Məhkəmə qərarları › İş №1(101)-1291/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1291/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1291/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 iştirakları, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci il tarixdə Laçın raonu Suarası kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işsiz, Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 5, otaq 39 ünvanında qeydiyyatda olub, həmin ünvandada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilib 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən e t d i: 18 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti üzrə araşdırılması üçün məhkəmə baxışının təyin edilməsinin və təqsirləndirilən şəxsin məhkəməyə verilməsinin mümkünlüyü ilə əlaqədar dinləmələrdən görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə başqa mənbədən satış məqsədi ilə ilə qanunsuz olaraq küllü miqdarda, yəni ümumi çəkisi 2,087 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyarkən Sumqayıt şəhəri 8-ci mikrorayonda tutulmuşdur. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edib Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətə başladığını, qanunla qeyd olunan məhkəmənin ərazi yurisdiksiyasının müəyyənləşdirildiyini, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin baş verdiyi Sumqayıt şəhərinin də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğunu və bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmasını bildirib cinayət işinin məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Müdafiə tərəfi dövlət ittihamçısının vəsatətini əsaslı hesab edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Ağır Cinayətlər məhkəmələrinin aidiyyətini müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsində ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinaytlərlə bağlı işlər aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulan əməllərin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilən Sumqayıt şəhəri ərazisində törədilməsinin iddia olunduğunu nəzərə alıb cinayət işinin məhkəmədə baxılmasının Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olması qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslıdır və təmin edilməlidir. Məhkəmədə hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində 22 mart 2021ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 24 mart 2021-ci il tarixdə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyi, həbsin müddətinin 22 iyun 2021-ci il tarixdə başa çatdığı müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün əsas olmuş halların dəyişməməsini nəzərə alıb bu qətimkan tədbiri müddətini 15 avqust 2021-ci il tarixə qədər uzadılmasını əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 69-cu və 74-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barəsində dövlət ittihamçısının vəsatəti təmin edilsin və cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin müddəti 15 avqust 2021-ci il tarixə qədər uzadılsın.

3. Qərarın surəti cinayət proses iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar