Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1297/2025 10.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, rus-azərbaycan dilləri üzrə tərcüməçi X1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsili olmayan, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 15 may 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət təmin edilməyərək məhkəmə iclas zalından azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizləndiyinə görə 26 avqust 2023-cü il tarixdə onun tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, 06 sentyabr 2023-cü il tarixdə könüllü olaraq istintaq orqanına gəlmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən 10 noyabr 2023-cü il tarixdə onun tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmış, 27 aprel 2025-ci il tarixdə könüllü olaraq istintaq orqanına gəlmiş, qeydiyyatsız Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,818 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 15 may 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesİ, “MS OİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ, 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb həmin şöbəyə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd selofan bükümün içərisində saxladığı külli miqdarda - təmiz çəkisi 2,818 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, həmin ifadənin doğru olduğunu, onu məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş etdi. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini tanımadığı İran vətəndaşından aldığını, həmin vaxt 2 qramdan bir az artıq psixotrop maddə əldə etdiyini, həmin maddəni çəkmək yolu ilə qəbul etdiyini, gün ərzində 2-3 dəfə narkotikdən istifadə etdiyini, özünün fərdi əməklə məşğul olduğunu, məktəbə getmədiyini, evdə olanda qaraçı dilində danışdıqlarını, Azərbaycan dilini də sərbəst bildiyini, rəsmi nikahı olmasa da, özünün ailəli olduğunu və himayəsində 5 yaşlı bir uşağının olduğunu bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadəsinin doğru olması və onun məhkəmədə verilmiş ifadə kimi qəbul olunması barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ilə yaxındır “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu istifadə edir, istifadə etdiyi psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 14 may 2023-cü il tarixdə istifadə etydiyi ***-***-**-** mobil telefon nömrəsindən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsin istifadəsində olan, mobil nömrəsi dəqiq yadında qalmayan mobil telefonuna zəng edərək ondan istifadəsi üçün psixotrop maddə metamfetamin istəmişdir. “Əli” adlı şəxs əvvəlcə onun kart hesabına 100 manat göndərməsini və pulu götürdükdən sonra psixotrop maddəni hara göndərəcəyi yeri ona deyəcəyini bildirmişdir. Bundan sonra “Əli” adlı şəxs onun İstifadə etdiyi mobil telefonunun “WhatsApp”adlı proqramına hansı banka məxsus olması yadında qalmayan kart nömrəsi göndərmiş və 100 manatı göndərdiyi kart hesabına yollamasını bildirmişdir. O, “Əlinin” ona göndərdiyi kart hesabma 100 manat göndərdikdən bir qədər sonra “Əli” onun istifadə etdiyi mobil telefonuna zəng edərək, Bakı şəhəri, “Neftçilər” metrostansiyasmm yaxınlığında yerləşən körpünün altına bir ədəd selofan bükümdə psixotrop maddə metamfetamin qoyduğunu deyərək, həmin psixotrop maddəni oradan götürməsini bildirmişdir. Bundan sonra o, “Əli” adlı şəxsin dediyi ünvana getmiş və orada yerə atılmış selofan bükümü götürmüşdür. Həmin “patı”nın bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoyaraq sonra istifadə etmək üçün saxlamışdır. 15 may 2023-cü il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən “MS OİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığı ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ, 12-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin o, polis işçilərinə şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Həmin vaxt onun üzərində bir bükümdə psixotrop maddə metamfetamin olduğundan, o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Onu sorğu-sual etməyə başlamışlar, o isə, polislərdən qaçmağa cəhd etsə də, polis əməkdaşları onun qaçmasına imkan verməyərək saxlamışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə 12-ci polis şöbəsinə getmişdir. Yolda gedərkən üzərindəki içərisində psixotrop maddə metamfetamin olan bükümü tullamaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməyərək 12-ci polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra ona tərcüməçi və vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edilərək, videoçəklişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuş, o da, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd selofan bükümü təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılqdıqa, içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. O, səmimi olaraq bükümün içərisindəki maddənin “patı” olduğunu, İran vətəndaşının kart hesabına 100 manat göndərməklə istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi protokolu tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində “patı” olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı, o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sabunçu RPİ, 12-ci Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini ona satan “Əli” adlı şəxsi tanımır, onunla heç vaxt üzbəüz görüşüb ondan psixotrop maddə metamfetamin almamışdır, ilk dəfə 14 may 2023-cü il tarixdə onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq onun ona göndərdiyi kart hesabına 100 manat göndərməklə əldə etmişdir. Həmin ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 may 2023-cü il tarixdə saat 18:00 radələrində iş yoldaşı Şahid1la birlikdə inzibati ərazidə xidmət apararkən «MS OİL» yanacaqdoldurma məntəqəsinin yaxınlığında bir nəfərin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Şəxs üzərində sənədi olmadığını deyib onlardan yayınmağa çalışmışdır. Bir qədər söhbətdən sonra onlarda həmin şəxsin narkotik vasitənin təsiri altında olması şübhəsi yaranmış, bu səbəbdən şübhəli şəxsi 12-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şöbədə təhqİqatçı tərəfindən tərcüməçi və müdafiəçi dəvət olunmuş, şübhəli şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim etmiş, içərisində «patı» olduğunu demişdir. Təhqiqatçı tərəfindən büküm açılmış, həqiqətən də içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin «patı»nı İran vətəndaşı olan şəxsin kart hesabına 100 manat göndərməklə «Neftçilər» metrostansiyasının yaxınlığında yerdən götürərək şəxsi istifadəsi üçün üzərində saxladığını, 3 ildir ki, narkotiklərdən istifadə etdiyini demişdir. Sonra aşkar edilmiş psixotrop maddə zərfə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Saxlanılarkən və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan və tədqiq olunarkən, onun 15 may 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarış keçrilərkən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi zamanı iştirak etməsi, bu zaman həmkarı Şahid2 məhkəmədəki ifadəsinə uyğun ifadə verməsi müəyyən olundu (cild 1, iş vərəqi 100-103). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında aparılması haqqında 15 may 2023-cü il tarixli protokola və həmin protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsinə dair 17 may 2023-cü il tarixli protokola əsasən, 15 may 2023cü il tarixdə saat 18-00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesİ, “MS OİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ, 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb həmin şöbəyə gətirilmiş, videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə zərfə qablaşdırıldıqdan sonra möhürlənmiş və zərf iştirakçılar tərəfindən imza edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, özünün həmin maddə istifadəçisi olduğunu, aşkar edilən maddəni 100 manat müqabilində «Neftçilər» metrostansiyasının yaxınlığında ona deyilən yerdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqi 39-41, 79-80). Məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023-cü il tarixli 6/2828 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,818 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 2,818 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,768 qram təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-50). Məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 5718 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 170- 171). İbtidai istintaq orqanının 25 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,818 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,768 qram hissəsi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 109-110). Həmçinin, istintaq orqanının 27 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 41, 185-197). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 112- 113, 114-129). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı dəlil gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzanın sonu ilə azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət təmin edilməyərək məhkəmə iclas zalından azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizləndiyinə görə 26 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, 06 sentyabr 2023-cü il tarixdə o, könüllü olaraq istintaq orqanına gəlmişdir. Daha sonra barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizləndiyinə görə 10 noyabr 2023-cü il tarixdə onun tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmış, 27 aprel 2025-ci il tarixdə o, yenidən könüllü olaraq istintaq orqanına gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2025-ci il tarixli qərarı ilə istintaq orqanı tərəfindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 10 sentabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 5718 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,678 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,768 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1297/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1297/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver