Məhkəmə qərarları › İş №1(101)-1291/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1291/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1291/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 döngə 4, ev 29-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs adı istintaqa İran İslam Respublikasının vətəndaşı “Musa” kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün ümumi razılığa gələrək “Musa” adlı şəxsin göstərişinə əsasən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda bir ədəd sellofan kəsiyi bükümündə və bir ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 48,366 qram və 0,441 qram, ümumi təmiz çəkisi 48,807 qram narkotik vasitə heroin, eləcə də külli miqdarda iki ədəd sellofan kəsiyi bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,349 qram, 6,410 qram və 0,136 qram ümumi təmiz çəkisi 16,395 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla müvəqqəti yaşadığı ünvan 3 ünvanın qarşısına qədər daşımış, 16 noyabr 2021-ci il tarixdə saat 19:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin gün şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə və bir ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 48,366 qram və 0,441 qram, ümumi təmiz çəkisi 48,807 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə iki ədəd sellofan kəsiyi bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 9,849 qram, 6,410 qram və 0,136 qram ümumi təmiz çəkisi 16,395 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin “Kent” yazısı olan siqaret qutusunun və ağ rəngli kağız salfetin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 5 ildir həmyerlisi, Bakı şəhərində yaşayan, arabir Biləsuvar şəhərinə gəlib-gedən on yaş ondan böyük olan Fatma Əliyeva adlı qadınla tanış olmuş və aralarında yaxın münasibətlər yaranmışdır. Bir neçə dəfə o, Fatmanın yanına Bakı şəhərinə gəlib-getmişdir. O, tanışlıqlarından qabaq boşanmış və azyaşlı oğlu ilə Bakıxanov qəsəbəsində yaşamışdır. Tutulmamışdan təxminən bir ay qabaq o, Bakı şəhərinə gəlmiş və Fatma ilə yaşamaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində Q.Vəzirov küçəsində kirayəyə ev tutub orada yaşamışlar. Bakıya gəlməkdə məqsədi burada iş tapmaq olmuşdur. 8-9 ay olar ki, “kakos” və “patı” adlanan narkotik vasitələrinin qəbuluna başlamışdır, onları çəkmə yolu ilə istifadə etmişdir. Narkotik vasitələri o, müxtəlif sosial şəbəkələrdə onların satışını həyata keçirməsini reklam edən, özləri haqqında şəxsi məlumatları gizlədən tanımadığı şəxslərdən telefonla əlaqə yaradaraq almış, arabir isə yalnız adlarını bildiyi tanışlarından almışdır. Gündə o, demək olar ki, heroinin qramının dörddə bir hissəsini istifadə etmişdir, “patı”nı isə nadir hallarda istifadə etmişdir. 15 noyabr 2021-ci il tarixdə o, internet şəbəkəsinin “İnstagram” səhifəsində təsadüfən tanış olduğu, adını xatırlamadığı şəxslə tanış olmuş və onun narkotik vasitələrinin satışını həyata keçirdiyini bilmişdir. O, həmin şəxsə iki “çet” heroini ona satmasını demiş və həmin şəxs ona narkotiki 20 manata satacağını yazmışdır. Onlar razılaşandan sonra həmin şəxs ona bildirmişdir ki, narkotik vasitələri ya Bakıxanov qəsəbəsi, ya da ki, metronun “Neftçilər” stansiyasının yaxınlığına qoya bilər. O, “Neftçilər” stansiyasını seçmiş və “Whatsapp” proqramında qeydiyyatdan keçirdiyi nömrəni həmin şəxsə vermişdir. Həmin şəxs ona bank kartı nömrəsini göndərəcəyini bildirmiş və bundan sonra saat 17-18 radələrində o, “Neftçilər” metrostansiyasının yanına gəlmişdir. Kart nömrəsi ona göndəriləndən sonra o, metro çıxışının yanında yerləşən “Milliön” elektron ödəniş terminaldan 20 manat həmin kart hesabına göndərmişdir. Təxminən 15 dəqiqədən sonra həmin şəxs ona narkotik vasitələri qoyduğu yerin şəkilini göndərmişdir. Həmin yer 8-ci kilometr qəsəbəsində olan “OBA market”in qarşısındakı zibil qutularından biri olmuş, o, həmin yeri taparaq sifarişi əsasında qoyulmuş, sellofan bükümündə olan narkotikləri tapmış və onları kirayədə yaşadığı evə gətirib yataq otağındakı dolabda gizlətmişdir. Həmin gün o, aldığı heroinin bir qismindən sanitar qovşağında heç kəsin məlumatı olmadan çəkərək istifadə etmişdir. Yarısı isə həmin qeyd etdiyi dolabda qalmışdır. Səhəri gün saat 22-23 radələrində o, yaşadığı evinin yanında yerləşən dükanların birindən ərzaq alıb evə gəlmiş və evdə olan zaman evin giriş qapısı döyülmüşdür. O, kim olduğunu soruşduqda demişlər ki, qonşudur. O, qapını açıb evinin həyətyanı sahəsində 5-6 nəfər mülki geyimində olan şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər özlərinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun külli miqdarda narkotik vasitə saxlamağını bildiklərini söyləyib həmin narkotikləri onlara təqdim etməyini tələb etmişlər. O, narkotik vasitələrinin istifadəçisi olduğunu deyib evində külli miqdarda narkotiklərin olmasını inkar etmişdir. Bunu deyən kimi polis əməkdaşları qoluna qandal keçirib evinə girmişlər və evi axtarmağa başlamışlar. Həmin vaxt Fatma və qonşuları Elmira evlərində olmuşdur. Axtarış aparan zaman polis əməkdaşları dolabda qalan heroini və dolabın üzərində siqaret qutusunun içərisində sellofan kəsiyində saxladığı toz şəkilində limon duzunu aşkar etmişlər. Polis əməkdaşları narkotik vasitəni aşkar etdikdən sonra o, etiraf etmişdir ki, bu narkotik ona məxsusdur, istifadə etmək üçün evində saxlamışdır. Limon duzu polis əməkdaşlarında narkotik vasitənin olmasında şübhə doğurmuş və onlar onu ekspertizaya verəcəklərini bildirmişlər. Həmin limon duzunu narkomanlar heroini bişirib damara inyeksiya yolu ilə vurmaq üçün istifadə edirlər, o, limon duzunun adını çəkmək istəmədiyi narkoman tanışına vermək üçün evində saxlamışdır. Polis əməkdaşları aşkar etdikləri narkotik vasitə heroini və limon duzunu götürəndən sonra onu evindən çıxarıb 12-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətiriləndən sonra Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları özləri ilə gətirdikləri 3 ədəd müxtəlif ölçülü sellofan bükümlərinin içərisində olan maddələri çıxartmış və təzyiq altında onu məcbur etmişlər ki, o, həmin bükümləri də əynindəki şalvarının ciblərinə qoysun. Belə ki, bükümün ikisi onun evindən aşkar edilmiş limon duzu olan siqaret qutusuna qoyulmuşdur. O, polislərin təzyiqindən qorxaraq ona verdikləri bükümləri və evindən çıxan bükümü də əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Sonra polis əməkdaşları vəkil çağıracaqlarını və vəkilin iştirakı ilə videoçəkilişlə onun üstünə baxış keçiriləcəyi barədə onu xəbərdar edib çəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu söyləməli olduğunu demişlər. O, birinci dəfə tutulduğu üçün qorxaraq polis əməkdaşlarının ona dedikləri kimi etmiş və videoçəkiliş zamanı cibində olan narkotik vasitələri, eləcə də üzərində olan “Samsung” markalı, içərisində iki sim kart olan telefon aparatını, iki ədəd plastik kartı və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra çıxartdığı narkotik vasitələr zərfə qoyulmuş, eləcə də telefonu da götürmüşlər. Həmçinin videoçəkiliş zamanı narkotik vasitələr tərəziyə qoyulub çəkilmişdir. Sonra ona müvafiq sənədlər təqdim olunmuş və o, sənədləri imzalamışdır. Lakin, qorxduğu üçün vəkilə təzyiqə məruz qalması barədə heç bir şey deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi Baş idarəyə ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin əmrinə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə olunmaqla o da qrupun üzvü təyin edilmişdir. Beləliklə də, həmin qərara əsasən 16 noyabr 2021-ci il tarixdə tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, qeyd olunan ərazinin kriminogen olması onlara məlum olduğundan BNMİ-nin digər əməkdaşları, şöbə rəisinin müavini Şahid3, xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid6 onlara köməklik məqsədi ilə tədbir zamanı iştirak etmişlər. Beləliklə, həmin gün təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin ərazisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı ünvanı dəqiqləşdirmiş və sonuncu yaşadığı evdən bayıra çıxıb harasa getmək istədiyi zaman qeyd olunan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi döngə 4, ev 29 ünvanın qarşısında onlar ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, eləcə də barəsində daxil olmuş məlumata əsasən qərar qəbul edildiyindən tərəflərindən ərazi üzrə Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. Daha sonra BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən onarın və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 02 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr olan siqaret qutusu, habelə içərisində 01 bükümdə narkotik vasitə heroinǝ bənzər kütlə və 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr olan salfeti təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən sonuncunun şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon, 02 ədəd ödəniş qəbzi, 02 ədəd plastik bank kartları aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 50 qramdan çox gəlmiş, metamfetaminə bənzər maddələr isə 17 qram olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümlərdəki maddələrin narkotik vasitə heroin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri tutulmamışdan bir gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Musa” adlı şəxsin vasitəsi ilə Qaraçuxur qəsəbəsindən əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20 manatdan, metamfetaminin qramını 25 manatdan satışını həyata keçirdiyini, özünün də narkotik vasitə aludəçisi olduğunu və heroindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını demişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr qablaşdırılaraq “DİN-nin zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmişdir. Beləliklə də, baxış başa çatmış və bununla bağlı tərtib edilmiş protokollar onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Onlar Təqsirləndirilən şəxs fiziki və ya psixi təsir göstərməmişlər və Təqsirləndirilən şəxs evində olmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisinin müavini vəzifəsində xidmət edir. İşlədiyi Baş idarəyə vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin əmrinə əsasən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərlik etmək Baş idarənin əməliyyat müvəkkili Şahid1 həvalə olunmaqla Baş idarənin baş əməliyyat müvəkkili Şahid2 qrupun üzvü təyin edilmişdir. Beləliklə də, həmin qərara əsasən 16 noyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, qeyd olunan ərazinin kriminogen olması onlara məlum olduğundan özü, habelə BNMİ-nin digər əməkdaşları, xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid6 köməklik məqsədi ilə tədbir zamanı iştirak etmişlər. Beləliklə, həmin gün təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin ərazisinə gəlmişlər. Orada onun yaşadığı ünvan dəqiqləşdirilərək Təqsirləndirilən şəxs yaşadığı evdən bayıra çıxıb harasa getmək istədiyi zaman qeyd olunan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi döngə 4, ev 29 ünvanın qarşısında ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra o, həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, eləcə də barəsində daxil olmuş məlumata əsasən qərar qəbul edildiyindən tərəflərindən ərazi üzrə Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. Lakin özü, digər əməkdaşlar Şahid5, Şahid4 və Şahid6 rəhbərliyin göstərişi ilə digər xidməti işləri ilə bağlı oradan çıxıb getmiş, polis şöbəsində axtarış və götürmə zamanı iştirak etməmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid4 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 2, iş vərəqi 115-117). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, qeyri-rəsmi, lakin kəbin kəsdirməklə ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs ilə sonuncu həbs olunana kimi ünvan 8 ünvanında kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs ilə 10 ildir birgə yaşayır, 1 oğlan uçaqları vardır, həmçinin özünün də vəfat etmiş əri ilə əvvəlki nikahdan uşaqları vardır. 16 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində müvəqqəti yaşadığı evdə olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Elmira da onlarda olmuşdur. Bu zaman Nemət əlində bazarlıq zənbili ilə evə gəlmiş, üstündən təxminən 5-10 dəqiqə keçdikdən sonra mənzilin qapısı döyülmüşdür. Qapını açdıqda içəriyə təxminən 5 nəfər polis əməkdaşı daxil olmuş, həmin şəxslər özlərinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib Nemətin külli miqdarda narkotik vasitə saxlamağını bildiklərini söyləyib həmin narkotikləri onlara təqdim etməyini tələb etmişlər. Nemət isə onda külli miqdarda narkotikin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onlardan heç bir icazə almadan evdə axtarış aparmağa başlamışlar və paltar şkafındakı paltarları yerə dağıdaraq evdə səliqə-səhmanı pozmuşlar. Axtarış zamanı polis əməkdaşları siqaret qutusunun içərisində Nemətə aid nəsə tapmış, həmçinin limon duzunu aşkar edərək götürmüşlər. Nemət siqaret qutusunda olan maddənin narkotik olduğunu, onu özü istifadə edəcəyini demişdir. Daha sonra polis əməkdaşları Neməti özləri ilə aparmışlar. Polis əməkdaşlarından Neməti haraya apardıqları soruşduqda polis idarəsinə aparacaqlarını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Neməti 12-ci Polis şöbəsinə, oradan da həbs edib Sabunçu rayon Polis İdarəsinə təhvil veriblər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ünvan 9 ünvanında tək olaraq müvəqqəti yaşayır. Özü heç bir yerdə işləmir. X8 təxminən 1 il 6 aydır ki, Sabunçu qəsəbəsində bazarın yanında tum satdığı yerdən tanıyır. Fatma ilə rəfiqəlik münasibətləri yaranmışdır. Təxminən 4-5 ay əvvəl Fatmanın kirayə ev axtardığını bilib faktiki yaşadığı yerdən ona kirayə ev tapmışdır. Fatma həmin evə 5 azyaşlı uşaqları və kəbin kəsdirməklə qeyri-rəsmi ər-arvad kimi yaşadığı Nemət ilə birlikdə köçmüşdür. 16 noyabr 2021-ci il tarixdə Fatmanın azyaşlı oğlu Zaurun ad günü yaxınlaşdığından, evdə balaca bir məclis quraraq uşağın anadan olduğu günü keçirmək üçün ondan qab-qacaq istəmişdir. Həmin gün axşam saatlarında Fatmanın evində olduğu vaxt Nemət əlində bazarlıq zənbilləri ilə evə gəlmişdir. Bunun da üstündən təxminən 5-10 dəqiqə keçdikdən sonra evin qapısı döyülmüşdür. Qapını açdıqda içəriyə təxminən 5 nəfər şəxs daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Nemətin külli miqdarda narkotik vasitə saxlamağını bildiklərini söyləyib həmin narkotikləri onlara təqdim etməyini tələb etmişlər. Nemət isə onda külli miqdarda narkotikin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Fatmagildən heç bir icazə almadan onların yaşadığı evdə axtarış aparmağa başlamışlar. Paltar şkafındakı paltarları və digər əşyaları yerə dağıdaraq evdə səliqə-səhmanı pozmuşlar. Polis əməkdaşlarının axtarış apardıqlarını görüb o, həmin otaqdan çıxaraq evin dəhlizinə keçmişdir. Daha sonra polis əməkdaşları Nemətdə narkotik olduğunu bildirib özləri ilə harasa aparmışlar. O da Fatma ilə bir qədər oturduqdan sonra evinə getmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli rapotun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 16 noyabr 2021-ci il tarixdə, saat 19:20 dəqiqədə ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibatı binasına gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən içərisində 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 2 (iki) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan siqaret qutusu və içərisində 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli maddə olan metamfetaminə bənzər kütlələr olan salfeti təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** GSM mobil nömrə olan "Samsung" markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd ödəniş qəbzi, **********342399 nömrəli və **********236226 nömrəli plastik bank kartları aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 54,80 (əlli dörd tam yüzdə səksən) qram, metamfetaminə bənzər kütlələr qablaşdırma ilə birlikdə 17,39 (on yeddi tam yüzdə otuz doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd ödəniş qəbzi, **********342399 nömrəli və **********236226 nömrəli plastik bank kartları bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, salfet və siqaret qutusu isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 1 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Musa” adlı şəxsin vasitəsi ilə Qaraçuxur qəsəbəsindən əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20 manatdan, metamfetaminin qramını 25 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və heroindən istifadə etdiyini, başqa yerdə narkotik maddə saxlamadığını, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5088 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,849 qram; 6,410 qram; 0,136 qram; ümumi təmiz çəkiləri 16,395 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram; 48,366 qram; ümumi təmiz çəkiləri 48,807 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 39-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə olunmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 16 noyabr 2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılması hərəkəti zamanı 3-cü dəqiqədə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən “Kent” yazısı olan siqaret qutusunun və ağ rəngli kağız salfetin içərisindən bir ədəd sellofan kəsiyi bükümündə və bir ədəd gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroin, habelə iki ədəd sellofan kəsiyi bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümündə psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqi 248). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 5(008)-632/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 16 noyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 245-247). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, eksperimental imza nümunələrinin götürülməsinə dair 19 noyabr 2021-ci il tarixli qərara əsasən həmin tarixdə saat 11:00-də Təqsirləndirilən şəxs eksperimental xətt qəbul etməkdən ötrü sonuncuya 2 A4 formatlı ağ kağızda ardınca imza icra etməyi təklif edilmişdir. Təklifə uyğun olaraq Təqsirləndirilən şəxs 2 ədəd ağ vərəqəyə təkrarən bir neçə dəfə imza etmişdir (cild 1, iş vərəqi 74-76). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1688 saylı rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 13-cü vərəqində xx.xx.2021-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 15-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 20-ci vərəqində xx.xx.2021-ci il tarixli, vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 21-ci vərəqində xx.xx.2021-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 24-cü vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 25-26-cı vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin aşağı hissəsində və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzalar, 28-ci vərəqində olan xx.xx.2021-ci il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 29-cu vərəqində xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 30-31-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində “İmza:” qrafasında və aşağı hissədə “3.” rəqəmi qarşısındakı imzalar və 2-ci vərəqində “3. Təqsirləndirilən şəxs” qrafasındakı imza, 33-34-cü vərəqlərində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin izahatının 1-ci vərəqində “İmza/ Təqsirləndirilən şəxs” qrafasında və həmin vərəqin aşağı hissəsindəki imzalar və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 36-cı vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza və 45-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 13-cü vərəqində xx.xx.2021-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 15-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 20-ci vərəqində xx.xx.2021-ci il tarixli, vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı qrafasındakı imzada, 21-ci vərəqində xx.xx.2021-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 24-cü vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 25-26-сı “Ə” + hərf təşkil etməyən cizgilər + son cızıq. Tədqiq olunan imzalar orta yazı vərdişi və sürəti ilə xarakterizə olunur. Hərf və cizgilərin ölçüləri və aralarındakı məsafə orta-böyük, şaquli oxa nisbətən meylləri sağadır. İmzaların əsası xəttinin forması dalğavari, istiqaməti üfqidir. Tədqiq olunan imzalar orta yazı vərdişi və sürəti ilə xarakterizə olunur. Hərf və cizgilərin ölçüləri və aralarındakı məsafə ortadır, şaquli oxa nisbətən meylləri düzünədir. İmzaların əsası xəttinin forması dalğavari, istiqaməti üfqidir. Tədqiq olunan imzaları öz aralarında bir-biri ilə və Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə yuxarıda göstərilən ümumi və aşağıdakı xüsusi əlamətlərində uyğunluqlar müəyyən olundu:  quruluşuna görə (mürəkkəblik dərəcəsi): “Ə” hərfinin bitmə hissəsinin icrasında hərəkətin uzadılması hesabına mürəkkəbləşdirilmişdir;  hərəkətin icra olunma formasına görə: “Ə” hərfinin yuxarı hissəsinin icrasında bucaqvari hərəkətlə, “Ə” hərfinin əsas hissəsinin icrasında - qövsvari hərəkətlə;  hərəkətin birləşmə formasına görə: hərf təşkil etməyən cizgilər bir-biri ilə - (vairantlarda) ilgəklə, bucaqla və qayıdış-düzxətlə;  hərəkətin forma və istiqamətinə görə: son cızığın bitmə hissəsinin icrasında - sağa istiqamətli hərəkətlə;  hərəkətin bitmə nöqtəsinin yerinə görə: son cızığın icrasında - sətr xəttindən yuxarıda. Müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir.

3. Tədqiq olunan imzalar, ekspertizaya təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 13-cü vərəqində xx.xx.2021-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 15-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 20-ci vərəqində xx.xx.2021-ci il tarixli, vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 21-ci vərəqində xx.xx.2021-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 24-cü vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 25-26-cı vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin aşağı hissəsində və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzalardan, 28-ci vərəqində olan xx.xx.2021-ci il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 29-cu vərəqində xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 30- 31-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində “İmza:” qrafasında və aşağı hissədə “3.” rəqəmi qarşısındakı imzalardan və 2-ci vərəqində “3. Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 33-34-cü vərəqlərində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin izahatının 1-ci vərəqində “İmza/ Təqsirləndirilən şəxs” qrafasında və həmin vərəqin aşağı hissəsindəki imzalardan və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 36-cı vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilib haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan və 45-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin aşağı hissəsində və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzalarda, 28-ci vərəqində olan xx.xx.2021-ci il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 29-cu vərəqində xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 30-31-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində “İmza:” qrafasında və aşağı hissədə “3.” rəqəmi qarşısındakı imzalarda və 2-ci vərəqində “3. Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 33-34-cü vərəqlərində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin izahatının 1-ci vərəqində “İmza/ Təqsirləndirilən şəxs” qrafasında və həmin vərəqin aşağı hissəsindəki imzalarda və 2ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada, 36-cı vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada və 45-ci vərəqində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzada - imzaların qeyri-adi psixoloji vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Aparılmış tədqiqatın dəyəri 126 (yüz iyirmi altı) manat təşkil edir (cild 1, iş vərəqi 161-165). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompüter-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 5/1299 saylı rəyindən görünür ki,

1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A02S” markalı “SM-A025F/DS” modelli “**********61875, **********61873” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.

2. Tədqiq olunan “Samsung Galaxy A025” markalı “SM-A025F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Whatsapp”, “Whatsap Business”, “Telegram” proqram təminatları, “İnstagram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu.

3. Tədqiq olunan “Samsung Galaxy A025” markalı “SM-A025F/DS” modelli mobil smartfona 01 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olan (“SMS” mesaj, “Whatsapp” proqram təminatı və sairə) məlumatların olub-olmaması barədə “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş “hesabat”da qeyd olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir (cild 1, iş vərəqi 166- 169). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 166 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 170-172). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 173- 174). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanının qarşısında həmin ünvandan çıxdıqdan sonra saxladıqları və Sabunçu RPİ-nin 12ci Polis şöbəsinə dəvət etmələri, şöbədə vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi və üzərindən 5 bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin ona aid olmasını və həmin narkotik vasitələri tutulmamışdan bir gün əvvəl İran İslam Respublikası vətəındaşı olan “Musa” adlı şəxsin vasitəsi ilə Qaraçuxur qəsəbəsindən əvvəlcədən təyin edilmiş yerdən satış məqsədilə əldə etməsini etiraf etməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 221-225). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Sadıqov X7 Nemət Muxtar oğlunu yaşadığı ünvan 10 ünvanının qarşısında həmin ünvandan çıxdıqdan sonra saxladıqları və Sabunçu RPİ-nin 12ci Polis şöbəsinə dəvət etmələri, şöbədə vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi və üzərindən 5 bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin ona aid olmasını və həmin narkotik vasitələri tutulmamışdan bir gün əvvəl İran İslam Respublikası vətəındaşı olan “Musa” adlı şəxsin vasitəsi ilə Qaraçuxur qəsəbəsindən əvvəlcədən təyin edilmiş yerdən satış məqsədilə əldə etməsini etiraf etməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 226-230). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 16 noyabr 2021-ci ildə saat 19:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanının qarşısında həmin ünvandan çıxdıqdan sonra saxladıqları və Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə dəvət etmələri barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 84-87). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 16 noyabr 2021-ci ildə saat 19:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanının qarşısında həmin ünvandan çıxdıqdan sonra saxladıqları və Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə dəvət etmələri barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 88-91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskin götürülməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X12 16 noyabr 2021-ci il tarixdə polis əməkdaşlarının müvəqqəti yaşadıqları evə gəlməyi və Təqsirləndirilən şəxs apardıqları ilə əlaqədar həmin evin həyətində quraşdırılmış kamera görüntüsünə düşmüş videogörüntünü olan 01 CD diskdə təqdim etmişdir (cild 1, iş vərəqi 239). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, sağ hissədə daş hasar vardır və sol tərəfdə ipdən paltarlar asılmışdır. Əvvəlcə hasarın sağ hissəsində küçə tərəfdən hasara doğru qaranlıq olduğundan zahiri görünüşlərini müəyyən edilməsi mümkün olmayan iki nəfər şəxs yaxınlaşmış, onlardan biri hasarın sol hissəsinə keçmiş, digər şəxs isə hasarın sağ hissəsindən keçərək oradan aralınmış və görüntüdən itmişdir. Hasarın sol hissəsindən keçən şəxsin hər bir əlində zənbil olmaqla yuxarıda quraşdırılmış müşahidə kamerasının altından keçərək görüntüdən itmişdir. Bu görüntündən sonra 3 dəqiqə müddətində hər hansı bir şəxs görsənməmişdir, lakin sağ hissədə küçə tərəfdə küçədən keçən avtomobil faralarının işıqları müşahidə olunmuşdur. Təxminən 3 dəqiqədən sonra küçə tərəfdən qaranlıq olduğundan zahiri görünüşlərini müəyyən edilməsi mümkün olmayan bir neçə nəfər şəxs bir-birinin ardınca iti addımlarla hasara yaxınlaşaraq bundan əvvəl zəmbillə daxil olan şəxsin keçdiyi yerdən keçmiş və zəmbillə olan şəxsin keçdiyi istiqamətdə onlar da 5 nəfər olmaqla yuxarıda quraşdırılmış müşahidə kamerasının altından keçərək görüntüdən itmişlər. Bu görüntündən sonra 2 dəqiqə 30 saniyə müddətində hər hansı bir şəxs görsənməmişdir. Təxminən 2 dəqiqə 30 saniyədən sonra görüntüdən itən hissədən geriyə iki nəfər şəxs çıxmış və onlardan irəlidə olan şəxs əvvəlcə əlində olan paketin içərisinə baxmış və daha sonra mobil telefonla danışmışdır. Bu anda bayır tərəfdən hasarın sol hissəsindən bir nəfər şəxs də keçmişdir. Daha sonra görüntüdən itən hissədən geriyə 7 nəfər şəxs keçmiş, onlardan biri digər bir nəfərin qollarından tutmuşdur. Bu şəkildə həmin şəxslər həmin yerdən uzaqlaşmışlar (cild 1, iş vərəqi 240). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 5/1299 nömrəli rəyə əlavə olunmuş 03 ədəd DVD-R diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, disklərə baxış zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 249). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatlar qeyd edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 05 ədəd fayl vardır. Həmin fayllar aşağıdakılardır:

1. SMS_Tarixçəsi__**********3147__704390909

2. SMS_Tarixçəsi__**********3201__702641314

3. SMS_Tarixçəsi__**********3205__702641314

4. Zənglərin_Detallaşması__**********5334___702641314

5. Zənglərin_Detallaşması__**********5343___704390909 SMS_Tarixçəsi__**********3147__704390909, SMS_Tarixçəsi__**********3201__ 702641314, SMS_Tarixçəsi__**********3205__702641314 adlı fayllarda qeyd olunan mobil nömrədən müxtəlif mobil telefon nömrələrinə yazılmış sms və həmin nömrələrdən daxil olmuş SMS mətnlərinin məzmunu, Zənglərin_Detallaşması__**********5334___702641314, Zənglərin_ Detallaşması__**********5343___704390909 adlı fayllarda qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar əks olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə müxtəlif sms mətnlər, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:

1. xx.xx.2021-ci il tarixdə, saat 23:23-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Telfonu ac senen başqa işm var torpaq meselesi.

2. xx.xx.2021-ci il tarixdə, saat 03:38-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Torpaq lazımdı.

3. xx.xx.2021-ci il tarixdə, saat 03:38-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Torpaq lazımdı uc ya dortdene Qardawuvun iwin awırtda, en azı hec okmasa ikidene duz qowda gelim gotrum. Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir:

1. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 19:26:11də ünvan 14 ünvanında hərəkət etməsi müəyyən edilmişdir.

2. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 03:10:14də ünvan 15 ünvanında hərəkət etməsi müəyyən edilmişdir. Baxış zamanı ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin məxsusluğu barədə məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 148-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, AZF/LGL-34251/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatlar qeyd edilmiş 01 ədəd “CD” diskəbaxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki: - xx.xx.2021-ci il tarixdə saat 20:27:54 dəqiqədə ***-***-**-**saylı mobil nömrə ilə 070- ***-**-** saylı mobil nömrə arasında “Nemi falqa olsa verersən qaqa” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:07:59 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Mən tərəzni atıram toaletə” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 20:23:33 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Sənə deyirəm sora demə ki tərəzni atram toyalitə” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 02:53:11 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Telfonu açmırsan qaqa nə olub? Vəziyət necədi ağriyıb elesən xəber ele” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 02:42:07 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Brat azadam qardawuva nese gönderə bilərsen”, həmin tarixdə saat 02:43:51 dəqiqədə “X17”, həmin tarixdə saat 03:30:20 dəqiqədə “Yatbsan Brat”, həmin tarixdə saat 03:31:25 dəqiqədə “Yo, brat ağriyiram uје yata bilmirəm sənöl”, həmin tarixdə saat 03:34:37 dəqiqədə “X23 Dedin”, həmin tarixdə saat 03:35:19 dəqiqədə “Günüz yazmıwdim qardawim”, həmin tarixdə saat 03:37:36 dəqiqədə “X18”, həmin tarixdə saat 03:38:04 dəqiqədə “Narat olma brat”, həmin tarixdə saat 05:34:53 dəqiqədə “Brat səhər qardawun gözdüyəcəydə seni çox pisem”, həmin tarixdə saat 13:56:39 dəqiqədə “X19” sms mətnləri olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13:22:08 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Brat mən uје pis ağrıtıram sənöl mənə bir söz dedə qardaşım” sms mətni olmuşdur. xx.xx.2021 -ci il tarixdə saat 23:23:31 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Telfonu ac senen başqa içm var torpaq meselesi” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 03:38:30 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “TORPAQ LAZMDİ UC YA”, həmin tarixdə saat 03:43:26 dəqiqədə “QARDAWUVUN İWİN AWİR” sms mətnləri olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 09:45:05 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Qaqa axşam eldəniz gəlib Əli ordadı yatıb mesaj yazmışam ki dayımdan yerin öyrənib desin.ölürəm Vallah sən istəyirsən hələlik birdənə götür başıva dönərəm qaqam mənim.sənin Lomkam lap pisdi”, həmin tarixdə saat 13:35:17 dəqiqədə “Qaqa yığıram götürmür.amma dal badal yığacam.Var yoxunu (təhqiredici söz olduğu üçün yazılmadı) ölürəm qaqa lomkadan mən”, həmin tarixdə saat 20:49:50 dəqiqədə “Biboğlu səndə zənginə cavab vermədin hə, mən ölürəm lomkadan.bu alçaq kişnəyir atmışam tutun dibindəki verərəm.mən öldüm lomkadan zəng edə bilmirəm yazdım.sən nağayırdun?” sms mətnləri olmuşdur. xx.xx.2021-ci 11 tarixdə saat 21:33:18 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə 070 ***-**-** saylı mobil nömrə arasında “Bide oyuna hazırlaş iyneni vuracaıu” həmin tarixdə saat 21:35:05 dəqiqədə “nə vaxta gələrsən ?c”, həmin tarixdə saat 21:35:41 dəqiqədə “Yarim saata qaqa qonaqim var yola salim gelirem”, həmin tarixdə saat 21:36:31 dəqiqədə “qaqa çalıw tez gelki”, həmin tarixdə saat 21:36:57 dəqiqədə “Seni gozderem axi qa”, həmin tarixdə saat 21:42:21 dəqiqədə “Balam canı gelirem götder geden kimi”, həmin tarixdə saat 23:01:04 dəqiqədə “Qaqa saat 12 de uје”, həmin tarixdə saat 23:04:17 dəqiqədə “Qaqa balamin cani itder doludu burda”, həmin tarixdə saat 23:05:17 dəqiqədə”“Taksi yollayim taksi”, həmin tarixdə saat 23:06:03 dəqiqədə “Qaqa baryoxun (təhqiredici söz olduğu üçün yazılmadı) meyisin heyeti doludu polisnen” sms mətnləri olmuşdur. xx.xx.2021 -ci 11 tarixdə saat 02:47:28 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***- ***-**-** saylı mobil nömrə arasında “Дерман истесен ҹикладон бирдə башга веререм йатмага елады”, həmin tarixdə saat 02:49:29 dəqiqədə “Arginal meti lazmdie” sms mətnləri olmuşdur. xx.xx.2021-cı il tarixdə saat 12:09:56 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə 070 ***- **-** saylı mobil nömrə arasında “ay nemət mənə cavab verdə qurban olum dözülməz ağrıdayam belə etmə. Axşam varyoxyn (təhqiredici söz olduğu üçün yazılmadı) borcuvuda verəcəm” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 15:57:52 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Heмeт мене икдене дерман ала билерсен”, sms mətnləri olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 18:52:34 dəqiqədə ***-***-**-**saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Qaqa biraz varım idi dunen onuda bir usaq var onan böldüm qalanida çekdim qaqacani biraz qalmisdi falqada onuda bayax çekdim” sms mətni olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 14:01:50 dəqiqədə ***-***-**-** saylı mobil nömrə ilə ***-***- **-** saylı mobil nömrə arasında “Sen lkola ver men sene saba verim” sms mətni olmuşdur (cild 2, iş vərəqi 22-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 18700/2-345 saylı məktubundan və məktuba əlavə edilmiş hesaba dair çıxarış, anket məlumat və mobil nömrələr, hesabların sahibləri barədə anket məlumat və mobil nömrələrdən görünür ki, aparılan araşdırma zamanı 4169 73** **** 6226 nömrəli (karta bağlı ******************** hesab kartın X2, ******************** nömrəli (hesaba bağlı 4169 74** **** 5755 kart) hesabın X9, ******************** nömrəli (hesaba bağlı 4169 73** **** 5014 kart) hesabın X10 adına olduğu məlum olmuşdur (cild 1, iş vərəqi 121-147). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 xx.xx.2021-ci il tarixli, 1318 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olunmamışdır (cild 1, iş vərəqi 118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 41-16178/2021 saylı məktubundan və məktuba əlavə edilmiş hesabdan çıxarışından görünür ki, 5167-5133-4434-2399 saylı plastik kart "xxxx" ASC-nin Müştəri xidməti departamentinin müştərisi, ünvan 16 ünvanında qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına açılmış ******************** saylı bank hesabına bağlıdır və həmin hesab üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində heç bir əməliyyat aparılmamışdır (cild 1, iş vərəqi 119-120). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-nin 27 yanvar 2022ci il tarixli 157000/2-345 nömrəli məktubuna əlavə edilmiş 26 vərəqədən ibarət çıxarışa baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, çıxarışa baxış zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 250). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasından olan “Musa” adlı şəxsin əməlinə obyektiv və hərtərəfli hüquqi qiymət verilməsindən ötrü ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir (cild 2, iş vərəqi 5-16). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X4 Əhmədova məxsus “Samsung” markalı mobil telefonu təhvil almışdır (cild 2, iş vərəqi 21). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi tanıma və saxlama barədə xx.xx.2021-ci il tarixli qərardan və xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, 48,807 qram çəkidə narkotik vasitə heroin və 16,395 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,707 qram heroin və 16,305 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 95-96). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 114). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarınnarkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmaması, özünün narkotik vasitələrin yalnız istifadəçisi olması, polis əmədaşlarının onun evinə qanunsuz daxil olaraq evində axtarış aparmaları və onun əldə etdiyi təxminən yarım qrama yaxın heroini və limon duzunu evdən aşkar etmələri, onun üzərində narkotik vasitə və psixotrop maddə olmaması, polislərin təzyiqi ilə sonuncuların özləri ilə gətirdikləri narkotikləri cibinə qoyması və şəxsi axtarış zamanı həmin narkotikləri özünün təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş yuxarıda şərh olunan çoxsaylı polis əməkdaşlarının ifadələrindən, keçirilmiş əməliyyat tədbirinin və təqsirləndirilən şəxsin saxlanmasını əks etdirən tərtib olunmuş sənədlərdən aşkar görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda deyil, məhz həmin ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada şəxsi axtarış zamanı üzərindən verilmiş ittihamda qeyd edilmiş narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Aşkar edilmiş narkotiklərin tərkibi və çəkisi isə iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının rəyində dəqiq göstərilmişdir. Həmin rəydə təqsirləndirilən şəxsdən aşkar edilmiş əşyalar arasında limon duzunun olduğu görünmür. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin faktiki ər-arvad münasibətində olduğu X12 və qonşusu X3 polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə qanunsuz daxil olub axtarış aparmaları, evdən narkotik vasitələri tapması və Təqsirləndirilən şəxs evdən aparmaları barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və məhkəmədə tədqiq olunan, müdafiə tərəfinin iddia etdiyi - polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə qanunsuz daxil olmalarını əks etdirən disklə bağlı qeyd edir ki, təqdim edilmiş diskin mənbəyinin qanuni olub-olmaması ilə bağlı məhkəməyə hər hansı məlumat verilməmişdir. Bundan başqa məhkəmədə disk tədqiq olunarkən orada əks olunmuş videogörüntünün qeydə alınma tarixi və vaxtı yoxdur, videogörüntüdə olan yerin hara olması bilinmir. Ən əsası isə hava qaranlıq və videogörüntünün özü keyfiyyətsiz olduğundan videogörüntüdə əks olunmuş şəxslərin sifətləri aydın deyil, yəni onların kim olduqları müəyyən etmək mümkün deyildir. Göstərilən səbəblərdən qeyd edilən videodisk məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Məhkəmə, eyni zamanda, yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, ayrı-ayrı bükümlərə bükülməsini, təqsirləndirilən şəxsin digər şəxslərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı telefon yazışmalarını müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanıazadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 70-72, 197-199; cild 2, iş vərəqi 111-114, 212-215). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,807 qram heroin və 16,305 qram metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 295,90 (iki yüz doxsan beş manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,807 qram heroin və 16,305 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün İbtidai istintaq zamanı aparılmış məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar 295,90 (iki yüz doxsan beş manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar