Məhkəmə qərarları › İş №1(101)-129/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-129/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-129/2025 18.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid tamah niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri R.İ.Mehralıyevin xx.xx.2018-ci il tarixli 90/3 nömrəli əmri ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Birliyin sabiq rəisi Şahid3 adından imzalanmış 29 nömrəli, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktub və qeyri-yaşayış sahəsinin möhürlə təsdiq olunmuş sxemi əsasında istifadəsində olan ünvan 3 ünvanında yerləşən binanın zirzəmisində yerləşən 117.0 kv.m. qeyri-yaşayış sahəsini almaq istəməsi ilə bağlı özünə müraciət etmiş Zərərçəkmiş şəxs ilə həmin qeyri yaşayış sahəsini 18.000 manata satmaqla bağlı razılaşıb sövdələşərək, həmin niyyətlə xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin inzibati binasında, xidməti otağında Zərərçəkmiş şəxs 18.000 manat məbləğində pul vəsaitini alıb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış həmin qeyri-yaşayış sahəsinin istifadəyə ayrılmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz olunmaması barədə Birliyin sabiq rəisi Şahid3 adından imzalanmış 29 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu və qeyri-yaşayış sahəsinin möhürlə təsdiq olunmuş sxemini Zərərçəkmiş şəxs anası Şahid2 təqdim etməklə, Bakı şəhəri 37 saylı notariat kontoru vasitəsi ilə həmin qeyri yaşayış sahəsini xx.xx.2019-cu il tarixli AR-İ 851072 nömrəli etibarnamə əsasında Şahid2 istifadəsinə verməklə, əlavə olaraq təmir xərcləri adı ilə 2019-cu ilin sonlarında Bakı şəhəri ərazisində hissə-hissə olmaqla 2.000 manat məbləğində pul vəsaitini almaqla, cəmi 20.000 manat məbləğində pul vəsaitini ələ keçirib, cinayətkar niyyətini davam etdirərək 2020-ci ilin fevral ayında həmin ünvanda yerləşən 42.3 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin 9.000 manata satıldığını bildirib həmin qeyri-yaşayış sahəsini almağı Zərərçəkmiş şəxs təklif etməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayında ünvan 5 ünvanında yerləşən evin həyətində Zərərçəkmiş şəxs 9.000 manat məbləğində pul vəsaitini alıb, cinayətkar niyyətini pərdələmək və özünə olan inamı artırmaq məqsədilə qeyd edilən vaxtda istintaqa dəqiq məlum olmayan şəraitdə məzmununa qeyd edilən qeyri-yaşayış sahəsinin sonuncunun anası Şahid2 istifadəsinə ayrılmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz olunmaması barədə məlumatlar daxil edilmiş və Birliyə məxsus rəsmi blankın əksi köçürülmüş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubu kompüterdə elektron formada tərtib edib üzərində «Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi» sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə möhürü həmin məktuba köçürüb çap aparatı vasitəsi ilə həmin sənədi çap edərək qeydiyyat kitabında qeydiyyatdan keçməyən 215 nömrəni və xx.xx.2019-cu il tarixi qələmlə şəxsən qeyd edib, Birliyin sabiq rəisi Şahid3 adı qarşısındakı imzanı qəsdən fərqli formada icra etməklə və kağız üzərində ünvan 3 ünvanında yerləşən binanın zirzəmisində olan 42.3 kv.m. qeyri-yaşayış sahəsinin sxemini çəkib ona təhkim olunmuş üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 137 saylı mənzil Kommunal İstismar Sahəsi» sözləri yazılmış möhür ilə təsdiq edib, vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı həmin sənədləri ünvan 5 ünvanında yerləşən evin həyətində Zərərçəkmiş şəxs təqdim etməklə, əlavə olaraq təmir xərcləri adı ilə 2020-ci ilin fevral ayında Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs 10.400 manat məbləğində pui vəsaitini alıb, cəmi 19.400 manat pul vəsaitini ələ keçirib, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs aldığı qeyri-yaşayış sahələrinin illik istismar haqqı müqabilində cəmi 600 manat pul vəsaiti verməli olmasını bildirib, sonuncunun razılığını almaqla 2020-ci ilin avqust ayının əvvəlində Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs 600 manat məbləğində pul vəsaitini alıb, vahid tamah niyyətilə qeyd edilən vaxtda istintaqa dəqiq məlum olmayan şəraitdə məzmununa guya özü tərəfindən xx.xx.2019xx.xx.2020-ci il ödəniş dövrü üzrə qeyri-yaşayış sahələrinin istismar haqqı üçün 76 manat 05 qəpik məbləğində pul vəsaiti ödənilməsi barədə məlumatlar daxil edilmiş 006386№-li, xx.xx.2020- ci il tarixli, məzmununa Şahid2 tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il ödəniş dövrü üzrə 80.2 kv.m. qeyri-yaşayış sahələrinin istismar haqqı üçün 52 manat 13 qəpik məbləğində pul vəsaiti ödənilməsi barədə məlumatlar daxil edilmiş 006387№-li, xx.xx.2020-ci il tarixli, məzmununa Şahid2 tərəfindən xx.xx.2018-xx.xx.2020-ci il ödəniş dövrü üzrə qeyri-yaşayış sahələrinin istismar haqqı üçün 475 manat məbləğində pul vəsaiti ödənilməsi barədə məlumatlar daxil edilmiş 006388№-li, xx.xx.2018-ci il tarixli olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus 3 ədəd qəbzləri şəxsən imzalayaraq özünə təhkim edilmiş üzərində «Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 137 saylı mənzil Kommunal İstismar Sahəsi» sözləri və rəqəmləri yazılmış möhürü ilə təsdiq edib ünvan 5 ünvanında yerləşən evin həyətində Zərərçəkmiş şəxs təqdim etməklə vəzifə saxtakarlığı törətmiş, cinayətkar niyyətini davam etdirərək 2020-ci ilin avqust ayının əvvəlində Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanda yerləşən yaşayış binasının zirzəmisində olan 500 kv.m. qeyri-yaşayış sahəsinin sərfəli qiymətə yəni 35.000 manata satıldığını Zərərçəkmiş şəxs məlumat verməklə ona həmin qeyri-yaşayış sahəsini almağını təklif etməklə, sonuncu ilə razılaşıb sövdələşərək, 2020-ci ilin avqust ayında ünvan 5 ünvanında yerləşən evin həyətində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla cəmi 35.000 manat məbləğində pul vəsaitini alaraq, cinayətkar niyyətini pərdələmək və özünə olan inamı artırmaq məqsədilə qeyd edilən vaxtda istintaqa dəqiq məlum olmayan şəraitdə məzmununa qeyd edilən qeyri-yaşayış sahəsinin sonuncunun anası Şahid2 istifadəsinə ayrılmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz olunmaması barədə məlumatlar daxil edilmiş və Birliyə məxsus rəsmi blankın əksi köçürülmüş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubu kompüterdə elektron formada tərtib edib üzərində «Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi» sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə möhürü həmin məktuba köçürüb çap aparatı vasitəsi ilə həmin sənədi çap edərək qeydiyyat kitabında qeydiyyatdan keçməyən 17 nömrəni və 06 iyul 2018-ci il tarixi qələmlə şəxsən qeyd edib Birliyin sabiq rəisi Şahid3 adı qarşısındakı imzanı qəsdən fərqli formada icra etməklə və kağız üzərində Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanda yerləşən binanın zirzəmisində olan 500 kv.m. qeyri-yaşayış sahəsinin sxemini çəkib ona təhkim olunmuş üzərində “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 137 saylı mənzil Kommunal İstismar Sahəsi” sözləri yazılmış möhür ilə təsdiq edib, vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı həmin sənədləri ünvan 5 ünvanında yerləşən evin həyətində Zərərçəkmiş şəxs təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 75.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, hüquq verən rəsmi sənədləri vahid tamah niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o 142 saylı JEK-ə müdir təyin olunmuşdur. 6 aydan sonra yaxşı işlədiyinə görə onun yerini dəyişmişlər və daha böyük bir JEK-ə göndərmişlər. Daha sonra həyətləri ona təmir etdirmişlər, lakin pulunu ona verməmişlər. Daha sonra onlarla işləyən bir nəfər ona demişdir ki, zirzəmiləri alıb təmir edərək başqa şəxslərə satmaq mümkündür. O da bununla bağlı ərizə ilə Şahid3 müraciət etmiş və sahəsi 140 kv. metr olan bir zirzəmi almışdır. Zirzəmini təmir etmək üçün 19 000 manatdan çox pul xərcləmişdir. Bu zirzəmidə sinif otaqları və üç ayrıca kabinet düzəltdirmişdir. Zirzəmidə uşaqlar üçün dərs keçirilməsi nəzərdə tutulmuşdur. Təmir etdirdikdən sonra pula ehtiyacı olmuş və zirzəmini 25 000 manata Zərərçəkmiş şəxs satmışdır. Daha sonra başqa bir yeri də Zərərçəkmiş şəxs göstərmişdir. Aynurənin də bu yerdən xoşu gəlmiş və həmin yeri də Aynurəyə satmışdır. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. O Aynurədən 7 000 manat borc pul almış, 14 000 manatı isə zirzəminin təmiri üçün vermişdir. O Zərərçəkmiş şəxs vurduğu bütün ziyanı ödəmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, O, mənzil-İstismar Kommunal İdarəsinin rəisi olmuşdur. Mənzil-İstismar Kommunal İdarəsi ərazidə yaşayan əhalidən ödənişləri yığır, ərazidə olan zibillikləri təmizləyir. Onun aldığı zirzəmilər 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat Birliyinin balansında olmuşdur. Şahid3 Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat Birliyinin rəisi vəzifəsində işləyirmiş. Zirzəmiləri Şahid3 verdiyi sərəncam əsasında öz adına özəlləşdirib daha sonra satmalı olmuşdur. Ona verilmiş sərəncamlar saxta olmamışdır. Həmin sərəncamlarda 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat Birliyinin möhürü olmuşdur. Sərəncamda onun həmin zirzəmiləri özəlləşdirmək və ya icarəyə vermək hüququ olduğu qeyd olunmuşdur. Zərərçəkmiş şəxs ona 75 000 manat pul verdiyini qəbul edir. O, Zərərçəkmiş şəxs 18 000 manatı zirzəmini Zərərçəkmiş şəxs satmaq məqsədilə, 19 000 manatı təmir üçün xərcləmiş, 14 000 manatı təmirə xərcləmiş, 7 000 manatı da borc kimi almışdır. O, zirzəminin satışı ilə bağlı heç bir kəsə rüşvət verməmişdir. Ona verilmiş pulun böyük bir hissəsi təmirə xərclənmişdir. Şahid3 bu zirzəmiləri sərəncamla ona ayırandan sonra o həmin yerləri özəlləşdirə biləcəyini düşünürmüş, lakin zirzəmiləri özəlləşdirməyə imkan olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmişdir. Uzun müddət Birliyin işçisi olduğu üçün rəisi olduğu Birliyin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin ünvan 3 ünvanında yerləşən yaşayış binasının zirzəmisində yerləşən istifadəsiz 117.0 kv.m. qeyri-yaşayış sahəsinin Birliyin balansında olduğunu bildiyi üçün həmin qeyri yaşayış sahəsinə uzun müddət nəzarət etmiş, sahibsiz olduğunu görüb orada yüngül təmir işləri gördürmüşdür. Daha sonra həmin yer Birliyin sabiq rəisi Şahid3 etdiyi xahişi əsasında istifadə olunması və gələcəkdə özəlləşdirilməsinə dair Əmlak komitəsinə təqdim olunması üçün imzalanmış 29 nömrəli, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktub və qeyri-yaşayış sahəsinin möhürlə təsdiq olunmuş sxemi əsasında istifadəsinə verilmişdir. O, həmin vaxtdan ünvan 3 ünvanında yerləşən binanın zirzəmisində 117.0 kv.m. qeyri-yaşayış sahəsini satmaq qərarına gəldiyi üçün oğlu, Zaur Müstafayeva elan verməyini tapşırmışdır. Təxminən 2019-cu ilin sentyabr ayının sonlarında saat 15 radələrində rəisi olduğu 137 saylı MKİS-nə xidməti otağına gəlmiş alıcı Zərərçəkmiş şəxs adlı xanım, valideyinləri Şahid2 və Şahid1 ilə tanış olmuşdur. Aynurə qeyri yaşayış sahəsinə baxdığını, oranı bəyəndiyini bildirərək elana yerləşdirilmiş 20.000 manat dəyərindən bir qədər endirim etməyini xahiş etmişdir. O, həmin yeri, 18.000 manata satacağını sonuncu ilə razılaşmış və xx.xx.2019-cu il tarixdə saat 10 radələrində valideyinləri ilə birlikdə onun xidməti otağında yenidən görüşmüşlər. Görüş zamanıotaqda baş mühəndis işləyən hazırda Rusiya Federasiyasında yaşayan Vəli Usubəliyev və oğlu Zaur Mustafayev də olmuşlar. Aynurə 18.000 manat pulu sayıb ona verdikdən sonra həmin məbləği sayıb götürmüş, sonra Vəliyə qeyri-yaşayış sahəsinin 18.000 manat müqabilində Aynurənin xahişi ilə anası, Şahid2 verməsi ilə bağlı əlyazma hazırlamasını tapşırmış, sonuncu da, həmin əlyazmanı yazdıqdan sonra Aynurənin valideyinləri və o, tərtib edilmiş əlyazmanı imzaları ilə təsdiq etmişlər. Daha sonra saat 11 radələrində yaxınlıqda fəaliyyət göstərən Bakı şəhəri 37 saytı notariat kontora yaxınlaşaraq o, Aynurənin anası Şahid2 öz adından mülki etibarnamə vermişdir. Daha sonra həmin qeyriyaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 116 kv.m qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemi və 29№-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubunun surətini Aynurəyə təqdim etmişdir. Həmin məktubun məzmununda özünə ünvan 7 saylı 9 mərtəbəli yaşayış binasının texniki zirzəmisində istifadəsiz 117 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Təqdim etdiyi sənədləri etibarnamə ilə birlikdə Əmlak komitəsinə müraciət edib çıxarışı ala biləcəyini Aynurəyə bildirmişdir. Daha sonra ona tanış ustaları vasitəsi ilə həmin qeyri-yaşayış sahəsini təmir etməkdə köməklik edə biləcəyini təklif etmiş, sonuncu onunla razılaşaraq təmir üçün hissə-hissə olmaqla iki ay ərzində 2.000 manat pulu ona vermişdir. O, həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. 2020-ci ilin fevral ayının ortalarında, o, Aynurəyə satdığı 117 kv.m. qeyri-yaşayış sahəsinin yanında yerləşən, eyni ünvanda olan 42.3 kv.m. qeyri-yaşayış sahəsinin 9.000 manata satıldığını və həmin yeri almağı ona təklif etmiş, sonuncu həmin yerə baxıb bəyənərək almağa razılıq verdiyi üçün sonuncu ilə yaşadığı ünvan 5 ünvanında yerləşən evinin həyətində saat 17 radələrində görüşərək 9.000 manat pulu almış və həmin qeyriyaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 42.3 kv.m. qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemini və 215 №-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini ona təqdim etmişdir. Həmin məktubun məzmununda Aynurənin anası Şahid2 ünvan 7 ünvanında yerləşən yaşayış binasının texniki zirzəmisində istifadəsiz 42.3 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilməməsi barədə məlumatlar daxil edilmişdir. O, məktubu xatırlamadığı kompyuter vasitəsi ilə məzmununa qeyd olunmuş məlumatları daxil edib hazırladığı blankda, möhür və imzanı skayner vasitəsi ilə hazırlayıb ona təqdim etmişdir. Aynurə həmin məktubun hansı səbəbdən köhnə tarixlə olduğunu soruşduqda ona, arxa tarixə qeyd edilməyin sonuncunun xeyrinə olduğunu, guya obyektin uzun müddət onun istifadəsində olduğunu demişdir. Aynurə həmin sənədləri götürsə də, həmin ərəfələrdə heç yerə müraciət etməmişdir. Həmçinin həmin obyektin təmir olunması üçün ondan əlavə olaraq 2 ay ərzində hissə-hissə olmaqla cəmi 10.400 manat almaqla qeyriyaşayış yerində yüngül təmir işləri gördürdürmüşdür. 2020-ci ilin avqust ayının əvvəlində maddi vəsaitə ehtiyacı olduğu üçün Bakı şəhəri, Nizami rayonu, ünvan 9 binanın zirzəmisində 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin sahibsiz və istifadəsiz olduğunu görüb həmin yerin 35.000 manata satıldığını, sərfəli qiymət olduğunu Aynurə ilə əlaqə saxlayaraq bildirmişdir. Sonuncu həmin yerə baxıb bəyəndiyini və almağa razılaşaraq hissə-hissə olmaqla 5 gün ara ilə ümumilikdə 35.000 manat məbləğində pul vəsaitini yaşadığı evin həyətində ona ödəmiş, o da həmin qeyri-yaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 500 kv.m. qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemini və 17№-li 01,07.2018-ci il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini ona təqdim etmişdir. Həmin məktubun məzmununda Aynurənin anası Şahid2 Bakı şəhəri, Nizami rayonu, ünvan 9 binanın zirzəmisində yerləşən 500kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilməməsi barədə məlumatlar daxil edilmiş və məktubu xatırlamadığı kompyuter vasitəsi ilə məzmununa qeyd olunmuş məlumatları daxil edib hazırladığı blankda, möhür və imzanı skayner vasitəsi ilə köçürüb ona təqdim etmişdir. Aynurə həmin məktubun hansı səbəbdən köhnə tarixlə olduğunu soruşduqda ona, arxa tarixə qeyd edilməyin sonuncunun xeyrinə olduğunu, guya obyektin uzun müddət onun istifadəsində olduğunu bildirmişdir. Aynurə həmin sənədləri götürsə də, həmin ərəfələrdə heç yerə müraciət etməmişdir. Daha sonra Aynurədən hər üç qeyri-yaşayış sahələrinin illik istismar haqqı müqabilində ümumilikdə 600 manat pul alaraq müqabilində Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006386№-li qəbzdə xx.xx.2020-ci il tarixli olmaqla, 14.012019-xx.xx.2020-ci il tarixə olan dövr üzrə 76 manat 05 qəpik rüsüm ödənməsi, ********** VÖEN nömrəli 006387№~li qəbzdə xx.xx.2020-ci il tarixli olmaqla, xx.xx.2019-xx.xx.2020-ci il tarixə olan dövr üzrə 52 manat 13 qəpik rüsüm ödənməsi və ********** VÖEN nömrəli 006388№-li qəbzdə xx.xx.2018-ci il tarixli olmaqla, xx.xx.2018-xx.xx.2020-ci il tarixə olan dövr üzrə Şahid2 tərəfindən 475 manat rüsüm ödənməsi ilə bağlı ona istifadəsi üçün verilmiş 137 saylı MKİS-in möhürü ilə təsdiq edilərək öz imzası ilə təsdiq edilmiş qəbzləri Aynurəyə təqdim etməklə guya sonuncu tərəfindən həmin yerin kommunal xərcləri ödənilməklə uzun müddət istifadəsində olması görüntüsü yaratmışdır. Həmçinin həmin ərəfələrdə Aynurə ilə münasibətləri normal olduğundan sonuncudan borc olaraq 5.000 manat pul almış, daha sonra həmin məbləği qaytarmaq istədiyi zaman sonuncu ilə həmin məbləği qeyri-yaşayış sahələrinin təmirinə xərcləməyini razılaşmışdır. O, Aynurənin pulunu ələ keçirmək məqsədi ilə onu inandırmaq üçün tələb olunan sənədləri özü hazırlayaraq sonuncuya təqdim etməklə Aynurənin 75.000 manat pulunu ələ keçirərək şəxsi istifadəsinə xərcləmişdir. Daha sonra Aynurə ilk aldığı iki qeyri yaşayış yerlərinin sənədləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, lakin, ona həmin ünvanda yerləşən binanın zirzəmisinin 2012-ci ildən digər şəxsə məxsus olması barədə məlumat verildiyindən Aynurə pulu tələb edərək ondan Polisə şikayət etmiş, o, Aynurəyə 40.000 manat pulu qaytarmışdır. Daha sonra digər qeyri-yaşayış yerinin də sənədlərindən şübhə etdiyi üçün digər məbləği də geri tələb edərək Prokurorluğa şikayət etdiyi üçün o, Aynurəyə yerdə qalan 35.000 manat pulu hissə-hissə olmaqla qaytarmışdır. O, Aynurədən aldığı pul vəsaitini hər hansı bir şəxslə bölüşdürməmiş, sənədləri özü hazırlamaqla imza və möhürlə təsdiq etməklə Aynurəyə təqdim etmişdir. (cild 1, iş vərəqə 267-273) Məhkəmə zərərçəkmiş şəxsin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxsə qarşı dələduzluq cinayətini törətməməsi və sonuncunun pullarını qanunsuz şəkildə ələ keçirməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin həmin hissədə ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2019-cu il tarixdə anası və atası ilə evdə söhbət edərkən atası çay evi axtardığını bildirmişdir. O da bununla bağlı müxtəlif elan saytlarında olan elanlarla maraqlanan zaman, “tap.az” elan saytında dərc olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarım zirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin 20.000 manat dəyərində satılmasına dair elanla rastlaşmışdır. Elanda olan mobil nömrəyə zəng etdikdə əmlak mütəxəssisi telefonu açmış və həmin obyektin sahibi olan Zaur Mustafayevin nömrəsini vermişdir. O Zaurla danışmış və həmin obyektə baxmaq üçün həmin gün görüşüb saat 15 radələrində anası Şahid2 və atası Şahid1 ilə birlikdə qeyd edilən ünvana gedərək yarımzirzəmidə yerləşən həmin qeyri-yaşayış sahəsinə baxmışlar. Zaur atasının həmin ərazidə xidmət edən 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olduğunu və qalan məsələləri onunla danışmaq məqsədi ilə sonuncu ilə görüşməyi təklif etdiyi üçün onlar 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Mehmanla danışaraq razılaşmışlar. Təqsirləndirilən şəxs həmin qeyri-yaşayış sahəsinin öz adına olduğunu və onlara etibarnamə verəcəyini bildirdikdə, onlar razılaşmışlar. Səhərisi gün yəni, 01 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 37 saylı notariat kontora yaxınlaşaraq Təqsirləndirilən şəxs anasına öz adından mülki etibarnamə vermişdir. O Mehmandan həmin qeyri-yaşayış sahəsini 18.000 manata almışdır. Qeyri-yaşayış sahəsinin təmirə ehtiyacı olmuşdur. Bu səbəbdən ona görə əlavə 2000 manat vermişdir ki, Təqsirləndirilən şəxs təmir etsin. O, bütov formada 20.000 manat Mehmana vermişdir. Bundan başqa 2020-ci ilin fevral ayında Mehman ona başqa bir 42 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi təklif etmişdir. O həmin qeyri-yaşayış sahəsinə baxmış və 9000 manata razılaşmışlar. Həmin qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə olmuşdur O, 9000 pulu Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Yavər Əliyev küçəsində maşında vermişdir. Təqsirləndirilən şəxs ona briqadası olduğunu və təmir elətdirə biləcəyini dediyindən o təmirlə bağlı hissə-hissə ümumilikdə 10.400 manat pul vermişdir. Bundan başqa 2020-ci ilin avqust ayının əvvəlində Mehman onunla əlaqə saxlayaraq Nizami rayonu, ünvan 9 binanın zirzəmisində 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin sərfəli qiymətə yəni, 35.000 manata satıldığını bildirmişdir. Onunla birlikdə gedib həmin ünvanda yerə baxmış və həmin yeri bəyəndiyi üçün almaq istədiyini bildirmişdir. O həmin qeyri-yaşayış sahəsinə hissə-hissə olmaqla ümumilikdə 35.000 manat məbləği yaşadığı evin həyətində Mehmanla görüşüb sonuncuya vermişdir. Mehman ondan hər üç qeyri-yaşayış yerinə görə illik istismar haqqı müqabilində ümumilikdə 600 manat pul almış və özü tərəfindən imzalanmış qəbzləri təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə aldığı 117 və 42 kv.m olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı etibarnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubdan və ona əlavələrdən görmüşdür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2012-ci ildən başqa şəxs tərəfindən özəlləşdirilmişdir. Bu məsələdən sonra o Mehman tərəfindən aldadıldığını başa düşüb əməlinə dair izah tələb etmişdir. Mehman müxtəlif bəhanələr gətirərək heç bir saxtakarlıq etmədiyini desə də, o sonuncuya inanmayaraq pulunu geri tələb etmişdir. Mehman pulu qaytarmaqdan imtina etdikdə, o məcbur qalıb 2021-ci ilin sentyabr ayında Sabunçu rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayət ərizəsinə baxıldığı zaman Mehman ona qanunsuz satdığı ünvan 8 ünvandakı iki ədəd qeyri yaşayış sahəsinə görə ondan aldığı kommunal xərclərin ödənilməsi, təmirlə birlikdə və ona verdiyi borcla birlikdə ümumilikdə 45.000 (qırx beş min) manat pulu geri qaytarmışdır. Lakin ünvan 9 ünvanda yerləşən qeyri yaşayış sahəsi ilə bağlı əmlakdan rəsmi cavab almadığından onun sənədlərinin saxta olub-olmadığını bilməmiş və buna görə həmin obyektin pulunu Mehmandan tələb etməyə tələsməmişdir. Daha sonra Mehmanın təqdim etdiyi bütün məktublar və qəbzlərlə birlikdə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Hacıağaya yaxınlaşmış, orada Birliyin rəisi adından verilən iki ədəd məktubun saxta olduğu, imza və möhürün saxtalaşdırıldığı bildirilmişdir. Bundan sonra əlacsız qalıb Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona dəymiş bütün ziyanı hissə-hissə ödəmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxslə onu oğlu Zaur Mustafayev tanış etmişdir. Ona özünü həmin qeyriyaşayış sahələrinin sahibi kimi təqdim etmişdir. Həmin qeyri-yaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 116 kv.m qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemi və 29 №-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzilkommunal təsərrüfat birliyinin rəisi Şahid3 adlı şəxsin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini ona təqdim etmişdir. Həmin məktubun məzmununda Təqsirləndirilən şəxs ünvan 7 saylı 9 mərtəbəli yaşayış binasının texniki zirzəmisində istifadəsiz 117 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Həmçinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olduğundan o Təqsirləndirilən şəxs inanmışdır. 117 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi sənədlə adlarına keçirilməmiş, sadəcə mülki etibarnamə verilmiş və Təqsirləndirilən şəxs öz adından 18.000 manat almağı ilə bağlı izahat yazmışdır. Ümumilikdə təmirə 12.400 manat pul vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs təmir üçün xərcləmişdir. 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin sənədini ona göstərmişdir. Həmin qeyri-yaşayış sahələrinin çıxarışları olmamışdır. Bu hadisəyə qədər heç vaxt alqı-satqı etməmişdir. O, ümumilikdə 20.000 manat, 9000 manat, 35.000 manat, 10.400 manat və 600 manat pul vermişdir. Birinci qeyri-yaşayış sahəsini aldıqdan dərhal sonra Əmlak məsələləri Dövlət Xidmətinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs özünü 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi kimi təqdim etmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2019cu il tarixdə Bakı şəhəri ərazisində qeyri yaşayış sahəsi almaq qərarına gəlmiş, bununla bağlı müxtəlif elan saytlarında olan elanlarla maraqlanan zaman, “tap.az” elan saytında dərc olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin 20.000 manat dəyərində satılmasına dair elanla rastlaşmışdır. Elana yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlayaraq özünü Zaur kimi təqdim edən şəxslə həmin gün görüşüb saat 15 radələrində anası Şahid2 və atası Şahid1 ilə birlikdə qeyd edilən ünvana gedərək yarımzirzəmidə yerləşən həmin qeyri-yaşayış sahəsinə baxmış, Zaur atasının həmin ərazidə xidmət edən 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olduğunu və qalan məsələləri onunla danışmaq məqsədi ilə sonuncu ilə görüşməyi təklif etdiyi üçün onlar 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Mehman onların baxdığı qeyri-yaşayış sahəsinin öz adına sərəncamı olduğunu, gələcəkdə özəlləşdirməyə zərurət olduğunu və onların adına etibarnamə verə biləcəyini bildirmişdir. O, Mehmanla həmin yerin 18.000 manata satmasını razılaşmış və səhəri gün, yəni, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində valideyinləri ilə birlikdə 137 saylı MKİSnə yaxınlaşaraq Təqsirləndirilən şəxslə onun xidməti otağında görüşmüş, həmin vaxt onun otağında sonradan adının Vəli olduğunu öyrəndiyi köməkçisi və oğlu Zaur Mustafayev də olmuşlar. O, orada 18.000 manat pulu sayıb Mehmana vermiş və sonuncu həmin məbləği sayıb götürdükdən sonra Vəliyə həmin qeyri-yaşayış sahəsinin 18.000 manat müqabilində anası Şahid2 verdiyinin qeyd olunması ilə bağlı əlyazma hazırlamasını tapşırmış, sonuncu həmin əlyazmanı hazırladıqdan sonra valideyinləri və Mehmanla Vəli tərtib olunmuş əlyazmanı imzaları ilə təsdiq etmişlər. Həmin gün saat 11 radələrində yaxınlıqda fəaliyyət göstərən Bakı şəhəri 37 saylı notariat kontora yaxınlaşaraq Təqsirləndirilən şəxs anası Şahid2 öz adından mülki etibarnamə verdikdən sonra həmin qeyri-yaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 116 kv.m qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemi və 29№-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adlı şəxsin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini ona təqdim etmişdir. Həmin məktubun məzmununda Təqsirləndirilən şəxs ünvan 7 saylı 9 mərtəbəli yaşayış binasının texniki zirzəmisində istifadəsiz 117 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Mehman təqdim olunmuş sənədləri etibarnamə ilə birlikdə Əmlak komitəsinə müraciət edib çıxarışı ala biləcəyini bildirmişdir. Daha sonra Mehman ona tanış ustaları olduğunu və həmin qeyri-yaşayış sahəsini təmir etməkdə köməklik edə biləcəyini təklif etdiyi üçün ona hissə-hissə olmaqla 2.000 manat məbləğində pul vermiş, sonuncu da təmir işlərini icra etmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortalarında Mehman ona zəng edərək aldığı 117 kv.m. qeyri-yaşayış sahəsinin yanında, eyni ünvanda olan 42.3 kv.m. qeyri-yaşayış sahəsinin 9.000 manata satıldığı və həmin yeri almağı təklif etmişdir. O, Mehmanla birlikdə gedib həmin qeyri-yaşayış sahəsinə baxmış, yeri bəyəndiyi üçün onunla almağı razılaşdırmışdır. Elə səhəri gün Mehmana zəng edərək yaşadığı ünvan 5 ünvanında yerləşən evin həyətində saat 17 radələrində görüşərək 9.000 manat pulu ona vermişdir. Mehman ona həmin qeyri-yaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi öiçüsü 42.3 kv.m. qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemi və 215№-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini təqdim etmiş, həmin məktubun məzmununda Şahid2 ünvan 7 ünvanında yerləşən yaşayış binasının texniki zirzəmisində istifadəsiz 42.3 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. O, məktubun hansı səbəbdən köhnə tarixə olduğunu soruşduqda Mehman ona arxa tarixə qeyd edilməyi guya obyektin uzun müddət onun istifadəsində olması və onun xeyrinə olduğunu bildirmişdir. O, məktubu Mehmandan götürsə də, həmin ərəfələrdə heç yerə müraciət etməmişdir. Həmçinin Mehman həmin obyektin təmir olunması üçün ondan əlavə olaraq 2 ay ərzində hissə-hissə olmaqla cəmi 10.400 manat almaqla qeyri-yaşayış yerində yüngül təmir işləri gördürmüşdür. Elə həmin ərəfələrdə Mehmana 5.000 manat pulu borc olaraq vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində Mehman onunla əlaqə saxlayaraq Nizami rayonu, ünvan 9 binanın zirzəmisində 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin sərfəli qiymətə yəni, 35.000 manata satıldığını bildirmişdir. Mehman həmin yerin kim tərəfindən satıldığı barədə ona bir məlumat verməmişdir. Onunla birlikdə gedib həmin ünvanda yerə baxmış və həmin yeri bəyəndiyi üçün almaq istədiyini bildirmiş, Mehman ona həmin yerin çox əlverişli olduğunu və sənədlərində hər hansı bir problemin olmadığını əmin etməklə inandırmışdır. O, həmin qeyri-yaşayış sahəsinin də, anası Suquranın adına rəsmiləşdirilməsinə razılıq verdiyi üçün həmin qeyri-yaşayış sahəsinin pulunu hissə-hissə olmaqla 5 gün ara ilə ümumilikdə 35.000 manat məbləği yaşadığı evin həyətində Mehmanla görüşüb sonuncuya vermişdir. Mehman ona həmin yerin gələcəkdə özəlləşdirilməsi üçün Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şahid3 adından imzalanmış və möhürlə təsdiq edilmiş, obyektin anasının adına özəlləşdirilməsinə etiraz edilməməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 17 nömrəli məktubu təqdim etmişdir. Bir müddət başı qarışıq olduğundan və maddi imkanı olmadığından özəlləşmə prosesi ilə məşğul ola bilməmişdir. Daha sonra Mehman ondan hər üç qeyri-yaşayış yerinə görə illik istismar haqqı müqabilində ümumilikdə 600 manat pul almış və özü tərəfindən imzalanmış, qəbzləri təqdim etmişdir. Həmin qəbzlərdən birində Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006386№-li qəbzdə xx.xx.2020-ci il tarixli olmaqla, xx.xx.2019xx.xx.2020-ci il tarixə olan dövr üzrə Təqsirləndirilən şəxs tərəfindən 76 manat 05 qəpik rüsüm ödənməsi göstərilmiş və 137 saylı MKİS-in möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuş, digərində Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006387№-li qəbzdə xx.xx.2020-ci il tarixli olmaqla, xx.xx.2019-xx.xx.2020-ci il tarixə olan dövr üzrə Şahid2 tərəfindən 80.2 kv.m. 52 manat 13 qəpik rüsüm ödənməsi göstərilmiş, 137 saylı MKİS-in möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuş, sonuncuda isə Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006388№-li qəbzdə xx.xx.2018-ci il tarixli olmaqla, 06.07,2018-xx.xx.2020-ci il tarixə olan dövr üzrə Şahid2 tərəfindən 475 manat rüsüm ödənməsi göstərilmiş, 137 saylı MKlS-in möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuşdur. Həmin qəbzlərin də hansı səbəbdən əvvəlki tarixlərə tərtib olunduğunu soruşduğu zaman Mehman onun xeyrinə olduğunu, guya həmin qeyri-yaşayış sahələrin daha əvvəlki dövrdə onun istifadəsində olması görüntüsü yaratdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Elçin İsiyev adlı tanışına etdiyi xahişlə bağlı aldığı 117 və 42 kv.m olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı etibarnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinə müraciət ünvanlanmışdır. Lakin, xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubdan və ona əlavələrdən görünmüşdür ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2012-ci ildən Elmir Soltanov adlı şəxs tərəfindən özəlləşdirilmiş və bununla bağlı həmin şəxsin qeyri-yaşayış sahəsinə aid olan sənədləri və çıxarış təqdim olunmuşdur. Bu məsələdən sonra o, Mehman tərəfindən aldadıldığını başa düşüb əməlinə dair izah tələb etmişdir. Mehman müxtəlif bəhanələr gətirərək heç bir saxtakarlıq etmədiyini, qeyri yaşayış sahəsinin bir hissəsinin ona məxsus olduğuna onu inandırmağa çalışsa da, o, sonuncuya inanmayaraq pulunu geri tələb etmişdir. Mehman pulu qaytarmaqdan imtina etdikdə, o, məcbur qalıb 2021-ci ilin sentyabr ayında Sabunçu rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayət ərizəsinə baxıldığı zaman Mehman ona qanunsuz satdığı ünvan 8 ünvandakı iki ədəd qeyri yaşayış sahəsinə görə ondan aldığı kommunal xərclərin ödənilməsi, təmirlə birlikdə və ona verdiyi borcla birlikdə ümumilikdə 45.000 (qırx beş min) manat pulu geri qaytarmışdır. Lakin ünvan 9 ünvanda yerləşən qeyri yaşayış sahəsinə dair sənədlərin qaydasında olduğuna inanmışdır. O, həmin obyektlə bağlı əmlakdan rəsmi cavab almadığından onun sənədlərinin saxta olubolmadığını bilməmiş və buna görə həmin obyektin pulunu Mehmandan tələb etməyə tələsməmişdir. Eyni zamanda, pulu ödənildiyinə görə araşdırma tamamlanmışdır. Bundan sonra o, dəfələrlə Mehmanla əlaqə yaratmaq istəsə də, mümkün olmamış, daha sonra sonuncunun ölkəni tərk etdiyini öyrənmişdir. Daha sonra Mehmanın təqdim etdiyi bütün məktublar və qəbzlərlə birlikdə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Hacıağaya yaxınlaşmış, orada Birliyin rəisi adından verilən yuxarıda qeyd etdiyi iki ədəd məktubun saxta olduğu, imza və möhürün saxtalaşdırıldığı bildirilmişdir. Eyni zamanda, Mehmanın Birliyə aid qəbzləri oğurladığı, özbaşınalıqlar etdiyi üçün işdən azad edildiyini və ölkəni tərk etdiyini öyrənmişdir. O, Mehmanın 2018-ci ildə Birliyin tabeliyində olan 143 saylı MKİS-nin, 2018-2020-ci illərdə 137 saylı MKİS-nin və 2020-2021-ci illərdə 142 saylı MKİS-nin rəisi vəzifəsindədə işlədiyini, 137 saylı MKİS Suraxanı rayonu ərazisinə, 142 saylı MKİS Nizami rayonu, 143 saylı MKİS isə hissəvi olaraq həm Xətai, həm Nizami rayonlarına xidmət göstərdiyini, daha sonra Təqsirləndirilən şəxs 2021-ci ilin ortalarından işdə yo! verdiyi nöqsanlara görə işdən azad olunduğunu öyrənmişdir. Bundan sonra əlacsız qalıb Baş Prokurorluğun 161-Qaynar xətt əlaqə mərkəzinə müraciət edərək Mehman tərəfindən ona dəymiş 35.000 manat maddi ziyanın qaytarılmasını və Təqsirləndirilən şəxs qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunmasının təmin edilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 195-202) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o 2019-cu ildən cari ilin may ayınadək Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini vəzifəsində işləmiş, struktur dəyişikliyi nəticəsində həmin ştatın ləğv olunması səbəbindən cari ilin may ayından Birliyin baş mühəndisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs idarəyə gəlmiş və onun qəbuluna yaxınlaşmışdır. Zərərçəkmiş şəxs bir sənəd təqdim etmişdir. O həmin məktuba baxanda həmin məktubun Birliyin göndərilən kitablarında qeydiyyata alınmadığını bilmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin məktubun saxta olubolmaması ilə bağlı məlumat verilməsini istəmişdir. O isə məktubun möhürünün və blankının yerində olduğunu, həmin məktubun saxta olub-olmamasını ekspertizanın müəyyən edə biləcəyini demişdir. Bu hadisənin üzərindən biraz müddət keçəndən sonra Korrupsiya qarşı Mübarizə idarəsinə dəvət olunmuşdur. Orada həmin məktubun Birliyin göndərilən kitablarında qeydiyyatda olub-olmaması barədə məktub istəmişlər. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs Birliyin əməkdaşı olmuş, 2018-ci ildə Birliyin tabeliyində olan 143 saylı MKİS-nin, 2018-2020-ci illərdə 137 saylı MKİS-nin və 2020- 2021-ci illərdə 142 saylı MKİS-nin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs oğlu Zaur Mustafayev isə 2018-2021-ci illərdə Birliyin tabeliyində olan 39, 154 və 139 saylı MKİS-lərdə mühəndis vəzifəsində işləmişdir. Aralarında normal münasibətləri olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, birliyin əsas fəaliyyəti ərazidə yerləşən yaşayış binalarına kommunal xidmətlərin göstərilməsi, məişət tullantılarının daşınmasına nəzarət edilməsi, mənzil fondunun qorunub saxlanmasından ibarət olmuşdur. İlk öncə Zərərçəkmiş şəxs ona məktubun kvadratın azaltmaq istədiyini, daha sonra isə məktubun saxta olub-olmamasını yoxlamaq istədiyini bildirmişdir. O isə məktuba baxıb həmin məktubun Birliyin göndərilən məktublar kitabında qeydə alınmadığını demişdir. Həmin qeydiyyat kitabına baxış keçirib məlumat vermişdir. Bu barədə rəsmi blankda sənədləri Korrupsiya İdarəsinə təqdim etmişlər. Qəbzlərin itməyi ilə bağlı “Qanun” qəzetində Birlik tərəfindən elan verilmişdir. Həmin elanın müraciətini Birliyin rəisi Rüstəm Qocayev imzalamışdır. 137 saylı MKİS-nin qəbzləri ilə ödəniş olunmuş, həmin qəbzlər Zərərçəkmiş şəxs tərəfindən təqdim olunduqdan sonra mədaxil olan vəsait özünə qaytarılmışdır. O, məktubda hər şeyin saxta olduğunu deməmişdir. O, nümunə üçün başqa sənəd göstərmiş, məktubların şriflərinin fərqli olduğunu demişdir. Qəbzlərin saxta olduğunu demiş, mühasibatlığa yönəltmiş və ödədiyi məbləğlər Zərərçəkmiş şəxs qaytarılmışdır. O Zərərçəkmiş şəxs göstərdiyi məktubun sadəcə Birliyin göndərilən məktublar kitabında qeydə alınmadığını demişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi məktubdakı möhür onların Birliyinin möhürü olmuşdur. Lakin saxta olub-olmamağı barədə fikir bildirə bilməzdi. Zərərçəkmiş şəxs təqdim etdiyi məktubun üzərində Şahid3 yazılmışdır. Lakin imzanın dəqiq olaraq Rasim müəllimə aid olub-olmamağını deyə bilməz. Həmin məktubda yalnız blankın materialı ona fərqli gəlmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ildən cari ilin may ayınadək Birliyin rəis müavini vəzifəsində işləmiş, struktur dəyişikliyi nəticəsində həmin ştatın ləğv olunması səbəbindən cari ilin may ayından Birliyin baş mühəndisi vəzifəsində işləyir. Birlik ünvan 11 ünvanda yerləşməklə, Qaradağ və Pirallahı rayonları istisna olmaqla 10 rayonun ərazisini əhatə edir. Birliyin əsas fəaliyyətinə ərazidə yerləşən yaşayış binalarına kommunal xidmətlərin göstərilməsi, məişət tullantılarının daşınmasına nəzarət edilməsi, mənzil fondunun qorunub saxlanmasından ibarət olmuşdur. Birlik yarandığı 2012-ci ildən etibarən təsərrüfat hesablı olduğundan, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarına əsasən ərazidə olan mənzillərdən hər kvadrat metrinə görə 0,02 manat, qeyri- yaşayış və zirzəmi tipli sahələrə görə isə hər kvadrat metri 0,05 manat aylıq rüsum toplanmış, Birliyin ərazisində 18 ədəd Mənzil-kommunal istismar sahələri fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs Birliyin əməkdaşı olmuş, 2018-ci ildə Birliyin tabeliyində olan 143 saylı MKİS-nin, 2018-2020-ci illərdə 137 saylı MKİS-nin və 2020-2021-ci illərdə 142 saylı MKİS-nin rəisi vəzifəsində işləmişdir. 137 saylı MKİS Suraxanı rayonu ərazisinə, 142 saylı MKİS Nizami rayonu, 143 saylı MKİS isə hissəvi olaraq həm Xətai, həm Nizami rayonlarına xidmət göstərmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs 2021-ci ilin ortalarından Xətai rayon MKTB-də hansısa MK!S-nə işə keçmiş və işdə yol verdiyi nöqsanlara görə işdən azad olunmuşdur. Aralarında yalnız xidməti münasibətləri olmuş, onu normal işçi kimi tanımış, sonradan vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında onun tərəfindən dələduzluq əməllərinə yol verildiyi, ərazidə olan qeyri-yaşayış sahələrinin qanunsuz olaraq satışına görə pul alınması, habelə qanunsuz olaraq kommunal xidmət haqqlarının yığılması faktları aşkar olunmuşdur. Zaur Mustafayev isə 2018-2021-ci illərdə Birliyin tabeliyində olan 39, 154 və 139 saylı MKİS-lərdə mühəndis vəzifəsində işləmiş, aralarında yalnız xidməti münasibətləri olmuşdur. O, Zərərçəkmiş şəxs bir iki dəfə ona müraciət edən zaman görüb tanımış, 2021-ci ilin sonlarında onun qəbuluna gələrək Nizami rayonu, Babək 105 ünvandakı zirzəmidə yerləşən 500 kv.m. qeyri-yaşayış sahəsini 35.000 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını və Mehmanın həmin sahənin onun anasının adına özəlləşdirilməsinə etiraz olunmaması barədə Birliyin sabiq rəisi tərəfindən imzalanmış məktub verdiyini bildirmişdir. Aynurə xanım ona qeyri-yaşayış sahələrindən istismar haqqı üçün toplanan vəsaitə dair bir neçə ədəd qəbzlər təqdim edərək Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 'kommunal xidmət haqqı ödədiyini bildirdiyi üçün, o, Aynurənin təqdim etdiyi məktuba və qəbzlərə diqqətlə baxdığı zaman onların saxta olduğu və Birlikdə qeydiyyata alınmadığı, habelə mühasibatlıqla maraqlanaraq Mehman tərəfindən bir sıra nömrəli qəbzlərin özbaşına götürüldüyü müəyyən edilmişdir. Həmin qəbzlərin itməsi müəyyən edildiyi üçün bu barədə qəzetdə elan verildiyi, habelə Təqsirləndirilən şəxs işdən azad olunması barədə Aynurəyə məlumat vermişdir. (cild 1, iş vərəqə 166-169) Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, istintaqda ifadəsini vermiş, lakin sonra oxumamışdır. İfadənin altında olan imza ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs elan saytında dərc olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin 20.000 manat dəyərində satılmasına dair elanla rastlaşmışdır. Mehmandan həmin qeyri-yaşayış sahəsini 18.000 manata almışdır. Qeyri-yaşayış sahəsinin təmirə ehtiyacı olmuş, ona görə əlavə 2000 manat vermişdir ki, Təqsirləndirilən şəxs təmir etsin. Bundan başqa digər iki qeyri-yaşayış sahəsinin satışı ilə qızını aldadaraq Təqsirləndirilən şəxs ümumilikdə 75.000 manat ziyan vurmuşdur. Daha sonra bütün zərəri Təqsirləndirilən şəxs ödəmişdir. Hazırda heç bir şikayətləri yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs ilk dəfə idarədə görmüşlər. Mehmanı internetdə olan elan vasitəsilə tapmışlar. 18.000 manat pulu qızı, o və əri birlikdə olanda vermişlər. Təmir üçün olan 2000 manatı qızı tək vermişdir. İkinci qeyri-yaşayış sahəsini almaq üçün 9000 manat pulu evlərinin həyətində qızı vermişdir. 10.400 manatı qeyri-yaşayış sahəsinin təmiri üçün vermişlər. Axırıncı qeyriyaşayış sahəsi üçün 35.000 manatı qızı məhəllədə Mehmana vermişdir. Mehman qeyriyaşayış sahələrinin özünün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olduğunu demişdir. Şahid4 onlara bütün sənədlərin saxta olduğunu demişdir. Mehman ilk obyekti təmir etdirmişdir. İkinci obyekti tam olmasa da qismən təmir etdirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonunda yaşayır, yoldaşı Şahid1la Bakı şəhərinə ona baş çəkməyə getmişlər. 2019-cu ilin sentyabr ayının sonlarında Aynurə qeyri-yaşayış yeri almaq məqsədi ilə sosial şəbəkədə axtarış etdiyi zaman xx.xx.2019-cu il tarixdə elan saytında dərc olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin 20.000 manat dəyərində satılmasına dair elanla rastlaşmış və həmin elanla bağlı mobil telefonla əlaqə saxladıqdan sonra onlara həmin yerə baxmağı təklif etmişdir. Onlar da, ailəlikcə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsinə gedərək özünü Zaur adlı şəxs kimi təqdim edən bir nəfər cavan oğlanla görüşərək 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinə baxmışlar. Aynurənin həmin yerdən xoşu gəldiyi üçün qiymətdə bir qədər endirim etməsini xahiş etmiş, nəticədə həmin qeyri-yaşayış sahəsini 18.000 manat müqabilində satılacağını razılaşdırmışlar. Zaur adlı şəxs həmin yerin atasına məxsus olmasını, atasının da, 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi işlədiyini və qalan məsələləri onunla danışmaq üçün görüşməyi təklif etmişdir. Onlar Zaurun atasının 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi işlədiyini dəqiqləşdirdikdən sonra ciddi şəxslər olduqlarına inanıb görüşməyə razılıq vermişlər. Elə həmin gün saat 15 radələrində onlar 137 saylı MKİS-nə yaxınlaşaraq orada xidməti otaqda Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Mehman onlara baxdıqları qeyri-yaşayış sahəsinin öz adına sərəncamı olduğunu, gələcəkdə oranı özəlləşdirməyə zərurət olduğunu və onların adına etibarnamə verə biləcəyini bildirmişdir. Aynurə onunla razılaşdığı üçün 01.10,2019-cu il tarixdə saat 10 radələrində qızı və yoldaşı ilə birlikdə 137 saylı MKİS-nə yaxınlaşaraq Təqsirləndirilən şəxslə onun xidməti otağında görüşmüşlər. Həmin vaxt onun otağında sonradan adının Vəli olduğunu öyrəndiyi köməkçisi və oğlu Zaur da olmuşdur. Aynurə orada 18.000 manat pulu sayıb Mehmana verdikdən sonra, sonuncu həmin məbləği sayıb götürmüş və Vəliyə həmin qeyri-yaşayış sahəsinin 18.000 manat müqabilində ona verilməsinin qeyd olunması ilə bağlı əlyazma hazırlamasını tapşırmışdır. Vəli adlı şəxs həmin əlyazmanı yazdıqdan sonra o, yoldaşı, Mehmanla və Vəli tərtib olunmuş əlyazmanı imzaları ilə təsdiqləmişlər. Daha sonra təxminən saat 11 radələrində yaxınlıqda fəaliyyət göstərən Bakı şəhəri 37 saylı notariat kontora yaxınlaşaraq Mehman tərəfindən ona mülki etibarnamə verilmişdir. Notariat kontordan çıxdıqdan sonra isə həmin qeyri-yaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 116 kv.m qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemi və 29№-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini onlara təqdim etmişdir. Həmin məktubun məzmununda Təqsirləndirilən şəxs ünvan 7 saylı 9 mərtəbəli yaşayış binasının texniki zirzəmisində istifadəsiz 117 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Mehman təqdim olunmuş sənədləri etibarnamə ilə birlikdə gələcəkdə Əmlak komitəsinə müraciət edib çıxarışı ala biləcəklərini bildirmişdir. Daha sonra Mehman tanış ustaları olduğunu və həmin qeyri-yaşayış sahəsini təmir etməkdə köməklik edə biləcəyini də təklif etmişdir. Aynurə onunla razılaşdığı üçün təxminən iki ay ərzində hissə-hissə olmaqla Mehmana 2.000 manat pul vermişdir. Sonuncu da, həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Bundan başqa Aynurə Mehmandan aldığı 117 kv.m. qeyri-yaşayış sahəsi olan binanın yanında yerləşən eyni ünvanda olan 42.3 kv.m. qeyri-yaşayış sahəsini də 9.000 manata ona verdiyi etibarnamə əsasında almışdır. Aynurə təmir xərcləri ilə birlikdə ümumilikdə Mehmana 45.000 manat pul vermiş, sonuncu tərəfindən ondan alınmış qeyriyaşayış yerlərində yüngül təmir işləri görülmüşdür. Sonradan Aynurə həmin yerlərin çıxarışının alınması üçün Əmlak komitəsinə müraciət etdikdə həmin yerlərin başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Aynurə aldadıldığını anlayıb 2021-ci ilin avqust ayında polisə şikayət etmiş, Mehman 45.000 manat pulu geri qaytarmışdır. Həmçinin Aynurə 2020-ci ilin avqust ayının əvvəlində Mehmanın təklifi ilə Nizami rayonu, ünvan 9 binanın zirzəmisində 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini 35.000 manata almış, Mehman həmin yerin sənədlərinin qanuni olmasını əmin etdiyi və Aynurə Əmlak komitəsinə müraciət etmədiyi üçün həmin yerin sənədlərinin qanuni olub-olmamasını dəqiqləşdirməmiş, buna görə Polis orqanına şikayət etməmiş, sonradan həmin yerin də sənədlərinin saxta olmasını öyrəndiyi üçün həmin məbləğin geri qaytarılması üçün Baş Prokurorluğun 161-Qaynar xətt əlaqə mərkəzinə müraciət etməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən qızından alınmış 35.000 manat pulun geri qaytarıldığını Aynurədən öyrənmişdir. (cild 1, iş vərəqə 178-182) Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, sentyabr ayının axırları idi. Qızı Zərərçəkmiş şəxs elan saytında dərc olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin 20.000 manat dəyərində satılmasına dair elanla rastlaşmışdır. O, arvadı Suqura və qızı Aynurə ilə birlikdə gedib birlikdə qeyri-yaşayış sahəsinə baxmışlar və danışıb razılaşmışlar. Mehmandan həmin qeyri-yaşayış sahəsini 18.000 manata almışlar. Daha sonra notariusa getmişlər və Təqsirləndirilən şəxs arvadının adına etibarnamə vermişdir. Qeyri-yaşayış sahəsinin təmirə ehtiyacı olmuş, ona görə əlavə 2000 manat vermişlər ki, Təqsirləndirilən şəxs təmir etsin. O rayonda olarkən Mehman qızına 2 qeyri-yaşayış sahəsi satmışdır. Ona zəng edərək məlumat vermişlər. Həmin qeyri-yaşayış sahələrini adlarına keçirmək üçün əmlaka müraciət edəndə həmin sənədlərin saxta olduğunu öyrənmişlər. Onlar Mehmanı axtarmışlar, lakin sonuncunun xaricə getdiyini onlara bildirmişlər. Onlar da şikayət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs ümumilikdə vurduğu 75.000 manat zərəri ödəmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, ilk 20.000 manat pul onun yanında verilmişdir. Pul ailələrinin pulu olmuşdur. Onun bütün alqı-satqı məsələlərindən xəbəri olmuşdur. Təqsirləndirilən şəxs 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olduğunu demişdir. Sənədlərin saxta olduğunu öyrənəndə o rayonda olmuşdur. Verilən bütün pullar Təqsirləndirilən şəxs tərəfindən qaytarılmışdır. Şikayətləri yoxdur. İstintaqa verdiyi ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki Zərərçəkmiş şəxs onun qızıdır, qızı Bakı şəhəri Sabunçu rayonunda "xxxx" MTK-da nəvələri ilə yaşayır. Hərdən Bakı şəhərinə ona baş çəkməyə gedib gəlir. Xatırlayır ki, 2019-cu ilin sentyabr ayının sonlarında Aynur qeyri-yaşayış yeri almaq məqsədi ilə sosial şəbəkədə axtarış etmişdir. Təxminən xx.xx.2019-cu il tarixdə elan saytında dərc olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin 20.000 (iyirmi min) manat dəyərində satılmasına dair elanla rastlaşmış və həmin elanla bağlı mobil telefonla əlaqə saxlamış və onlara demişdir ki yerə baxsınlar. O, yoldaşı Şahid2 və qızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsinə getmişlər, orada özünü Zaur adlı şəxs kimi təqdim edən bir nəfər cavan oğlan, 98 saylı binanın yarımzirzəmisində yerləşən 117 kv.m sahəsi olan qeyri yaşayış sahəsini onlara göstərmişdir. Aynurənin həmin yer xoşuna gəldiyi üçün qiymətdə bir qədər endirim etməsini bildirdiyi üçün nəticədə həmin qeyri-yaşayış sahəsini 18.000 manat müqabilində satılacağını razılaşdırmışlar. Zaur adlı şəxs həmin yerin atasına məxsus olmasını, atasının da, 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi işlədiyini və qalan məsələləri atası ilə danışmaq üçün görüşməyi təklif etmişdir. Onlar da atasının 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi işlədiyini öyrədikləri üçün həmin şəxslərin ciddi şəxslər oluqlarına inanıb görüşməyə razılıq vermişlər. Elə həmin gün saat 15 radələrində o, qızı, arvadı Şahid2 ilə birlikdə Zaurun müşayiəti ilə 137 saylı MKİS-nə yaxınlaşmışlar, orada xidməti otaqda kürsüdə əyləşmiş, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onların baxdıqları qeyri-yaşayış sahəsinin öz adına sərəncamı olduğunu, gələcəkdə oranı özəlləşdirməyə zərurət olduğunu və onların adına etibarnamə verə biləcəyini bildirmişdir. Onlar Mehmanla razılaşmışlar və səhəri gün, yəni, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində qızı və yoldaşı ilə birlikdə 137 saylı MKİS-nə yaxınlaşaraq Təqsirləndirilən şəxslə xidməti otağında görüşmüşlər. Həmin vaxt Mehmanın otağında sonradan adının Vəli olduğunu öyrəndiyi köməkçisi və oğlu Zaur Mustafayevdə olmuşdur. Onlar həmin qeyri-yaşayış sahəsinin yoldaşı Suquranın adına alınmasını öz aralarında razılaşdıqları üçün Aynurə orada 18.000 manat pulu sayıb Mehmana vermiş, sonuncu həmin məbləği sayıb götürdükdən sonra Vəliyə həmin qeyri-yaşayış sahəsinin 18.000 manat müqabilində yoldaşı Şahid2 verdiyinin qeyd olunması ilə bağlı əlyazma hazırlamasını tapşırmışdır. Vəli həmin əlyazmanı yazdıqdan sonra o, yoldaşı, Mehmanla və Vəli tərtib olunmuş əlyazmanı imzaları ilə təsdiq etmişlər. Daha sonra təxminən saat 11 radələrində yaxınlıqda fəaliyyət göstərən Bakı şəhəri 37 saylı notariat kontora yaxınlaşmışlar və Təqsirləndirilən şəxs yoldaşının adına öz adından mülki etibarnamə vermişdir. Notariat kontordan çıxdıqdan sonra isə həmin qeyri-yaşayış sahəsinin 137 saylı MKİS-i tərəfindən ümumi ölçüsü 116 kv.m qeyd olunmaqla, tərtib olunmuş və möhürlə təsdiq olunmuş sxemi və 29№-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzilkommunal təsərrüfat birliyinin rəisi Şahid3 adlı şəxsin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun surətini ona təqdim etmişdir. Həmin məktubun məzmununda Təqsirləndirilən şəxs ünvan 7 saylı 9 mərtəbəli yaşayış binasının texniki zirzəmisində istifadəsiz 117 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Mehman təqdim olunmuş sənədləri etibarnamə ilə birlikdə gələcəkdə Əmlak komitəsinə müraciət edib çıxarışı ala biləcəklərini bildirmişdir. Daha sonra Mehman onlara tanış ustaları olduğunu və həmin qeyri-yaşayış sahəsini təmir etməkdə köməklik edə biləcəyini də təklif etmişdir. Aynurə Mehmanla razılaşdığı üçün xatırlayır ki, təxminən iki ay ərzində hissə-hissə olmaqla Mehmana 2.000 manat pul vermişdir. Sonuncu da həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Bundan başqa təxminən 2020-ci ilin fevral ayının ortalarında dəqiq tarixi xatırlamır, Aynurənin Mehmandan aldığı 117 kv.m. qeyri-yaşayış sahəsi olan binanın yanında yerləşən eyni ünvanda olan 42.3 kv.m. qeyri-yaşayış sahəsinin 9.000 manata anasının ona verdiyi etibarnamə əsasında elə həmin yeri də, yoldaşışın adına aldığını, əlavə olaraq təmir xərcləri ilə birlikdə ümumilikdə Mehmana 45.000 manat pul verdiyini, sonuncu tərəfindən qeyri-yaşayış yerlərində yüngül təmir işləri görüldüyünü, daha sonra həmin yerlərin çıxarışının alınması üçün Əmlak komitəsinə müraciət edildiyini və aldıqları yerlərin 2012-ci ildə digər şəxsə satıldığı müəyyən olunduğu üçün Mehmanın Aynuru aldatdığını anlayıb 2021-ci ilin avqust ayında Polisə şikayət etdiyini, Mehmanında aldığı 45.000 manat pulu geri qaytardığını Aynurədən öyrənmişdir. Həmçinin, Aynurənin 2020-ci ilin avqust ayının əvvəlində Mehmanın təklifi ilə Nizami rayonu, ünvan 9 binanın zirzəmisində 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin sərfəli qiymətə yəni 35.000 manata aldığını, lakin, həmin yerin sənədlərinin qanuni olmasını əmin etdiyi üçün və Aynurə Əmlak komitəsinə müraciət etmədiyi üçün həmin yerin sənədlərinin qanuni olub-olmamasını dəqiqləşdirmədiyi üçün Polis orqanına şikayət etmədiyini, lakin, sonradan həmin yerində sənədlərinin saxta olmasını öyrəndiyi üçün həmin məbləğin geri qaytarılması üçün Baş Prokurorluğun 161-Qaynar xətt əlaqə mərkəzinə müraciət etməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən qızından alınmış 35.000 manat pulun geri qaytarıldığını Aynurədən öyrənmişdir. Mehmanla görüşdükləri zaman sonuncunun 137 saylı MKİS-in müdiri olduğu üçün və notarial qaydada yoldaşına etibarnamə verdiyi üçün Mehmana inanmış, sonuncunun təqdim etdiyi sənədlərə o diqqət yetirməmiş, qeyri-yaşayış sahəsini aldıqları zaman Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şahid3 adlı şəxsin qəbulunda olmamışlar, sənədləşmə işlərində Təqsirləndirilən şəxs Şahid3 və həmçinin görüş zamanı orada olmuş Vəli və Zaur adlı şəxslərin hər hansı bir rolunun olduğunu və ya aldığı puldan həmin şəxslərə hər hansı bir məbləğdə pul verəcəyi ilə bağlı söhbətlər aparmamışdır. (cild 1, iş vərəqə 172-176) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmişdir. Birlik ünvan 11 ünvanında yerləşmiş, Qaradağ və Pirallahı rayonları istisna olmaqla 10 rayonun ərazisini əhatə etmişdir. Birliyin əsas fəaliyyətinə ərazidə yerləşən yaşayış binalarına kommunal xidmətlərin göstərilməsi, məişət tullantılarının daşınmasına nəzarət edilməsi, mənzil fondunun qorunub saxlanması və sair aid olmuşdur. Birlik yarandığı 2012-ci ildən etibarən təsərrüfat hesablı olduğundan, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarına əsasən ərazidə olan mənzillərdən hər kvadrat metrinə görə 0,02 manat, qeyri-yaşayış və zirzəmi tipli sahələrə görə isə hər kvadrat metri 0,05 manat aylıq rüsum toplanmışdır. Birliyin ərazisində işlədiyi dövrdə 20 Mənzil- kommunal istismar sahələri fəaliyyət göstərmişdir. O, Təqsirləndirilən şəxs mənzil-kommunal sahəsində işlədiyi dövrdən, yəni 1993-cü ildən etibarən tanımış, sonradan Birliyin rəisi təyin olunduqdan sonra Mehman Birliyin tabeliyində olan 142 saylı MKİS-ə rəis təyin olunmuşdur. Aralarında ancaq işçi münasibətləri olmuşdur. X7 tabeliyində olan 143 və 137 saylı MKİS-lərin rəisi vəzifəsində işləmişdir. 137 saylı MKİS Suraxanı rayonu ərazisinə, 142 saylı MKİS Nizami rayonu, 143 saylı MKİS isə hissəvi olaraq həm Xətai, həm Nizami rayonlarına xidmət göstərmişdir. O, işdən çıxdıqdan sonra Mehmanla görüşməmiş, eşitdiyinə görə Mehman işdə yol verdiyi nöqsanlara görə işdən azad olunmuşdur. Onun adına hazırlanmış məktublar təqdim olunduğu zaman həmin məktubları ilk dəfə gördüyünü, məktublardakı olan imzaların ona məxsus olmadığını, kimin tərəfindən imzalanmasından isə məlumatının olmadığını bildirərək, məktublardakı idarə blanklarının, əslindən fərqli olduğunu, saxtalaşdırıldığını, həmin məktubların araşdırma zamanı Birlikdə qeydiyyatdan keçmədiyinin müəyyən olunduğunu bilmişdir. Birliyin rəisi işlədiyi dövrdə ərazidə mövcud olan binaların altındakı istifadəsiz qalmış zirzəmilərin məktub əsasında ayrı-ayrı şəxslərin istifadəsinə verilməsi və gələcəkdə özəliəşdirilməsinə etiraz edilməməsi səlahiyyəti olmuş, istifadəyə verilmiş həmin qeyri-yaşayış sahələrindən isə istismara görə qanuni şəkildə kommunal yığımlar toplanmışdır. Ona təqdim olunmuş saxta məktubların Mehman tərəfindən saxtalaşdırılaraq vətəndaşa təqdim olunmasını ehtimal etmişdir. Ona təqdim olunmuş qəbzlərin onun işlədiyi dövrdə yazılmadığı, qeyd olunan məbləğdə yığımların Birliyə daxil olmadığı araşdırma zamanı ona məlum olmuşdur. Həmin qəbzlərin Təqsirləndirilən şəxs tərəfindən özbaşına tərtib olunmaqla vətəndaşdan qanunsuz olaraq kommunal xidmət haqqları alınmasını və 137 saylı MKİS-nə məxsus qəbzlərin onun tərəfindən itirilməsi ilə bağlı qəzetdə elan verildiyini öyrənmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 29№-li xx.xx.2019-cu il tarixli məktub onun tərəfindən imzalanmış, Birlikdə qeydiyyatdan keçmişdir. 2019-cu ilin əvvəlində Mehman müraciət edərək həmin qeyri-yaşayış sahəsinin istifadəsiz və sahibsiz olduğunu bildirərək istifadə və gələcəkdə özəlləşdirməsi ona icazə verməsini xahiş etmiş, həmin yer uzun müddət istifadəsiz olmuş, həmin yerin sahibi olması ilə bağlı idarəyə məlumat daxil olmadığından və həmin yer üzrə kommunal xidmətlərə görə ödəmələr aparılmadığından həmin yerin Birliyin balansında istifadəsiz olması barədə məlumat verildiyi üçün o, Mehmana qeyd olunmuş məktubu təqdim etmişdir. Lakin, Mehmanın Aynurə adlı şəxsdən hansı məbləğdə pul alıb müqabilində sənəd verməsindən, həmin yerin Soltanov Elmir adlı şəxsə məxsus olmasından məlumatı olmamışdır. Əvvəllər həmin binalar Dövlət Neft Şirkətinin balansında olmuş, 2012-ci il tarixdə Birliyə təhvil-təslim edildiyi zaman, Soltanov Elmir adlı şəxsin mülkiyyətinə xx.xx.2012-ci lildə verilməsi barədə Birliyə hər hansı bir məlumat daxil olmamışdır. Bu şəbədən də, of məktubu yoxlatdıran zaman həmin yerin sahibi barədə məlumatı olmamışdır. Həmçinin onun Mehmana verdiyi məktub həmin yerin yalnız əmlak komitəsi tərəfindən özəlləşdirilməsinə etiraz edilməməsi barədə məlumat xarakterli olmuşdur. (cild 1, iş vərəqə 161-165) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 139C-23 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 4-5) ünvan 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2020-ci ilin əvvəllərində 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs onu aldadaraq saxta sənədlər əsasında ona Bakı şəhərinin Suraxanı və Nizami rayonları ərazisində üç ədəd yarımzirzəmi olan qeyri yaşayış sahələrini satmaqla ümumilikdə 75 min manat pulunu ələ keçirmişdir. Sonradan həmin puldan 40 min manatını qaytarmış, yerdə qalan 35 min manatını qaytarmaqdan imtina edir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməklə ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. (cild 1, iş vərəqi 12) Elektron daşıyıcıya baxış keçirilməsi haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, elektron daşıyıcıda 18 ədəd fayl aşkar edilmişdir. Həmin fayllar audioformatda olmaqla, müxtəlif zaman kəsiyindədirlər. Audio səs yazıları iki nəfər şəxsin, ilkin olaraq qadın və kişi arasında olan danışığı əks etdirir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin audiofayllardakı səslərin özünə, Təqsirləndirilən şəxs və sonuncunun oğlu X2 məxsus olduğunu və özü tərəfindən mobil telefon vasitəsi ilə qeydə alındığını bildirir. Həmin səs yazılarının bəzilərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Zaur Mustafayevdən qeyri-yaşayış sahələrinin alınması ilə bağlı vəd edilmiş sənədləşmənin həyata keçirilməsini tələb edir, bəzi səs yazılarında isə hər 3 qeyri yaşayış sahəsinin alışı və təmiri ilə bağlı M.Məmmədov tərəfindən aldanıldığını ona bildirməklə sonuncuya ödədiyi ümumlikdə 76500 manat pul vəsaitini Təqsirləndirilən şəxs tələb edir. Təqsirləndirilən şəxs isə qeyri yaşayış sahələrinin sənədləşməsində heç bir problemin olmayacağına Zərərçəkmiş şəxs inandırmağa çalışmaqla müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Zərərçəkmiş şəxs ilə Zaur Mustafayev arasında olan səs yazılarında isə sonuncu atası ilə aralarında münasibətlərin pozulduğunu, atasını uzun müddətdir görmədiyini, məsələdən xəbərsiz olduğunu bildirməklə bu yolla boyun qaçırmağa çalışır. (cild 1, iş vərəqə 62-64) Baş əməliyyat idarəsindən daxil olmuş 23 may 2023-cü il tarixli məktuba əlavə edilmiş sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu 7 MKR., ev 15/1, mənzil 23-də qeydiyyatda olmaqla, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində MKİS-nin rəisi işləmişdir. (cild 1, iş vərəqə 127-129) Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 291/2 saylı məktubdan və ona əlavələrdən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri R.l.Mehrəliyevin 29/1 №-li, xx.xx.2018-ci il tarixli əmri ilə 143 saylı MKİS-in rəisi, 90/2 №-li, xx.xx.2018-ci il tarixli əmri ilə 137 saylı MKİS-in rəisi, 101/1 №-li,xx.xx.2020-ci il tarixli əmrlə 142 saylı MKİS-in rəisi vəzifələrində çalışmış, 31/1 №-li, xx.xx.2021-ci i! tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «A» bəndinə əsasən (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir. Həmçinin eyni məktubdan görünür ki, Təqsirləndirilən şəxs Birliyə aid ÇCÖ nömrəli 006386 seriyalı, ÇCÖ nömrəli 006387 seriyalı və ÇCÖ nömrəli 006388 seriyalı qeyriyaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzlərinin ümumi sayı 50 ədəd olmaqla ÇCÖ nömrəli 006351-006400 nömrəli qəbzləri istifadə məqsədi ilə Birlikdən götürmüş, bir müddət sonra 137 saylı MKİS-in rəisi Təqsirləndirilən şəxs tərəfindən Birliyə müraciət edilərək həmin qəbzlərin itirildiyi bildirildiyi üçün xx.xx.2021-ci il tarixdə Birlik tərəfindən qəbzlərin itirilməsi ilə bağlı Respublika qəzetində elan verilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs tərəfindən vətəndaş Zərərçəkmiş şəxs Birlik adından təqdim olunmuş 215№-li, xx.xx.2019-cu il tarixli və 17№-li xx.xx.2018-ci il tarixli Birliyin sabiq rəisi Şahid3 adından olan məktublar barədə Birlikdə qeydiyyat kitabında heç bir məlumat olmamışdır. İşə əlavə olunmuş, Mənzil-Kommunal İstismar sahə rəisinin vəzifə təlimatına əsasən vəzifələri xidməti ərazidə, MKİS-in ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmək, MKİS-in ərazisində yerləşən və istismarında olan yaşayış fondunun qorunmasını, texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, sanitar-texniki və yanğından mühafizə qaydalarına riayət etməklə yaşayış evlərinin qurğu və avadanlıqlarının müntəzəm və fasiləsiz işləməsini təmin etmək; MKİS-in xidmət göstərdiyi ərazinin sanitar normalara uyğun təmizliyini təmin etmək, məişət və digər tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsini təşkil etmək, qanunsuz küçə ticarətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görmək; Mənzil-kirayə, kommunal xidmət haqlarının, qeyri yaşayış sahələri üzrə istismar yığımının vaxtı-vaxtında daxil olmasını təmin etmək; Sakinlərə müraciətlərinə əsasən onlara müvafiq arayışlar vermək; Xidməti ərazisində yerləşən mənzil fondunun və kommunal obyektlərin düzgün istismarına nəzarət etmək, eləcə də xüsusi mülkiyyətdə olan evlərdə yaşayan vətəndaşlara kommunal xidmətlərin göstərilməsi işini təşkil etmək; İşçilər tərəfindən əmək və icra intizamına riayət edilməsini təmir etmək, material və avadanlığın qorunması və düzgün istifadəsini təmin etmək yaşayış binalarının qışa hazırlığını vaxtında təmin etmək; MKİS-in istismarında olan binalarda boşalmış yaşayış və qeyri yaşayı sahələri barədə 24 saat ərzində yuxarı təşkilata məlumat vermək və həmin sahələrin tutulmasına (zəbt olunmasına) yol verməmək; Yaşayış fondlarının sənədləşdirilməsini, yaşayış sahələrinə icarə müqavilələrinin bağlanılmasını və həmin müqavilələrdən irəli gələn öhdəliklər yerinə yetirilməsini təmin etmək; Yaşayış fonduna texniki baxışı mütəmadi olaraq təşkil etmək, qəza vəziyyətində olan yaşayış evləri barəsində vaxtaşırı məlumat vermək və orada sakinlərin köçürülməsi işinin təşkilində köməklik etmək; Sakinlərə göstərilən mənzil-kommunal xidmətinin yaxşılaşdırılma tədbirləri görmək; Yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış sakinlər barədə bildirişlərin vaxtında alınmasını, həmin bildirişlər əsasında müvafiq qeydlərin aparılmasını təmin etmək; Müəyyən edilmiş gün və saatlarda sakinləri qəbul etmək, onların ərizələrinə orta müəyyən edilmiş müddət ərzində araşdırılmasını təmin etməkdən ibarət olmuşdur. (cild 1, iş vərəqə 147-158) Baxış keçirilməsi haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs araşdırma zamanı təqdim etdiyi audio səs yazıları olan 01 ədəd CD diskə, 3 ədəd Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus qəbzlərə və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş 3 ədəd qeyri-yaşayış sahələrinin sxemlərinə və həmin yerlərin istifadə edilməsinə dair 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktublara baxış keçirilməsi haqqında 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə 18 ədəd fayl aşkar edildi. Həmin fayllar audioformatda olmaqla, müxtəlif zaman kəsiyindədirlər. Audio səs yazıları iki nəfər şəxsin, ilkin olaraq qadın və kişi arasında olan danışığı əks etdirir. Həmin səs yazılarının bəzilərində Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qeyriyaşayış sahələrinin alınması ilə bağlı vəd edilmiş sənədləşmənin həyata keçirilməsini tələb edir, bəzi səs yazılarında isə hər 3 qeyri yaşayış sahəsinin alışı və təmiri ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını ona bildirməklə sonuncuya ödədiyi ümumilikdə 76.500 manat pul vəsaitini Mehmandan geri tələb edir. Təqsirləndirilən şəxs isə qeyri yaşayış sahələrinin sənədləşməsində heç bir problemin olmayacağına Aynurəni inandırmağa çalışmaqla müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Aynurə ilə Zaur Mustafayev arasında olan səs yazılarında isə sonuncu atası ilə aralarında münasibətlərin pozulduğunu, atasını uzun müddətdir görmədiyini, məsələdən xəbərsiz olduğunu bildirir. Bundan başqa, təqdim olunmuş 3 ədəd qəbzə baxış keçirilən zaman 1-ci qəbzdən görünür ki, Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006386№-li qəbzdə xx.xx.2020-ci il tarixli olmaqla, xx.xx.2019-xx.xx.2020-ci il tarixə olan dövr üzrə Təqsirləndirilən şəxs tərəfindən 76 manat 05 qəpik rüsüm ödənməsi göstərilmiş və 137 saylı MKİS-in möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuş, 2-ci qəbzdən görünür ki, Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006387№li qəbzdə xx.xx.2020-ci il tarixli olmaqla, xx.xx.2019-xx.xx.2020-ci il tarixə olan dövr üzrə Şahid2 tərəfindən 80.2 kv.m. 52 manat 13 qəpik rüsüm ödənməsi göstərilmiş və 137 saylı MKİS-in möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuş, 3-cü qəbzdən görünür ki, Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ********** VÖEN nömrəli 006388№-li qəbzdə xx.xx.2018-ci il tarixli olmaqla, xx.xx.2018-xx.xx.2020-ci i! tarixə olan dövr üzrə Şahid2 tərəfindən 475 manat rüsüm ödənməsi göstərilmiş və 137 saylı MKİS-in möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuşdur. Bundan başqa, işə əlavə olunmuş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş 3 ədəd qeyri-yaşayış sahələrinə dair sənədlərə baxış zamanı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən ümumi ölçüsü 116 kv.m qeyd olunmuş və 137 saylı MKİS-i mühəndisi tərəfindən tərtib olunmuş və möhürlə təsdiq olunmuş qeyri-yaşayış sahəsinin sxemi və 29№-li xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adlı şəxsin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun məzmununda Təqsirləndirilən şəxs ünvan 7 saylı 9 mərtəbəli yaşayış binasının texniki zirzəmisində istifadəsiz 117 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 98 saylı binanın yarımzirzəmisində yerləşən ümumi ölçüsü 42.3 kv.m. qeyd olunmuş və Təqsirləndirilən şəxs tərəfindən 137 saylı MKİS-i mühəndis vəzifəsi qeyd olunmaqla tərəfindən tərtib olunmuş, öz imzası ilə təsdiq olunmuş və 137 saylı MKİS-in möhürü ilə təsdiq olunmuş qeyri-yaşayış sahəsinin sxemi və 215№-İi xx.xx.2019-cu il tarixli 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adlı şəxsin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun məzmununda Şahid2 ünvan 7 ünvanında yerləşən yaşayış binasının texniki zirzəmisində istifadəsiz 42.3 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, ünvan 9 binanın zirzəmisində yerləşən ümumi ölçüsü 500 kv.m. qeyd olunmuş və Təqsirləndirilən şəxs tərəfindən 137 saylı MKİSi mühəndis vəzifəsi qeyd olunmaqla tərəfindən tərtib olunmuş, öz imzası ilə təsdiq olunmuş və 137 saylı MKİS-in möhürü ilə təsdiq olunmuş qeyri-yaşayış sahəsinin sxemi və 17№-li 06 iyul 2018-ci il tarixli, 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 adlı şəxsin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubun məzmununda Şahid2 Bakı şəhəri, Nizami rayonu, ünvan 9 binanın zirzəmisində yerləşən yaşayış binasının texniki zirzəmisində istifadəsiz 500 kv.m. qeyri-yaşayış sahəsinin istifadəsinə ayrılmasına, icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə etiraz edilmədiyi göstərilmişdir. (cild 1, iş vərəqə 159-160) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in 312.1 və 178.1-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə Milli Məclisin xx.xx.1999-cu il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. xx.xx.2013-cü il tarixdə CM-in 213.1-ci maddəsi ilə barəsində aparılan cinayət təqibinə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Nizami RPİ tərəfindən barəsində CM-in 178.2.2-ci maddəsi ilə aparılmış cinayət təqibinə xx.xx.2022-ci il tarixli qərarla CPM-in 40.3, CM-in 73-1.2-ci maddələrinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ tərəfindən barəsində CM-nin 320.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xx.xx.2023-cü ildə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 8460 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. (cild 1, iş vərəqə 188) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 191-194) Əməlin tövsif edilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələrindən, həmin Məcəllənin 178.3.2, 313 və 320.1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 203- 206) Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 207-211) İttiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.3.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsi üçün axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 212-213) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyinə görə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 1, iş vərəqə 216-217) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. (cild 1, iş vərəqə 243) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 245-246) 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 274-276) Zərərçəkmiş şəxs 23 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı şikayət və tələbi yoxdur. (cild 1, iş vərəqə 283) 23 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 313 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, 17 iyun 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsi xüsusatı üzrə X4, Şahid4, X1 və digər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat Birliyinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmiş, İşə əlavə olunmuş, audio səs yazıları olan 01 ədəd CD disk, 3 ədəd Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus qəbzlər və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş 3 ədəd qeyri-yaşayış sahələrinin sxemləri və qeyri-yaşayış sahələrinin istifadə edilməsinə dair 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmışdır. (cild 1, iş vərəqə 284-301) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarxli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 54/2-30002/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. 086602 saylı vəsiqənin surətindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısı olmaqla medallarla təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş və ittihamı bütünlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək 142 saylı JEK-ə müdir təyin olunduğunu, 6 aydan sonra yaxşı işlədiyinə görə onun yerini dəyişdiklərini və daha böyük bir JEK-ə göndərildiyini, daha sonra həyətləri ona təmir etdirdiklərini, lakin pulunu vermədiklərini, sonra onunla işləyən bir nəfərin ona “zirzəmiləri alıb təmir edərək başqa şəxslərə satmaq mümkündür” dediyini, bununla bağlı ərizə ilə Şahid3 müraciət edərək sahəsi 140 kv. metr olan bir zirzəmi aldığını, zirzəmini təmir etmək üçün 19 000 manatdan çox pul xərclədiyini, bu zirzəmidə sinif otaqları və üç ayrıca kabinet düzəltdirdiyini, təmir etdirdikdən sonra pula ehtiyacı olduğunu, zirzəmini 25 000 manata Zərərçəkmiş şəxs satdığını, daha sonra başqa bir yeri də Zərərçəkmiş şəxs göstərdiyini, Aynurənin də bu yerdən xoşu gəldiyini, həmin yeri də Aynurəyə satdığını, Zərərçəkmiş şəxs ilə münasibətlərinin yaxşı olduğunu, Aynurədən 7 000 manat borc pul aldığını, 14 000 manatı isə zirzəminin təmiri üçün verdiyini, ittiham üzrə əməldə özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs ona 75 000 manat pul verdiyini qəbul etdiyini, Zərərçəkmiş şəxs 18 000 manatı zirzəmini Zərərçəkmiş şəxs satmaq məqsədilə, 19 000 və 14 000 manatı təmirə xərclədiyini, 7 000 manatı da borc kimi aldığını, pulun böyük bir hissəsi təmirə xərclədiyini, Şahid3 bu zirzəmiləri sərəncamla ona ayırandan sonra onun həmin yerləri özəlləşdirə biləcəyini düşündüyünü, lakin zirzəmiləri özəlləşdirməyə imkan olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2020-ci ilin əvvəllərində 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs onu aldadaraq saxta sənədlər əsasında ona Bakı şəhərinin Suraxanı və Nizami rayonları ərazisində üç ədəd yarımzirzəmi olan qeyri yaşayış sahələrini satmaqla ümumlikdə 75 min manat pulunu ələ keçirmişdir. Bundan başqa cinayət işinin materiallarında olan elektron daşıyıcıya baxış keçirilməsi haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, elektron daşıyıcıda 18 ədəd fayl aşkar edilmişdir. Həmin fayllar audioformatda olmaqla, müxtəlif zaman kəsiyindədirlər. Audio səs yazıları iki nəfər şəxsin, ilkin olaraq qadın və kişi arasında olan danışığı əks etdirir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin audiofayllardakı səslərin özünə, Təqsirləndirilən şəxs və sonuncunun oğlu X2 məxsus olduğunu və özü tərəfindən mobil telefon vasitəsi ilə qeydə alındığını bildirir. Həmin səs yazılarının bəzilərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Zaur Mustafayevdən qeyri-yaşayış sahələrinin alınması ilə bağlı vəd edilmiş sənədləşmənin həyata keçirilməsini tələb edir, bəzi səs yazılarında isə hər 3 qeyri yaşayış sahəsinin alışı və təmiri ilə bağlı M.Məmmədov tərəfindən aldanıldığını ona bildirməklə sonuncuya ödədiyi ümumlikdə 76500 manat pul vəsaitini Təqsirləndirilən şəxs tələb edir. Təqsirləndirilən şəxs isə qeyri yaşayış sahələrinin sənədləşməsində heç bir problemin olmayacağına Zərərçəkmiş şəxs inandırmağa çalışmaqla müxtəlif bəhanələrlə puıu qaytarmaqdan imtina edir. Zərərçəkmiş şəxs ilə Zaur Mustafayev arasında olan səs yazılarında isə sonuncu atası ilə aralarında münasibətlərin pozuduğunu, atasını uzun müddətdir görmədiyini, məsələdən xəbərsiz olduğunu bildirməklə bu yolla boyun qaçırmağa çalışır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə də sübuta yetirilmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı heç bir şikayət və tələbinin olmamasını, müharibə iştirakçısı olmaqla medallarla təltif edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən hal həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın tam şəkildə ödənilməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 sentyabr 2023-cü il tarixdə axtarış zamanı 01 (bir) gün tutulmuşdur. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarxli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 54/2-30002/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə axtarış zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 28 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Hazırki iş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi audio səs yazıları olan 01 ədəd CD disk, 3 ədəd Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus qəbzlər və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş 3 ədəd qeyri-yaşayış sahələrinin sxemləri və qeyri-yaşayış sahələrinin istifadə edilməsinə dair 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubları cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 sentyabr 2023-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi audio səs yazıları olan 01 ədəd CD disk, 3 ədəd Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus qəbzlər və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmiş 3 ədəd qeyri-yaşayış sahələrinin sxemləri və qeyri-yaşayış sahələrinin istifadə edilməsinə dair 3 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin rəisi Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubları cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar