Məhkəmə qərarları › İş №1(101)-1299/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1299/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1299/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Fizuli rayonu, Qoçəhmədli ərazi dairəsi, Arış kəndində qeydiyyatda olan, ünvan 3a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan tiryəki, metadon həbini və qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini, əldə etmişlər saxlamışlar və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “İbrahim” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun Təqsirləndirilən şəxs1 istifadəsində olan “İPhone” markalı ***-***-**-** nömrəli mobil telefonun “whatsapp” ani mesajlama proqramına edilmiş zənglərə uyğun olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə metadonu əldə edib bir qismini üzərində, bir qismini isə kirayə yaşadığı mənzildə saxlamış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə AR DİN-nin BNMİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən xx.xx.2023-cü il tarixdə, saat 21:50-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/44 ünvanının yaxınlığında saxlanılıb idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,377 qram və 10,287 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 20,664 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Daha sonra əməliyyat tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 02:20-də kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/44, mənzil 288 ünvanına müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabda 1 ədəd sellofan torbada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1100,0 qram, 1170,0 qram, 975,0 qram, 695,0 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 3940,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs1 və mənzildən götürülmüş eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 775 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış eyni zamanda Təqsirləndirilən şəxs2 və mənzildən götürülmüş kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 368,812 qram tünd qəhvəyi rəngli, qatrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış həmçinin Təqsirləndirilən şəxs1 və mənzildən götürülmüş kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə tiryək və külli miqdarda “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 99 ədəd blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 990 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 39,6 qram (bir tabletdə 0,04 qram) narkotik vasitə metadon, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd göy rəngli ölçmə səthinə malik elektron tərəzi və narkotik vasitələrin qeydiyyatı aparılmış 3 ədəd dəftər aşkar edilərək götürülmüşdür. Digər Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İİR-nın vətəndaşı “İbrahim” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadəsində olan “İPhone” markalı ***-***-**-** nömrəli mobil telefonun “whatsapp” ani mesajlama proqramına edilmiş zənglərə uyğun olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə metadonu əldə edib bir qismini üzərində, bir qismini isə kirayə yaşadığı mənzildə saxlamış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə AR DİN-nin BNMİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən xx.xx.2023-cü il tarixdə saat 21:50-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/44 ünvanının yaxınlığında saxlanılıb ünvan 4nin BNMİ-nə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli sellofan torbanın içərisində 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 28,61 qram, 37,97 qram, 38,86 qram, 27,77 qram, 19,40 qram, 9,04 qram olmaqla ümumi təmiz çəkisi 161,65 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,042 qram, 2,168 qram, 4,921 qram, 1,302 qram olmaqla külli miqdarda ümumi təmiz çəkiləri 23,433 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,276 qram, 29,873 qram, 14,065 qram, 30,326 qram, 1,495 qram, 9,073 qram, 19,646 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi 106,754 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilib götürüldükdən sonra əməliyyat tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 02:20-də kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 29/44, mənzil 288 ünvanına müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabda 1 ədəd sellofan torbada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1100,0 qram, 1170,0 qram, 975,0 qram, 695,0 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 3940,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs1 və mənzildən götürülmüş eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 775 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış eyni zamanda Təqsirləndirilən şəxs2 və mənzildən götürülmüş kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 368,812 qram tünd qəhvəyi rəngli, qatrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış həmçinin Təqsirləndirilən şəxs1 və mənzildən götürülmüş kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə tiryək və külli miqdarda “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 99 ədəd blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 990 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 39,6 qram (bir tabletdə 0,04 qram) narkotik vasitə metadon, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd göy rəngli ölçmə səthinə malik elektron tərəzi və narkotik vasitələrin qeydiyyatı aparılmış 3 ədəd dəftər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. O, narkotik vasitə olan marixuana, arada bir isə psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs1 isə arıqlamaq məqsədi ilə psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Onların yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr, tərəzi və dəftərçə olmamış, həmin maddələri satmaq məqsədi ilə almamış və saxlamamışlar. İstintaq dövründə etiraf edici ifadələr verməsinin səbəbi ona fiziki və psixi təzyiq edilməsi olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, axşam radələrində yaşadığı məhəllədə olan zaman 4 nəfər şəxs ona yaxınlaşaraq tutmuş, və maşına otuzdurmuşlar. Daha sonra o, Təqsirləndirilən şəxs1 səsini eşidərək onun da tutulduğunu anlamış və bundan sonra sonuncudan məlumatı olmamışdır. Sonradan eşitdiyinə görə yaşadıqları evin qapısının açarı Təqsirləndirilən şəxs1 olduğuna görə sonuncunun iştirakı ilə evə baxış keçirilmiş və axtarış edilmiş, lakin axtarışın nəticəsində evdən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 özləri üçün əldə edib və üzərindən saxladığı 5 qram psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onların hər ikisi polis idarəsinə aparılmış, orada polis əməkdaşları ona evdə çəkiliş aparacaqlarını, 20 qram narkotik vasitəni cibinə qoyub evdə çəkiliş aparan zaman təqdim etməsini bildirdikdə o, bununla razılaşmamışdır. Daha sonra polis əməkdaşları ona həmin narkotik vasitəni üzərinə götürmədiyi halda digər evindən də narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Bundan sonra o, həmin təzyiqlərin nəticəsində polis əməkdaşlarının dedikləri ilə razılaşmış, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evə gəlmişlər. Polis əməkdaşları maşının baqajından 1 ədəd boz rəngli içərisində narkotik vasitələr olan çantanı götürərək evin otağına qoymuşlar. Həmin narkotik dolu çantanı mənzilə baxış zamanı videoçəkilişdə onlarınkı kimi göstərmişlər. Lakin həmin çanta onlara aid olmamış, istintaq dövründə fiziki və psixi təzyiqlərə məruz qaldığına görə etiraf edici ifadələr vermiş və həmin ifadələr əsasında tərtib edilmiş sənədləri imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 21:50 radələrində Bakı şəhəri, Xətai rayonunda arvadı Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək, onun və Aynurun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onları BNMİ-yə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunduqdan o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan həmin şalvarın sol yan cibindən “İphone” və “Redmi” markalı mobil telefonlar aşkar olununmuşdur. Daha sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 25 qram (iyirmi beş qram) olmuşdur. Həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, onun tərəfindən imzalanmı, eləcə də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüşdür. O, üzərindən aşkar olunmuş narkotik maddələri arvadı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə gətirdiyini, İİR vətəndaşı “İbrahim” adlı şəxslə arvadı Aynurun narkotiklərin dövriyyəsi ilə bağlı əlaqə saxladığını, Aynurla birlikdə götürdüyü narkotikləri müxtəlif yerlərə çatdırıb pul qazandıqlarını, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən Aynur ilə birlikdə yaşadığı mənzildə narkotik maddə saxladığını, narkotik maddələrin satışından əldə olunan pulu Aynur ilə öz aralarında bölüşdüklərini, ***-***-**-** nömrəsini və “Redmi” markalı mobil telefonu işlətdiyini bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 5 ünvanına getmiş, həmin mənzilin girişindən sol tərəfdə olan yataq otağmdaki taxta konstruksiyalı dolabın yanında saxladıqları 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən 4 ədəd bağlamada, yaşıl rəngli qurudulmuş marixuana, 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin, 1 bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryək, 990 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi, narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan 3 ədəd dəftər aşkar olunaraq götürülmüşdür. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 4 kq 95 qram, metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 780 qram, tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 370 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş maddələr qablaşdırılmaqla üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Yaşadığı mənzildən aşkar olunan narkotik maddələri Aynur ilə əlbir olub satışını təşkil etmişlər. Onun üzərinə axtarış və mənzilə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun mənzilinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. O, həmin kitabçaları narkotik vasitələrin siyahısını aparmaq və aldığı eyni zamanda İranlının dediyi yerlərə qoyduğu, bundan başqa hissələrə bölərək hesabatının aparmaq üçün istifadə etmişdir. O, İbrahimi çoxdan tanışı Baxşəlinin vasitəsi ilə tanımış, sonuncu onun arvadının qonşusudur, arvadı Aynur Baxışəlidən maddi kömək istəmiş, Baxışəli isə İranlı İbrahimlə arvadını tanış etmişdir. Bundan sonra onlar İbrahimin göstərişi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 3 ildir Aynurla qeyri-rəsmi münasibətdədir, 4-5 aydır ki birgə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadə edirlər və həmin maddələri İİR-nın vətəndaşının onlara göstərdiyi yerdən birgə gedib götürürlər. Tutulduqları gün onlarda yalnız 5 qram metanfetamin olmuşdur. Bundan başqa bildirmişdir ki, ittihamda qeyd olunan narkotik vasitələr onlara aid olmamış, həmin maddələri polis əməkdaşları onların yaşadıqları evə qoymuşlar, onlar yanlız narkotik vasitə istifadəçisidirlər, onlarda nə narkotik vasitələrin siyahısını əks etdirən dəftər, nə də əlavə narkotik vasitə olmamışdır, həmçinin heç vaxt narkotik vasitəsinin satışı ilə məşğul olmamışlar. Bundan əlavə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında bildirmişdir ki, istər saxlanılan zaman istərsə də polis idarəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməsinə baxmayaraq o, heç bir orqana şikayət və ya vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, gənc olmasını və ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, həmin maddələri istifadə etməkdə məqsədi arıqlamaq olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onları yaşadıqları məhəllədə saxlamış, sonra onu evə gətirmiş, o, açarla evin qapısını açdıqdan sonra polis əməkdaşları evi axtarmağa başlamış və heçnə tapa bilməmişlər. Bundan sonra polis əməkdaşları onları idarəyə aparmış və evə yenidən baxış keçirmək məqsədi ilə ondan evin açarını istəmiş və təkrarən evə baxışı onların iştirakı ilə keçirilməsinin zəruri olduğunu bildirmişlər və bu səbəbdən onlar polis əməkdaşları ilə birgə yenidən evə qayıtmışlar. Evə daxil olduqdan sonra polis əməkdaşları onlara qonaq otağında bir müddət gözləmələrini demiş, özləri isə yataq otağına keçmişlər. Orada əməliyyatçılardan Əli adlı şəxs onlara çəkiliş olacağını və nə desə onlarında həmin ifadələri təkrarlamalarını, narahat olmamalarını, polis əməkdaşlarının onlara köməklik göstərəcəklərini bildirmişlər. Bundan sonra onlar yataq otağına daxil olmuş, polis əməkdaşlarının oraya külli miqdarda narkotik vasitə yerləşdirdiklərini görmüşlər. O, tutulan zaman üzərində olan 5 qram psixotrop maddə olan metamfetamini özü polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Həmin maddəni iranlı tanışından almış və tutulmamışdan qabaq Təqsirləndirilən şəxs2lə birlikdə üzərindən istifadə etmişlər. Lakin polis əməkdaşı olan Mişa ləqəbli şəxs ona qarşı fiziki təzyiq etmiş və ona çəkiliş aparılan zaman dediklərini təkrarlamağını tələb etmişdir. O, həmin təzyiqlərin nəticəsində etiraf edici ifadələr vermiş və həmin ifadələr əsasında tərtib edilmiş sənədləri imzalamışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, həmin maddələri əldə etməkdə yalnız məqsədi arıqlamaq üçün istifadə etmək olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 21:50 radələrində Bakı şəhəri, Xətai rayonunda əri Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun və Yunisin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları BNMİ-nə dəvət etmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, bu zaman ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, sağ əlində saxladığı qara rəngli, sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən 6 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya, 7 bükümdə, tünd qəhvəyi rəngli tiryək, 4 bükümdə, ağ rəngli metamfetamin, 1 ədəd “iphone” markalı, 1 ədəd “Redmi” markalı, 1 ədəd ‘'Samsung” markalı mobil telefonlar, bundan başqa həmin torbadan aşkar olunan pul qabından şəxsiyyət vəsiqəsi, **********357734, **********374888, **********454059, **********980179 nömrəli bank kartları, 10 AZN pul və 1 ədəd ev açarı aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 183 qram, metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 27 qram, tiryək isə qablaşdırma ilə birlikdə çəkisi 114 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, onun tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları və şəxsiyyət vəsiqəsi götürülmüş, pul və digər əşyalar geri qaytarılmışdır. O, aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, “Xutor” deyilən ərazidə yaşayan “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanını İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən həmin narkotik maddələri götürüb yaşadıqları evə gətirdiyini, narkotikləri iranlı İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırdığını və əvəzində pul qazandıqlarını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarım göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməkdə əri Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, narkotik maddələri onun tapşırığı ilə Yunisin deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışını təşkil etdiklərini, **********357734 nömrəli bank kartından narkotik maddələrin satışından əldə etdiyi pul vəsaitlərini nağlaşdırmaq üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, sonuncu ilə birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ünvan 6 ünvanına getmiş, həmin mənzilin girişindən sol tərəfdə olan yataq otağındakı taxta konstruksiyalı dolabın yanında saxladıqları 1 ədəd sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən 4 ədəd bağlamada, yaşıl rəngli qurudulmuş marixuana, 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin, 1 bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə tiryək, 990 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi, narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan 3 ədəd dəftər aşkar olunaraq götürülmüşdür. Sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə qurudulmuş marixuananın çəkisi 4 kq 95 qram, metamfetaminin çəkisi 780 qram, tiryəkin çəkisi 370 qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüş, daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Yaşadığı mənzildən aşkar olunan narkotik maddələri Yunis ilə əlbir olub satışını təşkil etmişlər. Üzərinə axtarış və mənzilə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, təhqiqatçıdan başqa heç kim onun mənzilinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmiş, o, həmin kitabçaları narkotik vasitələrin siyahısını aparmaq və aldığı, eyni zamanda iranlının dediyi yerlərə qoyduğu, bundan başqa hissələrə bölüşdürərək hesabatının aparmaq üçün istifadə etmişdir. O, İbrahimi çoxdan tanıdığı Baxşəlinin vasitəsi ilə tanımışdır. Baxışəli onun qonşusu olmuş, o, Baxışəlidən maddi kömək istəmiş və sonuncu onu İranlı İbrahimlə tanış etmişdir. Bundan sonra onlar İbrahimin göstərişi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşlar. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2lə 3 ildir qeyri-rəsmi münasibətdədirlər, ikisi birlikdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadə edirlər. O, metamfetamini arıqlamaq məqsədi ilə istifadə edirmiş, hadisə baş verən gün İİR-nın vətəndaşından öz istifadələri üçün 100 manata aldıqları 5 qram metanfetamini Yunislə birgə götürmüşlər. Onların yaşadıqları evdə narkotik vasitələrin siyahısını əks etdirən dəftər, nə də əlavə narkotik vasitə olmayıb, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, hazırda işləməməsinə baxmayaraq, onun kartına mədaxil edilən pulların bir qismi ona anası tərəfindən göndərilmiş, böyük bir qismi isə saç ustası işlədiyi zaman tanıdığı müştəriləri tərəfindən karta mədaxil edilmişdir. Daha sonra özünü təqsirli bilməməsini, gənc və qadın olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi qismən etiraf edici ifadəsi, digər Təqsirləndirilən şəxs1 təqsirli olmaması barədə özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri ilə, onların məhkəməyədək istintaq dövründə dəfələrlə verdikləri etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülərlə və iş materiallarında olan digər sənədlərlə onların törətdikləri əməllər tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 Zakir oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Onunla birlikdə DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və birlikdə məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 29/44 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlamətləri ilə üst-üstə düşən 2 nəfər şəxsin orada olmasını görüb, onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərdən də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən qadın Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Onlar Aynur və Yunisə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib sonuncuları saxlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-nə dəvət etmiş, sonuncular buna etiraz etmədən onlarla birlikdə idarəyə getmişlər. İdarədə barələrində araşdırma aparılması üçün BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı N.Aburşuya təhvil verilmiş, sonuncuda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, sonuncu qadın olduğu üçün onun üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsi üçün şahid qismində Şahid4 qızı dəvət edilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Aynura üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə sonuncu sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Aynurun təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilən zaman içərisindən 6 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 7 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 4 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr, 1 ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı, 1 ədəd “Samsung” markalı mobil telefonlar, torbadan aşkar olunan pul qabının içərisindən Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, 10 manat pul və 1 ədəd mənzilin açarı aşkar olunmuşdur. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə qablaşdırma ilə birlikdə 183 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 114 qram, psixotrop maddə metamfetaminə bənzər maddənin 27 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanım İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən həmin narkotik maddələri götürüb yaşadıqları evə gətirdiyini, narkotik vasitələri İranlı İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırıb əvəzində pul qazandıqlarını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarını göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməkdə əri Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, narkotik maddələri onun tapşırığı ilə Yunisin deyilən yerlərdən götürüb gətirdiyini, birlikdə satışını təşkil etdiklərini, yaşadığı ünvan 5 ünvanında da narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, Yunislə birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Aynurun üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aynur tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Yunisə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən “İphone” və “Redmi” markalı mobil telefonlar aşkar olunmuşdur. Yunisin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 25 qram olması müəyyən edilmişdir. Sonuncu üzərindən aşkar olunmuş psixotrop maddəni arvadı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə apardığını, İİR vətəndaşı “İbrahim” adlı şəxslə arvadı Aynurun narkotiklərin dövriyyəsi ilə bağlı əlaqə saxladığını, Aynurla birlikdə götürdüyü narkotikləri müxtəlif yerlərə çatdırıb pul qazandıqlarını, Aynurla birlikdə yaşadığı ünvan 6 ünvanında da narkotik vasitə saxladığını, narkotik maddələrin satışından əldə olunan pulu Aynur ilə öz aralarında bölüşdüklərini, ***-***-**-** saylı mobil nömrəni və “Redmi” markalı mobil telefonu işlətdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Yunisin üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Yunis tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvana baxış keçirilməsi üçün ərizə alınaraq o, Şahid2, Şahid3, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, sonuncuların müdafiəçi Rafael Allahverdiyev və Emil Babışov birlikdə ünvan 5 ünvanına getmişlər. Orada video çəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə daxil olaraq baxış keçirilmiş, bu zaman sonunculara yaşadıqları mənzildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etmələri təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzilin yataq otağına daxil olaraq taxta konstruksiyalı dolabın yanında saxladığı 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 4 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddələr, 990 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 3 ədəd narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan dəftər aşkar olunaraq götürülmüşdür. Mənzildən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin 4 kq 95 qram, psixotrop maddə metamfetaminə bənzər maddənin 780 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 370 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əri Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əlavə də bir neçə dəfə İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Yunis ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 tapşırığı ilə birlikdə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə sonuncuyla narkotik maddə əldə edib satışını təşkil etdiklərini bildirmişdir. Daha sonra baxış iştirakçılarının iştirakı ilə Aynur və Yunisin yaşadığı mənzildən aşkar olunmuş kütlələr və elektron tərəzi zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, məlumat Təqsirləndirilən şəxs1 barəsində daxil olmuşdur, təqsirləndirilən şəxslərin hər ikisini bir yerdə, yolda hərəkət edən zaman saxlanılmışlar, hadisə zamanı onların tərəfindən polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət göstərilməmişdir. O, evə yanlız bir dəfə baxış keçirmək məqsədi ilə daxil olmuş və həmin əməliyyat tədbirinin görülməsi ilə bağlı təqsirləndirilən şəxslərin hər ikisinin razılıq ərizələri təhqiqatçı tərəfindən alınmışdır. Bundan başqa bildirmişdir ki, İran vətəndaşı ilə təmasda olan Təqsirləndirilən şəxs1dır və onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmiş, bununla bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, onlar birlikdə həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 29/44 ünvanın yaxınlığına getmiş, həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlamətləri ilə üst-üstə düşən 2 nəfər şəxsin orada olmasını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən qadın özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Onlar həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib saxlayaraq onları idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, orada barələrində araşdırma aparılması üçün BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı N.Aburşuya təhvil verilmiş, sonuncu da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə şübhəli şəxs kimi tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, sonuncu qadın olduğu üçün sonuncunun üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsi üçün şahid qismində Şahid4 dəvət edilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl Aynura üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Sonuncunun təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilərkən içərisindən 6 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 7 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 4 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr, 1 ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı, 1 ədəd “Samsung” markalı mobil telefon, torbadan aşkar olunan pul qabının içərisindən Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, 10 manat pul və 1 ədəd mənzil açarı aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə qablaşdırma ilə birlikdə 183 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 114 qram, psixotrop maddə metamfetaminə bənzər maddənin 27 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanım İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən həmin narkotik maddələri götürüb yaşadıqları evə gətirdiyini, narkotik vasitələri İranlı İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırıb əvəzində pul qazandıqlarını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarını göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməkdə əri Təqsirləndirilən şəxs2lə əlbir olduğunu, narkotik maddələri onun tapşırığı ilə Yunisin deyilən yerlərdən götürüb gətirdiyini, birlikdə satışını təşkil etdiklərini, yaşadığı ünvan 5 ünvanında da narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, sonuncuyla birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Aynurun üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aynur tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, bu zaman Yunisə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən “İphone” və “Redmi” markalı mobil telefonlar aşkar olunmuşdur. Yunisin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 25 qram olması müəyyən edilmişdir. Sonuncu üzərindən aşkar olunmuş psixotrop maddəni arvadı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə apardığını, İİR vətəndaşı “İbrahim” adlı şəxslə arvadı Aynurun narkotiklərin dövriyyəsi ilə bağlı əlaqə saxladığını, sonuncuyla birlikdə götürdüyü narkotikləri müxtəlif yerlərə çatdırıb pul qazandıqlarını, Aynurla birlikdə yaşadığı ünvan 5 ünvanında da narkotik vasitə saxladıqlarını, narkotik maddələrin satışından əldə olunan pulu Aynur ilə öz aralarında böldüklərini, ***-***-**-** saylı mobil nömrəni və “Redmi” markalı mobil telefonu işlətdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Yunisin üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Yunis tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi üçün onlardan ərizə alınmış, o, Şahid2, Şahid3, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, sonuncuların müdafiəçi R.Allahverdiyev və E.Babışovla birlikdə ünvan 5 ünvanına getmiş, orada video çəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı sonunculara yaşadıqları mənzildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzilin yataq otağına daxil olaraq taxta konstruksiyalı dolabın yanında saxladığı 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 4 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddələr, 990 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 3 ədəd narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan dəftər aşkar olunaraq götürülmüşdür. Mənzildən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin 4 kq 95 qram, psixotrop maddə metamfetaminə bənzər maddənin 780 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 370 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əri Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əlavə də bir neçə dəfə həmin şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Yunis ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. Eyni zamanda sonuncu Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 tapşırığı ilə birlidə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə sonuncuyla əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə Aynur ilə narkotik maddə əldə edib satışını təşkil etdiklərini bildirmişdir. Sonra baxış iştirakçılarının iştirakı ilə Aynur və Yunisin yaşadığı mənzildən aşkar olunmuş kütlələr və elektron tərəzi zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər birgə yaşayırlar, İran vətəndaşı ilə Təqsirləndirilən şəxs1 əlagə saxlayırmış, Təqsirləndirilən şəxs2 isə deyilən yerdən narkotik vasitəni götürürmüş. Bu həmçinin telefon danışıqlarında öz əksini tapmışdır. Hadisə zamanı içərisi narkotik vasitələr və psixotrop maddələr ilə dolu olan sellofan paket Təqsirləndirilən şəxs1 əlində olmuşdur. Bundan başqa bildirmişdir ki, onlar təqsirləndirilən şəxsləri axşam saatlarında, təxminən saat 9-10 arası saxlamışlar. Şəxsi axtarışın hadisə yerində keçirilməməsinin səbəbi həmin yerdə əlverişli şəraitin olmamasıdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki hərəkətlər və psixi təsirlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmiş, bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. O, digər əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, o, Elşad və Natiq birlikdə məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 29/44 ünvanın yaxınlığına getmiş, həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlamətləri ilə üst-üstə düşən 2 nəfər şəxsin orada olmasını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən qadın özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Onlar Aynur və Yunisə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib sonuncuları saxlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-yə dəvət etmi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, orada barələrində araşdırma aparılması üçün BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı N.Aburşuya təhvil verilmiş, sonuncu da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə şübhəli şəxs kimi tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, sonuncu qadın olduğu üçün sonuncunun üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsi üçün şahid qismində Şahid4 dəvət edilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl Aynura üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Sonuncunun təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilərkən içərisindən 6 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 7 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 4 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr, 1 ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı, 1 ədəd “Samsung” markalı mobil telefon, torbadan aşkar olunan pul qabının içərisindən Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, 10 manat pul və 1 ədəd mənzil açarı aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə qablaşdırma ilə birlikdə 183 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 114 qram, psixotrop maddə metamfetaminə bənzər maddənin 27 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanım İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən həmin narkotik maddələri götürüb yaşadıqları evə gətirdiyini, narkotik vasitələri İranlı İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırıb əvəzində pul qazandıqlarını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarını göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməkdə əri Təqsirləndirilən şəxs2lə əlbir olduğunu, narkotik maddələri onun tapşırığı ilə Yunisin deyilən yerlərdən götürüb gətirdiyini, birlikdə satışını təşkil etdiklərini, yaşadığı ünvan 5 ünvanında da narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, sonuncuyla birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Aynurun üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aynur tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, bu zaman Yunisə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən “İphone” və “Redmi” markalı mobil telefonlar aşkar olunmuşdur. Yunisin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 25 qram olması müəyyən edilmişdir. Sonuncu üzərindən aşkar olunmuş psixotrop maddəni arvadı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə apardığını, İİR vətəndaşı “İbrahim” adlı şəxslə arvadı Aynurun narkotiklərin dövriyyəsi ilə bağlı əlaqə saxladığını, sonuncuyla birlikdə götürdüyü narkotikləri müxtəlif yerlərə çatdırıb pul qazandıqlarını, Aynurla birlikdə yaşadığı ünvan 5 ünvanında da narkotik vasitə saxladıqlarını, narkotik maddələrin satışından əldə olunan pulu Aynur ilə öz aralarında böldüklərini, ***-***-**-** saylı mobil nömrəni və “Redmi” markalı mobil telefonu işlətdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Yunisin üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Yunis tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi üçün onlardan ərizə alınmış, o, Şahid2, Şahid3, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, sonuncuların müdafiəçi R.Allahverdiyev və E.Babışovla birlikdə ünvan 5 ünvanına getmiş, orada video çəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı sonunculara yaşadıqları mənzildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzilin yataq otağına daxil olaraq taxta konstruksiyalı dolabın yanında saxladığı 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 4 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddələr, 990 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 3 ədəd narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan dəftər aşkar olunaraq götürülmüşdür. Mənzildən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin 4 kq 95 qram, psixotrop maddə metamfetaminə bənzər maddənin 780 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 370 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əri Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əlavə də bir neçə dəfə həmin şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Yunis ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. Eyni zamanda sonuncu Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 tapşırığı ilə birlidə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə sonuncuyla əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə Aynur ilə narkotik maddə əldə edib satışını təşkil etdiklərini bildirmişdir. Sonra baxış iştirakçılarının iştirakı ilə Aynur və Yunisin yaşadığı mənzildən aşkar olunmuş kütlələr və elektron tərəzi zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 qızının ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində şəxsi işləri ilə əlaqədar ünvan 7 ünvanının yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, ona narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış 1 nəfər qadının üzərinə şəxsi axtarış keçiriləcəyini və onunda şahid kimi iştirak etməsini xahiş etmiş, o, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə DİN-nin BNMİ-nə getmişdir. Orada polis əməkdaşları adı sonradan Təqsirləndirilən şəxs1 olduğu məlum olan qadını ona göstərib həmin qadının üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, bundan sonra onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə A.ZAlxanovanın üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Aynura üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Aynurun təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilən zaman içərisindən 6 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 7 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 4 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr, 1 ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı, 1 ədəd “Samsung” markalı mobil telefonlar, torbadan aşkar olunan pul qabının içərisindən Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, 10 manat pul və 1 ədəd mənzilin açarı aşkar olunmuşdur. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər bikti mənşəli kütlə qablaşdırma ilə birlikdə 183 qram, narkotik vasitə tiryəkə bənzər maddənin 114 qram, psixotrop maddə metamfətaminə bənzər maddənin 27 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanını İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun da Qarabağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən həmin narkotik maddələri götürüb yaşadıqları evə gətirdiyini, narkotik vasitələrini İranlı İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırıb əvəzində pul qazandıqlarını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarını göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməklə əri Təqsirləndirilən şəxs2lə əlbir olduğunu, narkotik maddələri onun tapşırığı ilə Yunisin deyilən yerlərdən götürüb gətirdiyini, birlikdə satışını təşkil etdiklərini, yaşadığı ünvan 6 ünvanında da narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, Yunislə birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımayıb, onu ilk dəfə həmin gün görmüşdür. Həmçinin bildirmişdir ki, polis əməkdaşları ilə Aynurun üzərinə şəxsi axtarış keçirilən zaman ona heç bir zor tətbiq olunmamışdır, təzyiq göstərilməmişdir. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-675/2023 saylı qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 145-150-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 151-156-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 75-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1275 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlələr” yazılar və imzalar olan 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilən paketdə 6 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 28,61 qram; 37,97 qram; 38,86 qram; 27,77 qram; 19,40 qram; 9,04 qram, ümumi çəkisi-161,65 qram bitki mənşəli kütkələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunan kütlələr” yazılar və imzalar olan yaşımtıl-boz rəngli əl çantasında 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1100,0 qram; 1170,0 qram; 975,0 qram; 695,0 qram, ümumi çəkisi – 3940,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi – 4101,65 qramdır. Təqdim olunmuş 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen paketdə 6 ədəd sellofan bağlamalarda və 1 ədəd əl çantasında 4 ədəd sellofan torbalarda olan marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmalıdı. Qeyd: 1. Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” “Bakı, 2005-ci il” metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. 2. Marixuanaların ümumi çəkisi – 4101,65 qram (1-10№-li ob.), tədqiqata istifadə olundu cəmi 0,5 qram (hər obyektdən 0,05 qram), qalıq – 4101,15 qram. Cinayət işinin 1-ci cild 80-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4820 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlələr” və s. yazılar və imzalar olan bağlamada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,042 qram; 2,168 qram; 4,921qram; 1,302 qram; ümumilikdə təmiz çəkiləri 23,433 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,276 qram; 29,873 qram; 14,065 qram; 30,326 qram; 1,495 qram; 9,073 qram; 19,646 qram; ümumilikdə təmiz çəkiləri 106,754 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütlələri tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan kütlələr” və s. yazılar, imzalar olan bağlamada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,337 qram; 10,287 qram; ümumilikdə təmiz çəkiləri 20,664 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evdən aşkar olunan kütlələr” və s. yazılar, imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 775 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd bükümdə təmiz çəkisi 368,812 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 99 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 990 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 39,6 qram (1 tabletdə 0,04 qram) olan narkotik vasitə - metadon müəyyən edildi. Metadon tabletləri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; göy rəngli ölçmə səthinə malik elektron tərəzinin üzərində psixotrop maddə - metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərlərində və yaşadıqları mənzildən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar olunmuş tiryək kütlələri də həmçinin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Metamfetamin (4 büküm) ümumi – 23,433 qram, tədqiqata sərf edildi -0,12 qram, qalıq – 23,313 qram. Tiryək (7 büküm), ümumi – 106,754 qram, tədqiqata sərf edildi – 0,14 qram, qalıq – 106,614 qram. Kağız paketdə: Metamfetamin (2 büküm) ümumi – 20,664 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 20,564 qram. Çantada: Metamfetamin – 775 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 774,9 qram. Tiryək – 368,812 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 368,712 qram. Metadon – 990 tablet. – tədqiqata sərf edildi – 10 tabl, qalıq – 980 tablet. Cinayət işinin 1-ci cild 76 və 81-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat və 110 (bir yüz on) manat, ümumilikdə 182 (bir yüz səksən iki) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 244-245-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6406 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 246-247-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6407 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 44-66-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarışı və götürməni, eləcə mənzilə baxış keçirilməsini özündə əks etdirən 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübut Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin qeydiyyata aparıldığı 1 ədəd kitabça və 2 ədəd dəftər və iş üzrə digər maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4101,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 23,313 qram, 20,564 qram, 774,9 qram psixotrop maddə olan metamfetamin, 106,614 qram, 368,712 qram, narkotik vasitə olan tiryək, 980 tablet narkotik vasitə olan metadon həbləri və 01 ədəd elektron tərəzi Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 240-241-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 242-243-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 56-cı vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 00:40-dan, saat 00:47-dək qeydə alınmışdır. AR DİN-nin BMCMİ-nin təhqiqatçısı Nəcəf Aburşunun, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 və əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı sonuncuya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “10P” sözləri yazılmış və bir-birinə yapışqan lentə sarılmış 2 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə meramfetaminə bənzər kütləni təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən “İphoine” və “Redmi” markalı mobil telefonlar aşkar olunur və aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddələrin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 25 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmin maddəni arvadı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə gətirdiyini, İİR vətəndaşı “İbrahim” adlı şəxslə arvadı Təqsirləndirilən şəxs1 narkotiklərin dövriyyəsi ilə bağlı əlaqə saxladığını, həmin satışlardan 5000 manat məbləğində pul qazandığını,1 aydan çoxdur ki, bu işlə məşğul olduğunu, narkotik vasitələri “İbrahim” adlı şəxsin vasitəsilə aldığını, sonuncuyla Təqsirləndirilən şəxs1 danışdığını, sonuncunun İİR-nın vətəndaşı ilə daimi əlaqə saxladığını və ünvanları dediyini, 2-3 dəfə bunu etdiklərini, axırıncı dəfə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən narkotik vasitəni götürdüyünü, həmin ünvanı İbrahimin Aynura deməsi və sonuncunun vasitəsilə öyrəndiyini, həmin narkotik vasitələri deyəcəyi yerlərə bölüşdürüb qoyacağını, hər ikisinin ünvanlara narkotik vasitələr qoyduğunu, özünün narkotik vasitə olan “nəşə” istifadə etdiyini, gördükləri işlərin müqabilində pulların Aynurun, arada bir isə onun kart hesabına köçürüldüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən yoxlanılmadığını, Bakı şəhəri, Xətai rayonunda yerləşən Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı mənzildə də narkotik vasitə saxladıqlarını, həmin narkotik vasitələridə bölüşdürüb deyilən ünvanlara qoyacaqlarını, narkotik maddələrin satışından əldə olunan pulu Təqsirləndirilən şəxs1 ilə öz aralarında böldüklərini, ***-***-**-** nömrəni və “Redmi” markalı mobil telefonu işlətdiyini bildirir. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 00:05-dən, saat 00:26-dək qeydə alınmışdır. AR DİN-nin BMCMİ-nin təhqiqatçısı N.Aburşunun, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1, əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əlində saxladığı qara rəngli, sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə heroinin, narkotik vassitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin olduğunu bildirir. Həmin sellofan torbaya baxış zamanı torbanın içindən 6 ədəd bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 7 ədəd bükümdə tünd qəhvəyi rəngli tiryəkə bənzər, 4 ədəd bükümdə, ağ rəngli mətamfetaminə bənzər kütlələr, 1 ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı, 1 ədəd “Samsung” markalı mobil telefonlar, həmin torbadan aşkar olunan pul qabından Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, **********357734, **********374888, **********454059, **********980179 nömrəli bank kartları, 10 AZN pul və 1 ədəd ev açarı aşkar olunur və aşkar olunmuş maddələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər kütlənin ümumi çəkisinin 183 qram, mətamfetaminə bənzər kütlənin 27 qram, tiryəkə bənzər kütlənin 114 qram olması müəyyən edilir. Daha sonra həmin maddələr yenidən qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs1 həmin maddələri Bakı şəhəri, “Xutor” deyilən ərazidə yaşayan “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanını İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, Yunisin də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən həmin maddələri götürüb yaşadıqları evə gətirdiyini, narkotik vasitələri İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırıb əvəzində pul qazandıqlarını, səhhətinə görə narkotik vasitə aldığını, müalicə aldığını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarını göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməklə əri Təqsirləndirilən şəxs2lə əlbir olduğunu, narkotik vasitələri öz tapşırığı ilə sonuncunun deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışı təşkil etdiklərini, 2 ay olar ki, bu işlə məşğul olduğunu və 5000 manata yaxın pul qazandığını, həmin pulları həkimə xərclədiyini, **********357734 nömrəli bank kartından narkotik maddələrin satışından əldə etdiyi pul vəsaitlərini nağdlaşdırmaq üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilmədiyini, bundan başqa da yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzildə narkotik maddə saxladığını, saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazınının olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, onunla birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirir. Cinayət işinin 1-ci cild 57-58-ci vərəqələrində olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cinayət işinin 1-ci cild 64-cü vərəqəsində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 02:20-dən, saat 02:41-dək qeydə alınmışdır. AR DİN-nin BMCMİ-nin təhqiqatçısı N.Aburşunun, müdafiəçilər Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri E.A.Babışovun və R.R.Allahverdiyevin və əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 iştirakları ilə mənzilə baxış keçirilir. Təhqiqatçı saxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, yaşadıqları mənzildə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etmələrini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mənzilin girişindən sol tərəfdə olan yataq otağındaki taxta konstruksiyalı dolabın yanında saxladıqları 1 ədəd sellofan torbanı təqdim edir. Təhqiqatçı tərəfindən həmin sellofan torbaya baxış zamanı torbanın içərisindən 4 ədəd bağlamada, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, 990 ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi, narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan 3 ədəd dəftər aşkar olunaraq götürülür. Həmin maddələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər maddənin 4000,95 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin 780 qram, tiryəkə bənzər kütlənin 370 qram olduğu müəyyən edilir və təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin şəxsi 9 illik qonşusu onunla tanış etdiyini, sonuncu dəfə narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Yusifi göndərməklə götürdüyünü, belə halın 4-5 dəfə baş verdiyini, Təqsirləndirilən şəxs2lə birlikdə satışını təşkil etdiklərini bildirir, eyni zamanda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 tapşırığı ilə sonuncu ilə birlikdə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə sonuncuyla əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə onunla narkotik maddə əldə edib satışını təşkil etdiklərini bildirir. Cinayət işinin 2-ci cild 25-41-cı vərəqələrində olan kitabça və dəftərlərə baxış keçirilməsi haqqında protokoldan və vərəqlərdən görünür ki, 01 ədəd kitabçanın üzərində “Diary” yazısı olan 1 ədəd kitabçanın içərisində “xx.xx.2023”, “xx.xx.2023” , “xx.xx.2023” başlığı adı altında qeyd edilmiş səhifələrdə müxtəlif sayda “gül”, “ot”, “k”, “P” hərfləri ilə işarələnmiş (“7 gül+, 50 gül+, 25 gül+, 30 gül+, 5 gül+, 15 gül+, 20 gül+, 10 gül+, 10 gül+,10 gül+,5 gül+,20 gül+.............10 gül+”; “50 ot, 10ot, .....10k, 20k, 50P. 6k+4p,və sair ) müxtəlif rəqəmlərlə qeyd edilmiş narkotik vasitələrin qeydiyyatının aparılması aşkar edilir. Digər “Spıral Block” və “Ofıcam A5 100 vərəq” sözləri qeyd edilmiş 2 ədəd dəftərin içərisində “K”, “P”, “gül”, “qr” hərf və sözləri ilə işarələnmiş müxtəlif rəqəmlərlə qeyd edilmiş narkotik vasitələrin qeydiyyatının aparılması aşkar edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 1 ədəd üzərində “Diary” yazısı olan kitabça, 2 ədəd üzərində “Spıral Block” və “Ofıcam A5 100 vərəq” sözləri yazılmış dəftərlərin arvadı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, sonuncunun həmin dəftər və kitabçada narkotik vasitələrin qeydiyyatının apardığını, “gül və “ot” adı ilə işarələnmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana, “K” adı ilə qeyd etdiyi maddələrin narkotik vasitə heroin, “P” adı ilə qeyd etdiyi maddələrin psixotrop maddə metamfetamin, “qr” adı ilə işarələmiş rəqəmlərin Təqsirləndirilən şəxs1 tərəfindən narkotik və psixotrop maddələrin qramla çəkisinin çəkilərək qeydiyyatının apardığını, həmin maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əldə edərək arvadı Təqsirləndirilən şəxs1 ilə müxtəlif ünvanlara qoyaraq qeydiyyatını aparıb pul əldə etdiklərini bildirmişdir. Eyni zamanda sonuncu 1 ədəd üzərində “Diary” yazısı olan kitabça, 2 ədəd üzərində “Spıral Block” və “Ofıcam A5 100 vərəq” sözləri yazılmış dəftərlərin ona məxsus olduğunu, həmin dəftər və kitabçada narkotik vasitələrin qeydiyyatının apardığını, “gül və “ot” adı ilə işarələnmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana, “K” adı ilə qeyd etdiyi maddələrin narkotik vasitə heroin, “P” adı ilə qeyd etdiyi maddələrin psixotrop maddə metamfetamin, “qr” adı ilə işarələmiş rəqəmlərin isə narkotik və psixotrop maddələrin qramla çəkisi çəkərək qeydiyyatının apardığını, həmin maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əldə edərək əri Təqsirləndirilən şəxs2 ilə müxtəlif ünvanlara qoyaraq qeydiyyatını aparıb pul əldə etdiklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 42-ci vərəqəsində olan bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına olan 5522-0993-5335-7734 nömrəli bank hesabına müxtəlif məbləğdə pulların köçürülməsi və çıxarılması göstərilmişdir. Təqsirləndirilən şəxs1 həmin plastik kartın ona məxsus olduğunu, narkotik vasitələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə müxtəlif ünvanlara qoymalarının qarşılığında sonununcun həmin kart hesabına ona müxtəlif məbləğdə pullar göndərdiyini və həmin pullar kart hesabından çıxardığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan və məhkumların tibbi kitabçalarından görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol qolaltı nahiyədə köhnə çapıq toxuma müşaidə olunmuşdur. Təcridxanaya daxil olarkən və təcridxanada saxlanıldıqları müddət ərzində həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən X11 Briqadası çağırılmamış və bu barədə Tibb sanitar hissəsinə məlumat daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Xətai RPİ-nin xx.xx.2024-cü il tarixli məktubdan və tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 926 saylı protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin müvəqqəti saxlama yerinə qəbul olunmuşdur. Qəbul olunan zaman onların bədənində heç bir xəsarət aşkar olunmamışdır. Sonuncular tutulan zaman zədə almadıqlarını bildirmişlər. Cinayət işinin 1-ci cild 94-cü vərəqəsində olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, M.Y.Mirizadə xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2dir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları, əvvəlkinin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, bank kartından olan çıxarışlarla, təqsirləndirilən şəxslərin yaşadıqları evdən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair kitab və dəftərlər və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan tiryəki, metadon həbini və qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarından 820 dəfə, külli miqdarından təxminən 8.2 dəfə artıq, narkotik vasitə olan tiryəkin xeyli miqdarından 951 dəfə, külli miqdarından təxminən 9.5 dəfə artıq, metadon həblərinin xeyli miqdarından 0.8 dəfə, külli miqdarından təxminən 25 dəfə artıq, psixotrop maddə olan metamfetaminin xeyli miqdarından 5461 dəfə, külli miqdarından təxminən 410 dəfə artıq və 1 ədəd elektron tərəzinin, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair kitabın və dəftərlərin olması, təqsirləndirilən şəxslərin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etdiklərini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin və psixotrop maddələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü qismən, digər Təqsirləndirilən şəxs1 isə təqsirli bilməməsini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamaları və bu əməlləri tamah məqsədi ilə etməmələri barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması və mənzilə baxış keçirilməsi protokollarından (1-ci cild, i/v 48-51, 53-56, 61-64), şübhəli şəxslərin izahatlarından (1-ci cild, i/v 69-71, 72-74), şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından (1-ci cild, i/v 91-93, 96-99, 111-113, 125-128), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri barədə qərarlardan (1-ci cild, i/v 145-150, 151-156) görünür ki, təqsirləndirilən şəxslər istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdikləri əməlləri tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışlar. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını bildirmişlər. Məhkəmə iclasında baxış keçirilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışı və götürməni əks etdirən DVD diskdə olan videogörüntülərdən müəyyən edilmişdir ki, sonuncu əlində saxladığı qara rəngli, sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə heroinin, qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin olduğunu bildirir. Həmin maddələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər kütlənin ümumi çəkisinin 183 qram, mətamfetaminə bənzər kütlənin 27 qram, tiryəkə bənzər kütlənin 114 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmin maddələri Bakı şəhəri, “Xutor” deyilən ərazidə yaşayan “Baxşəli” adlı şəxsin vasitəsi ilə tanış olduğu İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etdiyini, həmin narkotiklərin ünvanını İbrahimdən öyrənib əri Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən götürüb yaşadıqları evə gətirdiyini, narkotik vasitələri İbrahimin dediyi yerlərə hissə-hissə Yunislə birgə çatdırıb əvəzində pul qazandıqlarını, səhhəti ilə bağlı narkotik vasitələri aldığını, narkotik vasitələrdən istifadə etmədiyini, aşkar olunan narkotiklərin üzərində qeyd olunan rəqəm və hərflərin narkotiklərin növünü və miqdarını göstərmək üçün yazıldığını, narkotik maddələrin satışını təşkil etməklə əri Təqsirləndirilən şəxs2lə əlbir olduğunu, narkotik vasitələri öz tapşırığı ilə sonuncunun deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışı təşkil etdiklərini, 2 ay olar ki, bu işlə məşğul olduğunu və 5000 manata yaxın pul qazandığını, həmin pulları həkimə xərclədiyini, **********357734 nömrəli bank kartından narkotik maddələrin satışından əldə etdiyi pul vəsaitlərini nağdlaşdırmaq üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilmədiyini, bundan başqa da yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzildə narkotik maddə saxladıqlarını, saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazınının olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Yunisin də məlumatı olduğunu, onunla birlikdə həmin mənzildə yaşadığını, “İphone” markalı mobil telefonu və ***-***-**-** nömrəsini işlətdiyini bildirir (1-ci cild, i/v 48-51). Bundan əlavə məhkəmə iclasında baxış keçirilmiş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışı və götürməni əks etdirən DVD diskdə olan videogörüntülərdən müəyyən edilmişdir ki, sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “10P” sözləri yazılmış və bir-birinə yapışqan lentə sarılmış 2 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə meramfetaminə bənzər kütləni təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Aşkar edilmiş maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 25 qram olduğu müəyyən edilir. Sonuncu həmin maddəni arvadı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə gətirdiyini, İİR vətəndaşı “İbrahim” adlı şəxslə arvadı Təqsirləndirilən şəxs1 narkotiklərin dövriyyəsi ilə bağlı əlaqə saxladığını, həmin satışlardan 5000 manat məbləğində pul qazandıqlarını,1 aydan çoxdur ki, bu işlə məşğul olduğunu, narkotik vasitələri “İbrahim” adlı şəxsin vasitəsilə aldığını, sonuncuyla Təqsirləndirilən şəxs1 danışdığını, sonuncunun İİR-nın vətəndaşı ilə daimi əlaqə saxladığını və ünvanları dediyini, 2-3 dəfə bunu etdiklərini, axırıncı dəfə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən narkotik vasitəni götürdüyünü, həmin ünvanı İbrahimin Aynura deməsi və sonuncunun vasitəsilə öyrəndiyini, həmin narkotik vasitələri deyəcəyi yerlərə bölüşdürüb qoyacağını, hər ikisinin ünvanlara narkotik vasitələr qoyduğunu, özünün narkotik vasitə olan “nəşə” istifadə etdiyini, gördükləri işlərin müqabilində pulların Aynurun, arada bir isə onun kart hesabına köçürüldüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini, Bakı şəhəri, Xətai rayonunda yerləşən Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı mənzildə də narkotik vasitə saxladıqlarını, həmin narkotik vasitələridə bölüşdürüb deyilən ünvanlara qoyacaqlarını, narkotik maddələrin satışından əldə olunan pulu Təqsirləndirilən şəxs1 ilə öz aralarında böldüklərini, ***-***-**-** nömrəni və “Redmi” markalı mobil telefonu işlətdiyini bildirir (1-ci cild, i/v 53-56). Məhkəmə iclasında baxış keçirilmiş mənzilə baxış keçirilməsini özündə əks etdirən DVD diskində olan video görüntülərlə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları mənzilə baxış keçirilərkən sonuncular həmin mənzilin girişindən sol tərəfdə olan yataq otağındakı taxta konstruksiyalı dolabın yanında saxladıqları 1 ədəd sellofan torbanı təqdim edir, torbanın içərisindən 4 ədəd bağlamada yaşıl rəngli qurudulmuş marixuanaya bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 990 ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi, narkotik maddələrin dövriyyəsinə dair qeydlər olan 3 ədəd dəftər aşkar olunaraq götürülür. Həmin maddələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər maddənin 4000,95 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin 780 qram, tiryəkə bənzər kütlənin 370 qram olduğu müəyyən edilir və təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin şəxsi 9 illik qonşusu onunla tanış etdiyini, sonuncu dəfə narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Yusifi göndərməklə götürdüyünü, belə halın 4-5 dəfə baş verdiyini, Təqsirləndirilən şəxs2lə birlikdə satışını təşkil etdiklərini bildirirlər, eyni zamanda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 tapşırığı ilə sonuncu ilə birlikdə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə sonuncuyla əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə onunla narkotik maddə əldə edib satışını təşkil etdiklərini bildirir (1-ci cild, i/v 61-64). Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş kitabça və dəftərlərə baxış keçirilməsi haqqında protokoldan və vərəqlərdən müəyyən edilir ki, 1 ədəd kitabçanın üzərində “Diary” yazısı olan 1 ədəd kitabçanın içərisində “xx.xx.2023”, “xx.xx.2023” , “xx.xx.2023” başlığı adı altında qeyd edilmiş səhifələrdə müxtəlif sayda “gül”, “ot”, “k”, “P” hərfləri ilə işarələnmiş (“7 gül+, 50 gül+, 25 gül+, 30 gül+, 5 gül+, 15 gül+, 20 gül+, 10 gül+, 10 gül+,10 gül+,5 gül+,20 gül+.............10 gül+”; “50 ot, 10ot, .....10k, 20k, 50P. 6k+4p,və sair ) müxtəlif rəqəmlərlə qeyd edilmiş narkotik vasitələrin qeydiyyatının aparılması aşkar edilir. Digər “Spıral Block” və “Ofıcam A5 100 vərəq” sözləri qeyd edilmiş 2 ədəd dəftərin içərisində “K”, “P”, “gül”, “qr” hərf və sözləri ilə işarələnmiş müxtəlif rəqəmlərlə qeyd edilmiş narkotik vasitələrin qeydiyyatının aparılması aşkar edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 1 ədəd üzərində “Diary” yazısı olan kitabça, 2 ədəd üzərində “Spıral Block” və “Ofıcam A5 100 vərəq” sözləri yazılmış dəftərlərin arvadı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, sonuncunun həmin dəftər və kitabçada narkotik vasitələrin qeydiyyatının apardığını, “gül və “ot” adı ilə işarələnmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana, “K” adı ilə qeyd etdiyi maddələrin narkotik vasitə heroin, “P” adı ilə qeyd etdiyi maddələrin psixotrop maddə metamfetamin, “qr” adı ilə işarələmiş rəqəmlərin Təqsirləndirilən şəxs1 tərəfindən narkotik və psixotrop maddələrin qramla çəkisinin çəkilərək qeydiyyatının apardığını, həmin maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əldə edərək arvadı Təqsirləndirilən şəxs1 ilə müxtəlif ünvanlara qoyaraq qeydiyyatını aparıb pul əldə etdiklərini bildirmişdir. Eyni zamanda sonuncu 1 ədəd üzərində “Diary” yazısı olan kitabça, 2 ədəd üzərində “Spıral Block” və “Ofıcam A5 100 vərəq” sözləri yazılmış dəftərlərin ona məxsus olduğunu, həmin dəftər və kitabçada narkotik vasitələrin qeydiyyatının apardığını, “gül və “ot” adı ilə işarələnmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana, “K” adı ilə qeyd etdiyi maddələrin narkotik vasitə heroin, “P” adı ilə qeyd etdiyi maddələrin psixotrop maddə metamfetamin, “qr” adı ilə işarələmiş rəqəmlərin isə narkotik və psixotrop maddələrin qramla çəkisi çəkərək qeydiyyatının apardığını, həmin maddələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə əldə edərək əri Təqsirləndirilən şəxs2 ilə müxtəlif ünvanlara qoyaraq qeydiyyatını aparıb pul əldə etdiklərini bildirmişdir (2-ci cild, i/v 25-41). Bundan əlavə bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 adına olan 5522-0993-5335-7734 nömrəli bank hesabına müxtəlif məbləğdə pulların köçürülməsi və çıxarılması göstərilmişdir. Təqsirləndirilən şəxs1 həmin plastik kartın ona məxsus olduğunu, narkotik vasitələri İİR-nın vətəndaşı “İbrahim” adlı şəxsin vasitəsi ilə müxtəlif ünvanlara qoymalarının qarşılığında sonununcun həmin kart hesabına ona müxtəlif məbləğdə pullar göndərdiyini və həmin pullar kart hesabından çıxardığını bildirmişdir (2-ci cild, i/v 42). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 izahatlarında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və psixi təzyiq, eləcə zorakı hərəkətlərin edilməsini bildirsələr də, bununla bağlı heç bir orqana şikayət və vəsatət verməmişlər. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından və Bakı Şəhəri Xətai RPİ-dən alınmış məhkumların tibbi kitabçalarından və həbs edilmiş şəxslərin tam axtarışı haqqında 926 saylı protokolun surətindən də müəyyən edilir ki, həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilkin tibbi müayinə zamanı bədənlərində xəsarət aşkar edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən məhkəmə iclasında verdikləri bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsini, gənc olmasını və ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən və mənzilindən aşkar edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarının (qurudulmuş marixuana – 4101,65 qram, tiryək – 475,566 qram, metamfetamin – 819,097 qram və metadon həbləri – 990 tablet (39,6 qram)) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6407 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 gənc və qadın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən və mənzilindən aşkar edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarının (qurudulmuş marixuana – 4101,65 qram, tiryək – 475,566 qram, metamfetamin – 819,097 qram və metadon həbləri – 990 tablet (39,6 qram)) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6406 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübutlar Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin qeydiyyata aparıldığı 01 ədəd kitabça və 02 ədəd dəftər, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4101,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 23,313 qram, 20,564 qram, 774,9 qram psixotrop maddə olan metamfetamin, 106,614 qram, 368,712 qram, narkotik vasitə olan tiryək, 980 tablet (39,6 qram) narkotik vasitə olan metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərclərinin cəmi 182 (bir yüz səksən iki) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin qeydiyyata aparıldığı 01 ədəd kitabça və 02 ədəd dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4101,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 23,313 qram, 20,564 qram, 774,9 qram psixotrop maddə olan metamfetamin, 106,614 qram, 368,712 qram, narkotik vasitə olan tiryək, 980 tablet (39,6 qram) narkotik vasitə olan metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 182 (bir yüz səksən iki) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar