlarını, həkimin gəlib onun venasına iynə vurduğunu və gözünü açanda reanimasiyada olduğunu gördüyünü bildirmişdir. Bundan sonra o, Ülviyə əgər heç bir şey yoxdursa, yalan danışmamasını demiş, həqiqəti danışmağı, Farislə dalaşdığını bildirməyi ona tövsiyyə etmişdir. Ülvi də onun sözlərinin qarşılığında düzünü deyəcəyini bildirmişdir. Bundan sonra o, çölə çıxıb Ülvinin anasına yaxınlaşmış və Ülvidə heç bir problem olmadığını ona demişdir. Onun ardınca Ülvinin yanına girən xalası da gəlib Ülvinin lap yaxşı olduğunu, ölə biləcəyi barədə deyilənlərin yalan olduğunu bildirmişdir. Bundan sonra o, Ülvini Səbuhi adlı həkimin əməliyyat etdiyini öyrənib Səbuhi həkimin yanına getmişlər. Həkim əməliyyat üçün əl haqqının 1000 manat təşkil etdiyini bildirdikdə, Ülvinin anası Ülvini bu yaxınlarda türmədən qurtardığını demiş, pulu olmadığını bildirmişdir. Həmin vaxt o, öz oğlunun vurduğunu, həmin 1000 manatı həkimə özünün verəcəyinə söz vermişdir. Şahid9 ifadəsinin davamında göstərdi ki, hadisə ərəfəsində pandemiyanın ən qızğın vaxtı olmuş, həyat yoldaşı, oğlu işsiz olmuşlar. O, özü pulun bir hissəsini tapıb düzəltmiş və aparıb həkimə 300 manat pul verdim və qalanını da tapıb gətirəcəyinə söz vermişdir. Həkim ona 6-cı gün pulun qalanını gətirməyi tapşırmış, ondan sonra uşağı, yəni Ülvini apara biləcəyini demişdir. Gedib 400 manat da tapmış və Səbuhi həkimə vermişdir. Bu dəfə o, pulu verərkən Ülvi özü və onun anası da yanında olmuşdur. Hər dəfə Səbuhi həkimə pulu verərkən həkimlə danışıqları moğbil telefon vasitəsi ilə yazmışdır. Belə ki, Ülvi ona hadisə yerində bıçaqlanma olmadığını, axşam özünün əlini-qolunu sallaya-sallaya xəstəxanaya gəldiyini ona danışmışdır. Bundan başqa, qeydiyyatdan Ülvinin xəstəxanaya saat 05:40-da girdiyini müəyyən etmiş, lakin həkimin rəyində Ülvinin gecə saat 03:40 radələrində əməiyyat olunduğu göstərilmişdir. Bu cür ziddiyyətlərə görə də o, Ülvinin əməliyyatının real keçmədiyindən şübhələnmiş və bu səbəbdən də gizli səs yazmalar və video çəkilişlər aparmışdır. Ülvidən əvvəl onun bacısı oğlu ürəyindən əməliyyat olunduğundan o, ürək əməliyyatının necə olduğunu görmüşdür. Ülvinin isə sinəsində isə balaca bint olduğunu görmüşdüm və buna görə də məndə əməliyyatın özü və yeri barədə onda şübhə yaranmış, hətta Ülvinin yarasının yerini də çəkmişdir. Ən axırıncı həkimə 300 manat pul verməli olduğu halda, 100 manat pul tapıb gətirmiş, həkimə pulu tapa bilmədiyini, cəmi 100 manat tapa bildiyini demişdir. Həkim isə etiraz etməmiş və ona halallıq verməyi xahiş etmişdir. Həmin 100 manatı da həkimə vermiş və beləliklə də o, həkimə hissə-hissə cəmi 800 manat pul vermişdir. Bundan sonra Ülvini xəstəxanadan çıxararaq aparıb evlərinə qoymuşdur. Daha sonra Şahid9 ifadəsinin davamında göstərdi ki, Ülvi ona heç bir bıçaqlanma hadisəsi olmadığını demiş, işin müsbət həlli üçün əlindən gələni edəcəyini bildirmişdir. Bundan sonra Ülvi onunla birlikdə dövlət xəstəxanalarına getmiş, onun ürəyini kardeoqramma, dopler elətdirmiş və bütün həkimlər Ülvidə onda heç bir ürək əməliyyatı edilmədiyini, onun ürəyində heç bir qüsur olmadığını, ürəyinə müdaxilə olunmadığını bildirmişlər. Bundan sonra o, həmin tibbi sənədlərin surətlərini götürüb həkimin yanına getmiş və həkimə professorların rəylərini göstərmişdir. Həkim əsəbiləşmiş, yerindən dürüb onun təqdim etdiyi tibbi sənədləri cırmış və əli ilə onu hədələyib “mən gedib yatacam, amma gör sənin oğlunun başına nə açacam” sözlərini demişdir. Odur ki, o, həkimin yanından çıxıb birbaşa Suraxanı rayon Prokurorluğuna getmiş, orada həkimlə görüşməsi, aralarında baş verənlər, aparılan danışıqlar barədə şikayət edib, kameranın altında əsəbiləşib onu hədələdiyini demiş, hədənin məzmununu bildirmişdir. Həkimin otağına girdiyi ilk gündən onu tutdurmaq kimi bir niyyəti olmamış, lakin sonradan ona saxta epikriz verdiyini, həmin tibbi sənədlər əsasında oğlunun tutulduğunu bildirmiş, oğlunu tutdurduğu kimi də buraxdırmasını, törətdiyi əməlini təmizləməsini istəmişdir. Prokurorluq həkim barədə cinayət işi başlanılmasını rədd etsə də, o, məhkəməyə müraciət etmiş, hətta məhkəmə qərarından apellyasiya qaydasında şikayət vermiş, prokurorluğun və məhkəmənin qərarlarını ləğv etdirmişdir. Hazırda Səbuhi həkimin əməlləri ilə bağlı araşdırma aparılmaqdadır. Şahid9 ifadəsinin davamında daha sonra göstərdi ki, ona Ülvinin kurtqasında deşik olması deyilsə də, qaldırıb Ülvinin sinəsinə baxılmış, sonuncu əli ilə sinəsinə sürtüb heç nə olmadığını onlara demişdir. Sonra Ülvinin hadisə vaxtı əynində olmuş gödəkçəsi onların əlinə keçmiş, həmin gödəkçənin üzərində deşik olmamışdır. O, həmin gödəkçəni müstəntiqə təqdim edib, bu gödəkçədə deşik yeri olmadığını demiş, Ülvinin ürəyinə bıçağın haradan girdiyini ondan soruşmuşdur. Müstəntiq Atəş müəllim gülümsəyərk “bəlkə milnən vurub” demişdir. O da müstəntiqə kinayə ilə sənədlərdə milnən vurulduğunu yazmağı tövsiyə etmişdir. O, əlində olan dəlilləri bir-bir gətirib istintaqa verdikdən sonra əvvəlcədən hadisə vaxtı bıçaqlanma görmədikləri barədə ifadə vermiş şəxslər hamısı birbir izahat və ifadələrini dəyişməyə başlamışlar. Şahid9 ifadəsinin davamında daha sonra göstərdi ki, onlar Ülvi ilə birlikdə olarkən Ülvinin dayısı kimi tanıdığı bir qohumu onlara həkimin Ülviyə ikinci qrup əlillik verdirəcəyini dediyini demiş, gedib ərizəsini yazmasını tapşırdığını bildirmişdir. Bir dəfə isə Ülvini dəmir yolu xəstəxanasına apararkən Ülvi həkimə zəng edib ona Farizin tutulduğunu və nə məsələ olduğunu öyrənmək istəmişdir. Həkim Ülvidən harda olduğunu soruşduqda Ülvi “Səməd Vurğun bağı”nda olduğunu bildirmişdir. Həkim ondan yanında kiminsə olubolmamasını soruşmuş, həmin vaxt Ülvi həkimə tək olduğunu demişdir. Həmin vaxt Səbuhi həkim Ülviyə orada gözləməyi istəmişdir. Ülvi isə onlara çıxıb getməyi tapşırmış, Səbuhi həkimlə özünün danışacağını onlara demişdir. Şahid9 ifadəsinin davamında daha sonra göstərdi ki, onun sübutları artıq üzə çıxandan sonra Suraxanı polisində ona barəsində cinayət işi açılacağı bağlı hədə-qorxu gəlinmiş, səbəbini isə guya onun şahidlərin hər birinə 500 manat pul təklif etməsi göstərilmişdir. Lakin sonradan barəsində hansısa cinayət işi açmasına dair cavab verən olmamışdır. Bundan sonra yenidən şikayət ərizələri yazmış, cavab olaraq araşdırma aparıldığı, lakin rədd edildiyi ona bildirilmişdir. O, ilk gündən şahidlərin hamısı ilə görüşmüşdür. Lidiyanın anası Eterinin ona deməsinə görə davadan sonra 40 dəqiqə Ülvi onlarda olmuş, sonra Liliya ilə əl-ələ tutub o biri evə getmişdilər. O, biri evdə olanların da deməsinə görə Ülvi gəlib orada Farisin üstünə hücum etmiş, onlar əlbəyaxa olmuş, sonra isə onları ayırmışlar. Eterinin deməsinə görə o, Fərisə Ülvinin əsəbi olduğunu bildirmiş və ona çıxıb getməsini məsləhət bilmişdir. Sonradan onun barəsində şahidlərə 500 manat pul verməklə ələ alması ilə bağlı cinayət işi açılmışdır. Lakin həmin şahidlərə 500 manat verməyə ehğiyac olmamışdır. Belə ki, onlara 5 manat da təklif olunsa, onlar razılaşacaq insanlar olmuşlar. Bundan sonra o, həmin şahidlərin heç biri ilə görüşməmişdir. Yalnız bir dəfə “detdom”dan (burada: uşaq evi) gələn qız yolda ona yaxınlaşıb ondan 40 qəpik pul istəmiş, lakin o, ilişdirilə biləcəyindən qorxaraq həmin pulu da verməmişdir. İşdə Eterinin, Cahanın və Əfsanənin ərizələri var ki, həmin ərizələr hərifbəhərif köçürülüb. Şahid9 ifadəsinin yekununda daha sonra göstərdi ki, oğlunun əməlində heç bir cinayət tərkibinin olmamasını, baxılan cinayət işinin saxta sübutlardan ibarət olmasını nəzərə alıb, oğlu Təqsirləndirilən şəxs barəsində qənuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfi - təqsirləndirilən şəxsin müdafiəçiləri, təqsirləndirilən şəxsin özü çoxsaylı vəsatətlər və şikayətlərlə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs təqsirsiz olmasını, məhkəməyədək icraat mərhələsində hadisənin baş verdiyi ilk gündən sübutların onun əleyhinə saxtalaşdırıldığını, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs bıçaqla deyil, üzərində gəzdirdiyi kiçik ölçülü dırnaqtutanın komplektinə daxil olan pilkası (burada: yiyəsi) ilə vurduğunu, pilka ilə yetirilmiş zədənin zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməsinin mümkünsüz olduğunu, yetirilmiş xəsarətin zərər çəkmiş Zərərçəkmiş şəxs ürəyi ilə heç bir əlaqəsinin olmadığını, sonuncunun ürəyinin zədələnmədiyini, onun ürəyində cərrahi əməliyyat aparılmadığını, Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasının həkim cərrahı X7 zərər çəkmiş Zərərçəkmiş şəxs üzərində ürək əməliyyatı aparmadığını, cərrah həkim tərəfindən məqsədli şəkildə sonuncunun almış olduğu xəsarətləri ağır bədən xəsarətlərinə uyğunlaşdırdığını, Səbuhi Xəlilovun ürək əməliyyatları aparmağa səlahiyyətlərinin çatmadığını, Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasında ürək əməliyyatları aparılması üçün müvafiq şəraitin olmadığını, Səbuhi Xəlilovun tərtib etdiyi tibbi sənədlər əsasında iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası ekspertləri tərəfindən həqiqətə uyğun olmayan, yanlış tibbi rəylər verildyini, nəticədə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyini və s. məhkəmənin nəzər diqqətinə çatdırmış, hadisədən sonra zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs valideynlərinin müşaiyəti altında ayrı-ayrı 3 dövlət və özəl tibb müəssisələrində kardioloji müayinələrdən keçirildiyini, həmin müayinələr nəticəsində Zərərçəkmiş şəxs üzərində açıq ürək əməliyyatı aparılmasının inkar olunduğunu bildirmiş və nəticədə Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Lakin yuxarıda qeyd olunduğu kimi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması, yəni onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatətləri və təqdim etdiyi dəlil və sübutları ittiham tərəfinin sübutları qarşısında yetərsiz, ittiham tərəfinin sübutlarını təkzib edə biləcək gücə malik olmayan, qeyri-mötəbər, həqiqiliyinə, yaranma mənbəyinə əldə edilməsi hallarına şübhəli sübutlar kimi qiymətləndirir və müdafiə tərəfinin təqdim etdiyi həmin dəlil və sübutları təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məqsədilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir. Bu xüsusat üzrə məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0 və 140.0.1-ci maddəlrinin tələblərinə görə cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən oluna bilər. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0, 139.0.1-139.0.6- maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi və s.yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi sübutlar mötəbər olmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması anınadək olan müddətdə müvəqqəti istifadə üçün aldığı mobil telefonu qaytarmaq məqsədilə sonradan hadisə yeri hesab olunacaq yerə gəlmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid8 və sonuncunun müdafiəsinə qalxmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təhqirə, ünvanına edilmiş nalayiq ifadələrə və sonuncu tərəfindən itələnməklə zorakı təsirə məruz qalması nəzərə alınmamış və onun faktiki əməli qeyri-obyektiv olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə, yəni sağlamlığına qəsdən ağır zərər vurma cinayətinin xüliqanlıq niyyəti ilə törədilməsi kimi ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ali Məhkəməsi Plenumunun bu tövsiyyəsi həm də xuliqanlıq niyyətilə qəsdən törədilən başqa cinayətlərə, o cümlədən qəsdən bədənə ağır xəsarət yetirmə cinayətinə də şamil olunur. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi səbəbsiz və ya cüzi səbəb üzündən baş verməmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl təhqirə, ünvanına edilmiş nalayiq ifadələrə və sonuncu zorakı təsirə məruz qalmışdır. Mübahisə və dalaşma əvvəl Şahid8, sonra isə zərər çəkmiş şəxsin təşəbbüsü baş vermiş, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə qəsdən ağır bədən xəsarəti yetirməsi üçün qəsdən münaqişə yaratmamışdır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti olmadan qəsdən sağlamlığa ağır xəsarət yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin ƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 170.3-cü maddələri ilə nəzərdə tutulan ağır cinayətlərin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17 yanvar 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.196,198). Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 170.3-cü maddələri) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, cəzadan azad olunduğu 17 yanvar 2019-cu il tarixdən baxılan iş üzrə hadisənin baş verdiyi 25 aprel 2020-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 6 il keçmədiyindən, ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 170.3-cü maddələri hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmuşdur, həmin hökmlə Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və sonuncu təyin olunan cəzanı çəkmişdir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin (burada: Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi) törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, onu bağışlamışdır, ona qraşı hər hansı şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə müvafiq ərizəsini istər ibtidai araşdırma və istərsə də məhkəmə baxışı mərhələsində təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsin əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulan bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətlərin təhlükəli residivini yaradır və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab olunur. Belə olan təqdirdə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun haqqında Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tətbiqi yol verilməzdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-c maddəsinin sanksiyası daxilində və cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, onu bağışlamışdır, ona qraşı hər hansı şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə müvafiq ərizəsini istər ibtidai araşdırma və istərsə də məhkəmə baxışı mərhələsində təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsin əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulan bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətlərin təhlükəli residivini yaradır və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab olunur. Belə olan təqdirdə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun haqqında Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tətbiqi yol verilməzdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını nəzərə alır və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində elan edilmiş axtarış nəticəsində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 19 dekabr 2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfləri - 65 (altmış beş) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 19 dekabr 2020- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə məhkəmə məsrəfləri - 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-129/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-129/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver