Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1297/2021 20.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu. Balaxanı qəsəbəsi, 2-ci Mədən nömrəsız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Peuııensıar Xidmətinin Bakı İstintaq Tocridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.12.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, nömrəsız fərdi yaşayış evinin həyətyanı sahəsinin darvazasının qarşısında Yamən Qəhrəmanovun azyaşlı övladının ona göstərilməsi üçün qorxutmaq məqsədi ilə özü ilə gətirdiyi soyuq silah hesab edilməyən bıçağı qarın nahiyəsinə tutması ilə bağlı sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdlə bıçağın dəstəyinin arxasına sağ əli ilə fiziki güc tətbiq edərək bıçağın tiyəsini Yamən Qəhrəmanovun qarın nahiyəsinə vurmaqla sonuncuya qarının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın və bağırsaq müsariqəsınm yaralanmasına səbəb olan bır ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi adı Salik olsa da hamı onu Saleh kimi tanıyır və Saleh kimi çağırır. Həmçinin Yamən də onu Saleh kimi tanıyır. X5 kimi şikayət edərkən onu nəzərdə tutmuşdur. Ailəsi ilə birlikdə Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci mədən nömrəsiz evdə yaşayır. Günay Qəhrəmanova onun qızıdır. Sonuncu təxminən ıkı ildir ki, Yamən Qəhrəmanovla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 30.06.2020-ci il təvəllüdlü oğlan övladları Ümüd dünyaya gəlmişdir. X10 Göyçay rayonunda sonuncunun valideynləri ilə birlikdə Kürdəmiş kəndində yaşamışlar. Dəqiq tarixi xatırlamır, səhv etmirsə 2020-ci ilin noyabr ayının sonlarında qızı Günay ona zəng edərək səhətində yaranmış problemlərlə əlaqədar dərmanlar almasını söyləmişdir. O, Günayın istədiyi dərmanlan alıb oğlu Valehlə birlikdə Günayın Yamənlə yaşadığı Göyçay rayonu Kürdəmiş kəndinə getmişdir. Orada olarkən Yəmənə və valideynlərinə qızı Günayın xəstə olmasını və sonuncunu müalicə etmək üçün Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən evinə aparmaq istədiyini bildirmişdir. Həmin vaxt Yamənin atası Akif və anası İradə etiraz etməsələr də Yamən Günayı və övladı Ümüdi Bakı şəhərinə aparmalarına etiraz etmişdir. Bu səbəbdən də o və oğlu X8 evlərinə aparmayaraq Bakı şəhərinə qayıtmışlar. Təxminən iki-üç gün sonra qızı Günay yenidən ona zəng edərək səhətınin pisləşməsini, onu yaşadığı Göyçay rayonu Kürdəmiş kəndindən Bakı şəhərinə gətirmələrini demişdir. O, bundan sonra yenidən oğlu Valehlə birlikdə Günayın yaşadığı Göyçay rayonuna getmiş, həmin vaxt Yamən Bakı şəhərinə işləməyə getdiyindən evdə olmamışdır. Sonuncu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə yaşamışdır. Günayla evdə isə Yamənin valideynləri Akif və İradə olmuşlar. O, Yamənin valideynlərinə qızı Günayın müalicəsi üçün Bakı şəhərinə aparmaq istədiyini söylədikdə onlar etiraz etməmişlər və onlarm razılığı ilə qızı Günayı və sonuncunun az yaşlı övladı Ümüdü oğlu Valehlə birlikdə Bakı şəhərinə gətirmişlər. Qızı Günay daha Yəmənlə yaşamaq istəmədiyini və boşanmaq istədiyini deyərək ondan kömək etməsini xahiş etmişdir. O da qızı Günayı bu qərarında dəstəkləyəcəyini bildirmişdir. 12.12.2020-ci il tarixdə saat 10-11 radələri aralığında yaşadığı Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz evində olmuşdur. Həmin evinin həyətyanı sahəsinin darvazası döyülmüş, həyat yoldaşı Aygün darvazanın qapısını açmışdır. Həyat yoldaşı Aygünün arxasınca o da darvazaya tərəf getmiş və görmüşdür ki, qapını döyən şəxs Yaməndir. Sonuncu ilə söhbət zamanı Yamən bildirmişdir ki, Günayla barışmaq, sonuncunu övladları Ümüdlə birlikdə valideynlərinin yanına aparmaq istəyir. O da Yamənə demişdir ki, Günay ondan boşanmaq istəyir və getmək istəmir, lakin övladı Ümüdi görə bilər. O, Yamənlə söhbət edərkən oğlu Valeh də yanlarına gəlmişdir. Bundan sonra o, Yaməni evin həyətyanı sahəsinə dəvət etmişdir Həmin vaxt Yamən həyətə daxıl olmayaraq övladı Umüdə hədiyyəsinin olduğunu deyərək avtomobilinin yanına getmişdir. Təxminən 5 dəqiqə sonra Yamən evin yanına qayıtmış və həyətyanı sahənin darvazasının qarşısında dayanmışdır. Həmin vaxt Yamənin əlində bıçaq olmuş, o, Valehə demişdir ki, evə keçsin. Sonuncu da bundan sonra evə keçmişdir. Yamən isə bıçağın dəstəyindən hər iki əli ilə tutaraq bıçağı yuxarı qaldırıb qarın nahiyəsinə bıçağın tiyəsi ilə zərbə endirmişdir. Yamənin zərbəsi ani vaxt ərzində olduğundan sonuncuya mane ola bilməmiş, o, qorxub cəld darvazanın qapısını bağlamış, bundan sonra hadisə barədə 001-311- 40-50 nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir, o qeyd etmişdir ki, Yamən özünə bıçaqla xəsarət yetirərkən ikisi olmuş, bu səbəbdən də göstərdikərini özü təsdiqləyə bilər. Nə oğlu Valeh nə də başqa kimsə Yamənin başına darvazanın cəftəsi ilə vurmamış, sonuncu özü-özünə qeyd etdiyi formada xəsarət yetirmiş, o. bıçağın Yamənin qarnına daxil olması üçün heç bir fiziki qüvvə tətbiq etməmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayır. Günay Qəhrəmanova ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar Birgə nikahlarından 30.06.2020-cı il təvəllüdlü oğlan övladları Umud dünyaya gəlmişdir. Ailəsini dolandırmaq məqsədi ilə fəhləlik etməklə fərdi işlərdə işləyir. 2020-ci ilin noyabr ayında o, həyat yoldaşı Günay, övladları Ümüdlə birlikdə valideynlərinin yanında Göyçay rayonu Kürəmiş kəndində yaşayırmışlar. Həmin vaxt qayınatası Saliklə aynı Valeh onların yaşadığı ünvana gəlmiş, həyat yoldaşı Günayı övladları Ümüdlə birlikdə Bakı şəhərinə yaşadıqları ünvana aparmaq istədiklərini və 10 gün müddətində onlarla qalmalarını bildirmişdir. Dəqiq xatırlamır, səhv etmirsə 26.11.2020-ci ii tarixdə ış axtarmaq üçün Bakı şəhərinə gəlmiş həmin vaxt Bakı şəhərində iş tapmış, həmin vaxtdan da Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşamağa başlamışdır. Dəqiq xatırlamır, səhv etmirsə 29.11.2020-ci il tarixdə Bakı şəhərində olduğu müddətdə qaynatası Saleh və qaynı Valeh valideynlərinin yaşadığı Göyçay rayonu Kürdəmiş kəndinə gedib həyat yoldaşı Günayı və övladları Ümüdi Bakı şəhərinə yaşadıqları ünvana gətirmişlər. Həmin vaxtdan sonra o arvadı Günayla əlaqə saxlaya bilməmişdir. O, 12.12.2020-ci il tarixdə saat təxminən 10-11 radələri aralığında həyat yoldaşı Günayı və övladı Ümüdi görmək üçün qaynatası Salehin yaşadığı Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən evlərinə getmişdir. O evin həyətyanı sahəsinin qapısını döymüş və qapını qayınanası Aygün açmışdır. Sonuncuya həyat yoldaşı Günayı və övladı Ümüdi görmək istədiyini bildirdikdə qayınanası Aygün ona həyat yoldaşı Günayı və övladı Ümüdü görməsinə icazə verməmiş, onunla kobud danışaraq hədələmişdir. Həmin vaxt darvazanın yanına qayınatası Saleh gəlmiş, sonuncu da ona həyat yoldaşı Günayı və övladı Ümüdi görməsinə icazə verməmişdir. Bu zəmində qayınatası Salehlə söhbət edərkən onlara qaynı Valeh yaxınlaşmışdır. Sonuncu onlara yaxınlaşan kimi həyətyanı sahənin dəmir darvazasının cəftəsini çıxarıb baş nahiyəsinə zərbə vurmuş, o, zərbədən sonra yıxılmamaq üçün tutunmuşdur. Sonra isə onlara gözləmələrini deyərək avtomobilinə doğru getmişdir. Avtomobilindən bıçaq götürüb yenidən qaynatası Salehin evinin yanına gəlmişdir. O, həmin vaxt demişdir ki, əgər həyat yoldaşı Günayı və övladı Ümüdi ona göstərməslər özünü bıçaqlayacaqdır. Həmin vaxt məqsədi özünü bıçaqlamaq deyil sadəcə həyət yoldaşı Günayı və övladı Ümüdin ona göstərilməsi ilə bağlı qorxutmaq olmuşdur. O, bu məqsədlə də özü ilə gətirdiyi bıçağın tiyəsini qarnına dirəmişdir. Həmin vaxt qaynı Valeh onların yanından gedib evə daxil olmuşdur. Bıçağın tiyəsi onun qarnına dirənmiş vəzıyətdə olarkən qayınatası Saleh bıçağın dəstəyinin arxasından fiziki qüvvə tətbiq edərək irəliyə doğru itələyərək “adamı belə vurarlar” demiş, nəticədə bıçaq onun qarın nahiyəsinə bataraq xəsarət almışdır. Sonra qayınatası Saleh həyətyanı sahənin darvazasını bağlayaraq evə daxil olmuşdur O isə TTYS- na zəng edərək həkim çağırmışdır. Həkimlər onu 3 saylı GKX mərkəzinə aparmışlar. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, 12.12.2020-ci il tarixdə saat təxminən 10-11 radələri aralığında qaynatası Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz evin qarşısında övladı Ümüdin ona göstərilməsini tələb edərkən avtomobilində gəzdirdiyi bıçağı götürdükdən sonra övladı Ümüdi ona göstərmələri üçün həmin bıçağı qarnına dirəyib bir neçə dəfə zərbələr endirmiş, həmin vaxt ola bilsin ki, ekspert rəyində göstərilən qarının ön səthinin daxilə nüfuz etməyən beş ədəd deşilmiş-kəsilmiş səthi yaraları xəsarətlərini almışdır. Həmin bıçağı qarnına dirəməyib yüngül xəsarətlər yetirməkdə məqsədi Ümüdi ona göstərmələri ilə bağlı qorxutmaq olmuşdur. Lakin bıçağı növbəti dəfə qarnına dirəyib Ümüdi ona göstərmələri ilə bağlı qaynatası Saliki qorxutmaq istədikdə sonuncu bıçağın dəstəyinə sağ əli ilə zor tətbiq edərək qarnına doğru itələmiş nəticədə bıçaq qarnına daxıi olmuş və o, xəsarət almışdır. Odur ki, ekspert rəyində qeyd olunanlarla bağlı heç bir vəsatəti və şikayəti yoxdur. Qaynı Valeh evin həyətyanı sahəsinin darvazasının dəmir cəftəsini çıxararaq baş nahiyəsinə həmin cəftə ilə vurmuş, nəticədə yerə yıxılmışdır. Övladı Ümüdin ona göstərilməməsi ilə bağlı hadisə zamanı əsəbi olduğundan qaynı Valehin də cinayət məsuliyətinə cəlb edilməsini istəyib qeyd olunan kimi götərmişdir. Lakin sonradan qeyd olunan kimi göstərməsi ilə bağlı peşman olmuş, hazırda həqiqəti bildirir nı, qaynı Valeh evin həyətyanı sahəsinin darvazasının dəmir cəftəsini çıxararaq baş nahiyəsinə həmin cəftə ilə vurmamışdır, bunun nəticəsində də heç bir xəsarət almamışdır. Onun qaynı Valeh barəsində heç bir şikayəti yoxdur. Xahiş etmişdir ki, Valehlə bağlı hazırda ifadəsində göstərdikləri nəzərə alınsın. İlkin ifadəsi xəstəxanada stasionar müalicədə olarkən alınmış, həmin vaxt da əməliyyatdan yeni çıxdığından ola bilsin ki ifadə verərkən fikrini düzgün ifadə edə bilməmiş və avtomobilində gəzdirdiyi bıçağı götürdükdən sonra övladı Ümüdin ona göstərilməsini tələb edərkən həmin bıçağı qarnına dirəyib bir neçə dəfə zərbələr endirməsini ifadəsində göstərməmişdir. Onun hadisənin şahidləri, hadisə barədə məlumatı olan şəxslərin dairəsi barədə məlumatı yoxdur. Bu səbəbdən də bununla bağlı ətraflı heç nə deyə bilməz. Xəstəxanaya onu TTYS-nm həkimləri gətirmiş, o, xəsarət aldığından həyəcanlı olmuş həmin vaxt həkimlər ondan nə baş verməsini soruşduqda həkimlərə hadisəni olduğu kimi yəni bıçağı qarnına dirəməsi, qaynatası Salikin isə bıçağın dəstəyindən itələməsı nəticəsində bıçağın qarnına daxil olmasını danışmış, həkimlər ola bilsin ki, onu düzgün başa düşməyib elə hesab etmişlər ki, övladı Ümüdin ona göstərilməməsi ilə bağlı özü özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı hazırda xatırlamır, bu səbəbdən də dəqiq təsvir edə bilməz. Lakin həmin bıçaq məişət işlərində istifadə edilən bıçaq olmuşdur, bıçağın heç bır xüsusi əlaməti olmamışdır, həmin bıçağa heç bir əlavə dəyişikliklər edilməmişdir. Qayınanası Aygün ona həyat yoldaşı Günayı və ovadı Ümüdi göstərməyəcəklərini bildirmiş, bunu da o, özünə hədə hesab etmişdir. Bu səbəbdən də ifadəsində qeyd olunan kimi göstərmişdir. Onun avtomobili köhnə QAZ 24 markalı olmuş, həmin avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır, avtomobili metal olaraq almış, bu səbəbdən də alqı satqı da etməmişdir, həmin avtomobilə dair etibarnaməsi də olmamışdır. O, avtomobili 650 manata almış və xəsarət almağı ilə bağlı xərcləri ilə əlaqədar Binəqədi rayonu Biləcəri qəsəbəsində səyyari olaraq metal alan tanımadığı şəxsə 450 manata satmışdır. Hazırda da avtomobilim harada olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RP-nin 12-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 12.12.2020-cı il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-də növbətçi olmuşdur. Həmin gün saat 11 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz evin qarşısında bıçaqlanma hadisəsi olması ilə bağlı PŞ-nə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması ilə əlaqədar o və təhqiqatçı Şahid1 hadisə yerinə getmişlər. Hadisə yerində olarkən bir nəfər Yamən Qəhrəmanov adlı şəxsin qarın nahiyəsindən xəsarət almasını görmüş, hadisə yerinə TTYS-də həkimləri də gəlmişlər. Yamən Qəhrəmanovdan hadisə barədə soruşduqda sonuncu bildirmişdir ki, 12.12.2020-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz fərdi yaşayış evində yaşayan qayınatası Təqsirləndirilən şəxs evinə gəlmişdir ki, orada yaşayan həyat yoldaşı Günayı və ovladı Ümüdi görsün. Həmin vaxt qayınatası Təqsirləndirilən şəxs icazə verməmiş, o, azyaşlı uşağının ona göstərilməsi üçün özünə məxsus əlində olan bıçağı qarın nahiyəsinə tutmuş, Təqsirləndirilən şəxs fiziki güc tətbiq edərək qəsdən bıçağı Yamən Qəhrəmanovun qarın nahiyəsinə batırmaqla ona bədən xəsarəti yetirmişdir. Yamən Qəhrəmanovun xəsarət alması ilə əlaqədar TTYS-nin həkimləri onu 3 saylı ŞKX-na aparmışlar. Hadisə yerində edilən soığu zaman: isə Saıın Abuzərov bildirmişdir ki, kürəkəni Yamən Qəhrəmanova bədən xəsarəti yetirməmiş, sonuncu özü-özünə xəsarət yetirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ərizə və izahatının alınması üçün 12-ci PŞ-nə dəvət edilmişdir. Həmçinin hadisə yerinə baxış keçirərkən hadisə yerində bıçaq, zərərçəkmiş şəxsə məxsus qan izləri aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. O, hadisənin şahidi olmamışdır. Hadisə yerində olarkən X7 deməmişdir ki, qeyd olunan hadisə zamanı qaynı Valeh Maxsudov onu evin darvazasının cəftəsi ilə vurmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 179-183-cü vərəqlərində olan protokoldan görünür ki, istintaqı zamanı zərərçəkmiş şəxs X1 ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən sonuncu istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq hadisə yerində təsdiq etmiş və bir daha bildirmişdir ki, 12.12.2020-ci il tarixdə saat təxminən 10- 11 radələri aralığında qaynatası Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz evə gəlib həmin evin qarşısında övladı Ümüdin ona göstərilməsini tələb edərkən avtomobilində gəzdirdiyi bıçağı götürdükdən sonra övladı Ümüdi ona göstərmələri üçün həmin bıçağı qarnına dirəyib bir neçə dəfə yüngül zərbələr endirmiş, həmin xəsarətləri yetirməkdə məqsədi Ümüdi ona göstərmələri ilə bağlı qorxutmaq olmuş, lakin bıçağı növbəti dəfə qarnına dirəyib Umüdi ona göstərmələri ilə bağlı qaynatası Saliki qorxutmaq istədikdə sonuncu bıçağın dəstəyinə zor tətbiq edərək qarnına doğru itələmiş, nəticədə bıçaq qarnına daxil olmuş və o, xəsarət almışdır. Bu barədə müvafiq protokol tətib edilərək cinayət işi materiallarına əlavə edilmiş, hadisə yerində zərərçəkmiş şəxs Yamən Qəhrəmanovun fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 121-123-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 04.03.2021-ci il tarixli 223 nömrəli rəyindən görünür ki, X1 xəsarətləri qarının on səthinin daxilə nüfuz edərək nazik bağırsağın və bağırsaq müsariqəsinin yaralanmasına səbəb olan bır ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin daxilə nüfuz etməyən beş ədəd deşilmiş- kəsilmiş səthi yaralarıdır. Xəsarətlər deşici-kəsıci alətin (alətlərin) təsirindən törənmişdir, bçaqla yetirilə bilər, müddəti qərarda qeyd olunan 12. i2.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən qarının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın və bağırsaq müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qarının ön səthinin daxilə nüfuz etməyən beş ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokaüzasıyasına və xarakterinə görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi güman olunur. Qarının on səininın daxilə nüfuz edərək nazik bağırsağın və bağırsaq müsaqirəsinin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası qərarda göstərilən, eləcə də vətəndaş X1 qeyd etdiyi şəraitdə, yəni öz əlində tiyəsi qarın nahiyəsinə dirənmiş vəziyətdə olan bıçağın kənar şəxs tərəfindən zərbə ilə qarına doğru itələnməsi nəticəsində törənə bilər, lakin qarının ön səthinin daxilə nüfuz etməyən beş ədəd deşilmiş-kəsilmiş səthi yaraları isə vətəndaş X1 özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Cinayət işinin 189-190-cı vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26.04.2021-ci il tarixli 1274 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətiəri aşkar oiunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəülıyinı dərk etmək və cnları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, aqressiv davranışlara və konfliktə meyilli olmamaq, hər kəslə yaxşı yola getmək kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Baş vermiş cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs psixi- emosional sferasında hirslilik halı yarnmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyətində olmamışdır. Cinayət işinin 192-194-cü vərəqlərində olan maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə dair ekspertizasından alınmış 30.04.2021-ci il tarixli, 214/2021- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2 məxsus köynəyin, ali köynəyinin və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində yeddi ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsicl alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X2 məxsus köynəyin, alt köynəyinin və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş altı ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin-qarının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın, bağırsaq müsaqirəsinin yaralanmasına əbəb olan bır ədəd və qarının ön səthinin daxilə nüfuz etməyən beş ədəd deşilmiş kəsilmiş səthi yaraları İlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Y.A.Qəhrəmanova məxsus köynəyin alt köynəyinin və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bunu da yalnız paltarın zədələnməsi ilə izah etmək olar. Cinayət işinin 196-199-cu vərəqlərində olan maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair ekspertizasindan alınmış 04.05.2021-ci il tarixli, 273/2021-MTKŞ nömrəli rəyindən görünür ki, X1 şəxsiyyəti vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A/ll/- dir. Təqsirləndirilən şəxs şəxsiyyəti vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0/1/- dir. Ekspertizaya təqdim olumuş 01 ədəd kofta (poluver), mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistem: üzrə qrupa tədqiq ediidikdə A və H antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa A befz h/(1) qruplu şəxsə o cümlədən X2 məxsus ola bilər, (əgər onun qanında müşayətçi H antigeni vardırsa) Qanın qarışıq olduğu halında isə ləkələrdə O alfa beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışmış qanın olması inkar olunmur, (əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa) X6 ogluna məxsus alt paltarları üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin 227-228-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs X2 bıçaqla xəsarət yetirdiyi zaman sonuncunun əynində olmuş üst geyimi olan bir ədəd qara rəngli üzərində ağ rəngli xətləri olan kofta, bir ədəd boz və bir ədəd qara rəngli alt paltarlar ış üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Yamən Qəhrəmanova 12.12.2020-ci il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz evin qarşısında bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirməməsi, sonuncunun özünün-özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı dedikləri onun gətirdiyi dəlillər zərərçəkmiş şəxs və şahid ifadələri, protokollar və digər itintaq sənədləri ilə təkzib edildiyindən Təqsirləndirilən şəxs ifadəsi sonuncunun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır və bu səbəbdən də öz müdafiəsi üçün vermiş olduğu ifadə kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətləri protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 23, 88-90-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-102-ci vərəqlərində olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması, əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində deyilir ki, CM-nin 59.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu, zərərçəkmiş şəxslə qohum olması kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdən hazırki vaxtadək tutulduğu, həbsdə olduğu müddət təyin olunacaq cəzaya daxil edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut olaraq Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş X1 üst geyimi olan bir ədəd qara rəngli üzərində ağ rəngli xətləri olan kofta, bir ədəd boz və bir ədəd qara rəngli alt paltarları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdr. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 13 dekabr 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı 9 (doqquz) ay 07 (yeddi) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 2 (iki) il 2 (iki) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilsin və üzərində saxlanılan cəza şərti məhkum etmə sayılmaqla 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olaraq Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş X1 üst geyimi olan bir ədəd qara rəngli üzərində ağ rəngli xətləri olan kofta, bir ədəd boz və bir ədəd qara rəngli alt paltarları məhv edilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov