Məhkəmə qərarları › İş №1(101)-1291/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1291/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1291/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər: “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Müdafiəçi2, mütəxəssis (psixoloq) X4 iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 2003-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 barəsində həbs qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 182.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, “İnstagram” sosial şəbəkəsində yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra yalandan sonuncuya ona sevdiyini deyərək atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib etibarından sui istifadə edərək tezliklə qaytaracağına dair yalan vədlər verib aldadaraq 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanın yaxınlığında sonuncudan anasına məxsus 1000 manat pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, bundan sonra vahid niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs1 ona sevdiyini deyərək atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib etibarından sui-istifadə edərək tezliklə qaytaracağına dair yalan vədlər verib aldadaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə 23 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 evlərindən götürdüyü anası Zərərçəkmiş şəxs2 məxsus 3000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat, 1.500 manat pul vəsaitini, 1260 manat dəyərində 583,585 əyarlı, 14,82 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “İTALY 585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 652 manat dəyərinfə, 583, 585 əyarlı, 7,68 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 1275 manat dəyərində, 750 əyarlı, 11,59 qram, qırmızımtıl rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb- bağlanan, üzərində “750” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 380 manat dəyərində 583,585 əyarlı, 4,46 qram üzərində bir ədəd qiymətsiz yaşıl rəngli qaşı olan, sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl kulon, 1428 manat dəyərində 583,585 əyarlı, 16,80 qram qırmızımtıl rəngli, üzərində “Anama hədiyyə” və “50” yazıları və “585” damğası olan 1 ədəd qızıl sikkə, 632 manat dəyərində 583,585 əyarlı 7,44 qram sarı rəngli, 1 tərəfində qız şəkli, digər tərəfində balığ şəkli təsvir edilmiş bir ədəd qızıl sikkə, 573 manat dəyərində 583,585 əyarlı, 6,74 qram üzərində 1 ədəd qiymətsiz korund qrup qaşlara aid rəngsiz şəffaf qaş olan, qırmızımtıl rəngli, üzərində “583” damğası olan bir ədəd qızıl kulon, 145 manat dəyərində 583,585 əyarlı, 1,70 qram qırmızımtıl rəngli, üzərində “583” damğası olan, at nalı formalı bir ədəd qızıl kulon, 662 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli, həmçinin “750” damğası olan bir ədəd kulon, 1255 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində 17 ədəd (brilyant, 7əd.təx. 0,055 ct. 10 əd.hər biri təx.0,004ct. Ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, halqasının üst hissəsində “750” damğası olan, sarı rəngli bir ədəd qızıl üzük, 74 manat dəyərinfə 583,585 əyarlı, 0,87 qram üzərində 2 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli bir cüt (sırğa cütünün 1 tayının kilidi yoxdur) qızıl sırğa, 30 manat dəyərində 5,45 qram qiymətsiz metal ərintisi, üzərində qızıl təbəqə olan sarı rəngli, üzərində 2 ədəd göy və çəhrayı rəngli paltarlı uşaq bəzəyi olan, halqasının iç tərəfində “585” damğası olan 1 ədəd qolbaq, 1827 manat dəyərində 750 əyarlı, 15,34 qram üzərində 36 ədəd (brilyant,2əd.təx.0,050 ct.14 əd.hər biri təx.0,020ct, 20 əd.hər biri.təx.0,004 ct.ümumi 4/4) rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, “750” damğası olan bir cüt qızıl sırğa, 372 manat dəyərində 750 əyarlı, 3,38 qram sarı rəngli, iç tərəfində “750” damğası olan bir cüt qızıl sırğa, 403 manat dəyərində 583,585 əyarlı, 4,74 qram sarı rəngli, üzərində balıq, balina və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 218 manat dəyərində 583,585 əyarlı, 2,56 qram sarı rəngli, üzərində yarpaq, ulduza və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 6650 manat dəyərində 583,585 əyarlı, 78,24 qram qırmızımtıl rəngli, üzərində “585” damğası olan bir dəst qızıl boyunbağı-qolbaq, 1562 manat dəyərində 583,585 əyarlı, 18,38 qram, sarı rəngli, sünbül formalı bir ədəd qızıl boyunbağı, 1894 manat dəyərində 750 əyarlı, 17,22 qram sarı rəngli, üzərində “İTALY 750” damğası olan bir ədəd qızıl boyunbağı, 1030 manat dəyərində 750 əyarlı, 9,36 qram sarı rəngli, üzərində “750” damğası olan bir ədəd qızıl boyunbağı, 754 manat dəyərində 583,585 əyarlı, 8,87 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd boyunbağı, 150 manat dəyərində 583,585 əyarlı, 1,76 qram sarı rəngli, qulaqcığı üzərində “14K” damğası və “MİDAS” yazısı olan bir ədəd qızıl boyunbağı, 175 manat dəyərində 583,585 əyarlı, 2,06 qram sarı rəngli, üzərində “MİDAS” yazısı və “14K” yazısı olan bir ədəd qızıl boyunbağı, 382 manat dəyərində 583,585 əyarlı 4,50 qram sarı rəngli, üç hissədən ibarət bir ədəd qızıl boyunbağı, 121 manat dəyərində 583,585 əyarlı, 1,43 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 2142 manat dəyərində 750 əyarlı 19,47 qram sarı rəngli, üzərilərində “750” damğası olan bir dəst qızıl sırğa cütü- üzük, 1000 manat dəyərində 8,59 qram (qızıl təx.900) sarı rəngli, üzərində “10 pyöbnü 1898 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 1000 manat dəyərində 8,59 qram (qızıl, təx.900) sarı rəngli, üzərində “10 pyöbnM 1899 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 15288 manat dəyərində 750 əyarlı, 25,96 qram üzərində 32 ədəd (brilyant, 6 əd.təx.0,350 ct,12 əd.təx.0,310 ct.14 əd.təx.0,015 ct.ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, həmçinin “750” damğası olan, sarı rəngli bir dəst qızıl sırğa cütü-üzük, 154 manat dəyərində 583,585 əyarlı, 1,82 qram ipin üzərində olan, kürə formalı sarı rənbgli metallardan ibarət bir ədəd qızıl qolbaq, 1743 manat dəyərində 750 əyarlı, 15,85 qram üzərində bir ədəd bənövşəyi və rəgsiz şəffaf qiymətsiz qaşları, sarı rəngli, həmçinin üzərində “GRAZİELLA İTALY” yazısı və “750” damğası olan bir ədəd qızıl kulon, 1958 manat dəyərində 583,585 əyarlı, 23.04 qram sarı rəngli, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl boyunbağı, 1744 manat dəyərində 583,585 əyarlı, 20,52 qram sarı rənbgli, üzərində “İTALY 585” damğası olan bir ədəd qızıl boyunbağı, 195 manat dəyərində 583,585 əyarlı, 2,29 qram sarı rəngli bir ədəd qızıl üzük, 720 manat dəyərində 583,585 əyarlı, 8,37 qram, üzərində 2 ədəd yaşıl və 4 ədəd rəngsiz şəffaf (4 ədəd rəngsiz şəffaf qaş qiymətsizdir, brilyantdır, hər biri təx.0,020 ct.ümumi 3/3) qaşlar olan bir ədəd qızıl üzük, 625 manat dəyərində 583,585 əyarlı, 5,94 qram üzərində 27 ədəd rəngsiz şəffaf (brilyant, 6 əd.təx.0,040 ct, 20 ədəd.təx hər biri 0,004 ct.qaşlardan 1 ədədi brilyant deyildir, ümumi 3/3) qaşları, həmçinin “22” yazısı olan sarı rəngli bir ədəd qızıl üzük, 5 manat dəyərində 32,52 qram tünd göy rəngli (metal hissələri qiymətsiz metal ərintisi) bir ədəd qol saatı, ümumilikdə dəyəri 30.000 manat olan bir ədəd açılıb qatlanan, dörd künc formalı qara rəngli qızıl quran klon, bir ədəd dairəvi formalı ağ qaşlı qızıl klon, bir ədəd qara qaşlı qızıl üzük, üç ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağ, bir ədəd üzərində “Göz muncuğu” olan uşaq üçün qızıl klon, bir cüt dairəvi formalı qızıl sırğa, üç cüt brilyant qaşlı qızıl uşaq sırğası, bir cüt brilyant qaşlı qızıl sırğa, iki ədəd brilyant qaşlı “göz muncuqlu” qızıl üzük, bir ədəd qırmızı kəmərli üzərində bəzəklər olan qızıl uşaq qolbağı, iki ədəd qızıl uşaq qolbağı və bir ədəd 600 manat dəyərində qızıl beşliyi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanda yerləşən binanın içərisində alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 81523 (səksən bir min beş yüz iyirmi üç) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməli törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkələr vasitəsi ilə tanış olmuş, tanışlığa təşəbbüskar Leylanın özü olmuş, bir müddət yazışdıqdan sonra görüşmüşlər. Görüş zamanı Leyla artıq 18 yaşının olduğunu demişdir. Onlar bir müddət görüşdükdən sonra bir-birini sevmişlər. Leyla onun iş qurmaq üçün pula ehtiyacı olduğunu bilərək özü ona evindən 1.000 manat pul gətirərək iş qurmaq üçün vermişdir. Münasibətləri davam etmiş, daha yaxın olmuşlar və Leyla ona bildirmişdir ki, gələcəkdə ailə quracaqlarını nəzərə alaraq nənəsindən ona varis qalmış qızılları ona vermək istəyir. O da buna etiraz etməmişdir. Belə də oldu, Leyla özü onu yaşadığı evin qarşısına dəvət edərək torbanın içində olan deməsinə görə nənəsindən qalmış qızıl-zinət əşyalarını ona vermişdir. Həmin əşyaları evinə apardıqda anası bunu bilmiş, ondan bu qızılları kimdən və haradan aldığını soruşmuş, o da anasını Leyla ilə telefonla danışdırmış, Leyla anasına təsdiq etmişdir ki, həmin qızılları o, özü ona vermişdir. O, Leylaya qarşı dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətməmişdir. Həmçinin Leylagilin evindən heç nə oğurlamamışdır. Leyla qızılları və pulu özü könüllü olaraq ona vermişdir. Səbəbi isə aralarında olan sevgi münasibətləri olmuşdur. Həmin qızılları o, Lombarda və kredit evinə qaytarmaq şərti ilə verib pul almış, həmin pulun bir hissəsini qurduğu işə, yəni 8-ci km bazarında ayaqqabı satışı üçün sərf etmişdir. Hesab edir ki, məhkəmə onu əsassız həbs etmişdir. Bundan narazıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalnız müstəntiqin yanında görmüş, ona kimi Elgizi tanımamışdır. Digər Zərərçəkmiş şəxs1 onun qızıdır. Xəstə olduğu üçün qızı bu gün məhkəmə iclasına gələ bilməmişdir. İşlə bağlı onu bildirir ki, ünvan 3 ünvanda yaşayır, əvvəl evli olmuş, lakin sonradan boşanmış və yetkinlik yaşına çatmamış qızı vardır. Qızı Zərərçəkmiş şəxs1 xx.xx.2010-cu il təvəllüdlü olmaqla H.Əliyev adına litseyin Vİİ sinif şagirdidir. Onun gözəllik salonu vardır. Qızı Zərərçəkmiş şəxs1 istifadə etmək üçün “Samsung” markalı telefon almışdır. Lakin qızı dərslərini yaxşı oxumadığı üçün əsəbləşib telefonu ondan almışdır ki, sosial şəbəkədən istifadə edə bilməsin. Qızına sadə “Nokıa” markalı telefon alıb vermişdir. 17 may 2023-cü il tarixdə işdə olan zaman qızı zəng edərək bildirmişdir ki, evin qapısı açıqdır, evdəki seyfin qapısı da açıqdır. Qızına evə girməməyi tapşırmış, özü isə hadisə barədə polisə məlumat vermişdir. Bundan sonra evinə getmiş, evə çatdıqda görmüşdür ki, polis əməkdaşları artıq evdədir. Orada ona məlum olmuşdur ki, seyfində saxladığı 2500 manat pulu, 3000 ABŞ dolları və təxminən bir kiloqrama yaxın müxtəlif növ qızıl-zinət əşyaları yoxa çıxmışdır. Polis əməkdaşları evə baxış keçirən zaman divanın altından 15000 ABŞ dolları tapıb özünə qaytarmışlar. Belə ki, polis əməkdaşları qızı Leyla ilə söhbət etdikləri zaman sonuncu etiraf etmişdir ki, seyfdəki pulları və qızılları tanışı olan Elgiz adlı şəxsə sonuncu ona hədə-qorxu gələrək birgə şəkillərini instaqramda yayacağı ilə hədələdiyi üçün vermişdir. Qızı ilə üzbəüz qaldıqdan sonra qızı bildirmişdir ki, qorxusundan yalan danışmış, evə heç kəs daxil olmamış və oğurluq olmamışdır. Belə ki, bir nəfər Elgiz adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin şəxs ilə danışmış və görüşmüş, Elgiz onu sevdiyini bildirmiş, ilkin olaraq Elgizə ondan xəbərsiz seyfi açaraq 1000 manat borca pul vermiş, sonradan Elgiz yenidən pul istədikdə etiraz etdikdə sonuncu ona qarşı hədə-qorxu gəlmiş, 1000 manat pul verməsini anasına deyəcəyini, mesajlarını göstərəcəyini, sosial şəbəkədə yayacağını, əlindən tutan zaman fotoşəkilini çəkdiyini bildirməsini demiş, bundan sonra da qızı seyfi açaraq qalan 1500 manat, 3000 ABŞ dolları, 15000 ABŞ dolları və qızılları götürmüş, 15000 ABŞ dollarını divanın altında gizlətmiş, digər pulları və qızılları isə Elgizə vermiş, sonradan biləcəyindən qorxduğu üçün Elgizə bu barədə demiş, o da Elgizin deməsi əsasında yalandan demişdir ki, evə kimsə girmişdir. Qeyd etmək istəyir ki, oğurlanmış qızıllar anasına deyil, şəxsən özünə məxsusdur. Onun anası 32 il bundan əvvəl dünyasını dəyişmiş, anasında belə qızıllar olmamışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən qızılların bir qismi ona qaytarılmış, lakin pulları və qızılların qalan hissəsi qaytarılmamışdır, onları Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Digər Zərərçəkmiş şəxs2 isə onun anasıdır. Anası ilə eyni ünvanda yaşayır, anası atası ilə boşanmışlar, qardaşı və bacısı yoxdur. Anası hadisədən qabaq ona istifadə etmək üçün “Samsung” markalı telefonu vermiş, hadisədən sonra əsəbləşərək telefonunu almış və “Nokıa” markalı telefon alıb vermişdir. Həmin telefon ilə isə heç bir sosial şəbəkəyə girmək mümkün olmamışdır. “İnstagram” sosial şəbəkəsində “Tagiyeffa_rxz” səhifəsi vardır. Həmin səhifəni “Samsung” markalı telefonu olan zaman istifadə etmişdir. Məhz həmin telefonu istifadə etdiyi zaman hadisədən təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində “Elgiz._.666” adlı istifadəçi ilə tanış olmuşdur. Elgiz ilə tanış olduqdan sonra mesajlaşmağa başlamışdır. Elgiz ona “Elgiz._.666” və “Əhmədli” adlı profillərdən yazmışdır. Biri-biriləri ilə hal əhval tutmuşlar. Bir ay ərzində Elgiz ilə mesajlaşmışdır. 17 aprel 2023-cü il tarixdə Elgizin təklifi ilə təhsil aldığı litseyin qarşısında görüşmüşdür. Elgiz ilə 10 dəqiqə ərzində litseyin ətrafında gəzişmiş və biri-biriləri ilə daha yaxın tanış olmuşlar. Belə ki, Elgizə valideyinləri və özü haqqında məlumat vermişdir. Elgiz də özü haqqında məlumat vermişdir. İki gün sonra Elgiz ilə yenidən litseyin qarşısında görüşmüş və onunla söhbət etmişlər. Görüşənədək Elgiz ilə telefonda mesajlaşmışlar. Görüş zamanı artıq Elgiz xoş sözlər demiş və onu sevdiyini bildirmişdir. Elgizin bu sözlərinə cavab verməmişdir. Bundan sonra 2 dəfə Elgiz ilə litseyin qarşısında görüşmüş, görüşlər zamanı Elgiz onu sevdiyini deyərək əlindən tutmuşdur. Utandığı üçün heç nə deməmişdir. Elgiz ilə 20 aprel 2023-cü il tarixdə növbəti dəfə yaşadığı evin binasının qarşısında görüşəndə sonuncu ona bildirmişdir ki, 8ci km. bazarında ayaqqabı mağazası açır, ona qaytarmaq şərtilə 1000 manat pul lazımdır. Elgizə heç nə deməmişdir. Bundan sonra Elgiz yalvararaq 1000 manat pul tapmağını xahiş etmişdir. Elgizə rəhimi gəlmiş və qaytaracağını fikirləşib evdə olan anasına məxsus seyfdən 1000 manat pul götürüb Elgiz ilə yaşadığı binanın yaxınlığında görüşüb pulu sonuncuya vermişdir. Elgiz də tezliklə pulu qaytaracağına söz vermişdir. Bundan sonra 23 aprel 2023-cü il tarixdə Elgiz ilə yaşadığı binanın içərisində Elgiz ilə görüşmüş, Elgiz bildirmişdir ki, yenə də 1000 manat pul lazımdır. Elgizə artıq pul olmadığını demişdir. Bundan sonra Elgiz 1000 manat pulu vermədiyi halda aralarında olan bütün münasibətlərini anasına deyəcəyini, guya özünün onun əlindən tutduğunu kənardan dostu telefona çəkdiyi şəkli də anasına verəcəyi ilə hədələmişdir. Elgizə pulu anasından xəbərsiz verdiyini bildirib xahiş etmişdir ki, heç kimə deməsin. Bundan sonra Elgiz dahada aqressivləşib bildirmişdir ki, anasına onunla olan münasibətini də deyəcək, belə ki, ona yazdığı mesajları göstərəcək, səsini qeyd etdiyini və əlindən tutan zaman fotoşəkilini anasına göstərəcəyi ilə hədələmiş, o, cümlədən internet sosial şəbəkəsində yayaraq rüsvay edəcəyi ilə şantaj etmişdir. Bunu etməmək üçün Elgiz ondan pul və qızıl-zinət əşyaları tələb etmişdir. Bundan sonra Elgizin danışıqlarından dediklərinin real olmasını görüb qorxaraq razılaşmış və bildirmişdir ki, nə istəyirsə edəcək. Belə ki, qorxmuşdur ki, Elgiz anasına və təhsil aldığı litseyə onun haqqında danışa bilər, o, cümlədən sosial şəbəkədə mesajlarını və səslərini yaydığı halda sinif yoldaşları və müəllimləri görə bilər. Bundan sonra Elgizə küçədə gözləməsini deyərək evə getmişdir. Siyirmədən seyfin açarını götürüb açaraq oradan anasına məxsus sellofanda olan təxminən çəkisi 1 kiloqrama yaxın müxtəlif qızıl-zinət əşyalarını, 3000 ABŞ dollarını, 1500 manat pulu və 15000 ABŞ dollarını götürmüşdür. 15000 ABŞ dollarını evdə olan divanın altında gizlətmişdir ki, Elgiz yenidən pul tələb etdikdə danışmaması üçün sonuncuya verər. Bundan sonra küçəyə çıxıb qızılları, 1500 manat və 3000 ABŞ dollarını Elgizə vermişdir. Həmin vaxt Elgizdən xahiş etmişdir ki, bir daha onu narahat etməsin. Elgiz də söz vermişdir ki, bir daha onu narahat etməyəcək, mesajlarını və səslərini telefondan siləcək. Elgizə inanmış, lakin Elgiz ondan əl çəkməyərək mütəmadi olaraq zəng edərək onu narahat etmişdir. Elgizə zəng etməməsini xahiş edib bildirmişdir ki, anası seyfi açıb baxdıqda pulların və qızılların olmamasını biləcək və onu cəzalandıracaq. Elgiz onu öyrətmişdir ki, qapını açıq qoyub anasına zəng edərək bildirsin ki, güya kimlərsə evə girib pulları və qızılları oğurlamışdır. O da Elgizin dediyi kimi edərək 17 may 2023-cü il tarixdə anası işdə olduğu vaxt ona zəng edərək evin qapısının açıq olmasını, seyfin də açıq olmaqla içərisinin boş olduğunu demişdir. Anası da heç bir yerə əlini vurmamağını, həyətə düşməyini və binanın mühafizəçisinin yanında gözləməyini tapşırmışdır. 15000 ABŞ dollarını divanın altında çıxarıb üzərinə qoyaraq mühafizəçinin yanına gedərək orada gözləmişdir. Bir neçə dəqiqə sonra həyətə polis əməkdaşalrı gəlmiş, onu sorğusual etmişlər, sonda o, oğurluq olmadığını, pul və qızılları Təqsirləndirilən şəxs verdiyini etiraf etmişdir. Bildirir ki, pul və qızılları Elgizə verəndən sonra sonuncu ona zəng edərək həmin şeyləri könüllü olaraq ona verdiyini anasına bildirməsini demiş, o da Elgizin anasına telefonla pul və qızılların onun tərəfindən Elgizə verildiyini bildirmişdir. Qeyd etmək istəyir ki, Elgizin valideynləri o, litseydən çıxanda qarşısını kəsərək Elgizdən şikayət etməməsini tələb etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir, həmin ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi və ona elan edilən ifadəsini isə təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük oğludur. Oğlu Elgiz oğurluq etdiyinə görə əvəllər məhkum olunmuş, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarında piştaxtanın üzərində qadın ayaqqabısı satmaqla məşğul olmuşdur. Həmin bazarda o da piştaxta götürməklə xırda ticarətlə məşğuldur. Elgizin ayaqqabıları hansı vəsaitlə almasını bilmir. Elgizin deməsinə görə o, kimdənsə borca pul alaraq ayaqqabıları topdan əldə edib satışa qoymuşdur. 18 may 2023-cü il tarixdə axşam saatlarında işdən evə gəldikdən 15-20 dəqiqə sonra yaşadığı evə polis əməkdaşları gələrək Elgizin oğurluq cinayəti törətməsini bildirmişlər. Elgiz həmin vaxt polis əməkdaşlarına evdə olan bir ədəd saat və bir ədəd qolbağı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları oğlunu polis idarəsinə aparmışlar. Polis əməkdaşları getdikdən sonra arvadı ilə söhbət edən zaman öyrənmişdir ki, Elgiz evə qızıl-zinət əşyaları gətirmiş və bildirmişdir ki, bir nəfər qadın vermişdir. Elgiz həmin qızılların bir qismini oğlu Təhmasib ilə, bir qismini isə özü tək girov qoymuş və pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Qardaşı Elgiz atası Farizlə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarında qadın ayaqqabılarının satışı ilə məşğul olmuşdur. 2023-cü ilin aprel ayında qardaşı Elgizdə “İphone 14 Pro Max” modelli telefon görmüş, qardaşından həmin telefonun qiymətinin yüksək olmasını və haradan almasını soruşmuş, Elgiz də demişdir ki, telefonu sevdiyi qız ona almışdır. Sonradan müəyyən olunmuşdur ki, qardaşında olan “İphone 14 Pro Max” modelli telefon orginal deyil, Çin istehsalı olmaqla qiyməti 300 manat civarındadır. Bundan bir müddət sonra isə qardaşının xahişi ilə deməsinə görə sevdiyi qızın ona verdiyi qızılları Bakı Metropolitenin “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən "xxxx"-nə aparıb vermişlər. Həmin qızılları girov qoyaraq qardaşı oradan pul götürmüş, götürdüyü pulun məbləğini bilməmişdir. Bildiyi qədər həmin puldan qardışı bir hissəsini dayılarına xərclik vermiş, müəyyən hissəsini analarına vermiş, ona Elgiz pul verməsə də yeməkxanada ona qonaqlıqlar vermişdir. Zərərçəkmiş şəxs1 tanımamış və görməmişdir. Polis əməkdaşları evlərinə gəlib Elgizi aparan zaman evdə olmamışdır. Evə gəldikdə bilmişdir ki, polis əməkdaşları evlərinə gəldikdə Elgiz onlara qızıl saat və qolbağı təqdim etmiş, polislər onu idarəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, iki ildir ki, "xxxx" QSC-nin ünvan 4 ünvanda yerləşən filialın müdiridir. "xxxx" QSC-nin fəaliyyəti müraciət edən müştərilərdən avtomobillərin, qızıl-zinət əşyalarının lizinqə və kreditə daxil edilməsi ilə bağlıdır. "xxxx" QSC-də müştərilərdən avtomobillərin və qızıl-zinət əşyalarının satışı mövcuddur. Təqsirləndirilən şəxs daha bir şəxslə 2023-cü ilin aprel ayında onların filiala gəldiyi vaxtdan tanımışdır. Elgiz anasına məxsus qızıl-zinyət əşyalarını girov qoymaqla pul almaq istədiyini bildirmişdir. Elgizin dediklərinin həqiqət olmasını müəyyən etmək üçün sonuncunun anası ilə Elgizin telefonu vasitəsilə əlaqə saxlamış və ona cavab vermiş qadın Elgizin anası olmasını bildirməklə qızılların həqiqətən ona məxsus olduğunu, Elgizin onun razılığı ilə qızılları girov qoyduğunu bildirmişdir. Bundan sonra bütün sənədləşmə aparılıb imzalandıqdan sonra onların gətirdiyi qızıl-zinət əşyaları qablaşdırılmış və xəzinəyə təqdim edilmişdir. Sonradan isə həmin qızıllar "xxxx" QSC-nin baş ofisinə təhvil verilmişdir. Qızılları girov qoyan Təqsirləndirilən şəxs olmuşdur. Digər şəxs isə onun qardaşı olmuşdur. Elgizin gətirdiyi qızıllar 9.216 manat 80 qəpik dəyərində qiymətləndirdilmiş, lakin Elgizə qızılların dəyərindən artıq, yəni 9670 manat kredit verilmişdir. Qızılların ümumi çəkisi 139,20 qram, xalis çəkisi isə 144,20 qram olmuşdur. Həmin kreditə görə Elgizə ödəmə qrafiki verilmiş, lakin Elgiz həmin qrafik üzrə heç bir ödəniş həyata keçirməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, fiziki şəxs kimi ünvan 5 ünvanda yerləşən lombardın müdiri işləmiş, 29 aprel 2023-cü il tarixdə günorta saatlarında işlədiyi lombarda gəldikdə görmüşdür ki, işçisi olan Ləman bir nəfər müştəri olmuş və lombarda qızıl girov qoymağa gətirmiş cavan oğlan ilə söhbət edir. Həmin şəxs 05 ədəd boyunbağı və müxtəlif növ qızıl-zinət əşyaları, o, cümlədən şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinə baxdıqda görmüşdür ki, sonuncu Təqsirləndirilən şəxsdur. Həmin qızılları Elgizdən alıb yoxlamış və çəkisini müəyyən etmişdir. Elgizin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb əslini özünə qaytarmışdır. Bundan sonra Elgiz ilə qızılları 14050 manata razılaşmışdır. Qızılın girov qoyulması barədə 508527 nömrəli girov bileti tərtib edilmişdir. Girov biletində qızıl barədə qeydlər yazılmış, Elgiz və Ləman tərəfindən imzalanmışdır. Eyni zamanda qızılların siyahısını tərtib etmiş və Elgiz öz xətti ilə yazaraq imzalamışdır. Qızılları qablaşdırıb girov bileti ilə birgə Bakı Metropolitenin “Sahil” stansiyası yaxınlığında yerləşən “Respublika” banka gətirmişdir. Orada qızılları və girov biletini təqdim edərək 14000 manat pul əldə etmişdir. İşlədiyi lombarda qayıdıb pulu və girov biletinin bir nüsxəsini Elgizə vermişdir. Girov biletinin bir nüsxəsini isə lombardda saxlamışdır. Razılaşmaya əsasən Elgiz 14050 manat pul müqabilində lombarda 14700 manat pul ödəməli olmuşdur. Çünki qızıllar girov kimi 4 faizdən qəbul edilmiş və Elgiz aylıq 680 manat pul ödəməli olmuşdur. Elgiz pulu götürdükdən sonra çıxıb getmiş və bir daha sonuncunu görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 7A ünvanında əri Fariz, böyük oğlu Təhmasib və az yaşlı qızı Mədinə ilə birgə yaşayırlar. Əri Fariz Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci KM ” bazarında ayaqqabı satmaqla məşğul olur. 2023-cü ilin aprel ayının sonlarında oğlu Elgiz evə gəlmiş, özü ilə sellofan torbada müxtəlif çəkidə və formada qızıl-zinət əşyaları gətirmişdir. Elgizdən həmin əşyaları haradan əldə etməsini soruşmuş, Elgiz qızılları qız dostunun hədiyyə etdiyini demişdir. Bundan həyəcanlandığı üçün Elgiz dostu kimi bildirdiyi həmin qıza zəng edərək danışmış, Leyla oğluna atdığı səs yazısında həmin qızılları Elgizə könüllü verdiyini demiş, “Qurban Bayramı” münasibəti ilə onu təbrik etmişdir. Leylanın səsini eşitdikdən sonra oğluna inanmışdır. Oğlu həmin qızılzinət əşyalarını satmaq üçün aparacağını bildirmişdir. Elgiz qızıl-zinət əşyalarının müəyyən qismini satmaq üçün lombarda aparmış, lombarddan kimsə zəng edərək oğlunun təqdim etdiyi qızıl-zinət əşyalarının kimə məxsus olduğunu soruşmuş, həmin əşyalar ona məxsus olmasa da, yalandan həmin əşyaların özünə məxsus olduğunu demişdir. Elgiz əşyaları girov qoyduqdan sonra 3-4 gün evə gəlməmişdir. Daha sonra Elgiz təkrar evə gələrək əşyaların evdə qalan hissəsini aparıb lombardda girov qoyub pul götürmüşdür. Lakin Elgizin götürdüyü pulun miqdarını bilməmişdir. Elgiz üzərində şəkil olan saatı və qara kəmərli üzərində qızıllar olan qolbağını evdə saxlamışdır. 2023-cü ilin may ayında Elgiz polis əməkdaşları ilə evə gəlmiş və polis əməkdaşları evdə olan həmin saat və qolbağını götürmüşlər. Daha sonra Elgiz həbs olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər sübut növlərilə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə “İnstagram” sosial şəbəkəsində yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra yalandan sonuncuya ona sevdiyini deyərək atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib etibarından sui istifadə edərək tezliklə qaytaracağına dair yalan vədlər verib aldadaraq 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanın yaxınlığında sonuncudan anasına məxsus 1000 manat pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməsi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddsi ilə tövsif edildiyi halda onun “İnstagram” sosial şəbəkəsində yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra aralarında olan sevgi mesajlar, danışıqları və əlindən tutub öpən zaman olan fotoşəkillərini anasına göstərməklə, “İnstagram” sosial şəbəkəsinə yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı, o cümlədən ona 1000 manat verməsini anasına deyəcəyi hədəsi ilə pul və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb edib yaşadığı evdə olan pulları və qızıl-zinət əşyalarını gətirməsini deyərək sonuncunun 23 aprel 2023-cü il tarixdə gizlin şəkildə evlərindən götürdüyü anası Zərərçəkmiş şəxs2 məxsus 3000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat, 1.500 manat pul vəsaitini, 1260 manat dəyərində 583,585 əyarlı, 14,82 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “İTALY 585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 652 manat dəyərinfə, 583, 585 əyarlı, 7,68 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 1275 manat dəyərində, 750 əyarlı, 11,59 qram, qırmızımtıl rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb- bağlanan, üzərində “750” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 380 manat dəyərində 583,585 əyarlı, 4,46 qram üzərində bir ədəd qiymətsiz yaşıl rəngli qaşı olan, sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl kulon, 1428 manat dəyərində 583,585 əyarlı, 16,80 qram qırmızımtıl rəngli, üzərində “Anama hədiyyə” və “50” yazıları və “585” damğası olan 1 ədəd qızıl sikkə, 632 manat dəyərində 583,585 əyarlı 7,44 qram sarı rəngli, 1 tərəfində qız şəkli, digər tərəfində balığ şəkli təsvir edilmiş bir ədəd qızıl sikkə, 573 manat dəyərində 583,585 əyarlı, 6,74 qram üzərində 1 ədəd qiymətsiz korund qrup qaşlara aid rəngsiz şəffaf qaş olan, qırmızımtıl rəngli, üzərində “583” damğası olan bir ədəd qızıl kulon, 145 manat dəyərində 583,585 əyarlı, 1,70 qram qırmızımtıl rəngli, üzərində “583” damğası olan, at nalı formalı bir ədəd qızıl kulon, 662 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli, həmçinin “750” damğası olan bir ədəd kulon, 1255 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində 17 ədəd (brilyant, 7əd.təx. 0,055 ct. 10 əd.hər biri təx.0,004ct. Ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, halqasının üst hissəsində “750” damğası olan, sarı rəngli bir ədəd qızıl üzük, 74 manat dəyərinfə 583,585 əyarlı, 0,87 qram üzərində 2 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli bir cüt (sırğa cütünün 1 tayının kilidi yoxdur) qızıl sırğa, 30 manat dəyərində 5,45 qram qiymətsiz metal ərintisi, üzərində qızıl təbəqə olan sarı rəngli, üzərində 2 ədəd göy və çəhrayı rəngli paltarlı uşaq bəzəyi olan, halqasının iç tərəfində “585” damğası olan 1 ədəd qolbaq, 1827 manat dəyərində 750 əyarlı, 15,34 qram üzərində 36 ədəd (brilyant,2əd.təx.0,050 ct.14 əd.hər biri təx.0,020ct, 20 əd.hər biri.təx.0,004 ct.ümumi 4/4) rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, “750” damğası olan bir cüt qızıl sırğa, 372 manat dəyərində 750 əyarlı, 3,38 qram sarı rəngli, iç tərəfində “750” damğası olan bir cüt qızıl sırğa, 403 manat dəyərində 583,585 əyarlı, 4,74 qram sarı rəngli, üzərində balıq, balina və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 218 manat dəyərində 583,585 əyarlı, 2,56 qram sarı rəngli, üzərində yarpaq, ulduza və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 6650 manat dəyərində 583,585 əyarlı, 78,24 qram qırmızımtıl rəngli, üzərində “585” damğası olan bir dəst qızıl boyunbağı-qolbaq, 1562 manat dəyərində 583,585 əyarlı, 18,38 qram, sarı rəngli, sünbül formalı bir ədəd qızıl boyunbağı, 1894 manat dəyərində 750 əyarlı, 17,22 qram sarı rəngli, üzərində “İTALY 750” damğası olan bir ədəd qızıl boyunbağı, 1030 manat dəyərində 750 əyarlı, 9,36 qram sarı rəngli, üzərində “750” damğası olan bir ədəd qızıl boyunbağı, 754 manat dəyərində 583,585 əyarlı, 8,87 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd boyunbağı, 150 manat dəyərində 583,585 əyarlı, 1,76 qram sarı rəngli, qulaqcığı üzərində “14K” damğası və “MİDAS” yazısı olan bir ədəd qızıl boyunbağı, 175 manat dəyərində 583,585 əyarlı, 2,06 qram sarı rəngli, üzərində “MİDAS” yazısı və “14K” yazısı olan bir ədəd qızıl boyunbağı, 382 manat dəyərində 583,585 əyarlı 4,50 qram sarı rəngli, üç hissədən ibarət bir ədəd qızıl boyunbağı, 121 manat dəyərində 583,585 əyarlı, 1,43 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 2142 manat dəyərində 750 əyarlı 19,47 qram sarı rəngli, üzərilərində “750” damğası olan bir dəst qızıl sırğa cütü- üzük, 1000 manat dəyərində 8,59 qram (qızıl təx.900) sarı rəngli, üzərində “10 pyöbnü 1898 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 1000 manat dəyərində 8,59 qram (qızıl, təx.900) sarı rəngli, üzərində “10 pyöbnM 1899 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 15288 manat dəyərində 750 əyarlı, 25,96 qram üzərində 32 ədəd (brilyant, 6 əd.təx.0,350 ct,12 əd.təx.0,310 ct.14 əd.təx.0,015 ct.ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, həmçinin “750” damğası olan, sarı rəngli bir dəst qızıl sırğa cütü-üzük, 154 manat dəyərində 583,585 əyarlı, 1,82 qram ipin üzərində olan, kürə formalı sarı rənbgli metallardan ibarət bir ədəd qızıl qolbaq, 1743 manat dəyərində 750 əyarlı, 15,85 qram üzərində bir ədəd bənövşəyi və rəgsiz şəffaf qiymətsiz qaşları, sarı rəngli, həmçinin üzərində “GRAZİELLA İTALY” yazısı və “750” damğası olan bir ədəd qızıl kulon, 1958 manat dəyərində 583,585 əyarlı, 23.04 qram sarı rəngli, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl boyunbağı, 1744 manat dəyərində 583,585 əyarlı, 20,52 qram sarı rənbgli, üzərində “İTALY 585” damğası olan bir ədəd qızıl boyunbağı, 195 manat dəyərində 583,585 əyarlı, 2,29 qram sarı rəngli bir ədəd qızıl üzük, 720 manat dəyərində 583,585 əyarlı, 8,37 qram, üzərində 2 ədəd yaşıl və 4 ədəd rəngsiz şəffaf (4 ədəd rəngsiz şəffaf qaş qiymətsizdir, brilyantdır, hər biri təx.0,020 ct.ümumi 3/3) qaşlar olan bir ədəd qızıl üzük, 625 manat dəyərində 583,585 əyarlı, 5,94 qram üzərində 27 ədəd rəngsiz şəffaf (brilyant, 6 əd.təx.0,040 ct, 20 ədəd.təx hər biri 0,004 ct.qaşlardan 1 ədədi brilyant deyildir, ümumi 3/3) qaşları, həmçinin “22” yazısı olan sarı rəngli bir ədəd qızıl üzük, 5 manat dəyərində 32,52 qram tünd göy rəngli (metal hissələri qiymətsiz metal ərintisi) bir ədəd qol saatı, ümumilikdə dəyəri 30.000 manat olan bir ədəd açılıb qatlanan, dörd künc formalı qara rəngli qızıl quran klon, bir ədəd dairəvi formalı ağ qaşlı qızıl klon, bir ədəd qara qaşlı qızıl üzük, üç ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağ, bir ədəd üzərində “Göz muncuğu” olan uşaq üçün qızıl klon, bir cüt dairəvi formalı qızıl sırğa, üç cüt brilyant qaşlı qızıl uşaq sırğası, bir cüt brilyant qaşlı qızıl sırğa, iki ədəd brilyant qaşlı “göz muncuqlu” qızıl üzük, bir ədəd qırmızı kəmərli üzərində bəzəklər olan qızıl uşaq qolbağı, iki ədəd qızıl uşaq qolbağı və bir ədəd 600 manat dəyərində qızıl beşliyi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanda yerləşən binanın içərisində alaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 81523 (səksən bir min beş yüz iyirmi üç) manat məbləğində külli miqdarda maddi ziyan vurma əməli təkrarən törədilən hədə-qorxu ilə tələb etmə kimi, yəni CM-nin 182.3.2-ci maddəsi ilə tövsif edilməsi işin hallarına uyğun olmamaqla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs birinci epizod üzrə, yəni CMnin 178.1-ci maddəsi ilə dələduzluq epizodu üzrə təqsirliliyi təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ifadələri, eləcə də cinayət işinin digər materialları ilə təsdiqini tapsa da onun CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulduğu əməl təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai araşdırma zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham verilməklə Bakı şəhəri, Xətai rayon məhkəməsinə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat verilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, məhkəmədə çıxış edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, oğurluq etməmiş, həmçinin Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul almamışdır. Zərərçəkmiş şəxs1 pul və qızılı sonuncunun razılığı ilə almış, belə ki, Leyla ona pulun atasının verdiyi aliment məbləği olduğunu, qızılların isə nənəsinə məxsus olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməsindən imtina etmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. İbtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. İbtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.4-cü maddəsindən həmin məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin tarixdə bu maddə ilə ittiham verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli vəsatət və təqdimat baxılması üçün Bakı şəhər Xətai rayon məhkəməsinə göndərilmişdir. Həmin təqdimat Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçiləri BHM və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əlvəz edilməsi barədə vəsatətinə baxaraq müdafiə tərəfinin təqdim etdiyi videogörüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hədə-qorxu kimi göstərdiyi yazıların xx.xx.2023cü il tarixində yazıldığı, halbuki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən polis əməkdaşları tərəfindən tutulmuş, Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunsa da Təqsirləndirilən şəxs azadlığa buraxılmayaraq guya 37-ci PŞ-nin qarşısında səs-küy etməsi səbəbindən barəsində inzibati protokol tərtib olunaraq şöbədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs tutulduğu və onda mobil telefon olmadığı halda onun adından qeyd olunan yazılar yazılmışdır. Qeyd olunan hal ittihamın saxta, qurma sübutlar əsasında verildiyini göstərir. Məhkəməyə müstəntiq Ceyhun Əsgərov tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus «elgiz._.666» adlı İnstaqram profili ilə mesajlaşmalardan çıxarılmış şəkillərdə hədə-qorxu məzmunlu ifadələrinin hansı tarixdə və saatda yazılması müəyyən olunmamışdır (fotoşəkillər iş materialalrına əlavə edilmişdir). Müdafiəçilər tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan eyni yazıların əks olunduğu və həmin yazıların xx.xx.2023-cü il tarixində yazıldığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdən əvvəlki yazışmalarda isə hədə-qorxu məzmunlu ifadələrə rast gəlinməmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müdafiəçilərin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bakı şəhər Xətai rayon məhkəməsinin qeyd olunan xx.xx.2023-cü il tarixli qərarından Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin Cnayət Kollegiyasında xx.xx.2023-cü il tarixdə baxılaraq protest təmin edilməmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı isə qüvvəsində saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi İnstaqram sosial şəbəkəsində hədə-qorxu yazıları kimi qeyd olunan yazıların müdafiəçilər tərəfindən təqdim olunan və iş materiallarına əlavə edilən CD diskdəki görüntülərdəki yazıların tarixinin xx.xx.2023-cü il olması, həmin tarixdə isə Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon polis idarəsində olması düzgün olaraq qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cnayət Kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə protest təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair müdafiəçinin vəsatətinin təmin edilməsi barədə Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərar və iltizamdan müəyyən olunur ki, həmin tarixdə barəsində ev dustaqlığında saxlama müddəti bitdiyi üçün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclası zamanı ibtidai araşdırma orqanının Bakı şəhər Xətai rayon məhkəməsinə xx.xx.2023-cü il tarixdə müstəntiq Ceyhun Əsgərov tərəfindən Təqsirləndirilən şəxs məxsus «elgiz._.666» adlı İnstaqram profili ilə Zərərçəkmiş şəxs1 yazdığı hədə-qorxu məzmunlu mesajlaşmalardan çıxarılmış şəkillər cinayət işinin materiallarında olmadığı müəyyən edilmişdir. Bununla belə, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi CD diskdəki görüntülərdən Təqsirləndirilən şəxs məxsus «elgiz._.666» adlı İnstaqram profili ilə mesajlaşmalardan çıxarılmış şəkillərdə hədə-qorxu məzmunlu ifadələrinin xx.xx.2023-cü il tarixində yazıldığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdən əvvəlki yazışmalarda isə hədə-qorxu məzmunlu ifadələrə rast gəlinməmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və müəllifi Zərərçəkmiş şəxs1 olması anası Zərərçəkmiş şəxs2 tərəfindən inkar etmədiyi əl yazılarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məzmunu aşağıda olan yazını Təqsirləndirilən şəxs təqdim etmişdir: “Səni sevirəm sevgilim... sənin hər zərrəni sevirəm. Heç vaxt yadımdan çıxmayacaqsan. Hər səhfində düzündə yanında olacağam, olmağa da davam edəcəyəm. Sən mənim hər şeyimsən, səni hər zaman sevəcəm. Hər dəqiqə yaddaşımda qəlbimdə olacaqsan. Ad günün mübarək ”. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və müəllifi Zərərçəkmiş şəxs1 olmasını anası Zərərçəkmiş şəxs2 tərəfindən inkar etmədiyi digər əl yazılarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məzmunu aşağıda olan yazını Təqsirləndirilən şəxs təqdim etmişdir: “Ay Elgiz bəsdir da. Nə qədər dedim qızıllar nənəmin mənə vəsiyyətidir.hələ gördün sənə pul verəndən anamın da səsini göstərdim. Xəbəri var. Bəsdir da inan mənə. 19 yaşım olduğuna da inanmadın, məni bloka atdın. Gördün da amma kurs yoldaşım özü sənə sübut elədi yaşımı. Uşaq deyiləm ki, deyirəm mənimdi, hamısını götür saxla qızılları lazım olandan səndən alacam. Heç bir problem yoxdur. Anam da gördün səsdə dedi. Bəsdir nə vaxta kimi mənə inanmayacaqsan! ” Məhkəmə həmçinin məhkəmə baxışı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs anası Şahid9 ilə telefon söhbətində pul və qızılların onun tərəfindən Elgizə verildiyini bildirmişdir. Belə olan halda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın mahiyyətinə əsasən törədilməsi israr edilən cinayətin obyektiv cəhəti kimi “zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi” çıxış etməlidir. Zərərçəkmiş şəxs1 verdiyi ifadələrdən və işin digər materiallarından konkret olaraq zərərçəkmiş şəxsin hər hansı şəkildə rüsvay olmaq düşüncəsi birbaşa müəyyən olunmamışdır. Zərərçəkmiş şəxsi narahat edən əsas məsələ özünün hüquq pozuntusu, qanunazidd əməl kimi bilmədiyi olan şəxslə əlaqələrinə görə nəticə etibarı ilə təhsil aldığı litseydə rüsvay olması təhlükəsi olmuşdur. Mövcud hüquq normalarının mənasına görə rüsvayedici məlumatlar dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək məlumatlar nəzərdə tutulur. Reallıqda isə təqsirləndirilən şəxs tərəfindən onun Zərərçəkmiş şəxs1 ilə görüşlərini əks etdirən hər hansı foto və videogörüntülərin təqsirləndirilən şəxs tərəfindən çəkilməsi və yaxud çəkdirilməsi halı mövcud olmamışdır. Belə hallar ibtidai araşdırma orqanı tərəfindən də müəyyən edilməmiş və cinayət işinin materiallarına belə foto və video görüntülər əlavə edilməmişdir. Ümumi dəyərlərə görə şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət isə şəxsin özünə, özünün daranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə əlaqəsini sonuncunun anası ilə telefon danışıqlarında aşkar şəkildə bildirməsi, Təqsirləndirilən şəxs ünvanladığı məktublarında Təqsirləndirilən şəxs özünün 19 yaşı olması barədə məlumata sonuncunun inanmamasına görə ondan incidiyini, israrla sonuncuya verdiyi qızıl-zinət əşyalarının nənəsinin ona verdiyi mirasın, pulun isə atasının onun üçün ödədiyi aliment məbləğin olmasını bildirməsi bir daha onların arasında olan münastibətlərin Azərbaycan Respublikası CM-nin 182.3.2ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əmələ uyğun olmadığını göstərir. Hədə-qoxu ilə tələb etmə cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Konkret halda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 nəinki tələbli hədənin çatdırıldığı an, ümumiyyətlə tələb və hədənin irəli sürülməsi faktı mövcud deyildir. Belə ki, məhkəmə baxışı zamanı ibtidai araşdırma orqanının təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi zaman rayon məhkəməsinə təqdim etdiyi guya təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin telefonuna etdiyi hədə-qorxu məzmunlu yazışmaların saxta olduğu tam sübuta yetirilmişdir. Həmin tarixədək isə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında belə məzmunda olan yazışma ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinə bilməz, bununla belə onun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona qarşı sevgi hisslərindən və ona qarşı etibarından sui-istifadə edərək guya iş qurmaq adı ilə pul lazım olduğunu, qazanc əldə etdikdən sonra Zərərçəkmiş şəxs1 ona könüllü verdiyi pul və qızıl-zinət əşyaları qaytaracağına söz verərək ondan anası Zərərçəkmiş şəxs2 məxsus 1.000 manat pulu xx.xx.2023-cü il tarixdə və anası Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 81.523 manat olan pul və qızıl-zinət əşyalarını xx.xx.2023-cü il tarixdə almaqla dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini sübut edən sübut növləri: Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2010cu il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən dəyəri 1kq-a qədər qızıl-zinət əşyalarını şəxsə vermişdir. Xahiş edir ki, Elgizi cinayət məsuliyyətinə cəlb edib ona dəymiş ziyanın qaytarılmasına köməklik göstərilsin. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi barədə »protokodan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11, mənzil 27-dir. Mənzildəki otağın yataq otağında bir ədəd dəmir seyf vardır. Seyfin içərisi boşdur. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs1 qonaq otağında olan divanın alt hissəsindən xeyli miqdarda ABŞ dolları götürüb təqdim etmişdir. Zərərçəkmiş şəxs2 iştirakı ilə həmin pullar sayıldı, hər biri 100 ABŞ dolları əskinası olmaqla 150 ədəd olmaqla 15.000 ABŞ dolları olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 3.000 ABŞ dolları və 1.500 manat pul əskikdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli izahatından müəyyən olunur ki, o, İnstaqram sosial şəbəkəsi vasitəsilə «Elgiz._.666» adlı istifadəçi ilə tanış olmuş, onunla mesaglaşmağa başlamış, 17 aprel 2023-cü il tarixdə Elgizlə təhsil aldığı litseyin qarşısında görüşmüşdür. Görüş zamanı ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onlar söhbət etmiş, ailələri haqqında bir-birinə məlumatlar vermişlər. Bundan iki gün sonra Elgizlə yenidən litseyin qarşısında görüşərək söhbət etmiş, bu görüşə qədər isə telefonla mesaglaşmışlar. Görüş zamanı Elgiz ona xoş sözlər demiş və onu sevdiyini bildirmişdir. Bundan sonra da iki dəfə Elgizlə litseyin qarşısında görüşmüşdür. Elgiz onu sevdiyini bildirib əlindən tutmuş, o isə ona heç nə deməmişdir. Bundan sonra Elgiz yalvararaq ona 1000 manat pul tapmasını xahiş etmiş, bir neçə günə işinin çox olacağını və pulu qaytaracağını demişdir. Elgizin deməsinə görə o, atası ilə birlikdə ticarətlə məşğul olmuşlar. Onun Elgizə rəhmi gəlmiş, ona həmin məbləği gətirib verəcəyini demişdir. Belə ki, evdə olan seyfdən anasına məxsus qızıl-zinət əşyaları və pul vardır. Fikirləşmişdir ki, seyfdən anasının xəbəri olmadan pul götürüb Elgizə versin, Elgiz pulu qaytardıqda isə qaytarıb yerinə qoyar. Təxminən xx.xx.2023-cü il tarixdə anası evdə olmayan zaman siyirmədən seyfin açarını götürüb açaraq oradan 1000 manat pul götürüb Elgizlə yaşadığı binanın yaxınlığında görüşərək pulu ona vermişdir. Elgiz də tezliklə pulu qaytaracağını demişdir. Bundan sonra Elgiz ondan anasına məxsus pul və qızıl-zinət əşyaları istəmiş, verməyəcəyi təqdirdə anasına aralarında olan münasibətlər barədə məlumat verəcəyini demişdir. O da Elgizlə razılaşaraq siyirmədən seyfin açarını götürüb açaraq oradan anasına məxsus sellofanda olan 1 kq-a yaxın müxtəlif qızıl-zinət əşyalarını, 3.000 ABŞ dollarını, 1.500 manat pulu götürüb yaşadığı binanın qarşısında Elgizə vermişdir. Seyfgə olan 15.000 ABŞ dollarını isə evdə olan divanın altında gizlətmişdir. Elgizin xahişi ilə sonuncunun anasına telefonla qızılları özü könüllü olaraq Elgizə verdiyini demişdir. Bundan sonra zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 verdiyi ifadələrində izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Lakin məhkəmə Zərərçəkmiş şəxs1 verdiyi ifadələrinin onun Təqsirləndirilən şəxs ünvanladığı və anası Zərərçəkmiş şəxs2 tərəfindən müəllifliyi qızına aid olmasını inkar etmədiyi məktublarla inkar olduğu qənaətinə gəlir. Belə ki, həmin məktublarda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sevdiyi üçün nənəsindən ona miras qalmış pul və qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs könüllü verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməli onun Zərərçəkmiş şəxs1 əldə etdiyi qızılzinət əşyalarını lombarda və «Kredit Evinə» təqdim etməklə pul vəsaiti alması barədə sənədlərlə (cild 1, i.v 71-73, c.1, i.v 85-91) , bir ədəd saat və bir ədəd qobağın Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanından götürülməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan, qızıl-zinət əşyalarının "xxxx" ASC-dən və Şahid5 məxsus lombarddan götürülməsinə dair protokollardan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 16 avqust 2023-cü il tarixli 3-16-16-2-6/4149-9/5974 saylı məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası rəyindən da müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 16 avqust 2023-cü il tarixli 3-16-16-2-6/4149-9/5974 saylı məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası rəyindən müəyyən edilir ki, ekspertiza təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50923,00 manat təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-dən Zərərçəkmiş şəxs2 məxsus qızılzinət əşyaların götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, -01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmışklon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük "xxxx" ASC-dən götürülərək ibtidai araşdırma orqanına təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid5 qızıl-zinət əşyalarının götürülməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məxsus olan 4 ədəd 585 əyarlı, 17,10 qram boyunbağı, 4 ədəd 585 əyarlı, 14,12 qram qolbağ, 3 ədəd 585 əyarlı 12, 990 qram kulon, 2 ədəd 583 əyarlı,22,53 qram quran kitabı, bir ədəd 585 əyarlı 16,87 qram pul, bir ədəd 585 əyarlı, 9,30 qram üzük və sırğa, bir ədəd 400 əyarlı, 78,32 qram boyunbağı, 3 ədəd 750 əyarlı, 45 qram boyunbağı, 2 cüt 750 əyarlı, 18,75 qram sırğa, 3 ədəd 750 əyarlı 25,48 qram kulon Şahid5 müdiri olduğu lombarddan götürülərək ibtidai istintaq orqanına təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında ibtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli qərarından və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi iki ədəd 17,20 qram, 880 B əyarlı onluq, bir ədəd 43,60 qram, 585 A əyarlı boyunbağı, bir ədəd 15,90 qram, 750 A əyarlı klon, bir ədəd 2,30 qram, 585 A əyarlı üzük, üç ədəd 19,70 qram, 750 B əyarlı üzük, iki ədəd 45,50 qram, 750 A əyarlı komplekt (iki cüt sırğa, iki ədəd üzük və bir ədəd boyunbağı), 04 ədəd 585 əyarlı, 17,10 qram boyunbağı, 04 ədəd 585 əyarlı, 14,12 qram qolbaq, 03 ədəd 585 əyarlı, 12,90 qram klon, 02 ədəd 583 əyarlı, 22,53 qram quran kitabı, 01 ədəd 585 əyarlı, 16,87 qram pul, 01 ədəd 585 əyarlı, 9,30 üzük və sırğa, 01 ədəd 400 əyarlı, 78,32 qram boyunbağı, 03 ədəd 750 əyarlı, 45 qram boyunbağı, 02 cüt 750 əyarlı, 18,75 qram sırğa, 03 ədəd 750 əyarlı 25,48 qram kulon maddi sübut kimi tanınmış və iş üzrə məhkəmənin qanuni qüvvə alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 182.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 yazılı vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiriilə əvəz edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmış və saxlanılması üçün Bakı İT-na göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış mülki iddiaçı Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli mülki iddiasından müəyyən olunur ki, lombard sahibi Şahid5 Pəhlivan oğlunun lombardına girov qoymaqla ibtidai araşdırma orqanına təqdim edilmiş iki ədəd 17,20 qram, 880 B əyarlı onluq, bir ədəd 43,60 qram, 585 A əyarlı boyunbağı, bir ədəd 15,90 qram, 750 A əyarlı klon, bir ədəd 2,30 qram, 585 A əyarlı üzük, üç ədəd 19,70 qram, 750 B əyarlı üzük, iki ədəd 45,50 qram, 750 A əyarlı komplekt (iki cüt sırğa, iki ədəd üzük və bir ədəd boyunbağı), 04 ədəd 585 əyarlı, 17,10 qram boyunbağı, 04 ədəd 585 əyarlı, 14,12 qram qolbaq, 03 ədəd 585 əyarlı, 12,90 qram klon, 02 ədəd 583 əyarlı, 22,53 qram quran kitabı, 01 ədəd 585 əyarlı, 16,87 qram pul, 01 ədəd 585 əyarlı, 9,30 üzük və sırğa, 01 ədəd 400 əyarlı, 78,32 qram boyunbağı, 03 ədəd 750 əyarlı, 45 qram boyunbağı, 02 cüt 750 əyarlı, 18,75 qram sırğa, 03 ədəd 750 əyarlı 25,48 qram kulon ona qaytarılmış, lakin "xxxx" ASC-dən ibtidai araşdırma orqanına təqdim olunmuş 01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmışklon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük müstəntiq Ülvi Hadıyev tərəfindən "xxxx" ASC-yə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2024-cü il tarixli 55/2-9331 saylı arayışından və arayışa əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, ibtidai araşdırma orqanı tərəfindən xx.xx.2023-cü il tarixli protokolla "xxxx" ASC-dən götürülmüş -01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmışklon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük yenidən "xxxx" ASC-yə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış əmlak üzərinə həbs qoyulması barədə mülki iddiaçı Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməklə ibtidai araşdırma orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə qaytarılmış -01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmışklon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük üzərinə həbs qoyularaq və saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından, xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən Bakı Ağır Cinayətlər məhkəməsinin icra vərəqəsi əsasında "xxxx" ASC-dən götürülmüş Zərərçəkmiş şəxs2 məxsus : -01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmışklon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük saxlanılması üçün Mərkəzi Bankın Sumqayıt şəhər idarəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 182.3.2-ci maddələri ilə olan cinayət işi xx.xx.2023-cü il tarixdən Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında olduğu halda ibtidai araşdırma orqanının məhkəmənin razılığı və məlumatı olmadan xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarının "xxxx" ASC-yə qaytarılması qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, "xxxx" ASC-dən götürülərək Mərkəzi Bankın Sumqayıt şəhər idarəsinin saxlancına təhvil verilmiş qızıl-zinət əşyalarının özünə qaytarılması barədə mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddiası təmin edilməli və həmin qızılzinət əşyaları siyahı üzrə Zərərçəkmiş şəxs2 qaytarılmaqla onun mülkiyyətinə verilməlidir. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən məhkəmənin hökmü çıxanadək saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş iki ədəd 17,20 qram, 880 B əyarlı onluq, bir ədəd 43,60 qram, 585 A əyarlı boyunbağı, bir ədəd 15,90 qram, 750 A əyarlı kulon, bir ədəd 2,30 qram, 585 A əyarlı üzük, üç ədəd 19,70 qram, 750 B əyarlı üzük, iki ədəd 45,50 qram, 750 A əyarlı komplekt (iki cüt sırğa, iki ədəd üzük və bir ədəd boyunbağı), 04 ədəd 585 əyarlı, 17,10 qram boyunbağı, 04 ədəd 585 əyarlı, 14,12 qram qolbaq, 03 ədəd 585 əyarlı, 12,90 qram klon, 02 ədəd 583 əyarlı, 22,53 qram quran kitabı, 01 ədəd 585 əyarlı, 16,87 qram pul, 01 ədəd 585 əyarlı, 9,30 üzük və sırğa, 01 ədəd 400 əyarlı, 78,32 qram boyunbağı, 03 ədəd 750 əyarlı, 45 qram boyunbağı, 02 cüt 750 əyarlı, 18,75 qram sırğa, 03 ədəd 750 əyarlı 25,48 qram kulon onun mülkiyyətinə verilməklə özünə qaytarılmalıdır. Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddiaya görə ödədiyi 185 manat dövlət rüsumun məbləği Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməli, onun ödənilməsi tələb olunan 31.600 manat məbləğində pul tələbi qismən təmin edilməklə Təqsirləndirilən şəxs 7.600 (yeddi min altı yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs anası, Zərərçəkmiş şəxs2 məxsus 1000 manat, ı, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat təşkil edən 3000 ABŞ dollar və 1.500 manat pul vermiş, bu pulların cəmi isə 7.600 manat təşkil etməklə Zərərçəkmiş şəxs2 pula dair mülki iddiası məhz bu hissədə təmin edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin nümayəndəsi X5 maraqlı şəxs qismində məhkəməyə verdiyi dəymiş zərərin ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixli mülki iddiasından müəyyən olunur ki, mülki cavabdeh Təqsirləndirilən şəxs "xxxx" ASC-yə -01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmış kulon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük girov qoyaraq "xxxx" ASCdən əsas məbləğ olan 9.670 manat, faiz üzrə isə 2.797,85 manat olmaqla cəmi 12.467,85 manat məbləğində pul vəsaiti götürməklə həmin məbləğləri ödəmədiyi üçün və mülki iddiaya görə ödənilmiş 127,40 manat dövlət rüsumun, cəmi 12.595,25 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin nümayəndəsi X5 mülki iddiası Azərbaycan Respublikası CPM-nin 179, 181 və 183-cü maddələrinin tələblərinə uyğun olmaqla qəbul edilməli və təmin edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 verdiyi 13 iyun 2023-cü il tarixli 1644 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə almaqla o, öz hərəkətlərinin mənasını tam dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə almaqla, o, öz hərəkətlərinin mahiyyətini qavraya, dərk edə və ifadə edə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 verdiyi 16 iyun 2023-cü il tarixli 1666 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs1 həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla o, öz hərəkətlərinin mənasını tam dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs1 sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlövhlük, tez inanmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlər göstərilən situasiyada onun davranışına təsir göstərə bilərdi. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə (sakit təbiətlilik konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlövhlük, tez inanmaq və s.) təlqinə qapıla və başqalarının təsiri altında hərəkət edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra yalandan sonuncuya ona sevdiyini deyərək atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib etibarından sui istifadə edərək tezliklə qaytaracağına dair yalan vədlər verib aldadaraq 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanın yaxınlığında sonuncudan anası Zərərçəkmiş şəxs2 məxsus 1000 manat pul vəsaitini və 23 aprel 2023-cü il tarixdə gizlin şəkildə evlərindən götürdüyü anası Zərərçəkmiş şəxs2 məxsus 3000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat, 1.500 manat pul vəsaitini, 1260 manat dəyərində 583,585 əyarlı, 14,82 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “İTALY 585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 652 manat dəyərinfə, 583, 585 əyarlı, 7,68 qram sarı rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb-bağlanan, üzərində “585” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 1275 manat dəyərində, 750 əyarlı, 11,59 qram, qırmızımtıl rəngli, üzərində ərəb hərfləri ilə yazılar yazılmış açılıb- bağlanan, üzərində “750” damğası olan kitab formalı bir ədəd qızıl kulon, 380 manat dəyərində 583,585 əyarlı, 4,46 qram üzərində bir ədəd qiymətsiz yaşıl rəngli qaşı olan, sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl kulon, 1428 manat dəyərində 583,585 əyarlı, 16,80 qram qırmızımtıl rəngli, üzərində “Anama hədiyyə” və “50” yazıları və “585” damğası olan 1 ədəd qızıl sikkə, 632 manat dəyərində 583,585 əyarlı 7,44 qram sarı rəngli, 1 tərəfində qız şəkli, digər tərəfində balığ şəkli təsvir edilmiş bir ədəd qızıl sikkə, 573 manat dəyərində 583,585 əyarlı, 6,74 qram üzərində 1 ədəd qiymətsiz korund qrup qaşlara aid rəngsiz şəffaf qaş olan, qırmızımtıl rəngli, üzərində “583” damğası olan bir ədəd qızıl kulon, 145 manat dəyərində 583,585 əyarlı, 1,70 qram qırmızımtıl rəngli, üzərində “583” damğası olan, at nalı formalı bir ədəd qızıl kulon, 662 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli, həmçinin “750” damğası olan bir ədəd kulon, 1255 manat dəyərində 750 əyarlı, 10,14 qram üzərində 17 ədəd (brilyant, 7əd.təx. 0,055 ct. 10 əd.hər biri təx.0,004ct. Ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, halqasının üst hissəsində “750” damğası olan, sarı rəngli bir ədəd qızıl üzük, 74 manat dəyərinfə 583,585 əyarlı, 0,87 qram üzərində 2 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, sarı rəngli bir cüt (sırğa cütünün 1 tayının kilidi yoxdur) qızıl sırğa, 30 manat dəyərində 5,45 qram qiymətsiz metal ərintisi, üzərində qızıl təbəqə olan sarı rəngli, üzərində 2 ədəd göy və çəhrayı rəngli paltarlı uşaq bəzəyi olan, halqasının iç tərəfində “585” damğası olan 1 ədəd qolbaq, 1827 manat dəyərində 750 əyarlı, 15,34 qram üzərində 36 ədəd (brilyant, 2əd.təx.0,050 ct.14 əd.hər biri təx.0,020ct, 20 əd.hər biri.təx.0,004 ct.ümumi 4/4) rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, “750” damğası olan bir cüt qızıl sırğa, 372 manat dəyərində 750 əyarlı, 3,38 qram sarı rəngli, iç tərəfində “750” damğası olan bir cüt qızıl sırğa, 403 manat dəyərində 583,585 əyarlı, 4,74 qram sarı rəngli, üzərində balıq, balina və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 218 manat dəyərində 583,585 əyarlı, 2,56 qram sarı rəngli, üzərində yarpaq, ulduza və s. təsvirləri olan, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 6650 manat dəyərində 583,585 əyarlı, 78,24 qram qırmızımtıl rəngli, üzərində “585” damğası olan bir dəst qızıl boyunbağı-qolbaq, 1562 manat dəyərində 583,585 əyarlı, 18,38 qram, sarı rəngli, sünbül formalı bir ədəd qızıl boyunbağı, 1894 manat dəyərində 750 əyarlı, 17,22 qram sarı rəngli, üzərində “İTALY 750” damğası olan bir ədəd qızıl boyunbağı, 1030 manat dəyərində 750 əyarlı, 9,36 qram sarı rəngli, üzərində “750” damğası olan bir ədəd qızıl boyunbağı, 754 manat dəyərində 583,585 əyarlı, 8,87 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd boyunbağı, 150 manat dəyərində 583,585 əyarlı, 1,76 qram sarı rəngli, qulaqcığı üzərində “14K” damğası və “MİDAS” yazısı olan bir ədəd qızıl boyunbağı, 175 manat dəyərində 583,585 əyarlı, 2,06 qram sarı rəngli, üzərində “MİDAS” yazısı və “14K” yazısı olan bir ədəd qızıl boyunbağı, 382 manat dəyərində 583,585 əyarlı 4,50 qram sarı rəngli, üç hissədən ibarət bir ədəd qızıl boyunbağı, 121 manat dəyərində 583,585 əyarlı, 1,43 qram sarı rəngli, üzərində “585” damğası olan bir ədəd qızıl qolbaq, 2142 manat dəyərində 750 əyarlı 19,47 qram sarı rəngli, üzərilərində “750” damğası olan bir dəst qızıl sırğa cütüüzük, 1000 manat dəyərində 8,59 qram (qızıl təx.900) sarı rəngli, üzərində “10 pyöbnü 1898 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 1000 manat dəyərində 8,59 qram (qızıl, təx.900) sarı rəngli, üzərində “10 pyöbnM 1899 r” və .s. yazıları olan bir ədəd qızıl sikkə, 15288 manat dəyərində 750 əyarlı, 25,96 qram üzərində 32 ədəd (brilyant, 6 əd.təx.0,350 ct,12 əd.təx.0,310 ct.14 əd.təx.0,015 ct.ümumi.4/4) rəngsiz şəffaf qaşlar olan, həmçinin “750” damğası olan, sarı rəngli bir dəst qızıl sırğa cütü-üzük, 154 manat dəyərində 583,585 əyarlı, 1,82 qram ipin üzərində olan, kürə formalı sarı rənbgli metallardan ibarət bir ədəd qızıl qolbaq, 1743 manat dəyərində 750 əyarlı, 15,85 qram üzərində bir ədəd bənövşəyi və rəgsiz şəffaf qiymətsiz qaşları, sarı rəngli, həmçinin üzərində “GRAZİELLA İTALY” yazısı və “750” damğası olan bir ədəd qızıl kulon, 1958 manat dəyərində 583,585 əyarlı, 23.04 qram sarı rəngli, kilidi üzərində “585” damğası olan bir ədəd qızıl boyunbağı, 1744 manat dəyərində 583,585 əyarlı, 20,52 qram sarı rənbgli, üzərində “İTALY 585” damğası olan bir ədəd qızıl boyunbağı, 195 manat dəyərində 583,585 əyarlı, 2,29 qram sarı rəngli bir ədəd qızıl üzük, 720 manat dəyərində 583,585 əyarlı, 8,37 qram, üzərində 2 ədəd yaşıl və 4 ədəd rəngsiz şəffaf (4 ədəd rəngsiz şəffaf qaş qiymətsizdir, brilyantdır, hər biri təx.0,020 ct.ümumi 3/3) qaşlar olan bir ədəd qızıl üzük, 625 manat dəyərində 583,585 əyarlı, 5,94 qram üzərində 27 ədəd rəngsiz şəffaf (brilyant, 6 əd.təx.0,040 ct, 20 ədəd.təx hər biri 0,004 ct.qaşlardan 1 ədədi brilyant deyildir, ümumi 3/3) qaşları, həmçinin “22” yazısı olan sarı rəngli bir ədəd qızıl üzük, 5 manat dəyərində 32,52 qram tünd göy rəngli (metal hissələri qiymətsiz metal ərintisi) bir ədəd qol saatı, ümumilikdə dəyəri 30.000 manat olan bir ədəd açılıb qatlanan, dörd künc formalı qara rəngli qızıl quran klon, bir ədəd dairəvi formalı ağ qaşlı qızıl klon, bir ədəd qara qaşlı qızıl üzük, üç ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağ, bir ədəd üzərində “Göz muncuğu” olan uşaq üçün qızıl klon, bir cüt dairəvi formalı qızıl sırğa, üç cüt brilyant qaşlı qızıl uşaq sırğası, bir cüt brilyant qaşlı qızıl sırğa, iki ədəd brilyant qaşlı “göz muncuqlu” qızıl üzük, bir ədəd qırmızı kəmərli üzərində bəzəklər olan qızıl uşaq qolbağı, iki ədəd qızıl uşaq qolbağı və bir ədəd 600 manat dəyərində qızıl beşliyi Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanda yerləşən binanın içərisində alaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 81523 (səksən bir min beş yüz iyirmi üç) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla ələ keçirməsi epizodları vahid niyyətlə törədilmiş əməl olmaqla Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və ona bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 182.3.2-ci maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə bu qənaətə gəldikdə aşağıdakılara əsaslanır: “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1998-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır. Həmin Qərarın 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə baxışı zamanı toplanmış sübutlarla tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs Vüsal Muradov məhz dələduzluq cinayətinin hər iki formasından istifadə etməklə ittihamda qeyd edilən cinayət əməllərini törətmişdir. Qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 35-ci Məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi ilə CM-in 16.3-cü maddəsində göstərilən hallar bu bənddə göstərilən cinayətlərin, o cümlədən dələduzluğun təkrar törədilməsini yaradan cinayətlər sırasından istisna edildiyinə görə, əvvəllər törətdiyi (Cinayət Məcəlləsinin 177-183-cü, habelə 213-3, 217, 227, 232, 235-ci mddələrində nəzərdə tutulmuş) hər hansı bir və ya bir neçə cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş, məhkumluğu ödənilmiş və yaxud götürülmüş şəxslərlə yanaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməyən və götürülməyən şəxs tərəfindən də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət Prosessual Məcəllə) 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cinayətlər məhkəmə təcrübəsində də tanınır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Bununla belə, təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var. Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyanın 130-cu maddəsinin Vİ hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Belə olan alda məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən eyni zərərçəkmiş şəxslərə qarşı vahid niyyətlə törətdiyi, yəni Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvandan Zərərçəkmiş şəxs1 tərəfindən götürülüb ona verilən 20 aprel 2023-cü il tarixdə 1000 manat pul vəsaitinin və 23 aprel 2023-cü il tarixdə 3000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat, 1.500 manat pul vəsaiti və dəyəri 81523 (səksən bir min beş yüz iyirmi üç) manat olan qızıl-zinət əşyaların ələ keçirməsini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə, yəni vahid niyyətlə törədilmiş dələduzluq cinayət əməlləri kimi qiymətləndirir, bu zaman Təqsirləndirilən şəxs birinci epizod üzrə ittiham olduğu CM-nin 178.1-ci maddəsi ilə olan əməli digər epizod üzrə CM-nin 178.3.2-ci maddəsinə tövsif edilmiş əməli ilə əhatə olunmaqla, ona bu əməllər üzrə bir maddə ilə, yəni CM-nin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmamış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə elan edilərək araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamə və hökmün surətindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5 və 66.5-ci maddələri ilə bir il 10 ay müddətinə azdalığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona 07 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.4-cü bəndinə əsasən o, xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə nəzərə alır ki, AZƏRBAYCAN RESPUBLİKASİ MİLLİ MƏCLİSİNİN xx.xx.2021-ci il tarixli «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Belə olan halda Azərbaycan Respublikası CM-in 83.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nın 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli ağır cinayət əməlinə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İbtidai araşdırma zamanı, xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən boyun qaçırdığı üçün barəsində axtarış elan olunmaqla icraat dayandırılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin axımı dayandırılmalıdır. Məhkəmədə elan edilərək araşdırılmış “könüllü gəlmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə könüllü gələrək özünü təqdim etmişdir. Həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, həmin tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olan müddət azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə ümumilikdə 2 ay 25 gün Təqsirləndirilən şəxs cəza təyin edildikdə hesaba alınmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərci olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı iki gün müddətində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, həmin tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olan müddət, ümumilikdə 2 ay 25 gün Təqsirləndirilən şəxs cəza təyin edildikdə hesaba alınmaqla üzərində qəti olaraq 05 (beş) il 09 (doqquz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin, ona məxsus olan və Azərbaycan Respublikası Mərkəzi Bankın Sumqayıt şəhər idarəsinin saxlancına təhvil verilmiş: -01 ədəd 750 əyarlı Versace brendinin işarəsi olan 01 cüt sırğa və 01 ədəd üzük dəsti -01 ədəd 10 rubl 1898 -01 ədəd 10 rubl 1898 -hər biri 06 ədəd 750 əyarlı brilliant qaşlarla bəzədilmiş 01 cüt sırğa və 01 ədəd üzük -01 ədəd 750 əyarlı üzərində graziella yazılmışklon -01 ədəd 585 əyarlı 55 sm uzunluğunda sıx halqavari formalı boyunbağı -02 ədəd yaşıl və 04 ədəd ağ rəngli qaşdan ibarət olan gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd üzərində əyarı olmayan 03 ədəd dairəvi formaları və mərkəzdə 01 ədəd dairənin olduğu üzük -01 ədəd mərkəzdə sıx birləşmiş 06 ədəd qaşdan ibarət gül formalı üzük -01 ədəd 750 əyarlı 3 paralel qaşlarla bəzədilmiş üzük Zərərçəkmiş şəxs2 qaytarılmaqla onun mülkiyyətinə verilsin. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs2 məxsus olan və özünə, 2 cüt 750 əyarlı, 18,75 qram sırğa, 3 ədəd 750 əyarlı 25,48 qram kulon zərərçəkmiş şəxs Tağıyeva qaytarılmış 4 ədəd 585 əyarlı, 17,10 qram boyunbağı, 4 ədəd 585 əyarlı, 14,12 qram qolbağ, 3 ədəd 585 əyarlı 12, 990 qram kulon, 2 ədəd 583 əyarlı,22,53 qram quran kitabı, bir ədəd 585 əyarlı 16,87 qram pul, bir ədəd 585 əyarlı, 9,30 qram üzük və sırğa, bir ədəd 400 əyarlı, 78,32 qram boyunbağı, 3 ədəd 750 əyarlı, 45 qram boyunbağı Nazilə Mustafa qızının mülkiyyətinə verilsin. Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddiaya görə ödədiyi 185 manat dövlət rüsumun məbləği Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiada ödənilməsi tələb olunan 31.600 manat məbləğində pul tələbi qismən təmin edilməklə Təqsirləndirilən şəxs 7.600 (yeddi min altı yüz) manat pul tutulsun və Zərərçəkmiş şəxs2 ödənilsin. "xxxx" ASC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia təmin edilsin, mülki iddiaçı "xxxx" ASC-nin xeyrinə 9670 manat əsas, 2797,85 manat faiz olmaqla, cəmi 12467,85 manat məbləğində zərər və 127,40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 12595,25 manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASCyə ödənilsin. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar