Məhkəmə qərarları › İş №1(101)-1296/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1296/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1296/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2 iştirakı ilə, xx.xx.1977-ci ildə Gürcüstan SSR, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, biri özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan olmaqla iki və daha çox şəxsə Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermiş, həmçinin qəsdən sağlamlığa ağır xəsarət vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 1948-ci il təvəllüdlü atası Zərərçəkmiş şəxs1, xx xxxxx 1952-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs2, uşaqları xx xxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, xx xxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 və xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 ilə birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda mütəmadi olaraq spirtli içki qəbul edib xx xxxxx 1952-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs2 2017-ci ilin əvvəllərindən xx.xx.2023cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, eləcə də 2022-ci ilin yay aylarında, 2023-cü ilin mart ayında, 2023-cü ilin iyun ayının əvvəllərində, həmçinin xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə-ayaqla döyərək, ona güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayaraq, sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirmiş, həmçinin özünün istifadə etdiyi mobil telefonla onun başına vurmuş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2 sol bazunun yumşaq toxumasının hematoması və sağ ayağın İİİ barmağının arxa səthinin sıyrığı; sağ qulaq sırğalığının səthi əzilmiş yarası, sol saidin orta 1/3-nin arxa-bayır səthinin əzilmiş-cırılmış yarası və alın nahiyəsinin kiçik ölçülü əzilmiş yarasından ibarət olmaqla həm ümumilikdə, həm də ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid çoxsaylı bədən xəsarətləri yetirərək mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq əzab vermişdir. Bundan başqa o, birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda mütəmadi olaraq spirtli içki qəbul edərək övladları xx xxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və xx xxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 2017-ci ilin əvvəllərindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, eləcə də 2023-cü ilin mart ayında, 16 iyul 2023-cü il tarixdə saat 18 radələrində, 16 avqust 2023-cü il tarixdə saat 23 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq əllə-ayaqla döyərək, onlara güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayara, Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirmiş, qaldırıb döşəməyə çırpmış, həmçinin onun başını divara, elektrik sobasının şüşəsinə vurmuş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs3 sağ bazunun, boyunun sağ yan səthinin və döş qəfəsinin sol yuxarı bayır səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin və kürəkarası nahiyənin sıyrıqları, hər iki əlin kəsilmiş yaraları ilə müşayiət olunan, eyni zamanda Zərərçəkmiş şəxs4 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirmiş, qazan qapağı ilə vurmuş, həmçinin onu qaldırıb döşəməyə çırpmış, başını divara vurmuş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs4 sağ kürəküstü nahiyəsinin qançırı ilə müşayət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən çoxsaylı bədən xəsarətləri yetirərək iki və daha çox şəxsi mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxslərə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq təkrarən əzab vermişdir. Bundan başqa o, birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda mütəmadi olaraq spirtli içki qəbul edərək xx xxx 1948-ci il təvəllüdlü atası Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2009-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs5 təxminən 2017-ci ilin əvvəllərindən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı mütəmadi olaraq əllə-ayaqla döyərək, onlara güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayaraq, onların bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirib xəsarətlər yetirərək oğlu Zərərçəkmiş şəxs5 onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olaraq iki və daha çox şəxsi mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxslərə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq təkrarən əzab vermişdir. Bundan başqa o, 16 avqust 2023-cü il tarixdə saat 23 radələrində birgə yaşadıqları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evdə növbəti dəfə spirtli içki qəbul etdikdən və atası Zərərçəkmiş şəxs1 ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirməsindən sonra aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənlərin üzərində dayanan atası Zərərçəkmiş şəxs1 əvvəlcə sillə vurmuş, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə vuraraq ona travmatik hemopnevmotoraksla və hər iki ağciyərin əzilməsi müşayiət olunan döş sümüyünün sınığı, hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları kimi canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və döş qəfəsinin sol yan səthinin qançırı kimi canlı şəxslərdə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malik xəsarətlər yetirmiş, sonuncu aldığı zərbənin təsirindən pilləkənlərin məhəccərinə dəyib sındırmaqla, hündürlükdən yerə yıxılaraq başının daş döşəməyə dəyməsi nəticəsində ölümünə səbəb olan başın yumşaq örtük toxumasına qansızmalar və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşaiyət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma (baş beyin əzilməsi) kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər və sol dirsək oynağının arxa səthinin sıyrıqları kimi canlı şəxslərdə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malik xəsarətlər alaraq X10 PHŞ-nə yerləşdirilsə də, xx.xx.2023-cü il tarixdə müalicə aldığı xəstəxanada baş beynin ağır dərəcədə əzilməsi nəticəsində baş beyinin travmatik ödemi və dislokasiyası səbəbindən ölmüş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs qəsdən atası Zərərçəkmiş şəxs1 sağlamlığına ağır xəsarətlər yetirərək, ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 il olar ki, spirtli içki içmiş, ittihamda qeyd olunan hadisəyə qədər hər gün spirtli içki qəbul etmişdir. İçkili olduğu vaxtlarda evdə nələr baş verdiyini xatırlamır. O, həm valideynləri, həm də uşaqları ilə çox mehriban olmuş, atasını öldürmək fikri olmamışdır. Övladlarının onun törətdiyi əməllər barəsində verdikləri bütün ifadələri təsdiq edir, çünki onun övladları yalan danışmaz. Sonuncu hadisə baş verən gün o, evə içkili gəlmiş, içki almaq üçün evdən pul götürmək istəmişdir. Evdən çıxarkən atasını itələmişdir. Övladları onu içki içdiyinə görə müalicə etdirmək istəmiş, ona görə də barəsində polisə şikayət etmişdir. İçki içməyəndə hər şey normal olmuş, lakin içkili olanda nə etdiyini, nə hadisələr törətdiyini xatırlamır. Son bir ildə hər gün içki içmiş, içki içəndən sonra evə necə gəldiyini xatırlamır. O, hesab edir ki, evdən çıxanda atasını itələyib qaçıb getmişdir. Atasını itələyəndə onun pilləkənin aşağısında və ya yuxarısında olduğunu xatırlamır. Atasını vurduğu anı xatırlamır. O, hər gün səhərə qədər içmiş, hadisə günü isə 2 litrə yaxın spirtli içki içmişdir. Hadisə günü uşaqlarını vurmasını xatırlamır. 2017-ci ildən hadisə gününə qədər uşaqlarına nə etdiyini xatırlamır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət yarandığından təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və təqsirləndirilən şəxs həmin ziddiyyəti istintaq zamanı yazılan ifadəni oxumadan imzalaması, hadisə ilə bağlı anasının və övladlarının verdiyi məlumatları və ifadələri təsdiq etdiyi üçün yazılanları imzalaması ilə izah etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 22 radələrində Təqsirləndirilən şəxs evə yenə içkili gəlmiş, Namiq gələn kimi qızı Könül atasına ayran hazırlamış və baxması üçün ona kino açmasını təklif etmişdir. Könül atasını içəri otağa aparmış və bir qədər sonra onun yanına gəlib atasının yatdığını demişdir. Bundan sonra qızlar yatmaq üçün otaqlarına keçmiş, təxminən 40 dəqiqə sonra Namiq oyanmış, mətbəxə gedib su içib geri qayıtmış və koridorun ortasında durub qışqıraraq oğlunu çağırıb yanına gəlməsini istəmişdir. X11 yanına getmiş, bu zaman Namiq oğluna “sən mənə sifət göstərdin” deyib oğlunu vurmuş, Fərmail qorxub o biri otağa qaçmışdır. Namiq yenidən Fərmailin yanına gəlməsini tələb etmiş, Fərmail atasına yalvarmağa başlamışdır. Bundan sonra Namiq mətbəxə gedib əlində bıçaqla geri qayıtmış, bu zaman o, mərhum həyat yoldaşını oyadıb vəziyyətin yaxşı olmadığını demişdir. Belə vaxtlarda Namiq həmişə onların telefonunu almış və darvaza qapısını bağlamışdır. Namiq oğluna itini gətirməsini tapşırmış, itin başını kəsəcəyini demişdir. Fərmail həyətə çıxmış, o da iti tutması üçün ona kömək etməsi, həm də darvaza qapısını açıb qonşulardan kömək istəmək məqsədi ilə Fərmailin arxasınca çıxmışdır. Bu zaman Namiq qızı Simanın başını divara vurmağa başlamış, Simanı döydüyünü eşidən atası otaqdan çıxıb pilləkənin başından Namiqə “ay bala döymə, yazıqdır” demişdir. Buna əsəbləşən Namiq təpiklə atasını vurmuş, bu zaman aqlay daşları aşmış, atası da onlarla bərabər pilləkəndən aşağı düşmüşdür. O, çölə qaçıb kömək istəmiş, bir nəfər cavan oğlan 102 xidmətinə zəng etdiyini deyib, danışması üçün telefonunu ona uzatmışdır. O, telefonda oğlunun atasını öldürdüyünü deyib kömək istəmiş, polis gələnə qədər Namiq əynini geyinib camaatın içindən çıxıb getmişdir. Namiq atası ölən günə kimi 13 gün azadlıqda gəzmiş, atası ölən kimi Namiqin tutulması barədə xəbər gəlmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Namiq atasını təpiklə sinəsindən vurmuş, bunun nəticəsində mərhum həyat yoldaşının 5 qabırğası qırılmışdır. O, həmin zaman köməyə adam çağırmaq üçün çölə qaçmışdır. Namiq əvvəllər işləmiş, boşanandan sonra daha çox içməyə başlamış və işləməmişdir. İcarəyə verdikləri bir mağazaları olmuş, Namiq onu satıb pulunu xərcləmişdir. İttihamda qeyd olunduğu kimi Namiq ona və nəvələrinə mütəmadi olaraq işgəncələr vermiş, bununla bağlı bütün dövlət orqanlarına dəfələrlə şikayət etmişlər, lakin heç bir nəticəsi olmamışdır. O, anası olduğu üçün Namiqin ona qarşı etdiklərini bağışlayır, lakin atasını öldürdüyünə görə oğlunun qanun qarşısında cavab verməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, atası xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 23 radələrində evə içkili vəziyyətdə gəlmiş, atası evə gələn kimi bir az televizora baxıb misdirdır. Təxminən 40 dəqiqə sonra atası qışqıraraq qardaşı Fərmaili çağırmış, qardaşı yuxudan oyanıb onun yanına getmiş, atası Fərmailə “niyə üzümə pis baxdın?” deyib qardaşını vurmuşdur. Namiq Fərmailin qorxduğunu görüb “bura gəl məndən hara qaçırsan?” dedi demiş və həmin vaxt onu təpiklə vurmuşdur. Atası yenə Fərmaili vurmaq istəyən zaman Fərmail qaçmış, bundan sonra atası bacısının yanına getmişdir. Atası Simanın pişikdən qorxduğunu bildiyi üçün onun üstünə pişik atmış və onu döyməyə başlamış, başını divara vurmuşdur. Bacısının başını divara vurduğuna görə babası atasına irad bildirmiş, atası əsəbləşib babasını sillə ilə vurmuşdur. Daha sonra mətbəxə onun yanına gəlib boğazından tutaraq başını divara vurmuş və pişiyi gətirməyini istəmişdir. Bu vaxt evin dəhlizinə keçdikdə babası evin pilləkəninə çıxmışdır. Həmin vaxt nənəsi evin həyətində olmuş, atası evin pilləkənlərinə tərəf babasının yanına gedərək orada babasına sillə vuraraq “yenə polisə zəng edirsən?" demişdir. Babası bir təhər özünü tarazlayaraq heç kimə zəng etmədiyini demişdir. Bu vaxt babası evin pilləkənində məhəccərə söykənmiş vəziyyətdə dayanmış, atası evin qapısına özünü dayayıb qapıdan dəstəklə qabağa gedərək qarşısında dayanan babasının sinəsindən möhkəm təpiklə vurmuşdur. Babası zərbənin təsirindən məhhəccəri sindiraraq arxası üstə həyətdə daş döşəmənin üzərinə yıxılmışdır. Bu vaxt nənəsi qışqıraraq bayıra qaçmış və qonşuları köməyə çağırmışdır. O, atasının telefonundan zəng edib təcili yardım çağırmışdır. Qonşular köməyə gələrək babasını qaldırıb pilləkənə otuzdurmuşlar. Atası evə daxil olub bacısı Simaya hər şeyin onun pişikdən qorxmasına görə olduğunu deyib telefonunu götürüb evdən çıxıb getmişdir. Bir qədər sonra təcili yardım gələrək babasını xəstəxanaya aparmışlar. Babası rəhmətə gedən günə kimi atası azadlıqda olmuş, babası rəhmətə gedən gün atasının tutulduğu xəbəri gəlmişdir. Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, atasının onları mütəmadi olaraq döyməsi ilə bağlı bütün dövlət orqanlarına, o cümlədən polisə dəfələrlə müraciətlər etmişlər, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Atasının babasını təpiklə vurduğunun şahidi olmuş, belə ki, o, atasının arxasında durmuşdur. Həmin gün atası onu da döymüş, başını divara vurmuşdur. Babası pilləkənin başında durub nənəsi və qardaşına baxmış, atası da babasının yenə polisə zəng etdiyini zənn edib ona əsəbləşmiş, babası da heç kimə zəng etmədiyini demişdir. Atası əsəbləşib sillə ilə babasını vurmuşdur. Babası özünü tarazladıqdan sonra atası təpiklə babasını vurmuş və babası eyvandan aşağı yıxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə günü atası evə içkili vəziyyətdə gəlmiş, bir az yatdıqdan sonra oyanıb mətbəxə getmiş və qayıdıb koridorda durub qardaşı Fərmaili çağırmışdır. Fərmail yuxudan oyanıb atasının yanına getmiş, atası qardaşının guya onun üzünə pis baxmasını bəhanə edib onu vurmuşdur. Qardaşı qorxub çölə qaçmış, atasının onu da döyəcəyindən qorxub yatdığı otaqdan çölə çıxmamışdır. Atası yataq otağına gəlib onun üstünə pişik atmış, pişik qorxub otaqdan qaçdığına görə əsəbləşib onu döyməyə başlamış, boğazından tutub başını divara vurmuşdur. Qışqırıq səslərini eşidən babası otaqdan çölə çıxmış və onun başını divara vurduğu üçün atasına mane olmağa çalışmışdır. Atası babasına əsəbləşib sillə ilə onu vurmuş, bundan sonra babası pilləkənə çıxmış, həmin vaxt nənəsi və qardaşı həyətdə olmuşlar. Atası babasının polisə zəng etdiyini zənn edib onu sillə ilə vurmuş, o, qorxub otağa qaçdığı üçün hadisənin davamını görməmiş, lakin səsləri eşitmişdir. Daşın qırılma səslərini, arxasınca bacısının və qardaşının səslərini eşidib çölə çıxmışdır. Babasının hərəkətsiz şəkildə yerdə uzandığını və başından qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, atası bir neçə ildir ki, mütəmadi olaraq spirtli içki içmiş, içdikdən sonra da həmişə gəlib onları döymüşdür. Atası qab-qazanı onun və digər ailə üzvlərinin başına çırpmış, o, pişikdən qorxduğu üçün onun üzünə pişik atmış, onların başını divara vurmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, atası Namiq, bacıları Sima və Könül, nənəsi Sima və babası Fərmail ilə birlikdə yaşamışlar. Atası ilə anası 2015-ci ildən ayrı yaşamağa başlamış, 2016-cı ildə isə rəsmi olaraq boşanmışdır. O, həmin vaxt azyaşlı olmuş, xatırladığı qədər atası anasını o vaxt daimi olaraq spirtli içki içərək döymüş, anası onları qoyub evdən getmiş, sonra valideynləri boşanmış, anası evdən getdikdən bir müddət sonra onunla görüşməmiş, məhkəmənin qərarı ilə onlar atalarının himayəsinə verilmişlər. Anasını 2015-ci ildən görməmiş, anası özü də onlarla görüşməkdən imtina etmişdir. Bildiyi qədəri ilə anası başqa kişi ilə evlənib Türkiyədə yaşamağa başlamışdır. Atası yaşadıqları müddət ərzində həmişə içki içmiş, onları incitmişdir. Atası mütəmadi olaraq onu, bacılarını, nənəsi Simanı və babası Fərmaili döymüşdür. Onlar uşaq olandan evdə daim atasının spirtli içki içərək evdə dava salmasına şahid olmuşlar. Atasının onları döyməsi ilə bağlı əvvəllər də bir neçə dəfə polisə şikayətləri olmuş, lakin atası ilə bağlı ciddi tədbir görülməmişdir. Atası hər dəfə şikayətdən sonra evə gələrək onlarla daha pis rəftar etdiyindən qorxudan hər dəfə atalarından şikayət edə bilməmişlər. Atası demək olar ki hər gün içmiş, səbəbsiz yerə onları döymüşdür. 2023-cü ildə xatırladığı qədər mart ayında evdə olan zaman axşam saatlarında atası spirtli içki içib heç bir səbəb olmadan bacısı Könülün başını tutaraq divara vurmuş, daha sonra mətbəxdə bacısının başını elektrik sobasının şüşəsinə vurmaq istəyən zaman bacısı əllərini üzünə tutmuş, bu vaxt şüşə qırılıb bacısının əllərini kəsmişdir. Həmin vaxt atası nənəsi və bacısı Simanı da döymüş, onlar həmin gün qorxduqlarından polisə şikayət etməmişlər. Həmin gün onlar gecə sabaha qədər yata bilməmiş, polisə xəbər verməmiş, bacısının əli ev şəraitində müalicə olunmuşdur. Daha sonra atası dəfələrlə babasını döymüş, lakin babası atasından şikayət etməmişdir. Atası babasına tez-tez “öl qurtar da” demiş, babasını öldürəcəyini və onu Quşçuluq massivində basdıracağını demişdir. Atası bir müddətdir ki, işləməmiş, ailəsi babasının və nənəsinin təqaüdləri hesabına dolanmışdır. Atası daim spirtli içki içmək, əxlaqsız qadınlara xərcləmək üçün nənəsindən və babasından pul almış, nənəsi və babası vermədikdə isə onları döymüşdür. Atası onu da daim vurmuş, evə gecə gəlib, onlar yatan vaxt otağa girərək yatdıqları yerdə onları vurmuşdur. 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı gün evdə olan zaman axşam saatlarında evə gələrək heç bir səbəb olmadan nənəsinin sağ qulağından vurmuş, nənəsinin qulağı qanamışdır. 2023-cü ilin iyul ayının əvvəlində dəqiq xatırlamadığı gün atası yenə nənəsi ona pul vermədiyi üçün onu təpiklə ayağından vurmuş, qoluna isə yumruqlar vuraraq ona xəsarət yetirmişdir. Onlar evdə “Fam” adlı it saxlamış, 2023-cü ilin iyul ayının 16-da atası iti buraxmaq istəmiş, o, iti buraxmamasını atasından xahiş etmişdir. Daha sonra Könülə 100 manat nənəsindən alıb gətirsə iti buraxmayacağını demişdir. Nənəsi də babasına dedikdən sonra Könül 100 manat pulu alıb atasına vermiş, bundan sonra atası 150 manat da əlavə pul istəmişdir. Babası və nənəsi pul gətirmək üçün qonşuluqda yaşayan bibisi Sevilin evinə getmişlər. Bu zaman atası ona və bacılarına baxaraq “siz batdınız, nənə və babanız evdə yoxdur, sizi mənim əlimdən alan olmayacaq” demiş, bundan sonra atası onlara özünün aldığı telefonları alaraq heç kimə zəng edə bilməmələri üçün sındırmışdır. Atası onu iti çimizdirdiyi üçün vurmuş, Könülü bir neçə dəfə qaldırıb yerə çırpmış, qarnına təpiklə zərbə vurmuş, bacısı Simanı isə qazan qapağı ilə döymüşdür. Atası adətən onu çox vurmamış, bir-iki sillə vurub dayanmış, bacılarını isə çox döymüşdür. Buna görə onun bədənində xəsarət qalmamışdır. Anasına oxşadığı üçün ən çox bacısı Könülü vurmuşdur. Həmin gün bir qədər sonra nənəsi və babası polis əməkdaşları ilə birlikdə gəlmiş, polis əməkdaşları onları o vəziyyətdə görmüşlər. Atası polislərlə birgə 30-cu polis şöbəsinə getmiş, növbəti gün polis təhqiqatçısı bacılarını və nənəsini ekspert müayinəsindən keçirmiş, onun isə bədənində xəsarət olmadığından ekspert müayinəsindən keçməmişdir. Atası bir qədər sonra evə gəlmiş, onlara polis şöbəsində olan zaman rol oynadığını, şikayət etdiyinə görə onlardan heyfini çıxacağını demişdir. Bundan sonra atası bacılarını, onu, nənəsi və babasını yenə döymüşdür. Onlara “gedin polisə şikayət edin, onsuz da polis mənə heç nə etməyəcək, bir qədər sonra oradan çıxıb yenə sizi döyəcəm” demişdir. Atasının nənəsi və bacılarını döyməyi ilə bağlı polis bölməsində araşdırma olmuş, bundan sonra faktla bağlı cinayət işi başlanmış, lakin atası barəsində heç bir tədbir görülməmişdir. Həmin müddət ərzində atası onlarla eyni evdə qalmış, bacılarını yenə döymüş, ona da arabir sillə vurmuşdur. Atası onları daim qorxu içində saxlamış, atalarının qarşısını babası Fərmail almışdır. Dəfələrlə Suraxını RPİ-nin 30-cu PŞ-ə şikayətlər etmişlər, lakin nəticəsi olmamışdır. Atası evdə bacılarının dərs kitablarını da cırmışdır. Onlar müxtəlif dövlət orqanlarına atasının hərəkətləri ilə bağlı şikayət ərizələri ilə müraciət etmiş, lakin onun barəsində tədbir görülməmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 23 radələrində atası içkili vəziyyətdə evə gəlmiş, bir qədər yatmış, bundan sonra qışqıraraq onu çağırmış, o, yuxudan oyanıb atasının yanına getmiş, ona “nə sifət eliyirsən?” deyərək sinəsindən vurmuş, o, TV-də atası üçün əyləncəli video qoşmuşdur ki, ondan əl çəksin, bundan sonra yenə onu yanına çağırıb onu sinəsindən vurmuşdur. O, qaçmaq istəmiş, ona “hara qaçırsan?” deyib bu vaxt ona təpik vurmuşdur. Bacılarını da oyatmış, atası əlinə bıçaq götürmüş, lakin ona heç nə etməmiş, bıçağı masanın üzərinə qoymuşdur. O, qorxub həyətə qaçmış, daha sonra atası evdə bacılarını döymüş, o, həyətdən atasının bacılarını döydüyünü görmüşdür. Atası bacısı Simanın üzərinə pişik atmış, bu vaxt babası və nənəsi də oyaq olmuşdur. Babası ona mane olmaq istəmiş, nənəsi isə həyətə düşmüşdür. Nənəsi ilə o həyətdə olmuş, babası pilləkənə tərəf çıxmış, atası babasına evin pilləkənində sillə vurmuşdur. Babası evin pilləkənində məhəccərə söykənmiş vəziyyətdə, arxası ona tərəf olmuş, atası qarşısında dayanan babasının sinəsindən möhkəm təpiklə vurmuşdur. Bu zaman babası zərbənin təsirindən pilləkənin məhəccərini sındırmış və arxası üstə gedərək həyətdə daş döşəmənin üzərinə yıxılmışdır. Babası oradan yıxılaraq başından xəsarət almış, babasının başından qan axmış, özü isə xırıldamağa başlamışdır. Bu vaxt nənəsi qışqıraraq bayıra qaçmış və qonşuları köməyə çağırmışdır. Bacısı Könül atasının telefonu ilə təcili yardıma zəng vurmuşdur. Bundan sonra qonşular köməyə gəlmiş, onlar babasını qaldırıb pilləkənə otuzdurmuşlar. Atası daha sonra telefonunu götürüb çıxıb getmişdir. Bir qədər sonra təcili yardım gələrək babasını xəstəxanaya aparmışlar. Babası xəstəxanada olduğu müddətdə onlar evdə qorxu içində oturmuşlar. Onlar qorxmuşlar ki, atası gəlib onlara da nəsə edəcək. Atası bir neçə dəfə evə gələrək evin qapısını döysə də qapını açmamışlar. Onlar xəstəxanaya babasının yanına tez-tez gedib-gəlmiş, lakin babasını bir dəfə görmüşdür. xx.xx.2023-cü ildə onlara xəstəxanadan babasının vəfat etdiyini bildirmişlər. (cild İİ, i/v: 177-182) Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamış, hadisə barədə atasını xəstəxanaya apardıqdan sonra bilmişdir. O, qardaşı Təqsirləndirilən şəxs valideynləri və övladlarını döyməsinin heç vaxt bilavasitə şahidi olmamış, lakin bu barədə ailə üzvlərindən eşitmişdir. Namiqin ailəsinin dağılma səbəbi onun ailəsinə qarşı davranışları, spirtli içki içməsi olmuş, onunla da münasibəti eyni səbəbdən pozulmuşdur. Belə ki, Namiqlə yola getmək mümkün olmamış, o, atasının evi ilə qonşuluqda yaşasa da, 5-6 ildir ki, atasının evinə getmir, bunun da səbəbi Namiqin hərəkətləridir. Namiq uşaqlarına onun evinə gəlməyə icazə verməmiş, uşaqların onunla heç bir əlaqəsi olmamışdır. Valideynləri də Namiqdən qorxduqları üçün onun evinə gəlib-getməmiş, lakin arada gizlicə ona zəng etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamış, heç nə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən və zərərçəkmiş şəxslərin qonşusudur. Dəqiq xatırlamadığı tarixdə axsam saat 22-23 radələrində evdə olan zaman küçədən Namiqin anasının səsini eşitmiş, səsküyə küçəyə çıxmış, qonşuların yığıldığını görmüşdür. O, yığılan şəxslərdən nə baş verdiyini soruşmuş, qonşusu Fərmailın eyvandan yıxılıb öldüyünü demişlər. O, içəri keçməmiş, daha sonra polis və təcili yardım gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, o, Suraxanı RPİ-nin 30-cu PB-yə 16 və 17 iyul 2023-cü il tarixlərində ərizə ilə müraciət edərək, oğlu Təqsirləndirilən şəxs spirtli içki içərək onu, ərini və nəvələrini döyərək xəsarətlər yetirdiyini bildirmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. (cild İ, i/v: 3,7) - «Meyitə baxış keçirilməsi haqqında» 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 29 avqust 2023-cü il tarixdə X7 ölməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon prokurorluğunun müstəntiqi və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 Suraxanı rayon şöbəsinin məhkəmətibbi ekspertinin iştirakı ilə Zərərçəkmiş şəxs1 meytinə baxış keçirilmiş və meyit üzərində aşkar edilmiş xəsarətlər qeydə alınmış, meytin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 57-62) - «Götürmə və baxış keçirilməsi haqqında» 29 avqust 2023-cü tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli qısaqol köynək, qara rəngli qısa şalvar, ağ-qara rəngli 1 cüt ayaqqabı götürülmüşdür. (cild İ, i/v: 85-87) - «Könüllü təqdim etmə» və «götürmə və baxış keçirilməsi» haqqında 30 avqust 2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 oğlu Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda onu və nəvələrini döyməsindən sonra bədənləri üzərində olan xəsarətlərin fotoşəkillərini təqdim etmiş, həmin fotoşəkillərə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədənin müxtəlif nahiyələrində xəsarət izlərinin olması müəyyən edilmişdir. (cild İ, i/v: 100, 102-120) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda yerləşir. Hadisə yerinə baxış zamanı evin həyətində daş metlak üzərində olan qanabənzər ləkələrdən 4 ədəd nümunə və evin arxa hissəsində üzərində qanabənzər ləkə olan aqlay parçası müvafiq qaydada qablaşdırılaraq götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 121-127) - «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini bir daha təsdiq edərək, hadisənin törədilmə yerini əyani olaraq göstərmiş, həmin istintaq hərəkəti video çəkiliş aparılmaqla keçirilmiş və video görüntülər protokola əlavə edilmişdir. (cild İ, i/v: 128-129) - «Mobil telefona baxış keçirilməsi haqqında» 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (cild İ, i/v: 194) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Fəramail oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 həmin Mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. (cild İ, i/v: 231-232) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 04 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Fəramail oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 həmin xəstəxanaya müraciət etməyiblər. (cild İ, i/v: 233) - Suraxanı RPİ-nin 30-cu PŞ-nin 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərini döyməsi ilə bağlı PŞ-də araşdırmalar aparılmış və münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Əlavə olaraq aparılan araşdırmalar zamanı Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olması müəyyən olunmuşdur. (cild İ, i/v: 234) - 30 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə üzləşdirilmiş, həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxslər öz ifadələrində qeyd etdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə demiş, təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslərin ifadələrini təsdiq edərək, valideynlərini və övladlarını çox döydüyünü və incitdiyini etiraf etmiş, bu əməllərini spirtli içkinin təsiri altında törətdiyini bildirmişdir. (cild İİ, i/v: 6-9; 10-13) - «Məhkəmə-tibbi ekspertizası» üzrə xx.xx.2023-cü il tarixli 112 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, döş sümüyünün sınığı, hər iki ağciyərin əzilməsi və travmatik hemopnevmotoraksla müşayiət olunan hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın yumşaq örtük toxumasına qansızmalar, sol dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, dərəcəsinə görə başın yumşaq toxumasına qansızmalar və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər; travmatik hemopnevmotoraksla və hər iki ağciyərin əzilməsi müşayiət olunan döş sümüyünün sınığı və hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər; sol dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı canlı şəxslərdə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 ölümünə baş beynin ağır dərəcəli əzilməsi nəticəsində baş beynin travmadan sonrakı ödemi və dislokasiyası səbəb olmuşdur. Ölüm X7 xx.xx.2023-cü il tarixdə saat 09:15-də baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən başın yumşaq toxumasına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol dirsək oynağının arxa səthinin sıyrıqları, eləcə də baş beyinə, qişalarına və mədəciklərinə qansızmalar digər şəxs tərəfindən zərblə vurulma zamanı şəxsin hündürlükdən yıxılması nəticəsində başının bərk küt örtüyə dəyməsi zamanı alınmaları inkar olunmur; travmatik hemopnevmotoraksla və hər iki ağciyərin əzilməsi müşayiət olunan döş sümüyünün sınığı, hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları və döş qəfəsinin sol yan səthinin qançırı digər şəxs tərəfindən ayaqla zərblə vurulma nəticəsində alınmaları inkar olunmur. (cild İ, i/v: 255-260) - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 624 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazunun yumşaq toxumasının hematoması və sağ ayağın İİİ barmağının arxa səthinin sıyrığı; sağ qulaq sırğalığının səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Müddətinə görə xəsarətlərdən sol bazunun yumşaq toxumasının hematoması və sağ ayağın İİİ barmağının arxa səthinin sıyrığı müayinədən 1-2 həftə əvvələ, sağ qulaq sırğalığının səthi əzilmiş yarası isə müayinədən 1-1,5 ay əvvələ uyğun gələ bilər. Dərəcəsinə görə sol bazunun yumşaq toxumasının hematoması və sağ ayağın İİİ barmağının arxa səthinin sıyrığı ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; sağ qulaq sırğalığının səthi əzilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (cild İ, i/v 18-20) - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 626 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs3 sağ bazunun, boyunun sağ yan səthinin və döş qəfəsinin sol yuxarı bayır səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin və kürəkarası nahiyənin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (cild İ, i/v 16-17) - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 625 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ kürəküstü nahiyənin qançırı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (cild İİ, i/v 21-22) - Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 20/624 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol saidin orta 1/3-nin arxa-bayır səthinin əzilmiş-cırılmış yarası və alın nahiyəsinin kiçik ölçülü əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinədən 16-18 ay əvvəl şəxsin istintaq zamanı vermiş olduğu ifadədə göstərilən şəraitdə törənə bilərdi. Dərəcəsinə görə sol saidin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; alın nahiyəsinin əzilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Fotoşəkillər əsasında məhkəmə-tibbi ekspertizası keçirilmir. (cild İİ, i/v 89-92) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 812 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: hər iki əlin kəsilmiş yaraları. Qeyd edilən xəsarətlər iti kənara malik əşyanın (əşyaları, ola bilsin ki, şüşə qəlpəsi) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-6 ay əvvələ uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Fotoşəkillər əsasında məhkəmə-tibbi ekspertizası keçirilmir. (cild İ, i/v 252-254) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1075 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. (cild İİ, i/v 93-95) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cii il tarixli 811 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. - Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 648/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: AB-/İV/. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: AB-/İV/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus şalvar, 04 ədəd pambıq çöplər və 01 ədəd aqlay parçası üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə A,B antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə A.B /İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs (əgər sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa) məxsus ola bilər. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, bir cüt ayaqqabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild İİ, i/v 51-55) - Məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 466/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, bir cüt ayaqqabı və Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. (cild İİ, i/v: 56-59) - Komisyon kompleks ambulator məhkəmə psixiatriya və məhkəmə-psixoloji ekspertizasnın xx.xx.2023-cü il tarixli 2819 nömrəli rəyindən görünür ki, müayinədən keçən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə ondan xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli törədən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Eqosentrizm, məsuliyyətsizlik, kobudluq, biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - Ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6211 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild İ, i/v: 247-249) Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı irəli sürülmüş ittihama dair öz dəlillərini gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilərək, törətdiyi hadisələri xatırlamadığını, lakin övladlarının və anasının yalan məlumat verməyəcəyini, əgər onlar qeyd olunan məzmunda ifadə verirsə, demək ki, qeyd olunan hadisələri törətdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin şahidlərin ifadəsi ilə, üzləşdirmə protokolları, hadisə yerində baxış protokolu, eyni zamanda iş üzrə keçirilmiş ekspertizaların rəyləri və maddi sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İİ, i/v: 20-21) Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini və 61.1.7-ci maddəsinə əsasən cinayət əməlini qoca şəxslərə və ondan asılı vəziyyətdə olan şəxslərə qarşı törətməsi cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Həmçinin cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, bununla belə təqsirləndirilən şəxslə barışmadıqlarını bildirmişlər. Məhkəmə həmin ərizələrə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxslər məhkəmə iclasında onlara verilən suallara cavab olaraq təqsirləndirilən şəxsi bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirsələr də, məhkəməyə təqdim etdikləri ərizədə təqsirləndirilən şəxslə barışmadıqlarını qeyd etmələrini onların hər birinin uzun müddət Təqsirləndirilən şəxs tərəfindən davamlı işgəncələrinə məruz qalmaları ilə bağlı ondan qorxmaları və gələcəkdə eyni halların təkrarlanmasının qarşısını almağa cəhd etmələri ilə əlaqələndirir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Məmmədovanın məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs onunla barışıq əldə etməmiş, o, təqsirləndirilən şəxsdən şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 65), Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qərarla həbsetmənin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmışdır. (cild İ, i/v: 170-173) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübutlar- Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 04 ədəd qanabənzər nümunə, üzərində qana bənzər ləkələrin olduğu daş parçası, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş şalvar, təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 29 (iyirmi doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 04 ədəd qanabənzər nümunə, üzərində qana bənzər ləkələrin olduğu daş parçası, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş şalvar, təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar