Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1293/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil olan külli miqdarda - hər birində ayrılıqda 0,141 qram, 1,016 qram, 0,717 qram və 2010 qram olmaqla ümumilikdə 2012,103 qram çəkidə narkotik vasitə heroin əldə edib 03 ədəd bükümü üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 13 saylı evin yaxınlığına daşımış, onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən 10 mart 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinə dəvət edilmiş və orada xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki palıdı rəngli gödəkçəsinin iç hissəsində olan sol döş cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qram, 1,016 qram və 0,717 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,103 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq yuxarıda qeyd edilən polis əməkdaşları tərəfindən 10 mart 2021-ci il tarixdə saat 21:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 ünvanda yerləşən evə keçirilən baxış zamanı yataq otağında olan çarpayının altında döşəmənin üzərində 01 ədəd bükümdə külli miqdarda 2010 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitəsi istifadəçisidir və tutulmamışdan qabaq 11 ay ərzində narkotik vasitələrdən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, avtomobillərin yuyulması xidməti göstərmişdir. O, narkotik vasitələri Elvin adlı şəxsdən almışdır. O, Elvini də məhz işlədiyi yerdən tanımışdır. Belə ki, Elvin maşınını yudurtmaq üçün onun yanına gəlmişdir. Sonuncu dəfə də Elvindən narkotik vasitəni Yasamal rayonunda almış və həmin narkotik vasitənin çəkisi 2 qram olmuşdur. O, aldığı 2 qram narkotik vasitə olan heroinə görə Elvinə 50 manat pul vermişdir. Evdən tapılan 2012 qram narkotik vasitə isə ona aid deyildir. O, həmin bükümün evə necə və nə vaxt qoyulduğunu bilmir. O, düşünür ki, narkotik vasitəni polis əməkdaşları evə ilkin daxil olduğu zaman qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 mart 2021ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə ünvan 5 ünvanında yaşayan Elgün adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə və yaşadığı mənzildə saxlayaraq daşıması, narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid5, Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi Şahid1, əməliyyat müvəkkilləri Şahid3 və Ağayev Тərlan Firudin oğlundan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 6 ünvanında saxlanılıb 8-ci Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim olunmuş, bundan sonra Elgün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan palıd rəngli gödəkcənin iç hissəsində sol döş cibindən, sarı rəngli plastik qutunun içərisindən bir büküm şəffaf rəngli sellofana bükülmüş və iki büküm ağ rəngli sellofana bükülmüş vasitəni könüllü şəkildə masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 10 mart 2021-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Yasamal rayonunda “Sovetskiy” adlanan ərazidə Elvin adlı şəxsdən 50 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qoyularaq üzəri möhürlənərək iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan sonra Elgün Hsənovun üzərinə şəxsi axtarış aparılmış, lakin qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və baxış keçirilməsi zərurəti yarandığından sonuncunun yaşadığı ünvan 7 ünvanına axtarış və baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, Təqsirləndirilən şəxs, atası Əsəd Həsənovun və vəkilinin iştirakı ilə videoçəkiliş aparmaqla evdə axtarış və baxış keçirilməyə başlanılmışdır. Axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının sol yan hissəsində olan çarpayının alt hissəsində bir ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülüb qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs aşkar edilən həmin büküm barədə məlumatının olmadığını bildirmişdir. Mənzildə axtarış və baxış keçirilməsinə dair tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid5, Şahid3, Şahid2 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 10.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videodiskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki palıd rəngli gödəkçənin iç hissəsində sol döş cibindən, sarı rəngli plastik qutunun içərisindən bir büküm şəffaf rəngli sellofana bükülmüş və iki büküm ağ rəngli sellofana bükülmüş “kakos” adlanan, qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəni Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı Elvin adlı şəxsdən şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm şəffaf rəngli sellofana bükülmüş və iki büküm ağ rəngli sellofana bükülmüş "kokos" adlanan, qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32, 42). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 10.03.2021-ci il tarixli protokoldan görünür ki, 10 mart 2021ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, 27 saylı birmərtəbəli fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından giriş qapısının sol yan hissəsində yerləşən çarpayının altında bir ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilərək götürülmüş bükümdən məlumatı yoxdur. Büküm iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 40-42). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş USB yaddaş kartına baxış keçirilməsi haqqında 11.03.2021-ci il tarixli protokoldan görünür ki, USB yaddaş kartında olan fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, həmin faylda 2 ədəd videofayllar vardır. Həmin videogörüntüdə görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış ve götürmə istinaq hərəkəti aparılır. Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində olan qadağan olunmuş əşyanı təqdim etsin. O qəhvəyi rəngli qış gödəkçəsinin sol döş cibindən 3 bükümde olan heroinə oxşar tünd qəhvəyi rəngli maddə təqdim edir. Təhqiqatçı tərəfindən bükümə baxılan zaman görünür ki, 3 ədəd bükülüdə qəhvəyi rəngli maddə vardır. Müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin maddə narkotik vasitə olan heroindir (kakosdur). 2-ci videofaylda görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış və götürmə hərəkətləri keçirlir. Həmin mənzildə çarpayının altında bir ədəd qəhvəyi rəngdə büküm aşkar olunur. Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün nə olduğunu bilmir. Onun orada olması barədə məlumatı yoxdur (cild 1, iş vərəqi 62). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 11.03.2021-ci il tarixli, 6/998 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,370 qr, 10,016 qr, 0,717 qr, ümumi təmiz çəkisi 2,103 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərinə “vətəndaş Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar olunmuş...” yazısı olan bağlamadakı təmiz çəkisi 2010 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2012,103 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 47-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 31.05.2021-ci il tarixli, 1653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 1-2). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 13.04.2021-ci il tarixli, 3077 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstaxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 197). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12.03.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Şahid2 istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 81-83) İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12.03.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Şahid3 istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 84-86). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Şahid4 istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 237-241). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08.06.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Elnur Ağayev ifadəsində qeyd etdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 3, iş vərəqi 8-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs götürülmüş mobil telefon aparatına baxış keçirilməsi haqqında 09.04.2021-ci il tarixli protokoldan görünür ki, telefon aparatının təsviri kodu yoxdur. Telefon aparatı açılaraq zəng bölməsində *#06# kodu daxil edildikdə telefonun **********1363 MEİD kodlu, **********28461 və **********28479 İMEİ kodlu olması müəyyən olundu. Telefon aparatına *666# yes kodu daxil edilməklə həmin mobil telefon aparatı üzərində 994-55-912-16-65 nömrəsi müəyyən olundu. Bundan sonra telefon aparatının yaddaşında “Əlaqələr” başlıqlı telefon kitabçasının bölümündə iş üçün əhəmiyyət kəsb edən "Maga" +98-***-***-**- ** nömrə və adın mövcud olması müəyyən olundu. Bundan sonra telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma sistemi bölümündə iş üçün əhəmiyyət kəsb edən "Qardasim" başlıqlı +7-915-425-75 75" nömrədən buraxılmış zənglər daxil olması aşkarlandı. Bundan sonra telefon aparatının "Foto şəkillər" bölməsində üzərində "FARİD MAMMADLİ" yazısı, 4169-7414-3192-1749 nömrəsi olan "Kapital Bank" AS-yə aid hesab kartlı və üzərində "ELNUR AGHAYEV" yazısı, 5522-0993-1305 9255 nömrəsi olan "xxxx" ASC-yə aid bank hesabı kartının foto şəkillərinin olması müəyyən olundu (cild 1, iş vərəqi 178). İşdə olan maddi sübut hesab etmə haqqında 06.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2011,753 qram heroin maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 159-160, 176). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 08.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd 8 GB həcmli yaddaş kartı, Təqsirləndirilən şəxs götürülmüş bir adad “Meizu” markalı, “M811H” modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, yaddaş kartının iş materiallarına əlavə edildiyi nəzərə alınmış, mobil telefon saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 3, iş vərəqi 12- 31, 66). İşdə olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında 08.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini etdiyi mənbəni müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 3, iş vərəqi 35-36). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Goranboy Rayon Məhkəməsinin 1(045)-52/2016 nömrəli, 05.04.2016-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 100- 102, 147-149). İşdə olan Goranboy rayon İcra və probasiya şöbəsinin 28/2021 nömrəli məktubundan və Goranboy Rayon Məhkəməsinin 1(045)-40/2016 saylı, 29.07.2016-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə cəzasına məhkum edilmiş Həsənov X6 Rayon Məhkəməsinin 7(045)-40/2016, 29.07.2016-cı il tarixli qərarı ilə cəzadan azad edilmiş və məhkumluğu olmayan hesab edilmişdir (cild 2, iş vərəqi 124-125). İşdə olan Göranboy rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən və pasport surətindən görünür ki, Həsənov X1 ictimaiyyət içərisində hörmət qazanıb, işgüzarlığı ilə seçilir və icra nümayəndəliyinə barəsində heç bir şikayət daxil olmamışdır. Himayəsində 31.07.2015-ci il təvəllüdlü X5 adında azyaşlı uşağı vardır (cild 2, iş vərəqi 152, 164). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, üzərindən aşkar edilmiş narkotik vasitəni isə satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 mart 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 91-93). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2011,753 qram heroin məhv edilməli, bir ədəd “Meizu” markalı, “M811H” modelli mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Digər maddi sübut, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd 8 GB həcmli yaddaş kartı iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2011,753 qram heroin məhv edilsin; - Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd “Meizu” markalı, “M811H” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın; - şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd 8 GB həcmli yaddaş kartı iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1293/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1293/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver