Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1292/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Əkbərov Məhəmməd Hüseyn oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri, böyük prokuror-metodist Dövlət ittihamçısı2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Zəhmətabad ərazi dairəsi, Zəhmətabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 avqust 2021-ci il tarixdə tutulmuş, 02 sentyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 26 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin iyul ayında Cəlilabad şəhəri, Koroğlu küçəsindəki 16 saylı evinin həyətində 24000 (iyirmi dörd min) manat, 2018-ci ilin sentyabr ayında Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən «Rizvan» ticarət mərkəzindəki aptekdə 23000 (iyirmi üç min) manat, 2019-cu ilin mart ayında həmin aptekdə əlavə 11000 (on bir min) və 3000 (üç min) olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 61000 manat pul alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 Biləsuvar rayonunda spirt istehsalı ilə məşğul olması, öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib yaxşı qazanc və külli miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşdığını görüb külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə aldadaraq əvvəlcə 2018-ci ilin oktyabr ayında Cəlilabad rayonu, Sərhədabad kəndində spirt istehsalına lisenziya alınması adı ilə 10000 (on min) manat, 2018-ci ilin dekabr ayında yenidən eyni lisenziya alınması adı ilə əlavə 20000 (iyirmi min) manat, 2019-cu ilin əvvəllərində İran İslam Respublikasına gedib orada spirt qabları alınması adı ilə milli manat məzənnəsi ilə 21760 manat təşkil edən 12800 (on iki min səkkiz yüz) ABŞ dolları, 2019-cu ilin əvvəllərində həmin qabların gömrük bəyannaməsi və nəqliyyat xərci adı ilə Biləsuvar rayonunda milli manat məzənnəsi ilə 13600 manat təşkil edən 8000 (səkkiz min) ABŞ dolları, 2019-cu ilin may ayında spirt qablaşdırılmasında istifadə etməkdə istifadə üçün qapaq, etiket, spirt məhlulu və avadanlıqlar alınması adı ilə milli manat məzənnəsi ilə 76032,5 manat təşkil edən 44725 ABŞ dolları, 2019-cu ilin may ayında Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda Türkiyədən tibbi və gigiyenik vasitələr gətirəcəyi adı ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda milli manat məzənnəsi ilə 21505 manat təşkil edən 12650 ABŞ dolları və 46500 (qırx altı min beş yüz) manat, 2019-cu ilin noyabr ayında Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə milli manat məzənnəsi ilə 35020 manat təşkil edən 20600 ABŞ dolları və 89100 (səksən doqquz min yüz) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə milli manat məzənnəsi ilə 51000 manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları və 9000 (doqquz min) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə mili manat məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları və 35000 (otuz beş min) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə əlavə olaraq milli manat məzənnəsi ilə 17000 manat təşkil edən 10.000 (on min) ABŞ dolları və 15000 (on beş min) manat olmaqla cəmi milli manat məzənnəsi ilə 269832,5 manat təşkil edən 158725 (yüz əlli səkkiz min yeddi yüz iyirmi beş manat əlli qəpik) ABŞ dolları və 224600 (iki yüz iyirmi dörd min altı yüz) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 494432,5 ( dörd yüz doxsan dörd min dörd yüz otuz iki manat 50 qəpik) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs3 Biləsuvar rayonunda spirt və yod istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə külli miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin noyabr ayında Biləsuvar rayonu Bəydili kəndində 4000 (dörd min) manat, 2019-cu ilin dekabr ayında Biləsuvar rayonu Bəydili kəndində 28000 (iyirmi səkkiz min) manat və 2020-ci ilin mart ayında 4000 (dörd min) manat olmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 36000 (otuz altı min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 tibbi ləvazımatların və qida əlavələrinin satışını təşkil etməklə yaxşı gəlir əldə edə biləcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs7 onun təklifi ilə razılaşdığını görüb xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Sabunçu qəsəbəsi, Şəhər şosesi 5-ci döngə,10A ünvanda yerləşən "xxxx" MMC-dən 25228 manat məbləğində və Abşeron rayonu Fatmayi qəsəbəsi Q.Qarayev küçəsi 84-cü sahədə yerləşən "xxxx" MMC-dən xx.xx.2020-ciiltarixdə 32998 manat məbləğində tibbi ləvazımatlar və qida əlavələrini götürüb satışdan əldə olunacaq gəliri Zərərçəkmiş şəxs7la aralarında böləcəyinə dair yalandan vəd verərək əslində sonuncuya məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq həmin tibbi ləvazımatlar və qida əlavələrinin dəyəri olan ümumilikdə 58226 (əllisəkkiz min iki yüz iyirmi altı ) manat pulun Zərərçəkmiş şəxs7 tərəfindən həmin müəssisələrə ödənilməsinə nail olduqdan sonra sonuncuya verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 məxsus 58226 (əlli səkkiz min iki yüz iyirmialtı) manat dəyərində əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs5 Biləsuvar rayonunda spirt istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədəbilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətləəhatə olunan qəsdlə Biləsuvar rayonu Bəydili kəndində 2020-ci ilin iyun ayında 10000 (on min) manat və 2020-ci ilin iyul ayında həmin yerdə 20000 ( iyirmi min) manat olmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 30000 (otuz min) manat pul alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs7 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs7 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq ünvan 5 ünvanında 2020-ci ilin avqust ayının ortalarında 44.000 (qırx dörd min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs6 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs6 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs6 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Biləsuvar rayonu Əliabad kəndində 2020-ci ilin sentyabr ayı ərzində 10.000 (on min) və 12000( on iki min) manat olmaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 22000 (iyirmi iki min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs4 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs4 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətləəhatə olunan qəsdlə 2020-ci ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində Biləsuvar rayonu Zəhmətabad kəndində birinci dəfə 40000 (qırxmin) manat, ikinci dəfə 30000 (otuz min) manat və üçüncü dəfə 25000 (iyirmi beş min) manat olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 95000 (doxsan beş min) manat pul alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 işgüzar və şəxsi əlaqələrinin geniş olması, rəhbəri olduğu şirkətə işçi lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Gülnarə İmanzadə "xxxx" MMC-də işə düzəldilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya rəhbəri olduğu şirkətin Bakı şəhərində qısa zamanda filialını açacağını, onu həmin filialda satış meneceri kimi işə götürəcəyini bildirib əslində Zərərçəkmiş şəxs8 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq sonuncudan 2021-ci ilin yanvar ayının əvvəllərində ünvan 6 ünvanda 6000 (altı min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu iləələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs10 işgüzar və şəxsi əlaqələrinin geniş olması, rəhbəri olduğu şirkətə işçi lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Sədaqət Həbibova "xxxx" MMC-də işə düzəldilməsinə köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs8 vasitəsilə ona müraciət etdikdə yalandan rəhbəri olduğu şirkətin Bakı şəhərində qısa zamanda filialını açacağını, onu həmin filialda işə götürəcəyini bildirib əslində Zərərçəkmiş şəxs10 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq sonuncunun Zərərçəkmiş şəxs8 vasitəsilə 15 yanvar 2021-ci ildə göndərdiyi 5000 (beş min) manat pulu ünvan 6 ünvanda alıb etibardan sui-istifadə etmə və aldatma yolu iləələ keçirərək Zərərçəkmiş şəxs10 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs9 işgüzar və şəxsi əlaqələrinin geniş olması, rəhbəri olduğu şirkətə işçi lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs9 "xxxx" MMC-də işə düzəldilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya rəhbəri olduğu şirkətin Bakı şəhərində qısa zamanda filialını açacağını, onu həmin filialda satış meneceri kimi işə götürəcəyini bildirib əslində Zərərçəkmiş şəxs9 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq sonuncudan 25 yanvar 2021-ci il tarixdə ünvan 6 ünvanında 5000 (beş min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu iləələ keçirərək Zərərçəkmiş şəxs9 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan bu çoxepizodlu ictimai-təhlükəli hərəkətləri ilə Təqsirləndirilən şəxs nəticədə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərinin hər birini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun özgənin əmlakını talamaqla zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu bütün izahat və ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, 2010-ci ildən tibbi ləzavimatlar satışı ilə məşğul olmuş, Bakı şəhərində yerləşən müxtəlif tibbi depolardan tibbi ləvazimatlar götürərək Azərbaycan Respublikasının müxtəlif bölgələrindəki rayonların apteklərinə pərakəndə olaraq satmışdır. 2017-ci ilin sonlarında Biləsuvar rayon, Zəhmədabad kəndində atası Ələkbərə məxsus fərdi yaşayış evinin həyətində spirt qablaşdırmaq üçün özünə bir mərtəbədən və bir otaqdan ibarət tikili tikmişdir. Spirt qablaşdırmaq üçün avadanlıqları isə RF-nin Saratov şəhərindən gətirmişdir. Həmin ildə "xxxx" MMC şirkətini təsis etmiş və spirt doldurma fəaliyyəti ilə məşğul olmaq üçün Salyan şəhərində “Qost standart” idarəsindən uyğunluq barədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza idarəsindən isə gigiyenik lizenziya almaqla fəaliyyətə başlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs2 göstərdikləri onunla bağlı dedikləri yalandır. Belə ki, o, hadisədən 2 il əvvəl Zərərçəkmiş şəxs2 hər ay 20 faiz ödəmək şərtilə 10000 (on min) manat faizə pul almışdır. Rasimlə hər hansı bir şərikli biznes söhbəti olmamışdır. O, 2 il müddətində hər ay Rasimə 2000 manat faiz pulu ödəmişdir. Zərərçəkmiş şəxs2 göstərdiyi kimi sonuncudan şərikli biznes yaratmaq adı ilə əvvəl 24000 manat, sonra daha 23000 manat, 11000 manat və 3000 manat, cəmi 61000 (altmış bir min) manat pul almamış, cəmi 6000 (altı min) manat qaytarıb qalan 55000 (əlli beş) min manıtını ələ keçirməmişdir. Əksinə Rasimdən 10000 (on min) manat faizə pul götürüb dəfələrlə artıq faiz pulu ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2018-ci ilin son ayları Zərərçəkmiş şəxs1 ona bildirmişdi ki, onun spirtdoldurma fəaliyyətini genişləndirmək istəyir. O, Vasifin təklifi ilə razılaşmış, sonuncunun təklifi ilə Zəhmədabad kəndində açdığı spirtdoldurma sexini Biləsuvar şəhərinə köçürərək spirtdoldurmanı orada həyata keçirmiş və fəaliyyətə başlamışlar. Vasifin təklifi ilə Biləsuvar şəhəri ərazisində iki mərtəbədən ibarət obyekti icarəyə götürmüşdür. Vasif oranı təmir etdirib avadanlıq almışdır. Yod qablaşdırma üçün lisenziyaya görə Vasifdən 30000 (otuz min) manat pul alıb özündə saxlamış, lakin həmin lisenziyanın alınması mümkün olmamışdır. Bu səbəbdən də sexdə yod qablaşdırma fəaliyyəti həyata keçirmək mümkün olmamışdır. Beləliklə, onlar spirtdoldurma ilə bağlı fəaliyyətə başlamışlar. Spirtdoldurma üçün avadanlıqlar qapaq, şüşə, yod qatqıları almaq üçün Nəsimi və Vasiflə birlikdə İİR-na getmiş, oradan avadanlıqları Vasif öz vəsaiti hesabına aldıqdan sonra Bakı şəhərinə qayıtmışlar. Spirtlərin satışını o, və Vasif həyata keçirmişlər. O, spirtləri istifadəsində olan yük avtomobilləri hesabına həyata keçirmişdir. Əldə etdikləri gəliri isə Vasiflə öz aralarında bölmüşlər. Bundan başqa o, Vasifdən pul götürərək firmalardan dərman alaraq satışını həyata keçirmişdir. Həmin satışdan əldə edilən gəlir ilə həm Vasifin qoyduğu pulu qaytarır, həm də qazanc kimi Vasifə pul verirmiş. Gəlirin bölünməsi ilə bağlı Vasif ilə aralarında narazılıqlar yaranmış, Vasif ilə bundan sonra ayrılmışlar. Həmin spirt doldurma məntəqəsi də həmin vaxtdan etibarən fəaliyyət göstərməmişdir. Vasifin ona spirt və başqa dərmanlar alınmasına görə verdiyi pulu sonradan birgə fəaliyyət zamanı tam olaraq qaytarmış və ya Vasifə az miqdar borcu qalmışdır. Vasifin göstərdiyi kimi külli miqdarda pul borcu qalmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs3 onun yanında 3 ay sürücü işləmiş, Asəf ona dərman işi ilə məşğul olmağı üçün faizə cəmi 26000 manat borc pul vermişdir. O, Asəflə işlədiyi dövrdə ona 5000 manatdək pul vermiş, alver olmadığı üçün Asəfə «Niva» markalı avtomobilini 18000 manat pul qarşılığında vermişdir. Qalıq pulu isə hissə-hissə ödəmişdir. Onun Asəfə hər hansı bir məbləğdə borcu qalmamışdır. O, Asəfdən gəlir götürmə üçün spirt və bint istehsalı ilə bağlı biznes yaratmaq adı ilə 36000 manat pul almamış və ona 17000 manat dəyərdə «Niva» markalı avtomaşın qaytarmaqla 19000 manat borcu qalmamış, Asəfin pulunu tam ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Zərərçəkmiş şəxs7 2020-ci ilin ortalarından tanımış və aralarında normal münasibət yaranmışdır. Belə ki, o, Hikmətdən heç bir sənədləşmə etmədən 2020-ci ilin aprel ayından etibarən dərmanlar, testlər alıb satmış, sonuncuya müəyyən məbləğdə borcu qalmışdır. 2020-ci ilin oktyabr ayında Hikmət və atası Əbülfətlə «Gənclik» metrostansiyasının yaxınlığındakı bağda söhbət zamanı Hikmət ona borcun əvəzinə spirt avadanlıqları verməsini təklif etmiş, o, etiraz etmişdir. 2-3 gündən sonrə həmin bağda iki nəfər əvvəllər tanımadığı cavan oğlanlar yaxınlaşıb ona hədə- qorxu gəlib ona nə «diktovka» etsələr yazmasını və imzalamasını demiş, ona qarşı heç bir hərəkət etmədən sözlərini deyib çıxıb getmiş, onların kim olduğunu o, bilməmişdir. Həmin vaxt ona Əbülfət və Hikmət yaxınlaşmış, onu bağın qarşısında yerləşən çayxanaya aparıb üçü masa arxasında əyləşmiş, Hikmət 3 ədəd boş adi vərəq çıxarmış, onun qarşısına qoyub ona «diktovka» edərək guya onun yəni Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci ildə Zərərçəkmiş şəxs7 102.067 manat pul borcunun olduğunu, dediyi vaxta verə bilmədiyini, həmin cədvəllə borcu qaytaracağını yazdırmışdır. Bundan sonra o, bir müddət hissə-hissə iki ay ərzində 13.000 manat məbləğində pulu Əbülfətin evinin qarşısında sonuncunun göndərdiyi adama və sürücüsünə vermişdir. O, "xxxx" MMC və «Sedef Pharm” MMC-ni tanımamış və belə bir firmalarda o, mal alma barədə imza etməmişdir. O, göstərdiyi malları Hikmətin özündən Sabunçu rayonunda anbardan götürmüşdür. Onun Hikmətlə spirt və bint alveri olmamışdır. Zərərçəkmiş şəxs7 onunla spirt və bint istehsalı ilə məşğul olmağı və həmin istehsalı Biləsuvar şəhərində etməyi təklif etmiş, Hikmət həmin işin Bakıda görülməsini təklif etdikdə, o buna razı olmamışdır, çünki ona Bakıda bu işi qurmaq sərf etməmişdir. O, ümumlikdə Hikmətdən hansı məbləğdə tibbi ləvazimatlar və dərmanlar almasını xatırlamamış, hesabat aparmamışdır. Hazırda Hikmətə olan borcu tam ödəmiş və ya sonuncuya 3-4 min manat borcu qalmışdır. O, Hikmətdən 58.000 manat məbləğində tibbi ləvazimat almamış, onunla iş birliyi qurmaq adı ilə ondan 44.000 manat məbləğində pul almamışdır. Hikmət ona qarşı yalan ifadə vermiş, ona hədə-qorxu gəlməklə bağlı isə o, heç bir orqana şikayət etməmiş, qalan borcu tam olaraq Hikmətə qaytaracağını fikirləşmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs5 ilə şərikli olaraq spirt və dərman biznesi yaratmaq barədə razılığı olmamış, bu məqsədlə ona heç bir təklif etməmiş, sonuncudan 2020-ci ilin iyun-iyul aylarında Biləsuvar rayonu Bəydilli kəndində əvvəlcə 10000 manat, daha sonra 20000 manat olmaqla cəmi 30000 (otuz min) manat alıb sonra 4500 manat qaytarmaqla Aqilin 25500 manat pulunu ələ keçirməmişdir. Aqil «Qazel» markalı avtomaşınla ona sürücülük edib mal daşımışdır. O, Aqildən cəmi 6000 manat pul almış, həmin pulu da Aqilə qaytarmışdır. Aralarında şərik iş qurmaqla bağlı hər hansı bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs4 2020-ci ilin oktyabr ayında spirtdoldurma və dərman preparatları biznesi ilə məşğul olma adı ilə 40000 (qırx min) manat almamış, sonra şirnikləndirmək üçün qazanc adı ilə sonuncuya 2000 (iki min) manat pul verməmiş, sonra Niyaməddindən biznesi genişləndirmək adı ilə 2020-ci ilin oktyabr ayında Biləsuvar rayonunda əlavə 30000 (otuz min) manat pul almamış, bundan təxminən 10 gün sonra Niyaməddinə qazanc adı ilə 4000 (dörd min) manat pul verməmişdir. Niyaməddin, həmçinin «Kamaz» markalı avtomobilini 25000 manata sataraq ona ümumilikdə 95000 manat pul verməmiş, Niyaməddinə cəmi 17000 manat qaytarmaqla sonuncunun 78.000 manat pulunu ələ keçirməmişdir. O, Niyaməddindən cəmi 6500 manat faizə pul götürmüş, həmin pulu da Niyaməddinə qaytarmışdır. Spirt emalı firmasına onu şərik etmək barədə aralarında söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Zərərçəkmiş şəxs6 2020-ci ilin sentyabr ayı ərzində spirtdoldurma işi və tibbi mallar alıb satmaqla biznes qurma adı ilə əvvəlcə 10000 manat alıb, sonra ona 500 manatdan gəlir kimi 3 dəfəyə 1500 manat pul qaytarmamış, sonra biznesi böyütmə adı ilə əlavə olaraq 12000 manat, cəmi 22000 manat pul almamış, 13.700 manatını qaytarıb qalan 7800 manatını isə ələ keçirməmişdir. Zərərçəkmiş şəxs6 borca pul almış və aldığı pulları tam qaytarmış, ona borcu qalmamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun sürücüsü olmuş Zərərçəkmiş şəxs5 tanıdığı qadınlar Zərərçəkmiş şəxs8, X2 və Zərərçəkmiş şəxs10 Cabiq qızına Bakı şəhərində şirkətinin filialını açıb onları həmin firmalara işə düzəldəcəyi adı ilə sonunculardan 6000 manat, 5000 manat və 5000 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs10 və Təranə İbrahimovanı ümumiyyətlə tanımamış, Gülnarəni isə Zərərçəkmiş şəxs5 vasitəsilə tanımışdır. Pula ehtiyacı olduğu üçün Gülnarədən 2500 manat pulu Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində faizə almış, sonra isə həmin pulu Gülnarəyə qaytarmışdır. O, Gülnarəyə 2500 manat puldan əlavə 7500 manat faiz olaraq pul ödəmiş, o, heç kimdən işə düzəltmək adı ilə pul almamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən «Rizvan şirkəti» ticarət mərkəzində apteki icarə əsasında işlədir. Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxs təxminən 2017-ci ildə ticarət mərkəzində işlədiyi aptekə gəldiyi vaxtdan tanımışdır. Belə ki, həmin vaxt Saleh özünü "xxxx" MMC-nin müdiri kimi təqdim edib tibbi spirt və bint satışı ilə məşğul olduğunu bildirmişdir. Saleh tibbi ləvazimatları münasib qiymətə satdığından sonuncudan təxminən 5-6 ay tibbi ləvazimatlar almışdır. Münasibətləri yarandıqdan sonra Saleh ona birlikdə şərikli spirt satışı ilə məşğul olmağı təklif etmişdir. Salehdən bu işlə necə məşğul olacağını soruşduqda Saleh onun verəcəyi pula spirtdoldurma aparatı alacağını, spirtlərin satışı ilə Salehin özünün məşğul olacağını, əldə edilən qazancı aralarında tən yarı böləcəklərini bildirmişdir. O, Salehə təklif barədə fikirləşəcəyini demiş, Saleh bu işə israrla razılıq verməsini istəmişdir. Sonra o Salehin təklifi ilə razılaşmışdır. Salehdən bu işə nə qədər pul lazım olmasını soruşduqda Saleh 30000 (otuz min) manat lazım olduğunu demiş, lakin Salehə o qədər pulu olmadığı bildirmişdir. Saleh nə qədər pulu olmasını soruşduqda o, 24000 (iyirmi dörd min) manat pulu olmasını demişdir. 2018-ci ilin yay aylarında Saleh ona zəng edərək axşam yaşadığı evə gəlib pulu götürəcəyini demiş, axşam saat 20 radələrində onun yaşadığı evin həyətində Salehlə görüşüb 24000 (iyirmi dörd min) manat pulu ondan götürmüş, Salehə artıq pulu olmadığını demişdir. Saleh isə narahat olmamasını, verdiyi puldan hər ay ona 1000 (min) manat verəcəyini, həmin puldan əlavə isə əldə edəcəkləri gəlirdən ona əlavə 1000 (min) manat verəcəyini demişdir. Salehə pul verdikdən bir ay sonra Saleh işlədiyi aptekə gələrək ona 1000 (min) manat pul vermiş və bu pulun qazancdan olduğunu demişdir. Növbəti ay isə Saleh yenidən onun işlədiyi aptekə gələrək ona təkrarən 1000 (min) manat pul vermiş, bunun da qazancdan olduğunu demişdir. Növbəti 3-cü ay Saleh onun işlədiyi aptekə gələrək spirtdoldurma işini genişləndirdiyini, buna görə icarəyə obyekt götürdüyünü, əlavə avadanlıqların alınması üçün pul lazım olduğunu bildirib ondan əlavə pul tapmasını xahiş etmişdir. O, Salehin ondan pul aldıqdan sonra ona mütəmadi pul verməsinə, onu aldatmadığına inanıb işlədiyi aptekdə Salehə daha 23000 ( iyirmi üç) min manat pul vermişdir. Salehə pulu verdikdən sonra mütəmadi olaraq zəng edib avadanlıqları alması ilə maraqlanmış, Saleh ona avadanlıqları almasını və işlərin qaydasında olduğunu bildirmişdir. O, 23000 manatı Salehə verdikdən bir ay sonra Salehin icarəyə götürdüyü obyektə baxmaq və aylıq gəlirdən ona çatası pulun müqabilində spirt götürmək üçün Biləsuvar rayonuna getmiş, Salehin orada işlətdiyi spirt sexindən 1000 manat dəyərdə spirt götürüb işlətdiyi aptekə gətirmişdir. Növbəti aylarda hər ay Saleh ona azancdan ayda 1000 (min) manat olmaqla daha 3000 manat pul vermişdir. 2019-cu ilin mart ayında Saleh yenidən onun işlədiyi aptekə gəlib spirtdoldurma sexinin fəaliyyətini genişləndirmək üçün pul lazım olduğunu demiş, həmin vaxt Salehə inanıb iş yerində ona daha 11000 (on bir min) manat pul vermişdir. Həmin gün Saleh ona yenidən zəng edib spirtdoldurma işinin onlara böyük gəlir gətirəcəyi vədini verərək əlavə yatırım etmək üçün pul istəmiş və ona inanaraq daha 3000 (üç min) manat pul vermişdir. Saleh ondan cəmi 61000 ( altmış bir min) manat pul aldığını təsdiq edərək getmişdir. Bundan sonra bir aydan artıq vaxt keçdikdə Salehdən xəbər olmadığını görüb Salehi hesabat aparmaq üçün yanına çağırmış, lakin Saleh müxtəlif bəhanələrlə onun yanına gəlməmişdir. 2019-cu ilin iyun ayında Saleh işlədiyi aptekə gəlmiş, aralarında hesabat aparmış və Salehin ondan aldığı 61000 manatla birlikdə gəlir hesablanmaqla 122000 (yüz iyirmi iki min) manat verəcəyi olması müəyyən edilmişdir. Saleh son dəfə 11000 və 3000 manatı ondan aldıqdan sonra daha ona pul verməmişdir. Saleh ilk dəfə ondan 24000 və 23000 manat pulu aldıqdan sonra hissə hissə ona verdiyi min manatlıq spirtlə birlikdə cəmi 6000 (altı min) manat pulu isə ondan gələcəkdə yenidən pul almaq və onda inam yaratmaq və polisə vaxtında şikayət etməmək məqsədi daşıdığını başa düşmüşdür. Hal hazırda gəlir hesablanmadan Salehə verdiyi 61000 manat pul əvəzində Saleh hissə hissə ona cəmi 6000 manat pul qaytarmışdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Sərhədəbad kəndində qeydiyyatda olsada, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektindəki evində yaşayır, dərman preparatları satışı firmasında menecer işləyir, Təqsirləndirilən şəxs təxminən 7 ildir tanıyır. Saleh Biləsuvar rayonunda aptek işlədirmiş. Salehlə tanış olandan sonra nisyə mal götürüb satmaq üçün firmanın müdiri ilə onu tanış etməsini xahiş etmiş, onu tanış etdikdən sonra Salehlə münasibəti yaranmağa başlamışdır. Həmin vaxt Saleh özünü "xxxx"-nin müdiri kimi təqdim etmişdir. Saleh spirtdolduirma işi ilə məşğul olmasını, bunun üçün lisenziya lazım olmasını, işini genişləndirmək istədiyini, maliyyə çatışmazlığının olduğunu bildirmiş, o, Salehin təklifini bir neçə dəfə rədd etmişdir. Növbəti dəfə Saleh spirt doldurma işi ilə məşğul olmağı ona təklif etdikdə ona lisenziyası olduqda onunla birlikdə iş görə biləcəyini demişdir. 2018-ci ilin oktyabr ayında o, Sərhədəbad kəndindəki evində olarkən ortaq tanışları Şahid2 ilə birlikdə onun evinə gəlmiş, spirtdoldurma işinə lisenziya almaq üçün 10000 (on min) manat pul lazım olduğunu bildirmiş, o Salehin təklifi ilə razılaşmış, Nəsiminin yanında Salehə lisenziya almaq üçün 10000 manat pul vermişdir. Bundan sonra dəfələrlə Salehə zəng edib lisenziya alması ilə maraqlanmış, Saleh ona alınacağını demişdir. 2 ay sonra Saleh lisenziya üçün əlavə 20000 (iyirmi min) manat lazım olmasını demiş, 2018-ci ilin dekabr ayının əvvəllərində o, tanışları olan Nəsiminin yanında Sərhədəbad kəndində Salehə vermişdir. Bundan sonra Salehlə lisenziya barədə söhbətlərini səsyazıya almışdır. Lisenziya alanadək Salehin Biləsuvar şəhərində ayı 1000 manatdan icarəyə götürdüyü binanı təmir və avadanlıqla təmin olunması üçün o, 15000 manat pul sərf etmişdir. Təmir bitərkən Saleh gigiyenik spirt istehsalı üçün lisenziya almış, bundan sonra özü fəaliyyətə başlamışdır. Obyekt fəaliyyətə başladığı dövrdə Saleh ona pul verməsə də spirtin daşınması üçün 35000 manat dəyərdə Qaz A 21 R 22 markalı avtomobili lizinqlə onun tərəfindən alınaraq məbləği ödənilmişdir. Avtomobil idarə olunması üçün Salehə, onun atasına, Ramin adlı şəxsə etibarnamə vermişdir. xx.xx.2019-cu il tarixdə Biləsuvar rayonunda hesabat aparmışlar. O, bu işin qurulmasından ötrü sərf etdiyi puldan tələb etsə də Saleh pulun dövriyyədə olduğunu, alacağı təqdirdə xərclədiyi puldan ona qaytaracağını demişdir. 2019-cu ilin əvvəllərində Saleh və tanışları olan Nəsimi ilə birlikdə İran Respublikasına getmiş, orada Salehin tanış etdiyi şəxsə şüşə butulka göndərməsi üçün 12800 ABŞ dolları, Azərbaycana qayıtdıqda Salehə gömrük sənədləşməsi və daşınma xərci üçün 8000 ABŞ dolları vermişdir. 2019-cu ilin iyun ayınadək hər ayın sonu hesabat aparsalar da Saleh pulun dövriyyədə olmasını deyib ona pul verməmişdir. O, Təqsirləndirilən şəxs 2019-cu il iyun ayınadək təmir avtomobil, lisenziya və xammal (butulka, qapaq, spirt, etiket və digər əşyalar) üçün 112583 ABŞ dolları pul vermişdir. O, Salehdən pul ala bilmədiyi üçün 64700 ABŞ dolları dəyərində hissə hissə olmaqla 4 ay ərzində sexdən spirt götürüb tanışı vasitəsi ilə satmışdır. Spirt qablaşdırma üçün Salehə verdiyi 47800 ABŞ dolları pulu müxtəlif bəhanələrlə qaytarmamışdır. Saleh onun xəbəri olmadan digər şəxsləri də pul alaraq özünə şərik etmişdir. Bundan başqa 2019-cu ilin ortalarında Təqsirləndirilən şəxslə Nəsimi Türkiyə Respublikasından xəstə bezi, əməliyyat sapı və tanometr cihazı gətirmək üçün gedərkən ondan 40.000 (qırx min) manat pul istəmiş lakin o, pul verməmişdir. Bundan 15 gün sonra Saleh onun yanına gələrək onu inandırmış və o, tanışından 12650 ABŞ dolları və 46500 manat pul alıb Nərimanov rayonu, Atatürk prospektindəki evində Salehə vermiş, Saleh həmin pulun üzərinə 10000 (on min) manat və 9700 ABŞ dolları qoyub özü ilə gələn Cem adlı Türk vətəndaşına vermişdir. Salehin tanışı türk vətəndaşı sonradan sifariş verdikləri əşyaları göndərsə də Saleh onun məlumatı olmadan digər şəxslərlə birlikdə Biləsuvar rayonunda satmış, ona hər hansı pul verilməmiş, həmin əşyaları nisyə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan 40000 manat aldığı Audi markalı avtomaşının pulundan 6000 manatını qaytarmamışdır. 2019-cu ilin noyabr ayında Saleh Bakı şəhərində dərman satışı ilə bağlı tender keçirildiyini, həmin tenderi udduğunu, həmin tenderə görə özündə 50000 manat pul olduğunu, əlavə pul lazım olduğunu bildirmiş, tenderdən əldə olunan gəlirin yarısını ona verəcəyini bildirmiş, ona görə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospektindəki 47 saylı evində 20600 ABŞ dolları və 89100 manat pulu ikilikdə olarkən Salehə vermişdir. Saleh əsas məbləğdən ona qaytarmasa da qazanc adı ilə ona 6000 ( altı min) manat pul vermişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Saleh onunla görüşərək yenidən dərman satışı ilə bağlı tender keçiriləcəyini, həmin tenderdə iştirak etmək üçün 30000 (otuz min) ABŞ dolları və 9000 (doqquz min) manat pul lazım olduğunu qalan pulu özünün düzəldəcəyini bildirmiş, həmin pulu yaşadığı evdə Salehə vermişdir. Saleh bundan 1 ay sonra ona qazanc kimi 5000 (beş min) manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə Saleh 10 gün müddətinə tenderdə iştirak etmək adı ilə 20000 (iyirmi min) və 35000 (otuz beş min) manat pul istəmiş, həmin pulu yaşadığı Atatürk prospektindəki evin həyətində ona vermiş, 10 günün tamamında ona 10000 (on min) manat pulu qazanc adı ilə vermişdir. xx.xx.2020-ci il tarixdə isə tenderdə iştirak etmək üçün 3 gün müddətinə 10000 (on min) ABŞ dolları və 15000 (on beş min) manat pul istəmiş, həmin pulu eyni ilə Atatürk prospektindəki evinin həyətində ona vermişdir. Salehə pulu verdikdən təxminən 1 həftə sonra 10000 (on min) manat pulu ona vermiş, bundan sonra Saleh tərəfindən aldadıldığını başa düşüb ondan verdiyi pulları tələb etməyə başlamış, Saleh ondan aldığı puldan 15000 (on beş min) manatını qaytarmışdır. xx.xx.2020-ci il tarixdə o Salehlə görüşərək tenderə görə 80600 (səksən min altı yüz) ABŞ dolları və 133110 (yüz otuz üç min yüz on) manat verəcəyini bildirmiş və bu barədə aralarında yazılı sövdələşmə olmuşdur. Həmin tenderin pulundan xx.xx.2020-ci il tarixdə 5000 ( beş min) manat, xx.xx.2020-ci il tarixdə 3500 (üç min beş yüz) manat, xx.xx.2020-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2020-ci il tarixdə isə 4000 (dörd min) manat olmaqla cəmi 17500 (on yeddi min beş yüz) manat pul almışdır. Tenderə görə Salehin ondan aldığı ödədiyi pulu çıxdıqdan sonra Salehin ona 80600 (səksən min altı yüz) ABŞ dolları və 115610 (yüz on beş min altı yüz on) manat verəcəyi olduğu tərəflərindən təsdiqlənmişdir. Bundan başqa aldığı QAZ A 21 R 22 avtomobili 24000 manata satıb həmin məbləği onun spirtə görə verəcəyi məbləğdən çıxmışdır. Təqsirləndirilən şəxs pulun bir hissəsini verdikdən sonra bəzən Salehin onu aldatmasını başa düşüb pulunun qaytarılmasını tələb etdikdə Saleh onu yenidən aldadıb pulu qaytaracağını deyib ona verdiyi qədər də pul göstərib ona sənin pulun budur, hələ dövriyyəyə buraxmamışam, mal alıb gəlir əldə etməyə başlayan an hər ikisi böyük gəlir götürəcəklər demiş, ona külli miqdarda pul göstərdikdən sonra Salehə inanmışdır. Sonda isə o, Salehin spirt ticarəti ilə məşğul olub gəlir götürdüyünü gördükdən və ona pulunu qaytarmadığıını görüb pulunu tələb etdikdə isə sonuncu pul qaytarmayıb gizlənməyə başlamış və sonra Salehin çox adamı aldatmasını bilib şikayət etmişdir. Saleh onu lisenziya alınması, tenderdən iş götürmək adı ilə aldadıb pulunu ələ keçirtmişdir. Onun 112583 ABŞ dolları hesabladığı məbləğin tərkibinə daxildir: Lisenziya üçün cəmi 30000 manat, təmir işləri və avadanlıqların alınması üçün Saleh ondan aldığı 15000 manat, lisenziya ilə aldığı Qaz A-21 markalı avtomobilə 35000 manat, İrandan mal gətirmək üçün verdiyi cəmi 20800 ABŞ dolları, 2019-cu ilin təxminən may ayında Bakı şəhəri, Ataturk prospektində evində Salehin guya butulka, qapaq, spirt məhlulu, etiket, avadanlıqlar üçün həmçinin 44725 ABŞ dolları nəğd olaraq Bakı şəhərində yaşadığı evin həyətində ondan almışdır. Beləliklə Saleh onu aldadaraq 2018-ci ilin oktyabr ayından 2019-cu ilin iyun ayınadək 65525 ABŞ dolları və 80000 manat pul almış və ona maddi ziyan vurmuşdur. O, manatla olan məbləği də kurs hesabı ilə ABŞ dollarına çevirib əvvəlki ifadəsində cəmi olaraq 112583 ABŞ dolları kimi qeyd etmişdir. Bundan əlavə 2019-cu ilin ortalarında Türkiyədən mal gətirmək adı ilə Saleh ondan Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda 12600 ABŞ dolları və 46500 manat almış, 2019-cu ilin noyabr ayında Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmək üçün 20600 ABŞ dolları və 89100 manat almış, xx.xx.2020-ci ildə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmək adı ilə əlavə olaraq 30.000 (otuz min) ABŞ dolları və 9000 (doqquz min) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda 20.000 ABŞ dolları və 35000 (otuz beş min) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə ondan daha 10000 (on min) ABŞ dolları və 15000 (on beş min) manat almışdır. Salehə satdığı Audi markalı avtomobil üçün isə ona borc kimi qalmış 6000 manatı isə saymamışdır. Beləliklə Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək onun etibarından sui istifadə edib aldadaraq 158725 ABŞ dolları və 239600 manat (35000 manat dəyərdə aldığı Qaz A 21 markalı avtomaşının pulu daxil olmamaqla) pulunu ələ keçirtmişdir. Onun adına lisenziya alınmış Qaz A 21 markalı avtomaşın uzun müddət Təqsirləndirilən şəxs istifadəsində olmuş, tələb etsə də qaytarmamış, polis tərəfindən ona qaytarılmış və 24000 manata onun tərəfindən satılmışdır. O, Salehdən ifadəsində qeyd etdiyi puldan ala bilmədiyindən hissə-hissə olmaqla sexdən 64700 ABŞ dolları dəyərdə spirt götürüb satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla öz pulundan 32500 manat pul qaytarmış, onun etibarını qazanmaq və şikayət etməməyi üçün öz pulundan ona vermişdir. O, Salehin onu aldadıb 170000 ABŞ dolları pulunu və 97600 manat pulunu ələ keçirməsini göstərmiş və sonra dəqiqləşdirdikdə bu miqdarın dəqiq olaraq 158725 ABŞ dolları və obyektin təmir xərci ilə birlikdə 239.600 manat pulunu ələ keçirməsini müəyyən etmişdir. Onun qardaşı Əliyar Salehin spirt sexində buxalter işləməmiş, kənd təsərrüfatı ilə məşğul olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, şəxsi istifadəsində olan «Kamaz» markalı yük avtomaşını ilə sifarişlər yerinə yetirib ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs onunla qonşu kənddə yaşadığı üçün onu uzun müddətdir ki, tanıyır. Saleh bir neçə dəfə ondan borca pul almış və sonra pulu qaytarmışdır. Saleh borca pul alan zaman həmin pulu spirt doldurma fəaliyyəti ilə məşğul olduğundan ehtiyacı olduğu üçün aldığını demişdir. 2019-cu ilin noyabr ayında Saleh ondan 4000 manat pul istəmiş, o evdə olmadığını demiş, lakin Saleh pulun təcili ona lazım olmasını demiş, ona görə də Salehə evinə gedib pulu anasından götürməsini demiş, o da həmin məbləğdə pulu anası vasitəsi ilə Salehə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon ərazisində onunla görüşüb spirt doldurma fəaliyyəti ilə məşğul olmasını bildirib şərik işləməyi təklif edib qazanc əldə edəcəklərini demiş və o, təklifə razı olmuşdur. Bir neçə gün sonra Saleh ona zəng edib təcili pul lazım olduğunu demiş, Salehə pulunun olmadığını dedikdə Saleh ona Kamaz markalı avtomaşını satmağı təklif etmiş, lakin o, avtmaşını satmaq istəmədiyini bildirdikdə Saleh ona Montin qəsəbəsində depoda 250000 manat dəyərində yod olduğunu, həmin yodu iki qat qiymətə sataraq qazanc əldə edəcəklərini bildirmişdir. Bundan sonra, o, «Kamaz» markalı avtomaşını satmağa razı olmuş və 2019-cu ilin dekabr ayında 35000 manat dəyərdə Kamaz markalı yük avtomobilini 28000 manata satıb pulunu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onu yaratdığı "xxxx" MMC şirkətinə «agent ekspeditor» vəzifəsinə əmək müqaviləsi ilə aylıq 300 manat əmək haqqı ilə göstərsə də ona ayda 1500 manat əmək haqqı verəcəyini demiş, lakin həmin məbləğdə ona əmək haqqı verməmişdir. Təqsirləndirilən şəxs ona həmçinin etibarnamə verərək Təqsirləndirilən şəxs adından çıxış etmək səlahiyyəti vermişdir. Salehlə aralarında olan razılığa əsasən Saleh əldə olunan gəliri onunla bölməli imiş, lakin Təqsirləndirilən şəxs ona pul verməmişdir. 2020-ci ilin mart ayında Salehlə görüşən zaman Saleh spirtin qurtardığını, təcili spirt tapmaq lazım olduğunu demiş, o Salehlə spirt axtararkən Tovuz rayonunda yerləşən spirt sexinə getmiş, orada hər litri 2 manatdan olmaqla 60 tondan az satışın olmadığını bildirmişlər. Həmin vaxt onlarda pul olmamış, o tanışlarından 20000 (iyirmi min) manat pul tapmış, qalan 20000 manatını Vasif adlı şəxs, qalan 80000 manatını Saleh özü kimdənsə tapmış, onlar Tovuz rayonunda olan sexdən 60 ton spirti alıb qablaşdıraraq hər litrini 3.5-4,5 manat arası Bakı şəhərində yerləşən depolara göndərmişlər. Bundan sonra o Salehdən qazancdan ona düşən payı verməsini istəmiş, Saleh isə pulun bütöv şəkildə onlara ödəniləcəyini demişdir. Tovuz rayonundan alınan spirti satdıqdan sonra Saleh onun borca aldığı 20000 manat pulu vermiş və o aldığı pulu borc sahiblərinə qaytarmışdır. Bundan sonra Saleh spirt qurtardığı üçün spirt almaq lazım olmasını demiş və onunda Xaçmaz rayonuna spirtdoldurma sexinə getmiş və hər litri 1,5 manatdan 120 ton spirt almaq barədə razılaşmış, o öz tanışlarından yenidən 30000 manat alıb Salehə borc kimi vermişdir. Həmin spirtin hər litrini 3.5 – 4,5 manat arası Bakı şəhərində yerləşən depolara göndərmişlər. Xaçmaz rayonundan alınan spirti satdıqdan sonra Saleh onun tanışlarından aldığı 30000 manat pulu vermiş və o aldığı həmin pulu borc sahiblərinə qaytarmışdır. O, həmçinin Təqsirləndirilən şəxs hər dəfəsində 2000 manat olmaqla ümumilikdə 4 min manat pul vermişdir. Təqsirləndirilən şəxs cəmi 36000 manat pul vermiş, həmin pulun əvəzində Saleh ona 17000 manat dəyərdə Niva markalı avtomobil vermişdir. Saleh onun 19000 manat pulunu isə verməmişdir. O Salehə iş görmək üçün verdiyi özünə məxsus 36000 manat pul verməsini, Salehin isə bu puldan sonradan ona 19000 manatı vermədiyini Saleh həmin pulların onda yığıldığını və ona gərəkli olan halda verəcəyini desə də verməmişdir. Təqsirləndirilən şəxs faizə və ya borc olaraq pul verməmiş, Saleh pulu birlikdə iş görüb qazanc əldə etmək adı ilə ondan almışdır. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə 2019-cu ilin sonlarında tanış olmuş, Saleh Respublika regionlarında tibbi ləvazimatların və qida əlavələrinin satışı ilə məşğul olmasını bildirmişdir. Saleh onun bu növ ticarətlə məşğul olan şirkət rəhbərlərinə onun tanışlığının olmasını bilmiş, onlardan nisyə mal götürüb satıb sonradan pulunu ödəməsindən ötrü şifahi zamin durmağı xahiş etmişdir. O, Salehi tanıdığına görə əldə edəcəyi qazancı onunla yarı böləcəyi barədə yalan vədlərinə inanıb yaxın münasibətdə olduğu «Global PluT» və "xxxx" MMC-nin rəhbərliyinə Təqsirləndirilən şəxs tanıdığını, satıb pulunu gətirəcəyini deyib ona nisyə mal vermələrini, zamin durmasını demişdir. Ona görə də 2020-ci ilin iyul avqust aylarında Təqsirləndirilən şəxs «Global PluT » və "xxxx" MMC-dən qaimələrdə imza edərək müvafiq olaraq 25228 manat və 33998 manat olmaqla cəmi 58226 manat dəyərdə tibbi ləvazimatlər, sistem şlanqları, yara pedləri, tanometr, müxtəlif növ qida əlavələrini qısa zamanda satıb pulunu şirkətə qaytaracağı vədini verən Təqsirləndirilən şəxs qaimələrə özü imza edib Təqsirləndirilən şəxs həmin malları şirkətdə vermişdir. Həmin malları şirkətlərdən götürəndən sonra Saleh bir daha malları satıb pulunu şirkətə ödəyəcəyini deyib onu inandırmış, həmçinin Saleh ona pulunu əvvəlcədən ödəmək şərti ilə çox ucuz qiymətə tibbi spirt və bint gətirə biləcəyini, Biləsuvar rayonunda onun tibbi spirt və bint istehsalı müəssisəsi olduğunu, bunların satışından pul qazanmaq mümkün olmasını deyib şəriklik üçün ondan pul istəmiş, Salehin şərikli tibbi spirt və bint istehsalı ilə bağlı biznes yaratma barədə verdiyi yalan vədə inanıb razı olub 2020-ci ilin avqust ayında ünvan 7 ünvan qarşısında küçədə Salev Əliyevə tanışı Şahid1 yanında nağd olaraq 44000 (qırx dörd min) manat pul vermişdir. O, Təqsirləndirilən şəxs pul verdikdən bir müddət sonra zamin durduğu «Global PluT» və "xxxx" MMC-dən zamin durduğu Təqsirləndirilən şəxs götürdüyü malların pulunu ödəmədiyini, bunu yoluna qoyması barədə ona bildirilmişdir. O Təqsirləndirilən şəxs telefon vasitəsi ilə malların pulunu ödəməyi və ondan şərikli biznes üçün götürdüyü 44000 manat pulu qaytarmasını tələb etdikdə Saleh pulu ödəməkdən yayınmış, o zamin olduğu üçün Təqsirləndirilən şəxs götürdüyü malların pulunu həmin şirkətlərə tam ödəmişdir. Saleh bundan sonra 2020-ci ilin noyabr ayında görüşərkən ona 102067 manat pul qaytaracağı barədə yazılı qəbz verməsinə baxmayaraq ona cəmi 4000 manat pul qaytarmış, 98000 manatı isə qaytarmayaraq ona qarşı dələduzluq yolu ilə ələ keçirmiş, ona görə də aradan uzun müddət keçdiyi, pulun qaytarılmadığını və aldanıldığını başa düşüb bu barədə şikayət etmişdir. Saleh ona hər hansı şəxs vasitəsi ilə digər məbləğdə pul qaytarmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, yaşadığı Biləsuvar rayonu, Bəydilli kəndində toyuq cücə alveri ilə məşğul olur, istifadəsində Qazel markalı ** BE *** nömrə nişanlı avtomobili vardır. Təxminən 5-6 ildir Təqsirləndirilən şəxs Biləsuvar sakini kimi tanımış, sonuncu Biləsuvar şəhərində aptek işlədirmiş. Onun dostu Xalid Salehin yanında işlədiyi üçün onun yanına gedib gəlmiş və Salehlə münasibəti yaranmağa başlamışdır. Onun Salehlə münasibəti yarandıqdan sonra Salehin Biləsuvar şəhərində spirtdoldurma şirkəti açdığını, orada olan sexdə spirt, yod və müxtəlif dərman preparatlarının satışı ilə məşğul olduğunu bilmişdir. 2020-ci ilin may ayında Salehin işlədiyi aptekə dostu Xalidin yanına getmiş, orada olan Saleh spirtin satışından yaxşı gəlir əldə etməyin mümkün olmasını, Kürdəmir rayonunda yerləşən spirt zavodunda spirtin bir tonunun qiymətinin 2200 manata olduğunu, lakin əlində vəsaitinin az olduğunu, qazanc əldə etmək üçün ən azı 10 ton spirt alınmalı olduğunu bildirmişdir. O, bu işi birlikdə görməyi, spirti və qabları aldıqları halda spirti Biləsuvar şəhərində icarəyə götürdüyü sexdə qablaşdırıb çıxaracaqları zaman bir ton spirtdən 600 manat qazanc əldə edəcəklərini bildirmişdir. O, bu işi birlikdə görmək üçün 70000 (yetmiş min) manat pul yatırım etməyi bildirmişdir. O, Salehə bu məbləğdə pulunun olmadığını, fikirləşib məlumat verəcəyini demişdir. Bundan sonra Saleh dəfələrlə ona zəng edib cavab istəmiş, o isə konkret söz deyəcəyini demişdir. 2020-ci ilin iyun ayında, Salehə zəng edərək 10000 (on min) manat pul düzəltdiyini demiş, Salehi yaşadığı Biləsuvar rayonu Bəydilli kəndinə çağırmış və 10000 (on min) manat pulu olmasını demiş, Saleh 10000 (on min) manat pulun az olduğunu, bu iş üçün külli miqdarda pul lazım olduğunu, ondan aldığı 10000 manata isə Bakı şəhərindən dərman alacağı, həmin dərmanları Beyləqan şəhərində satacağı, ona qazanc verəcəyini bildirmiş, o da atası Tehranın yanında Salehə 10000 manat pulu vermişdir. Bunun növbəti günü Saleh yaşadığı evin həyətinə gəlib ona 2000 (iki min) manat pul verib verdiyi 10.000 manat pulun qazancı olmasını demişdir. Təxminən 15-20 gün sonra Saleh ona zəng edərək spirtə müştərinin çox olmasını, ondan əlavə pul düzəltməsini istəmiş, Salehə pul düzəldəcəyi halda bildirəcəyini demişdir. Həmin vaxt onun təsərrüfatında 5 baş avstraliya cinsli inəyi olmuş, onların hər başını 3000 manata sataraq və üzərinə əlavə 5000 manat qoyaraq 20000 (iyirmi min) manat pulu 2020-ci ilin iyul ayında yaşadığı Bəydilli kəndində vermişdir. Pulu alarkən Saleh spirtdoldurma işini birlikdə şərik görəcəklərini, əldə edilən qazancı aralarında yarı böləcəklərini demişdir. Saleh ona idarə etdiyi Qazel avtomaşını ilə Kürdəmir rayonunda yerləşən spirt zavodundan spirt gətirməsini və onu şirkətə 250 manat maaşla sürücü götürəcəyini demişdir. O, növbəti gün Kürdəmir rayonundan spirt daşımağa başlamışdır. O, hər dəfə Kürdəmir rayonundan 4 ton spirt gətirmişdir. Salehlə işlədiyi 1 ay ərzində Saleh ona qazanc olaraq 4500 (dörd min beş yüz) manat pul vermişdir. Növbəti ay Saleh spirtləri aptekə nisyə verməsini və spirt almaq üçün pulun olmadığını demişdir. O, apteklərdən pulu yığaraq onun 30000 manat pulunu qaytaracağını bildirmiş, lakin hazırkı vaxtadək Saleh onun pulunu qaytarmamışdır. Saleh ona yaxşı qazanc əldə edəcəklərini deyib aldadaraq razı salmış, ona görə də Salehə 30000 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun tanışları olan Gülnarədən 6000 manat, Təranədən 5000 manat və Səadətdən 5000 manat pulu onları işə düzəltmək adı ilə onun yanında almışdır. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Biləsuvar rayonu, Əliabad kəndində yaşamışdır. O, avtomobil ustası işləmiş və Təqsirləndirilən şəxs sonuncunun avtomobilini təmir edərkən tanımışdır. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan «Audi Q7» markalı avtomobili təmir etdirmək üçün onun yanına gəlmiş, həmin vaxt Saleh ona spirtdoldurma işi ilə şərik məşğul olmağı təklif etmiş, bu işdə yaxşı qazanc olduğunu bildirmişdir. Saleh sistem şlanqı və spirt almaq üçün 10000 manat pul lazım olduğunu bildirmiş, ona qazancı aralarında tən böləcəklərini və həftədə bir dəfə hesabat aparacaqlarını, bu zaman qazancı böləcəklərini demişdir. O, 10000 manat pulu iş yerində Salehə vermişdir. Saleh bundan bir həftə sonra ona qazanc olaraq 500 manat pul vermiş, 2 gün sonra Saleh işi böyütmək üçün əlavə 30000 manat lazım olduğunu demiş, o, Salehə pulunun olmadığını demişdir. Növbəti həftə Saleh ona əlavə 500 manat da qazanc kimi pulu verərkən işi böyütmək üçün 20000 manat pul lazım olduğunu demişdir. O, Salehə pulunun olmadığını, yalnız 12000 manat pulunun olduğunu demiş və həmin pulu Salehə vermiş, Saleh imzası ilə təsdiq edərək bu barədə qəbz yazmış və videoçəkiliş aparmışdır. Bundan 2 həftə, keçmiş Saleh gəlmədiyi üçün sonuncunun evinə getmiş və bundan sonra Saleh ona 3000 manat pul vermişdir. Təxminən 2 həftə sonra Saleh ona əlavə 2000 manat pul vermişdir. Bundan sonra Saleh ona müxtəlif məbləğdə pul vermiş və xx.xx.2020-ci il tarixədək 13300 manat verəcəyi barədə Saleh ona qəbz vermişdir. Bundan sonra da Saleh ona bir neçə dəfə pul vermiş və ondan aldığı pulun 8300 manat hissəsini isə verməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Biləsuvar rayonu, Zəhmədabad kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Saleh Biləsuvar şəhərində icarəyə götürdüyü sexdə spirtdoldurma və yod bağlama fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin oktyabr ayında Saleh ona birlikdə spirtdoldurma işi ilə məşğul olmağı təklif etmiş, birlikdə bu işlə məşğul olduqda spirt və digər tibbi ləvazimatları Bakı şəhərində yerləşən depolardan alacağını və bir həftə ərzində respublikanın müxtəlif rayonlarında satacağını, əldə etdikləri gəliri öz aralarında böləcəklərini bildirmişdir. O, bu işlə məşğul olmaq üçün konkret olaraq nə qədər pul lazım olduğunu soruşduqda Saleh 70000 (yetmiş min) manat lazım olduğunu demişdir. O, Salehə həmin miqdarda pulunun olmadığını, 40000 (qırx min) manat pulunun olmasını deyərək həmin məbləğdə pulu yaşadığı kənddə evinin qarajında ikilikdə olarkən vermişdir. Saleh pulu aldıqdan sonra qazanc olaraq ona 2000 (iki min) manat pul vermişdir. Bundan təxminən 1 həftə sonra Saleh işin genişləndirilməsi üçün əlavə 30000 (otuz min) manat lazım olduğunu bildirmiş, o isə 2020ci ilin oktyabr ayında Biləsuvar rayonunda Salehə daha 30000 (otuz min) manat pul vermişdir. Bundan təxminən 10 gün sonra Saleh ona qazanc olaraq 4000 ( dörd min) manat pul vermişdir. Təxminən 10 gün sonra Saleh ona zəng edib əlavə pul tapa biləcəyini soruşmuş, o, məbləği soruşduqda Saleh ucuz qiymətə spirt olduğunu və spirti almaq lazım olduğunu almaq üçün 60000 (altmış min) manat pul lazım olduğunu demişdir. O, özünə məxsus yük avtomobilini 25000 manata sataraq Salehlə Biləsuvar rayonunda görüşmüş və Saleh cibindən 34000 manat çıxarmış, 60000 manatdan qalan pulu onun verməsini demiş, o, 25000 (iyirmi beş) manat pulu Salehə vermiş, pula ehtiyacı olmasını deyib həmin puldan 2000 (iki min) manatını götürmüşdür. Bundan sonra Salehdə nə qədər pulu olmasını birlikdə hesabladıqda onun Salehdə 95000 (doxsan beş min) manat pulu olmasını demişdir. Salehlə bundan 10 gün sonra görüşdükdə o qazancın hesablanmasını Salehə demiş, Saleh isə ona 2000 (iki min) manat qazancın olmasını deyib ona çatası 1000 (min) manat pul vermişdir. Bundan sonra, o, Salehlə görüşüb 86000 (səksən altı min) manat pulunu istəmiş, Saleh 3 gün ərzində pulunu qaytaracağını bildirmiş, lakin sonradan ona cəmi 8000 (səkkiz min) manat, cəmi ondan aldığı 95000 manatdan hissə hissə oldmaqla cəmi 17000 manat qaytarmaqla qalan 78000 (yetmiş səkkiz min) manat pulu isə aldatmaqla ələ keçirmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Salehin guya ondan faizə pul alması barədə göstərdikləri yalandır, o, Salehə faizə pul verməmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, ünvan 8 ünvanda yaşayır. O, 4 il əvvəl rəfiqəsi Zərərçəkmiş şəxs9 ilə birlikdə Badamdar qəsəbəsində icarə əsasında geyim dükanı işlətmişdir. Həmin vaxtdan toyuq-cücə alveri ilə məşğul olan Zərərçəkmiş şəxs5 tanımış, onların sifarişi ilə Aqil onlara toyuq cücə gətirmişdir. 2020-ci ildə Zərərçəkmiş şəxs5 idarə etdiyi «Ford Tranzit» markalı avtomaşınla ona toyuq gətirərkən avtomaşında olan Təqsirləndirilən şəxslə tanış olmuş, Aqil onun müdiri olan Salehin apteklərə tibbi ləvazimatların satışı ilə məşğul olmasını, "xxxx" MMC-nin spirtdoldurma şirkətinin rəhbəri olduğunu demişdir. Bir neçə dəfə Salehi Aqilin avtomaşınında gördükdən sonra münasibəti yaranmış və Salehdən onu yüksək maaşlı hər hansı firmaya işə düzəltməsini xahiş etmişdir. Saleh özünə məxsus "xxxx" MMC şirkətinin Bakı şəhərində filialığı açmaq istədiyini, onu həmin şirkətə satış meneceri kimi işə götürə biləcəyini demişdir. Saleh ona şirkətdə işinin malların çıxarışı və malların apteklərə paylama işi təklif etmiş, o isə fərqi olmadığını, maaşın yüksək olmasını xahiş etmişdir. Saleh maaşının 600 manat olacağını, payladığı mallara görə isə əlavə qazanc verəcəyini demişdir. O, bir neçə dəfə Salehin verdiyi pula Aqillə birlikdə spirtdoldurma sexinə avadanlıqlar almağa getmiş, onda Salehin onu işə düzəltməsinə inam yaranmışdır. 2021-ci ilin yanvar ayında Salehlə telefonla danışan zaman ona işə götürmək üçün müəyyən sənədləri hazırlamağa vəsait lazım olduğunu, öz vəsaitinin hamısını mallara qoyduğunu, əlində hər hansı məbləğdə pul olmadığını, əks təqdirdə ondan pul istəməyəcəyini bildirmişdir. Salehdən onu işə düzəltmək üçün nə qədər pul lazım olmasını soruşmuş, Saleh isə 6000 manat pul lazım olmasını demişdir. O, bununla razılaşıb 2021-ci ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 9 ünvana Zərərçəkmiş şəxs5la gələn Təqsirləndirilən şəxs 6000 manat pulu vermiş, həmin vaxt Saleh onu qısa zamanda Star SV» MMC-nin Bakı filialına satış meneceri işinə düzəldəcəyini bildirmişdir. O, Salehə pulu verdikdən sonra iki yaxın rəfiqəsi olan Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 da işə düzəltməsini xahiş etmiş, Saleh onları işə düzəldəcəyini bildirmişdir. Bundan sonra Salehlə itelefonla danışan zaman rəfiqələri olan Təranə və Səadətin 5000 manat pullarının olduğunu demiş, Saleh həmin məbləğə onları işə düzəldəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə X7 rayonu, B.Səfəroğlu küçəsi, 5a ünvanda olarkən ora gəlmiş, məktəbin yanında görüşüb Zərərçəkmiş şəxs10 işə düzəlməsi üçün Salehə vermişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 ilə birlikdə Saleh və Aqillə görüşmüş və Təranə Salehə 5000 manatı işə düzəltməsi üçün vermişdir. Bundan sonra bir neçə ay ərzində Salehlə telefonla danışarkən sonuncu işin yaxın vaxtlarda düzələcəyini deyirmiş. O, Salehdən işin düzəlməyəcəyi təqdirdə pulunun qaytarılmasını tələb etmiş, Saleh isə pulunun olmadığını demişdir. Sonradan Salehin bir neçə nəfərin də pulunu ələ keçirməsini bilib pulunun qaytarılmasını tələb etdikdə, Saleh on gün müddətində hər gün 40 manat olmaqla pul ödədikdən sonra qalan pulu ödəməkdən imtina etmişdir. Salehin evinə gedib pulu tələb etsə də pulu qaytarmamışdır. O, rəfiqələri Təranə və Səadət Təqsirləndirilən şəxs faizə pul verməmiş, Saleh pulu onları "xxxx" MMCyə işə düzəlmək üçün almış, ona pulu verərkən yanlarında Salehin sürücüsü Aqil olmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Bakı şəhəri, Badamdar qəsəbəsi Bağlar küçəsindəki evdə ailəsi ilə yaşamışdır. 4 il əvvəl rəfiqəsi Zərərçəkmiş şəxs8 ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsində icarə əsasında geyim dükanı işlətmişlər. Həmin vaxtdan toyuq-cücə alveri ilə məşğul olan Zərərçəkmiş şəxs5 tanımış, ondan dəfələrlə toyuq-cücə almışdır. Onların Aqillə münasibətləri yarandığından dükanı bağlandıqdan sonra da Aqil onun evinə toyuq-cücə gətirirmiş. Zərərçəkmiş şəxs8 ona Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC spirtdoldurma şirkətinə işə düzəldəcəyini və buna görə ona 6000 manat pul verməsini demişdir. O, Gülnarədən onun da işə düzəlməsini xahiş etmiş, Gülnarə Salehlə danışdıqdan sonra onu 5000 manata işə düzəldəcəyini demişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə o, Gülnarənin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsindəki 5a ünvandakı məktəbin yanında Zərərçəkmiş şəxs8 ilə birlikdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5la görüşüb Salehə 5000 manat pulu vermiş, Saleh ona "xxxx" MMC şirkətinə satış meneceri işinə düzəldəcəyi vədini vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdən sonra bir neçə ay ərzində Salehlə telefonla danışarkən sonuncu işin yaxın vaxtlarda düzələcəyini demişdir. O, Salehdən iş düzəlməyəcəyi təqdirdə pulunun qaytarılmasını tələb etmiş, Saleh isə pulunun olmadığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Saleh bir neçə nəfərə qarşı dələduzluq edərək onların pulunu ələ keçirmişdir. O, rəfiqələri Gülnarə və Səadət Təqsirləndirilən şəxs faizə pul verməmiş, Saleh pulu onları "xxxx" MMC-yə işə düzəltmək üçün almış, Salehə pulu verərkən yanlarında Salehin sürücüsü Aqil olmuşdur. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Abşeron rayonu, Məmmədli kəndindəki evdə ailəsi ilə yaşamışdır. Rəfiqəsi Zərərçəkmiş şəxs8 ilə söhbət edərkən sonuncu Təqsirləndirilən şəxs adlı tanışı tərəfindən "xxxx" MMC tibbi ləvazimatların satışı dükanına işə düzəldiləcəyini, istədiyi halda onu da işə düzəldə biləcəyini demişdir. O, Gülnarədən işin nədən ibarət olduğunu soruşmuş, Gülnarə Saleh adlı şəxslə danışdıqdan sonra onun şirkətdə «Onlayn» olaraq satış həyata keçirəcəyini bildirmişdir. Gülnarə Salehin onu 5000 manata işə düzəldəcəyini demişdir. O, Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə 5000 manat vermiş, Gülnarə həmin tarixdə pulu öz yaşadığı ünvanda Salehə vermişdir. Qeyd olunan epizod üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs7 təxminən 10 il əvvəl, Təqsirləndirilən şəxs isə 2020-ci ilin aprel ayından tınımış, Saleh özünü ona işgüzar adam kimi təqdim etmişdir. 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Hikmətdən firmalardan nisyə olaraq tibbi ləvazimatlar və qida əlavələri alınmasında zamin durmağı xahiş etmiş, bir ay müddətində nisyə götürdüyü malları satıb pulunu firmalara ödəyəcəyini, heç bir problem yaranmayacağını demişdir. Salehin xahişinə görə Hikmət inanmış, Salehin firmalardan tibbi mallar götürməsinə zamin duracağını demişdir. 2020-ci ilin avqust ayının ortalarında Hikmət Nərimanov rayonundakı evlərinin həyətində onun yanında Salehə şərikli spirt və bint istehsalı ilə bağlı biznes qurmaq üçün 44000 (qırx dörd min) manat məbləğində pul vermişdir. Hikmət pulu Salehə verdikdən bir müddət sonra Hikmətlə söhbət zamanı bilmişdir ki, Hikmət zamin durduğu firmalara Saleh pul ödəməmiş, Hikmət məcbur qalıb götürülmüş malların pulunu özü ödəmişdir. O, Hikmətin bir neçə dəfə Salehlə telefonda danışıb tibbi malların pulunu qaytarmasını tələb etməsini, firmaların tələbi ilə götürülən malların 58000 manata yaxın dəyərdə pulu özünün ödəməsini bilmişdir. Hikmət Salehlə danışarkən Salehdən götürdüyü malların və nəğd aldığı 44000 manat pulu tələb etməsinin şahidi olmuşdur. Sonradan bilmişdir ki, Hikmətin zamin durduğu malların pulunu və şərikli biznes yaratmağa görə Salehin ələ keçirdiyi pulu qaytarmadığı üçün Hikmət bu barədə şikayət etmişdir. Qeyd olunan epizod üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur. X3rın kəndinə gəlmiş, şikayət əsasında onlarda şəkər aparatının olduğunu bildirmişdir. Aparatların şəkillərini çəkmiş və həmin aparatları Yasamal RPŞ-nə gətirməli olduğunu demişdir. O da hər dəfə gələndə hissə-hissə gətirmiş və 400 ədəd aparatı təhvil vermişdir. O, aparatları taksi ilə aparıb vermiş, sonra aparatların necə olduğunu bilməmişdir. Bu barədə Saleh məhkəmə vaxtı bilmişdir. Onlarda aparatlardan əlavə dərmanlar olmamışdır. Saleh aparatların vaxtının keçdiyini və geri qaytaracağını demişdir. Belə ki həmin aparatları evə oğlu Saleh gətirmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışı zamanı iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, 10 il olar ki, Biləsuvar rayon Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxslə istədiyini ona və həmkəndlisi Vasifə bildirmişdir. Sonradan o, Saleh ilə birlikdə Vasifin Sərhədabad kəndindəki evinə getmiş və söhbət etmiş, onun həmin obyektdə özünə məxsus yod doldurma aparatını quraşdıracağı, Vasif və Salehin isə spirtdoldurma fəaliyyətini həyata keçirəcəyi, ümumi gəlirin isə aralarında bölünəcəyi ilə bağlı razılaşmışlar. Orada ilk dəfə Vasif spirtdoldurma fəaliyyətinə lisenziya alınması üçün Salehə 10000 (on min) manat pul vermişdir. Saleh artıq spirtdoldurma fəaliyyəti üçün Biləsuvar şəhərində ayı min manata icarəyə obyekt tapmışdır. Sonradan Saleh lisenziya alınması üçün 30000 manat lazım olmasını demiş, ona görə də Vasif yaşadığı evdə onun yanında Salehə əlavə 20000 (iyirmi min) manat vermişdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü Biləsuvardakı obyektdə Vasif öz hesabına təmir işləri aparmış, obyekt üçün 30000 manata avtomobil də almışdır. Sonradan spirt qablaşdırılması üçün lisenziya alınmış və obyekt fəaliyyətə başlamışdır. Saleh bildirmişdir ki, mallar nisyə verilmiş, malın pulu ödənildikdən sonra onlara pul veriləcəkdir. 2018-ci ilin dekabr ayında o, Vasif və Salehlə birlikdə spirtdoldurmaq üçün şüşə qabların alınması üçün İran Respublikasına getmiş, Vasif İranda qabların alınması üçün 12000 (on iki min) ABŞ dolları, sonra isə gömrük rəsmiləşdirilməsi üçün 8000 (səkkiz min) dollar vermiş, bundan başqa materiallara da pul xərcləmişdir. Daha sonra 2019-cu ildə o, Saleh ilə Türkiyədən bez, tikiş sapı və digər materiallar gətirmək istəmiş, buna kifayət qədər vəsaitləri olmamış, Vasifin yanına getmiş, lakin Vasif bu işə ortaq olmaq istəməmişdir. O, sonradan Saleh ilə birlikdə Türkiyəyə getmiş, şirkətlərdən biri ilə danışıb razılaşmış, lakin vəsaitləri çatmadığından həmin məmulatları ala bilməmişlər. Saleh bunun üçün Vasifdən pul alacağını bildirmişdir. Türkiyədən gəldikdən sonra Salehlə birlikdə Vasifin evinə getmiş, Vasifə 40000 (qırx min) ABŞ dolları çatmadığını bildirmişlər. Vasif tam razı olmasa da fikirləşəcəyini demişdir. X5 40000 (qırx min) ABŞ dolları pulu almış, Saleh özü də hardansa 40000 (qırx min) ABŞ dolları tapmışdır. Sonradan onun pulu olmadığından onlarla bu işdə ortaq ola bilməmiş, bundan sonrasından məlumatı olmamışdır. Sonradan Vasif ona bildirmişdir ki, Saleh ondan müxtəlif işlərdə ortaq olmaq adı ilə müxtəlif məbləğlərdə pul almışdır. Saleh həmçinin Vasifə məxsus olan «Audi Q7» markalı avtomobili alma barədə razılaşmış və 2019-cu ilin mart ayında Vasifin yaşadığı evdə Saleh Vasifə avtomobil üçün 10000 (on min) manat pul vermiş, qalan pulu hissə hissə ödəyəcəyini demişdir. Avtomobili 34000 (otuz dörd) min manata satma barədə razılaşmış və həmin gün Vasif avtomobili Salehə vermişdir. Sonradan bilmişdir ki, Saleh spirtdoldurma məntəqəsinə başqa şəxsləri də şərik götürmüş, aralarında narazılıq yaranmış, Salehin onları aldatdığını, Salehin onlara hər hansı pul verməyəcəyini görüb həmin işdən uzaqlaşmışdır. Salehin icarəyə götürdüyü obyektdə özünə məxsus yoddoldurma aparatı qoyub işlətmək istəmiş, lakin yoddoldurmaya lisenziya ala bilmədiyi üçün hər hansı miqdanda pul qoymamış və gəlir götürməmişdir (İİİ cild, səh. 17-19). Məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 ifadələri hadisə yerində yoxlanılmış və zərər çəkmiş şəxslər sərbəst ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişlər (iş vərəqə: cild İ, səh. 33-36; cild İİ, səh. 109-112; 113- 116). Məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, zərər çəkmiş şəxslər sərbəst ifadələrində göstərdikləri ittihamedici xüsusatları, həmçinin üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 69-73; cild İİ, səh. 24-26; 27-28; 29-31; 32-33; 148-150; 151-153; cild İİİ, səh. 12-16). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Baxış keçirmə haqqında” 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs3 Mizəbəy oğlunun təqdim etdiyi 1 ədəd CD disk personal kompüterdə açılaraq orada səs yazısı dinlənildikdə Zərərçəkmiş şəxs3 Saleh adını çəkərək və müraciət edərək ona 4000 manat, daha sonra dəfələrlə 1000 manat, bundan başqa 35000 manat dəyərdə avtomobilini 28000 manata satıb pulunu Salehə verməsi, Salehin özünə məxsus avtomobili Asəfin evi yaxınlığına qoyması, lakin Asəf həmin avtomobilə toxunmayacağını demiş, öz verdiyi pulunu qaytarmasını tələb etmişdir. Saleh pulu qaytarmaq üçün ona 1 və 2 gün möhlət verilməsini xahiş etmiş, aldığı pulu iki günə faizə pul götürüb qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qoyduğu avtomobilə onun şər-xata olması və avtomobilində pulun yox olması barədə şərləyəcəyindən qorxub avtomobilə toxunmayacağını demiş, Salehin özü gəlib öz avtomobilini götürməsini demişdir. Həmin səs yazısı sübut əhəmiyyəti kəsb etdiyindən CD disk də götürülmüşdür (iş vərəqə: cild İİ, səh. 192). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Götürmə və baxış keçirmə” 11 may 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs7 Əbülfəz oğlunun təqdim etdiyi 1 ədəd CD disk personal kompüterdə açılaraq orada səs yazısı dinlənildikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7la “whatsapp”-la səsli mesaj yazıları olması, orada Salehin müxtəlif məbləğlərdə pulu gətirib Zərərçəkmiş şəxs7 verəcəyini, müxtəlif yerlərdən mal götürəcəyini, buna görə də pulu yaxın günlərdə gətirib qaytaracağını, sonrakı mesajlarda isə müxtəlif bəhanələr gətirərək pulu gətirib verə bilmədiyini bildirmişdir. Götürülmüş 1 ədəd qəbzin Təqsirləndirilən şəxs 102067 manat pulu verəcəyi barədə əlyazması olan qəbz olması müəyyən edilmişdir (iş vərəqə: cild İİİ, səh. 41-43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Baxış keçirmə haqqında” 16 may 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilməklə cinayət işi materiallarına əlavə olunmuş qəbzlərə baxış keçirilmiş və həmin qəbzlərin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 külli miqdar təşkil edən müxtəlif məbləğlərdə pulu alması və pulu qaytararkən verdiyi pulun qəbzini alacağı barədə qeyd və Təqsirləndirilən şəxs və qarşısında imza yazılmaqla müxtəlif məbləğlərdə borcu olması barədə imza ilə təsdiq edilmiş qəbzlər olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İİİ, səh. 49). Cinayət işi üzrə məhkəmə baxışı zamanı tədqiq olunan, «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş 4 ədəd qəbzlər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 götürülmüş 1 ədəd qəbz və 1 ədəd CD disk, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 götürülmüş 1 ədəd CD disk cəmi 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİİ, səh. 76-85). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib zərərçəkmiş şəxslərə qanunla müəyyən olunan müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri onun müdafiə xarakterli dəlilləri kimi qiymətləndirir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarını əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək icraat mərhələsində cinayət işinin materiallarına əlavə olunmasa və bu barədə ittiham aktında qeydlər aparılmaqla nəzərə alınmasa da, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2016-cı il təvəllüdlü 2 (iki) nəfər azyaşlı uşaqları vardır. Bu barədə məlumatlar «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərə yetirilmiş maddi ziyandan Zərərçəkmiş şəxs2 6.000 manat, Zərərçəkmiş şəxs1 32.500 manat, Zərərçəkmiş şəxs3 17.000 manat, Zərərçəkmiş şəxs7 4.000 manat, Zərərçəkmiş şəxs6 13.700 manat, Zərərçəkmiş şəxs4 17.000 manat, Zərərçəkmiş şəxs8 400 manat hissəvi olaraq ödənilmiş, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 yetirilmiş maddi ziyan isə ödənilməmiş qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 yetirilmiş maddi ziyanı qismən ödəməsini isə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgənin əmlakının qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində əlavə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulmasa da belə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 26 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmiş, 26 oktyabr 2021-ci il tarixdə isə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunacağını nəzərə alıb, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə tutulub 02 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və Təqsirləndirilən şəxs üzərində saxlanılmalı olan cəza müddəti qətiləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbləri baxımından baxılan cinayət işi üzrə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 qanunla müəyyən olunan qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan və ödənilməmiş qalan 8.300 (səkkiz min üç yüz) manat məbləğində maddi zərərin və 103 (bir yüz üç) manat dövlət rüsumuna görə ödənilən məbləğin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan və ödənilməmiş qalan 19.000 (on doqquz min) manat məbləğində maddi zərərin və 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumuna görə ödənilən məbləğin Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər yetirilməsi və yetirilmiş zərərdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 13.700 manat (on üç min yeddi yüz) manat hissəsinin məhkəməyədək icraat dövrü ödənilməsi, 8.300 (səkkiz min üç yüz) manat maddi zərərin ödənilməmiş qalması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 17.000 manat (on yeddi min) manat hissəsinin məhkəməyədək icraat dövrü ödənilməsi, 19.000 (on doqquz min) manat maddi zərərin ödənilməmiş qalması, həmçinin zərər çəkmiş şəxslər tərəfindən mülki iddia ərizəsi ilə bağlı müvafiq olaraq 103 (bir yüz üç) manat və 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumunun ödənilməsi təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı 8.300 (səkkiz min üç yüz) manat məbləğində maddi ziyana görə və 103 (bir yüz üç) manat dövlət rüsumuna görə pul tələbinə dair mülki iddiası tam təmin olunmalı, 8.403 (səkkiz min dörd yüz üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ödənilməlidir; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 19.000 (on doqquz min) manat məbləğində maddi ziyana görə və 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumuna görə pul tələbinə dair mülki iddiası tam təmin olunmalı, 19.147 (on doqquz min yüz qırx yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-354.1.3-cü madələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Həmçinin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verməmələri nəzərə alınmalı və onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş 4 ədəd qəbz, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 götürülmüş 1 ədəd qəbz və 1 ədəd CD disk, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 götürülmüş 1 ədəd CD disk – cəmi 2 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub 02 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddiaya dair məsələ aşağıdakı qaydada həll edilsin: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı 8.300 (səkkiz min üç yüz) manat məbləğində maddi ziyana görə və 103 (bir yüz üç) manat dövlət rüsumuna görə pul tələbinə dair mülki iddiası tam təmin olunsun, 8.403 (səkkiz min dörd yüz üç) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ödənilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 19.000 (on doqquz min) manat məbləğində maddi ziyana görə və 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumuna görə pul tələbinə dair mülki iddiası tam təmin olunsun, 19.147 (on doqquz min yüz qırx yeddi) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ödənilsin. Qanunla müəyyən olunan qaydada mülki iddia verməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübut kimi tanınmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş 4 ədəd qəbzlər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 götürülmüş 1 ədəd qəbz və 1 ədəd CD disk, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 götürülmüş 1 ədəd CD disk cəmi 2 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1292/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1292/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver