Məhkəmə qərarları › İş №1(101)-1294/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1294/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1294/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X2, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs- X3 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gülçülük sovxozu ərazisindəki torpaq sahəsində olan iki ədəd 25 ton su tutumlu hər biri 6000 manat olmaqla ümumi dəyəri 12000 manat olan çənlərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 noyabr 2021- ci il tarixdə saat 15 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq yaşayış massivi ərazisində torpaq sahəsindəki 4000 manat dəyərində 12 metr uzunluğunda, 2,5 metr enində və 2,5 metr hündürlüyündə olan bir ədəd dəmir konteynerini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 həmin məbləğdə məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda 23 ədəd bükümdə, ümumi təmiz çəkisi külli miqdarda 95,85 qram narkotik vasitə heroin, 07 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 7,551 qram psixotrop maddə metamfetamini əldə edərək bir hissəsini ünvan 3 ünvanda olan yaşayış otağı kimi istifadə etdiyi yardımçı binada, bir hissəsini isə üzərində saxlayaraq daşımış, 09 fevral 2022-ci İl tarixdə saat 21:30- da Bakı şəhəri Suraxanı RPİnin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılaraq orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən ayağına geyindiyi qara rəngli corabın içərisinə qoyduğu ağ rəngli kağıza bükülmüş 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,247 qram, 2,831 qram, 4,932 qram, 6,214 qram, 3,392 qram, 4,378 qram, 4,027 qram, 2,654 qram, 4,136 qram, 2,220 qram, 3,369 qram, 4,071 qram və 2,126 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 47,597 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,402 qram və 0,340 qram olmaqla ümumi təmiz çəkisi 1,150 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün onun yaşayış otağı kimi istifadə etdiyi ünvan 7 ünvanda yerləşən yardımçı binaya keçirilmiş baxış zamanı oradakı çarpayının altında gizlətdiyi kibrit qutusunda olan 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,461 qram, 4,391 qram, 5,492 qram, 3,350 qram, 6,110 qram, 5,061 qram, 4,235 qram, 4,570 qram, 4,401 qram və 5,182 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdarda 48,253 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,081 qram, 0,175 qram, 0,056 qram və 0,089 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdarda 6,401 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd üzərinə narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 oktyabr 2021-ci il tarixdə tanışı Şahid4 zəng edərək əvvəlcədən birlikdə gördükləri və oğurlayaraq satmaq qərarına gəldikləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gülçülük sovxozu ərazisindəki torpaq sahəsində olan iki ədəd 25 ton su tutumlu su çənlərini satmaları üçün icra nümayəndəliyindən arayış alması və onları birlikdə satmalarını bildirmişdir. Onlar razılaşdıqdan sonra Elmarla icra nümayəndəliyinin qarşısında görüşmüş və sonuncunun yanında “156” yük daşıma şirkətinə zəng edib su çənlərinin olduğu yerə çağırmışdır. Həmin vaxt şirkətin nümayəndəsi daşınacaq su çənlərinin sənədi olub- olmadığını soruşmuş və o da, sənəd olduğunu təsdiq etmişdir. Sonra onlar birlikdə icra nümayəndəliyinin həyətinə girmiş, Elmarın şəxsiyyət vəsiqəsini götürüb inzibati binaya daxil olmuş və sonuncunun adına arayış almaq istəmişdir. Lakin icra nümayəndəsi bu barədə arayış vermək səlahiyyətinin olmadığını, bununla bağlı polis sahə inspektorunun arayış vermək səlahiyyətinin olduğunu bildirib, imtina etmişdir. Bir az gözlədikdən sonra “156” şirkətinin sürücüsü zəng edərək çatmasına az qaldığını demiş, o isə su çənlərinin Hovsan qəsəbəsi, Gülçülük savxozunda olduğunu bildirmişdir. Sonra o, Bağır adı ilə tanıdığı taksiyə zəng edib olduğu yerə çağırmış, Vaqif adı ilə tanıdığı kran idarə edən şəxsə zəng edərək Hövsan qəsəbəsi, Gülçülük savxozunda su çənləri olduğunu və onları yük avtomobilinə yükləmək lazım olduğunu bildirərək onu da həmin torpaq sahəsinə çağırmışdır. Daha sonra onlar Bağırın “Kia” markalı avtomobilinə əyləşərək Hövsan qəsəbəsi, Gülçülük savxozuna getmişlər. Yolda Hövsan qəsəbəsi, “Ləvəngi” deyilən yerdə Vaqiflə görüşərək birlikdə qeyd olunan yerə getmişlər, Bir qədər sonra yük daşıma şirkətinin işçiləri həmin yerə çatmış, şirkətinin işçiləri su çənini daşımaq üçün arayış olmadığına görə onları daşımaqdan imtina etmiş və o, həmin yerə gəldikləri üçün Vaqifə 15 manat, evakuator şirkətinin işçisinə isə 35 manat pul verib yola salmışdır. Bundan sonra internet vasitəsilə hazırda xatırlamadığı hansısa bir şirkət tapıb ona zəng edərək yük avtomobilini sifariş etmişdir. Sürücü ilə mobil telefonla əlaqə saxlayaraq özünə məxsus 2 ədəd su çəni olduğunu, onları daşımaq üçün sənəd olmadığını, lakin aparıb satmaq istədiyini bildirmiş, həmin sürücü də razılaşaraq təxminən 3 saat sonra həmin torpaq sahəsinə gəlmişdir. Bu zaman o, Vaqifə zəng edib təkrar həmin yerə çağırsa da, Vaqif narahat olduğunu və gələ bilməyəcəyini demişdir. Daha sonra onlar taksi sürücüsü Bağırla birlikdə Hövsan qəsəbəsində yerləşən FHN-nin inzibati binasının qarşısına gedib oradan Tofiq adı ilə tanıdığı kran sürücüsünün əlaqə nömrəsini tapmış və orada gedərək Hövsan qəsəbəsində yerləşən “Okean” balıq evində əyləşmişlər. Həmin yerdə olduğu zaman Şahid4 mobil nömrəsi ilə Tofiqlə əlaqə saxlayaraq su çənləri olduğunu, onu yük avtomobilin yükləmək lazım olduğunu, iki saatadək “Ləvəngi” deyilən yerdə görüşmələrini bildirmiş və razılaşmışlar. Təxminən iki saat sonra onlar Bağırın avtomobili ilə “Ləvəngi” deyilən yerə gedib Tofiqi də götürərək Gülçülük savxozunda yerləşən torpaq sahəsinə getmişlər. Sonradan isə danışdığı yük avtomobili də qeyd olunan yerə gəlmiş və orada Tofiq öz kranı ilə həmin iki ədəd su çənini götürüb yük avtomobilinə yükləmişdir. Yük avtomobili hərəkət etdikdən biraz sonra yer palçıq olduğu üçün torpağa batmış, buna görə də həmin yerə sonradan çağırdığı tanımadığı bir traktorun vasitəsilə tros tapıb gətirərək yük avtomobilini trosla traktora qoşub dartıb çıxarmışdır. Daha sonra Elmarla birlikdə Bağırın avtomobili ilə yük avtomobilinin arxası ilə Dərnəgüldə yerləşən “X17” şirkətinə getmişdir. Hava soyuq olduğu üçün Elmar avtomobilindən enməmiş və avtomobildə onu gözləmişdir. O, isə gedib hər iki su çənini çəkdirib cəmi 4180 manata satmışdır. Avtomobilə qayıtdıqdan sonra isə xərcləri hesaba almaqla həmin pulu Elmarla öz aralarında bölmüşdür, Bağıra isə yalnız taksi kimi yol pulunu vermişdir. Bağır və digər şəxslərin həmin çənlərin onlar tərəfinizdən oğurlanması barədə heç bir məlumatları olmamışdır. Bundan üç gün sonra o, Elmarla görüşdüyü zaman Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində gördükləri bir ədəd konteyneri oğurlayaraq satıb qazanc əldə etmələri barədə söhbət etmişlər. Aralarında razılaşdıqdan sonra Elmar ona əvvəlcə oğurladığı konteynerləri satdığı şirkətin nümayəndəsi ilə əlaqə saxlayıb bu barədə bildirəcəyini demişdir. Sonra Şahid4 konteynerin şəklini çəkərək həmin şəxsə göndərmiş və nümayəndə konteynerə görə 4000 manat verə biləcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən Elmarla birlikdə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində konteynerin olduğu yerə getmişdir. Həmin vaxt konteyneri alacaq şirkətin nümayəndəsi də qeyd olunan yerə gəlmiş, Elmarın çağırışı əsasında gəlmiş Tofiq adlı şəxs idarə etdiyi kran vasitəsilə konteyneri şirkət tərəfindən gətirilmiş yük avtomobilinə yükləmişdir. Şirkətin nümayəndəsi Elmara 4000 manat pul verib getmişdir. Elmar həmin pulun 100 manatını yük avtomobilin sürücüsünə, 100 manatını isə Tofiqə verib yola salmış, qalan pulu ilə öz aralarında bölmüşlər. Bundan başqa ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Koperativ küçəsi, ev 24-də qeydiyyatda olmaqla, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 6-da yaşamışdır. Lakin narkotik vasitələrdən istifadə etdiyi üçün anası və qardaşı ilə yola getməmiş və ünvan 2 ünvanda yaşayan qohumu Qətifənin razılığı ilə sonuncunun həyətyanı sahəsində olan bir otaqda yaşamışdır. Narkotik vasitələri tanımadığı İran vətəndaşından telefonuna gələn hesab nömrəsinə ödəmə terminalandan pul köçürtməklə əldə etmişdir. Narkotik vasitələri pulunu köçürdükdən sonra şəhərin müxtəlif yerlərində gizlədilərək, yeri barədə “Whats app” vasitəsilə sms göndərilmiş və o, da qeyd olunan yerə gedərək götürmüşdür. 09 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 8 ünvanın yaxınlığında piyada hərəkət edərkən üç nəfər şəxs Suraxanı RPİ-nİn 30-cu PŞnin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Saxlanıldığı zaman üzərində 8 qram narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları onu 30-cu PŞ-nə aparmışlar və orada dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə polis əməkdaşı ona üzərində qanunsuz əldə edilmiş hər hansı narkotik vasitə və ya başqa əşya olduğu təqdirdə çıxardıb təqdim etməsi təklif edilmişdir. O da, ayağında olan qara rəngli corabının içində gizlətdiyi həmin 5-6 gün əvvəl aldığı içərisində narkotik vasitə heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Saxlanılan zaman onun üzərində metamfetamin olmamışdır. Bunlardan başqa şəxsi axtarış zamanı göy rəngli cins şalvarının sağ cibində olan 05 ədəd 01 manatlıq pul əskinazlarını, 01 ədəd «Samsunq A 12» markalı mobil telefonu da təqdim etmişdir. Narkotik vasitə olan kağız bükümləri öz istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar olunmuş heroin bükümləri polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Həmin istintaq hərəkəti zamanı o, müvəqqəti olaraq yaşadığı ünvan 2 ünvanda olan yaşadığı otaqda çarpayının altında narkotik vasitə və psixotrop maddələr saxladığını bildirməmiş, lakin polislərin həmin ünvana baxış və götürmə istintaq hərəkəti keçirilməsinə etirazının olmadığına dair ərizə yazdıqdan sonra həmin gün polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı o, yatdığı dəmir çarpayının döşəyinin altında 14 ədəd kağız bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Lakin onun həmin narkotik vasitə olan heroin, metafetamindən və tərəzidən xəbəri olmamş, həmin heroin, metafetamin və tərəzi ona məxsus olmamış, yatdığı dəmir çarpayıda döşəyin altına həmin narkotik maddələrin və tərəzinin kim tərəfindən qoyulmasnı bilmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Bakı şəhəri Suraxanı rayonu, Quşçuluq sovxozu adlanan ərazidə 0,7 hektar torpaq sahəsi almışdır. 2021-ci ilin iyun ayında həmin torpaq sahəsində olan bağı suvarmaq üçün oraya ayrı-ayrılıqda hər birinin tutumu 24 ton və hər birinin qiyməti 6000 manat olan olmaqla ümumi dəyəri 12000 manat təşkil edən 2 ədəd çən əldə edib qoymuşdur. O, 24 oktyabr 2021-ci il tarixdə həmin torpaq sahəsinə getdikdə qeyd olunan çənlərin yerində olduğunu görmüşdür. 02 noyabr 2021-cin il tarixdə isə sahəyə getdikdə həmin iki ədəd çənlərin yerində olmadıqlarını aşkar etmişdir. Ona görə də, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə bildirmişdir. Ətrafda olan şəxslərdən soruşduqda həmin çənlərin Tural, Bağır və Elmar adlı şəxslər tərəfindən yük avtomobilinə yüklənilərək “X17” zavoduna satıldığını öyrənmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 12000 manat ziyan dəymişdir. O, daha sonra göstərmişdir ki, ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda X20-“Arena” şirkətində direktor vəzifəsində çalışır. Təxminən iki il əvvəl Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən 01 ha torpaq sahəsini aldıqdan sonra həmin vaxtı 4000 manata aldığı TGHV7061936 nömrəli bir ədəd yük konteynerini fəhlələrin istirahət etməsi məqsədilə həmin torpaq sahəsinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində həmin torpaq sahəsinin yanından keçərək evinə getdiyi zaman həmin konteynerin yerində olduğunu görmüşdür. Lakin bir gün sonra yəni, xx.xx.2021-ci il tarixdə axşam saatlarında həmin sahənin yanından keçdikdə konteynerin yerində olmadığını görmüşdür. Konteynerin oğurlandığını başa düşdüyü üçün həmin ərazidə xidmət aparan polis əməkdaşlarına bu barədə şifahi məlumat vermiş və oğurluq etmiş şəxsin tapılmasını xahiş etmişdir. Sonrakı günlərdə konteyner tapılmadığından xx.xx.2021ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmiş, bundan sonra hadisə ilə bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurlanmış həmin konteynerin hazırki qiymətini 4000 manat olaraq dəyərləndirir, konteyner 12 metr uzunluğunda 2,5 metr enində və 2,5 metr hündürlüyündə olmaqla iki qapısı olmuşdur. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 09 fevral 2022-ci İl tarixdə gecə saat 21:30-da ünvan 10 ünvanının qarşısında əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zərurətinin yarandığını bildirərək Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına getmişdir, Orada Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edildikdən, eləcə də, hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabın içərisindən bir ədəd kağız bükümünü, əynində olan cins şalvarının cibindən bir ədəd “Samsung A12” markalı mobil telefonu, 05 ədəd 1 manatlıq pul əskinazlarını çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açıldıqda içərisindən 16 ədəd şəffaf sellofan bükümləri aşkar edilmişdir. Həmin bükümlərdə nə olduğu, harada, kimdən, nə məqsədlə alındığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, təxminən 5 gün əvvəl İran İslam Respublikası vətəndaşından şəxsi istinfadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər bir-bir açılıb baxıldıqda 13 ədədinin içərisində qəhvəyi rəngli kütlələr, 03 ədədinin içərisində isə ağ rəngli kristalşəkilli maddələr olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 16 ədəd sellofan bükümlər bir zərfdə, mobil telefon və 05 ədəd 1 manatlıq pul əskinazları digər bir zərfə təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs Əlöhsət oğlu yaşadığı ünvanda da narkotik vasitə saxladığını və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyindən keçirilmiş əməliyyat-axtarış tərbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlamasını bildirməsi nəzərə alaraq onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin otağında olan yatağın üstündəki yorğanı qaldıraraq döşəyin üzərindəki bir ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini göstərmişdir. Kibrit qutusu açıldıqda içərisində 14 ədəd selofan bükümləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra baxışda iştirak edən müdafiəçisi həmin bükümlərin kimə məxsus olduğu bir daha soruşduqda Təqsirləndirilən şəxs həmin narkotiklərin özünə məxsus olduğunu bir daha bildirmişdir. Aşkar edilmiş 14 ədəd bükümlər bir ədəd kağız zərfə, elektron tərəzi isə başqa bir zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləyən Şahid3 və ibtidai istintaq zamanı dindirilmiş, məhkəmədə ifadəsi tədqiq edilmiş əməliyyat müvəkkili Şahid2 Sabir oğlu ifadələrində şahid Xəyyam Mirzəyevin göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmsunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə zəngləşərək əvvəlcədən gördükləri və oğurlayaraq satmaq qərarına gəldikləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gülçülük sovxozu ərazisindəki torpaq sahəsində olan iki ədəd 25 ton su tutumlu su çənlərini satmaları üçün icra nümayəndəliyindən arayış almaq və onları birlikdə satmaları barədə razılaşmışlar. Onlar razılaşdıqdan sonra Turalla icra nümayəndəliyinin qarşısında görüşmüş və sonuncu onun yanında “156” yük daşıma şirkətinə zəng edib su çənlərinin olduğu yerə çağırmışdır. Həmin vaxt şirkətin nümayəndəsi daşınacaq su çənlərinin sənədinin olub-olmadığını soruşmuş və Tural da sənəd olduğunu təsdiq etmişdir. Sonra onlar birlikdə icra nümayəndəliyinin həyətinə girmiş, Tural onun şəxsiyyət vəsiqəsini götürüb inzibati binaya daxil olmuş və onun adına arayış almaq istəmişdir. Lakin icra nümayəndəsi isə bu barədə arayış vermək səlahiyyətinin olmadığını, bununla bağlı barədə polis sahə inspektorunun arayış vermək səlahiyyətinin olduğunu bildirib, imtina etmişdir. Bir az gözlədikdən sonra “156" şirkətinin sürücüsü Turala zəng edərək çatmasına az qaldığını demiş, o isə su çənlərinin Hövsan qəsəbəsi, Gülçülük savxozunda olduğunu bildirmişdir. X21 adı ilə tanıdığı taksiyə zəng edib olduğu yerə çağırmış, Vaqif adı ilə tanıdığı kran idarə edən şəxsə zəng edərək Hövsan qəsəbəsi, Gülçülük sovxozunda su çənləri olduğunu və onları yük avtomobilinə yükləmək lazım olduğunu bildirərək onu da həmin torpaq sahəsinə çağırmışdır. Daha sonra onlar Bağırın “Kia” markalı avtomobilinə əyləşərək Hövsan qəsəbəsi, Gülçülük sovxozuna getmişlər. Yolda Hövsan qəsəbəsi, “Ləvəngi” deyilən yerdə Vaqiflə görüşərək birlikdə qeyd olunan yerə getmişlər. Bir qədər sonra yük daşıma şirkətinin işçiləri həmin yerə çatmış, şirkətinin işçiləri su çənini daşımaq üçün arayış olmadığına görə onları daşımaqdan imtina etmiş və Tural həmin yerə gəldikləri üçün Vaqifə 15 manat, evakuator şirkətinin işçisinə isə 35 manat pul verib yola salmışdır. Bundan sonra Tural internet vasitəsilə bir şirkətə zəng edərək yük avtomobili sifariş etmişdir. Tural sürücü ilə mobil telefonla əlaqə saxlayaraq özünə məxsus iki ədəd su çəni olduğunu, onları daşımaq üçün sənəd olmadığını bildirmiş, həmin sürücü də razılaşaraq təxminən 3 saat sonra həmin torpaq sahəsinə gəlmişdir. Bu zaman Tural Vaqifə zəng edib təkrar həmin yerə çağırsa da, Vaqif gələ bilməyəcəyini demişdir. Daha sonra onlar taksi sürücüsü Bağırla birlikdə gedərək Hövsan qəsəbəsində yerləşən “Okean” balıq evində əyləşmişlər. Həmin yerdə olduğu zaman Tural onun mobil nömrəsi ilə Tofiq adlı əlaqə saxlayaraq su çənləri olduğunu, onu yük avtomobilin yükləmək lazım olduğunu, iki saatadək "Ləvəngi" deyilən yerdə görüşmələrini bildirmişdir. Təxminən iki saat sonra onlar Bağırın avtomobili ilə “Ləvəngi” deyilən yerə gedib Tofiqi də götürərək Gülçülük savxozunda yerləşən torpaq sahəsinə getmişlər. Sonradan danışdığı yük avtomobili də, qeyd olunan yerə gəlmiş və orada Tofiq öz kranı ilə həmin iki ədəd su çənini götürüb yük avtomobilinə yükləmişdir. Yük avtomobili hərəkət etdikdən bir az sonra yer palçıq olduğu üçün torpağa batmış, buna görə də Turalın həmin yerə sonradan çağırdığı tanımadığı bir traktorun vasitəsilə tros tapıb gətirərək yük avtomobilini trosla traktora qoşub dartıb çıxarmışdır. Daha sonra Turalla birlikdə Bağırın avtomobili ilə yük avtomobilinin arxası ilə Dərnəgüldə yerləşən “X17” şirkətinə getmişdir. Hava soyuq olduğu üçün o, avtomobilindən enməmiş və avtomobildə Turalı gözləmişdir. Tural isə gedib hər iki su çənini çəkdirib cəmi 4180 manata satmışdır. Tural geri qayıtdıqdan sonra isə xərcləri hesaba almaqla həmin pulu onunla öz aralarında bölmüşdür. Bağıra isə yalnız taksi kimi yol pulu vermişdir. Bağır və digər şəxslərin isə həmin çənlərin onlar tərəfindən oğurlanması barədə heç bir məlumatları olmamışdır. Bundan üç gün sonra o, Təqsirləndirilən şəxs ilə görüşərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində gördükləri bir ədəd konteyneri oğurlayaraq satıb qazanc əldə etmələri barədə söhbət etmişlər. Aralarında razılaşdıqdan sonra o, Turala əvvəlcə oğurladığı konteynerləri satdığı şirkətin nümayəndəsi ilə əlaqə saxlayıb bu barədə bildirəcəyini demişdir. Sonra o, konteynerin şəklini çəkərək həmin şəxsə göndərmiş və nümayəndə konteynerə görə 4000 manat verə biləcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən Turalla birlikdə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində konteynerin olduğu yerə getmişdir. Həmin vaxt konteyneri alacaq şirkətin nümayəndəsi də, qeyd olunan yerə gəlmiş, onun çağırışı əsasında gəlmiş Tofiq adlı şəxs idarə etdiyi kran vasitəsilə konteyneri şirkət tərəfindən gətirilmiş yük avtomobilinə yükləmişdir. Şirkətin nümayəndəsi ona 4000 manat pul verib getmişdir. O, həmin pulun 100 manatını yük avtomobilin sürücüsünə, 100 manatını isə Tofiqə verib yola salmış, qalan pulu ilə öz aralarında bölmüşlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/829 nömrəli 10 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin otağında ...” və. s yazılar, imzalar olan kağız paketdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,461 qram, 4,391 qram, 5,492 qram, 3,350 qram, 6,110 qram, 5,061 qram, 4,235 qram, 4,570 qram, 4,401 qram, 5,182 qram olmaqla ümumi təmiz çəkiləri 48,253 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 10 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,081 qram, 0,175 qram, 0,056 qram, 0,089 qram, ümumi təmiz çəkiləri 6,401 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 bükümdə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi...” və s. yazılar, imzalar olan paketdəki 1 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin üzərindəki heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin otağında..” və s, qeydli paketdəki heroin kütlələri ilə “şübhəli şəxs Təqsirləndirilən şəxs Əlöhsət oğlunun üzərindən..” və s. qeydli paketdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında, həmçinin həmin paketdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/830 nömrəli 10 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 13 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,247 qram, 2,831 qram, 4,932 qram, 6,214 qram, 3,392 qram, 4,378 qram, 4,027 qram, 2,654 qram, 4,136 qram, 2,220 qram, 3,369 qram, 4,071 qram, 2,126 qram olmaqla ümumi təmiz çəkiləri 47,597 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 13 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,402 qram, 0,340 qram, ümumi təmiz çəkiləri 1,150 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 2695 nömrəli 21 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3686 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2018-ci ildən istifadədə olmuş dəmir konteynerlərin 2021-ci il may və 2021 -ci il noyabr aylarında olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyən edilir: 2021 -ci ilin may ayında iki ədəd 6 metr uzunluğunda, 3 metr enində, 2,5 metr hündürlüyündə dəmir konteyner 8000 (2X4000) manat, 2021-ci ilin noyabr ayında bir ədəd 12 metr uzunluğunda, 2,5 metr enində, 2,5 metr hündürlüyündə dəmir konteyner 4000 manat. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsindən verilmiş 01 iyun 2022-ci il tarixli 4849 nömrəli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 09 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə videogörüntüdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ayağında olan qara rəngli corabın içərisindən ağ rəngli, içərisində 16 ədəd şəffaf sellofan bükümləri olan kağız bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd 1 manatlıq əskinazları, bir ədəd “Samsung A12” markalı mobil telefonu çıxarıb təqdim etmiş, həmin 16 ədəd şəffaf sellofan bükümlərdə narkotik maddəyə bənzər kütlələr aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu təxminən 5 gün əvvəl 80 manata şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından “zakladka” yolu ilə aldığını, Masazır qəsəbəsindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 16 büküm bir kağız zərfdə, bir ədəd mobil telefon və 05 ədəd 1 manatlıq əskinazlar isə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmış, “Zərflər üçün №194“ saylı möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD “diskə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabın içərisindən ağ rəngli kağız bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən pul əskinazlarını və bir ədəd ’’Samsung A12" markalı mobil telefonu çıxarıb təqdim edir. Bundan sonra şəxsi axtarış davam etdirilir və başqa hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız büküm açıldıqda içərisindən 16 ədəd şəffaf sellofan bükümləri aşkar edilir. Həmin bükümlər bir-bir açılıb içərilərinə baxıldıqda 13 ədəd bükümlərdə açıq qəhvəyi rəngli kütlələr, 03 ədəd bükümlərdə ağ rəngli kristalşəkilli maddələr görünür. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinazları sayıldıqda cəmi 05 ədəd 1 manatlıq əskinazlar olduğu müəyyən edilir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu təxminən 5 gün əvvəl 80 manata şəxsi istifadəsi üçün İran İslam Respublika vətəndaşından “zakladka" yolu ilə aldığını, Masazır qəsəbəsindən götürdüyünü bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 16 bükümlər bir kağız zərfdə, bir ədəd mobil telefon və 05 ədəd 1 manatlıq əskinaslar digər bir zərfə qoyularaq qablaşdırılır, zərflərin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənir. Cinayət işinin materiallarına əlavə edilmiş “mənzilə baxış və götürmə aparılması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanında yerləşən yaşadığı evin otağına baxış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda olan yatağın üstündəki yorğanı qaldıraraq orada olan bir ədəd kibrit qutusunu və gümüşü korpuslu bir ədəd elektron tərəzini təqdim edir. Həmin kibrit qutusunun içərisindən 14 ədəd büküm aşkar edilirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 14 ədəd bükümlər bir kağız zərfdə, bir ədəd elektron tərəzi digər bir zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yaşadığı ünvana baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD “diskə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçısı, polis kapitanı X1 Tural Əlsöhbət oğlunun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsi, ev 3/1 ünvanına baxış keçiriləcəyini elan edir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirir, özü polis əməkdaşlarını evə dəvət edərək müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə daxil olub iştirakçıları evin bir otağına aparıb, həmin otaqda yaşadığını bildirir, Təhqiqatçı, polis kapitanı X19 Babazadəyə yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs otaqda olan yatağın üstündəki yorğanı qaldıraraq orada olan bir ədəd kibrit qutusunu və gümüşü korpuslu bir ədəd elektron tərəzini təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərdə ümumilikdə təxminən 04 qram narkotik vasitə olduğunu, 2 qramını 20 manata İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün aldığını bildirir. Vəkilin həmin narkotik vasitələrin kimə məxsus olduğu sualına Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu bir daha təsdiq edir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 14 ədəd bükümlər bir ədəd kağız zərfdə, bir ədəd elektron tərəzi digər bir ədəd zərfə qoyularaq qablaşdırılır, zərflərin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənir. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olan Tibbi sanitar hissədə tərtib olunmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi baxış keçirilərkən sol baldırda çapıq toxuması aşkar edilmişdir. Həmin zədəni həbs olunmamışdan əvvəl almışdır. Yeni xəsarətlər aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən çıxan 16 bükümdə olan narkotik vasitə və psixotrop maddənin tutulmamışdan əvvəl tanımadığı İran vətəndaşından 200 manata almasını və yaşadığı ünvan 2 ünvanında otaqda çarpayının altında narkotik vasitə, psixotrop maddə və tərəzinin olmasını etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, cinayət işinin İ cildinin 70-72-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə müdafiəçisi Elçin Əmirovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Koperativ küçəsi, ev 24də qeydiyyatda olmaqla, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ev 6-da yaşamışdır. Lakin narkotik vasitələrdən istifadə etdiyi üçün bir müddət əvvəl anası və qardaşı ilə yola getməmiş və evi tərk edib ünvan 2 ünvanda yaşayan qohumu Qətifənin razılığı ilə sonuncunun həyətyanı sahəsində olan bir otaqda yaşamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən üç ay əvvəl narkotik vasitələrdən istifadə etmiş və narkotik vasitələri tanımadığı İran vətəndaşından onlayn vasitəsi ilə yəni, telefonuna gələn hesab nömrəsinə ödəmə terminalandan pul köçürtməklə əldə etmişdir. Heç vaxt narkotik vasitə aldığı şəxsləri görməmişdir. Narkotik vasitələri pulunu köçürdükdən sonra şəhərin müxtəlif yerlərində gizlədilərək, yeri barədə “Whatsapp” vasitəsilə sms göndərilmiş və o, da qeyd olunan yerə gedərək götürmüşdür. Tutulmamışdan 5-6 gün əvvəl yenə də, həmişə olduğu kimi tanımadığı İran vətəndaşının göndərdiyi hesaba 200 manat ödədikdən sonra narkotik vasitə və psixotrop maddələri Masazır qəsəbəsində bir ünvanda gizlədilməsi barədə mobil telefonuna sms və şəkil göndərilmiş və o, qeyd olunan yerə gedərək həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürmüşdür. Əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini aparıb ünvan 2 ünvanda yerləşən tək yaşadığı otaqda çarpayının altında gizlətmişdir. Bundan sonra 09 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 8 ünvanın yaxınlığında piyada hərəkət edərkən üç nəfər şəxs onu saxlayıb Suraxanı RPİ-nİn 30-cu PŞ-nin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Saxlanıldığı zaman üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Polis əməkdaşları onu 30-cu PŞ-nə aparmışlar və orada dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış və istintaq hərəkəti aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarışın keçirilməsində müdafiəçinin iştirak etməməsinə heç bir etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə polis əməkdaşı tərəfindən ona üzərində qanunsuz əldə edilmiş hər hansı narkotik vasitə və ya başqa əşya olduğu təqdirdə çıxardıb təqdim etməsi təklif edilmişdir. O da, ayağında olan qara rəngli corabının içində gizlətdiyi həmin 5-6 gün əvvəl İran vətəndaşından 200 manata aldığı içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetmin olan bükümlərini çıxarıb təqdim etmişdir. Bunlardan başqa şəxsi axtarış zamanı göy rəngli cins şalvarımın sağ cibində olan 05 ədəd 01 manatlıq pul əskinazlarını, 01 ədəd «Samsunq A 12» markalı mobil telefonu da təqdim etmişdir. Narkotik vasitə və psixotrop maddələr olan kağız bükümləri öz istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar olunmuş özünə məxsus 16 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və üzərini iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Qeyd edilən istintaq hərəkətinin keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, və işitrakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin istintaq hərəkəti zamanı o, müvəqqəti olaraq yaşadığı ünvan 2 ünvanda olan yaşadığı otaqda çarpayının altında narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmiş, həmin ünvana baxış və götürmə istintaq hərəkəti keçirilməsinə etirazının olmadığına dair ərizə yazdıqdan sonra həmin gün polis əməkdaşları vətərindən müdafiəçinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı onun yatdığı dəmir çarpayının döşəyin altında saxladığı 14 ədəd kağız bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin və özünəməxsus olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı otağından aşkar edilmiş həmin narkotik vasitə və psixotrop maddələri İran vətəndaşından alaraq üzərində saxlayaraq daşıdığı heroin və metamfetaminin bir hissəsi olduğunu bildirmişdir. Çarpayının altından aşkar olunmuş içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 14 ədəd bükümlər və 01 ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra qeyd olunan istintaq hərəkətinin keçirilməsinə dair protokol tərtib olunmuş, sonra iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Cinayət işinin İİ cildinin 48-51-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə müdafiəçisi Elçin Əmirovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 iyun 2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, həmin narkotik vasitə və psixotrop maddələrin xırda bükümlərə bölünməsi, yaşadığı mənzildən üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzinin aşkar edilməsi onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş 18 may 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq masivində olan torpaq sahəsindən 05 noyabr 2021-ci il tarixdə oğurlanmış 4000 manat dəyərində bir ədəd yük konteynerin ona qaytarıldığını və həmin konteyneri oğurlamış şəxslərə qarşı heç bir maddi tələbi olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Suraxanı RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 95,57 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 7,341 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülər əks olunmuş iki ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 270,0 (iki yüz yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınıb Suraxanı RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 95,57 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 7,341 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv olunsun. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülər əks olunmuş iki ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 270,0 (iki yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev

2. Əhməd Quliyev

3. Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar