Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1293/2025 19.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, “Bakı Metropoliteni" QSC-də məntəqə növbətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:34-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında baş vermiş münaqişə zamanı istintaqa məlum olmayan bıçaqla qəsdən iki dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qanitirmə və mədənin, nazik bağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət olunan qarının ön divarının periton boşluğuna nüfuz edən iki (2) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə hər iki əlin ovuc səthinin və sağ əlin baş barmağının kəsilmiş yaraları ilə nəticələnən, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, yanvar ayının 10-da axşam növbəsində işə getməli olduğundan evində yemək yemiş, həmin vaxt Rauf onların yaşadıqları həyətə daxil olmuş və onun bir dəqiqəlik çölə çıxmağını istəmişdir. O, yemək yediyini və işə gedəcəyini demiş, Rauf isə çölə çıxması üçün təkid etmişdir. Çölə çıxandan sonra Rauf onunla aqressiv danışmağa, dava-dalaş etməyə başlamışdır. Onların həyətində yataq otağı yerləşən ikinci bir ev də olmuş, üst-başı qan və palçıq olduğu üçün oraya gedib paltarını dəyişmək istəmişdir. Həmin vaxt qayınanası Svetlana çıxaraq Raufu danlamağa başlamışdır. Rauf arxasınca gələrək qapını açmaq istəyərkən bağlı olduğunu görmüş, o, yataq otağına girən anda evin pəncərəsinin sındığını və addımlarından Raufun pəncərədən içəri girib ona doğru gəldiyini eşitmişdir. Uşaqlıqdan bəri özündə saxladığı babasının hədiyyə etdiyi bıçağı götürüb Raufu qorxutmaq istəmişdir. Onlar mübahisə edərkən Rauf da əlini belinə ataraq onu vuracağını demişdir. O, Raufda bıçaq olub-olmadığını bilməmişdir. Bundan sonra, Rauf sol əli ilə ona yumruq atmış və o da avtomatik olaraq bilmədən necəsə bıçaqla Raufu bir dəfə vurmuşdur. Rauf onun qeyrirəsmi yaşadığı qadının qızının yoldaşı olmuş, hadisəyə kimi onların münasibətləri pis olmamış və Raufla onun yoldaşı arasında münaqişə yaşandığını təxmini bilmişdir. Heç özü də hadisə olduğu gün aralarında olan mübahisənin hansı səbəbdən yarandığını bilməmişdir. Hadisə olan ərəfədə həyat yoldaşı Raufdan küsüb onların həyətində öz nənəsi və anası ilə yaşamışdır. O, hər bir yolla hadisənin qarşısını almağa çalışmışdır. Rauf onunla söyüşlə danışaraq orada yaşamamağını və oradan getməyini bildirmişdir. Hadisə Raufun təşəbbüsü ilə olmuş və ilk olaraq Rauf onu vurmuşdur. Həyətdə olan hadisə təxminən 15-20 dəqiqə davam etmiş, həyətdə olan dalaşmaqları bitdikdən 3-4 dəqiqə sonra Rauf evə daxil olmuşdur. O, sonradan bıçağı hara atdığını bilməmiş, çölə çıxıb qışqıraraq təcili yardım və polis çağırmağı demişdir. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq olmuşdur. Zərərçəkmiş şəxs hazırda onlarla yaşamır, lakin mütəmadi olaraq görüşürlər. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən X6 ilə qeyri-rəsmi münasibətdə olmuş və onunla birlikdə ünvan 3 ünvanında yaşamışdır. Rənanın qızı Şahid1 Rauf Nəsrəddinov ilə nikah münasibətində olmuşdur. Elmira Rauf ilə birlikdə Ramana qəsəbəsində yerləşən sosial evlərdə yaşamışdır. Lakin onların arasında mübahisə olduğundan, tez-tez dava etdikləri üçün Elmira bir müddətdir ki, 6 yaşlı qızı Rəna ilə onunla birlikdə yaşamışdır. Elmira gəlib onlarda qalan zaman Rauf spirtli içki qəbul etmiş və hasardan tullanaraq onun həyətinə gəlib münaqişə yaratmışdır. Rauf Elmira ilə barışmaq istətməsini bildirmiş, Raufun bu xasiyyəti davamlı hal almışdır. Hər dəfə Elmira küsüb onlara gəldikdə Rauf gəlib mübahisə yaratmışdır. 11 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvanda yemək yeyib işə getməyə hazırlaşmışdır. Bu zaman Rauf Nəsrəddinov içkili halda onun yaşadığı evə gəlmişdir. O, həyətə daxil olmamış, Elmiranı darvazanın qarşısına çağırmışdır. Elmira onunla biraz söhbət etmiş və evə qayıtmışdır. Təxminən 15 dəqiqə sonra Rauf yenidən onun yaşadığı evə qayıtmış və həyətə daxil olmuşdur. Rauf həyətdən uşağın vasitəsi ilə Elmiranı çağırtdırmış, lakin Elmira Raufun çağırışına gəlməmişdir. Bundan sonra Rauf onu mətbəxdən həyətə çağırmışdır. O, da yeməyini yarımçıq qoyub Raufla söhbət etmək üçün həyətə çıxmışdır. O, həyətdə olan zaman Rauf onu təhqir etməyə, ona əl qaldırmağa başlamışdır. O, Raufu yola verməyə çalışsa da, Rauf onun əynindəki köynəyi cırmış və ondan bu evi tərk etməyini tələb etmişdir. Rauf razılaşmış və evə girərək qapını arxadan kilitləmişdir. Bu zaman Rənanın anası Svetlananın Raufla mübahisə etdiyini eşitmişdir. Svetlana onun tərəfini saxladığı üçün Rauf əsəbləşmiş və evə doğru gəlmişdir. Qapını açmaq istədikdə qapının bağlı olduğunu görüb daha da əsəbləşmişdir. Rauf evin pəncərəsinə doğru getmiş və pəncərəni zor ilə açaraq pəncərədən evə daxil olmuşdur. Rauf mətbəx tərəfdən daxil olmuş və dəhliz ilə onun olduğu otağa doğru gəlməyə və onun üzərinə hücum çəkməyə başlamışdır. Bu zaman yataq otağında olan şkafda aksessuar kimi saxladığı suvinir xəncəri götürmüş. Raufun ona tərəfə hücum çəkdiyini, əlini belinə doğru apardığını görüb ona bıçaq çəkdiyini düşünmüşdür. Bu zaman o, evin dəhliz hissəsində özünü müdafiə etmək məqsədi ilə sağ əlində saxladığı xəncəri Raufun qarın nahiyəsinə vurmuş və çıxartmışdır. Həmin zaman Rauf bıçağı tutmuş və ona tərəf çevirməyə çalışmışdır. O da əli ilə bıçağın kəsici hissəsindən tutaraq mane olmağa çalışmışdır. Bu zaman onun sol əli kəsilmişdir. Sonra Rauf onun sağ əlini dişləyərək bıçağı ondan almaq istəmişdir. Lakin o, suvinir xəncəri verməmiş və Rauf bir neçə dəqiqə sonra yerə yıxılmışdır. Bu zaman o, Raufun boşaldığını görüb bıçağı əlindən tamamı ilə almışdır. Sonra isə evin qapısını açaraq həyətə çıxmışdır. Svetlanaya və Elmiraya təcili tibbi yardıma və polisə məlumat verməsini bildirmişdir. Rauf ona paxıllıq etmiş, onun yaşadığı evdə ona qarşı olan münasibəti qısqanmış, bu səbəbdən həmişə onunla mübahisə etmişdir. O da həmişə mübahisələrdən qaçmışdır. Lakin bu dəfə mübahisə pik həddə çatmışdır. O, Raufun onu bıçaqlayacağını düşündüyü üçün özünü müdafiə etmək istəmiş və bu səbəbdən Raufa bıçaq xəsarəti yetirmişdir. O, hadisədən sonra çölə çıxmış və suvinir xəncəri hara atdığını xatırlamamışdır (İ cild, səh. 156-158). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həmin gün içkili olduğundan hadisəni xatırlamır. Bir qədər mübahisə etdiklərindən yoldaşı öz anasıgilə getmişdir. Təqsirləndirilən şəxsin evinə yoldaşının orada qalmasını istəmədiyi üçün getmişdir. Yoldaşını çağırmış, bundan sonra isə Əbdülrəhimi çağırmış və bu zaman məqsədi qızını çağırmasını demək olmuş, əsəbiləşdiyindən dava etməyə başlamış və davanın təşəbbüskarı o olmuşdur. Təxminən 10 dəqiqə həyətdə dava etmişlər və Rəhimə hansısa xəsarət yetirdiyini bilməmişdir. Bundan sonra evlərinə girmiş və oraya girməkdə məqsədi Əbdülrəhimi evdən yollamaq olmuşdur. Qaranlıq olduğundan bıçaqlanma hadisəsinin necə baş verdiyini bilməmiş, hadisə vaxtı onun üzərində bıçaq olmamış və Əbdülrəhimə bıçaqla bağlı hədə-qorxu gəlməmişdir. Əbdülrəhimi evindən niyə qovmaq istədiyini bilmir. Onun həyat yoldaşını geriyə qaytarmaqdan başqa niyyəti olmamışdır. İçkili olduğuna görə yoldaşı dalaşıb evdən getmiş, o isə evləri olduğu halda yoldaşının başqa evdə yaşamasını istəməmişdir. Hadisədən əvvəl münasibətləri yaxşı olmuş, hazırda barışmışlar və şikayəti yoxdur. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Tədqiq edilmiş ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2017-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş və bir 6 yaşlı qız övladı var. Qaynanası X6 qeyrirəsmi münasibətdə Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə ünvan 3 ünvanında yaşamışdır. Lakin Elmira ilə aralarında mübahisə olduğundan, tez-tez dava etdikləri üçün Elmira bir müddətdir ki, 6 yaşlı qızı Rəna ilə anasının evində yaşamışdır. O, spirtli içki qəbul etmiş və Elmira ilə barışmaq istəmişdir. Qayınanasının anası Svetlana xanım da Rəna xanımla eyni həyətdə başqa evdə tək yaşmışdır. O, 11 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Rəna xanımın evinə getmiş ki, Elmira ilə barışsın və həmin vaxt Əbülrəhim evdə olmuş və o, ağır dərəcədə sərxoş olduğu üçün Əbdülrəhimlə mübahisə etmiş və onu döymüşdür. Əbdülrəhim onu çölə çıxardıb qapını bağlamış və o, pəncərəni zor ilə açaraq pəncərədən evə daxil olmuşdur. O, mətbəx tərəfdən daxil olmuş və dəhliz ilə Əbdülrəhimin üzərinə hücum çəkməyə başlamış və bu zaman Əbdülrəhim yataq otağında olan şkafda aksessuar kimi saxladığı suvinir xəncəri götürmüş və Əbdülrəhim tərəfə hücum çəkdiyini, əlini belinə doğru apardığını görüb ona bıçaq çəkdiyini düşünüb və onu suvinir xəncərlə bir dəfə qarın nahiyyəsindən vurmuş, həmin zaman o, bıçağı tutmuş və Əbdülrəhimə tərəfə çevirməyə çalışmışdır. Əbdülrəhim də əli ilə bıçağın kəsici hissəsindən tutaraq ona mane olmağa çalışmışdır. Bu zaman Əbdülrəhimin sol əli kəsilmişdir. Sonra o, Əbdülrəhimin sağ əlini dişləyərək bıçağı almaq istəmişdir. Lakin Əbdülrəhim suvinir xəncəri verməmiş və o, bir neçə dəqiqə sonra yerə yıxılmış, sonra nə baş verdiyini xatırlamamışdır. Svetlana və Elmira təcili tibbi yardıma və polisə məlumat vermişdir. Günah onda olmuş, o, ağır dərəcədə sərxoş olmuş və həyat yoldaşı ilə barışmaq istəmişdir. Lakin Əbdülrədimlə istəmədən mübahisə etməyə başlamışdır. Onun üzərində heç nə olmamış və o, özünü müdafiə etmək üçün suvinir xəncəri Əbdülrəhimin əlindən almışdır. O, evə girən zaman evdə heç kim olmamışdır. Svetlana və Elmira başqa yerdə olmuşlar, hadisənin sonunda ora gəlib polisə və Təcili tibbi yardıma məlumat vermişlər. Onlar Əbdülrəhimlə barışmışlar və Əbdülrəhimə qarşı heç bir şikayət və tələbi yoxdur (İ cild, səh. 84-86). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü evdə olmuşlar və Rauf da onların evlərinə gəlmişdir. Həyat yoldaşı içkili olduğundan getməsini xahiş etmiş, lakin Rauf razılaşmayaraq evə daxil olmuşdur. Bundan sonra Əbdülrəhimlə sözləşmişlər və münasibətləri dava-dalaşa keçmişdir. Mübahisəni Rauf başlatmış, həmin vaxt o, nənəsinə polislərin Rauf barəsində tədbirlər görmələri üçün “102 Xidmət”inə zəng etməsini demişdir. O, uşağının onların aralarında olan mübahisəni görməsini istəməmişdir. Nənəsi qonşuluğa gedib onları ayırmaq üçün adam çağırmaq istəmiş, həmin vaxt o, uşağı ilə evdə, Rauf çöldə, Əbdülrəhim isə evdə olmuşdur. Raufdan getməsini istəmiş, lakin Rauf razılaşmamış, bu zaman o uşağınıı da götürüb nənəsinin arxasınca qonşunun yanına getmişdir. Qonşudan uşağının onlarda qalmasını istəmiş, qayıdanda Əbdülrəhim təcili tibbi yardımı çağırmasını demiş və evə daxil olanda yoldaşını yerdə uzanan, Əbdülrəhimi isə əli qanlı görmüşdür. Həmin vaxt Rəhim bint gətirmiş və o, Raufa ilkin tibbi yardım etmişdir. 8.Məhkəmə iclasında Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Zərərçəkmiş şəxsla ilə ailə həyatı qurmuş və bir 6 yaşlı qız övladı var. Anası X6 qeyri rəsmi münasibətdə Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə ünvan 3 ünvanında yaşamışdır. Lakin Rauf spirtli içki qəbul edib evdə mübahisə yaratdığı üçün bir müddətdir ki, 6 yaşlı qızı Rəna ilə anasının evində yaşamışdır. Nənəsi Svetlana xanım da anası ilə eyni həyətdə başqa evdə tək yaşamışdır. O, 11 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Rauf anasının evinə gələn zaman nənəsi evində olmuş, Rauf ağır dərəcədə spirtli içki qəbul etmiş və həyətdə qarşılayan zaman ona əsəbləşərək “sən mənə niyə pis davranırsan” demiş, sonra həyətdə Əüdlrəhimlə mübahisə etməyə başlamış və o da nənəsinin evinə getmşdir. O, pəncərdən görmüşdür ki, Rauf Əbdülrəhimi döyür və sonra nənəsi çölə çıxıb qonşuları köməyə çağıran zaman o da arxasınca gedəndə Raufun anasıgilin evinə pəncərədən daxil olduğunu görmüş, o, uşağı qonşugilə qoyub qayıdanda Əbdülrəhim polisə məlumat vermələrini demişdir. O, evə girən zaman Raufun yerdə uzandığını görmüş və nənəsi polisə məlumat vermişdir. O da təcili tibbi yardıma məlumat vermişdir. Günah Raufda olmuş, Rauf ağır dərəcədə sərxoş olmuş, onunla barışmaq istəmiş və Əbdülrədimlə mübahisə etməyə başlamışdır. Həmin vaxt Raufun üzərində hər hansı kəsici-deşici alət olması barədə məlumatı olmamışdır. Sonradan bilmişdir ki, Əbdülrəhim suvinir xəncərlə Raufa xəsarət yetirib (İ cild, səh. 124-125). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, evdə qabları yuyurarkən Rəhimlə Raufun dalaşdığını görmüşdür. Bundan sonra Rəhim işə getdiyini demiş və sonra heç bir şey görməmişdir. Hadisə olana kimi münasibətləri normal olmuş, problem olmamışdır. Dava etmələrinə səbəb Raufun içkili olması olmuşdur. O, bıçaqlanma hadisəsini görməmişdir. Həmin vaxt qızı metroda işdə, nəvəsi isə evdə onun yanında olmuşdur. 10.Məhkəmə iclasında şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 144-145). 11.Məhkəmə-tibbi ekspertizasının 19 fevral 2025-ci il tarixli, 121 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs qanitirmə və mədənin, nazikbağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət olunan qarının ön divarının periton boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, hər iki əlin ovuc səthinin və sağ əlin baş barmağının kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici uca və kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə qərarda göstərilmiş və özünün dediyi şəraitdə, bıçağın, eləcə də xəncərin təsirindən törənə bilər, dərəcəsinə görə qanitirmə və mədənin, nazikbağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət olunan qarının ön divarının periton boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 2.Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur (İ cild, səh. 92-94). 12.Məhkəmə-tibbi ekspertizasının 07 aprel 2025-ci il tarixli, 03/37 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin ovuc səthinin kəsilmiş yarası, sol dirsək oynağı nahiyəsinin arxa səthinin əzilmiş yarası, sağ saidin şişkinlikləri, qançırları və çoxsaylı sıyrıqları, sol diz oynağının ön səthinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən sol əlin ovuc səthinin kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və özünün dediyi şəraitdə xəncərin kəsici kənarının təsirindən törənə bilərdi. Digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (İ cild, səh. 132-134). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 mart 2025-ci il tarixli, 818 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. İİ.Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimati təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vemiş güclü ruhi həyəcan vəziyyətində (affekt halında) olmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir (İ cild, səh. 139-142). 14.«Baxış keçirilməsi haqqında» 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir (İ cild, səh. 67-77). 15.«Şübhəli şəxsin tutulması haqqında» 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 25-26). 16.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(010)- 7/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2025-ci il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 58-63). 17.«Qətimkan tədbiri seçmək haqqında» 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 mart 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 116-117). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 90-91). 19.İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixindən Bakı Metropolitenində işə başlamışdır. Bu illər ərzində Dispetçer aparatında qatar dispetçeri, böyük qatar dispetçeri vəzifəsində çalışmış, halhazırda "xxxx" QSC-nin Hərəkət xidmətinin “Əhmədli” stansiyasında mərkəzləşmə məntəqə üzrə növbətçi vəzifəsində əmək fəaliyyətini davam etdirir. İşlədiyi müddət ərzində özünü işgüzar, məsuliyyətli bir işçi kimi göstərmişdir. Verilən tapşırıqların öhdəsindən layiqlə, vaxtlı-vaxtında gəlmiş və onların icrasına məsuliyyətlə yanaşmışdır. Xidmətin ictimai işlərində fəal iştirak edir. Əmək nizam-intizamına riayət edir. Öz səmimi rəftarı və məsuliyyəti ilə kollektivin hörmətini qazanmışdır, özünə və ətrafdakılara qarşı tələbkar bir işçidir (İ cild, səh. 119). 20.İş materiallarında olan 19 fevral 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, 11 yanvar 2025-ci il tarixdə qaynatası Təqsirləndirilən şəxs ilə arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun sağlamlığıına bıçaq xəsarət yetirdiyini və hal-hazırda barışdıqlarını, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tamamilə ödənilərək aradan qaldırıldığını, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. 21.İş materiallarında olan 05 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 26.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 27.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 28.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 fevral 2025-ci il tarixli, 121 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən; qanitirmə və mədənin, nazikbağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət olunan qarının ön divarının periton boşluğuna nüfuz edən iki ədəd deşilmişkəsilmiş yaraların hər birinin ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olması, xəsarətlərin deşici uca və kəsici kənara malik alətin (alətlərin) təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2025-ci il tarixə uyğun gələ bilməsi müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 29.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 30.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 31.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 34.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 35.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 36.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinin tələblərini rəhbər tutaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 37.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 38.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 40.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 41.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 42.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması kimi yüngülləşdirici halların məcmusunu, habelə törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 43.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 44.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 46.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 47.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 48.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 49.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 50.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 51.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 52.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 54.İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 55.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 56.Beləliklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğluna məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 57.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi Əhrəman oğluna ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev