Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1290/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Məktəbli küçəsi, ev 8, mənzil 16-da qeydiyyatda olmaqla Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Vəlibəy oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Vəlibəy oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Vəlibəy oğlu 15 yanvar 2023-cü il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan “Baba” ləqəbli İran İslam Respublikası vətəndaşının Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ilə Şüvəlan qəsəbəsi arasında olan avtomobil yolunun kənarında istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi bir ədəd sintetik çantanın içərisində, üç ədəd qara rəngli selofan paket bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 945,3 qram, 960,9 qram, 994,1 qram, ümumi təmiz çəkisi 2900,3 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sintetik torbada təmiz çəkisi - 5010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Tramadol 50” markalanma göstəricisi olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 6 ədəd konvolyutda, hər konvolyutda 10 kapsul olmaqla, ümumilikdə 60 ədəd kapsulun tərkibində tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən tramadol hidroxlorid tərkibli dərman preparatını, üzərində “Fenzepin (fenazepam 0,001 qr)” markalanma göstəricisi olan psixotrop maddə hesab edilən 16 ədəd konvolyutda, hər konvolyutda 10 həb olmaqla, ümumilikdə 160 ədəd həbdə fenazepam təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən fenazepam tərkibli dərman preparatını qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 15 yanvar 2023-cü il tarixdə saat 16:50 dəqiqədə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qala-Pirallahı avtomobil yolunun Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsi ərazisindən keçən hissəsində, avtomobil yolunun kənarında saxlanılaraq Pirallahı RPİ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan sintetik çantanın içərisində üç ədəd qara rəngli selofan paket bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 945,3 qram, 960,9 qram, 994,1 qram, ümumi təmiz çəkisi 2900,3 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sintetik torbada təmiz çəkisi - 5010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Tramadol 50” markalanma göstəricisi olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 6 ədəd konvolyutda, hər konvolyutda 10 kapsul olmaqla, ümumilikdə 60 ədəd kapsulun tərkibində tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən tramadol hidroxlorid tərkibli dərman preparatını, üzərində “Fenzepin (fenazepam 0,001 qr)” markalanma göstəricisi olan psixotrop maddə hesab edilən 16 ədəd konvolyutda, hər konvolyutda 10 həb olmaqla, ümumilikdə 160 ədəd həbdə fenazepam təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən fenazepam tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Vəlibəy oğlu elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər iki dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2021-ci ilin may ayında cəzasının sonu ilə azad olunmuşdur. Uzun müddətdir ki, narkotikin marixuana və heroin növlərindən istifadə etmişdir. 2010-cu ildə 16 saylı CÇM-də cəza çəkərkən orada onunla birlikdə cəza çəkən Baba adlı İİR-sı vətəndaşı ilə tanış olmuşdur. Artıq azadlıqda olduğu zaman baba ilə əlaqələri bərpa etmiş, belə ki, o, Pirallahı qəsəbəsində yaşamış, Baba isə oraya balıq tutmaq üçün gəlib-gedirdi. Həmin ərəfələrdə onlar görüşürdülər. Babanın özü isə Ramana qəsəbəsində yaşadığını ona demişdir. 15 yanvar 2023-cü il tarixdə Baba ona zəng edərək Xəzər rayonu ərazisində narkotik vasitə qoyduğunu, həmin narkotiki oradan götürüb Pirallahı rayonu Gürgan qəsəbəsinin yanında gəmilərin dayandığı yerdə qayalaranı altına qoyub getməli idi. Bu işə görə Baba ona 1000 ABŞ dolları verəəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün Babanın dediyi Qala qəsəbəsində olan Azpetrol yanacaq doldurma məntəqəsinin yanında yolun sağ tərəfində boruların altında gizlədilmiş bir çantanı götürüb bir taksi tutaraq Pirallahı rayonu Gürgan qəsəbəsi istiqamətində gedən zaman gəmilərin dayandığı yerə çatmamış polis əməkdaşları taksini saxlayıb ona külli miqdarda narkotik vasitə daşımasından şübhəli olduqlarını bildirmişlər. O da gördüyü işi gizlətməyin mənasının olmadığını anlayaraq polislərə bildirmişdir ki, onda olan çantada narkotik vasitələr vardır. Bundan sonra onu Pirallahı rayon polis şöbəsinə aparıb təhqiqatçıya təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı həmin çantadan 3 ədəd sellofan paketdə kakos, yəni heroin, bir ədəd sellofan paketdə qurudulmuş marixuana, altı ədəd konvalyutda cəmi 60 ədəd tramadol həbləri və 16 ədəd konvalyutda cəmi 160 ədəd fenazepam həbləri aşkar edilmişdir. Təhqiqatçı ondan bu əşyaları kimdən aldığını soruşduqda o Baba haqqında və bu çantanı götürdüyü yer haqqında məlumat vermişdir. Ona qarşı fiziki zor tətbiq olunmayıb. Sadəcə saxlanıldığı zaman qollarına qandal taxılmışdır. Həmçinin onu da bildirir ki, o, çantanın arxasınca avtobusla getmiş, çantanı götürdükdən sonra isə tanımadığı taksiyə minib ünvanı demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Pirallahı RPİ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. xx.xx.2023-cü il tarixdə Salman adlı şəxsi Pirallahı qəsəbəsinin ərazisində narkotik vasitələri gəzdirməsi barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatı dəqiqləşdirilən zaman müəyyən edilmişdir ki, Salman adlı şəxs Pirallahı qəsəbəsi sakini Təqsirləndirilən şəxs Vəlibəy oğludur. Bundan sonra əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarı Şahid3 ibarət əməliyyat qrupu yaradalımışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs hərəkət edəcəyi guman etdikləri Pirallahı rayonu, Gürgan qəsəbə yolunu nəzarətə götürmüşlər. Həmin qəsəbə istiqamətində saat 16.50 radələrində hərəkət edən taksi maşınının içində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar sərnişinin olduğunu görərək maşını saxlamışlar. Təqsirləndirilən şəxs onları gördükdə əlindəki polietilen çanta ilə qaçmağa cəhd göstərmiş, lakin onlar onu saxlayaraq taksi maşınını idarə edən sürücü ilə birlikdə Pirallahı PRİ-nə gətirmişlər. Orada idarənin təhqiqatçısı X6 Usmanovun hüquq və vəzifələrini izah etmiş, müdafiəçi dəvət etmiş və sonuncunun iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əlində olan bir ədəd polietilen çantanı içərisində olan 3 ədəd sellofan hər birinin içərisində heroin olduğu sellofan paketləri, bir ədəd polietilen paketdə marixuana və bir neçə ədəd dərman preparatlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çantanı Baba adlı İİR-sı vətəndaşı Qala qəsəbəsinə qoyduğu boruların altından götürmüşdür ki, sonra həmin qanunsuz əşyaları Babanın dediyi yerlərə və ya şəxslərə təqdim etsin. Bunun müqabilində Baba ona 500 manat pul verməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə həmkarı Şahid2 Salman adlı şəxsin Pirallahı qəsəbəsi ərazisinə narkotik vasitə gətirməsinə dair məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid2, üzvü isə o olmuşdur. Elə həmin tarixdə o və Şahid2 Pirallahı qəsəbəsinə gələn yeganə avtomobil yolunda mövqe tutub bu yolla Pirallahı qəsəbəsi istiqamətində hərəkət edən maşınları izləmişlər. Həmin qəsəbə istiqamətində saat 16.50 radələrində hərəkət edən taksi maşınının içində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar sərnişinin olduğunu görərək maşını saxlamışlar. Təqsirləndirilən şəxs onları gördükdə əlindəki polietilen çanta ilə qaçmağa cəhd göstərmiş, lakin onlar onu saxlayaraq taksi maşınını idarə edən sürücü ilə birlikdə Pirallahı PRİ-nə gətirmişlər. Orada idarənin təhqiqatçısı X6 Usmanovun hüquq və vəzifələrini izah etmiş, müdafiəçi dəvət etmiş və sonuncunun iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan bir ədəd polietilen çantanı təqdim etmiş, təhqiqatçı çantaya baxdıqda içərisində hər birinin içərisində heroin olduğu sellofan, daha 3 ədəd sellofan paketləri, bir ədəd polietilen paketdə marixuana və bir neçə ədəd dərman preparatlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çantanı Baba adlı İİR-sı vətəndaşı Qala qəsəbəsinə qoyduğu boruların altından götürmüşdür ki, sonra həmin qanunsuz əşyaları Babanın dediyi yerlərə və ya şəxslərə təqdim etsin. Bunun müqabilində Baba ona 500 manat pul verməli idi. Təqsirləndirilən şəxs Vəlibəy oğluna qarşı istər saxlanılan zaman, istəsə də şöbədə heç bir fiziki zor və təzyiqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu 15.01,2023-cü il tarixdə saat 16 radələrində taksi kimi idarə etdiyi “Opel Zafira” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində olan dörd yol deyilən yerdən müştəri kimi Pirallahı rayonu Gürgan qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs yanındakı oturacağa oturduğu zaman əlində çanta da olmuşdur. Pirallahı rayonu Gürgan qəsəbəsi ərazisində körpüyə yaxınlaşan zaman polis əməkdaşları onun maşınını saxlamış, polis əməkdaşları avtomaşında qanunsuz narkotik maddə daşındığını bildirərək hər ikisini Pirallahı RPŞ-nə gətirmişlər. Orada bilmişdir ki, Təqsirləndirilən şəxs çantasında xeyli miqdarda narkotik maddəyə bənzər kütlələr olmuşdur. Təqsirləndirilən şəxs Vəlibəy oğlunun ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbələrdən daxil olmuş məlumatda Pirallahı qəsəbə sakini “Salman” adlı şəxsin Pirallahı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin kultivasiyasi, qəbulu və satışı ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin rəisinin xx.xx.2023-cü il tarixli əmrindən və Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin həmin tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Vəlibəy oğlunun ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs Vəlibəy oğlu cinayət əməlinin ifşa olunması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o xx.xx.2023-cü il tarixdı saat 16:50 radələrində Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsi yaxınlığında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə saat 17.15-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Vəlibəy oğlu müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla həmin tarixdə Təqsirləndirilən şəxs Vəlibəy oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o əlində olan polietilen çantanın içərisində üç ədəd selofan paket bükümündə el dilində «kakos» deyilən narkotik vasitə heroin, bir ədəd polietilen paket bükümündə narkotik vasitə qurudulmuş marixuana, 6 ədəd konvalyutda, hər konvalyutun üzərində “tramadol” sözü yazılmış ümumi 60 ədəd həb və 16 ədəd konvalyutda, hər konvalyutun üzərində “Fenazepam” sözü yazılmış ümumi 160 ədəd həb olduğunu, həmin kütlələri tanımadığı İran islam respublikası vətəndaşının ona sms vasitəsilə göndərdiyi kordinat əsasında Qala qəsəbəsindən əldə edərək, Pirallahı rayonu ərazisində olan körpünün altında qoyacağı şərti ilə 500 manat qazanc əldə edəcəyi ilə əlaqədar daşıdığını bildirməklə, təqdim edərək, həmin selofan paketi masanın üzərinə qoydu. Tərəfimizdən həmin selofan paket açılaraq, içərisində olan kütlələr masanın üzərinə qoyuldu, ilk növbədə böyük polietilen paket açılaraq içərisinə baxış keçirilərkən, içərisində qurudulmuş ot şəklində kütlə aşkar edildi, bundan başqa üç ədəd selofan paket bükümündə bükümlərə baxış keçirilərkən, içərisində toz şəkilli qəhvəyi rəngli maddə aşkar edildi, həmçinin təqdim edilən 6 ədəd konvalyutda olan həblərə baxış keçirildi və müəyyən edildi ki, həmin həblər ağ və göy rəngli olmaqla, kapsula şəklindədir, sayı 60 ədəddir, hər bir konvalyutun üzərində “tramadol” sözü yazılmışdır, bundan başqa təqdim edilən 16 ədəd konvalyuta baxış keçirildi və müəyyən edildi ki, həmin həblər ağ rənglidir, hər konvalyutun üzərində “Fenazepam” sözü yazılmışdır, ümumi 160 ədəddir. Aşkar olunmuş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan hər biri ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 237 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarı ilə Təqsirləndirilən şəxs Vəlibəy oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə bioloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 7/44 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs Vəlibəy oğlundan…» yazısı və imzalar olan 01 ələd sintetik torbada təmiz çəkisi 5010 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 16 yanvar 2023cü il tarixli 6/248 saylı rəyi ilə müəy1yən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №237» möhür əksi, «Təqsirləndirilən şəxs Vəlibəy oğlundan aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr» yazısı və imzalar olan, -1 №li paketdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 945,3 qr, 960,9 qr,, 994,1 qr. ümumi təmiz çəkisi 2900,3 qram ( 2 kq 900,3 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlvrinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -2 №-li paketdə üzərində «Tramadol 50» markalanma göstəricisi olan 6 konvalyutda, hər konvalyutda 10 kapsul olmaqla, ümumilikdə 60 ədəd kapsul tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edir(konvalyutların üzərindəki göstəricisinə əsasənbir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla), -3 №-li paketdə üzərində «Fenzepin (fenazepam 0,001 qr) markalanma göstəricisi olan 16 konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 160 ədəd həblər fenazepam tərkibli dərman preparatıdır və 160 ədəd həbdə fenazepam təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir(konvalyutların üzərindəki göstəricisinə əsasənbir bir həbdə 0,001 qram fenaznpam olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrir»in İ siyahıhısına, fenazepam tərkibi dərman preparatı «Azərbaycan Respublikası ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr»in İİİ siyahısına daxildirlər. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən tramadol hidroxlorid tərkibli dərman preperatı güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları»na daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1729 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Vəlibəy oğlunda opioidlərin və psixosstimulyatorların birgə qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 814 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Vəlibəy oğlu anlaqlıdır, törətdiyi əməl dövründə hər hansı psıxi xəstəlikdən əziyyət çəkməmiş, hal-hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi üzrə sübutların qiymətləndirilməsi» barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Vəlibəy oğluna 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs Vəlibəy oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin, psixotrop maddə və güclü təsir edən dərman preparatlarının mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ********* №-li cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs Vəlibəy oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq 5009,8 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 2900 qram narkotik vasitə heroin, 55 kapsul tramadol hidroxlorid, 155 ədəd həb fenazepam saxlanılması üçün Pirallahı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, üzərinə Pirallahı RPİ-də baxış keçirilən zaman çəkilmiş videogörüntünü əks etdirən bir ədəd DVD disk və Azərbaycan Respublikası Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş görüntüləri əks etdirən 02 ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müyyən olunur ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi A.Rəfixanov Bakı şəhəri Pirallahı RPİ-nin inzibati binasında cinayət işinin materialları ilə tanış olmuş, etiraz, vəsatət, düzəliş və qeydlərinin olmadığını bildirmiş və imzaları ilə bunu təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və hökmün surətindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Vəlibəy oğlu Bakı şəhəri Pirallah rayon məhkəməsinin 02.10.19-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Pirallahı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 26 gün hissəsi 05 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Vəlibəy oğlu barəsində Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə qeyd olunan cəza - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan məhkumluq nəzərə alınmamaqla residiv yaratmır. Beləliklə, Təqsirləndirilən şəxs Vəlibəy oğlunun həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Vəlibəy oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Vəlibəy oğlundan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana, heroin miqdarının şəxsi istehlak miqdarından artıq miqdarda olması və onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində Baba adlı şəxsin ona görəcəyi işə görə 1000 ABŞ dolları məbləğində pul verəcəyi həmin qanunsuz əşyaları şəxsi istifadə məqsədilə deyil, satış niyyəti ilə qanunsuz əldə edib saxlamasını təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Vəlibəy oğlunda opioidlərin və psixosstimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vəlibəy oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Vəlibəy oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 yanvar 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Vəlibəy oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Pirallahı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs Vəlibəy oğlundan aşkar olunaraq götürülmüş qalıq çəkisi 5009,8 qram narkotik vasitə qurudulmuş marixuana, 2900 qram narkotik vasitə heroin, 55 kapsul tramadol hidroxlorid, 155 ədəd həb fenazepam məhv edilməli və baxış keçirilən zaman çəkilmiş videogörüntünü əks etdirən bir ədəd DVD disk və Azərbaycan Respublikası Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş görüntüləri əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 192 (yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs Vəlibəy oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Vəlibəy oğlunun hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN ( iki yüz qırx manat) pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Vəlibəy oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə, CM-nin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Vəlibəy oğluna qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Vəlibəy oğlunun barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Bakı şəhəri Pirallahı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5009,8 qram narkotik vasitə qurudulmuş marixuana, 2900 qram narkotik vasitə heroin, 55 kapsul tramadol hidroxlorid və 155 ədəd həb fenazepam məhv edilsin və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 192 (yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs Vəlibəy oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Vəlibəy oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1290/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1290/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver