Məhkəmə qərarları › İş №1(101)-1295/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1295/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1295/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxx 1970-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 04 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 yanvar 2021-ci il tarixdə barəsində 03 (üç) ay müddətə həbs qətimkan qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti 04 iyul 2021-ci il tarixədək uzadılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Quba rayon prokurorluğundan 18 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və həmin iş üzrə məhkəmə hazırlıq iclası 01 iyul 2021-ci il tarixə təyin edilmiş və məhkəmə hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilmişdir. Dövlət ittihamçısı məhkəmə hazırlıq iclasında vəsatət qaldırıb, Azərbaycan Respublikası ərazisində yeni – Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətə başladığını, qanunla qeyd olunan məhkəmənin ərazi yurisdiksiyasının müəyyənləşdirildiyini, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin Quba rayonu ərazisində baş verdiyini, Quba rayonunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğunu və hazırkı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmasını qeyd edib, cinayət işinin məhkəmə aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Digər proses iştirakçıları dövlət ittihamçısının vəsatətini əsaslı hesab edib, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə cinayət işinin məhkəmə aidiyyatı üzrə göndərilməsi haqqında qaldırılan vəsatəti müzakirə edib, bununla bağlı cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasinda məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmiş, həmin sərəncamın 2-ci bəndinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etmək Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına tövsiyyə olunmuşdur. Qeyd olunan sərəncam imzalandığı gündən, yəni 03 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasi Prezidentinin 03 fevral 2021-ci il tarixli həmin sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı Məhkəmə-Hüquq Şurasının qərarına əsasən Azərbaycan Respublikasının Abşeron, Xaçmaz, Xızı, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Şamaxı, Şuşa və Zəngilan rayonları, həmçinin Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılmalı olan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Bundan başqa, məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 04 iyul 2021-ci il tarixdə bitməlidir. Məhkəmə baxılan iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbirinə dair məsələni müzakirə edib, cinayət prosesinin tərəflərini dinləyib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması nəzərə alınmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməsinə səbəb olan əsaslar aradan qalxmadığından, Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsində nəzərdə tutulan prosessual müddətlər tükənmədiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılmaqla cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi qanuni və əsaslıdır. Qeyd olunan məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin 04 iyul 2021-ci il tarixdən 1 (bir) ay, yəni 04 avqust 2021-ci il tarixədək uzadılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 299.3 və 299.3.5-ci maddəsinə əsasən cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması məhkəmənin hazırlıq iclasında baxılan məsələlərdən biridir. Həmin Məcəllənin 300.1, 300.2 və 300.2.3-cü maddələrinin tələblərinə görə məhkəmə hazırlıq iclasında, məhkəmə qətimkan tədbirinə dair məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1, 300.1, 300.1, 300.2, 300.2.3 və 302.3-cü maddərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan məhkəmə aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 04 iyul 2021-ci il tarixdən 1 (bir) ay, yəni 04 avqust 2021-ci il tarixədək uzadılsın. Qərarın surəti cinayət prosesinin iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməklə icrasının təmin olunması üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar