Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1290/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1966-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Yevlax şəhəri, Nizami prospekti, ev 39E, mənzil 11də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 17-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin şəxslə qabaqcadan aralarında olan razılaşmaya əsasən narkotik vasitə olan heroinin satışını mənfəət olaraq müəyyən miqdarda narkotik vasitə və 20 manat pulun müqabilində təşkil edəcəyini və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Dövlət Statistika Komitəsinin yaxınlığında onu gözləyən şəxsə təhvil verəcəyini vəd verib xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2200 qram, 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,289 və 0,402 qram, ümumi təmiz çəkisi 0,691 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroni əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Yasamal rayonu, A.Mirzəyev küçəsi, 27 saylı ünvanın qarşısına daşımış və xx xxxx 2020-ci il tarixdə saat 15:30-da həmin ünvanda Yasamal rayon X5 Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Orada xidməti otaqda onun üzərində şəxsi axtarış aparılan zaman əlində olan 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2200 qram, əynində olan qara rəngli şalvarın sağ yan cibindən isə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 və 0,402 qram, ümumi təmiz çəkisi 0,691 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2020ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Kubinka» kimi adlanan yerdə tanımadığı şəxsdən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 və 0,402 qram, ümumi təmiz çəkisi 0,691 qram olan narkotik vasitə heroin əldə etmiş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Dövlət Statistika Komitəsinin yaxınlığına gedərkən bir neçə mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polislər onu tutarkən onun əlində sellofan torba olmuş və həmin torbada hamam ləvazimatları olmuşdur. İdarədə vəklin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, şalvarının cibindən 2 (iki) büküm narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun əlində olan sellofan torbaya baxış keçirilmiş, lakin torbada narkotik vasitə olmamışdır. İttiham aktında göstərilmiş və çəkisi 2200 qram olan narkotik vasitə heroinə onun heç bir aidiyyatı yoxdur. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Polis əməkdaşları ona zor tətbiq etdiyindən və ona işgəncə verdiklərindən o, 2200 qram çəkidə narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış keçirilən zaman o, əynindəki şalvarın cibindən 2 (iki) büküm narkotik vasitə heroini polislərə təqdim etsə də, əlindəki sellofan torbada narkotik vasitə olmamış, heç kəs ona 20 manat pul verməmiş və ondan narkotik vasitəni Dövlət Statistika Komitəsinin yaxınlığına aparmasını xahiş etməmişdir. O, uzun müddət məhkum həyatı yaşadığından polislər onu əsassız şəkildə tutmuşlar və zor tətbiq edərək 2200 qram çəkidə narkotik vasitənin özünə məxsus olmasını bildirməsini ondan tələb etmişlər. O da polislərin təzyiqi altında 2200 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olduğunu polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadəsini və elan olunmuş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında 2200 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olmaması, polislərin ona zor tətbiq etməsi və ona təzyiq olunması, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Yasamal rayon X5 Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Onun işlədiyi Narkotiklərlə Mübarizə Bölməsinə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş və Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 17-də kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla Yasamal rayon Polis İdarəsinin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən xx xxxx 2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. O, digər polis əməkdaşı Şahid2la birlikdə həmin əməliyyat qrupuna daxil edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində onlar Dövlət Statistika Komitəsinin yanında olan pilləkənlərdə olduqları zaman Təqsirləndirilən şəxs oxşar bir şəxs görmüşlər və həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşdıqda, sonuncuya Yasamal rayon X5 Mübarizə Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsdən kim olmasını soruşmuşlar. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı X12 Həsənovdan üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən 2 (iki) büküm narkotik vasitə heroindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbaya baxış keçirilmiş və torbanın içərisində izolentlə bağlanmış 1 (bir) ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlama açıldıqda, bağlamanın içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bağlamanın içərisində nəyin olduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2 (iki) bükümdə olan narkotik vasitə heroini Nəsimi rayonu ərazisində “Kubinka” kimi tanınan yerdə tanımadığı bir nəfərin ona istifadə etmək üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi həmin 2 (iki) büküm narkotik vasitənin qarşılığında həmin bağlamanı Yasamal rayonunda yerləşən “Statistika İdarəsinin” yanında həmin narkotik vasitəni ona verən şəxsin dediyi adama çatdırmalı olduğunu bildirmişdir. Lakin onlar Təqsirləndirilən şəxs tutduqlarından sonuncu sellofan torbada olan narkotik vasitəni verməli olduğu şəxsə verə bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) büküm və 1 (bir) ədəd bağlama qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O da həmin protokolun həqiqiliyini öz imzası ilə təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Yasamal rayon X5 Mübarizə Bölməsinin kiçik inspektoru vəzifəsində xidmət edir. Onun işlədiyi Narkotiklərlə Mübarizə Bölməsinə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Yevlax şəhəri, Nizami prospekti, ev 39-da pasport qeydiyyatında olan və Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 17-də kirayədə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Bölmənin əməkdaşı olan Şahid1 tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə edilmiş və RPİ-nin rəisi tərəfindən xx xxxx 2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və Şahid1 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan sonuncunun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində onlar ünvan 2 ünvanda olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olan bir nəfəri görüb həmin şəxsə yaxınlaşmışlar və onlar həmin şəxsə Yasamal RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar saxladıqları şəxsdən şəxsiyyəti haqqında məlumat verməsini tələb etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs sonuncunun narkotk vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu izah edib sonuncunun üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin inzbati binasına gəlmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs tutulması ilə bağlı rəhbərliyə məruzə edilmişdir. Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı X12 Həsənovdan üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olubolmadığını soruşmuş, olduğu halda isə təqdim etməsini izah etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 2 (iki) ədəd bükümü təqdim edib həmin bükümlərin içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Hər iki büküm açıldıqda, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində başqa heç nə aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofanda izolentlənmiş halda olan bağlama aşkar olunmuşdur. Həmin bağlama açıldıqda, bağlamanın içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bağlamada nəyin olmasından xəbərinin olmadığını, iki büküm heroini Nəsimi rayonunda “Kubinka” kimi tanınan yerdə tanımadığı bir nəfər oğlanın öz istifadəsi üçün verdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs bağlamanı Yasamal rayonunda yerləşən “Statistika İdarəsinin” yanında həmin bağlamanı verən oğlanın dediyi adama çatdırmalı olduğunu demişdir. Bunun müqabilində həmin oğlan Təqsirləndirilən şəxs 2 (iki) büküm heroin və 20 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) büküm və 1 (bir) ədəd bağlama qablaşdırılaraq götürülmüş və müvafiq protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, xx xxxxx 1966-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd ağ rəngli kağız bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroinin olduğunu, onları “Kubinka” adlanan ərazidə şəxsi istifadəsi üçün adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxsdən götürdüyünü bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özünə məxsus olan ağ rəngli sellofan torbanın içindən 1 (bir) ədəd izolentlənmiş ağ bağlamanı çıxararaq həmin bağlamanın içərisində nəyin olduğunu bilmədiyini və həmin bağlamanı əvvəlcə 50 manat müqabilində, sonra isə 20 manat müqabilində Yasamal rayonu ərazisində yerləşən “Statistika İdarəsi” yaxınlığında tanımadığı şəxsə verəcəyini bildirmişdir. Həmin bükümlər və bağlamalar sübut əhəmiyyətinə malik olduqlarından 2 (iki) ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1408 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 37-40) görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində AR DİN-ə məxsus “Zərflər üçün № 42” möhür əksi və “....Təqsirləndirilən şəxs...” və s. yazılar olan kağız paketdəki 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 2200 qram qəhvəyi rəngli maddə kütləsi və zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram və 0,402 qram, ümumi təmiz çəkisi 0,691 qram olan maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 99-103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 59) görünür ki, xx xxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 119-120) görünür ki, Təqsirləndirilən şəxs X11 İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş və xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən (06 ay 18 gün) vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1611 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 179-181) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 42” möhür əksi və “....Təqsirləndirilən şəxs...” və s. yazılar olan bağlamadakı qalıq təmiz çəkisi 2199,9 qram narkotik vasitə heroinlə üzərində eyni yazılar olan zərfdəki 2 (iki) ədəd bükümdə ümumi qalıq təmiz çəkisi 0,631 qram narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə fərqlidirlər. Zərfdəki 2 (iki) ədəd bükümdə olan heroin kütlələri öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2735 nömrəli rəyindən (cild 1, iş vərəqə 182-183) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 202-217) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238 və 240ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2200 qram, əynində olan qara rəngli şalvarın sağ yan cibindən isə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 və 0,402 qram, ümumilikdə təmiz çəkisi 2200,691 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2200,451 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 223-225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2011-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 143-151) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 195-196) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrun etmə cəzasının 06 ay 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X10 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, bundan başqa, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən - narkotik vasitələr: BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Sözügedən Qanunun 1.0.5-ci maddəsinə əsasən - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan razılaşaraq gəlir əldə etmək məqsədi ilə təmiz çəkisi 2200 qram olan narkotik vasitə heroini razılaşdığı şəxsdən götürməklə əldə etmiş və həmin narkotik vasitəni üzərində saxlamaqla Dövlət Statistika Komitəsinin yaxınlığında olan şəxsə (narkotik vasitəni ona verən şəxsin bildirdiyi şəxsə) çatdırmaq üçün daşımışdır. Təmiz çəkisi 2200 qram olan narkotik vasitə heroini Dövlət Statistika Komitəsinin yaxınlığına daşımaq üçün Təqsirləndirilən şəxs həmin narkotik vasitəni ona təqdim etmiş şəxsdən 20 (iyirmi) manat məbləğində pul və 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 və 0,402 qram, ümumi təmiz çəkisi 0,691 qram olan narkotik vasitə heroin əldə etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs külli miqdarda, təmiz çəkisi 2200 qram olan narkotik vasitə heroini gəlir əldə etmək məqsədi ilə (haqq müqabilində: iki büküm narkotik vasitə heroin və 20 manat pul) “Kubinka” adlanan yerdə qabaqcadan əlbir olduğu şəxsdən əldə edib üzərində saxlamaqla daşımışdır. xx xxxx 2020-ci il tarixdə saat 15:30-da Dövlət Statistika Komitəsinin yaxınlığında Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon X5 Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və Polis İdarəsinə aparılmışdır. Orada onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan 1 (bir) ədəd bağlama çıxarılmış və həmin bağlamanın içərisində təmiz çəkisi 2200 qram olan narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 (iki) bükümü çıxararaq həmin bükümləri polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümləri polis əməkdaşlarına təqdim edərkən bükümlərin içərisində narkotik vasitə heroinin olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əlində olan sellofan torbada 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2200 qram olan narkotik vasitə heroinin və onun şalvarının cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 və 0,402 qram, ümumi təmiz çəkisi 0,691 qram olan narkotik vasitə heroinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs onun üzərindən və əlindəki sellofan torbadan aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında tamamilə fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 2 (iki) büküm narkotik vasitənin ona məxsus olduğunu və həmin bükümlərdəki vasitənin çəkisini qəbul etdiyini bildirsə də, tutularkən əlində olan sellofan torbanın içərisində olan 2200 qram narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi və ona işgəncə verilməsi nəticəsində həmin vasitənin ona məxsus olduğuna dair ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona zor tətbiq etdiklərini bildirsə də, o, bununla bağlı heç vaxt səlahiyyətli orqanlara müraciət etməmişdir. Həmçinin, o, sonuncu dəfə ibtidai istintaq zamanı ifadə verərkən (xx xxxxxxx 2020-ci il tarixdə) ilk dəfə təqsirləndirilən şəxs qismində ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr elan olunsa da, təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadə ilə onun ibtidai istintaq zamanı verdiyi ifadələri arasındaki ziddiyyətə aydınlıq gətirə bilməmişdir. Belə olduğu halda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli məzmunda ifadə verməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq istəyərək cinayət məsuliyyətindən yayınmaq arzusunda olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Həmin cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, bilavasitə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Həsənov X6 Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən hal və hallar yoxdur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş və xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən (06 ay 18 gün) vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırki cinayət işi üzrə cinayət əməlləri törədilən vaxt Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası olmasa da, əvvəlki cinayət əməllərinə görə onun məhkumluğu ödənilməmişdir. Bu hal isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini təşkil edir. Ona görə də məhkəmə təhlükəli residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, habelə digər cinayət əməllərini törətmiş, sonuncu dəfə törətdiyi ağır cinayətə görə məhkəmə tərəfindən o, cəzasının çəkilməmiş hissəsindən məhkəmə qərarı əsasında şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun barəsində məhkəmə tərəfindən humanist qərar çıxarılsa da, o, dövlətin ona göstərmiş olduğu humanist addımdan və ona göstərilmiş güzəştdən heç bir nəticə çıxarmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən nəticə çıxarmamış və islah olunmamış, əksinə cinayət törətməyə daha da meyilli olmuşdur. Belə olduğu halda, Cinayət Məcəlləsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs daha sərt (ağır) cəza təyin edilməlidir. Lakin məhkəmə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq hesab edir ki, Həsənov X6 Məcəlləsinin 65.2-ci maddəsinin imperativ tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmadığını, onun cəzasını ağırlaşdıran hal kimi təhlükəli residivin olmasını, aşkar edilmiş narkotik vasitənin çəkisini (2200 qramdan yuxarı), aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına əsasən həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri daxilində məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qüvvəyə mindikdən sonra maddi sübut kimi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2200,451 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2735 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkomaniyadan məcburi qaydada müalicə olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 218 (iki yüz on səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2200,451 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 218 (iki yüz on səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1290/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1290/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver