Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-129/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - “Kredo” Vəkil Bürosunun vəkililəri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi olaraq fotostudio xidməti göstərmiş, hazırda "xxxx" MMC-də müəllim vəzifəsində işləyən, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, Dübəndi bağ sahəsi, 8-ci Cənub küçəsi, 153 saylı bağ evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4,312.2, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri, xx xxxx 1988-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 58də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi,, 3123-cü məhəllə, ev 15a, mənzil 39 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4,312.2, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Belə ki, o, Şahid1, Şahid3, Şahid2 və qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyanı təşkil edərək özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşdikdən sonra, 2017-ci ilin avqust ayında Şahid6, sonuncunun arvadı X16 və 2008-ci il təvəllüdlü övladı X28 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı mütəşəkkil dəstənin üzvləri Şahid3 və sonuncunun vasitəsi ilə Şahid2 müraciəti ilə əlaqədar, dəstə üzvü Şahid1 Şahid2 vasitəsilə Şahid6 bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 və ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncunun və arvadının heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla 2017-ci ilin sentyabr ayına qədər vizaların əldə edilməsi və aviabiletlərin alınması üçün birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 8500 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid6 aldadaraq, sonuncunun xeyli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin vədlərlə 2017-ci ilin avqust ayının sonlarına yaxın günlərdə ünvan 1 ünvanda yerləşən kafedə Şahid6 Şahid1, dəstənin üzvləri Şahid3 və Şahid2 vasitəsilə 8500 manat məbləğində pulu nağd qaydada almış, ələ keçirdikləri pulları əvvəlcədən aralarında olan razılaşmaya əsasən mütəşəkkil dəstənin üzvləri ilə bölüb, sonradan 2018-ci ilin may ayının ortalarında növbəti görüş zamanı Şahid2 vasitəsi ilə Şahid6 ailə üzvləri ilə bərabər Latviya Respubikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini bildirərək, razı saldıqdan sonra Şahid6 və arvadı Gülşən Cabbarovanın rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid6 və ailə uzvlərinin pasport məlumatlarını Şahid1 dəstənin üzvləri Şahid3 və Şahid2 vasitəsilə əldə edib ona çatdırmış, o, isə plana uyğun olaraq ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə 2018-ci ilin iyun ayının əvvəllərində biləbilə qanunsuz hazırladıqdan sonra həmin saxta sənədləri Şahid1 vermiş, sonuncu isə həmin saxta sənədləri Şahid2 vasitəsi ilə Şahid6 çatdırmış, göstərişləri əsasında həmin saxta sənədləri Şahid6 2018-ci ilin iyun ayının əvvəllərində Latviya Respublikasının ünvan 3 ünvanda yerləşən (İSR Plaza) Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməklə ondan istifadə etdikdə, sonuncunun və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və mütəşəkkil dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, lakin cinayət əməllərinə davam edib dəstənin digər üzvü Şahid2 vasitəsi ilə Şahid6 ailə üzvləri ilə bərabər Avropa ölkələrindən birinə yola salınmaları üçün bu dəfə Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini bildirərək, razı saldıqdan sonra, Şahid6 və arvadı Gülşən Cabbarovanın rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən eyni qaydada, o, ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri 2018-ci ilin sentyabr ayının əvvəllərində bilə-bilə qanunsuz olaraq hazırladıqdan sonra həmin saxta sənədləri də dəstə üzvü Şahid1 vermiş, sonuncu isə həmin saxta sənədləri dəstə üzvü Şahid2 vasitəsi ilə Şahid6 çatdırmış, birgə göstərişləri ilə həmin saxta sənədləri Şahid6 2018-ci ilin sentyabr ayında Polşa Respublikasının ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etdikdə Şahid6 və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən yenə də imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həqiqi cinayətkar məqsədini pərdələmək, görüntü yaratmaq üçün Şahid6 və ailə üzvlərinin adlarına dəstənin digər üzvü Şahid2 tərəfindən yalnız sifarişi verilib rezerv edilmiş, ödənişi keçirilməmiş, printer vasitəsilə çap edilərək tərtib edilmiş aviabiletlərdən məlumat xarakterli elektron çıxarışları Şahid2 vasitəsilə Şahid6 təqdim etməklə, mütəşəkkil dəstə tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Şahid6 8500 (səkkiz min beş yüz) manat məbləğində əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid6 və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 mütəşəkkil dəstə tərəfindən təhrik etmiş, mütəşəkkil dəstə tərəfindən üç nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa, o, Şahid1, Şahid3, Dadaşova Nərminə Akif qızı və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstə tərkibində, təkrarən 2017-ci ilin noyabr ayında Şahid5, sonuncunun arvadı X4 və 2015-ci il təvəllüdlü övladı X29 ilə birlikdə yaşayıb işləmələrindən ötrü İspaniya Krallığına səfər etmələri üçün viza alınması ilə bağlı mütəşəkkil dəstənin üzvləri Şahid3 və sonuncunun vasitəsi ilə Şahid2 müraciəti ilə əlaqədar, dəstə üzvü Şahid1 Şahid2 vasitəsilə Şahid5 bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkanına malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 və ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncunun və arvadının heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla 2017-ci ilin dekabr ayının sonuna qədər vizaların əldə edilməsi və aviabiletlərin alınması üçün birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 7900 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid5 aldadaraq, sonuncunun xeyli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin vədlərlə Şahid5 hissə-hissə olmaqla, yəni 2017-ci ilin noyabr ayının ortalarında ünvan 5 ünvanda yerləşən «Milli Gimnastika Arenası»nın binasının qarşısında Şahid3 istifadəsində olan Opel Astra minik markalı, az ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda dəstənin üzvləri Şahid3 və Şahid2 vasitəsilə əvvəlcə 4000 manat məbləğində, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin noyabr ayının ikinci yarısında Şahid5 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Hacı İskəndər küçəsində yerləşən fərdi yaşayış evində eyni qaydada daha 3900 manat məbləğində, ümumilikdə Şahid5 vahid niyyətlə xeyli miqdarda, yəni 7900 manat məbləğində pulu nağd qaydada almış, ələ keçirdikləri pulları əvvəlcədən olan razılaşmaya əsasən mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, sonradan 2018ci ilin may ayının ortalarında növbəti görüş zamanı Şahid2 vasitəsi ilə Şahid5 ailə üzvləri ilə bərabər Avropa ölkələrindən birinə yola salınmaları üçün Latviya Respubikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini bildirərək, razı saldıqdan sonra Şahid5 və arvadı Pərixanım Heybətzadənin rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid5 və ailə uzvlərinin pasport məlumatlarını dəstənin üzvləri Şahid3 və Şahid2 vasitəsilə əldə edib ona çatdırmış, o, isə plana uyğun olaraq ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə 2018-ci ilin iyun ayının əvvəllərində biləbilə qanunsuz hazırlandıqdan sonra həmin saxta sənədləri dəstə üzvləri Şahid1 və Şahid2 vasitəsi ilə Şahid5 çatdırmış, göstərişləri əsasında həmin saxta sənədləri Şahid5 2018-ci ilin iyun ayının əvvələrində Latviya Respublikasının ünvan 3 ünvanda yerləşən (İSR Plaza) Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməklə ondan istifadə etdikdə, sonuncunun və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, lakin o, mütəşəkkil dəstənin üzvləri ilə bununla kifayətlənməyərək cinayət əməllərinə davam etdirib Şahid1 Şahid2 vasitəsi ilə Şahid5 ailə üzvləri ilə bərabər Avropa ölkələrindən birinə yola salınmaları üçün bu dəfə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini bildirərək, razı saldıqdan sonra, Şahid5 və arvadı Pərixanım Heybətzadənin rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən o, eyni qaydada, yəni ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri 2018-ci ilin iyun ayının sonlarında bilə-bilə qanunsuz olaraq hazırladıqdan sonra həmin saxta sənədləri də dəstə üzvləri Şahid1 və Şahid2 vasitəsilə Şahid5 çatdırmış, göstərişləri əsasında həmin saxta sənədləri Şahid5 Almaniya FR-nın ünvan 3 ünvanda yerləşən (İSR Plaza) Azərbaycan Respublikasındakı səfirliyinə 2018-ci ilin iyun ayının sonlarından 2019-cu ilin iyun ayına qədər olan müddətdə iki dəfə təqdim etməklə ondan istifadə etdikdə, sonuncunun və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, lakin mütəşəkkil dəstənin üzvləri bununla kifayətlənməyərək cinayət əməllərini davam etdirib Şahid1 Şahid2 vasitəsi ilə Şahid5 ailə üzvləri ilə bərabər Avropa ölkələrindən birinə yola salınmaları üçün bu dəfə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini bildirərək, razı saldıqdan sonra, Şahid5 və arvadı Pərixanım Heybətzadənin rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən o, eyni qaydada, yəni ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri 2019-cu ilin iyun ayının əvvəllərində bilə-bilə qanunsuz hazırlandıqdan sonra həmin saxta sənədləri dəstə üzvləri Şahid1 və Şahid2 vasitəsilə Şahid5 çatdırmış, göstərişləri əsasında həmin saxta sənədləri Şahid5 2019-cu ilin iyun ayında İtaliya Respublikasının ünvan 6 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə iki dəfə təqdim etməklə ondan istifadə etdikdə, sonuncunun və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən yenə də imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həqiqi cinayətkar məqsədlərini pərdələmək, görüntü yaratmaq üçün ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə o, 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırladığı İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Şahid5 guya xx.xx.2019-dan xx.xx.2019-cu il tarixədək qüvvədə olan, tərtibat tarixi xx.xx.2019-cu il göstərilmiş, ********* nömrəli və Pərixanım Heybətzadəyə guya xx.xx.2019-dan xx.xx.2019-cu il tarixədək qüvvədə olan, tərtibat tarixi xx.xx.2019-cu il göstərilmiş, ********* nömrəli həqiqi olmayan vizalardan ibarət bilə-bilə hüquq verən rəsmi saxta sənədləri Şahid1 vermiş, sonuncu isə həmin saxta sənədlərin fotoşəkillərini sosial şəbəkə yolu ilə Şahid2 vasitəsi ilə Şahid5 göndərməklə, həmçinin Şahid5 və ailə üzvlərinin adlarına dəstənin digər üzvü Şahid2 tərəfindən yalnız sifarişi verilib rezerv edilmiş, ödənişi keçirilməmiş, printer vasitəsilə çap edərək tərtib edilmiş 15 iyun 2019-cu il tarixində Bakı şəhərində yerləşən Heydər Əliyev hava limanından İstanbul şəhərindəki Sabiha hava limanına, oradan da həmin günü İtaliya Respublikasının Milan şəhərindəki Malpensa hava limanına gedişlə bağlı “X86” nın ETKT 235 **********, ETKT 235 ********** və ETKT 235 ********** nömrəli aviabiletlərdən məlumat xarakterli elektron çıxarışları Şahid2 vasitəsi ilə Şahid5 təqdim etməklə, həmin əməlləri ilə mütəşəkkil dəstə tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Şahid5 vahid niyyətlə ümumilikdə 7900 (yeddi min doqquz yüz) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid5 və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid5 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərəfindən təkrarən üç nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, tamah niyyətilə istifadə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırma, bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi bir neçə cinayətin törədilməsi üçün yaradılmış ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib, 2018-ci ilin təxminən dekabr ayında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid12 şengen zonasına daxil olan Almaniya Federativ Respublikasına səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə Litva Respublikasında yaşayan X11 və Şahid13 vasitəsilə mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Şahid13 və Toğrul Eyvazovun vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid12 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid12 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Almaniya Federativ Respublikasına səfər etmək üçün şengen zonasına daxil olan Avropa ölkələrindən hər hansı birinin Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 3500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid12 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid12 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Xalqlar Dostluğu metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə əvvəlcə 2700 manat, daha sonra 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, İçərişəhər metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə 800 manat olmaqla ümumilikdə vahid niyyətlə 3500 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid12 guya "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində işləməklə aylıq 780 manat əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə qanunsuz hazırlayıb, texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “DEKASTAR Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Direktor Sultanov Z.A.” sözlərinin qarşısında özü imza edərək, habelə arayışın tarix və nömrə hissəsində müvafiq olaraq “23, 07” və “X1171” yazılarını qələm vasitəsilə əli ilə yazaraq özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan dəstə üzvü Təqsirləndirilən şəxs2 həmin saxta sənədi Şahid12 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid12 3500 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid12 mütəşəkkil dəstə tərkibində təhrik etmiş, mütəşəkkil dəstə tərkibində bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa, o, Şahid1, X48, Şahid2 və qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyanı təşkil edərək özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda – mütəşəkkil dəstədə birləşdikdən sonra, təkrarən 2019-cu ilin yanvar ayında Şahid7, sonuncunun arvadı X42, 2018ci il təvəllüdlü övladı X57 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı mobil telefon rabitəsi ilə mütəşəkkil dəstənin Almaniya Federativ Respublikasında yaşayan üzvü X30, sonuncunun vasitəsi ilə Şahid2 və Şahid1 vasitəsilə ona müraciəti ilə əlaqədar Şahid1 Şahid2 vasitəsilə həmin Şahid7 bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 və ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni özü və arvadının heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla 2019-cu ilin mart ayı ərzində Almaniya FR-na yollanmalarından ötrü İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi və İtaliya Respublikasında otel, sığorta təşkil edilməsi üçün birbaşa yolla özləri vasitəsilə əvvəlcə maddi nemət olan 6000 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid7 aldadaraq, sonuncunun xeyli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Şahid1 həmin vədlərlə Şahid7 hissə-hissə olmaqla, yəni 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən Mərkəzi Bankın binasının qarşısında Şahid7 istifadəsində olan «Gac» markalı, az ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əvvəlcə Şahid2 vasitəsi ilə 6000 manat məbləğində pulu, bundan sonra cinayət əməllərinə davam edərək dəstə üzvü Şahid1 Şahid2 vasitəsi ilə Şahid7 həmin vizanın təşkili ilə bağlı əlavə olaraq 4500 manat da pul lazım olduğunu yalandan bildirib, həmin vədlə 2019-cu ilin fevral ayının ortalarında ünvan 7 ünvanda yerləşən «Dalğa Plaza» biznes mərkəzinin binasının qarşısında Şahid7 istifadəsində olan «Gac» markalı, az ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid2 vasitəsi ilə daha 2500 manat məbləğində pulu, eyni vədlərlə 2019-cu ilin fevral ayının axırlarında ünvan 8 ünvanı yaxınlığında Adil Məmmədovun Bakı şəhərində yaşayan qohumu Şahid8 və mütəşəkkil dəstənin üzvü Şahid2 vasitəsi ilə daha 2000 manat olmaqla ümumilikdə Şahid7 vahid niyyətlə xeyli miqdarda, yəni 10500 manat məbləğində pulu nağd qaydada almış, ələ keçirdikləri pulları əvvəlcədən olan razılaşmaya əsasən mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, Şahid7 və arvadı İlahə Kazımovanın rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid7 və ailə uzvlərinin pasport məlumatlarını dəstə üzvü Şahid1 dəstənin digər üzvləri Adil Məmmədov və Şahid2 vasitəsilə əldə edib ona çatdırmış, o isə plana uyğun olaraq ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə 2019-cu ilin fevral ayının sonlarında bilə-bilə qanunsuz hazırladıqdan sonra həmin saxta sənədləri dəstə üzvləri Şahid1 və Şahid2 vasitəsi ilə Şahid7 çatdırmış, göstərişləri əsasında həmin saxta sənədləri Şahid7 2019-cu ilin mart ayının əvvəllərində İtaliya Respublikasının ünvan 6 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməklə ondan istifadə etdikdə, sonuncunun və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və mütəşəkkil dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Şahid7 vahid niyyətlə 10500 (on min beş yüz) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid7 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərəfindən təkrarən üç nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid15 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər edərək orada işləməsi üçün işçi vizası verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə, şəxsiyyəti istintaqla araşdırılan İsveç Krallığında yaşayan Bəxtiyar Ələkbəroğlu və Bakı şəhərində yaşayan X3 vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Səfaədin Qulubəylinin vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid15 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona işçi vizası alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid15 səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədlərinin olmadığı halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 2300 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid15 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, dəstə üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə ünvan 10 ünvanda yerləşən Bakı X1rşısında Səfaədin Qulubəylinin vasitəsilə Şahid15 2300 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid15 guya "xxxx" MMC-də 01 iyun 2016-cı il tarixdən etibarən mühəndis vəzifəsində işləməklə aylıq 1080 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 87 AC nömrəli hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Direktor Məmmədov Z.Y.” sözlərinin qarşısında özü imza edərək həmin saxta sənədi viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən digər sənədlərlə birlikdə Səfaədin Qulubəylinin vasitəsilə Şahid15 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta rəsmi sənədi 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvandakı “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid15 həmin saxta rəsmi sənəd əsasında xx.xx.2019-cu il tarixdə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 7 günlük ********* nömrəli turist vizası verilməsinə nail olmuş, lakin Şahid15 aldadıldığını başa düşərək həmin viza ilə şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etməkdən imtina etməsi səbəbindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 2300 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid15 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid16 şengen zonasına daxil olan Almaniya Federativ Respublikasına səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncunun tanışı, həmin vaxt Almaniya Federativ Respublikasında yaşayan Türkiyə Respublikası vətəndaşı Yüksəl Kırcanın WhatsApp mobil tətbiqi ilə Şahid11 vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid11 vasitəsilə Yüksəl Kırcaya xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə tanışı Şahid16 viza alınması və sonuncunun guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid16 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid16 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 1600 avro, həmin dövrün məzənnəsi ilə 3112,32(üç min yüz on iki manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Yüksəl Kırcanı aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, dəstə üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə şəxsiyyəti istintaqla araşdırılan şəxsin Yüksəl Kırcadan 1600 avro, həmin dövrün məzənnəsi ilə 3112,32 (üç min yüz on iki manat otuz iki qəpik) manat məbləğində pul vəsaitini aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid16 guya 01 iyun 2013cü il tarixdən etibarən "xxxx" MMC-də administrator vəzifəsində işləməklə aylıq 1100 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 591 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb dəstə üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “STAPLESS Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Direktor İsmailov H.N” sözlərinin qarşısında özü imza edərək həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədlərlə birlikdə Şahid16 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid16 viza verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə Almaniya Federativ Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Yüksəl Kırcanın 1600 avro, həmin dövrün məzənnəsi ilə 3112,32(üç min yüz on iki manat otuz iki qəpik) manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid16 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Yüksəl Kırcanı mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan X12 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə Rəfail Musazadəyə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Rəfail Musazadə həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 1000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Rəfail Musazadəni aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, dəstə üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və yerdə Rəfail Musazadədən şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə 1000 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Rəfail Musazadənin guya “Venta Servis” şirkətində xx.xx.2017-ci il tarixdən etibarən logistika üzrə menecer vəzifəsində işləməklə aylıq 1100 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan iş yeri haqqında arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb dəstə üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “Venta Servis” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Direktor Mərdanova A.A” sözlərinin qarşısında özü imza edərək, eləcə də arayışın tarix və nömrə qrafalarında müvafiq yazılar yazaraq həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər sənədlərlə birlikdə Rəfail Musazadəyə çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi 2019-cu ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Rəfail Musazadəyə xx.xx.2019-cu il tarixdə həmin səfirlik tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli viza (multiviza) verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana qanunsuz getməsinə, habelə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra vahid niyyətlə yenidən xx.xx.2019-cu il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə digər aviareyslə şengen zonasına daxil olan Avropa ölkələrinə qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rəfail Musazadənin 1000 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Rəfail Musazadəni mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin vahid niyyətlə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid17 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün bir illik müddətə çoxgirişli viza (multi viza) verilməsinə köməklik göstərilməsi ilə bağlı mobil telefonla Şahid10 vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid10 vasitəsilə Şahid17 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona bir illik müddətə çoxgirişli viza (multi viza) alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid17 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 2400 manat məbləğində pul vəsaitinin sənədlərin viza müraciət mərkəzinə təqdim ediləcəyi gün verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd olunan məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid17 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid17 guya “X83” adlı şirkətdə işləməsinə dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyətilə 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb dəstə üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “X83” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışı imzalayaraq özündə saxlamış, dəstə üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzinin qarşısında özünün idarə etdiyi “Toyota Camry” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Şahid10la birlikdə Şahid17 2400 manat məbləğində pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq elə həmin vaxt iş yeri haqqında saxta rəsmi sənəd olan arayışı səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədlərlə birlikdə Şahid17 vermiş, əldə etdiyi pulu onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında bölərək özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi həmin gün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid17 xx.xx.2019-cu il tarixdə həmin səfirlik tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli viza (multi viza) verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə “Böyük-Kəsik” sərhəd nəzarət məntəqəsindən Gürcüstana, oradan isə aviareyslə Latviya Respublikasına qanunsuz getməsinə, habelə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana vahid niyyətlə yenidən qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid17 2400 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid17 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin vahid niyyətlə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin fevral ayının sonlarında istintaqla müəyyən edilməyən gündə ünvan 13 ünvanda yerləşən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının inzibati binasının qarşısında, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid29 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid29 guya "xxxx" MMC-də 01 iyun 2015-ci il tarixdən etibarən mühəndis vəzifəsində işləməklə aylıq 1070 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli 14/21 nömrəli iş yeri haqqında arayışı sair şəxsi yəni özlərini bacarıqlı, işgüzar turizm agenti kimi göstərmək, turizm məslələri ilə bağlı müraciət edən müştərilərin xahişlərini icra etmək qabiliyyətində olmasını göstərmək niyyətilə istifadə etmək məqsədi ilə 2019-cu ilin mart ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb dəstə üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “BESTCOND Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Director Hasanov P.G” sözlərinin qarşısında özü imza edərək həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər sənədlərlə birlikdə Şahid29 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta rəsmi sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid29 həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa, o, Şahid1, Şahid2, Şahid10 və qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyanı təşkil edərək özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşdikdən sonra, təkrarən 2019-cu ilin mart ayında Şahid9 yaşayıb işləməsindən ötrü Almaniya Federativ Respublikasına səfər etməsi üçün viza alınması ilə bağlı Şahid2 müraciəti ilə əlaqədar dəstə üzvü Şahid1 Şahid2 vasitəsi ilə Şahid9 bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Ülvü Məmmədovun heç bir yerdə rəsmi işləmədiyi, adına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla iki ay ərzində Almaniya FR-na yollanmasından ötrü Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 1100 avro pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib dəstənin digər üzvü Şahid2 vasitəsi ilə Şahid9 buna razı salıb aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin vədlərlə Şahid1 03 aprel 2019-cu il tarixdə Şahid2 satış meneceri vəzifəsində çalışdığı ”HMH BAKU” MMC-nin fəaliyyət göstərdiyi ünvan 14 ünvanındakı ofisində Şahid9 milli məzənnə ilə 2098 manat 58 qəpik təşkil edən 1100 avro pulu Şahid2 vasitəsi ilə almış, ələ keçirdikləri pulları əvvəlcədən olan razılaşmaya əsasən mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, Şahid9 iş yerinin və yaxşı maddi təminatının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid9 pasport məlumatlarını Şahid2 dəstənin digər üzvü Şahid10 çatdırmış, sonuncu və mütəşəkkil dəstənin istintaqa məlum olmayan digər üzvləri tərəfindən isə plana uyğun olaraq ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə işə dəvətlə bağlı məktub, bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədlər istintaqa məlum olmayan məkanda və şəraitdə 2019-cu ilin iyun ayının ortalarında bilə-bilə qanunsuz hazırlandıqdan sonra həmin saxta sənədləri Şahid10 əldə edən Şahid2 şəxsən Şahid9 təqdim edib göstərmiş və sonra 2019-cu ilin iyun ayının ortalarında həmin saxta sənədləri şəxsiyyəti istintaqa məlum olmayan tanışının vasitəsilə Polşa Respublikasının ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etdirməklə ondan istifadə etdikdə, sonuncunun adına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, lakin mütəşəkkil dəstənin üzvləri bununla kifayətlənməyərək cinayət əməllərini davam etdirib Şahid2 vasitəsi ilə Şahid9 Almaniya FR-na yollanması üçün bu dəfə həmin ölkənin Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini bildirərək, sonuncunu razı saldıqdan sonra, Şahid9 rəsmi iş yerinin və yaxşı maddi təminatının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən bu dəfə Şahid9 pasport məlumatlarını Şahid1 Şahid2 vasitəsilə özü əldə edib ona çatdırmış, o, isə plana uyğun olaraq ümumi cinayətkar məqsədə nail olmaq üçün istifadə etmək məqsədi ilə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədləri ünvan 2 ünvanda yerləşən «City Centre» ticarət mərkəzində icarəyə götürürdüyü ofisdə istifadəsində olan kompüter avadanlığı vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə 2019-cu ilin iyul ayının əvvəllərində bilə-bilə qanunsuz hazırladıqdan sonra həmin saxta sənədləri Şahid1 və Şahid2 vasitəsi ilə Şahid9 çatdırmış, göstərişləri əsasında həmin saxta sənədləri Şahid9 2019-cu ilin iyul ayının əvvəllərində Almaniya FR-nın ünvan 3 ünvanda yerləşən (İSR Plaza) Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməklə ondan istifadə etdikdə, sonuncunun adına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid9 1100 avro, həmin dövrün məzənnəsi ilə 2098 (iki min doxsan səkkiz) manat 58 (əlli səkkiz) qəpik məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid9 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərəfindən təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin təxminən aprel ayında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid13 özü, arvadı X17, övladları 2011-ci il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X31 ilə birlikdə Fransa Respublikasına səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Koroğlu” parkının yaxınlığında dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid13 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid13 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid13 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Fransa Respublikasına səfər etmək üçün şengen zonasına daxil olan İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 3900 manat məbləğində pul vəsaitinin ilkin olaraq 900 manatının əvvəlcədən, viza alındıqdan sonra isə qalan 3000 manatının birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid13 aldadaraq, sonuncunun 3900 manat məbləğində əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, dəstə üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən günlərdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Koroğlu” parkının yaxınlığında Şahid13 hissəhissə olmaqla iki dəfəyə ümumilikdə 900 manat məbləğində pulu şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxslərin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri saxta rəsmi sənədləri istifadə etmək məqsədi və tamah niyyətilə 2019-cu ilin may ayında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin saxta sənədləri imzalayaraq Şahid13 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta rəsmi sənədləri 2019-cu ilin may ayında istintaqla müəyyən edilməyən gündə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev, R.Rza və D.Əliyeva küçələrinin kəsişməsindəki 319 saylı məhəllədə yerləşən “Winter Park” Plazada fəaliyyət göstərən viza mərkəzinə təqdim edən Şahid13 və sonuncunun ailə üzvlərinə həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid13 900 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid13 və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid13 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, vizanın verilməsindən imtina edildiyindən Şahid13 qalan 3000 manat məbləğində pul vəsaitini verməkdən imtina etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid13 ümumilikdə 3900 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid18 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan “Yaqub” adlı şəxsin və Şahid14 vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid18 Şahid14 və şəxsiyyəti istintaqla araşdırılan “Yaqub” adlı şəxsin vasitəsilə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid18 həmin vaxt səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmadığı halda bunu təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 15 gün ərzində vizanın əldə edilməsi üçün ümumilikdə 3300 manat məbləğində pul vəsaitinin əvvəlcə 2700 manatının, daha sonra isə 600 manatının verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid18 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, dəstə üvzü Təqsirləndirilən şəxs2 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan “Yaqub” adlı şəxsin və Şahid14 vasitəsilə Şahid18 2700 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxslərin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid18 guya "xxxx" MMC-də xx.xx.2016-cı il tarixdən etibarən menecer vəzifəsində işləməklə aylıq 1000 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyun-iyul aylarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb dəstə üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “TOTAL TELECOM Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Direktor Hüseynov T.A.” sözlərinin qarşısında imza edərək, eləcə də arayışın tarix və nömrə hissəsində müvafiq olaraq “xx.xx.2019” və “117” yazılarını qələmlə əl ilə yazaraq özündə saxlamış, lakin Şahid18 viza məsələsinin həll edilməsinin gecikdirildiyini görüb fikrindən daşınması səbəbindən həmin saxta rəsmi sənədi Şahid18 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid18 2700 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid18 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, habelə Şahid18 aldadıldığını başa düşərək qalan 600 manat məbləğində pul vəsaitini verməkdən imtina etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid18 ümumilikdə 3300 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyun ayının sonlarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan X12 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Rəfail Musazadəyə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Rəfail Musazadə həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 800 manat məbləğində pul vəsaitinin sənədlərin səfirliyin viza müraciət mərkəzinə təqdim ediləcəyi gündə verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd olunan məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Rəfail Musazadəni aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Rəfail Musazadənin guya "xxxx" MMC-də anbardar vəzifəsində işləməklə aylıq 960 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan iş yeri haqqında arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb, texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “TEXNO-MM TƏCHİZATÇİ Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “X63” sözlərinin qarşısında imza edərək, eləcə də arayışın tarix və nömrə qrafalarında müvafiq olaraq “23,06,19” və “65” yazılarını qələmlə əl ilə yazaraq həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər sənədlərlə birlikdə özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Rəfail Musazadəyə çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rəfail Musazadənin 800 manat məbləğində pulunu ələ keçirrməyə təkrarən cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Rəfail Musazadəni mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid17 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün bir illik müddətə çoxgirişli viza (multi viza) verilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Nəriman rayonu, F.X.Xoyski küçəsində, “Gənclik” metrostansiyasının çıxışı yaxınlığında dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid17 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona bir illik müddətə çoxgirişli viza (multi viza) alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid17 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən bir illik müddətə çoxgirişli vizanın (multi viza) əldə edilməsi üçün 1100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1870 manat məbləğində pul vəsaitinin sənədlərin viza müraciət mərkəzinə təqdim ediləcəyi gündə verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd olunan məsələsi qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid17 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxslərin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid17 guya "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən etibarən Əmlak filialının rəhbəri vəzifəsində işləməklə aylıq 1100 manat əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayətinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “X78 Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “İcraçı direktor: Cəfərov Ramiz B.” və “Mühasib: Qasımova Mətanət R.” sözlərinin qarşısında imzalayaraq, eləcə də arayışın tarix qrafasında “16, 07” yazısını qələm vasitəsilə əl ilə yazaraq, eləcə də Şahid17 guya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində “Qala Sığorta” sığorta şirkəti tərəfindən sığortalanmasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli NO TİOG-Q 30625 nömrəli səyahət sığortası şəhadətnaməsini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi,, 3123-cü məhəllə, ev 15a, mənzil 39-da özünə məxsus olan kompüterdə orijinal şəhadətnamənin üstündə proqram təminatı vasitəsilə düzəlişlər edərək saxtalaşdırmaqla qanunsuz hazırlayaraq özündə saxlamış, 26 iyul 2019cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədləri Şahid17 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid17 1100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1870 manat məbləğində pulunu ələ keçirməyə, yəni dələduzluğa təkrarən cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid17 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 28 May metrostansiyasının çıxışı yaxınlığında, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid19 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan “Etibar” adlı şəxsin vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla araşdırılan “Etibar” adlı şəxsin vasitəsilə Şahid19 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid19 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 1500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid19 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, elə həmin gün, yəni 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə dəstə üzvü Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 28 May metrostansiyasının çıxışı yaxınlığında Şahid19 şəxsiyyəti istintaqla araşdırılan “Etibar” adlı şəxsin vasitəsilə 1500 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq onunla və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid19 guya rəsmi olaraq işləməsinə dair hüquq verən rəsmi sənəd olan iş yeri haqqında arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməlinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışı imzalayaraq xx.xx.2019-cu il tarixdə “Bank Respublika “ASC-nin ünvan 15 ünvanda yerləşən “Memar Əcəmi” filialının inzibati binasının qarşısında viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən digər sənədlərlə birlikdə Şahid19 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi xx.xx.2019-cu il tarixdə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid19 xx.xx.2019-cu il tarixdə həmin səfirlik tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli viza (multi viza) verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə “Mazımqara” sərhəd buraxılış məntəqəsindən keçərək Gürcüstan Respublikasına, oradan isə Kutaisi-Riqa aviareysi ilə Latviya Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid19 1500 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid19 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid26 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı mobil telefonla şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid26 guya "xxxx" MMC-də dizayner vəzifəsində işləməklə aylıq 1280 manat əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışı sair şəxsi yəni özlərini bacarıqlı, işgüzar turizm agenti kimi göstərmək, turizm məslələri ilə bağlı müraciət edən müştərilərin xahişlərini icra etmək qabiliyyətində olmasını göstərmək niyyətilə istifadə etmək məqsədi ilə 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməlinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “SOLENNE Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Director: R.Shukurov” və “Accountant: F.Bagırova” sözlərinin qarşısında imza edərək özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Şahid26 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid20 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncunun əri, həmin vaxt şengen zonasına daxil olan Avropa ölkəsində olan Şahid24 WhatsApp mobil tətbiqi vasitəsilə dəstə üzvü Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar olaraq, mütəşəkkil dəstənin üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, dəstə üzvü Təqsirləndirilən şəxs2 Şahid24 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid20 viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid24 arvadı Şahid20 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncu həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunların əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 1700 manat pul vəsaitinin viza alındıqdan sonra verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd edilən məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid24 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, o, səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid20 guya "xxxx" MMC-də mühasib vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayının 20-dən sonrakı günlərdə istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməlinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “LAZERMED Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edərək dəstə üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin arayışda “Direktor: Qasımov A.” sözlərinin qarşısında özü imza edərək, eləcə də arayışın tarix və nömrə qrafasında müvafiq olaraq “22, 07, 19” və “71” yazısını qələmlə əli ilə yazaraq özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Şahid20 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid24 1700 manat məbləğində pulunu ələ keçirməyə, yəni təkrarən dələduzluğa cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun əri Şahid24 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Belə ki, o, şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, tamah niyyətilə istifadə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırma, bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi bir neçə cinayətin törədilməsi üçün yaradılmış ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib, 2017-ci ilin yanvar ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə ünvan 16 ünvanda yerləşən ofisdə, tanışı, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid25 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid25 guya "xxxx" MMC-də 01 mart 2014-cü il tarixdən etibarən logistika üzrə menecer vəzifəsində işləməklə aylıq 900 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2017-ci il tarixli 177 nömrəli iş yeri haqqında arayışı sair şəxsi yəni özlərini bacarıqlı, işgüzar turizm agenti kimi göstərmək, turizm məslələri ilə bağlı müraciət edən müştərilərin xahişlərini icra etmək qabiliyyətində olmasını göstərmək niyyətilə istifadə etmək məqsədi ilə 2017-ci ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməyən gündə ünvan 16 ünvanda yerləşən ofisdə kompüter vasitəsilə mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan üzvləri ilə birlikdə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb, istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “ALSA GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış dairəvi möhür əksi olan A4 ölçülü kağızda çap edərək arayışın tarix və nömrə qrafalarında qələm vasitəsilə əli ilə müvafiq olaraq “xx.xx.2017” və “177” yazılarını yazaraq, “Direktor Əliyev C.S” və “Mühasib Həsənova E.A” sözlərinin qarşısında isə şəxsiyyəti istintaqla araşdırılan şəxslərə imza etdirdikdən sonra həmin saxta rəsmi sənədi, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədlərlə birlikdə Şahid25 vermiş, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi 2017-ci ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməyən gündə İsveçrə Konfederasiyasının ünvan 17 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Şahid25 həmin səfirlik tərəfindən viza verilməsindən imtina edilməsi səbəbindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə mütəşəkkil dəstə tərkibində birləşib təkrarən, 2018-ci ilin aprel ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə ünvan 18 ünvanda yerləşən ofisdə, tanışı, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid28 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid28 guya “X79” MMC-də 01 yanvar 2016-cı il tarixdən etibarən direktor köməkçisi vəzifəsində işləməklə aylıq 900 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2018-ci il tarixli 119 nömrəli iş yeri haqqında arayışı sair şəxsi yəni özlərini bacarıqlı, işgüzar turizm agenti kimi göstərmək, turizm məslələri ilə bağlı müraciət edən müştərilərin xahişlərini icra etmək qabiliyyətində olmasını göstərmək niyyətilə istifadə etmək məqsədi ilə 2018-ci ilin aprel ayının ortalarında istintaqla müəyyən edilməyən gündə ünvan 18 ünvanda yerləşən ofisdə kompüter vasitəsilə mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan üzvləri ilə birlikdə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb, istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “X88” sözləri yazılmış dairəvi möhür əksi olan A4 ölçülü kağızda çap edərək arayışın tarix və nömrə qrafalarında qələm vasitəsilə əl ilə müvafiq olaraq “13 04 8” və “119” yazılarını yazaraq, “X45” sözlərinin qarşısında özü imza edərək, “X39” sözlərinin qarşısında isə şəxsiyyəti istintaqla araşdırılan şəxsə imza etdirdikdən sonra həmin saxta rəsmi sənədi, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədlərlə birlikdə Şahid28 vermiş, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi 2018-ci ilin aprel ayının ortalarında istintaqla müəyyən edilməyən gündə İsveçrə Konfederasiyasının ünvan 17 ünvanda yerləşən Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edən Şahid28 həmin səfirlik tərəfindən viza verilməsindən imtina edilməsi səbəbindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, tamah niyyətilə istifadə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırma, bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi bir neçə cinayətin törədilməsi üçün yaradılmış ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib, 2018-ci ilin təxminən dekabr ayında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid12 şengen zonasına daxil olan Almaniya Federativ Respublikasına səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə Litva Respublikasında yaşayan X11 və Şahid13 vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid12 Şahid13 və Toğrul Eyvazovun vasitəsilə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid12 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Almaniya Federativ Respublikasına səfər etmək üçün şengen zonasına daxil olan Avropa ölkələrindən hər hansı birinin Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 3500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid12 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Şahid12 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Xalqlar Dostluğu metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə əvvəlcə 2700 manat, daha sonra 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, İçərişəhər metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə 800 manat olmaqla ümumilikdə vahid niyyətlə 3500 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid12 guya "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində işləməklə aylıq 780 manat əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb, texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “DEKASTAR Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edərək ona vermiş, o, isə həmin arayışda “Direktor Sultanov Z.A.” sözlərinin qarşısında özü imza edərək, habelə arayışın tarix və nömrə hissəsində müvafiq olaraq “23, 07” və “X1171” yazılarını qələm vasitəsilə əli ilə yazaraq özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmət inin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Şahid12 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid12 3500 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid12 mütəşəkkil dəstə tərkibində təhrik etmiş, mütəşəkkil dəstə tərkibində bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid15 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər edərək orada işləməsi üçün işçi vizası verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə, şəxsiyyəti istintaqla araşdırılan İsveç Krallığında yaşayan Bəxtiyar Ələkbəroğlu və Bakı şəhərində yaşayan X3 vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid15 Səfaədin Qulubəylinin vasitəsilə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona işçi vizası alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid15 səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədlərinin olmadığı halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 2300 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid15 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2019-cu ilin yanvar ayının sonlarında istintaqla müəyyən edilməyən gündə ünvan 10 ünvanda yerləşən Bakı X1rşısında Səfaədin Qulubəylinin vasitəsilə Şahid15 2300 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında bölmüş, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid15 guya "xxxx" MMC-də 01 iyun 2016-cı il tarixdən etibarən mühəndis vəzifəsində işləməklə aylıq 1080 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 87 AC nömrəli hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin yanvar ayının ortalarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb çap edərək ona vermiş, o, isə həmin arayışda “Direktor Məmmədov Z.Y.” sözlərinin qarşısında özü imza edərək həmin saxta sənədi viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən digər sənədlərlə birlikdə Səfaədin Qulubəylinin vasitəsilə Şahid15 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta rəsmi sənədi 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvandakı “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid15 həmin saxta rəsmi sənəd əsasında xx.xx.2019-cu il tarixdə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 7 günlük ********* nömrəli turist vizası verilməsinə nail olmuş, lakin Şahid15 aldadıldığını başa düşərək həmin viza ilə şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etməkdən imtina etməsi səbəbindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 2300 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid15 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid16 şengen zonasına daxil olan Almaniya Federativ Respublikasına səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncunun tanışı, həmin vaxt Almaniya Federativ Respublikasında yaşayan Türkiyə Respublikası vətəndaşı Yüksəl Kırcanın WhatsApp mobil tətbiqi ilə Şahid11 vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid11 vasitəsilə Yüksəl Kırcaya xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə tanışı Şahid16 viza alınması və sonuncunun guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid16 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid16 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 1600 avro, həmin dövrün məzənnəsi ilə 3112,32(üç min yüz on iki manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Yüksəl Kırcanı aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə şəxsiyyəti istintaqla araşdırılan şəxsin Yüksəl Kırcadan 1600 avro, həmin dövrün məzənnəsi ilə 3112,32 (üç min yüz on iki manat otuz iki qəp ik) manat məbləğində pul vəsaitini aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid16 guya 01 iyun 2013cü il tarixdən etibarən "xxxx" MMC-də administrator vəzifəsində işləməklə aylıq 1100 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 591 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb onun istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “STAPLESS Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək ona vermiş, o, isə həmin arayışda “Direktor İsmailov H.N” sözlərinin qarşısında özü imza edərək həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədlərlə birlikdə Şahid16 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid16 viza verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan isə Almaniya Federativ Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Yüksəl Kırcanın 1600 avro, həmin dövrün məzənnəsi ilə 3112,32(üç min yüz on iki manat otuz iki qəpik) manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid16 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Yüksəl Kırcanı mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan X12 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə Rəfail Musazadəyə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Rəfail Musazadə həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 1000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Rəfail Musazadəni aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və yerdə Rəfail Musazadədən şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə 1000 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Rəfail Musazadənin guya “Venta Servis” şirkətində xx.xx.2017-ci il tarixdən etibarən logistika üzrə menecer vəzifəsində işləməklə aylıq 1100 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan iş yeri haqqında arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb onun istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “Venta Servis” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək ona vermiş, o, isə həmin arayışda “Direktor Mərdanova A.A” sözlərinin qarşısında özü imza edərək, eləcə də arayışın tarix və nömrə qrafalarında müvafiq yazılar yazaraq həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər sənədlərlə birlikdə Rəfail Musazadəyə çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi 2019-cu ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Rəfail Musazadəyə xx.xx.2019-cu il tarixdə həmin səfirlik tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli viza (multiviza) verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana qanunsuz getməsinə, habelə xx.xx.2019- cu il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra vahid niyyətlə yenidən xx.xx.2019- cu il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə digər aviareyslə şengen zonasına daxil olan Avropa ölkələrinə qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rəfail Musazadənin 1000 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Rəfail Musazadəni mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin vahid niyyətlə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid17 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün bir illik müddətə çoxgirişli viza (multi viza) verilməsinə köməklik göstərilməsi ilə bağlı mobil telefonla Şahid10 vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid10 vasitəsilə Şahid17 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona bir illik müddətə çoxgirişli viza (multi viza) alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid17 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 2400 manat məbləğində pul vəsaitinin sənədlərin viza müraciət mərkəzinə təqdim ediləcəyi gün verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd olunan məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid17 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid17 guya “X83” adlı şirkətdə işləməsinə dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyətilə 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət- prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb onun istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “X83” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək ona vermiş, o, isə həmin arayışı imzalayaraq özündə saxlamış, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzinin qarşısında özünün idarə etdiyi “Toyota Camry” markalı 10 -EX-110 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Şahid10la birlikdə Şahid17 2400 manat məbləğində pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq elə həmin vaxt iş yeri haqqında saxta rəsmi sənəd olan arayışı səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər sənədlərlə birlikdə Şahid17 vermiş, əldə etdiyi pulu Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında bölərək özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi həmin gün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid17 xx.xx.2019- cu il tarixdə həmin səfirlik tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli viza (multi viza) verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə “Böyük-Kəsik” sərhəd nəzarət məntəqəsindən Gürcüstan Respublikasına, oradan isə aviareyslə Latviya Respublikasına qanunsuz getməsinə, habelə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana vahid niyyətlə yenidən qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid17 2400 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid17 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin vahid niyyətlə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin fevral ayının sonlarında istintaqla müəyyən edilməyən gündə ünvan 13 ünvanda yerləşən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının inzibati binasının qarşısında, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid29 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid29 guya "xxxx" MMC-də 01 iyun 2015-ci il tarixdən etibarən mühəndis vəzifəsində işləməklə aylıq 1070 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli 14/21 nömrəli iş yeri haqqında arayışı sair şəxsi yəni özlərini bacarıqlı, işgüzar turizm agenti kimi göstərmək, turizm məslələri ilə bağlı müraciət edən müştərilərin xahişlərini icra etmək qabiliyyətində olmasını göstərmək niyyətilə istifadə etmək məqsədi ilə 2019-cu ilin mart ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb onun istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “BESTCOND Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək ona vermiş, o, isə həmin arayışda “Director Hasanov P.G” sözlərinin qarşısında özü imza edərək həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər sənədlərlə birlikdə Şahid29 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta rəsmi sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid29 həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin təxminən aprel ayında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid13 özü, arvadı X17, övladları 2011-ci il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X31 ilə birlikdə Fransa Respublikasına səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Koroğlu” parkının yaxınlığında özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid13 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid13 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid13 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, Fransa Respublikasına səfər etmək üçün şengen zonasına daxil olan İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 3900 manat məbləğində pul vəsaitinin ilkin olaraq 900 manatının əvvəlcədən, viza alındıqdan sonra isə qalan 3000 manatının birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid13 aldadaraq, sonuncunun 3900 manat məbləğində əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2019-cu ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən günlərdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Koroğlu” parkının yaxınlığında Şahid13 hissə- hissə olmaqla iki dəfəyə ümumilikdə 900 manat məbləğində pulu şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü, Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxslərin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zəruri saxta rəsmi sənədləri istifadə etmək məqsədi və tamah niyyətilə 2019-cu ilin may ayında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb ona vermiş, o, isə həmin saxta sənədləri imzalayaraq Şahid13 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta rəsmi sənədləri 2019-cu ilin may ayında istintaqla müəyyən edilməyən gündə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev, R.Rza və D.Əliyeva küçələrinin kəsişməsindəki 319 saylı məhəllədə yerləşən “Winter Park” Plazada fəaliyyət göstərən viza mərkəzinə təqdim edən Şahid13 və sonuncunun ailə üzvlərinə həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid13 900 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid13 və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid13 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, vizanın verilməsindən imtina edildiyindən Şahid13 qalan 3000 manat məbləğində pul vəsaitini verməkdən imtina etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid13 ümumilikdə 3900 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid18 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan “Yaqub” adlı şəxsin və Şahid14 vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid18 Şahid14 və şəxsiyyəti istintaqla araşdırılan “Yaqub” adlı şəxsin vasitəsilə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid18 həmin vaxt səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmadığı halda bunu təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 15 gün ərzində vizanın əldə edilməsi üçün ümumilikdə 3300 manat məbləğində pul vəsaitinin əvvəlcə 2700 manatının, daha sonra isə 600 manatının verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid18 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun o lmayan fikir formalaşdırmış, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrostansiyasının çıxışı yaxınlığında şəxsiyyəti istintaqla araşdırılan “Yaqub” adlı şəxsin və Şahid14 vasitəsilə Şahid18 2700 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxslərin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid18 guya "xxxx" MMC-də xx.xx.2016-cı il tarixdən etibarən menecer vəzifəsində işləməklə aylıq 1000 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyun-iyul aylarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb onun istintaqa məlum olmayan üsulla əldə etdiyi üzərində “TOTAL TELECOM Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi olan, içərisində heç bir yazı olmayan A4 ölçülü kağızda çap edərək ona vermiş, o, isə həmin arayışda “Direktor Hüseynov T.A.” sözlərinin qarşısında imza edərək, eləcə də arayışın tarix və nömrə hissəsində müvafiq olaraq “xx.xx.2019” və “117” yazılarını qələmlə əl ilə yazaraq özündə saxlamış, lakin Şahid18 viza məsələsinin həll edilməsinin gecikdirildiyini görüb fikrindən daşınması səbəbindən həmin saxta rəsmi sənədi Şahid18 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid18 2700 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid18 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid18 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, habelə Şahid18 aldadıldığını başa düşərək qalan 600 manat məbləğində pul vəsaitini verməkdən imtina etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid18 ümumilikdə 3300 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyun ayının sonlarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan X12 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı WhatsApp mobil tətbiqi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Rəfail Musazadəyə xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Rəfail Musazadə həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün 800 manat məbləğində pul vəsaitinin sənədlərin səfirliyin viza müraciət mərkəzinə təqdim ediləcəyi gündə verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd olunan məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Rəfail Musazadəni aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Rəfail Musazadənin guya "xxxx" MMC-də anbardar vəzifəsində işləməklə aylıq 960 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan iş yeri haqqında arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə xx.xx.2019- cu il tarixdə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb, texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “TEXNO-MM TƏCHİZATÇİ Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edərək ona vermiş, o, isə həmin arayışda “X63” sözlərinin qarşısında imza edərək, eləcə də arayışın tarix və nömrə qrafalarında müvafiq olaraq “23,06,19” və “65” yazılarını qələmlə əl ilə yazaraq həmin saxta rəsmi sənədi səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər sənədlərlə birlikdə özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Rəfail Musazadəyə çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rəfail Musazadənin 800 manat məbləğində pulunu ələ keçirrməyə təkrarən cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Rəfail Musazadənin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Rəfail Musazadəni mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid17 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün bir illik müddətə çoxgirişli viza (multi viza) verilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Nəriman rayonu, F.X.Xoyski küçəsində, “Gənclik” metrostansiyasının çıxışı yaxınlığında özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid17 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona bir illik müddətə çoxgirişli viza (multi viza) alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid17 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən bir illik müddətə çoxgirişli vizanın (multi viza) əldə edilməsi üçün 1100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1870 manat məbləğində pul vəsaitinin sənədlərin viza müraciət mərkəzinə təqdim ediləcəyi gündə verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd olunan məsələsi qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid17 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxslərin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid17 guya "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən etibarən Əmlak filialının rəhbəri vəzifəsində işləməklə aylıq 1100 manat əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayətinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “X78 Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edərək ona vermiş, o, isə həmin arayışda “İcraçı direktor: Cəfərov Ramiz B.” və “Mühasib: Qasımova Mətanət R.” sözlərinin qarşısında imzalayaraq, eləcə də arayışın tarix qrafasında “16, 07” yazısını qələm vasitəsilə əl ilə yazaraq, eləcə də Şahid17 guya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində “Qala Sığorta” sığorta şirkəti tərəfindən sığortalanmasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli NO TİOG-Q 30625 nömrəli səyahət sığortası şəhadətnaməsini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi,, 3123-cü məhəllə, ev 15a, mənzil 39-da özünə məxsus olan kompüterdə orijinal şəhadətnamənin üstündə proqram təminatı vasitəsilə düzəlişlər edərək saxtalaşdırmaqla qanunsuz hazırlayaraq özündə saxlamış, 26 iyul 2019cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədləri Şahid17 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid17 1100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1870 manat məbləğində pulunu ələ keçirməyə, yəni dələduzluğa təkrarən cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid17 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 28 May metrostansiyasının çıxışı yaxınlığında, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid19 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan “Etibar” adlı şəxsin vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, şəxsiyyəti istintaqla araşdırılan “Etibar” adlı şəxsin vasitəsilə Şahid19 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid19 həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunun əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 1500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid19 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, elə həmin gün, yəni 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 28 May metrostansiyasının çıxışı yaxınlığında Şahid19 şəxsiyyəti istintaqla araşdırılan “Etibar” adlı şəxsin vasitəsilə 1500 manat pulu aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid19 guya rəsmi olaraq işləməsinə dair hüquq verən rəsmi sənəd olan iş yeri haqqında arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, saxta sənədlərdən istifadə etmə cinayət əməlinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb çap edərək ona vermiş, o, isə həmin arayışı imzalayaraq xx.xx.2019-cu il tarixdə “Bank Respublika “ASC-nin ünvan 15 ünvanda yerləşən “Memar Əcəmi” filialının inzibati binasının qarşısında viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən digər sənədlərlə birlikdə Şahid19 çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə qeyd olunan saxta rəsmi sənədi xx.xx.2019-cu il tarixdə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 12 ünvanda yerləşən “Dəmirçi Tover” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edən Şahid19 xx.xx.2019cu il tarixdə həmin səfirlik tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli viza (multi viza) verilməsinə, sonuncunun həmin viza əsasında xx.xx.2019-cu il tarixdə “Mazımqara” sərhəd buraxılış məntəqəsindən keçərək Gürcüstan Respublikasına, oradan isə Kutaisi- Riqa aviareysi ilə Latviya Respublikasına qanunsuz getməsinə nail olaraq həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid19 1500 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid19 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid19 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid26 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı mobil telefonla şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid26 guya "xxxx" MMC-də dizayner vəzifəsində işləməklə aylıq 1280 manat əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışı sair şəxsi yəni özlərini bacarıqlı, işgüzar turizm agenti kimi göstərmək, turizm məslələri ilə bağlı müraciət edən müştərilərin xahişlərini icra etmək qabiliyyətində olmasını göstərmək niyyətilə istifadə etmək məqsədi ilə 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməlinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “LAZERMED Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edərək ona vermiş, o, isə həmin arayışda “Director: R.Shukurov” və “Accountant: F.Bagırova” sözlərinin qarşısında imza edərək özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Şahid26 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrarən, 2019-cu ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə, həmin vaxt rəsmi olaraq heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmayan Şahid20 şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün viza verilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncunun əri, həmin vaxt şengen zonasına daxil olan Avropa ölkəsində olan Şahid24 WhatsApp mobil tətbiqi vasitəsilə özünə müraciətini dəstə üzvü Təqsirləndirilən şəxs1 və mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid24 xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə arvadı Şahid20 viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid24 arvadı Şahid20 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncu həmin vaxt rəsmi olaraq heç bir yerdə işləmədiyi halda bunların əksini təsdiq edən və səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan, şengen zonasına daxil olan Avropa ölkələrinə səfər etmək üçün İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi üçün ümumilikdə 1700 manat pul vəsaitinin viza alındıqdan sonra verilməsinə razılaşaraq həmin pulun müqabilində qeyd edilən məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Şahid24 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, dəstə üzvü Təqsirləndirilən şəxs1 səfirlik əməkdaşlarında viza almaq üçün müraciət edən şəxsin daimi iş yerinin və maddi təminatının yaxşı olmasına dair fikir formalaşdırmaqdan ötrü Şahid20 guya "xxxx" MMC-də mühasib vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair hüquq verən rəsmi sənəd olan arayışı istifadə etmək məqsədi və tamah niyyəti ilə 2019-cu ilin iyul ayının 20-dən sonrakı günlərdə istintaqla müəyyən edilməyən gündə icarəyə götürdüyü ünvan 2 ünvandakı “City Centre” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən fotostudiyada kompüter vasitəsilə barəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama cinayət əməlinə görə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə qanunsuz hazırlayıb texniki qurğu vasitəsilə əvvəlcədən kompüterə köçürdüyü üzərində “LAZERMED Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri ilə birlikdə qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edərək ona vermiş, o, isə həmin arayışda “Direktor: Qasımov A.” sözlərinin qarşısında özü imza edərək, eləcə də arayışın tarix və nömrə qrafasında müvafiq olaraq “22, 07, 19” və “71” yazısını qələmlə əli ilə yazaraq özündə saxlamış, 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvlərinin ofislərində və mənzillərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlləri ifşa olunduğundan həmin saxta sənədi Şahid20 çatdıra bilmədiyindən qəsdən törətdiyi cinayət əməlini özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid24 1700 manat məbləğində pulunu ələ keçirməyə, yəni təkrarən dələduzluğa cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun əri Şahid24 mütəşəkkil dəstə tərkibində təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.1, 29,178.3.1, 32.4,312.2, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fotobizneslə məşğul olmuş, müştərilər arasında viza alanları çox olduğundan, viza üçün fotoşəkillər çəkirmişlər. Təqsirləndirilən şəxs2 özü də müştəri kimi gəlir və digər müştəriləri gətirirdi. Bir dəfə Əziz viza almaq üçün arayış düzəltməyi xahiş etdi. Təqsirləndirilən şəxs2 viza üçün bəzi sənədlər tələb olunduğunu, səfirliyin həmin sənədləri tələb etdiyini, bəzi adamların belə arayışları əldə etməyə imkanı olmadığına görə belə arayışlar, əsəsən iş yeridən arayış tərtib etmək lazım olduğunu bildirmişdir. Həmin arayışların hazırlanması üçün ona 5 manat pul ödənilirdi. Arayışın üzərində hansısa firmanın loqotipi, əsas məlumat kimi də ünvan, telefon, nə qədər müddətdir orda işləyir, hansı vəzifədə, nə qədər maaş alır və.s qoyurdu. Təqsirləndirilən şəxs2 firmanın adını deyir, başqa məlumatlar da verir, o da internetdə bir uyğun şəkil taparaq, özü də nəsə əlavə edib loqo yerinə qoyurdu. Həmin arayış kimlər üçün hazırlanırdısa o həmin şəxsləri görmürdü. Təqsirləndirilən şəxs2 məlumatları gətirir, o arayışı düzəldir, çap edərək Əzizə verirdi. Əzizdən başqa arayış hazırlanması üçün belə məlumatları verən başqa şəxslər də olub lakin həmin şəxslərin hamısını hazırda adlarını xatırlamır. Şahid1 adlı şəxs də ona həmin qaydada arayış düzəltdirib. Şahid1 də özünü turist agenti kimi təqdim edib, yanına müştəri kimi gəlmiş, onun üçün kserosurət çıxarmış, şəkil çap etmiş, münasibətləri belə yaranmışdır. Təqsirləndirilən şəxs2 ilə Şahid1 tanışlıqlarının olub-olmadığını bilmir. O ancaq bilirdi ki, bu sənədlər viza üçün yığılır. Təqsirləndirilən şəxs2 ona hansısa səfirlikdə tanışlarının olması barədə heç nə deməmişdir. Arayışlar çox vaxt ingilis dilində ya da Azərbaycan dilində yazılırdı. Adlarına arayış hazırladığı şəxslərin işləyib işləməməsinin onun üçün fərqi yox idi, o sadəcə arayışları hazırlayıb Əzizə verirdi. Bəzi arayışlarda hansı səfirliyə təqdim olunacağı yazılırdı. Yüksəl Kırca, Şəhri İbrahimova, Rəfail Musazadə, Şahid17 və Roini İsmaylov adlarını eşitməmişdir, xatırlamır. İttihama əsasən mütəşəkkil dəstənin üzvləri kimi göstəilmiş digər şəxslərlə görüşləri zamanı hansısa işi görəcəyi barədə, iş bölgüsü, rol bölgüsü barədə söhbətlər olmamışdır. Şahid2, Şahid3 tanımamışdır. 2700 manat pulun alınması barədə danışıqlarda iştirak etməmişdir. Ümumiyyətlə həmin məbləğdə pulun alınması barədə danışıqların olmasından məlumatım olmamışdır. Şahid12 adlı şəxsi görsə çətin ki tanısın. Onun heç kimlə hansısa şəxslərin ölkədən qanunsuz miqrasiyası ilə bağlı sövdələşməsi olmamışdır. Şahid15 Şengen zonasına daxil olması üçün ittihama görə guya Təqsirləndirilən şəxs2 vasitəsilə pul alınması barədə məlumatı yoxdur. Ona arayışlara görə ödənilən zəhmət haqqından başqa mükafat, pul verilməmişdir. O bir neçə dəfə əmlak barədə kserosurət formasında sənəd də hazırlamışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4,312.2, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək fgöstərmişdir ki, 2013-cü ildən Yasamal rayonu ərazisində fəaliyyət göstərən “D tur” turizm şirkətində menecer vəzifəsində işləmiş, 2015 -ci ildə həmin turizm şirkəti fəaliyyətini dayandırdığı üçün özünə yeni iş yeri axtarmağa başlamış, həmin dövrdə ortaq tanışları vasitəsilə “Azərbaycan Avropa hərəkatının” sədri X53 ilə tanış olmuş, Ramin Hacılı fərdi qaydada müxtəlif şəxslərin xarici ölkələrə getmələri üçün sənədləşmə işlərini görürmüş və həmin işlərlə bağlı qazanc əldə edirmiş, o, Ramin Hacılıya müraciət edəndə Ramin ona yanında işləməyi təklif etmiş, o da təklifi qəbul etmişdir. O, Ramin Hacılı ilə işlədiyi vaxtda Raminin ofisi Nərimanov rayonu ərazisində yerləşirmiş, daha sonra Səbail rayonu ərazisində olan Malakan bağının yanında yerləşən binada, 2017-ci ilin sonlarına yaxın isə metronun 28 may stansiyasının yaxınlığında olan binanın 2-ci mərtəbəsində yerləşmişdir. Ramin Hacılı ona sənədləşmə işində kömək etdiyi üçün aylıq təxminən 1000 manat civarında pul verirmiş, Ramin Hacılı 2018-ci ilin yaz aylarında saxta sənəd düzəltdiyi üçün həbs edilmiş və ondan sonra o, özü fərdi qaydada müxtəlif şəxslərin xarici ölkələrə getmələri üçün lazım olan sənədləri hazırlamağa başlamışdır. Həmin işi Ramin Hacılının yanında işlədiyi vaxt öyrənmiş, xarici ölkələrə getmək istəyən şəxslər ona müraciət edərək viza almaq üçün tələb olunan müxtəlif sənədləri hazırlamağını xahiş edirmişlər, o, isə həmin sənədləri, yəni viza alınması üçün həmin şəxslərdən tələb olunan iş yeri haqqında saxta arayışları hazırlayaraq həmin şəxslərə təqdim edirmiş və onun müqabilində hər arayış üçün 50 manat məbləğində pul alırmış, həmin saxta arayışları metronun İçərişəhər stansiyasının yaxınlığında fəaliyyət göstərən “City center” ticarət mərəzində ofis işlədən, təxminən 45 yaşlarında, orta boylu, orta bədən quruluşlu, istifadəsində ***-***-**-** saylı telefon olan Zakir adlı şəxsin köməkliyi ilə həmin müştərilərə təqdim edirmiş, belə ki, müxtəlif şəxslər ona müraciət edərək iş yerləri barədə hər hansı bir arayışlarının olmadığını bildirdikdə o, Zakirə müraciət edərək sonuncunun köməkliyi ilə müraciət edən şəxslərin əslində olmayan iş yerləri barədə arayışlar hazırlayırmış, Zakir arayışa vurulan saxta möhürləri kompüter vasitəsilə hazırlayaraq arayışların üzərinə printer vasitəsilə həkk edərək ona təqdim edirmiş, Zakirdən printer vasitəsilə hazırlanan həmin saxta arayışların hər birini 5 manata alırmış, Zakir ona bəzi vaxtlarda özünün printeri vasitəsilə saxta peçat vurduğu üzərində heç bir yazı olmayan A4 ölçüdə vərəqlər verirmiş və o, öz evində kompüter vasitəsilə saxta arayışlar hazırlayaq həmin A4 vərəqlərinə çap edirmiş, vizaya müraciət edən şəxslərin otel və ya təyyarə biletlərini də bron etməyə özü köməklik edirmiş, ona isə bu işləri görməkdə Şahid4 köməklik edirmiş, lakin Fidanın saxta sənəd hazırlanmasına heç bir aidiyyatı olmamışdır. Yaşadığı mənzilə Dövlət Təhlüksizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı aşkar edilənlər, götürülmüş müxtəlif növdə olan sənədlər onun Zakirlə birlikdə hazırladıqları saxta sənədlərin nümunələrindəndir, aşkar edilmiş müxtəlif şəxslərə aid pasport və şəxsiyyət vəsiqələri ona müraciət edən müxtəlif şəxslərin xarici ölkələrə getmələri ilə bağlı təqdim etdikləri sənədlərdir, ondan başqa özünə məxsus avtomobilə keçirilmiş baxış zamanı aşkar edilən arayışlar və digər sənədlər gördükləri həmin işlərlə bağlı sənədlərdir. Həmçinin bildirmişdir ki, viza almaq istəyən Azərbaycan vətəndaşlarının barəsində sənədləri tanışları İlkin (***-***-**-**), Sumqayıt şəhərində yaşayan Tofiq (***-***-**-**), Rəfayıl (***-***-**-**) adlı şəxslər zəruri sənədləri toplayaraq müddətdən asılı olaraq 1200- 1800 manatla birgə ona verirmişlər, o da öz növbəsində yuxarıda qeyd etdiyi Zakir adlı tanışı vasitəsilə saxta iş yerləri barədə arayışlar hazırlayaraq toplanmış sənədlərə əlavə edir, daha sonra həmin şəxslərə Latviya səfirliyindən müvafiq vizanın alınması üçün Kanada Respublikasında yaşayan yaxın tanışı X32 müraciət edir və ona verilmiş pulun bir hissəsi ilə "xxxx" vasitəsilə Familə göndərir, Famil isə öz növbəsində Latviya səfirliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyindəki tanışı vasitəsilə müraciət etmiş ölkə vətəndaşına viza alınmasında köməklik göstərir. Qeyd etdiyi viza məsələləri ilə bağlı 2017ci ildə “Yes Travel” turizm şirkətinin direktoru Sərxan və şirkətin rəhbəri Üzeyir Bağırov ilə görüşərək qarşılıqlı işləmək istiqamətində müzakirələr aparmışlar, bir müddət bu istiqmətdə bir-birilərinə köməklik göstərmişlər, lakin həmin şəxslərlə işləmək ona sərf etmədiyi üçün Sərxan və Üzeyirdən ayrılmış, onlarla işlədiyi müddətdə saxta sənədlər hazırlamamışlar və həmin sənədlərdən istifadə etməmişlər. 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə Kredit fakultəsini bitirmiş, atası X64 Sığorta Şirkətinin Cəlilabad rayon filialının direktoru vəzifəsində işləmiş, təxminən 2017-ci ildən etibarən təqaüdçüdür, anası işləmir və evdar qadındır, böyük qardaşı Saməddin ticarətlə məşğul olmuşdur, hazırda işləmir, bacısı Humay Salmanzadə işləmir, ailəlidir, qardaşı Fəxrəddin Xanəli Bakı şəhərində hansısa müəssisədə satış təmsilçisi vəzifəsində işləyir. 2015-ci ilin oktyabr ayında Şahid23 ilə evlənmiş, bir azyaşlı övladları vardır, qayınatası Eldar Abbasov uzun müddət Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat idarəsinin Sumqayıt şöbəsinin rəisi vəzifəsində işləmişdir, hazırda təqaüdçüdür, qayınanası işləmir və evdar qadındır. 2009-cu ildən təxminən 2013-cü ilədək qardaşı Saməddin Xanəliyevin yanında ticarətlə məşğul olmuş, Saməddin Binə ticarət mərkəzində kişi şalvarlarının satışı ilə məşğul olurmuş, 2013-cü ildə metronun “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “D Tour” turizm şirkətində menecer vəzifəsində işləmiş, həmin şirkətin rəhbəri Səbinə adlı xanım olmuş, həmin şirkətdə işə tanışı Mərdanova Şəbnəm vasitəsi ilə qəbul olunmuş, Şəbnəm də həmin şirkətdə menecer vəzifəsində işləyirmiş, 2015-ci ildə həmin şirkət fəaliyyətini dayandırmış, 2015-ci ilin sonu, 2016-cı ilin yanvar ayınadək işsiz qalmışdır. Təxminən 2016-cı ilin yanvar ayında Ramin Hacılı ilə tanış olmuş, belə ki, həmin ərəfədə Mikayıl adlı tanışı vasitəsi ilə tanıdığı Rza adlı şəxs əvvəllər turizm şirkətində işləməyinə görə ona müraciət edərək ABŞ-a getmək istədiyini, həmin məqsədlə viza alınmasında ona köməklik etməyini xahiş etmiş, o da ABŞ-a viza alınması sahəsində təcrübəsinin olmadığını bildirib həmin işdə təcrübəsi olan Ramin Hacılı ilə əlaqələndirmişdir. Həmin ərəfədə o, Ramini tanımırmış, amma Bakı şəhərində eşitmişdir ki, ABŞ və Kanada istiqamətində viza verilməsi sahəsində Ramin Hacılı adlı şəxs vətəndaşlara istiqamət verir, ona görə də Ramin Hacılı barədə internetdən məlumat toplayıb Rza ilə birlikdə Raminin Nərimanov metrostansiyasının yaxınlığındakı ofisinə gedərək Raminlə tanış olmuşdur. Raminə Rzanın ailə üzvləri ilə birlikdə ABŞ-a getmək istədiyini bildirib köməklik etməsini xahiş etmiş, Ramin də Rza ilə ilkin söhbət apardıqdan sonra 1000 ABŞ dolları müqabilində Rza, arvadı və övladı üçün viza alınmasına köməklik edəcəyinə razılaşmış, ondan sonra Rza Raminin bildirdiyi sənədləri toplamışlar, onlar səfirliyə müraciət etmişlər və viza alıb ABŞ-a getmişlər. Sonradan həmin şəxslərin Azərbaycana qayıdıb-qayıtmamaları barədə hər hansı məlumatı olmamışdır. Rza "xxxx"QSC-də işləyirmiş, Mikayıl da əvvəllər həmin bankda işləmişdir. Raminlə tanışlığı belə yaranmışdır. Həmin ərəfədə Ramin əvvəllər turizm sahəsində işlədiyini bildikdən sonra onunla birlikdə işləməyi təklif etmiş və o da razılaşmışdır. Təxminən 2016-cı ilin əvvəllərindən aylıq 600 manat əmək haqqına Ramin Hacılının şirkətində tur menecer vəzifəsində işləməyə başlamış, X40 metrostansiyası yaxınlığındakı ofisində həm Avropa Azərbaycan Hərəkatı, həm də “Edutimes” turizm şirkəti fəaliyyət göstərirmiş, “Edutimes” turizm şirkətində onun işi müxtəlif ölkələrə turist səyahəti üçün müraciət edən şəxslərə xidmət göstərməkdən ibarət olmuş, turizm şirkətində ondan başqa Şahid4, Şəmşir və Şamil adlı şəxslər də işləyirmiş, Avropa Azərbaycan Hərəkatının fəaliyyəti ilə Ramin Hacılı bilavasitə məşğul olurmuş, bəzi hallarda isə hansısa yazıların yazılması işini Ramin Fidana tapşırırmış, 2018-ci ilin əvvəlinə kimi o, Ramin Hacılının şirkətində işləmiş, Ramin Hacılının turizm şirkətində işlədiyi müddətdə viza almaq üçün müraciət edən müştərilərin bəzilərinin iş yeri olmadığına görə iş yerindən arayışlar təqdim edə bilməmişlər, 2017-ci ilin təxminən sonlarında o, bilmişdir ki, Ramin Hacılı müəyyən müştərilərə viza alınması üçün saxta iş yerindən arayışlar tərtib edirmiş, sonradan həmin faktlar üzrə cinayət işi başlanılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Ramin Hacılıya hökm oxunmuşdur. Raminin ofisində işlədiyi müddətdə Sərdar İsgəndərov adlı şəxs tez-tez ofisə gəlib Raminlə görüşürmüş, həmin ərəfədə Sərdar Ukrayna universitetlərinə tələbə qəbulunu təşkil edirmiş, Sərdarın ofisi İçərişəhərdə yerləşirmiş, Ramin Hacılı isə əsasən ABŞ-a tələbə qəbulunu təşkil edirmiş, Sərdarla Ramin bir-birlərini çoxdan tanıyırmışlar və ofisdə onların əsasən hansı məzmunda söhbət apardıqlarını bilməmişdir, onlar Raminin otağında söhbət edirmiş, Raminin ofisinə gəlib gedən ərəfədə Sərdar ona tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə ona köməklik edə biləcəyini, təhsillə bağlı hər hansı köməkliyə ehtiyacı olsa ona müraciət etməsini bildirmiş, söhbət zamanı açıq bildirməsə də söhbət qanunsuz yolla alınması nəzərdə tutulan sənəddən getmişdir, 2018-ci ilin əvvələrində və ya yay aylarında Ramin Hacılının ofisində işdən çıxdıqdan sonra, bir müddət heç yerdə işləməmişdir. Ramin həbs olunana kimi o, özü müstəqil şəkildə işləmirmiş, sadəcə olaraq Ramin Hacılının şirkətində işlədiyi müddətdə müraciət edən müştərilərə xidmət etməklə həmin iş barədə müəyyən məlumatı olmuşdur, 2018-ci ilin əvvəllərində Raminin yanından işdən çıxdıqdan sonra bir müddət özü müstəqil şəkildə əvvəldən tanıdığı müştərilərə viza almaqda, otel və aviabilet almaqda, rezervasiya etməkdə köməklik göstərmiş, xidmət haqqı kimi də müəyyən məbləğdə pul almış, yalnız əvvəldən tanıdığı müştərilərə xidmət göstərmişdir. 2018-ci ilin əvvəllərində Şamil İbrahimovun vasitəsi ilə Təqsirləndirilən şəxs1la tanış olmuş, belə ki, ilkin mərhələdə Zakirin yanına gedib müəyyən sənədlərin surətlərini və ya printerdən sənədlər çıxardırmış, 2018-ci ilin sonları, 2019-cu ilin əvvəllərindən müştərilərə viza sahəsində xidmət göstərməyə başlayandan sonra iş yerindən arayış düzəltdirmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Zakirin ofisi “City Centre” ticarət mərkəzində yerləşirmiş, hər sənəd üçün Zakirə 5 və ya 10 manat pul vermişdir. Uzun illər turizm sahəsində işlədiyindən səfirliklər tərəfindən vizanın hansı sənədlər əsasında verilməsini, hansı səfirliyin vizanı hansı sənədlər əsasında daha rahat verdiyini, sənədləri necə yoxladığını çox yaxşı bilir, səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan bütün sənədləri qaydasında olan çox müştəriyə viza dəstəyi xidməti göstərmiş və həmin şəxslərin şengen vizası almasına nail olmuşdur. Viza dəstəyi xidməti əsasən viza almaq istəyən şəxsə hansı sənədləri toplamasını izah etmək, şəxsin təqdim etdiyi sənədlər əsasında viza müraciət formasını hazırlamaq, otel və aviabilet bronlarını etmək, səfər sığortası şəhadətnaməsini almaq, sənədləri tərcümə etdirmək, səfirlikdə və ya viza müraciət mərkəzində sənədlərin qəbul edilməsi üçün əvvəlcədən gün təyin edilməsinə nail olmaq və sair xidmətlər daxildir, ona görə də onu Bakı şəhərində çox adam tanımışdır. Bəzi hallarda ona müraciət edən şəxslərin rəsmi iş yerləri olmadığından səfirliyə iş yeri haqqında arayış təqdim edə bilməmişlər, həmin şəxslərin çoxuna o, əsasən Latviyanın Azərbaycandakı səfirliyindən şengen vizası almağa köməklik etmiş, çünki həmin səfirlikdən şengen vizasını rahat yolla almağın yollarını bilirmiş, belə ki, o, əvvəlcə həmin şəxslərə saxta iş yeri haqqında arayış hazırlatdırırmış, bankda hesablarında pul olmasına dair arayış əldə etmələrinə kömək edirmiş, yəni şəxsin bank hesabına qoymağa pulu olmadıqda həmin şəxsə öz pulunu verirmiş, şəxs pulu bankda öz adına açdığı hesaba qoyub bir gündən sonra isə həmin hesabda pulu olmasına dair bankdan arayış və hesab üzrə çıxarış alaraq hesabdan pulu çıxarıb ona qaytarırmış, sonra həmin şəxsin adına Latviya Respublikasının hər hansı bir vətəndaşının adından adına dəvətnamə göndərilməsini təşkil edirmiş, adətən viza almaq istəyən şəxslər əsasən aviabilet və otelləri bron edərək elektron vauçerləri viza müraciət formasına əlavə edirlər, o, saxta iş yeri haqqında arayış hazırlatdırdığı müştərilər üçün isə aviabilet və otellərin pullarını tam ödəyərək alırmış, belə olan halda Latviya səfirliyinin əməkdaşları demək olar ki, şəxsin otel və aviabilet ödənişlərinin tam ödənildiyi üçün artıq viza almaq istəyən şəxsin rəsmi olaraq işləməsinə və maddi vəziyyətinin yaxşı olmasına inanırmışlar, ona görə də iş yeri haqqında arayışın həqiqiliyini yoxlamırmışlar. O, ödənişini tam etdiyi aviabiletləri və otellərin ödənişlərini müştərilərə təqdim etmirmiş, çünki o, pulu yalnız viza almağa köməklik etmək üçün alırmış, otel və aviabilet xərcləri həmin pula daxil olmurmuş, həmçinin bu işin sirrini heç kimin bilməsini istəmirmiş ki, müştərilər əlindən çıxmasın. Ona görə də ona müraciət edənlərin hamısına yalandan deyirmiş ki, guya onun səfirlikdə işləyən tanışı vardır, həmin tanışına pul verməklə viza almağa nail olur. Əsl həqiqətdə isə onun Latviya səfirliyində işləyən şəxslərlə heç bir tanışlığı və viza almaqla bağlı işbirliyi olmamışdır. Bəzi hallarda isə qeyd etdiklərinə baxmayaraq səfirlik əməkdaşları tərəfindən iş yeri haqqında arayış yoxlanılırmış, yəni arayışdakı əlaqə nömrəsinə səfirlik əməkdaşları zəng edərək şəxsin arayışda qeyd olunan yerdə işləyibişləməməsini soruşurlarmış, və ya şəxsdən əlavə sənədlər tələb olunurmuş, belə hallar adətən səfirlikdə yoxlama olan vaxtlarda baş verirmiş, həmin vaxt isə o, arayışda adından saxta iş yeri haqqında arayış hazırlanmış şirkətin əlaqə nömrəsi yerinə ya öz ev nömrəsini, ya mobil nömrəsini, ya da tanışlardan birinin əlaqə nömrəsini qoyaraq onları təlimatlandırırmış ki, səfirlikdən zəng olunduqda ona məlumat versinlər və səfirlik əməkdaşları ilə çox danışmasınlar. Səfirlik əməkdaşları ilə özü şirkətin əməkdaşı adından danışaraq arayışın həqiqiliyini, adına saxta iş yeri haqqında arayış hazırlanmış şəxsin həqiqətən də arayışda göstərilən şirkətdə işləməsi və arayışda göstərilən məbləğdə əmək haqqı almasını təsdiq edirmiş. Həmin məqsədlə o, saxta iş yeri haqqında arayışları 2-3 nüsxədə əldə edib bir nüsxəsini özündə saxlayırmış. Həmin arayışların nüsxəsini özündə saxlamağının başqa bir məqsədi ondan ibarət imiş ki, şəxs viza alıb Avropaya səfər edərək geri qayıtdıqdan sonra yenidən səfirliyə viza ilə bağlı müraciət etdikdə onun eyni şirkətdə işləməsinə dair arayış hazırlatsın, şəxsin birinci viza müraciəti ilə ikinci viza müraciəti arasında 5-6 aydan az müddət olduqda iş yeri haqqında arayışlar fərqli olduqda səfirlik əməkdaşları arayışın saxta olmasından şübhələnərək viza verməkdən imtina edirmişlər. Bununla yanaşı bəzi hallarda səfirlik tərəfindən viza verməkdən imtina edilməsi ilə bağlı hallar da olmuşdur, elə hallar olduqda o, müraciət edən şəxslərə yalandan deyirmiş ki, səfirlikdə yoxlama olduğu üçün viza almaq mümkün olmamışdır. Əvvəlki ifadələrində göstərdiyi kimi o, viza almaq istəyən müştərilər üçün əsasən iş yeri haqqında saxta arayış, şəxsin adına mənzil olmasına dair çıxarış və sair sənədləri Təqsirləndirilən şəxs1 sifariş verərək saxta hazırlatdırırmış, belə ki, Zakirin fotostudiyası “Citi Center” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşirmiş, o, əsasən adına saxta iş yeri haqqında arayış və ya digər sənəd hazırlanacaq şəxsin şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportunun fotoşəkilini Təqsirləndirilən şəxs1 WhatsApp mobil tətbiqi və ya elektron poçt (mail) vasitəsilə göndərirmiş, bəzi hallarda isə birbaşa Zakirin fotostudiyasına gedərək yanında dayanıb iş yeri haqqında arayışı və ya digər rəsmi sənədləri saxta hazırlatdırırmış. Təqsirləndirilən şəxs1 arayışların məzmununda onun dediyi kimi, yəni arayışın hansı səfirliyə təqdim etmək üçün verilməsi, şəxsin hansı vəzifədə nə vaxtdan işləməsi və hansı məbləğdə əmək haqqı alması, arayışın tarixi və nömrəsi, qurumun əlaqə nömrəsi barədə məlumatları yazaraq rəngli formada çap edib ona verirmiş, Təqsirləndirilən şəxs1 onun istəyindən asılı olaraq iş yeri haqqında arayışları ya öz kompüterinin yaddaşında olan möhürləri əks etdirməklə çap edirmiş, ya da arayışları onun verdiyi üzərində möhür əksi olan boş A4 ölçülü kağızlarda çap edirmiş, arayışların loqolarını isə Zakir özü ya internetdən tapırmış, ya da kompüterdə düzəldirmiş, Zakir həmin arayışları çox ustalıqla hazırladığına görə sənədin saxta olmasını vizual olaraq müəyyən etmək mümkün olmurmuş, lakin Təqsirləndirilən şəxs1 həmin arayışlarda arayışı verən şəxsin adından imza etmirmiş, həmin imzaları adətən o, özü çəkirmiş, bir- iki dəfə isə həmin arayışlara ayrı-ayrı şəxslərdən xahiş edərək imza etdirmişdir. Bununla yanaşı özünün tələbilə bəzi hallarda Təqsirləndirilən şəxs1 arayışın tarixi və nömrəsi olan qrafalardakı yerləri boş saxlayırmış, o da həmin qrafalara şəxsin sənədlərini səfirliyə təqdim edəcəyi gündən 1 -2 gün əvvələ uyğun gələn tarixləri və nömrələri qələmlə yazırmış, qeyd etdiyi kimi özünün tələbilə Təqsirləndirilən şəxs1 iş yeri haqqında arayışları ona adətən 2-3 nüsxədə verirmiş, çünki bəzən arayışda tarixi dəyişmək lazım olurmuş, lakin hər bir halda bir nəfər şəxsə qeyd etdiyi şəkildə iş yeri haqqında arayışın məzmununu kompüterdə tərtib edərək çap etməyə görə o, Təqsirləndirilən şəxs1 5 manat pul verirmiş. İş yeri haqqında arayışda qurumun əlaqə nömrələri ilə bağlı qeyd etmişdir ki, bəzi hallarda iş yeri haqqında arayışın həqiqiliyini yoxlamaq üçün səfirlik əməkdaşları arayış qeyd edilən nömrə ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparırmışlar, lakin Latviya və İtaliyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları çox nadir hallarda arayışdakı nömrə ilə əlaqə saxlayırmışlar. Bəzi səfirliklər iş yeri haqqında arayışla yanaşı əmək müqaviləsi bildirişləri sistemindən arayış da tələb edirmişlər, bir-iki dəfə hansısa səfirliyin tələbi ilə o, əmək müqaviləsi bildirişini Təqsirləndirilən şəxs1 sifariş edərək hazırlatdırmışdır, lakin həmin bildirişləri konkret kimin üçün sifariş etdiyini hazırda xatırlamır. Bank arayışı və bank çıxarışlarını isə o. heç vaxt saxta hazırlatdırmamışdır, çünki buna ehtiyac da olmamışdır, bir çox hallarda müştəri bank hesabında pulu olmasına dair arayışı və hesabdan çıxarışı özü banka pul qoyaraq qanuni şəkildə əldə etmiş, bəzi hallarda isə qeyd etdiyi kimi o, müştəri ilə səfirliyə girməmişdən 1-2 gün əvvəl görüşərək müştərini banka aparırmış, öz pulunu müştərinin adına açılan bank hesabına qoyaraq bir gün sonra arayışı və hesab üzrə çıxarışı müştəri ilə birlikdə əldə edirmiş, müştəri hesabdan pulu çıxarıb ona qaytarırmış, bəzi hallarda özünün şəxsi işləri olduğu vaxtlarda qeyd etdiyi qaydada bank əməliyyatlarına köməklik etməyi qardaşı Hüsaməddinə tapşırırmış, lakin Hüsaməddin yalnız onun pulunu banka aparıb müştərinin adına açılan hesaba qoymağa köməklik edirmiş, yəni Hüsaməddinin həmin işdə heç bir maddi marağı olmamış və Hüsaməddin saxta sənəd işlərinə ümumiyyətlə qarışmamışdır. Həmin əməliyyata görə o, müştərilərdən əlavə pul almırmış, bank əməliyyatlarını o, əsasən Bank Respublikanın Memar Əcəmidə yerləşən filialında, Bank of Bakunun Gənclik metrosu yaxınlığında Atatürk prospektində yerləşən Baş ofisində və Asif Məhərrəmov küçəsində yerləşən Nəsimi filialında həyata keçirmişdir. bununla yanaşı əvvəlki ifadələrində bildirdiyi kimi, xx.xx.2019-cu il tarixdə keçirilmiş baxış zamanı evindən və avtomobilindən aşkar edilərək götürülmüş üzərinə müxtəlif möhürlər vurulmuş boş blankları o, Ramin Hacılının ofisindən 2018-ci ilin yay aylarında ofis bağlanarkən götürüb özündə saxlamışdır. Möhürlərin həmin boş blanklara necə vurulmasından, Ramin Hacılının həmin möhürlü boş blankları necə əldə etməsindən xəbəri olmamışdır. Bununla yanaşı qeyd etmişdir ki, o, viza almağa köməklik etdiyi şəxslərin heç birinə onlar üçün saxta iş yeri haqqında arayış hazırlatdırdığını deməmiş, həmin şəxslərə bütün işlərin qanuni şəkildə həyata keçirildiyini demiş, saxta iş yeri haqqında arayış isə paket şəklində qovluğun içərisində viza müraciət formasının arasında viza almaq istəyən şəxsə səfirliyin və ya viza müraciət mərkəzinin qarşısında təqdim edilirmiş, şəxs isə həmin sənədləri götürüb dərhal aidiyyəti üzrə səfirliyə və ya viza müraciət mərkəzinə təqdim edirmiş. Bundan başqa o, müştərilərlə alacağı pul ilə bağlı əvvəlcədən danışıb razılaşdıqdan sonra saxta iş yeri haqqında arayışın hazırlanması ilə bağlı Təqsirləndirilən şəxs1 sifariş verirmiş, müştərinin sənədlərini ona gətirən şəxslər, yəni “makler”lər pulu müştəridən əvvəlcədən alıb özlərində saxlayırmışlar, lakin o, pulu müştəri sənədlərini səfirliyə və ya viza müraciət mərkəzinə təqdim edərkən alırmış, bəzi hallarda isə tanıdığı adamların müştəriləri olanda isə pulu viza verildikdən sonra alırmış. Çox vaxt o, müştərilərlə əvvəlcədən ünsiyyətə girmirmiş, həm “makler”lər, həm də viza almaq istəyən şəxslərə o, yalandan Latviya və İtaliyanın Azərbaycandakı səfirliklərində işləyən vəzifəli şəxslərlə əlaqəsi olduğunu, həmin şəxslərin köməkliyi ilə onlara viza almağa köməklik etdiyini bildirirmiş ki, daha çox müştəri cəlb etsin. Lakin əsl həqiqətdə onun həmin səfirliklərdə işləyən tanışı olmamışdır, onun həmin səfirliklərin viza verilməsi sahəsində səlahiyyəti olan heç bir əməkdaşı ilə birbaşa və ya dolayı yolla əlaqəsi olmamışdır. O, adətən bir nəfər şəxsə viza almağa köməklik etməyə görə vizanın müddətindən asılı olaraq 1200-2000 manat arası məbləğdə pul alırmış, bilirmiş ki, maklerlər müştərilərdən ona verəcəkləri puldan əlavə özləri üçün də qazanc qismində müəyyən məbləğdə pul alırmışlar. Tanışlarının xahiş etdiyi şəxslər olduqda, eləcə də özünün və ya övladının səhhətində problem olan şəxslərdən isə daha az məbləğdə pul alırmış, bəzi hallarda isə həmin şəxslərə təmənnasız şəkildə viza almağa köməklik etmişdir. O, həmçinin bildirmişdir. X18 2018-ci ilin təxminən yaz-yay aylarından Ramin Hacılının vasitəsilə tanımış, Famillə əyani olaraq heç bir vaxt görüşməmiş, yalnız telefonla danışmış, tanıdığı vaxtdan da əvvəl Famil Kanadaya köçmüş, bildiyinə görə hazırda da orada yaşayır və həmin ölkədə yaşamaq üçün oturum icazəsi vardır, lakin Familin oturum icazəsini hansı əsaslarla alması barədə heç bir məlumatı yoxdur. Famil Cəfərzadə ilə tanışlığı Ramin Hacılının 2018-ci ilin iyun ayında həbs olunmasından sonra yaranmışdır. Belə ki, Ramin Hacılı viza ilə bağlı yarımçıq qalan işlərini görməyi ondan xahiş etmiş, həmin ərəfədə Ramin Hacılının ofisinə Raminə pul vermiş çoxsaylı şəxslər gəlib gedərək Ramin şikayətlənirmişlər. O da Ramin Hacılıya köməklik etmək məqsədilə yarımçıq qalan işlərini davam etdirməyə başlamış, X24 işlətdiyi əlaqə nömrəsini ona Ramin Hacılı vermiş, həmin mobil nömrə Kanada mobil operatoruna məxsus olmuş, nömrəni hazırda dəqiq xatırlamır. Həmin ərəfədə özünün istifadəsində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr olmuş, Famillə ***-***-**-** saylı nömrədən WhatsApp proqramı vasitəsilə əlaqə saxlayırmış, bəzi hallarda isə Familə həmin nömrələrdən biri ilə adi zənglə də zəng etmişdir. Famil Cəfərzadə ona viza almaq üçün köməklik etməkdən ötrü müraciət edən müştərilərə Latviya Respublikasından dəvət göndərilməsini təşkil edirmiş, Familin təşkil etdiyi dəvətlər işçi vizası almaq üçün iş dəvəti və qısa müddətli turist vizası almaq üçün dəvətnamədən ibarət olurmuş, bir nəfərə iş dəvətini Famil təxminən 100 ABŞ dolları pul müqabilində, turist vizası almaq üçün isə dəvətnaməni 150-250 ABŞ dolları arası məbləğdə pul müqabilində təşkil edirmiş, bəzən həmin məbləğlər daha çox olurmuş, dəvətnamənin məbləğini Famil hər dəfə özü müəyyən edirmiş, iş dəvəti və dəvətnamələrə görə pulu o, Famil Cəfərzadənin tapşırığı ilə bəzi hallarda Latviya Respublikasında yaşayan, özünün dediyi şəxslərin adlarına bank vasitəsilə ya öz adından ya da ayrı- ayrı şəxslərin adından göndərirmiş, lakin həmin şəxslərin heç biri ilə onun birbaşa əlaqəsi olmamış və həmin şəxsləri tanımamışdır. Adına pul göndərdiyi şəxslərdən Ələkbər adlı bir oğlanın adını xatırlayır, səhv etmirsə Ələkbərin arvadının da adına pul göndərmiş, lakin nə Ələkbərlə nə də ki arvadı ilə heç bir əlaqəsi və ya tanışlığı olmamışdır. Bəzi hallarda isə həmin dəvətnamələrə görə pulları o, Famil Cəfərzadənin tapşırığı ilə Familin səhv etmirsə Bank Respublikada olan bank hesabına köçürürmüş, Familin təşkil etdiyi dəvətnamə Latviya Respublikasında yaşayan hər hansı bir vətəndaşın adından viza almaq istəyən Azərbaycan Respublikası vətəndaşının adına ünvanlanırmış, həmin dəvətnamələr orijinal imiş, dəvətnaməni göndərən şəxs qonaq qismində dəvət etdiyi Azərbaycan Respublikası vətəndaşının şengen zonası ölkələrindəki bütün səyahət xərclərini özü qarşılayacağını dəvətnamədə qeyd etdikdə səfirlik tərəfindən turist vizası almaq istəyən şəxsdən rəsmi olaraq işləməsini təsdiq edən iş yeri haqqında arayış tələb olunmurmuş, həmin dəvətin qiyməti baha olurmuş, lakin dəvətnamədə həmin xərclərin qarşılanması qeyd edilmədikdə səfirlik tərəfindən viza almaq istəyən şəxsdən iş yeri haqqında arayış tələb olunurmuş, iş dəvəti və dəvətnamələri Famil Cəfərzadə ona əsasən WhatsApp proqramı vasitəsilə pdf formatda göndərirmiş, Famil iş dəvəti və dəvətnamələrlə yanaşı həmin sənədlərin orijinallığını təsdiq edən kod da göndərirmiş, həmin kod vasitəsilə səfirlik əməkdaşları iş dəvətinin və dəvətnamənin həqiqiliyini Latviyanın miqrasiya xidmətinin köməkliyi ilə yoxlaya bilirmiş, yəni həmin iş dəvəti və ya dəvətnamə saxta olsaydı səfirlik dərhal müəyyən edə bilərdi. Latviyanın Azərbaycandakı səfirliyində işləyən şəxslərlə özünün heç bir tanışlığı, əlaqəsi və ünsiyyəti olmamışdır. Bəzi hallarda o, müştəri üçün sənədləri hazırlayıb özünə verirmiş, müştəri sənədləri səfirliyə təqdim edərək bəxtəbəxt viza alırmış, Latviya səfirliyi bəzi hallarda viza verilməsindən imtina edirmiş, Famil Cəfərzadə ilə izah etdiyi qaydada təxminən 2018-ci ilin yaz-yay aylarından 26 iyul 2019-cu il tarixədək olan dövr ərzində işləmişlər, Latviyanın Azərbaycandakı səfirliyindən şengen vizası almağa köməklik etdiyi şəxslərin demək olar ki, çoxu üçün qeyd etdiyi dəvətnamələrin göndərilməsini təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində verdiyi xx.xx.2019-cu il tarixli izahatıda həyəcanlı olduğu üçün fikrini düzgün izah edə bilməmiş, belə ki, Famil Cəfərzadə ifadəsində qeyd etdiyi kimi ona yalnız Latviyadan hər hansı bir vətəndaşın adından dəvətnamə və iş dəvətləri göndərilməsinə köməklik etmiş, viza verilib-verilməməsi məsələsinə qarışmamışdır, həmin dəvətnamələr orijinal sənədlər olmuş, həmin sənədlərin orijinallığını səfirlik əməkdaşları da yoxlayırmışlar. Famil Cəfərzadə uzun illərdir Kanadada yaşayır, X9 Azərbaycandakı səfirliyində işləyən şəxslərlə əlaqəsi olub-olmamasını bilmir, həmçinin qeyd etmişdir ki, bəzi hallarda dəvətnamə göndərilsə belə şəxslərə viza verilməsindən imtina edilmişdir. Bununla yanaşı qeyd etmişdir ki, Latviya və İtaliya Respublikalarının Azərbaycandakı səfirliklərində 2015-ci ildən hazıradək işləyən şəxslərdən heç kimi tanımamış, həmin səfirlikdə işləmiş vəzifəli şəxslərdən heç kimlə əlaqəsi olmamışdır. 2019-cu ilin may-iyul aylarında istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələr vasitəsilə ayrı-ayrı şəxslərlə apardığı telefon danışıqlarının mətnləri ilə tanış olaraq bildirmişdir ki, səs yazılarının mətnləri ona aydındır, həmin səs yazıları onunla ayrı-ayrı şəxslər arasında aparılmış telefon danışıqlarıdır, əlaqə saxlayan şəxslərin çoxu makler kimi adlandırığı şəxslər, yəni ona müştəri yönəldən şəxslərdir, həmin şəxslərdən Rüstəm, İqrar, İlkin, Röyal adlı şəxsləri xatırlayır, lakin onların tam anket məlumatlarını və əlaqə nömrələrini xatırlamır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid20 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. İstintaq zamanı ifadə vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər heç bir dövlət və özəl qurumda rəsmi olaraq işləməmiş, hal-hazırda da işləmir. 2007-ci ildə doğma xalası oğlu 1986-cı il təvəllüdlü Şahid24 ilə ailə qurmuş, həmin nigahda iki övladı vardır, əri Şahid24 Zəngilan rayonunun Malatkeşin kəndindəndir, 1993-cü ildə məcburi köçkün kimi Qaradağ rayonu Lökbatan qəsəbəsində 7 saylı yataqxanada məskunlaşmışdır, əri Şahid24 əvvəllər rəsmi olaraq heç bir dövlət və özəl qurumda işləməmiş, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olmuş, həmçinin fərdi olaraq kondisioner ustası kimi işləmişdir. Tahirin epilepsiya xəstəliyi vardır. Şahid24 xx.xx.2020-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunmuş və 2021-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Şahid24 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hökmdən narazı olduğu üçün apellyasiya şikayəti verilmişdir, hal-hazırda həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılır. ***-***-**-** saylı GSM nömrəni 2018-ci ilin iyul ayında Almaniyadan qayıtdıqdan sonra hazırki vaxtadək işlədir. ***-***-**-** saylı ev telefon nömrəsini də 2018-ci ilin iyul ayında Almaniyadan qayıtdıqdan sonra çəkdirmişlər və hazırda da istifadə edirlər. Əri Şahid24 və iki övladı ilə birlikdə 2016-cı ilin sentyabr ayında Almaniya Federativ Respublikasına səfər etmişlər və Azərbaycana 2018-ci ilin iyul ayında qayıtmışlar, onlara vizaların alınmasına köməklik etməsi üçün Şahid24 Bakı şəhərində yerləşən hansısa turizm şirkətinin rəhbəri olan Eldar adlı şəxsə müraciət etmiş, Eldar adlı şəxs onlara Hollandiya səfirliyindən viza almış, həmin viza əsasında onlar Bakı-Budapeşt aviareysi ilə Macarıstana, oradan Budapeşt-Berlin aviareysilə Almaniyaya səfər etmişlər, Berlin şəhərində yerləşən qaçqın düşərgəsinə gedərək özlərini həmin düşərgəyə miqrant kimi təhvil vermişlər, orada Tahirin səhhətində olan problemlə bağlı humanitar qaydada oturum icazəsi üçün müraciət etmişlər, lakin Tahirin səhhəti ilə bağlı onlara oturum icazəsi verilməmiş, onlara öz ölkələrindən imtina edəcəkləri halda oturum icazəsi veriləcəyini bildirilmiş, lakin onlar razılaşmamışlar. Məhkəmə zamanı vizanı Hollandiya səfirliyindən aldıqları üçün 1 il 9 aydan sonra Hollandiyaya göndərilmişlər. Hollandiyada da 4 ay qaldıqdan sonra ölkəyə geri qayıtmaq üçün müvafiq orqanlara müraciət etmişlər, xx.xx.2018-ci il tarixdə Tahir və iki övladı ilə birlikdə Azərbaycana geri qayıtmışdır. Təxminən 2018-ci ilin noyabr ayında Şahid24 Polşa səfirliyindən işçi vizası alaraq Polşaya getmiş, lakin özü və uşaqları Tahirlə birlikdə getməmiş, Tahir orada bir-iki gün qaldıqdan sonra İsveçə əmisi oğlu X19 yanına getmiş, Vüqar İsveçdə tikinti sahəsində işləyir, Tahir bir-iki dəfə Azərbaycana gəlib getsə də İsveçdə ümumilikdə təxminən 10 ay qalmış və sonra 2019-cu ilin oktyabr ayının əvvəlində Azərbaycana birdəfəlik qayıtmışdır. Tahirin Polşa səfirliyindən işçi vizasını necə əldə etdiyi barədə məlumatım olmamışdır. O, həmçinin bildirmişdir ki, heç bir zaman "xxxx" klinikasında işləməmiş və həmin klinikanın adını ilk dəfədir eşidir, həmin klinikada işləyən tanışı və ya qohumu yoxdur. "xxxx" MMCdə mühasib vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair arayışla tanış olaraq bildirmişdir ki, həmin sənəd saxtadır, çünki, o, heç bir zaman həmin "xxxx" MMC-də işləməmiş, heç bir zaman İtaliya səfirliyinə viza üçün müraciət etməmiş, həmin sənəddə özlərinin ev nömrəsinin əlaqə nömrəsi kimi qeyd edilməsinə əsasən ona aydın olur ki, həmin sənəd onlar xx.xx.2018-ci il tarixdə Bakıya qayıtdıqdan sonra hazırlanmışdır, çünki onlar həmin nömrəni Bakıya qayıtdıqdan sonra almışlar. Həmin sənədlə bağlı başqa heç bir məlumatı yoxdur, ola bilər ki, əri Şahid24 Polşa vizası alan ərəfədə viza ilə bağlı kiməsə müraciət etmişdir. O, həmçinin bildirmişdir ki, 2016-cı ildə Tahir ***-***-**-** saylı nömrəni işlədirmiş, özü isə həmin vaxt işlətdiyi nömrəni hazırda xatırlamır, 2018-ci ildə Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra Tahir ***-***-**-** saylı nömrəni işlətmiş, özü isə ***-***-**-** saylı nömrəni işlədir (cild 12, iş vərəqi 28-32). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamış, əlaqədə olduğu şəxslər digər şəxslər olmuş, Kamran və Toğrul adlı şəxslər barədə istintaqa bildirmişdir. İqrar və Toğrul vasitəsilə Əziz ilə əlaqə yaratmamışdır. Heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsləri ümumiyyətlə tanımamışdır. 3500 manat pul Kamran tərəfindən ona qaytarılmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımışdır. Zakirin fotostudiyası olmuş, Əzizi orada foto çəkdirdiyi zaman görmüşdür. 1997-ci ildən Almaniya Respublikasından maşın gətirməklə məşğul olmuşdir. Zakirin fotostudiyasında həmişə şəkil çəkdirib sənədləri hazırlamışlar. Mirbala adlı şəxsin qohumu viza almaq üçün köməklik etməyini ondan xahiş etmiş, o da Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermiş, Əziz də cavabında vasitəçilik edəcəyini söz vermişdir. Təqsirləndirilən şəxs2 viza, bilet və otel ilə bağlı bütün köməklikləri etmişdir. Mirbalanı sonuncu dəfə 4-5 il əvvəl görmüşdür. Mirbala ilə hazırda əlaqəsi yoxdur, kiminsə rüşvət kimi Təqsirləndirilən şəxs2 pul verməyini eşitməmişdir. Mirbalanın etirazı və ya şikayəti olsaydı bu barədə bildirərdi. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, yay aylarında hər hansı müştəri ailəsi ilə birlikdə Antaliyaya gəzməyə gedirsə, viza, yol, otel xərcləri təxminən 6000-10000 manat təşkil edir. Tur paketini Əzizdən almış, ödənişi Təqsirləndirilən şəxs2 vermişdir. Bankda cari hesaba qoyulan pul müştərinin pulu olmuş, müştəri pulu bankdan çıxartdıqdan sonra tur paket üçün həmin pulu Əzizə ödəmiş, yəni Əziz öz cibindən pul verməmiş, pul müştərinin öz pulu olmuşdur. Təqsirləndirilən şəxs1 tanımamış, viza alınması ilə bağlı iş yerindən alınan arayışlarla bağlı heç bir məlumatı olmamış, yaşadığı binanın həyətində "xxxx" ASC yerləşir, Əzizin işləri olduqda ona zəng etmiş, kiminsə rayondan gələrək, bank işlərindən başının çıxmadığını bildirərkən, o, həmin şəxslə banka gedib sonuncu üçün növbə götürülmüş, cari hesab açılmış, həmin şəxs öz pulunu banka qoyub arayış götürüb pulunu çıxarmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanımışdır. Minayə adlı xanımla birlikdə Xətaidə yaşamışdır. Minayə onu otel ödənişində, sığorta işlərində köməklik etməsi üçün Əzizlə tanış etmişdir. Xətaidə “50 qəpik” kafesində Əzizlə görüşmüş, otelə gedib 200-300 manat ödəniş etmiş, viza ala bilən şəxslər vizalarını almış, ala bilməyənlər isə almamışlar. Belə şəxslər 3-4 dəfə olmuşdur. Həmin dövrdə o işləməmiş, əvvəllər isə tikintidə işləmişdir. Minayə Əzizi viza dəstəyi verən şəxs kimi tanıdığını, özünün qadın olduğu üçün onun Əzizlə görüşməsini istəmişdir. Viza dəstəyi Minayənin tanıdığı 3-4 nəfərə lazım olmuşdur. Minayə dedikdən sonra Əzizlə telefonla əlaqə saxlayıb görüşmüşlər. Əzizlə görüşdükdə otel, sığorta pulunu Əzizə vermişdir ki ödəsin. Əzizin iş yerində və bank hesabında arayışları necə hazır etdiyini xatırlamır.Digər Təqsirləndirilən şəxs1 1-2 dəfə görmüşdür. Minayə onu Zakirin yanına uşağın şəklini çıxartmaq üçün göndərmişdir. “Palma” qrup şirkəti və ya möhürü ilə bağlı məlumatı olmamış, Əzizin viza dəstəyini nəyin müqabilində etdiyini bilməmiş, o, Minayə ilə danışaraq köməklik etmiş, hər hansı pul müqabilində köməklik edib-etmədiyi barədə isə məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bir dəfə görmüş, lakin adını bilməmişdir. Bir müddət bundan əvvəl adını xatırlamadığı bir “yoldaş” xaricə getməsi üçün sənədlərin toplanmasında ondan köməklik etməsini xahiş etmişdir. O da öz növbəsində Əzizdən köməklik etməsini xahiş etmişdir. Lakin sonradan işlərinin alınıb-alınmamasından məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2016 ci ildən tanımış, həmin vaxtlara qədər Ramin Hacıbəylini tanımış, sonuncunun ofisində işləmişdir. Əziz də ofisə gəlib getmiş, orada otaqda viza işləri ilə məşğul olmuş, Xanıəli Əziz xaricə müxtəlif şəxslər göndərmiş, o da Əzizə bilet, otel ve anket doldurulmasında köməklik etmiş, başqa əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs1 tanımır. Təqsirləndirilən şəxs2 ən çox Latviya, Macaristan kimi ölkələrə viza düzəltmişdir. O biletlərin bron edilməsində, anketlərin doldurulmasında Təqsirləndirilən şəxs2 köməklik etmiş, bunun müqabilində müvafiq ödəniş almışdır. Ona verilən sənədlərin həqiqi olub-olmaması barədə heç vaxt maraqlanmamış, Təqsirləndirilən şəxs2 onun yanında heç bir pul söhbətləri aparmamış, Təqsirləndirilən şəxs2 tərəfindən ona heç bir “dövlət arayışları” göndərilməmiş, bütün arayışlar “özəl sektorlara” aid olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, xəstəliyi ilə bağlı Almaniyaya müalicəyə getməli olmuş, orada yaşayan yaxın dostu Yüksel ona viza ilə bağlı kömək etmiş və pulunu ödədiyini ona bildirmiş, Yüksel 2 gun sora Latviya səfirliyinə yaxınlaşmasını və dövlət rüsumu ödəməsini qalan hər şeyi isə özünün həll edəcəyini bildirmişdir. O bunu etdikdən 3 gün sora vizanın hazır olmağı barədə xəbər gəlmişdir. O da Şengen vizası ilə Almaniyaya köçmüşdür. Təqsirləndirilən şəxsləri isə məhkəməyədək görməmiş, əvvəllər tanımamışdır. Visa düzəldikdə dövlət rüsumu və aktdan başqa heç bir şey üçün pul ödələməli olduğu haqda ona məlumat verilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə 2017-ci ildə o ailəsi ilə Almaniyaya getmək istəmiş, Almaniyada olan dostu demişdir ki, Şahid3 viza düzəldir. Sonra o da, Akiflə görüşmüş, viza düzəltməsi barədə razılaşmış, bunun müqabilində Akifə 8500 manat pul vermiş, lakin viza məsələsi alınmamıışdır. Təqsirləndirilən şəxsləri tanımamış, heç birinin adlarını əvvəllər eşitməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 visa dəstəyinə görə müraciət etmiş, Əziz ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da Əzizlə görüşərək vəsiqəsini vermişdir, Əziz 1 həftəyə cavab gələcəyini bildirmiş, lakin bundan sonra Təqsirləndirilən şəxs2 telefonuna zəng çatmamış, sonuncunun tutulduğunu xəbərlər vasitəsi ilə eşitmişdir. Şahid12 isə tanımamış, Toğrul Eyvazovun adını eşitsə də, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Almaniyada yaşayan dayısının yanına getmək istəmiş, o viza almaq üçün “Flay” truzim adlı şirkətə müraciət etmiş, orada Nərminə adlı xanım 1000 avroya viza düzəldə biləcəyini bildirmiş, o da həmin məbləğdə pulu sonuncuya vermişdir. Nərminə ona ilk olaraq Polşaya işçi kimi viza düzəldəcəyini bildirmiş, təqsirləndirilən şəxsləri tanımamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamış, 2016-cı ildə ailəsi ilə birlikdə Almaniyada olmuş, 2018ci ildə qayıtmış, heç bir orqana hər hansı şikayət ərizəsi ilə müraciət etməmiş, onunla yalnız bir dəfə Baş Prokurorluğun müstəntiqi əlaqə saxlamış, o da heç kimi tanımadığını bildirmişdir. Vizanı başqa adamlar vasitəsi ilə düzəltmiş, təqsirləndirilən şəxsləri tanımamış, yalnız Nurəddin adlə şəxsi tanımış, sonuncu burada yaşamamış, xaricdə yaşamış, Polşa vizasını Nurəddin düzəltmişdir. Bundan sonra özü qanuni şəkildə müraciət edib viza almışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, futbolçudur. Qohumları xaricdə yaşayr. 2019-cu ildə onlar istəmişlər ki, onların yanına gedib fudbolu orda davam etdirsin. Bu məqsədlə viza düzəltəmək üçün xaricdə yaşayan qohumu ona bir Əziz adlı bir tanışının mobil telefon nömrəsini göndərmiş, Əziz adlı şəxs viza düzltmək üçün pasportunu və şəxsiyyət vəsiqəsin göndərməsini istəmiş, Əzizlə şəxsən özü danışmış, Əziz onu Bakı şəhərinə dəvət etmiş, Bakıya gələrək Əzizlə görüşmüş, banka pul qoymaq lazım olduğundan, gətirdiyi pulu bankda qoymuş, bir gün sonra isə pulu hesabdan çıxarmışdır; bundan sonra viza düzəlmiş, o, Avstriyaya getmək istəmiş, lakin ona Latviya vizası verilmiş, o da Latviyaya oradan isə Avstriyaya getmişdir. Viza alınması üçün Əziz adlı yaşlı şəxsə müraciət etmiş, lakin həmin şəxs Təqsirləndirilən şəxs2 deyil sonuncudan xeyli yaşlı başqa adam olmuşdur. Təqsirləndirilən şəxsləri tanımamış, viza alma prossesində Əziz ona kiminləsə danışmağı barədə bir söz deməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 çoxdan tanımış, lakin Təqsirləndirilən şəxs2 tanımamışdır. Övladları onun işinin yanında yerləşən məktəbdə oxumuş, Zakirin işlədiyi fotostudiyaya gələrək bir neçə dəfə uşaqların və ailəsinin şəkilləri gəlib çıxartdırmışdır. Turizm şirkətində işləyən Şahid2 2014-cü ildən tanımış, həmin vaxt ailəsi ilə birlikdə Türkiyəyə, Dubaya getmiş, Nərminə ilə həmin dövrdə internet vasitəsi ilə tanış olmuş, Nərminə ilə bundan başqa əlaqəsi olmamışdır. Sonuncu dəfə gələndə Zakirdən bir sənədi çap etdirməsini xahiş etmiş, Zakir bir iki dəfə bundan imtina etsə də, lakin Zakirə bu sənədin bir nəfərə görə vacib lazım olduğunu bildirmişdir. Həmin sənəd vizanın düzəlməsi ilə bağlı olmuş, sənədin üstündə olan tarix saxtalaşdırılaraq çap edilmiş, hər sənədə görə Təqsirləndirilən şəxs1 5 manat pul ödəmişdir. Həmin sənəd əsasında Nəriminə başqa müştəriyə viza düzəltməli olmuş, lakin imtina almış, bu səbəbdən həmin müştəriyə vizasının hazır olmasını göstərmək məqsədi ilə Nərminə ondan sənədin saxtalaşdırmasını xahiş etmiş, onun Təqsirləndirilən şəxs1 müraciət etməsi barədə Nərminənin məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, turizm işi ilə məşğul olmuş, təqsirləndirilən şəxsləri tanımamış, Təqsirləndirilən şəxs1 adını məhkəmədə eşitmiş, sonuncunu əvvəllər görməmiş və tanımamış, o, ancaq onların şirkətin xidmətlərindən istifadə etmiş Şahid1 adlı şəxsi tanımış, Şahid1 daimi müştəri kimi şirkətin xidmətindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 adını istintaq dövründə və məhkəmədə eşitmiş, Təqsirləndirilən şəxs1 Şahid1lə ilə tanışlığının olub olmaması barədə heç bir məlumatı olmamış, Şahid1 viza ilə bağlı müraciət etməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin sonlarında ailəsi ilə birlikdə İtaliyaya və İspaniyaya turistik məqsədlə getmək istəmiş, lakin viza almaq üçün sənədləri qaydasında olmadığından, yəni iş yeri, mülkiyyətində əmlakı və bank hesabı olmadığına görə ona viza verilməsi mümkün olmadığından, xatırlamadığı tanışı ona Şahid3 məsləhət edərək Şahid3 ona və ailəsinə getmək üçün viza alınmasında köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Şahid3 zəng edib “Nizami” metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin söhbət əsnasında Şahid3 onu dinləyib xx.xx.2017-ci ildə “Yeni il” bayramını İspaniyada qeyd etmək üçün cəmi 7900 manat pulun müqabilində 2017-ci ilin dekabr ayının sonuna kimi ona, arvadı X4 və övladı X20 İspaniya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcəyini vəd vermiş, ona vizaların hazırlanması üçün özünün, arvadının və övladının ümumvətəndaş pasportlarını, fotoşəkilləri, doğum və nikah haqqında şəhadətnamələri, ailə üzvlərinin onun himayəsində olmasına dair sənədləri təqdim etməli olduğunu bildirmişdir. Şahid3 ona həmçinin viza alınması üçün iş yerindən arayışı və bank sənədlərini özünün hazırlayacağını bildirib bütün bu işlərin görülməsi müqabilində ona 7900 manat pul ödəməli olacağını bildirmişdir. Onun və ailə üzvlərinin İspaniyaya gediş-qayıdış aviabileti də həmin vəsaitə daxil olmuşdur. Şahid3 ona demişdir ki, onun səfirliklərdə viza işləri ilə məşğul olan tanışları var, onu təşkil etdiyi sənədlərlə ona və ailə üzvlərinə viza veriləcəkdir. O, Şahid3 inanıb razılaşmışdır, bir neçə gün sonra, yəni təxminən 15 noyabr 2017-ci ildə o, Akiflə “Koroğlu” metrostansiyasının yaxınlığında Milli Gimnastika Arenasının qarşısında görüşmüş, Akif görüşə “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Akifin yanında həmin vaxtı ilk dəfə gördüyü Aybəniz Əliyeva adlı qadın da olmuşdur. Akif Aybənizi ona vəkil kimi təqdim edib, viza işində Aybənizin də köməklik edəcəyini bildirib ondan pulu verməyini istəmiş, o da, Akifin deməsinə əsasən qabaqcadan özü ilə gətirdiyi 4000 manat məbləğində pulu vizaların təşkili ilə bağlı Şahid3 vermişdir. Akif həmin vaxtı da ona dekabr ayının axırına vizaları hazır edəcəyini desə də, Aybəniz vaxt etibarilə vizaları həmin vaxta kimi hazırlanmasına inanmadığını bildirmişdir. Həmin görüş zaman Akifin qabaqcadan viza işi üçün tələb etdiyi ümumvətəndaş pasportlarını, şəxsiyyət vəsiqələrini və digər sənədləri də Akifə təqdim etmişdir. Bundan təxminən iki gün sonra, 2017-ci ilin noyabr ayının ikinci yarısında Akif ona qalan 3900 manat pulu da verməli olduğunu bildirdikdə o, Şahid3 yaşadığı Xəzər rayonu, Hacı İskəndər küçəsindəki nömrəsiz fərdi yaşayış evinə dəvət edib Şahid3 pulun qalan hissəsini, yəni 3900 manatı da vermişdir. Həmin vaxt onun atası Rasim Heybətov anası Təranə Babayeva, Aysel Heybətzadə, arvadı Pərixanım Heybətzadə də evdə olduqlarından onun Akifə pul verdiyinin şahidi olmuşlar. O, 2017-ci ilin dekabr ayının sonlarından viza işinin hansı vəziyyətdə olması ilə əlaqədar Akiflə tez-tez danışmağa başlamış, Akif də müxtəlif bəhanələr gətirmişdir. Bir müddət sonra Akif İspaniya dövlətinin Azərbaycan Respublikaksındakı səfirliyindən viza alınmasının mümkünsüz olduğunu bildirmiş, pulu qaytara bilməyəcəyini, ona görə də özünün təklif etdiyi ölkələr sırasından başqa ölkə seçməyi təklif etmişdir. 08 mart 2018-ci il tarixdə o, dəfələrlə Akifə telefon zəngləri edib öz narahatçılığını bildirdikdən sonra Akif Təranə adlı əvvəllər tanımadığı qadınla yaşadığı evin həyətinə gələrək viza işini birlikdə gördüyü adam kimi təqdim etmiş və guya onun və ailə üzvlərinin gedəcəyini ölkədə otel bron edilməsi ilə əlaqədar sənəd göstərərək bununla bağlı ona bir neçə sənədə imza etmiş, lakin ona hər hansı sənəd təqdim etməmişdir. Bundan sonra yenə də işinin uzanmasını görüb Akifə ciddi şəkildə öz etirazını bildirdikdə, Akif ona Almaniyanın Azərbaycandakı səfirliyində işləyən tanışı kimi təqdim etdiyi Nərminənin hazırda xatırlamadığı mobil telefon nömrəsini ona vermiş və ondan aldığı pulu Nərminəyə verdiyini, həmin işi Nərminənin düzəltməli olduğunu, lakin Nərminənin günahına görə işin yubandığını bildirmişdir. 2018-ci ilin təxminən aprel ayında Nərminə ilə telefonla danışdıqda sonuncu ona özünün turizm şirkətində işlədiyini, Almaniya və başqa səfirliklərdə işləyən tanışları vasitəsilə viza işləri düzəltdiyini, lakin Akifin onun işinə görə ona pul vermədiyini demişdir. Bundan sonra o, Akiflə danışıb bu barədə soruşduqda Akif pulu Nərminəyə verdiyini demişdir. Onun təkidindən sonra 2018-ci ilin may ayının təxminən ortalarında Şahid3 onunla Şahid2 Nərimanov rayonu ərazisində görüşdürmüşdür. Nərminə orada Akiflə ona bildirmişdir ki, viza almaq üçün ona 5700 manat pul ödənilməlidir. Akif də həmin vaxt özünün deməsinə əsasən onun verdiyi puldan 5700 manatı Nərminəyə vermişdir, qalan 2200 manat isə Akifin özündə qalmışdır. Şahid3 ondan aldığı pasport və digər sənədləri onun iştirakı ilə Nərminəyə vermiş, Nərminə isə bundan sonra viza işini, o cümlədən də iş yerindən arayış və bank sənədlərini özü həll edəcəyini, qısa müddət ərzində sənədlərin hazırlanacağını və Macarıstan, ya da ki, Latviya dövlətlərinin Azərbaycan Respublikasındakı səfirliyinə sənədləri təqdim edəcəyini bildirmişdir. Akif isə onda qalan 2200 manat puldan ona və ailə üzvlərinə aviabiletləri almalı idi. Nərminə həmin ərəfədə ona demişdir ki, onun üçün viza ilə bağlı iş yerindən və bank hesabı barədə sənədləri Şahid1 adlı şəxs düzəld əcəkdir, aldığı 5700 manatın 4700 manatı Əzizə verəcəkdir. 2018-ci ilin may ayının sonlarında Nərminə ona zəng edərək sənədlərin tam hazır olduğunu, səhər saatlarında Bakı şəhərinin hazırda xatırlamadığı hissəsində yerləşən Macarıstan səfirliyin qarşısına gəlməyini bildirmiş, o da deyilən vaxtda arvadı və övladı ilə birlikdə həmin səfirliyə gedib binanın yaxınlığında Nərminə və Akiflə görüşmüş, Nərminə onlara aid sənədləri, o cümlədən iş yerindən arayış və bank hesabı barədə arayışları ona verib səfirliyin içində təqdim edəcəyini bildirmişdir. Nərminə ona harada işləməyi, əmək haqqının neçə olduğunu, bank hesabında hansı məbləğdə vəsaitin olduğunu bildirmişdir. Həmin məlumatlar həqiqi olmamış, Nərminə bunlarla bağlı sənədlər tərtib etdirmiş, o, həmin sənədləri nəzərdən keçirdikdə görmüşdür ki, sənədlərin birində qeyd olunmuşdur ki, guya onun adına bankda depozit hesabı var və həmin hesabda 8100 avro pul var, digər sənəddə isə qeyd olunmuşdur ki, guya şirkətdə montajçı işləyir və aylıq 800 manat əmək haqqı aldır. O, həmin vaxtı Macarıstana getmək istəməmiş, ona görə də Nərminə ilə Latviya səfirliyindən viza alacağı barədə razılaşmış və ona görə də Macarıstan səfirliyinə sənədlər təqdim etməmişdir. Bir neçə gün sonra, yəni 2018-ci ilin iyun ayının əvvəllərində eyni qaydada Nərminə və Akif ilə Latviya səfirliyinin «Plaza»dakı nümayəndəliyinin qarşısında görüşmüşlər, Nərminənin ona təqdim etdiyi eyni, yəni həmin iş yerindən arayışdan və bank hesabından çıxarışdan ibarət saxta sənədləri səfirliyə daxil olub təqdim etmişdir. Lakin təxminən 12-13 gün sonra onlara Latviya səfirliyi tərəfindən viza verilməsindən imtina olunmuşdur. Bundan sonra Nərminə müxtəlif bəhanələr gətirib ona vizaları Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən təşkil edəcəyini bildirmiş, 2018-ci ilin iyun ayının sonlarından 2019-cu ilin iyun ayına qədər Nərminənin təşkil etdiyi iş yerindən və bank hesabı barədə saxta arayışlardan sənəd paketləri ilə o, Almaniya dövlətinin Azərbaycandakı səfirliyinə müraciət etsə də, ona və ailə üzvlərinə yenə də viza verilməsindən imtina olunmuşdur. Sonuncu dəfə 2019-cu ilin iyun ayında Nərminə guya İtaliya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza alacağını vəd edib onları İtaliya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə aparmış və orada da eyni ilə təşkil etdiyi sənədləri ona vermiş, o, da səfirliyə içəri daxil olub sənədləri təqdim etmişdir. Həmin səfirliyə həmin ay iki dəfə müraciət etsə də, ona və ailə üzvlərinə viza verilməsindən imtina olunmuşdur. Həmin vaxtı, yəni 2019-cu ilin iyun ayında Bakı şəhərində Nərimanov rayonu ərazisində Nərminə ilə görüşdükdə Nərminə onun, arvadı və övladının adına İstanbul üzərindən Milana uçuşla bağlı üç ədəd elektron aviabiletdən çıxarış qəbzlərini təqdim etmiş və bundan bir neçə gün sonra, yəni 2019-cu ilin iyul ayının təxminən əvvəllərində Nərminə onun mobil telefonuna onun adına guya 26 iyul 2019-dan 16 avqust 2019-cu il tarixədək qüvvədə olan, tərtibat tarixi 02 iyul 2019-cu il göstərilmiş və arvadı Pərixanım Heybətzadənin adına guya 16 iyul 2019-dan 13 avqust 2019-cu il tarixədək qüvvədə olan, tərtibat tarixi 01 iyul 2019-cu il göstərilmiş İtaliya səfirliyinin şengen vizalarının fotoşəkillərini göndərərək, guya onun və arvadının vizaların artıq hazır olduğunu, lakin övladının vizasının hələ hazır olmadığını demişdir. O, fotoşəkillərin ikisini də müqayisə edib nəzərdən keçirdikdə şəkillərdə saxtakarlıq edilib montaj edildiyindən onda şübhə yaranmış, ona görə də Nərminəni də çağırıb özü ilə birbaşa İtaliya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin ofisinə getmiş, orada ona və ailə üzvlərinə viza verilməsindən imtina edildiyini bildirmiş və sənədləri özünə qaytarmışlar. Bundan sonra onun narazılığı və Nərminədən viza işini kiminlə görürsə onu həmin şəxslə görüşdürməsi barədə tələbi nəticəsində Nərminə onu İtaliyanın Azərbaycandakı səfirliyində işləyən tanışı kimi təqdim etdiyi X49 ilə həmin gün “Winter Plaza”nın qarşısında avtomobilin içində görüşdürmüş, Qüdrət özü də İtaliya səfirliyində işlədiyini, ondan əlavə də “içəridə” tanış qadın işlədiyini, narahat olmadığını, səhvlik olduğunu və bir ay ərzində hər üçünün vizalarını hazır edəcəklərini bildirmiş, bundan sonra təxminən bir ay gözləsə də Nərminəgildən xəbər çıxmamış, yəni onu səfirliyə təqdim etməkdən ötrü sənədlərin ona vermək üçün çağırmamış, ona görə də Nərminin yenə də narahat olduğunu, tezliklə vizalarının hazır olacağı barədə yalanlarını qəti olaraq anlamış və barəsində polisə şikayət etmişdir. Araşdırma zamanı Nərminədə olan pasportları və sənədləri ona geri qaytarılmışdır. Nərminə ilkin mərhələdə ona Macarıstan və Latviyaya viza alınması məsələsində iş yerindən arayış və bank hesabının açılması barədə sənədləri Şahid1 adlı şəxsin hazırlayacağını, aldığı 5700 manatın 4700 manatını Əzizə verəcəyini, özünə 1000 manat pul qalacağını demişdir. Sonradan ona məlum olmuşdur ki, səfirliklərə təqdim etdiyi iş yerindən saxta arayış və bank hesabı barədə saxta çıxarışı Əziz hazırlamış, Nərminə də Əzizdən həmin saxta sənədləri götürüb ona təqdim etmişdir. O, Əzizi heç vaxt görməmiş, əlaqəsi olmamışdır. Beləliklə Şahid3 2017-ci ilin noyabr ayında ona və ailə üzvlərinə İspaniyaya turistik viza düzəltmək adı ilə vəd verməklə aldadıb etibarından sui-istifadə edərək ona məxsus 7900 manat nağd pul vəsaitini ələ keçirmiş, lakin heç bir viza verilməsinə nail olmamış, həmin vaxtdan o, və ailə üzvləri ölkədən xaricə çıxmamış, adını çəkdiyi ölkələrə viza ala bilməmiş, Akif, Nərminə və digərləri ona vurduqları zərəri hazırki vaxta qədər ödəməmişlər, Nərminəgilin təşkil etdirdiyi saxta sənədləri o səfirliklərə vermiş, onda qalmamış, onda yalnız qeyd etdiyi saxta vizaların fotoşəkilləri və aviabiletlərdən çıxarışlar qalmışdır (cild 4, iş vərəqi 116-121). Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər heç bir yerdə işləməmiş, hal-hazırda işləmir, iş yeri olmamışdır, yalnız yaşadığı Oğuz rayonu Kərimli kəndində müvəqqəti fəhləlik etmişdir. Özünün və ailə üzvləriin heç birinin adına heç bir bank hesabı olmamış və onlar depozitə heç vaxt pul qoymamışlar. 5-6 ildir ki, (051)-573-51-51 və (070)-573-51-51 mobil nömrələrdən istifadə edir. Hazırki vaxtadək Rusiya Federasiyasından başqa heç bir xarici ölkədə olmamışdır. 2019-cu ilin yanvar ayında xarici ölkəyə işləməyə getmək istəmiş, bununla bağlı Oğuz rayonundan uzaq qohumu Bəxtiyar Ələkbəroğlu ilə məsləhətləşmiş, çünki Bəxtiyar özü İsveç Krallığına viza düzəldib işləməyə getmişdir. O da Bəxtiyardan xahiş etmişdir ki, İsveçə getmək üçün ona da köməklik etsin. O, Bəxtiyarın +**********7 saylı mobil nömrəsində olan whatsapp vasitəsilə əlaqə saxlamış, Bəxtiyar ona Ağa adlı şəxsi məsləhət görərək bildirmişdir ki, xaricə getməyə vizanın alınmasına Bakı şəhərində olan Ağa adlı şəxs köməklik edir, həmin işin düzəlməsi üçün isə Ağaya 2300 AZN manat məbləğində pul verilməlidir. Bəxtiyar Ağa ila əlaqə saxlamaq üçün Ağanın dəqiq xatırlamadığı mobil nömrəsini vermiş, o, Ağa ilə əlaqə saxlamış, Ağa ona sonradan əlaqə saxlamaq üçün +**********84 saylı mobil nömrəsini vermiş, o həmin mobil nömrədə olan whatsapp vasitəsi ilə Ağa adlı şəxslə əlaqə saxlamışdır. Təxminən 2019-cu il yanvar ayının əvvəllərində qohumu Bəxtiyar ona Bakı şəhərinə gedib viza sanədlərii düzəltmək üçün Ağayla görüşməyini tapşırmış, elə həmin tarixdə o, Bakı şəhərinə getmiş, Bakı Avtovağzalında özünü Ağanın oğlu kimi təqdim edən şəxslə görüşmüş, həmin şəxsin istəyi ilə xarici pasportunu vermiş, səhv etmirsə həmin şəxs ** NC *** dövlət nömrə nişanlı ağ rəngli maşında gəlmişdir. Təxminən 20 gün sonra Bəxtiyar onunla əlaqə saxlayıb Bakı şəhərinə Ağa ilə görüşməyə getməli olduğunu, Ağaya 2300 AZN manat məbləğində pulu verməli olduğunu bildirmişdir. O, 2019-cu il yanvar ayının sonlarında Bakı şəhərinə getmiş, Bakı şəhərində yaşayan yeznəsi Zəfər də Bakı avtovağzalına gəlmişdir. Bakı Avtovağzalında Ağa adlı şəxslə günorta saatlarında görüşmüşlər, orada Ağaya 2300 manat pulu sayaraq əlbəəl vermişlər. Sonra Ağa adlı şəxs onları hansısa adını bilmədiyi idarəyə aparmış, orada o, bir otağa keçmiş va xarici pasportuna möhür vurulduqdan sonra 50 AZN pul ödəmişdir. Oradan ona xarici pasportu geri verilmiş və o, yenidən Oğuz rayonuna qayıtmışdır. Bildiyi qədərilə artıq ona xaricə getmək üçün viza verilmişdir. Lakin buna baxmayaraq o, xarici ölkələrə Latviyaya və s. heç bir yerə getməmiş, çünki xarici ölkəyə tək getməkdən çəkinmiş və bu işdə Bəxtiyar ona köməklik etməmişdir. Viza sənədində 05 mart 2019-cu il tarixə kimi müddət olmuş, həmin vaxtadək o, xaricə gedə bilərmiş, sonradan bilmişdir ki, Ağa adlı şəxs onu aldadaraq 2300 AZN manat pulunu almış və ona iş vizası əvəzinə turistik viza düzəltdirmişdir. Ağa adlı şəxs və sonuncunun oğlu ilə görüşdükdə hər ikisinin onunla əlaqə saxladığı mobil nömrələrini qeyd etmişdir, belə ki, onlar (077)-317-56-57 və (055)-555-50-46 saylı nömrələrdən istifadə etmişlər, Ağa adlı şəxsə verdikləri 2300 AZN pulun müqabilində ona qaimə, qəbz və sair sənəd verilməmişdir. O həmçinin “ADG” şirkətində işləməklə aylıq 1080 manat məbləğində əmək haqqı almasına dair arayışla tanış olaraq nildirmişdir ki, əvvəllər həmin arayışı görməmiş, lakin Ağa adlı şəxs ona guya “ADG” şirkətində işləyəcəyi və 1080 manat məbləğində əmək haqqı almağı barədə sənəd düzəltdiklərini bildirmiş, ancaq o, həmin sənədi görməmiş və həmin sənədin saxta olub-olmamağını bilməmişdir (cild 5, iş vərəqi 26-29). Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məzun olduqdan sonra 1 illik hərbi xidmətdə olmuş, hərbi xidmətdən tərxis olunduqdan sonra isə müxtəlif yerlərdə fəhləlik etmiş, hazıradək hansısa bankda şəxsi hesabı olmamış, habelə rəsmi olaraq hansısa şirkət və ya dövlət orqanında çalışmamışdır. Hazırda bəzi film və ya reklamlarda aktyorluq edərək maddi ehtiyaclarını təmin edir. Təqsirləndirilən şəxs2 həmin ilin, yəni 2019-cu ilin mart ayında tanışı olan “Nizam” adı şəxsin vasitəsi ilə tanımış, bildiyinə görə “Nizam” adlı şəxsin özü də, xarici ölkələrə getmək istəyən şəxslər üçün viza dəstəyi ilə məşğul olur. Belə ki, 2018-ci ilin sonlarında işləmək üçün Polşa Respublikasına getmək istəyən zaman “Nizam” adlı şəxs ondan viza dəstəyi üçün təxminən 1600 manat məbləğində pul almış, lakin sonradan Polşa səfiri geri çağrıldığından viza verilməsindən imtina edilmiş, sonra Nizam adlı şəxs ona Polşa vizasının əvəzində əlavə olaraq 2400 manat məbləğində pul verəcəyi təqdirdə illik Latviya vizası düzəldəcəyini söyləmiş və o, Nizamın təklifini qəbul etmişdir. Onların söhbətlərindən 15 gün sonra Nizam ona zəng edərək bank arayışı üçün Bakı şəhəri, “Memar Əcəmi” tərəfdə yerləşən "xxxx"-nun filialına yaxınlaşmağını, orada tanışı olan Təqsirləndirilən şəxs2 ad-soyadlı şəxsin gözlədiyini, Əzizin bank çıxarışı üçün ona köməklik göstərə biləcəyini söyləmişdir. O, həmin banka gedərək Təqsirləndirilən şəxs2 ilə görüşmüş, yolda olan zaman Təqsirləndirilən şəxs2 ona zəng edərək bankda onu gözlədiyini, səfirliyə gecikdiklərini bildirmişdir. Həmin vaxt Əziz ona 70 manat müqabilində saxta bank çıxarışı ala biləcəyini təklif etsə də, o, Əzizin bu təklifini rədd edərək, özünün həmin bankın “Əhmədli” filialında 10000 manatlıq depozit hesabının olduğunu söyləmiş, sonra həmin filialda qanuni şəkildə bank çıxarışını götürməklə “Dəmir Plaza”-ya getmişlər. Həmin Plazanın qarşısında Təqsirləndirilən şəxs2 avtomobilində əlbəəl olaraq Nizama pulu təqdim edərkən avtomobildə hər üçü olmuşlar. Pulun verilməsi ilə bağlı Nizam ona hansısa bir qəbz verməmiş, daha sonra Nizam viza ilə bağlı sənədləri ona təqdim edərək onu həmin Plazada yerləşən Latviya səfirliyi ilə əlaqəli olan adını bilmədiyi şirkətə göndərmiş, həmin vaxt o, sənədləri yoxlamadan qeyd olunan yerə təqdim etmişdir. Sonra orada çalışan əməkdaşlar ona 35 avro və 55 manat məbləğində rüsum ödəməsilə bağlı qəbz vermişlər. İki gün sonra isə telefonuna gələn mesajla Nizamla birgə həmin yerə gedərək viza vurulmuş pasportunu götürmüşdür. Pasportunu şirkətdən götürən zaman görmüşdür ki, viza 1 illik yox, 3 aylıqdır. Həmin vaxt, o, Nizama etirazını bildirən zaman Nizam ona Polşadan viza ilə bağlı imtina aldığı üçün, Latviyanın 1 illik yox, 3 aylıq verdiyini söyləmişdir. Bir neçə gün sonra o, Gürcüstandan tranzit keçməklə Latviyaya getmiş, orada təxminən 3 aya yaxın müddət qaldıqdan sonra Macarıstan vasitəsilə Azərbaycana qayıtmışdır. O, həmçinin bildirmişdir ki, Nizamın və Əzizin viza dəstəyi üçün konkret olaraq hansı sənədləri hazırladığından məlumatı olmamış, yalnız onu bilir ki, Nizam və Əziz ona “3 aylıq mult” adlanan viza almışdır. O, sənədləri təhvil alan zaman sənədlərin içərisinə baxmadığından “X83” adlı şirkətdə işləməsinə dair arayışın həmin sənədlərin içərisində olmasından məlumatı olmamışdır, həmin sənədi ilk dəfədir görür. O, həmçinin Üzeyir Bağırlı, Sərxan Abdullayev, Sərdar Yusifoğlu, Şahid4, Şamil İbrahimov, Təqsirləndirilən şəxs1 adlı şəxslərin heç birini tanımadığını, Nizam adlı şəxsin mobil nömrəsinin (070)-849- 46-66 olduğunu ifadəsinə əlavə etmişdir (cild 5, iş vərəqi 113-116). Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 2019-cu ildən tanımışdır. O Şahid2 bildirmişdir ki, Polşa dövlətinə yollanmaq üçün viza almaq istəyən müştərisi olsa ona müraciət edə bilər. 2019cu ilin mart ayının sonlarında Şahid2 ona müraciət edərək bildirmişdir ki, tanışı Polşa dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza almaq istəyir. O, həmin vaxtı Nərminəyə 1000 avro pulun müqabilində həmin şəxsə Polşa dövlətinin Azərbaycan Respubikasındakı səfirliyindən viza ala biləcəyimi bildirmişdir. Nərminə razılaşmış, həmin vaxtı Nərminə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən "xxxx" MMC-də işləyirdi. 2019-cu ilin aprel ayının əvvəllərində Nərminə onunla əlaqə saxlayaraq görüşüb ona Şahid9 adlı şəxsin sənədlərini və 1000 avro məbləğində pul vermişdir. O, Nərminəyə həmin pulun müqabilində Şahid9 adına iş dəvətnaməsi təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, Şahid9 pasportunu atası Şahid11 vermiş, atası da həmin həmin sənədin surətini dəvətnamə göndərməsi üçün Polşa dövlətində yaşayan Allahverdi adlı şəxsə sosial şəbəkə vasitəsi ilə göndərmişdir. Bir müddət sonra həmin Şahid9 adına Polşa dövlətindən qanuni dəvətnamə gəlmiş, o da həmin dəvətnaməni elektron poçtundan 2019-cu ilin yay aylarında Şahid2 göndərmişdir. O həmin dəvətnaməni Şahid2 təqdim etdikdən bir müddət sonra Nərminə ona bildirmişdir ki, həmin şəxs viza ala bilməmiş, ona viza verilməsindən imtina gəlmişdir. Bundan sonra o, Nərminə ilə görüşməmişdir (cild 4, iş vərəqi 176-179). Məhkəmədə ifadəsi elan edilərək tədqiq dilmiş Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər 2005-2006-cı illərdə Azercell Telekom MMC-nin Naxçıvan filialında işləmiş, 2012-2013-cü illərdə Bakı şəhərində usta kimi ayrı-ayrı fərdi tikinti obyektlərində işləmiş, sonradan mövsümi olaraq qış aylarında Naxçıvan şəhərində İstilik idarəsində ocaqçı işləməyə başlamışdır, hazırda fərdi əməklə də məşğul olur. 2019cu ilin təxminən iyun ayında dəqiq xatırlamadığı vaxt Bakı şəhərində olarkən əvvəllər birlikdə tikintidə işlədiyi Surxay adlı şəxslə təsadüfən görüşmüş, söhbət zamanı Surxay işləmək üçün Avropa ölkələrinə getmək istədiyini söyləyib birlikdə getməyi təklif etmiş, o da həmin vaxt birinci arvadından ayrıldığı üçün bir müddət Avropa ölkələrinə gedərək orada işləmək və yaşamaq qərarına gəlmişdir. Maraqlandıqda məlum olmuşdur ki, rəsmi olaraq iş yerləri olmadığı üçün özləri səfirliyə müraciət edərək viza ala bilməyəcəklər. Həmin ərəfədə Surxay dostunun atası olan Yaqub adlı şəxsin onlara pul müqabilində viza ala biləcəyini söyləmiş, 2019-cu ilin təxminən iyun ayında dəqiq xatırlamadığı vaxt Surxayla birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində 28 May metrostansiyasının çıxışı yaxınlığında Yaqub adlı şəxslə görüşmüşlər, Yaqub təxminən 50-55 yaşlı, orta bədən quruluşlu, orta boylu, seyrək saçlı bir kişi imiş, Bakı ləhcəsi ilə danışırmış, söhbət zamanı Yaqub onların rəsmi olaraq heç bir yerdə işləmədiklərini bilmiş, Yaqub xarici ölkələrə viza verilməsi sahəsində işləyən vəzifəli şəxslərdən tanışları olduğunu, həmin tanışlarının köməkliyi ilə onlara adambaşına 3300 manat pul müqabilində 15 gün ərzində Latviyanın Azərbaycandakı səfirliyindən viza almağa nail olacaqlarını, viza almaq üçün səfirliyin tələb etdiyi bütün sənədləri tam qanuni şəkildə özləri hazırlatdıracaqlarını söyləmişdir. O, pulun məbləğini biraz azaltmağı xahiş etdikdə Yaqub həmin puldan özünə az məbləğdə pul qaldığını, pulun çox hissəsinin onlara viza almaq üçün sənədlərin hazırlanmasına sərf olunacağını və işi həll edən adamlara pul veriləcəyini söyləmiş, lakin Yaqub pulu verəcəyi şəxslərin adlarını ona söyləməmişdir. O, viza almaq üçün tələb olunan sənədlərdə hər hansı bir saxtalıq olub-olmayacağını soruşduqda Yaqub onu əmin edərək bütün sənədlərin tam qanuni şəkildə hazırlanacağını, səfirliyin tələb etdiyi bank arayışını deyəcəyi vaxtda gəlib özü bankda imza edərək götürəcəyini söyləmiş və onu sənədlərin hamısının qanuni şəkildə hazırlanacağına inandırmışdır. Yaqub pulun 2700 manatını əvvəlcədən alacağını, qalan 600 manatını isə bank əməliyyatını həyata keçirərkən alacağını bildirmiş, o da razılaşmışdır. Tələb olunan pulun məbləğini Surxay ona əvvəlcədən dediyi üçün o, həmin məbləği özü ilə gətirmişdir. Elə həmin gün görüşdükləri yerdə o, Yaquba özünə məxsus ümumvətəndaş pasportunun əslini, şəxsiyyət vəsiqəsinin kserosurətini və viza almağa köməklik etmək üçün tələb etdiyi pulun bir hissəsini yəni 2700 manatı əlbəəl vermişdir. Surxay da onun yanında özünə viza almağa köməklik etməsi üçün Yaquba 2700 manat vermişdir. Lakin Yaqubun dediyi vaxtdan yəni 15 gündən çox keçməsinə baxmayaraq Yaqub müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, ona görə də o, Avropaya səfər etmək fikrindən daşınaraq Yaqubdan pulunu geri tələb etmişdir. Həmin vaxt Yaqub artıq lazım olan sənədlərin hazırlandığını, qısa müddət ərzində sənədləri aparıb səfirliyə təqdim edəcəyini söyləsə də o, yenə də razılaşmamış, 2700 manat pulunu və ümumvətəndaş pasportunu Yaqubdan geri tələb etmişdir. Daha sonra Surxay onun 2700 manat pulunu tam şəkildə Yaqubdan geri alaraq ona tanışları vasitəsilə göndərmiş, lakin pasportunu göndərməmişdir. Telefonla danışarkən Yaqub ümumvətəndaş pasportunun itirildiyi üçün ona geri qaytara bilməyəcəklərini söyləmişdir. O. artıq həmin vaxt Naxçıvan şəhərində olmuş, sonradan polisə müraciət edərək ümumvətəndaş pasportunu itirdiyini bildirib yeni pasport almışdır. Həmin vaxtdan sonra o, viza almaq üçün hər hansı bir şəxsə müraciət etməmişdir. xx.xx.2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə və idarə etdiyi avtomobildə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş məxsus olan P4522207 seriyalı ümumvətəndaş pasportu, AA******* nömrəli şəxsiyyət vəsiqənizin kserosurəti, eləcə də tələb olunan yerə təqdim edilməkdən ötrü onun xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləməklə aylıq 1000 AZN əmək haqqı almasına dair məzmunu ingilis dilində tərtib edilmiş, imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 117 nömrəli arayışla tanış olaraq bildirmişdir ki, özünə məxsus olan P4522207 seriyalı ümumvətəndaş pasportunu və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətini o, 2019-cu ilin iyun ayında dəqiq xatırlamadığı vaxt Bakı şəhərində Yaqub adlı şəxsə ona Latviyanın Azərbaycandakı səfirliyindən viza almağa köməklik etməsi üçün vermiş, həmin məqsədlə Yaquba 2700 manat pul vermiş, sonradan 600 manat da verməli imiş, lakin onun guya "xxxx" MMC-də işləməyinə dair məzmunu ingilis dilində olan arayışı ilk dəfədir görür, həmin sənəd saxtadır, çünki o, heç bir vaxt həmin şirkətdə işləməmişdir. Hazırda ona aydın olur ki, həmin saxta iş yeri haqqında arayışı ona viza almağa köməklik edəcəyini vəd edən Yaqub adlı şəxs ya özü hazırlamış, ya həmin sənədi mənzilində və ya avtomobilində saxlayan Təqsirləndirilən şəxs2 düzəltmiş, ya da ki başqa şəxsə düzəltdirmişlər, həmin sənəd səfirliyin viza vermək üçün tələb etdiyi zəruri sənədlərdən biridir. Bununla yanaşı qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımamışdır, Əzizlə birbaşa heç bir əlaqəsi olmamışdır, lakin onun pasportunun və şəxsiyyət vəsiqəsinin Təqsirləndirilən şəxs2 aşkar edilməsindən aydın olur ki, Yaqub adlı şəxsin Təqsirləndirilən şəxs2 ilə əlaqəsi olmuşdur, çünki onun sənədləri başqa cür Təqsirləndirilən şəxs2ndən aşkar edilə bilməzdi. O, həmçinin qeyd etmişdir ki, 2019-cu ildə özünün istifadəsində ***-***-**-** saylı GSM nömrə olmuşdur, Yaqub adlı şəxsin və Surxay adlı şəxsin yalnız adlarını bilirm, 2019-cu ildən sonra onlarla əlaqəsi olmadığı üçün nömrələrini hazırda xatırlamır, X27 və Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamışdır, həmin şəxslərlə heç bir əlaqəsi və ünsiyyəti olmamışdır. Onun xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləməklə aylıq 1000 AZN əmək haqqı almasına dair məzmunu ingilis dilində tərtib edilmiş, imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 117 nömrəli arayışda qurumun əlaqə nömrəsi kimi qeyd edilmiş ***- ***-**-** saylı GSM nömrənin kimin istifadəsində olması barədə heç bir məlumatı yoxdur, həmin nömrə tanış nömrə deyil (cild 5, iş vərəqi 163-167). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 320.1,320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində 3 (üç) ay 19 (on doqquz) gün həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 229-232, cild 2, iş vərəqi 1- 14). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 180-184). xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 206-208). xx.xx.2019-cu il il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində 05 dekabr 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 19-22, 36-48). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur (cild 2, iş vərəqi 166-180). xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 209-211). xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsilə cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən, CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə isə CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (cild 11, iş vərəqi 170). xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.1, 29,178.3.1, 32.4,312.2, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1, 29.318-1.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 13, iş vərəqi 33-49). xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.1, 29,178.3.1, 32.4,312.2, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1, 29.318-1.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 13, iş vərəqi 33-49). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 19 ünvanda keçirilmiş baxış zamanı məzmunu ingilis dilində olan İsveçrə səfirliyinə təqdim edilməsindən ötrü Şahid25 01 mart 2014-cü il tarixdən etibarən "xxxx" MMC-də logistika üzrə menecer vəzifəsində işləməklə aylıq 900 AZN əmək haqqı almasına dair tərtib edilmiş, imzalanmış və möhürlənmiş şəkildə olan xx.xx.2017-ci il tarixli 177 nömrəli iş yeri haqqında arayış sənədinin kserosurəti aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 172-175, cild 4, iş vərəqi 1-2) Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid25 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2017-ci il tarixli 177 nömrəli arayışın kserosurətində tarixi və nömrəsi qeyd edilən hissədə əks olunmuş yazılar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur, həmin arayışın kserosurətində “Aliyev J.S Director” və “Hasanova E.A Accountant” yazılarının qarşısında əks olunmuş imzaların Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzalarda qrafik materialın azlığı, cigilərin sadəliyi, bəzi imzaların bütövlükdə quruluşunun sadə olması, bəzi imzaların cizgilərinin möhür əkslərinin cizgiləri ilə kəsişməsi müqayisə vaxtı imkan vermir ki, qəti bir(müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmamış; Şahid25 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2017-ci il tarixli 177 nömrəli arayışın kserosurətində “Aliyev J.S Director” və “Hasanova E.A Accountant” yazılarının qarşısındakı üzərində “ALSA GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdir (cild 11, iş vərəqi 91-101) İfadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən iş üzrə Şahid4 X34 fəaliyyət göstərdiyi ofislərinin yerlərini əyani şəkildə göstərmiş, Ramin Hacılının 2016-2017-ci illərdə ünvan 16 ünvanda yerləşən ofisdə fəaliyyət göstərdiyi, yəni Təqsirləndirilən şəxs2 digər şəxslərlə Şahid25 üçün saxta iş yeri haqqında arayışı hazırladığı yer dəqiqləşdirilmişdir (cild 3, iş vərəqi 242-248) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən Şahid25 adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 12, iş vərəqi 66-70). İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatına əsasən Şahid25 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini ümumiyyətlə tərk etməmiş, xx.xx.2017-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş və həmin vaxtdan sonra Azərbaycan Respublikasına qayıtmamışdır (cild 4, iş vərəqi 10). Baxış protokuluna əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “HP” markalı stolüstü kompüterinə baxış keçirilərkən məlum olmuşdur ki, kompüterin iş masası bölümündə çoxlu sayda keçidlər mövcuddur. “My computer” keçidinə iki dəfə klik etdikdən sonra yeni səhifə açılmışdır. Həmin səhifədə bir neçə qovluq və “Work D”, “Work C” adlı keçidlər mövcuddur. “Work D” keçidinə iki dəfə klik etdikdə yeni səhifəyə keçid olunur. Orada 22 adda qovluqlar, müxtəlif növ şəkillər, “word”, “ZİP” və “PDF” faylları mövcuddur. Baxış zamanı ardıcıl olaraq yuxarıdan aşağıya doğru qovluqlara keçid olunmağa başlanılarkən WhatsApp adlı 20-ci qovluğa daxil olduqda orada yenidən müxtəlif növdə şəkil və fayllar müşahidə edilmişdir. Şəkillərə baxış keçirilərkən “imd89”, “imd90”, “WhatsApp İmage 2019-07-01 at 14.44.52(1)”, “WhatsApp İmage 2019-07-01 at 14.44.52(1)_1”, “WhatsApp İmage 2019-07-01 at 14.44.52”, “WhatsApp İmage 2019-07- 01 at 14.44.52_1”, “WhatsApp İmage 2019-07-01 at 17.35.11” adda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid5, arvadı X2 və övladı X13 xarici pasportlarının, İtaliya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin saxta vizalarının və özlərinin fotoşəkilləri aşkar edilmişdir. İstintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin fotoşəkillər printer vasitəsi ilə çıxarılmaqla 6 vərəqdən ibarət kağız daşıyıcıda protokola əlavə edilmişdir (cild 4, iş vərəqi 124-125) «X86»-nın Azərbaycan Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 1163 nömrəli cavab məktubuna əsasən Heybətzadə Pərixanım, Şahid5 və Heybətzadə Əziz adlı şəxslərə aviabiletlər satılmış, lakin həmin aviabiletlər uçuş tarixindən əvvəl geri qaytarılmış və nəticədə istifadə edilməmişdir (cild 4, iş vərəqi 145) Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan edilmiş çıxarışa əlavə edilmiş sənədə əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 19 ünvanda keçirilmiş baxış zamanı oradan məzmunu ingilis dilində olan İsveçrənin Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Şahid28 01 yanvar 2016-cı il tarixdən etibarən “X79” MMC-də direktor müavini vəzifəsində işləməklə aylıq 900 AZN əmək haqqı almasına dair imzalanmış və möhürlənmiş şəkildə olan xx.xx.2018-ci il tarixli 119 nömrəli iş yeri haqqında arayış sənədinin kserosurəti aşkar edilərək götürülmüşdür (arayışda qurumun əlaqə nömrəsi kimi “***-***-**-** saylı nömrə qeyd edilmişdir) Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli rəydə qeyd edilmişdir ki, məzmunu ingilis dilində olan Şahid28 “X88”-də işləməsinə dair xx.xx.2018-ci il tarixli 119 nömrəli arayışın kserosurətində “X25” sözlərinin qarşısında əks olunmuş imza, arayışın tarixi və nömrəsi qeyd edilən hissədə əks olunmuş yazılar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur, həmin arayışın kserosurətində “X41” sözlərinin qarşısında əks olunmuş imzanın Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, bəzi imzaların bütövlükdə quruluşunun sadə olması, bəzi imzaların cizgilərinin möhür əkslərinin cizgiləri ilə kəsişməsi müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmamış; Şahid28 “X88”-də işləməsinə dair xx.xx.2018-ci il tarixli 119 nömrəli arayışın kserosurətində “X41” və “X25” yazılarının qarşısındakı üzərində “X88” yazıları olan möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdir (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1-7-10/5667-22 nömrəli məktuba əsasən ***-***-**-** saylı telefon nömrəsi Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olmuşdur (cild 10, iş vərəqi 90-91). “Telefon əlaqələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan (050)-799-99-70 və (055)-252-81-84 saylı GSM nömrələr ilə Şahid28 istifadəsində olmuş (050)-561-11-53 saylı GSM nömrə arasında 2017-ci ilin noyabr, 2018-ci ilin yanvar, mart, aprel və iyun ayları ərzində zəng əlaqələri qeydə alınmışdır (cild 11, iş vərəqi 102-110). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən Şahid28 adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 12, iş vərəqi 62-63). İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatından görünür ki, Şahid28 xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini ümumiyyətlə tərk etməmiş, xx.xx.2018-ci il tarixdə Bakı-London aviareysi ilə Birləşmiş Krallığa getmiş və həmin vaxtdan sonra Azərbaycan Respublikasına geri qayıtmamışdır (cild 4, iş vərəqi 239). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 məxsus olan “Toyota Camry” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobildən məzmunu ingilis dilində olan İtaliya səfirliyinə təqdim etməkdən ötrü Şahid12 "xxxx" MMCdə satış meneceri vəzifəsində işləməklə aylıq 780 manat əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli X1171 nömrəli imzalanmış və möhürlənmiş arayış aşkar edilərək götürülmüşdür (arayışda qurumun əlaqə nömrəsi kimi “012-376¬62-82” saylı nömrə qeyd edilmişdir) (cild 1, iş vərəqi 176-178, cild 4, iş vərəqi 241). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 20 ünvanda keçirilmiş baxış zamanı oradan götürülmüş əlyazma sənədələrdən görünür ki, həmin sənədlərdə qələm vasitəsilə əl ilə “Şahid12” sözləri yazılmış və yazının üstündən xətt çəkilmişdir, habelə “Səfər” sözü və Şahid12 üçün hazırlanmış saxta iş yeri haqqında arayışda qurumun əlaqə nömrəsi kimi qeyd edilmiş “***-***-**-**” yazıları yazılmışdır (cild 9, iş vərəqi 43, 48). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid12 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli X1171 nömrəli arayışda “Director” sözünün qarşısındakı imza, arayışın tarixi və nömrəsi qeyd edilən hissədəki yazılar, habelə 23 ədəd A4 ölçülü vərəqlərdə olan müxtəlif əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur; məzmunu ingilis dilində olan Şahid12 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli X1171 nömrəli arayışda “Director” sözünün qarşısındakı üzərində “DEKASTAR Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 02 iyul 2021-ci il tarixli **********6 nömrəli məktub və həmin məktuba əlavə edilmiş siyahıya əsasən Şahid12 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Həmin vaxtdan sonra Şahid12la heç bir fiziki və ya hüquqi şəxs, eləcə də "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır (cild 4, iş vərəqi 254-255). İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatına əsasən Şahid12 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini ümumiyyətlə tərk etməmişdir (cild 4, iş vərəqi 251). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 19 mənizldə keçirilmiş baxış zamanı oradan məzmunu ingilis dilində olan Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etmək üçün Şahid15 01 iyun 2015-ci il tarixdən etibarən "xxxx" MMC-də işləməklə aylıq 1080 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 87AC nömrəli imzasız və möhürsüz arayış aşkar edilərək götürülmüşdür (arayışda qurumun əlaqə nömrəsi kimi (055)-253-58-53 saylı GSM nömrə qeyd edilmişdir) (cild , iş vərəqi 172-175, cild 5, iş vərəqi 2). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola əsasən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 WhatsApp mobil tətbiqi vasitəsilə Şahid4 Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etmək üçün Şahid15 01 iyun 2015-ci il tarixdən etibarən "xxxx" MMC-də işləməklə aylıq 1080 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 87AC nömrəli imzasız və möhürsüz arayışın fotoşəkilini göndərmişdir (cild 1, iş vərəqi 219- 220). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən 23 ədəd A4 ölçülü vərəqlərdə olan müxtəlif əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən Şahid15 adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 11, iş vərəqi 62-63). İAMAS-dan götürülmüş sərhədkeçmə hesabatına əsasən Şahid15 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini ümumiyyətlə tərk etməmişdir (cild 5, iş vərəqi 21). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola əsasən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 WhatsApp mobil tətbiqi vasitəsilə Şahid4 məzmunu ingilis dilində tərtib edilmiş, Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etmək üçün Şahid16 01 iyun 2013-cü ildən etibarən "xxxx" MMC-də administrator vəzifəsində işləməklə aylıq 1100 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 591 nömrəli, imzalanmış və möhürlənmiş arayışın fotoşəkilini və Şahid16 ümumvətəndaş pasportunun fotoşəkilini göndərmişdir (cild 1, iş vərəqi 219-220, cild 5, iş vərəqi 40). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid16 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 591 nömrəli arayışın kserosurətində “Sincerely, Director İsmailov H.N” sözlərinin qarşısında əks olunmuş imza, habelə 23 ədəd A4 ölçülü vərəqlərdə olan müxtəlif əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur; məzmunu ingilis dilində olan Şahid16 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 591 nömrəli arayışın kserosurətində “Sincerely, Director İsmailov H.N” sözlərinin qarşısındakı üzərində “STAPLESS Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Şahid16 adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 12, iş vərəqi 66-70). İAMAS-dan götürülmüş sərhəd keçmə hesabatına əsasən Şahid16 xx.xx.2019-cu il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır (cild 5, iş vərəqi 44). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 19 mənzildə keçirilmiş baxış zamanı məzmunu ingilis dilində olan Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Rəfail Musazadənin xx.xx.2017-ci il tarixdən etibarən “Venta Servis” şirkətində logistika üzrə menecer vəzifəsində işləməklə aylıq 1100 AZN əmək haqqı almasına dair tarixsiz, imzasız və möhürsüz arayış nümunəsi (arayışda qurumun əlaqə nömrəsi kimi Təqsirləndirilən şəxs2 istifadəsində olan (055) ***-**-** saylı GSM nömrə qeyd edilmişdir), məzmunu ingilis dilində olan İtaliyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Rəfail Musazadənin "xxxx" MMC-də anbardar vəzifəsində işləməklə aylıq 960 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 65 nömrəli arayış, məzmunu ingilis dilində olan "xxxx" ASC-nin Memar Əcəmi filialı tərəfindən İtaliyanın Azərbaycandakı səfirliyinə ünvanlanmış, X12 həmin bankda olan bank hesabında 4200 ABŞ dolları məbləğində pulu olmasına dair 28 iyun 2019-cu il tarixli 3648 nömrəli arayış və həmin esab üzrə çıxarış sənədi, İtaliyanın Azərbaycandakı səfirliyinə ünvanlanmış viza müraciət forması, X12 şəxsiyyət vəsiqəsinin kserosurəti, xx.xx.2019-cu il tarixli səfər sığortası şəhadətnaməsi, otel və aviabilet vauçerləri, Latviya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə Rəfail Musazadəyə verilmiş xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli (multi) vizanın kserosurəti aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 172-175, cild 5, iş vərəqi 55-66). Baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokola əsasən xx.xx.2019-cu il tarixdə saat 13:50-də Təqsirləndirilən şəxs2 WhatsApp proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 X12 “C02398503” nömrəli ümumvətəndaş pasportunun fotoşəkilini göndərərək həmin şəxs üçün İtaliyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü möhürlü saxta iş yeri haqqında arayış hazırlamasını və qurumun əlaqə nömrəsi kimi özünün deyəcəyi nömrəsini qoymasını tapşırmış, həmin gün saat 14:38-də Təqsirləndirilən şəxs1 Əziz X26 "xxxx" MMC-də anbanrdar vəzifəsində işləməsinə dair imzasız, tarixsiz və möhürsüz arayışın fotoşəkilini göndərmiş, saat 14:39-da isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “gəlirəm birazdan çapa verərik” məzmunlu ismarıc ünvanlanmışdır (cild 3, iş vərəqi 30, 32, 38) Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Rəfail Musazadənin "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 65 nömrəli arayışın tarixi və nömrəsi qeyd edilən hissədəki yazılar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur, həmin arayışda “X67” sözlərinin qarşısındakı imzanın Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzalarda qrafik materialın azlığı, cigilərin sadəliyi, bəzi imzaların bütövlükdə quruluşunun sadə olması, bəzi imzaların cizgilərinin möhür əkslərinin cizgiləri ilə kəsişməsi müqayisə vaxtı imkan vermir ki, qəti bir(müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı ; Rəfail Musazadənin "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 65 nömrəli arayışda “X67” sözlərinin qarşısındakı üzərində “TEXNO- MM TƏCHİZATÇİ Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktuba əsasən X12 adına mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri mövcud deyildir (cild 5, iş vərəqi 72). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 19 ünvanda keçirilmiş baxış zamanı oradan Şahid17 məxsus C01990323 nömrəli ümumvətəndaş pasportunun əsli, məzmunu ingilis dilində olan Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Şahid17 "xxxx" MMC-də Əmlak filialının rəhbəri vəzifəsində işləməklə aylıq 1100 manat əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli arayış (arayışda qurumun əlaqə nömrəsi kimi Təqsirləndirilən şəxs2 qardaşı Şahid22 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə qeyd edilmişdir), məzmunu ingilis dilində olan "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən tələb olunan yerə təqdim etmək üçün verilmiş, Şahid17 həmin bankdakı hesabında 3900 ABŞ dolları məbləğində pulu olmasına dair xx.xx.2019-cu il tarixli 526/19 NSF nömrəli arayış və həmin hesab üzrə çıxarış sənədi, Şahid17 məxsus ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin kserosurətləri, məzmununda Şahid17 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində sığortalanmasına dair “Qala Sığorta” sığorta şirkəti tərəfindən sığortalanmasına dair məlumatlar əks olunmuş xx.xx.2019-cu il tarixli NO TİOG-Q 30625 nömrəli səyahət sığortası şəhadətnaməsi, aviabilet və otellərin bronlaşdırılmasına dair vauçerlər, Şahid17 xx.xx.2018- ci il tarixdə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 5 günlük ********* nömrəli vizanın kserosurəti, Şahid17 xx.xx.2019-cu il tarixdə Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 90 günlük ********* nömrəli çoxgirişli (multi) vizanın kserosurəti, viza müraciət forması aşkar edilərək götürülmüşdür (cild 1, i. v.172-175, cild 5, iş vərəqi 86-101). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola əsasən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 WhatsApp mobil tətbiqi vasitəsilə Şahid4 məzmunu ingilis dilində tərtib edilmiş, Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etmək üçün Şahid17 “X83” adlı şirkətdə işləməsinə dair arayışın və Şahid17 məxsus ümumvətəndaş pasportunun fotoşəkilini göndərərək “Fidan 1 illiy sğorta və anketdə 1 illiy ele 180 gün” məzmunlu ismarıc yazmışdır (cild 1, iş vərəqi 219-220) Baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokola və protokola əlavə edilmiş sənədlərə əsasən xx.xx.2019-cu il tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs2 WhatsApp proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 Şahid17 ümumvətəndaş pasportunun fotoşəkilini göndərərək həmin şəxs üçün Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü 2018-ci ildən etibarən işləməklə aylıq 110 manat əmək haqqı almasına dair saxta iş yeri haqqında arayış hazırlamasını, arayışda qurumun əlaqə nömrəsi kimi “***-***-**-**” saylı GSM nömrəni qeyd etməsini tapşırmış, 1 saat sonra onun yanına gələcəyini bildirərək “hazir ele ki gelen kimi goturem” məzmunlu ismarıc ünvanlamışdır (cild 3, iş vərəqi 30-49). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid17 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli arayışda “Executive Director” və “Accountant” sözlərinin qarşısındakı imzalar, arayışın tarixi qeyd edilən hissədəki yazılar, habelə 23 ədəd A4 ölçülü vərəqlərdə olan müxtəlif əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir; Şahid17 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli arayışda“ Executive Director” və “Accountant” sözlərinin qarşısındakı üzərində “X78 Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdir (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən Şahid17 ilə “ADART MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verilmiş, həmin vaxtdan xx.xx.2021 -ci il tarixədək Şahid17la hər hansı bir fiziki və ya hüquqi şəxs arasında, eləcə də “Venta Servis” şirkəti və "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmasına dair “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 12, iş vərəqi 66-70). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və həmin protokoldan çıxarışa əlavə edilmiş sənəddən görünür ki, qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, ünvan 19 ünvanda keçirilmiş baxış zamanı oradan Şahid29 məxsus C02178806 nömrəli ümumvətəndaş pasportunun əsli, məzmunu ingilis dilində olan Latviyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Heydərov X43 "xxxx" MMCdə 01 iyun 2015-ci il tarixdən etibarən satış meneceri vəzifəsində işləməklə aylıq 1070 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 14/21 nömrəli arayış aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 172-175, cild 5, iş vərəqi 122, 123). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid29 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli arayışda “Sincerely, Director Hasanov P.G” sözlərinin qarşısındakı imza Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir; Şahid29 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli arayışda “Sincerely, Director Hasanov P.G” sözlərinin qarşısındakı üzərində “BESTCOND Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi relyef klişe vasitəsilə sənədin üstünə birbaşa vurulmuşdur (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən xx.xx.2020-ci il tarixdək olan müddət ərzində Şahid29 adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 12, iş vərəqi 66-70). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədlərə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 məxsus olan “Toyota Camry” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı oradan Şahid13 məxsus C00982933 nömrəli, X8 məxsus C00982931 nömrəli, X5 məxsus C00983081 nömrəli, X21 məxsus C02488037 nömrəli ümumvətəndaş pasportları aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 176-178, cild 5, i. v.133-136). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub və həmin məktuba əlavə edilmiş sənədə əsasən Şahid13 xx.xx.2020-ci ilədək rəsmi olaraq heç bir yerdə işləməmiş, xx.xx.2020-ci il tarixdə Şahid13 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir (cild 12, iş vərəqi 62-63). İAMAS-dan götürülmüş sərhədkeçmə hesabatına əsasən Şahid13, X17, X7 xx.xx.2018-ci il tarixdən sonra, X31 isə ümumiyyətlə heç bir vaxt Azərbaycan Respublikasının dövlət sərhədini keçməmişdir (cild 5, iş vərəqi 138-147). Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola əsasən 07.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 məxsus olan “Toyota Camry” markalı 10 -EX-110 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobildən Şahid18 məxsus olan xx.xx.2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P4522207 nömrəli ümumvətəndaş pasportu, Şahid18 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, tələb olunan yerə təqdim edilməkdən ötrü Şahid18 xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləməklə aylıq 1000 AZN əmək haqqı almasına dair məzmunu ingilis dilində, direktor kimi qeyd edilmiş Hüseynov T.A. adından tərtib edilərək imzalanmış və üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yazıları olan dairəvi möhürlə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 117 nömrəli arayış (arayışın aşağı hissəsində qurumun əlaqə nömrəsi kimi ***-***-**-** saylı nömrə qeyd edilmişdir), həmin arayışın məzmununun eyni vərəqin hər iki səhifəsində çap edilmiş tarixsiz, imzasız və möhürsüz olan nüsxələri aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 176-178, cild 5, iş vərəqi 154-157). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid18 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 117 nömrəli arayışda “Director Huseynov T.A.” sözlərinin qarşısındakı imza, arayışın tarixi və nömrəsi qeyd edilən hissədəki yazılar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir; Şahid18 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 117 nömrəli arayışda “Director Huseynov T.A.” sözlərinin qarşısındakı üzərində “TOTAL TELECOM Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksi relyef klişe vasitəsilə sənədin üstünə birbaşa vurulmuşdur (cild 11, iş vərəqi 91-101). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən Şahid18 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmasına dair “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir; Şahid18la Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2022-ci il tarixdə “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş və həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (cild 12, iş vərəqi 66- 70). İAMAS-dan götürülmüş sərhədkeçmə hesabatına əsasən Şahid18 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini ümumiyyətlə tərk etməmişdir (cild 5, iş vərəqi 162). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən üzərində "xxxx" Binəqədi filialı 11 JUL 2019 2 Əməliyyat şöbəsi” sözləri yazılmış möhür olan vərəqin arxa səhifəsindəki əlyazma yazılar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir (cild 11, iş vərəqi 91-101) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli **********4 nömrəli məktub və həmin məktuba əlavə edilmiş sənədə əsasən Şahid19 ilə xx.xx.2011 -ci il tarixdə “X75 Klubu” MMC arasında əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, Şahid19 ilə xx.xx.2016-cı il tarixdə “X68” MMC arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə xitam verilmiş, həmin vaxtdan sonrakı dövrdə Şahid19 ilə heç bir fiziki və hüquqi şəxs arasında əmək müqaviləsi bağlanmamışdır (cild 12, iş vərəqi 62-63) Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 məxsus olan “Toyota Camry” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı oradan məzmunu ingilis dilində olan İtaliyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Şahid26 "xxxx" MMC-də dizayner vəzifəsində işləməklə aylıq 1280 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 142 nömrəli imzalanmış və möhürlənmiş arayış, eləcə də məzmununda Şahid26 "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilməsinə dair məlumatlar əks olunmuş xx.xx.2019-cu il tarixli hesabdan çıxarış sənədi aşkar edilərək götürülmüşdür. Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekspert rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid26 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışda “Director” və “Accountant” sözlərinin qarşısındakı imzalar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir; Şahid26 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışın “Director” və “Accountant” sözlərinin qarşısındakı üzərində “SOLENNE Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir; məzmununda Şahid26 Azərbaycan Beynəlxalq Bankında olan bank hesabından xx.xx.2019-cu il tarixli hesabdan çıxarış sənədinin aşağı hissəsindəki imzanın Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzalarda qrafik materialın azlığı, cigilərin sadəliyi, bəzi imzaların bütövlükdə quruluşunun sadə olması, bəzi imzaların cizgilərinin möhür əkslərinin cizgiləri ilə kəsişməsi müqayisə vaxtı imkan vermir ki, qəti bir(müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı; məzmununda Şahid26 Azərbaycan Beynəlxalq Bankında olan bank hesabından xx.xx.2019-cu il tarixli hesabdan çıxarış sənədinin aşağı hissəsində üzərində “Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı 11 JUL 2019 2 Əməliyyat şöbəsi” sözləri yazılmış möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Eyni zamanda təqdim edilmiş Şahid26 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışın üzərində “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti SOLENNE” məzmunlu möhür əksi təqdim edilmiş eksperimental əks nümunəsinin reproqrafik surəti ilə eynilik təşkil etmir (cild 11, iş vərəqi 91-101). Həmin epizod üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 02/021 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-nə qoşulması ilə əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56 və 57-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunmuş və onun hüquqi varisi "xxxx" MMC-dir. "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması ilə əlaqədar həmin qurum ləğv olunmuş, quruma məxsus möhür, xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə təhvil verilmişdir (aktın surəti məktuba əlavə olunmuşdur). Şahid26 ilə "xxxx" MMC arasında heç bir əmək münasibətləri olmamış, onunla əmək müqaviləsi bağlanılmamış, heç bir arayış verilməmişdir (cild 5, iş vərəqi 199). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 02 iyul 2021-ci il tarixli **********6 nömrəli məktub və həmin məktuba əlavə edilmiş siyahıya əsasən Şahid26 ilə X35 arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir (cild 5, iş vərəqi 203-204) İAMAS-dan götürülmüş sərhədkeçmə hesabatına əsasən Şahid26 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini ümumiyyətlə tərk etməmiş, xx.xx.2019-cu il tarixdə Bakı-Milan aviareysi ilə İtaliya Respublikasına getmiş və həmin vaxtdan sonra Azərbaycan Respublikasına geri qayıtmamışdır (cild 5, iş vərəqi 208) Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokola və həmin protokoldan çıxarışa əlavə edilmiş sənədə əsasən qeyd olunan tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 məxsus olan “Toyota Camry” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı oradan məzmunu ingilis dilində olan İtaliyanın Azərbaycandakı səfirliyinə təqdim etməkdən ötrü Şahid20 "xxxx" MMC-də mühasib vəzifəsində işləməklə aylıq 850 AZN əmək haqqı almasına dair xx.xx.2019-cu il tarixli 71 nömrəli imzalanmış və möhürlənmiş arayış aşkar (arayışda qurumun əlaqə nömrəsi kimi ***-***-**-** saylı nömrə qeyd edilmişdir) edilərək götürülmüşdür (cild 1, iş vərəqi 176-178, cild 5, iş vərəqi 211). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli ekseprt rəyinə əsasən məzmunu ingilis dilində olan Şahid20 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 71 nömrəli arayışda “Director:Gasimov.A” sözlərinin qarşısındakı imza, arayışın tarixi və nömrəsi qeyd edilən hissədəki yazılar, habelə 23 ədəd A4 ölçülü vərəqlərdə olan müxtəlif əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir ; bundan başqa həmin rəydə qeyd edilmişdir ki, Şahid20 "xxxx" MMC-də işləməsinə dair xx.xx.2019-cu il tarixli 71 nömrəli arayışda “Director:Gasimov.A” sözlərinin qarşısındakı üzərində “LAZERMED Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri yazılmış möhür əksinin təsvirləri hər hansı bir texniki qurğu (ska yner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir (cild 11, iş vərəqi 91- 101). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli **********2 nömrəli məktuba əsasən Şahid24 və Şahid20 adına “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 5, iş vərəqi 231). İAMAS-dan götürülmüş sərhədkeçmə hesabatına əsasən xx.xx.2016-cı il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstana getmiş və xx.xx.2018-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdə “Qırmızı Körpü” Sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2018-ci il tarixdə “Qırmızı Körpü” Sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş və xx.xx.2019- cu il tarixdə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2019-cu il tarixdə “Qırmızı Körpü” Sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2019-cu il tarixdə “Qırmızı Körpü” Sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmiş və həmin vaxtdan sonra Azərbaycan Respublikasına geri qayıtmamışdır (cild 5, iş vərəqi 238-239) Baxış keçirilməsi haqqında 26 iyul 2019-cu il tarixli protokollara əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi,, 3123-cü məhəllə, ev 15a, mənzil 39 saylı ünvanda, Təqsirləndirilən şəxs2 məxsus olan “Toyota Camry” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə, Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 2 ünvanda yerləşən “City Centre” ticarət mərkəzində icarəyə götürdüyü fotostudiyada baxış keçirilmiş, baxış zamanı oradan çoxsaylı sənədlər, kompüterlər, mobil telefonlar və əhəmiyyət kəsb edə biləcək digər predmetlər və əşyalar götürülmüşdür. Həmin protokollardan və protokollardan çıxarışlara əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən məzmununda müxtəlif əlyazma yazılar olan 28 ədəd vərəq, üzərində “X47 Məsuliyyətli Cəmiyyəti” yazılarından ibarət dördkünc möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağız, üzərində “Azərbaycan Respublikası Cəlilabad rayonu Kənan şirkəti” yazılarından ibarət möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 04 (dörd) ədəd kağız, üzərində “X82 Məsuliyyətli Cəmiyyəti” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız, üzərində “X36 VÖEN **********” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağız, üzərində “X44 VÖEN **********” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağız, üzərində “X10 Cəmiyyəti” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız, üzərində “X52 Məhdud Məsuliyyətli Cəmiyyəti” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız, üzərində “Azərbaycan Respublikası Eaststar Məhdud Məsuliyyətli Cəmiyyəti” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız; 24 vərəqədə əlyazma yazılar; Təqsirləndirilən şəxs1 işlədiyi ofisdən götürülmüş - bir ədəd “Sony” markalı mobil telefon, bir ədəd “HP” markalı masaüstü kompüter, bir ədəd “Dell” markalı notbuk kompüteri, bir ədəd “Epson” markalı skaner, bir ədəd “Canon” markalı printer, üç ədəd “Epson” markalı rəngli printerlər, üzərində “GİDROSEMENT Məhdud Məsuliyyətli Cəmiyyəti” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız, üzərində “VOYAJ VOYAGE X14” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız, Təqsirləndirilən şəxs1 işlədiyi fotostudiyadan “GİDROSEMENT Məhdud Məsuliyyətli Cəmiyyəti” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız, üzərində “VOYAJ VOYAGE X14” yazılarından ibarət dairəvi möhür olan, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız aşkar edilərək götürülmüşdür (cild:1, i.v 172-178,187- 189, cild 9, iş vərəqi 1-48). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 4/1566-5/1351 nömrəli eskpert rəyinə əsasən tədqiqata təqdim edilmiş məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağızda üzərində “X47 Məsuliyyətli Cəmiyyəti” yazıları olan dördkünc möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 04 (dörd) ədəd kağızda üzərində “Azərbaycan Respublikası Cəlilabad rayonu Kənan şirkəti” yazıları olan möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağızda üzərində “X36 VÖEN **********” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağızda üzərində “X44 VÖEN **********” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağızda üzərində “X10 Cəmiyyəti” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağızda üzərində “X52 Məhdud Məsuliyyətli Cəmiyyəti” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağızda üzərində “Azərbaycan Respublikası Eaststar Məhdud Məsuliyyətli Cəmiyyəti” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağızda üzərində “GİDROSEMENT Məhdud Məsuliyyətli Cəmiyyəti” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağızda üzərində “VOYAJ VOYAGE X14” yazıları olan dairəvi möhür, məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağızda üzərində “X82 Məsuliyyətli Cəmiyyəti” yazıları olan dairəvi möhür əksləri relyef klişe vasitəsilə sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar; təqdim edilmiş məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 02 (iki) ədəd kağızda üzərlərindəki “X47 Məsuliyyətli Cəmiyyəti” məzmunlu möhür əksləri tədqiqata təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər ;təqdim edilmiş məzmununda heç bir yazı və imza olmayan A4 formatında olan 01 (bir) ədəd kağız üzərindəki “X10 Cəmiyyəti” məzmunlu möhür əksi tədqiqata təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Məhkəmə-fonoskopik ekspertizası üzrə 17 noyabr 2022-ci il tarixli 4/1621-4/1626 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri məzmunca dinləmə protokolundakı yazılı mətnlərə uyğundur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların dinləmə protokolunda “ƏZİZ” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı (cild 3, i.v 65-131) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (cild 3, iş vərəqi 231) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 3, iş vərəqi 232) Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 318-1.2.1, 318- 1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri, törətdiyi əməllərin yalnız Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə əhatə olunduğunu hesab etmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və işin faktiki hallarına uyğun olmayan müdafiə məqsədilə gətirdiyi dəlillər kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar çoxsaylı şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətləri, ifadənin yerində yoxlanılması, baxış keçirilməsi haqqında protokollar, ekspertiza rəyləri, ibtidai istintaq zamanı götürülmüş sənədlər, saxta sənədlərin fotoşəkilləri və kserosurətləri, məktublar, sorğulara olan cavablar, bank məlumatlarını əks etdirən sənədlər, mobil operatorlardan daxil olan disklər, arayışlar, sənədlərin əsilləri və surətləri, maddi sübutlar və digər cinayət işinin materiallarında olan sənədlər ilə təkzib olunmuş və təsdiqini tapmamışdır. Məhkəmə zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsini təklif etmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş dələduzluq ittihamı üzrə əldə edilən pul vəsaitləri üzrə onun bu və ya digər qərar qəbul etdirmək üçün real imkan və səlahiyyətləri, eləcə də zərər çəkmiş şəxslərə köməklik göstərmək niyyəti olmamış, təqsirləndirilən şəxs rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə - dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının təklifi qanuni və əsaslı olduğundan qəbul edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməlidir. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər və həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə kollegiyası: -Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin xaric edilməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 318-1.2.1, 318- 1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. --Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin xaric edilməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində saxlanılan iki ədəd “Lenovo” markalı noutbuk kompüteri, bir ədəd “HP” markalı “Laser jet 100 color MFP” markalı printer, bir ədəd “Sony” markalı mobil telefon, bir ədəd “HP” markalı masaüstü kompüter, bir ədəd “Dell” markalı noutbuk kompüteri, bir ədəd “Epson” markalı skaner, bir ədəd “Canon” markalı printer, üç ədəd “Epson” markalı rəngli printerlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kompüter ekspertizası üzrə tədqiqatın dəyəri 450 (dörd üüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 29,178.3.1-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318- 1.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 29,178.3.1-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 318-1.2.1, 318-1.2.3, 29,318-1.2.1 və 29,318- 1.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində saxlanılan iki ədəd “Lenovo” markalı noutbuk kompüteri, bir ədəd “HP” markalı “Laser jet 100 color MFP” markalı printer, bir ədəd “Sony” markalı mobil telefon, bir ədəd “HP” markalı masaüstü kompüter, bir ədəd “Dell” markalı noutbuk kompüteri, bir ədəd “Epson” markalı skaner, bir ədəd “Canon” markalı printer, üç ədəd “Epson” markalı rəngli printerlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kompüter ekspertizası üzrə tədqiqatın dəyəri 450 (dörd üüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-129/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-129/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver