Məhkəmə qərarları › İş №1(101)-1291/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1291/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1291/2025 12.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 171-1.2.1, 178.1 və 182.2.2-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, təkrar uşaq pornoqrafiyasını yayıb, başqasına vermiş, göndərmiş, təkrar zərərçəkmiş şəxsin və onun yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünü kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilin sahibi kimi təqdim edərək həmin mənzili ev alqısatqısı ilə məşğul olan şəxslərə satmaq istədiyini bildirmiş, həmin ərəfədə ev alqısatqısı ilə məşğul olan və cinayətdən məlumatsız şəxslərin vasitəsi ilə qeyd olunan ərazidən mənzil almaq istəyən Zərərçəkmiş şəxs3 ilə tanış olaraq guya özünə məxsus həmin mənzilini 125.000 (yüz iyirmi beş min) manata sonuncuya satacağı barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmış, etibarından sui-istifadə edərək xx.xx.2024-cü ildə saat 17:00 radələrində Nizami rayonu, A.Manaflı küçəsində beh olaraq 50 (əlli) manat, daha sonra həmin tarixdə sonuncunun ünvan 3 ünvanda yerləşən evinə gedərək həmin dövrün məzənnəsi ilə 2.995 (iki min doqquz yüz doxsan beş) manat təşkil edən 1.750 (min yeddi yüz əlli) ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 3.045 (üç min qırx beş) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, 2024-cü ilin oktyabr ayında xx.xx.2008ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə tanış olaraq sonuncunu kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Elşən Məhərrəmov küçəsində nömrəsiz ünvanda yerləşən evinə dəvət etmiş, gələcəkdə haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə əmlakını ələ keçirməsi üçün onu soyundurarkən və cinsiyyət orqanını ağız boşluğuna salarkən istifadəsində olan “Redmi” markalı, smartfon tipli mobil telefonuna yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını, həmçinin seksual məqsədlərlə sonuncunun cinsi orqanlarını əks etdirən video materiallardan ibarət uşaq pornoqrafiyasını çəkərək telefonunun “Qalereya” proqramında saxlamış, 2024-cü ilin oktyabr ayının sonlarından başlayaraq kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən evdə olarkən, “Redmi” markalı mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə danışaraq 500 (beş yüz) manat məbləğində pulu ona verməyəcəyi halda sonuncunu əks etdirən uşaq pornoqrafiyası hesab edilən videoyazını yaxın qohumlarına göndərəcəyi və sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 500 (beş yüz) manat məbləğində pul tələb edib təkrar zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının əvvəllərində istifadəsində olan “Redmi” markalı, smartfon tipli mobil telefonuna çəkdiyi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını, həmçinin seksual məqsədlərlə sonuncunun cinsi orqanlarını əks etdirən video materiallardan ibarət uşaq pornoqrafiyasını kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən evdən “WhatsApp” proqramı vasitə ilə Zərərçəkmiş şəxs1 “Samsung A13” markalı mobil telefonuna ötürərək uşaq pornoqrafiyasını yayıb, göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, xx.xx.2025-ci ildə kirayədə yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən evdə olarkən, “Redmi” markalı mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə danışaraq 500 manat məbləğində pulu ona verməyəcəyi halda qızı Zərərçəkmiş şəxs1 əks etdirən uşaq pornoqrafiyası hesab edilən videoyazısını yaxın qohumlarına da göndərəcəyi və sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 500 (beş yüz) manat mədləğində pul tələb edib təkrar zərərçəkmiş şəxsin yaxın qohumu haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, xx.xx.2025-ci ildə istifadəsində olan “Redmi” markalı, smartfon tipli mobil telefonuna çəkdiyi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını, həmçinin seksual məqsədlərlə sonuncunun cinsi orqanlarını əks etdirən video materiallardan ibarət uşaq pornoqrafiyasını kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən evdən “WhatsApp” proqramı vasitə ilə Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 “Redmi Note 9” markalı mobil telefonuna ötürərək təkrar uşaq pornoqrafiyasını yayıb, göndərmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur və hazırda Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 nömrəsiz ünvanda yerləşən fərdi evdə atası R.Zərərçəkmiş şəxs2 və anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının axırlarından tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin sentyabr ayının sonlarında yaşadığı evin pəncərələrinin şüşələrini silərkən, sonradan gerçək adını bildiyi Təqsirləndirilən şəxs ona salam verərək hal-əhval tutmuş, özünü ona Tural kimi təqdim edərək uzun müddətdir ki, onu qonşu kimi müşahidə etdiyini və ondan xoşu gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan telefon nömrəsini soruşmuş, onda maraq yaratdığından ***- ***-**-** mobil nömrəsini sonuncuya vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona “WhatsApp” proqramı ilə zəng edəcək. Həmin gündən sonuncu ilə “WhatsApp” proqramı vasitəsi ilə ünsiyyət etməyə başlamış, Təqsirləndirilən şəxs səmimiyyətinə inanaraq özü və ailə üzvləri barədə ona məlumat vermiş, 21 yaşının olduğunu, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 17 saylı peşə-ixtisas məktəbində 2-ci kursda oxuduğunu sonuncuya bildirmişdir. 15-20 gün danışdıqdan sonra 2024-cü ilin oktyabr ayının ortalarında dərsdən çıxdıqdan sonra oxuduğu məktəbin yaxınlığında, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsində Şəhər Yolu şosesində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Oradan taksi ilə onun qonşuluğundakı və sonuncunun kirayədə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 nömrəsiz ünvanda yerləşən evə getmişlər. Orada Təqsirləndirilən şəxs ona subay olduğunu, onu sevdiyini, onun üçün hər şey etməyə hazır olduğunu bildirmiş, daha sonra isə onu qucaqlayaraq öpmüş, onunla cinsi əlaqədə olmaq istəmişdir. O, Təqsirləndirilən şəxs qız uşağı olduğunu bildirdikdən sonra onunla qeyri-təbii yolla, yəni arxadan cinsi əlaqədə olmaq istədiyini bildirərək bunun heç bir təhlükəsinin olmadığını, hamilə qala bilməyəcəyini ona bildirmişdir. O, inanaraq Təqsirləndirilən şəxs öyrətdiyi qaydada sonuncu ilə arxadan 1 dəfə cinsi əlaqədə olmuşdur. Təxminən 3 gün sonra, yəni 2024-cü ilin oktyabr ayının sonlarında yenidən Təqsirləndirilən şəxslə həmin evdə görüşmüşlər. Təqsirləndirilən şəxs onu arvadı kimi qəbul etdiyini bildirərək ona cinsiyyət orqanını ağzına salmağı öyrətmişdir. O, sonuncunun cinsiyyət orqanını ağzına salaraq dediyi qaydada intensiv olaraq ağzına salıb çıxarmağa başlamışdır. Bu kimi hərəkətlərindən Təqsirləndirilən şəxs zövq alması onun xoşuna gəlmişdir. Sonra Təqsirləndirilən şəxs ona ondan ötrü darıxanda baxması üçün onun videosunu çəkəcəyini, heç kimlə paylaşmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs onu sevdiyinə inanmış, beləliklə də əvvəlcə o, ayaq üstə alt paltarı ilə dayanarkən, paltarını əynindən çıxararkən, cinsiyyət orqanını və arxasını Təqsirləndirilən şəxs göstərərkən sonuncu onun videosunu çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istəyi ilə öyrətdiyi qaydada sonuncunun cinsiyyət orqanını ağzına salarkən onun videosunu yenidən çəkmişdir. Təqsirləndirilən şəxs onun videosunu görüntüyə sonuncunun düşməyəcəyi şəkildə çəkmiş, lakin bu hal da Təqsirləndirilən şəxs videonu gələcəkdə yayması üçün çəkməsi barədə onda şübhə yaratmamışdır. Həmin görüşləri zamanı Təqsirləndirilən şəxs ondan atasının, anasının və qardaşının telefon nömrələrini istəmiş, o isə yaşanacaqları ağlına belə gətirmədiyindən ona etiraz etməyərək müvafiq məlumatları vermişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs onunla telefonda danışarkən borcu olduğunu bildirərək borclarını bağlaması üçün ondan kömək istəmişdir. O, Təqsirləndirilən şəxs işləmədiyini, kasıb ailədən olduğunu və pulunun olmadığını bildirəndə sonuncu onun 500 (beş yüz) manat məbləğində pul verəcəyi təqdirdə borclarından və ev kirayəsindən ödəyərək həmin evdə, ona yaxın yerdə yaşaya və istədikləri vaxt görüşə biləcəklərini qeyd etmişdir. Valideynləri ona gündəlik 40-50 qəpik verdiklərindən o, Təqsirləndirilən şəxs pul tapa bilməyəcəyini bildirmiş, sonuncu “Leobank”a aid kartının 4098 5844 9110 7759 nömrəsini göndərərək 500 (beş yüz) manat məbləğində pul verməsə onun videonu yayacağını bildirmişdir. Həmin gündən başlayaraq hər gün Təqsirləndirilən şəxs onu yığıb 500 (beş yüz) manat məbləğində pul tələb etmiş, əks təqdirdə videonu atasına və qardaşına göndərəcəyini qeyd etmişdir. O, həmin ərəfədə ağır günlər keçirmiş, tez-tez huşunu itirmiş, dəfələrlə valideynləri evlərinə X3 Yardım stansiyasının həkim briqadasını çağırmış, Təqsirləndirilən şəxs bütün bunları bilsə də, ondan əl çəkməmiş və pulu verməsə videonu yayacağını bildirmişdir. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs özünün deməsinə görə kirayə haqqını ödəyə bilmədiyindən kirayə qaldığı, onun qonşuluğunda yerləşən evdən çıxdığını, lakin özünün deməsinə görə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamağa davam etdiyini ona bildirmişdir. Sonuncu hər gün 50 dəfə onu yığaraq həmin pulu tələb etmiş, anası onun çətinliklərinin olduğunu hiss etmiş və o, anasına baş verənləri danışmışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində anası Qanuni nümayəndə Təqsirləndirilən şəxs zəng vuraraq qızının pornoqrafik videosunun onda olmasını bildiyini, əgər videoları silməsə polisə şikayət edəcəyini bildirmiş, sonuncu da pul verilməsə videonu yayacağı ilə onu hədələmişdir. Anası Qanuni nümayəndə Təqsirləndirilən şəxs çörək pullarının belə olmadığını, 1 manat da olsun pul tapa bilməyəcəklərini bildirmiş, həmin vaxt sonuncu hər iki videonu “WhatsApp” proqramı vasitəsi ilə onun “Samsung” markalı mobil telefonuna göndərmiş, anasına onda olan videoya baxıb bir daha fikirləşməsini bildirmişdir. Anası bu barədə dayısı qızı Şahid1 deyərək sonuncudan düzgün yol göstərməsini istəmiş, sonuncu öz telefonu ilə Zərərçəkmiş şəxs1 qardaşı Arifin adından Təqsirləndirilən şəxslə videonu yaymaması üçün yazışmışdır. Lakin sonuncu yenə də 500 manat verməsə videonu yayacağını bildirmişdir, onu razı sala bilmədiklərini gördükdən sonra anası və Sahibənin tövsiyəsi ilə o, Təqsirləndirilən şəxs nömrəsini bloka atmışdır. Sonuncu onu ***-***-**-** nömrəsi ilə yığarkən nömrənin Təqsirləndirilən şəxs istifadəsində olduğunu bilmədiyindən zəngə cavab vermiş, sonuncu ona pulu təcili çatdırmasını bildirmişdir. O, çıxış yolu olaraq nömrəsini dəyişmişdir. Qohumu Sahibə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən mesaj yazaraq məsələni qəlizləşdirməməsini xahiş etmiş, lakin sonuncu əl çəkməmiş, ardıcıl zəng vuraraq onun üzərindən avtomobillə keçəcəyi, onu evdən oğurlayacağı barədə Şahid1 hədələmiş və 500 (beş yüz) manat məbləğində pulu tələb etmişdir. Təqsirləndirilən şəxs həmçinin səsli mesajlarla ona yayınmamasını, zəng vurmasını, yayındığı və pulu vermədiyi təqdirdə videonu atasına atacağını və “Teleqram” proqramında yayacağını bildirmişdir. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs barəsində 14-cü PŞ-yə şikayət etsələr də, sonuncu yenə də dayanmamışdır. Qohumu Şahid1 Təqsirləndirilən şəxslə danışıqlar apararaq vaxtı 2025-ci ilin yanvar ayınadək uzatmış, lakin sonuncu fikrindən dönməmişdir. xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən atası Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəsinə zəng vuraraq qızının pornoqrafik videosunun onda olduğunu, əgər 500 manat göndərməsə videonu yayacağını bildirmiş, atası sonuncunu söymüş, Təqsirləndirilən şəxs isə ona “Leobank”a aid kartının 4098 5844 9110 7759 nömrəsini göndərərək 1 gün vaxt verdiyi əgər 500 (beş yüz) manat məbləğində pulu verməsə videonu yayacağını bildirmişdir. Həmin ərəfədə polisdə araşdırma aparılsa da, Təqsirləndirilən şəxs hələ də ondan əl çəkməmiş, növbəti gün, yəni xx.xx.2025-ci ildə sonuncu təkrarən atasını yığaraq nə fikirləşdiyini soruşmuş, pulu atacağı təqdirdə videonu siləcəyinə söz vermişdir. Lakin atası gərgin olduğundan Təqsirləndirilən şəxs yenidən söymüş, həmin vaxt sonuncu videonu “WhatsApp” proqramı vasitəsi ilə atasına göndərmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs pul ödəyəcəyinə söz verərək pul axtarmağa başlamış, sonuncudan videonu yaymamasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaşının 21 olduğunu bilmiş, onun yaşı ilə bağlı aralarında başqa söhbət olmamışdır. Xalası ilə danışanda xalası sonuncuya onun azyaşlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun otellərə gedib başqaları ilə görüşdüyünü valideynlərinə demiş və dostları ilə küçədə gəzən zaman yaşadığı evin pəncərəsindən onu təhqir etmişdir. Təqsirləndirilən şəxs onun atasına Gəncədə qəbiristanlıqda işlədiyini, ailəli olduğunu bildirmiş, lakin onun özünə heç vaxt evli olduğunu deməmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. O, hadisə barəsində yalnız 2025-ci ilin fevral ayında bilmişdir. Belə ki, arvadı Qanuni nümayəndə 2025-ci ilin fevral ayında ona danışdığına görə Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının axırlarında qızı Zərərçəkmiş şəxs1 ilə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 nömrəsiz ünvanda yerləşən evinin yaxınlığında tanış olmuşdur. Qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ***-***-**-** olan nömrəsini vermiş və onlar “WhatsApp” proqramı üzərindən danışmağa başlamışlar. Sonuncuya inanaraq Zərərçəkmiş şəxs1 özü və ailə üzvləri barədə məlumat vermiş, 16 yaşının olmasını, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 17 saylı peşə-ixtisas məktəbində 2-ci kursda oxumasını bildirmişdir. 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 evinin yaxınlığında, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 nömrəsiz ünvanda yerləşən evdə kirayədə qalan Təqsirləndirilən şəxslə qızı görüşmüşlər. Görüş zamanı sonuncu onun qızının videosunu çəkmiş, növbəti gündən başlayaraq Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində pul tələb etmiş, “Leobank”a aid kartının 4098 5844 9110 7759 nömrəsini göndərərək pulu verməyəcəyi təqdirdə videonu atasına və qardaşına göndərəcəyi ilə bağlı onu hədələmişdir. 2024-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 özünə qapandığını, yemək yemədiyini, danışıb-gülmədiyini görmüşdür. Sonuncu bir neçə dəfə halsız vəziyyətə düşdüyündən evə X3 Yardım stansiyasının həkim briqadasını çağırmışdır. Həmin ərəfədə hadisə barəsində Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə və anasının dayısı qızı Şahid1 danışmış, lakin onun məlumatı olmamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində arvadı Qanuni nümayəndə Təqsirləndirilən şəxs zəng qızının videosunun sonuncuda olmasını guya artıq hər kəsin bildiyini, videoları silməsə polisə şikayət edəcəyini bildirmişdir. Sonuncu isə əgər Zərərçəkmiş şəxs1 ona 500 (beş yüz) manat məbləğində pul verməsə videonu sosial şəbəkədə və qızının oxuduğu məktəbdə yayacağını bildirmişdir. Qanuni nümayəndə isə Təqsirləndirilən şəxs 1 manat da olsun pul tapa bilmədiyini, etdiklərinin yanlış olduğunu bildirsə də, sonuncu öz fikrindən dönməmiş, videoları Zərərçəkmiş şəxs1 göndərdiyini, videoya baxıb yaxşı fikirləşməsini bildirmişdir. Qanuni nümayəndə və Şahid1 Təqsirləndirilən şəxs həmin videoları sildirmək istəsələr də, pulları olmadığından çıxış yolları qalmamışdır. Qanuni nümayəndə və Şahid1 tövsiyələri ilə Zərərçəkmiş şəxs1 telefonundan bütün yazışmaları və Təqsirləndirilən şəxs göndərdiyi videoları silərək sonuncunun ***-***-**-** nömrəsini bloka atmışdır. Lakin Təqsirləndirilən şəxs başqa bir nömrə ilə, yəni ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs1 zəng vurarkən sonuncu cavab verdikdə Təqsirləndirilən şəxs onun nömrəsini bloka atdığını anlamışdır. Odur ki, Təqsirləndirilən şəxs daha da aqressivləşmiş, Zərərçəkmiş şəxs1 üzərindən avtomobillə keçməklə, bıçaqla xəsarət yetirməklə və rüsvay etməklə hədələyib pulu tələb etmişdir. Arvadının xahişi ilə dayısı qızı Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsindən oğlu Arif İsmayılovun adından Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə “WhatsApp” proqramı vasitəsi ilə yazışmağa başlamışdır. Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qardaşı Arif kimi özünü təqdim edərək, guya söhbətlərdən və videodan məlumatının olduğunu, videonu yaymasını, ayın sonunu gözləsini, guya 160 (yüz altmış) manat pensiya alıb Təqsirləndirilən şəxs ödəyəcəyini bildirmiş, lakin sonuncu razılaşmayaraq Şahid1 “Leobank”a aid 4098 5844 9110 7759 nömrəsini göndərər 500 (beş yüz) manat məbləğində pulu göndərməsə videoları “Teleqram” proqramında yayacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin videonu ondan Zərərçəkmiş şəxs1 sinif yoldaşlarının 700 (yeddi yüz) manata istədiyini, əgər Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində pulu ödəməsə videonu 700 manata sonuncunun sinif yoldaşlarına satacağını bildirmişdir. Şahid1 Arifin adından Təqsirləndirilən şəxs məsələni qəlizləşdirməsini xahiş etmiş, lakin sonuncu əl çəkməmiş, səsli mesaj göndərərək avtomobillə Zərərçəkmiş şəxs1 üzərindən keçəcəyi, onu evdən oğurlayacağı ilə bağlı Şahid1 hədələmiş və Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində pulu tələb etmişdir. Təqsirləndirilən şəxs səsli mesajlarla Zərərçəkmiş şəxs1 yayınmamasını, zəng vurmasını, telefonunu açmasını bildirmiş və pulu verməsə videonu “Teleqram” proqramında yayacağını qeyd etmişdir. xx.xx.2024-cü ilədək Sahibə oğlu Arifin adından Təqsirləndirilən şəxslə yazışmaqla sonuncunu ləngidə bilmiş, lakin onu fikrindən döndərə və pullarının olmadığına inandıra bilməmişdir. Təqsirləndirilən şəxs artıq Zərərçəkmiş şəxs1 500 manat verməsə sonuncunu bıçaqla vuracağı və videonu yayacağı anasının qəbrinə and içmişdir. Şahid1 və Qanuni nümayəndə bu barədə polisə şikayət edib ailəsini biabır etmək istəməsələr də, çıxış yolları qalmadığından xx.xx.2024-cü ildə Şahid1 DİN-in “102” Xidməti-zəng mərkəzinə zəng edərək, hadisə barəsində məlumat vermişdir. Həmin tarixdə arvadı Qanuni nümayəndə da 14-cü PŞ-yə gedərək şikayət ərizəsi yazmış, lakin bunlardan onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yenə də əl çəkməmiş, Şahid1 də sonuncunun nömrəsini bloka atmışdır. xx.xx.2025-ci ildə saat 20:40-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə “Arif mənimlə əlaqə saxla” məzmunlu mesaj göndərmiş, o isə Arif olmadığını bildirərək, sonuncudan kim olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona “mənəm Turaldı, Arif, mənimlə əlaqə saxlamasan çox pis olacaq, bilirəm sən Arifsən” məzmunlu növbəti mesajı göndərmiş, o isə sonuncuya “Evə gəlsin Arifə deyərəm” mesajını yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq özünü Tural kimi təqdim etmiş, onda qızı Zərərçəkmiş şəxs1 pornoqrafik videoları olduğunu, əgər 500 (beş yüz) manat məbləğində pul göndərməsə videonu yayacağını bildirmişdir. O isə kiminsə ona sataşdığını düşünərək Təqsirləndirilən şəxs söyüb danışıqlarını dayandırmışdır. Yenidən Təqsirləndirilən şəxs zəng edərək ona 1 gün vaxt verdiyini, əgər pulu verməsə qızı Zərərçəkmiş şəxs1 videosunu yayacağını bildirmiş, o isə sonuncuya məhəl qoymamışdır. Növbəti gün, yəni xx.xx.2025-ci ildə saat 15:30 radələrində Təqsirləndirilən şəxs təkrarən onu yığaraq nə fikirləşdiyini soruşmuş, pulu atacağı təqdirdə videonu siləcəyinə dair söz vermişdir. O, yenə sonuncuya inanmayaraq onu söymüş, həmin tarixdə saat 15:38-də Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə olan videolarını ona göndərmişdir. O, bu barədə arvadı Qanuni nümayəndə baş verənləri öyrənmiş və sonuncu Təqsirləndirilən şəxs göndərdiyi kartın nömrəsini ona vermişdir. xx.xx.2025-ci ildə saat 22:47-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə pulu tapdığını və ona göndərəcəyini bildirərək, videonu yaymamasını xahiş etmiş, lakin heç kimdən 500 (beş yüz) manat məbləğində pul tapa bilmədiyindən sonuncuya pulu göndərə bilməmişdir. Təqsirləndirilən şəxs isə dayanmadan ona yazaraq və zəng vuraraq ondan pulu tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə danışan zamanın qızının 16 yaşının olmasını bildirmişdir. Sonuncu xx.xx.2025-ci ildə ona yenə də zəng edərək, etdiklərindən peşman olmadığını və videonu yayacağını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini xahiş etdi.

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun müddət Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xruşovka” tipli yaşayış binasından almaq üçün 3 otaqlı mənzil axtarmışdır. Bu barədə ev alqı-satqısı ilə məşğul olan tanışı Şahid5 da məlumat vermiş, xx.xx.2024-cü ildə sonuncunun Nizami rayonu, Qara Qarayev prospekti 46 ünvanda yerləşən ofisinə getmişdir. Şahid5 ona ünvan 9 ünvanda 3 otaqlı mənzilin 130.000 (yüz otuz min) manata satışa çıxarıldığını bildirmişdir. O, mənzilə baxmaq istədiyini bildirdikdə sonuncu bunun üçün ev alqı-satqısı ilə məşğul olan Şahid2 ilə əlaqə saxlamış və onlar birlikdə həmin mənzilə getmişlər. Mənzildə onları Şahid2 özü qarşılamışdır. Köhnə təmirli mənzildə təxminən 8 ədəd çarpayı olmuş, çarpayılarda 5-6 nəfər şəxsin yatmasından mənzilin yataqxana kimi istifadə olunduğunu başa düşmüşdür. Şahid2 onu telefon vasitəsi ilə özünü ev sahibi kimi təqdim edən Təqsirləndirilən şəxslə danışdırmış, sonuncu özünü mənzilin sahibi kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs mənzilin təmirsiz olmasını xatırladaraq mənzilə cəmi 125.000 (yüz iyirmi beş min) manat verə biləcəyini demiş, sonuncu həmin qiymətlə razılaşmayaraq mənzili 128.000 (yüz iyirmi səkkiz min) manata təklif etmiş, o isə razılaşmayaraq sağollaşmışdır. xx.xx.2024-cü ildə saat 17:00 radələrində ev alqı-satqısı ilə məşğul olan dostu Şahid4 işlədiyi Nizami rayonu, A.Manaflı küçəsində yerləşən ofisində olarkən bir nəfər şəxs içəri daxil olaraq sonuncuya ünvan 10 ünvanından tələbələri çıxaracağını, xx.xx.2024-cü ildən həmin mənzili 450 (dörd yüz əlli) manata ailəyə kirayə vermək istədiyini bildirmişdir. O, həmin şəxsin səsindən onunla mobil telefonda danışan Təqsirləndirilən şəxs olduğunu anlamışdır. O, Təqsirləndirilən şəxs bu barədə bildirdikdə sonuncu da onu tanıdığını, həmin mənzili ona 125.000 (yüz iyirmi beş min) manata satacağını, orada olan oğlan tələbələri isə evdən çıxardacağını, alqı-satqı işi Şahid4 ofisində baş tutacağından bu satışdan sonuncuya da 500 (beş yüz) manat verəcəyini bildirmişdir. O, razılaşaraq Təqsirləndirilən şəxs istəyi ilə sonuncuya 50 (əlli) manat beh vermiş, 125.000 (yüz iyirmi beş min) manat məbləğində pulu düzəltməsi üçün Fərid adlı şəxsə zəng vuraraq həyat yoldaşının adına olan ünvan 11 ünvanda yerləşən mənzilinin endirimli qiymətə satılmasına razı olduğunu bildirmişdir. Belə ki, Fərid onun evinə dəyərindən 7.000 (yeddi min) manat aşağı qiymətə müştəri tapmışdır. xx.xx.2024-cü ildə saat 19-20 radələrində evini alacaq şəxslə 5 gün sonra alqı-satqı edəcəkləri barədə razılığa gəlmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində pul göndərəcəyi üçün sonuncunun kartının nömrəsini verməsini və sonra da alqı-satqıya başlayacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs isə kart göndərməyə ehtiyac olmadığını, evini tanıdığını, oraya gələndə söhbət etmələrini bildirmişdir. xx.xx.2024-cü ildə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq yaşadığı binanın həyətində olduğunu bildirmiş, o, 500 (beş yüz) manat götürüb həyətə düşərkən sonuncunun yanında arvadı kimi təqdim etdiyi X8 da olmuşdur. Təqsirləndirilən şəxs təcili Beyləqan rayonuna getməli olduğunu, bu gecə ona 3.000 (üç min) manat məbləğində pul lazım olduğu üçün ona 3.000 (üç min) manatı verməsini, alqı-satqı prosesində həmin məbləği nəzərə alacağını bildirmişdir. O, həyat yoldaşı Şahid3 zəng edərək çay süfrəsi hazırlamasını Təqsirləndirilən şəxs və xanımı ilə birlikdə evə gəldiklərini bildirmişdir. Bir neçə dəqiqə sonra onun yaşadığı mənzilə bildirkdə qalxmış, mənzilində çay içib Təqsirləndirilən şəxs 1.750 (bir min yeddi yüz əlli) ABŞ dolları və 20 (iyirmi) manat, yəni milli pul vahidi ilə 3.000 (üç min) manat məbləğində pul vermişdir. Onun istəyi ilə Təqsirləndirilən şəxs “WhatsApp” proqramı üzərindən ona “mən Təqsirləndirilən şəxs və xanımım S.Təqsirləndirilən şəxsa, Zərərçəkmiş şəxs3 evinə gəldik, 3 000 manat məbləğində pulu Əlif Hacıyev küçəsi bina 19, mənzil 24 ünvanı üçün beh kimi aldıq, Allah xeyir versin, 6-cı gün alqı-satqı edib dayıdan 121.000 (yüz iyirmi bir min) manat məbləğində pulu götürəcəyik” məzmununda səsli mesaj göndərmiş və bundan sonra Təqsirləndirilən şəxs və S.Təqsirləndirilən şəxsa çıxıb getmişlər. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşğul olan Eldara səsli mesaj göndərmişdir ki, o, Təhməzə 500-600 manat məbləğində pul göndərsin, lakin o, həmin pulu göndərməmişdir. Eyni zamanda xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Şahid4 razılaşdılan məbləğ ucuz olduğundan mənzilini satmadığını, aldığı 3.050 (üç min əlli) manat behi geri qaytaracağı məzmunda səsli mesaj göndərmişdir. Həmin səs yazısını Şahid4ona göndərmiş, ötən müddət ərzində Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əlif Hacıyev küçəsi, 19 saylı binada yerləşən 24 saylı mənzil hələ də satış elanındadır. Təqsirləndirilən şəxs yanında arvadı deyə tanıtdığı S.Təqsirləndirilən şəxsa da təqsirləndirilməlidir. O hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və ən ağır cəzanın verilməsini xahiş edir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisinin nəvəsidir, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Zərərçəkmiş şəxs1 ona sonradan danışdığına görə Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının sonlarında sonuncu yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 nömrəsiz ünvanda yerləşən evlərinin pəncərələrinin şüşələrini silərkən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona salam verərək hal-əhval tutmuş, özünü Tural kimi təqdim etmiş, uzun müddətdir Zərərçəkmiş şəxs1 qonşu kimi müşahidə etdiyini, ondan xoşuna gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ***-***-**-** olan nömrəsini vermiş və “WhatsApp” proqramı üzərindən danışmağa başlamışlar. Zərərçəkmiş şəxs1 sonuncuya inanaraq özü və ailə üzvləri barədə məlumat vermiş, 16 yaşının olmasını, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 17 saylı peşə-ixtisas məktəbində 2-ci kursda oxumasını demişdir. 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 oxuduğu məktəbin yaxınlığında, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsində Şəhər Yolu şosesində Təqsirləndirilən şəxslə görüşmüş, oradan taksi ilə sonuncunun kirayədə yaşadığı və Zərərçəkmiş şəxs1 qonşuluğunda olan evə getmişlər. Orada Təqsirləndirilən şəxs sonuncuya subay olduğunu, onu sevdiyini, onun üçün hər şeyi etməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmağı öyrətmiş, o da sonuncuya aldanaraq onunla arxadan cinsi əlaqədə olmuşdur. Təxminən 3 gün sonra, yəni 2024-cü ilin oktyabr ayının sonlarında yenidən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə həmin evdə görüşmüş, sonuncu Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş və Zərərçəkmiş şəxs1 cinsiyyət orqanını ağzına salmağı öyrətmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinsiyyət orqanını ağzına salmışdır. Bundan sonra sonuncu Zərərçəkmiş şəxs1 aldadaraq ondan ötrü darıxanda baxması üçün videosunu çəkəcəyini, heç kimlə paylaşmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs həmin hərəkətləri edərkən sonuncu görüntüləri telefonuna çəkmiş, daha sonra Zərərçəkmiş şəxs1 atasının, anasının və qardaşının telefon nömrələrini almışdır. Həmin tarixdə Qanuni nümayəndə telefonda Zərərçəkmiş şəxs1 borcu olduğunu bildirərək ondan borclarını bağlamağa köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs işləmədiyini, ailəsinin kasıb olduğunu və pulunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində pul versə borclarından və ev kirayəsindən ödəyib həmin evdə, ona yaxın yerdə yaşamağa davam edəcəyini və istədiyi vaxt görüşə biləcəklərini ona bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Leobank”a aid kartının 4098 5844 9110 7759 nömrəsini göndərərək 500 (beş yüz) manat məbləğində pul verməsə çəkdiyi videolarını yayacaq. Həmin gündən başlayaraq hər gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yığıb 500 (beş yüz) manat məbləğində pul tələb etmiş, əks təqdirdə videonu atası Zərərçəkmiş şəxs2 və qardaşı Arifə göndərəcəyini demişdir. 2024-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 özünə qapandığını, yemək yemədiyini, danışıbgülmədiyini görmüşlər. Bir neçə dəfə sonuncu halsız vəziyyətə düşdüyündən evə X3 Yardım stansiyasının həkim briqadasını çağırmışlar. Həmin ərəfədə hadisə barəsində Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə və ona danışmışdır. Zərərçəkmiş şəxs1 telefonunda Təqsirləndirilən şəxs yazdıqlarına baxarkən Zərərçəkmiş şəxs1 dediklərinin doğru olduğunun şahidi olmuşlar. O və Qanuni nümayəndə qərar vermişlər ki, Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etsinlər. Lakin sonuncu özünün yazmasına görə kirayə pulunu ödəyə bilmədiyindən həmin evdən çıxdığından onu tapa bilməmişlər. 2024-cü ilin noyabr ayının əvvəllərində bibisi qızı Qanuni nümayəndə Təqsirləndirilən şəxs zəng vuraraq Zərərçəkmiş şəxs1 pornoqrafik videosunun onda olmasını guya artıq hər kəsin bildiyini, sonuncunun bu barədə məlumat verdiyini, videoları silməsə polisə şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Qanuni nümayəndə pulu verməsə videonu sosial şəbəkədə və qızının oxuduğu məktəbdə yayacağını bildirmişdir. Qanuni nümayəndə Təqsirləndirilən şəxs çörək pulları olmadığını, 1 mana tda olsun pul tapa bilmədiyini, etdiklərinin yanlış olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs öz fikrindən dönməmiş, hər iki videonu Zərərçəkmiş şəxs1 göndərmiş, videoya baxıb yaxşı fikirləşməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin videoları sildirmək istəmiş, lakin pulları olmadığından çıxış yolları qalmamışdır. Onun tövsiyyəsi ilə Zərərçəkmiş şəxs1 telefonundan bütün yazışmaları və Təqsirləndirilən şəxs göndərdiyi videoları silərək sonuncunun ***-***-**-** nömrəsini bloka atmışdır. Lakin Təqsirləndirilən şəxs başqa bir nömrə ilə, yəni ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs1 zəng vurarkən sonuncunun cavab verməsindən onun nömrəsini bloka atdığını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs daha da aqressivləşmiş, Zərərçəkmiş şəxs1 üzərindən avtomobillə keçməklə, bıçaqla xəsarət yetirməklə və rüsvay etməklə hədələyib 500 (beş yüz) manat məbləğində pulu tələb etmişdir. O, bibisi qızı Qanuni nümayəndənın xahişi ilə istifadəsində olan ***-***-**-** nömrəsindən Qanuni nümayəndənın oğlu Arif İsmayılovun adından Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə “WhatsApp” proqramı vasitəsi ilə yazışmağa başlamışdır. Özünü ona Tural kimi təqdim edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qardaşı Arifin adı ilə yazaraq, bütün söhbətlərdən və videodan məlumatının olduğunu, videonu yaymamasını, ayın sonunu gözləməsini, 160 (yüz altmış) manat pensiya alıb ödəyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs razılaşmayaraq ona “Leobank”a aid 4098 5844 9110 7759 nömrəsini göndərib pulu o hesaba göndərməsə videoları “Teleqram” proqramında yayacağını bildirmişdir. Sonuncu həmçinin Zərərçəkmiş şəxs1 sinif yoldaşları 700 (yeddi yüz) manata videonu istədiklərini, əgər Zərərçəkmiş şəxs1 pulu ödəməsə videonu 700 (yeddi yüz) manata sonuncunun sinif yoldaşlarına satacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs Arifin adından məsələni qəlizləşdirməməsini xahiş etmiş lakin sonuncu əl çəkməmiş, nömrəsinə ardıcıl zəng vuraraq və səsli mesaj göndərərək avtomobillə Zərərçəkmiş şəxs1 üzərindən keçəcəyi, sonucunu evdən oğurlayacağı ilə hədələmiş və pulu tələb etmişdir. Təqsirləndirilən şəxs səsli mesajlarla Zərərçəkmiş şəxs1 ondan yayınmamasını, zəng vurmasını, telefonunu açmasını, 500 manat verməsə videonu sonuncunun atasına atacağını və “Teleqram” proqramında yayacağını bildirmişdir. xx.xx.2024-cü ilədək Təqsirləndirilən şəxs ilə yazışmaqla sonuncunu ləngidə bilmiş, lakin fikrindən döndərə və pullarının olmadığına inandıra bilməmişdir. Təqsirləndirilən şəxs artıq 500 (beş yüz) manat məbləğində pulu verməsə Zərərçəkmiş şəxs1 bıçaqla vuracağını və videonu yayacağını bildirmişdir. O və Qanuni nümayəndə bu barədə polisə şikayət edib Zərərçəkmiş şəxs1 biyabır etmək istəməmişlər, lakin çıxış yolları qalmadığından o, xx.xx.2024-cü ildə DİN-in “102” Xidməti-zəng mərkəzinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Həmin tarixdə Qanuni nümayəndə 14-cü PŞ-yə gedərək şikayət ərizəsi yazmışdır. Lakin Təqsirləndirilən şəxs yenə də əl çəkməmiş, onu Zərərçəkmiş şəxs1 qardaşı Arif bilib hədələyərək pulu tələb etmişdir. Bu barədə polisə məlumat verdikdə Təqsirləndirilən şəxs haqqında əməliyyat-axtarış tədbirləri davam etdirildiyini onu tutmağa çalışdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ondan əl çəkmədiyini görüb sonuncunun nömrəsini bloka atmışlar. O bütün bunları ərindən və digər bütün qohumlardan gizlətmiş, hər dəfə Təqsirləndirilən şəxslə Arifin adından yazışdıqdan sonra yazışmalarını və sonuncunun ona göndərdiyi səsli mesajları silmişdir. Lakin polisə şikayət etdikdən sonra ondan yazışmaları silməməsini xahiş etmişlər. Odur ki, “WhatsApp” proqramı üzərindən Təqsirləndirilən şəxs ilə yazışmalarını və səsli mesajların bir qismini, həmçinin sonuncunun ona göndərdiyi kart nömrəsini saxlamış və istintaqa təqdim etmişdir. Polisdə araşdırma davam edərkən Təqsirləndirilən şəxs nömrəsini bloka atdığını, Zərərçəkmiş şəxs1 pul ala bilmədiyini görüb xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəsinə, həmin nömrənin Arifə məxsus olduğunu zənn edərək zəng vurmuş, sonuncuya onda Zərərçəkmiş şəxs1 pornoqrafik videoları olduğunu, əgər 500 (beş yüz) manat məbləğində pul göndərməsə videonu yayacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs söyərkən sonuncu ona 1 gün vaxt verdiyini, əgər pulu verməsə videonu yayacağını bildirmişdir. Növbəti gün, yəni xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs2 zəng vurmuş, nə fikirləşdiyini soruşmuş, pulu atacağı təqdirdə videonu siləcəyinə söz vermiş, lakin sonuncu gərgin olduğundan Təqsirləndirilən şəxs söymüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs videoları “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən ofisi icarəyə götürərək ev alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs3 2023-cü ildən tanıyır, 2024-cü ilin may ayında sonuncu onun işlədiyi ofisə bir neçə dəfə gələrək yaşadığı evini satmaq istədiyini bildirərək ondan müştəri tapmasını xahiş etmişdir. xx.xx.2024-cü ildə saat 17:00 radələrində Azad onun ofisində olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ofisə daxil olaraq ünvan 10 ünvanda yerləşən mənzilindən tələbələri çıxaracağını, xx.xx.2024-cü ildən həmin mənzili 450 (dörd yüz əlli) manata ailəyə kirayə verəcəyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 həmin şəxsə tərəf çevrilərək onu səsindən tanıdığını bildirmiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs3 tanıdığını bildirərək telefonda danışdıqlarını təsdiqləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs mənzilini ona 125.000 manata satmasını xahiş etmiş, sonuncu da mənzilindən oğlan tələbələri çıxaracağını bildirmişdir. Sonuncu həmçinin alqı-satqı onun ofisində baş tutacağından satışdan ona da hörmət edəcəyini bildirmiş, o isə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs söhbətlərinə müdaxilə etməmiş və sakitliklə həmin şəxsləri dinləmişdir. Zərərçəkmiş şəxs3 ofisdə Təqsirləndirilən şəxs 50 (əlli) manat beh vermiş və onunla sağollaşıb getmişlər. Bir müddət sonra sonuncunun Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etdiyini eşitmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanda ev alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs3 hadisədən əvvəl tanımış, mehriban münasibətləri olmuşdur. Sonuncu ona Nizami rayonu ərazisindən “Xruşovka" tipli binalardan 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, mobil telefonunda olan “Makler" qrupuna bu barədə yazmış, qrup üzvü Fəramiz adlı şəxs ona bir nəfər müştərinin Nizami rayonu, Əlif Hacıyev küçəsi ev 19-da yerləşən 3 otaqlı mənzilini 145.000 (yüz qırx beş min) manata satdığını, aşağı qiymətə də verə biləcəyini bildirmişdir. xx.xx.2024-cü ildə o, Zərərçəkmiş şəxs3la əlaqə saxlayaraq Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 19 ünvanda 3 otaqlı mənzilin satışda olduğunu bildirmiş, sonuncu onun işlədiyi ofisə gəlmiş, həmin mənzilə baxmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3 həmin mənzilin onda olmadığını, Fəramiz adlı şəxsdə olduğunu bildirmiş, sonuncu ilə əlaqə saxlayıb ona mənzillə maraqlanan müştərinin olduğunu və mənzilə baxmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3 və Fəramizlə birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşmüş və onlar birlikdə qeyd edilən mənzilə getmişlər. Mənzildə 5-6 nəfər kirayəçi olmuş, Zərərçəkmiş şəxs3 mənzilə baxaraq mənzilin sahibi ilə danışmaq istədiyini bildirmişdir. Fəramiz mobil telefonu ilə adını bilmədiyi ev sahibi ilə danışaraq mobil telefonunu Zərərçəkmiş şəxs3 vermiş, sonuncu həmin şəxslə danışığı davam etdirərək mənzili 125.000 (yüz iyirmi beş min) manata almaq istədiyini bildirmiş, lakin ev sahibi həmin qiymətlə razılaşmamışdır. Odur ki, onlar sağollaşaraq ayrılmışlar. Bir müddət sonra Zərərçəkmiş şəxs3 onun ofisinə gələrək həmin mənzili 123.000 (yüz iyirmi üç min) manata aldığını bildirmişdir. O, bir qədər təəccüblənsə də, sonuncuya xeyir-dua vermiş və bu işlə bağlı bir daha maraqlanmamışdır. Sonradan Zərərçəkmiş şəxs3 mobil telefonda danışdığı şəxsin sonuncunu aldadaraq ona dələduzluq etdiyini öyrənmişdir.

9. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, ara-sıra Nizami rayonu, "Neftçilər parkı" deyilən yerdə ev alqısatqısı ilə məşğul olur. xx.xx.2024-cü ildə günorta saatlarında Nizami rayonu ərazisində yerləşən "Neftçilər parkı" adlanan yerdə olarkən sonradan adının Təhməz olduğunu bildiyi şəxs ona yaxınlaşaraq dəllal olub-olmamasını soruşmuş, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 19, mənzil 24 ünvanda yerləşən 3 otaqlı mənzilini 150.000 (yüz əlli beş min) manata satmaq istədiyini bildirmişdir. O, həmin şəxslə birgə sonuncunun satmaq istədiyi mənzilinə baxmışdır. Mənzildə 2-3 nəfər yatmış, özünü Təhməz kimi təqdim edən şəxs yatan şəxslərin kirayəçi olduqlarını və evi təcili olaraq satmaq istədiyini bildirmişdir. Mənzil təmirsiz olduğundan mənzili yalnız 140.000 (yüz qırx min) manata sata biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrəsini götürmüşdür. xx.xx.2024-cü ildə ev alqı-satqısı ilə məşğul olan tanışı Şahid5 Təqsirləndirilən şəxs satdığı mənzil barədə məlumat vermişdir. Təxminən yarım saat sonra metronun "Qara Qarayev" stansiyasının yaxınlığında Vəli və Vəlinin yanında olan, sonradan adını bildiyi, mənzili almaq istəyən Zərərçəkmiş şəxs3la görüşmüşlər. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq mənzilə baxmaq istəyən olduğunu bildirmiş, sonuncu hazırda rayonda olduğunu, mənzilin qapısının açıq olduğunu və istənilən vaxt ora gedə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşaraq Vəli və Zərərçəkmiş şəxs3la həmin mənzilə getmişlər. Onlar mənzilin qapısını itələyərək açıb içəriyə daxil olmuşlar. Mənzildə tanımadığı kirayəçilər yatmış, Vəli və Zərərçəkmiş şəxs3 mənzilin ümumi vəziyyəti ilə tanış olmuşlar. Sonuncu həyətə düşüb mənzilin sahibi ilə danışmağı təklif etmişdir. Binanın həyətində o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və mənzili almaq istəyən müştərinin olmasını bildirmişdir. Daha sonra telefonu Zərərçəkmiş şəxs3 vermiş, sonuncu Təqsirləndirilən şəxs ilə söhbəti davam etdirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs mənzili 130.000 (yüz otuz min) manata satacağını, Zərərçəkmiş şəxs3 isə 125.000 (yüz iyirmi beş min) manata almaq istədiyini bildirmiş, onlar arasında razılıq əldə olunmamışdır. Ayrılarkən Zərərçəkmiş şəxs3 ondan Təqsirləndirilən şəxs mobil nömrəsini istəmiş, lakin o, sonuncunun nömrəsini verməmişdir. Sonradan Vəli notariat ofisindən Təqsirləndirilən şəxs satmaq istədiyi mənzilin sahibinin başqası olmasını sonuncunun dələduz olmasını öyrənmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 ondan xəbərsiz Təqsirləndirilən şəxs ilə görüşüb mənzilə görə sonuncuya 3.000 (üç min) manata yaxın pul verdiyini öyrənmişdir.

10. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, əri Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu ərazisindən “Xruşovka" tipli yaşayış binasından 3 otaqlı mənzil almaq istəmişdir. xx.xx.2024-cü ildə saat 22:30 radələrində yaşadıqları ünvan 3 ünvanda olarkən Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs3 zəng vuraraq yaşadığı binanın həyətində olduğunu bildirmişdir. Sonuncu həyətə düşmüş, bir neçə dəqiyqə sonra ona zəng vuraraq Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs xanımı ilə evə qalxacaqlarını deyib ondan çay süfrəsi hazırlamasını istəmişdir. Təqsirləndirilən şəxs və özünü onun həyat yoldaşı kimi təqdim edən Səkinə adlı qadınla çay içdikdən sonra həyat yoldaşı Təqsirləndirilən şəxs 3.000 (üç min) manat kimi 1.750 (bir min yeddi yüz əlli) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs3 “mən Təqsirləndirilən şəxs və xanımım X8, Zərərçəkmiş şəxs3 evinə gəldik, 3 000 manat məbləğində pulu Əlif Hacıyev küçəsi, bina 19, mənzil 24 ünvanı üçün beh pulu aldıq. Allah xeyir versin, 6-cı gün alqı-satqı edib dayıdan 121 000 manat məbləğində pulu götürəcəyik” məzmunlu səsli mesaj göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Səkinə getmiş, həmin vaxtdan etibarən isə Təqsirləndirilən şəxs min bir bəhanə ilə pullarını qaytarmamışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/126 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, təqdim olunan 01 ədəd diskdə olan “VİD-20250210-WA0024” və “VİD-20250210-WA0025” adlı videogörüntülər pornoqrafik xarakterlidir. Video və foto təsvirlərin uşaq pornoqrafiyasına aid olub-olmamasının müəyyən olunması məhkəmə-sənətşünaslıq ekspertizasının səlahiyyətinə aid deyildir (İ cild i/v 247-249).

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7’’ X10 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 589 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadıqda cinsi əlaqənin müddəti haqqında fikir söyləmək mümkün deyildir (İ cild i/v 20-23).

13. 08.02.2025-ci il tarixli “Mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında” protokol və ona əlavələrdən görünür ki, "WhatsApp" proqramına baxış keçirərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci ildə saat 20:40-dan başlayaraq özünü "Tural” kimi təqdim edən ***-***-**-** nömrənin istifadəçisi Zərərçəkmiş şəxs2 "əgər Arif onunla əlaqə saxlamasa bacısının videolarını paylaşacağı ilə hədələməsi” məzmunda mesajlar yazmış, xx.xx.2025-ci ildə saat 15:38-də pul göndərib-gəndərməməsini mesaj yazaraq soruşmuş, daha sonra Zərərçəkmiş şəxs1 soyunması və Təqsirləndirilən şəxs cinsiyyət orqanını ağzına salması görüntülərini telefonuna göndərmiş, "bu axşam video Ramanıda hər kəsdə olacağı, bunu sən istədin get indi at peysərə yaşa" sözlərini yazmışdır. Həmin tarixdə saat 22:47-dən başlayaraq Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrənin özünü Tural kimi təqdim edən istifadəçisinə yazmışdır ki, pul tapıb atacaq, pulu atacağı kartın nömrəsi onda var. ***-***-**-** nömrənin özünü "Tural" kimi təqdim edən istifadəçisi "pulu verəcəyi təqdirdə videonu onun gözləri qarşısında siləcəyi məzmunda cavab yazmışdır (İ cild i/v 48-53).

14. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 72).

15. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-71/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci ildən hesablanmışdır (İ cild i/v 136-138).

16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2025-ci ildən 15 gün müddətinə, yəni xx.xx.2025-ci ilədək uzadılmışdır (İİ cild i/v 96-98).

17. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 119-121).

18. Cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, 1-ci “VİD- 20250210-WA0024” adlı videogörüntü 44 saniyəlikdir, çəkiliş başlayarkən Zərərçəkmiş şəxs1 yarıdan yuxarı hissəsi lüt halda, oturmuş vəziyyətdə çəkiliş aparan avadanlığa baxması görünür, daha sonra Zərərçəkmiş şəxs1 yanında uzanmış vəziyyətdə Təqsirləndirilən şəxs lüt bədəni görünür. Təqsirləndirilən şəxs “Lalə” deyərək sol əli ilə işarə verdikdən sonra Zərərçəkmiş şəxs1 sonuncunun cinsiyyət orqanını ağzına salır və cinsiyyət orqanını sürətli halda ağzına salıb çıxarır. Təqsirləndirilən şəxs sağ əlindəki telefonu ilə Zərərçəkmiş şəxs1 bədənini çəkərkən məlum olur ki, sonuncunun əynində yalnız göy-ağ rəngli tumuşu var. Həmin vaxt Təqsirləndirilən şəxs “tez-tez” sözlərini işlədir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 elədiyi hərəkətlərdən xoşu gəlib gəlməməsini soruşur, sonuncu səs jestləri ilə “hə” cavabını verir. Daha sonra Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs1 başına sığal çəkir və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinsiyyət orqanını ağzından çıxararaq əvvəlki oturmuş vəziyyətinə qayıdır, bununla da çəkiliş dayandırılır. 2-ci “VİD-20250210-WA0025” adlı videogörüntü 22 saniyəlikdir, görüntü başlayarkən Zərərçəkmiş şəxs1 ayaq üstə lüt vəziyyətdə görüntüyə gəlir, əynində olan tumuşunu aşağı çəkərək əllərini üzünə tutur, sonra 1 dəfə dövrə vuraraq bədəninin hər tərəfini nümayiş etdirir, daha sonra arxası Təqsirləndirilən şəxs tərəf dayanır. Təqsirləndirilən şəxs “Lalə gəl görüm” dedikdən sonra çəkiliş dayandırılır (İ cild i/v 81-82).

19. Könüllü təqdim edilən əşyaların əldə edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavələrdən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi öz adına rəsmiləşmiş, “Leobank”a aid 4098 5844 9110 7759 nömrəli kartı, həmçinin üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan “Redmi” markalı mobil telefonu qəbul etmişdir (İ cild i/v 79-80).

20. Könüllü təqdim edilən əşyaların əldə edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavələrdən görünür ki, Şahid1 könüllü təqdim etdiyi, sonuncu ilə Təqsirləndirilən şəxs “Whatsapp” proqramı üzərindən apardıqları yazışmaların A4 formatında 3 ədəd vərəqə köçürülmüş surətləri, Təqsirləndirilən şəxs göndərdiyi səsli mesajların köçürüldüyü 1 ədəd disk, həmçinin sonuncunun Şahid1 göndərdiyi “Leobank”a aid 4098 5844 9110 7759 nömrəli kartının fotoşəklinin A4 formatında 1 ədəd vərəqə köçürülmüş surəti iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən qəbul edilmişdir (İ cild i/v 92-95).

21. 19.04.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs öz adına rəsmiləşmiş “Leobank”a adi 4098 5844 9110 7759 nömrəli kartını və şəxsiyyət vəsiqəsini qəbul etmişdir (İİ cild i/v 62).

22. 19.04.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus və iş üzrə maddi sübut olan “Redmi Note 9” markalı mobil telefonu qəbul etmişdir (İİ cild i/v 62).

23. xx.xx.2025-ci il tarixli mesajlarda olan məlumatların öyrənilməsi haqqında protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı üzərindən yazılan mesajlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1 özünü Zərərçəkmiş şəxs1 qardaşı Arif İsmayılov kimi təqdim edərək özünü “Tural” kimi təqdim edən Təqsirləndirilən şəxs yazışarkən sonuncu onda Zərərçəkmiş şəxs1 pornoqrafik videolarının olmasını bildirərək 500 (beş yüz) manat məbləğində pul tələb edir, verməyəcəyi təqdirdə həmin videonu “Teleqram” kanalında yayacağı və həmin videonu ondan 700 (yeddi yüz) manata istəyən Zərərçəkmiş şəxs1 sinif yoldaşlarına sataraq rüsvay edəcəyi ilə hədələmişdir (İ cild i/v 96).

24. 13.03.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir (İ cild i/v 191-196).

25. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə 3 ədəd qovluq var: 1.sekiller, 2.sesler, 3.video. Sekiller qovluğunun içərisində 4 ədəd whatsapp yazışmasının fotoşəkli, Sesler qovluğunda 11 ədəd səs yazısı, Video qovluğunda isə 1 ədəd videogörüntü var. Fotoşəkillər və whatsapp səs yazılarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olan səs yazıları və whatsapp yazışmaları var. Videogörüntü isə Təqsirləndirilən şəxs məxsus olan şəxsi Tiktok sosial şəbəkəsində yerləşdirdiyi videogörüntüdür. Səs yazılarının məzmunu aşağıdakı kimidir: 1-ci səs yazısı. Təqsirləndirilən şəxs Mən, Təqsirləndirilən şəxs oğlu, Naxçıvanlı, yoldaşım S.Təqsirləndirilən şəxsa, gəldik Zərərçəkmiş şəxs3 evinə, 3 000 manat satdığım evə beh almışam, evində ünvanı Əlif Hacıyev 19, mənzil 24. Allah xeyr versin, inşallah şənbə günüdə ölməsək qalsaq evini keçirdirik dayının adına, yerdə qalan 122 000 manatı götürəcəyik. 2-ci səs yazısı. Təqsirləndirilən şəxs Deyirəm ki, əmi rayondayıq, dayıya denən 500-600 manat məbləğində pul yollasın karta, onsuzda pul veribdir, 3 000 manat məbləğində pul verib, oda borca vermişik, bizə 500-600 manat məbləğində pul atsın, biz özümüz sabah gəlirik, birisigündə gedirik o, məsələni həl eləməyə, sənin də artıqlamasıyla hörmətini edəcəm, narahat olma, bizim aramızda heç bir problem olmayıb, olmayacaqda. 3-cü səs yazısı. Zərərçəkmiş şəxs3 Oldu bacı oğlu, indi mən onla danışıb deyərəm, gələndə ya əminin özü də gəlsin, orada daha ona görə iş pozulmasın, gəlib 5 dəqiqə qol çəkəcək gedəcək yada notariusdan etibarnamə al, yazsın ki, mən bu evi satmağa etiraz etmirəm, əmin yazsın, o kağızla alqı satqı eləmək olar. 4-cü səs yazısı. Zərərçəkmiş şəxs3 Təhməz salam, necəsən? Mən danışdım yas yerindəydi danışa bilmirdi, gəlib indidə yatıb, təzyiqi qalxıb, şənbə gününə bir gün qalıb, nə qalıb ki, gəl burdan alqı-satqı edək, işini qutar get, heç onun gəlməyinə ehtiyac yoxdur, bir dənə notariusdan etibarnamə versin ki, “mən filan ünvandakı evi satmağıma etiraz etmirəm” elektronlu göndərəcək gələcək. O, ordan kağız alsın, atsın elektron poçtla, gəlməyinə ehtiyac yoxdur, ucuz vermişəm şənbə günü alqı satqı etmək istəyirəm, səndə gör neynirsən, etibarnamə yazsın göndərsin sənə ya da bilet alsın, nədiki 70-80 manatdı, gəlsin bura, pulun alsın, sonra biletin alarsan çıxıb gedər, şənbə günü saat 10:00-da notariusda olmalıyıq, alqısatqımızı edək. 5-ci səs yazısı. Zərərçəkmiş şəxs3 Axşamın xeyr, danışdım deyir gəlsin şənbə günü saat 10:00-da aformut edək pulunu götürsün getsin, yəni ki, pul vermişəm, dediyi qədərini 2 000 manatını vermişəm, dedi borcum var, 3 000 manat verdim dedim götür get borcunu ödə. İndi də təzədən 500 manat göndər, aformut edəndə qalan puluda götürüb ordan verəcək, gəlsin deyir şənbə günü saat 10:00 aformut edək, pulunuda verim halallaşaq getsin. 6-cı səs yazısı. Təqsirləndirilən şəxs Sabahın xeyr, necəsiz? Bildinda, evidə satmıram, behidə yollayacam özünə kart atsın mənə. 7-ci səs yazısı. Zərərçəkmiş şəxs3 Təhməz salam, necəsən bacı oğlu? Hacı alqı satqı edir, indi ordadı, mənə dedi ki, ona denən gəlsin bura, burdan göndərərik 200-300 manat gələr gedər 1-ci günü alqı-satqı edərik. 8-ci səs yazısı. Zərərçəkmiş şəxs3 Təhməz salam, necəsən? Gör nə deyirəm, bu gün Hacı alqı satqı eləyib, indi yəgin ki, qutarıb, sən belə eləda əminin nömrəsin göndər bizə, biz onla danışaq, ona lazım olsa pul, burdan da göndərərik qoy çıxsın gəlsin. Demirsən ayın 8-i toya gələcək, elə indidən danışaq sənədləri gətirsin hazırlıqlı gəlsin, bir dəfəlik, nə qədər puldu yol pulunu göndərərik burdan, bir dənə onunla danışaq, sən onun nömrəsin göndər, 8-i niyə gəlir ki, lap 7-si gələr alqı-satqımızı edərik, pulu götürər gedər toya. 9-cu səs yazısı. Təqsirləndirilən şəxs Salam dayı, necəsiz? Dayı inşallah Allahın köməyi ilə ayın 8-i saat 6 radələrinə kimi mən Azad kişidən aldığım 3 050 manat məbləğində pulu, geri qaytaracam, onlara tam əminliklə söz verirəm, ayın 8-i inşallah Allahın köməyi ilə saat 6-ya kimi o pul dayıda olacaq, tam əminliklə söz verirəm. 10-cu səs yazısı. Zərərçəkmiş şəxs3 Təhməz salam, sən neyniyə bildin, pulu düzəldə bilirsənmi? İndi gör baxta canın sağolsun, bu günə deyibsən, 8-i saat 6-ya, ya gətir ya göndər, problem deyil hissəhissədə göndərə bilərsən, düz qoş, yaxşı alınmırda, bu işi bağlıyaq (İ cild i/v 201).

26. 11.04.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 “Whatsapp” proqramı vasitəsilə bir-birlərinə göndərdikləri səsli mesajlarının köçürüldüyü 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild i/v 241).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətinə islah işləri tətbiq edilmiş; 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 3) Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 8 il, 5 ay azadlıqdan məhrum edilmiş; 4) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 7 il, 5 aya endirilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatsa da, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir (İİ cild i/v 46-48).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

28. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən Bakı şəhərinə köçmüş, 2021ci ilin aprel ayından 350 (üç yüz əlli) manata ünvan 13 ünvanda yerləşən, Şəki şəhərində yaşayan Nizami adlı şəxsə məxsus mənzildə kirayədə yaşamağa başlamışdır. Nizami adlı şəxs Bakı şəhərinə gəlmirmiş, kirayə pulunu hər ay Nizaminin kart hesabına köçürürmüş. Nizaminin Bakı şəhərinə gəlməməsindən istifadə edərək, kirayə pulunu vaxtı-vaxtında ödəməmiş və pul qazanması məqsədi ilə həmin mənzilə tanımadığı şəxsləri də kirayənişin kimi cəlb etmişdir. Belə ki, 2023-cü ilin oktyabr ayında metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Makler bağı” adlanan “Neftçilər parkı”na gedərək mənzilə hər ayı 120 (bir yüz iyirmi) manata kirayənişin kimi tələbə oğlanlar tapmış, həmin şəxslərin yatması üçün mənzilə əlavə çarpayılar almışdır. Artıq hər kəs onu həmin mənzilin sahibi kimi tanıdığından 2024-cü ilin aprel ayında kirayə yaşadığı mənzili satışa çıxarmaqla alacağı behi götürüb yaşayış yerini dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü ildə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Makler bağı” adlanan “Neftçilər parkı”na gedərək sonradan adını bildiyi ev alqı-satqısı ilə məşğul olan Şahid2la tanış olmuşdur. Sonuncuya Bakı şəhəri, ünvan 10-də yerləşən 3 otaqlı evini 150.000 (yüz əlli min) manata satmaq istədiyini bildirmişdir. Fəramiz ondan mənzilin çıxarışını istəmiş və neçə nəfərin qeydiyyatda olmasını soruşmuş, o isə, Fəramizə mənzildə qeydiyyatda özü, atası və anasının olmasını qeyd etmişdir. Fəramiz mənzilə baxmaq istədiyindən birlikdə mənzilin yerləşdiyi ünvana gəlmişlər və Fəramiz mənzilə baxdıqdan sonra təmirsiz olmasını əsas gətirərək 140.000 (yüz qırx min) manata sata biləcəyini bildirmiş, onun telefon nömrəsini götürərək getmişdir. xx.xx.2024-cü ildə Bərdə rayonunda olarkən Fəramiz onunla əlaqə saxlayaraq bir nəfər müştərinin mənzilə baxmaq istədiyini bildirmiş, o, rayonda olmasını deyərək mənzilin qapısının açıq olduğunu və mənzilə gedib özlərinin baxmasını təklif etmişdir. Bir neçə dəqiqə sonra Fəramiz zəng edərək onu sonradan adını bildiyi müştəri Zərərçəkmiş şəxs3la danışdırmışdır. Söhbətləri zamanı sonuncuya mənzilin qiymətini 130.000 (yüz otuz min) manata təklif etmiş, Zərərçəkmiş şəxs3 isə 125.000 (yüz iyirmi beş min) manata almaq istədiyini bildirdikdə həmin qiymət çox ucuz olduğundan və bu hər kəsdə şübhə oyadacağından guya mənzili satmağa razılaşmamışdır. Həmin tarixdə axşam saatlarında rayondan Bakı şəhərinə gəlmiş və Nizami rayonu, A.Manaflı küçəsində yerləşən ev alqı-satqısı ofisinə oradakı ev alqısatqısı ilə məşğul olanlara evini satması barədə məlumat vermək üçün getmişdir. Orada sonradan adını bildiyi ev alqı-satqısı ilə məşğul olan Şahid4 söhbətlərinə “ünvan 15 ünvandakı evində kirayə qalan tələbələri çıxaracam” sözləri ilə başlayarkən ofisdə əyləşən Zərərçəkmiş şəxs3 üzünü ona tutaraq səsini tanıdığını və onunla mənzilini satması ilə əlaqədar mobil telefonda danışdıqlarını bildirdikdə telefonda mənzillə bağlı onunla danışması yadına düşmüş və o da Zərərçəkmiş şəxs3 dediklərini təsdiqləmişdir. Sonuncu mənzili almaq istədiyini dedikdə üzündən nuranilik yağdığına görə mənzildəki tələbələri çıxararaq mənzili 125.000 (yüz iyirmi beş min) manata ona satacağını və əgər razılaşmaları baş tutarsa ofisin işçisi Şahid4 500 (beş yüz) manat hörmət edəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3la ofisdə şəkil də çəkdirmiş, sonuncu onun mobil nömrəsini götürmüş və beh kimi ona 50 (əlli) manat məbləğində pul vermişdir. Həmin tarixdə axşam saatlarında alqı-satqı ilə bağlı Zərərçəkmiş şəxs3la əlaqə saxlayarkən sonuncu ona kart nömrəsini göndərməsini, kartına 500 (beş yüz) manat köçürəcəyini, daha sonra isə alqı-satqıya başlayacaqlarını bildirmişdir. Onun üçün 500 (beş yüz) manat məbləğində pul beh kimi az olacağından Zərərçəkmiş şəxs3 ona olan etibarından istifadə edərək beh adı ilə daha çox pulunu almaq üçün ona pul köçürməsinə ehtiyac olmadığını, özü söhbət etmələri üçün evinin yaxınlığına gələcəyini bildirmişdir. xx.xx.2024-cü ildə saat 22:30 radələrində Zərərçəkmiş şəxs3 ilə sonuncunun yaşadığı evinin yaxınlığında görüşmüş, görüşə hazırda heç bir anket məlumatını bilmədiyi sevgilisi Səkinə Əliyeva ilə birgə getmişdir, Səkinə də həmin mənzilin guya ona məxsus olmasını bilmiş, əslində isə Zərərçəkmiş şəxs3 aldatmaq niyyətindən məlumatı olmamışdır. O, Səkinəni Zərərçəkmiş şəxs3 arvadı kimi təqdim etmiş, sonuncuya təcili olaraq Beyləqan rayonuna getməli olduğunu, ona 3.000 (üç min) manat məbləğində pul lazım olduğunu, əgər 3.000 (üç min) manatı versə, alqı-satqı zamanı həmin məbləği nəzərə alacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 onu və Səkinəni yaşadığı mənzilə çay süfrəsinə dəvət etmiş, o, razılaşaraq sonuncunun mənzilinə qalxmışdır. Zərərçəkmiş şəxs3 evində çay içərkən sonuncunun milli pulu olmadığından arvadı Şahid3 iştirakı ilə ona 3.000 (üç min) manat kimi 1.750 (bir min yeddi yüz əlli) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində pul vermişdir. Həmin pul milli pul vahidi ilə 2.995 (iki min doqquz yüz doxsan beş) manat təşkil etsə də, o, 5 manatın söhbətini etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 sübut və hallalıq üçün “WhatsApp” proqramından sonuncunun nömrəsinə səsli mesaj göndərməklə Azaddan 3.000 (üç min) manat almasını təsdiqləməsini bildirmiş, o da sonuncuya “mən Təqsirləndirilən şəxs və xanımım X1 Azad Məmmədəli oğlunun evinə gəldik, 3 000 manat məbləğində pulu ünvan 16 ünvandakı mənzilim üçün beh pulu aldım, Allah xeyir versin, 6-cı gün alqı-satqı edib dayıdan 122 000 manat məbləğində pulu götürəcəyik” səsli mesaj göndərmiş və sonra da sağollaşıb evindən getmişlər. O, həmin pulu şəxsi işlərinə xərcləmişdir. xx.xx.2024-cü ildə pulu qurtardığından ev alqı-satqısı ilə məşğul olan Şahid4 “WhatsApp” proqramından səs göndərərək Zərərçəkmiş şəxs3 ona 500- 600 manat məbləğində pul ödəməsini bildirmiş, lakin sonuncudan heç bir xəbər çıxmamışdır. Hadisəni mülki xarakterli etməsi üçün xx.xx.2024-cü ildə Eldara yenidən səs ataraq mənzilini artıq satmadığını, aldığı ümumi 3.045 (üç min qırx beş) manat məbləğində pulu geri qaytaracağını bildirmiş, sonradan Zərərçəkmiş şəxs3 ondan şikayət etdiyini eşitmişdir. Bundan başqa, ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayından kirayə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 nömrəsiz ünvanda yerləşən həyət evində tanımadığı 3 nəfər şəxslə birgə yaşamış, kirayə pulu 300 (üç yüz) manat təşkil etmiş, o, öz payına düşən 100 (bir yüz) manatı ödəmişdir. Onunla birgə kirayə qalan 2 nəfər şəxs işlədiklərindən səhər saat 07:00-dan axşam saat 21:00-a qədər o, evdə tək olmuşdur. 2024-cü ilin sentyabr ayının sonlarında kirayə qaldığı evə bitişik olan qonşu evin pəncərəsini sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 silməsini görüb sonuncuya tanış olmaq məqsədilə salam verərək ondan hal-əhval tutmuş, Zərərçəkmiş şəxs1 özünü Tural kimi təqdim edərək ondan xoşuna gəldiyini, uzun müddətdir ki, onu qonşu kimi müşahidə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da üzünə gülümsədiyindən danışığını davam etdirmiş, sonuncudan telefon nömrəsini istəmiş, ona “WhatsApp” proqramı üzərindən zəng vuracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona ***-***-**-** nömrəsini vermiş, həmin tarixdə ***-***-**-** nömrəsi ilə sonuncuya “WhatsApp” proqramı üzərindən zəng edərək onunla danışmışlar. Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən peşə-ixtisas məktəbində 2-ci kursda oxuduğunu, anası, atası və qardaşı ilə birgə yaşadıqlarını bildirmişdir. Sonuncu ilə 2024-cü ilin oktyabr ayınadək telefonda danışmış, 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində Şəhər Yolu şosesində görüşərək taksi ilə sonuncunu özünün kirayə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 nömrəsiz ünvanda yerləşən evə aparmışdır. Orada Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla, yəni arxadan 1 dəfə cinsi əlaqədə olmuş, Zərərçəkmiş şəxs1 ona ilk dəfədir arxadan cinsi əlaqədə olduğunu bildirmiş və sonuncunun xam davranışından ilk dəfə arxadan cinsi əlaqədə olmasını hiss etmişdir. Həmin ərəfədə işləmədiyindən xərclik pulu olmamış, həmçinin evin 100 (bir yüz) manat kirayə pulunu da ödəməmişdir. Qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs1 paltarsız videosunu çəkərək həmin videonu yaymaması adı ilə sonuncudan pul alsın. Təxminən 3 gün sonra, yəni 2024-cü ilin oktyabr ayının sonlarında yenidən Zərərçəkmiş şəxs1 ilə həmin evdə görüşmüşlər. O, Zərərçəkmiş şəxs1 ilə arxadan cinsi əlaqədə olarkən telefonuna onu çəksə, sonuncunun üzünü çəkə bilməyəcəyini, həmçinin çəkərkən onun da üzünün düşəcəyini və bununla da gələcəkdə Zərərçəkmiş şəxs1 ona pul verməyəcəyi təqdirdə videonu yaymağa utanacağını düşünmüşdür. Ən əlverişli, ona rahat olan və üzünü düşməyəcəyi çəkiliş cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 ağzına alması olmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs1 cinsiyyət orqanını ağzına salmağa və intensiv olaraq ağzına salıb çıxarmağa öyrətmişdir. Sonuncuya darıxanda baxması üçün videosunu çəkəcəyini, narahat olmamasını, videonu heç kimlə paylaşmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 uşaq olduğundan ona inanmış, birinci növbədə Zərərçəkmiş şəxs1 ayaq üstə tumuşla dayanarkən, tumuşunu əynindən çıxararkən, cinsiyyət orqanını və arxasını göstərərkən telefonuna çəkmişdir. Bundan sonra sonuncu onun cinsiyyət orqanını ağzına salarkən videosunu özünün üzü düşməyəci şəkildə çəkmişdir. Çəkilişi effektli alınmış, həmin çəkilişlə Zərərçəkmiş şəxs1 pul ala biləcəyini düşünmüşdür. Gələcəkdə Zərərçəkmiş şəxs1 yaxın qohumlarına çıxışı olsun deyə sonuncudan ata, ana və qardaşının nömrələrini almışdır. Həmin tarixdə, yəni 2024-cü ilin oktyabr ayının sonlarında o, Zərərçəkmiş şəxs1 ilə danışarkən borcu olduğunu bildirmiş, sonuncudan borclarını bağlamağa köməklik etməsini istəmişdir. Zərərçəkmiş şəxs1 işləmədiyini, kasıb ailədən olduğunu ona pul verə bilməyəcəyini bildirmişdir. O isə 500 (beş yüz) manat versə borclarından və ev kirayəsindən ödəyib ona yaxın yerdə yaşayacağını, istədiyi vaxtı görüşə biləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 yenə də pul tapa bilməyəcəyini desə də o, sonuncuya “Leobank”a aid kartının 4098 5844 9110 7759 nömrəsini göndərərək ona pulu verməsə videosunu yayacağını bildirmişdir. Həmin gündən başlayaraq hər gün Zərərçəkmiş şəxs1 zəng vurub 500 (beş yüz) manatı tələb etmiş, əks təqdirdə videonu atasına və qardaşına göndərəcəyini demişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 streslər keçirməsi, tez-tez narahat olması, huşunu itirməsi, dəfələrlə evlərinə X3 Yardım avtomobillərinin gəldiyini görməsinə baxmayaraq pulu olmadığından sonuncudan əl çəkməmiş, Zərərçəkmiş şəxs1 pulu vermədiyi videosunu yayacağına inandırmağa çalışmışdır. xx.xx.2025-ci ildə kirayə haqqını ödəyə bilmədiyindən kirayə qaldığı, Zərərçəkmiş şəxs1 qonşuluğundan yəni, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 yerləşən evdən çıxmış, lakin uzağa getməmiş, Sabunçu rayonu, Ramana qəsəbəsində müxtəlif ünvanlarda yerləşən gündəlik evlərdə gecələmişdir. 2024-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə ona zəng vuraraq onda qızının pornoqrafik videosunun olmasını bildiyini, bunu Zərərçəkmiş şəxs1 özünün dediyini, əgər videoları silməsə onu polisə verəcəyini bildirmişdir. O, Qanuni nümayəndə pul verməsə videonu yayacağını bildirmiş, sonuncu isə çörək pullarının belə olmadığını, 1 manat da olsa pul tapa bilməyəcəyini qeyd etmişdir. Həmin vaxt o, hər iki videonu Zərərçəkmiş şəxs1 telefonuna göndərmiş, Qanuni nümayəndə videoya baxıb yaxşı fikirləşməsini bildirmişdir. O, 500 (beş yüz) manata görə onu polisə verməklə qızını biabır edəcəyinə inanmadığı üçün Zərərçəkmiş şəxs1 anasıyla ürəkli danışmış, lakin danışıqları heç bir nəticə verməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 onun ***-***-**-** nömrəsini bloka atmış, sonuncuya onun tanımadığı digər ***-***-**-** nömrəsi ilə yığarkən Zərərçəkmiş şəxs1 cavab vermiş, o isə sonuncuya pulu təcili çatdırmasını bildirmişdir. Növbəti günlərdə Zərərçəkmiş şəxs1 nömrəsini dəyişmişdir. Həmin ərəfədə özünü Zərərçəkmiş şəxs1 qardaşı Arif kimi təqdim edən şəxs ***-***-**-** nömrəsindən “WhatsApp” proqramı üzərindən mesaj yazaraq bütün söhbətlərdən və videodan məlumatı olduğunu, videonu yaymamasını, noyabr ayının sonunu gözləməsini, 160 (yüz altmış) manat pensiya alıb ona ödəyəcəyini bildirmişdir. O, ilkin olaraq 160 (yüz altmış) manat ödənməsinə razılaşıb öz adına rəsmiləşmiş “Leobank”a aid kartının 4098 5844 9110 7759 nömrəsini həmin şəxsə göndərmiş, sonra isə əgər həmin karta 500 (beş yüz) manat göndərməsə videoları “Teleqram” proqramında yayacağı ilə sonuncunu hədələmişdir. Həmin şəxs hər gün onunla yazışaraq pul atacağına söz versə də, pul atmamış, bu minvalla vaxtı 2024-cü ilin dekabr ayınadək uzatmışdır. Həmin ərəfədə o, Zərərçəkmiş şəxs1 özünü hədələyib pulu tez almaq üçün axtarsa da, sonuncu evdən çıxmamış, dərsə getməmiş və telefon nömrəsini açmamışdır. Zərərçəkmiş şəxs1 pulu ödəməsi üçün həmin şəxsə guya videonu ondan Zərərçəkmiş şəxs1 sinif yoldaşlarının 700 (yeddi yüz) manata istədiyini, əgər Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat ödəməsə videonu 700 (yeddi yüz) manata sonuncunun sinif yoldaşlarına satacağını bildirmişdir. Bundan sonra özünü ona Arif kimi təqdim edən şəxs məsələni qəlizləşdirməməsini, pulu verəcəklərini, gözləməsini xahiş etmişdir. Lakin onun pulu omadığından gözləyə bilməmiş, həmin şəxsə 500 (beş yüz) manatı ödəməsini, ödəməsə guya avtomobili ilə Zərərçəkmiş şəxs1 üzərindən keçəcəyini, sonuncunu evdən oğurlayacağını bildirmişdir. Həmçinin həmin şəxsə səsli mesajlarda pulu Zərərçəkmiş şəxs1 ödəməsini, ödəməsə videosunu paylaşacağını, videonu sonuncunun atasına atacaını və “Teleqram” proqramında yayacağını bildirmişdir. O, özünü Arif kimi təqdim edən şəxslə 2025-ci ilin yanvar ayınadək yazışsa da, ona 1 manat da olsun pul ödəməmiş, pul tapa bilmədiklərini bildirmişdirlər. Zərərçəkmiş şəxs1 pul vermək istəmədiyini görüb özünü Arif kimi təqdim edən şəxsə guya Zərərçəkmiş şəxs1 500 manat verməsə sonuncunu bıçaqla vuracağı, videosunu atasına atacağı və “Teleqram” proqramında yayacağına dair and içmişdir. 2025-ci ilin yanvar ayının sonlarında özünü Arif kimi təqdim edən şəxs onun nömrəsini bloka atmışdır. O, heç bir nəticənin olmadığını görüb xx.xx.2025-ci ildə istifadəsində olan ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsini Zərərçəkmiş şəxs1 qardaşı Arifin nömrəsi zənn etmiş sonra isə “Arif mənimlə əlaqə saxla” məzmunda mesaj göndərmişdir. Zərərçəkmiş şəxs2 “Arif deyil, kimdir? mesajını göndərdikdə o, “mənəm Turaldı, Arif əgər mənimlə əlaqə saxlamasan sənə çox pis olacaq, bilirəm sən Arifsən” deyə cavab yazmışdır. Zərərçəkmiş şəxs2 ona Arifin evdə olmadığını, evə gələndə sonuncuya deyəcəyini bildirmişdir. Nömrənin kimin işlətməsi onun üçün maraqlı olduğundan həmin nömrəyə zəng edərək özünü Tural kimi təqdim etmiş, nömrənin Arifə deyil, Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 məxsus olmasına əmin olmuş, sonuncuya onda qızının pornoqrafik videoları olduğunu, əgər kart hesabına 500 (beş yüz) manat göndərməsə videonu yayacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 ona inanmamış, onu söyərək zəngi sonlandırmışdır. O, təkrarən sonuncunu yığaraq ona 1 gün vaxt verdiyi, əgər 500 (beş yüz) manatı ödəməsə qızının videosunu yayacağını bildirmiş, lakin Zərərçəkmiş şəxs2 sözünü bu dəfə də ciddiyə almamışdır. Növbəti gün, yəni xx.xx.2025-ci ildə təkrarən Zərərçəkmiş şəxs2 yığaraq nə fikirləşdiyini soruşmuş, 500 (beş yüz) manatı atacağı təqdirdə videonu siləcəyinə söz vermişdir. Bu dəfə də sonuncu onu söymüş, həmin tarixdə “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə olan videolarını Zərərçəkmiş şəxs2 göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona pul tapıb göndərəcəyini bildirərək, videonu yaymamasını xahiş etmişdir. Lakin yenə də Zərərçəkmiş şəxs2 ona pul göndərməmiş, yalnız göndərəcəyi barədə söz verməklə kifayətlənmişdir. O, bu kimi davranışla Zərərçəkmiş şəxs1 polisə şikayət etdiyini anlayaraq, “WhatsApp” proqramında olan bütün yazışmalarını silmiş, lakin videonu “Qalereya” proqramının yaddaşında saxlamışdır. Bundan başqa ona dinlədilən səs yazıları özünə məxsusdur, həmin səs yazılarını “WhatsApp” proqramı üzərindən özünü Arif kimi təqdim edən şəxsin ***-***-**-** nömrəsinə göndərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona 21 yaşı olduğunu bildirmiş, o, sonuncunun onda olan görüntüləri təkrar yaymamışdır. O, rəsmi olaraq evlidir, bir övladı var və Zərərçəkmiş şəxs1 da bundan məlumatlı olmuşdur. Digər Zərərçəkmiş şəxs3 özü ondan əl çəkmədiyi üçün onunla ev ilə bağlı danışıqlar aparmışdır. Sonuncunun evinə gedən zaman yanında apardığı xanım onun arvadı deyildir və zərərçəkmişdən əldə etdiyi puldan ona heç nə verməmiş, pulu özü xərcləmişdir.

29. Daha sonra şəhid oğlu olmasının və xəstəliyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

30. Maddə 171-1.2.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 31.Maddə 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 32.Maddə 182.2.2. hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

34. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 35.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

36. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. 37.Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

38. Maddə 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.

39. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

40. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

41. Maddələr 83.3.3-cü və 83.3.4. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir.

42. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

43. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

44. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

45. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 46.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 47.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 48.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

49. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

50. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 51.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 52.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

53. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

54. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

55. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

56. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsi, təkrar uşaq pornoqrafiyasını yayıb, başqasına verməsi, göndərməsi, təkrar zərərçəkmiş şəxsin və onun yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması protokolu, DVD diskdə olan videogörüntülər, whatsapp yazışmaları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 171-1.2.1, 178.1 və 182.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 46-cı bəndi).

57. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 aid uşaq pornoqrafiyasını (videoçəkilişi) təkrar yaymaması və zərərçəkmiş şəxsin və onun yaxın qohumunun barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə əməlini təkrar törətməməsi ilə bağlı verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

58. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

59. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin izahatı, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 55-56, 73-77, İİ cild i/v 40-45) və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (İ cild i/v 136-138), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında törətdiyi əməli könüllü olaraq tam etiraf etmişdir.

60. Həmçinin iş materiallarında olan whatsapp yazışmalarından da bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan Azərbaycan Respublikasının CM-in 171- 1.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən və təkrarən törətmişdir (İ cild i/v 49-51, 94-95).

61. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir. 62.Bununla da, məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

63. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

64. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir.

65. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir.

66. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 8 il 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 7 il 5 aya endirilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmasına baxmayaraq altı il keçmədən, yəni 2024-cü ilin oktyabr-noyabr aylarında yenidən qəsdən ağır cinayət törətmişdir.

67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin cəmiyyət içində qəbul edilməz olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

68. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 171-1.2.1, 178.1 və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir.

69. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 42-ci bəndi).

70. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və sonuncu hökm çıxarılanadək həbsdə saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir(i/v 72, 136-138, İİ cild i/v 96-98).

71. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalıdır (hökmün 14-cü bəndi).

72. İş üzrə maddi sübut video görüntüləri əks etdirən 04 ədəd DVD disk, whatsapp proqramı vasitəsilə aparılan yazışmaların köçürüldüyü A4 formatında olan vərəqələr cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, maddi sübut və Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefonun sonuncunun özünə qaytarılması və Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid olan 4098 5844 9110 7759 nömrəli kartın özünə qaytarılması nəzərə alınmalıdır (hökmün 50-ci bəndi).

73. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 51-ci bəndi).

74. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 43 və 52-ci bəndləri).

75. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171-1.2.1, 178.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 171-1.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 182.2.2ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci ildən hesablansın. İş üzrə maddi sübut 04 ədəd DVD disk, whatsapp proqramı vasitəsilə aparılan yazışmaların köçürüldüyü A4 formatında olan vərəqələr cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut zərərçəkmiş şəxs X2 məxsus 01 ədəd “Redmi Note 9” markalı mobil telefonun sonuncunun özünə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid olan 4098 5844 9110 7759 nömrəli kartın özünə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar