Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1298/2022 10.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X13 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 17,399 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 21 fevral 2022-ci il tarixdə saat 01.55 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına olan stadionun yaxınlığında Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən selofana bükülmüş bir bükümdə içərisində külli miqdarda 17,399 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, hazırki iş üzrə tutulmamışdan əvvəl ünvan 2 ünvanında yaşamışdır. Sonuncu iş yeri olmuş “SOCAR PETROLEUM QSC”-nin 1 saylı Bakı Neft terminalı bazasında satış xidməti sahəsinin böyük ekspert vəzifəsində işləmişdir. Bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin fevral ayında tanışı Qafur ona Bakıxanov qəsəbəsindən yerdən bir bağlama tapıb həmin bağlamada təxminən 50-60 qram heroin olduğunu bildirmişdir. Həmin vaxt Qafur tapdığı heroini özünün istifadə edəcəyini bildirmiş, o da Qafurdan ona da həmin heroindən biraz istifadə etməsi üçün verməsini xahiş etdikdə, Qafur razılaşmış və əl verişli təhlükəsiz şəraitdə ona narkotik vasitəni pay verməyi söz vermişdir. 21 fevral 2022-ci il tarixdə gecə saat 01:00 radələrində o, Bakıxanov qəsəbəsində Qafurla görüşmüş və onlar Qafur maşını ilə Bakıxanov qəsəbəsində yerləşən İ.Qayıbov adına olan stadiona getmişlər. Orada Qafur ondan maşında gözləməsini xahiş etmiş, Qafur isə çıxıb getmiş və 5 dəqiqədən sonra qayıdıb ona bir bükümdə narkotik vasitə heroini vermişdir. Qafurun ona verdiyi bükümdə təxminən 3 qram heroin olmuşdur. Həmin heroini o, öz istifadəsi üçün Qafurdan pay kimi götürmüş, Qafura buna görə pul verməmiş və heroini götürdükdən sonra Qafurdan ayrılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili ilə Binə Sovxozunda yerləşən bağına narkotik vasitəni qəbul etmək üçün getmişdir. Zabrat yolunda avtomobili ilə hərəkət edən zamanı o , arxasında bir mülkü maşının onu izlədiyini və işıqları ilə ona işarə etməsini görmüşdür. Həmin vaxt o, avtomobili saxlamaqdan ehtiyyat etdiyinə görə yolunu davam etmiş və həmin şəxslərdən yayınmağa cəhd etdikdə idarə etdiyi avtomobili ilə təsadüfən Maştağa qəsəbəsində dalanların birində dirənmiş və avtomobili saxlamışdır. Bu zaman avtomobildən düşən iki nəfər şəxs özlərini polis kimi təqdim edib kiməsə zəng vurmuşlar. Bir neçə dəqiqədən sonra bir nəfər tanımadığı şəxs onun avtomobilini 12-ci polis bölməsinə aparmış, o isə həmin iki nəfər şəxslə onların “Niva” markalı maşına əyləşərək onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Avtomobildə polis əməkdaşları tərəfindən ona fiziki zor göstərilmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və sonuncular tərəfindən gödəkçəsinin cibindən bir ədəd bükümdə çəkisi təxminən 3 qram olmuş narkotik vasitə heroin aşkar olunmuşdur. Polis şöbəsinə çatdıqda o, Qafurun da orada olduğunu görmüşdür. Həmin vaxt Qafur ona polis əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində tutularaq bölməyə gətirildiyini bildirmişdir. Bölmədə olan zaman polis əməkdaşları onlara təzyiq edib, döyüb bildirmişlər ki, onlar təqdim olunmuş sənədləri imzalamalıdırlar. Bölmədə olduqları zaman Qafurun əlində heçnə olmamış, onun isə cibində bir büküm təxminən 3 qram heroin olmuşdur. Həmin vaxt polis əməkdaşları həmin heroini ondan götürərək bir müddət sonra videoçəkiliş aparıldıqdan öncə ona qaytarmışlar. Polis əməkdaşları heroini ona qaytardıqda o, hiss etmişdir ki, büküm böyüdülmüşdür. Qafurun üzərində keçirilmiş axtarış nəticəsində üzərində heçnə çıxmamış, həmin vaxt o, Qafurun qarşısında sarı rəngdə paket görmüş, Qafur da polislərə həmin paketin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşlarının çoxsaylı təzyiqlərindən sonra Qafur heroini öz üzərinə göturməyə razılaşmış və baxış keçirilməmişdən əvvəl polis əməkdaşları onlara həqiqətə uyğun olmayan məzmunda ifadə vermələrini demişlər. Həmin vaxt polis əməkdaşları guya Qafurdan götürülmüş və Qafurun ona verməli olduğu narkotik vasitə heroinin ona İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxs tərəfindən göndərildiyini bildirməsini demişlər, o da Qafurla birlikdə təzyiq altında olduğuna görə videoçəkiliş aparıldığı zaman Qafurla birlikdə polis əməkdaşlarının dedikləri məzmunda ifadə vermişlər. Vahid adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsi tanımır, onunla heç bir əlaqəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində yalnız 3 qram heroin olmuşdur. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilərək barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik-leytenantıdır. Hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş şifahi əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə BNMİ-nin əməkdaşları tərəfindən ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və həmin vaxt yanında olan X11 tərəflərindən saxlanılaraq yaxınlıqda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Qafur Məmmədov şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onların üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Həmin vaxt X3 əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra həmin sellofan torbaya baxış keçirimiş və torbanın içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd mobil telefon, sol yan cibindən bir ədəd sellofan bükümü və digər hazırda xatırlamadığı əşyaları masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. X2 üzərindən həmin vaxt aşkar olunmuş narkotik vasitələrin çəkisini hazırda xatırlamır. Şifahi sorğu zamanı X11 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, özünün təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını, avtomobil baxış keçirilməsinə etirazının olmamasını və saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə idarə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduqdan sonra əməliyyat qrupu təşkil edilmişdir. 21 fevral 2022-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Bakıxanov qəsəbəsi ərazisində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında Təqsirləndirilən şəxs və X11 tərəflərindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmişlər. Polis bölməsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və X5 üzərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümüvə hazırda xatırlamadığı digər əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilmış və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən alaraq sonuncunun dediyi yerə qoymalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini hazırda xatırlamır. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:55-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli, **- PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs X11 tərəflərindən saxlanılmış və yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edilmışdir. Bundan sonra Təqsirləndirilən şəxs və Qafur Məmmədov şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onların üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin vaxt X3 əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra həmin sellofan torbaya baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Daha sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqan, əynindəki şalvarın sağ yan cibindən 100 (yüz) manat 20 (iyirmi) qəpik pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirildi və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Şifahi sorğu zamanı X11 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, özünün təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını,avtomobil baxış keçirilməsinə etirazının olmamasını və saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, Qafur Məmmədovun dediklərinin doğru olmasını, buna görə Qafur Məmmədova narkotik vasitə verməli olduğunu, həmin maddəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı olan şəxsin dediyi yerlərə qoymalı olduğunu bildirmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən ibarət əməliyyat qrupu təşkil olundu. Sonra keçirilmiş tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:55-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli, **- PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs X11 tərəflərindən saxlanıldı və yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edildi. Bundan sonra Təqsirləndirilən şəxs və Qafur Məmmədov şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildi və onların üzərində vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs və X9 bölməyə gətirilməsinin səbəbi izah edilərək onlara hüquq və vəzifələri izah olundu. X1 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirdi. X3 əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoydu. Həmin sellofan torbaya baxış keçirildi və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edildi. Daha sonra həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə biriikdə 01 (bir) kq 49 (qırx doqquz) qram olması müəyyən edildi. Sonra həmin sellofan torba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirdi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqan, əynindəki şalvarın sağ yan cibindən 100 (yüz) manat 20 (iyirmi) qəpik pul vəsaitini təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirildi və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edildi. Daha sonra həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə 21 (iyirmi bir) qram olması müəyyən edildi. Sonra həmin sellofan büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi. Şifahi sorğu zamanı X11 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, özünün təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını,avtomobil baxış keçirilməsinə etirazının olmamasını və saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirdi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, Qafur Məmmədovun dediklərinin doğru olmasını, buna görə Qafur Məmmədova narkotik vasitə verməli olduğunu, həmin maddəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı "Vahid" adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu və buna görə də, özünün istifadəsi üçün narkotik vasitə əldə etməsini, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkədə tanış olduğunu, üzərindən aşkar edilmiş maddəni də 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini və saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirdi (cild 01, iş vər. 171-174). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 fevral 2022-ci il tarixdə, saat 03:30 dəqiqədə Sabunçu RPİ-nin 12-ci PB-nin inzibati binasında müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X10 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 21 fevral 2022-ci il tarixdə, saat 01:55 dəqiqədə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli **-PH-*** dövlət qeydiyyat nişanlı ağ rəngli AzSamand markalı vatomobilin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə gətirilməsi göstərilmiş, Təqsirləndirilən şəxs tutulduğu vaxt azadlığının məhdudlaşdırıldığı 21 fevral 2022-ci il tarixi, saat 01:55 olaraq nəzərə alınmışdır (cild 01, iş vər.37). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev 12-ci PŞ-nə gətirilmiş saxlanılan şəxslər Təqsirləndirilən şəxs və X4 hüquq və vəzifələri izah olunduqdan sonra Q.Məmmədovun üzərinə 12-ci PŞ-nin xidməti otağında baxış keçirilir və baxış zamanı Q.Məmmədov sağ əlində saxladığı sarı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin selofan torbasının içərisində olan bükümə baxış keçirilən zamanı icərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür və qablaşdırılır. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən selofana bükülmüş bir bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar olan maddə aşkar olunmuşdur. Qafur Məmmədov bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş maddə narkotik vasitə heroindir və o həmin narkotik vasitəni onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisində yerləşən İ.Qayıbov adına olan stadionun yaxınlığından götürdüyünü, bunun muqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik vasitə verməli olduğunu, özünün 6-7 ayldır ki, psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu, bu əməlindən başqa heçkimin xəbəri olmadığını bildirir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı Qafur Məmmədovun dediklərini təsdiq edib bildirmişdir ki, Qafur Məmmədova narkotik vasitə verməli olduğunu, həmin narkotik vasitəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı «Vahid» adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu buna görədə özünün istifadəsi üçün narkotik vasitə əldə etməsini, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkələrdə tanış olduğunu, üzərindən aşkar edilmiş maddənidə narkotik vasitə heroinin olduğunu və 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Q.Məmmədovdan və Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr qablaşdırıldı və möhürləndi (cild 01, iş vər. 47-51, 158). Məhkəmə kimyəvi ekspertizasının 21 fevral 2022-ci il tarixli 6/1058 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri olan 1 №-li paketdəki bir ədəd bükümdə təmiz çəkisi 17,399 qram olan qəhvəyi rəngli maddə və üzərində «…Qafur Məmmədovun üzərindən aşkar edilmiş…» sözləri olan 2 №-li paketdəki bir ədəd bağlamada təmiz çəkisi 885 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisisndə dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizanın tədqiqatından sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin qalan xalis çəkisi 17,399 qrama bərabərdir (cild 01, iş vər. 65-71). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (cild 01, iş vər. 121- 122). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 155- 157). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13 may 2022-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 202-203). Məhkəmə-narkoloji ekspertizanın 2609 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yararan asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 238-239). Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X14 tərəfindən qəbul olunmuş xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd rədd edilmişdir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolun və “Videogörüntüyə baxış keçirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair protokolun məzmunu və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərində narkotik vasitələrin olmaması və heroinin polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətində olan kombi aparatının üzərindən aşkar edilərək sonradan onun üzərində olan gödəkçənin cibinə qoyulması və özünü narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin 41,605 qram çəkidə olmaqla külli miqdarda olması və narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi əlamətlərini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 fevral 2022-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik maddəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddənin heroin olmasını, həmin narkotik vasitəni Qafur Məmmədovdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı “Vahid” adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu və buna görə özünün istifadəsi üçün narkotik vasitə əldə etməsi, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkədə tanış olduğu, üzərndən aşkar edilmiş maddəni 1 həftə öncə Sabunçu rayonuərazisindən əldə etdiyi, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edimədiyi deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sadalanan mövqeyinə uyğun olaraq Daxili İşləri Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı zorakılığa məruz qalaraq, qeyri-qanuni hərəkətlər edilərək xəsarətlər alması faktına münasibətdə qeyd edir ki, qeyd edilən məsələyə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X14 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı ilə qiymət verilməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailəli olmaqla ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 17,349 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair və avtomobilinə baxış keçirilməsinə dair istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 17,349 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair və avtomobilinə baxış keçirilməsinə dair istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1298/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1298/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver