Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1292/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxx 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 640-da yaşayan, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 18 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi və dövlət ittihamçısı cinayət işi üzrə məhkəmə hazırlıq iclasında baxılmalı olan məsəllələrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİ siyahısı ilə müəyyən edilmiş külli miqdarda olan 1 ədəd ağ-qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 44,775 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 18 fevral 2021 -ci il tarixdə saat 16:42 radələrində Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 26 saylı binanın 4 nömrəli blokun girişində saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə saxladığı 1 ədəd ağ-qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 44,775 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normaların mənasına görə, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin, yəni cinayətin obyekti, obyektiv cəhət, subyekt və subyektiv cəhətlərinin məcmusundan ibarət olmaqla, yalnız konkret cinayət tərkibinin əlamətlərini yaradan əməl törədilən andan cinayət məsuliyyətinin əsasları yaranır və cinayət tərkibinin əlamətlərindən hər hansı birinin mövcud olmaması cinayətin başa çatmasını istisna edir. Cinayətin başa çatması vaxtı eyni dərəcədə qanunvericilikdə nəzərdə tutulan tərkiblərin quruluşundan, yəni cinayət tərkibinin formal, maddi və kəsik tərkibli quruluşundan ibarət olmasından asılıdır. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Sumqayıt şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Sumqayıt şəhəri hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olduğundan, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin törədildiyi yer Sumqayıt şəhəri olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, 03 fevral 2021-ci il il tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası CPM-in 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 və 74.8-ci maddələrinin tələbləri pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.
Sədrlik edən: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov