Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1293/2024 26.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı Şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nizaməddin qızı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Göyçay rayonu Hacalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanliq etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən “Xəngəl" adlı kafedə müştəri qismində olan zaman digər müştəri Zərərçəkmiş şəxs kafedə söyüşlə danışması səbəbindən sonuncunu söhbət etmək üçün kafedən bayıra çağırıb həmin ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının arxa tərəfina apararaq orada Zərərçəkmiş şəxs kafedə söyüşlə danışmasını cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai yer hesab olunan küçədə səs-küy salıb Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncunun ünvanına nalayiq ifadələr işlədib üzərində olan, təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid dalağın və diafraqmanın zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı-orta 1/3-nin arxa səthində 03 (üç) ədəd, aşağı 1/3-nin ön-iç səthində 01 (bir) ədəd və sol əlin baş barmağının arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları və sol diz nahiyəsinin sıyrığından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqla qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, evinin yanında olan kafedə pivə içmişdir. 3 nəfər şəxs gəlmiş və oturmaq üçün icazə almışlar. Mirhakim kiməsə söyüş söymüş və o Mirhakimə söyüş söyməməsini xahiş etmişdir. Belə ki, Mirhakimlə birgə gələn oğlanlar toydan gəldiklərini bildirmişlər və onlar təzədən oturub pivə içmişlər. Bir az keçdikdən sonra siqaret çəkmək üçün çölə çıxmışlar. Onlar çölə dalaşmaq məqsədilə çıxmamışlar. Mirhakim yenə söyüş söymüşdür. O, Kamala getmələrini bildirmişdir. Mirhakim ona kəllə atmış və onun burnundan qan açılmışdır. O Mirhakimi tutmaq üçün arxasınca qaçmışdır. Mirhakim ikinci dəfə ona kəllə atanda artıq o köhnə bir maşına yıxılmışdır. Onlar bir-biri ilə dalaşmışlar. Onların heç birində bıçaq olmamışdır. Maşının yanında o bıçaq götürmüş və sonradan bıçaq əlindən düşmüşdür. O, arxaya çəkiləndə Mirhakim onun üstünə gəlmişdir. Bıçaq onun ayağına girmişdir. Ancaq hadisənin necə baş verdiyini xatırlamır. Sonra Kamal gəlmiş və Mirhakimi tutmuşdur. Odur ki, əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o əvvəllər Mirhakimi tanımamışdır. Mirhakimgil sonradan onun masasına əyləşmişlər. Mirhakim çölə çıxmış və siqaret çəkmələrini təklif etmişdir. Məhbubə mətbəxdə yemək bişirəndir. Onların Məhbubə ilə qeyri-rəsmi münasibətləri olmuşdur. Məhbubənin uşağı olduğuna görə o, Məhbubəyə köməklik edir. Mirhakimin söydüyü söyüşü Məhbubə eşitməmişdir. Belə ki, Məhbubə həmin vaxt içəridə olmuşdur. O, çölə dava etmək məqsədilə çıxmamışdır. Mirhakim və onunla birgə Kamal və Nəriman da çölə çıxmışdır. Lakin Kamal və Nəriman sonradan içəri qayıtmışlar. Mirhakim içkili olduğu üçün o Mirhakimi söyməmişdir. Böyük ehtimalla görüntülər kameraya düşmüşdür. Bıçaq yerdə olmuşdur. Maşının kimə məxsus olduğunu bilmir. Bıçağa ilk olaraq o əl atmışdır. Çünki ondan durmadan qan axırmış. Mirhakimi əvvəl yerə yıxmışdır. Mirhakim onu yumruqla vurduğu üçün bıçaq əlindən düşmüşdür. Bıçağı özünü qorumaq üçün götürmüşdür. Saatın neçə olduğunu xatırlamır. Belə ki, hava qaranlıq olmuşdur. Maşınlar onlara siqnal verirmişlər. Məhbubə gələn zaman o qan içində olmuş və Məhbubə onu aparmışdır. Mirhakimi neçə dəfə və hansı nahiyyələrindən bıçaqla vurduğunu xatırlamır. Ayağındakı xəsarətlərin Mirhakimi vurduqdan əvvəl ya sonra yarandığını xatırlamır. Mirhakimlə əlbəyaxa davaları 5-10 dəqiqə çəkmişdir. Hadisə vaxt özü də çox qan itirmişdir. Bıçağı ilk olaraq o götürmüşdür. Çölə çıxmalarına səbəb yalnız siqaret çəkmək olmuşdur. Mirhakimin söyüş söymə səbəbini bilmir. O, Mirhakimi qəsdən bıçaqla vurmamışdır. O Mirhakimə yalvarmışdır ki, geri qayıtsınlar. Onun belində bıçaq olmamışdır. Hadisə zamanı burnuna, üzünə və ayağına xəsarət dəymişdir. Ayağındakı bıçaq xəsarəti ola bilər. Mirhakimin əlində bıçaq olanda ona dəymişdir. Mirhakim əvvəlcə ona kəllə zərbəsi vurmuş, daha sonra ayağına bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Mirhakimlə heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Ailəsində olan problemlərə görə onun hazırda rəsmi nigahı pozulmaq üzrədir. Məhbubə adlı xanımı təxminən 3 ay müddətdir ki, tanıyır. Həmin xanımı qeydiyyatda olduğu Göyçay rayonundan tanıyır. Tanışlıq müddətində Məhbubə ona bildirmişdir ki, maddi sıxıntıları vardır. Bu səbəbdən o, təxminən 20 gün bundan öncə Bakı şəhərinə gəlməsinə köməklik edərək Məhbubəni Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən “Xəngəl” kafesində afisiant kimi işə düzəltmişdir. Həmin kafenin yaxınlığında Məhbubəyə kirayə mənzil də tutmuşdur. 16 iyul 2023-cü il tarixdə, axşam saat 22 radələrində o, işdən çıxaraq həmin kafeyə getmişdir. Kafenin girişindən sol tərəfdə birinci masada əyləşmiş və özünə 1 bakal spirtli içki olan pivə və noxud sifariş etmişdir. Həmin bir bakal pivəni içdikdən sonra ikinci bakal pivəni sifariş etmişdir. Bu zaman əvvəllər üzdən tanıdığı, sonradan adının Kamal olduğunu bildiyi şəxs yanında iki nəfər tanımadığı şəxslə kafeyə gəlmişlər. Kafedə masalar müştəri ilə dolu olduğundan onların əyləşməsi üçün boş masa olmadığından Kamal onunla əl ilə salamlaşaraq onun əyləşdiyi masada əyləşmişlər. Kamal iki bakal spirtli içki olan pivə və günəbaxan tumu sifariş etmişdir. Afisiant onların sifarişlərini gətirmişdir. Söhbət əsanasında Kamal bildirmişdir ki, toydan gəlirlər və çox miqdarda spirtli içki olan araq qəbul ediblər. Həmin vaxt Kamalın istifadəsində olan mobil telefona kimsə zəng etmiş və Kamal həmin şəxslə mobil telefonla danışaraq kafedən bayıra çıxmışdır. Bir qədər sonra yenidən masaya qayıdıb əyləşmişdir. Kamal ilə birlikdə gələn Mirhakim Kamaldan kimin zəng etdiyini soruşmuşdur. Kamal hazırda xatırlamadığı bir nəfərin adını çəkmiş, həmin vaxt Mirhakim Kamala zəng etmiş şəxsin ünvanına nəlaiq ifadələrlə, küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxt onlarla birlikdə gəlmiş sonradan adının Nəriman olduğunu öyrəndiyi şəxs sakit oturaraq olan söhbətə qulaq asmışdır. O, Mirhakimə söyüş söyməməsini bildirdikdə Mirhakim ona “sən sox içivə” ifadəsini işlətmişdir. Həmin vaxt Kamal Mirhakimə ona dediyi ifadəyə görə irad bildirmiş və ona fikir verməməyi işarə etmişdir. Mirhakim sakitləşmişdir. Bir neçə dəqiqədən sonra Mirhakim ona “gəl bayıra çıxaq” ifadəsini işlətmişdir. O, masadan siqaretini və alışqanını götürmüşdür. Bu zaman Kamal Mirhakimə “ayıbdı, içkilisən” ifadələrini işlətmişdir. Mirhakim Kamalın sözlərinə məhəl qoymamış və bayıra dəvət etmişdir. O, Mirhakimlə birlikdə kafedən bayıra çıxmışdır. Kafenin qarşısında o, Mirhakimə “qardaş içkilisən, ayıbdı, gedək pivəmizi içək” ifadələrini söyləmişdir. Mirhakim kafedən biraz uzaqlaşmağı və hava almağı təklif etmişdir. Kafedən təxminən 20-25 metr uzaqlaşaraq heç kimin olmadığı qaranlıq bir yerə getmişlər. Orada Mirhakim onunla üzbəüz dayanaraq onun ünvanına söyüş söyərək baş zərbəsi ilə birinci burun nahiyəsinə, ikinci dəfə baş zərbəsi ilə dodaq nahiyəsinə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən o, yerə, yəni asvalt örtüyünün üzərinə yıxılmış və sağ qolunun dirsək nahiyəsindən xəsarət almışdır. O, ayağa duraraq Mirhakimə təpik zərbəsi atmışdır. Bu zaman Mirhakim sağ əli ilə belindən bıçaq çıxararaq onun sağ ayağının bud hissəsindən bir dəfə zərbə endirmişdir. O, arxaya getmişdir. Mirhakimin ayağı büdrəmiş və Mirhakimin əlindən bıçaq düşmüşdür. O, tez bıçağı götürmüş və uzaqlaşdırmaq üçün Mirhakimə tərəf zərbə endirmişdir. Mirhakim ona yumruq və ayaq zərbələri endirdiyindən bıçaq əlindən düşmüşdür. Bıçaq əlindən düşdüyündən o, Mirhakimin zərbələrindən qorunmaq üçün yaxınlıqdakı avtomobilin başına dövrə vurmuşdur. Bu zaman Mirhakim yerdən bıçağı götürmüş və yenidən onun arxasınca qaçmağa başlamışdır. Kamal və Nəriman ora yaxınlaşaraq Kamal Mirhakimi qucaqlamış və sakitləşdirməyə çalışmışdır. Bu zaman Mirhakim Kamala “burax məni onu ürəyindən bıçaqlayacam” ifadələrini işlətmişdir. O, Mirhakimin onu öldürəcəyindən qorxaraq oradan uzaqlaşmış və kafenin qarşısına gəlmişdir. Kefeni işlədən Rəhim sifət və ayağından qan gəldiyini görüb ona bildirmişdir ki, «get həkimə müracit elə». Məhbubə onu yaxınlıqda yaşayan xalasıgilə aparmışdır. Xalası Reyhanın yaşadığı mənzildə o, əl üzünü yuyaraq ayağını bintlə bağlamışdır. Həmin vaxt xalasına bildirmişdir ki, «məni bıçaqlayıblar». Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mirhakim afisiant xanımın ünvanına yox Kamalın mobil telefonla danışdığı şəxsin ünvanına söyüş söymüşdür. Buna görə də masada söyüş söyməməsini bildirmişdir. Baş vermiş hadisənin şahidi ilk əvvəl ətrafda heç kim olmamışdır. Lakin sonradan yəni mübahisənin sonunda Nəriman və Kamal olmuşdur. O, xəsarət almışdır. Bu xəsarətləri ona Mirhakim yetirmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt o, həyacanlı olduğundan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Hadisə təxminən saat 23 radələrində baş vermişdir. (Cild 1, iş vərəqə 249-252). Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində yazılanların çoxu düz deyil. Baş verən hadisənin Məhbubə ilə əlaqəsi yoxdur. Bıçağı maşının baqajının üstündən götürmüşdür. Bıçağın ayağına hansı formada girdiyini bilmir. Həmin vaxt özündə olmamışdır. O öz-özünə bıçaq vura bilməz. O, geri çəkildikcə Mirhakim onun üstünə gəlmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o, toydan çıxıb gecə saat 00 radələrində kafeyə gəlmişdir. O, ofisant qızdan pivə istəmiş və həmin ofsiantın üstünə qışqıranda Oruc ofisiantı müdafiə etmişdir. Bundan sonra Oruc və o çölə çıxmışlar. Oruc onu kürəyindən bıçaqla vurmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verənədək Orucu tanımamışdır. Ofisant xanım Orucun birlikdə yaşadığı qadın olmuşdur. Çölə çıxmağı ilk olaraq o təklif etmişdir. Onlar Orucla çölə çıxmış və bir az söhbət etmişlər. Təxminən 5-6 dəqiqə vaxt keçəndən sonra Oruc bıçaq çıxarmışdır. Orucla mübahisə çöldə də davam etmişdir. Onun üzərində bıçaq olmamışdır. Ona 04 (dörd) ədəd bıçaq zərbəsi vurulmuşdur. Həmin bıçaq zərbələri onun kürəyindən, qolundan və əlindən vurulmuşdur. Oruc bıçağı belindən çıxarımışdır. O, Oruca kəllə vurmuşdur. O, bıçağı ələ keçirməmişdir. Orucun əlində bıçaq var imiş və Oruc onun arxasınca düşmüşdür. Bıçaq Orucun əlindən düşəndən sonra Oruc onu bıçaqla vurduğu üçün Orucu döymək məqsədilə Orucun arxasınca düşmüşdür. Onları Kənan ayırmış, Nəriman isə sonradan gəlmişdir. O, kafedə söyüş söymüşdür. Oruc onu qıza görə vurmuşdur. O, çöldə söyüş söyməmişdir. Orucun onu söyüb-söymədiyini xatırlamır. O, bıçaqlanandan sonra Oruca kəllə vurmuşdur. Orucla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Orucu çölə çıxarmağına səbəb kafedə başqa insanların olması olmuşdur. Onlar Orucla eyni masada əyləşmişdirlər. O, sərxoş olduğu üçün bəzi nüansları xatırlamır. Orucun əlindən bıçağın yerə düşüb-düşməməsini xatırlamır. Orucun əlindən bıçağı bir dəfə almaq istəmiş, həmin vaxt Kamal bıçağı Orucdan alaraq kənara atmışdır. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Babək prospektində yerləşən “maşın bazarında” əlvan metal alıb sataraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə onunla eyni bazarda çalışan Qiyas adlı şəxsin övladının kiçik toy məclisi olduğundan iş yoldaşı Kamal ilə birlikdə həmin toy məclisinə getmişdirlər. Toy məclisində o təxminən 300 qram spirtli içki olan araq qəbul etmişdir. Kamal ona işi olduğunu bildirərək saat 21 radələrində toy məclisini tərk edib getmişdir. Gedərkən ona bildirmişdir ki, 1-2 saata işlərini yekunlaşdıracaq və onlar birlikdə “xəngəl” kafesinədə pivə içəcəkdirlər. Təxminən saat 22 radələrində Kamal onunla əlaqə saxlayaraq işlərini bitirdiyini deyib onu “Xəngəl” kafesinə dəvət etmişdir. O, toy məclisindən çıxaraq həmin kafeyə getmişdir. Kafenin qarşısında Kamal və Nəriman ilə görüşərək kafeyə daxil olmuşdurlar. Kafedə masalar dolu olduğundan kafenin giriş qapısından sağda olan birinci masada əyləşmişdirlər. Həmin masada bir nəfər üzdən tanıdığı şəxs də əyləşmişdir. O və Kamal hərəsinə 1 bakal spirtli içki olan pivə və günəbaxan tumu sifariş etmişdirlər. Həmin masada əyləşmiş şəxs də pivə içirmiş. Kafedə afisant işləyən xanım onların sifarişlərini gətirmişdir. O, öz pivəsini içmişdir və afisanta “tez ol bir dənə pivə gətir” demişdir. Həmin şəxs yəni onların masasında əyləşmiş şəxs ona “niyə qışqırırsan” ifadəsini işlətmişdir. O, həmin şəxsə ona heç bir aidiyyəti olmadığını dedikdə, həmin şəxs ona həmin afisiantın yaşadığı qadın olmasını bildirmişdir. O, isə həmin şəxsə yaşadığın qadını apar yanında saxla ifadəsini işlətmişdir. Həmin şəxs onu kafedən bayıra söhbət etmək üçün çağırmışdır. O, onunla birlikdə kafedən bayıra çıxmışdır. Kamal və Nəriman isə kafedə qalmışdır. O, həmin şəxslə kafedən təxminən 15-20 metr uzaqlaşdırmışdır. Həmin şəxs sağ əli ilə belindən bıçaq çıxardaraq ona bir neçə dəfə bədəninin müxtəlif nahiyyələrinə zərbə endirmişdir. O, bıçağı onun əlindən almışdır. Həmin vaxt sol əlinin barmaqlarından xəsarət almışdır. Bıçaq onun əlində olduqda həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Kamal və Nəriman ona yaxınlaşaraq onu Nərimanın avtomobili ilə Sabunçu xəstəxanasına gətirmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 16 iyul 2023-cü il tarixdə saat 23 radələrində Babək prospektində “Xəngəl” kafenin yaxınlığında baş vermişdir. Hadisənin şahidlərinin kim olmasına fikir verməmişdir və ona bıçaqla xəsarət yetirən şəxsin kimliyi barədə heç bir söz deyə bilmir. Araşdırma zamanı verdiyi əlavə ifadəsində bildirmişdir ki, istintaqa ilkin ifadəsində nə dediyini xatırlamır. Çünki həmin vaxt o, cərrahiyə əməliyyatından çıxdığı üçün və həmin əməliyyat zamanı ona narkoz verildiyi üçün nə danışdığını bilməmişdir. O, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 7 il müddətdir ki, Babək prospektində yerləşən “maşın bazarında” əlvan metal alıb sataraq maddi tələbatlarını qarşılayır. Kamal və Nəriman adlı şəxsləri təxminən 5 il müddətdir ki, tanıyır. Həmin şəxslər onun işlədiyi bazarda avtomobil ehtiyat hissələri satır. Oruc adlı şəxsi əvvəllər tanımamış, heç bir düşmənçiliyi ədavəti olmamışdır. 16 iyul 2023-cü il tarixdə onlarla bazarda çalışan Qiyas adlı şəxsin oğlunun kiçik toy məclisi olmuşdur. Qiyas bazarda çalışan şəxsləri o cümlədən onu və Kamalı da həmin toya çağırmışdır. Onlar hər ikisi həmin toyda iştirak etmişlər. O və Kamal həmin toyda bir qədər spirtli içki olan araq qəbul etmişlər. Kamalın işləri olduğundan təxminən saat 21 radələrində həmin toydan getmişdir. Saat təxminən 22 radələrində Kamal özünə məxsus mobil telefon vasitəsi ilə onunla əlaqə saxlamış və Kamalın yaşadığı ünvanın yaxınlığında olan “Xəngəl Kafesinə” spirtli içki olan pivə içməyə çağırmışdır. O, Kamal ilə razılaşmış və həmin kafeyə getmişdir. O, kafenin qarşısında Kamal və Nəriman ilə görüşmüş, hər üçü kafenin giriş qapından daxil olaraq kafenin girşindən sağ tərəfdə olan masada əyləşmişlər. Həmin vaxt kafedə bütün masalar dolu olduğundan onlarla bir masada Kamalın tanıdığı bir nəfər şəxs əyləşmişdir. Onlar həmin şəxslə salamlaşmışlar. Sonra isə kafedə afisant işləyən xanımdan uca səs tonundan pivə və müxtəlif məzələr istəmişdir. Həmin vaxt masada əyləşmiş sonradan adının Oruc olduğunu bildiyi şəxs ona “nə qışqırırsan qızın üstünə” demişdir. O, Oruca “sənlik deyil” ifadəsini işlətmişdir. Bundan sonra Oruc “necə yəni mənlik deyil, o mənim saxladığım qızdır və sən onunla normal danışmalısan, vapşe nə deyirsən gəl çıxaq çölə” demişdir. O, Orucla razılaşmış və Orucla birlikdə kafedən bayıra çıxmışdır. Bu zaman Kamal onların arxasınca gələrək onları kafeyə çağırmışdır. Oruc Kamala «söhbət edib gəlirik narahat olma» demişdir. Bundan sonra onlar danışa danışa bir qədər kafedən uzaqlaşmışlar. Danışıq zamanı Oruc demişdir ki, həmin afisiant xanım saxladığıdı və o, səhv edib qızın üstünə səsini ucaltmışdır. O, Oruca bildirmişdir ki, «bura kafedi və mən içkiliyəm, həmin xanımın da kim olmasından məlumatsızam». Belə danışa danışa Orucla qaranlıq və ağac olan yerə gəlmişlər. Qaranlıq yerə çatdıqda Oruc ona ağır söyüşlər söymüş və qəfildən sağ əli ilə belindən bıçaq çıxardaraq onun sol qolundan vurmuş, o, qaçaraq yaxınlıqda park edilmiş avtomobilin başına dolanmağa başlamışdır. Oruc da onu arxasınca qaçmışdır. Oruc arxasınca qaça-qaça ona üç bıçaq zərbəsi endirmişdir. O, geriyə dönüb əlindən bıçağı almaq istəmişdir. Həmin vaxt bıçaq əlini kəsmişdir. Bundan sonra o, başı ilə Orucun sifətindən zərbə endirmiş və yenidən qaçmışdır. Bu zaman Kamal onlara yaxınlaşaraq Orucu tutmuş və əlindən bıçağı alaraq atmışdır. Həmin vaxt Orucun kafedə olan afisiant qız da ora yaxınlaşmışdır. Qız Orucu tutaraq aparmışdır. Kamal isə Nərimanı çağırmış və onu xəstəxanaya aparmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 16 iyul 2023-cü il tarixdə Babək prospektində yerləşən “Xəngəl” kafesinin yaxınlığında baş vermişdir. Hadisənin səbəbi yuxarıdada qeyd etdiyi kimi, onu bayıra Oruc çağırmışdır və kafedə olan afsiantdan uca səslə pivə istədiyi üçün olmuşdur. Baş vermiş hadisənin şahidi ilk əvvəl heç kim olmamışdır. O xəsarət aldıqdan sonra isə Kamal və afisinat qız olmuşdur. Hadisənin təxminən 15-20 dəqiqə davam etməsini bildirmişdir. Təqsirləndirilən şəxs yalan danışdığını, o, sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs əvvəllər də müxtəlif cinayət hadisələri törətmişdir və onun belə bir ifadə verməsi normaldır. Lakin baş vermiş hadisə yuxarıda da onun qeyd etdiyi kimi olmuşdur. O, üzərində bıçaq gəzdirmir. O, maşın bazarında fəhləçilik edib maddi gəlir əldə edib ailəsini dolandırır. Onun həyat yoldaşı vəfat edib. Hazırda himayəsində 12 yaşlı bir qızı var. Uşağa o baxır. Bıçaqla, cinayətlə onun əlaqəsi yoxdur və olmamışdır. O, Təqsirləndirilən şəxs onu bıçaqladıqdan sonra bir dəfə kəllə vurmuşdur. O da sadəcə onu öldürməməsi üçün vurmuşdur. Hadisə yerindən götürülmüş video görüntüdən görsənir ki, Təqsirləndirilən şəxs qovalamışdır. Bununla bağlı verilmiş suala cavabında bildirmişdir ki, o, onu qovalamamışdır, Təqsirləndirilən şəxs onu qovalamışdır. Bıçaq alması və Təqsirləndirilən şəxs xəsarət yetirməsi barədə verilmiş suala cavabında bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əlindən bıçaq almamışdır. Təqsirləndirilən şəxs söyüş söydükdən sonra davanın baş verməsi barədə verilmiş sualın cavabında bildirmişdir ki, bəli o, həmin vaxt içkili olmuşdur və ona görə də o, Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüş söymüşdür. O, Təqsirləndirilən şəxs ayaq nahiyyəsində olan xəsarəti Şahid5 ondan bıçağı alan zaman xəsarət almasını bildirmişdir. O, Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 189-193) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Zərərçəkmiş şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Orucun onu və ya onun Orucu çölə çağırmasını xatırlamır. Oruca valideyn barədə nalayiq sözlər işlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, hadisə günü gecə saatlarında Oruc onlara gəlmişdir. O, Orucun üz-gözünün əzilmiş olduğunu, eyni zamanda qan ləkələrinin olduğunu görmüşdür. O, Orucdan nə baş verdiyini soruşduqda, Oruc ağlamağa başlamışdır. Oruc əvvəlcə döyüldüyünü demişdir. Daha sonra isə bir nəfərlə dava-dalaş etdiyini bildirmiş və oğlanın öləcəyini demişdir. Oruc bir az sonra çıxıb getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Oruc kimisə bıçaqla vurduğunu deməmişdir. Orucun üzündə, sinəsində və ayağında qan izləri görmüşdür. Oruc bıçaqla xəsarət aldığı barədə bir şey deməmişdir. Şahid4 məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Şəhlanın övladıdır. Oruc günü 25 manata fəhlə işləyərək öz maddi tələbatlarını ödəmişdir. Oruc özü Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev adına vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş parkın yaxınlığında kirayə yaşamışdır. Arabir onların yaşadığı mənzilə gəlirmiş. 16 iyul 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində o, yaşadığı mənzildə olan zaman Oruc onun yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt Orucun sifət nahiyəsi qan olmuşdur. Oruc mənzildə olan kresloda əyləşmiş və bildirdi ki, «kafedə əyləşən zaman mübahisəsi düşüb və o həmin şəxsi bıçaqla vurub, mübahisə etdiyi şəxsdə onu bıçaqla vurmuşdur». Bundan sonra Orucun halı pisləşdi, o, Oruca “karvalol” dərmanı vermişdir. Təxminən 30 dəqiqə onun yaşadığı mənzildə qaldıqdan sonra Oruc yaşadığı mənzilə getmişdir. Bundan bir gün sonra ona məlum olmuşdur ki, Oruc polis tərəfindən saxlanılmışdır. (cild 1, iş vərəqə 214-216) Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, onlar kafedə oturmuşlar. Mirhakim içkili vəziyyətdə olmuşdur. Mirhakim danışıq zamanı Oruca söyüş söymüşdür. Bu hal bir neçə dəfə təkrarlanmış və onlar Oruca Mirhakimə fikir verməməsini bildirmişlər. Daha sonra Mirhakim və Oruc çölə çıxmışlar. O Mirhakimlə Orucun yanlarına gedəndə ona birazdan gələcəkləri demişlər və o yenidən kafeyə qayıtmışdır. Daha sonra Mirhakim və Orucun dava etdiyini eşitmiş və ayırmaq üçün aralarına girmişdir. Bu zaman onun üst başı qan olmuşdur. Mirhakim qaçırmış, Oruc da onun arxasınca qaçırmış. Mirhakim Oruca kəllə zərbəsi vurmuş və bu zərbədən Oruc yerə yıxılmışdır. Orucun əlində bıçaq olmuşdur. Mirhakim Orucun qolundan tutmuşdur. Oruc Mirhakimi bıçaqla vurmuşdur. O, bıçağı Orucun əlindən alıb kənara atmışdır. O, kafedə olan dostlardan birini çağırmış və Mirhakimi maşınla Sabunçu xəstəxanasına aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, birinci Mirhakim Orucu çölə danışmağa çağırmışdır. Stolda oturanda Mirhakim söyüş söydüyü üçün Oruc ona irad bildirmişdir. O, Orucla Mirhakimin çölə çıxmasına mane olmağa çalışmış, lakin ona birazdan gələcəklərini demişlər. Orucla Mirhakim çölə çıxdıqdan sonra 5 dəqiqə ərzində bir-iki dəfə çölə çıxıb qayıtmışdır. Sonuncu dəfə çölə çıxanda kafedən təxmini 20 metr aralıda dava etdiklərini görmüşdür. Həmin vaxt küçə yarı işıqlı olmuşdur. Ətrafda çox adam olmamış, bir yaşlı qadın və bir cavan oğlan yanlarından keçirmiş. Dava etdikləri yer yaşayış binalarına yaxın olmuşdur. Söyüşləri binada yaşayanlar tərəfindən eşidilirmiş. Mirhakimin kürəyində bıçaq xəsarətini görmüşdür. Mirhakim yaralı halda Oruca kəllə ilə vurmuş və Oruc yıxılmışdır. Mirhakim bıçağı almaq istəyəndə əli kəsilmişdir. Mirhakimin Orucun ayağına xəsarət yetirdiyini görməmişdir. Mirhakim onun iş yoldaşıdır. Mirhakim Orucu çölə çağırmışdır. Orucun üzərində bıçaq olduğunu görməmişdir. Mirhakimin Orucun arxasınca qaçmasının şahidi olmamışdır. Orucun yalnız üzündə olan xəsarəti görmüşdür. Bıçaq Orucun əlində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 6 il müddətdir ki, tanıyır. Belə ki, o, Xətai rayonu Babək prospektində yerləşən “maşın bazarında" nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satışı dükanında satıcı işləyir. Zərərçəkmiş şəxs həmin bazarda əlvan metal alışı ilə məşğul olur. 16 iyul 2023-cü il tarixdə onlarla bazarda çalışan Qiyas adlı şəxsin oğlunun kiçik toy məclisi olmuşdur. Qiyas bazarda çalışan şəxsləri o, cümlədən onu və Mirhakimi həmin toya çağırmışdı. Onlar hər ikisi həmin toyda iştirak etmişdir. O və Mirhakim həmin toyda bir qədər spirtli içki olan araq qəbul etmişdir. O, işləri olduğundan təxminən saat 21 radələrində həmin toydan getmişdir. İşlərini səhmana qoyaraq yaşadığı ünvana qayıdan zaman spirtli içki olan pivə içmək üçün yaşadığı ünvanın yaxınlığında olan “Xəngəl Kafesinə” getmək qərarına gəlmişdir. Bunda görə də onunla birlikdə həmin kafeyə getməsi üçün Mirhakim ilə əlaqə saxlamışdır. Mirhakim isə onunla birlikdə həmin kafeyə getməyə razılıq vermişdir. Bundan sonra o, tanışı Nərimana zəng etmişdir ki, gəlib onu Biləcəri qəsəbəsində özünə məxsus avtomobil ilə götürərək həmin kafeyə gətirsin. Təxminən saat 22 radələrində Nəriman özünə məxsus «KİA» markalı «ALVİA» modeli avtomobil ilə gəlib onu Biləcəri qəsəbəsindən götürmüş və onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Xəngəl” kafesinə gəlmişlər. Onlar kafenin qarşısında Mirhakim ilə görüşmüş və hər üçü kafenin giriş qapıdan daxil olaraq kafenin girişindən sağ tərəfdə olan masada əyləşmişlər. Həmin vaxt kafedə bütün masalar dolu olduğundan onlarla bir masada əvvəllər üzdən tanıdığı lakin anket məlumatları barəsində heç bir məlumatı olmayan bir nəfər şəxs əyləşmişdir. Onlar həmin şəxslə salamlaşmışlar. Sonra isə kafedə afisant işləyən xanım da ona və Mirhakimə hərəsinə bir bakal spirtli içki olan pivə, günəbaxan tumu gətirməsini sifariş etmişlər. Ofisant xanım onların sifarişlərini gətirmişdir. Mirhakim həddindən çox spirtli içki qəbul etdiyindən həmin xanımla nalayiq ifadələrlə danışmışdır. Onlarla eyni masada əyləşmiş şəxs Mirhakimin bu hərəkətlərinə dözməyərək Mirhakimə nalayiq ifadələr işlətməməsini irad bildirmişdir. Həmin şəxsin bu iradına Mirhakim “söyüş söyürəm əccəb edirəm, gəl çıxaq bayıra görüm sən nə deyirsən” ifadəsini işlətmişdir. Onlar həmin şəxsləri sakitləşdiməyə çalışsalar da həmin şəxslər onlara məhəl qoymamış və kafedən bayıra çıxmışlar. O, həmin şəxslərin arxası ilə bayıra çıxmışdır. Onlar kafenin girişində söhbət etmişlər. O, onları yenidən masaya çağıraraq mübahisələrinin yersiz olduğunu demişdir. Həmin şəxs bildirmişdir ki, «Mirhakim həmin şəxsdən üzür istəyib və onlar barışıblar, bir qədər söhbət edib gələcəklər». O, həmin şəxslərə inanmış və yenidən əyləşdikləri masaya getmişlər. Təxminən 5 dəqiqə sonra Mirhakim və həmin şəxs gəlmədiyini görüb yenidən bayıra çıxmışdır. Kafenin giriş qapısından təxminən 20-30 metr aralıda Mirhakim və həmin şəxsin yəni Orucun yaxa yaxaya tutduqlarını görmüşdür. O, ora getdikdə Orucun əlində bıçaq olmuşdur. O, onlara çatan kimi onların arasında girmiş və onları aralaşdırmaq istəmişdir. Həmin vaxt Mirhakim Oruca «var-yox» söyüşü söymüşdür. Bu zaman Oruc bıçaqla Mirhakimi vurmaq istəmişdir. Həmin vaxtı Mirhakim qaçmağa başlamışdır. Oruc isə əlində bıçaqla Mirhakimi qovalamış və əlində bıçaqla vurmuşdur. O, Mirhakimi tutmuşdur ki onları aralaşdırsın. Bu zaman Oruc da onlara yaxınlaşmışdır. O, onların ikisinin arasında qalmışdır. Mirhakim ona demişdir ki, «burax məni». O isə Mirhakimin dalaşmaması üçün buraxmamışdır. Bu zaman Mirhakim başı ilə onun alın nahiyyəsindən vurub demişdir ki, «sənə demirəm burax məni». Zərbənin təsirindən o, səndəlləmiş və dizini yerə qoymuşdur. O, ayağa qalxdıqda isə görmüşdür ki, Mirhakim Orucu yerə yıxıb kəllə ilə sifət nahiyyəsindən bir necə dəfə vurmuşdur. Həmin vaxtı Orucun əlində bıçaq olmuş və Mirhakim Orucun biləyindən tutmuşdur. O, Orucun əlindən bıçağı alıb kənara atmışdır. Bundan sonra Mirhakim qaldırıb kənara çəkmişdir. Orucu ayağa qaldıraraq kafeyə sarı göndərmişdir. Mirhakimi soyundurub əynində olan kofdanı çıxartmış, yarasının üzərinə basmış və Nərimanı səsləmişdir. Nəriman kafedən bayıra çıxaraq onlara yaxınlaşmışdır. Nəriman və o, Mirhakimi Nərimana məxsus avtomobilin arxa oturacağına əyləşdirərək Sabunçu rayon xəstəxanasına aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona bıçaqla xəsarət yetirmiş şəxs arasında mübahisə Mirhakimin afisiant xanımla nəlaiq ifadələrlə danışması olmuşdur. Baş vermiş hadisənin şahidi o və Nəriman olmuşdur. Hadisə zamanı xeyir, mən o, xəsarət almamışdır. Hadisə təxminən 15- 20 dəqiqə davam etmişdir. Həmin vaxt o, həyacanlı olduğundan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Hadisə zamanı bir nəfər qoca arvad olmuşdur və həmin qadın onlara deyirmiş ki, bir birinizi qırmayın, sonradan bir nəfər də oğlan gəlmişdi və deyirmiş ki, burda ailə yaşayır söyüş söyməyin. Lakin kənardan dayanıb insanlar baxırlarmış. Hadisəyə isə heç kim müdaxilə etməmişdir. Hadisəyə təkcə o müdaxilə etmiş və aralamağa çalışmışdır. Lakin kənarda dayanan şəxslərdən heç kim hadisəyə müdaxilə etməmişdir. Kafedə olan zaman Mirhakim içkili olmuşdur və Oruca nalayiq söyüş söymüşdür. Həmçinin də dava zamanı Mirhakim Oruca nalayiq söyüş yəni “var yox” söyüşü söymüşdür. Oruc bundan sonra onu bıçaqla qovalayırdı, onu bıçaqla vurmuşdur. Onun xəsarəti olmadığından o, məhkəmə tibbi ekspertizadan keçməkdən imtina edir. Həmçinin də onun Mirhakimdən heç bir şikayət və tələbi yoxdur. Kafedən çölə çıxmağı Oruca Mirhakim təklif etmişdir. O, bıçağın kimin harasından çıxarmasını görməmişdir.Lakin onlara yaxınlaşdıqda onlar bir birinin yaxasından tutmuşdu. Həmin vaxtdı da Orucun əlində bıçaq olmuşdur. Hadisə zamanı o, orada olan zaman Zərərçəkmiş şəxs bıçaqla Orucu vuraraq xəsarət yetirməsini görməmişdir. Ondan əvvəl hansısa hadisənin baş verməsini o, bilmir. Lakin onun xəsarət almasını da o, görməmişdir. (cild 1, iş vərəqə 204- 207) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, kafedə olan zaman Oruc və Mirhakim arasında söz-söhbət olmuş və hər ikisi çölə çıxmışlar. O, həmin vaxt telefonla oynayırmış, Orucla Mirhakimə fikir verməmişdir. Daha sonra Mirhakimin qışqırdığını eşitmişdir. Mirhakim “məni bıçaqladılar” deyirmiş. Daha sonra Kamal onu çağırmış və Mirhakimi avtomobilinə qoyaraq Sabunçu xəstəxanasına aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Kamalla 4-5 ildir ki, birlikdə işləyirlər. O, Orucu tanımır, Mirhakimi isə üzdən tanıyır. Söz-söhbətin Mirhakim və Orucun söyüş söyməsi üstündə başladığını eşitmişdir. O, kimin kimi çölə çağırdığını eşitməmişdir. Mirhakimin qışqırdığını eşidəndən sonra çölə çıxmış, lakin çölə çıxanda heç bir şey görməmişdir. Təkrar içəri qayıtdıqdan sonra Kamal onu çağırmışdır ki, Mirhakimi xəstəxanaya aparsınlar. İkinci dəfə çölə çıxanda Orucu görməmişdir. O, Mirhakimi kimin bıçaqladığını görməmişdir. Mirhakimin Orucun arxasınca qaçmasının şahidi olmamışdır. Orucun yalnız üzündə qan olmasını görmüşdür. Mirhakimin əlində olan bıçağın sonradan necə olmasını görməmişdir. Şahid2 məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, təxminən 1 il müddətdir ki, tanıyır. Şahid5 isə təxminən 4 il müddətdir ki, tanıyır. 16 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində Kamal özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Biləcəri qəsəbəsində olmasını bildirirək ondan xahiş etmişdir ki, onu Biləcəri qəsəbəsindən götürərək, Nizami rayonu ərazisində yerləşən metronun Xalqlar dostluğu stansiyasının yaxınlığındakı “Xəngəl” kafesinə aparsın. O, razılaşmış və gedib onu özünə məxsus KİA markalı ALVİA modelli avtomobil ilə götürüb Nizami rayonu Babək prospekti 85 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Xəngəl” kafesinə gətirmişdir. Onlar kafenin qarşısında Mirhakim ilə görüşmüş və hər üçü kafenin giriş qapısından daxil olaraq kafenin girişindən sağ tərəfdə olan masada əyləşmişdir. Həmin vaxt kafedə bütün masalar dolu olduğundan onlarla bir masada əvvəllər tanımadığı bir nəfər şəxs əyləşmişdir. Onlar həmin şəxslə salamlaşmışdır. Sonra isə kafedə afisant işləyən xanımdan Kamal və Mirhakimə hərəsinə 1 bakal spirtli içki olan pivə,günəbaxan tumu gətirməsini sifariş etmişdirlər. Afisant xanım Kamal və Mirhakimin sifarişlərini gətirmiş və çıxıb getmişdir. Mirhakim həmin vaxt sərxoş idi və uca səslə nalayiq söyüşlər söyürdü. Bu zaman Oruc ona iradını bildirmişdir. Oruc Mirhakimə bildirdi ki, onun münasibəti olan qızda burda işləyir, nalayiq söyüşlər söyməsin. Mirhakim həddindən çox spirtli içki qəbul etdiyindən nalayiq ifadələrlə danışırdı. Orucun bu iradına Mirhakim “söyüş söyürəm əccəb edirəm, gəl çıxaq bayıra görüm sən nə deyirsən” ifadəsini işlətmişdir. O, onları sakitləşdirməyə çalışsa da onlar onlara məhəl qoymamışlar və kafedən bayıra çıxmışdırlar. Bir qədər sonra isə Kamal onların arxası ilə bayıra çıxdı, o isə kafedə qalmışdır. O, çöldə onların səslərini eşidirmiş. Buna görə də o, bayıra çıxmışdır. O, ora getdikdə birinci heç bir söz eşitməmişdir. Daha sonra isə eşitdir ki, Mirhakim qışqırırdı ki, onu bıçaqladılar. Buna görə də o qaçaraq ora yaxınlaşmışdır. Kamal bayıra çıxdıqdan təxminən 5 dəqiqə sonra onu səsləmışdır. O, kafedən bayıra çıxaraq onlara yaxınlaşmışdır. Həmin vaxt Mirhakimin yerə yıxıldığını və Kamalın isə əli ilə onun belini tutduğunu görmüşdür. O və Kamal Mirhakimi ona məxsus avtomobilin arxa oturacağına əyləşdirirərək onu Sabunçu rayonunda olan xəstəxanaya aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə ona bıçaqla xəsarət yetirmiş şəxs arasında mübahisə Mirhakimin söyüşlə danışması olmuşdur. Baş vermiş hadisənin şahidi o və Kamal olmuşdur. Hadisə zamanı o, xəsarət almamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt o, həyəcanlı olduğundan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Hadisə zamanı Orucun sifət nahiyyəsində xəsarətin olmasını görmüşdür. O, Orucun başqa yerində xəsarət olmasını görməmişdir. O, Orucun ayaq nahiyyəsində xəsarət olmasını görməmişdir. Hadisənin baş verməsinə səbəb Mirhakimin kafedə nalayiq söyüşlər işlətməsi olmuşdur. O, Mirhakimin Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirməsini görməmişdir. O, Təqsirləndirilən şəxs əlində bıcağın olduğunu görməmişdir. O, ora getdikdə onlar bir birini qovalayırlarmış. O, etimal etmişdir ki, onların əlində bıçaq varmış. Lakin o, heç kimin əlində bıçaq görməmişdir. O, Kamalın onları aralamaq istədiyini görmüşdür. Sonradan onların əlində bıçaq görmədiyindən o, onlara yaxınlaşmışdır. Lakin reallıqda o, onlardan heç kimdə heç bir bıçaq görməmişdir. O, ağır yol nəqliyyat hadisəsi keçirmişdir, onun yaddaşında həmin hadisədən sonra problemlər yaranmışdır. O, əslində ora getdikdə heç kimin əlində bıçaq görməmişdir. O, ora getdikdə Mirhakim qışqırırdı ki, onu bıcaqlamışdırlar. Ola bilsin ki o, ikinci ifadəni verən zaman fikirini düzgün ifadə etməmişdir. O, ora getdikdə əslində heç kimin əlində bıçaq görməmişdir. Lakin onlar bir birinə səni öldürəcəm demişdir. O, da buna görə düşünmüşdür ki, ola bilsin onun əlində bıçaq olmuşdur. Lakin o bıçağı Mirhakimin və Orucun əlində görməmişdir. Əslində onun gördükləri onun ifadəsində göstərilənlərdən ibarətdir. (cild 1, iş vərəqə 201-203) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini tədiq edir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına, həmçinin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. 16 iyul 2023-cü il tarixdə saat 23:40 radələrində bibisi oğlu Mirrahim Həsənov özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişlər və hazırda Sabunçu rayon xəstəxanasındadır, ondan xahiş etmişdir ki, ora getsin. Bundan sonra o, Sabunçu rayon xəstəxanasına getmiş və bibisi oğlu Mirhakim barəsində maraqlanmışdır. Orada bildirmişlər ki, Mirhakimə bıçaqla xəsarət yetirmişlər və hazırda cərrahiyyə əməliyyatındadır. O, bu barədə Mirhakimin ailə üzvlərinə məlumat vermişdir. Bir qədər sonra Mirhakimin ailə üzvləri xəstəxanaya gəlmişlər. Mirhakimi xəstəxanaya gətirən tanışı ona məxsus «Honor» markalı mobil telefonu ona vermişdir ki, o, həmin mobil telefonu Mirhakimin ailə üzvlərinə vermişdir. O, mobil telefonu Mirhakimin atası Akif əmiyə vermişdir. (cild 1, iş vərəqə 24) Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına, həmçinin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 il müddətdir ki, tanıyır. Orucu da təxminən 3 ilə yaxındır ki, tanıyır. Oruc hadisə zamanı onun yanında işləyən Məhruba ilə münasibəti olmuşdur. O, təxminən 6 ilə yaxındır ki “Xəngəl Kafesini” işlədir. Həmin qız onun yanında işə yeni başlamışdır. 16 iyul 2023-cü il tarixdə saat 22 radələrində Oruc kafedə oturmuşdur. İçərisi dolu olduğundan Kamal və Nəriman adlı şəxslər də müştəri qismində kafeyə gəlmişlər. Kafe dolu olduğundan Kamal və Nəriman Orucun stolunda əyləşmişlər. Daha sonra isə Zərərçəkmiş şəxs kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs kafeyə gəldikdə sərxoş olmuşdur. Sonra isə kafedə afisant işləyən Məhrubədən pivə, günəbaxan tumu gətirməsini sifariş etmişdir. Məhrubə sifarişləri gətirmişdir. Mirhakim həddindən çox spirtli içki qəbul etdiyindən Məhrubəyə nalayiq ifadələrlə danışırmış. Həmin vaxtdı Oruc Mirhakimin bu hərəkətlərinə dözməyərək Mirhakimə nalayiq ifadələr işlətməməsini irad bildirmişdir. Orucun bu iradına Mirhakim “söyüş söyürəm əccəb edirəm, gəl çıxaq bayıra görüm sən nə deyirsən” ifadəsini işlətmişdir. Onlar həmin şəxsləri sakitləşdiməyə çalışsalar da həmin şəxslər onlara məhəl qoymamışlar və kafedən bayıra çıxmışlar. Kafedə çoxlu insanlar olduğundan o, müştərilər ilə məşğul olmuşdur. Sonradan Oruc geri qayıtdıqda sifəti qanın içində olmuşdur. O, Orucun Zərərçəkmiş şəxs bıçaqlamasını sonradan bilmişdir. O, birinci elə bilmişdir ki, onlar sadəcə olaraq dalaşmışlar. Lakin sonradan ona məlum olmuşdur ki, Oruc Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Münaqişənin baş verməsinin səbəbi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə söyüşlə danışması olmuşdur. (cild 1, iş vərəqə 204-207) Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına, həmçinin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, müxtəlif kafelərdə təmizlikçi işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən 5 ay müddətdir ki, tanıyır. Təxminən 2-3 ay müddətdir ki, o, Oruc ilə qeyri-rəsmi ər arvad münasibətində yaşayır. İki ay müddətdir ki, Oruc onu yaşadığı Göyçay rayonundan Bakı şəhərinə gətirmiş və onu Bakı şəhəri, Nizami rayonu Babək prospektində olan “Xəngəl” kafesinə işə düzəltmişdir. O, gündəlik 15 manata qabyuyan işləyirmiş. 16 iyul 2023-cü il tarixdə axşam saat 22 radələrində Oruc onun çalışdığı kafeyə gəlmiş və kafenin giriş qapısından sağ tərəfə birinci masada əyləşərək özünə bir bakal spirtli içki olan pivə sifariş etmişdir. O, mətbəxdə qabları yuyurmuş. Bir qədər sonra Orucun əyləşdiyi masaya əvvəllər tanımadığı üç nəfər kişi cinsli şəxs də gəlib əyləşmişlər. Bir qədər sonra Orucun masada olmadığını görmüş və masada əyləşmiş üzü saqqallı şəxsdən Orucun hara getdiyini soruşduqda, masada əyləşmiş şəxslərdən biri Orucun bayırda söhbət etdiyini demişdir. O, yenidən mətbəxə gəlmişdir. Bundan 10 dəqiqə sonra kafedə olan şəxslərdən dəqiq xatırlamadığı bir nəfər şəxs bayırda dava-dalaş olmasını demişdir. O, bayıra çıxdıqda kafedən təxminən 20 metr uzaqlıqda Orucun bir nəfər şəxslə dalaşdığını görmüşdür. Orucun masasında əyləşmiş şəxslər isə Oruc ilə dalaşan sonradan adını bildiyi Zərərçəkmiş şəxs ayırmışdır. O, Oruca yaxınlaşan zaman Orucun sifətinin qan olduğunu görmüşdür. Həmin şəxs Orucu ayıran şəxslərə “buraxın məni onu öldürəcəm deyirdi”. O, qorxaraq Orucu tutub oradan uzaqlaşdırıb, kafenin yanına gətirmiş, sonra isə yaxınlıqda yaşayan Orucun xalasının mənzilinə aparmışdır. Oruc mənzilə daxil olmuş və o, Orucun xalasının yaşadığı mənzilə daxil olmamışdır. Təxminən bir saat sonra Oruc da mənzilə gəlmişdir. Mənzildə olan zaman ona məlum olmuşdur ki, dava-dalaş zamanı Oruc ayağından və sifətindən xəsarətlər almışdır. Səhəri gün Oruc onu Göyçay rayonuna göndərmişdir. Sonra olmuş hadisələrdən o, məlumatsızdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onda olan məlumata görə Zərərçəkmiş şəxs kafedə nalayiq söyüşlər söymüşdür. Oruc da buna görə Mirhakimə iradını bildirmişdir ki, söyüş söyməsin. Buna görə də onların arasında mübahisə olmuşdur. Mübahisə zamanı da Oruc Mirhakimə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt o, həyacanlı olduğundan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. O, Zərərçəkmiş şəxs əlində bıçaq görməmişdir. Sadəcə olaraq eşitmişdir və görmüşdür ki, Mirhakim qışqırırdı ki, buraxsınlar Orucu öldürəcək və Kamal və Nəriman Mirhakimi tutub saxlayırlarmış. O, ora getdikdə hadisə başa çatırmış. Mirhakim və Orucun üstü başı qanın içindəymiş. O, Orucu oradan götürüb kənarlaşdırmış və sonra isə xalasıgilə aparmışdır, lakin özü çöldə gözləmişdir. Evə girməmişdir. Təqsirləndirilən şəxs burnunda xəsarəti olmuşdur. Həmçinin də Orucun sağ ayağında paltarında qan olmuşdur. Oruc deyirmiş ki, Mirhakim onun ayağına bıçaqla xəsarət yetiribdir. O, Orucla Mirhakimin bir birlərini vurmasını və xəsarət yetirməsini görməmişdir. O, ora getdikdə Orucla Mirhakimi aralaşdırmışdılar. Orada Nəriman və X8 aralaşdırmışdılar. O, hadisədən əvvəl nə Mirakimdə və Orucda bıçaq görməmişdir. Hansının üzərində bıçaq olması barədə onun heç bir məlumatı olmamışdır. Hadisə zamanı ətrafda insanlar olmuşdur. Lakin o, həmin şəxslərin kimliklərini bilmir. Hadisə zamanı onların söyüş söyməsini o, eşitməmişdir. Sadəcə olaraq içərdə olan zaman Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyməsini eşitmişdir. Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyməmişdir. Sadəcə olaraq kafedə uca səslə nalayiq söyüşlər söyərək danışırmış. Buna görə də Oruc Mirhakimə iradını bildirmişdir ki, içəridə qadın var söyüş söymə. Zərərçəkmiş şəxs içəridə söyüşlə danışmasını o, eşitmişdir. Mirhakim nalayiq söyüşlər söyərək danışırmış. Mirhakim həmin vaxtı sərxoş olmuşdur. (cild 1, iş vərəqə 95-97) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli, HK-1-№2150 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:30-da Sabunçu tibbi bacısı Əfəndiyeva məlumat veriri ki, Babək prospekti
85. xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. (cild 1, iş vərəqə 4) “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, hadisənin ünvanı Bakı şəhəri, Nizami rayonu Babək prospekti 85 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının arxa tərəfi, əsas yola baxan tərəfidir. Hadisə yeri piyadaların hərəkəti üçün nəzərdə tutulmuş asfalt beton örtüklü, ümumilikdə 8 metr enində səkidir. Səkinin sağ və sol tərəfinə ağaclar əkilmişdir. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmişdir. Hadisə yerində TŞ-4-059 saylı müşahidə kamerası vardır. (cild 1, iş vərəqə 5-8) “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 25-26) “Xəsarət alan şəxsin əynində olan paltarların götürülməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasından Zərərçəkmiş şəxs xəstəxanaya müraciət edən zaman əynində olan paltarları götürülmüşdür. (cild 1, iş vərəqə 34) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə, saat 21:00-da Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, iş vərəqə 57, 64) “İfadənin yerində yoxlanılması haqqında” 19 iyul 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməsi təklif olunduqda Təqsirləndirilən şəxs təkliflə razılaşdıqdan sonra birlikdə göstərməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli binanın yanına getmişdirlər. Hadisə yeri Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının arxa hissəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş asfalt beton örtüklü, ümumilikdə 8 metr enində səkidir. Səkinin sağ və sol hissəsində yaşıllıq və ağaclar əkilmişdir. Binanın yol tərəfdən baxanda sağ tərəfindən zirzəmi qatına pilləkənlə enişi nəzərdə tutulmuş giriş hissəsində yerləşən qapının üzərində “Kafe Kababçı” yazısı, yanında olan qapının üzərində isə “Kafe Xəngəl” yazısı olan kafe yerləşir. Şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd olunan kafeyə daxil olaraq girişdən sağ hissədə olan masanı göstərib bildirdi ki, 16 iyul 2023-cü il tarixdə saat 22 radələrində özünün, Şahid2 Əliəskər oğlunun, Şahid5 və Zərərçəkmiş şəxs əyləşdiyi yeri göstərdi. Bundan sonra kafedən çölə çıxaraq həmin tarixdə saat 22:50 radələrində Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. (cild 1, iş vərəqə 78-89) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 98-99) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(007)-311/2023saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 125-128) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Baki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 180.2.2-ci maddələrinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınmaqla 04 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 178.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il qərarı ilə xx.xx.2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarına düzəlişlər edilərək cəza 04 il 05 ay 28 gün təyin edilmişdir. Xəlilov X6 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.5-ci maddələrinə əsasən 04 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi CM-nin 180.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzası çəkilmiş hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (cild 1, iş vərəqə 156-158) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 noyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 181-184) Məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 683 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs dalağın və diafraqmanın zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı - orta 1/3-nin arxa səthində 03 (üç) ədəd, aşağı 1/3-nin ön-iç səthində 01 (bir) ədəd və sol əlin baş barmağının arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları və sol diz nahiyəsinin sıyrığı olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş xəsarətlər deşiçi-kəsiçi əşyanın (ola bilsin bıçağın) təsirindən, sol diz nahiyəsində olan sıyrıq isə bərk küt əşyanın təsirindən törənmişlər və «X10»-ə daxil olmasından bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində və şəxsin göstərdiyi müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Zərərçəkmiş şəxs dalağın, diafraqmanın zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Digər deşilmiş-kəsilmiş xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs sol diz nahiyəsindəki xəsarət (sıyrıq) sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilərdi. (cild 1, iş vərəqə 217-221) Məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 676 nömrəli rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət.Təqsirləndirilən şəxs burun belinin, alt çənə bucağının sıyrıqları, üst dodağın selikli qişa səthinin əzilmiş yarası, sağ budun cızığı, sağ dirsək oynağının sıyrıqları olmuşdur. Qeyd olunan sağ budun cızığı iti kənara malik əşyanın (ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (cild 1, iş vərəqə 222-224) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE-nın PA və ETT birliyinin Nizami rayon şöbəsinin xx.xx.2023-cü il 362-MTKŞ/2023 saylı rəyində göstərilmişdir, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 01 ədəd, köynəyin arxa səthində 01 ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələrin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 01 (bir) ədəd, köynəyin arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan bir ədəd, arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş dalağın və diafraqmanın zədələnməsi hemopnevmotoroksla müşayiət olunan döş qəfəsinin sol yarasına arxa divarının daxilə nüfuz edən yaraları ilə nisbi olaraq üst-üstə düşürlər, digər xəsarətlər paltarda öz əksini tapmamışdır, bu da, bədənin həmin nahiyələrinin paltarla örtülməməsi ilə izah oluna bilər. (cild 1, iş vərəqə 225-227) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» X14 Məhkəmə-Tibbi-Biologiya şöbəsinin xx.xx.2023-cü il tarixli 502/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /İİ/. \sənədin kserosürətinə əsasən\ Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A antigeni, həmçinin bəzi ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 228-231) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 240-241) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Nizami rayonu Babək prospekti 85 ünvanında yerləşən təhlükəsizlik kamerasında qeydə alınmış hadisənin video görüntüsü bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə olan görüntülər Bir ədəd CD disk “HP” markalı kompüterə yerləşdirilərək açıldıqda 2 fayl olduğu müəyyən olundu. Birinci fayla baxdıqda həmin faylfda olan video görüntüdə kamera fırlanandır və hadisəni tam şəkidə görünməsi mümkün deyildir. 2-ci fayla baxış keçirildikdə görsənir ki, görüntü xx.xx.2023-cü il tarixdə saat 22:54-dən 23:04-dək davam etmişdir. Görüntüdən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs getməsi görsənmir. Lakin sonradan Şahid5 ora getdiyi görsənir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qovaladığı və orada olan maşının ətrafına fırlanması görsənir. Həmin vaxtda Kamalın onları aralaşdırdığı görsənir. Lakin görüntünün davamında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qovaladığı görsənir. Həmin vaxtda Şahid2 da ora yaxınlaşır və onları aralaşdırmağa çalışır. Sonra isə Şahid3 da hadisə yerinə getməsi görsənir. Daha sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qovaladıqda Şahid2 tərəfindən tutulub saxlayır və Zərərçəkmiş şəxs yerdə yıxılır qalır və qalxa bilmir. Xəlilov X7 Zeynalova ilə birlikdə geri qayıtması görsənir. Hadisə zamanı ətrafda olan insanların hadisəyə baxmaq üçün toplaşması, yəni keçidin altında olan 5 nəfər şəxsin o cümlədən kafedə olan insanların hadisəyə baxmaq üçün çölə çıxmaqları öz əksini tapmışdır. Video görüntüyə baxdıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, hadisə zamanı ilkin olaraq bıçaq onun əlində deyil, Zərərçəkmiş şəxs əlində olmuşdur. O, bıçaqla onu vuraraq xəsarət yetirmişdir. Daha sonra bıçaq yerə düşmüşdür, o, bıçağı götürmüş və Zərərçəkmiş şəxs arxası ilə qaçmışdır və sonuncu da ondan qaçmağa çalışır və bu həmin vaxtdı o əlində olan bıçaqla onu vuraraq xəsarət yetirmişdir. Sonradan Zərərçəkmiş şəxs bıçağı ələ keçirmiş və onu vurmağa cəhd göstərmişdir və buna görə də o bıçaqdan qaçaraq, özünü müdafiə etmək istəmişdir buna görə də video görüntüdə onun Mirhakimdən qaçması qeydə alınmışdır. Vət. Zərərçəkmiş şəxs video görüntüyə baxdıqdan sonra bildirmişdir, onlar birlikdə hadisə baş verən yerə getdikdən sonra onlar yaxalaşmışdırlar, sonra Təqsirləndirilən şəxs bıçaq çıxartmışdır və o bıçaqdan qorxduğundan maşının ətrafında qaçmışdır. Həmin video görüntüdə də görsənən qaçmaq Təqsirləndirilən şəxs onu vurmaq istədiyinə görə onun qaçması olan görüntüdür. Lakin sonradan o, Təqsirləndirilən şəxs döymək üçün qovalamışdır. O, əlində bıçaq olmadığını və Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirmədiyini, sadəcə olaraq bıçağı Orucun əlindən alan zaman ola bilsin ki, Oruc xəsarət almışdı. O, Təqsirləndirilən şəxs bıçaqla deyil, başı ilə sifət nahiyyəsindən vurduğunu bildirmişdir. (cild 2, iş vərəqə 10-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi» X14 xx.xx.2023-cü il tarixli 3004 saylı rəyindən görsənir ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ÜZVİ (EPİLEPSİYA XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU” (F07.0) aşkar edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (epilepsiya xəstəliyindən əziyyət çəkməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi"də müayinədə olması və onda “Epilepsiya, az ifadə olunmuş şəxsiyyət dəyişikliyi, anamnezində qıcolma tutmaları ilə” daqnozunun qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürününün bir qədər torpid olması, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, əhval ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman üzvi (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət dəyişikliyi müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən “üzvi şəxsiyyət pozuntusu" o dərəcədə ifadə olunmayıb ki, onu cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli-cinayət əməlini törədərkən, törətdikdən sonra, hal-hazırda üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. (cild 2, iş vərəqə 14- 17) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. (cild 2, iş vərəqə 19-26) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid5 istintaqa verdiyi ifadələri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. (cild 2, iş vərəqə 27-32) xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4, 221.3-cü, 29,120.2.2, 29,120.2.7 və 228 4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Təqsirləndirilən şəxs xəsarət yetirməsinə görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmiş və ayrılmış cinayət işinə ********* nomrəsi verilmiş, iş üzrə Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, götürmə haqqında protokol, məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 683 nömrəli, Məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 676 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE-nın PA və ETT birliyinin Nizami rayon şöbəsinin xx.xx.2023-cü il 362-MTKŞ/2023 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» X14 Məhkəmə-Tibbi- Biologiya şöbəsinin xx.xx.2023-ci il tarixli 502/2023-MTBŞ nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” X14 verdiyi xx.xx.2023-cü il tarixli, 3004 saylı rəyləri və istintaq zamanı toplanmış digər istintaq materialları sübut növü kimi qəbul edilmişdir. (cild 2, iş vərəqə 33-49) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs barəsində Təqsirləndirilən şəxs xəsarət yetirməsinə görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 51-52) Cinayət işinin materiallarında olan ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış, ittiham aktı tərtib edilmiş və təsdiq edilməsi üçün Nizami Rayon Prokurorluğuna göndərilmişdir. (cild 2, iş vərəqə 65-81) Cinayət işinin əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün qaytarılması haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi yol verilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə ilə əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinə qaytarılmışdır. (cild 2, iş vərəqə 84-87) İbtidai istintaq müddətinin uzadılması haqqında Bakı Şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 06 (altı) ayadək, yəni 17 yanvar 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 90-91) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 gün müddətinə, yəni 03 dekabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 94-97) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 yanvar 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 103-106) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Şahid2 ilə Şahid5 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 istintaqa verdiyi ifadələri Şahid5 üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. (cild 2, iş vərəqə 115-119) xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.2.2, 29,120.2.2, 29,120.2.7 və 228.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Təqsirləndirilən şəxs xəsarət yetirməsinə görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* ayrıca cinayət işi ayrılması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, götürmə haqqında protokol, məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 683 nömrəli, Məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 676 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE-nın PA və ETT birliyinin Nizami rayon şöbəsinin xx.xx.2023-cü il 362-MTKŞ/2023 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» X15 Məhkəmə-Tibbi-Biologiya şöbəsinin xx.xx.2023-ci il tarixli 502/2023- MTBŞ nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi» X14 xx.xx.2023-cü il tarixli 3004 saylı rəyləri və istintaq zamanı toplanmış digər istintaq materialları sübut növü kimi qəbul edilmişdir. (cild 2, iş vərəqə 124-140) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (cild 2, iş vərəqə 142-144) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam ödənildiyini, onunla barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. AZ-İİ№476483 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci ildə X4 ilə rəsmi nikah qeydi bağlamışlar. Cinayət işinin materiallarında olan aktdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqirləndirilməsinə dair cinayət işinin 1-ci cildinin 136-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhkükəsiz şəhər xidmətinin TŞ4-059 nömrəli video müşahidə qurğusunun 1-ci və 3-cü kameralarının 16 iyul 2023-cü il tarixli saat 22:54-dən 23:05-dək olan müddətin köçürüldüyü DVD-R formatlı diskin texniki cəhətdən nasaz olduğu müəyyən edildi. Həmin diskə köçürülmüş videoya baxmaq mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı yaranmış zərurətlə əlaqədar Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4-059 nömrəli videomüşhidə qurğusunun 1-ci və 3-cü kameralarında 16 iyul 2023-cü il tarixdə saat 22:54-dən saat 23:05-dək müddətə qeydə alınmış videogörüntülərin (video yaddaş) məhkəməyə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 Xidmətinə və Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə sorğu ünvanlanmış, DİN-nin X2 Xidməti və Bakı Şəhəri Nizami RPİ sorğuya cavab olaraq arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 221.3-cü maddəsi ilə əhatə olunan ittihamı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər şəxslərin, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən “Xəngəl" adlı kafedə müştəri qismində olan zaman digər müştəri Zərərçəkmiş şəxs kafedə söyüşlə danışması səbəbindən sonuncunu söhbət etmək üçün kafedən bayıra çağırıb həmin ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının arxa tərəfina apararaq orada Zərərçəkmiş şəxs kafedə söyüşlə danışmasını cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai yer hesab olunan küçədə səs-küy salıb Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncunun ünvanına nalayiq ifadələr İşlədib üzərində olan, təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid dalağın və diafraqmanın zədələnməsi və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı-orta 1/3-nin arxa səthində 03 (üç) ədəd, aşağı 1/3-nin ön-iç səthində 01 (bir) ədəd və sol əlin baş barmağının arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları və sol diz nahiyəsinin sıyrığından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqla qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən onun əməli, həmçinin xuliqanlıq kimi də qiymətləndirilməlidir. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş və şahid ifadələri, habelə ifadənin yerində yoxlanılması haqqında, baxış keçirilməsi haqqında və üzləşdirmə aparılması istintaq hərəkətləri, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır, CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət isə – az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs verilən ittiham üzrə özünü təqsirli bilməməsi, yəni hadisə zamanı özünü qorumaq üçün yerdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vuraraq xəsarət yetirməsi, həmin əməli törətməkdə xuliqanlıq niyyətinin olmaması barədə və sair işin faktiki hallarına uyğun olmayan göstərdiklərinə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr onun özünü müdafiə xarakteri daşımaqla ağır və az ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır, özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində müvafiq olaraq CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, sonuncunun ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı CM-in 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Qanunverici tərəfindən CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə və CM-in 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İşdə olan şübhəli şəxsin tutulması haqqında 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə əvvəli 18 iyul 2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Nizami RPİ-nin saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, xüsusi müsadirə edilməli olan əmlakın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova