Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-130/2020 16.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x52 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyev, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs26, eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, x28, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxslərin nümayəndələri: Zərərçəkmiş şəxs22 nümayəndəsi Nümayəndə3, Zərərçəkmiş şəxs13, eyni zamanda mülki iddiaçıların Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, x28, Zərərçəkmiş şəxs20 nümayəndəsi Nümayəndə1, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili x77yey iştirakları ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxxxxx 1941-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, «xxxxxxx» MTK-nın sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu, ünvan 1 mənzil 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, 25 iyul 2019-cu il tarixdə «ağciyər ödemi» xəstəliyindən vəfat etmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü; - Təqsirləndirilən şəxs2 (xx xxxxxx 1985-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 203, mənzil 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313, 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, 24 may 2005-ci il tarixdə «xxxxx» x16 nəzdində yaradılmış «xxxxxxxx» Mənzil- Tikinti Kooperativi üzvlərinin həmin tarixli ümumi iclasında Kooperativin sədri seçilməklə kooperativin 27.05.2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 4A (hazırkı S.Məmmədova küçəsi 203E) ünvanında «xxxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 15 nömrəli mənzili 15.07.2005-ci il tarixdə həmin binada yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs17 33.000 ABŞ dolları məbləğində pula satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirmək məqsədilə 2011-ci ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs20 qeyd edilən 15 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi Zərərçəkmiş şəxs20 adına rəsmiləşdirilmiş 16.12.2011-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 60.000 manat məbləğində pul vəsaitini alıb öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs20 əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs17 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində 12 iyul 2000-ci il tarixdə qeydiyyata alınmış «xxxxxxx» MTK üzvlərinin 30.11.2012-ci il tarixli ümumi iclasında Kooperativin sədri seçilməklə kooperativin 23.06.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 7 nömrəli mənzili 09.09.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs10 54.225 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirmək məqsədilə 2013-cü ilin noyabr ayının əvvəllərində ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs8 qeyd edilən 7 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş 16.11.2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 45.000 manat məbləğində pul vəsaitini alıb öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs8 əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs10 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 20 nömrəli mənzili 01.03.2013-cü il tarixdə Binəqədi rayonu, 6cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs21 40.000 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin dekabr ayında ona mənzil almaq üçün müraciət etmiş x53 həmin 20 nömrəli mənzilin əvvəlcədən heç kimə satılmamasını yalandan bildirib, onu aldadaraq 22.12.2014-cü il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilmiş və tarixi 22.12.2014-cü il kimi qeyd edilmiş saxta müqavilə əsasında 20 nömrəli mənzilin 95.370 manata sonuncuya satılmasını sənədləşdirərək həmin məbləğdə pulu xidməti ofisində Zərərçəkmiş şəxs24 alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzilin ona saxta müqavilə əsasında satılmasından xəbərsiz olan Zərərçəkmiş şəxs24 2018-ci ilin noyabr ayında həmin mənzili Zərərçəkmiş şəxs9 satmaq istəməsinə dair özünə müraciəti ilə əlaqədar 22.11.2018-ci il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, sonuncunun adına rəsmiləşdirilmiş eyni tarixli saxta müqavilə əsasında 20 nömrəli mənzilin sonuncuya satılmasını sənədləşdirərək Zərərçəkmiş şəxs9 məxsus 95.370 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs21 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 8 nömrəli mənzili 05.10.2010-cu il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və 08.02.2013-cü il tarixli maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs10 61.710 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin mart ayında ona mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs8 həmin 8 nömrəli mənzilin əvvəlcədən heç kimə satılmamasını yalandan bildirib, onu aldadaraq mənzili ona satmasına dair 19.03.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı tərtib etməklə həmin tarixdə xidməti ofisində Zərərçəkmiş şəxs8 95.000 manat pul vəsaitini mənzilə görə ödəniş qismində alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs8 95.000 manat pulunu ona külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, bundan sonra, törətdiyi cinayət əməlini gizlətmək məqsədilə 2018-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs10 həmin 8 nömrəli mənzilin əvvəlcədən başqa şəxsə satılmasını yalandan bildirib, həmin mənzilin əvəzi olaraq ona əvvəlcədən heç kimə satılmamasını bildirdiyi, faktiki olaraq isə 01.03.2013-cü il tarixdə Zərərçəkmiş şəxs21 40.000 manata satdığı 20 nömrəli mənzili onun adına sənədləşdirəcəyini bildirərək 11.05.2018-ci il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs10 adına rəsmiləşdirilmiş və tarixi 11.05.2018-ci il kimi qeyd edilmiş saxta müqavilə əsasında 20 nömrəli mənzilin sonuncuya satılmasını sənədləşdirərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs10 əmlakına normal sahiblik etmək və onlardan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində 13.12.2004-cü il tarixdə qeydiyyata alınmış «xxxxxxxxxx» Mənzil-Tikinti Kooperativinin sədri x63 ilə aralarında bağlanmış 22.06.2016-cı il tarixli anlaşma müqaviləsinə əsasən həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən, x44 xüsusi mülkiyyətində olan 0,39997 ha torpaq sahəsinin 0,16 ha hissəsində Abşeron rayonu Xırdalan Bələdiyyə Başçısının torpaq sahəsinin ayrılması haqqında 24.01.2005-ci il tarixli 07 nömrəli sərəncamı, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.12.2005-ci il tarixli 383 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.07.2005-ci il tarixli 5921 nömrəli rəyi əsasında inşası nəzərdə tutulan iki girişli, on beş mərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsini üzərinə götürməklə və Kooperativin sədri Abbas Zeynalovun 22 iyun 2016-cı il tarixli 1 nömrəli əmri ilə həmin Kooperativin direktoru vəzifəsinə təyin edilərək vəzifəli şəxs qismində təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətilə 2016-cı ilin sentyabr ayından həmin 0,16 ha torpaq sahəsində qazıntı işlərini həyata keçirməklə mənzil tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyəti olmadan 2017-ci ilin mart ayında mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs6 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracağına dair yalan vəd verib inandıraraq, sonuncunun adına ünvan 3 ünvanında yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi iki otaqlı, sahəsi 94,2 m2 təşkil edən, 21 saylı mənzilə dair rəsmiləşdirilmiş 18.11.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə qeyd edilən ofisdə 50.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs6 alıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, «xxxxxxx» MTK-nın sədri kimi qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 4 nömrəli mənzili 18.03.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs25 40.000 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən x14 qeyd edilən 4 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş 16.12.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 78.850 manat məbləğində pul vəsaitini alıb öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs25 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində 13.12.2004-cü il tarixdə qeydiyyata alınmış «xxxxxxxxxx» MTK-nın sədri x63 ilə aralarında bağlanmış 22.06.2016-cı il tarixli anlaşma müqaviləsinə əsasən həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən, x44 xüsusi mülkiyyətində olan 0,39997 ha torpaq sahəsinin 0,16 ha hissəsində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.12.2005-ci il tarixli 383 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.07.2005-ci il tarixli 5921 nömrəli rəyi əsasında inşası nəzərdə tutulan iki girişli, on beş mərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsini üzərinə götürməklə və kooperativin sədri Abbas Zeynalovun 22.06.2016-cı il tarixli 1 nömrəli əmri ilə həmin kooperativin direktoru vəzifəsinə təyin edilərək vəzifəli şəxs qismində təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə 2016-cı ilin sentyabr ayından etibarən həmin 0,16 ha torpaq sahəsində bunun üçün lazımi həcmdə maliyyə vəsaitinə malik olmadan qazıntı işləri həyata keçirməklə binanın tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyətləri olmadan 2017-ci ilin fevral ayında mənzil almaq üçün onlara müraciət edən Zərərçəkmiş şəxs5 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracaqlarına dair yalan vəd verib inandıraraq sonuncunun arvadı Gülçöhrə Qənizadə qızı Kazımovaya bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzili sata biləcəyini vəd edərək, 2017-ci ilin fevral ayının sonlarında özünün tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanında yerləşən binanın həyətində sonuncudan şəxsən həmin mənzilin dəyəri qismində 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.737,5 manat, 12.03.2017-ci il tarixdə isə Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, 203E ünvanında 25.100 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edib, inandırmaq üçün Gülçöhrə Kazımovanın adına Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisdə tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzilə dair 12.03.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışını Zərərçəkmiş şəxs5 təqdim edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi cəmi 33.837,5 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 38 nömrəli mənzili 22.05.2013-cü il tarixdə Binəqədi rayonu, 6cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs22 57.375 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin noyabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs2 qeyd edilən 38 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş 08.11.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 57.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs2 əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs22 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 42 saylı mənzili 14.02.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs26 64.550 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs3 qeyd edilən 42 saylı mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş 18.12.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 68.850 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs3 əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs26 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 45 nömrəli mənzili 26.10.2014-cü il tarixdə Binəqədi rayonu, 6cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs14 36.295 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında ona mənzil almaq üçün müraciət edən x17 qeyd edilən 45 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Samirə Hüseynovanın adına rəsmiləşdirilmiş 01.02.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya 35.000 manata satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 28.500 manat, 27 mart 2018-ci il tarixdə isə həmin ofisdə 1.000 manat, cəmi 29.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Samirə Hüseynovanın əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs14 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Samirə Hüseynova aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə sonuncuya məxsus 35.000 manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən 56 nömrəli mənzili 19.02.2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs15 84.150 manata satmasına və həmin mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında onlara mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs11 qeyd edilən mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini vəd edərək, 16.02.2018-ci il tarixdə həmin ünvanda yerləşən cəmiyyətin ofisində vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa mənzilin Zərərçəkmiş şəxs11 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan eyni tarixli müqavilə və maliyyə arayışını tərtib edib sonuncuya verməklə, Zərərçəkmiş şəxs11 həmin sahənin ona satılması adı ilə 82.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 82.000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs15 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 44 nömrəli mənzili 15.07.2014-cü il tarixdə Binəqədi rayonu, 6cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında x45-zadəyə 95.000 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs4 qeyd edilən 44 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmiş 06.04.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya 92.000 manata satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 92.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə sonuncuya məxsus 92.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs19 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, 24 may 2005-ci il tarixdə «xxxxx» MMC-nin nəzdində yaradılmış «xxxxxxxx» MTK-nın üzvlərinin həmin tarixli ümumi iclasında kooperativin sədri seçilməklə kooperativin 27.05.2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 4A (hazırkı S.Məmmədova küçəsi 203E) ünvanında «xxxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzili 25.02.2006-cı il tarixdə həmin binada yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında x64 46.410 ABŞ dolları məbləğində pula satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs12 qeyd edilən 92 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, ünvan 3 ünvanında yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş 13.04.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 66.640 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 66.640 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, törətdiyi cinayət əməli Zərərçəkmiş şəxs12 tərəfindən aşkar olunduğu zaman isə həmin binada yerləşən 14 nömrəli mənzili 23.02.2016-cı il tarixdə x22 95.000 manata eyni tarixli müqavilə və maliyyə arayışı əsasında satmasına baxmayaraq, 13.04.2018-ci il tarixdə xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş həmin tarixli saxta müqavilə və maliyyə arayışı əsasında 14 nömrəli mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində əlavə olaraq 30.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus vahid niyyətlə cəmi 96.640 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Musa Sarıyev və Fənarə Ələkbərovanın öz əmlaklarına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 2 nömrəli mənzili 11.03.2013-cü il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs23 49.725 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs13 qeyd edilən 2 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs13 həyat yoldaşı x31 adına rəsmiləşdirilmiş 10.05.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin Zərərçəkmiş şəxs13 satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 68.500 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə sonuncuya məxsus 68.500 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs23 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Kooperativ tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən, sahəsi 56,48 m2 qeyri-yaşayış sahəsinin 31.03.2017-ci il tarixli müqavilə əsasında Gülçöhrə Qənizadə qızı Kazımovanın adına rəsmiləşdirib 63.000 manata satmasına və həmin sahənin dəyərinin sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs5 tərəfindən tam ödənilməsinə baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin oktyabr ayında ona qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs1 qeyd edilən 56,48 m2 qeyri-yaşayış sahəsinin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata vəd edərək 28 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən cəmiyyətin ofisində eyni tarixli müqavilə və maliyyə arayışı tərtib etməklə Zərərçəkmiş şəxs1 həmin sahənin ona satılması adı ilə 68.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus 68.500 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs5 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, o qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin və vəzifəli şəxs tərəfindən tamah niyyətilə rəsmi sənədlərin məzmununa vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilərək təkrarən vəzifə saxtakarlığı cinayətinin törədilməsində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində onun özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində 13.12.2004-cü il tarixdə qeydiyyata alınmış «xxxxxxxxxx» Mənzil-Tikinti Kooperativinin sədri x63 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 22.06.2016-cı il tarixli anlaşma müqaviləsinə əsasən, həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən, x44 xüsusi mülkiyyətində olan 0,39997 ha torpaq sahəsinin 0,16 ha hissəsində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.12.2005-ci il tarixli 383 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.07.2005-ci il tarixli 5921 nömrəli rəyi əsasında inşası nəzərdə tutulan iki girişli, on beş mərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsini üzərinə götürmüş və Kooperativin sədri Abbas Zeynalovun 22.06.2016-cı il tarixli 1 nömrəli əmri ilə həmin kooperativin direktoru vəzifəsinə təyin edilmiş qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə 2016-cı ilin sentyabr ayından etibarən həmin 0,16 ha torpaq sahəsində bunun üçün lazımi həcmdə maliyyə vəsaitinə malik olmadan qazıntı işləri həyata keçirməklə binanın tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyətləri olmadan 2017-ci ilin fevral ayında mənzil almaq üçün onlara müraciət edən Zərərçəkmiş şəxs5 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracaqlarına dair yalan vəd verib inandıraraq sonuncunun arvadı Gülçöhrə Qənizadə qızı Kazımovaya bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzili sata biləcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə vəd edərək, 2017-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 tapşırığı əsasında Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanında yerləşən binanın həyətində sonuncudan şəxsən həmin mənzilin dəyəri qismində 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.737,5 manat, 12.03.2017-ci il tarixdə isə ünvan 3 ünvanında Təqsirləndirilən şəxs1 ilə birlikdə 25.100 manat məbləğində pul vəsaitini alıb öz aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, inandırmaq üçün Gülçöhrə Kazımovanın adına Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi, yəni Xırdalan şəhərində mənzil almaq niyyətində olan müştərinin tapılması, həmin müştəri ilə danışıqlar apararaq mənzil alması niyyətinin qətiləşdirilməsi, şəxsiyyətini təsdiq edən sənədin adına müqavilə tərtib olunması üçün təqdim olunmasında ifadə olunan yardımla vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1 tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzilə dair 12.03.2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışını Zərərçəkmiş şəxs5 təqdim edərək, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 cəmi 33.837,5 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs17 cavabdehlər «xxxxxxxx» MTK-nə və Zərərçəkmiş şəxs20 qarşı «mənzilin (mənzil üzrə payın) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma (köçürülmə), mənzilin qaytarılması, mənzilə sahiblik və mənzildən istifadə etmək hüququnun təmin edilməsi, mənzil-tikinti kooperativinin üzvlüyünə qəbul edilməsi haqqında» qərarın ləğv edilməsi barədə Zərərçəkmiş şəxs17 iddiasının təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli 2(103)- 6091/2016 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı «xxxxxxxx» MTK tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasının nəticəsinə dair qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8359/2017 nömrəli qərarının ləğv edilməsində köməklik göstərməsinə dair həmin kooperativin təsisçisi və faktiki sədri Təqsirləndirilən şəxs1 2017-ci ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar, sonuncuya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi ilə yaxın münasibətdə olduğunu, həmin münasibətindən istifadə edərək Ali Məhkəmənin Mülki Kollegiyasının qeyd edilən qərarının Konstitusiya Məhkəməsində baxılaraq, qərarın ləğv etdirilməsi imkanına malik olduğunu yalandan bildirib, bunun üçün həmin məhkəmənin vəzifəli şəxs olan hakiminə xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 xeyrinə hər hansı hərəkətin edilməsi, yəni Ali Məhkəmənin Mülki Kollegiyasının qeyd edilən qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğuna konstitusiya məhkəmə icraatı qaydasında baxılıb ləğv edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa yolla, özü vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul verilməsinin zəruriliyini bildirib, həmin adla 17 dekabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 həmin kooperativin ünvan 7 ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, bir müddət sonra həmin məsələni artıq danışdığını və işin onun xeyrinə müsbət həll olunacağını Təqsirləndirilən şəxs1 yalandan bildirib, görüntü yaratmaqla inandırmaq üçün sonuncunun Ali Məhkəmənin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Konstitusiya Məhkəməsinə 27 aprel 2018-ci il tarixdə şikayətlə müraciət etməsinə nail olub, Konstitusiya Məhkəməsi Palatasının 13 iyul 2018-ci il tarixli qərardadı ilə «xxxxxxxx» MTK-nın şikayətinin həmin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmaqla, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Təqsirləndirilən şəxs1 məxsus 30.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 xeyrinə edəcəyi hərəkətin müqabilində onun özü üçün birbaşa yolla, özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, Azərbaycan Respublikası Vergilər Nazirliyində 12.07.2000-ci il tarixdə qeydiyyata alınmış «xxxxxxx» MTK-nın üzvlərinin 30.11.2012-ci il tarixli ümumi iclasında kooperativin sədri seçilmiş və kooperativin 23.06.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək həmin kooperativ tərəfindən ünvan 10 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən 56 nömrəli mənzilin 19.02.2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs15 84.150 manata satılmasına və həmin mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs11 qeyd edilən mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə vəd edərək, 16.02.2018-ci il tarixdə həmin ünvanda yerləşən cəmiyyətin ofisində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi, yəni mənzil almaq niyyətində olan müştərinin tapılması, həmin müştəri ilə danışıqlar apararaq mənzil alması niyyətinin qətiləşdirilməsi, şəxsiyyətini təsdiq edən sənədin adına müqavilə tərtib olunması üçün təqdim olunmasında ifadə olunan yardımla vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1 tamah niyyətilə məzmununa mənzilin Zərərçəkmiş şəxs11 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan eyni tarixli müqavilə və maliyyə arayışı tərtib edib sonuncuya verməklə, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin sahənin ona satılması adı ilə 82.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 82.000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığı cinayətinin törədilməsində köməkçi qismində təkrarən iştirak etmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs15 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs1 tərəfindən ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, təkrarən, «xxxxxxx» MTK-nın üzvlərinin 30.11.2012-ci il tarixli ümumi iclasında kooperativin sədri seçilmiş və kooperativin 23.06.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, özünün təşkilati strukturunu müəyyən etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək, bina tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsi almaq, kooperativ tərəfindən tikilmiş binada mənzillə təmin olunmaya rəhbərliyi həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək həmin Kooperativ tərəfindən ünvan 10 məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən və sahəsi 56,48 m2 qeyri-yaşayış sahəsinin 31.03.2017-ci il tarixli müqavilə əsasında Gülçöhrə Qənizadə qızı Kazımovanın adına rəsmiləşdirib 63.000 manata satmasına və həmin sahənin dəyərinin sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs5 tərəfindən tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin oktyabr ayında onlara qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs1 qeyd edilən 56,48 m2 qeyriyaşayış sahəsinin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə vəd edərək, 28 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon S.Məmmədova küçəsi 203E ünvanında yerləşən cəmiyyətin ofisində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi, yəni mənzil almaq niyyətində olan müştərinin tapılması, həmin müştəri ilə danışıqlar apararaq mənzil alması niyyətinin qətiləşdirilməsi, şəxsiyyətini təsdiq edən sənədin adına müqavilə tərtib olunması üçün təqdim olunmasında ifadə olunan yardımla vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1 tamah niyyətilə məzmununa mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi rəsmi sənəd olan eyni tarixli müqavilə və maliyyə arayışı tərtib edib sonuncuya verməklə, sonuncudan Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin sahənin ona satılması adı ilə 68.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 68.500 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığı cinayətinin törədilməsində köməkçi qismində təkrarən iştirak etmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs5 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs1 tərəfindən ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 1959-cu ildən 2011-ci ilədək əvvəl «Bakı Su Kəməri İstehsalat İdarəsi», sonradan «x71 Cəmiyyəti» adlandırılmış, hazırda «xxxxxx» ASC adlanan təşkilatda müxtəlif, o cümlədən texniki şöbənin rəisi, abonent şöbəsinin rəisi, texniki-təhlükəsizlik işləri üzrə şöbənin rəisi, 1991-ci ildən etibarən eyni zamanda «Bakı Su Kəməri İstehsalat İdarəsi»nin nəzdində yaradılmış «xxxxxxx» Mənzil-Tikinti Kooperativinin sədri vəzifələrində işləmişdir. 2000-ci ildə kooperativ təsisçi payı «x71 Cəmiyyəti»nə 100% məxsus olmaqla yenidən təşkil edilmiş və Bakı şəhəri Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Kooperativin dövlət qeydiyyat nömrəsi (VÖEN-i) **********-dir. Sonuncu dəfə 30 noyabr 2012-ci il tarixdə kooperativdə təşkilati məsələlərlə bağlı keçirilmiş ümumi iclasın protokolu ilə yenidən sədr təyin edilmiş və hazırkı vaxtadək həmin vəzifədə işləyir. MTK-nın hüquqi ünvanı ünvan 10-ci məhəllədir. Kooperativin həmin ünvanda yerləşən və dövlət aktı olan 0,51 ha sahəsi vardır. Qeyd olunan torpaq sahəsində MTK tərəfindən əvvəllər bir neçə çoxmərtəbəli yaşayış binası inşa edilmiş, qalan 0,308 ha torpaq sahəsində 2013-cü ildən on altı mərtəbəli, bir bloklu, altmış dörd mənzilli binanın inşasına başlanılmış və hal-hazırda tikintisi başa çatmaq üzrədir. MTK-nin hüquqi sənədlərdə formal olaraq «x71 Cəmiyyəti» nin nəzdində olması kimi göstərilsə də, faktiki kooperativdə 100% payçılıq özünə məxsusdur. MTK-nın ofisi ünvan 3 ünvanında yerləşir, iki otaqlı olmaqla, əsasən bir otaqdan istifadə edilir. Şahid1 01 mart 2014-cü il tarixdən 01 may 2018-ci il tarixədək MTK-nın rəsmi mühasibi olmuş, son tarixdən sonra isə MTK-da qeyri-rəsmi qaydada onun işlərinə köməklik etmişdir. MTK-nın xəzinədarı nəvəsi Ağa Hüseynovdur. Təqsirləndirilən şəxs2 MTK-da 2013-cü ildən 2014-cü ilin dekabr ayınadək rəsmi qaydada tikinti üzrə direktor vəzifəsində çalışmış, həmin tarixdə Təqsirləndirilən şəxs2 yol verdiyi pozuntulara görə tutduğu vəzifəsindən azad etmişdir. Təqsirləndirilən şəxs2 nəvəsi x4 əridir. 2016-cı ilin mart ayında Təqsirləndirilən şəxs2 MTK-da işə bərpa olunması üçün ona müraciət etmiş, onun gələcəkdə nəvəsi ilə barışacağına ümid edib onu yenidən işə bərpa etmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs2 MTK-da qeyri-rəsmi qaydada fəaliyyətə başlamış, bütün xidməti işlərinin arxasınca getmiş və şəxsən məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 onun bütün alqı-satqı işlərini yaxşı bilir, dəfələrlə mənzillərə görə müştəri gətirmiş və satılan həmin mənzillərin pulundan Samirə də vermişdir. «xxxxxxx» MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3202-ci məhəllədə inşa edilən binadan ilk mənzillərin satışına 2013-cü ilin iyul ayından başlanılmış 2017-ci ilədək artıq binada heç bir mənzil qalmamışdır. Tikinti işlərini başa çatdıra bilmədiyi üçün və pul vəsaiti tələb olunduğuna görə məcbur qalıb əvvəlcədən satdığı bir neçə mənzili 2017-2018-ci illər ərzində ayrı-ayrı şəxslərə sataraq pullarını tikinti işlərinə sərf etmişdir. Belə ki, sözügedən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 7 nömrəli mənzili 09.09.2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs10 54.225 manata satmasına baxmayaraq, 2013-cü ilin noyabr ayının əvvəllərində ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs8 qeyd edilən 7 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş 16 noyabr 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 45.000 manat məbləğində pul vəsaitini almış və şəxsi işlərinə sərf etmişdir. Bundan başqa, həmin binadakı 8 nömrəli mənzili 05.10.2010-cu il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və 08.02.2013-cü il tarixli maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs10 61.710 manata satmasına baxmayaraq 2016-cı ilin mart ayında ona mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs8 həmin mənzili satmasına dair 19.03.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı tərtib etməklə həmin tarixdə xidməti ofisində Zərərçəkmiş şəxs8 95.000 manat pul vəsaitini mənzilə görə ödəniş qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, bundan sonra, törətdiyi cinayət əməlini gizlətmək məqsədilə 2018-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs10 həmin mənzilin əvvəlcədən başqa şəxsə satılmasını yalandan bildirib həmin mənzilin əvəzi olaraq, 01.03.2013-cü il tarixdə 20 nömrəli mənzili xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs21 40.000 manata satmasına baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kimə satılmamasını x53 yalandan bildirməklə onu aldadaraq 22.12.2014-cü il tarixdə xidməti ofisində məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilmiş və tarixi 22.12.2014-cü il kimi qeyd edilmiş saxta müqavilə əsasında mənzilin 95.370 manata sonuncuya satılmasını sənədləşdirərək həmin məbləğdə pulu xidməti ofisində Zərərçəkmiş şəxs24 alıb şəxsi ehtiyaclarıma sərf etmişdir. Daha sonra həmin 20 nömrəli mənzilin əvvəlcədən heç kimə satılmamasını Zərərçəkmiş şəxs10 yalandan bildirməklə onu aldadaraq 11.05.2018-ci il tarixdə xidməti ofisində məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs10 adına rəsmiləşdirilmiş və tarixi 11.05.2018-ci il kimi qeyd edilmiş saxta müqavilə əsasında həmin mənzilin sonuncuya satılmasını sənədləşdirmiş, 22.11.2018-ci il tarixdə həmin mənzili qanunsuz sahibliyində olmasından xəbərsiz olaraq Zərərçəkmiş şəxs24 razılığı əsasında Zərərçəkmiş şəxs9 satılmasını sənədləşdirmişdir. Bundan başqa, həmin binadakı 4 nömrəli mənzili 18.06.2010-cu il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs25 40.000 manata satmasına baxmayaraq, 2016-cı ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs7 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş 16.12.2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 78.850 manat məbləğində pul vəsaitini almışdır. Bundan başqa, «xxxxxxxxxx» Mənzil-Tikinti Kooperativinin sədri x63 ilə arasında bağlanmış 22.06.2016-cı il tarixli anlaşma müqaviləsinə əsasən həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən, x44 xüsusi mülkiyyətində olan 0,39997 ha torpaq sahəsinin 0,16 ha hissəsində inşası nəzərdə tutulan iki girişli, on beş mərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsini üzərinə götürməklə və kooperativin sədri Abbas Zeynalovun 22.06.2016-cı il tarixli 1 nömrəli əmri ilə həmin kooperativin direktoru vəzifəsinə təyin edilərək 2016-cı ilin sentyabr ayından etibarən həmin 0,16 ha torpaq sahəsində qazıntı işləri aparmaqla mənzil tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyəti olmadan 2017-ci ilin mart ayında mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracağına dair yalan vəd verib inandıraraq sonuncunun arvadı Gülçöhrə Qənizadə qızı Kazımovanın adına xidməti ofisində öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi bir otaqlı, 45,2 m2 sahəsi olan 126 saylı mənzilə dair rəsmiləşdirilmiş 12.03.2017-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında sonuncuya satıb, həmin adla qeyd edilən ofisdə 33.900 manat məbləğində pulu Zərərçəkmiş şəxs5 qəbul etmişdir. Bundan başqa, «xxxxxxxxxx» MTK-ya aid olan və müqavilə əsasında tikintisini üzərinə götürdüyü iki girişli, on beş mərtəbəli yaşayış binası ilə bağlı 2016-cı ilin sentyabr ayından həmin 0,16 ha torpaq sahəsində qazıntı işləri aparmaqla mənzil tikintisinin aparılması görüntüsünü yaradıb belə niyyəti olmadan 2017-ci ilin mart ayında mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs6 həmin ərazidə yaşayış binasının inşasını tezliklə başa çatdıracağına dair yalan vəd verib inandıraraq, sonuncunun adına xidməti ofisində iki otaqlı, sahəsi 94,20 m2 təşkil edən 21 saylı mənzilə dair rəsmiləşdirilmiş 18.11.2016-cı il tarixli müqavilə və maliyyə arayışı əsasında sonuncuya satıb, həmin adla qeyd edilən ofisdə 50.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs6 qəbul etmişdir. Bundan başqa, «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli, on altı mərtəbəli yaşayış binasındakı 38 nömrəli mənzili 22.05.2013-cü il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs22 57.375 manata satmasına baxmayaraq, 2017-ci ilin noyabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs2 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş 08.11.2017-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 57.500 manat məbləğində pul vəsaitini almışdır. Bundan başqa, «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli, on altı mərtəbəli yaşayış binasındakı 42 saylı mənzili 14.02.2013-cü il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs26 64.550 manata satmasına baxmayaraq, 2017-ci ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs3 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş 18.12.2017-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 68.850 manat məbləğində pul vəsaitini almışdır. Bundan başqa, «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli, on altı mərtəbəli yaşayış binasındakı 45 nömrəli mənzili 26.10.2014-cü il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs14 36.295 manata satmasına baxmayaraq, 2018-ci ilin fevral ayında ona mənzil almaq üçün müraciət edən x17 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində Samirə Hüseynovanın adına rəsmiləşdirilmiş 01.02.2018-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya 35.000 manata satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 28.500 manat, 27.03.2018-ci il tarixdə isə həmin ofisdə 1.000 manat, cəmi 29.500 manat məbləğində pul vəsaitini almışdır. Bundan başqa, «xxxxxxx» MTK-nın 2013-cü ildən 2014-cü ilin dekabr ayınadək olan dövrdə rəsmi qaydada, 2016-cı ildən 2018-ci ilin sonlarınadək qeyri-rəsmi qaydada tikinti işləri üzrə direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən 56 nömrəli mənzilin 19.02.2013-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs15 84.150 manata satmalarına və həmin mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2lə birlikdə 2018-ci ilin fevral ayında onlara mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs11 qeyd edilən mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəyini Təqsirləndirilən şəxs2lə birlikdə vəd edərək, 16.02.2018-ci il tarixdə həmin ünvanda yerləşən cəmiyyətin ofisində həmin tarixli müqavilə və maliyyə arayışı tərtib etməklə, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2lə birlikdə həmin sahənin ona satılması adı ilə 82.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmişlər. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 4A (hazırki S.Məmmədova küçəsi 203E) ünvanında rəhbərlik etdiyi «xxxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli, on altı mərtəbəli yaşayış binasındakı 92 nömrəli mənzili 25.02.2006-cı il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında x64 46.410 ABŞ dolları məbləğində pula satmasına baxmayaraq, özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında ona mənzil almaq üçün müraciət edən x34 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, xidməti ofisində məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş 13.04.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 66.640 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməli aşkara çıxdığı üçün həmin binada yerləşən 14 nömrəli mənzili 23.02.2016-cı il tarixdə x22 95.000 manata həmin tarixli müqavilə və maliyyə arayışı əsasında satmasına baxmayaraq 13.04.2018-ci il tarixdə xidməti ofisində məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş həmin tarixli saxta müqavilə və maliyyə arayışı əsasında həmin mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində əlavə olaraq 30.000 manat məbləğində, cəmi Zərərçəkmiş şəxs12 96.640 manat pul vəsaitini almışdır. Bundan başqa, «xxxxxxx» MTK tərəfindən inşa edilən bir girişli, on altı mərtəbəli yaşayış binasındakı 2 nömrəli mənzili 11.03.2013-cü il tarixdə xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında x35 49.725 manata satmasına baxmayaraq, özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında ona mənzil almaq üçün müraciət edən x36 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Pərvanə Əliyevanın adına rəsmiləşdirilmiş 10.05.2018-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 68.500 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, «xxxxxxx» MTK-nın 2013-cü ildən 2014-cü ilin dekabr ayınadək olan dövrdə rəsmi qaydada, 2016-cı ildən 2018-ci ilin sonlarınadək qeyri-rəsmi qaydada tikinti işləri üzrə direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə tikintisi həyata keçirilən on altı mərtəbəli yaşayış binasında yerləşən və sahəsi 56,48 m2 qeyri-yaşayış sahəsinin 31.03.2017-ci il tarixli müqavilə əsasında Gülçöhrə Qənizadə qızı Kazımovaya 63.000 manata satmalarına və həmin sahənin dəyərinin tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2lə ümumi niyyətlə hərəkət edib razılığa gələrək 2018-ci ilin oktyabr ayında ona qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən Zərərçəkmiş şəxs1 qeyd edilən qeyri-yaşayış sahəsinin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin sahəni ona sata biləcəklərini Təqsirləndirilən şəxs2lə birlikdə vəd edərək, 28.10.2018-ci il tarixdə cəmiyyətin ofisində həmin tarixli müqavilə və maliyyə arayışı tərtib etməklə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə həmin sahənin ona satılması adı ilə 68.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Mənzil-Tikinti Kooperativində sənədləşməni əsasən özü, bəzi hallarda isə adından mühasib Şahid1 hazırlamış, özü isə sənədləri imza edib möhür vurmuşdur. Bir mənzili iki və daha çox şəxsə satması ilə bağlı Şahid1 hər hansı məlumatı olmamışdır, çünki qeydiyyat sənədləri özündə olmuşdur. Bir mənzili bir neçə nəfərə satanda Təqsirləndirilən şəxs2 həmişə yanında olmuş və sonuncunun bütün məsələlərdən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 bir neçə dəfə özü mənzilə müştəri də gətirmişdir. Onun gətirdiyi müştərilərə mənzil satmışdır. Təqsirləndirilən şəxs2 yaxşı bilmişdir ki, bir neçə halda bir mənzil ayrı-ayrı bir neçə şəxsə satılır, bu işdə ona dəstək olmuş, hazırki zərərçəkənlərin bəziləri ilə danışıqlar aparmış, onları arxayın salmışdır ki, mənzillərlə bağlı heç bir problem yoxdur. Bir sözlə Təqsirləndirilən şəxs2 ona yaxından köməklik göstərmişdir. Bundan başqa, ünvan 7 ünvanında, «xxxxxxxx» MTK-da yerləşən 15 saylı mənzillə əlaqədar x24 Zərərçəkmiş şəxs20 qarşı iddiası ilə əlaqədar aralarında yaranmış mülki mübahisə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qədər uzanmış və məhkəmənin hakimi Tatyana Qoldman əleyhinə qərar qəbul etmişdir. 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, «30.000 manat pul ver, Konstitusiya Məhkəməsində adamım var, pulu həmin məhkəmənin hakiminə verəcəm, məsələni bizim xeyrimizə həll edəcəklər». Lakin Təqsirləndirilən şəxs2 öz adamı barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs2 pulu məhkəməyə yaxın verə biləcəyini demiş, lakin Samir təkidlə tələb etmişdir ki, «pulu indi vermək lazımdır, Konstitusiya Məhkəməsindən deyirlər ki, pulu dərhal gətirmək lazımdır, əks halda heç nə edə bilməyəcəyik». Məcbur qalıb 17.12.2017-ci il tarixdə ünvan 7 ünvanında yerləşən ofisində 30.000 manat pulu çantasından çıxarıb Təqsirləndirilən şəxs2 vermiş, həmin vaxt yanında mühasibi Şahid1 və komendant Şahid2 olmuşlar. Həmin şəxslər də təsdiq edə bilərlər ki, 30.000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş və sonuncu onların yanında söz vermişdir ki, həmin pulu Konstitusiya Məhkəməsinin hakiminə verib mülki mübahisəni həll edəcək. Bundan təxminən beşon gündən sonra Təqsirləndirilən şəxs2 ona demişdir ki, Konstitusiya Məhkəməsinə iddia ərizəsi yazılmalıdır, həmin ərizə yalnız vəkil tərəfindən yazmalıdır, vəkil onunla birlikdə məhkəməyə getməlidir və orada vəkilə ərizəni hansı qaydada yazmalı olduğunu izah edəcəklər. Özü dərhal tanışı olan, əvvəllər nümayəndə kimi fəaliyyət göstərən Şahid3 zəng vurub ofisə dəvət etmiş, Yaqub gələndə Təqsirləndirilən şəxs2 məsələni ona danışmış, Yaqub da demişdir ki, həmin məhkəməyə yazılan ərizə elə-belə ərizə deyil, dörd-beş gün ərzində yaza bilər və Samirlə birlikdə çıxıb getmişlər. 2018-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs2 yanına gələrək bildirmişdir ki, ərizəni Konstitusiya Məhkəməsinə veriblər və oradan bildirilib ki, iki-üç həftə ərzində məsələyə baxılacaqdır. 2018-ci ilin may ayında bir xəbər çıxmadığını görüb Təqsirləndirilən şəxs2 məsələnin hansı vəziyyətdə olduğunu soruşmuş, Samir bildirmişdir ki, Konstitusiya Məhkəməsi ilə maraqlanıb və oradan bildiriblər ki, hələ komissiya ərizəyə baxılmasının mümkünlüyünü müzakirə edəcək. 2018-ci ilin iyun ayının sonlarında yenidən Təqsirləndirilən şəxs2 məsələ ilə bağlı soruşmuş və sonuncu maraqlanacağını demişdir. Nəhayət, təxminən 2018-ci ilin avqust ayının 04-05-də Konstitusiya Məhkəməsindən imtina cavabı gəlmişdir. Təqsirləndirilən şəxs2 30.000 manat pulunu geri ala bilib-bilməyəcəyini soruşmuş, sonuncu cavab vermişdir ki, «bəli, milyon faiz ala biləcəyik». Bir neçə aydan sonra Təqsirləndirilən şəxs2 pulunu tələb edəndə, sonuncu ona heç bir məbləğdə pul qaytarmayacağını demiş və qaytarmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində ünvan 7 ünvanında «xxxxxxxx» MTK-da yerləşən 15 saylı mənzillə əlaqədar x39 ilə Zərərçəkmiş şəxs20 arasında yaranan mübahisə ilə bağlı bildirmişdir ki, 24.05.2005-ci il tarixdə «xxxxx» x16 nəzdində yaratdığı «xxxxxxxx» MTK-nın üzvlərinin həmin tarixli ümumi iclasında kooperativin sədri seçilmiş, həmin MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 4A (hazırki S.Məmmədova küçəsi 203E) ünvanında inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 15 nömrəli mənzili 15.07.2005-ci il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs17 33.000 ABŞ dolları məbləğində pula satmasına baxmayaraq, 2011-ci ilin dekabr ayında ona mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs20 qeyd edilən mənzilin əvvəldən heç kəsə satılmamasını yalandan bildirib, həmin ofisdə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs20 adına rəsmiləşdirilmiş 16.12.2011-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisdə 60.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarıma sərf etmişdir. Sonradan Zərərçəkmiş şəxs20 bildirmişdir ki, mənzilin təmirinə 30.000 manat pul xərcləyib və əlavə etmişdir ki, həmin 60.000 manat pul onun özündə qalsaydı keçən illər ərzində həmin məbləğdə gəlir əldə edə bilərdi. Bunu deməklə Zərərçəkmiş şəxs20 ondan 150.000 manat pul tələb etməyə başlamış, lakin ona heç bir məbləğdə pul verə bilməmişdir. Zərərçəkmiş şəxs20 mülki iddiası əsasında məhkəmə qət etmişdir ki, «xxxxxxxx» MTK-nın sədri kimi ondan 150.000 manat pul alınaraq Zahidəyə verilsin. Məhkəmənin qətnaməsi icraya yönəldilmiş, lakin maddi imkanı olmadığına və rəhbərlik etdiyi həmin MTK-da boş mənzil olmadığına görə, yəni qərəzli olaraq deyil, üzürlü səbəblərdən məhkəmənin qətnaməsini icra edə bilməmişdir. (cild 08, iş vərəqi 230-239). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı Dövlət Universitetində ali təhsil aldıqdan sonra 2007-2008-ci illirdə hərbi xidmətdə olmuş, 2009-cu ildə Bakı şəhəri Binəqədi rayon bələdiyyəsində əvvəlcə mütəxəssis, sonra şöbə müdiri vəzifələrində işləmiş və elə həmin il keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş, 2010-cu ildən bələdiyyə sədrinin birinci müavini vəzifəsində işləmişdir. 2009-cu ildə Təqsirləndirilən şəxs1 nəvəsi x40 ilə ailə qurmuş, ailə qurduqdan bir il sonra ailədaxili söz-söhbətləri yaranmış və bu mübahisələrinə müdaxilə edən Təqsirləndirilən şəxs1 olmuş, nəticədə 2015-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə xxxxxdən boşanmış və elə həmin vaxtdan Elmira ilə düşmən olmuş, bütün əlaqələri kəsilmişdir. Bundan sonra atası rəhmətə gedəndə Təqsirləndirilən şəxs1 ilə nəvəsi, keçmiş arvadı xxxxx cəmi bir dəfə yas mərasimində iştirak edərək baş sağlığı verib getmişlər, sonra bir dəfə də o, uşaqları bağçadan götürəndə Elmiranın ofisinin yanından keçmiş, qalan hallarda çox vaxt həmin ofisin yanından keçməmək üçün yolunu dəyişmişdir. Təqsirləndirilən şəxs1 işlədiyi ofisin binası onun yaşadığı binanın yanında yerləşdiyi üçün onu həmin ərazidə hər kəs görə bilərdi və hətta uşaqlarının bağçası da həmin bina ilə üzbəüz yerləşir. Təqsirləndirilən şəxs1 onunla iş birliyi hələ 2011-ci ildən başlamışdır. Belə ki, həmin il Təqsirləndirilən şəxs1 ona başladığı təzə tikintinin üzərində işləməyi təklif etmiş, başqa işləri olduğu üçün razı olmamış, bələdiyyənin vaxtı bitdikdən sonra Elmira «gəl «xxxxxxx» MTK-kı təzə tikintiyə orada səni direktor vəzifəsinə işə götürüm, işlərə nəzarət et» demiş, bu dəfə təklifə razılıq verərək təxminən 2013-2014-cü ilə kimi orada işləmiş, sonra isə könüllü ərizə yazaraq həmin işdən azad olunmuşdur. «xxxxxxx» MTK tikintisi 8ci mikrorayonda, Təqsirləndirilən şəxs1 ofisi isə 6-cı mikrorayonda yerləşmiş, mənzillərin alqısatqısı 2013-2014-cü illərdə Elmiranın ofisində sonuncunun özü tərəfindən şəxsən həyata keçirilmiş, müqaviləni isə özü və ya Şahid1 tərtib etmişlər. Təqsirləndirilən şəxs1 ən yaxın adam Şahid1 olmuş və bütün işləri ikisi birlikdə idarə etmişlər. Ofisin digər işçilərinin Təqsirləndirilən şəxs1 işlərindən məlumatları olmamışdır. O, özü prezidentin məşvərətçisi olmuş, Binəqədi rayon bələdiyyəsində sədrin birinci müavini vəzifəsində işləmişdir. Bunları deməkdə məqsədi odur ki, dələduzluq etsəydi bunu səlahiyyətli şəxs olduğu vaxtlarda edə bilərdi, lakin tikintidə onun heç bir, yəni nəyəsə imza etmək, müqavilə bağlamaq kimi səlahiyyətləri yox idi və belə olan halda o, dələduzluq edə bilməzdi. Azadlıqda olduğu vaxtlar *** *** ** **; *** *** ** **; 050 *** ** ** mobil telefon nömrələri istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs2 ona verilmiş dörd epizoddan üçünün əlaqəli olduğu bir mənzilin bir neçə şəxsə satılması faktı ilə əlaqədar ifadəsində bildirmişdir ki, 2013-cü ildən 2014-cü ilədək «xxxxxxx» MTK-nın sədri, sabiq arvadının nənəsi Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun yanında tikinti işləri üzrə direktor vəzifəsində işləmiş, vəzifəsi tikintidə çalışan fəhlələrə nəzarət etməkdən ibarət olmuş, təxminən səkkiz ay işlədikdən sonra şəxsi təşəbbüsü ilə kooperativdən uzaqlaşmışdır. Həmin kooperativdə evlərin alqı-satqısı və sair işlərlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 ifadələrində onun haqqında göstərdikləri həqiqətə uyğun deyil, yəni onun Elmiranın bir mənzili bir neçə ayrı-ayrı şəxsə satmasından xəbəri yoxdur. 2017-ci ildə Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun 6-cı mikrorayonda yerləşən ofisinə bir neçə dəfə gedib-gəlmiş, 2018-ci ildə cəmi bir dəfə həmin ofisdə olmuş, və həmin vaxt Elmira onu iş adamı x63 ilə tanış etmiş, bundan başqa Elmira ilə hər hansı əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 yaxın adamı kimi tanımış, onun mobil telefon nömrəsini bilməmiş, Zərərçəkmiş şəxs11 ilə ibtidai istintaq zamanı 15 iyul 2019-cu il tarixdə etap olunarkən ilk dəfə görüb tanımış, Zərərçəkmiş şəxs1 isə ilk dəfə məhkəmədə görmüş, onunla heç vaxt bir məkanda olmamış, hər üç şəxsə qarşı dələduzluq etməmiş, onları aldatmamışdır. Zərərçəkmiş şəxs17 cavabdehlər «xxxxxxxx» MTK-nə və Zərərçəkmiş şəxs20 qarşı «mənzilin (mənzil üzrə payın) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma (köçürülmə), mənzilin qaytarılması, mənzilə sahiblik və mənzildən istifadə etmək hüququnun təmin edilməsi, mənzil-tikinti kooperativinin üzvlüyünə qəbul edilməsi haqqında» qərarın ləğv edilməsi barədə Zərərçəkmiş şəxs17 iddiasının təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli 2(103)-6091/2016 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı «xxxxxxxx» MTK tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasının nəticəsinə dair qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8359/2017 nömrəli qərarının ləğv edilməsində köməklik göstərməsinə dair həmin kooperativin təsisçisi və faktiki sədri Təqsirləndirilən şəxs1 2017-ci ilin dekabr ayında ona müraciəti ilə əlaqədar guya ondan bunun müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa yolla, özü vasitəsilə maddi nemət olan 30.000 manat məbləğində pul verilməsinin zəruriliyini bildirib, bu adla 17 dekabr 2017-ci il tarixdə Elmiradan kooperativin ünvan 7 ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alması epizoduna gəlincə, bu da ittihamdakı digər epizodlar kimi uydurmadır, həqiqətə uyğun deyil. Belə ki, 14 dekabda doğum günü olmuş, həmin 14 dekabr 2017-ci il həftənin dördüncü gününə düşmüş və həmin gün dostu Sabirlə hələ 16 dekabrda getməyi planlaşdırdıqları, lakin sonuncunun işi olduğundan gedə bilmədikləri, buna görə də, növbəti gün, yəni dekabrın 17-də Gəncə şəhərinə yola düşmüşlər. Yəni, iddia olunan tarixdə Bakıda deyil Gəncədə olmuşdur, hansı ki, istifadəsində olan mobil telefonun anten dairəsi məlumatlarına baxılsa bu fakt öz təsdiqini tapmış olar. Beləliklə, 17-18 dekabr 2017-ci il tarixlərdə, yəni iki gün ərzində Gəncə şəhərində olmuş, dekabrın 18-i axşam saatlarında Bakı şəhərinə qayıtmışdır. İbtidai istintaq zamanı ifadə verərkən 17 dekabr 2017-ci il tarixdə Gəncə şəhərində olduğunu bildirməmiş, Təqsirləndirilən şəxs1 guya həmin tarixdə 30.000 manat alması barədə ittiham veriləndən sonra ittiham verilən dövrdə Bakı şəhərində olmadığını xatırlamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 ondan başqa digər şəxsləri də yalandan guya ondan pul almaqda şərləmişdir. Belə ki, 2009-cu ildə Təqsirləndirilən şəxs1 vergi inspektoru barəsində ondan 30.000 pul götürməsini iddia etmiş, lakin məhkəmə həmin epizodla bağlı bəraət hökmü çıxarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 öz qardaşı oğlunu 30.000 pula görə həbs etdirmişdir. «xxxxxxx» MTK ilə əlaqədar Kamran müəllim tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət olunanda gedib orada ifadə verdiyi zaman Kamran müəllim onun yanında Təqsirləndirilən şəxs1 danlayaraq demişdir ki, «millətn pulunu yemisən, dələduzluqla məşğulsan». Korrupsiyaya qarşı x57 müəllimlə Kamran müəllim onu Təqsirləndirilən şəxs1, Şahid1, Elnur Rüstəmov ilə birlikdə qəbul etmişlər. İstintaqın əvvəlində Təqsirləndirilən şəxs1 onu öz əzizi kimi təqdim etmiş. əvvəlcə şübhəli şəxs qismində ifadə vermiş və iki gün şübhəli şəxs qismində olmuş, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarına qol çəkməmişdir. Hələ istintaq dövründə müstəntiq ona demişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsində iki dəfə iş olmuş və yaşı çox olduğu üçün ona yüngül cəza verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «xxxxxxx» MTK Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən on altı mərtəbəli yeni yaşayış binasının inşaatçısıdır. Binanın inşasına 2013cü ildə başlanılmışdır və bina altmış mənzildən, mansar sahədən, altındakı qeyri-yaşayış sahələrindən ibarət olan yeni tikilidir. 22 iyul 2014-cü il tarixdə tikilməkdə olan həmin binanın on dördüncü mərtəbəsində 65.000 manat dəyərində iki otaqlı, sahəsi 72,3 m2 olan 51 saylı mənzili almışdır. 2017-ci ildə binanın altında və ətrafında avtomobillər üçün dayanacağın və qarajın olmaması, bu problemin necə həll ediləcəyi ilə bağlı maraqlandıqda MTK-nın sədri Təqsirləndirilən şəxs1 bildirmişdir ki, binanın zirzəmi hissəsinə bitişik 50 m2 sahəsi olan yeri var və 35.000 manata satır. Həmin sahəni almağı ona təklif etmiş, baha olduğunu deyərək imtina etmişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs1 ona təcili 22.000 manat pul lazım olduğunu bildirərək həmin yeri bu qiymət müqabilində yenidən təklif etmiş, Elmiranın təklifinə razılaşaraq məbləği ödəmiş və həmin yerə dair sonuncu tərəfindən tərtib edilən plan-cizgi və müqavilə sənədləri əsasında qeyri-yaşayış sahəsinin payçısı olduğunu tərəflər arasında rəsmiləşdirmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 yenə də ona zəng edərək 5.000 manata təcili ehtiyacının olduğunu bildirərək borc istəmiş və bir həftəyə pulu qaytaracağına dair söz vermişdir. Yaşlı bir qadının belə dil tökməsi müqabilində ona kömək edərək borc verməyə razı olmuş və vermiş, lakin üstündən həftələr, aylar ötsə də, pulu qaytarmamışdır. 2018-ci ilin sonlarında İlqar adlı şəxsin binanın zirzəmi hissəsində, yəni onlara aid hissədə təmir işləri aparmağa başladığını görüb, ondan qeyd edilən zirzəminin onlara məxsus olduğunu deyəndə, İlqar cavab vermişdir ki, həmin qeyri-yaşayış sahəsini çoxdan satın alıb və ona məxsusdur. Bu barədə Təqsirləndirilən şəxs1 telefonda deyəndə, sonuncu həmin şəxslə zəng vurub danışacağını bildirmişdir. Xəbər çıxmadığını görüb Təqsirləndirilən şəxs1 həmin qaraj sahəsinin, binanın zirzəmi hissəsində təmir işləri ilə əlaqədar yenidən müraciət etmişlər və tələb etmişlər ki, həmin sahəyə dair onlara verilən ilkin sənədlərin (plan, müqavilə, məbləğin ödənilməsi arayışı) əsasında onlara mülkiyyəti təsdiq edən sənədlər versin. Təxminən bir müddət sonra Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət etsə də, ona rədd cavabı verilib. Belə olan halda pulunun qaytarılmasını tələb etmiş, Təqsirləndirilən şəxs1 isə əvəzində onlara binanın birinci mərtəbəsində əlavə pul ödəmək müqabilində qeyri- yaşayış sahəsini təklif etmiş, həmin yerə baxaraq götür-qoy etdikdən sonra almağa razılaşmışlar. Təqsirləndirilən şəxs1 borclu olduğu 27.000 manatdan 26 dekabr 2018-ci il tarixdə arayışla təsdiqləyərək 1.000 manatını mənzilə gələcəkdə qoyulacaq sayğac pulu üçün çıxdıqdan sonra, yerdə qalan 26.000 manatın üzərinə 42.500 manat da verməli olacaqlarını bildirərək 74,5 m2 qeyri-yaşayış sahəsini ümumilikdə 68.500 manat məbləğində qiymətləndirib müqavilə, maliyyə arayışı və plan əsasında ona satmışdır. Həmin sənədləri Təqsirləndirilən şəxs1 özü ofisdə şəxsən ona təqdim etmişdir. 2019-cu ilin təxminən yanvar ayının sonu fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 zəng edərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirmiş, sənədləri üzləşdirdikdə məlum olmuşdur ki, onlara satılan 74,5 m2 sahənin 56,48 m2 sahəsi Zərərçəkmiş şəxs5 arvadı Gülçöhrə Qənizadə qızı Kazımovanın adına sənədləşdirilmişdir. Dərhal bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, Elmira isə Zərərçəkmiş şəxs5 xahişi əsasında həmin qeyri-yaşayış sahəsini satdığını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 həmin şəxsdən sənədləri geri almağı tələb etmişdir. Təqsirləndirilən şəxs1 onlara deməsinə görə onunla danışdıqda Zərərçəkmiş şəxs5 bildirib ki, sənədlər onda yox, rayonda, atasındadır, hətta Elmira ilə birgə sənədləri geri götürmək üçün Biləsuvar rayonuna, Elşənin atasının yanına getmişlər və sonuncunun atası söz vermişdir ki, Bakıya gəlib işi özü həll edəcək, ancaq bu günə kimi problem həllini tapmamışdır. Zərərçəkmiş şəxs1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, «xxxxxxx» MTK-nın Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə inşa etdirdiyi on altı mərtəbəli yeni yaşayış binasının on dördüncü mərtəbəsindən 22 iyul 2014-cü il tarixdə aldığı iki otaqlı mənzil ikili sahiblikdə deyil, həmin binanın zirzəmi hissəsinə bitişik 50 m2 sahəsi olan yer isə ondan başqa daha bir nəfərə də satılmışdır. Təqsirləndirilən şəxs2 gəlincə onu ilk dəfə 28 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 yanında görmüş, binaya baş çəkməyə gedəndə Elmira nə sualı olsa Samirə müraciət edə biləcəyini demiş, Samirlə hər hansı bir alqısatqı aparmamış, Elmiranın mühasibi Şahid1 ilə də münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 onun yanında kiməsə 30.000 pul borcu olması barədə danışmışdır. 2019-cu ildə Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmasını başa düşmüşdür, əvvəldən bu barədə duyuq düşsəydi obyekti almayacaqdı. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə 50 kv/m qeyri-yaşayış sahəsinə görə ödəmiş olduğu 68.500 manat məbləğində maddi ziyanın və 50.000 manat məbləğində mənəvi zərərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən noyabr ayının 03-04-də internetdə əmlak alqı-satqısı ilə bağlı saytların birində elanlara baxarkən «xxxxxxx» MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə inşa edilən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasında iki otaqlı, ümumi sahəsi 76,05 m2 olan 38 saylı mənzilin satışa çıxarıldığını görüb, dərhal həmin ünvana getmişdir. Oraya gedəndə yaşayış binasında tikinti işləri davam edirdi. Məlum olmuşdur ki, bina tam təmirsiz vəziyyətdədir və dam örtüyü yoxdur. Bundan sonra «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 Bakı şəhərində «Zərifə Əliyeva parkı»nın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbədə fəaliyyət göstərən ofisinə getmiş və köməkçisi Şahid1 iştirakı ilə onunla görüşmüşdür. Təqsirləndirilən şəxs1 38 saylı mənzil barədə soruşanda, bildirmişdir ki, həmin mənzili şəxsən özü üçün saxlayıb, lakin hal-hazırda pula ehtiyacı olduğuna görə satmaq qərarına gəlib. İnanaraq evin qiyməti barədə maraqlananda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin mənzilin 1 m2-nin dəyəri 751 manat olmaqla, cəmi 57.500 manat təşkil edəcək. Qiymətlə razılaşaraq 08 noyabr 2017-ci il tarixdə müqavilədə göstərilən məbləğdə pulu, yəni 57.500 manatı nağd şəkildə Təqsirləndirilən şəxs1 ofisindəki xidməti otağında, köməkçisi Şahid1 yanında sayıb özünə vermişdir. Elə həmin gün Şahid1 müqaviləni və borcunun olmaması barədə maliyyə arayışını hazırlamış, Təqsirləndirilən şəxs1 həmin sənədləri imzalamış, möhürləyərək ona təqdim edərək bildirmişdir ki, artıq binanı yaxın aylarda təhvil verəcək və əlavə etmişdir ki, mənzili istədiyi kimi təmir edə bilər. Bundan sonra çıxıb getmişdir. Sonradan hər ay təxminən iki dəfə gedib mənzilinə baxmış, arada Təqsirləndirilən şəxs1 ilə sonuncuya məxsus 050 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamış, lakin həmin ərəfələrdə evin açarını götürməmişdir. Təxminən səkkiz aydan sonra Təqsirləndirilən şəxs1 xidməti ofisinə gedib mənzilin açarını istəmiş və sonuncu ona mənzilin yalnız bir ədəd açarını vermişdir. 2018-ci ilin sonlarında eşitmişdir ki, «xxxxxxx» MTK-dan Zərərçəkmiş şəxs1 satılmış qeyri-yaşayış sahəsi başqa şəxsə də satılıb. Bundan narahat olaraq birbaşa Təqsirləndirilən şəxs1 yanına getmişdir. Təqsirləndirilən şəxs1 onun yanına gəlməsinin səbəbini soruşaraq mənzili ilə əlaqədar hər hansı problem olmadığını demiş və bundan sonra rahat olaraq çıxıb getmişdir. 2019-cu ilin aprel ayının əvvəlində eşitmişdir ki, Təqsirləndirilən şəxs1 həmin binadan bir neçə nəfər şəxsə satdığı mənzili ayrı-ayrı şəxslərə də satıb. Bundan sonra qərara gəlmişlər ki, kollektiv ərizə yazsınlar. Özü də ərizəyə imza etmişdir. 24 aprel 2019-cu il tarixdə ona zəng gəlmiş və bir nəfər özünü Vüsal kimi təqdim edən şəxs bildirmişdir ki, 2013-cü ildə həmin mənzili bibisi Zərərçəkmiş şəxs22 alıb. Vüsala mənzilə dair sənədləri gətirməyi təklif etmiş, binanın həyətində görüşmüşlər. Həmin vaxt məlum olmuşdur ki, maliyyə arayışında 56 saylı mənzil, digər sənədlərdə isə 38 saylı mənzil barədə məlumatlar qeyd edilib. Bundan sonra Təqsirləndirilən şəxs1 yanına gedib bu barədə soruşmuş və sonuncu həmin mənzili əvvəlcədən başqa şəxsə satdığını etiraf etmişdir. Həmin vaxtadək Şahid1 ilə əlaqə saxlamamış, aldığı mənzillə bağlı problem olduğunu biləndən sonra Fatmanın yanına getmiş və sonuncu ona bildirmişdir ki, problem yalnız o aldığı mənzildədir. Aldandığını başa düşüb Bakı Şəhər Prokurorluğuna gedərək bu barədə məlumat vermişdir. Mənzili 57.500 manat müqabilində Təqsirləndirilən şəxs1 almış, ona dəyən ziyan ödənilməmişdir və hazırda həmin məbləğdə pulunun sonuncu tərəfindən ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs2 tanımır, Təqsirləndirilən şəxs1 yanında görməmiş, ümumiyyətlə onunla arasında alqı-satqı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, anası Şahid5 2017-ci ilin əvvəllində mənzil almaq qərarına gəlmiş, bu məqsədlə mənzil alqı-satqısı ilə məşğul olan tanımadığı şəxslər anasına məsləhət görmüşlər ki, «xxxxxxx» MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə inşa edilən yaşayış binasına baxsın. Anası gedib həmin binaya baxmış, binanın layihəsi xoşuna gəldiyi üçün Binəqədi rayonunun 6-cı mikrorayonunda yerləşən mərkəzi ofisə gedib, orada MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs1 anasına «rəhbərlik etdiyim kooperativdə satdıq mənzil yoxdur, lakin mənzili almış sakinlərdən satanları var, nömrəni ver, səninlə əlaqə saxlayarıq» dediyi üçün anası mobil telefon nömrəsini ona vermiş, təxminən bir aydan sonra Elmira anasına zəng vurub on ikinci mərtəbədə yerləşən 42 saylı mənzilin sahibinin evini satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 anasından evi alacağı halda pulu nağd şəkildə ödəyib-ödəməyəcini soruşanda, anası ona nağd şəkildə pulunun olduğunu bildirmiş, bundan sonra Elmira anasını ofisə dəvət etmiş, anası ilə birlikdə ofisə getmişlər. Təqsirləndirilən şəxs1 orada onlara bir nəfər cavan oğlanı göstərib demişdir ki, həmin şəxs mənzilin sahibidir. Elə həmin gün, yəni 18 dekabr 2017-ci il tarixdə özünün adına mənzilə dair yeni müqavilə hazırlanmış, anası da elə oradaca 68.850 manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 köməkçisi Şahid1 da orada olmuş, mənzilin pulunun Elmiraya verilməsini görmüş, hətta mənzilin alqı-satqısına dair müqaviləni Fatma tərtib etmişdir. Mənzilin alqı-satqı sənədlərində imza və möhür olduğundan qanuni olduğuna arxayın olmuşdur. Təxminən bir-iki aydan sonra anası Təqsirləndirilən şəxs1 zəng vurub binaya lift quraşdırıb-quraşdırmadıqlarını soruşmuş, Elmira tezliklə binaya lift quraşdırılacağını demişdir. Anası tez-tez gedib binaya, mənzilə baxır, hətta binada qonşulara mobil telefon nömrəsini vermişdir ki, əgər nəsə lazım olsa, onu yığsınlar. 2018-ci ilin dekabr ayının sonlarında özünü Tural kimi təqdim edən bir nəfər şəxs anasına zəng vurub demişdir ki, «siz mənim mənzilimi almısınız, xahiş edirəm gəlin ofisə». Anası sənədləri götürüb birbaşa ofisə getmiş, orada Tural adlı şəxsi görüb, Elmiranın onlara ilkin olaraq təqdim etdiyi şəxsin həmin şəxs olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 demişdir ki, «mən mənzili səhv salıb yazmışam, sizə 34 saylı mənzili verəcəm», anası da razılaşmış və 18 dekabr 2018-ci il tarixdə Elmira adına yeni müqavilə tərtib etmiş, bundan sonra yeni sənədləri götürüb getmişlər. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində bir nəfər özünü Kamal kimi təqdim edən şəxs anasına zəng vurub demişdir ki, «34 saylı mənzili arvadımın adına almışam, mənə məxsusdur». Anası dərhal Təqsirləndirilən şəxs1 zəng vurub bu barədə soruşmuş, sonuncu demişdir ki, «həmin şəxs mənzilini satırdı, mən ona 10.000 manat pul beh olaraq vermişəm, yerdə qalan pulunu da ona özüm ödəyəcəm». Kamal adlı şəxs də Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləyərək tez-tez anasına zəng vurub demişdir ki, «siz Elmiranı məcbur edin pulunuzu versin, gedək mənzili adınıza sənədləşdirək». Anası dəfələrlə Təqsirləndirilən şəxs1 ofisinə gedib pulunu tələb etsə də, Elmira hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Aldandığını bilib bu barədə hüquq-mühafizə orqanlarına məlumat etmişdir. Mənzil alqı-satqısı ilə əlaqədar Təqsirləndirilən şəxs1 köməkçisi Şahid1 ilə əlaqə saxlamamış, Elmiranın özü ilə 050 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 tanımır. Mənzil məsələsinə görə günü bu gün də banka hər ay 996 (doqquz yüz doxsan altı) manat pul ödəyir, ona görə də şikayətçidir və 70.000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, «xxxxxxx» MTK-nin sədri Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, aralarında həmişə yaxşı münasibət olmuş, hörmətli olmaları sonuncuya etibarın yaranmasına gətirmiş və nəticədə 06 aprel 2018-ci il tarixdə Elmira rəhbrəlik etdiyi «xxxxxxx» MTK-dan mənzil almağı ona təklif etmişdir. Mənzilin dəyərini müəyyən etdikdən, tikinti yerinə baxış keçirdikdən və bəyəndikdən sonra mənzilin alınmasına razı olmuşdur. 06 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ünvan 8 E ünvanında yerləşən xidməti ofisində ondan 92.000 manat pulu nağd şəkildə almış və adına «xxxxxxx» MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən binadan üç otaqlı, ümumi sahəsi 112,2 m2 olan 44 saylı mənzilə dair müqavilə və pulu ödəməsi barədə maliyyə arayışı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 onu qətiyyətlə əmin etmişdir ki, həmin mənzil ondan əvvəl heç kəsə satılmayıb və həmin mənzilə dair heç kəsin iddiası yoxdur. Bir müddətdən sonra xəbər tutmuşdur ki, bəzi vətəndaşların həmin bina ilə bağlı Təqsirləndirilən şəxs1 qarşı narazılıqları yaranıb, yəni Elmira bir mənzili bir neçə nəfərə satıbdır. Bunu eşitdikdən sonra Təqsirləndirilən şəxs1 ofisinə getmiş və özünün mənzili ilə bağlı problem olub-olmadığını soruşmuş, Elmira bildirmişdir ki, mənzilə dair hər hansı problem yoxdur və guya mənzili əvvəlki sahibi Zərərçəkmiş şəxs19 razılğı ilə satıb. Lakin bir gündən sonra, 2019-cu ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs19 zəng vurub 44 saylı mənzilin ona məxsus olduğunu demiş, bundan sonra yenidən Təqsirləndirilən şəxs1 müraciət etmiş və sonuncu etiraf etmişdir ki, həmin 44 saylı mənzili əvvəlcədən Şirvana satmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 onu inandırmışdır ki, bununla bağlı özü könüllü olaraq hüquq-mühafizə orqanlarına məlumat verib. Onun sözlərinə inanmış və şikayət etməmiş, lakin heç bir nəticə olmadığını və aldadıldığını görüb şikayət etmişdir. Sözügedən bina bu günədək tikilməmişdir və 44 saylı mənzil mövcud deyil. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs2 tanımır, ondan şikayətçi deyil, dəyən zərəri Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Gülçöhrə Qənizadə qızı Kazımova onun arvadıdır və sonuncu tərəfindən ona etibarnamə də verilmişdir. «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 2006-cı ildən tanıyır. Maraqlananda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasını inşa etdirir. 2014-cü ilin oktyabr ayının əvvəllərində gedib yerində baxış keçirmiş, həm yerləşdiyi ərazi, həm də həyətinin olması xoşuna gəldiyindən Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisinə gedib onunla görüşərək mənzil almaq istədiyini bildirmiş, Elmira ona on altıncı mərtəbədə 59 saylı mənzili təklif etmişdir. Mənzilin 1 m2ni 700 manata olmaqla, cəmi 50.610 manata razılaşmışlar. 18 oktyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs1 xidməti ofisində mənzilin dəyərinin 50%-ni nağd şəkildə onun özünə ödəmiş, yerdə qalan pulu isə hissə-hissə olmaqla 2016-cı ilin iyun ayının 04-də tam bağlamışdır. Bununla bağlı Təqsirləndirilən şəxs1 arvadı Gülçöhrə Kazımovanın adına maliyyə arayışı və müqavilə təqdim etmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs1 ilə telefonla əlaqə saxlamış və başqa mənzil də almaq istədiyini bildirmiş, Elmira binada mənzil qalmasa da, qeyri-yaşayış sahəsi olduğunu bildirmiş, həmin sahəyə yerində baxmış və almaq qərarına gəlmişdir. Sözügedən qeyri-yaşayış sahəsini 63.600 manata razılaşmışlar. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 xidməti otağında 31 mart 2017-ci il tarixdə ona 51.100 manat ödəmiş, təxminən 2017-ci ilin sonlarında 2.000 manat Elmiranın işçisi Təqsirləndirilən şəxs2 özünün yaşadığı binanın həyətində vermiş, yerdə qalan 10.500 manatı isə 30 oktyabr 2018-ci il tarixdə Elmiranın özünə ödəmiş və bu barədə maliyyə arayışı almışdır. 2018-ci ilin sonlarında qərara gəlmişdir ki, həmin qeyri-yaşayış sahəsini satsın və bu məqsədlə Təqsirləndirilən şəxs1 zəng vurub bildirmiş, sonuncu müştəri olacağı təqdirdə obyekti satmaqda köməklik edəcəyini demişdir. Bundan bir neçə ay sonra MTK-ya getmiş və orada işləyən şəxslər ona bildirmişlər ki, qeyriyaşayış sahəsini Tahir adlı şəxs alıb. Dərhal Tahirin telefon nömrəsini tapıb ona zəng vurmuş, sonuncu onu binanın qarşısına dəvət etmiş və qarşılıqlı olaraq sənədlərinə baxmışlar. Məlum olmuşdur ki, ondan sonra sahə Tahirin arvadı Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs1 ilə telefonla əlaqə saxlayaraq bu barədə soruşmuş, Elmira bildirmişdir ki, sahəni səhvən Tahirə satıb və onunla bağlı heç bir problem yoxdur, çıxıb getsin. Lakin Tahirlə birlikdə Təqsirləndirilən şəxs1 ofisinə getmişlər. Təqsirləndirilən şəxs1 ona, «sən mənə demişdin ki, obyektini satım» deyəndə cavab vermişdir ki, «mən sənə demişdim obyektimi satmağa müştəri tap, deməmişdim ki, obyekti satıb, pulunu mənimsəyəsən» və sənədləri heç kəsə verməyəcəyini bildirərək çıxıb getmişdir. Bundan başqa 2017-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhərində yeni bina tikintisinə başladığını bildirib təklif etmişdir ki, həmin ünvandan mənzil alsın və həmçinin xahiş etmişdir ki, əvvəlcədən 9.000 manat pul versin, gələcəkdə ona mənzil satacaq. Təqsirləndirilən şəxs1 cəmi 5.000 ABŞ dolları pulu olduğunu demiş, sonuncu razılaşmış və 2017-ci ilin fevral ayının sonlarında sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gəlmiş və binanın həyətində 5.000 ABŞ dolları pulu Samirə vermişdir. 2017-ci ilin mart ayında Xırdalan şəhərində tikinti aparılan yerə baxış keçirmiş və məlum olmuşdur ki, binanın bünövrəsi qazılıb, beton tökülür. Təqsirləndirilən şəxs1 həmin tikiləcək binadan arvadı Gülçöhrə Kazımovanın adına yeddinci mərtəbədən bir otaqlı 45,2 m2 sahəsi olan 126 saylı mənzili satmışdır. 12 mart 2017-ci il tarixdə xidməti ofisində Təqsirləndirilən şəxs1 özünə Təqsirləndirilən şəxs2 yanında 25.100 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, əvvəl Samirdən göndərdiyi 5.000 ABŞ dolları pulunu manata çevirib və 8.800 manat pul təşkil edibdir. Təqsirləndirilən şəxs1 mənzilə görə arvadının adına olan 33.900 manatlıq maliyyə arayışı və müqavilə də təqdim etmişdir. Lakin indiyədək nə binanın tikintisi başlanılıb, nə də pulu geri qaytarılıb. Beləliklə, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasının on altıncı mərtəbəsində 59 saylı mənzilə görə 50.610 manat, həmin binada qeyri-yaşayış sahəsinə görə 63.600 manat, Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binanın yeddinci mərtəbəsində 126 saylı mənzilə görə 33.900 manat pul ödəmiş, Elmira həmin mülklərlə bağlı ona maliyyə arayışları və müqavilələr təqdim etmişdir. Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədəki binanın tikintisindən sonra Təqsirləndirilən şəxs1 sürücüsü kimi tanımış, 2014-cü ildə onu Elmiranın ofisində bir dəfə görmüş, onunla başqa tanışlığı olmamış, telefon əlaqəsi saxlamamışdır. Mənzillərə və qeyri-yaşayış sahəsinə görə ödədiyi pulun bir dəfə 2.000 manat, ikinci dəfə 5.000 ABŞ dolları (8.800 manat) olmaqla cəmi 10.800 manatını Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 ödəmiş, hər iki dəfə Elmira ona zəng edib xəstə olduğu üçün gələ bilmədiyini, Samirin yaşadığı binanın həyətində olduğunu düşüb pulu ona verməyi demişdir. Təqsirləndirilən şəxs2 ona mənzil satmamış, satacağı barədə vəd də verməmişdir. Mənzillərə və qeyri-yaşayış sahəsinə görə pulu ödəyərkən Təqsirləndirilən şəxs2 tərəfindən deyil, Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmışdır. Təqsirləndirilən şəxs1 tanıyan vaxtlar bizneslə məşğul olduğundan əlində pulu olmuş, hətta Elmiraya bir neçə dəfə borca pul vermiş, lakin sələmə pul verməmişdir. Təqsirləndirilən şəxs1 tanıyan vaxtdan sonuncunun mühasibi Şahid1 da tanıyır. Hazırda Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binanın yeddinci mərtəbəsində 126 saylı mənzilə görə ödəmiş olduğu 33.900 manat pulu Təqsirləndirilən şəxs2 tələb edir və bunu onunla əsaslandırır ki, Samir Təqsirləndirilən şəxs1 işçisi olub, Elmira onun yanında Samirin adını çəkib, işçisi kimi təqdim edib, həmin pulun 25.100 manatını Samirin yanında Elmiraya ofisdə, qalanını isə iki dəfə olmaqla cəmi 10.800 manatı Elmiraya çatdırması üçün yaşadığı binanın həyətində Samirə verib, həm bunlara, həm də Elmira öldüyündən bu addımı atır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayının əvvəllərində mənzil alqı-satqısı ilə məşğul olan şəxslərdən eşitmişdir ki, «xxxxxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində çoxmərtəbəli yaşayış binası inşa edir və bununla əlaqədar elə həmin ərəfələrdə gedib həmin MTK-nın inşasına başladığı ünvana baxmış və orada bünövrənin qazıntı işləri aparıldığını görmüşdür. Binanın inşa ediləcək yerini bəyəndiyi üçün MTK sədri Təqsirləndirilən şəxs1 ilə görüşmək qərarına gəlmiş və bu məqsədlə onun hazırda xatırlamadığı ofisinə getmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin mənzilin 1 m2-ni 600 manata satır. Elə həmin tarixdə, yəni 18 noyabr 2016-cı il tarixdə özünün adına Təqsirləndirilən şəxs1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində «xxxxxxxxxx» MTK tərəfindən inşası aparılan binadan beşinci mərtəbədə iki otaqlı, sahəsi 94,20 m2 olan 21 saylı mənzilin 56.520 manata satılması barədə müqavilə tərtib olunmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs1 özünə nağd şəkildə 30.000 manat pul ödəmiş və sonuncu bununla bağlı maliyyə arayışı təqdim etmişdir. Bundan sonra hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 əlavə olaraq cəmi 20.000 manat pul ödəmiş, ona etibar etdiyi üçün 20.000 manat pulu ödəyəndə maliyyə arayışı tələb etməmiş, nəhayət, 25 mart 2019-cu il tarixdə Elmiradan 20.000 manat pulu alması barədə qəbz almışdır. Mənzilin alqı-satqısı ilə əlaqədar Təqsirləndirilən şəxs1 *** *** ** **, 050 *** ** ** mobil telefon nömrələri ilə, tapa bilməyəndə isə onun mühasibi Şahid1 məxsus 050 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, Elmiranın ofisində olanda Təqsirləndirilən şəxs2 adını eşitmiş, sonuncunu Elmiranın sürücüsü kimi tanımışdır. Onlardan başqa Təqsirləndirilən şəxs1 yanında işləyən Malik adlı şəxsi də tanımışdır. Təqsirləndirilən şəxs1 mənzili satarkən bildirmişdir ki, binanın tikintisi maksimum bir il ərzində tamamlanacaq, lakin indiyədək nə binanın tikintisi başa çatıb, nə də pulu geri qaytarılıb. Təqsirləndirilən şəxs1 özünün, eləcə də ayrı-ayrı şəxslərin deməsinə görə o, mənzillərin satışından əldə etdiyi pulları öz qızlarına və nəvələrinə sərf edib, yəni qızlarına, nəvələrinə mənzillər, qeyri-yaşayış sahələri alıb bağışlamışdır. Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir iddia və ya tələbi yoxdur, ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs1 mənzilə görə ödəmiş olduğu cəmi 50.000 manat pulun sonuncu tərəfindən qaytarılmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 16 dekabr 2016-cı il tarixdə əri ilə birlikdə «xxxxxxx» MTK-nın Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının yaxınlığından keçərkən bina xoşuna gəldiyi üçün yaxınlaşıb müraciət etmiş və kooperativin nümayəndəsi ona binanı, eləcə də 4 saylı mənzili göstərmişdir. Bundan sonra MTK-nın Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən xidməti ofisinə gedib MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə görüşmüş, onunla şərtləri razılaşdırdıqdan sonra 4 nömrəli mənzili almaq barədə qərara gəlmişlər. Mənzil üç otaqlı olmaqla qiymətini 78.500 manata razılaşmışlar. Mənzilin pulunun 60.000 manatını 16 dekabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs1 özünə nağd şəkildə xidməti ofisində vermiş və sonuncu ona həmin mənzilə dair maliyyə arayışını, müqaviləni təqdim etmiş, yerdə qalan 18.500 manat pulu hissəhissə olmaqla 10 oktyabr 2018-ci il tarixədək tam ödəyib qurtarmışdır. Ödənişi Təqsirləndirilən şəxs1 mühasibi Şahid1 da etmiş və sonuncu ilə 050 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamışlar. 10 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona mənzilə görə borcunun olmaması barədə arayış vermişdir. Müraciətindən təxminən on beş-iyirmi gün əvvəl həmin binaya getmiş və görmüşdür ki, binanın giriş hissəsində kimlərsə yazıblar ki, həmin binada bir mənzil bir neçə nəfər şəxsə satılıb. Ona görə də, əri ilə birlikdə Təqsirləndirilən şəxs1 xidməti ofisinə gedib ondan satdığı mənzili başqasına satıb-satmadığını soruşmuş, sonuncu etiraf etmişdir ki, həmin mənzili həqiqətən də ondan əvvəl Sevda adlı şəxsə satıb və söz vermişdir ki, həmin mənzilin əvəzində ona başqa MTK-dan mənzil verəcəkdir. Lakin indiyədək nə mənzil verib, nə də pulunu qaytarıb, bununla da ona dəyən ziyan ödənilməmişdir və 79.500 manat məbləğində ziyanı Təqsirləndirilən şəxs1 tələb edir. Təqsirləndirilən şəxs2 tanımır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, yaşadığı binanın yaxınlığında tikintisi aparılan «xxxxxxx» MTK tərəfindən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasından 16 noyabr 2013-cü il tarixdə 11 saylı mənzili nağd şəkildə 45.000 manat pulu Təqsirləndirilən şəxs1 ödəməklə almış, bununla bağlı ona müqavilə və maliyyə arayışı təqdim edilmişdir. 2016-cı ilin mart ayında həmin binadan pulunu Təqsirləndirilən şəxs1 hissə-hissə ödəməklə 8 saylı mənzili 95.000 manata almış və bununla bağlı da ona maliyyə arayışı, müqavilə təqdim edilmişdir. Həmin tarixdə, yəni 2016-cı ilin mart ayında bacısı x18 da həmin binadan 7 saylı mənzili öz adına 60.000 manata, nağd şəkildə Təqsirləndirilən şəxs1 xidməti ofisində ödəməklə almışdır. 8 saylı mənzili ilə bacısının 7 saylı mənzilinin yan-yana olmasını təmin etmək məqsədilə qərara gəlmişlər ki, müqavilələrdə 7 saylı mənzili özünün adına, 11 saylı mənzili isə bacısının adına dəyişdirsinlər. Belə də olmuş, yəni 2016-cı ilin mart ayının sonlarında müqavilələri Təqsirləndirilən şəxs1 yanında dəyişdirmişlər. Beləliklə, «xxxxxxx» MTK tərəfindən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasında yerləşən 11 saylı mənzilə görə 45.000 manat, 7 saylı mənzilə görə 60.000 manat olmaqla cəmi 105.000 manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs1 ödəmişdir. Alqı-satqı Təqsirləndirilən şəxs1 ilə edilmiş, müqavilələri isə sonuncunun mühasibi Şahid1 tərtib etmişdir. Mənzillə əlaqədar mütəmadi olaraq Təqsirləndirilən şəxs1 ofisində olmuş, həmin vaxtlar ofisdə sonuncudan başqa heç kim olmamışdır. Təxminən 2019-cu ilin aprel ayının əvvəllərində binanın həyətində çoxlu sayda adamlar toplaşdığını görmüş və məlum olmuşdur ki, həmin binadan mənzillər bir neçə nəfərə satılıb, buna görə də öz mobil telefon nömrəsini 7 saylı mənzilin qapısının üstünə yapışdırmış, təxminən bir saatdan sonra özünü Zərərçəkmiş şəxs13 kimi təqdim edən şəxs ona zəng vuraraq bildirmişdir ki, həmin 7 saylı mənzil başqa şəxsə məxsusdur. Bundan sonra iki dəfə Təqsirləndirilən şəxs1 xidməti ofisində onunla görüşmüş və məlum olmuşdur ki, Elmira 7 saylı mənzili ondan əvvəl Zərərçəkmiş şəxs10 adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona 105.000 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, x65 onun dostudur. Zərərçəkmiş şəxs24 22 dekabr 2014-cü il tarixdə «xxxxxxx» MTK-nın Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsindən 20 saylı mənzili müqavilə əsasında 95.370 manata almış, sonradan pula ehtiyacı olduğuna görə həmin mənzili satmaq istəmiş, 22 noyabr 2018-ci il tarixdə özü həmin mənzili almaq qərarına gəlmişdir. Bununla bağlı MTK-nın sədri Təqsirləndirilən şəxs1 xidməti otağına getmişlər və həmin tarixdə qeyd edilən mənzili 95.000 manat müqabilində öz adına sənədləşdirmişlər. Mənzili alandan sonra Təqsirləndirilən şəxs1 mühasibi Şahid1 ilə 050 *** ** ** mobil telefon nömrəsi ilə mütəmadi əlaqə saxlayaraq mənzil barədə maraqlanmış, sonuncu heç bir problem olmadığını bildirmişdir. Lakin 31 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs21 adlı şəxs ona zəng vuraraq demişdir ki, «sən mənim aldığım mənzildə təmir işləri aparırsan». Zərərçəkmiş şəxs21 mənzilin sahibi olduğunu demiş, növbəti gün Arazla görüşəndə məlum olmuşdur ki, sonuncu mənzili Zərərçəkmiş şəxs24 sonra, yəni 2016-cı ildə alıb. Bundan başqa 01 aprel 2019-cu il tarixdə «xxxxxxx» MTK-dan aldığı 20 saylı mənzildə təmir işləri aparan ustalar ona zəng vurub bildirmişlər ki, bir nəfər gəlib özünü sahə müvəkkili kimi təqdim edərək deyib ki, həmin mənzil Araz adlı şəxsə məxsusdur. Ustalara işi dayandırmalarını və çıxıb getmələrini demişdir. 03 aprel 2019-cu il tarixdə binanın həyətinə gedib Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs21 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs21 ona bildirmişdir ki, mənzili 2013-cü ildə alıb və «watsapp» proqramı ilə mənzilə dair müqavilənin şəklini göndərmişdir. Məlum olmuşdur ki, müqavilədə 2016-cı ili qələmlə dəyişərək 2013-cü il etmişlər. 03 aprel 2019-cu il tarixdə mənzilə qalxmış və görmüşdür ki, mənzilin qapısını çıxarıb yerinə başqa qapı qoyublar. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuş, onu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə izahat verəndən sonra Təqsirləndirilən şəxs1 yanına getmiş və sonuncu ona bildirmişdir ki, mənzil ona məxsusdur, Zərərçəkmiş şəxs21 on birinci mərtəbədən üç otaqlı mənzil verəcək. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs21 Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmamış, nəticədə onun aldığı 20 saylı mənzil əlindən alınmışdır. Zərərçəkmiş şəxs21 ona həmin mənzildə apardığı təmir işləri ilə əlaqədar 7.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs2 tanımır, hazırda sözügedən mənzilə görə ödəmiş olduğu 95.000 manat pul ona qaytarılmamışdır, Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2013-cü ilin sentyabr ayında atası x46 «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən ünvan 10 ünvanda bir bloklu on yeddi mərtəbəli yaşayış binasının inşa etdirilməsini eşidib, tikinti ilə maraqlanmış və yerləşdiyi ərazi xoşuna gəldiyi üçün həmin binadan mənzil almaq qərarına gəlmişdir. Bununla əlaqədar MTK-nın Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanda yerləşən ofisinə gedib Təqsirləndirilən şəxs1 ilə görüşmüş, sonuncu mənzilin 1 m2-ni 750 manata təklif etmişdir. Bundan sonra atası 09 sentyabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 xidməti ofisində ümumi dəyəri 54.225 manat təşkil edən birinci blok üçüncü mərtəbədə iki otaqlı 72,3 m2 sahəsi olan 7 saylı mənzilin dəyərini tam olaraq sonuncuya ödəməklə öz adına sənədləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bu barədə atasına maliyyə arayışı və müqavilə təqdim etmişdir. Eyni zamanda həmin gündə, yəni 09 sentyabr 2013-cü il tarixdə sözügedən binadan 8 saylı mənzili atası Təqsirləndirilən şəxs1 nağd şəkildə 61.710 manat pulu ödəməklə onun üçün almış, Elmira həmin mənzilə dair ona müqavilə və borcunun olmaması barədə maliyyə arayışı vermişdir. Hər iki mənzilin alqı-satqısı zamanı atası Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, Elmiranın mühasibi Şahid1 ilə telefon əlaqəsi olmamış, mənzillərə görə ödənişləri atası etmiş, sənədləşmə isə onun adına aparılmışdır. 2018-ci ilin may ayının əvvəllərində həmin binadan xatırlamadığı şəxslər ona zəng vurub bildirmişlər ki, 8 saylı mənzil başqa şəxsə satılıb. Birbaşa Təqsirləndirilən şəxs1 özü ilə əlaqə saxlamış və sonuncu bildirmişdir ki, guya həmin 8 saylı mənzili nəvəsi üçün alıb. Təqsirləndirilən şəxs1 pulunu geri tələb edəndə, sonuncu 11 may 2018-ci il tarixdə onun adına həmin binadan 20 saylı mənzili sənədləşdirmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 həmin 20 saylı mənzili ondan əvvəl hansısa başqa şəxsə, 7 saylı mənzili isə ondan sonra Zərərçəkmiş şəxs8 satmasını eşidib məcbur qalaraq Elmiradan şikayət etmişdir. Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadə «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən inşa etdirilən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə bir bloklu on yeddi mərtəbəli yaşayış binasında ümumi dəyəri 54.225 manat təşkil edən 7 saylı və 61.710 manata 8 saylı mənzillərin pulunu özünün Elmiraya nağd şəkildə təqdim etməklə aldığı barədə hissəsi məhkəmədə həmin hissədə verdiyi ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar elan olunmuş və o, sözügedən mənzillərdən 7 saylı mənzilin dəyərinin atası Əlikram Ağayev tərəfindən tam olaraq Elmiraya ödəməklə öz adına sənədləşdirməsi, 8 saylı mənzili isə atasının Elmiraya nağd şəkildə 61.710 manat pulu ödəməklə onun üçün almasını bir daha deyərək məhkəmədə verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 tanımır, dəymiş zərəri Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 16 fevral 2018-ci il tarixdə «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında inşa edilən bir bloklu, on yeddi mərtəbəli yeni tikilinin on beşinci mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 112 m2 olan 56 saylı mənzili Elmiranın iştirakı ilə x32 adına 82.000 manatı tam ödəməklə almışdır. Mənzilin satışı ilə bağlı elanı «yeniemlak.az» saytında görüb zəng edərək vasitəçi olduğunu və mənzilin Ramin adlı şəxsə məxsus olmasını bildirmişdir. Mənzilə baxış keçirdikdən sonra vasitəçi şəxsin işlədiyi ofisdə Raminin də iştirakı ilə görüş təyin etmişlər. Vasitəçinin müdir kimi təqdim etdiyi şəxsin otağında görüşüb qiyməti razılaşırıq alqı-satqı günü təyin etmişlər. 16 fevral 2018-ci il tarixdə «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 və Şahid1 işlədiyi Binəqədi rayonunun 6-cı mikrorayonunda «Nəsimi» metrosuna yaxın ərazidə yerləşən ofisdə görüşmüşlər. Alqı-satqıda mənzilin Raminə məxsus olmasını hesab etmiş, lakin müqavilə Kamil Cəmilovun adına tərtib olunmuşdur. MTK sədri Təqsirləndirilən şəxs1 görüş zamanı qətiyyətlə bir mənzilin iki nəfərə satılması kimi halların olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla necə əlaqə saxlayacağı barədə maraqlanmış, sonuncu bütün işlərini Təqsirləndirilən şəxs2 həyata keçirdiyini bildirərək Samiri dəvət etmişdir. Təqsirləndirilən şəxs2 öz istifadəsində olan (+99*** *** ** **) mobil telefon nömrəsini ona verərək nə sualı olsa zəng vurmağı demişdir. Təqsirləndirilən şəxs2 hansı işlə məşğul olmasını soruşanda, bildirmişdir ki, əvvəllər bələdiyyədə işləyib, hazırda isə Təqsirləndirilən şəxs1 yanındadır. Təqsirləndirilən şəxs2 bütün alqı-satqı prosesi ərəfəsində otaqda olmuş, Təqsirləndirilən şəxs1 Samiri özünün işçisi kimi təqdim etmiş, lakin sonradan öyrənmişdir ki, Elmiranın nəvəsinin əridir və onun bir çox işlərini həmin şəxs yerinə yetirib. Adına müqavilə bağlanmış və «xxxxxxx» MTK-nə məxsus möhürlə təsdiqlənmiş maliyyə arayışı verilmişdir. Mənzili aldığı zaman binada təhvil üçün işlərin başlandığı və tam sürətlə davam etdiyi kimi görüntü yaradılmış, lakin aldıqdan sonra hərəkətlilik dayanmışdır. Buna görə də, 2018-ci ilin oktyabr ayında mənzili satmaq qərarına gəlmiş, iki nəfər mənzilə baxmağa gəlmiş, almaq barədə fikirləşmişlər. Bina sakinlərindən bəziləri ilə vaxtaşırı əlaqə saxlamışdır. Bir gün Zərərçəkmiş şəxs15 ona zəng vurub 56 saylı mənzilə dair müqaviləsi olduğunu bildirəndən sonra dərhal mənzilin satışını dayandırıb Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Təqsirləndirilən şəxs1 ona vəd vermişdir ki, həmin mənzilin əvəzi olaraq özünün, daha sonra isə qızının yaşadığı dörd otaqlı mənzili verəcək. Lakin, xəbər çıxmadığını görüb onun Təranə adlı qızı ilə telefonla əlaqə saxlamış və sonuncu anasının hərəkətlərinə görə çox pis olduğunu, bütün məsuliyyəti öz üzərinə götürdüyünü deyərək pulunu qaytaracağına dair söz vermişdir. 2019-cu ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs1 qızı Təranə ərinin adına olan Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsindəki iki otaqlı mənzili onun adına sənədləşdirmişdir. Lakin həmin mənzilin dəyəri ən çoxu 30.000 manat təşkil edər. Zərərçəkmiş şəxs11 məhkəməyə təqdim etdiyi ərizədə ona 82.000 manat məbləğində dəymiş ziyanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyini, həmin məbləğ tam ödənildiyi təqdirdə Elmiranın qızı Təranənin onun adına rəsmiləşdirdiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən iki otaqlı evi geri qaytarmağa etiraz etmədiyini qeyd etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, arvadı x31 adına aldığı «xxxxxxx» MTK-nın Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllə ünvanında inşa etdirdiyi bir bloklu yaşayış binasının ikinci mərtəbəsində yerləşən iki otaqlı 2 nömrəli 76,5 m2 mənzilin pulunu özü verdiyi üçün hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində özü tanınmış, bununla əlaqədar Pərvanə onun adına etibarnamə də vermişdir. 2018-ci ilin may ayında tanışı Namiq adlı şəxs ona bildirmişdir ki, «xxxxxxx» MTK-nın Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə inşa etdirdiyi binadan aldığı 2 nömrəli mənzili satmaq istəyir. Həmin binaya və mənzilə gedib yerində baxmış, mənzil tam təmirsiz vəziyyətdə olmuşdur. Mənzili bəyənmiş və Namiqlə zəngləşib birlikdə kooperativin sədri Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisinə getmişlər. Namiq özü əvvəldən Təqsirləndirilən şəxs1 mənzilini satması barədə demiş, o özü də Elmiradan həmin mənzillə bağlı hər hansı problem olubolmadığını soruşmuş və sonuncu heç bir problem olmadığını bildirmişdir. Bundan sonra arxayınlıqla mənzili almaq qərarına gəlmişdir. Namiqlə mənzili 68.850 manata razılaşmışlar. Elə həmin gün, yəni 10 may 2018-ci il tarixdə sənədləri arvadı Pərvanə Əliyevanın adına hazırlamışlar və Pərvanəni aparıb sənədlərə imza etdirmişdir. Namiqə həmin tarixdə yaşadığı ərazidə əvvəlcə 40.000 manat, bundan təxminən iki ay sonra isə 28.850 manat pul vermişdir. Bundan sonra «Xəzər» televiziyasında sözügedən bina ilə bağlı aparılmış çəkilişə baxanda məlum olmuşdur ki, aldığı mənzili Zərərçəkmiş şəxs23 11 mart 2013-cü il tarixdə, yəni ondan əvvəl həmin mənzili satın almış, sadəcə Namiqə məxsus olan, həmin binada yerləşən 7 nömrəli mənzili Namiq dostu Zərərçəkmiş şəxs10 adında saxlatmış, Təqsirləndirilən şəxs1 isə həmin mənzili başqa şəxsə satdığı üçün Namiqə 2 nömrəli mənzili guya əvəz olaraq vermişdir. Əslində isə həmin mənzil də yuxarıda qeyd etdiyi başqa şəxsə məxsus olmuşdur. Namiqin bu məsələlərdən həqiqətən də məlumatı olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs1 bunu özü etiraf edərək pulu özünün qaytaracağına dair vəd vermiş, lakin indiyədək nə pulunu qaytarır, nə də, mənzilini verir. Təqsirləndirilən şəxs2 tanımır, ondan şikayətçi deyil, dəymiş zərəri Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş x28 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2017-ci il tarixdə «xxxxxxx» MTK-nın Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllə ünvanında yerləşən bir bloklu binanın on üçüncü mərtəbəsindəki sahəsi 76,5 m2 olan iki otaqlı 46 nömrəli mənzili 62.347 manata almış, həmin mənzillə bağlı hər hansı bir şəxs iddia irəli sürməmişdir. Sözügedən kooperativin sədri Təqsirləndirilən şəxs1 xidməti ofisində 46 nömrəli mənzili alanda ondan binadakı 45 nömrəli bir otaqlı mənzilin sahibinin olub-olmaması ilə maraqlanmış, sonuncu mənzilin sahibinin olduğunu bildirmişdir. Bundan bir neçə ay sonra xaricdə olanda Təqsirləndirilən şəxs1 onun anasına zəng edib demişdir ki, 45 nömrəli mənzil 37.000 manata satılır. Əlində cəmi 28.500 manat pul olmuşdur. Təqsirləndirilən şəxs1 razılaşıb anasına demişdir ki, qalanını yavaş-yavaş verər. Beləliklə, 2018-ci ilin fevral ayının 01-də əvvəlcədən anasına verdiyi etibarnamə əsasında 45 nömrəli mənzilə sahib olmuşdur. Anası 28.500 manat məbləğdə pulu elə həmin gün Təqsirləndirilən şəxs1 ofisində ona ödəmiş və sonuncu anasına bu barədə arayış təqdim etmişdir. 27 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 1.000 manat da ödəmiş, yerdə qalan məbləğin yalnız bina təhvil olunanda ödəniləcəyinə razılaşmışalr. Bütün pullar özünə məxsus olmuşdur. Xaricdən qayıdanda binaya baş çəkmiş və 2017-ci ildə necə görmüşdürsə, elə də qalmışdır. Bundan sonra sakinlərdən biri onları Təqsirləndirilən şəxs1 ofisinə toplamış, orada məlum olmuşdur ki, Elmiranın binanı tamamlamaq üçün pul vəsaiti yoxdur. Həmin görüşdə bütün sakinlərin nömrələrini yığmış və «whatsapp» qrupu yaratmışdır. Orada bəlli olmuşdur ki, kim hansı mənzilin sahibidir və kimlərə eyni mənzil neçə dəfə satılıb. Ondan sonra «Xəzər» televiziyasını dəvət edib, problemi ictimailəşdirmişlər. Təqsirləndirilən şəxs1 mənzilləri iki və daha çox şəxsə satmasını özü təsdiq etmişdir. Xəbər çıxandan sonra daha bir neçə vətandaş iddia etmişlər ki, mənzillərin sahibləri məhz onlardır. 2019-cu ilin aprel ayında məlum olmuşdur ki, 45 nömrəli mənzilin sahibi Zərərçəkmiş şəxs14dır. Dərhal Təqsirləndirilən şəxs1 işçisi Şahid1 zəng edib Zərərçəkmiş şəxs14 nömrəsini istəmiş, beş dəqiqədən sonra Elmira özü ona zəng edib Aybənizin nömrəsini vermiş, eyni zamanda narahat olmamağı, Aybənizlə məsələni özünün həll edəcəyini bildirmişdir. Hər ehtimala qarşı özü Zərərçəkmiş şəxs14 yığmış və sonuncu 45 nömrəli mənzilin sahibliyini təsdiqləmiş, onu da vurğulamışdır ki, Təqsirləndirilən şəxs1 onunla danışmayıb. Zərərçəkmiş şəxs14 sözlərinə görə evi 2013-cü ildə alıb. Ondan evin sənədlərinin surətini verməyi xahiş etmiş, o da demişdir ki, atası rəhmətə gedib deyə qırx mərasimini, yəni may ayının 11-ni gözləyəcək, Təqsirləndirilən şəxs1 ona söz verib ki, pullarını ona kimi özünə qaytaracaq. Lakin nəticə olmadığını görüb sakinlərlə birlikdə şikayət ərizəsi yazmışdır. 46 nömrəli mənzili alarkən, yəni 2017-ci ilin oktyabr ayının 28-də Təqsirləndirilən şəxs1 sonuncunun Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisinə öz işçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 qara rəngli, hazırda markasını və nömrəsini xatırlamadığı avtomobildə gətirmiş, Elmira ona demişdir ki, «Samirin telefon nömrəsini götür, nəsə sualın olsa, Samirlə əlaqə saxla». Həmin vaxt Samir öz telefon nömrəsini, yəni 050 *** ** ** nömrəsini vermiş, nömrəni telefonunun yaddaşına «Samir Elmira» kimi yazmış, hətta bir dəfə, yəni 2018-ci ilin təxminən may ayında Elmiraya zəng çatmadığından məcbur qalıb Samirə zəng edib mənzillə maraqlanmış, Samir bildirmişdir ki, bina təxminən iki-üç ay ərzində təhvil veriləcəkdir. Bundan sonra onunla bir daha əlaqə saxlamamışdır. Hazırda 30.000 manat məbləğində pul tələbi var və ödənilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, «xxxxxxx» MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən yaşayış binasından 45 nömrəli mənzili 2013-cü ildə kooperativin sədri Təqsirləndirilən şəxs1 hazırda xatırlamadığı, müqavilədə qeyd edilən məbləği ödəməklə almış, bir müddətdən sonra həmin mənzili satmaq qərarına gəlmiş və bu barədə Təqsirləndirilən şəxs1 da məlumat vermişdir ki, müştəri olanda onu da xəbərdar etsin. Aradan xeyli müddət keçəndən sonra telefonda mənzilinin x17 satıldığını eşidib, bunu onun xəbəri olmadan etdiyi üçün dərhal Təqsirləndirilən şəxs1 ilə görüşərək etirazını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona məxsus olan satdığı mənzilin pulunu ödəmək üçün vaxt verməsini xahiş etmiş, lakin bu günə kimi pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs2 və Şahid1 tanımır, mənzilinin satılması ilə əlaqədar müştəri tapıb-tapmaması barədə yalnız Təqsirləndirilən şəxs1 özündən maraqlanmışdır. Buna görə də, ona dəymiş ziyanı Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2013-cü ilin əvvəllərində eşitmişdir ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında inşa edilən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasının tikintisi aparılır. Yerində tikinti ilə maraqlanmış və yerləşdiyi ərazi xoşuna gəldiyi üçün həmin binadan mənzil almaq qərarına gəlmiş, bununla əlaqədar kooperativin Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisinə gedib Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mənzilin 1 m2-nin qiyməti 750 manat təşkil edir. 19 fevral 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 xidməti ofisində onun adına birinci blok, on beşinci mərtəbədə yerləşən üç otaqlı, 112,2 m2 sahəsi olan 56 saylı mənzili sənədləşdirmişdir. Mənzilin ümumi dəyəri 84.150 manat təşkil etmişdir. Həmin tarixdə mənzilin dəyərinin 85%-ni, yəni 70.000 manatını nağd şəkildə Təqsirləndirilən şəxs1 ödəmiş və sonuncu ona maliyyə arayışı təqim etmişdir. Mənzilin pulunun qalan hissəsini altı dəfəyə ödəyib tam qurtarmışdır. Tez-tez gedib tikiniti ilə yerində maraqlanmışdır. 2018-ci ilin oktyabr ayında yenidən həmin ünvana getmişdir. Binanın qarşısında dayanmış bir nəfər şəxsdən binanın nə vaxt təhvil veriləcəyini soruşmuşdur. Həmin şəxs ondan hansı mənzili aldığını soruşanda, on beşinci mərtəbədə yerləşən 56 saylı mənzildir cavabını vermiş, həmin şəxs də sözügedən mənzilin başqa şəxsə satıldığını deyib onun yanında telefonla kiməsə zəng vurmuş və telefonu ona vermişdir. Telefonda danışan şəxs özünü Zərərçəkmiş şəxs11 kimi təqdim edərək on beşinci mərtəbədə yerləşən 56 saylı mənzilin ona satıldığını demişdir. Zərərçəkmiş şəxs11 demişdir ki, həmin mənzil özünə məxsusdur və əlavə etmişdir ki, gedib məsələsini Təqsirləndirilən şəxs1 ilə həll etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 zəng vurub bu barədə soruşmuş və sonuncu ona demişdir ki, «həmin mənzil sənə məxsusdur, narahat olma, özüm həll edəcəm». Arxayın olduğu üçün heç yerə bu barədə şikayət etməmiş və nəticədə belə bir problemlə rastlaşmışdır. Təqsirləndirilən şəxs2 tanımır və dəymiş ziyanı Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 30 iyun 2014-cü il tarixdə arvadı x37 adına «xxxxxxx» MTK-nın Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasından 76,5 m2 sahəsi olan iki otaqlı 34 saylı mənzili pulunu nağd şəkildə kooperativin sədri Təqsirləndirilən şəxs1 ödəyərək almışdır. Mənzilin kv.metrini 800 manata olmaqla, cəmi 61.000 manata razılaşmışlar. 30 iyun 2014-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona borcunun olmaması barədə arayış və müqaviləni təqdim edib, söz vermişdir ki, mənzilin tikinitisi maksimum bir il yeddi ay ərzində başa çatacaq. Lakin deyilən müddətdə mənzilin tikintisi başa çatmadığına görə məcbur qalıb kirayə ev tutmuş, bu barədə Təqsirləndirilən şəxs1 deyəndə, sonuncu ona bildirmişdir ki, kirayə pulunu özü ödəyəcəkdir. Beş il ərzində kirayə pulu olaraq 30.000 manat pul sərf etmiş, buna görə Elmira ona 10.000 manat pul vermişdir. 2018-ci ilin əvvəllərində mənzilini satmaq qərarına gəlmişdir. Bir neçə nəfər gəlib mənzilə baxsa da, qiymətdə razılaşa bilmədikləri üçün mənzili satmamışdır. 2019-cu ilin fevral ayının əvvəllərində binada payçı olan sakinlərin birindən eşitmişdir ki, Təqsirləndirilən şəxs1 ona məxsus mənzili özündən xəbərsiz olaraq Şahid5 satıb. Şahid5 ilə telefon əlaqəsi saxlayaraq bu barədə soruşmuş, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs1 34 nömrəli mənzili ona satmışdır. Şahid5 Təqsirləndirilən şəxs1 onu aldatdığını, mənzil ona məxsus olduğunu demiş, danışığı kəsmişlər. Dərhal sonra Təqsirləndirilən şəxs1 xidməti ofisinə gedib bu barədə soruşanda, sonuncu bildirmişdir ki, «sən narahat olma, mənzil sənindir, mən ona yalnız bir ədəd kağız parçası vermişəm». Təqsirləndirilən şəxs1 etdiklərinin dələduzluq olduğun və buna görə məsuliyyət daşıyacağını demişdir. Onun özündə olan məlumata görə Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin təxminən 300.000 manatını Abşeron rayonu, Xırdalan şəhərində yeni tikinitisinə başladığı binaya, qalan hissəsini isə xxxxxx rayonunda inşa etdirdiyi binaya sərf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bütün qazancı və əmlakı qız övladlarının adınadır. Təqsirləndirilən şəxs2 tanımır, dəymiş zərəri Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, birlikdə «xxxxxx» ASC-də işləmişlər. Münasibətləri normal olmuş, əvvəllər aralarında narazılıq və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 mənzil tikintisi ilə məşğul olurdu. 2005-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binasının inşasına başlayıb və təklif etmişdir ki, həmin binadan mənzil alsın. Onun sözlərinə inanıb, mənzil almaq qərarına gəlmişdir. 15 iyul 2005-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına «xxxxxxxx» MTK tərəfindən inşa edilən binadan 15 nömrəli mənzilə dair müqavilə tərtib etmişdir. İlkin razılaşmaya əsasən mənzilin qiymətini 33.000 ABŞ dollarına razılaşmışlar. Təxminən iki il ərzində həmin pulu hissə-hissə Təqsirləndirilən şəxs1 özünə vermişdir, bundan sonra Elmira ona bildiriş vermişdir ki, inşaat materiallarının qiymətində bahalaşma olduğu üçün hər kv.metr sahə üçün əlavə olaraq 40 ABŞ dolları ödəməlidir. Özü də razılaşmış və 28 dekabr 2007-ci il tarixdə mənzilin pulunu tam olaraq, cəmi 37.760 ABŞ dolları pulu Təqsirləndirilən şəxs1 özünə nağd şəkildə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisində, iş otağında ödəmişdir. Bununla bağlı ona maliyyə arayışları təqdim edilmişdir. 10 iyul 2011-ci il tarixdə Təqsirləndirilən şəxs1 ofisinə gedib xahiş etmişdir ki, mənzilini satmaqda ona köməklik göstərsin. Təqsirləndirilən şəxs1 bununla bağlı ərizə yazmalı olduğunu dediyindən həmin tarixdə ərizə yazmışdır. Təqsirləndirilən şəxs1 söz vermişdir ki, mənzilinin satılmasında köməklik göstərəcək və pulunu özünə verəcək. Təqsirləndirilən şəxs1 etibar edib mənzilini satmağı ona həvalə etmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs1 yanına gedib mənzilinə müştəri tapıb-tapmadığını soruşurmuş. Sonuncu hər dəfə demişdir ki, hələ ki, müştəri yoxdur. 16 aprel 2014-cü il tarixdə mənzilinə görə müştəri tapdığı üçün Təqsirləndirilən şəxs1 ofisinə getmiş və mənzilinin açarını verməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs1 mənzili 60.000 manata Zərərçəkmiş şəxs20 satdığını bildirmişdir. Mənzilini özünün iştirakı olmadan satdığına görə əsəbləşmiş və mənzilin qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 yalandan demişdir ki, guya zəng vurub, lakin o, gəlməyib. Ona yalan dediyini, ondan şikayət edəcəyini demiş, Təqsirləndirilən şəxs1 da bildirmişdir ki, «get hansı daş ağırdırsa vur başına, mən mənzili satmışam, nə mənzilini qaytaracam, nə də, pulunu verəcəyəm». Dəfələrlə Təqsirləndirilən şəxs1 həm şifahi qaydada, həm də, yazılı surətdə tələb etmişdir ki, mənzilini satdığı şəxslərlə onu görüşdürsün. Lakin Təqsirləndirilən şəxs1 həmin şəxs barədə ona heç bir məlumat verməmişdir. Sonradan məcbur qalıb mülki qaydada məhkəməyə müraciət etmiş və iş Ali Məhkəməyə qədər uzanmışdır. Bütün instansiyalarda qərar özünün xeyrinə qəbul olunmuşdur. Məlum olmuşdur ki, Zərərçəkmiş şəxs20 mənzilini təmir etdirib, lakin bununla belə sonuncu məhkəmənin qərarı əsasında onun mənzilindən çıxarılmışdır. Təqsirləndirilən şəxs2 tanımır, ona qarşı hər hansı bir şikayəti və ya tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, 2014-cü ildə mənzil almaq qərarına gəlmiş və tanışları vasitəsilə öyrənmişdir ki, «xxxxxxx» MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası inşa edilir. Binanın yerləşdiyi ünvana gedib baxanda təxminən ikinci mərtəbəsinin inşa edildiyini görmüş, yerləşdiyi yeri bəyəndiyi üçün mənzil almaq qərarına gəlmiş və bu məqsədlə 15 iyul 2014-cü il tarixdə kooperativin Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisində sədr Təqsirləndirilən şəxs1 ilə 44 nömrəli mənzilə dair alqı-satqı müqaviləsi imzalamışlar. Mənzilə görə 95.000 manat pulu nağd şəkildə həmin tarixdə Təqsirləndirilən şəxs1 ofisində vermiş və sonuncu ona borcunun olmaması barədə maliyyə arayışı təqdim etmişdir. 2019-cu ilin may ayında mənzilinə baxmaq üçün gedəndə eşitmişdir ki, mənzili sonradan Zərərçəkmiş şəxs4 satılmışdır. Anna Xəlilovna ilə birlikdə Təqsirləndirilən şəxs1 yanına getmişlər və sonuncu mənzili sonradan Annaya satdığını etiraf etmişdir və onun yanında Annaya söz vermişdir ki, verdikləri pulu tezliklə qaytaracaq. Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri nəticəsində öz əmlakından normal istifadə edə bilməmiş, səhhətində ciddi problemlər yaranmışdır və bu hallar hazırda da davam edir. Təqsirləndirilən şəxs2 tanımır, ona dəymiş zərəri Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2011-ci ilin dekabr ayında mənzil almaq qərarına gəlmiş, bu məqsədlə qardaşı Şahid4 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllə ünvanında tikintisi aparılan yaşayış binasına gedib yerində baxış keçirmişlər. Məlum olmuşdur ki, həmin binanı Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi «xxxxxxxx» MTK inşa edir. Kooperativin ünvan 3 ünvanında yerləşən ofisində Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər və sonuncu onlara həmin binadan üç otaqlı 15 nömrəli mənzili təklif etmişdir. Razılaşmışlar və 16 dekabr 2011-ci il tarixdə həmin ofisdə özünün adına 15 nömrəli mənzilə görə müqavilə bağlanmışdır. Elə həmin tarixdə nağd şəkildə Təqsirləndirilən şəxs1 özünə 60.000 manat pulu mənzilə görə ödəmiş və sonuncu bununla bağlı maliyyə arayışı təqdim etmişdir. Bir neçə ildən sonra həmin mənzildə təmir işlərinə başlamış, təmir təxminən iki-üç il davam etmişdir. Mənzilin təmirinə təxminən 30.000 manat pul xərcləmişdir. Təxminən 2017-ci ildə yaşadığı ünvana Binəqədi rayon məhkəməsindən bildiriş gəlmişdir. Narahat olub Təqsirləndirilən şəxs1 yanına getmiş və sonuncu onları yalandan rahat salıb demişdir ki, həmin mənzili Zərərçəkmiş şəxs17 özünün razılığı ilə satıb və məsələni özü məhkəmə qaydasında həll edəcəkdir. Onun sözlərinə inanıb heç bir tədbir görməmişdir. Sonradan məlum olmuşdur ki, bütün məhkəmə instansiyalarında Məsum Haşumova qalib gəlib. Bundan sonra 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs1 işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs2 ona və qardaşına bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində hakim tanışı var, Ali Məhkəmənin qərarını ləğv etdirəcək. Təqsirləndirilən şəxs1 onlara demişdir dedi ki, bununla bağlı Təqsirləndirilən şəxs2 30.000 manat pul verib. Lakin sonradan məlum olmuşdur ki, Konstitusiya Məhkəməsi iddianı rədd edib. Bundan sonra məhkəmənin qərarı ilə mənzildən çıxarılmışlar. Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri nəticəsində ona həm maddi, həm də, mənəvi zərər olaraq cəmi 150.000 manat ziyan dəymiş, səhhətində də ciddi problemlər yaranmışdır. Bununla əlaqədar ona dəymiş ziyanı Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yaşayış binasının bünövrəsinin qazılması işləri həyata keçirildiyini görüb, tikintini həyata keçirən «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə sonuncunun Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisində görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona tikintisi aparılan binanın altıncı mərtəbəsində yerləşən 20 nömrəli üç otaqlı mənzili 40.000 manata satmağa razılaşmışdır. Mənzili bünövrədən aldığı üçün ona müəyyən qədər güzəşt olunmuşdur. 28 fevral 2013-cü il tarixdə adına müqavilə bağlanmış və 40.000 manat pulu 01 mart 2013-cü il tarixdə nağd şəkildə Təqsirləndirilən şəxs1 ofisində ona vermiş, sonuncu da ona həmin tarixli maliyyə arayışı vermişdir. Binanın hazırki vəziyyətdəki tikintisi təxminən 2017-2018-ci illərdə başa çatmışdır. Həmin dövrlərdə tez-tez gedib yerində tikinti ilə maraqlanmışdır. 2019-cu ilin aprel ayında mənzilə baxmaq üçün gedəndə görmüşdür ki, mənzilin qapısının açarı dəyişdirilib və içəridə tikinti materialları var. Dərhal Təqsirləndirilən şəxs1 yanına getmiş və ondan bu barədə soruşmuşdur. Sonuncu ona narahat olmamağı, mənzilin ona məxsus olduğunu, sadəcə özündən sonra səhvən başqa şəxsə də müqavilə yazdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 tələb etmişdir ki, həmin şəxsin telefon nömrəsini ona versin. Nömrəni götürüb əlaqə saxlamış, sonradan Zərərçəkmiş şəxs9 kimi tanıdığı bir nəfər şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs1 100.000 manat pul verib və həmin mənzili alıb. Zərərçəkmiş şəxs9 həmin mənzili 2013-cü ildə özünün aldığını bildirmiş, bundan bir gün sonra Eldostla Təqsirləndirilən şəxs1 ofisində görüşmüş və orada Elmira arxiv sənədlərini çıxararaq mənzilin özünə məxsus olmasını təsdiq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs9 çıxıb getmiş və Təqsirləndirilən şəxs1 ona arayış yazmışdır ki, həqiqətən də mənzil ona məxsusdur, Eldostdan aldığı pulu onun özünə geri qaytaracaq. Elə həmin gün kooperativin əməkdaşlarının iştirakı ilə komendant tərəfindən mənzilin qapısı sökülmüş və içəridəki əşyalara baxış keçirilərək aktlaşdırılmışdır. Həmin gün öz vəsaiti hesabına mənzilə yeni qapı qoydurmuşdur. Növbəti gün Zərərçəkmiş şəxs9 ilə binanın qarşısında görüşmüşlər və sonuncu Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, guya onun mənzili qanunsuz olaraq əlindən alınıb. Polis əməkdaşları gələndə onlara zəruri sənədləri göstərmiş, bundan sonra polis əməkdaşları ona inanıb, Zərərçəkmiş şəxs9 oradan kənarlaşdırmışlar. 19 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs9la kafelərdən birində görüşmüş və ona təklif etmişdir ki, mənzilə alıb yığdğı tikinti materiallarını aparsın, lakin Eldost razılaşmadığı üçün halallıq olsun deyə dəyərini ödəməyi təklif etmiş, bu halda sonuncu onunla razılaşmış və ona həmin materialların dəyərini tam olaraq, yəni 7.000 manat pulu ödəmişdir. Zərərçəkmiş şəxs9 bununla bağlı qəbz də yazıb imzalamış, mənzilə dair heç bir iddiasının olmadığını bildirmiş və halallıq verərək çıxıb getmişdir. Yaxın günlərdə toyu olacağına görə qısa vaxt ərzində həmin mənzili öz vəsaiti hesabına tam olaraq təmir etdirmiş və əşyaları mənzilə yığmışdır. Təqsirləndirilən şəxs2 tanımır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 2013-cü ildə yaşadığı evin yaxınlığında yaşayış binasının tikintisi üçün bünövrə qazıldığını görüb əlavə mənzili olsun deyə həmin binadan mənzil almaq qərarına gəlmişdir. Təxminən 2013-cü ilin may ayında «xxxxxxx» MTK-nın ünvan 3 ünvanında yerləşən ofisinə gedib kooperativin sədri Təqsirləndirilən şəxs1 ilə görüşmüş, sonuncu ona birinci mərtəbədə yerləşən 2 nömrəli mənzili almağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 ofisində müqavilə bağlandığı tarixdə mənzilə görə hazırda xatırlamadığı, müqavilədə qeyd edilən məbləği onun özünə ödəmiş və sonuncu ona müqavilə, maliyyə arayışı vermişdir. 2019-cu ilin aprel ayının əvvəllərində «Xəzər» televiziyasında Təqsirləndirilən şəxs1 görmüş və məlum olmuşdur ki, sonuncu həmin binadan bir mənzili bir neçə nəfər şəxsə satıb. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona məxsus mənzili sonradan Zərərçəkmiş şəxs13 arvadına satıb. Zərərçəkmiş şəxs13lə görüşüb sənədləri ona göstərmiş, Fərman da bildirmişdir ki, həmin mənzilə dair artıq iddiası yoxdur və öz pulunu Təqsirləndirilən şəxs1 tələb edəcək. Təqsirləndirilən şəxs1 əməlləri nəticəsində ona mənəvi zərər dəymişdir. Təqsirləndirilən şəxs2 tanımır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, 22 dekabr 2014-cü il tarixdə «xxxxxxx» MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə inşa edilən yaşayış binasından 20 nömrəli mənzili həmin kooperativin sədri Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş müqavilə əsasında almışdır. Həmin tarixdən başlayaraq hissə-hissə olmaqla 05 mart 2016-cı il tarixədək Təqsirləndirilən şəxs1 özünə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisində cəmi 95.370 manat pulu ödəmiş və sonuncu ona maliyyə arayışları təqdim etmişdir. Mənzili təmirsiz vəziyyətdə almış və aldıqdan sonra təmir işləri aparmamışdır. Sonradan maddi vəziyyətində çətinliklər yarandığı üçün tanışı Zərərçəkmiş şəxs9 həmin 20 nömrəli mənzili satmaq qərarına gəlmişdir. 22 noyabr 2018-ci il tarixdə yuxarıda qeyd etdiyi ofisdə müqaviləsinə Təqsirləndirilən şəxs1 tərəfindən xitam verilmiş və Zərərçəkmiş şəxs9 adına yeni müqavilə tərtib olunmuşdur. Həmin mənzilə görə Zərərçəkmiş şəxs9 ona 95.370 manat pul ödəmişdir. 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs9 ona bildirmişdir ki, 20 nömrəli mənzil əvvəlcədən başqa şəxsə satılıb. Zərərçəkmiş şəxs9la birlikdə Elmiranın yanına getmiş və sonuncu ona bildirmişdir ki, «sənlik bir məsələ yoxdu, mənim işim Eldostladır, mən ya onun pulunu qaytaracam, ya da ki, ona başqa mənzil verəcəm». Bundan sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri nəticəsində özünün hüquqları pozulmuş, səhhətində ciddi problemər yaranmışdır. Təqsirləndirilən şəxs2 tanımır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayında Bakı şəhərində mənzil almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, o, xxxxxx şəhərində də mənzil tikintisi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 müraciət etmiş və sonuncu bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yaşayış binasının tikintisinə başlayacaq. Həmin yerə gedib baxanda oradakı köhnə tikililərin söküntüsünün aparılmasını görmüşdür. Təqsirləndirilən şəxs1 etibar etdiyi üçün onun tikəcəyi həmin binadan mənzil almağı qətiləşdirmişdir. 14 fevral 2013-cü il tarixdə həmin binadan 42 nömrəli mənzilə dair adına müqavilə tərtib etmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 özünə Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisində 15.000 manat pul ödəmişdir. Sonradan hissə-hissə olaraq Təqsirləndirilən şəxs1 özünə nağd şəkildə ofisində cəmi 64.550 manat pulu ödəmiş və maliyyə arayışları almışdır. 2019-cu ilin aprel ayının əvvəllərində mənzilində təmir işləri aparmaq qərarına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, özünə məxsus mənzili Şahid5 qızına satıb və təklif etmişdir ki, onuncu mərtəbədən mənzil versin. Lakin onunla razılaşmamış və Şahid5 ilə telefon əlaqəsi saxlayaraq birlikdə Təqsirləndirilən şəxs1 ofisinə gedib bir-birinin sözügedən mənzilə dair sənədlərinə baxmışlar. Belə olan halda Təqsirləndirilən şəxs1 səhv etdiyini bildirərək Zərərçəkmiş şəxs3 adına 34 nömrəli mənzilə dair yeni müqavilə tərtib etmişdir. Təqsirləndirilən şəxs2 tanımır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə Zərərçəkmiş şəxs12 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 25.11.2009-cu il tarixdə «xxxxxxxx» MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova 203E ünvanında inşa edilən bir bloklu yeni tikilinin on beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 m2 olan üç otaqlı 92 nömrəli mənzili kooperativin sədri Təqsirləndirilən şəxs1 66.640 manat pulu nağd şəkildə xidməti ofisində ödəyərək almış, sonuncu bununla bağlı ona müqavilə və maliyyə arayışı vermişdir. 2017-ci ildə mənzili təmir etdirmək qərarına gəlmiş və bununla bağlı Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ondan əvvəl mənzili başqasına satıb, həmin şəxs də onu məhkəməyə verib və mənzilini geri qaytarıb. 13.04.2018-ci il tarixdə həmin mənzilin əvəzi olaraq Təqsirləndirilən şəxs1 ona həmin binanın üçüncü mərtəbəsində yerləşən 119 m2 sahəsi olan 14 nömrəli mənzilə dair onun adına yeni müqavilə tərtib etmiş və manatın əvvəlki illərə nisbətən məzənnəsinin dəyişməsini nəzərə alaraq mənzilin qiymətini 150.000 manat kimi qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 həmin mənzilə görə ondan əlavə olaraq 30.000 manat pul almış və mənzildə xırda təmir işləri aparılmışdır. Mənzilin mətbəxinə sifariş verdiyi mebelləri gətirərkən mənzilin qapısı dəyişdirilməsini görüb yenidən Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış və sonuncu növbəti dəfə bəhanə gətirərək bildirmişdir ki, guya həmin mənzilin sahibinə olan pul borcunun əvəzi olaraq həmin mənzili verib. Artıq aldadıldığına əmin olmuş və məcbur qalıb şikayət etmişdir (cild 04, iş vərəqi 22-25). Məhkəmədə Zərərçəkmiş şəxs22 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 22.05.2013-cü il tarixdə «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən ofisinə getmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən özünün adına birinci blok on birinci mərtəbədə 76,5 m2 sahəsi olan iki otaqlı 38 nömrəli mənzilə dair müqavilə tərtib olunmuş, maliyyə arayışında texniki səhv olaraq mənzilin nömrəsi 56 kimi göstərilmişdir. Müqavilənin şərtlərinə əsasən mənzilin kv.metrini 750 manata razılaşmışlar və 22.05.2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 ofisində mənzilin dəyərini tam olaraq, yəni 57.375 manat pulu nağd şəkildə onun özünə ödəmişdir. 2019-cu ilin aprel ayında binadakı qonşulardan məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs1 onun mənzilini sonradan Zərərçəkmiş şəxs2 satıb. Bu barədə baldızı oğlu Vüsala deyib məsələ ilə maraqlanmağı xahiş etmiş, Vüsal da həmin qadının telefon nömrəsini taparaq onunla əlaqə saxlamış və mənzilin ona məxsus olduğunu qeyd etmişdir. Daha sonra Vüsal həmin qadınla görüşüb və sənədləri ona təqdim edib. Bundan sonra Zərərçəkmiş şəxs2 aldandığını bilərək Təqsirləndirilən şəxs1 yanına getmişdir. Daha sonra baş verənlərdən məlumatı olmamışdır (cild 08, iş vərəqi 58-60). Məhkəmədə zərərçəkmiş şəxs x19 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2014-cü ildə əri Şahid6 «xxxxxxxx» MTK-nın ünvan 3 ünvanında inşa edilmiş binadan birinci blok üçüncü mərtəbədə yerləşən sahəsi 119 m2 olan üç otaqlı 14 nömrəli mənzili 95.000 manata hədiyyə olaraq adına almışdır. Mənzili alanda özü də iştirak etmiş, buna görə də kooperativlə müqavilə özünün adından bağlanmışdır. 2015-ci ilin sonları-2016-cı ilin əvvəllərində əri ona bildirmişdir ki, Gəncə şəhəri, Ş.Xətai küçəsi, 50 ünvanında yerləşən bir ədəd mənzilinin yerləşdiyi binada birinci mərtəbədə 160 m2 qeyri-yaşayış sahəsi satılır. Şahid6 həmin qeyri-yaşayış sahəsini əldə etmək üçün Bakı şəhərində yaşayan bir nəfər şəxslə mənzili başa-baş olaraq dəyişmək istədiyini bildirmiş, buna tam olaraq razılıq verməsə də, ailənin başçısı olduğuna görə onun işinə qarışmamışdır. Bir müddətdən sonra, daha doğrusu 2016-cı ilin fevral ayında Şahid6 Bakı şəhərinə getmiş və qayıdanda bildirmişdir ki, mənzili Emin Ələkbərov adlı şəxsin anası Yana Luşpay adlı qadının Gəncə şəhərində yerləşən qeyri-yaşayış sahəsinə dəyişib. Bu xəbəri eşitdikdən sonra qəti etiraz etmiş və Şahid6 tələb etmişdir ki, mənzilini geri qaytarsın. Bundan sonra məhkəmədə iddia qaldırmışlar. Mülki mübahisə Ali Məhkəməyə qədər uzanmış və qərar onun xeyrinə çıxarılmışdır. Bundan sonra Emin Ələkbərov və onun ailə üzvləri mənzildən çıxarılmışlar və mənzili özünə qaytarılmışdır. Təxminən 2019-cu ilin aprel ayında əri Şahid6 ona bildirmişdir ki, həmin mənzildə təmir işləri apardığı zaman bir nəfər şəxs mənzilə gələrək bildirib ki, Təqsirləndirilən şəxs1 həmin mənzili onun gəlini Səttar qızı Mehbalıyevaya satıb. Şahid6 ona izah edib ki, həmin mənzili uzun müddətdir ki, alıb və məhkəmə yolu ilə mənzili özünə qaytarıb. Bundan sonra həmin şəxs məsələni Təqsirləndirilən şəxs1 ilə aydınlaşdıracağını bildirərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 həmin qanunsuz əməli nəticəsində ciddi əsəb keçirmiş və narahat olmuşdur, yəni ona mənəvi zərər dəymişdir (cild 07, iş vərəqi 229-232). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəlcə «xxxxxxxx» MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində mühasib işləmiş, 01 mart 2014-cü ildə kooperativdə əmək haqqı hesablanması üzrə mühasib vəzifəsinə keçmiş, 01 may 2018-ci ilə kimi orada işləmiş, aprel ayında həm təqaüd, həm də şəkər xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur. Bundan bir neçə ay sonra kooperativin sədri Təqsirləndirilən şəxs1 zəng edib tək oduğunu, gəlib ona kömək etməyi, bunun müqabilində gücü çatacağı qədər kömək edəcəyini demiş, buna görə də beş iş günü deyil, arada Elmiranın ofisinə gedib saat 10-11-dən-15-16 radələrindək işdə olmuşdur. Təqsirləndirilən şəxs1 işlərinə kömək etdiyi ərəfədə, daha dəqiq 2017-ci ilin dekabr ayında 050 *** ** ** mobil telefon nömrəsindən istifadə etmiş, həmin mobil nömrə Elmiranın adına ofisin nömrəsi olmuş, bəzən, habelə şənbə-bazar günləri mobil nömrəni özü ilə evinə aparıb, bazar ertəsi özü ilə işə gətirmiş, qalan vaxtlar nömrə ofisdə qalmışdır. Ofisdə vəzifəsi əmək haqqı üzrə mühasib işlərinə baxmaq, kommunal xərclərin yazılıb təhvil almaq, Təqsirləndirilən şəxs1 tapşırdığı yazıları icra etmək olmuşdur. Mühasib kimi pul qəbul etmək səlahiyyəti, habelə kooperativin heç bir bankda hesabı olmamışdır. Mənzillərlə əlaqədar müqavilə bağlananda, maliyyə arayışı tərtib olunanda pulun verilməsini görməmiş, Təqsirləndirilən şəxs1 ona heç nə verməmişdir. İşdə olan müqavilələrdə maliyə arayışının tərtibini həm o, həm də Təqsirləndirilən şəxs1 yazmışdır. Mənzillərin qeydiyyat kitabı, habelə mənzillər barədə məlumat yerləşən baza Təqsirləndirilən şəxs1 özündə olmuş, heç kimə verməmiş, çox vaxt müqavilələri özü yazıb, imzalamış, həmçinin möhürü də özü vurmuşdur. Həmin kitabda özünün hər hansı qeydinin olub-olmamasını xatırlamır. Ofisdə olan vaxtları Təqsirləndirilən şəxs1 bəzən şəxsiyyət vəsiqəsini ona verib hansısa mənzilin həmin şəxsin adına yazılmasını tapşırmış, o da yazıb Elmiraya təqdim etmiş, sonuncu müqaviləni özü imzalayıb, alıcıya da imzalatdırdıqdan sonra müqavilinin bir nüsxəsini alıcıya verir, digər nüsxəsini isə özündə olan qovluğa qoyurmuş. Ofisdə işlədiyi müddətdə bir mənzilin bir neçə şəxsə satılmasını görməmiş, həmin qeydlər yazılan qeydiyyat kitabçası onda deyil Təqsirləndirilən şəxs1 olmuşdur. Habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 satılan mənzillərə dair alqı-satqı müqavilələrinin tərtib olunma tarixindən, onlardan öncə başqa şəxslərə, ümumiyyətlə bir mənzilin bir neçə nəfərə satılmasından xəbəri yoxdur. Bu barədə yalnız 2019-cu ilin aprel ayında eşidib bilmişdir. Heç bir zərəçəkmiş şəxsə mənzil veriləcəyinə dair söz verməmişdir. Bundan başqa 2018-ci ildə Təqsirləndirilən şəxs1 barədə iki dənə cinayət işi olmuşdur. Həmin cinayət işlərindən biri dövlətə əlavə dəyər vergisini ödəmədiyi və nəticədə dövlətə 100.000 manatadək vergi borcu yaranması, digəri isə dələduzluq əməli ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs1 dövlətə əlavə dəyər vergisi ödəməməsinin səbəbi ona məlum deyil. Hazırki cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dörd dəfə ifadə vermiş, orada Təqsirləndirilən şəxs1 nəvəsi x23 hər hansı ərizə yazmasının şahidi olmamışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ilk dəfə çağrılanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 30.000 manat verməsi faktı ilə əlaqədar ifadə vermişdir. İfadə verməmişdən bir gün qabaq axşam vaxtı Təqsirləndirilən şəxs1 zəng edib demişdir ki, «mənim səndən xahişim var, şəkər dərmənım qutarıb gəl ofisə». Səhəri ofisə gedəndə xxxxx Hüseynovanın orada olduğunu görmüş, Təqsirləndirilən şəxs1 ona demişdir ki, «xxxxx ərizə yazıb gətirib, imzalamışam». x58 Şirinovaya ərizə imzalatdırmasını görməmiş, ərizəni oxumadığı üçün məzmununu bilməmişdir. Ərizənin nə barədə olduğu sualına Təqsirləndirilən şəxs1 xxxxx Hüseynova gedəndən sonra belə cavab vermişdir ki, Təqsirləndirilən şəxs2 haqqında ərizə yazıb və sabah gedib müstəntiqin yanında bu barədə deyəcək. Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 2013-cü ildən 2014-cü ilin dekabr ayınadək «xxxxxxx» MTK-nın direktoru vəzifəsində çalışmış, sonra işdən çıxmış, 2016-cı ilin mart ayında bir daha gəlmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 Samiri özünə sürücü kimi gətirdiyini və onun qeyri-rəsmi sürücü vəzifəsində işləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 «Azera» markalı avtomobil ilə sürücü işləmiş, onun sürücü kimi əmək haqqı alıb-almaması barədə Təqsirləndirilən şəxs1 heç bir məlumat verməmiş, bildiyi qədər Samir qeyri-rəsmi işçi olduğu üçün ona əmək haqqı hesablanmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nəvəsi xxxxx Hüseynova ilə evlənmiş, 2014-cü ilin dekabr ayında boşanmışlar. Təqsirləndirilən şəxs2 2018-ci ilin avqust ayınadək Təqsirləndirilən şəxs1 sürücüsü olmuş, avtomobil satılandan sonra Elmira işə komendant Şahid2la, bəzən də taksi ilə gedibgəlmişdir. Şahid1 ifadəsində təqsirləndirilən şəxslərə verilmiş ittihamda ayrı-ayrı epizodlar üzrə bildirmişdir ki, ünvan 7 ünvanında «xxxxxxxx» MTK-da yerləşən 15 nömrəli mənzillə əlaqədar Zərərçəkmiş şəxs17 Zərərçəkmiş şəxs20 qarşı iddiası ilə əlaqədar mülki mübahisə yaranmış, mülki mübahisə Ali Məhkəməyə qədər uzanmış və məhkəmənin hakimi Tatyana Qoldman kooperativin əleyhinə qərar qəbul etmişdir. Bundan bir neçə gün sonra, daha dəqiq 17 dekabr 2017-ci il tarixdə, günorta saatlarında «xxxxxxxx» MTK-nın ofisində olduğu vaxt Təqsirləndirilən şəxs1 onun oturduğu otaqda çantasından pulu götürüb içəri otaqda olan Təqsirləndirilən şəxs2 yanına keçmiş, Elmiranın həmin pulu Samirə verəcəyini başa düşmüş, lakin həmin vaxt Elmiranın bunu hansı məqsədlə etdiyini bilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 otağından çıxıb getmiş, Elmira onun yanına gələndə bildirmişdir ki, «Təqsirləndirilən şəxs2 adamı var, həmin işi Konstitusiya Məhkəməsində həll edəcək». Beləliklə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 30.000 manat məbləğində pulu onun, yaxud komendant Şahid2 yanında verməmiş, sadəcə olaraq həmin gün onlar da ofisdə olmuşlar. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 30.000 manat məbləğində pulu sayıb verdiyi anı görməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin gün Təqsirləndirilən şəxs2 verdiyi pul kassada deyil, Elmiranın özündə olmuş, ümumiyyətlə ofisdə kassa olmamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyi pulu haradan əldə etməsi barədə məlumatı olmamışdır. Bundan sonra Konstitusiya Məhkəməsindən imtina ərizəsi gəlmiş, Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 onun pulunu qaytaracağını bildirmişdir. Bir müddətdən sonra Konstitusiya Məhkəməsinə iddia ərizəsi yazılmalı olduğu bildirilmiş, Təqsirləndirilən şəxs1 vəkil Şahid3 ofisə çağırmış, danışandan sonra vəkil yaddaş kartında olan özünün yazdığı ərizəni gətirib ofisdə çap etməklə Elmiraya təqdim edərək nömrəsini qeyd edib, imzalayıb, möhürləyib Konstitusiya Məhkəməsinə göndərməyi demiş, o da həmin ərizəni aidiyyatı üzrə göndərmişdir. Sözügedən ərizəyə dərkənar qoymamış, ərizənin göndərilməsi barədə qeydiyyat kitabında Təqsirləndirilən şəxs1 özü qeydiyyat aparmışdır. Ərizə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 pulu verəndən təxminən üç ay sonra, yəni 2018-ci ilin əvvəllərində Konstitusiya Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaqa verdiyi ifadə ilə hazırki ifadə arasında müəyyən hissədə olan ziddiyyətlə əlaqədar onun istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. Şahid1 həmin ifadələrində göstərmişdir ki, Mənzil-Tikinti Kooperativinin sədri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məhkəmədə olan məsələnin həlli ilə əlaqədar 30.000 manat pulu onun, eləcə də, komendant Şahid2 yanında vermiş, bundan təxminən beş-on gün sonra Samir Elmiraya demişdir ki, vəkil tərəfindən Konstitusiya Məhkəməsinə iddia ərizəsi yazılmalı və sənədlərin surəti əlavə edilməlidir. Təqsirləndirilən şəxs1 dərhal tanışı olan, əvvəllər nümayəndə kimi fəaliyyət göstərən Yaqub adlı şəxsə zəng vurub ofisə dəvət etmiş və sonuncu gəlmişdir. Yaqub, Samir və Elmira ofisdəki otaqda söhbət etməyə başlamışlar. 2018-ci ilin fevral ayının sonlarında Yaqub elektron yaddaş kartında, yəni fləş kartda ərizəni gətirib ofisdə çap etmiş və Samirin yanında Elmiraya vermişdir ki, imzalasın. Həmin ərizə MTK-nın adından yazıldığından nömrələnib qeydiyyata alınmalı idi. Sonradan Elmira ondan qeydiyyat nömrəsini soruşmuş və ona nömrə demişdir. Elmira ərizəyə tarix və nömrə qoyduqdan sonra Samirə təqdim etmiş, Samir də ərizəni götürüb getmişdir. 2018-ci ilin may ayında Elmira məsələdən bir xəbər çıxmadığını görüb Samirdən məsələnin hansı vəziyyətdə olduğunu soruşanda, sonuncu bildirmişdir ki, Konstitusiya Məhkəməsi ilə maraqlanıb və oradan bildiriblər ki, hələ komissiya ərizəyə baxılmasının mümkünlüyünü müzakirə edəcək. 2018-ci ilin iyun ayının sonlarında Elmira yenidən Samirdən məsələ ilə bağlı soruşmuş və sonuncu maraqlanacağını demişdir. Nəhayət, təxminən 2018-ci ilin avqust ayının 04-05-də Konstitusiya Məhkəməsindən imtina cavabı gəlmiş, Elmira Samirdən «bəs 30.000 manat pulumuzu geri ala biləcəyikmi» deyə soruşmuş, Samir də cavab vermişdir ki, «bəli, milyon faiz ala biləcəyik». Bir neçə aydan sonra Elmira Samirdən pulunu tələb edəndə sonuncu cavab vermişdir ki, ona heç bir məbləğdə pul qaytarmayacaq. Hal-hazıradək də Samir Elmiranın pulunu qaytarmamışdır. Şahid1 ifadəsinin elan olunan hissədə doğru yazılmasını və təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2006-cı ilədək Təqsirləndirilən şəxs1 təsisçisi olduğu «xxxxx» MTK-da fəhlə kimi fəaliyyət göstərmişdir, 2006-cı ildən hal-hazıradək isə komendant vəzifəsində işləyir. Bundan başqa 2017ci ilin aprel ayından həmin ilin dekabr ayının 15-16-dək «xxxxx» MTK-da komendant işləmiş, birbaşa kooperativin sədri Təqsirləndirilən şəxs1 tabeliyində olmuşdur. 2017-ci ilin dekabr ayında «xxxxx» MTK-da işdən çıxıb «xxxxx» MTK-nə işə qayıtmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 sədri olduğu «xxxxxxx» MTK-da da işləmişdir. 050 *** ** ** mobil telefon nömrəsi ona məxsusdur. Kooperativlərdə istirahət günləri də daxil olmaqla hər gün işləmişdir. «xxxxx» MTK tərəfindən ünvan 13 ünvanında iki girişli, on dörd mərtəbəli, doxsan bir mənzilli yaşayış binası inşa edilmişdir və 2006-cı ildən həmin binada yaşayış var. 2001-ci ildə həmin kooperativə işə qəbul ediləndə Təqsirləndirilən şəxs1 kürəkəni Hamlet Hüseynov kooperativdə ekspeditor kimi fəaliyyət göstərmiş, yəni tikinti materiallarının alışını həyata keçirmiş, lakin onun kooperativdə rəsmi olaraq hansı vəzifədə işlədiyini bilməmişdir. Hamlet Hüseynov 2006-cı ilədək həmin kooperativdə işləmiş, sonradan Təqsirləndirilən şəxs1 onu vəzifəsindən azad etmişdir. Hamlet Hüseynovun bütün xərclərini qaynanası Təqsirləndirilən şəxs1 ödəyirdi. Bundan başqa Təqsirləndirilən şəxs1 özünün Nərimanov rayonu, Təbriz küçəsində inşa etdirdiyi «xxxxx» MTK-ya məxsus yaşayış binasının dördüncü mərtəbəsindən Hamlet Hüseynova dörd otaqlı mənzil bağışlamışdır və hazırda həmin mənzildə Hamletin oğlu Ağa Hüseynov yaşayır. Təqsirləndirilən şəxs1 həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini də Hamlet Hüseynova vermişdir. Təqsirləndirilən şəxs1 əsas xərclərini nəvəsi x6 etmiş, özünün deməsinə görə ona mənzillər, həmçinin avtomobil alıb vermişdir. Təqsirləndirilən şəxs1 bütün qazancını qızlarına, nəvələrinə və kürəkənlərinə sərf etmiş, onlara daşınar və daşınmaz əmlaklar almışdır. Şahid2 cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq göstərmişdir ki, koperaativin sədri Təqsirləndirilən şəxs1 onun yanında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə vermək adıyla heç bir məbləğdə pul verməmiş, bu barədə «xxxxxxxx» MTK-nın ofisində olduğu vaxt ofisin işçilərinin danışıqlarından, daha dəqiq mühasib Şahid1 eşitmiş, pulun 30.000 manat məbləğində olduğu deyilsə də, lakin hansı məqsədlə verdiyini bilməmişdir. 2017-ci ilin dekabrında Təqsirləndirilən şəxs1 30.000 manat pul görməmişdir, həm də bu mümkün deyildi, çünki, həmin ərəfədə Elmiranın binada tikinti işləri aparmaq üçün belə pulu olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 qapalı biri olmuş, sirr sözünü heç kimə deməmişdir. Ayrıca Elmira xüsusilə 2017-2018-ci illərdə gördüyü işlər barədə ona məlumat verməmiş, onunla məsləhətləşməmişdir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir-birlərinə pul verməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs1 onun yanında Təqsirləndirilən şəxs2 şikayətlənməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birgə dələduzluq etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 işə düzələndən sonra kooperativin sürücüsü kimi tanımış, «Hyundai» markalı avtomobili idarə etmişdir. 2017-ci ilin dekabr ayından sonra Təqsirləndirilən şəxs1 ölənə kimi o, hara lazımdır öz avtomobili ilə aparıb gətirmişdir. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs1 sədrlik etdiyi «xxxxxxx» MTK tərəfindən Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə inşa edilən yaşayış binasından bir neçə eyni mənzilin ayrı-ayrı şəxslərə satılması barədə eşitmiş, həmin vaxt artıq həmin kooperativdə işdən çıxmışdır. Bununla belə sözügedən məsələ ilə əlaqədar açılmış cinayət işi üzrə ifadə vermək üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunmuş, bir neçə dəfə şahid qismində dindirilmişdir. x72 Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 30.000 manat pulu onun yanında verib-vermədiyini soruşmuş, ilkin ifadəsində pulun verilməsini eşitsə də, onun yanında verilmədiyini demiş, bundan az sonra Elmiranın onun mobil telefonuna zəng edib Samirin əleyhinə ifadə verməsini tapşırdığı və Elmiradan çəkindiyi üçün sonrakı ifadəsini dəyişərək Elmiranın guya onun yanında Samirə 30.000 manat pul verdiyini bildirmiş, müstəntiq bu ifadəni yazmış o da imzalamışdır. Beləliklə, ibtidai araşdırma zamanı ilkin ifadəsini sərbəst, sonrakı ifadəni isə Təqsirləndirilən şəxs1 təzyiqi altında vermişdir. Ona görə də, ibtidai istintaqa verdiyi ilkin və məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1993-cü ildən 01 yanvar 2018-ci il tarixədək fərdi qaydada nümayəndə kimi fəaliyyət göstərmişdir, lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyil. Təqsirləndirilən şəxs1 təxminən 2013-cü ildən tanıyır. Belə ki, onunla sonuncunun nəvəsinin sabiq əri Təqsirləndirilən şəxs2 tanış etmişdi. Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri Binəqədi Bələdiyyəsində işləmişlər. Təqsirləndirilən şəxs2 2009-cu ildə Binəqədi Bələdiyyəsində bələdiyyə qulluqçusu kimi işləmiş, 2009-cu ildən sonra isə həmin bələdiyyənin üzvü seçilmiş, özü isə həmin bələdiyyənin hüquqşünası vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 çoxmənzilli, çoxmərtəbəli yaşayış binlarının inşası ilə məşğul olurdu. Dəfələrlə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi «xxxxxxx» MTK, «xxxxxxxx» MTK üzrə yaranmış mülki mübahisələrdə və məhkəmə proseslərində, həmçinin sonuncu kooperativlə bağlı Zərərçəkmiş şəxs17 ilə Zərərçəkmiş şəxs20 arasında yaranmış mülki mübahisədə kooperativin nümayəndəsi kimi iştirak etmiş, mülki mübahisə Ali Məhkəməyə qədər uzanmış və məhkəmənin hakimi Tatyana Qoldman onların əleyhinə qərar qəbul etmişdir. Təxminən 2018-ci ilin yanvar ayında Binəqədi rayonu, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən kooperativin ofisində olarkən Təqsirləndirilən şəxs2 onun yanında Təqsirləndirilən şəxs1 demişdir ki, «tanışım var, Konstitusiya Məhkəməsində məsələni bizim xeyrimizə həll edəcəklər». Bununla bağlı ərizə yaza biləcəyini təklif etmiş, Təqsirləndirilən şəxs2 də ona demişdir ki, «sən ərizəni yaz, mən danışıb, ərizəni aparıb məhkəməyə verəcəm». Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Konstitusiya Məhkəməsinə yazılan ərizələr adi ərizələrdən fərqlənir, həmin ərizənin yazılması üçün müddət lazımdır. Həmçinin əlavə etmişdir ki, həmin ərizə yalnız Ali Məhkəmənin qərarı ona təqdim olunduqdan sonra yaza bilər. Təxminən 2018-ci ilin yanvar ayının sonunda Ali Məhkəmənin qərarını ofisdən götürdükdən sonra ərizəni «xxxxxxxx» MTK-nın adından hazırlamağa başlamış, həmin ilin fevral ayının sonlarında yazıb hazırlamış və Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 təqdim etmişdir ki, ərizəyə imza etsin. Həmçinin həmin ərizə qeydiyyata da alınmalı idi. Həmin vaxt ərizəni verdikdən sonra Təqsirləndirilən şəxs1 ilə ofisin digər otağına keçmişlər və orada sonuncu ona bildirmişdir ki, «işi Konstitusiya Məhkəməsində həll etmək üçün Samir məndən 30.000 manat pul alıb və inanıram ki, məsələ bizim xeyrimizə həll olunacaq». 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 Konstitusiya Məhkəməsindəki işin həll olunmadığını və Təqsirləndirilən şəxs2 onun 30.000 manat pulunu geri qaytarmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs2 30.000 manat pulu Təqsirləndirilən şəxs1 qaytarıbqaytarmaması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş x46 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanımır, Təqsirləndirilən şəxs1 tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2013-cü ilin sentyabr ayında «xxxxxxx» MTK-nin sədri Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllə ünvanında inşa edilən bir bloklu on yeddi mərtəbəli yaşayış binasının tikintisi aparıldığını eşidib, tikinti ilə maraqlanmış və yerləşdiyi ərazi xoşuna gəldiyi üçün həmin binadan oğluna mənzil almaq qərarına gəlmişdir. Bununla əlaqədar kooperativin Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən ofisinə gedib, Təqsirləndirilən şəxs1 ilə görüşmüş, sonuncu binadakı mənzilin 1 m2-ni 750 manata təklif etmişdir. 09 sentyabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 xidməti ofisində oğlu Zərərçəkmiş şəxs10 adına ümumi dəyəri 54.225 manat təşkil edən birinci blok üçüncü mərtəbədə yerləşən 72,3 m2 sahəsi olan iki otaqlı 7 saylı mənzili sənədləşdirmiş və elə həmin tarixdə mənzilin dəyərini tam olaraq Elmiranın özünə nağd şəkildə ödəmiş, Elmira da ona maliyyə arayışı ilə müqaviləni təqdim etmişdir. Bundan başqa 09 sentyabr 2013-cü il tarixdə həmin binadan 8 saylı mənzili Təqsirləndirilən şəxs1 nağd şəkildə 61.710 manat pulu ödəməklə almış, sonuncu bu mənzilə dair də ona müqavilə və borcumun olmaması barədə maliyyə arayışı təqdim etmişdir. 2018-ci ilin may ayının əvvəllərində xatırlamadığı şəxslər zəng vurub 8 saylı mənzilin başqa şəxsə satılmasını bildirəndə birbaşa Təqsirləndirilən şəxs1 özü ilə əlaqə saxlamış, sonuncu bildirmişdir ki, guya həmin 8 saylı mənzili nəvəsi üçün alıb. Elmiradan pulunu geri tələb edəndə, 11 may 2018-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs10 adına həmin binadan 20 saylı mənzili sənədləşdirmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 həmin 20 saylı mənzili ondan əvvəl hansısa başqa şəxsə, 7 saylı mənzili isə ondan sonra Zərərçəkmiş şəxs8 satdığını eşitmiş və məcbur qalıb Elmiradan şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş x47 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 25 noyabr 2009-cu il tarixdə «xxxxxxxx» MTK tərəfindən ünvan 3 ünvanında inşa edilən bir bloklu yeni tikilinin on beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 119 m2 olan üç otaqlı 92 saylı mənzili kooperativin sədri Təqsirləndirilən şəxs1 xidməti otağında 66.640 manat pulu nağd şəkildə ödəyərək almış, Elmira bununla bağlı ona müqavilə və maliyyə arayışı vermişdir. 2017-ci ildə mənzili təmir etdirmək qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu da bildirmişdir ki, ondan əvvəl mənzili başqasına satıb, həmin şəxs də onu məhkəməyə verib və mənzilini geri qaytarıb. 13 aprel 2018-ci il tarixdə həmin mənzilin əvəzi olaraq Təqsirləndirilən şəxs1 həmin binanın üçüncü mərtəbəsində yerləşən 119 m2 sahəsi olan 14 saylı mənzilə dair onun adına yeni müqavilə tərtib etmiş və manatın əvvəlki illərə nisbətən məzənnəsinin dəyişməsini nəzərə alaraq mənzilin qiymətini 150.000 manat kimi qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 həmin mənzilə görə ondan əlavə olaraq 30.000 manat pul almış və mənzildə xırda təmir işləri apardım. Günlərin birində mənzilin mətbəxinə sifariş verdiyi mebelləri gətirərkən mənzilin qapısının dəyişdirilməsini görüb, yenidən Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış və sonuncu bəhanə gətirərək bildirmişdir ki, guya həmin mənzilin sahibinə olan pul borcunun əvəzi olaraq bu mənzili verib. Artıq aldadıldığına əmin olmuş və məcbur qalıb şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş x75 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bir neçə il əvvəl ümumi tanışlarının birinin ad günündə tanımış və aralarında dostluq münasibəti yaranmışdır. Təxminən səkkiz-doqquz ildir dostluq edirlər və mütəmadi olaraq görüşmüşlər. Təqsirləndirilən şəxs2 ad günü 2017-ci ilin dekabırın 14-də olduğundan və həmin gün həftənin ortasına düşdüyündən həftə sonu tanış iki qızla rayonların birinə gedib istirahət etməyi qərara almışlar. Bu məqsədlə 17 dekabr 2017-ci il tarixdə səhər saat 08:30 radələrində Təqsirləndirilən şəxs2 və iki nəfər tanış qadınla Bakı şəhərindən yola çıxıb, yol boyu dayanıb yemək yeməklə günorta saat 01-02 radələrində Hacıkənd və Göygöl rayonu tərəfdə olmuşlar, gecəni «Helendrof» otelində qalıb, 18 dekabrda axşam saatlarında Bakıya qayıtmışlar. 055 *** ** ** mobil telefon nömrəsi 2012-ci ildə əlbəəl ona satılmış, nömrəni öz adına keçirmək istəsə də «Bakcell» dillerlərinin birində bildirilmişdir ki, üç ay ərzində əlaqə saxladığı on nəfərin nömrəsini qeyd etməlidir, sonradan həmin nömrə yandığı üçün bunu edə bilməmişdir. Özü, həmçinin bir neçə dostu həmin nömrəni işlətmişlər, lakin heç biri adına rəsmiləşdirə bilməmişlər. 2017-ci ilin dekabr ayında həmin mobil nömrə onun istifadəsində olmuşdur. 055 *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsi arasında 17 dekabr 2017-ci il tarixdə telefon danışığı olmamasının səbəbi həmin vaxt Samirlə bir yerdə olduqlarıdır, lakin bundan əvvəl və sonra həmin nömrə ilə Samirin istifadəsində olan 050 *** ** ** nömrəsi arasında telefon əlaqələri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 iş üzrə zərərçəkmiş şəxs olan qızı Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadə vermişdir (cild 02, iş vərəqi 92-95). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 iş üzrə zərərçəkmiş şəxs olan bacısı Zərərçəkmiş şəxs20 ilə eyni məzmunlu ifadə vermişdir (cild 05, iş vərəqi 130-133). Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 iş üzrə zərərçəkmiş şəxs olan arvadı x19 ifadəsinə uyğun ifadə vermişdir (cild 07, iş vərəqi 222-224). Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri üzrə təqsirli olmas təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilələrin, yaşayış binasının planının, arayışların, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs1 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 51 saylı mənzilin və həmin binada 74,5 m2-dən ibarət olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr imzalanmış və sonuncu payçısı olduğu mənzilin, qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 16-25). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs2 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 38 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 26-31). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs22 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 56 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 32-37). Cinayət işinin materiallarında olan müqavilənin, arayışların, qəbzlərin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs11 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 56 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 38-44). Cinayət işinin materiallarında olan müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş x48 (etibarnamə- Zərərçəkmiş şəxs13) arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 2 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 45-49). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin, müqavilələrin, arayışların, qəbzlərin, ərizənin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş x28 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 45 və 46 saylı mənzillərin alqı-satqısına dair müqavilə imzalanmış, sonuncu payçısı olduğu 46 saylı mənzilin dəyərini tam, 45 saylı mənzilin isə 29.500 (iyirmi doqquz min beş yüz) manatını ödəmiş və hər iki mənzil onun adına yazılmışdır (cild 01, iş vərəqi 53-67). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışların kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Gülçöhrə Qənizadə Kazımova arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən binanın 56,48 m2-dən ibarət olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 81-85). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs9 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 20 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və həmin mənzilin dəyəri əvvəlki sahibi Zərərçəkmiş şəxs24 tərəfindən tam ödəmişdir (cild 01, iş vərəqi 87-91). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs24 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 20 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu həmin mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 87; 92-96). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin, müqavilələrin, arayışların, qəbzlərin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs10 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 7 saylı və üç otaqlı 20 saylı mənzillərin alqı-satqısına dair müqavilələr imzalanmış və sonuncu 20 saylı mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 97-107). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs8 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 7 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu həmin mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 108-113). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışların, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs26 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 42 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu həmin mənzilin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 114-120). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin, müqavilələrin, arayışların, qəbzlərin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs3 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 42 saylı və iki otaqlı 34 saylı mənzillərin alqı-satqısına dair müqavilələr imzalanmış və sonuncu həmin mənzillərin dəyərini tam ödəmişdir (cild 01, iş vərəqi 121-135). Cinayət işinin materiallarında olan müqavilənin, arayışların, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs15 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 56 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu həmin mənzilin dəyərini tam ödəmişdir (cild 02, iş vərəqi 167-177). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs7 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 4 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu həmin mənzilin dəyərini tam ödəmişdir (cild 02, iş vərəqi 180-185). Cinayət işinin materiallarında olan müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş x54 (etibarnamə- Zərərçəkmiş şəxs16) arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 34 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 02, iş vərəqi 204-208). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək 06 may 2019-cu il tarixdə, saat 20:00-da tutulmuşdur (cild 02, iş vərəqi 218-219). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs5 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 59 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 02, iş vərəqi 241-245 və 255). Cinayət işinin materiallarında olan müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Gülçöhrə Qənizadə qızı Kazımova arasında Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən bir otaqlı 126 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 02, iş vərəqi 250-254). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 03, iş vərəqi 96-97). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi haqqında 08.05.2019-cu il tarixli qərarın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 06 may 2019-cu il tarixdən hesablanmaqla «həbs» qismində qətimkan tədbiri seçilmişdir (cild 03, iş vərəqi 113-114). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə x40 arasındakı nikah pozulmuşdur (cild 03, iş vərəqi 127-128). Cinayət işinin materiallarında olan arayışdan, əmrlərin, əmək müqaviləsinin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin, həmin bildirişin qeydiyyata alınmasına dair məlumatların kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 «xxxxxxx» MTK-da 01.07.2013-cü il tarixdən 22.12.2014-cü il tarixədək tikintinin direktoru vəzifəsində, 01.03.2016-cı il tarixdən 02.10.2018-ci il tarixədək isə həmin MTK-da sürücü işləmişdir (cild 03, iş vərəqi 136-146). Cinayət işinin materiallarında olan müqavilələrin, arayışların, qəbzlərin kserosurətlərindən görünür ki, «xxxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs12 arasında ünvan 8 E ünvanında yerləşən üç otaqlı 14 saylı və mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu həmin mənzilin dəyərini tam ödəmişdir (cild 03, iş vərəqi 157- 167). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs11 ifadəsinə əlavə etdiyi «CD» diskə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs11 deməsinə görə həmin audio yazını mənzil alqı-satqısı zamanı, 16.02.2018-ci il tarixdə gələcəkdə hər hansı neqativ hal yaranacağı təqdirdə alqı-satqı prosesini sübut etmək və özünü müdafiə etmək məqsədilə yazmışdır. Diskdəki audio faylın ad hissəsində «Alqı satqı günü» sözləri yazılmışdır, audio fayldakı səs yazısı 23:55 dəqiqə ərzində davam edir. Səs yazısından eşidilir ki, bir neçə şəxs Təqsirləndirilən şəxs1 olması ehtimal edilən şəxsin yanına gəlirlər və eşidilir ki, Kamil Cəmilov adlı şəxsin adından Elşad adlı şəxsin adına mənzilin sənədləşdirilməsi prosesi həyata keçirilir. Təqsirləndirilən şəxs1 olması ehtimal olunan qadın Fatma adlı qadına həmin sənədləşmənin həyata keçirilməsini tapşırır. Özünü Elşadın əmisi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs1 xahiş edir ki, mənzillə bağlı müqaviləni notaria1 qaydada təsdiqlətdirsin. Lakin o, notariusa ehtiyac olmadığını, müqaviləni özünün təsdiq edəcəyini bildirir. Səs yazısının 12 dəqiqə 14-cü saniyəsində Elşad olması ehtimal olunan şəxs Təqsirləndirilən şəxs1 əlaqə telefon nömrəsi verməsini xahiş edir. Təqsirləndirilən şəxs1 cavabında bildirir ki, əlaqə üçün Samirin telefon nömrəsini verəcək. Bundan sonra Təqsirləndirilən şəxs1 «Samir, Samir» deyə kimisə çağırır. Bu zaman Samir olması ehtimal edilən şəxs «bəli» deyərək otağa daxil olur və Təqsirləndirilən şəxs1 ona bildirir ki, telefon nömrəsini Elşada versin. Samir 050 dedikdə, ondan xahiş olunur ki, nömrəni yazmaq üçün vərəq versin. Samir adlı şəxs «qoy bu dəqiqə yazıb gətirirəm deyir». Bundan sonra qadın səsi ilə bir nəfər Samir olması ehtimal edilən şəxsdən telefon nömrəsini soruşur və o, cavab verir ki, telefon nömrəsi 050 256-29-29-dur və adı Samirdir. Bundan sonra Elşad olması ehtimal edilən şəxs həmin şəxsdən bələdiyyədə işləyib-işləmədiyini soruşanda, o, cavab verir ki, əvvəl bələdiyyədə işləyib, indi isə MTK-da işləyir. Elşad olması ehtimal edilən şəxs də ondan adı barədə soruşanda, o, adının Samir olduğunu bildirir. Təqsirləndirilən şəxs1 əlavə edir ki, tanımadığı telefon nömrələrindən gələn zəngləri açmır və bu məqsədlə də Samirə zəng vurmalarını deyir. O, Samir müəllimin ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamalarını bildirir. Samir olması ehtimal edilən şəxs Təqsirləndirilən şəxs1 müraciət edib deyir ki, «Elmira xanım, məndən zəng gözləyir». Təqsirləndirilən şəxs1 kimin zəng gözlədiyini soruşanda, Samir olması ehtimal edilən şəxs cavab verir ki, «şeyə baxmaq istəyənlər». Elmira ondan həmin şəxsin padvala (zirzəmiyə) baxmaq istədiyinimi soruşur. Samir «bəli» dedikdən sonra Təqsirləndirilən şəxs1 ona «get da» sözlərini bildirir. 23 dəqiqə 35-ci saniyədə səs yazısı başa çatır; disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 03, iş vərəqi 191-192). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, 10.05.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 14 mənzil 5 ünvanda aparılmış axtarış zamanı mənzildən pul və digər qiymətli əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs1 ofisini bir müddət əvvəl həmin mənzilə köçürdüyünü bildirmişdir. Mənzildəki qonaq otağına baxış zamanı müəyyən olunmuşdur ki, bütün xidməti sənədlər həmin otaqda yerləşdirilib, otaqda olan şkafın siyirtməsindən «xxxxxx» MTK-ya aid zəruri sənədlər, həmçinin «xxxxxxx» MTK-ya aid iki ədəd, «xxxxx», «Şimşək», «xxxxx» və «xxxxxx» MTK-lara aid möhürlər götürülmüş; disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 03, iş vərəqi 202-205). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin əmlak üzərinə həbs qoyulması barədə 16.05.2019-cu il tarixli qərarından görünür ki, ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs1 adına ünvan 22 və xxxxxx rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; faktiki olaraq Təqsirləndirilən şəxs1 özünə məxsus olmaqla x25 adına xxxxxx şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 15 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər qayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; x49 adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, x81 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 19 mənzil 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 20 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; x23 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 109; x41 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 26a, mənzil 5; x15 adına Bakı şəhəri Binəqədi rayonu, R.Behbudov küçəsi ev 1a, mənzil 9; x26 adına xxxxxx rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; x44 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikili; Təqsirləndirilən şəxs1 adına olan «Nissan Teana» minik markalı, «AZ-**- FM-***» dövlət nömrə nişanlı, x25 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, x49 adına olan «Vaz-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı, x23 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-**-GO-***» dövlət nömrə nişanlı, x41 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90-DP- 011» dövlət nömrə nişanlı, x15 adına olan «Mercedes C 320» minik markalı, «AZ-**-SH-***» dövlət nömrə nişanlı, x27 adına olan «Kia Optima» minik markalı, «AZ-**-FL-***» dövlət nömrə nişanlı, x50 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 həm istintaqa ünvanlandığı ərizələrində, həm də, verdiyi ifadələrində göstərmişdir ki, qızlarının, nəvələrinin və kürəkənlərinin adlarına sənədləşdirilmiş daşınar və daşınmaz əmlaklar özünə məxsusdur, inşa etdirdiyi binalardakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş pul vəsaitləri hesabına özü almışdır (cild 04, iş vərəqi 40-43). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, baxış keçirilən obyekt «xxxxxxx» MTK tərəfindən ünvan 10-ci məhəllədə yerləşən yaşayış binasıdır, bir girişdən, on altı mərtəbədən (+mansard) və altmış dörd mənzildən ibarətdir, fasadı sarı və qırmızı rənglərlə boyanmışdır, girişində mişar daşları, qum, taxta və digər tikinti materialları yığılmışdır. Binaya daxil olduqda içərisi tam təmirsiz vəziyyətdədir, yük və şəxslər üçün lift yuvaları olsa da, lift quraşdırılmamışdır, mənzillərin hər birinə plastik materialından olan pəncərələr və qapılar qoyulmuşdur; disk və fotocədvəl cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 04, iş vərəqi 63-68). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin vəsatətin təmin edilməsi haqqında 20 may 2019-cu il tarixli qərarından görünür ki, ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs1 sədri təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 21 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin üzərinə həbs qoyulmuşdur (cild 04, iş vərəqi 140-142). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, 21 may 2019-cu il tarixdə «xxxxxxx» MTK-nin sədri Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa təqdim etdiyi, həmin MTK-ya aid olan qeydiyyat kitabına onun özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən qeydiyyat kitabı mətbəə üsulu ilə hazırlanmış və riyaziyyat damalı vərəqlərdən ibarətdir, üst qabığı göy rəngdə olmaqla, üzərində zavod üsulu ilə «Manuscript book» sözləri, eləcə də sonradan printerdə çap edilərək yapışdırılmış kağız parçasının üzərində «xxxxxxx Mənzil-Tikinti Kooperativi» sözləri yazılmış, vərəqləri yüzə qədər nömrələnmiş, lakin sonda möhürlənməmiş, birdən- altmış doqquzuncu vərəqədək mənzillər, onların ölçüləri, satılan şəxslərin ad və soyadları, ödənilən pul vəsaitlərinin məbləğləri qeyd edilmişdir. Qeydlərdən göründüyü kimi kitabın tərtibi ilk mənzilin satışı tarixində, yəni 27.12.2010-cu il tarixdə həyata keçirilmiş, 2 saylı mənzil 49.725 manata 11.03.2013-cü il tarixdə Zərərçəkmiş şəxs23 adlı şəxsə satılmış, lakin həmin mənzilə görə 10.05.2018-ci il tarixdə x31 adına qeydiyyat aparılmış, 4 saylı mənzil 40.000 manata Zərərçəkmiş şəxs25 27.12.2010-cu il tarixdə satılsa da, 16.12.2016-cı il tarixdə həmin mənzilə görə Zərərçəkmiş şəxs7 adına qeydiyyat aparılmış, ödənilmiş məbləğ 78.500 kimi qeyd edilmiş, 7 saylı mənzil 54.225 manata Zərərçəkmiş şəxs10 10.09.2013-cü il tarixdə satılsa da, sonradan 60.000 manata x1 barədə qeydiyyat aparılmış, 8 saylı mənzil 61.710 manata Zərərçəkmiş şəxs10 18.10.2010-cu il tarixdə satılsa da, sonradan 95.000 manata Zərərçəkmiş şəxs8 satılması barədə qeydiyyat aparılmış, 20 saylı mənzil 40.000 manata Zərərçəkmiş şəxs21 01.03.2013-cü il tarixdə satılması qeyd edilsə də, sonradan 22.12.2014-cü il tarixdə 95.370 manata Zərərçəkmiş şəxs24 adına, 11.05.2018-ci il tarixdə isə Zərərçəkmiş şəxs10 adına qeydiyyat aparılmış, 34 saylı mənzil x3 baxmayaraq, sonradan Zərərçəkmiş şəxs3 2017-ci ildə verilmiş, 38 saylı mənzil Zərərçəkmiş şəxs22 adına qeyd edilsə də, 08.11.2017-ci il tarixdə həmin mənzilə görə Zərərçəkmiş şəxs2 adına qeydiyyat aparılmış, 44 saylı mənzil Zərərçəkmiş şəxs19 satılsa da, 06.04.2018-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs4 adına qeyd edilmiş, 45 saylı mənzil Zərərçəkmiş şəxs14 satılsa da, 01.02.2018-ci il tarixdə yenidən x12 adına qeyd edilmiş, 56 saylı mənzil Zərərçəkmiş şəxs15 satılsa da, 26.02.2018-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs11 adına qeyd edilmiş, bundan başqa, həmin binadan Zərərçəkmiş şəxs5 (Gülçöhrə Qənizadə qızı Kazımovaya) satılmış 20,4 m2, 36,08 m2, eləcə də ayrı olan 18 m2 qeyri-yaşayış sahəsi sonradan Zərərçəkmiş şəxs1 adına qeyd edilmişdir (cild 04, iş vərəqi 148- 149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin x29 təhlilləri şöbəsinin mütəxəssisinin 29 may 2019cu il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs1 özünə məxsus olan və ailə üzvlərinin adına qeydiyyata aldırdığı daşınar və daşınmaz əmlakın bazar qiyməti 1.684.293 manat, likvid dəyəri isə 1.406.385 manat təşkil edir (cild 04, iş vərəqi 302-356). Cinayət işinin materiallarında olan şikayət ərizəsindən görünür ki, «xxxxxxxx» MTK tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(102)-8359/2017 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 4-cü bəndinə uyğunluğunun yoxlanılması məqsədilə şikayət verilmişdir (cild 04, iş vərəqi 497-504). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.11.2017-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs17 cavabdehlər «xxxxxxxx» MTK-nə və Zərərçəkmiş şəxs20 qarşı «mənzilin (mənzil üzrə payın) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma (köçürülmə), mənzilin qaytarılması, mənzilə sahiblik və mənzildən istifadə etmək hüququnun təmin edilməsi, mənziltikinti kooperativinin üzvlüyünə qəbul edilməsi haqqında qərarın ləğv edilməsi barədə Zərərçəkmiş şəxs17 iddiasının təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.09.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi ilə bağlı «xxxxxxxx» MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir (cild 04, iş vərəqi 506-511). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 13.07.2018-ci il tarixli qərardadından görünür ki, «xxxxxxxx» MTK-nın şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunmuşdur (cild 04, iş vərəqi 512-513). Cinayət işinin materiallarında olan hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət, kommersiya və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti təyin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmünün müstəqil icra olunması göstərilmişdir (cild 05, iş vərəqi 50-55; 56-62). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 05, iş vərəqi 88-97). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 11 iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri seçilmişdir (cild 05, iş vərəqi 110-111). Cinayət işinin materiallarında olan əmək müqavilələrinin (kontraktlarının) və 39 nömrəli qərarın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 25 avqust 2009-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Mülkiyyətin idarə edilməsi şöbəsində mütəxəssis vəzifəsində işə başlamış və Binəqədi bələdiyyəsinin 18 sentyabr 2014-cü il tarixli qərarı ilə bələdiyyənin sədr müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 fəaliyyətinə xitam verilmişdir (cild 05, iş vərəqi 160; 166-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, «xxxxxxxx» MMC-dən daxil olmuş telefon məlumatlarına dair «CD» diskdəki fayllara keçirilmiş baxış zamanı müəyyən olunur ki, məlumatlar Təqsirləndirilən şəxs2 adına olan *** *** ** **; *** *** ** **; *** *** ** **; *** *** ** **; *** *** ** **; *** *** ** **; *** *** ** **; Təqsirləndirilən şəxs1 adına olan *** *** ** **; *** *** ** **; 050 *** ** ** telefon nömrələrinə aiddir. Təqsirləndirilən şəxs2 mütəmadi olaraq 050 *** ** ** telefon nömrəsindən istifadə etmiş, həmin nömrədən çıxan və nömrəyə daxil olan sms mətnlərindən aydın olur ki, o mütəmadi olaraq x55 adlı şəxsin istifadəsində olan 050 *** ** ** nömrəsinə sms-lər göndərmiş və həmin nömrədən sms-lər qəbul etmişdir. Sms mətnlərdən görünür ki, onlar arasında yaxın sevgi münasibətləri vardır. 30.12.2016cı il tarixdə, saat 13:02:08-də Almaz Hacıyevanın istifadəsində olan 050 *** ** ** telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 *** ** ** telefon nömrəsinə «Samir, mənə 8-ci mkr-da tikilən binanızın ünvanını yazarsan» məzmununda, həmin tarixdə saat 13:04:35-də isə 050 *** ** ** telefon nömrəsindən 050 *** ** ** telefon nömrəsinə «İki binadı, biri Cəfər Xəndan küçəsi, qoşa zapravkanın yanında, o biri də Azadlığa baxır, ikisini də haçan istəsən göstərərəm» məzmununda, 30.12.2016-cı il tarixdə saat 18:59:23-də 050 *** ** ** telefon nömrəsindən 050 *** ** ** telefon nömrəsinə «Samir ödəniş edəndə mənə de əzizim, otelə bildirim» məzmununda, 14.01.2017-ci il tarixdə saat 13:19:21-də 050 *** ** ** telefon nömrəsindən Almaz Hacıyevanın istifadəsində olan 050 *** ** ** telefon nömrəsinə «alqı-satqı olsun, sənə əməlli pul verəcəm» məzmununda mesajlar gəlmişdir (cild 05, iş vərəqi 178-206). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs4 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 44 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 06, iş vərəqi 170-174). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 fotoşəkillər üzrə tanınmaya təqdim olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs1 ikinci sırada fotoşəkili qoyulmuş şəxs Təqsirləndirilən şəxs2 sifət quruluşuna, üz cizgilərinə görə tanımış və ifadəsində Təqsirləndirilən şəxs2 törətdiyi əməllər barədə göstərdiklərini eynilə təsdiq etmiş; fotocədvəl cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 06, iş vərəqi 195-197). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 fotoşəkillər üzrə tanınmaya təqdim olunmuş, tanıyan şəxs Zərərçəkmiş şəxs5 üçüncü sırada fotoşəkili qoyulmuş şəxs Təqsirləndirilən şəxs2 sifət quruluşuna, üz cizgilərinə görə tanımış və bildirmişdir ki, həmin fotoşəkildəki şəxs, yəni Təqsirləndirilən şəxs2 onun «xxxxxxx» MTK-dan aldığı qeyri-yaşayış sahəsinə görə ödədiyi puldan 2.000 manatını, bundan başqa, onun «xxxxxxxxxx» MTK-dan aldığı mənzilə görə ödədiyi puldan 5.000 ABŞ dollarını gəlib yaşadığı mənzilin həyətində ondan götürüb getmiş; fotocədvəl cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 06, iş vərəqi 206-208). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 fotoşəkillər üzrə tanınmaya təqdim olunmuş, tanıyan şəxs Zərərçəkmiş şəxs11 dördüncü sırada fotoşəkili qoyulmuş şəxs Təqsirləndirilən şəxs2 sifət quruluşuna, üz cizgilərinə görə tanımış və bildirmişdir ki, həmin fotoşəkildəki şəxs, yəni Təqsirləndirilən şəxs2 onun «xxxxxxx» MTK-dan aldığı mənzilə görə 16.02.2018-ci il tarixdə alqısatqı prosesi həyata keçirilərkən MTK-nın ofisində olmuş, özünü MTK-nın işçisi kimi təqdim edərək gələcəkdə istənilən məsələ ilə bağlı əlaqə saxlamaq üçün şəxsi mobil telefon nömrəsini ona vermiş; fotocədvəl cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 06, iş vərəqi 210-212). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş x45zadə arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 44 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 07, iş vərəqi 89-94). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin əmlakın həbsdən azad edilməsi barədə 15.07.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin əmlak üzərinə həbs qoyulması barədə 16.05.2019-cu il tarixli qərarı ilə ünvan 22 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür (cild 07, iş vərəqi 103-105). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, eləcə də şahidlər Şahid1, Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsi üçün adları çəkilən şəxslər Baş İdarənin inzibati binasına dəvət olunmuşlar, lakin Təqsirləndirilən şəxs2 ifadə verməmək hüququndan istifadə edərək həmin şəxslərlə, eləcə də ümumiyyətlə üzləşdirmədə iştirakdan imtina etmişdir (cild 07, iş vərəqi 135). . Cinayət işinin materiallarında olan müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs14 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən bir otaqlı 45 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 07, iş vərəqi 168-172). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışların, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs23 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən iki otaqlı 2 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 07, iş vərəqi 180-189). Cinayət işinin materiallarında olan müqavilənin, arayışların, qəbzin, aktın kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs21 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 20 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 07, iş vərəqi 207-214). Cinayət işinin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-x13 «xxxxx» MTKdan verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur (cild 07, iş vərəqi 219). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı MKİS-dən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 23 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 07, iş vərəqi 234-235) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, arayışın, qəbzin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs20 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 15 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 08, iş vərəqi 10-15). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin, müqavilənin, bildirişin, arayışların, qəbzlərin, ərizələrin kserosurətlərindən görünür ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 ilə vətəndaş Zərərçəkmiş şəxs17 arasında Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən üç otaqlı 15 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmış və sonuncu payçısı olduğu mənzilin dəyərini tam ödəmişdir (cild 08, iş vərəqi 33-48). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 31.07.2018ci il tarixli qətnaməsinin, qərardadının, qərarının və qəbzin kserosurətlərindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs20 «xxxxxxxx» MTK-ya qarşı ödənilmiş pulun qaytarılması, maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməklə mənzil üçün ödənilmiş 150.000 manatın və 29 manat dövlət rüsumunun cavabdehdən tutularaq Zərərçəkmiş şəxs20 ödənilməsi, ödənişin hissə-hissə icra edilməsi, lakin icra edilmədiyi üçün cavabdeh Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmiş və həmin cəriməni ödəmişdir (cild 08, iş vərəqi 76-77; 79; 125; 128). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18260 nömrəli 22.07.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd «ARİTA» markalı «CD» diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir, həmin yazılı mətndə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs11, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs2, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur və diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır; ekspertiza tədqiqatın dəyəri 300 manatdır (cild 08, iş vərəqi 152-156). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi sübutların qiymətləndirilməsi barədə 22.07.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 306.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə xitam verilmiş, haqqında Azərbaycan Respublikası CMnin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; hazırki iş üzrə şahid qismində tanınan Şahid1 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmiş; «xxxxxxx» MTK-ya aid iki ədəd, «xxxxx», «Şimşək», «xxxxx», «xxxxxx» MTK-lara aid möhürlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivində saxlanılmış, «xxxxxx» MTK-ya aid zəruri sənədlər, «xxxxxxxx» MMC-dən daxil olmuş telefon məlumatları qeyd olunmuş disk, baxış keçirilməsi, axtarış aparılması haqqında protokola əlavə edilmiş disklər, tədqiqat üçün səs nümunələri götürülmüş iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 08, iş vərəqi 157-212). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 08, iş vərəqi 213-224). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313, 32.4,312.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 08, iş vərəqi 241-245). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.07.2019-cu il tarixli ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamənin və 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsinin 26.07.2019-cu il tarixli AZ-İİ 035634 nömrəli ölüm haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 25.07.2019-cu il tarixdə «ağciyər ödemi» xəstəliyindən ölmüşdür (cild 08, iş vərəqi 263-264). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokollardan görünür ki, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs1 qardaşı x43, bacısı x51, qızı x20 onun hüquqi varisi qismində tanınmaq istəmədiklərini bildirmişlər (cild 08, iş vərəqi 267; 270; 273). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi əlavə sübutların qiymətləndirilməsi barədə 29.07.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinin ümumi qaydada davam etdirilməsi, məhkəmənin yekun qərarının çıxarılması üçün işin ibtidai istintaqının tamamlanaraq aidiyyəti məhkəməyə göndərilməsinin təmin edilməsi; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313, 32.4,312.1-ci maddələri ilə elan olunmuş ittihamın qüvvədə saxlanılması qərara alınmışdır (cild 08, iş vərəqi 274-276). Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) tərəfindən məhkəməyə təqdim olunmuş mülki iddia ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs9 vurulmuş maddi zərərin əvəzi kimi 98.620 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; x28 vurulmuş maddi zərərin əvəzi kimi 29.500 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs11 vurulmuş maddi zərərin əvəzi kimi 82.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, habelə sonuncunun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs7 vurulmuş maddi zərərin əvəzi kimi 78.850 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərin əvəzi kimi 57.500 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin əvəzi kimi 68.500 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, habelə sonuncunun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs4 vurulmuş maddi zərərin əvəzi kimi 92.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs10 vurulmuş maddi zərərin əvəzi kimi 115.595 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs13 vurulmuş maddi zərərin əvəzi kimi 68.500 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərərin əvəzi kimi 68.850 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs8 vurulmuş maddi zərərin əvəzi kimi 45.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs5 vurulmuş maddi zərərin əvəzi kimi 33.900 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, habelə sonuncunun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs6 vurulmuş maddi zərərin əvəzi kimi 50.000 manat, mənəvi zərərin əvəzi olaraq 45.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini; Zərərçəkmiş şəxs20 vurulmuş maddi zərərin əvəzi kimi 60.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, Zərərçəkmiş şəxs12 60000 manat maddi ziyan, 10000 manat mənəvi ziyan Təqsirləndirilən şəxs1 tutularaq və ya onun əmlakına yönəldilərək ödənilməsini barədə mülki iddia təqdim etmişlər. x2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə aralarında olan 22 yanvar 2010-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində 4Ə/44 nömrəli alqı-satqı müqaviləsinə əsasən aldığı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta B.Pirməmməd küçəsində yerləşən torpaq sahəsinin üzərinə Elmiranın barəsində olan cinayət işi ilə əlaqədar əsassız qoyulmuş həbsin götürülməsini xahiş edir. Zərərçəkmiş şəxs26 məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə «xxxxxxxx Telecom» MMC-dən daxil olmuş məktubdan görünür ki, 050 *** ** ** və 050 *** ** ** mobil telefon nömrələrin müqavilə sahibi 10.01.2017-ci il tarixdə nömrə daşınma xidmətindən istifadə edərək Bakcell operatoruna, 050 *** ** ** mobil telefon nömrənin müqavilə sahibi isə 22.11.2018-ci il tarixdə nömrə daşınma xidmətindən istifadə edərək nar mobile operatoruna keçmiş; *** *** ** **; *** *** ** **; *** *** ** **; 050 *** ** ** mobil telefon nömrələrinin göstərilən müddətdə zəngləri və sms mətnləri, 050 *** ** ** və 050 *** ** ** mobil telefon nömrələrin isə sms mətnləri qeydə alınmamışdır; «xxxxxxxx Telecom» MMC-də digər operatorlara məxsus nömrələrdən, qısa nömrələrdən və ya xidmət nömrələrindən (internet üzərindən) göndərilən sms mətnlərinin qeydiyyatı aparılmır; məktubun qeyd hissəsində göstərilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəməyə «xxxxxxxx Telecom» MMC-dən daxil olmuş «CD» diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi 17 dekabr 2017-ci il taixdə, saat 08:54:48-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 08:55:18-də Bakı şəhəri Binəqədi rayonu, Naxçıvani küçəsi 22, ATS61; 09:38:39-da Z.Bünyadov prospekti; 09:41:37-də S.Rəhimli və Y.V.Çəmənzəminli küçəsi; 09:44:17-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 09:48:34-də Atatürk prospekti, 7-ci mikrorayon; 10:03:02-də Bakı şəhəri, Badamdar qəsəbəsi, Özbəkistan Səfirliyi; 10:20:51-də Yasamal-Badamdar yolu, «Qurd Qapısı» restoranı; 11:26:49-da Hacıqabul şəhəri ərazilərinin, 19 dekabr 2017-ci il tarixdə, saat 08:46:57-də Ziya Bünyadov prospektinin; 2017-ci ilin dekabr ayında Şahid1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi 17 dekabr 2017ci il taixdə, saat 12:05:56-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15; 13:46:21də Hövsan qəsəbəsi; 17:30:40-da Hövsan qəsəbəsi; 17:51:27-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 ərazilərinin əhatə dairəsində olmuşdur; bir ədəd «CD» disk məktuba əlavə olunmuşdur. x7 tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, istifadə və sahiblik hüququ ilə ona məxsus olan «VAZ-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.05.2019-cu il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsini xahiş edir. x8 tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, o özünə məxsus olan «VAZ- 21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən verilmiş 7E4407 reyestrli 11.06.2009-cu il tarixli sərəncam hüquqlu etibarnamə ilə x5. x9 tərəfindən məhkəməyə daxil olmuş vəsatətdən görünür ki, o özünə məxsus olan «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.05.2019-cu il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsini xahiş edir. x10 tərəfindən məhkəməyə daxil olmuş vəsatətdən görünür ki, o özünün mülkiyyətində olan adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin üzərinə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.05.2019-cu il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsini xahiş edir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 vəfat etdiyi üçün barəsində başlanmış cinayət işinə xitam verilməli və ona cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə, o cümlədən başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilir ki, «təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin, habelə ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır». Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə görə məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)) nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası CPM-nin 44-cü maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulur. Həmin Məcəllənin 44.2 və 44.2.1-1-ci maddələrində göstərilir ki, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)) nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır». Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144- 145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə təqsirsiz olması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Təqsirləndirilən şəxs1 nəvəsi x40 ilə ailə qurmuş, ailə qurduqdan bir il sonra ailədaxili sözsöhbətləri yaranmış və bu mübahisələrinə müdaxilə edən Təqsirləndirilən şəxs1 olmuş, nəticədə 2015-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə xxxxxdən boşanmış və elə həmin vaxtdan Elmira ilə düşmən olmuş, bütün əlaqələri kəsilmişdir. Təqsirləndirilən şəxs1 onunla iş birliyi hələ 2011-ci ildən başlamışdır. Belə ki, həmin il Təqsirləndirilən şəxs1 ona başladığı təzə tikintinin üzərində işləməyi təklif etmiş, başqa işləri olduğu üçün razı olmamış, bələdiyyənin vaxtı bitdikdən sonra Elmira «gəl «xxxxxxx» MTK-kı təzə tikintiyə orada səni direktor vəzifəsinə işə götürüm, işlərə nəzarət et» demiş, bu dəfə təklifə razılıq verərək təxminən 2013-2014-cü ilə kimi orada işləmiş, sonra isə könüllü ərizə yazaraq həmin işdən azad olunmuşdur. «xxxxxxx» MTK tikintisi 8ci mikrorayonda, Təqsirləndirilən şəxs1 ofisi isə 6-cı mikrorayonda yerləşmiş, mənzillərin alqısatqısı 2013-2014-cü illərdə Elmiranın ofisində sonuncunun özü tərəfindən şəxsən həyata keçirilmiş, müqaviləni isə özü və ya Şahid1 tərtib etmişlər. Təqsirləndirilən şəxs1 ən yaxın adam Şahid1 olmuş və bütün işləri ikisi birlikdə idarə etmişlər. Ofisin digər işçilərinin Təqsirləndirilən şəxs1 işlərindən məlumatları olmamışdır. Dələduzluq etsəydi bunu səlahiyyətli şəxs olduğu vaxtlarda edə bilərdi, lakin tikintidə onun heç bir, yəni nəyəsə imza etmək, müqavilə bağlamaq kimi səlahiyyətləri yox idi və belə olan halda o, dələduzluq edə bilməzdi. Təqsirləndirilən şəxs2 ona verilmiş dörd epizoddan üçünün əlaqəli olduğu bir mənzilin bir neçə şəxsə satılması faktı ilə əlaqədar ifadəsində bildirmişdir ki, 2013-cü ildən 2014-cü ilədək «xxxxxxx» MTK-nın sədri, sabiq arvadının nənəsi Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun yanında tikinti işləri üzrə direktor vəzifəsində işləmiş, vəzifəsi tikintidə çalışan fəhlələrə nəzarət etməkdən ibarət olmuş, təxminən səkkiz ay işlədikdən sonra şəxsi təşəbbüsü ilə kooperativdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 ifadələrində onun haqqında göstərdikləri həqiqətə uyğun deyil, yəni onun Elmiranın bir mənzili bir neçə ayrı-ayrı şəxsə satmasından xəbəri yoxdur. 2017-ci ildə Təqsirləndirilən şəxs1 dəvəti ilə sonuncunun 6-cı mikrorayonda yerləşən ofisinə bir neçə dəfə gedib-gəlmiş, 2018-ci ildə cəmi bir dəfə həmin ofisdə olmuş, və həmin vaxt Elmira onu iş adamı x63 ilə tanış etmiş, bundan başqa Elmira ilə hər hansı əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 yaxın adamı kimi tanımış, onun mobil telefon nömrəsini bilməmiş, Zərərçəkmiş şəxs11 ilə ibtidai istintaq zamanı 15 iyul 2019-cu il tarixdə etap olunarkən ilk dəfə görüb tanımış, Zərərçəkmiş şəxs1 isə ilk dəfə məhkəmədə görmüş, onunla heç vaxt bir məkanda olmamış, hər üç şəxsə qarşı dələduzluq etməmiş, onları aldatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8359/2017 nömrəli qərarının ləğv edilməsində köməklik göstərməsi üçün 30.000 manat məbləğində pul verilməsinin zəruriliyini bildirib, bu adla 17 dekabr 2017-ci il tarixdə Elmiradan kooperativin ünvan 7 ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alması epizoduna gəlincə, bu da ittihamdakı digər epizodlar kimi uydurmadır, həqiqətə uyğun deyil. Belə ki, 14 dekabda doğum günü olmuş, həmin 14 dekabr 2017-ci il həftənin dördüncü gününə düşmüş və buna görə də dekabrın 17-də Gəncə şəhərinə yola düşmüşlər. Yəni, iddia olunan tarixdə Bakıda deyil Gəncədə olmuşdur, hansı ki, istifadəsində olan mobil telefonun anten dairəsi məlumatlarına baxılsa bu fakt öz təsdiqini tapmış olar. Beləliklə, 17-18 dekabr 2017-ci il tarixlərdə, yəni iki gün ərzində Gəncə şəhərində olmuş, dekabrın 18-i axşam saatlarında Bakı şəhərinə qayıtmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 iyul 2014-cü il tarixdə tikilməkdə olan həmin binanın on dördüncü mərtəbəsində 65.000 manat dəyərində iki otaqlı, sahəsi 72,3 m2 olan 51 saylı mənzili almışdır. 2017-ci ildə binanın altında və ətrafında avtomobillər üçün dayanacağın və qarajın olmaması, bu problemin necə həll ediləcəyi ilə bağlı maraqlandıqda MTK-nın sədri Təqsirləndirilən şəxs1 bildirmişdir ki, binanın zirzəmi hissəsinə bitişik 50 m2 sahəsi olan yeri var və 35.000 manata satır. Həmin sahəni almağı ona təklif etmiş, baha olduğunu deyərək imtina etmişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs1 ona təcili 22.000 manat pul lazım olduğunu bildirərək həmin yeri bu qiymət müqabilində yenidən təklif etmiş, Elmiranın təklifinə razılaşaraq məbləği ödəmiş və həmin yerə dair sonuncu tərəfindən tərtib edilən plan-cizgi və müqavilə sənədləri əsasında qeyri-yaşayış sahəsinin payçısı olduğunu tərəflər arasında rəsmiləşdirmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 yenə də ona zəng edərək 5.000 manata təcili ehtiyacının olduğunu bildirərək borc istəmiş və bir həftəyə pulu qaytaracağına dair söz vermişdir. Yaşlı bir qadının belə dil tökməsi müqabilində ona kömək edərək borc verməyə razı olmuş və vermiş, lakin üstündən həftələr, aylar ötsə də, pulu qaytarmamışdır. 2018-ci ilin sonlarında İlqar adlı şəxsin binanın zirzəmi hissəsində, yəni onlara aid hissədə təmir işləri aparmağa başladığını görüb, ondan qeyd edilən zirzəminin onlara məxsus olduğunu deyəndə, İlqar cavab vermişdir ki, həmin qeyri-yaşayış sahəsini çoxdan satın alıb və ona məxsusdur. Bu barədə Təqsirləndirilən şəxs1 telefonda deyəndə, sonuncu həmin şəxslə zəng vurub danışacağını bildirmişdir. Xəbər çıxmadığını görüb Təqsirləndirilən şəxs1 həmin qaraj sahəsinin, binanın zirzəmi hissəsində təmir işləri ilə əlaqədar yenidən müraciət etmişlər və tələb etmişlər ki, həmin sahəyə dair onlara verilən ilkin sənədlərin (plan, müqavilə, məbləğin ödənilməsi arayışı) əsasında onlara mülkiyyəti təsdiq edən sənədlər versin. Təxminən bir müddət sonra Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət etsə də, ona rədd cavabı verilib. Belə olan halda pulunun qaytarılmasını tələb etmiş, Təqsirləndirilən şəxs1 isə əvəzində onlara binanın birinci mərtəbəsində əlavə pul ödəmək müqabilində qeyri- yaşayış sahəsini təklif etmiş, həmin yerə baxaraq götür-qoy etdikdən sonra almağa razılaşmışlar. Təqsirləndirilən şəxs1 borclu olduğu 27.000 manatdan 26 dekabr 2018-ci il tarixdə arayışla təsdiqləyərək 1.000 manatını mənzilə gələcəkdə qoyulacaq sayğac pulu üçün çıxdıqdan sonra, yerdə qalan 26.000 manatın üzərinə 42.500 manat da verməli olacaqlarını bildirərək 74,5 m2 qeyri-yaşayış sahəsini ümumilikdə 68.500 manat məbləğində qiymətləndirib müqavilə, maliyyə arayışı və plan əsasında ona satmışdır. Həmin sənədləri Təqsirləndirilən şəxs1 özü ofisdə şəxsən ona təqdim etmişdir. 2019-cu ilin təxminən yanvar ayının sonu fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 zəng edərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirmiş, sənədləri üzləşdirdikdə məlum olmuşdur ki, onlara satılan 74,5 m2 sahənin 56,48 m2 sahəsi Zərərçəkmiş şəxs5 arvadı Gülçöhrə Qənizadə qızı Kazımovanın adına sənədləşdirilmişdir. Dərhal bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, Elmira isə Zərərçəkmiş şəxs5 xahişi əsasında həmin qeyri-yaşayış sahəsini satdığını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 həmin şəxsdən sənədləri geri almağı tələb etmişdir. Təqsirləndirilən şəxs1 onlara deməsinə görə onunla danışdıqda Zərərçəkmiş şəxs5 bildirib ki, sənədlər onda yox, rayonda, atasındadır, hətta Elmira ilə birgə sənədləri geri götürmək üçün Biləsuvar rayonuna, Elşənin atasının yanına getmişlər və sonuncunun atası söz vermişdir ki, Bakıya gəlib işi özü həll edəcək, ancaq bu günə kimi problem həllini tapmamışdır. Təqsirləndirilən şəxs2 ilk dəfə 28 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 yanında görmüş, binaya baş çəkməyə gedəndə Elmira nə sualı olsa Samirə müraciət edə biləcəyini demiş, Samirlə hər hansı bir alqı-satqı aparmamış, Elmiranın mühasibi Şahid1 ilə də münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 onun yanında kiməsə 30.000 pul borcu olması barədə danışmışdır. 2019-cu ildə Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmasını başa düşmüşdür, əvvəldən bu barədə duyuq düşsəydi obyekti almayacaqdı. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 2006-cı ildən tanıyır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasının on altıncı mərtəbəsində 59 saylı mənzilə görə 50.610 manat, həmin binada qeyri-yaşayış sahəsinə görə 63.600 manat, Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binanın yeddinci mərtəbəsində 126 saylı mənzilə görə 33.900 manat pul ödəmiş, Elmira həmin mülklərlə bağlı ona maliyyə arayışları və müqavilələr təqdim etmişdir. Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədəki binanın tikintisindən sonra Təqsirləndirilən şəxs1 sürücüsü kimi tanımış, 2014-cü ildə onu Elmiranın ofisində bir dəfə görmüş, onunla başqa tanışlığı olmamış, telefon əlaqəsi saxlamamışdır. Mənzillərə və qeyri-yaşayış sahəsinə görə ödədiyi pulun bir dəfə 2.000 manat, ikinci dəfə 5.000 ABŞ dolları (8.800 manat) olmaqla cəmi 10.800 manatını Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 ödəmiş, hər iki dəfə Elmira ona zəng edib xəstə olduğu üçün gələ bilmədiyini, Samirin yaşadığı binanın həyətində olduğunu düşüb pulu ona verməyi demişdir. Təqsirləndirilən şəxs2 ona mənzil satmamış, satacağı barədə vəd də verməmişdir. Mənzillərə və qeyri-yaşayış sahəsinə görə pulu ödəyərkən Təqsirləndirilən şəxs2 tərəfindən deyil, Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmışdır. Təqsirləndirilən şəxs1 tanıyan vaxtlar bizneslə məşğul olduğundan əlində pulu olmuş, hətta Elmiraya bir neçə dəfə borca pul vermiş, lakin sələmə pul verməmişdir. Təqsirləndirilən şəxs1 tanıyan vaxtdan sonuncunun mühasibi Şahid1 da tanıyır. Hazırda Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binanın yeddinci mərtəbəsində 126 saylı mənzilə görə ödəmiş olduğu 33.900 manat pulu Təqsirləndirilən şəxs2 tələb edir və bunu onunla əsaslandırır ki, Samir Təqsirləndirilən şəxs1 işçisi olub, Elmira onun yanında Samirin adını çəkib, işçisi kimi təqdim edib, həmin pulun 25.100 manatını Samirin yanında Elmiraya ofisdə, qalanını isə iki dəfə olmaqla cəmi 10.800 manatı Elmiraya çatdırması üçün yaşadığı binanın həyətində Samirə verib, həm bunlara, həm də Elmira öldüyündən bu addımı atır. Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 16 fevral 2018-ci il tarixdə «xxxxxxx» MTKnın sədri Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında inşa edilən bir bloklu, on yeddi mərtəbəli yeni tikilinin on beşinci mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 112 m2 olan 56 saylı mənzili Elmiranın iştirakı ilə x32 adına 82.000 manatı tam ödəməklə almışdır. Mənzilin satışı ilə bağlı elanı «yeniemlak.az» saytında görüb zəng edərək vasitəçi olduğunu və mənzilin Ramin adlı şəxsə məxsus olmasını bildirmişdir. Mənzilə baxış keçirdikdən sonra vasitəçi şəxsin işlədiyi ofisdə Raminin də iştirakı ilə görüş təyin etmişlər. Vasitəçinin müdir kimi təqdim etdiyi şəxsin otağında görüşüb qiyməti razılaşırıq alqı-satqı günü təyin etmişlər. 16 fevral 2018-ci il tarixdə «xxxxxxx» MTK-nın sədri Təqsirləndirilən şəxs1 və Şahid1 işlədiyi Binəqədi rayonunun 6-cı mikrorayonunda «Nəsimi» metrosuna yaxın ərazidə yerləşən ofisdə görüşmüşlər. Alqı-satqıda mənzilin Raminə məxsus olmasını hesab etmiş, lakin müqavilə Kamil Cəmilovun adına tərtib olunmuşdur. MTK sədri Təqsirləndirilən şəxs1 görüş zamanı qətiyyətlə bir mənzilin iki nəfərə satılması kimi halların olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla necə əlaqə saxlayacağı barədə maraqlanmış, sonuncu bütün işlərini Təqsirləndirilən şəxs2 həyata keçirdiyini bildirərək Samiri dəvət etmişdir. Təqsirləndirilən şəxs2 öz istifadəsində olan (+99*** *** ** **) mobil telefon nömrəsini ona verərək nə sualı olsa zəng vurmağı demişdir. Zərərçəkmiş şəxs11 məhkəməyə təqdim etdiyi ərizədə ona 82.000 manat məbləğində dəymiş ziyanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyini, həmin məbləğ tam ödənildiyi təqdirdə Elmiranın qızı Təranənin onun adına rəsmiləşdirdiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən iki otaqlı evi geri qaytarmağa etiraz etmədiyini qeyd etmişdir. Məhkəməyə «xxxxxxxx Telecom» MMC-dən daxil olmuş «CD» diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi 17 dekabr 2017-ci il taixdə, saat 08:54:48-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 08:55:18-də Bakı şəhəri Binəqədi rayonu, Naxçıvani küçəsi 22, ATS61; 09:38:39-da Z.Bünyadov prospekti; 09:41:37-də S.Rəhimli və Y.V.Çəmənzəminli küçəsi; 09:44:17-də Bakı şəhəri, M.Əlizadə küçəsi, «Modern Hotel»; 09:48:34-də Atatürk prospekti, 7-ci mikrorayon; 10:03:02-də Bakı şəhəri, Badamdar qəsəbəsi, Özbəkistan Səfirliyi; 10:20:51-də Yasamal-Badamdar yolu, «Qurd Qapısı» restoranı; 11:26:49-da Hacıqabul şəhəri ərazilərinin, 19 dekabr 2017-ci il tarixdə, saat 08:46:57-də Ziya Bünyadov prospektinin; 2017-ci ilin dekabr ayında Şahid1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi 17 dekabr 2017ci il taixdə, saat 12:05:56-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15; 13:46:21də Hövsan qəsəbəsi; 17:30:40-da Hövsan qəsəbəsi; 17:51:27-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 ərazilərinin əhatə dairəsində olmuşdur. Göründüyü kimi sadalanan sübutlardan məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 verilmiş bütün epizodlar üzrə verilmiş ittihamlar öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə ona sadalanan bütün epizodlar üzrə bəraət verilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir: Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: "42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə". Odur ki, Təqsirləndirilən şəxs2 əməllərində AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilməli və o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.1-ci maddəsinə əsasən məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, x22 yuxarıda göstərilən hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması kimi qərarlardan biri qəbul olunur. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 98.620 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; x28 29.500 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs11 82.000 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs7 78.850 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs2 57.500 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs1 68.500 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs4 92.000 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs10 115.595 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs13 68.500 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs3 68.850 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs8 45.000 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs5 33.900 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs6 50.000 manat maddi ziyan, 45.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs20 60.000 manat maddi ziyan, 50.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu; Zərərçəkmiş şəxs12 60000 manat maddi ziyan, 10000 manat mənəvi ziyan ödənilməsi barədə mülki iddia təqdim etmişlər. Cinayət işi üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilməli, mülki iddiaçılar Zərərçəkmiş şəxs9 98.620 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 103650 manat; x17 29.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 34530 manat; Zərərçəkmiş şəxs11 82.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 87030 manat; Zərərçəkmiş şəxs7 78.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 83880 manat; Zərərçəkmiş şəxs2 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 62530 manat; Zərərçəkmiş şəxs1 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73530 manat; Zərərçəkmiş şəxs4 92.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 97030 manat; Zərərçəkmiş şəxs10 115.595 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 120625 manat; Zərərçəkmiş şəxs13 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73530 manat; Zərərçəkmiş şəxs3 68.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73880 manat; Zərərçəkmiş şəxs8 45.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 50030 manat; Zərərçəkmiş şəxs5 33.900 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 38930 manat; Zərərçəkmiş şəxs6 50.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 55030 manat; Zərərçəkmiş şəxs20 60.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi cəmi 65000 manat, Zərərçəkmiş şəxs12 60000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 65000 manat ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun muvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsində göstərilir ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakı qalan hissəsi dövlət nəfinə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 sədri təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 21 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; xxxxxx rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; faktiki olaraq Təqsirləndirilən şəxs1 özünə məxsus olmaqla x25 adına xxxxxx şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 15 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər qayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; x49 adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, x81 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 18 ünvanında yerləşən qeyriyaşayış sahəsi; ünvan 19 mənzil 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 20 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; x23 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 109; x41 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 26a, mənzil 5; x15 adına Bakı şəhəri Binəqədi rayonu, R.Behbudov küçəsi ev 1a, mənzil 9; x26 adına xxxxxx rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; x44 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin üzərinə; Təqsirləndirilən şəxs1 adına olan «Nissan Teana» minik markalı, «AZ-**-FM-***» dövlət nömrə nişanlı, x25 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, x49 adına olan «Vaz-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı, x23 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-**-GO-***» dövlət nömrə nişanlı, x41 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90-DP- 011» dövlət nömrə nişanlı, x15 adına olan «Mercedes C 320» minik markalı, «AZ-**-SH-***» dövlət nömrə nişanlı, x27 adına olan «Kia Optima» minik markalı, «AZ-**-FL-***» dövlət nömrə nişanlı, x50 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta B.Pirməmməd küçəsində yerləşən torpaq sahəsinin, «VAZ-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı və «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməməlidir. x44 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin x44 xüsusi mülkiyyətində olmasıvə onun bu cinayətin törədilməsində hər hansı iştirakı müəyyən edlmədiyindən onun üzərindən həbs götürülməlidir. Üzərinə həbs qoyulmuş digər əmlakların üzərində həbs saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsinə görə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə həbs qoyulmuş əmlakına xüsusi müsadirə tətbiq olunmalıdır. İş üzrə maddi sübut kimi tanınan «xxxxxxx» MTK-ya aid iki ədəd, «xxxxx», «Şimşək», «xxxxx», «xxxxxx» MTK-lara aid möhürlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivində saxlanılması və «xxxxxx» MTK-ya aid zəruri sənədlərin, «xxxxxxxx» MMC-dən daxil olmuş telefon məlumatları qeyd olunmuş diskin, baxış keçirilməsi, axtarış aparılması haqqında protokola əlavə edilmiş disklərin, tədqiqat üçün səs nümunələri götürülmüş iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili x70 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına 240 manat, məhkəmədə göstərilən hüquqi yardımla bağlı 420 manat ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.5, 41.2, 43-44, 55, 132, 185, 193, 344-347, 349, 350, 351-354, 356, 357, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313cü maddələri ilə təqsirli bilinsin və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilsin və o məhkəmə zalından dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 oğluna cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilsinlər; Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 98.620 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 103650 manat; x17 29.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 34530 manat; Zərərçəkmiş şəxs11 82.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 87030 manat; Zərərçəkmiş şəxs7 78.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 83880 manat; Zərərçəkmiş şəxs2 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 62530 manat; Zərərçəkmiş şəxs1 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73530 manat; Zərərçəkmiş şəxs4 92.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 97030 manat; Zərərçəkmiş şəxs10 115.595 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 120625 manat; Zərərçəkmiş şəxs13 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73530 manat; Zərərçəkmiş şəxs3 68.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 73880 manat; Zərərçəkmiş şəxs8 45.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 50030 manat; Zərərçəkmiş şəxs5 33.900 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 38930 manat; Zərərçəkmiş şəxs6 50.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 55030 manat; Zərərçəkmiş şəxs20 60.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi cəmi 65030 manat, Zərərçəkmiş şəxs12 60000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 65000 manat ödənilsin. Digər zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26 və x22 mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili x70 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına 240 manat, məhkəmədə göstərilən hüquqi yardımla bağlı 420 manat, cəmi 660 manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan «xxxxxxx» MTK-ya aid iki ədəd, «xxxxx», «Şimşək», «xxxxx», «xxxxxx» MTK-lara aid möhürlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivində saxlanılması və «xxxxxx» MTK-ya aid zəruri sənədlərin, «xxxxxxxx» MMC-dən daxil olmuş telefon məlumatları qeyd olunmuş diskin, baxış keçirilməsi, axtarış aparılması haqqında protokola əlavə edilmiş disklərin, tədqiqat üçün səs nümunələri götürülmüş iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 sədri təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 21 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; xxxxxx rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; faktiki olaraq Təqsirləndirilən şəxs1 özünə məxsus olmaqla x25 adına xxxxxx şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 15 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər qayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; x49 adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, x81 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 19 mənzil 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 20 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; x23 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 109; x41 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 26a, mənzil 5; x15 adına Bakı şəhəri Binəqədi rayonu, R.Behbudov küçəsi ev 1a, mənzil 9; x26 adına xxxxxx rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Təqsirləndirilən şəxs1 adına olan «Nissan Teana» minik markalı, «AZ-**-FM-***» dövlət nömrə nişanlı, x25 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, x49 adına olan «Vaz-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı, x23 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-**-GO-***» dövlət nömrə nişanlı, x41 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90-DP- 011» dövlət nömrə nişanlı, x15 adına olan «Mercedes C 320» minik markalı, «AZ-**-SH-***» dövlət nömrə nişanlı, x27 adına olan «Kia Optima» minik markalı, «AZ-**-FL-***» dövlət nömrə nişanlı, x50 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələri üzərinə qoyulmuş həbs saxlanılsın. Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta B.Pirməmməd küçəsində yerləşən torpaq sahəsinin, «VAZ-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı və «Mercedes Benz E 240» minik markalı, «AZ-**-LG-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməsin. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunsun. x44 adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 0,39997 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin üzərindən həbs götürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-130/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-130/2020
16.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver