Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1299/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X7 və X1 ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xarici görünüş və kimyəvi komponent tərkiblərinə görə eyni olan 03 (üç) ədəd bükümdə və 01 (bir) ədəd bağlamada, xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1023,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 (üç) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 13,224 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2025-ci il tarixdə, saat 21:35-də Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 50 ünvanın qarşısında saxlanılıb Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz və göy rəngli gödəkçəsinin ciblərindən xarici görünüş və kimyəvi komponent tərkiblərinə görə eyni olan 03 (üç) ədəd bükümdə və 01 (bir) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 14,029 qram, 13,749 qram, 15,386 qram və 980 qram olmaqla xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1023,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,346 qram, 4,633 qram və 4,245 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 13,224 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda təsvir olunan şəkildə göstərilən həmin hərəkətləri ilə qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2025-ci il tarixdə evdən çıxıb marketə getmək istəyən zaman arxadan “avtomobili vurduq” deyə səs eşitmişdir. Həmin vaxt üzərində heç nə olmamışdır. Arxaya qayıdıb nə baş verdiyini müəyyənləşdirməyə çalışan zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu avtomobilə əyləşdirib Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Orada ona bildirmişlər ki, narkotik vasitələri öz üzərinə götürməlidir və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacaq. O, günahsız olduğu halda onu qanunsuz olaraq saxlamışlar. Ona polis əməkdaşları həm fiziki, həm psixoloji təzyiqlər etdikləri üçün məcbur qalıb narkotik vasitələri öz üzərinə götürmüşdür. Polislər ona psixoloji təzyiq edərək narkotik vasitəni evindən çıxaracaqlarını bildirmişlər. Ona həmçinin fiziki təzyiqlər də göstərilmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitənin bütün növlərindən istifadə etmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Fiziki və psixoloji təzyiqlər nəticəsində məcbur qalıb ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 yanvar 2025-ci il il tarixli izahatında, 07 yanvar 2025-ci il il tarixdə şübhəli şəxs qismində və 08 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir, həmin maddələri tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə şəxsi istifadəsi üçün internet üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etmiş, bunun üçün ödəniş terminalı vasitəsilə adını bilmədiyi şəxsin hesabına 42 manat pul köçürmüşdür. Qeyd olunan tarixdə o, həmin maddələri ona bildirilmiş yerdən götürdükdən bir qədər sonra təxminən saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 50 ünvanının qarşısında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxslər yaxılaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. O da özünü polis əməkdaşlarına təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsinə şübhəli olduğu, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib onu Yasamal RPİ-nin inzibati binasına gətirmişlər. Xidməti otaqların birində ona hüquq və vəzifələrim izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasını xahiş etmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki boz və göy rənglərdən ibrarət gödəkçəsinin içəri sol cibində bir ədəd bükümdə heroin, sağ yan cibindən 3 ədəd bükümdə heroin, 3 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan şalvarın arxa sağ cibindən bir ədəd üzərində ***-***- **-** nömrə olan “Nokia” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Həmin əşyalara polis əməkdaşı tərəfindən baxış keçirilmiş və o, sorğu zamanı 4 ədəd bükümdə toz şəklində olan maddənin narkotik vasitə heroin, 3 ədəd kristal şəklində olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən internet vasitəsilə sifariş verdiyini, həmin şəxsin kart hesabına ödəniş terminalı vasitəsilə 42 manat pul göndərdiyini bildirmişdir. Pul kisəsinə baxış keçirilən zaman oradan tanışı Ruslan Səmədova məxsus bir ədəd "xxxx" ASC-nə aid plastik bank kartı, 40 manat pul, siyasi partiyaya üzvlük vəsiqəsi, bir ədəd metro və market kartları aşkar edilmişdir. Təqdim etdiyi narkotik vasitə və psixotrop maddə təhqiqatçı tərəfindən iki ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bank kartı və mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi ona izah olunaraq götürülmüş, digər əşyaları isə özünə qaytarılmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, bu barədə heç kimin məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin maddələrdən istifadə edə bilməmiş, həmin maddələrin satışı ilə məşğul olmamış, hər hansı bir şəxsə pay verməmişdir. Üzərindən aşkar edilmiş bank kartı tanışı Ruslan Səmədova məxsus olmuş, sonuncu 2024-cü ilin yay aylarında Almaniya Respublikasına gedərkən həmin kartı ona vermiş və vaxtaşırı həmin karta göndərəcəyi pulu nağdlaşdırıb anasına verməsini xahiş etmişdir. Lakin hazırkı vaxtadək Ruslan həmin karta pul göndərməmiş və şifrəsini də ona verməmişdir. O, narkotik vasitə və psixotrop maddə əldə etdiyi şəxsin adını bilmir, həmin şəxslə internet vasitəsilə tanış olmuş, həmin şəxsin kart hesabına ödəniş terminalı ilə 42 manat pul köçürmüş və həmin maddələri sonuncunun bildirdiyi yerdən gedib götürmüş, ödəniş qəbzini isə terminaldan çıxarmamışdır. Lakin həmin məlumatlar onun digər mobil telefonunda olduğundan və həmin telefonu polislər tərəfindən saxlanılmazdan əvvəl tulladığı üçün məlumatları istintaqa təqdim edə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı və polis şöbəsinin inzibati binasında olduğu zaman ona fiziki zor və ya psixoloji təsir göstərilməmişdir (iş vərəqə: cild İ, səh.36-37, 52-53, 62-64). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, elan edilmiş ifadələrini təsdiq etmir, həmin ifadələri təzyiq altında vermişdir. O, həmişə narkotik vasitələri həmin maddələri satan şəxsdən alırmış. Necə ki, siqarət alır, narkotik vasitəni də həmin qaydada alırmış. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 06 yanvar 2025-ci il tarixdə, axşam saat 21 radələrində Təqsirləndirilən şəxs X9 küçəsində yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə vəkilinin iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir neçə bükümdə narkotik maddə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddəni təqdim etmişdir. Daxil olmuş əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddələri İranlı şəxsdən aldığını bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir qanunsuz təsir və ya təzyiqlər göstərilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 06 yanvar 2025-ci il tarixdə, axşam saat 21 radələrində Şahid1, Yılmaz Həsənov və o, X9 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçının otağında vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir neçə bükümdə metamfetaminə və heroinə bənzər maddələr aşkar edilmiş və həmin maddələri sosial şəbəkədən tanıdığı şəxsdən aldığını bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin şəxsi axtarış keçirilərkən heç bir etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir qanunsuz təsir, təzyiq göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması hava şəraiti ilə əlaqədar mümkün olmamışdır, ona görə də polis idarəsində şəxsi axtarış keçirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 06 yanvar 2025-ci il tarixdə, axşam saat 21:35 radələrində Təqsirləndirilən şəxs X9 küçəsində yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və daşınmasında şübhəli olduğunu bildirmiş və onu idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir neçə bükümdə metamfetaminə və heroinə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş həmin narkotik vasitələri tanımadığı şəxsdən 40 manat məbləğində pul qarşılığında aldığını bildirmişdir. Şahid X3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiqlər edilməsinə dair göstərdiyi xüsusatlar tamamilə yalandır. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlər göstərilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisinin 06 yanvar 2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və dövriyyəsini həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.5). _06 yanvar 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış büküm, sağ yan cibindən isə 6 ədəd bükümü çıxarıb təqdim etmiş, yapışqan lentlə bağlanmış büküm açıldıqda içərisində heroinə bənzər maddə, 6 ədəd bükümlər açıldıqda 3 bükümdə heroinə bənzər, digər 3 bükümdə metamfetaminə bənzər maddə aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.33-35). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2025-ci il tarixli, 6/21 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əski olan “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,346 qram, 4,633 qram, 4,245 qram, ümumi təmiz çəkisi 13,224 qram ağ rəngli kristalşəkiili maddələr xarici görünüş və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. Tədqiqata təqdim edilmiş, üzərində üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əski olan “şübhəli şəxs (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,029 qram, 13,749 qram, 15,386 qram, ümumi təmiz çəkisi 43,164 qram qəhvəyi rəngli maddələr və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 980 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 4 ədəd bükümdə olan heroin ümumi təmiz çəkisi: 1023,164 qram (1 kq, 23,164 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.41-44). _08 yanvar 2025-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 1022,814 qram narkotik vasitə heroin, 13,074 qram psixotrop maddə metamfetmin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.82-83). _10 yanvar 2025-ci il tarixli “videoçəkilişə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videoyazı olan bir ədəd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki boz və göy rənglərdən ibrarət gödəkçəsinin içəri sol cibindən 01 ədəd bükümdə heroin, sağ yan cibindən 3 ədəd bükümdə heroin, 3 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmiş, bundan sonra əynində olan şalvarın arxa sağ cibindən bir ədəd üzərində ***-***-**-** nömrə olan “Nokia” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Həmin əşyalara baxış keçirilmiş və Təqsirləndirilən şəxs sorğu zamanı 04 ədəd bükümdə toz şəklində olan maddənin narkotik vasitə heroin, 03 ədəd kristal şəklində olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən internet vasitəsilə sifariş verdiyini, həmin şəxsin kart hesabına ödəniş terminalı vasitəsilə 42 manat pul göndərdiyini bildirmişdir. Bundan sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin hər hansı başqa bir əşya və ya maddə aşkar edilməmişdir. Pul kisəsinə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs tanışı Ruslan Səmədova məxsus bir ədəd "xxxx" ASC-yə aid plastik bank kartı, 40 manat pul, özünün siyasi partiyaya üzvlük vəsiqəsi, bir ədəd metro və market kartları aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin və pxisotrop maddə metamfetamin təhqiqatçı tərəfindən iki ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.99). _22 aprel 2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, bir ədəd cd diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, cd diskdə 08 ədəd excell formatında faylların vardır. İ fayl açıldıqda +**********54 mobil nömrənin lokasiyasına dair məlumatlar əks olunmuşdur. Həmin məlumatlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə, saat 21:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 50 ünvanında olmuşdur. İİ fayl açıldıqda +**********54 nömrəyə daxil olan və çıxan sms-lərin məzmunları qeyd olunmuşdur. Həmin məlumatlardan müəyyən edilir ki, X2 məxsus +**********52 mobil nömrənin istifadəçisi sms yazaraq özünü Kamal adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxs “Qaqaş, menem Kamal, çox vacib mənə indi 2q şey lazmdi ele bil 40m” məzmunlu sms yazmışdır. Vəfa Abbasovaya məxsus +**********50 mobil nömrənin istifadəçisi özünü Anar adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxs “Salam qardaşım, menem anardi kontrum yoxdu masanın nomresiynen zəng vururam”, “Babek yenə ne oldu göz dəydi qaqaş sene yenə cavab vermirsen görürsən axı mamamın nomresiynen yigiram”, Ay Babek bax qaqaşım mən yenə təkrar görürem ... Qaqa mən axı mamamın nomresiynen yigiram” məzmunlu smslər yazmışdır. İsa Babayevə məxsus + **********77 mobil nömrədən Təqsirləndirilən şəxs “Qaqaş Allah senun canvu sag elesun ama eyibdi senol gene qiz kimi inciyib atirsan bloka hec bilirdun men sene ne diyirdim sen bele hereket eledun? Neise hormetdi olasan .... o malada atravaya da, onlar geldi geder şeydi ay qaqaş bizim aramzda duz corey olub seniynen, mal yox neise gecen xeyre qalsun genede sen Babek mende ağayam.” məzmunlu sms yazmışdır. İİİ fayl açıldıqda +**********54 mobil nömrənin lokasiyasına dair məlumatlar əks olunmuşdur (iş vərəqə: cild İ, səh.121). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X11 Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 10 mart 2025-ci il tarixli, 778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ona istintad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqə: cild İ, səh.122-124). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1939 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (iş vərəqə: cild İ, səh. 125-126). _26 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən 01 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işi materiallarına əlavə olunmuşdur, bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə olunma mənbəyinin müəyyən edilməsindən ötrü ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.132-141, 143-144). _06 yanvar 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.24). _Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə: cild İ, səh.77-81). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Nuriyev X5 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir, sonra Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 2.3 və 5.2-ci bəndlərinə əsasən cəzadan azad edilmişdir (iş vərəqə: cild İ, səh.104-105). _Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var (cinayət işi materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onların əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və dövriyyəsini həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra, o, 06 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal rayon Polis İdarəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən ittihamda göstərilən narkotik və psixotrop maddələr aşkar edilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini mübahisələndirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik və psixotrop maddə olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğuna, ibtidai istintaq zamanı etirafedici ifadələrini polis əməkdaşlarının fiziki və psixoloji təzyiqləri nəticəsində verdiyinə dair göstərdiklərini məhkəmə cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırıb tədqiq edərkən müəyyən olunmuşdur ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Əvvəla qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində 06 yanvar 2025-ci il tarixdə şəxsi axtarış keçirilərkən, sonra həmin tarixdə verdiyi izahatında, həmçinin 07 yanvar 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 08 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən o, həqiqətən də üzərindən ittihamda göstərilən narkotik və psixotrop maddələrin aşkar edildiyini etiraf etmiş, həmin maddələri internet vasitəsilə tanış olduğu şəxsin kart hesabına ödəniş terminalı ilə 42 manat pul köçürməklə həmin maddələri sonuncunun bildirdiyi yerdən götürdüyünü bildirmişdir və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və psixi təzyiq və ya təsir olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində qeyd etdiyi həmin “qanunsuz hərəkətlər” barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqlər göstərilməsi nəticəsində etirafedici ifadələr verməsini göstərsə də, ibtidai araşdırmanın bütün müddəti ərzində bu cür hallar barədə bildirməməsi, hətta ibtidai araşdırmanın yekununda cinayət işinin materialları ilə tanış olarkən də bu barədə ümumiyyətlə göstərməməsi onun həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etməkə, onun həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda göstərilmiş sübutları və faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ona qarşı göstərilən fiziki və psixoloji təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürsə də, bu dəlillər əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3 cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrinin fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahat və ifadələrinin sonunda ona qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlərin göstərilməsinə dair bildirdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabça məhkəmə istintaqı zamanı tədqiq edilərkən onda hər hansı xəsarətlərin olması müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin X6 daxil olunarkən bədənində xəsarətlərin olubolmamasının müəyyən edilməsi ilə əlaqədar Yasamal rayon Polis İdarəsindən də məhkəməyə göndərilmiş 13 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X6 qəbul edilərkən bədəni üzərində hər hansı xəsarətlər müəyyən edilməmişdir, həmçinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın müvafiq səhifələrinin surətindən görünür ki, Nuriyev X4 Saxlama Yerinə qəbul olunarkən onda hər hansı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması məhkəmə araşdırması nəticəsində hər hansı faktla öz təsdiqini tapmadığından, ilkin ibtidai araşdırma zamanı şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti keçirilərkən aşkar edilmiş həmin narkotik və psixotrop maddələrin ona məxsus olmasını etiraf etməsinə dair ifadələr verərkən hər hansı qanunsuz təzyiqlərə məruz qalmasının təsdiq olunmaması, onun məhkəmədə ifadəsində göstərdiyi həmin inkaredici hallar “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, digər istintaq hərəkəti protokolları və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 800 qram, metamfetamin psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi çəkisi 1023,164 qram narkotik vasitə heroinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitələrin xüsusilə külli miqdar həddindən artıq miqdarda olmuş, ümumi çəkisi 13,224 qram psixotrop maddə metamfetaminçəkisi isə külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrdən heroinin xüsusilə külli miqdar həddindən, metamfetaminin isə külli miqdar həddindən artıq miqdarda olmasını, həmin maddələrin müxtəlif növlərdə olmasını və ayrı-ayrı bükümlərdə qablaşdırılması kimi işin faktiki hallarını nəzərə alır. Göstərilən həmin xüsusatlar təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Məhkəmə təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşıması nəticəsinə gələrkən işin qeyd edilən faktiki halları ilə yanaşı, həmçinin onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin mötəbər sübut kimi qəbul olunmasının, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gəlinməsinin məhkəmədə yalnız obyektiv və mötəbər sübutların araşdırılıb tədqiqinə və həmin sübutlara əsaslanan işin faktiki hallarına uyğun gələn nəticəyə əsaslandığını birmənalı şəkildə təsdiq etmişdir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 06 yanvar 2025-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1939 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1022,814 qram narkotik vasitə heroin və 13,074 qram psixotrop maddə metamfetmin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulduğu 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1022,814 qram narkotik vasitə heroin və 13,074 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1299/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1299/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver