Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1296/2022 13.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Fazil oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1999-cu il ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, sabay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu Lək kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava adlanan yerdə yerləşən fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin binasının qarşısındakı “Oktayın Dönəri” adlı kafedə olan zaman həmin kafeyə müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs sifariş verdiyi dönərin pulunu tam olaraq ödəməkdən imtina etməsi səbəbindən sonuncudan haqlı olaraq pulu tam ödəməsini tələb etmiş, Zərərçəkmiş şəxs öz şəxsiyyətini ondan üstün tutmaqla pulu ödəməyəcəyini bildirərək onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurmaqla qisas almaq niyyəti ilə kafedə masanın üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı ilə sonuncunun bel nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid kəskin qanitirmə ilə ağır dərəcəli hemorragik şokla müşaiyət olunan sol bel nahiyyəsinin peritonarxası sahəyə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə zamanı tanımışdır. O, Gədəbəy rayonunda anadan olmuş, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Dövlət tərəfindən medalla təltif edilmişdir. Ordudan təxris olunduqdan sonra Bakı şəhərinin müxtəlif yerlərində dönərçi kimi işləmiş, 12 fevral 2022-ci il tarixdən sonra isə Bakı şəhəri, Yasamal rayonu, "xxxx"nun qarşısında yerləşən Şahid1 məxsus dönərxanada dönərçi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində işdə olan zaman sonradan adı və soyadı Zərərçəkmiş şəxs dönərxanaya gələrək dönər sifariş vermişdir. Hiss etmişdir ki, Əyyub sərxoşdur. O, Əyyubun sifarişini qəbul etmiş və dönəri hazır edib Əyyuba vermişdir. Əyyuba dönərin qiyməti 1 manat 50 qəpik olduğunu bildirmişdir. Əyyub isə cibindən 60 qəpik pul çıxardıb masanın üzərinə atmışdır. Bununla bağlı aralarında mübahisə baş vermiş, Əyyub onu söyüb təhqir etdiyi, dönərin pulunu bilərəkdən ödəmədiyi üçün əsəbləşərək dönərxanada olan bıçaqla Əyyubun belindən vurmuşdur. Əyyub isə dönərxanadan qaçıb getmişdir. Etdiyi əməldən peşmandır. Belə ki, Qarabağ döyüşlərindən sonra əsəbi pozulmuş, Əyyubun etdiyi qanunsuz hərəkətləri onu hövsələdən çıxarmışdır. Əyyubla hal-hazırda barışmış, onun müalicə xərclərini valideynləri tam ödəmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilərək müəyyən edilmişdir ki, o, Naxçıvan MR Şərur rayonu Oğlanqala kəndində dünyaya gəlib böyümüş, hadisə vaxtı isə Bakı şəhərində 5 manatlıq kirayə evlərdə yaşayırdı, Bakı şəhərinin müxtəlif yerlərində tikintilərdə fəhlə işləmişdir. 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi yaxınlığında yerləşən adını xatırlamadığı kafedə bir bakal pivə içib “Oktayın dönəri” adlanan kafedə dönər yemək istəmişdir. Bu məqsədlə orada işləyən dönərçiyə yaxınlaşıb qiyməti soruşmuşdur. Adının sonradan Mübariz olduğunu öyrəndiyi dönərçi ona dönərin 1 manat 50 qəpik olduğunu bildirikdə o, həmin şəxsə bir ədəd çörəkdə dönər sifariş vermişdir. Dönərçi dönər hazır edənə qədər o, dönərçi ilə söhbət etmişdir. Söhbət zamanı o, spirtli içkinin təsiri altnda olduğuna görə dönərçinin danışıqları ona xoş gəlməmişdir. Bundan sonra həmin şəxs dönəri hazır edib ona təqdim etmişdir. O, dönəri aldıqdan sonra Mübarizin onunla danışığı xoş gəlmədiyinə görə Mübarizə dönərin tam pulunu vermək istəmədiyini bildirmiş və cibindən 60 qəpik pul çıxarıb Mübarizə təqdim etmişdir. Bu zaman Mübariz gecə növbəsində işlədiyini və gündəlik 10-15 manat qazandığını bildirib dönərin qalan pulunu ondan tələb etmişdir. Mübarizin ondan pul tələb etməsi onu daha da pis əsəbləşdirmişdir. O, bundan sonra həmin dönərxananın içərisinə daxil olub Mübarizlə söhbət etmək istəmişdir. Bu zaman Mübariz onu döymək istədiyini zənn edib dönərxanada olan bıçağı əlinə götürmüşdür. Bundan sonra o, Mübarizdən hansı səbəbdən bıçağı götürdüyünü soruşduqda Mübariz ondan söyüşlə dönərxadan çıxamasını tələb etmişdir. O, Mübarizə söyüş söyməməsini onunla normal söhbət etmək istədiyini bildirmişdir. Mübariz ondan bir az kənarda dayanıb əlində olan bıçağı sağa-sola çevirərək ondan dönərxanadan çıxmasını tələb etmişdir. Mübarizin onunla kobud danışması və onu təhqir etməsi spirtli içkinin təsirində olduğuna görə ona pis təsir etmişdir. Bundan sonra o, Mübarizə əlində olan bıçağı yerə atmasını və normal söhbət etməyi bir daha təklif etmişdir. Mübariz onun sözünə qulaq asmamışdır. Onu təhqir etdiyinə görə o da Mübarizi söymüş və əli ilə itələmiş və çıxıb getmək istəmişdir. Üzünü çevirib dönərxanadan çıxıb getmək istəyərkən dönərçi onun belindən bıçaqla bir dəfə vurmuşdur. O, bıçağı belindən çıxartmaq istədikdə həmin vaxt bıçağın tiyəsi hər iki əlinin barmaqlarını kəsmişdir. O, bıçağı əli ilə tutmuş, lakin əlində saxlaya bilməmişdir. Bundan sonra o, bədənində istilik hiss etmişdir. Əlini belinə vuran zaman əlinin qan olduğunu görmüş və dönərxanadan çıxıb qaçmışdır.Yola tərəf qaçan zaman yoldan tanımadığı şəxsə yaxınlaşıb xəsarət aldığını və xəstəxanaya çatdırmasını xahiş etmişdir. Lakin bundan sonra baş verənləri xatırlamamış və gözlərini açan zaman artıq xəstəxanada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun işlətdiyi dönərxananın işçisi olmuşdur. 22 fevral 2022-ci il tarixdə saat 01:30 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək bildirmişdir ki, “dönər evində bıçaqla adam vurmuşam, obyektdə gəl”. Xəbəri eşidən zaman tez dönər evinə gedib nə hadisə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 01:00 radələrində bir nəfər şəxs müştəri kimi içəri daxil olub, dönər istəmiş, qiymətini soruşmuş, müştəri bir ədəd çörəkdə toyuq dönərinin 1 manat 50 qəpik olmasını bildirdikdən sonra həmin müştəri ona bir ədəd çörəkdə toyuq dönəri sifariş vermiş, Təqsirləndirilən şəxs bir ədəd çörəkdə toyuq dönərini hazırlayıb müştəriyə verdikdə müştəri dönərin pulunu tam verməyərək 60 qəpik pul vermiş, bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı müştəri Mübarizin özünü, nəslini və valideynlərini söydüyü üçün Mübariz də əsəbləşib kafedə masanın üzərində olan bıçağı götürüb həmin bıçaqla müştərini vurmuşdur. Təqsirləndirilən şəxs dinlədikdən sonra Mübarizə polisə gedib təslim ol masını təklif etmiş və Mübariz onunla razılaşaraq hadisə vaxtı istifadə etdiyi bıçağı götürüb onunla birlikdə Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getmişlər. O, özü birinci Qarabağ müharibəsinin iştirakçısı və qazisidir, Təqsirləndirilən şəxs isə 2-ci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Dövlət tərəfindən medal ilə təltif edilmişdir. Məhkəmədən xahiş edir ki, bu hallar nəzərə alınsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Şahid1 işçisi kimi tanımışdır. Belə ki, Hüseyn dönərxana açmış, lakin Bakı qeydiyyatı olmadığı üçün həmin dönərxananı vergi orqanlarında onun adına qeydiyyatdan keçirmişdir. Hadisə haqqında isə Hüseyndən onu bilmişdir ki, bir nəfər şəxs dönərxanadan yemək alıb pulunu vermədiyinə görə dönərçi Təqsirləndirilən şəxslə mübahisə etmiş, sonuncu onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin ibtdai istintaq zamanı verdiyi və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin 29-cu RŞ-nə gələrək bir ədəd bıçaq təqdim edərək 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində dönərçi işlədiyi kafenin içərisində dönərin pulunu tam ödəmədiyi üçün aralarında yaranmış mübahisə zamanı müştərini bıçaqla vurub xəsarət yetirdiyini bildirərək özünü könüllü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqdim etmə və götürmə haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd dəstəyi qara rəngli plastik materialdan olan bıçaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, bıçaqlanma hadisəsi 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında yerləşən “Oktayın dönəri” adlı kafedə baş vermişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, tanımadığı şəxs spirtli içkinin təsiri altında dönərxanaya daxil olmuş və bir ədəd çörəkdə toyuq dönəri sifariş vermiş, dönərin pulunu tam ödəmədiyində, həmin şəxsin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətdiyi üçün aralarında mübahisə yaranmış və o, bıçaqla həmin şəxsi vuraraq xəsarət yetirmidir. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən heç bir alət və vasitə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli uzunqol köynək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası SN-nin “1 saylı X7”indən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş 23 fevral 2022-ci il tarixli həbs qətimkan tədbiri ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə İclas zalından azad olunmuşdur. «Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirin seçilməsi haqqında» 28 fevral 2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 07 gün həbsdə saxlaınılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 242 saylı rəyindən müəyyən olunur ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-kəskin qanitirmə ilə ağır dərəcəli hemorragik şokla müşaiyət olunan sol bel nahiyyəsinin peritonarxası sahəyə nüfuz edən 01(bir) ədəd deşilmişkəsilmiş yara deşici-kəsici alətin, hər iki əl barmaqlarının kəsilmiş yaraları isə iti kənarlı alətin təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl qərarda qeyd olunan -xx.xx.2022-ci il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ağır dərəcəli hemorragik şokla müşaiyət olunan sol bel nahiyyəsinin peritonarxası sahəyə nüfuz edən 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, hər iki əl barmaqlarının kəsilmiş yaraları isə ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-lifli-trasoloji-kriminalistik ekspertizasınin 17 mart 2022-ci il tarixli, 3/273, 3/292 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və düzəlişlər edilməmişdir. - Təqdim edilmiş bir ədəd uzunqol köynəyin səthində rəyin tıdqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və ya ona bənzər xassəli hət hansı bir alətin) təsiri nəticəsində yaranmaya xarakterikdir. - Təqdim edilmiş bir ədəd uzunqol köynəyin səthindəki zədədə, zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-lifli ekspertizasının 17 mart 2022-ci il tarixli, 6/1284 spaylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 854 saylı rəyindən müəyyən ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, Bakı şəhərində yaşayış və iş yeri olmadığından Naxçıvan MR-sı Şərur rayonuna getmiş, bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmir, məhəkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs hərbi biletinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Mühirəbəsi”ndə, Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Ucar rayon İcra Hakimiyyəti Başçısının Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, 0 44 günlük, 2-ci Vətən müharibəsinin iştitrakçısıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə uyğun olaraq könüllü gəlib təqsirini boynuna almasını, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, İİ Vətən müharibəsnin iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi ilə bağlı müddəa Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli uzunqol köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 280 (iki yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. bİş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Verdiktum»Vəkil Bürosunun vəkili Müdafiəçi1 Fazil oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 Fazil oğlu üçün 180 AZN (yüz səksən manat) pul «Verdiktum»Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Ucar rayon məhkəmə İcraçıları ıə Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə ekspertiza xərci 280 (iki yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli uzunqol köynək məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 Fazil oğlu üçün 180 AZN (yüz səksən manat) pul «Verdiktum» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1296/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1296/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver