Məhkəmə qərarları › İş №1(101)-1294/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1294/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1294/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «3 fevral 2021-ci il tarixli 2476 nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında Sərəncamı»na əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri Abşeron rayonu; Xaçmaz rayonu; Xızı rayonu; Qobustan rayonu; Quba rayonu; Qubadlı rayonu; Qusar rayonu; Siyəzən rayonu; Sumqayıt şəhəri; Şabran rayonu; Şamaxı rayonu; Şuşa rayonu; Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İşdəki tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs 29 iyul 2006-cı il tarixdə saat 18 radələrində yaşadığı Qusar rayonunun Əniğ-oba kəndindəki evində və küçədə Zərərçəkmiş şəxs tərəfindən anası X1 döyülməsindən təsirlənərək, atası Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə evdən bir ədəd açılıb-qatlanan cib bıçağını götürərək küçəyə çıxmış və qəsdən sonuncunun sol döş qəfəsi və sağ kürək üstü nahiyyələrindən iki dəfə vurub ona döş qəfəsinin ön səthinin sağ məməaltı nahiyyəsinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası və sağ kürəküstü nahiyyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyatı üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. İşdəki tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlini Qusar rayonunun Əniğ-oba kəndində törətdiyindən və Qusar rayonu ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyati üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyati üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar