Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1292/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Samir qızının, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 5, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən özgənin əmlaklarını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə qeyriləri və şəxsiyyəti naməlum «Maqa» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 07 iyul 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən köşkün yaxınlığına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrupun digər üzvləri kənar şəxslərin həmin yerə gəlməyi barədə məlumat vermək üçün yol kənarında dayanmış, Təqsirləndirilən şəxs isə qrupun digər üzvü ilə birlikdə köşkə yaxınlaşaraq üzərində gəzdirdiyi vintaçanla köşkün plastik pəncərəsinə güc tətbiq edib açaraq köşkə qanunsuz daxil olub vitrinində olan 700 manat dəyərində müxtəlif markalı siqaretləri gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 09 iyul 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən köşkün yaxınlığına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən birlikdə köşkə yaxınlaşmış, qrupun digər üzvü üzərində gəzdirdiyi vintaçanla köşkün plastik qapısını güc tətbiq edib açdıqdan sonra hər üçü birlikdə köşkə qanunsuz daxil olub köşkün vitrinində olan ümumi dəyəri 338 manat təşkil edən 90 ədəd «Dirol» markalı saqqızı, 15 ədəd 450 ml tutumlu «Hell» energetik içkisini, 140 ədəd alışqan və «Xiaomi» markalı müşahidə kamerasını gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 338 (üç yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 20 sentyabr 2023cü il tarixdə saat 02:34-də Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən “Hürrəm” adlı parfum mağazasının plastikdən olan giriş qapısını özü ilə gətirdiyi vintaçan vasitəsi ilə güc tətbiq edib kilidini sındırıb qapını açmaq yolu ilə mağazaya qanunsuz daxil olub kassa hissəsində olan saxlanc yeri hesab edilən dolabın siyirməsindən 450 manat məbləğində nağd pulunu gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 450 (dörd yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 23 sentyabr 2023cü il tarixdə saat 03:40-da Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “AG Parfüm" adlı mağazanın plastikdən olan giriş qapısını özü ilə gətirdiyi vintaçan vasitəsi ilə güc tətbiq edib açmaq yolu ilə mağazaya qanunsuz daxil olub saxlanc yeri hesab edilən dolabın siyirməsinin kilidini vintaçan vasitəsi ilə sındırıb açaraq orada olan 300 manat məbləğində nağd pulunu gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə yetkinlik yaşına çatmadığı dövrdə, yəni 23 sentyabr 2023-cü il tarixdə saat 05:15-də zərərçəkmiş hüquqi şəxs “X20” MMC-yə məxsus ünvan 7 ünvanda yerləşən klinikanın plastikdən olan giriş qapısını özü ilə gətirdiyi vintaçan vasitəsi ilə güc tətbiq edib açmaq yolu ilə klinikaya qanunsuz daxil olub saxlanc yeri hesab edilən dolabın siyirməsindən 1700 manat məbləğində nağd pulunu gizli talayıb zərərçəkmiş hüquqi şəxs “X20” MMC-yə ümumilikdə 1700 (bir min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 23 sentyabr 2023cü il tarixdə saat 05:50-də Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 8 ünvanda yerləşən “Şah Mobile” telefon mağazasının plastikdən olan giriş qapısını özü ilə gətirdiyi vintaçan vasitəsi ilə güc tətbiq edib açmaq yolu ilə mağazaya qanunsuz daxil olub oradan 01 ədəd 70 manat dəyərində “İphone 5” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu, 01 ədəd 120 manat dəyərində “Realme“ markalı mobil telefonu, hər biri 15 manat 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd “Hoco” markalı, “ESD15“ modelli qulaqcığı, 01 ədəd 15 manat dəyərində üzərində “Hublot” yazısı olan göy rəngli qol saatını, 01 ədəd 15 manat dəyərində üzərində “Hublot” yazısı olan qara rəngli qol saatını, 01 ədəd 20 manat dəyərində ağ rəngli, üzərində gerb nişanı olan alışqanı, 01 ədəd 25 manat dəyərində göy rəngli alışqanı gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 495 (dörd yüz doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 sentyabr 2023cü il tarixdə saat 04:05-də Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 9 ünvanda yerləşən "Ay Beauty” adlı gözəllik salonunun plastikdən olan giriş qapısının kilidini özü ilə gətirdiyi vintaçan vasitəsi ilə sındırıb açmaq yolu ilə qanunsuz daxil olub oradan 01 ədəd 1200 manat dəyərində 'İnfinix Smart 7' markalı mobil telefonu və 200 manat məbləğində nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1400 (min dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 2,765 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 sentyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 10 ünvanının yaxınlığında saxlanılaraq ünvan 11 yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,765 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci madəsi ilə təqsirli bilmir, həmin məcəllənin digər maddələri ilə özünü təqsirli bilir. O, etiraf edir ki; 1) O, ünvan 3 ünvanında yerləşən köşkün yaxınlığından keçən zaman həmin köşkdən oğurluq etmək qərarına gəlmişdir. Dostları «Maqa» və Şəmil başqa köşkdən oğurluq etmişlər, o isə ünvan 3 ünvanında yerləşən köşkə yaxınlaşmışdır. O, vintaçan ilə köşkün plastik pəncərəsinə güc tətbiq edərək açıb köşkə daxil olaraq köşkdə olan müxtəlif çeşidli siqaretləri və sərinləşdirici şirələri köşkün içərisindən tapdığı göy rəngli sellofan torbaya yığmışdır. O, həmin siqaretləri sataraq pulunu xərcləmişdir. Həmin pulu qaytarmaq imkanı yoxdur. 2) O, ünvan 4 ünvanında yerləşən köşkün yaxınlığından keçən zaman həmin köşkdən oğurluq etmək qərarına gələrək vintaçan ilə köşkün plastik qapısına güc tətbiq edib açmış və köşkdə olan siqaretləri oğurlamışdır. O, həmin siqaretləri sataraq pulunu xərcləmişdir. 3) 20 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ilə piyada hərəkətdə olan zaman həmin yerdə yerləşən “Hürrəm” parfüm mağazasını görüb vintaçan vasitəsi ilə mağazanın giriş qapısının kilid hissəsinə təzyiq göstərərək açmağa cəhd etmiş və içəri daxil olub dəyərli əşya axtarmışdır. O, mağazanın girişi ilə üzbəüz masanın siyirməsində olan mücrünün içərisində 450 manat nağd pulu oğurlamış və xərcləmişdir. 4) 23 sentyabr 2023-cü il tarixdə axşam saat 03:40 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkətdə olan zaman həmin yerdə yerləşən “AG Parfüm” mağazasını görüb vintaçan vasitəsilə mağazanın giriş qapısının kilid hissəsinə təzyiq göstərərək açmış və mağazanın girişdən içəridə sol tərəfdə yerləşən masanın siyirməsini sındırıb həmin yerdə olan əl çantasından 300 manat nağd pulu oğurlamış və xərcləmişdir. 5) Həmin gün, yəni 23 sentyabr 2023-cü il tarixdə axşam saat 05:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ilə piyada hərəkətdə olan zaman həmin yerdə yerləşən “X20” klinikasının giriş qapısını vintaçan vasitəsi ilə açıb klinikanın girişi ilə üzbəüz olan masanın siyirməsini açdıqda orada olan 1700 manat məbləğində nağd pulu görmüşdür. O, 1700 manat məbləğində nağd pulu oğurlamış və xərcləmişdir. 6) 23 sentyabr 2023-cü il tarixdə axşam saat 05:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi ilə piyada hərəkətdə olan zaman həmin yerdə yerləşən “Şah Mobile” telefon mağazasını görmüşdür. O, vintaçan vasitəsi ilə ilkin olaraq mağazanın giriş qapısının qıfılı sındırıb içəri daxil olmuşdur. O, vitrində olan mobil telefonlar, qulaqcıq və qol saatını oğurlayıb mağazanı tərk etmişdir. O, həmin mobil telefon, qulaqcıq və qol saatını polis əməkdaşlarına geri qaytarmışdır. 7) 24 sentyabr 2023-cü il tarixdə axşam saat 04:05 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkətdə olan zaman həmin yerdə yerləşən “Ay Beauty” gözəllik salonunun qapısını vintaçan vasitəsi ilə açıb rəfin üzərində dəftərin arasındakı 200 manat məbləğində nağd pulu və 01 ədəd mobil telefonu oğurlamışdır. 8) O, narkotik vasitə istifadəçisi deyil, narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşdur. Belə ki, 25 sentyabr 2023-cü il tarixdə günorta saatlarında təxminən 15:00 radələrində o Xırdalan ərazisində olarkən Vüsal və adını bilmədiyi digər polis əməkdaşları onu saxlayaraq Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları Abşeron rayonu, Xırdalan ərazisində onu narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilərək Polis Bölməsinə aparmışlar. Polis Bölməsində döyülmüş, lakin bu barədə heç kimə məlumat verməmişdir. Polis əməkdaşları cibinə 3 qram narkotik vasitə qoyduqlarını demişlər. Həmin narkotik vasitələr ağ rəngli torbada imiş, narkotik vasitənin özü ağ rəngdə şüşəyə bənzəyirmiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Onu dostları oğurluq cinayəti etməyə təhrik etmişlər. Onun ailəsi var, evləri var. Evdəkilər oğurluq əməli ilə məşğul olduğunu bilmirlər. O, oğurluqları birgündən bir etdiyindən ailəsi ondan şübhələnmirmiş. Dostları narkotik vasitə istifadəçisidirlər. Polis əməkdaşları onu saxlayarkən üzərinə baxış keçirməmişlər. Polis Bölməsinə təxminən yarım saata çatmışlar. O, dindirilərkən yanında nümayəndə və vəkili var imiş. Polis əməkdaşları videoçəkilişi saxlayaraq narkotik vasitəni cibinə qoymuşlar. Şəxsi axtarış zamanı 2 dəfə videoçəkiliş aparılmışdır. Onun üzərinə baxış Polis Bölməsində keçirilmiş, onun telefonundan başqa üzərindən heçnə aşkar olunmamışdır. Özü cibinə qoyulan narkotik vasitəni videoçəkiliş zamanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları cibinə 3 qram narkotik vasitə qoyduqlarını demişlər. Həmin narkotik vasitələr ağ rəngli torbada imiş, narkotik vasitənin özü ağ rəngə şüşəyə bənzəyirmiş. O, 20-30 dəfə imza çəkmişdir, imza çəkərkən tək olmuşdur. Şəxsi axtarış zamanı vəkil və qanuni nümayəndə də sənədə imza çəkmişdir. O, yoldan keçərkən mağazaları görüb oğurluq məqsədi ilə daxil olurmuş. Klinikadan heç kim ona klinikada müəyyən məbləğdə pul olduğunu deməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 111-112-ci vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, fiziki təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan izahatında, 1-ci cild 128-131 və 144-146-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...İşləmədiyi üçün maddi cəhətdən sıxıntılar yaşamışdır. Həmçinin narkotik vasitə aludəçisidir və buna görə əziyyət çəkir. Maddi cəhətdən sıxıntılar yaşadığı üçün oğurluq etmək qənaətinə gəlmişdir. Buna görə də oğurluq edib narkotik vasitələr alıb qəbul etmiş və gündəlik tələbatlarını ödəmişdir…xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən oğurluq yolu ilə əldə etdiyi puldan 40 manat verərək şüşə kimi tanıdığı narkotik vasitəni almışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Xətai rayonu, M.Hadi küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis olduqlarını bildirib özlərini ona təqdim etmişlər. Həmin şəxslər onu narkotik vasitələrdən istifadə etməyində şübhəli olduğunu bildirib Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman onun yaşı nəzərə alaraq qanuni nümayəndə və hüquqlarımnı müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirildikdə ondan üzərində hər hansı bir qanunsuz əşya predmet olub olmadığı soruşulmuşdur. Həmin vaxt o, üzərində narkotik vasitə olduğunu bildirib əynində olan şalvarın sağ yan cibində şəffaf rəngli sellofanda olan bükümü təqdim etmişdir. Üzərindən aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkildikdə 3,00 qram olması müəyyən olunmuşdur. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, fiziki təzyiq altında izahatı və protokolları imzalmışdır. Məhkəmə iclsında zərərçəkmiş hüquqi şəxs ‘"X20” -in nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, hər gün saat 08 radələrində "X20” klinikası açılır və saat 18:00 radələrində klinika bağlanır. 23 sentyabr 2023-cü il tarixdə saat 08:00 radələrində baş həkim klinikaya gəldikdə klinikanın kilid yerinə təzyiq göstərildiyini ardınca klinikaya daxil olduqda klinikanın giriş qapısı ilə üzbəüz olan qeydiyyat şöbəsinin masasının kassa təyinatlı siyirməsinin kilid yerinin sınıq vəziyyətdə olmasını və həmin siyirmədə olan "X20” MMC-ə məxsus 1700 manat pulun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin kassa təyinatlı siyirmə kilidli vəziyyətdə olmuş, lakin oğurluq edən şəxs həmin siyirmənin kilid yerini sındıraraq oğurluq etmişdir. Bundan sonra aidiyyəti üzrə onun tərəfindən klinikanın rəhbərliyinə və ərazinin polis orqanı olan 34-cü Polis Şöbəsinə məlumat verilmişdir. Baş vermiş cinayət hadisəsi zamanı “X20” MMC-yə 1700 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmamışlar, şikayətçidirlər və “X20” MMC-yə dəymiş 1700 manat məbləğində maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır. O, ünvan 5 ünvanda yerləşən “Hürrəm” adlı parfüm mağazasını icarə əsasında işlədir. O, hər gün saat 10:00 radələrində “Hürrəm” adlı parfüm mağazasını açır və axşam saat 20:00 radələrində mağazanı bağlayır. 20 sentyabr 2023-cü il tarixdə saat 10:00 radələrində ’‘Hürrəm” adlı parfüm mağazasına gəldikdə mağazanın giriş qapısına müdaxilə olunmasını mağazaya daxil olaraq baxış keçirdikdə mağazanın giriş hissəsi ilə üzbəüz olan masanın kassa kimi istifadə etdikləri siyirmənin daxilində olan mücrünün içərisində 450 manat nağd pulun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. O, mağazanın daxilində olan video müşahidə kameralarına baxdıqda 20 sentyabr 2023-cü il tarixdə təxminən saat 02:30 radələrində naməlum şəxsin mağazaya daxil olub mücrüdən 450 manat pulun oğurlamasını müəyyən etmiş və 34-cü Polis Şöbəsinə məlumat vermişdir. O, təqsirləndirilən şəxslə barışmamış, şikayətçidir və təqsirləndirilən şəxsdən 450 manat maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır. O, ünvan 13 ünvanda yerləşən "Şah Mobile” adlı telefon mağazasını icarə əsasında işlədir. O, hər gün saat 11:00 radələrində telefon mağazasını açır və axşam saat 22:00 radələrində mağazanı bağlayır. O, mağazanı tərk edəndə həmişə mağazanın giriş qapısını kilidləyir, həmçinin ayrıca giriş qapısına qıfıl da vurur. O, özündə olan qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, o 23 sentyabr 2023-cü il tarixdə mağazaya gələrkən müəyyən etmişdir ki, mağazadan vitrində olan 01 ədəd 70 manat dəyərində "İphone 5” markalı mobil telefon, 01 ədəd 150 manat dəyərində “Redmi Note 8" markalı mobil telefon, 01 ədəd 120 manat dəyərində "Realme" markalı mobil telefon, 02 ədəd hər biri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan “Hoco” markalı qulaqcıq, 02 ədəd hər biri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan "Hublot“ markalı mobil telefon, 01 ədəd üzərində gerb nişanı olan 25 manat dəyərində alışqan və 01 ədəd üzərində qırmızı qaşı olan 28 manat dəyərində alışqan naməlum şəxs tərəfindən oğurlanmışdır. Mağazanın kamerası olmasa da, yol kənarında olan kameralardan görünür ki, 23 sentyabr 2023-cü il tarixdə saat 05:00 radələrində naməlum şəxs mağazaya daxil olmuşdur. O, dərhal ərazinin polis şöbəsi olan 34-cü Polis Şöbəsinə məlumat vermişdir. Onun kameradan gördüyü şəxs təqsirləndirilən şəxsdir. Alışqan, qulaqcıq ona qaytarılmış, lakin mobil telefonlar qaytarılmamışdır. O, təqsirləndirilən şəxslə barışmamış, şikayətçidir və təqsirləndirilən şəxsdən 495 manat maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır. ünvan 4 ünvanında yerləşən köşkü işlədir. 09 iyul 2023-cü il tarixdə işçisi Mətin Cavadov ona zəng edərək köşkün qapısının açıq olduğunu, köşkdə olan əşyaların dağınıq olduğunu və köşkdən oğurluq hadisəsi baş verdiyini bildirmişdir. O, qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, köşkdən ümumilikdə dəyəri 338 manat təşkil edən 90 ədəd «Dirol» markalı saqqız, 15 ədəd 450 ml tutumlu «Hell» energetik içkisi, 140 ədəd alışqan və «Xiaomi» markalı müşahidə kamerası oğurlanmışdır. O, dərhal DİN-in 102 mərkəzi zəng xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 338 manat maddi ziyan dəymişdir. O, təqsirəndirilən şəxslə barışmamış, ona dəymiş 338 manat maddi zərəri təqsirləndirilən şəxsə bağışlayır və tələb etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən köşkü icarə əsasında işlədir. Həmin köşkdə müxtəlif çeşiddə su və sərinləşdirici içkilər, habelə siqaretlərin satışını həyata keçirir. O, təqsirləndirilən şəxsi tanımır. 07 iyul 2023-cü il tarixdə saat 03 radələrində köşkün yerləşdiyi ərazidə mühafizəçi Tofiq adlı şəxs ona zəng vuraraq köşkün plastik pəncərəsinin açıq olduğunu bildirmişdir. Onlar video müşahidə kameralarına baxaraq köşkdən oğurluq edildiyini görmüşlər. Səhv etmirsə, 2 nəfər şəxs köşkdən oğurluq etmişdir. Köşkdən siqaret, dəmir pul, 500-600 manat pul oğurlanmışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir, barışmamışdır. O, Təqsirləndirilən şəxs ona dəymiş 500 manat maddi ziyanı tələb edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, ünvan 14 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Evlidir. ünvan 15 ünvanda yerləşən “AG Parfum” adlı mağazanı icarə əsasında işlədir. O, hər gün saat 10 radələrində icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən "AG Parfum" adlı mağazasını açmış və saat 23 radələrində mağazanı bağlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində icarə əsasında işlətdiyi mağazanı bağlayaraq getmişdir. Həmin günün sabahı, yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “AG Parfum' adlı mağazaya gəldikdə mağazanın giriş qapısının hər hansı əşya ilə təzyiq olunaraq kilid yerinin qırılıb açıq vəziyyətdə olduğunu görmüşdür. Ardınca mağazaya daxil olub mağazanın içərisində giriş hissəsinin sol tərəfində olan masanın siyirməsinə baxdıqda siyirmənin kilidinin sındığını aşkar etmişdir. Bundan sonra həmin siyirmədə olan ona məxsus əl çantasının içərisindəki 300 manat nağd pulun oğurlandığını müəyyən etmişdir. Daha sonra mağazada quraşdırılmış video müşahidə kameralarına baxdıqda xx.xx.2023cü il tarixdə saat təxminən 03:40 radələrində naməlum şəxsin mağazaya qanunsuz olaraq daxil olub mağazanın giriş hissəsində sol tərəfdə yerləşən masanın siyirməsində ona məxsus əl çantasının içərisindən pulun oğurlanmasını müəyyən etmiş, DİN-in 102 Xidmətinə və 34-cü Polis Şöbəsinə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, ünvan 16 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Subaydır. ünvan 9 ünvanında yerləşən “Ay Beauty“ adlı gözəllik salonunu icarə əsasında işlədir. Hər gün saat 10 radələrində icarə əsasında işlətdiyi ünvan 17 ünvanda yerləşən 'Ay Beauty” adlı gözəllik mağazasını açır və həmin gün saat 19 radələrində mağazanı bağlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində icarə əsasında işlətdiyi gözəllik salonunu bağlayaraq getmişdir. Sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində icarə əsasında işlətdiyi ünvan 9 ünvanında yerləşən “Ay Beauty” adlı gözəllik salonuna gəldikdə salonun giriş qapısının hər hansı əşya ilə təzyiq olunaraq kilid yerinin qırılıb açıq vəziyyətdə olduğunu görmüşdür. Ardınca mağazaya daxil olduqda giriş hissənin sol tərəfində olan masanın rəfində dəftərin arasında 200 manat nağd pulun və həmin dəftərin yanındakı 01 ədəd 'İnfinix Smart 7' markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Daha sonra mağazada quraşdırılmış video müşahidə kameralarına baxdıqda xx.xx.2023-cü il tarixdə saat təxminən 04:20 radələrində naməlum şəxsin mağazaya qanunsuz olaraq daxil olub mağazanın giriş hissəsində sol tərəfdə yerləşən masanın rəfinin üzərində olan dəftərin arasındakı 200 manat nağd pulun və həmin dəflərin yanındakı 01 ədəd 'İnfinix Smart 7' markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Bundan sonra aidiyyəti üzrə DİN-in 102 Xidmətinə və 34-cü Polis Şöbəsinə məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi zamanı onun 200 manat nağd pulu və 1200 manat dəyərində 01 ədəd “inix Smart 7” markalı mobil telefonu oğurlanaraq ümumilikdə 1400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-də sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində gözəllik salonundan 2400 manat pul, ətir dükanından isə 300 manata yaxın pul oğurladığı, Xətai rayonunda 15-20 obyekti axşam saat 03:00 radələrindən 05:00-06:00-dək talan etdiyi barədə məlumat var imiş. Təqsirləndirilən şəxs yaşayış yeri müəyyən olmadığından onlar Təqsirləndirilən şəxs saxlamaq üçün 1 neçə gün müddətində küçədə gəzərək onu axtarmışlar. Nəhayət ki, 25-26 dekabr 2022-ci il tarixdə o və X17 Məmmədovu səhv etmirsə, Nəsimi rayonunda “3-ün kruqu” deyilən yerdə saxlamışlar. O, və Cəmil Rəsulovdan başqa yanlarında olan digər əməkdaşların adlarını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən tək imiş. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik maddənin təsiri altında imiş və üzərində külli miqdarda narkotik maddə var imiş. Onlar Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişlər, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən “patı” adlı sarı tozşəkilli maddə çıxmışdır. Amma o “patı” adlanan narkotik vasitənin nəyə büküldüyünü xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Tural Həbibullayev bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman özü etiraf etmişdir ki, narkotik vasitələrdən istifadə edir. Onun ekspert rəyindən məlumatı yoxdur. Onlar Təqsirləndirilən şəxs səhv etmirsə Nəsimi rayonunda “3-ün kruqu” deyilən yerdə “Avtoş Dönər” evi tərəfdə saxlamışlar. Onlar Təqsirləndirilən şəxs səhər yaxud da günorta saatlarında, ya da günortadan sonra saxlamışlar, dəqiq saat yadında deyil. Onlar Təqsirləndirilən şəxs bölmənin maşını ilə Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs Polis Şöbəsinə apardıqları maşının nömrəsi yadında deyil. Təqsirləndirilən şəxs saxlayan zaman əllərini qandallamamışlar. Çünki Təqsirləndirilən şəxs onsuz da ayaq üstündə dura bilmirmiş. Təqsirləndirilən şəxs onlara müqavimət göstərmədən könüllü olaraq maşına əyləşmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirərək üzərindən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə çox imiş və buna görə külli miqdarda olduğunu bilmişdir. Şəxsi axtarış zamanı əməliyyatçı və o da iştirak edirmiş. Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirəndə adı qeydiyyata alınmışdır. Videoçəkiliş zamanı təhqiqatçı və s. iştirakçılardan başqa o və Cəmil Rəsulov da olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hansı geyimindən narkotik vasitə çıxdığını xatırlamır. Onlar Təqsirləndirilən şəxs təxminən 25-26 dekabr 2022-ci il tarixdə saxlamışlar. Onlar Təqsirləndirilən şəxs mindiyi taksini müəyyən edib taksi sürücüsünü taparaq onun vasitəsilə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər. Təqsirləndirilən şəxs saxladıqları gün də o ***-***-**-** mobil nömrəsini işlədirmiş. Vüsal adlı şəxs Xətai RPİ-nin 34-cü PŞ-də əməliyyat müvəkkili işləyir. Lakin Vüsal adlı şəxs Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X8 eyni məzmunlu ifadə verərək şahid X3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavadov Mətin oğlu ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Ə.Vəliyev küçəsi 8 ünvanında yerləşən köşkdə satıcı kimi işləmişdir. Həmin köşkün sahibi Zərərçəkmiş şəxs6dur. O, həmin köşkdə satıcı işlədiyi üçün köşkü açıb bağlamağı Səbuhi ona həvalə etmişdir. O, Təqsirləndirilən şəxs bir dəfə köşkdən siqaret alanda görmüşdür. 09 iyul 2023-cü il tarixdə səhər saat 08:00-da o köşkə gələrkən köşkün qapısının açıq olduğunu görmüşdür. Bu barədə Zərərçəkmiş şəxs6 məlumat vermişdir. Səbuhi gələrək köşkdən oğurluq olduğunu görüb bu barədə polisə məlumat vermişdir. Köşkdən ümumilikdə dəyəri 400 manata yaxın olan saqqız, energetik içki, alışqan və müşahidə kamerası oğurlanmışdır. Bir həftə sonra Təqsirləndirilən şəxs yenidən köşkdən oğurluq etmişdir. Həmin vaxt o işdə olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Cəmil Rəsulovun 25 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Cəmil Rəsulovun 25 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnik leytenantı Məhşur Hüseynovun 25 sentyabr 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs X6 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncuya üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları, narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilən digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, şəxsi istifadəsi üçün Neftçilər metrosu yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Xətai rayonu, Əhmədli qəsəbəsində 5 oğurluq hadisəsi törətdiyini özü etiraf etmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 122-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5066 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152“ dairəvi möhür əksləri, “..(imza) Təqsirləndirilən şəxs' sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,765 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetammdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 1-ci cild 147-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2023-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, X6 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edərək, şəxsi istifadəsi üçün əldə etdiyini bildirir, aşkar edilmiş büküm aşkar edilərək götürülür. Cinayət işinin 2-ci cild 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 11 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, işlətdiyi ətir mağazasından 330 manat məbləğində pulun oğurlanmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşən “AG Parfüm" adlı mağazadır. Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş baxış zamanı, mağazada videomüşahidə kamerasının olması müəyyən edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən 'AG Parfüm" adlı mağazada baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində əynində ağ rəngli gödəkcə və qara rəngli şalvar olan kişi cinsli şəxsin ətrafa boylanması və həmin şəxsin ünvan 6 ünvanda yerləşən ‘AG Parfüm" mağazasının plastikdən olan qapısına yaxınlaşaraq güc tətbiq elməklə qapını açaraq içəri daxil olması, həmin şəxsin girişdə olan masanın arxa hissəsinə keçib stulda əyləşərək masanın siyirməsini açmağa çalışması, siyirmə bağlı olduğu üçün cibindən çıxardığı əşya ilə güc tətbiq edərək siyirməni açaraq axtarış aparması, axtarış zamanı siyirmədən tapdığı pul kisəsini açaraq içərisində olan pulu götürməsi, daha sonra həmin şəxsin mağazada olan müşahidə kamerasının monitorun naqillərini çıxarıb mağazanın tərk edərək uzaqlaşıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:40-da ünvan 6 ünvanda yerləşən “AG Parfüm” adlı mağazasına daxil olaraq oğurluq edən, əynində qara rəngli şalvar və ağ rəngli gödəkcə olan şəxsin özü olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, işlətdiyi parfumeriya mağazasından 450 manat məbləğində pulun oğurlanmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 154-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən “Hürrəm" adlı mağazadır. Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmiş baxış zamanı, mağazada videomüşahidə kamerasının olması müəyyən edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 91-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Hürrəm" adlı mağazada baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:33 radələrində əynində ağ rəngi gödəkcə, qara rəngli şalvar və başında ağ rəngli idman kepkası olan kişi cinsli şəxsin ünvan 5 ünvanda yerləşən “Hürrəm” adlı mağazaya daxil olaraq kassa hissəsinə yaxınlaşaraq orada olan dolabın siyirməsini açaraq qutunun içərisində olan pulları götürməsi, daha sonra həmin şəxsin dolabın üzərində olan mobil telefonu götürüb yoxlayan zaman kodda olduğunu görüb açmağa çalışması, həmin şəxsin mobil telefonun işığı ilə kassa hissəsində axtarış aparsa da heçnə tapa bilməyib mobil telefonu dolabın üzərinə qoyaraq mağazanı tərk etməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:33-də ünvan 5 ünvanda yerləşən “Hürrəm” adlı mağazaya daxil olaraq oğurluq edən, əynində qara rəngli şalvar, ağ rəngli gödəkcə, başında ağ rəngli idman kepkası olan şəxsin özü olmasını, dolabın siyirməsində olan 450 manat pulu götürdükdən sonra mağazanı tərk etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 160-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nümayəndə1 xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, işlədiyi "Lazer LB Klinika”nın qapısının dəmir parçası ilə açılaraq klinikanın içərisindən 1700 manat məbləğində pulun oğurlanmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 164-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən “Lazer LB Klinika"dır. Nümayəndə1 iştirakı ilə keçirilmiş baxış zamanı, mağazada videomüşahidə kamerasının olması müəyyən edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən '‘X20” MMC-yə məxsus klinikanda baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:15 radələrındə əynində qaralı-qırmızılı gödəkcə və qara rəngli şalvar olan kişi cinsli şəxsin ünvan 7 ünvanda yerləşən "X20'' MMC-yə məxsus klinikanın qapısını güc tətbiq edilərək vintaçan vasitəsi ilə açaraq klinikaya daxil olaraq kassa hissəsinə yaxınlaşaraq orada olan dolabın siyirməsini açaraq içərisində olan 01 ədəd zərfdəki pulları götürüb klinikanı tərk etməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:15-də ünvan 7 ünvanda yerləşən “X20” MMC-yə məxsus klinikaya daxil olaraq oğurluq edən, əynində qara rəngli şalvar və qara-qırmızı rəngli gödəkcə olan şəxsin özü olmasını, həmin vaxt dolabın siyirməsində olan 1700 manat pulu götürdükdən sonra klinikanı tərk etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 170-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 Əhməd oğlunun xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, işlədiyi telefon mağazasına gələn zaman, mağazanın qapısının sındırıldığını, mağazadan ümumi 500 manat dəyərində 03 ədəd mobil telefon, airpods, müxtəlif alışqanlar və bir neçə saatın oğurlanmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 172-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi2 ünvanında yerləşən “Şah mobile" mağazasıdır. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 19 ünvanda yerləşən “Şah Mobile” adlı telefon mağazasında baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05:50 radələrində bir nəfər əynində qaralı qırmızılı rəngli gödəkcə və qara rəngli şalvar olan kişi cinsli şəxsin ünvan 8 ünvanda yerləşən “Şah Mobile” adlı telefon mağazasının plastikdən olan giriş qapısına yaxınlaşaraq güc tətbiq edərək qapını açaraq içəri daxil olması, daha sonra isə həmin şəxsin mobil telefon mağazasını tək edərək uzaqlaşıb çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:50-də ünvan 8 ünvanda yerləşən “Şah Mobile” adlı telefon mağazasına daxil olaraq oğurluq edən, əynində qara rəngli şalvar, qaralı-qırmızılı gödəkcə olan şəxsin özü olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 oğurluq yolu ilə əldə etdiyi 02 ədəd “Hoco” markalı qulaqcığı, 02 ədəd “Hublot” markalı qol saatını, 02 ədəd alışqanı təqdim etmiş, təqdim edilən əşyalar götürülmüşdür. Cinayət işinin 3-cü cild 67-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 noyabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 02 ədəd “Hublot” markalı qol saatı, 02 ədəd “Hoco” markalı, “ESD15” model qulaqcıq, 01 ədəd ağ rəngli, üzərində gerb nişanı olan alışqan, 01 ədəd göy rəngli alışqan Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs4 həmin əşyaları formasındam markasından, rəngindən tanıyaraq, onun mağazasından götürüldüyünü bildirmişdir, daha sonra həmin qol saatı, qulaqcıq, alışqanlar zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Cinayət işinin 3-cü cild 64-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 9/7468 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların istifadədə olmaması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 155,00 manat müəyyən olunur. Həmin malların ayrı-avrıtıqda adları və qiyməti rəyin tədqiqat hissəsindəki cədvəldə ətraflı əks etdirilmişdir;
1. üzərində “Hublot” yazısı olan, göy rəngli gol saatı 1 ədəd –dəyəri 15 manat;
2. üzərində “Hublot” yazısı olan, qara rəngli qol saatı 1 ədəd –dəyəri 15 manat;
3. ağ rəngli, üzərində gerb nişanı olan alışqan 1 ədəd –dəyəri – 20 manat;
4. göy rəngli alışqan 1 ədəd –dəyəri 25 manat
5. “Hoco” markalı, “ESD15” model qulaqlıq (qutusu ilə birlikdə) 1 ədəd- dəyəri 40 manat
6. “Hoco” markalı “ESD15” model qulaqlıq 1 ədəd –dəyəri 40 manat Cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, işlədiyi gözəllik salonundan pul və mobil telefonun oğurlanmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 182-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 20 ünvanında yerləşən “Ay Beauty" gözəllik salonudur. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 89-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən "Ay Beauty” adlı gözəllik salonunda baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04:02 radələrində əynində qaralı-qırmızılı rəngli gödəkcə, qara rəngli şalvar olan kişi cinsli şəxsin ünvan 9 ünvanda yerləşən “Ay Beauty” adlı gözəllik salonunun giriş qapısına yaxınlaşaraq əlində olan alətlə qapını güc tətbiq edərək açıb içəri daxil olaraq kassa hissəsində axtarış aparması, axtarış zaman kassa hissəsində tapdığı pulu və mobil telefonu götürüb cibinə qoyaraq qapıya doğru gedərək gözəllik salonunu tərk edərək çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cii il tarixdə saat 04 radələrində ünvan 9 ünvanda yerləşən “Ay Beauty” adlı gözəllik salonuna daxil olaraq oğurluq edən, əynində qara rəngli şalvar, qara-qırmızılı rəngli gödəkcə olan şəxsin özü olmasını, həmin gözəllik salonundan 01 ədəd “İnfinix Smart 7” markalı mobil telefonu və 200 manat nağd pulu oğurladığını bildirmişdir. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs5 07 iyul 2023-cü il tarixli Nizami RPİ-nin 25-ci PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, işlətdiyi köşkdən oğurluq olmasını bildirmişdir. Cinayət işinin 2-ci cild 57-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən köşkdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən köşkdə baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə əynində qara rəngli köynək və qara rəngli şalvar olan kişi cinsli şəxsin ünvan 22 ünvanında yerləşən köşkün satış üçün nəzərdə tutulmuş pəncərəsini güc tətbiq edərək açaraq köşkə daxil olması, həmin şəxsin köşkün içərisində olan müxtəlif markalı siqaretləri sellofan paketə yığıb içəri daxil olduğu pəncərədən çölə çıxaraq köşkü tərk etməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 22 ünvanında yerləşən köşkə daxil olaraq oğurluq edən əynində qara rəngli şalvar və qara rəngli köynək olan şəxsin özü olmasını, həmin vaxt köşkə olan müxtəlif markalı siqaretləri sellofan torbaya yığaraq köşkü tərk etdiyini, həmin vaxt tanışı X9, X13 və «Maqa» adlı şəxsin kənarda dayanıb onu gözlədiklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 198-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs6 09 iyul 2023-cü il tarixli Nizami RPİ-nin 25-ci PŞ-nə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, ona məxsus köşkün qapısının açılaraq 338 manat məbləğində oğurluq edilməsini bildirmişdir. Cinayət işinin 2-ci cild 201-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən köşkdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 249-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 iyul 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən köşkdən etdiyi oğurluğu əyani şəkildə göstərmişdir. Cinayət işinin 3-cü cild 97-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, X1 oğurluq etmə faktına görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, X2 oğurluq etmə faktına görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cild 134-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X7 30 noyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, X9, X13 və Maqa adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 3-cü cild 144-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X7 30 noyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə, oğurluq cinayətlərində özünü təqsirli bildiyini, lakin, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilmədiyini, narkotik vasitədən istifadə etmədiyini, ona polis əməkdaşları tərəfindən təzyiq olduğu üçün narkotik vasitəni boynuna götürdüyünü bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 26 yanvar 2024-cü il tarixli, 3-16-17/40/2-513/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir, bədənində bəzi köhnə çapıq toxumalar vardır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,765 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 18,4 dəfə çox olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cı bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəainin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 29 noyabr 2023-cü il tarixli, 7796 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 71-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 09 oktyabr 2023-cıı il tarixli, 2832 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işindəki anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs primitiv şəxsdə xasiyyətin aksentuasiyası qeyd edilir. Apanlımş eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Müayinə zamanı emosional stabil olması müşahidə edilir, fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxsdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hirslilik, hövsələsizlik, söz götürməmək, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədən zaman Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmmamışdır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün cəzanın çəkilmə yeri ümumi rejimli tərbiyə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 25 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 100-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2ci cild 9-13-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 4(011)-616/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, X6 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,715 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilməli, 02 ədəd “Hublot” markalı qol saatı, 02 ədəd “Hoco” markalı, qulaqcıq, 01 ədəd ağ rəngli, üzərində gerb nişanı olan alışqan, 01 ədəd göy rəngli alışqanın maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılması və 07 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 450 manat ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 495 manat ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını, lakin, ona vurulmuş ziyanı tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 Yusf oğlu xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs vurulmuş 1700 manat ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş 500 manat ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs hüquqi şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 Yusf oğlu cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, X6 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,715 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 02 ədəd “Hublot” markalı qol saatı, 02 ədəd “Hoco” markalı, qulaqcıq, 01 ədəd ağ rəngli, üzərində gerb nişanı olan alışqan, 01 ədəd göy rəngli alışqanın maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılması və 07 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 Yusf oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov