Məhkəmə qərarları › İş №1(101)-1296/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1296/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1296/2025 28.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X12 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 4 fevral 1985-ci ildə Salyan rayonu Seyidsadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində ikisi azyaşlı olmaqla üç uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 1(008)-101/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 7(004)- 22/2024 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 1(008)-101/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 7 (yeddi) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzasını çəkmiş, Salyan rayonu Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 noyabr 2025-ci il tarixdə, saat 14:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində qonşusu Zərərçəkmiş şəxs və digər tanışları ilə birlikdə yaşadığı ünvanın yaxınlığında yerləşən “Şəki” kafesində spirtli içki qəbul edərək bir sıra ərzaq məhsulları almaq məqsədilə marketə getmək üçün Zərərçəkmiş şəxs, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasını və sərxoş vəziyyətdə olmasını bilə-bilə onlarla müqayisədə daha az miqdarda spirtli içki qəbul etməsini əsas gətirərək, taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi **-XF-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” markalı nəqliyyat vasitəsini idarə etməklə yaxınlıqdakı marketə getməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə razılaşaraq onun istəyi ilə nəqliyyat vasitəsini idarə edərkən saat 22:57 dəqiqədə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində manevr etmə zamanı dönmə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə ərazidə xidmət aparan yol-patrul inspektorları tərəfindən saxlanılmış, yoxlama zamanı Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 334.1-ci maddəsi ilə İXP6763619 saylı protokol tərtib olunaraq 500 (beş yüz) manat məbləğində, onun barəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə sahibliyində olan nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə, yəni Zərərçəkmiş şəxs verməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 337.1-ci maddəsi ilə İXP6763634 saylı protokol tərtib olunaraq 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq olunmuşdur. Səhəri gün, yəni 14 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cərimələri ortaq şəkildə ödəmələrini təklif etsə də, sonuncu onun bu təklifi ilə razılaşmayaraq imtina etmiş, həmin tarixdən etibarən müxtəlif vaxtlarda dəfələrlə bu mövzuda mübahisə etdiklərindən aralarında ədavət yaranmış, nəticədə 30 dekabr 2024-cü il tarixdə yaşadığı mənzildə tək spirtli içki qəbul etdikdən sonra barələrində tərtib olunmuş inzibati protokollara əsasən təyin olunmuş inzibati cərimələri müştərək qaydada ödəməklə bağlı təklifinə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə qarşılıq verərək imtina etməsinə görə qisas almaqla onu öldürərək qəsdən həyatdan məhrum etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə məlum olmayan mənbədən əldə etdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb üzərində gəzdirməklə sərxoş vəziyyətdə 31 dekabr 2024-cü il tarixdə, gecə saatlarında yaşadığı binanın yerləşdiyi ərazi ətrafında Zərərçəkmiş şəxs axtarmış, həmin tarixdə saat 00:30 dəqiqədə binanın həyətində Zərərçəkmiş şəxslə qarşılaşıb onunla həmin mövzuda yenidən şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs bir daha onun ünvanına nalayiq ifadələr işlətməsinə, həmçinin inzibati cərimələri müştərək qaydada ödəməkdən qəti şəkildə imtina etməsinə görə əsəbləşərək sonuncunun öldürülməsinə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək məqsədilə götürdüyü bıçağını çıxararaq törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görüb arzu edərək Zərərçəkmiş şəxs üzərinə doğru hücum çəkib qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə dəfə zərbə endirərək hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid anal dəlik ətrafında (arxa keçəcək) 2 (iki) ədəd və kəskin qanitirmə ilə nəticələnərək onun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş boşluğuna nüfuz edərək sol ağciyəri dəlib keçən və ürəyi yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs aldığı həmin xəsarətlərlə əlaqədar dərhal “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X30 aparılarkən yolda ölmüş, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməklə qəsdən həyatdan məhrum etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, fərdi olaraq sifariş əsasında plastik qapı-pəncərə quraşdırılması işi ilə məşğul olmuş, bundan başqa, 2024-cü ilin dekabr ayının əvvəlində “TikTok" internet sosial platformasında sərfəli şərtlərlə avtomobil icarəyə verildiyini görüb elanın sahibi olan Elton adlı şəxsdən icarə müqaviləsi əsasında “Ravon Nexia R3” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürərək taksi kimi fəaliyyət göstərmişdir. Eltonla aralarındakı razılığa əsasən 3(üç) ilin sonunda avtomobilin adına rəsmiləşdirilməsi şərti ilə ilkin ödəniş kimi 630 manat, gündəlik olaraq 20 manat pul verməyi, həmin müddət başa çatanadək avtomobili etibarnamə əsasında idarə etməyi öhdəliyinə götürmüşdür. Zərərçəkmiş şəxs qonşusu olmuş, hadisədən təxminən 5 ay əvvəl ailə üzvləri ilə birlikdə yaşadığı binaya köçmüş, həmin vaxtdan aralarında tanışlıq yaranmışdır. Zərərçəkmiş şəxs fəhlə işlədiyi üçün sifariş olduqda qapı-pəncərə quraşdırılmasında kömək etmək üçün onu dəvət etmiş, birlikdə işləməklə tez-tez yeyibiçdiklərindən qısa müddətdə aralarında yaxın münasibət yaranmışdır. 13 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində Şahid7 və digər tanışları ilə yeyib içdikdən sonra Cəsurla birlikdə yaşadığı binanın yaxınlığındakı “Şəki” kafesinə getmiş, Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq kafeyə dəvət edib orada üçü birlikdə spirtli içki - pivə qəbul etmişlər. Daha sonra marketə gedib evə çörək və bəzi ərzaq məhsulları almalı olduğuna görə həmin vaxt havanın çiskinli və yağmurlu olması səbəbindən onlarla müqayisədə daha az miqdarda spirtli içki qəbul etdiyi üçün Bəyişdən avtomobilinin sükanı arxasına keçib marketə sürməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs sərxoş olduğunu, bu vəziyyətdə avtomobil idarə etmək istəmədiyini demiş, lakin təkid etdiyi üçün Bəyiş avtomobilin sükanı arxasına keçib yaxınlıqdakı “Bravo Supermarket”ə doğru avtomobili idarə etmişdir. Yolda olduqları zaman dəfələrlə Bəyişə sərxoş olduğunu, təhlükəsizlik kəmərindən istifadə etməsini, əks təqdirdə YPX inspektorları tərəfindən saxlanılacağını və avtomobili sərxoş vəziyyətdə idarə etməsinin aşkara çıxacağını bildirmiş, Bəyiş isə gecə saatları olduğu üçün heç bir problem olmayacağını deyib sözlərinə məhəl qoymayaraq təhlükəsizlik kəmərini taxmadan avtomobili idarə etməkdə davam etmişdir. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində hərəkətdə olduqları zaman **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtopatrulunda xidmət edən polis əməkdaşları səsgücləndirici vasitəsilə avtomobili kənara çəkmələrini tələb etmiş, Bəyiş avtomobili yol kənarında saxladıqdan sonra YPX inspektoru sürücü tərəfə yaxınlaşaraq özünü təqdim edib Bəyişdən sürücülük hüququnu təsdiq edən sənədləri təqdim etməsini tələb etmiş, bu zaman avtomobilin özünə məxsus olduğunu, yaxınlıqda yaşadıqlarını, sərxoş olduğu üçün qonşusu Bəyişdən avtomobili idarə etməsini xahiş etdiyini demiş, YPX əməkdaşları alkotester cihazı ilə Bəyişin sərxoşluğunu yoxlayarkən onun da sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobili idarə etdiyini müəyyənləşdirmiş, bundan sonra Bəyiş YPX avtomobili ilə tibbi müayinə üçün aparılmış, avtomobili isə digər YPX inspektoru idarə edərək Yasamal rayonu A.Salamzadə küçəsində yerləşən cərimə meydançasında yerləşdirmişdir. Yaşadığı mənzilə gəldikdən sonra dəfələrlə Bəyişin istifadə etdiyi mobil nömrəyə zəng etsə də, sonuncu cavab verməmiş, səhəri gün, yəni 14 dekabr 2024-cü il tarixdə səhər saatlarında Bəyiş əlaqə saxlayıb polis əməkdaşlarının sərxoşluq vəziyyətini müayinə etmək üçün onu tibb müəssisəsinə apardıqlarını, daha sonra piyada yaşadığı mənzilə qayıtdığını, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə 500 manat cərimə olunduğunu demişdir. Sonradan ona da sahibliyində olan avtomobili sərxoş vəziyyətdə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ olmamasına baxmayaraq, Bəyişə idarə etməsi üçün verdiyinə görə 200 manat cərimə yazıldığını öyrənib avtomobili icarəyə götürdüyü Elton adlı şəxslə əlaqə saxlayaraq bu barədə məlumat vermiş, avtomobilə görə verdiyi ilkin ödənişi və bu günə qədər etdiyi gündəlik ödənişləri geri istəməyəcəyini, avtomobili cərimə meydançasından çıxarıb geri götürməsini xahiş etmiş, Elton da avtomobili cərimə meydançasından çıxarıb ona cərimələri ödəmələrini demişdir. O bu barədə Bəyişə bildirib ümumilikdə hər ikisinə yazılmış 700 manat cərimənin 400 manat hissəsini özünün ödəyəcəyini, qalan 300 manat hissəsinin onun tərəfindən ödənilməsini xahiş etmiş, Bəyiş isə cərimələrin avtomobilə heç bir aidiyyətinin olmadığını deyərək ödəməkdən imtina etmiş, avtomobil sahibinə cərimələri ödəyəcəkləri ilə bağlı söz verdiyini desə də, Bəyiş cərimələri ödəməyəcəyini deyib avtomobil sahibinin ünvanına qarşı nalayiq ifadələr işlətməyə başlamış, ona irad bildirdiyi üçün bununla bağlı aralarında sözlü mübahisə yaranmışdır. Həmin tarixdən etibarən mütəmadi olaraq Bəyişlə müzakirələr aparıb ondan müştərək qaydada cərimələri ödəmələrini xahiş etsə də, Bəyiş hər dəfəsində imtina etdiyi üçün aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, Bəyiş onun xahişi əsasında avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmamasına baxmayaraq idarə etdiyini, buna görə də, cərimənin ödənilməsinə dair hər hansı köməklik göstərə bilməyəcəyini demiş, o isə avtomobilin mühərrikini işə saldığı andan etibarən ondan təhlükəsizlik kəmərindən istifadə etməsi, əks təqdirdə YPX inspektorları tərəfindən saxlanılaraq sərxoş vəziyyətdə, habelə sürücülük hüququ olmadan avtomobili idarə etməsinin aşkar olunacağı barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq etdiyini, buna məhəl qoymadığını və cərimələrin yazılmasında onun da təqsirinin olduğunu, bu səbəbdən cərimənin bir hissəsinin onun tərəfindən ödənilməsini xahiş etdiyini izah etməyə çalışmışdır. 29 dekabr 2024-cü il tarixdə saat 19-20 radələrində “Şəki” kafesində Bəyişlə nərd oynadığı zaman yenidən cərimələrin ödənilməsi ilə bağlı söhbət aparmış, lakin sonuncu bir daha bundan imtina etmiş, əsəbiləşdiyi üçün bir qədər sonra oyun qaydalarını pozduğunu bəhanə edərək onunla mübahisə etmiş, Bəyiş isə cərimələri ödəməyəcəyini deyib nərd taxtasını bağlayaraq bir daha onunla oyun oynamayacağını, hətta bir stol arxasında oturmayacağını bildirmişdir. 30 dekabr 2024-cü il tarixdə yaşadığı mənzildə tək spirtli içki - araq içmiş, Bəyişlə görüşüb aralarındakı söhbətə aydınlıq gətirmək üçün həyətə düşüb daimi oturduqları “Şəki” kafesinə getmiş, həmin vaxt kafedə olan tanışları Cəsur və Elmanla bir qədər oturduqdan sonra oranı tərk etmiş, sonradan Elman da yaşadıqları binanın həyətinə gəlib onunla işlə bağlı söhbət etdikləri zaman Bəyişi həyətdə görüb onu bir qədər kənara çəkmişdir. Həmin vaxt çox sərxoş olduğu üçün aralarında keçən dialoqları dəqiq xatırlamasa da, bir daha cərimə mövzusunda danışdıqlarını, ona düzgün hərəkət etmədiyini, cərimənin ödənilməsini bütöv şəkildə üzərinə yüklədiyini bildirmiş, lakin Bəyiş qəti şəkildə cərimənin ödənilməsinə dair hər hansı məbləğdə köməklik göstərməyəcəyini dediyi üçün qarşılıqlı olaraq bir-birinə nalayiq ifadələr işlətməyə başlamışlar. Hadisənin sonrakı gedişatını dəqiq xatırlamasa da, aralarındakı mübahisə zamanı Bəyişin onun və ailə üzvlərinin ünvanına söydüyü söyüşlərdən əsəbiləşərək əvvəlcə tutaşmış, sonra əlində olan bıçaqla cəzalandırmaq məqsədilə Bəyişin arxa ətrafına və bədən nahiyəsinə bir neçə dəfə zərbə endirmiş, bu zaman bıçaq onun sağ əlinin son barmağını da zədələmişdir. Lakin bıçaqla zərbə endirməklə Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sadəcə Bəyişi cəzalandırmaq məqsədilə bir neçə dəfə kortəbii şəkildə zərbələr endirmiş, aralarındakı münaqişə təxminən bir neçə dəqiqə davam etmiş, bu zaman Elman onu kənarlaşdıraraq mənzilə qalxmasını bildirmiş, qısa müddət sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və Bəyişin bıçaq zərbələrindən aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, mərhum Zərərçəkmiş şəxs ilə qonşu olmaqla dostluq münasibətlərində olmuşdur. Bir dəfə Bəyişdən özünün spirtli içki içməsinə görə avtomobilini sonuncunun idarə etməsini xahiş etmiş, lakin həmin gün onlar DYP əməkdaşları tərəfindən saxlanılaraq 500 manat məbləğində cərimə olunmuş, Bəyiş də məhz həmin məsələ ilə əlaqədar onu söyməyə başladığından hadisə baş vermişdir. Hadisəni törədərkən istifadə etdiyi bıçaq əvvəlcədən onda olmamış, bıçağı Bəyişin əlindən alıb sonuncunu vurmuş, bu barədə ibtidai istintaq zamanı ifadə verərkən də bildirmişdir. “Şəki” kafesi Yasamal rayonunda yerləşən kafelərdən biridir. O həmin gün təxminən 500 qram spirtli içkini tək qəbul etmiş, içkili olsa da, özünü itirməmişdir. O, 500 manata görə adam öldürən şəxs deyildir. O, Bəyişə maşın verərkən özü sərxoş olmuş, Bəyişin sərxoş olmasını isə hiss etməmişdir. 500 manat məbləğində cərimə ödənilməmiş qalmış, bu barədə ona hər hansı sms bildiriş gəlməmişdir. Zərərçəkmiş şəxs cərimələri ödəmək istəmədiyindən aralarında mübahisə yaranmış, lakin hadisə baş verən günədək artıq cərimə ilə bağlı mübahisələri yekunlaşmışdır. Hadisə vaxtı kafedə oturub cərimə ilə bağlı söhbət edərkən Bəyiş ona qarşı söyüş söymüş, bu barədə soruşmasına baxmayaraq Bəyişin ona qarşı söyüş söymə səbəbini bilməmiş, sonuncu ona səbəbsiz olaraq söyüş söymüş, ümumiyyətlə Bəyişin ona söyüş söyəcəyini düşünməmişdir. O özünə qarşı söyüş söyülməsini qəbul etmir, bu səbəbdən Zərərçəkmiş şəxs həmin vaxt sərxoş olsa belə ona qarşı hər hansı söyüş xarakterli ifadə işlətməməli idi. Hadisə zamanı – zərərçəkmiş şəxsi bıçaqla vurarkən onlar yanbayan ayaq üstə durmuş vəziyyətdə olmuş, bıçağı Zərərçəkmiş şəxs əlindən özü almış, lakin həmin vaxt Bəyişin ona niyə bıçaqla hücum çəkdiyini bilməmişdir. Hadisə günü evdə olarkən azyaşlı övladı Akşinin ona Zərərçəkmiş şəxs onu çağırmasını deməsi ilə həyətə düşmüş, Bəyişin orada olmadığını gördükdən sonra “Şəki” kafesinə gedib orada Elmanla Cəsurun oturduğunu, Bəyişin isə orada da olmadığını görmüş, sonunculardan Bəyiş barədə soruşduqda onu görmədiklərini bildirmişlər. Daha sonra siqaret almaq üçün köşkə gedərkən Bəyişi görmüş və Bəyiş ona söyüş söymüşdür. Həmin vaxt özü sərxoş vəziyyətdə olmuşdur. Hadisə gecə saat 23:00 – 00:00 radələrində baş vermişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq ona məxsus olmamış, bıçağı Bəyişin əlindən almağa çalışarkən öz əlini də yaralanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətlərə görə cəzalandırmaq məqsədi ilə bıçaqla xəsarət yetirdiyini, törətdiyi əməldən peşman olmadığını bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə versə də hadisəni törətdiyi bıçaqla bağlı fərqli məzmunda ifadə verməsi müəyyən edilmişdir. Belə ki, həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, ümumiyyətlə üzərində heç vaxt bıçaq gəzdirmədiyi üçün hadisə vaxtı bıçağın əvvəlcədən üzərində olub-olmadığını, elə olduğu təqdirdə hadisədən az əvvəl haradan əldə etdiyini, yaxud Zərərçəkmiş şəxs onun üzərinə bıçaqla hücum çəkərkən əlindən alıb-almadığını dəqiq xatırlamır… Törətdiyi əməldən peşmandır (Сild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 41-44, 68-71; Cild 2, i.v. 93-96;)

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Belə ki, məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, övladı Zərərçəkmiş şəxs onunla və bacısı Hunay Qarayevə, bacısının azyaşlı oğlu Əbülfəzlə birlikdə Bakı şəhəri ünvan 3 ünvanında yaşamış, subay olmuş və muzdla fəhləliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 30 dekabr 2024-cü il tarixdə saat 19 radələrindən etibarən yaşadıqları mənzildə olmuş, gecə saatlarında yaxınlıqdakı marketə gedib çörək alacağını bildirərək mənzildən çıxmış, o isə qızı və nəvəsi ilə birlikdə yatmaq üçün yataq otağına keçmişdir. 31 dekabr 2024-cü il tarixə keçən gecə təxminən saat 1 radələrində həyətdən kiminsə qışqıraraq “skoru çağırın" deyə səsləndiyini eşidib Hunaya həmin səsi Bəyişin səsinə bənzətdiyini demiş, sonuncu isə Bəyişin yatdığını bildirmişdir. Eyni səsi ikinci dəfə eşitdikdə əminliklə səsin Bəyişə məxsus olduğunu bildirdikdə qızı otağın pərdəsini aralayıb həyətə baxdığı zaman heç bir söz demədən sürətlə otağı tərk edib mənzildən çıxmış, o da təcili şəkildə qızının ardınca getmişdir. Liftlə 1-ci mərtəbəyə enərkən liftin qarşısında 2 nəfər oğlan görüb Simrala (Bəyişi uşaq yaşlarından babası Simralın adı ilə səslədiklərinə görə) nə olduğunu soruşmuş, onlar isə Simralı tanımadıqlarını demiş, həmin şəxslərdən birinin əlindən qan axmışdır. Həyətdə binanın mühafizə otağının qarşısında tanımadıqları 5-6 nəfər şəxsin toplaşdığını görüb sürətlə həmin yerə doğru hərəkət etmiş, yaxınlaşdıqda Bəyişin asfaltın üzərində uzanıqlı vəziyyətdə olduğunu, bədənindən ətrafa qan axdığını görmüş, ətrafdakılar bıçaqlandığını desələr də, hadisənin kim tərəfindən, nə səbəbə baş verdiyini bildirməmiş, sonradan Bəyişə bıçaqla xəsarət yetirən şəxsin az əvvəl liftdə qarşılaşdıqları əlindən qan axan qonşuları Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin vaxt ətrafdakı şəxslərdən biri təcili yardımın gec gələcəyini deyib şəxsi avtomobili ilə Bəyişi onlarla birlikdə (özü və qızı Hunay) Respublika Klinik Xəstəxanasına aparmış, lakin Bəyiş aldığı xəsrətlərdən xəstəxanada ölmüşdür. İfadəsinin sonunda R.M.Quliyeva Təqsirləndirilən şəxs ilə barışmadığını, sonuncudan şikayətçi olmaqla ona ən ağır həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmədə şahid qismində dindirilmiş X16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 4 dekabr 2024-cü il tarixdə icarə müqaviləsi bağlanılaraq X4 xüsusi mülkiyyətində olan, buraxılış ili 2017-ci il olan “Ravon Nexia R3” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir. 13 dekabr 2024-cü il tarixdə mülkiyyətçinin mobil telefonuna SMS məlumatı gələrək avtomobilə görə Zərərçəkmiş şəxs barəsində İXP6763619 seriya nömrəli protokol tərtib olunaraq “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunduğu və Təqsirləndirilən şəxs barəsində İXP6763634 seriya nömrəli protokol tərtib olunaraq “Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə olunduğu bildirilmişdir. Araşdırma apararaq avtomobili icarəyə verdiyi sürücü Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü il tarixdə müqavilə şərtlərini pozaraq avtomobili sürücülük hüququ olmayan və sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs adlı tanışına idarə etməsi üçün verdiyini, YPX inspektorlarının qeyd olunan pozuntuları aşkara çıxarıb inzibati protokollar tərtib etməklə avtomobili cərimə meydançasına yerləşdirdiklərini müəyyən etmiş, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda əvvəlcə tanışı Zərərçəkmiş şəxs ondan xəbərsiz nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyini və cəriməni ödəyərək avtomobili cərimə meydançasından çıxaracağını bildirsə də, vədinə əməl etməmişdir. Sonradan cərimə tam şəkildə mülkiyyətçi Adilə Əfəndiyeva tərəfindən ödənilmiş və 20 dekabr 2024-cü il tarixdə nəqliyyat vasitəsi cərimə meydançasından çıxarılaraq cərimələri ödəməsi üçün Təqsirləndirilən şəxs əvvəlcə şifahi xəbərdarlıq, sonra pretenziya məktubu göndərilmiş, gələcəkdə ona qarşı iddia ilə mülki qaydada məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdu. Sonradan Elşənlə dostunun arasında münaqişə yarandığını və Elşənin Bəyiş adlı şəxsi öldürdüyünü eşitmiş, lakin baş vermiş hadisə ilə bağlı başqa hər hansı məlumatı yoxdur.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisədən əvvəl faktiki birlikdə yaşadığı əri Təqsirləndirilən şəxslə rəsmi qaydada boşansa da, faktiki ər-arvad münasibətləri davam etmişdir. Belə ki, maddi imkanları zəif olduğundan sosial yardım almaq üçün rəsmi qaydada boşanmışlar. 30 dekabr 2024-cü il tarixdə gecə saat 00:00 – 01:00 radələrində əri Elşən içkili halda evə gəlmiş, həmin vaxt yeni il tədbiri ilə əlaqədar atası və qardaşı evlərində qonaq olmuş, özü isə təmizlik işləri ilə məşğul olmuşdur. Elşən mobil telefonuna zəng gəldikdən sonra telefonla danışıb evdən çıxmış, lakin onun evdən çıxmasının səbəbini bilməmiş, hadisənin baş verməsini sonradan eşitmişdir. Elşən evə qayıdarkən əli qanlı vəziyyətdə olmuş, lakin Elşənin əlində hər hansı bıçaq olmamışdır. Elşən baş vermiş hadisə və Bəyişə vuraraq xəsarət yetirməsi barədə ona bildirmişdir. Elşən evdən bir dəfə çıxıb geri qayıtmışdır. X36 evdən çıxarkən ona xəbər etməsini bildirdiyindən Elşən evdən çıxarkən bu barədə Rövşənə yazmışdır. Elşən içkili olarkən narahat olmasına baxmayaraq, sərxoş vəziyyətdə olarkən dava edən biri olmamış, Elşənə hər hansı bir söz deyilmədiyi və ya xətrinə dəyilmədiyi halda hər hansı problem yaradan şəxs olmamışdır. O, Elşənlə 15 ildir evli olmuş, həmin müddət ərzində aralarında dava-dalaş olmamış, sadəcə arabir münaqişələri yaranmış, sonuncu heç vaxt sərxoş vəziyyətdə olarkən onu döyməmişdir. Onların himayəsində üç övladları vardır, hadisə vaxtı övladları yatmış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs onların evinə gediş-gəlişi olmamışdır. Hadisə günü Zərərçəkmiş şəxs özü onların yaşadığı mənzilin qarşısına gələrək Təqsirləndirilən şəxs görüşə çağırmışdır. İbtidai istintaq zamanı Elşənin guya spirtli içkinin aludəçisi olması və dava-dalaş salması, o cümlədən spirtli içkini tərgitməklə bağlı Elşənlə aralarında söhbətlərin olması ilə bağlı ifadəsində qeyd olunan hallar həqiqəti əks etdirmiş və o həmin məzmunda ifadə verməmişdir. O, hadisədən əvvəl cərimə ilə bağlı məsələni bilsə də, Bəyişlə aralarındakı mübahisədən xəbəri olmamışdır. İbtidai istintaq zamanı müstəntiq hadisənin törədilməsində istifadə olunan bıçağın şəklini ona göstərsə də, evlərində həmin formada bıçaq olmamışdır.

11. Şahid5 məhkəmə icraatı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Şahid5 həmin ifadələrdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə nikaha daxil olmuş, 2010-cu ildə Zeynəb, 2013-cü ildə Akşin, 2016-cı ildə Nərgiz adlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs plastik qapı-pəncərə ustası olmaqla yanaşı tikinti işlərində fəhləlik etmişdir. Ailədaxili münasibətlərin pozulmasına görə 2023-cü ildə rəsmi qaydada boşanmış, bir neçə ay sonra barışdığı üçün faktiki olaraq yenidən birgə yaşasalar da, nikahın bərpası ilə bağlı müraciət etməmişdir. Elşən içki içməyə meyilli olmuş, sonuncu spirtli içki qəbul etdikdən sonra özünü və hərəkətlərini idarə etməkdə çətinlik çəkmiş, dəfələrlə söz verməsinə baxmayaraq içkini tərgitməmiş, sərxoş olduğu zaman onun xətrinə dəyəcək hər hansı söz işlədildikdə ya sözlü mübahisə etmiş, ya da dava salmışdır. Zərərçəkmiş şəxs yaşadıqları mənzildən 2 mərtəbə yuxarıda, 16-cı mərtəbədə anası, bacısı və bacısı uşağı ilə birlikdə yaşamış, Elşənlə yaxın münasibətləri olmuş, fəhlə olduğu üçün çox vaxt birlikdə tikinti işlərində işləmiş, aralarında hər hansı mübahisə, dava-dalaşın olmasının şahidi olmamışdır. 29 dekabr 2024-cü il tarixdə atası, anası, qardaşı, qardaşının arvadı və azyaşlı övladları Yeni il bayramını birlikdə keçirmək üçün rayondan qonaq gəlmiş, 30 dekabr 2024-cü il tarixdə Elşən axşam evdə təkbaşına spirtli içki - araq içmiş, həmin vaxt qohum-əqrəba ilə əlaqə saxlayıb bayramlaşmış, saat 22 radələrində telefonla kiminləsə danışıb əsəbi formada “indi gəlirəm” deyərək zəngi sonlandırmışdır. Sərxoş olduğu üçün hara getdiyini maraqlanmış, həyətdə olacağını demişdir. Narahat olduğu üçün Elşənlə yaxın münasibətdə olan qonşuları Şahid4 “Whatsapp” vasitəsilə mesaj yazaraq Elşənin sərxoş olduğunu, telefonda kiminləsə mübahisə edib həyətə düşdüyünü, qarşısını almağa çalışsa da ala bilmədiyini, zəng edəcəyi təqdirdə onu eşidəcəyini demiş, Şahid4 cavab yazaraq zəng vuracağını bildirmişdir. Sonra Elşən evə qalxıb tualetə daxil olaraq çıxdıqdan sonra heç bir söz demədən yenidən mənzili tərk etmiş, həmin vaxt evdə olan qonaqlar artıq yatmışlar. 31 dekabr 2024-cü il tarixə keçən gecə saat 00:21-də Şahid4 mesaj yazaraq Elşənin evə gəlib-gəlmədiyini soruşmuş, cavab yazaraq gəldiyini, lakin yenidən mənzili tərk etdiyini demiş, Şahid4 səsli mesaj göndərərək yenidən danışacağını bildirmişdir. Təxminən 15 dəqiqə sonra Elşən mənzilə qalxmış, bu zaman əlləri əsmiş, sağ əlindən qan axmış, nə baş verdiyini soruşduqda Bəyişi bıçaqla vurduğunu deyib paltosunu tələb etmiş, əynindəki gödəkçənin qana bulaşdığını, paltonu geyinib polisə təslim olmağa gedəcəyini bildirmiş, lakin hadisəni hansı səbəbdən törətdiyini deməmişdir. Əynini dəyişib mənzili tərk etmək istəyən zaman polis əməkdaşları gəlib Elşəni aparmış, həmin vaxt mənzildə səs-küyə hamı yuxudan oyanmışdır. Elşənin hadisəni törədərkən istifadə etdiyi bıçaq yaşadıqları mənzilə məxsus olmamış, onun Bəyişlə nə kimi problemləri olmasını bilməmiş, sadəcə sərxoş olduğu vaxt Elşənin avtomobilini Bəyişin idarə etdiyini, yol patrul xidməti inspektorlarının onları saxlayıb Bəyişin də sükan arxasında sərxoş olduğunu və sürücülük vəsiqəsinin olmadığını müəyyən etdikləri üçün Elşənin 200 manat, Bəyişin 500 manat məbləğində cərimələndiyini, Elşənin cərimələri müştərək qaydada ödəməklə bağlı Bəyişdən xahiş etdiyini bilsə də, bu mövzu ilə bağlı aralarında mübahisə baş verməsini bilməmişdir (Cild 1, i.v. 135-138;).

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid5 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 30 dekabr 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixə keçən gecə siqaret almaq üçün yaşadığı mənzilin yaxınlığında yerləşən kioska getdiyi zaman Elşənin sərxoş vəziyyətdə həmyerlisi Şahid2lə binanın həyətinin girişində söhbət etdiklərini görmüş, siqaret alıb binanın həyətinə doğru qayıdan zaman Bəyişin əlində sellofan torbada çörəklə binaya doğru getdiyini görüb görüşmüş və birlikdə binanın həyətinə daxil olmuşlar. Bu zaman Elşənlə Elman həyətdə söhbətə davam etmiş, onları görən kimi Elşən Bəyişə yaxınlaşıb nalayiq sözlər işlədərək onu bir qədər kənara çəkmişdir. Elşənin Bəyişlə yaxın münasibətdə olması səbəbindən ciddi olmadığını düşünüb onlara yaxınlaşmadan Elmanın yanında dayanmışdır. Elşən Bəyişlə birlikdə binanın mühafizə postu ilə üzbəüz səki istiqamətində təxminən 10 metr kənara çəkilib söhbət etdikdən 1-2 dəqiqə sonra bel nahiyəsinə əlini atıb bıçaq çıxarmış, sağ əlində tutduğu bıçaqla Bəyişə doğru bir-birinin ardınca bir neçə zərbə endirmiş, lakin Bəyişin bədəninin hansı nahiyələrinə, hansı ardıcıllıqla zərbələr endirməsini görməmişdir. Elman dərhal yaxınlaşıb Elşəni itələyərək hadisə yerindən uzaqlaşdırmış, Bəyiş isə asfaltın üzərində yıxılmış vəziyyətdə qışqıraraq Elşənin bıçaqla onu vurduğunu, təcili yardım çağırmalarını demişdir. Bəyişə yaxınlaşıb onu sakitləşdirməyə çalışaraq hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, Elman Elşəni hadisə yerindən tamamilə uzaqlaşdırdıqdan sonra qonşu Şahid4 yaxınlaşaraq nə baş verdiyini soruşmuş, ona Bəyişin Elşən tərəfindən bıçaqlandığını demişdir. Ətrafda qan görmədikləri üçün Rövşən Bəyişin bədənini yoxlamış, telefon işığında Bəyişin ayaq və sol qoltuqaltı nahiyəsində qan ləkələri aşkar etmişdir. Bu zaman Bəyişin anası və bacısı hadisə yerinə gəlmiş, Rövşən təcili yardımın gec gələ biləcəyini, bu müddət ərzində Bəyişin xeyli qan itirəcəyini deyərək ətrafdakıların köməkliyi ilə onu şəxsi avtomobilinin arxa oturacağına uzadıb anası və bacısı ilə birlikdə xəstəxanaya aparmışdır. Elşənin hadisəni törədərkən istifadə etdiyi bıçaq hadisə yerində asfaltın üzərində qalmış, sonradan polis əməkdaşları tərəfindən götürülmüşdür. Qısa müddət sonra Bəyişin aparıldığı Respublika Klinik Xəstəxanasında öldüyünü bilmişdir.

14. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə olaraq göstərdi ki, o, hadisə günü siqaret almaq üçün həyətə düşmüş, siqareti alıb qayıdarkən Zərərçəkmiş şəxslə rastlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs də Elmanla birlikdə həyətin giriş tərəfində durmuş, sonuncular onların yanına gəlib salamlaşdıqdan sonra Elşənlə Bəyiş piyada keçidindən 20 metr məsafə hərəkət edərək oradan uzaqlaşmış, nəticədə Elşən Bəyişi bıçaqla vurmuş və bədbəxt hadisə baş vermişdir. Elşənlə Bəyiş salamlaşdıqdan sonra mübahisə etməyə başlamışdır. Elşənlə Bəyişin birgə dayandıqları yer işıqlı olmamış, o, Elşənin qolunun Bəyişə doğru hərəkət etdiyini görmüşdür. Zərərçəkmiş şəxs anasının yemək bişirdiyini, çörək alıb yemək yeməyə gedəcəyini ona bildirmiş, həmin vaxt sonuncunun əlində ağ sellofan paketdə bir ədəd çörəkdən başqa hər hansı kəsici-deşici alət, o cümlədən bıçaq olmamışdır. O, Elşəndən onunla Bəyiş arasında avtomobilin cəriməsi ilə bağlı mübahisə olmasını, habelə Elşənlə Bəyişin əvvəllər də bir-birinə qarşı söyüş söymələrini eşitmişdir.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxslə qonşu olmuş, Elşən spirtli içkiyə meyilli olsa da, pis xarakterli olmamış, Bəyiş isə sakit təbiətli, tərbiyəli biri kimi bina sakinləri arasında hörmət qazanmışdır. Onlar arasında əvvəllər dava, mübahisə, münaqişə baş verməsini, ədavət olmasını görməmiş və eşitməmişdir. 30 dekabr 2024-cü il tarixdə dostu ilə birlikdə çay içərkən axşam saat 22:34-də Elşənin həyat yoldaşı “Whatsapp” vasitəsilə mesaj yazaraq Elşənin sərxoş vəziyyətdə telefonla danışıb kiminləsə mübahisə etdiyini, qarşısını almağa çalışsa da, həyətə düşdüyünü bildirmiş, bu səbəbdən ona geri qayıtmasını deməsi barədə xahiş etmişdir. O, cavab yazaraq zəng vuracağını bildirib dərhal Elşənlə əlaqə saxlayaraq harada olduğunu maraqlanmış, həyətdə olduğunu dediyi üçün evə qalxıb onu gözləməsini, onlara gələcəyini bildirmişdir. Elşən razılaşaraq evə qalxacağını demiş, danışığından çox sərxoş olduğunu bilmişdir. 31 dekabr 2024-cü il tarixə keçən gecə saat 00:21-də Elşənin həyat yoldaşına mesaj yazaraq Elşənin evə gəlib-gəlməməsi ilə maraqlanmış, həyat yoldaşı gəldiyini, lakin yenidən getdiyini demiş, bu səbəbdən səsli mesaj göndərərək Elşənlə bir daha danışacağını bildirmişdir. Daha sonra yaşadıqları binanın həyətinə gəlib avtomobilini park etmiş, həyətin girəcəyində, mühafizə otağı ilə üzbəüz kimlərinsə nalayiq söyüşlər söydüklərini eşidib həmin şəxslərə uca səslə sakit olmalarını, söyüş söyməmələrini demiş, bu zaman Elşəni görüb kobud şəkildə səslənərək evə qalxmasını bildirmişdir. Elşən spirtli içkinin təsirindən doğru-düzgün danışa və hərəkət edə bilməmiş, tanımadığı bir şəxs onu məcburi şəkildə bloklarına doğru aparmışdır. Həmin vaxt səkidə kiminsə yerdə uzandığını görüb nə olduğunu soruşmuş, qonşu Şahid3 həmin şəxsin bina sakini Bəyiş olduğunu, Elşən tərəfindən bıçaqlandığını demiş, ətrafda qan görmədiyi üçün yaxınlaşaraq telefon işığında bədənini yoxlamış, Bəyişin ayaq və sol qoltuqaltı nahiyələrində qan ləkələri aşkar etmişdir. Bu zaman Bəyişin anası və bacısı da həyətə düşmüş, təcili yardımın gec gələ biləcəyini, bu müddət ərzində Bəyişin xeyli qan itirəcəyini düşünüb şəxsi avtomobili ilə onu Respublika Klinik Xəstəxanasına aparmış, xəstəxanaya çatdıqda dərhal təcili yardım şöbəsinə yerləşdirilmiş, lakin qısa müddət sonra həkimlərdən ürək nahiyəsindən almış olduğu bıçaq xəsarətindən öldüyü məlumatını almışdır. Həmin ərəfələrdə Elşənin arvadının Elşənin hadisə törətməsi barədə ona mesaj yazdığını görmüşdür. Hadisənin necə baş verməsini görməmiş, hansı səbəbdən baş verməsini bilməmişdir.

16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. Təqsirləndirilən şəxs təxminən 2 ildir tanımış, sonuncu Elşənlə qonşu binada yaşamış və dəfələrlə birlikdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs Elşən vasitəsilə hadisədən təxminən 3-4 ay əvvəl tanımış, onunla da münasibətləri normal olmuşdur. Elşən ayıq vaxtı normal insan olsa da, sərxoş olduğu vaxt öz hərəkətlərini idarə edə bilməmişdir. 13 dekabr 2024-cü il tarixdə axşam saatlarında Elşənlə Sumqayıt şəhərində yemək yeyib spirtli içki - araq qəbul etdikdən sonra evə qayıtmış, Elşən sərxoş vəziyyətdə avtomobilini özü idarə etmiş, yaşadığı binanın həyətinə çatdıqdan sonra park edib birlikdə yaxınlıqdakı “Şəki” kafesinə getmişlər. Bir qədər sonra Bəyiş kafeyə gəlmiş, hər üçü 1 bakal pivə içdikdən sonra Elşən marketə gedib evə çörək və bəzi ərzaq məhsulları almalı olduğunu demiş, havanın çiskinli və yağmurlu olması səbəbindən onlarla müqayisədə daha az spirtli içki qəbul etmiş Bəyişdən avtomobilin sükanı arxasına keçib marketə sürməsini xahiş etmiş, Bəyiş sərxoş olduğunu, bu vəziyyətdə avtomobili idarə etmək istəmədiyini desə də, Elşən təkid etdiyi üçün sükan arxasına keçərək yaxınlıqdakı “Bravo” marketə doğru idarə etmişdir. Yasamal rayonu A.M.Şərifzadə küçəsində hərəkətdə olduqları zaman yol patrul xidməti inspektorları səsgücləndirici vasitəsilə avtomobili kənara çəkmələrini bildirmiş, Bəyiş yol kənarında saxladıqdan sonra YPX inspektoru sürücü tərəfə yaxınlaşaraq özünü təqdim edib Bəyişdən sürücülük hüququnu təsdiq edən sənədləri təqdim etməsini tələb etmiş, bu zaman Elşən avtomobilin ona məxsus olduğunu, yaxınlıqda yaşadıqlarını, sərxoş olduğu üçün qonşusu Bəyişdən avtomobili idarə etməsini xahiş etdiyini demiş, YPX əməkdaşları alkotester cihazı ilə Bəyişin sərxoşluğunu yoxlayarkən onun sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobili idarə etdiyini müəyyənləşdirmiş, bundan sonra hər üçü ayrı-ayrılıqda sərxoşluq və narkoloji müayinələrdən keçirilib sərbəst buraxılmış, hadisə ilə əlaqədar Bəyiş 500 manat, Elşən isə 200 manat məbləğində cərimələnmişdir. Lakin bu mövzu ilə bağlı sonradan Elşənlə Bəyiş arasında hər hansı mübahisə yaxud münaqişənin şahidi olmamışdır. 29 dekabr 2024-cü il tarixdə tanışları Məhəmməd, Elşən və Bəyişlə birlikdə “Şəki” kafesində olmuş, Elşən Bəyişlə nərd oynadıqları zaman uduzduğu üçün mübahisə etmiş, aralarında başqa mövzuda söhbət olmamışdır. 30 dekabr 2024-cü il tarixdə Məhəmmədlə “Şəki” kafesində olduğu zaman Elşən sərxoş vəziyyətdə kafeyə gəlmiş, içkili olduğu vaxt özünü idarə edə bilmədiyi üçün kafeni tərk etmişlər. 31 dekabr 2024-cü il tarixə keçən gecə saat 1-2 radələrində Elşənin yaşadığı binanın komendantı Telman əlaqə saxlayaraq Elşənin həyətdə bıçaqla Bəyişi vurduğunu demiş, qısa müddət sonra isə Bəyişin almış olduğu xəsarətlərdən öldüyünü öyrənmişdir.

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid7la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, uzun müddətdir ünvan 4 ünvanında yerləşən “Şəki” kafesində ofisiant kimi işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kafenin yaxınlığında hündürmərtəbəli yaşayış binasında yaşamışdır. Elşənlə Bəyiş müştəri kimi tez-tez kafeyə çay içməyə, nərd və domino kimi stolüstü oyunlar oynamağa gəlmişlər. Sonuncu dəfə onların kafedə nərd oynayarkən oyunun gedişində aralarında sözlü mübahisə yarandığını, qısa müddət ərzində tanışları Cəsur və Məhəmmədin hər ikisini sakitləşdirdiklərini eşitmişdir. O, Elşənlə Bəyiş arasında mübahisə zamanı kafenin digər hissəsində olduğundan həmin mübahisənin şahidi olmamış, lakin sonradan belə bir halın olmasını eşitmişdir. Həmin mübahisənin səbəbi barədə hər hansı məlumatı yoxdur və həmin mübahisə Bəyişin öldürülməsindən təxminən 1-2 gün əvvəl baş vermişdir. Elşənlə Bəyiş arasında kafedə başqa mübahisə baş verməmişdir. Elşən sərxoş olduğu zaman dava-dalaşa meyilli olmuş, ayıq vəziyyətdə isə özünü normal aparmış, Bəyiş isə ümumiyyətlə sakit təbiətli biri olmuş, onun mübahisə və ya münaqişə etdiyini görməmişdir. 31 dekabr 2025-ci il tarixdə Elşənin Bəyişə bıçaqla xəsarət yetirib öldürdüyü xəbərini alsa da, hadisənin necə və hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid10la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi.

20. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid9 ölkə hüdudlarından kənarda olduğundan onun verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid9 həmin ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının komendantıdır. Zərərçəkmiş şəxs bir neçə aydır binanın 1-ci blok, 16-cı mərtəbəsində yerləşən 114 nömrəli mənzildə anası, bacısı və bacısının azyaşlı oğlu ilə birlikdə, Təqsirləndirilən şəxs isə uzun müddətdir binanın 1-ci blok, 14-cü mərtəbəsində yerləşən 98 nömrəli mənzildə arvadı və üç övladı birlikdə yaşamışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs fəhlə işləmiş, qonşu kimi yaxın münasibətləri olmuş, lakin son vaxtlar aralarında mübahisə yaranmışdır. Belə ki, 2024-cü ilin dekabr ayının ortalarında Bəyiş Elşənin icarəyə götürdüyü avtomobili sərxoş vəziyyətdə idarə edən zaman YPX inspektorları tərəfindən saxlanılaraq cərimələnmiş, lakin cəriməni ödəməkdən imtina etdiyindən Elşənlə aralarında tez-tez mübahisələr olmuşdur. 31 dekabr 2024-cü il tarixdə binanın 2-ci blok, 229 saylı mənzilində yaşayan Şahid3 zəng vuraraq Elşənin bıçaqla Bəyişi vurduğunu, təcili şəkildə binanın həyətinə gəlməli olduğunu demiş, gəldikdən sonra Bəyişin aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. X32 arasında cərimənin ödənilməsi ilə bağlı yuxarıda qeyd etdiyi mübahisə zəminində baş vermişdir (Cild 1, i.v. 101-103;).

21. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilməsi üçün qanunla mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Şahid2 dindirilməsi mümkün olmadığından sonuncunun verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən yaşayış binasında qonşuluqda yaşamış, bir-biri ilə yaxın münasibətləri olmuş, onları tez-tez bir arada görmüşdür. Son vaxtlar aralarında mübahisə yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının ortalarında yaşadığı ünvanın yaxınlığındakı kafedə Bəyişlə bir qədər spirtli içki qəbul etmiş, sərxoş olduğundan daha az miqdarda spirtli içki içmiş Bəyişdən marketə getmək üçün taksi fəaliyyəti ilə məşğul olmağa görə icarəyə götürdüyü avtomobili idarə etməsini xahiş etmiş, Bəyiş içkili olduğunu, sürücülük hüququnun olmadığını desə də, problem yaranmayacağını bildirərək avtomobili idarə etməsini təkid etmişdir. Bəyiş avtomobili idarə edən zaman Yeni Yasamal ərazisində Yol Patrul Xidməti inspektorları onları saxlayaraq Bəyişin sürücülük hüququnun olmaması və içkili vəziyyətdə avtomobili idarə etməsinə görə hər ikisinə ümumilikdə 700 manat məbləğində cərimə yazmış, Elşən cəriməni müştərək qaydada ödəmələrini Bəyişə təklif etsə də, sonuncu imtina edərək avtomobili idarə etməmişdən əvvəl sürücülük hüququnun olmaması və sərxoş olması barədə əvvəlcədən xəbərdarlıq etdiyini, onun təkidi ilə avtomobili idarə etdiyini demişdir. 2024-cü ilin dekabr ayının ortalarından etibarən bu mövzuda aralarında mübahisələr olmuş, 30 dekabr 2024-cü il tarixdən 31 dekabr 2024cü il tarixə keçən gecə Elşənin yaşadığı binanın həyətində sərxoş vəziyyətdə olduğunu görüb görüşmüş, bir qədər işlə bağlı söhbət etdikləri zaman Bəyişin də əlində sellofan torbada çörəklə qonşusu Natiqlə birlikdə binaya doğru gəldiyini görmüş, bu zaman Elşən Bəyişə yaxınlaşıb nalayiq sözlər işlədərək onu bir qədər kənara çəkmişdir. Elşənin Bəyişlə yaxın münasibətdə olması, əvvəllər də bir-biri ilə söyüşlə zarafatlar etmələri səbəbindən ciddi olmadığını düşünüb onlara yaxınlaşmadan onların yanına gəlmiş Natiqin yanında dayanmışdır. Elşən Bəyişlə birlikdə binanın mühafizə postu ilə üzbəüz səki istiqamətində təxminən 10 metr kənara çəkilib söhbət etdikdən 1-2 dəqiqə sonra bel nahiyəsinə əlini atıb bıçaq çıxarmış, sağ əlində tutduğu bıçaqla Bəyişə doğru birbirinin ardınca bir neçə zərbə endirmiş, lakin qaranlıq olduğu və bir qədər kənarda olduqları üçün Bəyişin bədəninin hansı nahiyələrinə, hansı ardıcıllıqla zərbələr endirməsini görməmişdir. Dərhal yaxınlaşıb Elşəni kənarlaşdıraraq hadisə yerindən uzaqlaşdırmağa çalışmış, Bəyiş isə asfaltın üzərində yıxılmış vəziyyətdə qışqıraraq Elşənin bıçaqla onu vurduğunu, təcili yardım çağırmalarını bildirmişdir. Elşən yenidən Bəyişə hücum çəkməyə can atsa da, onu hadisə yerindən tamamilə uzaqlaşdırıb mənzilinə qalxması üçün bloka salmış, onun sağ əlindən qan axdığını görmüş, bu zaman Bəyişin anası və bacısı liftdən çıxıb həyəcanlı şəkildə nə baş verdiyini soruşaraq iti addımlarla həyətə doğru getmişlər. Elşən liftlə mənzilinə qalxdığı üçün Bəyişin yanına geri qayıdıb asfaltın üzərində uzanmış vəziyyətdə bədənindən qan axdığını görərək təcili yardımla əlaqə saxlamış, sonradan hadisə yerinə gəlmiş qonşu Şahid4 təcili yardımın gec gələ biləcəyini, bu müddət ərzində Bəyişin xeyli qan itirəcəyini deyərək ətrafdakıların köməkliyi ilə onu şəxsi avtomobilinin arxa oturacağına uzadıb anası və bacısı ilə birlikdə xəstəxanaya aparmışdır. Qısa müddət sonra Bəyişin aparıldığı Respublika Klinik Xəstəxanasında ürək nahiyəsindən almış olduğu bıçaq xəsarətindən öldüyü məlumatını öyrənmişdir (Cild 1, i.v.96-99;).

22. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X39 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru polis leytenantı X8 verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. İ.H.Şirinov həmin ifadəsində göstərmişdir ki, 13 dekabr 2024-cü il tarixdə, saat 22:50 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobili ilə Bakı şəhər Baş Polis İdarəsinin X39 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru polis baş serjantı X17 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində **-XF-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia” markalı avtomobilin sürücüsünün dönmə işığından istifadə etmədən avtomobillə dönmə hərəkəti etdiyini görüb səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini kənara çəkməsini xahiş etmişlər. Nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşaraq özlərini təqdim edib sürücülük hüququnu təsdiq edən sənədləri təqdim etməsini bildirdikdə sürücü özünü Zərərçəkmiş şəxs kimi təqdim edərək avtomobilin qabaq sərnişin oturacağında oturan Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs sərxoş olması səbəbindən onun xahişi əsasında avtomobili idarə etdiyini, özünün sürücülük hüququ olmadığını bildirdi. Həmin vaxt avtomobilin arxa oturacağında da başqa bir şəxs oturmuşdur. Sürücünün də sərxoş vəziyyətdə olmasından şübhələnib ona alkotester cihazı vasitəsi ilə ayıqlıq vəziyyətini yoxlamağı təklif etmişlər. Yoxlama zamanı sürücünün sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobil idarə etdiyi, habelə avtomobilin etibarnamə əsasında Təqsirləndirilən şəxs məxsus olması müəyyən olunduğundan sürücü Zərərçəkmiş şəxs tərəflərindən Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə İXP6763619 nömrəli protokol, Təqsirləndirilən şəxs isə həmin məcəllənin 337.1-ci maddəsi ilə İXP6763634 nömrəli protokol tərtib olunaraq avtomobil tərəflərindən Bakı şəhəri Yasamal raynu A.Salamzadə küçəsində yerləşən duracağa təmin olunmuş və toplanmış materiallar müvafiq qərar qəbul edilməsindən ötrü Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə təqdim olunmuşdur. Sonradan həmin şəxslərlə hər hansı şəkildə ünsiyyətləri olmamış, həmin şəxsləri əvvəllər görməmiş və tanımamışdır (Cild 1, i.v.163- 166;).

23. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X39 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru polis baş serjantı X10 verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahid İsmayıl Şirinovla oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməsi müəyyən edilmişdir (Cild 1, i.v.167- 170;). Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

24. “Cinayət işinin başlanması haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, 31 dekabr 2024-cü il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsində yerləşən 5A saylı binanın həyətində 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla üç dəfə zərbə vuraraq qəsdən öldürməsi faktına görə həmin tarixdə Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq iş üzrə ibtidai istintaqın aparılması Yasamal rayon prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X6 tapşırılmış, sonuncu tərəfindən həmin cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v. 1-2;).

25. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsində yerləşən 5A saylı binanın həyətidir. Bina 2 bloklu, 17 mərtəbəli yaşayış binasıdır. Binanın həyətinə daxil olduqda sağ tərəfdə mühafizə postu, postla paralel isə binanın İİ blokunun bir hissəsi yerləşir. Binanın həyətinə mühafizə postunun yanından etibarən 14 metr uzunluqda olan və eni 6 metr olan yolla daxil olunur. Binanın həyəti asfaltla döşənmişdir, ərazidə çoxsaylı avtomobillər park edilmişdir. Binanın birinci mərtəbəsində müxtəlif qeyri-yaşayış obyektləri mövcuddur. Hadisə yerinə baxışda iştirak edən Şahid3 31 dekabr 2025-ci il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə mühafizə postu ilə üzbəüz və təxminən 15 metr məsafədə yerləşən səkidə sərxoş vəziyyətdə mübahisə edərək üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin ayrı-ayrı nahiyələrinə bir neçə dəfə zərbə endirərək müxtəlif xəsarətlər yetirdiyini, Təqsirləndirilən şəxs hadisə yerində olan Şahid2 tərəfindən uzaqlaşdırılaraq yaşadığı mənzilinə göndərildiyini, Zərərçəkmiş şəxs isə yaralı vəziyyətdə aparıldığı Respublika Klinik Xəstəxanasında vəfat etdiyini bildirmişdir. Şahid3 hadisənin baş verdiyini göstərdiyi ərazidə qanabənzər ləkələr aşkar olunmuşdur. Şahid3 həmin ləkələrin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra bədənindən axan qan ləkələri olduğunu bildirmişdir. Həmin ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. Hadisənin baş verdiyi yerdən Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yaşadığı İ bloka qədər olan məsafənin uzunluğu 19 metrdir. İ blokun giriş qapısı qırmızı rəngli kodlu kilid qapısıdır. Bloka daxil olarkən 4 metr irəli getdikdən sonra sol tərəfdə lift yerləşir. Blokun dəhlizində və liftin qarşısında xırda ölçülü damcı formasında çoxsaylı qanabənzər ləkələr mövcuddur. Liftin giriş qapısı açıldıqda kabinəsində - döşəmənin üzərində, mərtəbələrin qeyd olunduğu elektron düymələrin üzərində və kənarlarında sürtünmüş şəkildə, həmçinin damcı şəklində çoxsaylı qanabənzər ləkələr aşkar olundu. Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirərkən sağ əlini ehtiyatsızlıqdan zədələdiyini və bu səbəbdən həmin qan ləkələrinin Təqsirləndirilən şəxs məxsus ola biləcəyini qeyd etmişdir. Cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən həmin qanabənzər ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. Hadisə yerinə baxış zamanı cinayətin törədilməsində istifadə olunmuş bıçaq və cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləcək digər əşyalar müəyyən edilməmişdir. Baxış saat 01:00-dan 01:40-dək keçirilmişdir. Protokolda istintaq hərəkətinin axşam vaxtı, süni işıqlandırma şəraitində keçirilməsi və “Sony” markalı fotoaparatla fotoşəkillərin çəkilərək protokola əlavə edilməsi qeyd edilmiş. Protokol ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir əlavə qeyd və ya düzəliş daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 4-9;).

26. “Videogörüntüyə baxış keçirilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsində yerləşən 5A saylı binanın İ blokunun giriş qapısının üzərində quraşdırılmış və həyəti qeydə alan nəzarət-müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə əsasən 31 dekabr 2024-cü il tarixdə, saat 00:37-dən saat 00:38-dək olan müddət ərzində Rzayev X9 Elman Əlisahib oğlu tərəfindən binanın giriş hissəsindən uzaqlaşdırılaraq İ blokun girişinə doğru gətirilir. Binanın mühafizə postunun yerləşdiyi giriş hissəsi uzaq məsafə olduğu və havanın qaranlıq vaxtı olduğu üçün nəzarətmüşahidə kamerası tərəfindən qeydə alına bilməmişdir. İ blokun giriş qapısının içəri tərəfində quraşdırılmış nəzarət-müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərdən görünür ki, 31 dekabr 2024-cü il tarixdə, saat 00:38-də öndə Təqsirləndirilən şəxs, onun arxasınca isə Şahid2 bloka daxil olur. Təqsirləndirilən şəxs liftə doğru hərəkət edir və liftin qarşısında gözləyir. Saat 00:39-da Zərərçəkmiş şəxs anası X5 və bacısı X18 lift tərəfdən iti addımlarla hərəkət edərək blokdan bayıra çıxırlar. Saat 00:40-da isə Şahid2 blokdan çıxır. Liftin qarşısında quraşdırılmış nəzarət-müşahidə kamerası tərəfindən qeydə alınmış görüntüdən görünür ki, 31 dekabr 2024-cü il tarixdə saat 00:38-də Təqsirləndirilən şəxs İ liftin düyməsini basaraq gözləyir, Şahid2 əl işarəsi ilə ona getməsini tapşırır. Saat 00:39-da liftin qapısı açılır, Rəfaqət Quliyeva və Hunay Qarayevə liftdən çıxır, eyni anda Təqsirləndirilən şəxs liftə daxil olur. Liftin kabinəsində quraşdırılmış nəzarət-müşahidə kamerası tərəfindən qeydə alınmış görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs liftə daxil olduqdan sonra qalxacağı mərtəbənin düyməsini basır. Onun sağ əlində qırmızı rəngli qanabənzər ləkələr görünür. Təqsirləndirilən şəxs həmin əlini kabinənin künclərinə sürtməklə və aşağı-yuxarı doğru sürətlə hərəkət etdirməklə əlindəki qanabənzər ləkələri liftin kabinəsinə və döşəməsinə yayır. Saat 00:40-da liftin qapısı açılır və Təqsirləndirilən şəxs liftdən çıxır. Bununla da baxış başa çatdırılmışdır. Protokolda videogörüntülərin 1 (bir) ədəd CD diskə köçürülərək protokola əlavə edilməsi qeyd edilmişdir (Cild 1, i.v. 10-12;). Qeyd edilən videogörüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmış və protokolda göstərilmiş halların tam şəkildə videogörüntülərlə eynilik təşkil etməsi müəyyən edilmişdir.

27. “Meyitə baxış keçirilməsi və götürmə aparılması haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yasmal rayon şöbəsində Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, meyitin xarici müayinəsi zamanı aşağdakı xasarətlər aşkar edildi: Döş qəfəsinin sol yan səthində sol orta qoltuqaltı xətti üzrə Vİİ qabırğa səviyyəsində 2,0x1,0 sm ölçüdə, düz istiqamətdə kənarları hamar. Aşağı bucağı iti, yuxarı bucağı küt yara, anal dəliyin sol divarında 1 (bir) ədəd dəlib keçən yara vardır, yaranın giriş hissəsində 3,0x0,4sm, çıxış hissəsində 1,5x1,0sm ölçülərdə, kənarları hamar yara, anal dəliyin sağ divarında 1,5x1,0sm ölçüdə, kənarları hamar, mənfəzi açıq yara, yaranın ətrafı qansızmalıdır. Meyitin xarici müayinəsi zamanı bədəni üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar olunmamışdır. Baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd qara rəngli qısaqol, uzunboğaz sviter, 01 (bir) ədəd mavi rəngli cins şalvar, 01 (bir) ədəd ağ rəngli, qısaqol mayka və 01 (bir) ədəd alt tumanı götürülərək onlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: 01 (bir) ədəd qara rəngli gödəkçənin üzərində aşağıdakı zədələr aşkar olundu: gödəkçənin sol qolunun qoltuqaltı nahiyəsində, qoltuqaltı nöqtədən sol qolun daxili tikişi üzrə 54 mm məsafədə sol tərəfə və sol yan tikişi üzrə aşağıya doğru 84 mm məsafədə davam edən 01 ədəd dəlib-keçən zədə vardır. Gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində, aşağı sərbəst kənarından 204 mm məsafədə yuxarıya, sol yan tikişindən başlamaqla sağ tərəfə doğru 37 mm uzunluqlu, sınıq xətt şəkilli bir ədəd zədə vardır. Gödəkçənin üzərində qanabənzər ləkələr mövcuddur. 01 (bir) ədəd qara rəngli, uzunboğaz sviterin üzərində üzərində aşağıdakı zədələr aşkar olundu: sviterin ön səthinin sol yarısının aşağı hissəsində, aşağı sərbəst kənarından 276 mm məsafədə yuxarı, sol yan tikişindən 37 mm məsaəfədə sağ tərəfə doğru, saat sferblatının 4/10 rəqəmlərinə uyğun çəp istiqamətli, düzxətt şəkilli, 20 mm uzunluqlu olan bir ədəd dəlibkeçən zədə vardır. Sviterin üzərində qanabənzər ləkələr mövcuddur. 01 (bir) ədəd ağ rəngli, qısaqol maykada aşağıdakı zədələr aşkar olundu: Maykanın ön səthinin sol yarısının orta hissəsində, aşağı sərbəst kənarından 320 mm məsafədə yuxarı, sol yan tikişindən 18 mm məsafədə sağ tərəfə doğru, saat sferblatının 4/10 rəqəmlərinə uyğun çəp istiqamətli, düzxətt şəkilli, 20 mm uzunluqlu olan bir ədəd dəlib keçən zədə vardır. Maykanın üzərində qanabənzər ləkələr mövcuddur. 01 (bir) ədəd mavi rəngli, cins şalvarda aşağıdakı zədələr aşkar olundu: şalvarın arxa səthinin yuxarı hissəsinin orta nahiyəsindən nisbətən sol tərəfdə, yuxarı saat sferblatının 6/12 rəqəmlərinə uyğun şaquli istiqamətli, düzxətt şəkilli, 20 mm uzunluqlu bir ədəd dəlib keçən zədə vardır. 01 (bir) ədəd alt tumanı - qara rəngli materialdandır, bel hissəsində dartılmadan eni 31-mm, hündürlüyü 310 mm-dir. Tumanda aşağıdakı zədələr aşkar olundu: tumanın arxa səthinin Aşağı hissəsində, orta nahiyəsindən nisbətən sol tərəfdə, yuxarı sərbəst kənarından 205 mm məsafədə aşağı, şərti sol yan xəttindən 220 mm məsafədə sağ tərəfə doğru, 30x35 mm ölçülü sahədə saat sferblatının 6/12 rəqəmlərinə uyğun saquli istiqamətli, 5 mm, 10 mm və 22 mm uzunluqları olan düzxətt şəkilli üç ədəd dəlib-keçən zədələr vardır. Tumanın üzərində qanabənzər ləkələr mövcuddur (Cild 1, i.v 13-19;).

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin (bundan sonra mətndə-Yasamal RPİ 29-cu PŞ) 3-13-53- 4/2-2767 nömrəli 31 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən aşkar edilmiş soyuq silahla birgə ibtidai araşdırma orqanına təqdim edilmişdir (Cild 1, i.v. 20).

29. “Cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 31 dekabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həmin tarixdə, saat 03:30-da müstəntiq Elgün Cəbrayılov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 25;34;).

30. “Götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi vaxt üzərində olmuş 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd göy rəngli sviter və 1 (bir) ədəd tünd göy rəngli klassik şalvarı könüllü surətdə istintaqa təqdim etmişdir. Baxış zamanı gödəkçə, sviter və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır (Cild 1, i.v.47-50;).

31. “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağa sonuncunun və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 1 (bir) ədəd bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 265 mm-dir. Bıçağın tiyəsi bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmışdır və tiyənin sol yan səthi üzərində, əsasından 27 mm məsafədə “X15” yazıları və “aypara” və “ulduz” təsvirləri həkk olunmuşdur. Bıçağın dəstəyi bir-birini növbəli əvəz edən qırmızı, mavi və ağ rəngli sərt plastmas materialdan olan lövhələrdən ibarətdir, uzunluğu 115 mm, eni 25 mm, qalınlığı 14 mm-dir. Bıçağın üzərində qanabənzər ləkələr mövcuddur. Şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün həmin bıçaqdan istifadə edib-etmədiyini xatırlamadığını bildirdi. Baxış zamanı “Sony” markalı rəqəmsal fotoaparatdan istifadə edilməklə şəkillərin çəkilərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 54-55;).

32. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 1 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona hüquq və vəzifələri ətraflı izah olunmuşdur (Cild 1, i.v. 61-62;).

33. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 7 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ölməsi ilə əlaqədar onun doğma anası X5 ərizə ilə müraciəti əsasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v.107;).

34. “Mobil telefona baxış keçirilməsi haqqında” 7 yanvar 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid4 “Samsung Galaxy S24” markalı mobil telefonunda Təqsirləndirilən şəxs arvadı Şahid5 ilə aralarında hadisə ilə bağlı olmuş “Whatsapp” yazışmalarına baxış keçirilmişdir. Baxış zamanı Şahid5 əlaqə nömrəsinin (070) ***-**-** saylı mobil nömrə olması müəyyən olunmuşdur. Şahid5 ilə Şahid4 arasında 30 dekabr və 31 dekabr 2024-cü il tarixlərdə olmuş yazışmaların məzmunu aşağıdakılardan ibarətdir: Şahid5: Salam Qardaş üzürlü say narahat etdim, Elşən çox içib kimləsə danışırdı sporlaşdı, telefonda, düşdü heyete, ne qədər etdim saxlaya bilmədim, belke sen zəng vurasan seni eşidə. (xx.xx.2024 22:34) Şahid4: Salam bacı indi yiqiram. (xx.xx.2024 23:26) Şahid4: Geldi bacim? (xx.xx.2024 00:21) Şahid5: Bayaq geldi, yenə geddi. (xx.xx.2024 00:22) Şahid4: Ok gozle baci yene yiqiram. (xx.xx.2024 00:22) Şahid5: Oldu. (xx.xx.2024 00:22) Şahid4 (səsli mesaj): Danışdım bacı deyir 3 dəqiqəyə çıxıram. (xx.xx.2024 00:24) Şahid5: Ok. Ona görə narahat deyiləm, prosda kiminsə zəhləsini tökecek, söz söhbət düşəcək. (xx.xx.2024 00:26) Şahid4 (səsli mesaj): Narahat olma bacım, yığdım indi də, gəlir, düz deyirsən. (xx.xx.2024 00:28) Şahid5: Çox sağ olun, var olun. (xx.xx.2024 00:29) Şahid5: Hadise törədib. (xx.xx.2024 00:48) (Cild 1, i.v. 122-125;).

35. “Doğum haqqında” AZ-İİ 546936, A-İİİ 690127, AZ-İİİ 045963 nömrəli şəhadətnamələrdən, AZE12925627, AZE12925625 və AZE12925623 seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Zeynəb Rzayeva, xx.xx.2013-cü il təvəllüdlü Akşin Rzalı və xx.xx.2016-cı il təvəllüdlü Nərgiz Rzalı adlı ikisi azyaşlı olmaqla 03 (üç) yetkinlik yaşına çatmayan uşağı vardır (Cild 1, i.v. 140-145;).

36. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan, “Nikahın pozulması haqqında” AZ-İ 456700 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X23 arasında bağlanmış nikah Salyan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, qeyd olunan nikaha 26 sentyabr 2023-cü il tarixdə xitam verilməklə bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023cü ildə 161№ ilə qeydiyyat aparılmışdır (Cild 1, i.v. 146;).

37. Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi polis mayoru Namiq İmanovun 31 dekabr 2024-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs sol döş qəfəsinin və anus yan hissəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatdırılmış, lakin vəfat etmişdir (Cild 1, i.v. 153;).

38. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1 yanvar 2025-ci il tarixli, 4(004)-1/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 dekabr 2024-cü il tarixdə, saat 03:30-dan hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ...... 31 dekabr 2024-cü il tarixdə binanın həyətində Bəyişlə söhbət edərkən sonuncunun dərhal üzərindən bıçaq çıxarıb ona doğru hücum etmək istədiyini, özünün əl atıb bıçağı Bəyişin əlindən götürərək onun arxa nahiyəsinə bıçaqla zərbə endirdiyini, sonrakı zərbələrin yadında qalmadığını, ətrafa adamları yığışdığını, özünün isə evə gedib ailə üzlvəri ilə sağollaşdıqdan sonra polisə təslim olduğunu bildirərək məhkəmədən həbs qətimkan tədbirinin müddətinin çox olduğunu, daha az müddətdə qətimkan tədbirinin seçilməsini xahiş etmişdir (Cild 1, i.v. 157-162;).

39. “İnzibati xəta haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs 13 dekabr 2024-cü il tarixdə saat 22:57-də **-XF-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia” markalı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə” inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin tarixdə İXP6763619 seriya nömrəli inzibati protokol tərtib olunmaqla 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsi ilə nəzərdə tutulan “Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə” inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin tarixdə İXP6763634 seriya nömrəli inzibati protokol tərtib olunmaqla 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur (Cild 1, i.v. 172-181;).

40. “Meyitin məhkəmə-tibbi ekspertizasının” 31 dekabr 2024-cü il tarixli, 137 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X27 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölümü təsdiq edən aktında qeyd edilir ki, Zərərçəkmiş şəxs klinikaya daxil olarkən dəri və görünən selikli qişaları avazımış, magistral arteriyalarında nəbz yoxdur, bəbəkləri genəlmiş, qıçığa cavab vermir, tənəffüsü və ürək döyüntüsü yoxdur. Düz bağırsaq ortasında iki deşilmiş-kəsilmiş yara, sol ön qoltuqaltı xətti Vİİ-Vİİİ qabırğa səviyyəsində bir ədəd deşilmiş-kəsilmiş yara. Xəstə 31 dekabr 2024-cü il tarixdə, saat 00:50 radələrində vəfat etmişdir. Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olundu: döş boşluğuna nüfuz edərək sol ağciyəri və ürəyi yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, anal dəlik ətrafında (arxa keçəcək) 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar. Yuxarıda qeyd olunan xəsarətlər həyatidir, deşilmiş-kəsilmiş yaralar bir kənarı iti, digər kənarı isə küt olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə döş boşluğuna nüfuz edərək sol ağciyəri dəlib keçən, ürəyi yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar isə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs meyitində döş boşluğuna nüfuz edərək sol ağciyəri dəlib keçən, ürəyi yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın kanalının istiqaməti düz olmuşdur. Zərərçəkmiş şəxs xəsarət alarkən bədənin arxa və sol yan səthi xəsarət yetirən alətə tərəf yönəlmiş olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb - döş boşluğuna nüfuz edərək sol ağciyərin və ürəyin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsində 31 dekabr 2024-cü il tarixdə, saat 00:50-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir (Cild 1, i.v. 215-223;).

41. "xxxx" 13 mart 2025-ci il tarixli, 70-2025/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş puloverin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, köynəyin ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, şalvarın arxa səthinin yuxarı hissəsinin orta nahiyəsindən nisbətən sol tərəfdə 01 (bir) ədəd və tumanın arxa səthinin aşağı hissəsində, orta nahiyəsindən nisbətən sol tərəfdə 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd kombinə olunmuş deşilmiş-kəsilmiş və sökülmüş zədə vardır. Bu zədə əvvəlcə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən, sonra isə bu zədəyə küt qüvvə təsir etməklə, kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterikdir. Ekspertizaya təqdim edilmiş və məhrum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində aşkar edilmiş deşilmiş kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətlərə malik olan digər alətin (alətlərin) təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun qoltuqaltı nahiyəsində küt yaranma mexanizminə malik və gödəkçənin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd sökülmə zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd pulover və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş puloverin və gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində, köynəyin isə ön səthinin sol yarısının orta hissəsində olan 01 (bir) ədəd zədə onun meyitinin bədənində müəyyən edilmiş döş boşluğuna nüfuz edən (döş qəfəsinin sol yan səthində sol orta qolutaltı xətti üzrə Vİİ qabırğa səviyyəsində, sol ağciyərin aşağı payını və ürəyin sol mədəciyini yaralayan) bir ədəd eyni xarakterli yara ilə; şalvarın və tumanın arxa səthinin orta hissəsində, nisbətən solda yerləşən 01 (bir) ədəd zədə isə onun meyitinin bədənində müəyyən edilmiş anal dəlik (arxa keçəcək) ətrafında 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaralardan biri (sol divarında olan) eyni xarakterli yara ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində müəyyən edilmiş anal dəlik (arxa keçəcək) ətrafında (sağ divarında) 01 (bir) ədəd yara ona məxsus geyim əşyalarında əks olunmamışdır, bu da yalnız bədənin həmin nahiyəsinin yaralanması ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir (Cild 1, i.v. 225-237;).

42. "xxxx" 19 mart 2025-ci il tarixli, 121/2025-TBŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /l/- dir (təqdim olunan sənədin surətinə əsasən). Mərhum Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B alfa (H)/lll/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, iki ədəd pambıq topası, mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, gödəkcə, şalvar, tuman, uzunboğaz sviter və Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, uzunqol jaket üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/lll/ qruplu şəxsə (şəxslərə), o cümlədən mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Göstərilən əşyalarda olan qan ləkələrinin bir neçə şəxsin qarışmış qanın hesabına yarandığı halda ləkələrdə B(H)/İİİ/, B/lll/ və 0/İ/ qruplu qan qarışığının, o cümlədən Təqsirləndirilən şəxs qarışmış qanın olması inkar olunmur, (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol mayka üzərində olan qan ləkələrində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri, döş və qarın boşluqlarını örtən mezotel epitel hüceyrələri aşkar edildi. Bu da onu göstərir ki, aşkar olunmuş qan döş və ya qarın nahiyələrindən axmışdır (cild 1 , i.v. 238-245;).

43. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X7” X27 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 mart 2025-ci il tarixli, 881 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İttiham olunduğu cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında fərdi-psixi xüsusiyyətləri və adi alkoqol sərxoşluğu fonunda, situasiya (Zərərçəkmiş şəxs ilə əvvəllər də tez-tez sözlü mübahisələrinin olması, hadisə günü eyni mövzu ilə bağlı aralarında təkrar mübahisə yaranması) ilə əlaqədar əsəbilik, emosional reaksiyalara meyillilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (Cild 1, i.v. 246-249;).

44. “Maddi sübut qismində tanınma haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı götürülmüş 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd pambığa hopdurulmaqla götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkcə, 1 (bir) ədəd qara rəngli qısaqol, uzunboğaz sviter, 1 (bir) ədəd ağ rəıngli qısaqol mayka, 1 (bir) ədəd mavi rəngli cins şalvar və 1(bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxsn məxsus 1(bir) ədəd qara rəngli gödəkcə, 1 (bir) ədəd mavi rəngli uzunboğaz, uzunqol sviter və 1 (bir) ədəd tünd boz rəngli klassik şalvar iş üzrə maddi sübut kimi tanınmaqla rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 150;).

45. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2024 və 1 yanvar 2025-ci il tarixlərdə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri müdafiəçisinin iştirakı ilə yerində - Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsində yerləşən 5A saylı binanın həyətində yoxlanılarkən, sonuncu həmin ifadələrini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək 31 dekabr 2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs ona və ailə üzvlərinin ünvanına söyüş söyməsi ilə əlaqədar dalaşdıqlarını, daha sonra bıçaqla cəzalandırmaq məqsədi ilə Bəyişin arxa ətrafına və bədən nahiyəsinə bir neçə zərbə endirdiyini, bu zaman bıçağın onun sağ əlinin son barmağınını zədələdiyini bildirmişdir. O, ümumiyyətlə üzərində heç vaxt bıçaq gəzdirmədiyini üçün hadisə vaxtı bıçağın əvvəlcədən üzərində olub-olmadığını, elə olduğu təqdirdə hadisədən az əvvəl haradan əldə etdiyini, yaxud Zərərçəkmiş şəxs onun üzərinə bıçaqla hücum çəkərkən sonuncunun əlindən alıb-almadığını dəqiq xatırlamadığını göstərmiş, lakin bıçaqla xəsarət yetirərkən Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir (Cild 2, i.v. 11-13;). Qeyd edilən videoçəkiliş məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən protokolda göstərilən halların videoçəkilişlə eynilik təşkil etməsi müəyyən edilmişdir.

46. “Bakı Şəhər Narkoloji Mərkəzi” X27 16 aprel 2025-ci il tarixli, 3-28-30/2-303/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzdə qeydiyyatda yoxdurlar (Cild 2, i.v. 17;).

47. “Respublika Psixiatriya Xəstəxanası” X27 18 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışlar (Cild 2, i.v. 22;).

48. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 noyabr 2025-ci il tarixli cavabından, müvafiq hökm və qərarın surətlərindən görünür ki, Rzayev X11 Rayon Məhkəməsinin 20 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Mili Məclisinin 7 may 2012-ci il tarixli qərarı ilə 30 may 2013-cü il tarixli amnistiya qərarının 1.4-cü bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 1(008)-101/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 7(004)-22/2024 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli, 1(008)-101/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzasını çəkmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(006)-23/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə təqsirli bilinərək ona həmin Məcəllənin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməmişdir (Cild 2, i.v. 15-36; Cild 3;).

49. "xxxx" MTK-dan daxil olmuş 18 aprel 2025-ci il tarixli, M/H-31 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında “Yeni ünvan 9 mənzildə ailə üzvləri həyat yoldaşı Şahid5, övladları X19, X28 və X24 ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs ilə bağlı yaşadığı müddət ərzində MTK-ya heç bir şikayət daxil olmamışdır (Cild 2, i.v. 54;).

50. “Respublika Narkoloji Mərkəzi” X27 16 aprel 2025-ci il tarixli, xx/xx-4528 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdur (Cild 2, i.v. 56;).

51. “Canlı şəxsin ekspertizasının” 16 aprel 2025-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2024-cü il tarixdə həbs olunduqdan sonra 6 yanvar 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasının Tibb Baş İdarəsində “Keçirilmiş appendektomiya ilə anamnezində” diaqnozu qoyulmuşdur. Baxış zamanı sağ əlin ön səthində köhnə çapıqlar. Sağ əlin ön, sağ əlin V barmağının arxa səthinin 0,5-1 sm ölçüdə sıyrılmış qərtməkli yaralar, sağ qalça çuxurunda isə köhnə çapıq qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq demək olar ki, aşkar olunmuş sağ əlin ön, sağ əlin V barmağının arxa səthinin 0,5-1 sm ölçüdə sıyrılmış qərtməkli yaraların xarakteri ətraflı təsvir olunmadığından əmələ gəlmə şəraiti, müddəti və ağırlıq dərəcəsi haqqında fikir söyləmək mümkün deyildir (Cild 2, i.v. 57-60;).

52. “Sübutların qiymətləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə əvvəl elan edilmiş ittihamın məzmununa əlavələr edilməklə ona yenidən həmin maddə ilə yeni məzmunda ittiham elan edilməsi, iş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd pambığa hopdurulmaqla götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli qısaqol uzunboğaz sviter, 1 (bir) ədəd ağ rəngli qısaqol mayka, 1 (bir) ədəd mavi rəngli cins şalvar və 1 (bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd mavi rəngli uzunboğaz uzunqol sviter və 1 (bir) ədəd tünd boz rəngli klassik şalvarın rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün təhvil verilməsi, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd disk və “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınışdır (cild 2, i.v. 61-84;).

53. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəl elan edilmiş ittihamın məzmununa əlavə edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (Cild 2, i.v. 85-87;).

54. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.G.Cəbrayılov tərəfindən 28 aprel 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 30 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.106-126;).

55. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir(Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

56. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

57. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

59. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır.

60. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

62. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

63. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

64. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi bağlı ilk növbədə qeyd edir ki, cinayət qanunvericiliyinə görə qəsdən adam öldürmə, digər şəxsi qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil edir. Adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal və ya yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Adam öldürmə maddi tərkibli cinayət olduğundan törədilən əməllə (hərəkət və ya hərəkətiszliklə) baş verən nəticə arasında (ölüm) arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər səbəbli əlaqə müəyyən edilməzsə, təsadüfi şərait zəminində ölümün baş verməsi qəsdən adam öldürmə sayıla bilməz. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üsulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (məsələn, həyat üçün mühüm olan orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisədən sonrakı davranışı haqqında məlumatlar tədqiq edilməlidir. Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərətəfli araşdırılması zəruridir.

65. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

66. CM-in 120.1-ci maddəsində qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

67. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.

68. Belə ki, qəsdən adam öldürmənin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qərarın 4-cü bəndində göstərilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 21-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Nəzərə alınmalıdır ki, şəxsin CM-in 120-ci maddəsi ilə təqsirli bilinməsi onun insanın ölümü kimi ağır nəticənin əməlin hüquqi tövsifində nəzərə alınmasını ehtiva etdiyindən, CM-in 61.2-ci maddəsinin tələbinə görə həmin hal CM-in 61.1.2-ci maddəsində təsbit edilmiş cəzanı ağırlaşdıran hal (cinayətin ağır nəticələrə səbəb olması) kimi qiymətləndirilə bilməz.

69. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, 13 dekabr 2024-cü il tarixdən etibarən inzibati xətanın törədilməsilə bağlı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tətbiq edilmiş cərimələrlə bağlı onların arasında müxtəlif vaxtlarda dəfələrlə bu mövzuda mübahisə etdiklərindən aralarında ədavət yaranmış, 30 dekabr 2024-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə tək spirtli içki qəbul etdikdən sonra barələrində tərtib olunmuş inzibati protokollara əsasən təyin olunmuş inzibati cərimələri müştərək qaydada ödəməklə bağlı təklifinə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə qarşılıq verərək imtina etməsinə görə qisas almaqla onu öldürərək qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə əldə etdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb üzərində gəzdirməklə sərxoş vəziyyətdə 31 dekabr 2025-ci il tarixdə gecə saatlarında yaşadığı binanın yerləşdiyi ərazi ətrafında Zərərçəkmiş şəxs axtarmış, həmin tarixdə saat 00:30 dəqiqədə binanın həyətində Zərərçəkmiş şəxslə qarşılaşıb onunla həmin mövzuda yenidən şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs bir daha onun ünvanına nalayiq ifadələr işlətməsinə, həmçinin inzibati cərimələri müştərək qaydada ödəməkdən qəti şəkildə imtina etməsinə görə əsəbiləşərək sonuncunun öldürülməsinə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək məqsədilə götürdüyü bıçağını çıxararaq törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görüb bunu arzu edərək Zərərçəkmiş şəxs üzərinə doğru hücum çəkib qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə zərbə endirərək xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs aldığı həmin xəsarətlərlə əlaqədar dərhal “Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X30 aparılarkən yolda ölmüş, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməklə qəsdən həyatdan məhrum etmişdir.

70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

71. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

72. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

73. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

74. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada CM-in 120.1-ci maddəsinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

76. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

77. Təqsirləndirilən şəxs Fəxrədin oğlunun ifadəsində bildirdiyi hadisəni törətdiyi bıçağı Zərərçəkmiş şəxs əlindən almasına, sonuncunun ilk olaraq ona hücum etməsinə və Zərərçəkmiş şəxs öldürmək istəməməsinə dair, habelə cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəllər nikahda olduğu, rəsmi qaydada boşanmalarına baxmayaraq faktiki olaraq ər-arvad kimi birlikdə yaşadığı Şahid5 və sonuncunun atası Şahid6 (təqsirləndirilən şəxsin qaynatası) Təqsirləndirilən şəxslə bağlı sonuncunun spirtli içki aludəçisi olması və dava-dalaş salması ilə bağlı məhkəməyədək icraat zamanı verdiyi ifadələrini məhkəmə istintaqı zamanı inkar etmələrinə dair bildirdikləri hallar zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrilə, ekspertiza rəyləri və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə tam şəkildə təkzib olunmaqla rədd edilir və məhkəmə həmin ifadələrə tənqidi yanaşmaqla təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymətləndirir.

78. Belə ki, işin faktiki halları müəyyən edildi ki, hadisə zamanı Təqsirləndirilən şəxs Fəxrəddin oğlu sərxoş vəziyyətdə olmaqla Zərərçəkmiş şəxslə mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək əvvəlcə evinə gedərək su almaq adı ilə “Şəki” kafesinə getməsini bildirərək yenidən evdən çıxıb öz cinayətkar niyyətini həyata keçirmək üçün zərərçəkmiş şəxsi axtarmağa başlamış, Zərərçəkmiş şəxs isə məsələdən xəbərdar olmadan bacısı Hunaya çörək alacağını bildirərək mağazaya getmiş, geri qayıdarkən Təqsirləndirilən şəxslə qarşılaşmış və aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan bıçaqla zərbələr vuraraq Zərərçəkmiş şəxs öldürmüşdür. Hadisənin bilavasitə şahidi olan şəxslər də hadisədən əvvəl Zərərçəkmiş şəxs əlində çörək olması və üzərində hər hansı bıçaq gəzdirməməsini görməmələrini qeyd etmişlər. Hadisə zamanı zərərçəkmiş şəxs çörək aldıqdan sonra evə qayıdan zaman ona təqsirləndirilən şəxs yaxınlaşaraq sərxoş vəziyyətdə qəsdən öldürmək niyyətini həyaat keçirmişdir.

79. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

80. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

81. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

82. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olması, CM-in 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsi və törətdiyi əməldən peşman olmasını bildirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

83. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halla müəyyən etməmişdir.

84. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

85. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərinin törədilməsi ilə əlaqədar bir neçə dəfə məhkum olunmasına, habelə sonuncu dəfə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini dəfələrlə pozmasına görə məhkəmə qərarı əsasında azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsinə, eləcə də həmin dövrdə digər cinayət işi üzrə barəsində məhkəmə icraatının (araşdırmasının) davam etdirilməsinə baxmayaraq, qısa müddət sonra başqa şəxsin həyatdan məhrum edilməsi ilə nəticənlənmiş xüsusilə ağır cinayət əməli törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi hadisənin mexanizminə nəzər yetirdikdə onun Zərərçəkmiş şəxs arxa nahiyəsinə zərbələr vurmaqla sonuncunun şəxsiyyətini də alçaltmağa çalışması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak edən yaxın qohumlarından (anası və bacısı) üzr istəmək və ya bağışlanmağını bildirmək əvəzinə onlarla münaqişə etməyə çalışması, törətdiyi xüsusilə ağır cinayət əməli ilə bağlı peşman olmamasını bildirməsi təqsirləndirilən şəxsin insan həyatına biganə münasibət göstərməsi və onun şəxsiyyətinin təhlükəli olması qənaətinə gəlməyə əsas verir.

86. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir.

87. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur.

88. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

89. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

90. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 yanvar 2025-ci il tarixli qərarı ilə əvvəli 31 dekabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 29 aprel 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 may 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

91. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 dekabr 2024-cü il tarixdən hesablanmalıdır.

92. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

93. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq və 2 (iki) ədəd pambığa hopdurulmaqla götürülmüş qan nümunələri məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli qısaqol uzunboğaz sviter, 1 (bir) ədəd ağ rəngli qısaqol mayka, 1 (bir) ədəd mavi rəngli cins şalvar və 1 (bir) ədəd alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisinə və ya digər qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd mavi rəngli uzunboğaz uzunqol sviter və 1 (bir) ədəd tünd boz rəngli klassik şalvar sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd disk və diskə baxış keçirilməsi haqqında prookola əlavə edilmiş 1 (bir) ədəd disk olmaqla, cəmi 2(iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.

94. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır.

95. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

96. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

97. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 31 dekabr 2024cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd bıçaq və 2 (iki) ədəd pambığa hopdurulmaqla götürülmüş qan nümunələri məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli qısaqol uzunboğaz sviter, 1 (bir) ədəd ağ rəngli qısaqol mayka, 1 (bir) ədəd mavi rəngli cins şalvar və 1 (bir) ədəd alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisinə və ya digər qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd mavi rəngli uzunboğaz uzunqol sviter və 1 (bir) ədəd tünd boz rəngli klassik şalvar sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 2 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərclərinin, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar